KƏHF SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 292

 

1–4Bütün təriflər, qatından şiddətli əzaba qarşı xəbərdar etmək, düzəltmək yönündə işlər edən möminlərə, şübhəsiz ki, onlar üçün, içində həmişəlik qalanlar olaraq gözəl bir mükafat olduğunu müjdələmək və “Allah uşaq qəbul etdi” –  deyənləri xəbərdar etmək üçün quluna, qoruyucu olaraq, özü ilə heç bir ziddiyyət təşkil etməyən Kitabı endirən Allah üçündür, başqası öyülə bilməz.

5Özlərinin və atalarının Allahın övlad qəbul etməsinə dair heç bir bilikləri yoxdur. Ağızlarından çıxan söz nə qədər böyükdür! Onlar sadəcə, yalan söyləyirlər.

6Sonra da onlar bu Qurana inanmazlarsa, onların etdiklərinə görə sən az qala kədərdən özünü həlak edəcəksən!

(69/18, Kəhf/1–6)

Nəcm: 293

7Şübhəsiz, Biz yer üzündəki, ona bəzək olan şeyləri insanların hansının daha gözəl əməl edəcəyini sınamaq üçün etdik.

8Və şübhəsiz, Biz yer üzündə olanları qupquru bir torpaq edəcəyik.

32Və onlara  iki nəfəri nümunə göstər: Biz bunlardan birinə hər cür üzümlərdən iki bağ verdik və iki bağın ətrafını xurmalarla bəzədik. Aralarında da bir əkin yeri yaratdıq.

33Hər iki bağça da heç bir şeyi əskik buraxmayaraq, məhsullarını verdilər. Aralarından da bulaq axıtdıq.

34Bu iki bağın sahibi üçün, həmçinin başqa gəlir yeri də var idi. Buna görə də bu adam yoldaşına danışaraq: “Mən malca səndən daha çox, insan sayı baxımından da səndən daha güclüyəm” – dedi.

35,36Və bu adam, özünə haqsızlıq edərək bağına girdi: “Mən bunun heç bir zaman yox olacağını sanmıram. Mən Saatın qopacağını da zənn etmirəm. Fərz edək ki, Rəbbimə geri götürüldüm, qətiliklə orada bundan daha yaxşı bir nəticə taparam” – dedi.

37–41Yoldaşı ona dedi: “Səni torpaqdan, sonra bir damla sudan yaradan, daha sonra da səni yetkin insan halına gətirənəmi inanmırsan? Lakin, mən… O, mənim Rəbbim Allahdır. Və Mən  Rəbbimə kimsəni ortaq qoşmaram. Öz bağına girdiyin zaman: “Maşallah, Allah nə istərsə o olur. Allahdan başqa heç bir güc yoxdur” deməli idin! Sən hər nə qədər məni malca və övladca özündən aşağı görürsənsə də, bəlkə, Rəbbim mənə sənin bağından daha xeyirlisini verir. Səninkinin üstünə də göydən fəlakətlər göndərər və sənin bağın sürüşkən bir torpaq halına gələr. Yaxud bağının suyu yerin dibinə çəkilər və bir daha onu tapmağa güc yetirə bilməzsən” – dedi.

42,43Və o iki bağ sahibi sərvəti ilə mühasirə altına alındı/bitirildi. Buna görə də bağında etdiyi xərclərə qarşı əllərini ovuşdurmağa başladı. Bağça çardaqları üzərinə yığılıb qalmışdı. O da: “Ah nə olaydı! Rəbbimə heç bir şeyi ortaq qoşmasaydım” – deyirdi. O adam üçün Allahın yaratdıqlarından kömək edəcək bir camaat olmadı. Və özü də intiqam alacaq/öz-özünə kömək edəcək biri deyildi.

44Bax budur, burada hegemonluq/köməkçilik, qoruyuculuq, yol göstəricilik ancaq haqq olan Allaha aiddir. O, mükafatlandırma baxımından ən yaxşı və qovuşdurma sarıdan da ən yaxşı olandır.

45Və sən onlara adi dünya həyatını misal göstər! O bəsit dünya həyatı göydən endirdiyimiz bir su kimidir ki, bu suya görə yer üzünün bitkiləri bir-birinə qarışmış, sonra da küləyin sovurub durduğu bir çöp yığıntısı olmuşdur. Və Allah hər şeyə gücünü qəbul etdirəndir.

46Mal və oğullar fani dünya həyatının bəzəyidir. Qalıcı, düzəltmək yönündə işlər isə, Rəbbinin qatında, savab etibarilə daha xeyirlidir, ümid bağlamaq yönündən də daha xeyirlidir.

47Və Bizim dağları yeritdiyimiz gün… Və sən yer üzünü çırılçılpaq/dümdüz görəcəksən. Və Biz onları bir yerə topladıq. Beləliklə, onlardan heç bir insanı buraxmadıq.

48Və onlar səflər halında Rəbbinin hüzurunda düzülmüşdülər: “Şübhəsiz, sizi ilk öncə yaratdığımız kimi, Bizə gəldiniz. Əslində siz, sizin üçün görüşmə zamanı gerçəkləş­dir­mə­yəcəyimizə batilcə inanırdınız”.

49Və kitab/əməl dəftəri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və:  “Vay bizim halımıza! Bu necə kitab imiş ki, böyük-kiçik heç bir şey buraxmadan hamısını saymışdır/yazmışdır” – deyərlər. Və onlar etdiklərini hazır görərlər. Və sənin Rəbbin heç kimsəyə haqsızlıq etməz.

27Və sən Rəbbinin Kitabından sənə vəhy olunanı oxu/izlə! Rəbbinin sözlərini də­yiş­dirəcək kimsə yoxdur. Və sən, Onun yaratdıqlarından bir sığınacaq tapa bilməz­sən.

28Və özünü, həmişəlik olaraq Rəbbinin razılığını istəyərək, Rəbbinə yalvaran insanlarla birlikdə, səbirli biri et. Fani dünya həyatının bəzəyini istəyərək, onlardan gözlərini ayırma.  Həmçinin sən Bizim anılmamızdan qəlbini laqeyd/biganə qıldığımız, boş/dünyəvi arzusuna uymuş, həmçinin işi-gücü həddini aşmaq olan kimsəyə uyma.

29Və de ki: “O gerçək Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın”. Şübhəsiz ki, Biz şərik qoşaraq səhv/öz zərərlərinə iş edən­lər üçün divarları, dövrələmə onları içinə almış bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzlərini qaynadan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da, nə qədər pisdir!

30Şübhəsiz, iman edən və düzəltmək yönündə işlər edənlər… Şübhə yoxdur ki, Biz işi gözəl edənlərin qarşılığını itirmərik.

31Bax budur, onlar altlarından çaylar axan Ədn cənnətləri özlərinin olanlardır. On­lar orada taxtlarına söykənmiş olaraq, qızıldan bilərziklərlə bəzənəcəklər, incə və qa­lın ipəkdən yaşıl libaslar geyəcəklər. O nə gözəl qarşılıqdır! Və nə gözəl qalma ye­ridir![1]

(69/18, Kəhf/7–8, 32–49, 27–31)

Nəcm: 294[2]

 

9Yoxsa sən Böyük Mağara və Kitabə/Qanun əhlinin təəccüb ediləcək əlamətlərimizdən/nümunələrimizdən olduqlarınımı sandın?

10O igidlər Böyük Mağaraya sığınınca: “Rəbbimiz! Bizə qatından bir mərhəmət ver və bizim üçün bu işimizdən təfəkkür hazırla” – dedilər.

11Bundan sonra Biz onların qulaqları üzərinə o böyük mağarada necə illər “vurduq”/illərlə sürəcək dərin bir yuxuya daldırdıq.

12Sonra da iki qrupun hansının, onların gözlədikləri müddəti daha yaxşı hesabladığını bildirmək/işarələyib göstərmək üçün Kitabə/Qanun əhli göndərdik.

13,16Biz sənə Kəhf və Kitabə/Qanun əhlinin mühüm xəbərlərini gerçək olaraq hekayətləşdirəcə­yik. Şübhəsiz, onlar Rəbbinə iman etmiş bir neçə gənc igidlər idi. Biz də onlara bələdçiliyi artdırdıq: “Madam ki, siz onlardan və Allahdan başqa sitayiş etdikləri şeylərdən ayrıldınız, o halda o böyük mağaraya sığının ki, Rəbbiniz sizə mərhəmətindən yayıb versin və işinizdən sizə rast gətirib, yararlı olanı hazırlasın”.

14,15Və Biz, onlar üsyan edərək: “Bizim Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Onun yaratdıqlarına tanrı olaraq yalvarmarıq, yoxsa qətiliklə axmaq-axmaq danışmış olarıq. Bunlar bizim, Allahın yaratdıqlarından tanrılar qəbul edən qövmümüzdür. Qəbul etdikləri tanrılara dair açıq bir dəlil gətirsəydilər… Allah haqqında yalan uydurandan daha səhv davranan/öz zərərlərinə iş edən kim ola bilər?” – dediklərində onların qəlblərini sağlamlaşdırdıq.

17Və sən vəhy istiqamətində araşdırma edildiyində xeyirli bir nəticə alındığını… Əks halda, mənasız bir iş edildiyini görəcəksən. Özləri də ondan böyük bir boşluq­da­dır­lar. Bu, Allahın əlamətlərindən/nümunələrindəndir. Allah kimə bələdçilik etdisə, ar­tıq o, bələdçilənən doğru yolu tapmışdır. Allah kimi çaşdırdısa da, artıq sən ona yol gös­tərən bir yaxınını qətiyyən tapa bilməzsən.

18Və sən Rəqim əhlini – Kitabə/Qanun əhlini görsəydin, onların oyaq olduqlarını sanardın. Halbuki, onlar yuxudadırlar. Və Biz  onları sağ yana və sol yana çeviririk. Köpəkləri də girişdə ön ayaqlarını irəli doğru uzatmışdı. Əgər sən onların vəziyyətini yaxşı-yaxşı bilsəydin, qətiliklə, qaçaraq onlardan uzaqlaşardın və onlardan ürpərti ilə dolardın.

19,20Və beləcə, öz aralarında sorğu-sual etsinlər deyə, Kitabə/Qanun əhli göndərdik. Onlardan bir sözcü: “Nə qədər durub qaldınız?” – dedi. Digərləri: “Bir gün, ya da günün bir hissəsi qədər qaldıq” dedilər. Qanun əhlindən digərləri: “Nə qədər dur­du­ğunuzu, Rəbbiniz daha yaxşı bilir. İndi siz birinizi, bu gümüş pulunuzla şəhərə gön­dərin ki, baxsın, hansı yemək daha təmizdirsə, ondan sizə yemək gətirsin. Və çox nə­za­kətli davransın və sizi kimsəyə bəlli etməsin. Şübhəsiz, şəhər xalqı sizə qalib gələrlərsə, sizi daşlayaraq öldürərlər və ya sizi öz dinlərinə/həyat tərz­lərınə döndərərlər. O zaman da siz sonsuzadək qurtuluşa çata bilməzsiniz”.

21Beləliklə, Allahın vədinin haqq olduğunu və Qiyamət günündə heç şübhə olmadığını bilmələri üçün onlar haqqında xəbərdar etdik. O zaman onlar öz aralarında işləri barəsində mübahisə edirdilər. Dedilər ki: “Üstlərinə adi bir bina inşa edin. Rəbbi onları daha yaxşı bilir”. Öz işlərində qalib gələnlər dedilər: “Üzərlərinə mütləq bir məscid [inandırmaq yerləri/axirətin varlığını isbat edəcək məktəblər] edəcəyik” – dedilər.

22–25Onlar üç nəfərdir, dördüncüləri köpəkləridir” – deyəcəklər. Onlar kimsəsiz sahəni daşlamaq kimi [əsassız, sübutsuz, başdansovma olaraq]: “Beş nəfərdir, altıncıları köpəkləridir” – deyəcəklər. “Onlar, yeddi nəfərdir, səkkizincisi köpəkləridir” və onlar: “Onlar, oraların o böyük mağaralarında üç yüz il qaldılar” – deyərlər. Və doqquza artırdılar. De ki: “Onların saylarını Rəbbim daha yaxşı bilir”. Onları ancaq çox az kimsə bilir. Buna görə də, onlar haqqında ortada olan şeydən başqası haqqında bir münaqişəyə girişmə və bunlar haqqında onlardan kimsədən də bir şey soruşma! Və heç bir şey üçün: “Allahın diləməsi istisna olmaqla, “Şübhəsiz, mən sabah onu edəcəyəm” – demə. Və tərk etdiyin vaxt Allahı an və: “Umuram ki, Rəbbim məni, doğruya bundan daha yaxın olana çatdırır” – de!

26De ki: “Allah Kitabə/Qanun əhlinin nə qədər qaldıqlarını ən yaxşı biləndir”. Göylərin və yerin görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi yalnız və yalnız Ona aiddir. O, nə gözəl görür! O nə gözəl eşidir! Onlar üçün Onun yaratdıqlarından bir kömək edən, yol göstərən, qoruyan bir yaxın kimsə yoxdur. Allah Öz hökmran­lı­ğına kimsəni ortaq etməz.

(69/18, Kəhf/9–13, 16, 14–26)

Nəcm: 295

 

50Və o zaman Biz təbii güclərə “Adəmə boyun əyib təslimiyyət göstərin” demişdik və İblis/düşüncə qabiliyyəti xaric, hamısı boyun əyib təslimiyyət göstərdi. İblis görünməz varlıqlardan/enerjidən idi. Sonra da öz Rəbbinin əmrinə asi oldu. İndi siz mənim yaratdıqlarımdan onu və onun soyunu köməkçi, yol göstərici, qoru­yu­cu yaxınlarmı qəbul edirsiniz? Həm də onlar sizin düşməniniz ikən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün nə pis bir dəyişdirmədir bu!

51Mən onları göylərin və yer üzünün yaradılışına və özlərinin yaradılışına şahid tutmadım və mən heç bir zaman azdıranları köməkçi qəbul etmiş deyiləm.

52Və o gün Allah: “Səhv edərək inandığınız mənim ortaqlarımı haydı, çağırın” – deyər. Sonra onlar da onları çağırdılarsa da, onlar özlərinə cavab vermədilər. Və Biz onların arasına atəşdən bir əngəl qoymuşuq.

53Və günahkarlar atəşi görmüşlər və artıq özlərinin ona düşəcəklərinə qətiliklə inanmışlar. Ondan qaçıb sığınacaq bir yer də tapa bilmədilər.

54Və şübhəsiz, Biz bu Quranda insanlar üçün hər nümunədən geniş-geniş açıqladıq. İnsan isə mübahisə etməyə hər şeydən daha çox tərəfdar olandır.

55Və özlərinə doğru yol [kitab, elçi] gəldiyi zaman, insanların iman etmələrinə və Rəbbindən günahlarının bağışlanmasını istəmələrinə sadəcə “əvvəlkilərlə əlaqədar tətbiqatın onlara gəlməsi, ya da önlərinə əzabın gəlməsi” mövzusu əngəl oldu.

56Və Biz elçiləri ancaq müjdə verənlər və xəbərdar edənlər olaraq göndəririk. Kafirlər də haqqı batillə ləğv etmək/ortadan qaldırmaq üçün mübahisə edirlər. Və onlar ayələrimizi və qorxudulduqları şeyləri lağa qoydular.

57Və Rəbbinin ayələri ilə öyüd verilsə/xatırlatma edilsə də, onlardan aralanıb uzaqlaşan və iki əlinin öndən göndərdiklərini/etdiklərini unudan [tərk edən, nəzərə almayan] insandan daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şübhəsiz, Biz onların qəlblərinə Quranı yaxşıca anlamalarına əngəl olan pərdələr, qulaqlarına da ağırlıq əmələ gətirdik. Sən onları doğru yola çağırsan da, onlar bu vəziyyətdə, qətiyyən, bələdçiləndikləri doğru yola girməzlər.

58Bununla bərabər, sənin mərhəmət sahibi Rəbbin çox bağışlayandır. Əgər sənin mərhəmət sahibi Rəbbin işlədikləri günahlara görə onları dərhal yaxalayacaq olsa idi, onlara əzabı qətiliklə təcili verərdi. Əksinə, onlara vəd edilən bir zaman vardır. Onlar Onun yaratdıqlarından bir sığınacaq, qətiyyən, tapa bilməzlər.

59Və bax budur, şərik qoşaraq səhv/öz zərərlərinə iş etdikləri zaman dəyişikliyə/dağıntıya uğratdığımız şəhərlər! Biz onların dəyişikliyə/dağıntıya uğramaları üçün də müəyyən bir zaman təyin etmişdik.

(69/18, Kəhf/50–59)

Nəcm: 296

 

60Və bir vaxt Musa gənc köməkçisinə: “Mən iki bilikli adamın toplandığı yerə çatıncaya qədər durmayacağam, yaxud illərlə gedəcəyəm” – demişdi.

61Buna görə də “iki bilikli adamın toplandığı yer”ə çatdıqlarında ikisi də bədbinliklərini/sıxıntılarını[3] tərk etdi. O zaman bədbinlik/sıxıntı bilikli adamın köməyi ilə yox olub getdi.

62Bu şəkildə keçdikləri zaman Musa gənc köməkçisinə: “Gətir nahar yeməyimizi, həqiqətən biz bu yolçuluğumuzda yorulduq” – dedi.

63Gənc: “Gördünmü/heç düşündünmü? O qayaya sığındığımız vaxt doğrusu mən bədbinlikdən/sıxıntıdan qurtuldum, onu söyləməyimi də qətiliklə xudbinliyim əngəllədi. Bədbinlik/sıxıntı  çaşılacaq bir şəkildə bilikli insanda yox olub getdi” – dedi.

64Musa: “Bax budur, bu, axtardığımızdır!” – dedi. Dərhal izlərini təqib edərək, geriyə döndülər.

65Sonra, qullarımızdan bir qul tapdılar ki, biz ona qatımızdan bir mərhəmət vermiş və tərəfimizdən bir bilik öyrətmişdik.

66Musa ona: “Doğru yol barəsində, sənə öyrədiləndən mənə də öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” –  dedi.

67,68Alim və mərhəmətə müyəssər olmuş qul: “Şübhəsiz, sənin mənimlə bərabər səbr etməyə səbrin çatmaz. Və qavraya bilmədiyin bilgiyə necə səbr edəcəksən?!” – dedi.

69Musa: “İnşallah mənim səbr edən biri olduğumu görəcəksən və sənin heç bir işinə qarşı çıxmaram” – dedi.

70Alim və mərhəmətə müyəssər olmuş qul: “O halda, əgər mənə uyacaqsansa, mən sənə öyüd olaraq ondan söz açana qədər mənə heç bir şey haqqında sual vermə”.

71Buna görə də ikisi getdilər… Sonunda, gəmiyə mindiklərində, alim və mərhəmətə müyəssər olmuş qul gəmidə qüsurlar əmələ gətirdi. Musa: “İçindəkiləri boğmaq üçünmi onu deşdin/qüsurlar əmələ gətirdin? Doğrusu sən, təəccüb ediləcək bir şey etdin!” – dedi.

72 Alim və mərhəmətə müyəssər olmuş qul: “Mən: “Şübhəsiz, sən mənimlə bərabər olmağa səbr edə bilməzsən demədimmi?” – dedi.

73Musa: “Unutduğum şeyə görə məni cəzalandırma və işimə görə mənə problem çıxar­ma!”–  dedi.

74Yenə getdilər. Sonunda bir gəncə rast gəldilər. Alim və mərhəmətə müyəssər olmuş qul onu öldürdü. Musa: “Bir nəfs qarşılığı olmadan, tərtəmiz bir nəfsimi öldürdün? Doğrusu, çox anlaşılmaz bir şey etdin!” – dedi.

75Alim və mərhəmətə müyəssər olmuş qul: “Mən sənə: “Sən mənimlə birlikdə qətiyyən səbr edə bilməzsən demədimmi?” – dedi.

76Musa: “Əgər bundan sonra sənə bir şey soruşaramsa, artıq mənimlə yoldaşlıq etmə! Qovarsan, qətiyyən incimərəm” – dedi.

77Buna görə də yenə getdilər. Sonunda bir kənd camaatına çatıb onlardan yemək istədilər. Kənd camaatı isə onları qonaq etməkdən qaçındılar. Sonra orada yıxılmaq üzrə olan bir divar gördülər. Alim və mərhəmətə müyəssər olmuş qul onu düzəltdi. Musa: “İstəsəydin bunun müqabilində qətiliklə bir ödəniş alardın” – dedi.

78–82Alim və mərhəmətə müyəssər olmuş qul: “Bax budur, bu aramızın ayrılması­dır. İndi sənə o, haqqında səbr etməyə güc yetirə bilmədiyin şeylərin birinci mənalarını xəbər verim:

“Gəmi hadisəsinə gəlincə… O, dənizdə çalışan bəzi yoxsulların idi. Bax budur, ona görə də mən, onu qüsurlu hala gətirmək istədim. Qarşılarında isə gözəl, sağlam gəmiləri qəsb edib, alan bir kral vardı.

Gənc oğlana da gəlincə… Onun ana-atası mömin insanlardır. Bax budur, ona görə də biz onun, ana-atasını azdırmasından və küfrə sürükləməsindən qorxduq. Sonra da istədik ki, “Rəbbi onun yerinə, onlara təmizlikcə daha xeyirli və mərhəmət baxımından daha yaxınını versin”.

Divara da gəlincə… O, şəhərdəki iki yetim oğlanındı və onun altında onlar üçün bir dəfinə vardı. Ataları da yaxşı bir adam idi. Bax budur, onun üçün Rəbbindən bir mərhəmət olaraq, Rəbbin onların yetkinlik çağına çatmalarını, dəfinələrini çıxarmalarını dilədi. Və mən, onu [divar düzəltmə işini] öz görüşümlə etmədim. Bax budur, sənin səbr etməyə tab gətirə bilmədiyin şeylərin ilk plandakı mənası!”

(69/18, Kəhf/60–82)

Nəcm: 297[4]

 

83Və səndən iki çağ sahibi haqqında[5] soruşurlar. De ki: “Sizə ondan bir xatırlatma/öyüd oxuyacağam:

84Şübhəsiz, Biz iki çağ sahibi üçün yer üzündə iqtidar təmin etdik və ona hər şeydən bir səbəb verdik.

85Sonra o, bir səbəbə tabe oldu.

86Sonunda o, vəhyin batdığı yerə çatdığı zaman, vəhyin qara bir palçıqda batmış olduğunu gördü [orada ilahi qaydalar həyatdan çıxarılmışdı]. Bir də bunun yanında bir cəmiyyət gördü. Biz dedik ki: “Ey Zülqərneyn! Onları ya cəzalandırarsan və ya onların haqqında yaxşı/gözəl davranarsan”.

87,88O dedi ki: “Kim şərik qoşaraq səhv/öz zərərlərinə iş edərsə, qətiliklə ona əzab edəcəyik. Sonra Rəbbinə geri döndəriləcək, sonra O da onu görülməmiş bir əzabla əzablandırar. Amma hər kim də iman edər və saleh əməl edərsə, artıq buna da ən gözəl qarşılıq vardır. Və Biz onun üçün əmrimizdən asan olanı söyləyəcəyik”.[6]

89Sonra iki çağ sahibi bir səbəbə uydu.

90Sonunda vəhyin doğulduğu yerə çatdı. Vəhyi bir cəmiyyət üzərinə doğulan gördü. Belə ki, Biz onları vəhy olmayan biliklərlə əhatə etmişdik/bir sipər etmişdik.

91Bax budur, belə! Və Biz onun yanında daha nələr olduğunu da bilirik.[7]

92Sonra iki çağ sahibi bir səbəbə uydu.

93Sonunda iki sözləşmə arasına çatdığında iki qövmün [Mədinə və Məkkə cəmiyyətlərinin] yaratdıqlarından demək olar ki, heç söz anlamayan bir cəmiyyət [Heybər Yəhudilərini] tapdı.

94Söz anlamaz cəmiyyət [Heybər Yəhudiləri] dedi ki: “Ey iki çağın sahibi! Şübhəsiz, öncülər[8] və başçısı [Muhəmməd və ordusu] bu torpaqlarda poz­ğunçudur [əkin­dən anlamırlar, ərazini israf edirlər]. Onun üçün bizimlə onlar ara­sında bir və­siqə etməyin şərti ilə, sənə bir vergi versək olarmı?”

95İki çağ sahibi dedi ki: “Rəbbimin mənə verdiyi imkanlar daha xeyirlidir. Haydı, siz mənə var gücünüzlə kömək edin ki, sizinlə onlar arasında çox sağlam bir söz­ləşmə/vəsiqə edim. Mənə, təhlil edərək, zəkanızla hazırladığınız təklif mətnlərini gətirin”.

96Sonunda hədəf bərabərləşdiyi zaman: “Hazırlayın sözləşməni!” – dedi. Sonunda söz­ləşmə hazırlanınca: “Gətirin mən də imzalayım” – dedi.

97Artıq söz anlamaz o qövmün sağlam şəkildə edilən sözləşməni aşmağa gücləri yetmədi, onu dəlməyə də gücləri yetmədi.[9]

98İki çağ sahibi dedi ki: “Sağlam şəkildə edilən bu sözləşmə Rəbbimdən bir mərhəmətdir. Artıq Rəbbimin vədi gəldiyi vaxt da onu dümdüz edəcəkdir. Rəbbimin vədi də haqdır”.

(69/18, Kəhf/83–98)

Nəcm: 298

99Və Biz qiyamət günü ortaq qoşan insanları dalğalar kimi bir-birinə qarışan halda buraxmışıq. Sura da üflənmişdir. Beləcə, ortaq qoşan kəslərin hamısını bir yerə toplamışıq.

100,101Və Biz cəhənnəmi o gün, Məni xatırladan əlamətlərimdən/nümunələrimdən gözləri bir örtük içində olan və vəhyə qulaq asmağa gücləri olmayan kafirlər üçün genişlətdikcə genişlətdik.

102Yaxşı, o kafirlər mənim yaratdıqlarımdan bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edəcəklərinimi sandılar? Şübhəsiz, Biz cəhənnəmi kafirlərə bir qonaqlıq ziyafəti (!) olaraq hazırladıq.

103De ki: “Əməllər baxımından ən çox zərərə uğrayanları xəbər verimmi? 104Onlar qondarma olaraq, gözəllik etdiklərini sanarkən, dünyadakı çalışmaları da boşa getmiş olan insanlardır”.

105Bax budur, onlar Rəbbinin ayələrini və Ona çatmağı bilə-bilə rədd etmiş/inanmamış insanlardır və buna görə də, etdikləri əməlləri boşa getdi. Artıq Qiya­mət günü onlar üçün heç bir ölçü tutdurmarıq/heç bir dəyər vermərik.

106Bax budur, kafirliklərinə/Allahın tanrılığını və rəbbliyini bilərək rədd etdiklərinə, mənim ayələrimi və elçilərimi lağa qoyduqlarına görə, onların yeri və cəzaları cəhənnəmdir.

107,108Şübhəsiz, iman etmiş və düzəltmək yönündə işlər etmiş bu kimsələr… Onlara içlərində həmişəlik qalmaq üçün Firdevs bağçaları ikram olunmuşdur. Onlar oradan heç ayrılmaq istəməzlər.

109De ki: “Rəbbimin sözləri üçün dəniz mürəkkəb olsa, Rəbbimin sözləri bitmədən öncə, dəniz tükənərdi, hətta bir o qədərini daha gətirsək belə”.

110De ki: “Mən ancaq sizin kimi bir bəşərəm. Mənə ilahınızın ancaq bir tanrı olduğu vəhy olunur. Onun üçün hər kim Rəbbinə qovuşmağı umursa, saleh əməli işləsin və Rəbbinə qulluqda  heç kimsəni ortaq etməsin”.

(69/18, Kəhf/99–110)

 

[1]Rəsmi Tərcümədə 18–ci sırada olan Kəhf surəsinin bu ayələrini, fərqli tərtib etdik.

[2]Kəhf və Raqim əshabı əhvalatları axirət həyatının qəti isbatı üçün bir elmi təcrübədir. Bölməni oxumağa başlamadan öncə, diqqət edilməsi gərəkən bir diğər nöqtə də, əhvalatda sadəcə Əshab–i Kəhfdən deyil, Əshab–i Kəhf ilə eyni Əshab–i Raqimdən də bəhs edilməsidir. Buna görə də, bölmədəki əvəzliklərin bir qismi Əshab–i Kəhf ilə, bir qismi də Əshab–i Raqimlə əlaqədardır. Ayələrin mətnindən açıq şəkildə anlaşıldığı kimi, surənin bu bölməsində, Quranın endiyi dövrdə hələ həyata keçməmiş olub, əsrlərlə sonra həyata keçəcək olan bir vəziyyətə, insanların yox olmadığı, zamanı gəldikdə sağda-solda dağınıq olaraq, yerləşən hüceyrələrin əmanət olaraq, durduqları yerlərdən alınıb, birləşdiriləcəyi reallığına və axirətin qəti olaraq, varlığını elmi şəkildə ortaya qoyacaq insan və hadisələr haqqında söhbət açılmışdır. Mövzunun təfsilatı üçün Bxn. Təbyin.

[3]Ayədə keçən “hut” sözü ilə əlaqədar 14 saylı qeyddə məlumat vermiş, “hutun” “ruh düşkünlüyü/sıxıntı”nı ifadə etdiyini qeyd etmişdik. Musanın ruh düşkünlüyünü, özünə, Fironu öldürərək İsrailoğullarını Misirdən çıxarmaq vəzifəsi verildiyi zaman, bunu necə bacara biləcəyi barədəki narahatlıqlarıdır. Musa bu əhvalatda bunu necə bacaracağını və Allaha döyüş açanların öldürülməli olduğunu, beləliklə də, Fironu nəyə görə öldürəcəyini öyrənəcəkdir.

[4]Bu bölmədə xeyli ölçüdə ədəbi sənətlər işlədilərək, Rəsulullah Muhəmməd fərqli bir anlayışda tanıdılmışdır. Burada haqqında söhbət gedən hadisələr, bu ayələr endiyi zaman hələ yaşanmamışdı. Təfəkkürlərindəki mifoloji Zülqərneyn haqqında soruşanlara, tarixi bir Zülqərneyn anlayışı ilə cavab verilmişdir. Bu bölmə, bu yönüylə də möcüzədir. Mövzunu Təbyində ətraflı olaraq izah etdik. Bölmənin tərcüməsi hərfən belədir: və səndən  Zülqərrneyn haqqında soruşurlar. De ki: “Sizə ondan, bir xatırlatma/öyüd oxuyacağam: Şübhəsiz ki, Biz onun [Zülqərneyn] üçün yer üzündə iqtidar təmin etdik və ona hər şeydən bir səbəb verdik. Sonra o, bir səbəbə tabe oldu. Nəhayət o, günəşin batdığı yerə çatdığı zaman, onu [günəşi], qara bir palçıqda batan gördü. Bir də bunun yanında bir qövm gördü. Biz dedik ki: “Ey Zülqərneyn! Onları ya cəzalandırarsan və ya onların haqqında yaxşı/gözəl davranarsan”. O dedi ki: “Kim zalımlıq edərsə, mütləq ona əzab edəcəyik. Sonra Rəbbinə geri döndəriləcək, sonra O da, onu görünməmiş bir əzabla əzablandırar. Amma hər kim də iman edər və saleh əməl işləyərsə, artıq buna da ən gözəl qarşılıq vardır. Və Biz, onun üçün əmrimizdən asan olanı söyləyəcəyik”. Sonra o [Zülqərneyn], bir səbəbə uydu. Nəhayət, günəşin doğduğu yerə çatdı. Onu [günəşi] bir cəmiyyət üzərində doğan gördü. Elə ki, Biz onlar üçün, onun [günəşin] əmələ gətirdiyindən bir sipər etmişdik. Bax belə! Və Biz onun yanında olan şeyləri elmlə əhatə etmişdik. Sonra o [Zülqərneyn], bir səbəbə uydu. Nəhayət iki sədd arasına çatdığında iki qövmün yaratdıqlarından, az qala heç söz anlamayan bir qövm gördü. Onlar [söz anlamaz qövm] dedilər ki: “Ey Zülqərneyn! Şübhəsiz  ki, Yəcuc və Məcuc bu torpaqlarda pozğunçulardır. Onun üçün, bizimlə onlar arasında bir sədd etməyin üçün [şərtiylə] sənə bir vergi versək olarmı?” O [Zülqərneyn] dedi ki: “Rəbbimin mənə verdiyi imkanlar daha xeyirlidir. Haydi, siz mənə qüvvətlə kömək edin və sizinlə onların arasında çox sağlam bir sədd qurum. Mənə, dəmir kütlələri gətirin/incə zəkanızla hazırladığınız təklif mətnlərini mənə gətirin”. Nəhayət, iki təpə/hədəf eyniləşdiyi zaman: “Üfürün!” dedi. Nəhayət, onu [dəmiri] bir atəş halına gətirincə: “Gətirin mənə üzərinə su boşaldaq”– dedi. Artıq onların [o söz anlamaz qövmün], onu [sağlam tərtib edilən sözləşməni] aşmağa gücləri yetmədi, onu deşməyə/pozmağa da gücləri yetmədi. O [Zülqərneyn] dedi ki: “Bu [sağlam tərtib edilən sözləşmə] Rəbbimdən bir rəhmətdir. Artıq Rəbbimin vədi gəldiyi vaxt da, onu dümdüz edəcəkdır. Rəbbimin vədi də haqqdır”.

Tərcümədə də təvilli mənaları, birbaşa olaraq verdik.

[5]Muhəmmədin (ə.s) iki çağ sahibi olmasını, iki şəkildə izah etmək mümkündür: a) Məkkədən Mədinəyə köç etməsi təqvim başlangıcı qəbul edilmiş olduğuna görədir. Ona görə də həyatının bir bölməsi, “hicrətdən öncə”dir, bir bölməsi də “hicrətdən sonra”dır. Eynilə “miladdan öncə, miladdan sonra” deyildiyi kimi. b) Günəşin [vəhyin] doğulduğu yer olan Məkkə ilə, bölmədəki ifadəyə görə, günəşin batdığı yer olan Mədinənin sahibi.

[6]Burada, Muhəmmədin Mədinədə dövlət başçısı olması və yerli xalqla etdiyi sözləşmə [Mədinə Vəsiqəsi] barədə söz açılır.

[7]Bu paraqrafda, Muhəmmədin ona vəhy edilən şəhərə [Məkkəyə – Hudeybiyyəyə] getməsi və orada etdiyi anlaşma barədə söz açılır.

[8]Yəcuc və məcuc sözlərinin Ərəbcə olmadığı ifadə edilmişdir. Qurandakı Ərəbcə olmayan kəlmələrin təsbiti haqqında edilən çalışmalardan, bu sözlərin də, harutmarut sözləri kimi, yabançı [Yunanca] olduğu, sonradan ərəbcələşdirildikləri anlaşılır. Diqqət çəkən bir diğər nöqtə də, bu sözlərin “yandırıb yıxma, atıb dağıtma” sözlərinə uyğun gələn kəlmələrlə ərəbcələşmiş olmalarıdır.

İstər Kitab–i Müqəddəs və İncildəki, istərsə də Qurandakı anlatmaya görə yəcuc və məcucun ortaq özəlliyi işğalçılıq və istilaçılıqdır. Beləliklə, bu iki sözün anlatdığı güc, bir ordunun gücüdür. Bu vəziyyətdə yəcuc “ordu komandiri”, məcuc da “onun əsgərləri”dir.

Bu açıqlamalardan hərəkət edərək, Heybəri istila edən komandirin [Muhəmmədin] və əsgərlərinin [səhabənin] də Heybərlilər üçün yəcuc və məcuc olduğunu söyləyə bilərik.

94–cü ayədə, sözlərin həqiqi mənalarına görə, laf anlamaz, qanun-qayda dinləməz cəmiyyətdən, sanki üçüncü şəxslərdən bəhs edər kimi, Zülqərneynə, “Ey Zülqərneyn! Şübhəsiz ki, yəcuc və məcuc bu torpaqlarda pozğunçulardır” şəklində xitab edildiyi görünür. Üzərində yetərincə təfəkkür edilmədiyi üçün, ayədə nəql edilən bu söhbət səhv dəyərləndirilir. Halbuki, sözü gedən söz anlamaz, qanun-qayda dinləməz cəmiyyət, Zülqərneynə birbaşa “Sən  və ordun, bu torpaqlarda pozğunçularsınız” deməyib, incə və diplomatik bir üslubla “Ey Zülqərneyn! Şübhəsiz ki, yəcuc və məcuc bu torpaqlarda pozğunçulardır” şəklində kinayəli bir dillə/üslubla səslənirlər.

[9]Burada Heybər sözləşməsinin hazırlanması və onun ehtiva etdiyi məsələlərdən söhbət açılmışdır. Daha geniş məlumat üçün tarix kitabarına və Təbyinul – Qurana baxıla bilər.