HUCURAT SURƏSİNİN TƏBYİNİ

Adını 4-cü ayədəki الحجرات [əl-hucurat/otaqlar] sözündən alan surənin, Mədinədə 106-cı sırada endiyi qəbul edilir. Rəsulullahın yaxın ətrafında cərəyan edən bir sıra hadisələrə görə Mədinə dövrünün sonlarında nazil olduğu anlaşılan surədə; ictimai və siyasi qaydalar, əxlaq və nəzakət qaydaları öyrədilərək möminlərə hadisələr qarşısında həssas və ehtiyatlı olma göstərişi verilir. Ona görə də surə “Əxlaq surəsi” olaraq da adlandırılır.

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 647

 

1Ey iman edənlər! Allahın və Elçisinin iki əli arasında önə geçməyin/dində öz görüşlərinizi önə çıxarmayın. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

2Ey iman edənlər! Səslərinizi Peyğəmbərin səsindən artıq yüksəltməyin. Bir-birinizə yüksək səslə bağırdığınız kimi, Peyğəmbərə yüksək səslə bağırmayın, yoxsa siz dərk etmədən hörmətsizlik etmiş olarsınız və əməlləriniz boşa gedər.

3Şübhəsiz ki, Allah Elçisinin yanında səslərini qısan insanlar… Bax budur, Allah bu insanların qəlblərini Özünün qoruması altına girməsi üçün imtahan etmişdir. Onlara bağışlanmaq, qorunmuşluq və böyük bir mükafat vardır.

4Şübhəsiz ki, sənə otaqların arxa tərəfindən səslənən insanlar… Onların çoxu ağıllı dav­ran­mırlar.

5Və əgər onlar sən yanlarına çıxıncaya qədər səbr etsəydilər, əlbəttə, özləri üçün da­ha yaxşı olardı. Və Allah, qullarının günahlarını çox-çox örtən, onları cə­za­landırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

6Ey iman edənlər! Əgər haqq yoldan çıxmışın biri sizə bir xəbər gətirərsə, dərhal araşdırın/təsbit edin. Yoxsa bilmədən bir topluluğa sataşarsınız/zərər gətirər­siniz və etdiyinizə peşman olarsınız.

7,8Və şübhəsiz ki, Allahın Elçisinin aranızda olduğunu bilin. Lakin o, bir çox işlərdə sizə uysaydı, qətiliklə sıxıntıya düşərdiniz. Lakin Allah Özünün bir lütf və neməti olaraq, sizə imanı sevdirdi və onu qəlblərinizə zinət etdi. Küfrü, haqq yoldan çıxmağı və üsyanı da sizə çirkin göstərdi. Bax budur, bunlar  rüşdə/kamala/ağıl kamilliyinə sahib insanların məhz özləridir. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır, ən çox sağlamlaşdırandır.

9Və əgər möminlərdən iki qrup bir-birləri ilə döyüşdürülərsə, dərhal onların ara­sı­nı düzəldin. Lakin biri o birinin üzərinə hücum edərsə, Allahın buyuruğuna dö­nün­cəyə qədər hücum edən tərəflə döyüşün. Sonra da əgər dönərsə, aralarında əda­lət­lə sülh təmin edin və haqqaniyyətlə davranın. Şübhəsiz ki, Allah haqqaniyyətlə dav­ra­nan­la­rı sevər.

10Möminlər qardaşdırlar. Belə isə mərhəmətə çatmağınız üçün qardaşlarınızın arasını düzəldin və Allahın qoruması altına girin.

11Ey iman edənlər! Bir camaat başqa bir camaatı lağa qoymasın. Ola bilər ki, lağ etdikləri camaat özlərindən xeyirlidir. Qadınlar da başqa qadınları lağa qoymasın. Bəlkə də lağ etdikləri qadınlar özlərindən xeyirlidir. Özünüzü də alçaltmayın/ayıblamayın, hörmətdən salmayın – bir-birlərinizi ləqəblər ilə fırladıb atmayın/hörmətdən salmayın, həqarət etməyin. İmandan sonra haqq yoldan çıxmaqla adlanmaq nə pis şeydir! Və kim xətadan dönməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.

12Ey iman edənlər! Zənnin bir çoxundan çəkinin. Şübhəsiz ki, zənnin bir qismi günahdır. Bir-birinizin qüsurunu araşdırmayın. Bir qisminiz bir qisminizin qiybətini etməsin/onun yoxluğunda, artıq-əskik danışmasın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyi sevərmi? Bax budur, bunu çirkin saydınız. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verəndir, çox mərhəmət sahibidir.

(106/49, Hucurat/1–12)

Nəcm: 648

13Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından əmələ gətirdik. Bir-birinizlə tanış olasınız deyə, sizi fərqli millətlər və qəbilələr etdik. Şübhəsiz ki, Allah qatında ən dəyərliniz ən çox Allahın qoruması altına girmiş olanınızdır. Həqiqətən Allah ən yaxşı biləndir, ən çox xəbər tutandır.

(106/49, Hucurat/13)

Nəcm: 649

14Bədəvi ərəblər: “İnandıq!” – dedilər. De ki: “Siz inanmadınız, amma: Eslemna [sağlamlaşdırdıq/özümüzü zəmanət altına aldıq] – deyin! İman hələ qəlblərinizə girmədi. Və əgər Allaha və Elçisinə itaət edərsinizsə, O, etdiklərinizdən heç bir şeyi sizə əskiltməz”. Həqiqətən Allah çox bağışlayandır, çox mərhəmətlidir!

15Möminlər ancaq Allaha və Onun Elçisinə iman edən, sonra da şübhəyə düşməyən, malları və canları ilə Allah yolunda çalışan insanlardır. Bax budur, bunlar sadiqlərin məhz özüdür.

16De ki: “Siz, dininizi Allahamı öyrədirsiniz? Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir”. Və Allah hər şeyi çox yaxşı bilir.

17Onlar İslama girdikləri üçün səndən minnət duymağını gözləyirlər. De ki: “İslama girdiyinizə görə, məndən minnət gözləməyin. Tam əksinə, əgər doğru insanlar­sı­nız­sa, sizi imana çatdırdığı üçün siz Allaha minnət duyğusu bəsləyin”.

18Şübhəsiz ki, Allah göylərin və yer üzünün görünməyənini, eşidilməyənini, seçilməyənini bilir. Və Allah etmiş olduğunuz şeyləri çox yaxşı görəndir.

(106/49, Hucurat/14–18)

TƏHLİL:

1Ey iman edənlər! Allahın və Elçisinin iki əli arasında önə geçməyin/dində öz görüşlərinizi önə çıxarmayın. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

2Ey iman edənlər! Səslərinizi Peyğəmbərin səsindən artıq yüksəltməyin. Bir-birinizə yüksək səslə bağırdığınız kimi, Peyğəmbərə yüksək səslə bağırmayın, yoxsa siz dərk etmədən hörmətsizlik etmiş olarsınız və əməlləriniz boşa gedər.

3Şübhəsiz ki, Allah Elçisinin yanında səslərini qısan insanlar… Bax budur, Allah bu insanların qəlblərini Özünün qoruması altına girməsi üçün imtahan etmişdir. Onlara bağışlanmaq, qorunmuşluq və böyük bir mükafat vardır.

4Şübhəsiz ki, sənə otaqların arxa tərəfindən səslənən insanlar… Onların çoxu ağıllı dav­ran­mırlar.

5Və əgər onlar sən yanlarına çıxıncaya qədər səbr etsəydilər, əlbəttə, özləri üçün da­ha yaxşı olardı. Və Allah, qullarının günahlarını çox-çox örtən, onları cə­za­landırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

Bu paraqrafda möminlərə özbaşına iş etməmələri, Quranda bildirilən qaydalara görə hərəkət etməli olduqları bildirilir. Əslində elə səmimiyyətlə Allahı rəbb, Quranı rəhbər, Rəsulullahı xəbərdarlıq edən/müjdələyici qəbul edən kimsədən başqa cür davranması da gözlənilməz. Mömin hər işini Allahın qoyduğu, Rəsulullahın tətbiq etdiyi çərçivədə icra edər.

Ayədəki “Ey iman edənlər! Allahın və Elçisinin iki əli arasında önə geçməyin”ifadəsi “Allah və Elçisini yalan və iftiralarınıza alət etməyin. Allahın kitabında olmayanı var kimi göstərməyin və Rəsulullahın söyləmədiyi/etmədiyi bir şeyi söyləmiş/etmiş kimi təqdim etməyin. Sizə bir əmr verildiyində onu mübahisəsiz, etiraz etmədən tətbiq edin” deməkdir:

  • 36Və Allah və Elçisi bir işdə hökm verdiklərində heç bir mömin kişi və mömin qadın üçün öz işlərində sərbəstlik yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə, o, açıq bir pozğunluqla azmışdır. (Əhzab/36)
  • 59De ki: “Gördünüzmü/heç düşündünüzmü? Allah sizin üçün necə ruzilər endirdi və siz onlardan bir qismini haram və halal etdiniz”. De ki: “Allahmı izin verdi sizə, yoxsa sizmi Allah adından yalan uydurursunuz?” (Yunus/59)
  • 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/116)
  • 59Ey iman edənlər! Allaha itaət edin. Elçiyə və sizdən olan əmr sahiblərinə/əsas idarəçilərə itaət edin. Sonra əgər hər hansı bir şeydə anlaşılmazlığa düşərsi­niz­sə, Allaha və axirət gününə inananlarsınızsa, onu Allah və Elçiyə həvalə edin. Bu, daha yaxşıdır və ən uyğun həlli tapmaq baxımından daha gözəldir. (Nisa/59)
  • 80Kim Elçiyə itaət edərsə, artıq o, Allaha itaət etmiş olur. Kim də üz çevirərsə, artıq Biz səni o üz çevirənlərə qoruyucu/gözətçi olaraq göndərmədik. (Nisa/80)
  • 20Ey iman edənlər! Allaha və Elçisinə itaət edin, eşitdiyiniz halda, ondan üz çevirməyin! 21Vəhyə qulaq asmadıqları halda: “Eşitdik/vəhyə qulaq verdik” – deyənlər kimi də olmayın! (Ənfal/20, 21)
  • 46Yenə Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə çəkişməyin. Sonra qorxuya qa­pılarsınız və gücünüz/canınız gedər. Və səbr edin. Şübhəsiz ki, Allah səbr edən­lər­lə birlikdədir.
  • 47Göstəriş olsun deyə hərəkət edən/özlərini camaata göstərmək üçün yurdlarından çıxan və Allah yoluna əngəl qoyan insanlar kimi də olmayın. Və Allah onların etdiklərini hərtərəfli əhatə edəndir. (Ənfal/46, 47)

2-ci və 5-ci ayədə Rəsulullaha qarşı kobud davrananlara öyüd verilib, hörmətsizliyin işi haralara götürəcəyi xəbərdarlığı edilir.

Ayələrdən anlaşılır ki, o dövr ərəblərinin bir qismi insanların cəmiyyət içindəki mövqelərini nəzərə almadan, bir-birlərinə hörmətsiz və kobud bir şəkildə xitab edirlər və bu vərdişlərini Rəsulullaha qarşı da tətbiq edirdilər.

Bu ayələrdə Rəsulullaha qarşı sayğılı davranılması istənilirkən, möminlərə də ümumi bir tərbiyə və nəzakət prinsipi öyrədilir.

Ayədəki “Səslərinizi Peyğəmbərin səsindən üstün yüksəltməyin. Bir-birinizə yüksək səslə bağırdığınız kimi, Peyğəmbərə yüksək səslə bağırmayın – yoxsa siz dərk etmədən, hörmətsizlikdə irəli gedərsiniz və əməlləriniz boşa gedər” ifadəsiylə, əməllərin boşa gedəcəyi şəklində ciddi bir xəbərdarlıq edilmişdir.

Peyğəmbərə qarşı edilən hörmətsizlik insanın əməlini nə üçün və necə boşa çıxarır? Bu xüsusun anlaşılması üçün Mutaffifin/14 və onunla əlaqədar açıqlamamız xatırlanılmalıdır:

  • 14Qətiliklə, onların düşündüyü kimi deyil! Onların qazandıqları qəlbləri üzərinə pas olmuşdur. (Mutaffifin/14)

Bu ayədə yenə müşriklərin axirəti yalan sayma əhatəsindəki inanclarından, Quran haqqında Bizdən əvvəlkilərin məsəlləri iddiaları rədd edilərək reallıq ortaya qoyulur. İşin əsli, bəhs edilən məsələ inkarçıların qəlblərinin pas tutmuş olmasıdır. İşlədikləri əməllərin pisliyi qəlblərini kirlətmiş, bu da qəlblərini yararsız hala gətirmişdir.

Məlum olduğu kimi, yaxşı, ya da pis bir şeyin davamlı edilməsi insanda bir vərdiş, asılılıq halına dönür və adam daima o işi etmək istəyər. Hətta əlində olmadan davamlı edər. İnsan daima pislik edərsə, bu vəziyyət onda vərdiş halına gəlir və getdikcə bu vərdişinin əsiri olur. Həyatını bu əsirliklə davam etdirər. Ayədə bəhs edilən kafirlər də pislik edə-edə pisliyi vərdiş halına gətirib, könülləri paslanmış, başqa bir şey edə bilməz hala gəlmişlər. [1]

Budur, burada möminlərə hörmətsizliklərinin vərdiş halına gəlməsi nəticəsində, heç fərqinə varmadan Rəsulullahı kiçik görməyə, elçiliyi adi hesab etməyə başlayacaqları, beləliklə də, dindən çıxa biləcəkləri xəbərdarlığı edilir.

Bu ayə qrupunun enmə səbəbinə dair aşağıdakılar nəql edilmişdir:

İbn Cüreyc dedi ki: Mənə İbn Əbu Müleykənin anlatdığına görə, Abdullah b. əz-Zübeyr ona bunu xəbər vermişdir: Rəsulullahın (s.ə.s) yanına Temimoğullarından bir qafilə gəlmişdi. Əbu Bəkr: “əl-Kaka b. Mabədi bunlara əmir təyin et” – dedi. Ömər isə: “əl-Akra b. Habisi əmir təyin et” – dedi. Bundan sonra Əbu Bəkr: “Sənin məqsədin, sadəcə, mənə müxalifət etməkdir” – dedi. Ömər: “Xeyr, sənə müxalifət etmək istəmədim” – dedi. Mübahisələri beləliklə, davam edib getdi və nəhayət səslərini yüksəltdilər. Bundan sonra, “Ey iman edənlər! Allahın və Rəsulunun hüzurunda önə keçməyin… Və əgər onlar sən yanlarına çıxıncaya qədər səbr etsəydilər, əlbəttə, özləri üçün da­ha yaxşı olardı. (Hücurat/1-5) buyuruqları nazil oldu. Bunu Buhari, əl-Hasən b. Muhəmməd b. əs-Sabbahdan rəvayət etmişdir. Əl-Məhdəvi də bunu ayrıca zikr etmişdir.

Rəvayətə görə Peyğəmbər (s.ə.s) Heybərə gedərkən bir nəfəri Mədinədə yerinə qoymaq istədi. Ömər isə ona bir başqa adamı qoymasını tövsiyə etdi. Bundan sonra “Ey iman edənlər! Allahın və Rəsulunun hüzurunda önə keçməyin! buyuruğu nazil oldu. Bunu da əl-Məhdəvi zikr etmişdir.

Əl-Mavərdinin əd-Dahhakdan, onun da İbn Abbasdan (r.a) nəql etdiyinə görə, Peyğəmbər (s.ə.s) əshabından 24 nəfəri Amiroğulları üzərinə göndərdi və onlar da (o sırada tapa bilmədikləri 3 nəfərdən başqa) Amiroğullarını öldürdülər. Bu 3 nəfər qurtularaq Mədinəyə gəldilər və Süleymoğullarından 2 nəfərlə qarşılaşdılar. Onlara nəsəblərini soruşdular, onlar da: “Amiroğullarındanıq” – dedilər. Çünki Amiroğulları Süleymoğullarından daha güclü idilər. Amiroğullarından olanlar Süleymanoğullarindan olan bu 2 nəfəri öldürdülər. Süleymoğullarından bir qrup Rəsulullahın (s.ə.s) yanına gələrək belə dedilər: “Bizimlə sənin aranda bir andlaşma var. Bununla birlikdə bizdən 2 nəfər öldürülmüşdür”. Bundan sonra Peyğəmbər (s.ə.s) onlara qarşılıq diyet olaraq 100 dəvə verdi. Budur, bu ayə-i kərimə 2 nəfəri öldürdüklərinə görə enmişdir.

Katade dedi ki: Bəzi kimsələr: “Kaş ki, mənim haqqımda belə bir vəhy ensə, Kaş ki, mənim haqqımda belə bir vəhy ensə” – deyirdi. Bundan sonra bu ayə endi.

Əl-Hasən dedi ki: “Bu, Rəsulullah (s.ə.s) bayram namazını qılmadan öncə qurbanlarını kəsən bir qisim haqqında enmişdir. Bu buyuruqla onlara yeni bir qurban kəsmələrini əmr edir”. İbn Gürəyə dedi ki: “Sizlər itaət olan əməllərinizi Allahın və Rəsulunun əmr etmiş olduğu vaxtdan öncə etməyə başlamayın”.

Zeyd b. Erkam da belə deyir: Bir qrup insan Peyğəmbərin (s.ə.s) hüzuruna gəldi və biri digərinə belə dedi: “Haydı, sizinlə bu adamın yanına gedək. Əgər bir Peyğəmbərdirsə, ona tabe olmaqla, insanların ən xoşbəxtləri olarıq. Əgər bir kraldırsa, onun yaxınında olmaqla həyatımızı yaşayarıq”. Peyğəmbərin (s.ə.s) yanına gəlib o hücrəsində ikən ona: “Ey Muhəmməd, ey Muhəmməd!” – deyə səslənməyə başladılar. Bundan sonra Uca Allah bu ayə-ti kəriməni endirdi. [2]

Deyildiyinə görə bunlar Temimoğullarından idilər.

Mukatil dedi ki: “19 nəfər idilər: Kays b. Asım, əz-Zibrikan b. Bədr, əl-Akra b. Habis, Süveyd b. Haşim, Halid b. Malik, Ala b. Habis, Kakab. Mabəd, Vəkil b. Vəki və Uyeynə b. Hısn… Özünə itaət olunan axmaq deyə bilinən odur. Ətrafında çox sayda əsgər olanlardan birisi idi. Ardından 10.000 nizəli adam gedərdi. Adı Huzeyfədir. Gözünün üst qapağı yuxarı doğru dönmüş olduğuna görə ona Uyeynə deyilmişdi”. [3]

6Ey iman edənlər! Əgər haqq yoldan çıxmışın biri sizə bir xəbər gətirərsə, dərhal araşdırın/təsbit edin. Yoxsa bilmədən bir topluluğa sataşarsınız/zərər gətirər­siniz və etdiyinizə peşman olarsınız.

7,8Və şübhəsiz ki, Allahın Elçisinin aranızda olduğunu bilin. Lakin o, bir çox işlərdə sizə uysaydı, qətiliklə sıxıntıya düşərdiniz. Lakin Allah Özünün bir lütf və neməti olaraq, sizə imanı sevdirdi və onu qəlblərinizə zinət etdi. Küfrü, haqq yoldan çıxmağı və üsyanı da sizə çirkin göstərdi. Bax budur, bunlar rüşdə/kamala/ağıl kamilliyinə sahib insanların məhz özləridir. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır, ən çox sağlamlaşdırandır.

Bu ayələrdə möminlərə, ehtiyatlı olmaları bildirilir; bir fasiq tərəfindən gətirilən xəbərin dərhal təsdiq edilməməsi və ona əsaslanaraq insanlar haqqında hökm verilməməsi, xəbərin doğru olub-olmadığının təhqiq və təsbit edilməsi əmr edilir. Əks təqdirdə, günahsız kimsələrə zərər verə biləcəkləri və peşman olacaqları bildirilir.

Möminlər Allahın Elçisinin içlərində olduğunu bilməli və ondan faydalanmalı, ona zərər gələ biləcək davranışlardan uzaq durmalı və onun istədiklərini tərəddüdsüz tətbiq etməlidirlər. Çünki o, söylədiyini və etdiyini vəhy tərbiyəsi ilə söyləyər və edər. (Allah, Özünün bir lütf və neməti olaraq, sizə imanı sevdirdi və onu qəlblərinizə zinət etdi. Küfrü, fasiqliyi və üsyanı da sizə çirkin göstərdi. Budur, bunlar rüşdə sahib olanların məhz özlərdir. Və Allah ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.)

Bu ayə qrupunun enmə səbəbinə dair bunlar nəql edilmişdir:

Ey iman edənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə…” buyuruğu, deyildiyinə görə əl-Velid b. Ukbə b. Əbu Muayt haqqında enmişdir. Buna səbəb Saidin Katadedən rəvayət etdiyinə görə budur: Peyğəmbər (s.ə.s) əl-Vəlid b. Ukbəni zəkatlarını toplamaq üçün Mustalıkoğullarının yanına göndərmişdi. Onlar Vəlidi görüncə ona doğru yeridilər, o da onlardan qorxdu. Rəvayətə görə qorxmasının səbəbi (cahiliyyə dövründən qalma) aralarındakı bir küsülülük idi. Peyğəmbərə (s.ə.s) geri dönərək İslamdan irtidad etdiklərini xəbər verdi. Bundan sonra Peyğəmbər (s.ə.s) Xalid b. əl-Vəlidi göndərərək ona işi yaxşı-yaxşı təsbit edib, araşdırmasını və tələsməməsini əmr etdi. Xalid yola düşdü, nəhayət gecə vaxtı onların yurduna çatdı. Gözətçilərini göndərdi, geri gəldiklərində Xalidə Mustalıkoğullarının İslama sımsıxı sarılmış olduqlarını, əzan oxuduqlarını və namaz qıldıqlarını eşitdiklərini xəbər verdilər. Səhər olunca Xalid onların yanına çatdı və gözətçilərin söylədiklərinin doğruluğunu gözləriylə gördü. Allahın Peyğəmbərinə dönərək ona vəziyyəti xəbər verdi. Bundan sonra bu ayə-ti kərimə nazil oldu. Buna görə də uca Allahın Peyğəmbəri: “Teenni Allahdan, tələskənlik şeytandan” – buyururdu.

Bir digər rəvayətə görə Peyğəmbər (s.ə.s) onu [əl-Vəlid b. Ukbni] Müsəlman olmalarından sonra Mustalıqoğullarına göndərmişdi. Onun gələcəyini xəbər alınca, onu qarşılamaq üçün miniklərinə mindilər. O da onların bu hallarını eşidincə onlardan qorxdu. Rəsulullahın (s.ə.s) yanına geri dönərək, Mustalıqoğullarının özünü öldürmək istədiklərini və zəkat vermədiklərini bildirdi. Rəsulullah (s.ə.s) da onların üzərinə bir dava planlamağı içindən keçirdi. Bu halda ikən heyətləri Rəsulullahın (s.ə.s) hüzuruna gələrək: “Ey Allahın Rəsulu!” – dedilər, “Sənin göndərdiyin elçinin xəbərini aldıq, ona ikram etmək və üzərimizdəki zəkatları ona ödəmək üçün yoluna çıxdıq. O isə geri döndü. Bizə çatdığına görə Rəsulullaha onunla döyüşmək üçün çıxdığımızı iddia etmiş, Allaha and olsun ki, biz bu məqsədlə çıxmadıq”. Bundan sonra uca Allah bu ayə-ti kəriməni endirdi. [4]

Hz. Peyğəmbər (s.ə.s), Vəlid ibn Ukbəni ki, bu Hz. Osmanın ana bir qardaşıdır, zəkat məmuru olaraq, Mustalıqoğullarına göndərmiş, onlar da onu qarşılamaq istəmişdilər. Amma Vəlid onların savaşacaqlarını zənn etmiş, geriyə dönərək Hz. Peyğəmbərin (s.ə.s) yanına gəlmiş, onların zəkat verməyə yanaşmadıqlarını söyləmiş, bundan sonra Hz. Peyğəmbər (s.ə.s) də onlarla döyüşməyi planlamışdı. Sonra bu ayə-ti kərimə nazil oldu ki, Hz. Peyğəmbərə (s.ə.s) onların bu söylənilən şeylərə dair heç bir şey etməmiş olduğunu xəbər verdi. Bu izah, onların [üləmanın] bu ayənin budur, o zaman nazil olduğunu söyləmələri halında yerində olur. Amma bu ayənin bu səbəbə görə enib, sadəcə buna məxsus olduğu və başqa hadisələri əlaqədar etmədiyi fikri keçərli olmaz. Tam əksinə, biz deyirik ki, bu ayə-ti kərimə araşdırıb-soruşdurmağı və fasiq sözünə etimad edilməməli olduğunu bəyan etmək üçün, ümumi mənada [ümumi və əhatəli bir hökmlə] nazil olmuş olan bir ayədir. Bu ayənin sırf bu hadisə haqqında nazil olduğunu söyləyənlərin görüşlərinin əsassız olduğuna, Allah Təalanın: “Mən bu ayəni budur, bunun üçün endirdim” – deməmiş olması da dəlalət edər. Hz. Peyğəmbərin (s.ə.s) də bu ayənin sadəcə bu halı açıqlamaq üçün nazil olduğuna dair bir açıqlaması yoxdur. [5]

9Və əgər möminlərdən iki qrup bir-birləri ilə döyüşdürülərsə, dərhal onların ara­sı­nı düzəldin. Lakin biri o birinin üzərinə hücum edərsə, Allahın buyuruğuna dö­nün­cəyə qədər hücum edən tərəflə döyüşün. Sonra da əgər dönərsə, aralarında əda­lət­lə sülh təmin edin və haqqaniyyətlə davranın. Şübhəsiz ki, Allah haqqaniyyətlə dav­ra­nan­la­rı sevər.

10Möminlər qardaşdırlar. Belə isə mərhəmətə çatmağınız üçün qardaşlarınızın arasını düzəldin və Allahın qoruması altına girin.

Bu ayələrdə, möminlərə dünyəvi prinsiplər öyrədilir; oyuna gələrək, aralarında döyüşmələri halında əməl etməli olduqları yol göstərilir: Əgər möminlərdən iki qrup bir-birləriylə savaşdırılırlarsa, digər möminlər seyirçi qalmayıb, dərhal hərəkətə keçməli, onların arasını düzəltməlidirlər. Möminin mömini qəsdən öldürəməyəcəyi, möminlərin qardaş olduqları öyrədilməli və sülh təmin edilməlidir. Bu cəhdə rəğmən, qrupun biri o birinə hücum etməyə davam edərsə, Allahın buyuruğuna dönənə qədər hücum edən tərəflə savaşılmalıdır. Əgər əl çəkərlərsə, aralarında ədalətlə barışıq edilməli və haqqaniyyətlə davranılmalıdır. Şübhəsiz ki, Allah haqqaniyətlə davrananları sevər.

Göründüyü kimi ayədə, “və əgər möminlərdən iki qrup bir-birləriylə savaşdırılırlarsa” buyurulmuş, “savaşırlarsa” buyurulmamışdır. Sözün əsli iqtətəlu olub, itaət etmək mənasını ehtiva edir. Bu da birilərinin oyununa gələrək, provakasiya nəticəsində savaşı ifadə edər.

Normal şərtlərdə mömin möminə savaş aça bilməz, mömin mömini öldürmək üçün əlini uzada bilməz, mömin mömini qəsdən öldürə bilməz:

  • 92Və xəta istisna olmaqla, bir möminin digər bir mömini öldürməsi barəsində söz belə ola bilməz. Və kim bir mömini, qəsdən deyil/qəza ilə öldürərsə, mömin bir köləni azadlığa qovuşdurmalı və ölənin ailəsinə/varislərinə təslim ediləcək bir deyət/qan bahası verməlidir. Ancaq ölənin ailəsinin bağışlaması istisnadır. Əgər öldürülən, mömin olmaqla yanaşı, sizə düşmən bir cəmiyyətdəndirsə, o zaman öldürən, mömin bir köləni azad etməlidir. Əgər öldürülən, sizinlə aralarında andlaşma olan bir cəmiyyətdəndirsə, öldürən ölənin ailəsinə deyət/qan bahası verməli və mömin bir köləni azadlığına qovuşdurmalıdır. Bunlara gücü çatmayan isə Allah tərəfindən tövbəsinin qəbul olunması üçün ard-arda iki ay oruc tutmalıdır. Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.
  • 93Və kim bir mömini qəsdən [bilə-bilə, istəyərək] öldürərsə, bax budur, onun cəzası içində həmişəlik qalmaq üçün cəhənnəmdir. Və Allah ona qəzəb etmiş, onu kənarlaşdırmış, mərhəmətindən məhrum buraxmış və onun üçün çox böyük bir əzab hazırlamışdır. (Nisa/92, 93)
  • 27–29Onlara iki Adəmoğlunun xəbərini haqqıyla oxu. Həmçinin hər ikisi, Allahın rızasını qazanmaq üçün bir vasitə etmişdilər və birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdi. O: “Səni qəti olaraq öldürəcəyəm” Digəri: “Allah yalnız Özünün qoruması altına girənlərdən qəbul edər. Sən məni öldürmək üçün əlini mənə uzatsan da, mən əlimi səni öldürmək üçün uzadacaq deyiləm [mən əlimi səni təsirsiz etmək üçün uzadaram]. Şübhəsiz ki, mən aləmlərin Rəbbi Allahdan qorxaram. Şübhəsiz, mən istəyirəm ki, sən, məni öldürdüyünə görə olacaq günahı və öz günahını yüklərək, atəşin əhlindən olasan! Şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlərin də cəzası budur!” dedi.
  • 30Buna görə də qurbanı qəbul edilməyənin təkəbbürü özünə qardaşını öldürməyi asan göstərdi, sonra da onu öldürdü. Özü isə zərərə uğrayanlardan oldu.
  • 31Sonra Allah dərhal ona qardaşının cəsədini necə basdırdığını göstərmək üçün, torpağı eşələyən bir qarğa göndərdi. O: Vay mənim halıma, mən, bu qarğa kimi olmağımla acizmi oldum ki, qardaşımın cəsədini basdırıram” – dedi. Sonra da peşman olanlardan oldu.
  • 32Bax budur, bunun üçün Biz İsrailoğullarına: “Şübhəsiz ki, hər kim bir kimsəni və ya yer üzündə pozğunçuluq qarşılığı olmadan bir kimsəni öldürərsə, artıq insanları öldürmüş kimi olur. Kim də bir kimsənin yaşamasına səbəb olarsa, insanları yaşatmış kimi olur” – şəklində fərz qıldıq. Və qətiliklə, onlara elçilərimiz açıq dəlillər ilə gəldilər. Sonra da şübhəsiz ki, onların bir çoxu, qətiliklə yer üzündə davranışında hədlərini aşan kimsələrdir. (Maidə/27-32)

Bu ayələrin enmə səbəbinə dair bunlar nəql edilmişdir:

Uca Allahın, “Əgər möminlərdən iki qrup birbirləriylə döyüşərlərsə, onların aralarını düzəldin” buyuruğu ilə əlaqədar olaraq əl-Mutəmr b. Süleyman, Enes b. Malıqdən belə dediyini rəvayət edir: “Ey Allahın Peyğəmbəri! Sən Abdullah b. Ubeyin yanına getsən” – dedim. Bundan sonra Peyğəmbər (s.ə.s) onun yanına getmək üçün yola qoyuldu. Bir eşşəyə mindi. Müsəlmanlar da piyada yeridi. Orası şoran bir ərazi idi. Peyğəmbər (s.ə.s) onun yanına çatınca: “Məndən uzaq dur, Allaha and içirəm, eşşəyinin pis qoxsu məni narahat etdi” – dedi. Ənsardan bir nəfər: “Allaha and içirəm, Rəsulullahın (s.ə.s) eşşəyinin qoxusu səndən daha xoşdur” – dedi. Qövmündən bir nəfər, Abdullah b. Ubeyə belə söylənildiyi üçün qəzəbləndi. Hər birisi adından yoldaşları qəzəblənib əsəbləşdi. O baxımdan quru xurma budaqlarıyla, əllərlə və ayaqqabılarla aralarında bir vuruşma meydana gəldi. Bizə çatdığına görə bu ayə onlar haqqında enmişdir.

Mücahid dedi ki: “Ayə-i kərimə Evs və Hazreclilər haqqında enmişdir”. (Yenə) Mücahid dedi ki: “Ənsardan iki qisim dəyənəklərlə və ayaqqabılarla bir-biriylə vuruşdu. Bundan sonra bu ayə-i kərimə endi”.

Bunun bənzəri bir rəvayət də Səid b. Cübeyrdən gəlmişdir. Buna görə Evs ilə Hazrec arasında Rəsulullah (s.ə.s) dövründə quru xurma budaqları, ayaqqabı və bənzərləri ilə bir vuruşma oldu. Uca Allah da haqqlarında bu ayə-i kəriməyi endirdi.

Katade dedi ki: Ayə-i kərimə bir haqq barəsində hər kəsin qarşı tərəfi haqqsız hesab etdiyi Ənsardan iki nəfər haqqında enmişdir. Birisi, “Haqqımı zorla alacağam” demişdi, Çünki aşirəti çox idi. Digəri də onu Rəsulullahın (s.ə.s) hüzurunda məhkə etməyə çağırdı, ancaq onun dediyini qəbul etmədi. Bu vəziyyət aralarında beləliklə davam edib getdi, nəhayət bir-birləri ilə vuruşdular. Əl, ayaqqabı və qılınçlarla bir-birlərinə girişdilər. Bundan sonra bu ayə-i kərimə endi.

Əl-Kəlbi dedi ki: “Ayə-i kərimə Sümeyr və Hatıb adındaki iki nəfər ucbatından meydana gələn döyüş haqqında enmişdir. Sümeyr, Hatıbı öldürmüşdü. Buna görə də Evslilərlə Hazreclilər Peyğəmbər (s.ə.s) onların yanlarına gələnə qədər bir-birləriylə vuruşdular. Bundan sonra bu ayə-i kərimə nazil oldu. Uca Allah bununla Peyğəmbərinə və möminlərə aralarını düzəltmələrini, barış etmələrinı əmr etdi”.

Əs-Süddi dedi ki: “Ənsardan Umm Zeyd deyə anılan bir qadın, Ənsardan olmayan bir adamla evil idi. Əri ilə aralarında mübahisə çıxdı. O əqrəbalarını ziyarət etmək istədiyi halda, əri ona mane oldu və əqrəbalarından heç bir kimsənin yanına girə bilməyəcəyi yüksək bir yerdə onu yerləşdirdi. Qadın da əqrəbalarına xəbər saldı. Əqrəbaları gəlib onu götürərək, olduğu yerdən aşağıya endirdilər. Bundan sonra əri çıxıb, öz yaxınlarından yardım istədi. Əqrəbaları tərəfindən qadının alınıb, götürülməsinə mane olmaq üçün əmi uşaqları çıxıb gəldi. Aralarında itələyib-qaxma oldu, ayaqqabılarla bir-birlərinə vurdular. Bundan sonra bu ayə-i kərimə nazil oldu”. [6]

11Ey iman edənlər! Bir camaat başqa bir camaatı lağa qoymasın. Ola bilər ki, lağ etdikləri camaat özlərindən xeyirlidir. Qadınlar da başqa qadınları lağa qoymasın. Bəlkə də lağ etdikləri qadınlar özlərindən xeyirlidir. Özünüzü də alçaltmayın/ayıblamayın, hörmətdən salmayın – bir-birlərinizi ləqəblər ilə fırladıb atmayın/hörmətdən salmayın, həqarət etməyin. İmandan sonra haqq yoldan çıxmaqla adlanmaq nə pis şeydir! Və kim xətadan dönməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.

12Ey iman edənlər! Zənnin bir çoxundan çəkinin. Şübhəsiz ki, zənnin bir qismi günahdır. Bir-birinizin qüsurunu araşdırmayın. Bir qisminiz bir qisminizin qiybətini etməsin/onun yoxluğunda, artıq-əskik danışmasın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyi sevərmi? Bax budur, bunu çirkin saydınız. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verəndir, çox mərhəmət sahibidir.

Bu ayələrdə bu əxlaqi qaydalar qoyulmuşdur:

  • Mömin kişilərdən bir cəmiyyət bir cəmiyyətə lağ etməsin; çünki lağ etdikləri cəmiyyət özlərindən xeyirli ola bilər. Qadınlar da başqa qadınlara lağ etməsin; çünki lağ etdikləri qadınlar, özlərindən xeyirli ola bilər.
  • Möminlər özlərini ayıblamamalı, kiçik düşürməməlidir; bir-birlərini də ləqəblərlə kiçik düşürməməli, kiçiltməməlidir. (İmandan sonra fasiqlik ilə adlanmaq nə pis şeydir! Və kim tövbə etməzsə, budur onlar zalımların məhz özləridir.)
  • Möminlər zənnin bir çoxundan da çəkinməlidir. Şübhəsiz zənnin bir qismi günahdır.
  • Möminlər bir-birinin qüsurunu araşdırmamalı, qiybətini etməməlidir. (Sizdən biriniz ölmüş qardasının ətini yeməyi sevərmi? Budur, bunu çirkin hesab etdiniz. Allaha da təqvalı davranın. Şübhəsiz Allah, təvvabdır, rəhimdir.)

Hər yerdə və hər zaman keçərli olan əxlaqi qaydalar ehtiva edən bu ayələrin səbəb-i nüzulü haqqındakı nəqlləri zikr etməyi gərəksiz gördüyümüz üçün burada onları təqdim etmirik.

Buradakı, “Şübhəsiz, zənnin bir qismi günahdır” ifadəsi, yuxarıdakı fasiqin gətirdiyi xəbərin təhqiq və təsbit edilməsi əmrini gücləndirir. Zənn xüsusunda daha öncə də xəbərdarlıqlar edilmişdi:

  • 28Əslində isə, onların bu barədə heç bir biliyi/məlumatı yoxdur. Onlar yalnız və yalnız zənnə uyurlar. Zənn isə “Haqq”dan heç bir şey qazandırmaz. (Nəcm/28)
  • 36Və onların çoxu, ancaq bir zənnə uyarlar. Şübhəsiz ki, zənn “haqq”dan heç bir şey qazandırmaz. Şübhəsiz ki, Allah onların etdiklərini çox yaxşı bilir. (Yunus/36)

Ayələrin sonunda Allah, təvvab [tövbələri çox qəbul edən] olaraq tövsif edilərək, bu əxlaqsızlıqları edənlərə dönmə fürsəti verildiyinə işarə edilir; qul işlədiyi günahlardan dönərsə, Allah onu cəzalandırmaqdan dönəcəkdir.

13Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından əmələ gətirdik. Bir-birinizlə tanış olasınız deyə, sizi fərqli millətlər və qəbilələr etdik. Şübhəsiz ki, Allah qatında ən dəyərliniz ən çox Allahın qoruması altına girmiş olanınızdır. Həqiqətən Allah ən yaxşı biləndir, ən çox xəbər tutandır.

Bu ayədə, insanlığın kökünün birliyi, qəbilə və cəmiyyət birliklərinin tanışmaq-bilmək üçün olduğu, kimsəyə üstünlük tanımayacağı, üstünlüyün təqvaya görə olduğu reallığı bəyan edilir; beləliklə, insanlığı fəlakətə sürükləyən irqçiliyin önünə sədd çəkilir.

Quran, Yəhudilərin, öz qövmlərini digər qövmlərdən üstün gördüyünü bildirir:

  • 18Və Yəhudilər, Xristianlar: “Biz Allahın oğullarıyıq və Onun sevgililəriyik” – dedi­lər. De ki: “Əgər belədirsə, nə üçün günahlarınıza görə, Allah sizə əzab edir?” Tam əksinə, siz Onun yaratdıqlarından bir bəşərsiniz. O dilədiyi kimsəni bağış­la­yar, dilədiyinə əzab verər. Göylərin, yerin və ikisi arasında olan hər şeyin sahib­li­yi, idarəçiliyi də Allahındır. Dönüş də, yalnız və yalnız, Onadır. (Maidə/18)
  • 111Bir də inananları Yəhudiləşdirmək, Xristiyanlaşdırmaq istəyənlər: “Yəhudi və Xristianlardan başqası qətiyyən cənnətə girə bilməyəcək” – dedilər. Bu, onların öz əsassız və boş düşüncələridir. De ki: “Əgər doğru insanlarsınızsa, dəlilinizi gətirin”.
  • 112Xeyr, əksinə kim yaxşılaşdıran/gözəlləşdirən biri olaraq özünü Allah üçün islam­laş­dırır­sa, bax budur, onun Rəbbi qatında mükafatı vardır. Onlara heç bir qorxu da yoxdur və onlar kədərlənməzlər də. (Bəqərə/111, 112)

Bu ilahi bəyana rəğmən, dünyanın müxtəlif ölkələrində irqçilik edən, öz irq və qəbiləsini üstün hesab edərək, başqaları üzərində hakimiyyət qurmağa çalışan, başqa irq və qəbilələrin can, mal və namusunu mübah sayan və onları qarət edən, kölələşdiren necə canavarlar görünür.

Bu ayənin enmə səbəbiylə əlaqədar aşağıdakı məlumatlar təqdim edilmişdir:

Ayə-i kərimə Əbu Hind haqqında enmişdir. Bunu Əbu Davud el-Mərasil adlı əsərində zikr edir: Bizə Amr b. Osman ilə Kəsir b. Ubeyd anlatdı, dedilər ki: Bizə Bakiyyə b. əl-Vəlid anlatdı, dedi ki: Mənə əz-Zühri anlatdı, dedi ki: Rəsulullah (s.ə.s) Bəni Bəyadalılara, Əbu Hind ilə özlərindən bir xanımı evləndirmələrini əmr etdi. Onlar da Rəsulullaha, (s.ə.s) “Kölələrimizi qızlarımızlamı evləndirək?” dedilər. Bundan sonra şanı uca Allah, “Biz sizi bir kişi ilə bir qadından yaratdıq və sizi… ölkələrə və qəbilelərə ayırdıq” ayəsini endirdi. Əz-Zühri dedi ki: “Ayə məxsusi olaraq Əbu Hind haqqında enmişdir”.

Ayə-i kərimənin Sabit b. Kays b. Şəmmasın, özünə yer açmayan adama, “Ey filan qadının oğlu” dediyindən sonra endiyi də söylənmişdir. Bundan sonra Peyğəmbər (s.ə.s) ona, “Filan xanımın adını anan kimdir?” deyə soruşdu. Sabit, “Mən, ey Allahın Rəsulu” dedi. Bu dəfə Peyğəmbər (s.ə.s), “Buradakıların üzlərinə bir bax” dedi. O da baxdı. Peyğəmbər, “Nə gördün?” deyə soruşdu, o “Ağ, qara və qırmızı rənglini gördüm” deyincə, Peyğəmbər belə buyurdu: “Sən təqva ilə olması müstəsna, bunlardan üstün ola bilməzsən”. Bundan sonra bu ayə Sabit haqqında nazil oldu, Ona yer açmayan adam haqqında da, “Ey iman edənlər! Yığıncaq yerlərində Sizə yer açın, deyildiyində genişlədin… (Mücadələ/11) ayəsi endi.

İbn Abbas dedi ki: Məkkənin fəthi günündə Peyğəmbər (s.ə.s) əmr etdiyinə görə Bilal Kəbənin damına çıxıb, əzan oxudu. Attab b. Esid b. Əbu1-Iys belə dedi: “Bu günü görmədən öncə atamın ruhunu alan Allaha həmd olsun”. Əl-Haris b. Hişam da, “Muhəmməd əzan oxumaq üçün bu qara qarğadan başqasını taapa bilmədimi?” dedi. Süheyl b. Amr da, “Allah bir şeyi dilədimi onu dəyişdirir” dedi. Əbu Süfyan isə, “Mən heç bir şey demirəm. Çünki səmanın Rəbbinin söylədiyimi xəbər verəcəyindən qorxurım” dedi. Cəbrail, Peyğəmbərin (s.ə.s) yanına gələrək onların nələr söylədiklərini xəbər verdi. Peyğəmbər onları çağırdı və nələr söylədiklərini soruşdu, onlar da iqrar etdilər. Bundan sonra uca Allah bu ayə-i kəriməni endirərək, soylar və mallarla öyünməyi, imkansızları alçaltmağı qadağan etdi. [7]

14Bədəvi ərəblər: “İnandıq!” – dedilər. De ki: “Siz inanmadınız, amma: Eslemna [sağlamlaşdırdıq/özümüzü zəmanət altına aldıq] – deyin! İman hələ qəlblərinizə girmədi. Və əgər Allaha və Elçisinə itaət edərsinizsə, O, etdiklərinizdən heç bir şeyi sizə əskiltməz”. Həqiqətən Allah çox bağışlayandır, çox mərhəmətlidir!

15Möminlər ancaq Allaha və Onun Elçisinə iman edən, sonra da şübhəyə düşməyən, malları və canları ilə Allah yolunda çalışan insanlardır. Bax budur, bunlar sadiqlərin məhz özüdür.

16De ki: “Siz, dininizi Allahamı öyrədirsiniz? Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir”. Və Allah hər şeyi çox yaxşı bilir.

17Onlar İslama girdikləri üçün səndən minnət duymağını gözləyirlər. De ki: “İslama girdiyinizə görə, məndən minnət gözləməyin. Tam əksinə, əgər doğru insanlar­sı­nız­sa, sizi imana çatdırdığı üçün siz Allaha minnət duyğusu bəsləyin”.

18Şübhəsiz ki, Allah göylərin və yer üzünün görünməyənini, eşidilməyənini, seçilməyənini bilir. Və Allah etmiş olduğunuz şeyləri çox yaxşı görəndir.

Bu ayələrdə həqiqi möminin necə olacağı açıqlanır: Bədəvi Ərəblər Rəsulullahın yanına gəlib, “İnandıq” deyir, Allah da Elçisinə onlara, “Siz inanmadınız, amma اسلمنا [əsləmna/sağlamlaşdırdıq/özümüzü sağlama aldıq] deyin; iman hələ qəlblərinizə girmədi. Və əgər Allaha və Elçisinə itaət edərsiniz, O, etdiklərinizdən heç bir şeyi sizə əskiltməz” deməsini, yəni onların həqiqətən inanmalarını istəyir. Yoxsa möminlərin arasında arxayın şəkildə yaşamaları, həqiqətən inanmadıqları müddətcə özlərinə bir yarar verməyəcəkdir.

Mömin belə olur: Allaha və Onun Elçisinə iman edər, bunda heç şübhəyə düşməz, malı və canı ilə Allah yolunda cihad edər.

Daha sonra bu ikiüzlü qrup, “Siz, dininizi Allahamı öyrədirsiniz? Oysa Allah, göylərdə olanları da, yerdə olanları da bilir. Və Allah, hər şeyi çox yaxşı bilir! Onlar İslama girdikləri üçün sənə minnət edirlər” ifadələriylə danlanıb, qınanır; ardından da, İslama girdikdən sonra mənə minnət verirlər; sənə yaxşılıq etdiklərini sanıb, qarşılıq gözləyirlər. Əksinə, əgər doğru kimsələrsinizsə, sizi imana çatdırdığı üçün Allah Sizə minnət verir [bu yaxşılığı üçün Allaha borçlanırsınız] buyurularaq düşünməyə dəvət edilirlər.

Sonunda da, “Şübhəsiz Allah, göylərin və yer üzünün qeybini bilir. Və Allah, etmiş olduğunuz şeyləri çox yaxşı görəndir” buyurularaq, hər kəs gizli-aşkar nə etdisə, Allahın hamısını gördüyü və dəyərləndirəcəyi xəbərdarlığı edilir.

Bu ayələrin enmə səbəbi haqqında bunlar nəql edilmişdir:

Ayə-i kərimə, Əsəd b. Huzeymə oğullarından olan bədəvi Ərəblər haqqında enmişdir. Bunlar bir qıtlıq ilində Rəsulullahın (s.ə.s) hüzuruna gəlmiş və zahirən şəhadət kəlməsini söyləmişdilər. Ancaq içdən içə mömin deyildilər. Mədinə yollarını pisliklərlə bərbad etmiş, qiymətlərin yüksəlməsinə səbəb olmuşdular. Rəsulullaha (s.ə.s), “Biz sənə yüklərimizlə, ailələrimizlə birlikdə gəldik. Filan oğullarının səninlə vuruşduğu kimi, biz səninlə vuruşmadıq. Bunun üçün də bizə zəkatdan bir şeylər ver” deməyə və Peyğəmbər Əfəndimizə minnet etməye başlamışdılar. Uca Allah da onlar haqqında bu ayə-i kəriməni endirdi.

İbn Abbas dedi ki: “Ayə-i kərimə hicrət etmədən “Mühacir adını almaq istəyən bədəvi Ərəblər haqqında enmişdir. Allah onların, bədəvi Ərəblərə aid isimləri olduqlarını, onlara “Mühacirlər” deyilməyəcəyini bildirdi”.

Əs-Süddi dedi ki: Bu ayə-i kərimə əl-Fəth surəsində bəhs edilən bədəvi Ərəblər haqqında enmişdir. Bunlar Muzeynə, Cuheynə, Esləm, Gıfar, Dil və Eşcalılara mənsub bədəvi Ərəblərdır. Malları və canlarının güvənliyi üçün, “İman etdik” demişdilər. Mədinəyə gəlmələri istənincə, geri durdular. Bundan sonra bu ayə nazil oldu. [8]

 

Allah, doğrusunu ən yaxşı biləndir.

 

İstifadə edilmiş ədəbiyyat:

 

[1] Quranın Təbyini, II cild, səh. 61, Tin surəsi;

[2] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[3] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[4] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[5] Razi, Mefatihu’l-Ğayb.

[6] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[7] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[8] Kurtubi, el-Camiu li Ahkamil-Quran.