DUHAN SURƏSİNİN TƏBYİNİ

Adını 10-cu ayədəki “دخان Duxan [Duman]”sözündən alan bu surə, Məkkədə enən 64-cü surədir. Surə Qurana və Quranın endiyi gecənin əhəmiyyətinə toxunaraq başlayır və yenə Quran ön plana çıxarılaraq bitir. Quran tanıdılarkən Rəbbimiz Özünün də bir çox sifətini xatırladır. Kitabı və elçilik müəssisini yalan sayanlara xəbərdarlıq edilir, axirətin doğruluğu məqbul və məntiqli olaraq açıqlanır.

Surədə keçmiş hekayə olaraq sadəcə Firon – Musa hekayəsi yer almışdır. Bu hekayədə Musanın (əs) səylərinə qarşı Firon və qövmünün münasibətləri ələ alınmış və açıqlanmışdır ki, bu münasibətlər cəzaya məhkum olunmalarına səbəb olmuşdur.

Tərcümə

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 263

 

1Ha/8. Mim/40.

2–7Açıq-aydın/açıqlayan Kitaba and olsun ki, şübhəsiz, Biz Öz qatımızdan bir iş olaraq, onu haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalarla dolu/sağlam, hər işin/var olmanın özündə ayırd edildiyi, hər şeyin bol-bol verildiyi, qazancın bol olduğu bir gecədə endirdik. Şübhəsiz ki, Biz xəbərdar edənlərik. Şübhəsiz ki, Biz Rəbbindən – göylərin, yer üzünün və ikisi arasındakıların Rəbbindən, əgər qəti­liklə inanan insanlarsınızsa, bir mərhəmət olaraq elçi göndərənlərik. Şübhəsiz ki, O, ən yaxşı eşidənin, ən yaxşı bilənin məhz özüdür.

8Ondan başqa tanrı deyə bir şey yoxdur. O, yaşadır və öldürür! Sizin Rəbbinizdir, sizdən öncəki atalarınızın da Rəbbidir. 9Əksinə onlar yetərsiz bilik içində oynayıb dururlar.

(64/44, Duhan/1–9)

Nəcm: 264

10,11İndi sən göyün açıq-aşkar bir qıtlıq gətirəcəyi günü gözlə. O qıtlıq insanları tamamilə bürüyər. Bu, əziyyətverici bir əzabdır.

12Rəbbimiz! Bizdən əzabı qaldır. Şübhəsiz, biz artıq qətiliklə inananlarıq.

13,14Onlar hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki, onlara açıqlayıcı bir elçi gəlmişdi. Sonra ondan üz çevirdilər və “Öyrədilmiş bir dəli/gizli güclərlə dəstəklənən biri!” – dedilər.

15Şübhəsiz, Biz əzabı bir az da olsa qaldırarıq, siz qətiliklə dönənlərsiniz.

16Ən böyük bir yaxalayışla yaxalayacağımız gün, şübhəsiz, Biz günahkarı yaxalayıb cəza verərək, ədaləti qoruyanlarıq.

(64/44, Duhan/10–16)

Nəcm: 265

17–21Və and olsun ki, Biz onlardan öncə Firon qövmünü imtahan etdik. Və onlara çox hörmətli bir elçi gəlmişdi: “Allahın qullarını mənə geri verin. Şübhəsiz ki, mən sizin üçün göndərilmiş, etibar edilən bir elçiyəm. Allaha qarşı təkəbbür göstərməyin. Şübhəsiz ki, mən sizə açıq-aşkar bir güc gətirirəm. Və şübhəsiz ki, mən məni daşlayaraq öldürməyinizdən mənim Rəbbimə, sizin Rəbbinizə sığındım. Və əgər siz mənə inanmasanız, dərhal yanımdan uzaqlaşın”.

22Sonra da Musa: “Şübhəsiz ki, bunlar günahkar bir cəmiyyətdir” – deyərək Rəbbinə yalvardı.

23,24Haydı, qullarımı gecə ikən yerit. Şübhəsiz ki, siz təqib olunacaqsınız, tədbirli olun. Bol suyu/çayı çox sürətli burax. Şübhəsiz, onlar suda boğulmuş bir ordudur.

25–27Onlar bağçaları, bulaqları, əkinləri, hörmətli məqamları və içində səfalar sürdükləri necə nemətləri qoyub getdilər.

28Bax budur, belə! Biz onları başqa-başqa cəmiyyətlərə miras buraxdıq.

29Bax budur, göy və yer üzü onlara görə ağlamadı. Onlar, müddət tanınanlar da olmadılar.

30,31And olsun ki, Biz İsrailoğullarını o xor görən əzabdan – Firondan qurtardıq. Şübhəsiz ki, o, həddi aşanlardan, üstünlük göstərənlərdən biri idi.

32And olsun ki, Biz İsrailoğullarını, bilərək aləmlər üzərində seçkin etmişdik.

33Biz onlara içində açıq-aşkar bir bəla olan əlamətlərdən/nümunələrdən də vermiş­dik.

34–36Şübhəsiz, Məkkəli ortaq qoşanlar deyirlər ki: “Bizim, sadəcə, ilk ölümümüz var. Biz  təkrar dirildiləcək deyilik. Əgər siz doğru insanlarsınızsa, sözünüzün sahibisi­niz­sə, haydı, ataları­mızı bizə gətirin”.

37Onlarmı daha xeyirlidir, yoxsa Tübbə qövmü və onlardan öncəki insanlarmı? Biz onları dəyişikliyə/dağıntıya uğratdıq. Şübhəsiz, onlar günahkarlar idilər.

(64/44, Duhan/17–37)

Nəcm: 266

38Və Biz göyləri, yer üzünü və ikisi arasındakıları oyun-oyuncaq olaraq yarat­ma­dıq.

39Biz o ikisini sadəcə, haqq/doğru ilə yaratdıq. Lakin, onların çoxu bilmirlər.

40Şübhəsiz ki, Ayırma Günü onların hamısının görüşmə yeridir/qərarlaşdırılmış görüşmə vaxtıdır.

41,42O gün Allahın mərhəmət etdiyi insanlar istisna olmaqla, heç bir yaxının yaxınına heç bir şəkildə faydası olmaz. Onlara kömək də edilməz. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür.

43–46Şübhəsiz, zəqqum ağacı həddindən artıq günahkarların yeməyidir. O, ərimiş mədən kimidir, qızğın bir mayenin qaynaması kimi qarınlarda qaynayar.

47,48Tutun bunu və çılğınca yanan atəşin ortasına sürükləyin. Sonra onun başının üstünə qaynar su əzabından tökün”.

49,50Dad baxaq! Şübhəsiz ki, sən çox güclü və çox üstün biri idin! Şübhəsiz ki, bax budur, bu sizin özünə şübhə duyduğunuz şeydir”.

(64/44, Duhan/38–50)

Nəcm: 267

51–57Şübhəsiz ki, Allahın qoruması altına girənlər, Rəbbindən bir ərməğan olaraq, təhlükəsiz bir məqamdadırlar, bağçalarda və bulaqlardadırlar. Onlar, üz-üzə oturaraq, incə ipəkdən və parlaq atlasdan libaslar geyərlər. Bax budur, belə! Biz onları iri qara gözlülərlə/ən ideal tiplərlə qoşalaşdırdıq. Onlar, orada əminliklə hər çeşid meyvəni istəyə bilərlər. Onlar orada ilk ölümdən başqa bir ölüm dadmazlar. Və Allah onları cəhənnəm əzabından qorumuşdur. Bax budur, bu, böyük qurtuluşun məhz özüdür.

58Bax budur, Biz Quranı onlar öyüd alsınlar deyə, sənin dilinlə asanlaşdırdıq.

59Artıq sən  gözlə! Şübhəsiz ki, onlar gözləyənlərdir.

(64/44, Duhan/51–59)

TƏHLİL:

1Ha/8. Mim/40.

Surənin 1-ci ayəsi “ح Ha” və “م Mim” kəsik hərflərindən ibarətdir.

Digər kəsik hərflər haqqında olduğu kimi, keçmişdə “Ha, Mim” kəsik hərfləri ilə də əlaqədar bir sıra yaraşdırmalar edilmişdir. [1]

2–7Açıq-aydın/açıqlayan Kitaba and olsun ki, şübhəsiz, Biz Öz qatımızdan bir iş olaraq, onu haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalarla dolu/sağlam, hər işin/var olmanın özündə ayırd edildiyi, hər şeyin bol-bol verildiyi, qazancın bol olduğu bir gecədə endirdik. Şübhəsiz ki, Biz xəbərdar edənlərik. Şübhəsiz ki, Biz Rəbbindən – göylərin, yer üzünün və ikisi arasındakıların Rəbbindən, əgər qəti­liklə inanan insanlarsınızsa, bir mərhəmət olaraq elçi göndərənlərik. Şübhəsiz ki, O, ən yaxşı eşidənin, ən yaxşı bilənin məhz özüdür.

8Ondan başqa tanrı deyə bir şey yoxdur. O, yaşadır və öldürür! Sizin Rəbbinizdir, sizdən öncəki atalarınızın da Rəbbidir.

Rəbbimiz surənin bu ilk ayələrində əvvəlcə Quranı istinad göstərərək Quranın endiyi gecəni, dərhal ardından da bir çox sifətini anaraq Özünü tanıtmışdır.

Quranın endiyi gecə, “hikmətlə dolu/sağlam hər işin/var olmanın özündə ayırd edildiyi, mübarək [bolluqlu] bir gecə …” olaraq xarakterizə edilmişdir.

Bu xarakterizə edilmələr Qədr surəsində belə ifadə edilmişdi:

  • 1Şübhəsiz, Biz dəyərli səhifələr içindəki Quranı Qədr gecəsində endirdik.
  • 2Qədr gecəsi nədir – sənə nə bildirdi/öyrətdi?
  • 3Qədr gecəsi min aydan daha xeyirlidir.
  • 4,5Xəbərçi ayələr, içlərindəki ruh… can qatan, canlı tutan gücləri ilə Rəblərinin izni ilə/biliyinə uyğun olaraq, o şəfəq sökülənə qədər/aydınlığa qovuşana qədər enərlər… hər bir işdən…
  • Salam! (Qədr/1, 5)

Mövzumuz olan bölmədə keçən “امراً من عندنا Əmran min andina [Öz qatımızdan bir iş olaraq]” ifadəsi xüsusilə diqqət çəkicidir.

Bu ifadəylə Rəbbimiz, vəhy göndərməyin [kitab endirməyin] bilavasitə öz işi olduğunu; bununla əlaqədar kimsəni araçı qılmadığını vurğulayır. Bu xüsus bir çox ayədə açıq şəkildə bildirilmişdir:

  • 2Allah Öz əmri ilə qullarından dilədiyinə vəzifə olaraq xəbərçi ayələri/vəhyi Özünə xas bir iş kimi, ruh/can ilə birlikdə göndərib buyurar: “İnsanları xəbərdar edib bildirin: “Məndən başqa tanrı yoxdur, o halda mənim qorumam altına girin!” (Nəhl/2)
  • 1Şübhəsiz, Biz dəyərli səhifələr içindəki Quranı Qədr gecəsində endirdik.
  • 2Qədr gecəsi nədir – sənə nə bildirdi/öyrətdi?
  • 3Qədr gecəsi min aydan daha xeyirlidir.
  • 4,5Xəbərçi ayələr, içlərindəki ruh… can qatan, canlı tutan gücləri ilə Rəblərinin izni ilə/biliyinə uyğun olaraq, o şəfəq sökülənə qədər/aydınlığa qovuşana qədər enərlər… hər bir işdən…
  • Salam! (Qədr/1, 5)
  • 15O, dərəcələri yüksəldəndir, ən böyük taxtın/ən yüksək mövqenin sahibidir. O, görüşmə günü haqqında xəbərdar etmək üçün Öz əmrindən/Öz işindən olan vəhyi qullarından dilədiyinə verir. (Mömin/15)

O gecədə hər hikmətli iş ayırd edilir, Quranın ehtiva etdiyi ayələr sayəsində iman-küfr, tövhid-şirk, iyi-pis, gözəl-çirkin, haqq-batil, hidayət-dəlalət, …  bir-birindən ayrılır. Quran oxuyan hər kəs nəyin nə olduğunu rahatlıqla anlayar.

Bu ayələr təəssüf ki, bir sıra uydurma rəvayətlərlə (Rəsulullahın adı işlədilərək) öz məcrasından çıxarılmış və “bəraat gecəsi” deyə bir gecə ortaya qoyulmuşdur. Klassik əsərlərdə bu mövzuya dair yüzlərlə şişirdilmiş rəvayət mövcuddur.

Bunlardan ən sadə olanını Kurtubidən nəql edirik:

Peyğəmbər (səs) buyurdu ki: “Şübhəsiz, əziz və cəlil olan Allah, fevral ayının ortası gecəsində dünya səmasına enir və Kelboğulları qoyunlarının tüklərinin sayından daha artıq kimsəyə mağfirət buyurur”.  (Tirmiziyə görə) bu xüsusda Əbu Bəkir əs-Siddiqdən gəlmiş bir rəvayət də vardır. Əbu İsa [Tirmizi] dedi ki: Aişə yoluyla gələn bu hədisi biz ucaldılmış olaraq ancaq əl-Haccac b. Ertaedən, o Yəhya b. Əbu Kəsirdən, o Urvədən, o Aişədən yo­luyla bilirik. Mən Muhəmmədi bu hədisi zəif hesab etdiyini söylərkən din­lədim. Həmçinin dedi ki: Yəhya b. Əbu Kəsir, Urvədən hədis dinləməmişdir, əl-Həccac b. Ertae isə Yəhya b. Əbu Kəsirdən hədis dinləməmişdir. [2]

7-ci ayədə keçən “əgər qəti inanan kimsələrsinizsə” şəklindəki mötərizə içi ifadə, “Əgər qəti bilik və inanc ilə araşdırar və onu əldə etmək istəyirsinizsə, işin bizim dediyimiz kimi olduğunu görəcəksiniz” deməkdir. Bu ifadəylə Məkkəli müşriklərə göndərmə edilmişdir. Çünki onlar da göylərin və yerin bir yaradıcısı olduğunu qəbul edirdilər. Beləliklə, bu ifadəylə onlara “Əgər sən göylərin, yerin və onların arasında olan hər şeyin yaradıcısı kimi qəbul etdiyin o Uca Varlığı müəyyən elm və əminliklə qəbul etmisənsə, bil ki, O, Öz tərəfindən bir rəhmət olaraq bir peyğəmbər göndərmiş, kitab nazil etmişdir” deyilmişdir.

  • 158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”. (Əraf/158)

Yenə 7-ci ayədə diqqət çəkən bir digər cümlə də “bir rəhmət olaraq elçi göndərənlərik” ifadəsidir. Bu ifadəylə “Kitabın endirilməsinin Rəbbimizin bir rəhməti olduğu”na işarə edilmişdir. Çünki Rəbbimiz rəhməti öz üzərinə borc bilmişdir. Buna görə də insanlığa elçi göndərir, kitab endirir.

  • 12De ki: “Göylərdə və yerdə olanlar kim üçündür?” De ki: “Allah üçündür”. Allah, mərhəməti Öz öhdəsinə yazmışdır. Sizi, tam yəqinliklə bilin ki, özündə qətiyyən şübhə olmayan qiyamət gününə toplayacaqdır. Öz-özlərini zərərə salan insanlar, bax budur, onlar iman etməzlər. (Ənam/12)
  • 54Və ayələrimizə inananlar sənin yanına gəldikləri zaman, dərhal: “Salam olsun sizə! Rəbbiniz mərhəməti Öz üzərinə yazdı. Şübhəsiz, sizdən hər kim bilməyərək bir pislik işləyib və sonra ardından tövbə edər və düzəldərsə, şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bağışlamağı bol olandır, əngin mərhəmət sahibidir” – de! (Ənam/54)

9Əksinə onlar yetərsiz bilik içində oynayıb dururlar.

7-ci ayədə müşriklərə göndərmə edilərək “əgər qəti inanan kimsələrsinizsə” deyilmişdi. Bu ayədə isə, müşriklərin qəti bilikdən yoxsul olduqları, yetərsiz bilik içində oyalandıqları birbaşa üzlərinə vurulmuşdur. Onlar yerin, göyün yaradıcısının Allah olduğunu qəti bilik ilə bilsələr, bu bilikləri ilə Quranı təhlil edərlər və nəticədə onun Peyğəmbər tərəfindən uydurulmadığını, bilavasitə Allah tərəfindən endirildiyini də görər və anlayardılar. Bu da onların “şəkk [yetərsiz bilik]”dən qurtularaq “qəti inanan kimsələr”olmalarını təmin edərdi.

10,11İndi sən göyün açıq-aşkar bir qıtlıq gətirəcəyi günü gözlə. O qıtlıq insanları tamamilə bürüyər. Bu, əziyyətverici bir əzabdır.

12Rəbbimiz! Bizdən əzabı qaldır. Şübhəsiz, biz artıq qətiliklə inananlarıq.

13,14Onlar hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki, onlara açıqlayıcı bir elçi gəlmişdi. Sonra ondan üz çevirdilər və “Öyrədilmiş bir dəli/gizli güclərlə dəstəklənən biri!” – dedilər.

15Şübhəsiz, Biz əzabı bir az da olsa qaldırarıq, siz qətiliklə dönənlərsiniz.

16Ən böyük bir yaxalayışla yaxalayacağımız gün, şübhəsiz, Biz günahkarı yaxalayıb cəza verərək, ədaləti qoruyanlarıq.

Bölmənin ilk ayəsində, Məkkəlilərin başına gələcəklər anladılaraq Peyğəmbərimizdən istənilir ki, olacaqları izləsin. Ayənin ilk bölməsi Zühruf surəsinin son ayələrinin davamı mahiyətindədir. Xatırlanacağı kimi, Zühruf surəsinin son ayəsində Rəsulullaha: “Artıq sən onlardan əl çək və “Salam!” de. Artıq onlar yaxında biləcəklər” – deyilmişdi. Bu ifadəylə yaxında Məkkəlilərin başına gələcəklərə işarə edilmişdir. Onları bir toz-duman bürüyəcək, bu onlar üçün çox acınacaqlı olacaqdır. Bu halda ikən əzabın qaldırılması üçün Allaha yalvaracaqlar. Belə ki, onlar səmimiyyətsiz insanlardır. Allah onlardan əzabı bir azacıq qaldırınca, yenə qədim azğınlıqlarına dönəcəklər. Sonunda Rəbbimiz hamısını cəzalandıracaqdır.

Göyün Gətirəcəyi Açıq-aşkar Duman

Ayədə keçən “açıq-aşkar duman”ın nə olduğu xüsusunda bir çox görüş irəli sürülmüşdür.

Birinci görüş: Razi və Kurtubi, bu görüşlərə qatılmamalarına baxmayaraq, bu barədə bunları nəql etmişdilər: Bu duman qiyamətin əlamətlərindən olub, hələ gəlməmişdir. O yer üzündə qırx gün müddət ilə qalacaq və göy ilə yer arasını dolduracaqdır. Mömin buna görə qrip kimi olacaq, kafir və günahkarların burunlarına gi­rərək qulaqlarını dələcək, nəfəslərini daraldacaqdır. Bu, qiyamət gü­nündə cəhənnəmin edəcəyi təsirlərdəndir.

Dumanın hələ ortaya çıxma­dığını söyləyənlər arasında Əli, İbn Abbas, İbn Ömər, Əbu Hureyrə, Zeyd b. Əli, əl-Həsən b. Əbu Müləykə və başqaları da vardır.

Əbu Said əl-Hudri ucaldaraq olaraq [yəni Hz. Peyğəmbərə isnad ilə] bu du­manın insanlara qiyamət günündə təsir edəyəcəyini, Möminin bundan ötrü qrip kimi olacağını rəvayət etmişdir. Kafirin də qulaqlarından çıxıncaya qədər içinə sızacaqdır. Bunu da əl-Mavərdi zikr etmişdir.

Müslimin Səhihində yer alan rəvayətə görə Əbu’t-Tufayl, Huzeyfə b. Esid əl-Ğıfaridən belə dediyini nəql edir: Biz öz aramızda danışarkən Peyğəmbər (səs) çıxıb yanımıza gəldi və: “Nədən bəhs edirsiniz?” – deyə soruşdu. Oradakılar: “Qiyamətdən bəhs edirik” – dedilər. Belə buyurdu: “Qiyamət, əvvəlində on əlamət görmədiyiniz müddətcə əsla qopmayacaqdır. Ara­larında bunları zikr etdi: Duman, Dəccəl, Dabbətü1-ərz, Günəşin qərbdən doğ­ulması, Məryəm oğlu İsanın enməsi, Yəcuc ilə Məcucun çıxması və biri şərqdə, biri qərbdə, biri Ərəb Yarımadasında olmaqla üç böyük Quru par­çasının yerin dibinə keçməsidir. Bunların sonuncusu isə Yəməndən çıxacaq və insanları məhşərlərinə doğru qovalayacaq bir atəşdir”. Huzeyfədən gələn bir digər rəvayətdə isə belə deyilir: “On dənə əlamət ortaya çıxmadıqca, qiyamət qopmayacaqdır: Şərqdə bir quru parçasının yerə keçməsi, qərb­də bir quru parçasının yerə keçməsi, Ərəb Yarımadasında bir quru parçasının yerə keçməsi, duman, Dəccal, Dabbətü1-ərz, Yəcuc və Məcuc, günəşin qərbdən doğulması və Adanın iç tərəflərindən çıxıb insanları önünə qatıb yeridən bir atəş”.

Bu hədisi əs-Saləbi də Huzeyfədən gələn bir rəvayət olaraq zikr etmişdir. Buna görə Rəsulullah (səs) belə buyurmuşdur: “İlk ortaya çıxacaq əlamət Dəccal, Məryəm oğlu İsanın enməsi ilə Ebyen Edenin iç tərəflərindən çıxacaq və insanları məhşərə doğru sürükləyəcək bir atəş… Onlar harada gecəni keçirəcəklərsə, onlarla birlikdə gecələyər. Harada öylən vaxtı din­cəlməyə çəkilirlərsə, onlarla birlikdə dincələr. Sabahı edərlərsə, onlarla birlikdə sabah edər, axşamı edərlərsə, onlarla birlikdə axşamı edər”. “Ey Allahın Peyğəmbəri, bəs duman nədir?” – deyə soruşdum. O: “Bu ayədir” – dedi: “O halda göy üzündə açıq görünən bir dumanın gələcəyi günü gözlə!’ Bu duman şərq ilə qərb arasını dolduracaq, qırx gün, qırx gecə qalacaqdır. Mömin buna görə bir növü qrip kimi olacaq, kafir isə sərxoş kimi olacaqdır. Duman ağzından, burun dəliklərindən, gözlərindən, qulaqlarından və dübüründən çıxacaqdır.

Duman, Peyğəmbərin (səs) qarğışına görə Qüreyşin üz-üzə qaldığı aclıqdan ötrü başlarına gələn hadisələrdir. Belə ki, adam göy ilə yer arasında bir duman görəcək hala gəlmişdi. Bu görüş İbn Məsudun görüşü­dür. O belə deyir: Uca Allah bu əzabı üzərlərindən qaldırmışdır. Əgər bu qiyamət günü[ndən əvvəlki bir əlamət] olsaydı, onların üzərindən bu əzabı qal­dırmazdı. Bu xüsusda ondan gələn hədis Səhih-i Buhari, Müslim və Tirmizidə yer alır. Buhari dedi ki: Bana Yahya anlatdı, dedi ki: Bizə Əbu Muaviyə anlatdı. O əl-Aməşdən, o Müslimdən, o Məsruqdan, dedi ki: Abdullah [b. Mesud] dedi ki: Bunun olmasının səbəbi Qüreyşlilərin Peyğəmbərə (səs) qarşı üsyanda dirənməsinə görə onlara, Yusufun (ə.s) dövründəki [qıtlıq] il­ləri kimi illərlə qarşılaşmaları üçün [bəd]dua etdi. Bundan sonra qıtlıq və aclıq musibəti ilə üz-üzə qaldılar. Belə ki, sümükləri belə yedilər. Birisi səma­ya baxınca, özü ilə səma arasında hədsiz tükəndiyinə görə duman kimi bir şey görürdü. Uca Allah: “O halda göy üzündə açıq şəkildə görünən bir dumanın gələ­cəyi günü gözlə! İnsanları bürüyəcəkdir o. Bu çox acıqlı bir əzabdır” buyuruqlarını endirdi. Rəsulullahın (səs) yanına gələrək: “Ey Allahın Rəsulu! Allahdan Mudarlılar üçün yağış istə. Çünki Mudarlılar həlak oldular” – deyildi. Peyğəmbər: “Mudar [deyirsən ha!] sən çox cürətli bir kimsəsən”. Bundan sonra Peyğəmbər yağış dilədi, onlara yağış yağdırıldı. Bu dəfə də: “Lakin şübhəsiz siz yenə geri dönənlərsiniz (Duhan/15)” buyuruğu endi. Sonra bol­luğa çatdılar. Lakin yenə bu bolluq içində qədim hallarına geri döndülər. Uca Allah da: “Ən böyük yaxalayışla yaxalayacağımız gün, şübhə yoxdur ki, Biz intiqam alanlarıq (Duhan/16)” buyuruğunu endirdi. (İbn Məsud) dedi ki: Bununla Bədir gününü qəsd edir.

Əbu Ubeydə dedi ki, Duhan [duman], cedb, yəni quraqlıq” de­məkdir. Əl-Kutebi deyir ki: (Quraqlığa) duhan [duman] adının verilməsi, yer quraqlıqdan quruyunca, ondan duman kimi bir şeyin yuxarıya doğru yüksəldiyinə görədir.

Qəsd, Məkkənin fəth edildiyi gündür. Çünki o gün yüksələn bir toz, duman səmanı örtmüşdü. Bu da Abdurrahman əl-Arecin görüşüdür.

“İnsanları bürüyəcəkdir o” buyuruğu “duman”ın sifəti kimidir. Əgər İbn Məsudun dediyi kimi keçib getmiş isə o vaxt bu, Məkkəlilərdən müş­riklərə xas bir haldır. Əgər qiyamətin əlamətlərindəndirsə, əvvəldən keç­diyi kimi, umumi bir haldir. [3]

İkinci Görüş: Bu, aləmdə meydana gələn bir duman olub, Qiyamət əlamətlərindən biridir. Bu görüşdə olanlar belə demişdilər: Budur bu hal meydana gəldiyində, Möminlərdə qripə bənzəyən bir hal; kafirlərdə isə ona görə elə bir vəziyyət yaranır ki, başları sanki bişmiş kimi olacaq.

Bu görüş, Əli b. Əbi Talibdən (r.a) nəql edilmiş bir görüş olub, eyni zamanda İbn Abbasa da aid məşhur görüşdür. Bu görüşü müdafiə edənlər bunlarla əsaslandırmışlar:

  1. Ayədəki “Göyün açıq-aşkar bir duman gətirəcəyi” ifadəsi, səmanın gətirdiyi bir duhanın, [dumanın] mövcud olmasını tələb edir. Halbuki aclığın şiddətindən, gözlərdə meydana gələcək qaraltı haqqında irəli sürdüyümüz şey isə, səmanın gətirdiyi bir duhan deyildir. Əksinə, ayəni bu mənaya almaq, ayrı bir dəlil olmadan, onun zahirinin ifadə etdiyi mənadan dönmək, azmaq olur ki, bu caiz deyildir.
  2. Cənab-i Haqq, bu dumanı “açıq-aşkar” olmaqla xarakterizə etmişdir. Halbuki sizin irəli sürdüyünüz hal belə deyildir. Çünki bu, bəzi insanların beyinlərində meydana gələn keçici bir haldır. Bu kimi şeylər “açıq-aşkar bir duman” olmaqla xarakterizə edilə bilməzlər.
  3. Cənab-i Haqq bu dumanı “insanları bürüyən” olmaqla xarakterizə etmişdir. Bu ifadə ancaq o duman onlara gəlib, onlara bitişərək onları bürüdüyündə söylənə biləcək olan bir ifadədir. Halbuki sizin irəli sürdüyünüz hal isə “insanları bürüməklə” ancaq məcazi mənada vəsf edilə bilər. Biz, həqiqi mənadan məcazi mənaya keçməyin ancaq ayrı bir dəlil olması halında caiz olacağını söyləyirik.
  4. Hz. Peyğəmbərin (s.ə.s) belə dediyi rəvayət edilmişdir: ”Qiyamət əlamətlərinin ilki dumandır. Məryəm oğlu İsanın enməsidir və insanları məhşər yerinə sürən Eden çuxurlarından çıxacaq olan bir atəşdir. Bundan sonra Huzeyfə: “Ey Allahın Rəsulu, “duhan [duman]” nədir ki?” – deyincə, Hz. Peyğəmbər (s.ə.s) bu ayəni oxuyaraq: “Bu, şərq ilə qərb arasını dolduran bir dumandır. Qırx gün və Qırx gecə qalır. Möminə gəlincə, bu ona işarə etdiyində, onu qripə tutulmuş kimsə kimi edər. Kafirə gəlincə isə, kafir sərxoş kimi olar və bu duman, onun burun dəliklərindən, qulaqlarından və dübüründən [girər və] çıxar”. Bunu, Kəşşaf sahibi rəvayət etmişdir.

Kadi, Həsən əl-Basridən Hz. Peyğəmbərin (s.ə.s) belə dediyini nəql etmişdir: “Bu altı şey gəlmədən əvvəl xeyirli işlərinizi vaxtlı-vaxtında edin. Bunlardan, günəşin qərbdən doğulmasını, Dəccalı, duhanı və Dabbətü1-ərzi zikr etmişdir”. [4]

Müasir Quran alimlərindən İzzət Dərvəzə də mövzuyla əlaqədar olaraq bu görüşü irəli sürmüşdür:

“Bu ayənin təfsiri haqqında bir çox ixtilaf vaqe olmuşdur. Hətta bu ixtilaf səhabə dövründə belə vardı. İbn Məsudun tələbəsi Məsruk belə bir hadisə anladir: “Bir gün Kufədə bir camiyə girdik. Orada vaizin biri danışırdı. “Göyün açıq bir duman halında gələcəyi günü müşahidə et” ayəsini oxuyub dedi ki: “O duman kafir və münafiqlərin gözlərini kor, qulaqlarını kar edəcəkdir. Amma iman edənlər üzərindəki təsiri bir qrip qədər yüngül olacaqdır”. Bundan sonra dərhal bu ayənin təfsiri haqqında sual vermək üçün İbn Məsudun yanına getdik. İbn Məsud yatırdı, bizim sözümüzü eşidincə ayağa fırladı və qızgın bir şəkildə: “Elmi olmayanlar soruşsunlar” – dedi. Bu ayənin əsl təfsiri belədir: Qüreyşlilər Rəsulullaha inanmamaqda israr edincə, Rəsulullah Allaha: “Ya Rəbbi! Yusufa qıtlıq göndərərək yardım etdiyin kimi, mənə də qıtlıq göndərərək yardım et” – deyə dua etdi. Allah elçisinin duasını qəbul etdi və Qüreyşlilər qıtlıqla üz-üzə qaldılar. Vəziyyət o qədər dəhşətli bir hal aldı ki, insanlar sümük, dəri, hətta heyvan leşi belə yeməyə başladılar. Belə bir halda qarnı ac olanlar göy üzünə baxınca duman görürdülər. Bu qıtlığın davam etdiyi bir zamanda Əbu Süfyan Rəsulullahın yanına gələrək əqrəba olduqlarını xatırlatdı və: “Allaha dua et ki, bizi bu afətdən qurtarsın, qəbilən aclıq içində qıvranır” – deyə ricada oldu. Bu dövrdə Qüreyşlilər Allaha: “Ey Allahım! Bizi bu afətdən qurtararsansa, doğru yola gələcəyik” –deyə yalvarırdılar. Budur, bu ayələrdə bu hadisəyə işarə edilir. Şiddətli bir zərbə ilə Bədir döyüşündə Qüreyşlilərə endirilən zərbə qəsd olunur”.

Bu rəvayəti İmam Əhməd, Buxari, Tirmizi, Nəsəi, İbn Cərir və İbn Əbu Hatim cürbəcür sənədlərlə Məsrukdan nəql etmişdilər. Bunlardan başqa İbrahim Nəhai, Katade, Asım və Amir də “Abdullah b. Məsudun təfsiri bu idi” – deyirlər. Beləliklə, İbn Məsudun təfsirinin belə olduğunda heç bir şübhə yoxdur. Tabiindən Mücahid, Katade, Əbu Aliyə, Muqatil, İbrahim Nəhai, Dahhaq və Atiyəl-Avf, İbn Məsudun bu təfsiri üzərində ittifaq etmişdilər. Digər bir yandan, Hz. Əli, İbn Ömər, İbn Abbas, Əbu Said Hudri, Zeyd b. Əli və Həsən Bəsri kimi bəziləri bu ayənin qiyamətə yaxın bir zamanda o dumanın yayılacağı şəklində izah etmişdilər. Həmçinin Hz. Huzeyfə b. Əsəd əl-Gifari tərəfindən Rəsulullahdan rəvayət edilən bir hədis, bu izahı dəstəkləyir. Huzeyfənin anlatdığı hadisə bu şəkildədir: “Bir gün qiyamət haqqında danışdığımız bir əsnada, Rəsulullah yanımıza gəldi və belə buyurdu: Bu on əlamət zahir olmadan qiyamət gəlməz. Günəşin qərbdən doğulması, dumanın yayılması [duhan], dabbətül-ərz, Yəcuc-Məcucun çıxması, Hz. İsanın göy üzündən enməsi, şərqdə ərzin çökməsi, qərbdə Ərəbistandan Edəndən atəşin yüksəlməsi”. (Müslim)

İbn Cərir və Tabərinin nəql etdikləri, Əbu Malik əl-Əşarinin rəvayəti də bu xüsusu təsdiq edir. Yenə İbn Əbu Hatimin, Əbu Said Hudridən nəql etdikləri iki rəvayətə görə də Rəsulullah “Duhan”ı qiyamətin əlamətlərindən saymışdır. Rəsulullah belə buyurmuşdur: “Duman yayıldığı zaman Möminlərə sanki qrip kimi yüngül bir şəkildə təsir edəcək, ancaq kafirlərin içinə dolaraq, dərilərinin hər yerindən duman çıxacaqdır”.

Bu iki təfsir arasındakı fərq üzərində diqqətlə düşünəcək olarsaq, bəhs edilən ixtilafın aradan qaldırılmasının mümkün olduğu görünür. Rəsulullahın duasından sonra Allahın Ərəbistana qıtlıq göndərməsi və kafirlərin çox pərişan olduqlarından sonra, Rəsulullahın Allaha dua etməsi şəklindəki İbn Məsudun təfsirinə Quranın bir çox yerində işarə olunır. (İzah üçün bxz. Ənam/29, Əraf/77, Yunus/14-15, Möminlər/72) Əlaqədar ayələrdən anlaşıldığına görə, “Əzabı üzərimizdən dəf edərsənsə, doğru yola gələrik” şəklindəki sözlərindən sonra, Allahın “Bunlar pozğunluqdan əl çəkməzlər, onlara apaçıq bir Rəsul gəlmiş olmasına baxmayaraq, onun dəvətinə qulaq asmamışdılar” – deyə buyurmuş olması və yenə kafirlərin “Bu, özünə öyrədilmiş və yoldan çıxmış bir məcnundur” – deyə xarakterizə etmələrinə cavab olaraq, Allahın “Biz əzabı qaldırsaq belə, onlar yenə də eyni pozğunluqda israr edərlər” – deyə qeyd etməsi, hadisənin Rəsulullahın zamanında keçdiyini təsdiqləyir. Halbuki bu ifadələri qiyamətin yaxınlaşdığı bir zamana aid edərək anlamaq çox uzaq bir təvil olur. Beləliklə, İbn Məsudun bu barədəki izahının isabətli olduğu anlaşılır. Ancaq bu rəvayətin “duman” ilə əlaqədar qismi, yəni, “Belə bir halda qarnı ac olanlar, göy üzünə baxınca duman görürdülər” ifadəsi Quranın zahiri bəyanına uymaz. Həmçinin hədislərdəki ifadələr də bunun əksini isbat edir. Məsələn, Quranın hadisəni ifadə etməsi belədir: “Göyün açıq bir duman halına gətiriləcəyi günü müşahidə et”. Sonrakı ayələrə də diqqətlə baxılacaq olarsa, belə deyilmək istəndiyi anlaşılır: “Ey kafirlər! Siz Allahın elçisinə inanmır və qıtlıqdan dərs almırsınızmı? O zaman gözləyin, qiyamət gəldiyində haqq və batilın nə olduğunu anlayarsınız”. Göründüyü kimi bunun qıtlıq zamanına deyil, qiyamətin əlamətlərindən birinə işarə etdiyi açıqca bəllidir. Belə ki, eyni xüsus hədislərlə də təsdiq edilir. Nə qədər qəribədir ki, İbn Məsudun təfsirini qəbul edən müfəssirlər, onun izahına tamamilə qatılmışlar, rədd edənlər isə yenə tamamilə əleyhinə çıxmışdılar. Halbuki əlaqədar ayələr və hədislər üzərində diqqətli olaraq düşündüyümüzdə, izahın hansı bölməsinin doğru, hansı bölməsinin səhv olduğunu açıqca anlayırıq. [5]

“Hz. Peyğəmbər (s.ə.s), özünü yalan saydıqları üçün, Məkkədə qövmünə qarğış edərək: ‘Allahım, onların illərini, Yusufun illəri kimi qıl!’ – buyurmuşdur. Bundan sonra, yağışlar kəsilmiş, yer üzündə qıtlıq meydana gəlmiş, Qüreyş mümkün olduğu qədər bir aclıq içinə düşmüş, beləliklə də, sümükləri, itləri və leşləri yemişlər. Sonra insanlar ac olduqlarına görə, göyə baxdıqlarında, özləriylə səma arasını sanki bir duman kimi görməyə başlamışlar. Bu, özündən edilən rəvayətlərin birində İbn Abbasın (r.a) Muqatil və Mücahidin görüşü olub, Fərra və Zəccacın da seçimidir. Eyni zamanda İbn Məsudun (r.a) da görüşüdür. İbn Məsud, bu duhanın aclığın şiddətindən ötrü əhalinin gözlərinə görünən qarabasmadan başqa bir şey olacağını rədd edirdi”. [6]

Müfəssir Bəğavi də bu iki ayə ilə əlaqədar olaraq İbn Məsudun rəvayətlərini təqdim etmişdir:

“Peyğəmbər (s.ə.s) Qüreyşə qarğış etdi. İllərini Yusufun qıtlıq illəri kimi etməsini Allahdan istədi. Quraqlıq baş verdi və qıtlıq başladı. Əbu Süfyan Peyğəmbərin yanına gələrək belə dedi: “Sıla-i Rahim adından and olsun, Allahın səni aləmlərə rəhmət olaraq göndərdiyini iddia etmirsənmi?” “Bəli” – dedi. O da: Ataları qılıncla, övladlarını da aclıqla öldürdün. Allaha dua et ki, bizdən bu quraqlığı və qıtlığı qaldırsın. Dua etdi və bu qalxdı”. [7]

Yuxarıda verilən nəqllərdən sonra mövzunu yekunlaşdırsaq; ayədəki “sən, göyün, açıq-aşkar bir duman [qıtlıq] gətirəcəyi günü müşahidə et. O [Duman; qıtlıq] insanları bürüyəcək. Bu, ələm verici bir əzabdır. Rəbbimiz! Bizdən əzabı qaldır. Şübhəsiz biz artıq qətiliklə inananlarıq. Hardadır onlarda öyüd almaq?! Halbuki özlərinə açıqlayıcı bir elçi gəlmişdi. Sonra ondan üz çevirdilər və ‘öyrədilmiş bir dəli/cinlənmiş biri!’ – dedilər” ifadəsindən anlaşıldığına görə, biriləri Peyğəmbərin yanına gələrək: “Əgər Allah üzərimizdən bu əzabı qaldırarsa, biz də müsəlman olarıq” – demişlər, sonra da verdikləri bu sözü pozmuşdular.

İstər “Əsbab-ı Nüzul” nəqllərində, istərsə də Siyər və Məğazi [İslam tarixi] kitablarında bisetin ilk illərində Məkkənin ciddi bir qıtlıq dövrü keçirdiyi anladılır. Qıtlığın son həddə çatdığı günlərdə Əbu Süfyan Rəsulullahın yanına gəlmiş və əqrəbalıq xatirini ortaya qoyaraq, ondan qıtlıq sıxıntısını qaldırması üçün Allaha dua etməsini istəmişdir. Buna qarşılıq, dua etməsi və Allahın da o bəlanı üzərlərindən qaldırması halında Peyğəmbərimizə iman edəcəklərini vədi etmişdir. Belə ki, Allah onlardan bu qıtlığı qaldırmış, lakin müşriklər sözlərində durmayaraq yenə şirklərinə dönmüşdilər.

Müşriklərin keçmiş siyasətlərinin belə olduğu və tarixin hər dövründə eyni tərzdə hərəkət etdikləri başqa ayələrdə də açıqlanmışdır:

  • 75Və əgər onlara acıyaraq, içində olduqları sıxıntını aradan qaldırsaydıq, qətiliklə yaxşıca korlaşaraq, azğınlıqlarında büsbütün dirənərdilər.
  • 76Və and olsun ki, Biz onları əzab ilə yaxaladıq. Buna baxmayaraq, Rəbbinə boyun əymədilər və Allah barəsində zəlil olduqlarını heç göstərmədilər.
  • 77Ta ki, üzərlərinə əzabı çox şiddətli olan bir qapı açdığımız zaman… Bir də baxarsan ki, onlar orada ümidsiz qalmışlar! (Möminlər/75-77)
  • 112Və Allah bir şəhəri misal olaraq verdi: Bu şəhər təhlükəsiz, rahatlıqlı idi və oraya hər bir yerdən ruzi bol-bol gəlirdi. Belə ki, onlar Allahın nemətlərinə qarşı nankorluq etdilər. Allah da onlara edib törətdikləri şeylərə görə aclıq və qorxu libasını/fəlakətini daddırdı.
  • 113Və and olsun ki, onlara içlərindən bir elçi gəlmişdi və onu yalan saydılar. Bundan sonra onlar şərik qoşaraq səhv/öz zərərlərinə iş edərkən, əzab onları yaxaladı. (Nəhl/112, 113)
  • 67Və dənizdə sizə bir zərər toxunduğunda, o yalvardıqlarınız yox olub ge­dər­lər. O, yox olmaz. Sonra O, sizi quruya çıxararaq xilas edincə, üz döndərər­si­niz. Və insan, çox nankor biridir! (İsra/67)

“Duman” mövzusuyla əlaqədar uzun nəqllərdən sonra, indi də bu sözün Ərəb dilindəki işlədilməsi haqqında məlumat verək: Allame İbn Menzur bütün mütəxəssislər tərəfindən Ərəb dili mövzusunda yekdilliklə qaynaq qəbul edilən Lisanü’l-Arab adlı lüğətində bunları nəql edir:

Deyilir ki: Ac adam özü ilə göy üzünün arasını aclığın şiddətindən dolayı “duman” olaraq görür. Qıtlıq dövründə yağışsızlqdan yer üzünün qupquru olması, toz toprağın havaya yüksəlməsi səbəbiylə aclığa da “duman” deyilir. Aclıq toz dumana bənzədilir. O səbəblə qıtlıq ili üçün “el Ğabrae” və “Cu-i eğber” deyilir. Ərəblar çox zaman “duman” sözünü “şər” yerinə qoyurlar. Şər çoxalınca “Aramızda dumanı yüksələn işlər oldu” deyirlər. [8]

İstər ərəb dili ilə əlaqədar bu açıqlamalardan, istərsə də “Əsbab-i Nüzul” nəqllərindəki anlatmalardan, ayədə keçən “duman”ın “qıtlıq” olduğu anlaşılır.

Qiyamət Əlaməti Duman. Yuxarıda da ifadə edildiyi kimi, “Duhan” sözü, qiyamətdən bir qədər əvvəl ortaya çıxacaq bir vaqiə olaraq izah edilmış və buna dair bir çox rəvayət ortaya atılmışdır. Halbuki ayədə bəhs edilən duman, birbaşa o günün Məkkəlilərinə yönəlik; yəni onların yaşadığı və yaşayacağı, Rəsulullahın da şahid olacağı bir dumandır. Buna görə, “duman”ın qiyamət əlaməti olaraq dünyanın son zamanlarında ortaya çıxacağı izahı Quranın bəyanına uyğun düşmür.

13 və 14-cü ayələrdə, duman əzabıyla cəzalandırılanların özlərinə gələn açıqlayıcı elçidən üz çevirərək ona: “öyrədilmiş bir dəli/cinlənmiş biri” – dedikləri açıqlanır. Müşriklərin buna bənzər sözləri daha əvvəl Furqan surəsində də nəql edilmişdi:

  • 4Və kafirlər: “Bu Quran, onun/Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona başqa bir camaat da bunun üçün kömək etmişdir” – dedilər. Beləliklə, onlar tam yəqinliklə bilin ki, haqsızlıq etdilər və əsassız bir iddia irəli sürdülər.
  • 5Və: “O Quran, yazılı hala gətirilmiş öncəkilərin nağıllarıdır. İndi də o, səhər-axşam/daim ona oxunmaqdadır” – dedilər.
  • 6De ki: “Onu, göylərdəki və yerdəki sirri bilən endirmişdir. Şübhəsiz, O, bağışlayandır, mərhəmət edəndir”. (Furqan/4-6)
  • 25Onlardan sənə qulaq asanlar vardır, halbuki Biz onu qavrayıb anlamalarına/qəlb­lə­­ri üzərinə qat-qat örtüklər və qulaqlarında bir ağırlıq əmələ gətirdik. Onlar bütün əla­mətləri/nümunələri görsələr də ona inanmazlar. Belə ki, o kafirlər sənin yanına gəldiklə­rində, səninlə mübahi­sə­yə girişərək: “Bu, öncəkilərin uydurma məsəllərindən başqa bir şey deyildir” – de­yər­lər. (Ənam/25)
  • 47Biz onların səni dinlədikləri vaxt nə üçün dinlədiklərini, gizli danışmalarında da o şə­rik qoşaraq səhv/öz zərərlərinə iş edən kəslərin: “Siz, ovsunlanmış bir adam­dan başqasına uymursunuz” – dediklərini çox yaxşı bilirik. 48Sənin üçün necə ör­nəklər verdiklərinə bir bax! Beləliklə, pozğunluğa düşdülər! Artıq bir yola da güc­ləri yetməz. (İsra/47, 48)

Quran qarşısında aciz qalan və mövcud nizamlarının pozulmasından qorxan inadkar kafirlər, oaln-olmayan ittihamlar irəli sürərək Furqana [Qurana] sataşmağa qalxmışdılar. Bu sataşma, müşriklərin daima müraciət etdikləri bir yöntəmdir. Quranın Rəsulullahın öz düzməsi olmadığını bildikləri halda, onun Allah tərəfindən vəhy edildiyinə inanmaq əvəzinə, Quranı gözdən salmağa, Rəsulullahın xalqın nəzərindəki etibarını azaltmağa çalışmışdılar.

Müşriklərin istər “məcnun”, “şair”, “sehrbaz” kimi çirkin xarakterizə etmələrlə Rəsulullahı gözdən salmağa çalışmaları, istərsə də Quranın başqa biriləri, ya da Elçinin özü tərəfindən uydurulduğu şəklindəki iftiraları Quranın bir çox yerində dilə gətirilmiş və bu sataşmalara kəskin cavab verilmişdir. Bu mövzuyla əlaqədar olaraq daha əvvəl Furqan/4-6-cı ayələrinin təhlilində geniş açıqlama edildiyindən, mövzuyla əlaqədar oradan oxunmasını məsləhət görürük.

17–21Və and olsun ki, Biz onlardan öncə Firon qövmünü imtahan etdik. Və onlara çox hörmətli bir elçi gəlmişdi: “Allahın qullarını mənə geri verin. Şübhəsiz ki, mən sizin üçün göndərilmiş, etibar edilən bir elçiyəm. Allaha qarşı təkəbbür göstərməyin. Şübhəsiz ki, mən sizə açıq-aşkar bir güc gətirirəm. Və şübhəsiz ki, mən məni daşlayaraq öldürməyinizdən mənim Rəbbimə, sizin Rəbbinizə sığındım. Və əgər siz mənə inanmasanız, dərhal yanımdan uzaqlaşın”.

Surənin 17-ci ayəsindən 33-cü ayəsinə qədər olan bu bölməsində Firon və qövmündən bəhs edilir. Hər yönüylə özlərinə bənzəyən Firon və qövmü Məkkəlilərə nümunə göstərilir, onların faciəli aqibətlərindən dərs almaları istənilir.

17-21-ci ayələrdən ibarət olan bu paraqrafda, Musanın (ə.s) Firona Elçi olaraq göndərilməsi, Musanın (ə.s) Firon və qövmündən Allah adından tələbləri və Fironun sıxıntıya düşməsi nəql edilir. Beləliklə, əgər Məkkəli müşriklər Qurana inanmaz, Elçini təsdiq etməzlərsə, onlara da eyni cəzanın gələcəyi ismarıcı verilir.

Surədə Musa (ə.s) ilə Fironun hekayəsinə işarə verməklə kifayətlənilmişdir. Bu paraqrafda anladılanlar, bir anda olmuş, bitmiş hadisələr deyil, uzun bir müddətdə baş vermiş hadisələrin xülasəsidir. Müddətin detalları daha əvvəl Əraf, Ta Ha, Şüəra, Qasas, Nəml, Mömin, Zühruf kimi surələrdə verilmişdi.

Musa Peyğəmbərin və Şübhəsiz mən, məni daşlayaraq öldürməyinizdən mənim Rəbbimə, sizin Rəbbinizə sığındım. Və əgər siz mənə inanmazsınızsa, dərhal yanımdan uzaqlaşın şəklindəki sözləri, Qasas surəsinin 35-ci ayəsində Rəbbimizin verdiyi zəmanəti ifadə edir:

  • 35Allah dedi ki: “Səni qardaşınla dəstəkləyəcəyik və ikiniz üçün bir güc, iqtidar təşkil edəcəyik. Sonra da onlar əlamətlərimizə/nümunələrimizə görə sizə çata bilməyəcəklər. Siz ikiniz və ikinizi izləyənlər üstün olanlarsınız”. (Qasas/35)

Fitnələndirmə. və and olsun ki, Biz onlardan əvvəl Firon qövmüni fitnələndirdik” ifadəsində keçən “fitnələndirmə” deyimi ilə əlaqədar olaraq daha əvvəl geniş məlumat vermişdik. Sözü xüsusilə Sad surəsinin sonunda “Fitnə” başlığı altında elə almış və Quran bağlamında təfərrüatlı olaraq təhlil etmişdik.

O açıqlamamızdan da xatırlanacağı kimi, fitnələndirmə “atəşə atıb arıtma” mənasına gəlir. Bununla böyük bəlalar, imtahanlar qəsd edilir. Buradan hərəkət edərək deyə bilərik ki, Firon və qövmünün fitnələndirilməsi, Peyğəmbər göndərilərək onların da sınağa tabe tutulmuş olmalarıdır. Musa Peyğəmbərin təbliğ müddəti boyunca göstərdiyi dəlillər və Misir cəmiyyətinin başına gələn o qədər fəlakət və sıxıntılar, bu fitnələndirməyin [yoxlamağın, sınamağın] parçalarıdır.

22Sonra da Musa: “Şübhəsiz ki, bunlar günahkar bir cəmiyyətdir” – deyərək Rəbbinə yalvardı.

Musanın (ə.s) bu ayədə nəql edilən duası, Firon və İsrailoğulları ilə etdiyi mübarizə müddətində onlardan gördüyü pis qarşılıqdan sonra reallaşmışdır. Ayənin ifadəsindən də anlaşıldığı kimi, Musa (ə.s) onlarla əlaqədar olaraq Allahdan hər hansı bir cəza tələb etməmiş, qərarı Rəbbimizə həvalə etmişdir.

Allahın Elçilərinin bu cür dualar etdiyi Quranda bildirilən bir haldur. Necə ki, Zühruf surəsində Rəsulullahın, Nuh surəsində də Nuh Peyğəmbərin belə bir dua etdikləri bildirilir.

Musa Peyğəmbərin duasının detalları bir başqa ayədə belə açıqlanır:

  • 88Və Musa: “Rəbbimiz! Şübhəsiz ki, Sən Firona və öndə gedənlərinə adi dünya həyatında zinət və mallar verdin. Rəbbimiz! Sənin yolundan azdırsınlar deyə… Rəbbimiz! Onların mallarını sil-süpür və qəlblərinə kədər ver. Çünki onlar, o acıqlı əzabı görmədikcə, iman etməyəcəklər” – dedi. (Yunus/88)

Musa Peyğəmbərin bu duasının qəbul edildiyi isə aşağıdakı ayədə belə açıqlanır:

  • 89Allah: “Hər ikinizin də duası, tam yəqinliklə bilin ki, qəbul olundu. Elə isə ikiniz doğru yolda davam edin. Və bilməyən insanların yolunu qətiyyən izləməyin!” –dedi. (Yunus/89)

Aşağıdakı ayə isə Musanın (ə.s) bu duasının qəbul edilməsinin nəticələrinə işarə edir:

  • 77Yaxşı, əlamətlərimizi/nümunələrimizi, Allahın tanrılığını və rəbbliyini qəbul etməyən və: “Əlbəttə, mal və uşaq veriləcəkdir” – deyəni gördünmü/heç düşündünmü? (Ta Ha/77)

23,24Haydı, qullarımı gecə ikən yerit. Şübhəsiz ki, siz təqib olunacaqsınız, tədbirli olun. Bol suyu/çayı çox sürətli burax. Şübhəsiz, onlar suda boğulmuş bir ordudur.

Musanın (ə.s) Şübhəsiz ki, bunlar günahkar bir qövmdür deyərək Rəbbinə yalvarmasından sonrakı gedişatlar bu iki ayədə xülasə olaraq bildirilir.

Buna görə, Musa (ə.s) və İsrailoğulları Firon və tərəfdarları tərəfindən təqib ediləcək, bu təqib isə təqib edənlərin həlakı ilə nəticələnəcəkdir.

İsrailoğullarının Misirdən çıxmasından [Ekstradisiya, köç] bir çox ayədə bəhs edilmişdir: 

  • 46Allah: “Qorxmayın, şübhəsiz ki, Mən ikinizlə bərabərəm, eşidirəm və görürəm. 47Dərhal onun yanına gedin və ona: “Şübhəsiz, biz Rəbbinin iki elçisiyik. Artıq İsrailoğul­la­rı­nı bizimlə göndər və onlara əzab vermə! Tam yəqinliklə bilin ki, biz sənə, Rəbbindən bir əlamət/nümunə ilə gəldik. “Salam” bələdçiyə uyanlaradır.  (Ta Ha/46, 47)
  • 104,105Və Musa: “Ey Firon! Mən, tam əmin olun ki, aləmlərin Rəbbi tərəfındən göndərilmiş bir elçiyəm. Allah haqqında haqqdan başqasını söyləməmək mənim bir vəzifəmdir. Həqiqətən mən, sizə Rəbbinizdən açıq-aşkar bir dəlillə gəldim. Buna görə də İsrailoğullarını mənimlə göndər” – dedi. (Əraf/104-105)
  • 15Allah: “Tam yəqinliklə bil ki, sənin düşündüyün kimi deyil! Haydı, ikiniz əla­mət­lə­rimizlə/nümunələrimizlə gedin. Şübhəsiz ki, Biz sizinlə bərabərik, eşidən­lə­rik. 16,17Haydı, ikiniz Fironun yanına gedin və deyin ki: “Biz, tam əmin olun ki, İsrailoğullarını bi­zim­lə bərabər göndərəsən deyə, aləmlərin Rəbbinin elçisiyik”– dedi. (Şüəra/15-17)

24-cü ayənin orijinalındakı  رهواً [rəhvən] sözü, ezdatdan olub, “sükunət və hədsiz hərəkət” mənalarını ehtiva edir. Biz “hədsiz hərəkət/sürətli axıtma” mənasını tərcih edirik.

Çünki bu ayələrdə, Firon və yaxınlarının boğulmazdan əvvəl bir müddət suda sürükləndikləri ifadə edilir:

  • 40Biz də onu və əsgərlərini yaxalayıb, o bol suda/çayda fırladıb atdıq. İndi şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin sonunun necə olduğuna bir bax! (Qasas/40)
  • 40Sonra da Biz onu və ordularını yaxaladıq və onları bol suda/çayda fırladıb atdıq. O isə utanmalı olan/məzəmmətə layiq biridir. (Zəriyət/40)

Bu ayələrdə, Musa Peyğəmbərin İsrailoğullarını Misirdən çıxarmaq planları, təfərrüatına varmadan, ümumi olaraq verilir. Buna görə Musa suda quru yollar inşa edəcək, Firon və adamlarını suda boğub öldürəcəkdir. Daha əvvəl işlədiyi cinayətin vicdan əzabından hələ də qurtula bilməyən Musa depressiyaya girmişdir. Necə ki, Kəhf surəsində zikr edildiyi kimi, zehnindəki sıxıntıları aradan qaldırmaq üçün də yollara düşəcək, depressiyadan qurtulmağın yollarını arayacaqdır.

Musa və saleh qul hekayəsindən də anlaşılacağı kimi, “gəmi hadisəsi”ndən zalımların diqqətini çəkməməli olduğunu, “dəliqanlını öldürmək hadisəsi”ndən Allah ilə döyüşənlərin öldürülə biləcəyini, “divar hadisəsi”ndən isə uzun sürən səfərlərdə dolanışıqlarını təmin edəcək azuqə yığıb ehtiyat saxlamalı olduğunu, yığıb saxladıqlarını da evlərinin divarlarında saxlamaları lazım gəldiyini öyrənmiş və bu təcrübələrini də sonrakı hadisələrdə işlətmişdir.

Firon və əsgərlərinin Musa (ə.s) və İsrailoğullarını təqib etməyə qalxmalarının detalları bu ayələrdə anladılmışdır:

  • 50Bir zamanlar da Biz bol suyu/çayı sizin üçün yararaq sizi qurtarmış, siz görə-görə Fironun yaxınlarını isə suda boğmuşduq. (Bəqərə/50)
  • 137O zərərlə gəlmiş/gücsüzləşdirilmiş olan qövmü də bərəkətləndirdiyimiz yerin hər tərəfinə mirasçı etdik. Və beləliklə, Rəbbinin İsrailoğullarına olan o çox gözəl sözü səbr etdikləri üçün yerinə yetirildi. Biz də Firon ilə qövmünün yerinə yetirərək bu zamana gəldikləri sənaye əsərlərini və yüksəltməkdə olduqları şeyləri yerlə yeksan/bir etdik.
  • 138,139Və İsrailoğullarını bol sudan/çaydan keçirdik. Sonra, özlərinə aid bütlərə sitayiş etməkdə olan bir cəmiyyətlə rastlaşdılar. Dedilər ki: “Ey Musa! Onların tanrıları olduğu kimi, sən də bizim üçün bir tanrı təyin et!” Musa dedi ki: “Siz həqiqətən cahillik edən bir cəmiyyətsiniz. Bu gördüyünüz xalqın əməl etdikləri din yox olmağa məhkumdur və bütün etməkdə olduqları da batildir”. (Əraf/137-139)  
  • 77Və and olsun Musaya: “Sizə yetişəcəklərindən qorxmayaraq və hörmətlə, sevgi ilə ürpərmədən/Firona minnət duymadan qullarımı gecə vaxtı özünlə götür və onlar üçün bol suda/çayda quru bir yol aç!” – deyə vəhy etdik.
  • 78Firon orduları ilə dərhal onları təqib etdisə də, bol sudan/çaydan özlərini bürüyən şey bürüdü.
  • 79Və Firon qövmünü azdırdı və doğru yolu göstərmədi.  (Ta Ha/77-79)  
  • 52Və Biz Musaya: “Qullarımı gecə vaxtı yola çıxar, şübhəsiz ki, siz təqib edilən­lər­siniz” – deyə vəhy etdik. (Şüəra/52)
  • 90–92Və İsrailoğullarını bol sudan/çaydan keçirdik. Amma Firon və əsgərləri az­ğın­lıq və düşmənliklə onları dərhal izlədi. Sonunda boğulma ona yetişincə: “Həqi­qə­tən, İsrailoğullarının inandığı Tanrıdan başqa tanrı olmadığına mən də inan­dım, mən də təslim olanlardanam” – dedi. İndimi? Halbuki, daha əvvəl üsyan etmişdin və həm də pozğunçulardan olmuşdun. Artıq Biz səndən sonra gələcəklərə ibrət olasan de­yə, bu gün səni zirehinlə/bədəninlə qurtaracağıq. Və şübhəsiz, insanlardan bir çoxu tam yəqin bilin ki, Bizim ayələrimizə/əlamətlərimizə/ nümunələrimizə qarşı laqeyddirlər, etinasızdırlar. (Yunus/90-92)

Mövzumuz olan ayədə Rəbbimizin Musaya (əs) gecə vaxtı yola çıxmasını əmr etdiyi görünür. Gecə vaxtı edilən səfərlər düşməndən qorunmağa daha uyğundur. Həmçinin isti iqlimlərdə miniklər və yük heyvanları gecənin sərinliyindən istifadə edərək daha rahat yol alırlar.

Ayədəki Dənizi olduğu kimi açıq burax! Şübhəsiz onlar, suda boğulmuş bir ordudur ifadəsindən, Musa Peyğəmbərin özü və qövmü dənizdən keçdikdən sonra dənizin qapanmasına cəhd etdiyi anlaşılır. Bu cəhdi qeybi bilmədiyi üçündür. Ayədən anlayırıq ki, Rəbbimizin iradəsi Firon və yaxınlarını o dənizdə boğub həlak etmək və bunu gələcək nəsillərə ayə qılmaqdır. Buna görədir ki, Musaya (ə.s) Dənizi olduğu kimi açıq burax deyə əmr etmişdir.

  • 57–59Sonunda Biz Firon və qövmünü bağçalardan, bulaqlardan, xəzinələrdən və şə­rəfli məqamdan çıxardıq. Bax budur, belə! Və sonra onlara İsrailoğullarını mirasçı/son sahib etdik. 67Şübhəsiz, bunda tam yəqinliklə bilin ki, bir əlamət/nümunə vardır. Amma çoxları iman etmiş deyildilər. 68Və şübhəsiz ki, Rəbbin, yə­qin bilin ki, ən üstün olanın, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan, tam yəqinliklə bilin ki, qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür. (Şüəra/57-59, 67, 68)
  • 137O zərərlə gəlmiş/gücsüzləşdirilmiş olan qövmü də bərəkətləndirdiyimiz yerin hər tərəfinə mirasçı etdik. Və beləliklə, Rəbbinin İsrailoğullarına olan o çox gözəl sözü səbr etdikləri üçün yerinə yetirildi. Biz də Firon ilə qövmünün yerinə yetirərək bu zamana gəldikləri sənaye əsərlərini və yüksəltməkdə olduqları şeyləri yerlə yeksan/bir etdik. (Əraf/137)

25–27Onlar bağçaları, bulaqları, əkinləri, hörmətli məqamları və içində səfalar sürdükləri necə nemətləri qoyub getdilər.

28Bax budur, belə! Biz onları başqa-başqa cəmiyyətlərə miras buraxdıq.

29Bax budur, göy və yer üzü onlara görə ağlamadı. Onlar, müddət tanınanlar da olmadılar.

Bu ayələrdə, Firon və qövmünün aqibətinə dair biliklər bədii ifadələr [tahaqqüm, alay] ilə çox qısa və lakonik olaraq verilmişdir.

28-ci ayədəki başqa-başqa qövm ifadəsiylə qəsd edilənlər İsrailoğullarıdır. Onlar əvvəllər oralarda kölələşdirilmiş kimsələr ikən, Allah daha sonra onlara Misiri mülk olaraq vermişdir.

  • 36Ayələrimizi yalan sayanlar və onlara qarşı yekəxanalıq edən kəslər isə, bax budur, onlar atəşin gücləridir. Onlar orada əbədi qalacaqlar.
  • 37Elə isə, Allah haqqında yalan uyduran və ya ayələrini yalan sayandan daha yanlış/öz zərərinə iş edən kim ola bilər? Bax budur, onlara Kitabdan payları çatacaqdır. Sonunda elçilərimiz, canlarını almaq üçün onlara gəlincə: “Allahın yaratdıqlarından yalvardıqlarınız haradadır?” – deyərlər. Onlar: “Yalvardıqlarımız bizi qoyub, qaçdılar” – deyərlər və kafirlər olduqlarına, bilavasitə özləri şahidlik edərlər. (Əraf/36, 37)

29-cu ayədə “tahaqqüm, alay, istehza” sənətindən bəhs edilir. Göy və yer üzü onların üzərinə ağlamadı ifadəsi bir ərəb deyimidir. Ərəblər cəmiyyətin öndə gedənlərindən biri vəfat etdikdə Onun üçün göy və yer ağladı, dünya qaraldı; Günəş və ay tutuldu deyirdilər. Beləliklə, müsibətin böyüklüyü vurğulanaraq, əslində ölən adamın nə qədər əhəmiyyətli biri olduğu ifadə edilmiş olurdu. Ayədə verilmək istənilən ismarıc da bu deyimin uyğun gəldiyi məna istiqamətində anlaşılmalıdır.

Buna görə, 29-cu ayədə verilən ismarıc belədir:

Ölmələri halında yerin, göyün özlərinə ağlayacağı qədər böyük və əhəmiyyətli kimsələr olduqlarına inanan Firon və tərəfdarları bir gün həlak olub getdilər. Belə ki, sandıqlarının əksinə, həlak olub getmələri kimsənin vecinə olmadı, kimsə yoxluqları zamanı bir boşluq hiss etmədi”.

Buradan da anlaşılır ki, həlak olub gedən Firon və adamları öz cəmiyyətlərinə narahat olmalarına səbəb olacaq heç bir yaxşılıq etməmiş, buna görə də həlak olub səltənətlərinin dağılması kimsəyə kədər və qəm gətirməmişdir.

30,31And olsun ki, Biz İsrailoğullarını o xor görən əzabdan – Firondan qurtardıq. Şübhəsiz ki, o, həddi aşanlardan, üstünlük göstərənlərdən biri idi.

Bu ayədə İsrailoğullarının Firondan xilas olmasına toxunulur. Bu xatırlatmayla Peyğəmbərimizə və Möminlərə “Düşmən nə qədər kobud və çətin olursa olsun, Allah onları qəhr edər və inananlara yardımçı olar” ismarıcı verilərkən, Məkkəli müşriklərə də “Misir kimi nəhəng bir ölkənin hökmdarı Firon belə həddi aşdığında Allahın əzabı gəlmiş və onu həlak etmişkən, sizlər də kimsiniz ki! Əgər ağlınızı başınıza almazsınızsa, sizin aqibətiniz də ondan fərqli olmayacaqdır” ismarıcı verilmişdir.

Ayədə bəhs edilən “Fironun xorlayıcı əzabı“nın “oğlan uşaqların öldürülməsi, qızların xidmətlərində işlədilməsi, İsrailoğullarının kölələşdirilməsi və on­lara ağır kölə işlərinin yüklədilməsi” olduğu bu ayələrdən anlaşılır:

  • 45,46Sonra da Musa və qardaşı Harunu ayələrimizlə/əlamətlərimizlə/nümunələri­miz­lə və açıq-aşkar bir güc ilə Firona və öndə gedənlərinə göndərdik/elçi etdik. Buna görə də özlərinin böyüklüyünə inandılar və ululuq göstərən bir cəmiyyət oldular. (Möminlər/45-46)
  • 49Və o zaman Biz sizi əzabın ən pisinə çarpdıran, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxaraq bacarıqsiz bir kütlə əmələ gətirib gücsüzləşdirən, qadınla­rı­nı­zı sağ buraxan Fironun yaxınlarından qurtarmışdıq. Və bunda sizə Rəbbiniz tərə­fin­dən böyük bir bəla vardı. (Bəqərə/49)
  • 6,7Və həmçinin Musa qövmünə demişdi ki: “Allahın üzərinizdəki nemətini xatırlayın, həmçinin O, sizi işgəncənin pisini edən, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxıb bacarıqsız bir kütlə əmələ gətirməklə gücsüzləşdirən və qadınlarınızı sağ buraxan Firon ailəsindən qurtardı. Və bax budur, bunda Rəbbinizdən sizə çox ciddi əziyyət çəkərək/yorularaq bir sınanmaq vardır. Və həmçinin, Rəbbiniz elan etmişdi: “And olsun ki, sahib olduğunuz nemətlərin qarşılığını ödəyərsinizsə, əlbəttə, sizə onu artdıra­ram və əgər nankorluq edərsinizsə, heç şübhəsiz, əzabım çox çətindir”. (İbrahim/6, 7)
  • 4Şübhəsiz ki, Firon, yer üzündə ucaldı və idarəsi altında olan insanları qruplara ayırdı/onlardan bir qrupunu gücsüzləşdirmək istəyir, onların oğullarını boğazlayır – təh­­silsiz, təlimsiz buraxıb xüsusiyyətsiz bir kütlə təşkil edərək gücsüzləşdirir, qızla­rı­nı da sağ buraxırdı. Şübhəsiz ki, o, fitnə-fəsad törədənlərdən idi. (Qasas/4)

32And olsun ki, Biz İsrailoğullarını, bilərək aləmlər üzərində seçkin etmişdik.

33Biz onlara içində açıq-aşkar bir bəla olan əlamətlərdən/nümunələrdən də vermiş­dik.

Bu ayələrdə, İsrailoğullarına ehsan edilən nemətlərə işarə edilmişdir. Bunlar, Fironun zülmündən qurtarılmaları, on­lar üçün dənizin yarılması, bulud ilə kölgələndirilmələri, üzərlərinə mən ilə səl­va[bol nemət; bal, börək]endirilməsi kimi nemətlərdir; xülasə olaraq İsrailoğullarına azadlıq və rifah verilməsidir.

Bəla. Biz onlara içində açıq-aşkar bir bəla olan ayələrdən də vermişdik ifadəsində keçən bəla sözü, hərfi mənada “tükətmək, yorğun hala gətirmək“ deməkdir. Sınamaq, təcrübələrdən keçirmək, imtahan etmək də insanı tükətdiyindən, “bəla” sözüylə işlədilməyə başlanmışdır. Qulun sınanma vasitələri olması baxımından dinin bəzi əmr və qadağaları da bir mənada bəladır. Çünki bəzi əmrlər insan bədəninə çətinlik verir, insanların yaxşılarını və pislərini ortaya çıxarır. Şükür edənlər ilə nankorlar bunlarla bəlli olur. Uca Allah insanlara verdiklərinin qarşılığı olaraq, onlardan qulluq və şükür istəyir. Rəbbimiz insanlara və cəmiyyətlərə bəzən sıxıntı verir, müsibətlər göndərir, çətinliklərə və darlıqlara salır. Bunun səbəbi, insanların ağıllarını başlarına almalarını, yanlış yolda olanların düzəlmələrini və üsyan içərisində olanların Allaha itaətə dönmələrini təmin etməkdir.

Mövzunun daha yaxşı anlaşılmasını təmin etmək üçün aşağıdakı ayələrin tədqiq edilməsi faydalı olar:

Bəqərə/49,127,155,156-249; Saffat/106; Duhan/33; Möminlər/36; Maidə/48, 94; Ənam/165; Al-i İmran/152,154,186; Nisa/6; Əraf/141,163. 168; Ənfal/17; Yunus/30; Hud/7; Mülk/2; Muhəmməd/4, 31; Ənbiya/35; Kəhf/7; Nəml/40; Fəcr/15, 16; Nəhl/92; İnsan/2; Əhzab/11; İbrahim/6.

Bəla mütləq musibətlərlə, çətin şeylərlə olmaz. Bəzən xeyir, yaxşılıq da bəla ola bilər.

  • 35Hər canı olan varlıq ölümü dadacaq. Və əridib, saflaşdırmaq üçün Biz sizi xeyir və şər ilə sınayarıq. Və siz, yalnız Bizə döndəriləcəksiniz. (Ənbiya/35)
  • 168Və onları yer üzündə bir çox liderli cəmiyyətlərə ayırdıq. Onlardan bir qismi düzgün insanlardı, bir qismi də bundan aşağı səviyyədə idilər. Və Biz onları, dönsünlər deyə, yaxşılıqlarla və pisliklərlə sınadıq. (Əraf/168)
  • 15, 16İnsana gəlincə… Rəbbi onu nə vaxt ki, sınayaraq üstün qılar və nemətlər verirsə: “Rəbbim məni üstün qıldı” – deyər. Amma nə zaman ki, sınayaraq ruzisini azaldırsa: “Rəbbim məni alçaltdı” – deyər. (Fəcr/15, 16)
  • 7Şübhəsiz, Biz yer üzündəki, ona bəzək olan şeyləri insanların hansının daha gözəl əməl edəcəyini sınamaq üçün etdik.           (Kəhf/ 7)

Və Ənam/ 164-165, Nəml/ 40, Al-i İmran/ 186, Ənfal/17.

34–36Şübhəsiz, Məkkəli ortaq qoşanlar deyirlər ki: “Bizim, sadəcə, ilk ölümümüz var. Biz  təkrar dirildiləcək deyilik. Əgər siz doğru insanlarsınızsa, sözünüzün sahibisi­niz­sə, haydı, ataları­mızı bizə gətirin”.

Bu ayələrdə Məkkə müşriklərinin axirət əleyhinə olan iddiaları nəql edilir. Rəbbimizin daima axirətlə xəbərdarlıq etməsinə qarşılıq müşriklər də “belə isə atalarımızı yenidən həyata döndərin və o biri dünyanın var olduğuna şahidlik etmələrini təmin edin” deməklə güya axirət inancını təkzib etmə istiqamətində ağıllarınca güclü bir dəlil ortaya qoyduqlarını fərz etmişdilər. Halbuki müşriklərin bu yaxınlaşması əsassızdır və məntiqə ziddir. İnsanların öz ölmüş atalarını yenidən həyata gətirə bilmələri və o biri dünyaya şahidlik etdirə bilmələri mümkün olsaydı, o halda axirətə inanıb inanmama deyə iki seçim ortaya çıxmaz, hər kəs axirət yaşayışını bildiyi üçün kimsəyə axirətə inanma məsuliyyəti yüklənməzdi.

Belə ki, düzgün düşünməkdə çox dayaz olan müşrik zehniyyət bu barədə daima bənzər arqumentlər işlətmişdir:

  • 33–38Və elçinin qövmündən, küfr etmiş, Axirətə çatmağı yalan saymış və bu bəsit dünya həyatında özlərinə rifah verdiyimiz yüksək mövqedə olanlar: “Bu, sadəcə, sizin kimi bir bəşərdir, sizin yediklərinizdən yeyir, sizin içdiklərinizdən içir. Və əgər özünüz kimi bir bəşərə itaət edərsinizsə, şübhəsiz ki, o zaman siz qətiliklə ziyana uğrayarsınız. Doğrudanmı sizə vəd edir ki, siz öldüyünüzdən, torpaq və sümük olduğunuzdan sonra, mütləq surətdə çıxarılacaqsınız? Təhdid olunduğunuz şey, heç olmayacaq bir şeydir! Sadəcə, adi dünya həyatımız! Biz ölürük, yaşayırıq. Və biz dirildilməyəcəyik. Elçi, sadəcə, Allah haqqında yalan uyduran bir insandır və biz Ona inanmırıq” – dedilər. (Möminlər/33-38)
  • 7,8Və kafirlər belə de­di­lər: “Siz çürüyüb, didik-didik parçalandığınız vaxt qətiliklə, yeni bir yaradılış için­də olacağınızı sizə xəbər verən bir nəfəri sizə göstərimmi? O, Allaha qarşı bir yalan uydurdumu, yoxsa özündə bir dəlilikmi var?” Tam əksinə, Axirətə inanma­yan insanlar əzab və uzaq bir pozğunluq içindədirlər.
  • 9Yaxşı onlar göydən və yerdən önlərində və arxalarında olan şeylərə bir baxmazlarmı? Biz istəsək, onları yerə keçirərik. Yaxud göydən üzərlərinə parçalar düşürərik. Şübhəsiz ki, bunda, yönələn/haqqa könül verən hər qul üçün bir əlamət/nümunə vardır. (Səba/7-9)

Mövzumuz olan ayələrin nüzulu haqqında belə bir rəvayət nəql edilmişdir:

Bu sözləri Qüreyş kafirlərindən söyləyənin Əbu Cəhil olduğu bildirilmişdir. O belə demişdi: Ey Muhəmməd, əgər sənin bu sözün doğru isə, sən bi­zə atalarımızdan iki nəfəri dirilt. Birisi Kusay b. Kilab olsun, çünki o doğru sözlü bir adam idi. Biz ondan ölümdən sonra olacaq şeyləri soruşacağıq. [9]

Müşriklərin “öldükdən sonra dirilmə” mövzusundakı mütəmadi etirazları Quran tərəfindən bir çox ayədə dilə gətirilmiş və bu etirazlara əqli dəlillərlə cavab verilmişdir. Bu mövzu Yasin surəsinin təhlilində ələ alındığından, oradan oxunmasını məsləhət görürük.

37Onlarmı daha xeyirlidir, yoxsa Tübbə qövmü və onlardan öncəki insanlarmı? Biz onları dəyişikliyə/dağıntıya uğratdıq. Şübhəsiz, onlar günahkarlar idilər.

Bu ayədə axirəti inkar edən Tübba və ondan əvvəlki bəzi cəmiyyətlərin aqibətləri xatırladılaraq Məkkəlilərə “Siz də günahkar; müşrik, axirəti inkar edən, elçini yalan sayan biriləri olarsınızsa, sizin də gözünüzün yaşına baxılmaz, həlak edilərsiniz” ismarıcı verilmişdir.

Ayədəki “Onlarmı daha xeyirlidir, yoxsa Tübba qövmü və onlardan əvvəlki kimsələrmi?” sualı bir “istifham-i inkari”dir. Cavabı da “Onlar bu sözlərindən ötrü əzabı haqq edirlər. Çünki Tübba qövmündən və həlak edilmiş ümmətlərdən daha xeyirli; varlı, güclü və daha çətin deyildirlər. Biz onları həlak etdiyimiz kimi, bunlar da eyni haldadırlar” şəklində olur.

Buna bənzər bir ayə daha əvvəl Qəmər surəsində keçmişdi:

  • 43Sizin kafirləriniz onlardan xeyirlidirmi? Yoxsa yazılarda, sizin əlinizdə, onların qurtulacaqlarına dair Allah tərəfındən verilmiş bir sənəd və ya fərmanmı var? 44Yoxsa onlar: “Biz bir-birimizə kömək edən/intiqam ala bilən bir topluluğuq”mu? – deyirlər.    (Qəmər/43, 44)

تبّع Tübba. Bu söz Yəmən hö­kmdarları üçün işlədilən bir ünvandır. Bəzi cəmiyyətlər öz idarəçilərinə Padşah, Qeysər, Kisra, Şah, Çar dedikləri kimi, Yəmənlilər də hökmdarlarına “Tübba”’ deyirdilər.

“Onlar, Səba qövmünün bir boyu idilər. E.ə. 115-ci ildə Səba ölkəsində iqtidara gəlmişlər və b.e. 300-cü ilinə qədər də iqtidarı əllərində tutmuşdılar. Əsrlərdir Ərəblər arasında onların əfsanələri bilinirdi”. [10]

Tübbalardan bəziləri Hemal Zu Sədədin oğlu əl-Haris ər-Raiş, Əbrəhə Zul-Mənar, Amr Zu1-Ezar, Səmərqəndin özünə nisbət edildiyi Şemr b. Ma­lik, Bərbəriləri Kənan diyarından Afrikaya sürgün edən Afrikis b. Kays. Afri­ka bu sonuncunun adını almışdır. [11]

Xatırlanacağı kimi, bu idarəçilərdən ilk dəfə Qaf surəsində bəhs edilmişdi. Orada Firon və Ad ilə birlikdə yenidən dirilmə və Allahın hesab soruşacağını inkar edən, yalan sayan bir cəmiyyət olaraq zikr edilmişdilər.

  • 14Bax budur, onlar cənnət əhlidirlər. Etmək olduqlarına qarşılıq orada sonsuz olaraq q (Əhqaf/14)

38Və Biz göyləri, yer üzünü və ikisi arasındakıları oyun-oyuncaq olaraq yarat­ma­dıq.

39Biz o ikisini sadəcə, haqq/doğru ilə yaratdıq. Lakin, onların çoxu bilmirlər.

Bu ayələrdə, kainatdakı varlıqların məqsədsiz yaradılmadığı, mütləq bir məqsədinin olduğu üzərində durulmuşdur, yoxsa oyun-oyuncaq olsun, Allah onlarla oynasın deyə yox.

Rəbbimiz, yenidən dirilişin və qiyamətin qəti dəlilini gətirmək üçün sanki belə demək istəmişdir: “Əgər öldükdən sonra diriliş olmasaydı, bu yaratmağımız bir əyləncə, boş və əbəs olardı. Halbuki kainatı yaradan bir oyun həvəskarı deyildir. Allahdan mənasız bir iş gözlənilməz”.

  • 27Və Biz göy üzünü, yer üzünü və aralarında olanları boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Cəhənnəm atəşinə görə bu kafirlərin vay halına! (Sad/27)
  • 16Və Biz göyü, yer üzünü və aralarındakı şeyləri, oyun oynayanlar olaraq yaratmadıq.
  • 17Əgər Biz bir əyləncə etmək istəsəydik, əlbəttə, onu Öz qatımızdan edərdik, əgər Biz edənlər olsaydıq. (Ənbiya/16, 17)
  • 3Şübhəsiz ki, sizin Rəbbiniz göyləri və yeri altı mərhələdə yaradan, sonra ən böyük taxt üzərində hegemonluq quran, işləri idarə edən Allahdır. Dünyada kömək edəcək, dəstək olacaq insan ancaq Onun iznindən/biliyindən sonra kömək edə bilər. Bax budur, bu Rəbbiniz Allahdır. O halda, Ona qulluq edin! Hələ də düşünüb ibrət almazsınızmı?
  • 4Hamınızın dönüşü sadəcə, Onadır. Allah bunu haqq olaraq vəd etmişdir. Şübhəsiz ki, O, xalqı ilk başdan yaradır, sonra iman edən və düzəltmək yönündə işlər edən insanları nəsibləri/haqları olan payları ilə qarşılıq vermək üçün geri döndərir. Bu kafirlər, küfrlərinə görə, özləri üçün qaynar sudan bir içki və acıqlı əzab olanlardır.  (Yunus/3, 4)

Və Möminun/115, 116, 101, Məaric/10-14.

40Şübhəsiz ki, Ayırma Günü onların hamısının görüşmə yeridir/qərarlaşdırılmış görüşmə vaxtıdır.

41,42O gün Allahın mərhəmət etdiyi insanlar istisna olmaqla, heç bir yaxının yaxınına heç bir şəkildə faydası olmaz. Onlara kömək də edilməz. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür.

Bu ayələrdə, kainatın yaradılmasının səbəbinin “Fasl Günü” barədə xəbərdarlıq etmək olduğu xatırladılır.

Ayırma günü [yevmü’l-fasl]. Fasl sözü fel olaraq “iki şey arasına məsafə qoymaq, bitişik hala gəlmiş iki ayrı şeyi bir-birindən ayırmaq” mənalarına gəlir. Bu söz “bir bütünü yarmaq, ikiyə ayırmaq” demək olan “şaqq” sözü ilə qarışdırılmamalıdır. Çünki qiyamət günündə bir bütün ikiyə ayrılmayacaq, əslində elə bir-birindən ayrı olan şeylərin ayırılışı ediləcəkdir. Yəni, o gün, haqq ilə batil, Mömin ilə kafir bir-birindən ayrılacaqdır. Qiyamət gününə Yevmü’l-Fasl [ayırd etmə günü] deyilməsinin səbəbi budur. Bəzilərinin “qərar günü”, “hökm günü” olaraq tərcümə etdikləri bu ifadənin izahsız olaraq lüğəti mənasıyla tərcümə edilməsi, bizə görə ən isabətli olanıdır.

  • 3Qiyamət günü əqrəbalarınızın və uşaqlarınızın sizə qətiyyən yararı olmaz. Allah aranızı ayırar. Və Allah etdiklərinizi ən yaxşı görəndir. (Mümtəhinə/3)
  • 11,12Allah ilk olaraq yaradar, sonra onu geriyə çevirər. Sonra da Ona döndərilərsiniz. Qiyamətin qopma anında da günahkarlar ümidlərini kəsərlər.
  • 13Onlar üçün ortaq qoşduqlarından, şəfaət – kömək edən, ara düzəldənlər də olmaz. Və onlar ortaqlarını rədd etdilər/qəbul etməyənlər oldular. 14Və Saatın dikildiyi gündə də, bax budur, o gün onlar ayrılırlar. (Rum/11-14)
  • 17Şübhəsiz ki, Ayırma Günü qərarlaşdırılmış bir görüşmə vaxtı olmuşdur. (Nəbə/17)

“Fasl Günü” ilə əlaqədar daha əvvəl Mürsəlat surəsinin təhlilində açıqlama edildiyindən, detalın oradan oxunmasını məsləhət görürük.

Ayədəki “O gün Allahın mərhəmət etdiyi kimsələr xaric, heç bir yaxının yaxına heç bir şeydə faydası olmaz. Onlar yardım da olunmazlar” ifadəsindən anlaşılır ki, o gün kimsəyə bir başqasından yarar yoxdur. Peyğəmbərdən bilə… “Mövla [yaxın]” sözlərinin işlədilməsinin səbəbi, ilk yardımlaşacaq olanların ana-ata, övladlar, qardaşlar, yaxın əqrabalar və yoldaşlar olmasındandır. Yaxınlar yardımlaşamadıqdan sonra, uzaqlar, el olanlar onsuz da yardımlaşa bilməzlər.

  • 48Və heç bir kimsənin başqa bir kimsəyə hər hansı bir şey üçün qarşılıq ödəmədiyi, heç bir kimsədən köməyin, adam tapşırmağın qəbul edilmədiyi, kimsədən fidyə­nin alınmadığı və heç bir kimsəyə kömək olunmayan günə qarşı Allahın qoruması altına girin. (Bəqərə/48)

43–46Şübhəsiz, zəqqum ağacı həddindən artıq günahkarların yeməyidir. O, ərimiş mədən kimidir, qızğın bir mayenin qaynaması kimi qarınlarda qaynayar.

47,48Tutun bunu və çılğınca yanan atəşin ortasına sürükləyin. Sonra onun başının üstünə qaynar su əzabından tökün”.

49,50Dad baxaq! Şübhəsiz ki, sən çox güclü və çox üstün biri idin! Şübhəsiz ki, bax budur, bu sizin özünə şübhə duyduğunuz şeydir”.

Bu ayələrdə “Fasl Günü”ndən bir səhnə, müşriklərin duçar olduqları vəziyyət ortaya qoyulmuşdur. Müşriklərə ərimiş mədənə bənzəyən Zəqqum ağacından yedirdiləcəkdir. O, qarınlarında qızğın maye kimi qaynayıb duracaqdır. Onlar yaxalanıb cəhənnəmin ortasına atılacaqlar və üzərlərinə də qaynar su töküləcəkdir. Onlara bir də Dad baxaq! Şübhəsiz sən, çox güclü və çox üstün biri idin! Şübhəsiz ki, bax budur, bu sizin özünə şübhə duyduğunuz şeydir” deyilərək həqarət ediləcəkdir.

Bənzər cəhənnəm səhnələri, xəbərdarlıq məqsədli olaraq Quranın başqa ayələrində də verilmişdir:

  • 19–22Bu ikisi – mömin ilə kafir, Rəbbi haqqında mübahisə etməyə girişmiş iki rəqibdir. Artıq kafirlər… Onlar üçün atəşdən libaslar biçilmişdir. Başlarının üstündən qaynar su tökülür. Bununla qarınlarındakı şey­lər və dəriləri əridilir. Və onlar üçün dəmirdən toppuzlar vardır. Dərəcəsinə görə oradan nə zaman çıxmaq istəsələr, oraya geri çevrilərlər və: “Yandırıcı əza­bı dadın!” (Həcc/19, 22)
  • 13–16O gün yalan sayanlar cəhənnəm atəşinə itələndikcə itələnərlər: Bax budur, bu, yalan sayıb durduğunuz atəşdir! Yaxşı, budamı bir sehrdir? Yoxsa, siz görmürsünüzmü? Söykənin ora! İstər səbr edin, istər səbr etməyin, artıq sizin üçün birdir. Siz, sadəcə, etdiklərinizin qarşılığını alacaqsınız! (Tur/13-16)

43-46-cı ayələrdə keçən “zəqqum ağacı” ilə əlaqədar detal daha əvvəl Vaqiə surəsində verilmişdi. Ancaq qısaca xatırlatmağın yararlı olacağı qənaətindəyik:

Zəqqum, Ərəb Yarımadasının Qızıldəniz tərəfindəki Tihamə bölgəsində yetişən bir bitki növüdür. Öz-özünə yetişən, qışda yarpaqlarını tökməyən qısaboylu bir ağacdır. Rəngli və göz oxşayan çiçəkləri olan bəzi növləri bəzək bitkisi olaraq da yetişdirilir. Zəqqum ağacında zəhərli bir maye vardır. Pis qoxulu və dadı çox acı olan bu maye, insan bədəninə xaricdən [məsələn, ağacın budaqlarının qoparılması zamanı] bulaşması halında belə bir cür dəri xəstəliyinə səbəb olur.

  • 43–46Şübhəsiz, zəqqum ağacı həddindən artıq günahkarların yeməyidir. O, ərimiş mədən kimidir, qızğın bir mayenin qaynaması kimi qarınlarda qaynayar. (Duhan/43-46)

51–57Şübhəsiz ki, Allahın qoruması altına girənlər, Rəbbindən bir ərməğan olaraq, təhlükəsiz bir məqamdadırlar, bağçalarda və bulaqlardadırlar. Onlar, üz-üzə oturaraq, incə ipəkdən və parlaq atlasdan libaslar geyərlər. Bax budur, belə! Biz onları iri qara gözlülərlə/ən ideal tiplərlə qoşalaşdırdıq. Onlar, orada əminliklə hər çeşid meyvəni istəyə bilərlər. Onlar orada ilk ölümdən başqa bir ölüm dadmazlar. Və Allah onları cəhənnəm əzabından qorumuşdur. Bax budur, bu, böyük qurtuluşun məhz özüdür.

Günahkarların “Fasl Günü”ndə qarşılaşacaqları müamilə ortaya qoyulduqdan sonra, bu ayə qrupunda da o gün müttəqilərin necə bir həyata layiq görüləcəkləri anladılır. Hər iki qrupun qarşılaşacağı fərqli müamilələr müqayisə olunduğunda, Möminlər ilə müşriklərə layiq görülən axirət yaşayışının bir-birindən nə qədər fərqli olacağı açıq şəkildə görünür. Biri mümkün olduğu qədər ümidsizlik və bədbəxtlik, digəri isə mümkün olduğu qədər sevinc və xoşbəxtlik ehtiva edən bu aqibət təsvirləri, bir yandan müşriklərə qorxu vermək, digər yandan da Möminləri şirnikləndirmək məqsədini güdür.

Ayədə keçən “hurin ayn [iri qara gözlülər]” ifadəsini daha əvvəl Vaqiə surəsində təhlil etmişdik. Buna görə, “Hur”sözü “parlaq qara göz”,“Iyn”sözü isə “qarası çox, geniş gözlülərmənasındadır.

Hur” və “ıyn” sözlərinin ikisini birdən işlədərək ifadə edilən gözlər, ərəblərin çox bəyəndiyi göz tipidir və həm qadının, həm də kişinin gözəlliyini anlatmaq üçün işlədilir.

“Hur” və “ıyn” sözləri birlikdə “Hurun ıynün” kimi işlədildiyində, məna da “iri, parlaq, geniş gözlülər” demək olur. Bu xüsusiyyət, ayələrdə cənnətdə verilən həmtayları xarakterizə etdiyindən, “iri parlaq gözlü zevclər” mənası qazanır. Buna görə də, bir çox tərcümə və təfsirdə keçən “iri parlaq gözlü hurilər” ifadəsi səhv bir tərcümədir. Çünki “parlaq gözlülər” deyildikdə, “hur” sözü deyilməməlidir. Bizə görə “huri” sözüylə əlaqədar bu günkü səhv inanc da, sifətlərin adamlaşdırıldığı bu səhv tərcümədən qaynaqlanır. Bu səhv tərcümənin istinad etdiyi səhv anlayış isə “hur” və “ıyn” sözlərinin dişi olaraq qəbul edilməsidir ki, əldəki məlumat və sənədlərə görə bu qəbul etmə xətası ilk olaraq Həsən Bəsri ilə başlamış, ardınca da yüzlərlə yalan və əsassız rəvayətlə dəstəklənmişdir.

Hurun ıyn” ifadəsi, Vaqiə/15-26 və İnsan/5-22-dən ibarət olan bölmələrdə də yer alır.

Hurun ıyn” ifadəsi daha əvvəl Vaqiə surəsində ələ alındığından, detalın oradan oxunmasını məsləhət görürük.

Ayədəki “Onlar orada ilk ölümdən başqa bir ölüm dadmazlar. Və Allah onları cəhənnəm əzabından qorumuşdur” ifadəsi müttəqi Möminlərin hələ ölməzdən əvvəl, əmin məqama yerləşdirildiklərini və bu məqamda ikən xoşbəxt bir halda canlarının alındığını vurğulayır. Bu halda Möminlər ölüm anında, məhşərdə və cənnətdə əmin məqamdadırlar.

Daha əvvəl bu lütflərə aşağıdakı ayələrdə toxunulmuşdu:

  • 22Üzlər var ki, o gün apaydınlıqdır/nurludur, 23Rəblərinə nəzər salarlar, Rəblərindən nemət gözləməkdədirlər. (Qiyamət/22, 23)
  • 30–32Və Allahın qoruması altına girmiş insanlara: “Rəbbiniz nə endirdi?” – deyilincə, onlar: “Xeyir” – deyərlər. Bu dünyada gözəlləşdirənlərə/yaxşılaşdıranlara yaxşılıq/gözəllik vardır. Axirət yurdu isə mütləq şəkildə daha xeyirlidir. Və Allahın qoruması altına girmiş insanların yurdu… Ədn cənnətləri nə gözəldir! Onlar oraya girəcəklər. Onun altından çaylar axar. Orada onlar üçün dilədikləri şeylər vardır. Allah Özünün qoruması altına girənləri bax budur, belə qarşılıqlandırır. Allahın qoruması altına girənlər o insanlardır ki, mələklər onları xoş və rahat etdirərək onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırırlar: “Salam sizə, etmiş olduğunuz işlərin qarşılığı olaraq girin cənnətə!” – deyərlər. (Nəhl/30, 32)
  • 30–32Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib, sonra ən doğru olanlar… onların üzərinə xə­bərçi ayələr həmişəlik enər: “Qorxmayın, kədərlənməyin, sizə vəd edilən cənnətlə se­vi­nin. Biz dünya həyatında və Axirətdə sizin yol göstərənləriniz, köməkçiləriniz, qo­ruyanlarınızıq. Cənnətdə qullarının günahlarını çox örtən, onları cəzalandır­ma­yan və lütfü bol olan, əngin mərhəmət sahibindən bir ikram olaraq sizin üçün nəfslərinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər də sizin üçündür”. (Fussilət/30-32)
  • 101,102Şübhəsiz, tərəfimizdən özlərinə “Ən Gözəl” hazırlanan insanlar… Bax budur, onlar cəhənnəmdən uzaqlaşdırılmışlardır. Onlar cəhənnəmin uğultusunu eşitməz­lər. Onlar nəfslərinin istədiyi şeylər içərisində həmişəlik qalanlardır.
  • 103O ən böyük qorxu onları məyus etməz və özlərinə xəbərçilər: “Bax budur, bu sizə söz verilmiş olan gününüzdür” – deyə ağıllarına gətirərlər. (Ənbiya/101-103)

58Bax budur, Biz Quranı onlar öyüd alsınlar deyə, sənin dilinlə asanlaşdırdıq.

Surənin bu son paraqrafında mövzu yenə Qurana gətirilmiş və öyüd ala bilsinlər deyə dinləyənlər üçün asanlaşdırıldığı xatırladılmışdır.

Bənzər bir ayə daha əvvəl Qəmər surəsində də keçmiş və eyni surədə tam dörd dəfə təkrar edilmişdi:

  • 17And olsun Biz Quranı düşünmə/öyüd üçün asanlaşdırdıq/hazırladıq. O halda varmı ibrət alıb düşünən? (Qəmər/17, 22, 32, 40)

59Artıq sən  gözlə! Şübhəsiz ki, onlar gözləyənlərdir.

Bütün bu açıqlamalardan sonra Rəbbimiz, Elçisinə: “Artıq sən müşahidə et! Şübhəsiz onlar müşahidə edənlərdirlər – buyurmuşdur. Ayənin ismarıcı “Sən Rəbbindən gələcək zəfəri gözlə! Onlar da öz yanlış və yersiz düşüncələri ilə sənin qəhr olmağını müşahidə edirlər. Allah səninlə on­lar arasında hökm verənə qədər gözlə! Çünki onlar da sənin başına gələcək pis müsibətləri müşahidə edirlər” şəklində açıqlana bilər.

Əslində bu ifadələrlə Rəsulullaha zəmanət verilir. Çünki daha əvvəl də ona zəmanət verilmişdi:

  • 51Şübhəsiz, Biz elçilərimizə və iman edənlərə bu bəsit dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik.
  • 52O gün şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlərə üzr istəməkləri yararlı ola bilməz. Və onlara kənarlaşdırılaraq məhrum buraxılma vardır, yurdun ən pisi də onlar üçündür. (Mömin/51, 52)
  • 21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. (Mücadilə/21)
  • 7Ey iman edənlər! Əgər siz Allaha kömək edərsinizsə, O da sizə kömək edər və ayaqlarınızı sabit tutar. 8İnkar edənlər isə, artıq onlara yıxılma vardır! Və Allah, onların işlərini azdırmışdır. 9Bu, şübhəsiz ki, onların Allahın endirdiklərini bəyənmədiklərinə görədir. Artıq Allah da onların əməllərini boşa çıxarmışdır. (Muhəmməd/7, 9)

Və Fətih/4, Al-i İmran/139, Saffat/171-173, Ənam/158, Əraf/ 71, Səcdə/30, Yunus/102.

 Allah, doğrusunu ən yaxşı biləndir.

[1] Bu yaraşdırmalar üçün eyni ciltte bulunan Gafir/1’in tahlilinə bakılabilir.

[2] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[3] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[4] Razi; el Mefatihu’l Gayb.

[5] Dərveze; et Təfsirü’l Hadis.

[6] Razi; el Mefatihu’l Gayb.

[7] Beğavi.

[8] Lisanü’l-Arab; c. 3, s. 317 dhn mad.

[9] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[10] Mevdudi; Tefhimü’l Kuran.

[11] Kurtubi; el Camiu li Ahkamil Kuran.