TİN SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 50

1–3Egey bölgəsi xalqını, Ağdəniz bölgəsi xalqını, Orta Şərq ölkələri xalqlarını və Ərəbistan xalqını, dünyanın hər yerindəki insanları[1] sübut göstərirəm ki,

4–6həqiqətən Biz insanı ən gözəl biçimdə yaratdıq, sonra inanan və eyni zamanda quruculuq yolunda fəaliyyət göstərənlərdən başqa, çünki onlar üçün kəsilməz bir mükafat vardır, onu alçaqların ən alçağına döndərdik.

7Elə isə, bundan sonra dini/qiyamət gününü yalan saymağa səni nə vadar edir?

8Allah, hakimlərin ən üstün hakimi deyilmi?

(28/95, Tin/1–8)

 

[1]Ayədəki sözlərin “doğru” mənaları, “Əncirə, zeytuna, Bərəkətli Dağa və bu Təhlükəsiz Bölgəyə and olsun ki…” –şəklindədir, biz məcazi mənalarını təqdim etdik. Surədə bəhs edilən bölgələr, Quranın endiyi dövrdə ilk müxatib olan ərəblərın hamılıqla tanıdığı bölgələr olub, əsas məsələsi isə, dünyanın hər yerindəki insanlardır.