HAQQA SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 360

1”Haqq olan” vaqe olacaq!

2”Haqq olan” nədir?

3”Haqq olan” nədir, sənə nə bildirdi?!

13–17Sura bir tək üfləmə üfləndiyi,[1] yer üzü və dağlar yerlərindən qaldırılıb, bir çırpılışla bir-birinə çırpılaraq, darmadağın edildiyi zaman, bax budur, o gün, “o hadisə” baş vermişdir. Və göy yarılmışdır, artıq o, o gün dayanaqsızdır. Bütün güclər, səmanın ətrafındadırlar. O gün Rəbbinin böyük taxtını[2]/varlığını, birliyini, ucalığını, ən yüksək məqamın sahibi olduğunu yox edilən keçmiş varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirirlər.

18O gün siz geniş şəkildə yayılarsınız, sizin heç bir gizli işiniz gizlin qalmayacaq.

19–24Bax budur, kitabı sağından verilən adama gəlincə, bax budur, o: “Alın, oxuyun kitabımı. Şübhəsiz, mən hesabıma qovuşacağıma inanırdım/qətiliklə bilirdim” – deyər. Artıq o, meyvələri yetişmiş yüksək bir cənnətdə məmnun qaldığı bir yaşayış içindədir. Keçmiş günlərdə etdiyiniz işlərə görə, nuşcanlıqla yeyin, için!

25–29Və kitabı solundan verilən adama gəlincə, bax budur, o: “Kaş ki, kitabım mənə verilməsəydi, hesabımın nə olduğunu isə bilməsəydim. Nə olardı, o iş bitmiş olsaydı. Malımın mənə heç bir faydası olmadı. Gücüm/nüfuzum da məndən yox olub getdi” – deyər.

30–37Onu yaxalayın, sonra da bağlayın. Sonra cəhənnəmə söykəyin onu. Sonra da onu yetmiş arşın zəncir içərisində cəhənnəmə daxil edin! Şübhəsiz ki, o, çox ulu Allaha inanmırdı. O yoxsulu yedirtməyə də təşviq etmirdi. Buna görə də, bu gün burada onun üçün heç bir səmimi dost yoxdur. Sadəcə, xəta edənlərin yeyəcəyi olan bir irindən başqa yemək də yoxdur.

(78/69, Haqqa/1–3, 13–37)

Nəcm: 361

4Səmud və Ad fəlakət qapısını şiddətli çalanı, şok edəni yalan saydılar.

5Sonra Səmuda gəlincə… Onlar qorxunc bir səslə dəyişikliyə/dağıntıya uğradıldılar.

6Ada gəlincə… Onlar gurultulu və azğın bir fırtına ilə dəyişikliyə/dağıntıya uğradıldılar.

7Allah o fırtınanı üzərlərinə yeddi gecə və səkkiz gün; gecəli-gündüzlü ard-arda musallat etmişdi. Belə ki, o qövmü fırtınanın içində, içi boş xurma kötükləri kimi yerə sərilmiş halda görərdin.

8Bax, indi onlara aid hər hansı bir qalığı görə bilirsənmi?

9Firon, ondan öncəkilər və altı üstünə gətirilənlər o xəta ilə gəldilər.

10Sonra da onlar Rəbbinin elçisinin əleyhinə çıxdılar və Rəbbi onları çox şiddətli bir yaxalayışla yaxaladı.

11,12Şübhəsiz ki, Biz onu sizə bir ibrət edək və eşidən qulaqlar qeyd etsin deyə, sular qabarınca sizi gəmidə Biz daşıdıq![3]

(78/69, Haqqa/4–12)

Nəcm: 362

38–43Artıq gördüklərinizə və görmədiklərinizə and olsun ki, şübhəsiz, Quran şərəfli bir Elçi sözüdür. Və o, bir şair sözü deyildir. Siz nə az inanırsınız! Bir kahin sözü də deyildir. Siz nə az düşünürsünüz/öyüdlənirsiniz! Quran aləmlərin Rəbbindən endirilmədir.

44–47Əgər Elçi/Muhəmməd bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə, ondan bütün gücünü alardıq. Sonra ondan can damarını, qətiliklə, kəsərdik. Artıq sizdən heç biriniz də ona sipər ola bilməzdiniz.

48Və şübhəsiz ki, Quran Allahın qoruması altına girənlər üçün bir öyüddür.

49Və Biz qətiliklə, sizdən yalan sayanların varlığını bilirik.

50Və şübhəsiz ki, Quran kafirlər üçün bir həsrətdir.

51Və şübhəsiz ki, Quran qəti elmin/biliyin reallığıdır.

52O halda, çox ulu Rəbbinin adını təmizə çıxar!

(78/69, Haqqa/38–52)

 

[1]“Borunun üflənməsi” ifadəsi, keçmiş dövrlərdə istifadə edilən, toplanmaq və ya təhlükəni xəbər vermək üçün istifadə edilən bir üsuldur. Bu boru, başlıca olaraq, iribuynuzlu heyvan buynuzundan düzəldilirdi. Borunun üflənməsi, bir içtimai borunun və ya sirenasının çalınacağını düşündürür, ya da bir hakimin oyunu başladan və bitirən tütəyinin üflənməsini və ya bir məktəbdə dərsin başladığını və bitdiyini bildirən zəngin çalınmasını xatırladır. Biz bunu “həyəcan siqnalı verilməsi” olaraq, anlaya bilərik. Bu ifadə, bu ayəndən başqa yerlərdə “Surun üflənməsi” olaraq, yer alacaqdır.

[2]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bun­lardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.

Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.

[3]Bu bölməni (4–12–ci ayələri), “reallaşacaq olan”ın daha yaxşı anlaşılması üçün, ana bölmənin sonunda tərtib etdik.