HAQQAH SURƏSİNİN TƏBYİNİ

Haqqah surəsi Məkkədə enmiş 78-ci surədir. Adını ilk ayəsindəki “ الحاقّة əl-Haqqah” ifadəsindən almışdır.

İnkarçıların təhdid edildiyi ayələr ehtiva edən surədə, keçmişdəki Ad, Səmud, Lut, Firon və Nuh qövmləri ilə yer üzündə fəsad çıxaran, peyğəmbərlərini yalan sayan digər azğın, pozğun qövmlərin pis sonları xatırladılır. Bu xatırlatmalarla yanaşı, “Kitabı sağ əlinə verilənlər”in mükafatlandırılması ilə “Kitabı sol əlinə verilənlər”in cəzalandırılması ilə əlaqədar axirət səhnələri nəql edilərək inkarçılara xəbərdarlıq edilir, möminlər isə təsəlli edilib, dəstəklənir. Həmçinin surədə elçilik vəzifəsi, Elçinin nə edib, nə etməyəcəyi ilə əlaqədar incə xəbərdarlıqlar edilərkən, Quranın qorunmuşluğuna da vurğu edilir.

TƏRCÜMƏ

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 360

1”Haqq olan” vaqe olacaq!

2”Haqq olan” nədir?

3”Haqq olan” nədir, sənə nə bildirdi?!

13–17Sura bir tək üfləmə üfləndiyi, yer üzü və dağlar yerlərindən qaldırılıb, bir çırpılışla bir-birinə çırpılaraq, darmadağın edildiyi zaman, bax budur, o gün, “o hadisə” baş vermişdir. Və göy yarılmışdır, artıq o, o gün dayanaqsızdır. Bütün güclər, səmanın ətrafındadırlar. O gün Rəbbinin böyük taxtını/varlığını, birliyini, ucalığını, ən yüksək məqamın sahibi olduğunu yox edilən keçmiş varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirirlər.

18O gün siz geniş şəkildə yayılarsınız, sizin heç bir gizli işiniz gizlin qalmayacaq.

19–24Bax budur, kitabı sağından verilən adama gəlincə, bax budur, o: “Alın, oxuyun kitabımı. Şübhəsiz, mən hesabıma qovuşacağıma inanırdım/qətiliklə bilirdim” – deyər. Artıq o, meyvələri yetişmiş yüksək bir cənnətdə məmnun qaldığı bir yaşayış içindədir. Keçmiş günlərdə etdiyiniz işlərə görə, nuşcanlıqla yeyin, için!

25–29Və kitabı solundan verilən adama gəlincə, bax budur, o: “Kaş ki, kitabım mənə verilməsəydi, hesabımın nə olduğunu isə bilməsəydim. Nə olardı, o iş bitmiş olsaydı. Malımın mənə heç bir faydası olmadı. Gücüm/nüfuzum da məndən yox olub getdi” – deyər.

30–37Onu yaxalayın, sonra da bağlayın. Sonra cəhənnəmə söykəyin onu. Sonra da onu yetmiş arşın zəncir içərisində cəhənnəmə daxil edin! Şübhəsiz ki, o, çox ulu Allaha inanmırdı. O yoxsulu yedirtməyə də təşviq etmirdi. Buna görə də, bu gün burada onun üçün heç bir səmimi dost yoxdur. Sadəcə, xəta edənlərin yeyəcəyi olan bir irindən başqa yemək də yoxdur.

(78/69, Haqqa/1–3, 13–37)

Nəcm: 361

4Səmud və Ad fəlakət qapısını şiddətli çalanı, şok edəni yalan saydılar.

5Sonra Səmuda gəlincə… Onlar qorxunc bir səslə dəyişikliyə/dağıntıya uğradıldılar.

6Ada gəlincə… Onlar gurultulu və azğın bir fırtına ilə dəyişikliyə/dağıntıya uğradıldılar.

7Allah o fırtınanı üzərlərinə vəhy edilən gecə və səkkiz gün; gecəli-gündüzlü ard-arda musallat etmişdi. Belə ki, o qövmü fırtınanın içində, içi boş xurma kötükləri kimi yerə sərilmiş halda görərdin.

8Bax, indi onlara aid hər hansı bir qalığı görə bilirsənmi?

9Firon, ondan öncəkilər və altı üstünə gətirilənlər o xəta ilə gəldilər.

10Sonra da onlar Rəbbinin elçisinin əleyhinə çıxdılar və Rəbbi onları çox şiddətli bir yaxalayışla yaxaladı.

11,12Şübhəsiz ki, Biz onu sizə bir ibrət edək və eşidən qulaqlar qeyd etsin deyə, sular qabarınca sizi gəmidə Biz daşıdıq!

(78/69, Haqqa/4–12)

Nəcm: 362

38–43Artıq gördüklərinizə və görmədiklərinizə and olsun ki, şübhəsiz, Quran şərəfli bir Elçi sözüdür. Və o, bir şair sözü deyildir. Siz nə az inanırsınız! Bir kahin sözü də deyildir. Siz nə az düşünürsünüz/öyüdlənirsiniz! Quran aləmlərin Rəbbindən endirilmədir.

44–47Əgər Elçi/Muhəmməd bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə, ondan bütün gücünü alardıq. Sonra ondan can damarını, qətiliklə, kəsərdik. Artıq sizdən heç biriniz də ona sipər ola bilməzdiniz.

48Və şübhəsiz ki, Quran Allahın qoruması altına girənlər üçün bir öyüddür.

49Və Biz qətiliklə, sizdən yalan sayanların varlığını bilirik.

50Və şübhəsiz ki, Quran kafirlər üçün bir həsrətdir.

51Və şübhəsiz ki, Quran qəti elmin/biliyin reallığıdır.

52O halda, çox ulu Rəbbinin adını təmizə çıxar!

(78/69, Haqqa/38–52)

TƏHLİL:

1”Haqq olan” vaqe olacaq!

2”Haqq olan” nədir?

3”Haqq olan” nədir, sənə nə bildirdi?!

Quran, kainatın indiki nizamının yox edilərək, yerinə yeni bir nizamın qurulacağı və bütün insanların etdiklərindən sorguya çəkiləcəyi Qiyamət Gününü bir çox fərqli qavramla ifadə etmişdir. Bu qavramlardan ikisi də “Reallaşacaq olan” anlamındakı “əl-Haqqa” ilə “Fəlakət qapısını şiddətli çalan, şok edən” mənasındakı “əl-Qariə” qavramlarıdır.

Surənin girişi üslub baxımından Qariə surəsinin girişinə bənzəyir. Cümlə və ya cümlə elementi olmayan ilk ayə birdən bomba partlayan kimi partlayır: Reallaşacaq olan! ani bir ürkmə hissi verən bu ifadəylə diqqətlər bir sonrakı ifadəyə çevrilir, orada da açıqlama edilməyib, zehinlərin veriləcək ismarıca yaxşı-yaxşı köklənməsi təmin edilir: “Nədir “Reallaşacaq olan?” “Reallaşacaq olan nədir, sənə nə bildirdi?

Surənin bu üç ayəsində sözsüz olaraq belə deyilir: “Nə qədər biliyə sahib olursunızsa olun, nə qədər təxmin edirsiniz edin, Qiyamət faktını bütünlüklə idrak etməyiniz mümkün olmaz. O qədər dəhşətli bir hadisədir ki, insan idrakı tam olaraq onu qavraya bilməz; ancaq onun parçalarını qavraya bilir”.

Mövzu axışı nəzərə alındığında, surədə bəhs edilən “الحاّقة əl-Haqqah [Reallaşacaq olan]” ifadəsi ilə “azğınların başına gələn Fəlakətlər” və “Qiyamət”in qəsd edildiyi anlaşılır. Bu faktların “الحاّقة əl-Haqqah” deyə adlandırılması, Reallaşacaqlarında heç bir şübhənin olmadığına görədir. O gün hər kəs haqq etdiyini əldə edəcək, inananlar cənnəti, inanmayanlar isə cəhənnəmi alacaqdır. Bəli, Qiyamət qətiliklə vaqe olacaq, Allah pisləri cəzalandıracaq, kimsə də buna mane olamayacaqdır.

  • 1-7ola­caq o hadisə baş verdiyi zaman ki, o hadisənin olacağını təkzib elə­yən yoxdur. O,  hadisə alçaldıcıdır/yüksəldi­ci­dir – yer üzü şiddətlə sarsıl­dıq­ca sar­sıl­dığı, dağlar ova­landıqca ovalanıb, toza dumana dön­dəril­diyi və sizlər üç bərabər/təbəqə/sinif ol­du­ğunuz zaman (Vaqiə/1- 7)
  • 1Qariə!
  • 2Nədir o qariə?
  • 3Qariənın nə olduğunu sənə nə bildirdi?
  • 4O gün, insanlar darmadağın pərvanələr kimi olarlar.
  • 5Dağlar da didilmiş rəngli yun kimi olar. (Qariə/1-5)
  • 1–8Turun qaldırılması, Allahın endirdiyi, yayılmış incə dəri üzərinə sətirləşdirilmiş bütün kitablar, Allahın firavan evini – Kəbəni Fil əhlinə yıxdırması, Ad və Səmud cəmiyyətlərinin dəyişikliyə/dağıntıya uğradılmaları, Nuh qövmünün suda boğdurul­ma­sı, Firon və yaxınlarının suda boğulması, Səba xalqının sel fəlakəti ilə cəzalandırıl­ma­sı, Səmud ölkəsi kimi necə məmləkətlərin quraqlıqla, göllərinin, çaylarının quru­du­lub, hər yanının çölləşməsi ilə cəzalandırılması dəlildir ki, şübhəsiz ki, Rəbbinin əza­bı,  əmin olun ki, vaqe olacaqdır, ona əngəl olacaq heç bir qüvvə yoxdur.  (Tur/1-8)
  • 19,20Artıq o çətin bir qışqırıqdan ibarətdir. Bir də baxarsan ki, onlar qarşıda dururlar. Və: “Eyvah bizlərə! Bax budur, bu, Din Günüdür!” – deyərlər.
  • 21Bax budur, bu sizin yalan saydığınız Ayırdetmə Günüdür!  (Saffat/19-21)

2, 3-cü ayələrdəki müxatib tək olaraq Rəsulullah görünsə də, onun şəxsində bütün zamanların insanlarıdır.

13–17Sura bir tək üfləmə üfləndiyi, yer üzü və dağlar yerlərindən qaldırılıb, bir çırpılışla bir-birinə çırpılaraq, darmadağın edildiyi zaman, bax budur, o gün, “o hadisə” baş vermişdir. Və göy yarılmışdır, artıq o, o gün dayanaqsızdır. Bütün güclər, səmanın ətrafındadırlar. O gün Rəbbinin böyük taxtını/varlığını, birliyini, ucalığını, ən yüksək məqamın sahibi olduğunu yox edilən keçmiş varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirirlər.

Bu ayə qrupunda Qiyamətin qopma səhnələri yer alır. O gün Sura bir dəfə üflənir; yer üzü və dağlar yerlərindən qaldırılıb, bir-birinə çırpılaraq darmadağın edilir; göy yarılır. Mələklər səmanın ətrafındadırlar. O gün Rəbbimizin Ərşini bunların fövqündə, “Əvəz olanlar” [yox edilənlərin yerinə gətirilən daha üstün varlıqlar] daşıyır.

Ayədəki “Mələklər onun [səmanın] ətrafındadırlar” ifadəsindən kainatdakı bütün güclərin və yer üzündəki vəhyin artıq yer üzündən ayrıldığını anlayırıq.

Bu, Qiyamətin qopması üçün Sura ilk üfürmədir. Öl­məyən heç bir kimsə qalmayacaqdır:

  • 30Və bu kafirlər… Göylər və yer bitişik bir halda idi və Bizim o ikisini ayırdığımızı və canlı olan hər şeyi sudan əmələ gətirdiyimizi görmədilərmi? Buna baxmayaraq, hələ də inanmırlarmı? (Ənbiya/30)
  • 1–3yer üzü öz sarsıntısıyla sarsıldığı, yer üzü ağırlıqlarını çıxardığı və insanın: “Bu yer üzünə nə olur?” – dediyi zaman, (Zilzal/1-3)
  • 25Və o gün göy üzü buludlarla yarılar və mələklər [şüa, radiasiya və meteoritlər] ard-arda endirilər. (Furqan/25)
  • 33Ey cin və ins camaatları! Əgər göylərin və yerin kənarlarından aşıb keçməyə güc yetirə bilirsinizsə, dərhal aşın, ancaq üstün bir güc olmadan aşa bilməzsiniz. (Rəhman/33)

Ayədə yer alan “ ثمانية səmaniyyətə” sözü ümumiyyətlə “səkkiz” sayı mənasında; eyni sözün “ثُمُن sümün” qəlibi isə “səkkizdə bir” mənasında işlədilir. “ثمانية səmaniyyətə” sözünün həmişə “səkkiz” sayı mənasında işlədildiyi nəzərə alındığında, təbii olaraq bu ayədəkinin də eyni mənada işlədildiyi qəbul edilir. Ancaq bu ayədəki “səmaniyyətə” sözünə də “səkkiz” mənasını vermək ayənin anlaşılmasında çətinliklər törədir.

Buna görə də sözün başqa bir mənasının olub-olmadığına baxmağın yararlı olacağı qənaətindəyik. Belə ki:

Sözün kökü olan “ثَمَن səmən”, “özüylə hər hansı bir şey haqq edilən şey” deməkdır. [1] Türkcədə bu məna “əvəz, qiymət; malın qiyməti” sözləriylə ifadə edilir. Söz Quranda da bu mənada işlədilmişdir:

  • 41Sizinlə bərabər olan Tövratı doğrulayan olaraq endirdiyim Qurana iman edin, Onun haqq kitabı olduğunu bilərək rədd edənlərin ilki siz olmayın. Mənim ayələrimi çox az bir əvəz müqabilində satmayın. Və sadəcə, Mənim qorumam altına girin. (Bəqərə/41)
  • 20Və onu ucuz bir qiymətə – bir neçə gümüş pula satdılar. Onlar Yusufun satılmasında aza qane olanlardan idilər. (Yusuf/20)
  • 187Və həmçinin Allah özlərinə Kitab verilənlərdən sağlam sözünü almışdı: “Kitabı, qətiliklə, insanların önünə açıq-aşkar qoyacaqsınız, onu gizlətməyəcək­si­niz”. Onlar isə buna arxa çevirdilər və onu az bir bədəl müqabilində satdılar. Bax budur, onların bu alış-verişi necə də pisdir!(Al-i İmran/187)

Eyni kökdən gələn “ثمانى Səmaniy” isə “bitən, bitki” deməkdir. Bunu Əbu Ubeydə, Esmaidən nəql etmişdir. [2]

Buradan anlaşıldığına görə, “səmən” sözünün “əvəz, qiymət, baha” mənası, “bitən; toxumun yerinə ortaya çıxan bitki” mənasından gəlir. Yəni satılan bir malın yerinə əvəz olaraq yeni bir şey əldə edilir.

Bütün bu mənalar düşünüldüyündə; mövzumuz olan ayədəki “ثمانية səmaniyyət” sözü ilə “indiki kainat ortadan qaldırıldıqdan sonra onun yerinə iqamə ediləcək yeni varlıqlar” mənası əldə olunur.

  • 48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir. (İbrahim/48-51)
  • 104Biz göyü, kitabların burulduğu kimi burduğumuz zaman, yaradılışın ilkinə başladığımız kimi, qatımızdan verilmiş bir söz olaraq, onu yenidən var edəcəyik. Şübhəsiz ki, Biz edənlərik! (Ənbiya/104)

Sözün sonundakı “ ة t” əlavəsi isə  ya qafiyə səbəbiylə gəlmişdir. Bunun Şəms, Nur və Əhzab surələrində nümunələri vardır:

Ya da bu surənin 19-cu ayəsindən etibarən yer alan “كتابيه kitabiyeh, حسابيه hısabiyeh,  ماليه maliyeh” sözlərinin sonundakı “ ه h” hərfləri kimi nöqtəsizdir. Nöqtəsız hərfləri nöqtələyənlər [3] səhvən və ya qəsdən “ه h”yi nöqtələyərək “ة t” halına gətirmişlər. Bu hərflərin/əvəzliklərin mənasından bəhs edilmir. Bu o deməkdır ki, Uca Rəbbimiz, səhv etməməyimiz üçün bu xüsusiyyəti gözümüzün önünə sərmişdir, amma biz diqqət etmirik.

“ثمانية Səmaniyyətün”, sözünün qeyri-müəyyən olması və qafiyə üçün olan “ة te”nin xüsusiyyətlərindən olan “mübaliğə (şişirtmə, çoxaltma)” mənası [4] nəzərə alınarsa, “ ثمانية səmaniyyətən” ifadəsini “Bitənlər (qədim varlıqların yerinə meydana çıxarılan yeni varlıqların hamısı)” mənası əldə edilir. Eynilə “Allamə”, “Əbuhanifə” sözlərində olduğu kimi. “علاّمة Allamə” və “ابو حنيفة Əbuhənifə” sözlərinin sonlarındakı “ة t” hərfi qadın cinsi əlaməti olmayıb, mübaliğə əlamətidir. Quranda yüzlərlə yerdə nümunələri mövcuddur.

“Ərşı daşıyanlar”la əlaqədar olaraq Mömin surəsində lazımi incəliklər verilmişdi.  Bu ifadə ilə qəsd edilənlər, “Allahla əlaqədar bilikləri daşıyanlar”dır. Xatırlayacağımız kimi, dünyada ikən Ərşi daşıyanların, Ərşin sahibi tərəfindən vəzifələndirilərək, “Allah” biliyini, “tövhid”i bir yerdən bir yerə götürənlər, Allahı tanıdıb, öyrədən peyğəmbərlər olduğunu qeyd etmişdik. Qiyamət sonrası Ərşı daşıyacaq olan, yəni Allah ilə əlaqədar bilikləri əks etdirəcək olanlar isə yox edilən varlıqların yerinə yaradılmış olan və daha fövqəladə varlıqlardır. Ayədəki “onların fövqündə” ifadəsiylə yeni yaradılışın əvvəlkindən daha gözəl, daha üst səviyyədə olacağı ifadə edilir.

  • 106Biz bir ayədən/əlamətdən/nümunədən hər nəyi qaldırar və ya söylətdirməriksə, ondan daha yaxşısını, yaxud bənzərini gətirərik. Sən Allahın şübhəsiz, hər şeyə qadir olduğunu bilmədinmi? (Bəqərə/106)

Klassik anlayışda “ثمانية səmaniyyətə” sözü “səkkiz” mənasında sayılmış və bu sayın mədudu [sayılan varlığı] qeyd edilmədiyi üçün də ümumiyyətlə “səkkiz mələk”, “səkkiz şəxs” kimi mənalar təqdir edilmişdir. Ya da “səkkiz” sayı ilə nəyin qəsd edildiyinin insan anlayışına sığmayan olduğu açıqlamasıyla kifayətlənilmişdir. Biz isə Allahın izniylə “səmən” kökündən hərəkət edərək, yuxarıdakı mənaya çatmış oluruq.

Bu mövzuya aid klassik əsərlərdə yer almış və hər kəsin təqlid etdiyi bir görüşü nəql edirik:

O gündə üstlərində mövcud olan səkkiz [mələk] Rəbbinin Ərşini yüklənir” buyuruğu haqqında İbn Abbas belə demişdir: Bunlar saylarını Allahdan başqa heç kimin bilmədiyi səkkiz sıra mələkdir. İbn Zeyd dedi ki, “bun­lar səkkiz mələkdirlər”. Əl-Həsən də: “Onların neçə dənə olduqlarını ən yaxşı bilən Allahdır. Səkkizmi, yoxsa səkkiz minmi?”

Peyğəmbərdən (səs) belə buyurduğu nəql edilir: “Bu gün Ərşi daşıyanlar dörddür. Qiyamət günü olacağında Uca Allah onları dörd mələklə yenə dəstəkləyəcəkdir. Beləliklə, səkkiz mələk olacaqlar”. Bunu əs-Salebi zik­r etmişdir. Əl-Maverdi də bunu Əbu Hureyrədən rəvayət edir. Əbu Hureyrə dedi ki: Rəsulullah (səs) buyurdu ki: “Bu gün onu [Ərşi] dörd mələk da­şıyır. Qiyamət günündə isə bunlar səkkiz olacaqdır.

Əl-Abbas b. Abdil-Məlik dedi ki: Bunlar dağ keçisi surətində səkkiz mələk­dirlər. Bunu Peyğəmbərdən (səs) rəvayət edir. Hədisdə də belə deyilir: “Bu mələklərdən hər birinin dörd dənə üzü vardır. Biri adam ü­zü, biri aslan üzü, biri öküz üzü, biri də qartal üzüdür. Bu üzlərin hər biri o növ üçün Allahdan ruzi diləyər. [5]

Bu ayə “mütəşabihat”dandır. Tam olaraq mənasını bilməyimiz çətindir. Ərşin necə olduğu, Qiyamət günü səkkiz mələyin onu necə daşıyacağını bilmirik. Hər nə olursa olsun, Allahın Ərş üzərində oturacağı və digər səkkiz mələyin də onu daşıyacağı düşünülə bilməz. Ayədə Allahın Ərş üzərində oturmuş olacağına dair belə bir ifadə yoxdur. Allah Təala cisim, məkan və yöndən münəzzəh olduğu üçün Quran-i Kərim belə düşünməyimizə imkan vermir. Çünki daşımaq hərəkəti üçün bir cismin ortada olması lazımdır. Bu mövzuları artıq qurdalamağın, bir məna tapmağa çalışmağın insanı dəlalətə düşürmə təhlükəsi vardır. Lakin bunu da bilməliyik ki, Quranda Allahın hökmranlığı və bənzəri mövzuları anlatmaq üçün bizim dünyada işlətdiyimiz terminologiya işlədilir. Yalnız bu kəlmələrə hərfbəhərf bir məna verməkdən qaçınmalıyıq. [6]

Quranda Qiyamətin qopmasının təsvir edildiyi bir çox ayə vardır. Bunların çoxu keçmiş surələrdə (Zümər/68; Tur/9-12; İbrahim/48-51; Nəml/88; Kəhf/47, 48; Mömin/85;  Ta Ha/105-107;  Vaqiə/5; Məariç/9; Müzzəmmil/14; Mürsəlat/10; Nəbə/20; Təkvir/34; Qariə/5) yer almışdır.

18O gün siz geniş şəkildə yayılarsınız, sizin heç bir gizli işiniz gizlin qalmayacaq.

19–24Bax budur, kitabı sağından verilən adama gəlincə, bax budur, o: “Alın, oxuyun kitabımı. Şübhəsiz, mən hesabıma qovuşacağıma inanırdım/qətiliklə bilirdim” – deyər. Artıq o, meyvələri yetişmiş yüksək bir cənnətdə məmnun qaldığı bir yaşayış içindədir. Keçmiş günlərdə etdiyiniz işlərə görə, nuşcanlıqla yeyin, için!

18-37-ci ayələrdə Qiyamətin qopmasından sonrakı bəzi məhşər səhnələri yer alır. O gün kimsənin gizlini, “gizli” qalmayacaqdır. Hamısı açılıb ortaya töküləcəkdir:

  • 48Və onlar səflər halında Rəbbinin hüzurunda düzülmüşdülər: “Şübhəsiz, sizi ilk öncə yaratdığımız kimi, Bizə gəldiniz. Əslində siz, sizin üçün görüşmə zamanı gerçəkləş­dir­mə­yəcəyimizə batilcə inanırdınız”. (Kəhf/48)
  • 16O görüşmə günü onlar meydana çıxarlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. “Bu gün mülk kimindir?”, “Sadəcə tək və qəhredici olan Allahındır!” (Mömin/16)
  • 8,9Şübhə yox ki, O/Yaradıcı, bütün sirlərin meydana çıxarıldığı gün, onun geri döndərilməsinə gücü çatandır. 10Artıq onun üçün nə hər hansı bir güc vardır, nə də hər hansı bir köməkçi. (Tarıq/8-10)

19-24-cü ayələrdə isə möminlərin məhşərdəki vəziyyəti yer alır.

“Kitabı sağdan verilən”lər mömin adamlardır. Daha əvvəl də açıqladığımız kimi, “sağ”, uğur, xoşbəxtlik, sağlamlıq və qurtuluşu ifadə edər. “Əməl dəftərini sağ əl ilə almaq” ifadəsi dünyada ikən adam üçün tutulan davranış qeydlərinin təmiz olduğunu, belə qeydləri olanların qorxudulmayacaqlarını, günahlandırılmayacaqlarını simvolizə edir.

Mömin bir insanın axirətdəki vəziyyəti daha əvvəl bir bir çox ayədə geniş şəkildə verilmişdi. Bunlardan sadəcə bir bölməni xatırlatmaqla kifayətlənirik:

  • 5–22Şübhəsiz ki, “yaxşı insanlar” kafur qatılmış bir qabdan içərlər, fışqırdıldıqca fışqırdılacaq bir bulaqdan ki, ondan verdikləri sözləri yerinə yetirən, pisliyi yayılan bir gündən qorxan və: “Biz sizi, ancaq Allah rızası üçün doyururuq və sizdən bir qarşılıq və təşəkkür gözləmirik. Bəli, biz sifəti turşudulmuş və qaşları çatılmış bir gündə Rəbbimizdən qorxarıq” – deyərək Allah sevgisi üçün/sevməsinə baxmayaraq, yeməyi yoxsula, yetimə və darda/sıxıntıda olana verən Allahın qulları içərlər.

Buna görə də Allah onları o günün pisliyindən qoruyar, onlara aydınlıq və sevinc rast olacaq, səbr etmələrinə qarşılıq onlara cənnəti və ipəkləri verəcək/orada taxtlara söykənmiş olaraq qalacaqlar/orada bir Günəş də, dondurucu bir soyuq da görməyəcəklər və bağçanın kölgələri onların üzərlərinə düşəcək və alçaldıldıqca alçaldılacaq. Və aralarında gümüş bir qab və büllur kasalar dolaşdırılacaq, özləri­nin nizamladığı büllurları gümüşdəndir. Və orada onlar qarışığı zəncəfil olan bir qabdan içirlər… orada Səlsəbil deyilən bir bulaqdan… Və aralarında böyüməz, yaş­lan­maz uşaqlar dolaşar – onları gördüyündə, saçılmış bir inci sanacaqsan! Oranı gördüyündə, xoşbəxtlik və böyük bir mülk və idarəçilik görəcəksən. Əyinlərində incə, yaşıl ipəkli, parlaq atlasdan geyimlər olacaq, gümüş bilərziklərlə bəzənmiş olacaqlar. Rəbbi onlara tərtəmiz bir içki içirdəcək. Şübhəsiz ki, bu sizin üçün qarşılıqdır. Əməyiniz də qarşılığı ödənəcək xüsusiyyətdədir.  (İnsan/5-22)

25–29Və kitabı solundan verilən adama gəlincə, bax budur, o: “Kaş ki, kitabım mənə verilməsəydi, hesabımın nə olduğunu isə bilməsəydim. Nə olardı, o iş bitmiş olsaydı. Malımın mənə heç bir faydası olmadı. Gücüm/nüfuzum da məndən yox olub getdi” – deyər.

30–37Onu yaxalayın, sonra da bağlayın. Sonra cəhənnəmə söykəyin onu. Sonra da onu yetmiş arşın zəncir içərisində cəhənnəmə daxil edin! Şübhəsiz ki, o, çox ulu Allaha inanmırdı. O yoxsulu yedirtməyə də təşviq etmirdi. Buna görə də, bu gün burada onun üçün heç bir səmimi dost yoxdur. Sadəcə, xəta edənlərin yeyəcəyi olan bir irindən başqa yemək də yoxdur.

Möminlərdən sonra bu ayələrdə də inancsızların axirətdəki vəziyyətləri təsvir edilmişdir. Ürpərdici səhnələrin yer aldığı bölmədə, inkarçı nümunə bir insan ələ alınaraq, onu bu çətin vəziyyətə salan günahının, Allahı hesaba qatmaması və buna bağlı olaraq sosial və iqtisadi yöndən əxlaqi məsuliyyətlərini yerinə yetirməməsi olduğuna işarə edilir.

Yoxsulu doyurmağı təşviq etməmək” dedikdə özü yoxsullara yemək yedirtmədiyi kimi, başqalarının da onlara yemək verməsindən xoşlanmamaq nəzərdə tutulur. Bilindiyi kimi, Allahın əhəmiyyət verərək üzərində durduğu, insanlara din adından verdiyi ilk əmrlərdən biri yetimlərin kərimləşdirilməsi, yoxsulların isə işlə təmin edilib, qarınlarını öz əllərinin əməkləriylə doyurmalarının təmin edilməsidir.

  • 1Axirətdə hər kəsin yaxşı və ya pis, etdiklərinin qarşılığını görməsini/Allahın sosial nizamı müəyyən edən qanunlarını inkar edən bu insanı gördünmü/heç düşündünmü?
  • 2,3Bax, elə odur, yetimi itələyib, elədiyini başına qaxan və yoxsulu doyuzdurmaq barədə düşünüb – düşündürməyən.
  • 4–7Artıq, salaatlarında laqeyd, duyğusuz, göstəriş olsun deyə salaat edən və adi bir ev əşyalarının belə, bir ehtiyacı olana çatmasına mane olan insanların, vay halına! (Maun/1-7)
  • 17–20Qətiyyən sizin düşündüyünüz kimi deyil! Doğrusu siz, yetimi üstün/hörmətli bir şəkildə yetişdirmirsiniz. Yoxsulu doyuzdurmaq üçün bir-birinizi təşviq etmirsiniz. Halbuki, mirası talayarcasına, elə bir acgözlüklə yeyirsiniz ki! Malı elə bir sevgi ilə sevirsiniz ki, qarət edirmiş kimi! (Fəcr/17-20)
  • 47Onlara: “Allahın sizə ruzi olaraq verdiyi şeylərdən xərcləyin… Başqalarının da dolanışıqlarını təmin edin” – deyildiyi zaman da kafirlər, bu iman edənlər üçün: “Allahın dilədiyi zaman doyura biləcəyi kəsi bizmi doyuracağıq? Siz, ancaq açıq-aşkar bir pozğunluq içindəsiniz” – dedilər. (Ya Sin/47)
  • 12Və o dik yoxuşun nə olduğunu sənə nə bildirdi?
  • 13Köləni azad etməkdir. 14,15Və ya ağır bir qıtlıq günündə yaxınında olan bir yetimə 16və ya torpaqlara düşmüş/sürünən yoxsula, işsizə yemək yedirtməkdir.
  • 17Sonra da iman edərək, səbri tövsiyə edənlərdən və mərhəməti tövsiyə edənlərdən olmaqdır. (Bələd/12-17)

Əməl dəftərləri günah qeydləri ilə dolu olan insanların aqibətləri, peşmançılıqları və rüsvayçılıqları ilə əlaqədar bir çox canlı, diksindirici səhnə nəql edilmişdir:

  • 48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir. (İbrahim/48-51)
  • 71O gün Biz bütün insanları başçılarıyla çağıracağıq ki, o gün, kimin kitabı sağ əlinə verilərsə, bax budur, onlar öz kitablarını oxuyacaqlar və onlar qəndil fitili/çəkirdəyin ipliyi qədər bir haqsızlığa uğradılmayacaqlar. (İsra/71)
  • 6,7Onlar üçün güc verməyən və aclığı aradan qaldırmayan quru bir tikandan başqa yemək yoxdur. (Ğaşiyə/6, 7)

“Sonra da onu yetmiş arşın zəncir içərisində oraya [cəhənnəmə] salın!” ayəsindəki “yetmiş arşın” ifadəsi həm çoxluqdan, həm də günahkarın mütləq bir nəzarət altında saxlanılacağından kinayədir. Yetmiş rəqəminin çoxluqdan kinayə olduğu bu ayədən də görünür:

  • 80Onlar üçün istər bağışlanma dilə, istər diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma di­ləsən də, yenə Allah onları bağışlamayacaqdır. Bu, onların Allahı və Rəsulunu qə­bul etmədiklərinə görədir. Allah haqq yoldan çıxmışlar qövmünə bələdçilik et­məz.(Tövbə/ 80)

İnşiqaq surəsində də bənzər bir ifadə olaraq “Dəftəri arxasından verilən”lərdən bəhs edilir:

  • 10–14Kitabı özünə arxasından verilənə gəlincə isə o, ölümü çağıracaq və alovlu atəşə girəcəkdir. Şübhəsiz ki, o, yaxınları içində sevincli idi. Şübhəsiz ki, o, qətiyyən dönmə­yə­cə­yinə qane idi. (İnşiqaq/10-14)

Dəftərin arxadan verilməsi” ifadəsi ola bilər ki, əməl dəftərində ürək açan qeydlərin olmadığını bilən bir adamın utandığına görə dəftərini gizlətməyə çalışacağına işarə edir.

Daha əvvəl “Sağ” və “sol” [Əshabu’l-Meymənə və Ashabu’l-Məşəmə] qavramları ilə əlaqədar olaraq Bələd surəsinin təhlilində  geniş açıqlama edildiyindən, detalın oradan oxunmasını məsləhət görürük.

4Səmud və Ad fəlakət qapısını şiddətli çalanı, şok edəni yalan saydılar.

5Sonra Səmuda gəlincə… Onlar qorxunc bir səslə dəyişikliyə/dağıntıya uğradıldılar.

6Ada gəlincə… Onlar gurultulu və azğın bir fırtına ilə dəyişikliyə/dağıntıya uğradıldılar.

7Allah o fırtınanı üzərlərinə vəhy edilən gecə və səkkiz gün; gecəli-gündüzlü ard-arda musallat etmişdi. Belə ki, o qövmü fırtınanın içində, içi boş xurma kötükləri kimi yerə sərilmiş halda görərdin.

8Bax, indi onlara aid hər hansı bir qalığı görə bilirsənmi?

Bu ayələrdə, qaçınılmaz reallıqla üzləşənlərdən Səmud və Ada toxunulmuş və hər iki qövm də yalan sayanların örnəyi olaraq göstərilmişdir. Bu qövmlərin hər ikisi də axirəti qəbul etməyən, özlərinə gəlib xəbərdarlıq edən elçiləri yalan sayan bir cəmiyyət idi. Ərəbistan bölgəsində yaşamış olan bu iki cəmiyyətdən o günün Ərəbləri də xəbərdar idi. Onların yaşadıqları yerlər haqqında kifayət qədər məlumata sahib idilər. Buna görə də, bu qövmlərin başlarına gələn qorxunc aqibət, ibrət olsun deyə, o günkü Ərəblərə də xatırladılır.

Bu surəyə qədər Ad və Səmud qövmləri ilə azğınlıq edən digər cəmiyyətlər haqqında ibrət alınacaq bir çox məlumat verilmişdi. Buna görə də burada bir neçə ayəni xatırlatmaqla kifayətlənirik:

  • 65And olsun ki, Ada da qardaşları Hudu elçi göndərdik. O: “Ey qövmüm! Allaha itaət edin, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Hələ də Allahın qoruması altına girmirsinizmi?” – dedi. (Əraf/65)
  • 31Şübhəsiz, Biz onların üzərinə qorxunc tək bir səs göndərdik; ağılçının topladığı kol-kos kimi oldular. (Qəmər/31)
  • 11,12Şübhəsiz ki, Biz onu sizə bir ibrət edək və eşidən qulaqlar qeyd etsin deyə, sular qabarınca sizi gəmidə Biz daşıdıq! (Haqqa/11, 12)
  • 16Buna görə də Biz onlara bu ən adi dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə dondurucu bir qasırga göndərdik. Axirət əzabı isə əlbəttə, daha çox rüsvay edəndir. Onlara kömək də edilməz. (Fussilət/16)
  • 51Bax budur! Onların tələlərinin aqibəti necə oldu, şübhəsiz ki, Biz onları və cəmiy­yət­lə­­rini cəm halda, yerlə bir etdik. 52Bax budur, onların, şərik qoşmaqla et­dikləri səhv­lərə görə damları çöküb, evləri sahibsiz qalıb. Heç şübhəsiz ki, bunda, anlayan bir cəmiyyət üçün bir əlamət/nümunə vardır. (Nəml/51, 52)
  • 24,25Sonunda onu vadilərinə doğru gələn geniş bir bulud halında gördüklərində: “Hə, bax budur! Bu, bizə yağış gətirəcək bir buluddur!” – dedilər. Xeyr, əksinə o, tezləşdirməyə çalışdığınız şeyin məhz özüdür! Rəbbinin əmri ilə hər şeyi yerlə bir edən, içində acıqlı bir əzab olan külək… Sonunda, o hala gəldilər ki, mənzillərındən başqa heç bir şey görünmürdü. Biz günahkarlar qövmünü bax budur, belə cəzalandırırıq. (Əhqaf/24, 25)

9Firon, ondan öncəkilər və altı üstünə gətirilənlər o xəta ilə gəldilər.

10Sonra da onlar Rəbbinin elçisinin əleyhinə çıxdılar və Rəbbi onları çox şiddətli bir yaxalayışla yaxaladı.

Bu ayələrdə də yenə “reallaşması qəti olan” hadisə ilə üzləşən Firon, Nuh qövmü və ölkələri alt-üst olan digər qövmlər [Lut qövmü] xatırladılır. Azğınlaşmaları və peyğəmbərlərini ya­lan saymaları ucbatından bu cəmiyyətlərin hamısı da Allahın çox müxtəlif bəlalarına məruz qalmışdılar. Rəbbimiz bu qövmlərin aqibətini xatırladaraq, peyğəmbərimizin müxatibi olan o günkü müşriklərə ibrət və öyüd almaları; əks halda onların da bu qövmlər kimi bəla və fəlakətlərlə həlak ediləcəkləri ismarıcını verir.

Bildiyimiz kimi, Firon, Nuh və Lut qövmləri ilə əlaqədar məlumatlar keçmiş surələrdə yer almışdı.

9-cu ayədəki “ondan öncəkilər” ifadəsiylə Nuh Tufanı hadisəsinə və Nuhun (əs) gəmisinə işarə edilir:

  • 75Və and olsun ki, Nuh Bizə səslənib dua etmişdi. Bax budur, Biz nə gözəl cavab verənlərik! 76Biz də onu və ailəsini, yaxınlarını, inananlarını o böyük sıxıntıdan qurtardıq. 77Və onun nəslini əbədi qalanların məhz özü etdik. (Saffat/75-77)

Şübhəsiz bu cəmiyyətlərin dünyada cəzalandırılmaları ilə iş bitməmişdir. Onlar axirətdə də cəzalandırılacaqlar:

  • 25Onlar xətalarına görə suda boğuldular, sonra da atəşə atıldular. Sonra da özləri üçün Allahın yaratdıqlarından köməkçilər tapa bilmədilər. (Nuh/25)

Eyni ayədəki “və altı üstünə gətirilənlər” ifadəsiylə də Lut qövmü qəsd edilir. Çünki bu xüsusiyyət onlara aiddir:

  • 82,83Sonunda əmrimiz gəlincə, oranın üstünü altına çevirdik. Və üzərlərinə bərkidilmiş, bişmiş palçıqdan Rəbbinin qatında işarələnmiş daşlar yağdırdıq. Bunlar isə şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərdən uzaq deyildir. (Hud/82, 83)
  • 74Beləliklə, Biz onların üstünü altına çevirdik və üzərlərinə palçıqdan bişirilmiş daşlar yağdırdıq. (Hicr/74)
  • 11,12Şübhəsiz ki, Biz onu sizə bir ibrət edək və eşidən qulaqlar qeyd etsin deyə, sular qabarınca sizi gəmidə Biz daşıdıq!

Bu ayələrdə də yenə Nuha (əs) və qövmünə işarə edilmişdir. Ad verilmədən, Nuhun (əs) və ona inananların xilas olduqları; İnkarçıların isə o qaçınılmaz hadisəni yaşadıqları xatırladılmışdır. Bu xatırlatma ilə Qureyşli İnkarçılara: “Diqqətli olun ki, Nuh qövmünün başına gələnlər sizin də başınıza gəlməsin” – ismarıcı verilir. Həmçinin ərəblərlə Nuh arasında bir bağ olduğuna diqqət çəkilərək, sözsüz olaraq: “Biz Nuhu qurtarmasaydıq, bu gün sizlər olmazdınız” – deyilir.

  • 9Onlardan əvvəl Nuhun qövmü də yalan saymışdı. Belə ki, qulumuzu yalan saydılar və: “O, gizli güclərlə dəstəklənəndir/dəlidir” – dedilər. Və o başladığı işindən çəkindirilmişdi/hər cür fəaliyyətinə mane olunmuşdu.
  • 10Buna görə də Nuh Rəbbinə yalvardı: “Mən həqiqətən məğlub edildim, mənə kömək et!”
  • 11Biz də dərhal sel kimi boşalan bir su ilə göyün qapılarını açdıq.
  • 12Yeri də qaynaqlar halında fışqırtdıq; sonra sular nizamlanmış bir iş üçün bir-birinə qovuşdu.
  • 13,14Nuhu da, yaxşılıq bilməzliyə uğramış insana bir mükafat olaraq, qorumağımız/nəzarətimiz altında axıb gedən lövhələri/taxtaları və mismarları/hörülmüş kəndirləri olan avarlı qayıqda/kiçik gəmidə daşıdıq.
  • 15Və and olsun Biz bunu bir ayə olaraq etdik. O halda varmı ibrət alıb düşünən?
  • 16Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş? (Qəmər/9-16)

Ayədəki “xatırladıcı qulaqlar müəyyən etsin” ifadəsi ilə ismarıc verilir ki, ağlı olanlar heyvanlar kimi olmamalıdır.

  • 179Və and olsun ki, tanıdıqlarınızdan/tanımadıqlarınızdan bir çoxunu cəhənnəm üçün törədib çoxaltdıq; onların qəlbləri vardır, onlarla anlamazlar. Gözləri vardır, onlarla görməzlər. Qulaqları vardır, onlarla eşitməzlər. Bax budur, onlar dördayaqlı heyvanlar kimidirlər. Hətta, daha da pozğunlaşırlar. Bax budur, onlar laqeydlərin məhz özləridir. (Əraf/179)
  • 37Şübhəsiz ki, bunda ağlı, anlayışı, vicdanı olan və ya özü şahid olaraq qulaq asan kimsə üçün əlbəttə, öyüd vardır. (Qaf/37)

38–43Artıq gördüklərinizə və görmədiklərinizə and olsun ki, şübhəsiz, Quran şərəfli bir Elçi sözüdür. Və o, bir şair sözü deyildir. Siz nə az inanırsınız! Bir kahin sözü də deyildir. Siz nə az düşünürsünüz/öyüdlənirsiniz! Quran aləmlərin Rəbbindən endirilmədir.

Gördüklərinizə və görmədiklərinizə and olsun ki” ifadəsiylə başlayan bölmədə, Quranın Allah tərəfindən endirilmiş bir kitab olduğuna, o günə qədər ortaya çıxan möcüzələr və ondan sonra çıxacaq olanlar sübut göstərilir. O günün şərtlərində Quranın bir “Bəyan” möcüzəsi [ədəbi möcüzə] olduğu daha əvvəl bir çox dəfə dilə gətirilmişdi. O gündən bu günə Quranın məzmununda minlərlə möcüzə yenə kəşf edilmişdir.

Quranın gələcəkdə də saysız möcüzələrinin ortaya çıxacağı xüsusunu isə Fussilət surəsinin təhlilində geniş şəkildə ələ almışdıq.

Bölmənin andla başlaması, Quranın Allah tərəfindən endirməsi olub, Muhəmmədlə (əs) əlaqəsinin olmadığını sübut etməyə yönəlikdir. Burada Quran “elçi sözü” olaraq xarakterizə edilmişdir. “Elçi sözü”, “qatışıqsız və elçiyə aid olmayan, elçini göndərən səlahiyyət sahibinin ifadəsidir. Elçi bunu nə artıra bilməz, nə də azalda bilməz, özünə öyrədilənləri gizləyə bilməz. Bu mövzu Təkvir surəsində də keçmişdi:

  • 15–21Quranı dinləməmək üçün gizlənənlərin, qaçanların vəziyyətini, gerçəyi ört-basdır etməyin/cəhalətin gedişini, aydınlığın-rəşidliyin (doğru yolu tutmağın, ağıllı olmağın) gəlişini sübut göstərirəm ki, şübhəsiz, bu, güclü, ərşin/ən böyük taxtın sahibinin yanında çox dəyər verilən, itaət edilən, etibar edilən dəyərli bir elçi sözüdür. 22Yoldaşınız dəli/gizli güclər tərəfındən dəstəklənən biri deyildir. 23And olsun ki, o, Onu açıq üfüqdə gördü. 24O kimsənin görmədiyi, eşitmədiyi, seçmədiyi, özünə verilən vəhylər barəsində xəsislik edən də deyildir. 25Bu, onun öz düşüncə gücünün məhsulu olan söz də deyildir. (Təkvir/15-25)

Ayələrdəki “Siz nə az inanırsınız!”, “Siz nə az düşünürsünüz/öyüd alırsınız!” ifadələriylə müşriklərin Quranın ehtiva etdiyi bu qədər möcüzəni görmələrinə, onun bir şair sözü, kahin sözü olmadığını bilmələrinə baxmayaraq, inancsızlıqda dirəndikləri bəyan edilir.

44–47Əgər Elçi/Muhəmməd bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə, ondan bütün gücünü alardıq. Sonra ondan can damarını, qətiliklə, kəsərdik. Artıq sizdən heç biriniz də ona sipər ola bilməzdiniz.

Bu ayələrdə bütün insanlığa açıq bir bəyanat vardır: “Əgər Muhəmməd Qurana daxil etmək; əlavə etmək, çıxarmaq, dəyişdirmək, gizlətmək kimi əməllərə cəhd edərsə, Allah adından söz uydurarsa, faciəli şəkildə cəzalandırılar.

Bu təhdid, Rəsulullaha olduğu qədər, bütün zamanların insanlarına da yönəlikdır. Heç bir kimsə Allah adından söz uydurmamalıdır. Din adından veriləcək hökmlər mütləq Qurandan olmalıdır.

  • 15Və ayələrimiz onlara açıqca oxunduğunda, Bizə qovuşmağı ummayanlar: “Bundan başqa bir Quran gətir, yaxud bunu dəyişdir!” – dedilər. De ki: “Onu özümün məsləhətimlə dəyişdirmərəm/mənə bu barədə heç söz ola bilməz. Mən sadəcə, mənə vəhy olunana uyuram. Rəbbimə üsyan edərəmsə, tam yəqin bilin ki, böyük günün əzabından qorxaram”. (Yunus/15)
  • 73Az qalmışdı ki, onlar səni, sənə vəhy etdiyimizdən uzaqlaşdırsınlar və Ondan başqasını bizə isnad edərək söyləyəsən deyə, səni səhvə sürükləyərək atəşdə yandırsınlar. Bax budur, o təqdirdə səni xəlil/ iz qoyan bir lider edərdilər.
  • 74Və əgər Biz səni möhkəmlətməsəydik, sən onlara bir az da olsa, meyl edərdin.
  • 75O halda sənə həyatın iki qatını və ölümün iki qatını daddırardıq. Sonra Bizə qarşı özünə heç bir yardımçı da tapa bilməzdin. (İsra/73-75)
  • 15,10Bax budur, bunun üçün sən dəvət et və sənə əmr edildiyi kimi, dosdoğru ol. Onların boş, dünyəvi arzularına uyma və de ki: “Mən, Allahın kitabdan endirdiyinə inandım və mənə aranızda ədaləti həyata keçirmək vəzifəsi əmr olundu. Allah bizim Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim etdiklərimiz yalnız və yalnız bizə, sizin etdikləriniz də yalnız və yalnız sizə aiddir. Sizinlə bizim aramızda heç bir dəlilə yer yoxdur. Allah bizi bir araya toplayacaqdır. Dönüş də yalnız Onadır. Və haqqında ixtilafa düşdüyünüz hər hansı bir şey… artıq onun hökmü Allaha aiddir. Bax budur, bu, mənim Rəbbim Allahdır. Mən yalnız Ona işin nəticəsini həvalə etdim və mən yalnız, Ona yönəlirəm”.  (Şura/15, 10)
  • 18Sonra da səni Allahın Özünə xas işlərindən açıq-aşkar bir yol xəritəsi/birgə yaşayış qaydaları sahibi etdik. Artıq sən ona uy, bilməyən insanların boş və dünyəvi arzularına uyma. (Casiyə/18)
  • 5–8Artıq, yaxında haqq dindən çıxaraq, özünü atəşə atmış olanın hansınız olduğunu görəcəksiniz, onlar da görəcəklər. Şübhəsiz, Rəbbindir, yolundan azanı ən yaxşı bilən. Yenə Odur bələdçilənərək doğru yolu tapmış olanları ən yaxşı bilən. O halda, axirət gününü yalan sayan o adamlara itaət etmə! (Qələm/5-8)

İnsanların Allah adından nələr uydurduqlarından müxtəlif ayələrdə bəhs edilmişdir:

  • 176Bax budur, bu şübhəsiz ki, Allahın Kitabı haqq ilə endirdiyinə görədir. Və şübhəsiz, Kitab haqqında anlaşılmazlığa düşən bu insanlar, qətiliklə mətləbdən çox uzaq bir parça­lanma içindədirlər. (Bəqərə/176)
  • 151De ki: “Gəlin, Rəbbinizin sizə nələri tabulaşdırdığını/toxunulmaz qıldığını de­yim: Özünə heç bir şeyi ortaq qoşmamağınızı; ana-ataya yaxşılıq etməyinizi, göz­əl dav­­ranmağınızı; kasıblıq qorxusu ilə/yoxsul olarıq qorxusu ilə uşaqlarınızı öl­dür­­məməyinizi, sizi və onları Biz ruziləndiririk. Pisliklərin açığına və gizli­ninə ya­xınlaşmamağınızı; haqsız yerə, Allahın haram qıldığı nəfsi/canı öldür­mə­mə­yi­nizi; bax budur, bunlar Onun sizə öhdəlik olaraq çat­dır­dıq­la­rıdır ki, bəlkə düşünüb daşınasınız.  (Ənam/151)
  • 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/116)

48Və şübhəsiz ki, Quran Allahın qoruması altına girənlər üçün bir öyüddür.

49Və Biz qətiliklə, sizdən yalan sayanların varlığını bilirik.

50Və şübhəsiz ki, Quran kafirlər üçün bir həsrətdir.

51Və şübhəsiz ki, Quran qəti elmin/biliyin reallığıdır.

Bu ayələrdə, yuxarıdakı andın ikinci, üçüncü, dördüncü və beşinci cavabları yer alır. Buna görə, paraqrafın təqdiri belədir:

“Artıq gördüklərinizə və görmədiklərinizə and olsun ki, şübhəsiz o [Quran], şərəfli bir elçi sözüdür. Və o, bir şair sözü deyildir. Bir kahin sözü də deyildir. O [Quran], aləmlərin Rəbbindən endirilmədir. Və şübhəsiz o [Quran], təqva sahibləri üçün bir öyüddür. Və Biz qətiliklə, sizdən yalan sayanların var olduğunu bilirik. Və şübhəsiz o [Quran], kafirlər üçün bir həsrətdir. Və şübhəsiz o [Quran], qəti biliyin reallığıdır”.

Beləliklə, Quranın təqva sahibləri üçün bir öyüd olduğu sübutlarla göstərilmiş olur.

50-ci ayədəki “Və şübhəsiz o [Quran], kafirlər üçün bir həsrətdir” ifadəsiylə, kafirlərin əvvəl-axır: “Quranı niyə yalan saydıq?” – deyə peşman olacaqları reallığı açıqlanır. Hicr surəsində də bu mənada bir bölmə vardır.

  • 2Zaman-zaman kafirlər: “Kaş ki, Müsəlman olsaydıq!” – deyə təmənna edəcəklər.
  • 12Beləliklə, Biz Quranı günahkarların qəlblərinə yerləşdirərik.
  • 3Burax onları yesinlər, faydalansınlar və boş ümid onların başını qatsın. Amma onlar yaxında biləcəklər. (Hicr/2, 12, 3)

Şübhəçi ağılsızlar nə qədər Qurana və xəbər verdiklərinə inanmayan kimi görünsələr də, başlarının içində daima bir “doğrudanmı?” sualı daşıyırlar. Yəni görünüşdə inanmaz bir münasibət sərgiləsələr də, içlərindən “Əgər doğrudursa, əgər varsa?” – deyə şübhəyə düşür və narahat olurlar.

Bölmə bildirir ki, o günün çətin kafirləri gün gələcək ki, peşman olacaqlar. Bu peşmançılıqları ölüm anındakı və axirətdəki peşmançılıqları deyil, dünyadakı peşmançılıqlarıdır. Çünki hər nə qədər inanmamış olsalar belə, Allahın afaq və enfüsdəki ayələrinə diqqət çəkərək, bu möcüzələri Quranla, sanki bütün gözlərə soxması qarşısında zaman-zaman: “Kaş ki, mən də müsəlman olsaydım!” təmənni edirlər.

Həqiqətən də Quranın təsirli ismarıcının ciyərlərinə işləməsi nəticəsində daima gərgin olan Məkkəli müşriklərin bir çoxu, hicrətdən əvvəl və ya sonra peşman olmuşdular.

51-ci ayədəki “Və şübhəsiz o [Quran], qəti biliyin reallığıdır” ifadəsiylə vurğu edilmişdir ki, Quranda boş, mənasız, haqqa, ədalətə zidd şeylər möcud deyil; onda şübhəli, ziddiyyətli bir şey yoxdur, içində nə varsa hamısını da qəti biliklə təsdiq etmək mümkündür.

52O halda, çox ulu Rəbbinin adını təmizə çıxar!

Bütün bu açıqlamalardan sonra Rəbbimiz, elçisinə vəzifəsini davam etməsi ismarıcını verərək: “O halda, çox böyük Rəbbinin ismini təsbih et [təmizə çıxar]!” – deyir.

Allahı doğru tanımaq və doğru tanıtmaq demək olan “təsbih” sözü ilə əlaqədar, keçmiş surələrin təhlilində bir çox dəfə açıqlama etdiyimizdən, oradan oxunmasını məsləhət görürük.

Allah doğrusunu ən yaxşı biləndir.

[1] Lisanül-Arab, c.1, s. 705-707, Tacül-Arus; c. 18, s. 97-99 “ ثمن smn” mad.

[2] Lisanül Arab, c.1, s. 705-707, Tacül Arus; c. 18, s. 97-99 “ ثمن smn” mad.

[3] Hicri 65 tarihində Abdulmelik b. Mervan (v.86/705) zamanında Ebu Esved ed-Düeli (v.68/688) halifenin emriylə Kuran-ı Kerime ilk olaraq nöqtəlama işaretlərini koymuştur.

[4] Lisanül Arab, c. 9, s. 9, “ ه h” mad.

[5] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[6] Mevdudi; Tefhimül Kuran.