ĞAŞİYƏ SURƏSİ

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 288

1Bürüyənin xəbəri sənə gəldimi?

2,3Elə insanlar var ki, o gün işləmiş, yorulmuş olmasına baxmayaraq, əyilmiş, aşağılığa düşmüşdür, 4,5Onlar qızışmış bir atəşə atılırlar, qızğın bir bulaqdan içirlər.

6,7Onlar üçün güc verməyən və aclığı aradan qaldırmayan quru bir tikandan başqa yemək yoxdur.

8–16Elə insanlar da var ki, o gün nemətlər içindədirlər, işlədikləri üçün məmnundurlar, yüksək bir cənnətdədirlər, orada heç bir boş söz eşitməzlər. Orada axan bir bulaq vardır. Orada yüksəldilmiş taxtlar, qoyulmuş qədəhlər, düzülmüş yastıqlar, sərilmiş xalılar vardır.

(68/88, Ğaşiyə/1–16)

Nəcm: 289

 

17Yaxşı, yenidən dirilməyə inanmayanlar, dəvələrə/yağış yüklü buludlara baxmırlarmı ki, onlar necə yaradılmışdır?

18Və göy üzünə baxmırlarmı ki, o necə yüksəldilmişdir?

19Və dağlara baxmırlarmı ki, onlar necə dikəldilmişdir?

20Və yer üzünə baxmırlarmı ki, o necə sərilmişdir?

(68/88, Ğaşiyə/17–20)

Nəcm: 290

21,22Haydı, öyüd ver/xatırlat! Şübhəsiz ki, sən, sadəcə bir öyüd verənsən/xatırladansan. Sən, onların üzərində bir məcbur edən deyilsən.

(68/88, Ğaşiyə/21–22)

Nəcm: 291

 

23,24Ancaq/gözünüzü açın, kim üz çevirərsə və küfr edərsə, artıq Allah ona ən böyük əzab ilə əzab edəcək.

25Şübhəsiz ki, onların dönüşləri yalnız və yalnız Bizədir.

26Sonra, şübhəsiz ki, onların hesabı da yalnız və yalnız Bizə aiddir.

(68/88, Ğaşiyə/23–26)