Maun surəsi Məkkədə nazil olan 17–ci surədir. Surənin tam olaraq Mədinədə endiyini iddia edənlər olduğu kimi, 1–3–cü ayələrinin Məkkədə, 4–7–ci ayələrinin isə Mədinədə endiyini iddia edənlər də vardır. Ancaq həm surənin üslub və məzmunu, həm də İzzət Dərvəzə kimi tədqiqatçıların İbn–i Abbas və İbn Zübeyrə əsaslanan təsbitləri, surənin dəqiq olaraq Məkki olduğunu göstərir. 4–cü ayə “təqib” və [...]
Təkasür surəsi Məkkədə enən 16–cı surədir. Cəmi səkkiz ayədən ibarət olmasına baxmayaraq mahiyyətinə görə, bəzi İslam alimlərinin də dediyi kimi, Qurandakı mövzuların təxminən altıda birini, xülasə halında, əhatə edir. Xatırlayacağımız kimi, Adiyat surəsi insan övladının nankorluğundan, mənfəəti uğrunda etdiklərindən və daha başqa xarakterik xüsusiyyətlərindən bəhs edirdi. Təkasür surəsi həmin surənin davamı mahiyyətindədir. Adiyat və Təkasür surələrinin arasında[...]
Kövsər surəsi Məkkədə enmişdir. Enmə sırasına görə 15–ci surədir. Kövsər surəsi üç ayədən ibarətdir və Qurandakı ən qısa surələrdəndir. Buna baxmayaraq, işarə etdiyi mənalar baxımından zəngin bir mahiyyətdədir. Surənin yaxşı başa düşülməsi üçün Duha və İnşirah surələrinin də yaxşı qavranılması lazımdır. Çünki, Duha, İnşirah və Kövsər surələri, müşriklərin nalayiq davranışlarına məruz qalan peyğəmbərimizi təskin və təsəlli etmək,[...]