BÜRCLƏR SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 47

1–3Quran ayələrini öyrənmiş yaxşı hesab bilənləri, ölüm anını, dəyişikliyə/dağıntıya uğradılan cəmiyyətlərin qalıqlarını və bunları müşahidə edənləri[1] sübut göstərirəm ki, 12Rəbbinin qıs-qıvraq yaxalaması, həqiqətən çox şiddətlidir.13Tam əmin olun ki, ilk yaradan, sonra öldürüb yenidən yaradan yalnız və yalnız Odur. 14Və O, çox bağışlayandır, çox sevəndir, 15ən böyük taxtın[2] sahibidir, ikramı çox olandır, 16dilədiyini ən üstün dərəcədə edəndir[3].

(27/85, Buruc/1–3, 12–16)

Nəcm: 48

17,18O orduların – Firon və Səmudun xəbəri sənə gəldimi? Əlbəttə ki, gəldi!

4,5Uhdudun/şiddətli alışdırılmış atəşin əhli öldürüldü. 6O zaman ki, onlar, onun üzərində oturmuşdular. 7Və inananların başına gətirdiklərinə şahid idilər. 8,9Möminləri cəzalandırmalarının səbəbi də, onların yalnız çox güclü, tərifə layiq, göylərin və yerin hökmranlığı Özünə məxsus olan və hər şeyə şahid olan Allaha inanmalarından başqa bir şey deyildi.

(27/85, Buruc/17–18, 4–9)

Nəcm: 49

10Şübhəsiz ki, inanan kişilərə və qadınlara atəşlərdə işgəncə edib, sonra da tövbə etməyənlər üçün cəhənnəm əzabı vardır, yanğın əzabı da onlar üçündür. 11Tam əmin olun ki, inanan və eyni zamanda quruculuq yolunda fəaliyyət göstərənlər üçün altından bulaqlar axan cənnətlər vardır. Bax elə bu, böyük qurtuluşdur.

19Lakin, o kafirlər hələ də inkar edirlər. 20Halbuki, Allah onları hərtərəfli əhatə edəndir. 21,22Əksinə o, qorunmuş lövhədə şərəfli bir Qurandır.

(27/85, Buruc/10–11, 19–22)

 

[1]Ayədəki sözlərin “doğru” mənalarına görə Ayə qrupunun mənası, “Bürclər sahibi göy üzünə, söz verilmiş o günə, şahidlik edənə və şahidlik edilənə and olsun ki, Rəbbinin qıs–qıvraq yaxalaması həqiqətən çox şiddətlidir” – şəklindədir. Biz tərcüməni, məcazi mənaya görə təqdim etdik.

[2]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bun­lardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.

Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.

[3]Bu surənin Rəsmi Düzülüşdəki ayə düzülüşü, texniki və məna biliyi baxımından xətalıdır. Biz qramatik və məna biliyi qaydaları çərçivəsində fərqli tərtib ilə verdik.