FƏTH SURƏSİNİN TƏBYİNİ

Adını 1-ci ayədəki فتح [fəth] sözündən və bu surənin ana mövzusu olan Məkkənin fəthindən alan surənin Mədinə dövründə 111-ci sırada endiyi qəbul edilir. Tarixi qeydlərə görə bu surə hicrətin 6-cı ilində Hudeybiyyə Sülh Müqaviləsindən sonra Mədinəyə dönəndə enmişdir.

Surədə bir sıra xeyirli hadisələrin [Heybər və Məkkənin fəthi] müjdəsi verilir, möminlərin ölüncəyə qədər Allah yolunda cihad edəcəklərinə dair Rəsulullaha verdikləri sözdən [Biətu’r-Rıdvandan] öygüylə bəhs edilərək möminlər qürurlandırılır. Rəsulullahla birlikdə səfərə çıxmayanlar, ikiüzlülər qınanır. Həmçinin Elçinin vəzifəsi və göndəriliş məqsədi bir dəfə yenə xatırladılır.

Surənin yaxşı anlaşıla bilməsi üçün öncə Hudeybiyyə Sülh Müqaviləsinin ensiklopedik şəkildə də olsa bilinməsi lazımdır:

Hudeybiyyə Sülh Müqaviləsi Və Ridvan beyəti. Rəsulullah və Muhacirlərin Məkkədən ayrılmasının üzərindən altı il keçmiş və bu müddət içərisində heç kim öz yurdu və əqrəbaları ilə təmas quramamışdı. Muhacirlərdə həsrət və qürbət duyğuları qabarmış, Mədinəli Ənsarda da Kəbə üçün darıxmışdılar. Müsəlmanların hamısı Məkkəni və Kəbəni ziyarət etmək istəyirdilər.

Bu ümumi istəyə görə, Rəsulullah Məkkəyə getmək istəyənlərin hazırlanmasını istədi.

Hazırlıqlar edildi və Zilqədənin ilk Bazar ertəsi günü [13 Mart 628] 1.400 nəfərlə birlikdə Məkkəyə doğru hərəkət edildi. Məqsədin sülh olduğunu göstərmək üçün yanlarına səfər qılıncı deyilən qılıncdan başqa silah götürmədilər.

Məkkəli müşriklər bu vəziyyəti öyrəndikdə toplandılar və nə bahasına olursa olsun, Rəsulullahı Məkkəyə buraxmamağı qərara aldılar. Rəsulullahın Məkkəyə daha artıq yaxınlaşmasına mane olmaq üçün də Xalid b. Vəlidin başçılığı ilə 200 atlıdan ibarət olan bir birlik göndərdilər.

Bu arada Rəsulullah və bərabərindəki möminlər Məkkə yaxınlarındakı Hudeybiyyə mövqeyinə gəlmişdilər.

Rəsulullah məqsədlərini bildirmək, Məkkə müşriklərinin vəziyyət və münasibətlərini öyrənmək üçün Məkkəyə Hudaalılardan Hıraş b. Umeyyəni elçi olaraq göndərdi. Elçi Umeyyə müşriklərə vuruşmaq niyyətində olmayıb, yalnız Kəbəni ziyarət üçün gəldiklərini və ümrə edib dönəcəklərini bildirdi. Buna rəğmən müşriklər, dəvəsinə vurub, onu yerə düşürərək öldürmək istədilər. Məkkəli olmayan, çoxu Həbəşli olan bəzi kimsələr araya girib Umeyyəni qurtardılar. Umeyyə geri dönərək vəziyyəti Rəsulullaha anlatdı.

Məkkəli müşriklər Müsəlmanların Məkkəyə soxulmasını özləri üçün böyük qürursuzluq sayır və bütün ərəb dünyasının gözündən düşəcəkləri şəklində izah edirdilər.

Bu inkişaflardan sonra Rəsulullah Öməri göndərmək üçün yanına çağırdı. Ömər Məkkəlilərin özünə olan kinlərinə görə təhlükəsiz olamayacağını, kimsənin də özünə yardıma gəlməyəcəyini irəli sürərək, Məkkədə hələ də xətri sayılan və təsirli bir çox əqrəbası olan Osman b. Affanı göndərməsini istədi.

Bundan sonra Rəsulullah Osman b. Affanı çağırıb onu Qüreyşə göndərdi. Osman b. Affan Məkkə-i Mükərrəməyə çatınca, öncə Rəsulullahın ismarıcını çatdırdı və: “Biz Hudeybiyyəyə muharibəyə gəlmədik, yalnız və yalnız ziyarət və ümrə etmək üçün gəldik” – dedi.

Bu arada Qüreyşlilər Osmana: “İstərsən sən Kəbəni təvaf et; ancaq hamınızın Məkkəyə girməsinə və Kəbəni təvaf etməsinə izin verə bilmərik”. Osman bunu rədd etdikdən sonra da onu Məkkədə saxlayıb, göz həbsində tutdular.

Bu arada Hudeybiyyədə olan Müsəlmanlar arasında Osmanın öldürüldüyü şayiəsi çıxdı. Bu xəbərdən sonra Rəsulullah möminləri beyətə dəvət etdi. Bütün möminlər Allah adından ona beyət etdilər; ölmək bahasına da olsa vuruşdan qaçmamaq və əsla çəkinməmək üçün söz verdilər. Bu sözləşmə semure ağacının altında olmuşdu. Bu mövzu surənin 10, 18 və 19-cu ayələrində yer alır. Bu ayələrdən ilham alınaraq bu beyətə “Biətur-Rıdvan” [razılıq beyəti] və beyətin alınmasında altında durulan ağaca isə “Şəcərətur-Rıdvan” [razılıq ağacı] adı verilmişdir.

Qısa bir aradan sonra Osman ilə əlaqədar ölüm xəbərinin əsilsiz olduğu anlaşılmışdır.

Bu arada qarşılıqlı elçilər gedib gəlir, bir uzlaşma yolu aranırdı. Müşriklər Müsəlmanları Məkkəyə buraxmamaqda qərarlı görünürdülər. Rəsulullah isə: “Biz, buraya qətiliklə, vuruşmaq üçün gəlmədik. Məqsədimiz Kəbəni ziyarətdir, ümrə etməkdir. Qüreyşlilər keçmiş vuruşlarda zəif düşmüşdülər. Diləyərlərsə, onlarla bir anlaşma, bir müddət üçün sülh anlaşması etmək istəyərəm. Qəbul edərlərsə, nə əla, əks təqdirdə Allaha and içirəm ki, ölüncəyə qədər onlarla vuruşaram” – deyərək sülhü məsləhət görürdü.

Məkkəli müşriklər, Allah Rəsulunun qərarlılığı üzündən vuruşu gözə ala bilmədilər, Osman b. Affan və bir qisim Məkkədəki Müsəlmanları sərbəst buraxdılar. Sonra Suheyl b. Amrın başçılığı ilə bir heyəti anlaşma etmək üçün Rəsulullahın yanına göndərdilər. Burada məşhur “Hudeybiyyə Müqaviləsi” edildi.

Rəsulullah ilə Süheyl uzun görüşmələrdən sonra anlaşma şərtlərini təsbit etdilər. Buna görə:

1) Müsəlmanlarla müşriklər 10 il müddətinə vuruşmayacaqlar, bir-birlərinə hücum etməyəcəkdilər;

2) Müsəlmanlar bu il Kəbəni ziyarətdən əl çəkərək geri dönəcəklər, ancaq gələcək il ümrə edəcəklər, müşriklərin boşaldacağı Məkkədə üç gün qalacaqlar və yanlarında səfər qılınclarından başqa silah daşımayacaqdılar;

3) Məkkədən birisi Müsəlman olaraq Mədinəyə sığındığı zaman geri veriləcək; lakin Mədinədən Məkkəyə sığınanlar geri verilməyəcəkdi;

4) Ərəb qəbilələri istədikləri tərəflə anlaşma etməkdə sərbəst olacaqdılar.

Bu müqavilənin bütün şərtləri, görünüşdə Müsəlmanların əleyhinə idi. Buna görə də Müsəlmanlar böyük bir xəyal qırıqlığına uğradılar. Bu müqaviləni bir alçaqlıq, bir xor görülmə olaraq qəbul etdilər. “Sən Allahın Rəsulu deyilsənmi? Davamız haqq dava deyilmi? Bu zilləti niyə qəbul edirik?” – deyə narazılıq etdilər.

Hudeybiyyədə 19 gün qalındıqdan sonra Mədinəyə doğru yola çıxıldı. Yolda bu surə endi.

 

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ

MƏDİNƏ DÖVRÜ

Nəcm: 666

1–3Şübhəsiz ki, Biz, Allah sənin keçmişdə olmuş və gələcəkdə ola bilən günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni ən doğru yola bələdçiləsin və Allah sənə çox güclü bir zəfərlə kömək etsin deyə, sənə açıq-aşkar bir fəthi açdıq.

4O, öz imanları ilə birlikdə imanları artsın deyə, möminlərin qəlblərinə qəlbi təskin edən arxayınlıq və sakitləşmə duyğusu/əhvali-ruhiyyə endirəndir. Göylərin və yerin orduları da yalnız və yalnız Allahındır. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

(111/48, Fəth/1–4)

Nəcm: 667

7Göylərin və yer üzünün orduları da Allahındır. Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

8,9,5,6Şübhəsiz, Biz Allaha və Elçisinə iman etməyiniz, Ona kömək etməyiniz, Ona hörmət göstərməyiniz və hər zaman Onu hər cür nöqsanlıqdan münəzzəh qılmağınız üçün… Mömin kişiləri və mömin qadınları, içində həmişəlik qalanlar olaraq, alt­la­rın­dan çaylar axan cənnətlərə qoyması və onların pisliklərini örtməsi üçün… Bax bu­dur, bu, Allah qatında böyük bir qurtuluşdur… Və Allah haqqında pis zənndə olan o münafiq kişilər və münafiq qadınları, Allaha ortaq qoşan kişiləri və ortaq qo­şan qadınları əzablandırması üçün… Pislik onların üzərinə olmuşdur. Allah onlara qə­zəb etmiş, onları kənarlaşdırmış/mərhəmətindən məhrum buraxmış və özləri üçün cə­­hən­nəmi hazırlamışdır. Ora nə pis bir yerdir! Səni şahid, müjdələyən və xəbər­dar edən olaraq, elçi etdik.

(111/48, Fəth/7–9, 5–6)

Nəcm: 668

10Şübhəsiz, sənə bağlılıq andı edən bu insanlar, əslində Allaha bağlılıq andı et­mək­dədir­lər. Allahın gücü – nemətləri, köməkləri onların güclərindən – köməklərindən, xid­mətlərindən üstündür. Ona görə də kim sözündən dönərsə, artıq sadəcə öz əley­hinə olaraq dönmüşdür. Kim də Allaha verdiyi sözə vəfa göstərərsə, Allah ona dərhal böyük bir mükafat verəcəkdir.

11Bədəvi ərəblərdən geridə buraxılmış, sizinlə gəlməyənlər sənə yaxında: “Mallarımız və ailələrimiz bizi məşğul etdi/geri qoydu. Haydı, Allahdan bizim bağış­lanmağımızı dilə” – deyəcəklər. Onlar qəlblərində olmayanı dilləri ilə söylə­yir­lər. De ki: “Allah sizə bir zərər diləyərsə və ya bir yarar diləyərsə, Ona qarşı ki­min bir şeyə gücü yetə bilər? Tam əksinə, Allah etdiklərinizdən xəbərdardır”.

12Əslində siz sanmışdınız ki, Elçi və möminlər ailələrinə/yaxınlarına sonsuzadək geri dönməyə­cək­­lər. Bu sizin könüllərinizə də gözəl görünmüşdü. Və siz pis zənndə oldunuz və dəyişikliyə/dağıntıya uğramış bir cəmiyyət oldunuz.

13Və kim Allaha və Elçisinə iman etməzsə, bilsin ki, şübhəsiz, Biz kafirlər üçün çılğın bir atəşi hazırlamışıq.

14Və göylərin və yer üzünün hökmranlığı Allahındır. O, dilədiyini bağışlayar, dilədiyini əzablandırar. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

15Siz qənimətləri almaq üçün getdiyinizdə o geri qalanlar: “Buraxın bizi də sizi izləyək”  – deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki: “Siz, qətiyyən bizimlə gələ bilməyəcəksiniz. Allah daha öncə belə buyurmuşdur”. Sonra onlar: “Tam əksinə, siz bizi qısqanırsınız” – deyəcəklər. Tam əksinə, onlar çox az şey xaricində, anlamazlar.

16Bədəvi ərəblərdən geri buraxılmış olanlara de ki: “Siz yaxında çox qüvvətli bir cəmiyyətə qarşı çağırılacaqsınız, onlarla döyüşərsiniz və ya onlar Müsəlman olarlar. Artıq əgər itaət edərsinizsə, Allah sizə gözəl bir mükafat verər. Amma öncədən aradan çıxdığınız kimi, yenə aradan çıxacaq olarsınızsa, sizi acıqlı bir əzab ilə əzablandırar”.

17Kor üçün bir vəbal yoxdur, topal üçün də bir vəbal yoxdur, xəstə üçün də bir vəbal yoxdur. Bununla yanaşı, kim Allaha və Elçisinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə girdirər. Kim də yaxasını kənara çəkərsə, onu acıqlı bir əzab ilə əzablandırır.

(111/48, Fəth/10–17)

Nəcm: 669

18,19And olsun ki, o ağacın altında sənə bağlılıq andı içərlərkən, Allah möminlərdən razı olmuşdur. Bax budur, qəlblərində olanı bilmiş, onlara qəlbi təskin edən, arxayınlıq və yüngülləşmə duyğusu/əhvali-ruhiyyə endirmiş və onları çox yaxın bir fəth və alacaqları bir çox qənimətlərlə mükafatlandırmışdır. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam­laş­dı­ran­dır.

20,21Və Allah sizə  alacağınız bir çox qənimətləri və sizin gücünüzün yetmədiyi, amma Allahın sizin üçün ehtiva etdiyi başqa şeyləri, siz yararlanasınız və möminlərə bir əlamət olsun, Allah sizi ən doğru yola bələdçiləsin deyə, vəd etmişdir. Bax budur, Allah bunu sizə dərhal vermiş və insanların əllərini sizdən çəkmişdir. Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.

22,23Və əgər kafirlər sizinlə döyüşsəydilər, qətiliklə, Allahın əvvəldən bəri gələn qanunu/tətbiqatı olaraq arxaya dönüb qaçardılar. Allahın qanununda qətiyyən bir dəyişiklik tapa bilməzsən. Sonra bir yol göstərən, qoruyan yaxın və köməkçi də tapa bilməzdilər.

24,25Və Allah sizi onlara qarşı müzəffər etdikdən sonra Məkkənin vadisində – Hüdeybiyyədə Allahın dilədiyini mərhəmətinə nəsib etməsi üçün onların əl­lə­ri­ni sizdən, sizin əllərinizi də onlardan çəkəndir. Və Allah etdiklərinizi ən yaxşı gö­rən­dir. Onlar, Allahın tanrılığını və rəbbliyini qəbul etməyən və sizi Məscid-i Ha­ram­dan və nəzərdə tutulmuş hədylərin/həcc edənlərə göndərilən yeməklərin yer­lə­rinə çatmasını əngəlləyənlərdir. Əgər özlərini hələ tanımadığınız, bilmə­yərək əz­məklə özlərindən məsuliyyət daşıyacağınız mömin kişilər, mömin qadınlar ol­ma­say­dı, əgər onlar, bir-birindən ayrılmış olsaydılar, qətiliklə, onlardan Allahın ilah­lı­ğı­na və rəbbliyinə inanmayanları acıqlı bir əzabla əzablandırardıq.

26Həmçinin kafirlər cahiliyyə qalığı olan qürur və soy şərafətini, tutuculuğu öz qəlblərində alovlandırıb, qızışdırdıqları zaman dərhal Allah Elçisinin və möminlərin üzərinə qəlbi təskinləşdirən arxayınlıq və yüngülləşmə duyğusunu/əhvali-ruhiyyəni endirmiş və o, möminlərin “təqva/Allahın qoruması altına girmə” sözünə ilzam/müsbət təsir etmişdi/sadiq qalmalarını təmin etmişdi. Onsuz da onlar buna layiq və meylli idilər. Allah hər şeyi ən yaxşı biləndir.

(111/48, Fəth/18–26)

Nəcm: 670

27And olsun ki, Allah Elçisinə o görüntünü “Siz Allah diləyərsə, qətiliklə, arxayınlıqla başlarınızı taraş etmiş və qısaltmış insanlar olaraq, qorxmadan Məscid-i Harama girəcəksiniz” – görüntüsünü haqq ilə doğru çıxardı. Belə isə Allah sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan alt/yaxın bir fəth qıldı.

28Allah haqq dini dinlərə üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi – Quran və haqq din ilə göndərəndir. Şahid olaraq Allah yetər.

(111/48, Fəth/27–28)

Nəcm: 671

29Muhəmməd  Allahın elçisidir! Allahın elçisi Muhəmməd və onunla bərabər olan kimsələr isə kafirlərə qarşı sərt, öz aralarında mərhə­mət­­lidirlər ki, Allah bununla düşmənləri qəzəbləndirsin. Sən onları Allahın lütfündən və bir məmnunluq istəyərək, Allahın bir­li­yi­ni öyrədənlər, boyun əyib təslimiyyət göstərənlər olaraq görərsən. Onların Allaha təs­limiyyətlərindən bütün varlıqlarında/hər cəhətlərində nişanları/əlamətləri/xüsusiyyətləri bəlli olur. Bu, onların Tövratdakı nişanələridir. Onların İncildəki nümunələri isə filizini yarıb çı­xar­mış, sonra onu qüvvətləndirərək qalınlaşmış, sonra da gövdəsi üzərində bitmiş bir əkin kimidir. Bu, əkinçilərin də xoşuna gedər. Allah onlardan iman edən və dü­zəlt­mək yönündə işlər edən insanlara bağışlama və böyük bir mükafat söz ver­mişdir.

 (111/48, Fəth/29)

TƏHLİL:

1–3Şübhəsiz ki, Biz, Allah sənin keçmişdə olmuş və gələcəkdə ola bilən günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni ən doğru yola bələdçiləsin və Allah sənə çox güclü bir zəfərlə kömək etsin deyə, sənə açıq-aşkar bir fəthi açdıq.

4O, öz imanları ilə birlikdə imanları artsın deyə, möminlərin qəlblərinə qəlbi təskin edən arxayınlıq və sakitləşmə duyğusu/əhvali-ruhiyyə endirəndir. Göylərin və yerin orduları da yalnız və yalnız Allahındır. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

7Göylərin və yer üzünün orduları da Allahındır. Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

8,9,5,6Şübhəsiz, Biz Allaha və Elçisinə iman etməyiniz, Ona kömək etməyiniz, Ona hörmət göstərməyiniz və hər zaman Onu hər cür nöqsanlıqdan münəzzəh qılmağınız üçün… Mömin kişiləri və mömin qadınları, içində həmişəlik qalanlar olaraq, alt­la­rın­dan çaylar axan cənnətlərə qoyması və onların pisliklərini örtməsi üçün… Bax bu­dur, bu, Allah qatında böyük bir qurtuluşdur… Və Allah haqqında pis zənndə olan o münafiq kişilər və münafiq qadınları, Allaha ortaq qoşan kişiləri və ortaq qo­şan qadınları əzablandırması üçün… Pislik onların üzərinə olmuşdur. Allah onlara qə­zəb etmiş, onları kənarlaşdırmış/mərhəmətindən məhrum buraxmış və özləri üçün cə­­hən­nəmi hazırlamışdır. Ora nə pis bir yerdir! Səni şahid, müjdələyən və xəbər­dar edən olaraq, elçi etdik.

Bu ayələrdə, ilk öncə Rəsulullaha, Hudeybiyyə Müqaviləsinın gətirəcəyi yaxşı nəticələr tamamilə qısa və təsirli bir şəkildə bildirilir, sonra da Allahın insanlar və möminlər üçün lütf etdiyi maddi və mənəvi nemətlər sayılır.

Bölmənin başında bəhs edilən Fəth “Hudeybiyyə Müqaviləsı”dir. Bu müqavilə zahirən möminlərin əleyhinə görünürdü. Səhabənin çoxu bununla, müşriklərə güzəştə gedildiyini, uğursuzluğa uğradıqlarını düşünürdülər.

Hudeybiyyə Müqaviləsinə paralel olaraq nazil olan bu ayələrdə, bu müqavilə böyük Fəthlərin ilk mərhələsi, qapının aralanması olaraq xarakterizə edilmiş, bu sayədə Allahın Elçinin günahlarından keçmiş və gələcək olanları bağışlayacağı, ona olan nemətini tamamlayacağı, onu ən doğru yola bələdçiləyəcəyi və ona çox güclü bir zəfərlə kömək edəcəyi bildirilmişdir.

Necə ki, irəliki ayələrdə də görüləcəyi kimi, bu müqavilə sayəsində Xeybər, sonra Məkkə və daha bir çox diyar fəth edilmişdir. Bunların hamısı Hudeybiyyə Müqaviləsinın möminlərə verdiyi imkanlar sayəsində olmuşdur. Bu imkanlar xülası olaraq belə sıralana bilir:

  • Hudeybiyyə Müqaviləsı ilə Məkkəlilər Mədinə İslam cəmiyyətini rəsmən tanımışlar və bu sayədə də İslam dini qəbilələr arasında böyük bir əhəmiyyət qazanmışdır.
  • Hudeybiyyə Müqaviləsindan öncə Müsəlmanlarla müşriklər arasında demək olar ki, heç bir əlaqə yox idi. Hudeybiyyədən sonra iki tərəf arasındakı ticari və ailəvi əlaqələr canlandı. Rəsulullah və möminlər istədikləri yerdə İslamı rahatlıqla təbliğ etmə imkanına qovuşdular. Bunun nəticəsi olaraq da İslam dini sürətlə yayılmağa başladı. Belə ki, Hudeybiyyə Müqaviləsı ilə Məkkənin fəthi arasında keçən 2 il ərzində Müsəlman olanların sayı, Hudeybiyyədən öncəki 19 il boyunca Müsəlman olanların iki qatına çatdı.
  • Bu müqavilədəki 1-ci maddənin hökmlərindən yararlanan möminlər, Məkkəlilərdən əmin olduqlarından Heybəri fəth etdilər. Bu müqavilə olmasaydı, Məkkəlilər Heybərlilərə yardım edəcək və Heybər fəth ediləməyəcəkdi.
  • Müqavilə maddələrindən Müsəlmanları ən çox narahat edəni, Məkkədən qaçan Müsəlmanların geri verilməsi idi. Bu maddəylə əlaqədar acı hadisələr (Əbu Cəndəlin atası Amr oğlu Süheylə təslim edilməsi kimi) yaşanmışdı. Lakin bu maddə də möminlərin lehinə inkişaf etdi. Belə ki, Məkkədə çətinlik çəkən möminlər Mədinəyə qəbul edilmədikdə, Məkkə-Şam karvan yolu üzərindəki İs mövqeyində özlərinə bir qərargah qurdular. Qısa zamanda sayları 300-ə çatan Müsəlmanlar müşriklərin karvanlarına hücum etməyə başladılar və Məkkəli müşriklərin zəifləməsini təmin etdilər. Bundan sonra Qüreyş müşrikləri bu maddənin müqavilədən çıxarılmasını tələb etdilər. Rəsulullah da tələblərini qəbul edərək, İsdəki Müsəlmanları Mədinəyə çağırdı.

Bütün bunlar Hudeybiyyə Müqaviləsinin bir imtiyaz deyil, möminlərə fəth-i mübinlərin qapılarını açan bir müqavilə olduğunu göstərmişdir.

Hudeybiyyə Müqaviləsinə Rəsulullah hələ hicrət etmədən əvvəl, Kəhf surəsinin Zülqərneyn bölməsində (günəşin doğduğu yer olaraq) işarə edilmişdi.

Həmçinin daha əvvəl də Rəsulullaha bir gün Məkkəyə dönəcəyi vəd edilmişdi:

  • 85Şübhəsiz ki, Quranı sənə fərz qılan Allah, əlbəttə, səni dönəcəyin yerə mütləq döndərəcəkdir. De ki: “Mənim Rəbbim, kimin doğru yol bələdçisi ilə gəldiyini və kimin açıq-aşkar bir pozğunluq içində olduğunu daha yaxşı biləndir”. (Qasas/85)

Burada isə, Hudeybiyyə Müqaviləsi bir Fəth/zəfər olaraq xarakterizə edilir və bunun daha açıq və daha böyük bir zəfərin yolunun açılması olduğu bəyan edilir.

5, 6, 9-cu ayələrin texniki olaraq və məna nöqteyi nəzərindən mövcud Rəsmi Düzülüşdəki yerlərində ki, bu Rəsmi Düzülüş tərtib həyətinin qəflətinin əsəridir, tərtib edilmələri mümkün deyildir. Bu ayələri mövcud Rəsmi Düzülüşdəki yerlərində tərcümə edənlər əlavə etmə və çıxarmalar edərək kəlmələri və ədatları gözdən qaçıraraq tərcümə etmək məcburiyyətində qalırlar. Ona görə də biz 5-6-ci ayələri, 8-ci ayəyə, 9-cu ayəni də 28-ci ayəyə bağlayaraq tərcümə etdik. Qənaətimizcə, Allahın elçi göndərməsinin bir səbəbi, inananların ödülləndirilməsi, inkarçıların da cəzalandırılmasıdır. Bu ilahi prinsip aşağıdakı ayələrdə də görülə bilir:

  • 15Kim bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən o doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyan başqasının yükünü çəkməz. Və Biz bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq. (İsra/15)
  • 6Kafirlər üçün də cəhənnəm əzabı vardır. Və o, nə pis dönüş yeridir!
  • 7Oraya atıldıqlarında, o qaynayarkən, onun qorxunc səsini eşidərlər.
  • 8O, az qala qəzəbindən çatlayacaq. Hər zaman ora bir camaat atılsa, onun gözətçiləri onlardan soruşar: “Sizə bir xəbərdar edən gəlmədimi?”
  • 9Onlar deyərlər ki: “Bəli, bizə xəbərdar edən gəldi və biz yalan saydıq və: “Allah heç bir şey endirmədi, siz ancaq böyük bir pozğunluq içindəsiniz” – dedik”.
  • 10Və onlar deyərlər ki: “Əgər biz dinləmiş olsaydıq, yaxud ağılla hərəkət etmiş olsaydıq, bu çılğın atəşin əhli içində olmazdıq”.
  • 11Beləcə, günahlarını etiraf etdilər. Artıq, xırım-xırda, toz-duman olmaq çılğın atəş əhli üçündür. (Mülk/6-11)
  • 71Və kafirlər qətiliklə, bölük-bölük cəhənnəmə sövq olunacaq. Sonunda oraya çatdıqlarında qapıları açılacaq. Və onun gözətçiləri onlara: “İçinizdən sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılaşacağınıza dair sizi xəbərdar edən elçilər gəlmədimi?” – deyəcək­lər. Onlar: “Bəli gəldi” – deyəcəklər. Və lakin kafirlər üzərinə əzab kəlməsi haqq oldu.
  • 72Həmişəlik olaraq, içində qalmaq üçün girin cəhənnəmin qapılarından” – deyildi. Yekəxanalıq edənlərin yeri nə pisdir! (Zümər/71, 72)

Ayədəki “Sənə olan nemətini tamamlasın” ifadəsi Allahın Rəsulullaha verəcəyi cənnət, Məkkənin, Taif və Heybərin fəthi, yekəxanalıq edənlərin zillətlə boyun əyməsi, kobudluq edənlərin itaət etməsi, azad və arxayınlıq içində bir həyat sürülməsi və Allahın dininin yayılması üçün imkanların meydana çıxması olaraq anlaşıla bilir.

Rəsulullahın şahidliyi mövzusunu Əhzab surəsində açıqlamışdıq:

  • 45–48Ey Peyğəmbər! Şübhəsiz ki, Biz səni bir şahid, bir müjdəçi, bir xəbərdaredici, Öz izni ilə/biliyi ilə Allaha bir dəvətçi və işıq saçan bir qəndil olaraq göndərdik/elçi etdik. Sən də inananlara, şübhəsiz, özləri üçün Allahdan böyük bir ərməğan olduğu­nu müjdələ. Kafirlərə və mü­nafiqlərə itaət etmə, onların verdiyi əziyyətləri tərk et, əhəmiyyət vermə. Və sən, işin nəticəsini Allaha həvalə et. Və “bütün varlıqları müəyyən bir proqrama görə ni­zam­­layan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Allah ye­tər. (Əhzab/45-48)
  • 143Və bax budur belə! Biz, siz insanlar üzərində şahidlər olasınız, Elçi də sizin üzərinizdə şahid olsun deyə, sizi xeyirli bir başçılı cəmiyyət etdik. Üzərində olduğun bu hədəfi/strategiyanı müəyyən etməyimiz də ancaq Elçiyə uyan insanları, iki dabanı üzərində geri dönəcəklərdən ayıraraq/işarələyib göstərmək/bildirmək üçündür. Təsbit etdiyimiz bu hədəf/strategiya, əlbəttə, Allahın bələdçilik etdiyi insanlardan başqalarına çox ağır gəlir. Və Allah, imanınızı yox edəcək deyildir. Heç şübhəsiz, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir. (Bəqərə/143)
  • 8Bax o ulduzların silindiyi/ləğv edildiyi/uzaqlaşdırıldığı zaman, 9göy aralandığı zaman, 10dağlar sovrulduğu zaman, 11–13şahidlik edəcək elçilər, şahidlik üçün gözlədildikləri “Ayırdetmə günü”/şahidlik vaxtı müəyyən olunduğu zaman, 14“Ayırdetmə günü”nün nə olduğunu sənə nə bildirdi? 15O gün, yalan sayanların vay halına! (Mürsəlat/8-15)
  • 41Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də budur, bunların üzərinə bir şahid olaraq gətirdiyimiz zaman, bax, necə olur? (Nisa/41)
  • 18Allah, təbiətdəki güclər/xəbərçi ayələr və haqqaniyyəti dik tutan bilik sahibləri, şübhəsiz, Allahdan başqa tanrı deyə bir şeyin olmadığına şahidlik etdilər. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandan, ən yaxşı qayda qoyandan başqa, Tanrı deyə bir şey yoxdur. (Al-i İmran/18)
  • 19Belə isə, şübhəsiz, Allahdan başqa tanrı deyə bir varlığın olmadığını bil! Öz günahın üçün, mömin kişilər və mömin qadınlar üçün bağışlanma dilə. Və Allah sizin gəzib-dolaşdığınız yeri və durduğunuz yeri bilir. (Muhəmməd/19)

Rəsulullahın və ümmətinin şahidliyi xüsusunda Bəqərə surəsində etdiyimiz açıqlamaya baxıla bilir. [1]

7-ci ayədəki “ylərin və yer üzünün orduları da Allahındır. Allah Əzizdir, Hakimdir” ifadəsiylə də vəd edilən Fəth üçün Allahın kainatdakı ordularıyla kömək edəcəyinə işarə edilir. Allahın kainatdakı ordularının nələr olduğu isə aşağıdakı ayələrdən anlaşıla bilir:

  • 43,44O, sizləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün dəstək verəndir. Onun təbiətdəki gücləri/endirdiyi xəbərçi ayələri sizlərə dəstək verirlər. Və O, möminlərə çox mərhəmətlidir. Ona qovuşacaqları gün onların salamlaşmaları, “Salam”dır. Allah da onlar üçün hörmətli bir mükafat hazırlamışdır. hzab/43, 44)
  • 157Bax budur, onlar Rəbbindən, bəzi dəstəklər və mərhəmət özlərinə olandır. Bax budur, onlar bələdçilən­dik­ləri doğru yolu tapanların da məhz özüdür. (Bəqərə/157)
  • 56Şübhəsiz ki, Allah və təbiətdəki gücləri/endirdiyi Quran ayələri Peyğəmbəri dəstək­ləyir­lər/kömək edirlər/arxa çıxırlar. Ey iman edənlər! Siz də Peyğəmbərə dəs­tək olun/ona kömək edin/arxa çıxın və onun təhlükəsizliyini tam olaraq təmin edin! (Əhzab/56)

10Şübhəsiz, sənə bağlılıq andı edən bu insanlar, əslində Allaha bağlılıq andı et­mək­dədir­lər. Allahın gücü – nemətləri, köməkləri onların güclərindən – köməklərindən, xid­mətlərindən üstündür. Ona görə də kim sözündən dönərsə, artıq sadəcə öz əley­hinə olaraq dönmüşdür. Kim də Allaha verdiyi sözə vəfa göstərərsə, Allah ona dərhal böyük bir mükafat verəcəkdir.

Bu ayədə Hudeybiyyədə reallaşan beyət (ki, ölüm və vuruş meydanından qaçmamaq üçün beyət edilmişdi) və onun əhəmiyyəti vurğulanır; Elçiyə bağlılıq andı içənlər, Allaha bağlılıq andı içmiş sayılır. Beyətlə əlaqədar ifadə Kim Elçiyə itaət edərsə, artıq o, Allaha itaət etmiş olur. Kim də üz çevirərsə, artıq Biz səni o üz çevirənlərə qoruyucu/gözətçi olaraq göndərmədik. (Nisa/80) ifadəsinə bənzəyir. Çünki Rəsulullah ilahi ismarıclardan kənar hər hansı bir tələbdə olmurdu. Rəsulullahın beyət almasıyla əlaqədar bir örnək də Mümtəhinə surəsində yer almışdı:

  • 12Ey Peyğəmbər! İnanmış qadınlar sənə Allaha heç bir şeyi ortaq qoşmamaları, oğurluq etməmələri, zina etməmələri, uşaqlarını öldürməmələri, əlləri ilə ayaqları arasında bir iftira uydurmamaları hər kəs tərəfindən müsbət qəbul edilən/vəhyə uyğun xüsuslarda sənə üsyan etməmələrinə dair bağlılıq andı içərək gəlirlərsə, dərhal onların bağlılıq andlarını qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmət edəndir. (Mümtəhinə/12)

11Bədəvi ərəblərdən geridə buraxılmış, sizinlə gəlməyənlər sənə yaxında: “Mallarımız və ailələrimiz bizi məşğul etdi/geri qoydu. Haydı, Allahdan bizim bağış­lanmağımızı dilə” – deyəcəklər. Onlar qəlblərində olmayanı dilləri ilə söylə­yir­lər. De ki: “Allah sizə bir zərər diləyərsə və ya bir yarar diləyərsə, Ona qarşı ki­min bir şeyə gücü yetə bilər? Tam əksinə, Allah etdiklərinizdən xəbərdardır”.

12Əslində siz sanmışdınız ki, Elçi və möminlər ailələrinə/yaxınlarına sonsuzadək geri dönməyə­cək­­lər. Bu sizin könüllərinizə də gözəl görünmüşdü. Və siz pis zənndə oldunuz və dəyişikliyə/dağıntıya uğramış bir cəmiyyət oldunuz.

13Və kim Allaha və Elçisinə iman etməzsə, bilsin ki, şübhəsiz, Biz kafirlər üçün çılğın bir atəşi hazırlamışıq.

14Və göylərin və yer üzünün hökmranlığı Allahındır. O, dilədiyini bağışlayar, dilədiyini əzablandırar. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

15Siz qənimətləri almaq üçün getdiyinizdə o geri qalanlar: “Buraxın bizi də sizi izləyək” – deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki: “Siz, qətiyyən bizimlə gələ bilməyəcəksiniz. Allah daha öncə belə buyurmuşdur”. Sonra onlar: “Tam əksinə, siz bizi qısqanırsınız” – deyəcəklər. Tam əksinə, onlar çox az şey xaricində, anlamazlar.

16Bədəvi ərəblərdən geri buraxılmış olanlara de ki: “Siz yaxında çox qüvvətli bir cəmiyyətə qarşı çağırılacaqsınız, onlarla döyüşərsiniz və ya onlar Müsəlman olarlar. Artıq əgər itaət edərsinizsə, Allah sizə gözəl bir mükafat verər. Amma öncədən aradan çıxdığınız kimi, yenə aradan çıxacaq olarsınızsa, sizi acıqlı bir əzab ilə əzablandırar”.

Bu ayələrin ifadələri tamamilə açıqdır. Burada çətin şəraitlərdə Hudeybiyyəyə gedən möminlərlə getməkdən qaçınıb bəhanələr uyduran, təhlükəli olmayan bol qənimətli səfərlərə qatılmaq istəyən, izin verilmədikdə isə: “Siz, bizi qısqanırsınız” – deyərək möminləri günahlandıran ikiüzlülərə diqqət çəkilir, onların sirləri ifşa edilir və onlara qarşı necə bir münasibət göstərmək lazım olduğu bildirilir.

11-ci ayədə Allah sizə bir zərər diləyərsə və ya bir yarar diləyərsə, Ona qarşı ki­min bir şeyə gücü yetə bilər? Tam əksinə, Allah etdiklərinizdən xəbərdardır buyurularaq onlara edilən xəbərdarlıq aşağıdakı ayələrdəki ismarıclarla daha yaxşı anlaşıla bilir:

  • 20–25O zaman o şəhərin ən uzaq yerindən bir nəfər qaçaraq gəldi. Dedi ki: “Ey qövmüm! İnanın, elçilərə! İnanın sizdən heç bir əvəz/ödəniş istəməyən o adamlara ki, onlar “bələdçilənən doğru yol”u tapmışdılar. Mənə nə olub ki, O, məni yoxdan yaradana qulluq etməyim? Siz də ancaq Ona döndəriləcəksiniz. Mən, heç Onun yaratdıqlarından tanrılar qəbul edərəmmi? Əgər Rəhman Özündən mənə bir zərər diləyəcək olsa, tanrıların köməyi, tapşırığı mənə heç bir fayda verməz və o tanrılar məni qurtara bilməzlər. Şübhəsiz ki, mən, tanrılar qəbul etdiyim təqdirdə açıq-aşkar bir pozğunluq içində olaram. Şübhəsiz ki, mən Rəbbinizə iman etdim. Haydı, qulaq asın mənə!” (Ya Sin/20-25)
  • 38Və sən, gerçəkdən onlara: “O göyləri və yeri kim yaratdı?” deyə soruşsan, qə­­tiliklə: “Allah!”deyəcəklər. De ki: “Belə isə, Allahın yaratdıqlarından çağır­dıq­la­­rınızı heç düşündünüzmü? Əgər Allah mənə bir zərər vermək istəsə, onlar Onun zə­­rinin qarşısını ala bilən kimsələrdirlərmi? Yaxud mənə bir mərhəmət diləyərsə, onlar Onun mərhəmətinə mane ola bilən kimsələrdirlərmi? De ki: “Allah, mənə yetər. Nə­ti­­sini həvalə edənlər, yalnız və yalnız Ona nəticəsini həvalə etsinlər”. (Zümər/38)
  • 17Və əgər Allah, sənə bir zərər toxundurarsa, onu Özündən başqa aça bilən yoxdur. Və əgər O, sənə bir xeyir toxundurdusa da, şübhəsiz, O, hər şeyə gücü çatandır.
  • 18Və O, qullarının üstündə/daha üstün olaraq, üsyan edən insanları məhv edəndir. Və O, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir. (Ənam/17, 18)
  • 17De ki: “Əgər Allah, sizə bir pislik diləyərsə və ya sizə bir mərhəmət diləyərsə, sizi Allahdan kim qoruya bilər?” Həm də onlar özlərinə Allahın yaratdıqlarından bir yol göstərici, qoruyucu, yaxın bir köməkçi tapa bilməzlər. (Əhzab/17)

Bu tip insanları Təbük səfəri sırasında da səhnədə görürük:

  • 83Əgər Allah səni onlardan bir tayfanın yanına döndərər və onlar çıxmaq üçün sən­dən izin istəyərlərsə, de ki: “Artıq siz heç bir zaman mənimlə bərabər qətiyyən çıx­maya­caq­sınız. Və heç bir zaman mənimlə birlikdə düşmənlə döyüşməyəcəksiniz. Şübhəsiz ki, siz ilkində oturub qalmaqdan xoşlanırdınız. Artıq geridə qalanlarla bərabər otu­rub qalın!”
  • 84Və onlardan ölən biri üçün dəstək olma, onun qəbrinin üzərinə dikilmə. Şübhəsiz ki, onlar kafirdirlər, Allahın Elçisinin həqiqi elçi olduğunu bilə-bilə rədd edənlərdir. Və onlar haqq yoldan çıxmış olaraq ölmüş­lər.
  • 85Onların malları və övladları da səni narahat etməsin. Allah ancaq onları dünyada bu­nlarla cəzalandırmağı və onlar kafir biri ikən canlarının çətinliklə çıxmasını istəyir. (Tövbə/83-85)

Bu bölmənin enmə səbəbiylə əlaqədar nəqllər belədir:

Bədəvilərdən geri buraxılanlar sənin yanında deyəcəklər ki: … Mücahid və İbn Abbas dedi ki: “Bununla Gıfar, Müzeynə, Cuheynə, Eslem, Eşca və Dil Bədəvilərini qəsd edir. Bunlar Mədinə ətrafında olan Bədəvidilər. Rəsulullah (s.ə.s) Fəth [Hudeybiyyə] ili Məkkəyə getmək üçün yola çıxmaq istədikdə onların da özü ilə birlikdə yola çıxmalarını istəmiş, ancaq onlar Qüreyşdən çəkindikləri üçün Rəsulullahdan geri qalmışdılar. İnsanların, onun vuruşmaq niyyətində olmadığını bilmələri üçün umrə məqsədiylə ihrama girmiş və hədiyəlik qurbanlarını özləri ilə götürmüşdü. Bədəvilər isə işi ağırdan alaraq ona qatılmamış və işlərini bəhanə olaraq göstərmişdilər. Bundan sonra bu ayə-i kərimə nazil oldu”. [2]

15-ci ayədə, “Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki: “Siz, qətiyyən bizimlə gələ bilməyəcəksiniz. Allah daha öncə belə buyurmuşdur” ifadəsindəki “Allahın sözü” ilə, Tövbə/83-də zikr edilən aşağıdakı xüsus qəsd edilmişdir:

  • 83Əgər Allah səni onlardan bir tayfanın yanına döndərər və onlar çıxmaq üçün sən­dən izin istəyərlərsə, de ki: “Artıq siz heç bir zaman mənimlə bərabər qətiyyən çıx­maya­caq­sınız. Və heç bir zaman mənimlə birlikdə düşmənlə döyüşməyəcəksiniz. Şübhəsiz ki, siz ilkində oturub qalmaqdan xoşlanırdınız. Artıq geridə qalanlarla bərabər otu­rub qalın!” (Tövbə/83)

Paragrafın sonunda, “Siz yaxında çox qüvvətli bir cəmiyyətə qarşı çağırılacaqsınız, onlarla döyüşərsiniz və ya onlar Müsəlman olarlar. Artıq əgər itaət edərsinizsə, Allah sizə gözəl bir mükafat verər. Amma öncədən aradan çıxdığınız kimi, yenə aradan çıxacaq olarsınızsa, sizi acıqlı bir əzab ilə əzablandırar” buyurularaq özlərinə gəlmələri üçün bu insanlara ümid verilir.

  • 17Kor üçün bir vəbal yoxdur, topal üçün də bir vəbal yoxdur, xəstə üçün də bir vəbal yoxdur. Bununla yanaşı, kim Allaha və Elçisinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə girdirər. Kim də yaxasını kənara çəkərsə, onu acıqlı bir əzab ilə əzablandırır.

Yuxarıda Hudeybiyyə səfərinə qatılmayanlar qınanmışdı. Burada isə, bir mömini səfərdən geri qoyacaq həqiqi bəhanələr bildirilir. Buna görə, kor, çolaq və xəstə üçün bir vəbal yoxdur; beləliklə, bu bəhanələri səbəbiylə vuruşa qatılmayanlar məsul tutulmaz və qınanmazlar. Çünki bunların vuruşması çətin, hətta imkansızdır. Ona görə də, bunlardan vuruşa qatılmalarını istəmək haqsızlıq olur. Bu prinsipdən Quranda müxtəlif yerlərdə bəhs edilmişdir:

  • 91,92Allah və Elçisi üçün səmimi olduqları təqdirdə zəiflərə, xəstələrə və həmçinin xərc­ləməyə bir şey tapa bilməyənlərə, bir də özlərinə minik tapasan deyə, sənin yanına gəl­diklərində: “Sizi üzərinə mindirəcək minik yoxdur” – dediyin zaman Allah yo­lun­da xərcləyəcəkləri bir şey tapa bilmədiklərinə görə, narahat olub, gözlərindən yaş tökə-tökə geri dönüb gedən insanlara bir günah yoxdur. Yaxşılıq-gözəllik törə­dən­lərin əleyhinə deməyə bir söz yoxdur. Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Tövbə/91, 92)
  • 122Möminlərin tədbirli olmaları üçün, onların hamısının birdən hamılıqla ayrılmaları/səfərbər ol­maları da olmazdı. Belə isə, dində dərin bilik əldə etmələri, qövmləri özlərinə dön­dükləri zaman onları xəbərdar etmələri üçün onların hər qismindən bir qrup ay­rılmamalı deyildimi? (Tövbə/122)
  • 61Kora günah yoxdur, topala günah yoxdur, xəstəyə günah yoxdur. Sizin üçün də öz evlərinizdən və ya atalarınızın evlərindən və ya analarınızın evlərindən və ya qar­daş­larınızın evlərindən və ya bacılarınızın evlərindən və ya əmilərinizin evlərindən və ya xalalarınızın evlərindən və ya dayılarınızın evlərindən və ya bibilərinizin ev­lə­rin­dən və ya açarlarına malik olduğunuz yerlərdən, yaxud dostunuzun evlərindən ye­mə­yinizdə bir qadağa yoxdur. Toplu halda və ya ayrı-ayrı yeməyinizdə də bir qa­da­ğa yoxdur. Artıq evlərə girdiyiniz zaman, Allah tərəfindən bərəkətli və gözəl bir yaşayış diləyi olaraq, özünüzə təhlükəsizlik yaradın. Bax budur, Allah, ağlınızı işlədəsiniz/dərk edəsiniz deyə sizə ayələrini belə ortaya qoyar. (Nur/61)

18,19And olsun ki, o ağacın altında sənə bağlılıq andı içərlərkən, Allah möminlərdən razı olmuşdur. Bax budur, qəlblərində olanı bilmiş, onlara qəlbi təskin edən, arxayınlıq və yüngülləşmə duyğusu/əhvali-ruhiyyə endirmiş və onları çox yaxın bir fəth və alacaqları bir çox qənimətlərlə mükafatlandırmışdır. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam­laş­dı­ran­dır.

20,21Və Allah sizə  alacağınız bir çox qənimətləri və sizin gücünüzün yetmədiyi, amma Allahın sizin üçün ehtiva etdiyi başqa şeyləri, siz yararlanasınız və möminlərə bir əlamət olsun, Allah sizi ən doğru yola bələdçiləsin deyə, vəd etmişdir. Bax budur, Allah bunu sizə dərhal vermiş və insanların əllərini sizdən çəkmişdir. Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.

22,23Və əgər kafirlər sizinlə döyüşsəydilər, qətiliklə, Allahın əvvəldən bəri gələn qanunu/tətbiqatı olaraq arxaya dönüb qaçardılar. Allahın qanununda qətiyyən bir dəyişiklik tapa bilməzsən. Sonra bir yol göstərən, qoruyan yaxın və köməkçi də tapa bilməzdilər.

Bu ayələrdə də möminlərdən Hudeybiyyədə alınan beyətə (ki, Rıdvan beyəti deyilir) işarə edilmişdir. Burada Rəsulullaha bağlılıq andı içənlər öyülür və Allahın onlara verəcəyi nemətlər bildirilir. Bəhs edilən qənimətlər isə, başda Heybər qənimətləri olmaqla birlikdə, müxtəlif yer və zamanlarda Allahın möminlər üçün müyəssər qıldığı qənimətlərdir.

Və insanların əllərini sizdən çəkmişdir ifadəsiylə də, Qüreyş ilə Müsəlmanlar arasında olacaq vuruşa mane olunması qəsd edilmişdir.

Və Allah sizə  alacağınız bir çox qənimətləri və sizin gücünüzün yetmədiyi, amma Allahın sizin üçün ehtiva etdiyi başqa şeyləri, siz yararlanasınız və möminlərə bir əlamət olsun, Allah sizi ən doğru yola bələdçiləsin deyə, vəd etmişdir” ifadəsində tələb olunan birinci səbəb hazf edilmiş (düşürülmüş) və bağlayıcısı ilə “və möminlərə bir əlamət olsun deyə” tələb olunan ikinci səbəb yer almışdır. (Bir çoxları ibarəni bağlayıcısını nəzərə almayaraq çevirmişdilər.) Biz, tələb olunan birinci səbəbi, paraqrafdakı söz axışına görə “siz yararlanasınız” şəklində təqdir etdik.

22-23-cü ayələrdə, “Və əgər kafirlər sizinlə döyüşsəydilər, qətiliklə, Allahın əvvəldən bəri gələn qanunu/tətbiqatı olaraq arxaya dönüb qaçardılar. Allahın qanununda qətiyyən bir dəyişiklik tapa bilməzsən. Sonra bir yol göstərən, qoruyan yaxın və köməkçi də tapa bilməzdilər” ifadəsindəki “Allahın qanunu” bir çox yerdə zikr edilən Allahın möminlərə və elçilərinə kömək edəcəyi, onları ucaldacağı prinsipidir:

  • 123–127Və and olsun ki, sizlər gücsüz ikən Allah sizə verilən nemətlərin qarşılığını ödərsiniz deyə, sizə Bədirdə kömək etdi: Həmçinin sən inananlara: “Rəbbinizin endirilən/hülul etdirilən üç min mələklə sizə kömək etməsi sizə yetməzmi?” deyirdi Əgər səbr edər və Allahın qoruması altına girərsiniz, bəli sizi Rəbbiniz dəstəkləyər. Və əgər onlar qəflətən üzərinizə gəlsələr, Rəbbiniz sizə işarələnmiş/təlimləndirən/göndərilmiş b min mələklə kömək edər. Və Allah bu köməyi sizə sırf bir müjdə olsun və qəlbləriniz bununla sakitləşsin deyə, etdi. Və bu kömək sırf Allah kafirlərdən bir qisminin kökünü kəssin, yaxud onları pərişan etsin və itirənlər ola­raq, dönüb getsinlər deyə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­­yən/sağlamlaşdıran Allah qatındandır. Belə isə Allahın qoruması altına girin. (Al-i İmran/123-127)
  • 39–41Özlərinə döyüş açılanlar… Onlar haqsızlığa uğradıqları/onlar başqa məsələ üçün deyil, sırf: “Rəbbimiz Allahdır” – dedikləri üçün, haqsız yerə yurdlarından çıxarıldıqlarına görə, döyüşmələrinə izin verildi.

Və şübhəsiz ki, Allah onları zəfərə çatdırmağa ən yaxşı gücü yetəndir. Əgər Allah bir qisim insanları digər bir qismi ilə ortadan qaldırıb, qarşısını almasaydı, mütləq surətdə, cücərti, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı, bütün alış-veriş yerləri – dükan-bazar, bütün Salaat/dəstək yerləri (iş və istehsal yerləri, təhsil-təlim müəssisələri və təhlükəsizlik xidmətləri) və içlərində Allahın adı bol-bol anılan məscidlər yerlə bir edilərdi.

Allah Özünə yardım edənlərə – özlərini yurdlandırıb, gücləndirərək, salaatı iqamə edən, zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağılla pis, çirkin hesab edilən şeylərdən ayıranlara qətiliklə yardım edər. Heç şübhəsiz, Allah çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də sadəcə, Allaha aiddir.  (Həcc/39-41)

Həmçinin Muhəmməd/7, 1; Mücadilə/21; Saffat/171-173; Mömin/51.

24,25Və Allah sizi onlara qarşı müzəffər etdikdən sonra Məkkənin vadisində – Hüdeybiyyədə Allahın dilədiyini mərhəmətinə nəsib etməsi üçün onların əl­lə­ri­ni sizdən, sizin əllərinizi də onlardan çəkəndir. Və Allah etdiklərinizi ən yaxşı gö­rən­dir. Onlar, Allahın tanrılığını və rəbbliyini qəbul etməyən və sizi Məscid-i Ha­ram­dan və nəzərdə tutulmuş hədylərin/həcc edənlərə göndərilən yeməklərin yer­lə­rinə çatmasını əngəlləyənlərdir. Əgər özlərini hələ tanımadığınız, bilmə­yərək əz­məklə özlərindən məsuliyyət daşıyacağınız mömin kişilər, mömin qadınlar ol­ma­say­dı, əgər onlar, bir-birindən ayrılmış olsaydılar, qətiliklə, onlardan Allahın ilah­lı­ğı­na və rəbbliyinə inanmayanları acıqlı bir əzabla əzablandırardıq.

26Həmçinin kafirlər cahiliyyə qalığı olan qürur və soy şərafətini, tutuculuğu öz qəlblərində alovlandırıb, qızışdırdıqları zaman dərhal Allah Elçisinin və möminlərin üzərinə qəlbi təskinləşdirən arxayınlıq və yüngülləşmə duyğusunu/əhvali-ruhiyyəni endirmiş və o, möminlərin “təqva/Allahın qoruması altına girmə” sözünə ilzam/müsbət təsir etmişdi/sadiq qalmalarını təmin etmişdi. Onsuz da onlar buna layiq və meylli idilər. Allah hər şeyi ən yaxşı biləndir.

Bu ayə qrupunda möminlər və müşriklər arasında meydana gələ biləcək böyük fəlakətlərin qarşısının alındığı bəyan edilir. Bu hadisənin tarixi anlatması belədir:

Məkkəlilərdən 80 nəfər silahlı olaraq Peygambəri (s.ə.s) və əshabını qəfil ələ keçirmək istəyi ilə Tənim dağından aşağıya endilər. Bizə hər hansı bir zərər verə bilmədən, onları təslim aldıq və sağ buraxdıq [öldürmədik]. Bundan sonra Uca Allah: “Allah sizi onlara qarşı müzəffər etdikdən sonra Batn-ı Məkkədə onların əllərini sizdən, sizin əllərinizi onlardan çəkəndir” buyruğunu endirdi. [3]

Abdullah b. Muğaffel əl-Müzəni dedi ki: Hudeybiyyədə Peyğəmbər (s.ə.s) ilə birlikdə Uca Allahın Quran-i Kərimdə bəhs etdiyi ağacın dibində idik. Biz bu halda ikən, üzərimizə silahlı 30 gənc dəliqanlı yüyürdü. Üzbəüz hücum etdilər. Peyğəmbər (s.ə.s) onlara bəddua etdi, Uca Allah onların gözlərini aldı. Rəsulullah (s.ə.s) onlardan: “Sizlər hər hansı bir kimsənin əhdinə [himayəsinə] sığınaraqmı gəldiniz? Yoxsa hər hansı bir kimsə sizə bir himayə üçün sözmü verdi?” – deyə soruşdu. Onlar: “Xeyr, elə bir şey yoxdur” – dedilər. Peyğəmbər də onları sərbəst buraxdı. Bundan sonra Uca Allah, “O sizi… onların əllərini sizdən… çəkəsiniz” ayəsini endirdi. [4]

Sələmə b. el-Ekva dedi ki: “Hələ sülh görüşmələri edilərkən Əbu Süfyan gəldi. Vadi silahlı adamlarla dolub daşırdu”. (Sələmə) davam edərək dedi ki: Özlərinə nə bir fayda, nə də bir zərər vermək imkanı olmayan silahlı 6 müşriki önümə qataraq gətirdim və onları Rəsulullahın (s.ə.s) hüzuruna çıxardım. Ömər isə yolda: “Ey Allahın Rəsulu! Biz bizimlə vuruşan bir cəmiyyətin üzərinə gedirik. Bizim isə bərabərimizdə silah da yoxdur, vuruş əməl-hacatı da yoxdur” – dedi. Rəsulullah (s.ə.s) bundan sonra yoldan Mədinəyə xəbər göndərdi və oradakı bütün silahları, vuruş əməl-hacatlarını gətirdilər. Rəsulullaha (s.ə.s): Əbu Cəhlin oğlu İkrimə sənin üzərinə 500 atlı ilə birlikdə gəldi” – deyə xəbər verildi. Rəsulullah (s.ə.s) Halid b. əl-Vəlidə: “Budur bu sənin əmin oğlu, üzərinə 500 nəfərlə birlikdə gəlir” – dedi. Halid: “Mən Allahın və Rəsulunun qılıncıyam” – dedi. Bundan sonra o gün ona “Allahın qılıncı” adı verildi. Bərabərində bir qrup atlı ilə birlikdə yola çıxdı, kafirləri məğlubiyyətə uğradaraq Məkkə bağçalarına sığınmaq məcburiyyətində buraxdı. (Bu rəvayət daha səhihdir. Aralarında vuruşma daşlarla olmuşdu. Oxlarla və yayların uçlarıyla vuruşduqları da söylənmişdir.) [5]

25-ci ayədəki “Əgər özlərini hələ tanımadığınız, bilmə­yərək əz­məklə özlərindən məsuliyyət daşıyacağınız mömin kişilər, mömin qadınlar ol­ma­say­dı” ifadəsiylə qəsd edilənlər Məkkədə müşriklərin arasında olan hicrət edə bilməmiş möminlərdir. Bunlardan adları bilinənlər bunlardır: Sələmə b. Hişam, Ayyaş b. Əbu Rebia, Əbu Cendel b. Süheyl.

27And olsun ki, Allah Elçisinə o görüntünü “Siz Allah diləyərsə, qətiliklə, arxayınlıqla başlarınızı taraş etmiş və qısaltmış insanlar olaraq, qorxmadan Məscid-i Harama girəcəksiniz” – görüntüsünü haqq ilə doğru çıxardı. Belə isə Allah sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan alt/yaxın bir fəth qıldı.

Bu ayə, Rəsulullahın illər öncə Məkkədə gördüyü bir öncədəngörmənin həyata keçməsinə işarə edir. İsra və Yusuf surələrində bu mövzuya toxunulmuşdu. Burada işarə edilən röya deyil, öncədəngörmədir. Ayədən anlaşılacağı kimi, Rəsulullah Məkkəni fəth və həcc üçün Məkkəyə girdiyini görmüşdür ki, bu Yusuf peyğəmbərin uşaq ikən ana-atası və qardaşlarının özünə səcdə etmələrini [təslim olmalarını] görməsi kimidir.

Öncədəngörmənin reallaşmasından da artıq, bu ayədə Məkkənin fəthindən ast/aşağı olan bir başqa fəthin də yaxın olduğu müjdələnir. Hələ Məkkə fəth edilmədən enən bu ayədəki fəth “Heybərin fəthi”dir. Çünki Heybərin fəthi, hər baxışdan Məkkənin fəthindən aşağı səviyyədədir.

28Allah haqq dini dinlərə üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi – Quran və haqq din ilə göndərəndir. Şahid olaraq Allah yetər.

29Muhəmməd Allahın elçisidir! Allahın elçisi Muhəmməd və onunla bərabər olan kimsələr isə kafirlərə qarşı sərt, öz aralarında mərhə­mət­­lidirlər ki, Allah bununla düşmənləri qəzəbləndirsin. Sən onları Allahın lütfündən və bir məmnunluq istəyərək, Allahın bir­li­yi­ni öyrədənlər, boyun əyib təslimiyyət göstərənlər olaraq görərsən. Onların Allaha təs­limiyyətlərindən bütün varlıqlarında/hər cəhətlərində nişanları/əlamətləri/xüsusiyyətləri bəlli olur. Bu, onların Tövratdakı nişanələridir. Onların İncildəki nümunələri isə filizini yarıb çı­xar­mış, sonra onu qüvvətləndirərək qalınlaşmış, sonra da gövdəsi üzərində bitmiş bir əkin kimidir. Bu, əkinçilərin də xoşuna gedər. Allah onlardan iman edən və dü­zəlt­mək yönündə işlər edən insanlara bağışlama və böyük bir mükafat söz ver­mişdir.

Möminlər və insanlıq üçün bir bəyannamə xüsusiyyətində olan bu ayələrdə, başda Hudeybiyyə səfəri xüsusunda arxayın davranan möminlərə xəbərdarlıq edilir; həmçinin Rəsulullah və möminlərin keçmişdəki nümunə olmalarından bəhs edilir:

  • Allah, haqq dini bütün dinlərə üstün qılmaq üçün, Elçisini hidayə və haqq din ilə göndərmiş və şahid olaraq da Allah yetər;
  • Muhəmməd Allahın Elçisidir;
  • Onunla bərabər olan kimsələr, Allahın özləriylə düşmənləri öfkələndirməsi üçün kafirlərə qarşı sərt, öz aralarında mərhəmətlidirlər;
  • Rəsulullahla bərabər olan möminlər Allahın fazlından və bir məmnunluq istəyərək rüku edərlər [şirk qoşmazlar], səcdə edərlər [Allaha təslimiyət göstərirlər];
  • Onların səcdə izindən [Allaha təslimiyyətlərindən] nişanları üzlərindədir [bütün varlıqlarındadır]. Onların Müsəlman olduğu hər hallarından bəlli olur;
  • Bu onların Tövratdaki örnəkləridir;
  • Onların İncildəki örnəkləri isə, filizini yarıb çıxarmış, sonra onu qüvvətləndirərək qalınlaşmış, sonra da gövdəsi üzərinə dikilmiş bir əkin kimidir. Bu əkinçilərin də xoşuna gedər;
  • Allah, onlardan iman edən və salihatı işləyən kimsələrə mağfirət və böyük bir mükafat vəd etmişdir.

Allahın dinini mütləq ortaya çıxaracağı daha əvvəl zikr edildiyi kimi, Tövbə surəsində də zikr ediləcəkdir:

  • 33Allah, ortaq qoşanlar xoşlanmasa da, Özünü dindən/hamısından üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir. (Tövbə/33)
  • 9Allah, ortaq qoşanlara xoş gəlməsə də, haqq dini dinlərdən üstün çıxar­ma­sı üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir. (Saff/9)
  • 142İnsanlardan ağlı çatmayanlar: “Bunları mövcud hədəfdən/strategiyadan çevirən nədir?” – deyəcəklər. De ki: “Şərq və Qərb [bütün istiqamətlər] yalnız Allahındır. O, dilədiyini/diləyəni ən doğru yola bələdçiləyər”. (Bəqərə/142)

Ayədə möminlər “kafirlərə qarşı sərt, öz aralarında mərhəmətlidirlər” səklində xarakterizə edilmişlər ki, vəhy tərbiyəsi alan insan bu xüsusiyyətdə olmaq məcburiyyətindədir: Maidə/54; Tövbə/123; Ənfal/61; Hicr/88, 89; Şüəra/215; İsra/23, 24.

Bu ayələrdə Rəsulullahla birlikdə olan səhabə öyülmüş, Allahın onlardan razı olduğu bildirilmişdir. Özlərini Allah yolunda fəda edəcək olanlar başqa yerlərdə də öyülmüşdülər:

  • 21And olsun ki, Allah Elçisində sizin üçün Allahı və son günü uman və Allahı çoxlu anan kimsələr, gözəl bir nümunə vardır. (Əhzab/21)
  • 7,8Allahın o şəhər xalqından Elçisinə verdiyi feylər [qənimətlər, döyüşmədən zəhmətsizcə əldə edilən gəlirlər], içinizdən yalnız zənginlər arasında dövlət/gücün gətirdiyi rifah olmasın deyə, Allaha, Elçiyə, yaxınlıq sahiblərinə/köç edən yoxsullara ki, onlar Allahın ərməğan və rızasını arayarkən, yurdlarından və mallarından çıxarılmışlardır, Allaha və Elçisinə kömək edərlər. Bax budur, onlar doğruların məhz özləridir, yetimlərə, acizlərə, yolçulara aiddir. Elçi sizə nə verdisə, onu dərhal alın. Sizi nədə təxirə saldısa, ondan geri durun. Allahın qoruması altına da girin. Şübhəsiz ki, Allah qovuşdurması/əzabı çox çətin olandır.
  • 9Onlardan öncə o yurda və imana yerləşən kimsələr də özlərinə köç edənləri sevərlər və onlara verilənlərdən ötrü qəlblərində bir ehtiyac duymazlar. Özlərinin ehtiyacları olsa da, onları özlərinə tərcih edərlər. Kim də nəfsinin xəsisliyindən qorunarsa, bax budur, onlar uğur qazananların məhz özləridir. (Həşr/7-9)
  • 18,19And olsun ki, o ağacın altında sənə bağlılıq andı içərlərkən, Allah möminlərdən razı olmuşdur. Bax budur, qəlblərində olanı bilmiş, onlara qəlbi təskin edən, arxayınlıq və yüngülləşmə duyğusu/əhvali-ruhiyyə endirmiş və onları çox yaxın bir fəth və alacaqları bir çox qənimətlərlə mükafatlandırmışdır. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam­laş­dı­ran­dır. (Fəth/18, 19)

Burada öyülənlər, əsl mənada səhabədir, daha sonrakı geniş mənasıyla səhabə deyildir.

Ayədəki “Onların səcdə izindən nişanları üzlərindədir” ifadəsi, qaynaqlarda ümumiliklə “çox səcdə etdiklərinə görə möminlərin alınlarında meydana gələn hal” və ya “gecələr namaz qılan və səcdə edənlərin üzlərində meydana çıxan gözəllik nuru” olaraq namaza indeksli olaraq açıqlanmışdır.

Halbuki burada bəhs edilən bunlar deyildir. Xatırlanacağı kimi, səcdənin “insanın şüurlu olaraq bir başqasına, özündən daha güclü olduğunu qəbul edərək, təslim olması, boyun əyməsi, onun nüfuzundan kənara çıxmaması” demək olduğunu; vech/üz sözünün isə “insanın bütün mənliyi”ni təmsil etdiyini bir çox yerdə ifadə etmişdik. Ona görə də, burada məqsəd onların Allaha təslimiyətlərinin və mömin olduqlarının hər hal və davranışlarından bəlli olmasıdır:

  • 24,25Görmədinmi/heç düşünmədinmi Allah necə bir nümunə verdi? Gözəl bir söz kökü yerdə sabit, qol-budağı göydə olan, Rəbbinin izni ilə/biliyi ilə hər an məhsul verən gözəl bir ağac kimidir. Və onlar öyüd alsınlar deyə, Allah insanlara belə nümunələr verir. (İbrahim/24, 25)

Möminlərin əvvəlki kitablardakı örnəyi Quran tərəfındən bildirilmişdir. Əsl örnəklər təəssüf ki, mövcud deyildir. Quranın bəhs etdiyi də əldəki muharrəf Tövrat və İncildəki deyildir. Buna baxmayaraq, muharrəf Kitab-i Müqəddəsdə bənzər anlatmalar mövcuddur. Onlara bir göz ataq:

Sonra İsa belə dedi: “Tanrının hegemonluğu, torpağa toxum səpən adama bənzəyir. Gecə olar yatar; gündüz olar qalxar. Özü necə olduğunu bilməz, amma toxum filizlənir, cücərir. Torpaq özlüyündən məhsul verir. Öncə filizi, sonra başağı, sonunda da başağı dolduran dənələri verir. Məhsul yetişincə, adam dərhal orağı vurur. Çünki məhsulu biçmə zamanı gəlmişdir”. İsa sonra belə dedi: “Tanrının hegemonluğunu nəyə bənzədək, necə bir bənzətməylə anladaq? Tanrının hegemonluğu xardal dənəsinə bənzəyər. Xardal, yer üzündə torpağa əkilən bütün toxumların ən kiçiyi olmaqla birlikdə, əkildikdən sonra böyüyür, bütün bağça bitkilərinin boyunu aşar. Elə bir yarpaq-budaq salar ki, göydə uçan quşlar kölgəsində daldalana bilir”. [6]

İsa onlara bir bənzətmə daha anlatdı: “Göylərin hegemonluğu, bir adamın alıb, tarlasına əkdiyi xardal dənəsinə bənzəyir” – dedi, “xardal bütün toxumların ən kiçiyi olduğu halda, böyüdükdə bağça bitkilərinin boyunu aşar, ağac olur. Belə ki, göydə uçan quşlar gəlib, budaqlarında daldalanır”. İsa onlara başqa bir bənzətmə anlatdı: “Göylərin hegemonluğu, bir qadının alıb, bütün xəmiri qabartmaq üçün üç ölçək una qarışdırdığı mayaya bənzər”. İsa bütün bunları xalqa bənzətmələrlə anlatdı. Bənzətmə işlətmədən onlara heç bir şey anlatmazdı. [7]

Sonra Kuzunun Siyon dağı üzərində durduğunu gördüm. Onunla birlikdə, alınlarında özünün və Atasının adının yazılmış olduğu 144.000 nəfər vardı. Göydən gurhagur axan suların səsini, böyük bir göy gurultusunu andıran bir səs eşitdim. Eşitdiyim səs cəng çalanların çıxardığı səsə bənzəyirdi. O 144.000 nəfər taxtın önündə, dörd yaradılışın və yaşlıların önündə yeni bir nəğmə söyləyirdi. Yer üzündən satın alınmış olan bu insanlardan başqa kimsə o nəğməni öyrənə bilmədi. Özlərini qadınlarla ləkələməmiş olanlar bunlardır. Pak insanlardır. Kuzu haraya gedərsə onun ardından gedərlər. Tanrıya və Kuzuya aid olacaqların ilk hissəsi olmaq üçün insanlar arasından satın alınmışdılar. Ağızlarından heç yalan çıxmamışdır. Qüsursuzdurlar. [8]

Ya Rəbb! Xalqları həqiqətən sevirsən, bütün müqəddəslər əlinin altındadır. Ayaqlarına qapanır, sözlərini dinləyirlər. [9]

Ən düzünü Allah bilir!

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Quranın Təbyini, VII cild, Bəqərə surəsi.

[2] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[3] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[4] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[5] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[6] Markos, 4:26-32.

[7] Matta, 13:31-34.

[8] Vahiy, 14:1-5.

[9] Tesniye, 33:3.