FATİHƏ SURƏSİNİN TƏBYİNİ

Fatihə surəsi olaraq adlandırılan bu yeddi ayə ilə əlaqədar, məşhur təfsirçilərimizdən İmam–i Razi 250, İbn–i Kəsir 114, Elmalılı Hamdi Yazar isə 104 səhifə izah yazmışdır. Bu izahlarda: – Surənin harada endiyi və bir dəfəyəmi, yoxsa iki dəfəmi endirildiyi, – Başındakı “Bismillah”ın ayə olub, olmadığı və “Bismillah”ın əhəmiyyəti, – Qiraət [oxunuş] fərqlilikləri, – Oxunuşunda “istiazə”nin lazım olub, olmadığı, [...]

MÜDDƏSSİR SURƏSİNİN TƏBYİNİ

Müddəssir surəsinin ilk ayələri dördüncü bəhs olaraq Məkkə dövrünün əvvəllərində enmişdir. Ancaq digər ayələr, peyğəmbərimizlə müşriklər arasında bəzi münaqişələrin yaşandığı görüntüsünü verir. Beləliklə də, surənin son bölməsinin peyğəmbərimiz tərəfindən edilən dəvətin ilk mərhələlərində deyil, münaqişələrin ortaya çıxmağa başladığı daha sonrakı mərhələlərdə endiyini düşündürür. Bundan əvvəlki üç surədə olduğu kimi, bu surədə də peyğəmbərimizin təliminə davam edilir. Təlimə[...]

MÜZZƏMMİL SURƏSİNİN TƏBYİNİ

Adını, birinci ayədə keçən “örtüyünə bürünən” mənasındakı  “المزّمّل  əl–Müzzəmmil” sözündən alan surə Məkki olub, Quranın enmə sırasına görə 3–cü surəsidir. Ancaq rəsmi düzülüşdə 73–cü sırada yer alır. Bunun səbəbi, rəsmi Mushafda 72–ci sırada yer alan Cin surəsinin 19–cu ayəsində keçən “لمّا قام  ləmma qamə [qalxdıqda]” ifadəsindəki “قام  qamə” sözü ilə bu surədə keçən “ قم  qum [qalx]”[...]