CASİYƏ SURƏSİNİN TƏBYİNİ

Adını 28-ci ayədə keçən “جاثية Casiyə [diz çökən]” sözündən alan bu surənin Məkkədə enən 65-ci surə olduğu qəbul edilir. Surəyə, 18-ci ayədə keçən “شريعة şəriət” sözünə görə “Şəriət surəsi”,  24-cü ayədə keçən “الدّهر əddəhr” sözünə görə də “Dəhr surəsi” deyilir.

14-cü ayənin Mədəni olduğuna dair nəqllər mövcuddur. [1] Bəhs edilən ayənin siyak və sibakıyla uyumu nəzərə alındığında bunun tamamilə məntiqə uyğun olduğu görünür.

Surədə Allahın kainatdakı ayələrinə diqqət çəkilir, müşriklərə özlərini gözləyən pis aqibət barədə xəbərdarlıq edilərkən, möminlərə də təsəlli edilir. Surədə həmçinin kitab, hökm və peyğəmbərlik verilən İsrailoğullarına da qısaca toxunulur.

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 268

 

1Ha/8, Mim/40.

2Bu Kitabın endirilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allahdandır.

3–5Şübhəsiz, göylərdə və yer üzündə möminlər üçün əlamətlər/nümunələr vardır. Və sizin yaradılışınızda və törədib yaydığı  böyük-kiçik bütün canlılarda da qəti bilik ilə inanan bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. Və gecə ilə gündüzün bir-biri ardınca gəlməsində, Allahın göydən bir ruzidən endirərək, onunla yer üzünü ölümündən sonra diriltdiyi şeydə və küləkləri səmtlərə çevirməsində ağılla davranan bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.

6Bax budur, bunlar Allahın ayələridir ki, Biz onları sənə haqq olaraq oxuyuruq. Sənə onları doğru olaraq oxuyuruq. Artıq onlar Allahdan və Onun ayələrindən sonra, hansı sözə/hansı doğruya inanacaqlar?

(65/45, Casiyə/1–6)

Nəcm: 269

 

7Çox yalançı, çox günahkar insanların hamısının vay halına!

8O, Allahın özünə oxunan ayələrini eşidir, sonra da sanki təkəbbüründən onu heç eşitməmiş kimi, yenə bildiyini edir. Artıq sən ona can yandıran bir əzabı müjdələ!

9,10Və o, ayələrimizdən bir şey öyrəndiyi zaman onu lağa qoyur. Bax budur, onlar üçün həqarətli bir əzab, ondan sonra da bir cəhənnəm vardır. Qazandıqları şeylər və Allahın yaratdıqlarından qəbul etdikləri qoruyucu, yol göstərici yaxınlar, özlərinə heç bir şəkildə yararlı olmazlar. Və onlar üçün böyük bir əzab vardır.

11Bu xəbərdarlıqlar bir yol göstərməkdir. Rəbbinin ayələrini bilərək rədd edənlərə isə – onlar üçün ən pisindən acı verici bir əzab vardır.

(65/45, Casiyə/7–11)

Nəcm: 270

 

12Allah öz işi olaraq, içində gəmilərin seyr etməsi, sizin də Onun ərməğanlarından ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün dənizi əmrinizə verən/yararlanacağınız quruluş və xüsusiyyətlərdə yaradandır. 13Və O, göylərdə və yer üzündə olan hər şeyi Özündən sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, bunda düşünən bir camaat üçün əlamətlər/nümunələr vardır.

(65/45, Casiyə/12–13)

Nəcm: 271

14,15İman edənlərə söylə: “Allahın hər qövmü öz qazandıqları ilə cəzalandır­ma­sı üçün Allahın ciddi ölçüdə cəzalandıracağı günləri ummayan, Axirətə inan­ma­yan insanları bağışlasınlar, özləri cəzalandırmağa çalışmasınlar, Allaha həvalə etsinlər. Hər kim saleh əməl işləyərsə, bax budur, öz lehinədir. Kim də pislik edərsə, bax budur, öz əleyhinədir. Sonra Rəbbinizə döndəriləcəksiniz”.

(65/45, Casiyə/14–15)

Nəcm: 272

 

16Və and olsun ki, Biz İsrailoğullarına kitab, hökm/qayda və peyğəmbərlik verdik. Və onları təmiz və xoş olanlardan ruziləndirdik. Və onları aləmlər üzərində üstün qıldıq.

17Və onlara Allahın Özünə xas olan işlərinə dair açıq-aşkar dəlillər verdik. Sonra onlar yalnız və yalnız, özlərinə bilik gəldikdən sonra aralarındakı paxıllıq üzündən, ayrılığa düşdülər. Şübhəsiz ki, Rəbbin ayrılığa düşdükləri şeylərdə Qiyamət günü aralarında hökm verəcəkdir.

18Sonra da səni Allahın Özünə xas işlərindən açıq-aşkar bir yol xəritəsi/birgə yaşayış qaydaları sahibi etdik. Artıq sən ona uy, bilməyən insanların boş və dünyəvi arzularına uyma.

(65/45, Casiyə/16–18)

Nəcm: 273

19Şübhəsiz ki, onlar Allah qarşısında sənə heç bir şəkildə yararlı ola bilməzlər. Və şübhəsiz ki, şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərin bəzisi digərinin köməkçi, yol göstərici, qoruyucu yaxınlarıdır. Allah isə Özünün qoruması altına girənlərin köməkçi, yol göstərici, qoruyucu yaxınıdır.

20Quran insanlar üçün qəlbin dərk etməsi, qətiyyətlə inanan cəmiyyət üçün bir yol göstərici və mərhəmətdir. Bu insanlar üçün bəsirət gözü, tam yəqinliklə inanan bir qövm üçün də hidayət və mərhəmətdir! 

21Yoxsa pislikləri işləyən o insanlar özlərini, həyatlarında və ölümlərində iman edən və düzəltmək yönündə işlər edənlər kimi edəcəyimizimi zənn etdilər? Nə pis hökm verirlər!

22Və Allah göyləri və yer üzünü gerçək ilə, həmçinin hər insanı etdiyi ilə qarşılıqlandırmaq üçün yaratdı. Və onlar haqsızlığa uğradılmazlar.

23Yaxşı, sən öz boş, dünyəvi arzusunu tanrılaşdıran və Allahın bir bilik ilə özünü azdırdığı, qulağı və qəlbini möhürlədiyi və gözü üstünə bir pərdə çəkdiyi insanı gördünmü/heç düşündünmü? Artıq Allahdan sonra ona kim doğru yol bələdçiliyi edəcəkdir? Yenə də öyüd alıb düşünmürsünüzmü?

24Yenə onlar: “Həyat, ancaq bu dünya həyatımızdan ibarətdir. Ölürük və yaşayırıq. Bizi ancaq keçən uzun zaman dəyişikliyə/dağıntıya uğradır” – dedilər. Halbuki, onların buna dair heç bir bilikləri yoxdur. Onlar, sadəcə, zənn edirlər.

25Özlərinə ayələrimiz açıq-aşkar oxunduğu zaman isə: “Əgər doğru insanlarsınızsa, atalarımızı gətirin” – deməkdən başqa dəlilləri yoxdu.

(65/45, Casiyə/19–25)

Nəcm: 274

 

26,27De ki: “Allah sizi dirildər, sonra sizi öldürər, daha sonra da, özündə şübhə olmayan Qi­yamət günündə birlikdə toplayar. Lakin, insanların çoxu bilmirlər. Göylərin və yer üzünün mülkü də sadəcə, Allahındır. Qiyamət anının gələcəyi gün bax bu­dur, o gün, batilə uyanlar zərərə uğrayacaqlardır”.

28,29Və hər başçılı qövmü, diz çökmüş görərsən. Hər başçılı cəmiyyət, öz ki­tabına çağırılır: “Bu gün etmiş olduğunuz əməllərin qarşılığı sizə veriləcəkdir. Bax budur, bu, üzünüzə qarşı haqqı danışan kitabınızdır. Şübhəsiz, Biz sizin etdik­lə­ri­nizi yazdırırdıq”.

30İman edən və düzəltmək yönündə işlər edənləri də artıq… Rəbbi onları mərhəməti içinə qoyacaqdır. Bax budur, bu, açıq-aşkar qurtuluşun məhz özüdür.

31,32Bu kafirlərə gəlincə isə: “Yaxşı, sizə ayələrim oxunmadımı ki, siz yekəxanalıq etdiniz və günah işləyən bir cəmiyyət oldunuz? Və: “Allahın sözü qətiliklə gerçəkdir və Qiyamət anına gəlincə, onda şübhə yoxdur” – deyildiyində: “Qiyamət anının nə olduğunu bilmirik, yalnız və yalnız biz sadəcə zənn edirik, qətiyyən bir bilik almış deyilik” – dediniz.

33Və işlədikləri şeylərin pislikləri özlərinə bəlli oldu və onları onların lağa qoyduqları şeylər bürüdü.

34,35Və deyilmişdir ki: “Bu gün Biz sizi, sizin bu gününüzə qovuşmağı unutduğunuz kimi, unudarıq/tərk edərik/cəzalandırarıq. Yeriniz də atəşdir. Sizin üçün köməkçi­lər­dən hər hansı biri də yoxdur. Bax budur, bunlar sizin Allahın ayələrini lağa qoy­duğunuz və fani dünya həyatının sizi aldatdığına görədir”. Artıq bu gün onlar atəş­dən çıxarılmaz və üzr diləmələri də qəbul edilməz/Allahı razı etmələri də is­tə­nil­məz.

36Artıq bütün təriflər göylərin Rəbbi, yer üzünün Rəbbi və aləmlərin Rəbbi Allaha məxsusdur, başqası öyülə bilməz.

37Göylərdə və yer üzündə də ululuq və hakimiyyət yalnız və yalnız Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. Ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

(65/45, Casiyə/26–37)

TƏHLİL

1Ha/8, Mim/40.

Bundan əvvəl enmiş olan Duhan surəsi kimi, bu surə də “ح Ha” və “م Mim” kəsik hərfləriylə başlamışdır.

Keçmişdə “Ha, Mim” kəsik hərfləri ilə əlaqədar olaraq bir sıra yaraşdırmalar edildiyini Duhan/1-in təhlilində dilə gətirmiş, bu yaraşdırmalarla əlaqədar məqama Mömin/1-in təhlilində yer verildiyini dipnot olaraq qeyd etmişdik. Buna görə də oradan oxunmasını məsləhət görürük.

2Bu Kitabın endirilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allahdandır.

Mukattaa [kəsik] hərflərlə başlayan digər surələr kimi, bu surə də Qurana diqqət çəkərək başlayır. Ayədə Quranın arxasındakı gücün mütləq qalib olan, qətiyyən yenilməyən və qanunlar qoyan, hər etdiyini sağlam edən Allah olduğu vurgulanaraq, Quranı Peyğəmbərin uydurmadığı, beləliklə də Allaha boyun əyməkdən və Onun qoyduğu prinsiplərə uymaqdan başqa bir yol olmadığı ismarıcı verilir.

  • 41Şübhəsiz, Firon ailəsinə də xəbərdarlıq edənlər gəlmişdi. 42Onlar bütün ayələrimizi yalan saydılar. Biz də onları çox qüvvətli və qüdrətli biri olaraq anidən yaxaladıq. (Qəmər/41, 42)

3–5Şübhəsiz, göylərdə və yer üzündə möminlər üçün əlamətlər/nümunələr vardır. Və sizin yaradılışınızda və törədib yaydığı  böyük-kiçik bütün canlılarda da qəti bilik ilə inanan bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. Və gecə ilə gündüzün bir-biri ardınca gəlməsində, Allahın göydən bir ruzidən endirərək, onunla yer üzünü ölümündən sonra diriltdiyi şeydə və küləkləri səmtlərə çevirməsində ağılla davranan bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.

Bu ayə qrupunda isə kainatdakı ayələrə toxunularaq möminlər kainatı diqqətlə təhlil etməyə və əldə edəcəkləri faktlar haqqında təfəkkür etməyə yönləndirilir. İnsanlar kainatdakı bu ayələri təhlil edib, yaxşı-yaxşı təfəkkür etdikləri təqdirdə bunları edən iradə və gücün Allah olduğunu tapacaqlar.

Rəbbimizin kainatın təhlil edilməsinə yönəlik əmrləri bir çox ayədə yer almışdır:

  • 164Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-biri ardınca gəlməsində, insanlara yarayan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirərək, onunla yer üzünü ölümündən sonra diriltməsində, yer üzündə hər tərpənən canlılardan yaymasında, küləkləri səmtlərə çevirməsində, göy ilə yer üzü arasında əmrə hazır olan buludda, şübhəsiz ki, ağıllarını işlədən bir cəmiyyət üçün əlbəttə, əlamətlər/nümunələr vardır. (Bəqərə/164)
  • 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)
  • 10Allah göyləri dayaq olmadan yaratmışdır, bunu görməkdəsiniz. Yer üzündə də, si­zə süfrə hazırlasın deyə, sarsılmaz dağlar buraxdı və oralarda irili-xırdalı hər can­lı­dan törədib yaydı. Və Biz göydən su endirdik, beləliklə, orada hər dəyərli cüt­dən bit­ki bitirdik.
  • 11Bax budur, bu, Allahın yaratmasıdır. Haydı, göstərin Mənə! Onun yaratdıqlarından olan kimsələr nə yaratmışlar? Əslində o, şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər, açıq-aşkar bir pozğunluq içindədirlər. (Loğman/10-11)

Və Ənam/1, Əraf/185, Yunus/3–6.

3-cü ayənin başında “… möminlər için ayələr vardır” deyilirkən, sonunda “… ağlını işlədən bir qövm [hər kəs] üçün ayələr vardır” deyilmişdir. Bilindiyi kimi, əslində hər ağıllı insan üçün ayələr vardır.

Necə ki, bir ayədə belə buyurulmuşdur:

  • 185Ramazan ayı ki, Quran bir bələdçi olaraq və Furqandan – yol göstərmədən açıq seçkin açıqlamalar olaraq, o ayda endirilmişdir. Buna görə də, sizdən hər kim bu aya şahid olarsa, dərhal onda oruc tutsun. Kim də xəstə və ya səfər – əkinçilik, ticarət, əsgərlik, təhsil, təlim kimi gediş-gəlişli, hərəkətli bir işlə məşğuldursa, digər günlərdən sayı qədərdir. Allah, sizə asanlıq diləyər, sizə çətinlik diləməz. Bu asanlıq Allahın qoruması altına girməyiniz və sayı tamamlamağınız, sizə yol göstərdiyinə görə, Allahın ululuğunu bilməyiniz və Allahın verdiyi nemətlərin qarşılığını ödəməyiniz üçündür. (Bəqərə/185)

Ayənin başında “… möminlər üçün ayələr vardır” deyilməsinin səbəbi, ayələrdən kafirlərin deyil, möminlərin istifadə etmələridir.

Bunun bir bənzərini Bəqərə surəsinin girişində görürük:

  • 1Əlif/1, Lam/30, Mim/40.
  • 2–4Bax budur, bu kitab – özündə heç şübhə yoxdur, kimsəsiz yerlərdə iman edən, sa­la­atı iqamə edən, onları ruziləndirdiyimiz şey­lər­dən Allah yolunda xərcləyən/başda yaxınları olmaqla başqalarının dola­nı­şıq­la­rını təmin edən, sənə endirilənə və səndən öncə endirilənə iman edən, Allahın qo­ru­ması altına girənlər – ki, bunlar, axirətə də qətiliklə inanırlar – üçün bir bə­ləd­çidir. (Bəqərə/1-4)

Göründüyü kimi, Qurandan sadəcə müttəqilərin istifadə etmələri səbəbiylə Bəqərə/2-4-də də “… müttəqilər üçün bələdçidir” – deyilmişdir.

6Bax budur, bunlar Allahın ayələridir ki, Biz onları sənə haqq olaraq oxuyuruq. Sənə onları doğru olaraq oxuyuruq. Artıq onlar Allahdan və Onun ayələrindən sonra, hansı sözə/hansı doğruya inanacaqlar?

Bu ayədə, 3-5-ci ayələrdə vurğusu edilən ayələrə diqqət çəkilərək bu qədər ayəyə baxmayaraq, bunu inkar etdiklərinə, bunları nəzərə almadıqlarına görə bu müşriklər “artıq hansı sözə, hansı fakta inanacaqlar?” – deyilir. Bir baxıma “Kim bu ayələrdən istifadə etməzsə, artıq bundan sonra onun istifadə edə biləcəyi heç bir şey yoxdur, bundan sonra onları heç kimsə doğru yola yönəldə bilməz” ismarıcı verilir.

Bu ayənin bir bənzəri Mürsəlat surəsinin son ayəsi idi.

  • 50Artıq Qurandan sonra hansı sözə inanacaqlar? (Mürsəlat/50)

Küfrdən əl çəkmələri üçün bir çox dəfə müxtəlif əzablarla təhdid edilmiş olan kafirlər sübutlar göstərilərək, təfəkkürə dəvət edilmiş, haqq dinə sımsıxı sarılmağa təşviq edilmişdir. Hər iki ayə də, bu qədər təhdidə və təşviqə baxmayaraq, hələ də küfrlərini davam edən kafirlərin bu hallarına çaşılmalı olduğunu vurğulayan bir təəccüb [heyrət] ifadəsi ehtiva edir: “Artıq bundan [Qurandan] sonra hansı sözə inanacaqlar?

  • 21Əgər Biz bu Quranı bir dağa/çox iri cüssəli bir yük götürə bilən varlığa endirsəydik, Allaha olan hörmətlə, sevgi ilə və bilik ilə ürpərtidən onu səmimiyyətlə hörmət duyan, baş əyən və parça-parça olmuş görərdin. Və Biz bu nümunələri yaxşı-yaxşı düşünərlər deyə, insanlara veririk. (Həşr/21)

Yalçın qayaları sarsan, sıra dağları zəlzələyə tutulmuş kimi silkələyən Qurana inanmayan kimsə, artıq heç bir sözə inanmaz. İnsana haqq və batil arasındakı fərqi anladan Quranın enməsi həqiqətən də ən böyük hadisədir. Quranı tanıdığı halda iman etməyən bir adama başqa hansı şey doğru yolu göstərə bilər?

  • 47Və bax budur, beləcə, Biz sənə Kitabı endirdik və özlərinə Kitab verdiklərimiz Qurana inanırlar. Və əhli-kitabdan olmayanlardan/ərəblərdən də ona inananlar vardır. Və Bizim ayələrimizi ancaq, kafirlər bilə-bilə rədd edər.
  • 48Və sən bundan əvvəl hər hansı bir kitabdan oxumurdun/sən Quranı özündən yazmırsan. Əgər belə olsa idi, batilə inananlar qətiliklə şübhə duyacaqdılar.
  • 49Tam əksinə, Quran özlərinə bilik verilənlərin sinələrində açıq-aşkar ayədirlər. Bizim ayələrimizi də ancaq səhv/öz zərərlərinə iş edənlər bilə-bilə rədd edərlər.
  • 50Və onlar: “Ona Rəbbindən əlamətlər/nümunələr endirilməli deyildimi?” – dedilər. De ki: “Əlamətlər/nümunələr ancaq Allahın qatındadır. Mən isə ancaq açıq-aşkar bir xəbərdar edənəm”.
  • 51Onlara oxunan Kitabı, şübhəsiz ki, Bizim sənə endirmiş olmağımız onlara kifayət deyilmi? Bunda, inanan bir cəmiyyət üçün əlbəttə ki, bir mərhəmət və bir öyüd vardır. (Ənkəbud/47-51)

7Çox yalançı, çox günahkar insanların hamısının vay halına!

8O, Allahın özünə oxunan ayələrini eşidir, sonra da sanki təkəbbüründən onu heç eşitməmiş kimi, yenə bildiyini edir. Artıq sən ona can yandıran bir əzabı müjdələ!

9,10Və o, ayələrimizdən bir şey öyrəndiyi zaman onu lağa qoyur. Bax budur, onlar üçün həqarətli bir əzab, ondan sonra da bir cəhənnəm vardır. Qazandıqları şeylər və Allahın yaratdıqlarından qəbul etdikləri qoruyucu, yol göstərici yaxınlar, özlərinə heç bir şəkildə yararlı olmazlar. Və onlar üçün böyük bir əzab vardır.

Müşriklərin ağılsız davranışları; vəhyə qulaq tıxamaları, ayələrdən öyrəndikləri ilə məsxərə etmələri qınandıqdan sonra, bu ayə qrupunda da təhdid ehtiva edən bir üslubla korluqları, biganəlikləri dilə gətirilmişdir: “Artıq sən ona, can yaxan bir əzabı müjdələ! Budur, onlar üçün xorlayıcı bir əzab; sonrasında isə cəhənnəm vardır. Qazandıqları səylər və Allahın yaratdıqlarından tanrılaşdırdıqları vəlilər onlara heç bir şeydə faydalı olmaz. Və onlar üçün böyük bir əzab vardır”.

11Bu xəbərdarlıqlar bir yol göstərməkdir. Rəbbinin ayələrini bilərək rədd edənlərə isə – onlar üçün ən pisindən acı verici bir əzab vardır.

Bu ayədə, ağıl etmələri üçün edilən bütün xəbərdarlıqların əslində onlar üçün bir bələdçi olduğu, istəyərlərsə, bu xəbərdarlıqları nəzərə alaraq doğru yolu tapa biləcəkləri açıqlanır. Daha sonra isə “Rəblərinin ayələrini inkar edənlər də, onlar üçün ən pisindən acıqlı bir əzab vardır” – buyurularaq ağılsızlıq edənlərə bir xəbərdarlıq daha edilmişdir. “Ən pisindən acıqlı əzab”ın nə olduğunu bu ayədə görə bilirik:

  • 15–17Elçilər fəth istədilər. Bütün inadçı tiranlar da itkiyə, zərərə uğrayıb, acı çəkdi. Ardından cəhənnəm vardır. Və ona irinli sudan içirdiləcəkdir. İrinli suyu qurtum-qurtum içəcək, uda bilməyəcək. Və hər yandan özünə ölüm gələcək, lakin o heç ölməyəcək. Ardından da çox sərt bir əzab gələcəkdir. (İbrahim/15-17)

12Allah öz işi olaraq, içində gəmilərin seyr etməsi, sizin də Onun ərməğanlarından ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün dənizi əmrinizə verən/yararlanacağınız quruluş və xüsusiyyətlərdə yaradandır. 13Və O, göylərdə və yer üzündə olan hər şeyi Özündən sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, bunda düşünən bir camaat üçün əlamətlər/nümunələr vardır.

Bu ayələrdə Rəbbimiz gəmilərin (ticarət, səyahət, ovçuluq kimi işlər üçün) dənizdə üzməsinə, canlı-cansız bütün varlıqların insanın xidmətinə verilməsinə, varlıqlara təsərrüf edə bilməsi üçün insanın ağıl, idrak kimi qabiliyyətlərlə təchiz edilməsinə diqqət çəkərək, öz Zatını tanıdır, bu kainat ayələrini [qanunları] ancaq təfəkkür edən cəmiyyətlərin doğru dəyərləndirə biləcəyi ismarıcını verir.

İnsanın kərim [sayğın, hörmətli] qılınıması haqqında Quranda bir çox ayə vardır:

  • 71,72O zaman ki, Rəbbin bir zaman kainatdakı güclərə: “Şübhəsiz, Mən palçıqdan bir bəşər əmələ gətirəcəyəm. Onu düzgünləşdirib bilikli hala gətirdiyim zaman dərhal ona boyun əyib, təslim olun” – demişdi.
  • 73,74Buna görə də İblisdən/düşüncə qabiliyyətindən başqa, kainatdakı güclərin hamısı birlikdə boyun əyib, təslimiyyət göstərdilər, İblis yekəxanalıq etdi və o, özünü görməməzliyə qoyanlardan idi.
  • 75Allah: “Ey İblis! O, Mənim iki əlimlə/qüdrətimlə yaratdığıma boyun əyib, təslim olmağına nə mane oldu? Yekəxanalıqmı etdin? Yoxsa yüksək dərəcələrdə məqam tutanlardanmı oldun?” – dedi. (Sad/71-75)
  • 20Allahın, göylərdə və yer üzündə nə varsa hamısını sizin üçün boyun əydirdiyini, si­zin faydalanacağınız quruluş və sistemdə yaratdığını görmədinmi? Və Allah ba­tin­də və zahirdə olmaqla nemətlərini üzərinizə yaymışdır. İnsanlardan eləsi də var ki, biliksiz, bələdçisiz və aydınladıcı bir kitabı olmadan, Allah haqqında müba­hi­sə edir. (Loğman/20)

Yaradılışındakı quruluş mükəmməlliyi də insanın kərimliyinin bir başqa yönüdür:

  • 4–6həqiqətən Biz insanı ən gözəl biçimdə yaratdıq, sonra inanan və eyni zamanda quruculuq yolunda fəaliyyət göstərənlərdən başqa, çünki onlar üçün kəsilməz bir mükafat vardır, onu alçaqların ən alçağına döndərdik. (Tin/4-6)
  • 3Allah göyləri və yeri haqq ilə əmələ gətirdi və sizi formalaşdırdı. Quruluşunuzu da nə gözəl etdi! Və dönüş yalnız və yalnız Onadır. (Təğabun/3)
  • 12–16Və and olsun ki, Biz insanı seçilmiş bir palçıqdan əmələ gətirdik. Sonra onu çox dayanıqlı bir qərargahda bir nütfə, sonra o nütfəni bir embrion etdik. Sonra o embrionu bir ət parçasına döndərdik. Sonra o bir ət parçasını sümüklərə çevirdik. Sonunda o sümüklərə də bir ət geyindirdik. Sonra onu bir başqa yaradılışda yenidən qurduq. Bax budur, yaradanların ən gözəli olan Allah nə səxavətlidir! Sonra şübhəsiz ki, sizlər bunların ardından mütləq öləcəksəniz. Sonra şübhəsiz ki, siz Qiyamət günündə dirildiləcəksiniz. (Möminlər/12-16)

Yaradılışı belə bir mükəmməl olan və Allahın şan, sərəf, dəyər verdiyi insan, İblisin dürtülərinə uyaraq pislikləri sonradan qazanmış və özünü “aşağılıqların aşağılığı” və ya “aşağıların ən aşağısı” vəziyyətinə salmışdır. Bu mövzu ilə əlaqədar olaraq Tin surəsindəki açıqlamamızın təkrar oxunmasını məsləhət görürük.

14,15İman edənlərə söylə: “Allahın hər qövmü öz qazandıqları ilə cəzalandır­ma­sı üçün Allahın ciddi ölçüdə cəzalandıracağı günləri ummayan, Axirətə inan­ma­yan insanları bağışlasınlar, özləri cəzalandırmağa çalışmasınlar, Allaha həvalə etsinlər. Hər kim saleh əməl işləyərsə, bax budur, öz lehinədir. Kim də pislik edərsə, bax budur, öz əleyhinədir. Sonra Rəbbinizə döndəriləcəksiniz”.

Bu ayələr ya Mədəni bir bölmənin parçasıdır, ya da müstəqil bir nəcmdir. Necə ki, Mukatil, Begavi, Hazin kimi klassik qaynaqlarda da Mədəni olduqları nəql edilmişdir. Bölmənin əvvəlki ayələrlə birbaşa əlaqəsinin olmaması da onun ayrı bir nəcm olduğunu düşündürür.

14-cü ayədən anlaşıldığına görə, möminlər “Allahın günlərinə inanmayanlar”dan zərər görmüş olmalılar ki, Rəbbimiz də onlara elçisi vasitəsi ilə haqlarında mənfi düşüncələr bəslədikləri bu müşriklərə qarşı necə davranmaları gərəkdiyini bildirir. Rəbbimizin uyulmasını buyurduğu bu davranışlar, Allahın cəzalandırmasını vecinə almayan inkarçı müşriklərə qarşı kinlərini tutma­ları, düşüncəsizliklərindən qaynaqlanan hərəkətlərinə tolerans davranmaları, onlara edilən qaba davranışlara özlərini görməməzliyə qoymalarıdır. Xülasə, onlara belə davranılmasının möminlər üçün daha gözəl olacağı ismarıcı verilir.

15-ci ayədəki “Hər kim salihi işləyərsə, budur, öz lehinədir. Kim də pislik edərsə, budur, öz əleyhinədir. Sonra Rəbbinizə döndəriləcəksiniz”  ifadəsi ilə insanın hər əməlinin yaxşı, ya da pis olaraq dəyərləndiriləcəyi və beləliklə, onun öz seçiminin nəticəsindən asılı olaraq ya mükafata, ya da cəzaya layiq olacağı vurğulanır.

  • 46Hər kim saleh əməl edərsə, artıq özü üçün etmiş olur. Kim də bir pislik edərsə, bu artıq öz əleyhinədir. Və sənin Rəbbin qullara heç vaxt haqsızlıq edən biri deyildir. (Fussilət/46)
  • 21Və iman edən, soyları da iman ilə özlərinə uyan insanlar… Bax budur, Biz onların soylarını da özlərinə qatdıq. Özlərinin əməllərindən heç bir şey əskiltmədik. Hər kəs öz qazandığı ilə girovdur. (Tur/21)

Bu ayələrin enişi ilə əlaqədar bir sıra rəvayətlər mövcuddur. Bunlardan ən məntiqə uyğunu Kurtubidəki nəqldir:

Vahidi, Kuşeyri və digər bəzilərinin İbn Abbasdan rəvayət etdiklərinə görə, ayət-i kərimə, Mustalıkoğulları qazvəsi sırasında Ömər ilə Abdullah b. Ubeyyin başından keçən bir hadisə haqqında enmişdir. Bu adamlar əl-Mureysi deyə bilinən bir quyunun başında qonaqladılar. Abdullah su gətirmək üçün kö­ləsini göndərdi. Bir az gecikdikdə ondan: “Niyə gec gəldin?” – deyə soruşdu. Bu dəfə köləsi: “Ömər b. El-Həttabın köləsi quyunun başında oturdu və Peyğəmbərin (səs), Əbu Bəkirin qırbalarını doldurmadıqca kimsənin doldurmasına izin vermədi. Həmçinin əfəndisinin suyunu da doldurdu” – deyə cavab verdi.

Bu dəfə Abdullah: “Bizim vəziyyətimiz ilə bunların vəziyyəti eynilə “bəslə iti, qapsın səni” [bəslə qarğanı, oysun gözünü] deyimindəki nümunəyə bənzəyir” –  dedi. Onun bu sözü Ömərə çatdı. Öldürmək üçün üzərinə yürümək qəsdi ilə qılıncını sıyırdı. Uca Allah da bu ayəni endirdi. Bu da Atanın İbn Abbasdan etdiyi rəvayətdir.

Meymun b. Mihranın öz rəvayətinə görə isə İbn Abbas belə demişdir: Uca Allahın “Allaha gözəl bir borc verəcək olan kimdir? (Bəqərə/245)” buyuruğu enincə, Mədinədə Finhas deyə bilinən bir Yəhudi belə dedi: “Muhəmmədin Rəbbi kasıbladı. Ömər bunu eşitdikdə, qılıncını sı­yırıb o adamı axtarmağa başladı. Cəbrayıl (ə.s), Peyğəmbərin (səs) yanına gələrək dedi ki: “Rəbbin sənə deyir ki: ‘Möminlərə de ki, Allahın günlərini gözləməyənlərə fikir/əhəmiyyət verməsinlər”. Həmçinin bunu da bil ki, Ömər qılıncını sı­yırıb o Yəhudini axtarmağa getdi. Bundan sonra Rəsulullah (səs) Öməri axtarıb tapmaq üçün birisini göndərdi. Ömər gəlincə ona: “Ey Ömər! Qılıncını qoy” – deyə bu­yurdu. “Ey Allahın Rəsulu! Doğru söylədin. Şəhadət edirəm ki, sən haqq ilə göndərildin”. Peyğəmbər (səs) buyurdu ki: “Rəbbim buyurur ki: ‘Möminlərə de ki: Allahın günlərini gözləməyənlərə fikir/əhəmiyyət verməsinlər”. Ömər (r.a) dedi ki: heç şübhəsiz belə edəcəyəm. Səni haqq ilə göndərənə and içirəm ki, bir daha üzümdə qızğınlıq görməyəcəksən. [2]

Ayədəki “ايّام الله Allahın günləri” ifadəsi, Allahın onları cəzalandıracağı günlər deməkdir. Ərəblər, “ايّام العرب Eyyamü’l-Ərəb [Ərəb günləri]” ifadəsiylə öz tarixlərindəki əsrlərdir hafizələrdə qalan mühüm hadisələri və məşhur döyüşləri; Ərəb tarixinə aid mühüm əhvalatları qəsd edərlər.

Nəticə olaraq belə deyə bilərik: “Eyyamullah [Allahın günləri]” ifadəsi “Allahın ciddi ölçüdə cəzalandıracağı günlər” deməkdir.

16Və and olsun ki, Biz İsrailoğullarına kitab, hökm/qayda və peyğəmbərlik verdik. Və onları təmiz və xoş olanlardan ruziləndirdik. Və onları aləmlər üzərində üstün qıldıq.

17Və onlara Allahın Özünə xas olan işlərinə dair açıq-aşkar dəlillər verdik. Sonra onlar yalnız və yalnız, özlərinə bilik gəldikdən sonra aralarındakı paxıllıq üzündən, ayrılığa düşdülər. Şübhəsiz ki, Rəbbin ayrılığa düşdükləri şeylərdə Qiyamət günü aralarında hökm verəcəkdir.

Müşriklərin ağılsız münasibətləri nəql edildikdən sonra, bu ayədə də İsrailoğullarına bir göndərmə edilmiş və o çağda kimsəyə verilməyən nemətlərin onlara verilməsinə, onların isə bu nemətlərin qədrini bilməyib, nankorluq etmələrinə toxunulmuşdur. Bu toxunuşla möminlərin İsrailoğullarından ibrət almaları istənilmişdir. İsraillilər həqiqətdən uzaqlaşdıqları üçün onlara verilən artıqlıqları və nemətləri itirdilər.

  • 213İnsanlar tək bir başçılı cəmiyyət idi. Allah müjdəçilər və xəbərdar edənlər olmaq üçün peyğəmbərlər göndərdi və anlaşa bilmədikləri mövzularda insanlar arasında hökm etsinlər deyə, onlarla bərabər, haqq ilə kitab endirdi. Və sırf o Kitab verilənlər, özlərinə bu qədər dəlillər gəldikdən sonra aralarındakı azğınlıq üzün­dən anlaşılmazlığa düşdülər. Buna görə də, Allah Öz elmi daxilində iman edənlərə on­la­rın haqqında anlaşılmazlığa düşdükləri haqqa bələdçi oldu. Və Allah dilədiyini/diləyəni ən doğru yola bələdçiləyər. (Bəqərə/213)
  • 159Şübhəsiz ki, dinlərini parça-parça edib, qrup-qrup olan bu insanlar – sən heç bir forma və davranışça onlardan biri deyilsən. Şübhəsiz ki, onların işi Allahadır. Sonra Allah onlara etməkdə olduqları şeyləri xəbər verəcəkdir. (Ənam/159)
  • 93Halbuki, ortaq qoşanlar işlərini aralarında parça-parça etdilər. Hamısı yalnız və yalnız Bizə dönənlərdir. (Ənbiya/93)
  • 53Sonra insanlar öz aralarındakı işləri hissə-hissə böldülər. Hər qrup özündə olanla sevinib təkəbbürlənməkdədir. (Möminlər/53)

18Sonra da səni Allahın Özünə xas işlərindən açıq-aşkar bir yol xəritəsi/birgə yaşayış qaydaları sahibi etdik. Artıq sən ona uy, bilməyən insanların boş və dünyəvi arzularına uyma.

19Şübhəsiz ki, onlar Allah qarşısında sənə heç bir şəkildə yararlı ola bilməzlər. Və şübhəsiz ki, şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərin bəzisi digərinin köməkçi, yol göstərici, qoruyucu yaxınlarıdır. Allah isə Özünün qoruması altına girənlərin köməkçi, yol göstərici, qoruyucu yaxınıdır.

20Quran insanlar üçün qəlbin dərk etməsi, qətiyyətlə inanan cəmiyyət üçün bir yol göstərici və mərhəmətdir. Bu insanlar üçün bəsirət gözü, tam yəqinliklə inanan bir qövm üçün də hidayət və mərhəmətdir! 

Bu ayələrdə Rəsulullaha da bir yol xəritəsi verildiyi; artıq sadəcə ona uyması, cahillərə uymaması bildirilərək, əgər müşriklərin ağlına uyaraq azar, onların xatiri üçün Allahın dinində bir dəyişiklik etməyə cəhd edərsə, müşriklərin onu xilas edə bilməyəcəkləri bildirilmişdir. Onların yalnız və yalnız bir-birlərinin vəliləri/himayədarları olduqları, Allahın isə müttəqilərin vəlisi olduğu bildirilmişdir. Daha sonra da Qurana işarə edilərək, onun insanlar üçün xoşbəxtlik qaynağı, rəhmət və bələdçi olduğu vurğulanmışdır.

Tək doğru yol Allahın göstərdiyi yoldur. Başqa yollar isə insanı uçuruma aparan yollardır:

  • 96,97And olsun ki, Biz Musanı da ayələrimizlə və açıq-aşkar bir dəlil ilə Firon və öndə gedənlərinə elçi etdik. Amma onlar Fironun əmrinə uydular. Halbuki, Fironun əmri ağıllı hərəkət etməyə sövq edən, doğruya çatdıran deyildir.         (Hud/96, 97)
  • 123Sonra sənə: “Küfrdən, ortaq qoşmaqdan dönmüş bir insan olan və ortaq qoşanlardan olmayan İbrahimin dininə/həyat tərzinə tabe ol” – deyə vəhy etdik. (Nəhl/123)

20-ci ayədə “Bu[Quran] insanlar üçün bəsirət gözü, tam yəqinliklə inanan bir qövm üçün də hidayət və mərhəmətdir!” buyurulmuşdur.  Quran, haqq və batil arasındakı fərqi bildirir. Lakin onun aydınlığından, bələdçi və rəhmət olmasından ancaq qəti inanan cəmiyyətlər istifadə edərlər.

  • 57Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, qəlblərinizdəkilərə şəfa, inananlara bir bələdçi və bir mərhəmət gəlmişdir. (Yunus/57)
  • 82Və Biz Qurandan inananlar üçün şəfa və mərhəmət olan şeyləri endiririk. Və bu, sa­dəcə şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin məhvini artırar. (İsra/82)

21Yoxsa pislikləri işləyən o insanlar özlərini, həyatlarında və ölümlərində iman edən və düzəltmək yönündə işlər edənlər kimi edəcəyimizimi zənn etdilər? Nə pis hökm verirlər!

Rəbbimiz inadkar müşriklərə yuxarıdakı sualları yönəldərək onlara “Əgər belə düşünürlərsə, səhv düşünürlər. İnanmayan və pis işlər edənlər hesabsız, sorğu-sualsız və cəzasız qalmayacaqlardır” ismarıcını verir.

  • 28Yoxsa Biz iman edən və həmçinin saleh əməl işləyənləri yer üzündəki o pozğunçular kimimi edərik? Yoxsa o, Allahın qoruması altına girən kəsləri din-iman tanımayıb, pisliyə batanlar kimimi edərik? (Sad/28)
  • 28Allahın tanrılığını və rəbliyini bilə-bilə rədd edən o kimsələr, özlərinə haqsızlıq edənlər olaraq, mələklərin onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırdıqları kimsələrdir. Artıq təslimiyyəti ortaya qoyarlar: “Biz heç bir pislikdən etmirdik”. Tam əksinə, şübhəsiz ki, Allah sizin etməkdə olduqlarınızı çox yaxşı biləndir.
  • 29“O halda içində həmişəlik qalanlar olaraq, cəhənnəmin qapılarına girin!” – deyilər. Bax budur, yekəxanalıq edənlərin yeri nə pisdir!
  • 30–32Və Allahın qoruması altına girmiş insanlara: “Rəbbiniz nə endirdi?” – deyilincə, onlar: “Xeyir” – deyərlər. Bu dünyada gözəlləşdirənlərə/yaxşılaşdıranlara yaxşılıq/gözəllik vardır. Axirət yurdu isə mütləq şəkildə daha xeyirlidir. Və Allahın qoruması altına girmiş insanların yurdu… Ədn cənnətləri nə gözəldir! Onlar oraya girəcəklər. Onun altından çaylar axar. Orada onlar üçün dilədikləri şeylər vardır. Allah Özünün qoruması altına girənləri bax budur, belə qarşılıqlandırır. Allahın qoruması altına girənlər o insanlardır ki, mələklər onları xoş və rahat etdirərək onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırırlar: “Salam sizə, etmiş olduğunuz işlərin qarşılığı olaraq girin cənnətə!” – deyərlər. (Nəhl/28-32)
  • 38,39Üzlər vardır ki, par-par parlayan/gülən, müjdələyən.
  • 40,41Və o gün üzlər də vardır ki, üzərlərində toz-torpaq… tozu-torpağı da bir his bürümüşdür.
  • 42Bax budur, bunlar, bəli, bunlardır küfr edənlər, din-iman tanımayıb, pisliyə batanlar.          (Əbəsə/38-42)

Və Qiyamət/22-24, Qələm/35, Həşr/20.

Bu mövzu, xatırlanacağı kimi, Fussilət surəsində də yer almışdı.

  • 50Və əgər özünə toxunan sıxıntıdan sonra, özünə tərəfimizdən bir mərhəmət daddırsaq, heç şübhəsiz: “Bu mənim haqqımdır. Və Qiyamətin qopma anının gələcəyini sanmı­ram. Və əgər Rəbbimə döndərilərəmsə, Onun qatında heç şübhəsiz, mənim üçün ən gö­zəli vardır” – deyər. Buna görə də kafirlərə, etdiklərini mütləq bildirəcəyik və onlara qətiliklə sərt bir cəzadan daddıracağıq. (Fussilət/50)
  • 35,36Və bu adam, özünə haqsızlıq edərək bağına girdi: “Mən bunun heç bir zaman yox olacağını sanmıram. Mən Saatın qopacağını da zənn etmirəm. Fərz edək ki, Rəbbimə geri götürüldüm, qətiliklə orada bundan daha yaxşı bir nəticə taparam” – dedi. (Kəhf/35, 36)
  • 18Yaxşı, inanmış insan yoldan çıxmış insan kimidirmi? Onlar, eyni ola bilməzlər.
  • 19İman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq etdiklərinə qarşılıq, bir ağırlanma olaraq, sığınacaq bağçaları yalnız və yalnız onlar üçündür.
  • 20,21Və yoldan çıxanlara gəlincə, onların gedəcəyi/çatacağı yer də atəşdir. Hər çıxmaq istədiklərində ora yenidən çevriləcəklər və onlara: “Yalan sayıb durdu­ğu­nuz atəşin əzabını dadın” – deyiləcəkdir. Heç şübhəsiz ki, dönərlər deyə, onlara böyük cəzanın bir az zəifindən, ən yaxın cəzadan da daddıracağıq. (Səcdə/18-21)

Və Mömin/51, 52, Qələm/35, 36.

Bu ayənin enməsi ilə əlaqədar olaraq Əsbab-i Nüzul nəqllərində bu hadisə anladılır:

“Bu ayə Əli, Həmzə və Əbu Ubeydə b. əl-Cərrah ilə müşriklərdən Utbə, Şeybə və Vəlid b. Utbə kimi üç nəfər haqqında nazil olmuşdur. Çünki bu üç müşrik adı keçən möminlərə: “Vallahi, siz heç bir haqq və həqiqət üzərində deyilsiniz. Sizin söylədiyiniz haqq olsa belə, dünyada bizim vəziyyətimiz necə sizdən üstün və irəlidirsə, axirətdə də irəli olacaqdır” – dedilər.” [3]

22Və Allah göyləri və yer üzünü gerçək ilə, həmçinin hər insanı etdiyi ilə qarşılıqlandırmaq üçün yaratdı. Və onlar haqsızlığa uğradılmazlar.

Bu ayədə Rəbbimiz göyləri və yer üzünü nə üçün yaratdığına bir daha diqqət çəkmişdir. Allah bu dünyanı bir əyləncə olsun deyə yaratmamışdır. Əksinə kainatın yaradılışının böyük bir məqsədi vardır. Bu məqsədlə insanlar üçün müəyyən imkanlar təmin edilmiş və istifadə etmələri üçün onlara verilmişdir. Bunun nəticəsi olaraq yaxşılıq edənlər əməllərinin qarşılığını alacaqlar, zalımlar isə zülmlərinin cəzasını çəkəcəklər. Hər kəs nə etmişsə, etdiyinin qarşılığını əskiksiz olaraq görəcəkdir. Kimsə qətiyyən haqsızlığa uğramayacaqdır.

  • 5O, Günəşi bir aydınlıq, Ayı bir işıq edən və illərin sayını və hesabını biləsiniz deyə, aya mənzillər nizamlayandır. Allah bunu ancaq gerçək ilə yaratmışdır. O, anlaya biləcək bir cəmiyyət üçün ayələri ətraflı olaraq açıqlayar. (Yunus/5)
  • 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)

23Yaxşı, sən öz boş, dünyəvi arzusunu tanrılaşdıran və Allahın bir bilik ilə özünü azdırdığı, qulağı və qəlbini möhürlədiyi və gözü üstünə bir pərdə çəkdiyi insanı gördünmü/heç düşündünmü? Artıq Allahdan sonra ona kim doğru yol bələdçiliyi edəcəkdir? Yenə də öyüd alıb düşünmürsünüzmü?

Bu ayədə Rəbbimiz başda Rəsulullah olmaqla bütün insanlara səslənərək, ətraflarındakı öz aldanışlarına sitayiş edən, cahil, qəlbləri möhürlənmiş insan tiplərinə baxmalarını istəyir, bundan əlavə, Allahın hidayət etməyəcəyi bu insanlardan olmadıqları üçün də vəziyyətlərinə görə şükür etmələrinin lazım olduğunu bildirir.

Ayədə “öz həvəsini/nəfsini tanrılaşdıran” ifadəsiylə “Bir kimsənin nəfsinin hər istədiyini etməsi və etdiyi işin Allah nəzdində harammı, halalmı olduğunu nəzərə almadan davranması” qəsd olunur. Belə bir insan, Allah əmr etmiş belə olsa, əgər nəfsi istəmirsə o işi etməz. Bu, həvəsə qeydsiz-şərtsiz təslimiyyətdir. Bir başqa adama, quruma, ideologiyaya qeydsiz-şərtsiz təslim olmaq necə onları tanrılaşdırmaqdırsa, nəfsə də qeydsiz-şərtsiz itaət onu tanrılaşdırmaqdır, açıq-aşkar şirkdir.

Həvəsə, bağlılıqlara uymaq Quranda daima qınanılan bir davranışdır:

  • 176Və əgər Biz diləsəydik, onu o ayələrlə ucaldardıq, amma o alçaqlığa qurşandı qaldı və nəfsinə uydu. Artıq onun vəziyyəti üstünə cumsan da, öz halına buraxsan da dilini çıxarıb tövşüyən köpəyin vəziyyətinə bənzəyir. Bax budur, bu, ayələrimizi yalan sayan qövmün vəziyyətidir. Ona görə də sən yaxşı-yaxşı düşünsünlər deyə, bu hekayəni yaxşı-yaxşı anlat. (Əraf/176)
  • 28Və özünü, həmişəlik olaraq Rəbbinin razılığını istəyərək, Rəbbinə yalvaran insanlarla birlikdə, səbirli biri et. Fani dünya həyatının bəzəyini istəyərək, onlardan gözlərini ayırma. Həmçinin sən Bizim anılmamızdan qəlbini laqeyd/biganə qıldığımız, boş/dünyəvi arzusuna uymuş, həmçinin işi-gücü həddini aşmaq olan kimsəyə uyma. (Kəhf/28)

Və Rum/29, Qasas/50, Sad/26.

Həmçinin Nəcm surəsində Rəsulullahın öz istəyindən danışmadığı, yəni Quranın öz mənfəətləri istiqamətində onun tərəfindən uydurulmadığı bildirilmişdir.

  • 1Qrup-qrup enmiş ayələrin hər birinin enməsini sübut göstərirəm ki, 2yoldaşınız azmamışdır, çaşmamışdır. 3O, boş dünyəvi arzusundan da danışmır. 4Onun sizə söylədikləri – enən o ayə qrupları, ona vəhy edilən vəhydən başqa bir şey deyildir. 5Yoldaşınıza o danışdıqlarını müdhiş qüvvətləri olan, üstün ağıl sahibi, hegemonluq qurmuş olan öyrətdi. (Nəcm/1-5)

Quranda “həvəsinə uyanlar” şiddətlə qınandığı kimi, həvəsindən uzaq olanlar da öyülmüşdür:

  • 40,41Rəbbinin məqamından qorxan və özünü boş, dünyəvi arzulardan çəkindirənə gəlincə, artıq, heç şübhəsiz, cənnət sığınacağın məhz özüdür. (Nəziət/40, 41)

24Yenə onlar: “Həyat, ancaq bu dünya həyatımızdan ibarətdir. Ölürük və yaşayırıq. Bizi ancaq keçən uzun zaman dəyişikliyə/dağıntıya uğradır” – dedilər. Halbuki, onların buna dair heç bir bilikləri yoxdur. Onlar, sadəcə, zənn edirlər.

Axirətlə təhdid edildiklərində qəsdən Peyğəmbərə “ölmüş atalarımızı geri gətir, əgər söylədiklərində və qorxutduqlarında doğrusansa” – deyən fanatik inkarçılar, axirət həyatının doğruluğuna inanmamalarını öz ağıllarınca belə əsaslandırırdılar: “Həyat, ancaq bu dünya həyatımızdan ibarətdir. Ölərik və yaşayarıq. Bizi ancaq dəhr [keçən uzun zaman] həlak edər.” Yəni “Yaşamaq və ölmək təbiətin şərtləridir, zamana bağlı olaraq reallaşan bir haldır. Bizim yaşamağımız və ya ölməyimiz də zaman və kainatın xarakteri ilə əlaqədardir. Bi­zi həlak edən amil gecə və gündüzlərin gəlib getməsindən başqa bir şey deyildir, burada hər hansı bir gücün və iradəsinin rolu yoxdur” – deyirdilər. Belə deməklərindəki məqsəd, həm Allahı, həm də öldükdən sonra dirilməyi və qiyaməti inkar etməkdir.

Bunlara Rəbbimiz tərəfindən “Halbuki onların buna dair heç bir bilikləri yoxdur. Onlar, sadəcə zənn yürüdürlər” – deyilərək cavab verilmişdir. Yəni bu həyatın sonunda başqa heç bir həyatın olmadığına dair, onların əlində heç bir elmi istinadları yoxdur:

  • 27O, Axirətə inanmayanlar mələkləri tam əmin olun ki, dişilərin adları ilə adlandırırlar. 28Əslində isə, onların bu barədə heç bir biliyi/məlumatı yoxdur. Onlar yalnız və yalnız zənnə uyurlar. Zənn isə “Haqq”dan heç bir şey qazandırmaz. (Nəcm/27, 28)
  • 148Allaha ortaq qoşan insanlar deyəcəklər ki: “Allah diləsəydi biz ortaq qoş­maz­dıq, ata­larımız da ortaq qoşmazdılar, heç bir şeyi də haram qılmazdıq”. Onlardan əvvəl yalan sayanlar da əzabımızı dadıncaya qədər, bax budur, belə idi. De ki: “Yanınızda/Bizim qarşımıza çıxara biləcəyiniz bir bilikmi var? Siz, sadəcə zənnə uyursunuz və siz sadəcə axmaqlayırsınız”.nam/148)
  • 66Gözünüzü açın! Göylərdə olan kimsələr və yer üzündə olan kimsələr, tam əmin olun ki, Allahındır. Və Allahın yaratdığı sərvətlərdən bir şeylər umanlar, Allaha tay tutduqlarına tabe olmurlar. Onlar, sadəcə, zənnə qapılırlar, onlar ancaq yalan söyləyirlər. (Yunus/66)
  • 36Və onların çoxu, ancaq bir zənnə uyarlar. Şübhəsiz ki, zənn “haqq”dan heç bir şey qazandırmaz. Şübhəsiz ki, Allah onların etdiklərini çox yaxşı bilir. (Yunus/36)

Və Bəqərə/28, Rum/27, Təğabun/9, Mürsəlat/12,13, Hud/104, Məaric/6, 7.

25Özlərinə ayələrimiz açıq-aşkar oxunduğu zaman isə: “Əgər doğru insanlarsınızsa, atalarımızı gətirin” – deməkdən başqa dəlilləri yoxdu.

Bu ayədə inadkar, inkarçı müşriklərin məntiqinə, cahilliklərinə, bilik sarıdan dayazlıqlarına diqqət çəkilib, nə qədər ağılsız olduqları və istinadsız inanclara sahib olduqları açıqlanır.

Bu ayənin bənzəri bundan əvvəlki Duhan surəsində də keçmişdi:

  • 34–36Şübhəsiz, Məkkəli ortaq qoşanlar deyirlər ki: “Bizim, sadəcə, ilk ölümümüz var. Biz təkrar dirildiləcək deyilik. Əgər siz doğru insanlarsınızsa, sözünüzün sahibisi­niz­sə, haydı, ataları­mızı bizə gətirin”. (Duhan/34-36)

26,27De ki: “Allah sizi dirildər, sonra sizi öldürər, daha sonra da, özündə şübhə olmayan Qi­yamət günündə birlikdə toplayar. Lakin, insanların çoxu bilmirlər. Göylərin və yer üzünün mülkü də sadəcə, Allahındır. Qiyamət anının gələcəyi gün bax bu­dur, o gün, batilə uyanlar zərərə uğrayacaqlardır”.

Bu ayədə peyğəmbərimizə bu ağılsız, cahil, inkarçı müşriklərə necə cavab veriləcəyi öyrədilir. Söylənməsi istənilən bu cavabla eyni zamanda müşriklərə yeni bir xəbərdarlıq daha edilmiş olur.

Ayədəki “Lakin insanların çoxu bilmirlər” cümləsinin tamamlayıcısı, yəni “nəyi bilmədikləri mövzusu” gizlidir, açıq şəkildə söylənməmişdir. Cümlənin tamamlayıcısı belə təqdir edilə bilər: “Lakin insanların çoxu, ilk yaratmağa qadir olan gücün ikinci dəfə yaratmağa da qadir olmalı olduğunu bilmirlər”.

Bu iki ayə ilə həm “Əgər doğru kimsələrsinizsə, atalarımızı gətirin” – deyənlərə, həm də “Ölərik və yaşayarıq. Bizi ancaq dəhr [keçən uzun zaman] həlak edər” – deyənlərə cavab verilmiş olur. Yəni onlara bu işin ayrı-ayrı olmayacağı, bir gün bütün insanların cəm halda dirildiləcəyi və bunun üçün də bir vaxtın təyin edildiyi bildirilmişdir.

28,29Və hər başçılı qövmü, diz çökmüş görərsən. Hər başçılı cəmiyyət, öz ki­tabına çağırılır: “Bu gün etmiş olduğunuz əməllərin qarşılığı sizə veriləcəkdir. Bax budur, bu, üzünüzə qarşı haqqı danışan kitabınızdır. Şübhəsiz, Biz sizin etdik­lə­ri­nizi yazdırırdıq”.

İnadkar müşriklərə lazımi cavab verildikdən sonra dərhal çox dəhsətli bir məhşər səhnəsi ortaya qoyulr. Bu səhnədə o azğın, korlanmış, təkəbbürlü yalan sayanlar çarəsiz, pərişan, diz çökmüş bir haldadırlar. Onlara: “Bu gün, etmiş olduğunuz əməllərin qarşılığı sizə veriləcəkdir. Budur, bu, üzünüzə qarşı haqqı danışan kitabınızdır. Şübhəsiz Biz, sizin etdiklərinizi yazdırırdıq” – deyilir.

  • 62Və Biz heç kimsəni gücünün yetdiyindən başqası ilə – imkanı və bacarığı xaricindəki bir şeylə yükləmərik. Nəzdimizdə də, haqqı danışan bir kitab vardır və onlar haqsızlığa uğradılmazlar. (Möminlər/62)
  • 49Və kitab/əməl dəftəri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və: “Vay bizim halımıza! Bu necə kitab imiş ki, böyük-kiçik heç bir şey buraxmadan hamısını saymışdır/yazmışdır” – deyərlər. Və onlar etdiklərini hazır görərlər. Və sənin Rəbbin heç kimsəyə haqsızlıq etməz. (Kəhf/49)
  • 69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz. (Zümər/69)

Və Qiyamət/13-19, Rad/11, Qaf/18, İnfitar/9-12.

30İman edən və düzəltmək yönündə işlər edənləri də artıq… Rəbbi onları mərhəməti içinə qoyacaqdır. Bax budur, bu, açıq-aşkar qurtuluşun məhz özüdür.

31,32Bu kafirlərə gəlincə isə: “Yaxşı, sizə ayələrim oxunmadımı ki, siz yekəxanalıq etdiniz və günah işləyən bir cəmiyyət oldunuz? Və: “Allahın sözü qətiliklə gerçəkdir və Qiyamət anına gəlincə, onda şübhə yoxdur” – deyildiyində: “Qiyamət anının nə olduğunu bilmirik, yalnız və yalnız biz sadəcə zənn edirik, qətiyyən bir bilik almış deyilik” – dediniz.

33Və işlədikləri şeylərin pislikləri özlərinə bəlli oldu və onları onların lağa qoyduqları şeylər bürüdü.

34,35Və deyilmişdir ki: “Bu gün Biz sizi, sizin bu gününüzə qovuşmağı unutduğunuz kimi, unudarıq/tərk edərik/cəzalandırarıq. Yeriniz də atəşdir. Sizin üçün köməkçi­lər­dən hər hansı biri də yoxdur. Bax budur, bunlar sizin Allahın ayələrini lağa qoy­duğunuz və fani dünya həyatının sizi aldatdığına görədir”. Artıq bu gün onlar atəş­dən çıxarılmaz və üzr diləmələri də qəbul edilməz/Allahı razı etmələri də is­tə­nil­məz.

Məhşərə aid təmsili anlatmanın davam etdiyi bu ayə qrupunda möminlərin və müşriklərin final səhnəsi yer almışdır. Möminlərlə əlaqədar səhnə çox qısa və lakonikdir: “İman edən və salihatı işləyən kimsələri artıq Rəbbləri rəhməti içinə qoyacaqdır. Budur, bu, açıq-aşkar qurtuluşun məhz özüdür”. Müttəqi qulların aqibətiylə əlaqədar Quranda daha bir çox ayə vardır.

Bölmənin digər səhnəsində isə müşriklər ilə üzləşilir. Onlara dünyadakı halları xatırladılaraq: “Yaxşı, sizə ayələrim oxunmadımı ki, siz yekəxanalıq etdiniz və günah işləyən bir qövm oldunuz?” – deyilərək aqibətlərinin niyə pis olduğu açıqlanır.  “Bu gün Biz sizi, sizin bu gününüzə qovuşmağı unutduğunuz kimi unudarıq/tərk edərik [cəzalandırarıq]. Yeriniz də atəşdir. Sizin üçün köməkçilərdən hər hansı biri də yoxdur. Budur, bunlar sizin Allahın ayələrini lağa qoymağınız və adi həyatın sizi aldatdığına görədir.

  • 124–126Kim Mənim anılmağımdan/Mənim öyüdümdən uzaq durarsa, heç şübhəsiz, onun üçün çətin, sıxıcı bir dolanışıq/yaşayış vardır. Qiyamət günü də onu kor olaraq qi­yamət gününün toplantı yerinə toplayarıq. O deyər ki: “Rəbbim, mən görən biri olduğum hal­da məni niyə kor olaraq bu yerə çıxardın?” Allah deyər ki: “Bu belədir, ayə­lərimiz sənə gəldisə də, sən onları tərk etmişdin – bu gün də eyni şəkildə sən tərk edi­lir­sən/cəzalandırılırsan”. (Ta Ha/124-126)
  • 34Şübhəsiz ki, Allahın qoruması altına girənlər üçün Rəbləri yanında nemətləri bol olan cənnətlər vardır. 35Biz heç müsəlmanlara günahkarlara etdiyimizi edərikmi? (Qələm/34, 35)
  • 84Və hər ümmətdən bir şahid gətirəcəyimiz gün, artıq kafirlərə izin verilməz. Onlardan üzr diləmələri də istənilməz. (Nəhl/84)

Və Rum/57, Fussilət/24, Səcdə/20, 21, Fatir/37.

36Artıq bütün təriflər göylərin Rəbbi, yer üzünün Rəbbi və aləmlərin Rəbbi Allaha məxsusdur, başqası öyülə bilməz.

37Göylərdə və yer üzündə də ululuq və hakimiyyət yalnız və yalnız Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. Ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

Surə, Rəbbimizin Özünü tanıtdığı bu ayə qrupuyla sona çatır. Bu son iki ayədə kafirlərə ortaya qoyulan o qədər sübutdan sonra dolaylı olaraq bu ismarıc verilir:

Unutmayın! Allah, bütün təriflər özünə məxsus olandır. O, göylərin, yer üzünün və aləmlərin Rəbbidir. Göylərdə və yer üzündə hakimiyyət yalnız və yalnız Onundur. O, qətiliklə yenilməzdir və qanunlar qoyandır”.

Allah doğrusunu ən yaxşı biləndir

[1] Süyuti, el İtkan; Mukatil, Begavi, Hazin.

[2] Kurtubi; el Camiu li Ahkamıl Kuran.

[3] Razi; el Mefatihu’l Gayb.