HUCURAT SURƏSİNİN TƏBYİNİ

Adını 4-cü ayədəki الحجرات [əl-hucurat/otaqlar] sözündən alan surənin, Mədinədə 106-cı sırada endiyi qəbul edilir. Rəsulullahın yaxın ətrafında cərəyan edən bir sıra hadisələrə görə Mədinə dövrünün sonlarında nazil olduğu anlaşılan surədə; ictimai və siyasi qaydalar, əxlaq və nəzakət qaydaları öyrədilərək möminlərə hadisələr qarşısında həssas və ehtiyatlı olma göstərişi verilir. Ona görə də surə “Əxlaq surəsi” olaraq da adlandırılır. [...]

MÜCADİLƏ SURƏSİNİN TƏBYİNİ

Adını 1-ci ayədəki تجادلك [tucadilukə/səninlə mübahisə edən qadın] ifadəsinin تجادل [tucadilu/mübahisə edən] felindən alan surənin Mədinədə 105-ci sırada endiyi qəbul edilir. Söz qadına şamil edilərək surəyə مجادِلة [Mücadilə/Mübahisə edən Qadın] də deyilir. Surədə, bir qadının şikayətinə görə, cahiliyyə ərəblərində yayılmış olan zıhar adətindən bəhs edilərək buna aid hökm müəyyən edilir və cahiliyyə dövrü tətbiqatları ləğv edilir. Həmçinin,[...]

MÜNAFİQUN SURƏSİNİN TƏBYİNİ

Adını 1-ci ayədəki المنافقون [münafıqun] sözündən və münafiqlərin Rəsulullah və möminlərə qarşı göstərdikləri münasibətlərdən bəhs edilməsindən alan surənin, Mədinədə enən 104-cü surə olduğu qəbul edilir. Qaynaqların verdiyi məlumata görə, Beni Mustalıq döyüşündən dönüşdə yolda və ya döndükdən sonra enmişdir. Surədə münafiqlərin yalançılıqları, ikiüzlülükləri, inanmadıqları şeyləri söyləmələri, möminlərə tələ qurmaları bəyan edilir və münafiqlər şiddətlə məzəmmət olunur. Səmimi[...]