TƏBBƏT SURƏSİ

MƏKKƏ DÖVRÜ Nəcm: 17 1Əbu Ləhəbin[1] iki gücü yox oldu[2]. 2Özü də yox oldu. Malı və qazandığı şeylərin ona faydası olmadı. 3–5Yaxında o və boynunda lifdən bir ip, odun daşıyıcısı olaraq zövcəsi, alovlu atəşə atılacaqlar. (6/111, Təbbət/1–5)   [1]Surədə, Əbu Ləhəb olaraq, zikr edilən şəxsin Qüreyş əşrafından Abduluzza b. Abdulmuttalib b. Haşim, arvadının da Ümmü Cəmil [Avra] [...]

MÜDDƏSSİR və FATİHƏ SURƏSİ

MƏKKƏ DÖVRÜ Nəcm: 14 1,2Ey vəzifəyə hazır adam[1]! Qalx! Dərhal, Fatihə/1–7“Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan Allah adından: “Bütün təriflər, aləmlərin[2] Rəbbi[3], yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan, hər kəsin yaxşı, ya da pis etdiyi bütün fel və hərəkətlərinin qarşılığını görəcəyi Axirət gününün sahibi, idarəçisi Allahadır; Allahdan başqa kimsə tərifə layiq[...]

MÜZZƏMMİL SURƏSİ

MƏKKƏ DÖVRÜ Nəcm: 10 1–4Ey evinə qapanan insan[1]! Gecə vaxtı, qısa bir müddət istisna olmaqla, bəzən gecənin yarısı, bəzən bundan bir qədər əvvəl, bəzən də bundan bir qədər sonra qalx, sənə verilmiş vəzifəni icra et. Sənə endirilməkdə olan Quranı təbliğ edərkən düzgün şəkildə, nizamlı hərəkət et! 5Şübhəsiz, Biz sənin üzərinə çox ağır bir söz/Quranı qoyacağıq. 6Gecənin yeni[...]