Loğman surəsinin Məkkədə 57. sırada endiyi qəbul edilir. Surə, adını 12– 19– ayələrdə keçən لقمان Loğman ismindən almışdır. 27– 29– ayələrinin Mədinədə endiyinə dair nəqllər vardır. [1] Nəcmlərinin bir–biriylə olan yaxın bağına və nüzul səbəbləriylə əlaqədar nəqllərə görə surənin ayələrinin yaxın aralıqlarla endiyi anlaşılır. Surədə kainatdakı ayələrə diqqət çəkilərək tövhid, elçilik vəzifəsi və öldükdən sonra dirilmə üzərində [...]
Adını birinci ayədəki “الصّفّات Saffat” sözündən alan surənin Məkkədə 56-cı sırada endiyi qəbul edilir. Surənin bölmələri arasındakı əlaqə, bu bölmələri əmələ gətirən nəcmlərin, Ənam surəsində olduğu kimi, yaxın aralıqlarla endiyini göstərir. Surənin enmə ili, ayı və günü təəssüf ki, bilinmir. Ancaq məzmunu nəzərə alındığında, peyğəmbərimizin və ətrafındakı Müsəlmanların sıxıntılı günlərində endiyi anlaşılır. Buna görə də surənin əsas[...]
Adını 136, 138 və 139-cu ayələrdə keçən “dörd ayaqlı, iki dırnaqlı, gövşəyən və ot yeyən heyvanlar” mənasındakı “الأنعام Ənam” sözündən alan surənin Məkkədə 55-ci sırada endiyi qəbul edilir. Ancaq bəzi qaynaqlar surənin 20, 91, 94, 114 və 151-ci ayələrinin, bəzi qaynaqlar 91, 92 və 98-ci ayələrinin, Razi isə 20, 23, 91, 93, 114, 141, 151, 152 və[...]