İbrahim surəsi Məkkədə enən 72-ci surədir. Adını 35-41-ci ayələrdə bəhs edilən “İbrahim” peyğəmbərdən almışdır. 28, 29-cu ayələrin Mədəni olduğuna dair nəqllər mövcuddur. [1] Surədə elçilik vəzifəsi üzərində durularaq inkarçı müşriklərin bu mövzudakı münasibət və davranışları qınanır, Musanın (əs) Allaha ibadətə və şükür etməyə çağırdığı qövmündən və Nuh, Ad və Səmud kimi keçmişdə peyğəmbərləri yalan sayan qövmlərdən nümunələr [...]
Nuh surəsi Məkkədə enmiş 71-ci surə olub, adını surənin mövzusunu təşkil edən Nuh Peyğəmbər əhvalatından almışdır. Surədə sadəcə, Nuh Peyğəmbərin qövmü ilə olan tövhid mücadiləsi; Nuhun [əs] qövmünə etdiyi öyüdlər və qövmünün Nuha dirənmələri yer alır. Nuh Peyğəmbər və onun öz qövmü ilə etdiyi mübarizə ilə əlaqədar məqamlar daha əvvəl Əraf/59-64, Yunus/71-73, Hud/25-29, Şüəra/105-122, Saffat/75-82 və Qəmər/9-16-da[...]
Nəhl surəsi Məkkədə enən 70-ci surə olub, adını 68-ci ayədəki “ النحل ən-Nəhl [bal arısı]” sözündən almışdır. İçərisində Allahın qullarına lütf etdiyi nemətlərin bir çoxunun xatırladıldığına görə “نعام Niam [Nemətlər]” surəsi deyə də anılır. Surənin 41, 90, 106, 110, 112, 126-128-ci ayələrinin Mədəni olduğuna dair nəqllər mövcuddur. [1] Surədə, vəhyin ilk enişindən bu yana dində formalaşmış olan[...]