MƏDİNƏ DÖVRÜ
Nəcm: 662
1Göylərdə və yer üzündə olanlar kainatın hökmdarı, tərtəmiz, hər cür pislik və əskiklikdən uzaq olan, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allahı nöqsan sifətlərdən arındırırlar.
2,3O, Anaşəhərlilər/Məkkəlilər içində özlərindən olan və Anaşəhərlilərə və hələ onlara qatılmamış olan başqalarına Allahın ayələrini oxuyan, onları arındıran, onlara kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir elçi göndərəndir. Onlar öncədən açıq-aşkar bir pozğunluq içində olsalar da! Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
4Elçi göndərmək Allahın dilədiyi insanlara verdiyi ərməğanıdır. Və Allah böyük ərməğan sahibidir.
(110/62, Cumuə/1–4)
Nəcm: 663
5Özlərinə Tövrat yüklədilib və sonra onu daşımayan insanların vəziyyəti, kitablar daşıyan eşşəyin vəziyyəti kimidir. Allahın ayələrini yalan sayan qövmün örnəyi nə pisdir! Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmünə doğru yolu göstərməz.
6De ki: “Ey yəhudiləşmiş insanlar! Əgər insanlar arasında yalnız özünüzün Allahın yaxınları/köməkçiləri olduğuna inanırsınızsa, əgər doğru insanlarınızsa, dərhal ölümü istəyin”.
7Halbuki, onlar əllərinin öndən göndərdiyi şeylər/etdikləri günahlar üzündən, ölümü qətiyyən istəməzlər. Və Allah səhv/öz zərərlərinə iş edənləri çox yaxşı biləndir.
8De ki: “Şübhəsiz, sizin özündən qaçdığınız ölüm, qətiliklə sizə qovuşacaqdır. Sonra görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və qəbul edilə bilən hər şeyi bilənə döndəriləcəksiniz. O, sizə etmiş olduğunuz şeyləri xəbər verəcəkdir”.
(110/62, Cumuə/5–8)
Nəcm: 664
9Ey iman edənlər! Toplantı günü salaat üçün səslənildiyi zaman Allahın anılmasına dərhal qaçın, alış-verişi buraxın. Əgər bilirsinizsə, bax budur, bu sizin üçün daha xeyirlidir.
10Sonra da salaat həyata keçirildiyində, dərhal yer üzünə dağılın və Allahın ərməğanlarından arayın. Və zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı çox anın.
(110/62, Cumuə/9–10)
Nəcm: 665
11Və onlar bir ticarət və əyləncə gördükləri zaman ona getdilər və səni ayaq üstdə qoydular. De ki: “Allahın yanında olan şeylər əyləncədən və ticarətdən xeyirlidir. Və Allah ruzi verənlərin ən xeyirlisidir”.
(110/62, Cumuə/11)