İSRA SURƏSİNİN TƏBYİNİ

Adını 1-ci ayədəki “أسرى esra” felinin məsdəri olan “إسراء isra” sözündən alan surə, Məkkədə enən 50-ci surədir. Surənin 26, 32, 33, 57 və 73-80-inci ayələrinin Mədəni olduğu [1] nəql edilməsinə baxmayaraq, təhlillərini edərkən açıqlayacağımız kimi, biz 73-77-ci ayələrin Məkki olduğunu düşünürük. Mədəni olduqları qeyd edilən digər ayələr isə Rəsmi düzülüşü tərtib edən səhabə heyəti tərəfindən ayələri bu şəkildə tərtib etdiklərinə görə, Məkki bir surə olan İsra surəsinin içində yer almışdır.

Surənin giriş bölməsində “İsrailoğulları”ndan bəhs edildiyi üçün surəyə “Bəni İsrail (İsrailoğulları) surəsi” də deyilir.

Allahın qoyduğu hikmətlərdən bir çoxunun sadalandığı surənin ana istiqaməti “iman”dır. Surədə Allahın varlığı, birliyi, peyğəmbərlik, öldükdən sonra dirilmə mövzuları üzərində xeyli durulmuş, bu mövzularla əlaqədar olaraq peyğəmbərimizin kimliyi, Allahın ona dəstəyi və müxtəlif möcüzələr haqqında məlumatlar verilmişdir.

Surədə həmçinin, İsrailoğullarının yaxın tarixinə də toxunulmuş, azmaları və fəsad çıxarmaları nəticəsində əsarət, sürgün kimi cəzalara məruz qaldıqları açıqlanmışdır. Xatırlanacaq olursa, bundan əvvəlki surələrdə müxtəlif yönlərdən İsrailoğullarından bəhs edilmiş, bir əvvəlki surə olan Qasas surəsində isə Əhli kitabın ağıllı və adil olanlarının Qurana inandıqları və belə bir kitabı gözlədikləri bildirilmişdi.

Bu surədə də İsrailoğullarının biliklilərinin peyğəmbərimizə diqqətlə yanaşdıqları, onun haqq elçi, gətirdiyi kitabın da haqq olduğuna qənaət gətirərək, təslimiyyətlə yerə qapandıqları anladılır.

Surənin 1-ci ayəsinin təhlilində açıqlanacağı kimi, İsra surəsi Qasas surəsinin davamı mahiyyətindədir. Xüsusilə də, 1-ci ayəsi Qasas surəsinin 85-88-ci ayələrinin davamı olaraq oxunduğunda, həm Qasas surəsinin 85-88-ci ayələrinin əmələ gətirdiyi bölmə, həm də İsra surəsinin 1-ci ayəsi daha yaxşı anlaşılır.

TƏRCÜMƏ

MƏKKƏ DÖVRÜ

Nəcm: 157

2,3Musaya da Kitab verdik və Mənim yaratdığım sərvətlərdən vəkil [bütün varlıqları müəy­yən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəs­tək­lə­yərək tətbiq edən bir insan/qurum] tanımayasınız deyə, Kitabı İsrailoğul­ları üçün/Nuhla bərabər gəmidə daşıyaraq qurtardığımız insanların soyundan olanlar üçün bir bələdçi etdik. Şübhəsiz ki, Nuh şükür edən/özünə verilən nemətlərin qar­şı­lı­ğı­nı çox-çox ödəyən bir qul idi.

4Və Biz İsrailoğullarına Kitabda/yazıda bunu həyata keçirdik: “Tam yəqinliklə bilin ki, siz yer üzündə iki dəfə qarışıqlıq çıxaracaqsanız/pozğuna uğrayacaqsanız və tam yəqinliklə bilin ki, böyük bir yüksəlişlə yüksələcəksiniz”. 5Bax budur, o ikisin­dən birincisinin zamanı gəldikdə, üzərinizə güclü, qüvvətli qullarımızı göndərdik və on­lar evlərin aralarına girib, araşdırdılar. Və o, yerinə yetirilməli olan bir vəd idi. 6Sonra sizi təkrar, güclü qulların üzərində qalib etdik və sizə mallarla və oğullarla kömək etdik. Və sizi işə yarayanlar sarıdan, daha çox şey sahibi etdik.

7Əgər yaxşılıq etdinizsə, özünüzə yaxşılıq etmişsiniz və əgər pislik etdinizsə, o da özünüz üçündür. Artıq digər pozğuna uğrama zamanı gəlincə də, sizə pislik et­mə­ləri, ilk dəfə girdikləri kimi, yenə məscidə/Beytül-Maqdisə girmələri, ələ ke­çir­dikləri yerləri darmadağın etmələri üçün, üzərinizə güclü qullarımızı təkrar gön­dərəcəyik. 8Umulur ki, Rəbbiniz sizə mərhəmət edər. Və əgər siz döndünüzsə, Biz də döndük. Və Biz cəhənnəmi, kafirlər üçün bürüyücü bir zindan etdik.

(50/17, İsra/2–8)

Nəcm: 158

9,10Şübhəsiz ki, Quran insanları ən doğru və ən sağlam şeyə/kamala bələdçiləyər və quruculuq yolunda fəaliyyət göstərən möminlərə özləri üçün, tam əmin olun və tam qəti olaraq bilin ki, böyük bir əcir olduğunu və axirətə inanmayan insanlar üçün Bizim can yandıran bir əzab hazırladığımızı müjdələyər.

Nəcm: 159

11Və insan xeyiri dəvət edirmiş kimi, şəri dəvət edər. Və insan çox tələskəndir.

12Və Biz gecəni və gündüzü iki əlamət/nümunə etdik. Sonra Rəbbinizdən bir ərmə­ğan­ ummağınız, illərin sayını və hesabını bilməyiniz üçün gecənin əlamətini/nü­mu­nəsini silib, görməyiniz üçün aydınlıq olaraq gündüzün əlamətini/nümunəsini gə­tir­dik. Və Biz hər şeyi ətraflı olaraq açıqladıqca açıqladıq.

13,14Və hər insanın öz etdiklərinin qarşılıqlarını ayrılmayacaq şəkildə boynuna doladıq. Və Biz qiyamət günü açılmış gördüyü kitabı onun üçün çıxararıq: “Oxu öz kitabını! Bu gün öz zatın, özünə qarşı hesab soruşan olaraq, sənə yetər!”

15Kim bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən o doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyan başqasının yükünü çəkməz. Və Biz bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq.

16Və Biz bir ölkəni dəyişikliyə/dağıntıya uğratmaq istədiyimiz zaman onun varlı və güc sahibi liderlərinə, haqq yolda olmalarını, haqq yolda başçılıq etmələrini əmr edərik və onlar bunun əksinə, orada haqq yoldan çıxarlar. Artıq oranın üzərinə Söz haqq olar və Biz oranı kökündən darmadağın edərik.

17Və Biz Nuhdan sonrakı nəsillərdən necələrini dəyişikliyə/dağıntıya uğratdıq. Və qullarının günahlarını haqqı ilə xəbərdar olan və ən yaxşı görən olaraq, Rəbbin yetər.

18Hər kim tələm-tələsik keçən dünyanı istəyərsə, istədiyimiz insana dilədiyimiz şeyi tezləşdirərik. Sonra onun üçün cəhənnəmi hazırlayarıq, qınanmış və qovulmuş olaraq oraya girər. 19Kim də axirəti istəyərsə və mömin olaraq axirətə yaraşan bir cəhd ilə, axirət üçün çalışarsa, bax budur, elələrinin çalışmalarının qarşılığı verilər. 20Hamısına – dünyanı istəyənlərə və axirəti istəyənlərə Rəbbinin ehsanından verərik. Rəbbinin ehsanı məhdud deyildir.

21Onların bir qismini başqa bir qismi üzərində üstün etdiyimizə bir bax! Əlbəttə, axirət dərəcələr və üstünlük baxımından da daha böyükdür.

22Allah ilə birlikdə başqa bir tanrı qəbul etmə/tanıma! Yoxsa qınanmış və tək başına tərk edilmiş olaraq oturub qalarsan.

(50/17, İsra/11–22)

Nəcm: 160

23,24Və sənin Rəbbin qəti olaraq, Özündən başqasına qul olmamağınızı, ana və ataya yax­şılıq etməyinizi/gözəlləşdirməyinizi qərara aldı. Onlardan biri və ya hər ikisi sənin ya­nında ixtiyarlığa çatarsa, qətiyyən onlara “Of” demə, onları danlama, onlara çox həssas davran. Və ikisinə də şərəfli, şirin və gözəl sözlər söylə. Və mərhəmətinə görə onlar üçün alçaq könüllülük qanadlarını endir. Və de ki: “Rəbbim! Onların məni uşaqlıqdan öyrədib, mədəni biri olaraq yetişdirdikləri kimi, onlara mərhəmət et”.

25Sizin Rəbbiniz içinizdəkiləri çox yaxşı bilir. Əgər salehlər olarsınızsa, əlbəttə, O, tam mənası ilə dönənləri bağışlayandır.

26,27Yaxınlıq sahibinə – yurdlarından çıxarılan məzlumlara, yoxsula və yolda qalmışa da haq­qını ver. Və yersiz/pisliyə pul-para xərcləmə. Şübhəsiz, yersiz/pisliyə pul-para xərc­ləyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur.

28Və əgər Rəbbindən umduğun bir mərhəməti arayaraq, əqrəba, yoxsul və yolda qal­mışa kömək etməyəcəksənsə, o vaxt da özlərinə yumşaq və şirin/onların xətrinə dəy­məyəcək bir söz söylə.

29Və əlini boynuna bağlanmış etmə/xəsis olma, onu büsbütün də dağıtma/bədxərclik etmə. Əks halda qınanmış olar və etdiyinə peşman olub qalarsan.

30Həqiqətən sənin Rəbbin, qullarından dilədiyi üçün ruzini çoxaldır və azaldır. Şübhəsiz ki, O, qullarından həqiqətən xəbərdardır, haqqıyla görəndir.

31Və yoxsulluq qayğısıyla uşaqlarınızı öldürməyin. Onları və sizi Biz ruziləndiririk/bəsləyirik. Onları öldürmək həqiqətən böyük bir günahdır.

32Zinaya da yaxınlaşmayın/zinaya yol açacaq yollardan uzaq olun. Şübhəsiz ki, o, iyrənclikdir və pis bir yoldur.

33Və haqq ilə olmadıqca, Allahın haram qıldığı bir kimsəni öldürməyin. Və kim haqsızlıq edilərək öldürülərsə, Biz onun yaxınlarına bir icazə vermişik. O da öldürməkdə həddini aşmasın. Şübhəsiz, öldürülənə/haqlarını qoruyacaq yaxınlarına kömək olunmuşdur.

34Yetkinlik yaşına çatıncaya qədər yetimin malına da, ən gözəl bir şəkildə olması istisna olmaqla, yaxınlaşmayın. Əhdi/verilmiş sözünüzü də yerinə yetirin. Şübhəsiz, verilən sözdə məsuliyyət vardır.

35Ölçdüyünüz zaman tam ölçün və ən doğru tərəzi ilə çəkin. Bu, həm daha xe­yir­lidir və nəticə/tətbiqat olaraq da daha gözəldir.

36Və heç bilmədiyin bir şeyin ardına düşmə! Şübhəsiz ki, qulaq, göz, könül, bunların hər biri ona görə məsuliyyət daşıyırlar.

37Və yer üzündə təkəbbürlə, əzəmətlə yerimə! Şübhəsiz ki, sən qətiyyən yeri yara bil­məz­sən və öz boyunla dağları ötüb keçə bilməzsən.

38Pis olan bütün bunlar Rəbbinin qatında bəyənilməyən şeylərdir.

39Bax budur, yuxarıda müəyyən edilən bu qaydalar/əmrlər Rəbbinin sənə vəhy et­di­yi səhv işləri və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qay­da­lar­dan bəziləridir. Allahla bərabər başqa bir tanrı qəbul etmə. Əks halda qınanmış və qo­vulmuş olaraq cəhənnəmə atılarsan.

(50/17, İsra/23–39)

Nəcm: 161

41Biz bu Quranda, onların ağıllarını başlarına almaları üçün dediklərimizi müxtəlif şəkillərdə çevirdik/fərqli şəkillərdə şərh/izah etdik. Və bu şərhlər, onların ancaq nif­rətini artırmışdır.

45Quranı öyrənib-öyrətdiyin zaman səninlə axirətə inanmayanlar arasında görün­məz/gizli bir pərdə etdik.

46Və onların qəlbləri onu qavrayıb anlamasınlar deyə, anlamaqlarına mane olan bir təbəqə, qulaqlarına da bir ağırlıq verdik. Və sən Quranda sadəcə Rəbbini “bir və tək” olaraq andığın zaman, “nifrətlə qaçar vəziyyətdə” uzaqlaşarlar.

47Biz onların səni dinlədikləri vaxt nə üçün dinlədiklərini, gizli danışmalarında da o şə­rik qoşaraq səhv/öz zərərlərinə iş edən kəslərin: “Siz, ovsunlanmış bir adam­dan başqasına uymursunuz” – dediklərini çox yaxşı bilirik. 48Sənin üçün necə ör­nəklər verdiklərinə bir bax! Beləliklə, pozğunluğa düşdülər! Artıq bir yola da güc­ləri yetməz.

(50/17, İsra/41, 45–48)

Nəcm: 162

42De ki:  “Əgər dedikləri kimi, Allahla yanaşı bir sıra tanrılar olsaydı, o zaman o tanrı­lar ən böyük taxtın sahibinə – Allaha bir yol axtarardılar”.

40Rəbbiniz oğulları sizə məxsusi olaraq verdi və Özünə mələklərdən qızlarmı qəbul et­di? Şübhəsiz ki, siz çox yekə-yekə danışırsınız!

43Allah onların dediklərindən böyük bir ululuqla arınıq və çox ucadır.

44Bütün göylər/kosmos, yer üzü və bunların içində olanlar, Allahı nöqsan sifət­lər­dən münəzzəh qılırlar. Onun tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl­ma­yan heç bir şey yoxdur. Lakin siz, onların Allahı nöqsan sifətlərdən münəzzəh qıl­ma­­larını yaxşı qavramırsınız. Şübhəsiz ki, O, yumşaq davranandır, çox ba­ğış­la­yan­dır.

(50/17, İsra/42, 40, 43–44)

Nəcm: 163

49Və onlar dedilər ki:  “Biz bir sümük yığını və ovalanıb toz olandan sonramı? Həqiqətən biz yeni bir yaradılışla dirildiləcəyikmi?”

50–52De ki: “İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir ya­ra­dılış olun”. Sonra onlar: “Bizi kim geri döndərəcək?” – deyəcəklər. De ki: “Sizi ilk də­fə yoxdan yaratmış olan”. Buna görə də sənə başlarını bulayacaqlar və: “Nə za­man­dır bu?” – deyəcəklər. De ki: “Çox yaxın olması umulur! Sizi çağıracağı/di­ril­di­lə­cəyiniz gün, Onu öyərək Onun çağırışına uyacaqsanız və sadəcə, çox az qaldığınızı zənn edəcəksiniz”.

(50/17, İsra/49–52)

Nəcm: 164

53Qullarıma söylə ki, ən gözəl olanı söyləsinlər. Şübhəsiz, şeytan aralarına qarışıqlıq sa­lar. Şübhəsiz, şeytan insanın açıq-aşkar bir düşməndir.

54Sizin Rəbbiniz sizi daha yaxşı biləndir. Əgər diləyərsə, tövbə etdiyinizə görə sizə rəhm edə bilər və ya diləyərsə sizə əzab verər. Səni də onların üzərinə, vəkil [bir proqrama görə ni­zamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri] olaraq gön­dər­mədik.

55Və Rəbbin göylərdə və yerdə olan insanları ən yaxşı biləndir. Və and olsun ki, Biz peyğəmbərlərdən bəzisinə digərlərindən fərqli xüsusiyyətlər verdik. Biz Davuda da Zəburu ver­dik.

56De ki: “Allahın yaratdığı sərvətlərdən, tanrı olduğunu iddia etdiyiniz şeyləri ça­ğı­rın. Görəcəksiniz ki, sizdən kədəri qaldırmağa və dəyişdirməyə onların gücləri yetməz.

57Bax budur, tanrı olduğunu iddia etdiyiniz şeylər, hansı ki, Rəbbinə daha yaxın olmaq üçün vəsilə diləyənlər, Onun rəhmətinə ümid bəsləyənlər və Onun əzabından qorxanlardır”. Həqiqətən sənin Rəbbinin əzabı qorxuludur.

58Və heç bir şəhər yoxdur ki, qiyamət günündən əvvəl Biz onu dəyişikliyə/dağıntıya uğratmayaq, yaxud şiddətli bir əzab ilə cəzalandırmayaq. Bütün bunlar, Kitabda sətir-sətir qeyd edilmişdir.

59Və Bizi əlamətləri/nümunələri göndərməkdən ancaq öncəkilərin onları yalan saymış olmaları saxladı. Və Səmuda, açıq, gözlə görünə bilən şəkildə dəvəni/sosial dəstək qurumları təşkil etmək vəzifəsini vermişdik və onunla haqsız davranmışdılar. Və Biz o əlamətləri/nümunələri ancaq qorxutmaq üçün göndəririk.

60Və o zaman ki, Biz sənə: “Şübhəsiz, Rəbbin insanları tam olaraq əhatə etmişdir” – demişdik. Və sənə açıqca göstərdiyimiz o görüntünü və Quranda uzaq durulmasını istədiyimiz qızıl, mal-mülk hərisliyini də, yalnız insanlara bir imtahan üçün var etmişdik. Və Biz onları qorxuduruq, lakin bu, onların sadəcə böyük bir azğınlığını artırır.

(50/17, İsra/53–60)

Nəcm: 165

61Və Biz bir vaxt təbiətdəki güclərə: “Adəmə – bilikləndirilmiş insana boyun əyib təslimiyyət göstərin” – demişdik və İblisdən/düşüncə qabiliyyətindən başqa hamısı boyun əyib təslimiyyət göstərmişdilər. O: “Mən bir palçıqdan/maddədən əmələ gətirdiyinəmi boyun əyib təslimiyyət göstərəcəyəm?” – demişdi.

62İblis dedi ki: “Bu, məndən üstün tutduğun insanı gördünmü? And içirəm ki, əgər məni qiyamət gününə qədər ertələyərsənsə, çox azı istisna olmaqla, onun nəslini öz buyuruğum altına alacağam”.

63–65Allah dedi ki: “Get! Sonra onlardan kim sənə uyarsa, bilin ki, şübhəsiz ki, cə­za­nız yetərli bir cəza olaraq cəhənnəmdir. Onlardan gücün yetdiklərini səsinlə sarsıt. Və at­lılarınla və piyadalarınla onların üzərinə qışqırıq qopar! Mallarda və uşaq­larda onlara ortaq ol! Və onlara vədlər ver”. Və şeytan, onlara aldatmaqdan baş­qa bir şey vəd etməz. Şübhəsiz ki, Mənim qullarım… Sənin onlar əleyhinə heç bir gücün yoxdur”. Bütün varlıqları müəyyən olunmuş bir proqrama görə nizam­la­yan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Rəbbin yetər.

66Sizin Rəbbiniz, Öz ərməğanlarından haqq etdiklərinizi arayasınız deyə, sizin üçün dənizdə gəmiləri üzdürən Zatdır. Şübhəsiz ki, O, sizə çox mərhəmətlidir.

67Və dənizdə sizə bir zərər toxunduğunda, o yalvardıqlarınız yox olub ge­dər­lər. O, yox olmaz. Sonra O, sizi quruya çıxararaq xilas edincə, üz döndərər­si­niz. Və insan, çox nankor biridir!

68Onun sizi quruda yerin dibinə batırmayacağından, yaxud üzərinizə bir qasırğa göndərməyəcəyindən arxayınsınızmı? Sonra özünüzə varlıqları müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən birini də tapa bilməzsiniz.

69Ya da sizi təkrar dənizə döndərərək üzərinizə qasırğalar göndərməsindən və beləliklə də, etdiyiniz nankorluğa görə, sizi boğmayacağından arxayınsınızmı? Sonra bu etdiyimizə qarşı, Bizim əleyhimizə sizə kömək edəcək bir qoruyucu tapa bilməzsiniz.

70Və and olsun ki, Biz insanoğlunu şan və şərəf sahibi etdik və quruda, dənizdə daşıyıcılara yüklədik və təmiz/xoş yeməklərdən onları ruziləndirdik. Və onları yaratdıqlarımızın bir çoxundan olduqca üstün etdik.

 71O gün Biz bütün insanları başçılarıyla çağıracağıq ki, o gün, kimin kitabı sağ əlinə verilərsə, bax budur, onlar öz kitablarını oxuyacaqlar və onlar qəndil fitili/çəkirdəyin ipliyi qədər bir haqsızlığa uğradılmayacaqlar.

72Hər kim də bu dünyada kordursa, bax budur, o, axirətdə də kordur. Və getdiyi yol etibarılə daha çaşqındır.

(50/17, İsra/61–72)

Nəcm: 166

73Az qalmışdı ki, onlar səni, sənə vəhy etdiyimizdən uzaqlaşdırsınlar və Ondan başqasını bizə isnad edərək söyləyəsən deyə, səni səhvə sürükləyərək atəşdə yandırsınlar. Bax budur, o təqdirdə səni xəlil/ iz qoyan bir lider edərdilər.

74Və əgər Biz səni möhkəmlətməsəydik, sən onlara bir az da olsa, meyl edərdin.

75O halda sənə həyatın iki qatını və ölümün iki qatını daddırardıq. Sonra Bizə qarşı özünə heç bir yardımçı da tapa bilməzdin.

76,77Və yaxında səni bu yerdən/yurdundan çıxarmaq üçün mütləq narahat edə­cək­lər. Belə olan halda, səndən əvvəl elçi göndərdiklərimiz adamlar haqqındakı qaydamıza/hüququmuza görə, onlar da səndən sonra çox az qalacaqdılar. Bi­zim qaydalarımızda hər hansı bir dəyişiklik görə bilməzsən.

78Günəşin batmasından/yox olmasından, gecənin qaralmasına qədər salaatı iqa­mə et və sübh vaxtı öyrənib/təlimlənməsini təmin et. Çünki səhər öyrənib/təlimlənil­mə­si gö­rünən şeydir.

79Və gecədən də. Həmçinin sənə məxsus bir üstünlük olaraq, sən salaatı gecələr də oyanıb tətbiq et! Rəbbinin, səni gözəl bir məqama çatdıracağına ümüd edirik.

80Və de: “Rəbbim! Məni həqiqət girişi ilə qəbul et və həqiqət çıxışından çıxart. Və mənə qatından köməkçi bir qüvvə ver”.

81Və de: “Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olub, gedər”.

(50/17, İsra/73–81)

Nəcm: 167

82Və Biz Qurandan inananlar üçün şəfa və mərhəmət olan şeyləri endiririk. Və bu, sa­dəcə şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin məhvini artırar.

83Və Biz insana nemət verdiyimiz zaman, üz çevirib uzaqlaşır. Ona pislik toxunduqda isə ümidsizliyə qapılır.

84De ki: “Hər kəs olduğu vəziyyətinə uyğun iş görər. Bu vəziyyətdə Rəbbin, yol ola­raq, kimin ən doğru yolda olduğunu daha yaxşı biləndir”.

85Və səndən vəhy haqqında soruşurlar. De ki: “Vəhy, Rəbbimin işindəndir. Sizə isə az bi­lik­dən başqa bir şey verilməmişdir”.

86Və and olsun ki, dilərsək, sənə vəhy etdiyimizi ortadan qaldırarıq; sonra Bizə qarşı, özünə varlıqları müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qo­ruyaraq, dəstəkləyərək həyata keçirən birini tapa bilməzsən.

87Rəbbindən bir mərhəmət olaraq, Biz bunu etmədik. Həqiqətən, Onun sənin üzərin­də­ki ərməğanları çox böyükdür.

88De ki: “And olsun ki, bu günün, sabahın bütün insanları, bu Quranın bir bənzərini gətirmək üçün bir yerə yığışsalar, bir-birlərinə köməkçi də olsalar, onun bənzərini tam yəqinliklə bilin ki, ərsəyə gətirə bilməzlər”.

89Və and olsun ki, Biz bu Quranda insanlar üçün hər örnəkdən və hərtərəfli vermişik. Yenə də insanların çoxu həqiqəti ört-basdır etməkdən başqa bir şey etməkdən qaçındılar/inkar etməkdə israrçı oldular.

90–93Və: “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə qətiyyən inanmayacağıq. Ya­xud sənin xurmalardan, üzümlərdən ibarət bir bağçan olmalıdır. Onların ara­la­rın­da şı­rıl-şırıl bulaqlar axıtmalısan. Yaxud iddia etdiyin kimi, göyü parçalar ha­lında üzə­rimizə düşürməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Ya­xud sə­nin qızıl bəzəkli bir evin olmalı, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yük­sə­li­şinə, öyrənib-öyrədəcəyimiz bir kitabı bizə endirməyənə qədər qətiyyən inanm­a­rıq” – de­dilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən məgər bəşər elçidən baş­qa bir şeymiyəm ki?!”

94Və insanlara yol göstərən – Quran gəlincə, özlərinin iman etmələrinə, sadəcə: “Allah bir bəşərimi elçi göndərdi?” – demələri mane olur.

95De ki: “Əgər yer üzündə rahatlıqla gəzən mələklər olsaydı, əlbəttə, Biz onlara göydən elçi olaraq bir mələk endirərdik”.

96De ki: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. Şübhəsiz, O, qullarını, hər şeyin iç üzünü, gizli tərəflərini yaxşı biləndir, ən yaxşı görəndir”.

97,98Və Allah kimə bələdçi olarsa… Bax budur, o doğru yolu tapmış olandır. Kimi də az­dırarsa, artıq bunlar üçün Allahın yaratdığı sərvətlərdən heç bir köməkçi, qoruyucu, yol göstərici yaxın kimsə tapa bilməzsən. Və Biz onları qiyamət günü kor, lal və kar olduqları halda, üzüstə toplayacağıq. Onların girəcəkləri yer cə­hənnəmdir. O zaman ki, cəhənnəm bitdi, onlara atəşi artdırarıq. Bax budur, bu onların ayələrimizi/əlamətlərimizi/nümunələrimizi ört-basdır etdikləri və:  “Bizlər, bir yığın sümük və ovalanmış toz olduğumuz zamanmı, biz yeni bir yara­­dılışla mütləq dirildilmiş­mi olacağıq?” – dediklərinə görə, onların cəzasıdır.

99Onlar, göyləri və yeri yaradan Allahın, onlarla eyni olan insanları yaratmağa da gücü yetdiyini və onlar üçün şübhə edilməyən bir müddət sonu müəyyən edilmiş olduğunu da görmədilərmi? Bax budur, bu, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, gerçəyi ört-basdır etməkdən başqa hər şeydən qaçındılar – həmişə haqqı örtməyə yönəldilər.

100De ki: “Əgər siz, Rəbbimin mərhəmət xəzinələrinə sahib olsaydınız, xərclənib tü­kə­nər qorxusu ilə, tam yəqinliklə bilin ki, əlinizdə tutar/kimsəyə bir şey verməzdi­niz. Və insan çox xəsisdir”.

(50/17, İsra/82–100)

Nəcm: 168

101Və and olsun Biz Musaya açıq-aşkar doqquz/bir çox ayə [əlamət/nümunə] ver­­dik. Bax budur, İsrailoğullarından soruş, gör! O zaman ki, Musa, onların yanına gəldi və Firon ona: “Ey Musa! Mən sənin ovsunlanmış olduğunu tam yəqin bil ki, bilirəm” – de­mişdi.

102Musa dedi ki: “Sən tam yəqin bildin ki, ayələri, bir-bir ibrət olaraq, ancaq göylərin və yerin Rəbbi endirdi. Və mən də sənin dağıntıya uğramış olduğuna tam yə­qin inanıram”.

103Buna görə də Firon Musanı və İsrailoğullarını Misirdən sürgün etmək istədi və Biz onu və yanındakıların hamısını suda boğduq.

104Və ondan sonra Biz İsrailoğullarına: “Bu torpaqlara siz yerləşin! Sonra axirətə dair verilən söz gəldiyi vaxt, sizi toplayıb bir yerə yığacağıq” – dedik.

(50/17, İsra/101–104)

Nəcm: 169

105Və Biz Quranı sadəcə haqq ilə endirdik, o da sadəcə haqq ilə endi. Və Biz səni yalnız və yalnız müjdəçi və xəbərdar edən olaraq elçi etdik.

106Və Quranı… Biz onu öyrənib, insanlara gözlənilənlərə görə öyrədəsən deyə parça-parça ayırdıq və Biz onu, endirdikcə endirdik!

107,108De ki: “Siz Qurana istər inanın, istər inanmayın, bu, daha əvvəl özlərinə bilik verilənlər/Quran onlara oxunduğu zaman onlar boyun əyib, təslimiyyət göstə­rə­rək çənələri üstə yerə qapanarlar. Və: “Rəbbimiz hər cür nöqsandan münəz­zəh­dir. Rəb­bimizin vədi mütləq yerinə yetəcəkdir” – deyərlər”.

109Və onlar ağlayaraq, çənələri üstə qapanarlar. Quran onların hörmət və təvazökarlığını artırar.

110De ki: “Allah deyə çağırın və yaxud Rəhman deyə çağırın. Hansı adla çağırırsınızsa çağırın, ən gözəl isimlər Onundur. Salaatı nə açıq icra etmə, nə də gizlin etmə. Və bu ikisi arasında bir yol tap”.

111Və de ki: “Bütün təriflər, özünə heç bir övlad götürməyən, sahiblikdə və idarəçilikdə özünün hər hansı bir ortağı olmayan, zəif olmadığı üçün köməkçiyə ehtiyacı olmayan Allaha aiddir/başqası öyülə bilməz”. Və Allahı uca tutduqca uca tut!

(50/17, İsra/105–111)

TƏHLİL:

1Qulunu bir gecə ayələrimizdən/əlamət­lə­ri­mizdən/nümunələrimizdən göstərək deyə, Məscidülhəramdan bir kənarı­nı mü­barək qıldığımız Məscidüləqsaya yeridən Zat, hər cür nöqsan sifətlərdən mü­nəz­zəhdir. Şübhəsiz ki, O, ən yaxşı eşidənin, ən yaxşı görənin məhz özüdür.

Rəsmi düzülüş tərtib heyəti tərəfindən İsra surəsinin ilk ayəsi olaraq tərtib edilən bu ayə, “giriş” bölməsində söylədiyimiz kimi, Quran, Elçi və Quran – Elçi əlaqəsi üzərində duran Qasas surəsinin 85-88-ci ayələrinin davamıdır:

  • 88Və Allah ilə bərabər başqa bir tanrıya yalvarma. Ondan başqa heç bir tanrı yox­dur. Onun Zatından başqa hər şey yox olacaqdır. Qanun-qayda, yalnız və yalnız Onun­dur. Siz də ancaq Ona döndəriləcəksiniz. İsra/1Qulunu bir gecə ayələrimizdən/əlamət­lə­ri­mizdən/nümunələrimizdən göstərək deyə, Məscidülhəramdan bir kənarı­nı mü­barək qıldığımız Məscidüləqsaya yeridən Zat, hər cür nöqsan sifətlərdən mü­nəz­zəhdir. Şübhəsiz ki, O, ən yaxşı eşidənin, ən yaxşı görənin məhz özüdür. (Qasas/88 və İsra/1)

İslam cəmiyyətləri arasında xüsusi bir yeri olan bu ayə, gerçək ifadələrindən uzaqlaşdırılmış və “Mirac” deyə ortaya qoyulan bir əfsanəyə istinad edilmişdir. (Mirac əfsanəsindən bəhs edən rəvayətlər: Buhari. Kitab-ü Bed’il halk 17 və Menakıbu’l Ensar. 107 saylı rəvayət, Xristiyanlıqdakı “Pavlusun Vizyonu”-na istinad edilmişdir).

Həmçinin, ikinci ayədən etibarən Musa və İsrailoğullarından bəhs edildiyindən, birinci ayədə yeridildiyi bildirilən qulun, Musa olduğu təəssüratı da verilmişdir.

Biz, ayənin doğru başa düşülə bilməsi üçün, ayədəki ifadələrin dəyərləndirməsinin cəm halda deyil, sözlər əsasında edilməsinin daha faydalı olduğunu düşünür və təhlilimizi buna görə edirik.

Bir gecə… Ayədə bəhs edilən əhvalatın bir gecə vaxtı meydana gəlməsi barədə heç bir mübahisə olmayıb. Amma bu gecənin hansı gecə olduğu, ayədə verilən digər sözlərin izahları edildikdən sonra, qarşıda müəyyən ediləcəkdir.

Qul. Əhvalatın qəhrəmanı olaraq ayədə bəhs edilən qulun, adı sanı açıqlanmamasına baxmayaraq, ittifaqla peyğəmbərimiz Muhəmməd (əs) olduğu qəbul edilmiş və bu mövzuda fərqli bir görüş irəli sürülməmişdir.

Çünki qədim və müasir bütün din bilikliləri Ələq və Cinn surələrində keçən “ عبد qul”un, Nəcm surəsinin 3-cü və Təkvir surəsinin 22-ci ayələrində keçən “ صاحبكم sahibüküm [yoldaşınız]” ifadəsi ilə qəsd edilənin və Qədr surəsinin 2-ci ayəsindəki “ وما ادراك və  ma edrakə [… sənə]” şəklindəki xitabın müxatibinin peyğəmbərimiz Muhəmməd olduğunda, beləliklə də, buradakı “qul”un da yenə peyğəmbərimizə yönəlik olaraq istifadə edildiyində ən başından bəri eyni fikirdə olmuşdular.

Məscidülhəramdan… İstər bütün din və dil biliklilərinə, istər bütün tarix və coğrafiya qaynaqlarına görə və istərsə də həm Ərəb, həm Roma şair və yazıçılarının əsərlərində yer aldığına görə, Məscidülhəram Kəbədir. Çünki Kəbənin haram, yəni döyüşün, davanın edilmədiyi, edilməyəcəyi “etibarlı ərazi/etibarlı məscid” olaraq bilinməsi İslamdan əvvəllərə gedib çıxır. Buna görə də ayədə verilən “Məscidülhəram”, mübahisəsiz olaraq “Kəbə”dir.

Məscidüləqsaya. Mövzumuzu aydınladacaq xüsuslardan biri, sifət tamamlığı şəklindəki bu ifadədir. Peyğəmbərimizin bir gecə Məscidülhəramdan yeridildiyi [yeriyərək getdiyi] Məscidüləqsanın hara olduğunun doğru bilinməsi vacibdir.

Rəvayətlərə əsaslanaraq izah edənlər, mövzumuz olan ayədə verilən Məscidüləqsanın bu gün Qüdsdə yerləşən məbəd olduğunu irəli sürərək, kitablara bu şəkildə yazılmasını təmin etmişlər və bu səhvdə demək olar ki, israr etmişdilər. Beləliklə, bu gün Məscidüləqsa deyildikdə çoxlarının ağlına Qüdsdəki məscid gəlir. Bu yanlış məlumatın üstünə bir də bu mövzuda uydurulmuş çoxsaylı rəvayətin təsiri əlavə edildikdə, müsəlmanlar arasında peyğəmbərimizin Məkkədəki Məscidülhəramdan Qüdsdəki Məscidüləqsa yeriyərək getdiyi, hətta oradan da göylərə çıxdığı istiqamətində bir inanc meydana gəlmişdir.

Halbuki “Məscidüləqsa” adı sadəcə üç rəvayətdə yer alır, o rəvayətlərdə də bu Məscidin harada olduğu haqqında hər hansı bir ifadə yoxdur. Digər tərəfdən, Qüdsdə yerləşən məbədin qəsd edildiyi rəvayətlərdə isə, bu məbəd həmişə Beytü’l-Maqdis adıyla anılır.

Bu rəvayətlərə keçməzdən əvvəl, hər müsəlman tərəfindən mütləq yaxşı-yaxşı və doğru olaraq bilinməli olduğuna inandığımız aşağıdakı xüsusları xatırlatmaqda fayda görürük:

Qeyd: Hədis istilahında “səhih” qavramı bir isnadın mütləq doğru və sağlam olduğunu deyil, o isnadın Hədis elminin nüfuzlu şəxsləri tərəfindən müəyyən olunmuş qayda və kriteriyalara uyğun olduğunu ifadə edir. Hədis elminin bu qayda və kriteriyalarına görə, ədalət və qeyd sahibi şəxslərin bir-birlərindən nəql edərək gətirdikləri, kəsilməz sənədlə rəvayət edilən, “qaydaya uymayan” və “nöqsanlı” kimi tərif edilməyən hədislərə “səhih” deyilir. Bu qaydalar içərisindəki hədislərin səhih olduğu söylənə bilirsə də, qəti olaraq peyğəmbərimizə aid olduqları söylənə bilməz. Həmçinin mühəddislərdən bəzisinin səhih gördüyünü bir başqası səhih görməyə bilir.

Hədis mövzusunda müsəlman biliklilərin tərtib etdirdikləri üsul o gün üçün müasir bir metodoloji araşdırmanı ifadə etsə də, maraq dairəsi məhz “din” olan “sünnət” kimi bir mövzuda Allah Rəsulunun sözlərini doğru təsbit etmək mənasında daha etibarlı bir metodologiyanın müəyyən edilməsinə ehtiyac vardır.

Hədis bilikliləri mövzuya olan laqeydlikləri deyil, araşdırma texnikaları baxımından modern dövrlərdəki vasitə imkanlarına o gün sahib olmadıqlarına görə, rəvayət edilən Hədis mətnlərini bu xüsusiyyətdə bir metodoloji yaxınlaşma ilə araşdıra bilməmişlər. İslam hegemonluğunun ilk yüzilində sürətlə və yayılmış bir İslamlaşma cərəyanı izlənmiş, pozitiv istiqrarsızlığın [sosial və dini hərəkətliliyin] sürətlə davam etdiyi bu dövrdə bütün müsəlmanların, Quran dəyərlərini olduğu kimi mənimsədikləri ehtimal edilərək, peyğəmbərimizdən rəvayət edilən bir sözün mutləq ona aid olması lazım gəldiyi şəklindəki xoş məqsədli qənaətə sıx-sıx bağlı qalınmışdır. Bu xoş məqsədli qənaətlə bir müsəlmanın öz yalan, ya da səhv sözünü peyğəmbərimizə isnad edə biləcəyinə çox az ehtimal verilmişdir. Buna görə də, ravi etibarlılığını ön planda tutan Əhli Hədis, rəvayət etdiyi Hədislərin “mətn tənqidi”ni etməyi heç düşünməmişdir. Beləliklə, Hədislərin “ağla, elmə, Qurana, fitrətə, mütəvatir sünnətə və ümmətin icmasına” uyğun olub-olmadığı heç nəzərə alınmamışdır. Hər kəsin eşidib bilməsi lazım gələn əhvalatları yalnız tək bir adamın rəvayət etməsi belə, diqqətləri çəkməmişdir.

Ancaq Hədis biliklilərinin bu diqqətsizliklərini, adi və asanlıqla anlaşıla bilən yalan rəvayətləri belə, həqiqət zənn edəcək qədər saf və zəkasız olduqları şəklində dəyərləndirmək doğru bir yaxınlaşma deyildir.

Düşdükləri çıxılmaz vəziyyət, insanların şəxsi inanc və dünyagörüşlərini müəyyən etmək yönündəki bəşəri zəiflərini müşahidə edə bilməmələri, önlərinə gələn rəvayətləri qəti etibarlılığa deyil, qəti şübhəyə üstünlük verərək dəyərləndirmək lazım olduğunu qavraya bilməmiş olmalarıdır. Onlar sadəcə “səhih” tərifi içindəki kriteriyaları nəzərə almışlar və rəvayətlərin nəql qaydalarına uyğun olub-olmadığına diqqət etməklə kifayətlənmişlər.

Bəzi məzhəb mənsubları isə Bəqərə/143, Al-i İmran/110, Ənfal/64, Tövbə/100, Fəth/18, Həşr/8-inci ayələrini özlərinin siyasi görüşləri istiqamətində təhrif etmişlər. Həmçinin, çox sayda Hədis uyduraraq, səhabə sifətini daşıyan adamların xətasız, qüsursuz, yalansız, səhvsiz, pis niyyətsiz və yüzdə yüz etibarlı olduqlarını qəbul etmişdilər. Belə ki, səhabə sayılanlardan bir qisminin münafıq olduğu heç nəzərə alınmadan, hamısına toxunulmazlıq zirehi geyindirilmişdir. Vəziyyət belə olduqda isə heç kim önünə qoyulan rəvayəti sorğu-sual etmə cəsarətini göstərə bilməmişdir.

Beləliklə, yalan və səhvin üstü açılmamış, “Həzrətin belə  deməsində, belə  etməsində mütləq bir hikmət vardır” deyilərək, bir çox rəvayət “səhih” qəbul edilmişdir. Halbuki, səhabə də olsa, bəşərin məsumluğundan bəhs edilə bilməz. Həmçinin İslam ədəbiyyatında “münafıq” deyilən qismin peyğəmbərimizin ərafında olan, bizim də səhabə dediyimiz insanlardan olduqları unudulmamalıdır. Bu cür şəxslərin hər cür xainliyi, hiyləgərcəsinə düşmənçilik edə biləcəyi nəzərdən qaçırılmamalıdır.

Bu xətalı yanaşmaların nəticəsi olaraq, həm bəzi şəxslərin uydurduqları yalanlarla tər-təmiz İslam dinini pozma cəhdlərinə kömək olunmuş, həm də o şəxslərin haqsız olaraq əldə etdikləri səltənətləri və qeyri-qanuni icraatları qanuniləşdirilmişdir. Peyğəmbərimiz dövründə iqtidarları əllərindən alınıb susdurulanlar hirs və qisaslarını peyğəmbərimizin vəfatından illər sonra bu yolla almışdılar.

Bu uydurmaları görən din böyüklərimiz isə “Bu, yalan və ya səhvdir” deyib, rədd etmək əvəzinə, onlara uyğun qılıflar tapıla bilməsi üçün yüzlərlə yeni yalan və səhvin ortalığa yayılmasına vəsilə olmuşdular. Bu xəbərdarlıqdan sonra, mövzumuz olan ayədəki Məscidüləqsanın hara olduğu haqqındakı araşdırmamıza rəvayətlərlə davam edə bilərik.

Rəvayələrdəki Məscidüləqsa. Yuxarıda da qeyd edildiyi kimi, “Məscidüləqsa” adı sadəcə üç rəvayətdə keçir.

1-ci Rəvayət: “… Əbu Hüreyrədən təhdis etdi ki, Peyğəmbər belə buyurmuşdur: “İbadət üçün bu üç məsciddən başqasına gedilməz: Məscidi Haram, Məscid-i Rəsulullah və Məscidüləqsa”. [2]

2-ci Rəvayət: “… Bizə Şubə, Abdulməlik b. Umeyrdən təhdis etdi. O belə demişdir: Mən, Ziyadın himayəsində olan Qazaadan eşitdim, o, belə dedi: Mən Əbu Said Hudridən eşitdim; o, peyğəmbərdən dörd şey təhdis edirdi ki, bu dörd şey həm məni heyrətə düşürdü, həm də sevindirdi. Peyğəmbər belə buyurmuşdur: “Həyat yoldaşı və ya bir məhrəmi özüylə bərabər olmayan qadın, iki günlük məsafəyə səfər etməsin. Ramazan bayramının ilk günü ilə qurban bayramının dörd günündən ibarət olan ramazan və qurban bayramı günlərində oruc tutmaq yoxdur. İki namazdan sonra da namaz yoxdur; biri sübh namazından sonra günəş doğulub, yüksələnə qədər, o biri ikindi namazından sonra günəş batana qədər. Namaz qılmaq üçün bu üç məsciddən başqa bir Məscidə səfər edilməz: Məscidi Haram, Məscidüləqsa və mənim Məscidim”. [3]

Əzrakinin təsbitlərinə görə, bu rəvayət saray bəsləmələrindən Şihab əz-Zühri tərəfindən o günkü iqtidara yaranmaq və iqtidara qanunilik qazandırmaq məqsədiylə peyğəmbərimizin “Ancaq üç məscid üçün səfərə çıxılar: İbrahimin Məscidi [Kəbə], bu mənim Məscidim və Süleymanın Məscidi” şəklindəki ifadəsinin: “Ancaq üç məscid üçün ziyarət səfərinə çıxıla bilər. Bunlar, Məscidülhəram, bu mənim Məscidim və Məscidüləqsadır” şəklinə salınaraq, təhrif edilmişdir. [4]

Bu iki rəvayət əslində eyni olmasına baxmayaraq raviləri fərqlidir. Birinci rəvayət Əbu Hüreyrə mənşəli ikən, ikincidə ara ravi Əbu Said əl-Hudri olmuşdur. Bu mövzudakı başqalarının fərqli rəvayətləri də Şihab tərəfindən təhrif edilmişdir. Biz isə orijinal olaraq irəli sürülən rəvayətin də uydurma olduğu qənaətindəyik. Çünki Quranda bir çox ayədə [Al-i İmran/137, Ənam/6, 11, Yusuf/109, Nəhl/36, Həcc/46, Nəml/69, Ənkəbud/20, Rum/9, 42, Fatir/44, Mömin/21, 82, Muhəmməd/10] seyrü-səfər əmr edilir və bu ilahi əmrləri qadağan etmək, ya da məhdudlandırmaq peyğəmbərimizin əsla etməyəcəyi bir hərəkətdir.

3-cü Rəvayət;

İbrahim İbn Yezid ət-Teymi anladır: Atamdan Məscidin həyətinin kənarında Quran öyrənirdim. Bu zaman səcdə ayəsini oxuyan kimi, atam dərhal səcdəyə qapanırdı. Ondan: “Atacan yolda niyə səcdə edirsən?” – deyə soruşdum. Dedi ki: “Mən Əbu Zərr(ra)ın belə dediyini eşitdim: Rəsulullahdan yer üzündə inşa edilən ilk Məscidin hansı olduğunu soruşdum: Məscidülhəram olduğunu söylədi. Mən: Sonra hansı? dedim, Məscidi Aqsa!  – deyə cavab verdi. Mən: İkisi arasında neçə il fərq var? – dedim. Qırx il! – dedi və əlavə  etdi: Yer üzü sənə məsciddir, belə isə harada namaz vaxtına çatarsansa, namazını qıl, Çünki fəzilət ondadır”. [5]

Bu üçüncü rəvayətdə diqqət edilməli olan məqam, Məscidülhəram ilə Məscidüləqsanın inşa edilmələri arasında 40 il olduğu şəklindəki ifadədir. Belə ki, bu ifadə tarixi həqiqətlərə uyğun gəlmir. Çünki e.ə. 2000ci ilin əvvəllərində yaşamış olan İbrahim peyğəmbərin [6] inşa etdiyi Məscidülhəramın inşa tarixi ilə e.ə.1000-962 illərində hökm sürmüş olan Davud peyğəmbər [7] və ondan sonra taxta oturan Süleyman peyğəmbər tərəfindən inşa edilmiş olan Məscidin inşası arasında təxminən 1000-1200 il olmalıdır.

Bu məlumatlar işığında, rəvayətlərdəki Məscidüləqsanın Davud və Süleyman peyğəmbərlər tərəfindən Qüdsdə inşa edilən məscid olmadığı, üçüncü rəvayətdə ortaya atılmış olan 40 illik müddətin də uydurma olduğu qəti olaraq anlaşılır. Hər nə qədər rəvayətlərdəki bu uydurma, iraq olsun, peyğəmbərimizə şamil edilmişsə də, əslində uyduranların kim və ya kimlər olduğu ortadadır.

Tarixi bir həqiqətdir ki, istər Quranın endiyi dövrdə və istərsə də daha sonrakı illərdə Qüdsdəki məscid “Beytü’l-Maqdis” olaraq bilinir, belə anılır və belə yazılırdı. Belə ki, peyğəmbərimizə və səhabəyə şamil edilən səhih rəvayətlərin hamısında da Qüdsdəki məscid üçün “Beytü’l-Maqdis” ifadəsi istifadə edilmişdir:

… Rəsulullahın azad etdiyi Meymunə(ra) anladır: “Ey Allahın Rəsulu! Bizə Beytü’l-Maqdis haqqında fitva ver!” – demişdim. Belə buyurdular: “Orası məhşər və mənşər yeridir (İnsanların qiyamət günündə toplanacağı və dəftərlərin yayılacağı yer). Oraya gedin və içində namaz qılın. Çünki orada qılınacaq tək namaz digər yerlərdə qılacağınız min namaz kimidir”.

Mən təkrar soruşdum: “Oraya getməyə müqtədir ola bilməzsəm nə etməliyəm?” Bu cavabı verdi: “Ona qəndil yağı bağışlayarsan, işıqladılmasında işlədilər. Belə edən də oraya çatan kimidir”. [8]

Qeyd: Bu rəvayətin bir çox mübahisəli nöqtəsi vardır. Ancaq biz bu rəvayəti sadəcə mövzumuz əhatəsində, yəni Beytü’l-Maqdis mövzusunda ələ aldığımız üçün digər xüsuslara toxunmuruq.

2-ci Rəvayət. … Abdullah b. Amr(ra) anladır: Rəsulullah buyurdular ki: “Hz.Davudun oğlu Süleyman Beytü’l-Maqdis inşaatını tamamladıqda, Allahdan üç şey tələb etdi: Allahın hökmünə uyğun gələcək şəkildə hökm vermək, özündən sonra kimsəyə nəsib olmayacaq bir səltənət, bu Məscidə sırf namaz qılmaq niyyətiylə gələnlərin günahlarından təmizlənərək, analarından doğulduqları gündəki kimi olmaları”. Sonra dedi ki: “İlk ikisi verilmişdir, üçüncünün də verildiyini ümid edirəm”. [9]

Yuxarıdakı rəvayətlərdən göründüyü kimi, Qüdsdəki Məscidin adı o dövrdə “Məscidüləqsa” deyil, “Beytü’l-Maqdis”dir.

Qüdsdəki Beytü’l-Maqdisin İslam tarixində əhəmiyyətli bir yeri vardır. Amma bu əhəmiyyət Mirac əhvalatından deyildir. Uydurma tarix və rəvayət kitablarında yer aldığına görə, guya peyğəmbərimiz “özünə vəhy gəlməmiş olan bir çox mövzuda Əhli-kitabı əsas almış, yəni Əhli-kitabı müşriklərdən üstün tutmuş, hətta müşriklərə müxalifət olsun deyə, saçlarının şəklini belə Əhli-kitabınkına bənzətmiş, …Haqqında hər hansı bir vəhy mövcud olmayan Qiblə mövzusunda da peyğəmbərimiz Mədinəyə gəldikdə Əhli-kitaba uymuş və onların Qibləsi olan Beytü’l-Maqdisi Qiblə qəbul etmiş, … Peyğəmbərimizin, fayda umaraq, etdiyi bir ictihadı olan bu tətbiqat, rəvayətlərə görə 16-18 ay qədər sürmüş,  belə ki, bu müddət ərzində bu tətbiqatdan gözlənən fayda təmin edilməmiş və peyğəmbərimiz bu barədə Allahdan vəhy gözləməyə başlamış, … Belə ki, çox keçmədən vəhy gəlmiş və Məscidülhəram Qiblə olaraq müəyyən edilmiş və s.”

Möminlərin Məkkə şəhərindəki Qiblələri ilə əlaqədar iki fərqli rəvayət vardır. Qiblə mövzusunun əsli, Bəqərə surəsinin 142-145-ci ayələrində yer almışdır, oradan tədqiq edilməsi daha uyğundur.

Beytü’l-maqdis’in qiblə olmasi ilə əlaqədar rəvayətlər.

1-ci Rəvayət. Əl-Bera anladır: Rəsulullah ilə birlikdə Beytü’l-Maqdisə doğru on səkkiz ay namaz qıldıq. Mədinəyə girişindən iki ay sonra Qiblə istiqaməti Kəbəyə çevrildi. Rəsulullah Beytül-Maqdisə üz tutaraq namaz qılarkən üzünü çox-çox səmaya çevirirdi. Allah Təala həzrətləri, peyğəmbərinin qəlbindən keçəni, yəni Kəbəyə yönəlmə arzusunu bildi. Bir gün Cəbrail Əleyhissəlam yüksəldi. Rəsulullah, o, yerlə göy arasında yüksələrkən, onu gözüylə təqib etməyə başladı, onun necə bir vəhy gətirəcəyini izləyirdi. Sonra Əziz və Cəlil olan Allah: “Biz sənin üzünü göyə doğru çevirib durduğunu görürük …” [Bəqərə/144] ayəsini endirdi. Biz, Beytü’l-Maqdisə doğru fərzin iki rükətini qılmış, tam rükuda ikən, bir adam gəlib: “Qiblə, Kəbəyə doğru çevrilmişdir!” – xəbərini gətirdi. Dərhal yönlərimizi çevirdik. Namazımızı yeniləməyib, qıldığımız qismin davamını tamamladıq. Rəsulullah: “Ey Cəbrail! Beytü’l-Maqdisə doğru qıldığımız namazların halı nə olacaq?” – deyə soruşdu. Bundan sonra da Allah Təala Həzrətləri: “Allah sizin imanınızı [daha əvvəl Beytü’l-Maqdisə doğru qıldığınız namazları] zay etməyəcəkdir” – ayəsini [Bəqərə/143] inzal buyurdu. [10]

2-ci Rəvayət. … əl-Bera b. Azib buyurdular ki: Rəsulullah Mədinəyə gəldikdə, əvvəl Ənsardan olan əcdadının (və ya dayılarının) yanına endi. O zaman namazlarını on altı və ya on yeddi ay boyunca Beytü’l-Maqdisə doğru qıldı. Ancaq Qiblənin Kəbəyə doğru olmasını arzulayırdı. Kəbəyə doğru qıldığı ilk namaz da ikindi namazı idi. Bu namazı Rəsulullah ilə bərabər əshabdan bir qrup adam da qılmışdı. Bu namazı qılanlardan biri oradan ayrıldıqda bir Məscidə rast gəldi. Camaat namaz qılırdı və tam rüku halında idilər. Adam onlara: “Şəhadət edirəm ki, Hz. Peyğəmbərlə Kəbəyə doğru namaz qıldıq”  –  dedi. Camaat olduqları yerdə Kəbəyə yönəldilər. Müsəlmanların Beytü’l-Maqdisə doğru namaz qılmaları Yəhudiləri məmnun edirdi. Üzlər Kəbəyə doğru yönəldikdə Yəhudilər bundan heç məmnun qalmadılar. Beyinsiz Yəhudilər dedi-qoduya başladılar.  Arxadan həmin bu ayə nazil oldu: “İnsanlar içindən bəzi beyinsizlər … [Bəqərə/142-145]”. [11] Bu Hədis Buxaridə dörd dəfə, Müslimdə bir dəfə, Tirmizidə üç dəfə, Nəsaidə dörd dəfə yer almışdır.

3-cü Rəvayət. Müslim və Əbu Davudun Enesdən rəvayət etdikləri bir digər Hədis belədir:

  • Onlar Beytü’l-Maqdisə doğru yönəlmiş halda sübh namazının rükusunda ikən, Bəni Sələmədən bir nəfər onların yanına gəldi və: “Qiblə istiqaməti Kəbəyə çevrildi” – dedi. Bu sözünü iki dəfə təkrar etdi. Camaat rükuda ikən Kəbəyə yönəldilər. [12]

4-cü rəvayət. İbnü Abbas anladır: Ayəyi kərimənin əmriylə Rəsülüllah Qibləni Kəbəyə yönəltdikdə Müsəlmanlar soruşdular: “Ey Allahın rəsulu, Beytül Maqdisə yönələrək namaz qılmış və indi ölmüş olan qardaşlarımızın namazları nə olacaq?” Buna görə də Cənabi Haqq bu ayəni endirdi: “Sənin yönəldiyin  istiqaməti, peyğəmbərlərə uyanları, azanlardan ayırd etmək üçün Qiblə etdik… (Bəqərə/143)”. [13]  Bu rəvayət Əbu Davud və Tirmizidə yer almışdır.

Göründüyü kimi, möminlərin ana strategiyaları olan müstəqil, azad bir yurdlarının, dövlətlərinin olması mənasındakı Qiblə, namazda Kəbəyə yönəlmə olaraq təhrif edilmişdir.

Amma yenə də yaxanı ələ vermişdilər. Qüdsdəki Məscidin adı bütün rəvayətlərdə Beytü’l-Maqdis olaraq keçmiş, birində belə Məscidüləqsa adı anılmamışdır. Əslində elə mövzumuz olan 1-ci ayədə verilən Məscidüləqsa, həqiqətən də Qüdsdəki məscid olsaydı, başda peyğəmbərimiz olmaqla, bütün müsəlmanlar Qüdsdəki məscid üçün “Məscidüləqsa” ifadəsini işlədərdirlər, Beytü’l-Maqdis adını ağızlarına belə almazdılar.

Beytü’l-maqdisə Məscidüləqsa adını kim verdi?

Burada ola biləcək bir səhvin qarşısını almaq üçün dərhal qeyd etmək lazımdır ki, “لاقصا Aqsa” sözü ilə “ مُقدّس muqəddəs” və “ مَقدِس Maqdis” sözləri arasında məna və quruluş baxımından hər hansı bir bağ və yaxınlıq yoxdur.

Çoxluq tərəfindən, səhv olaraq, Məscidüləqsa deyə bilinən Qüdsdəki məscid, Davud və Süleyman peyğəmbərlər tərəfindən inşa edilmiş olan Məscidin [Qüds Məbədi] b.e. 70 illərində Romalılar tərəfindən dağıdılmasından sonra dağıntıların düz yanında inşa edilmişdir. İnşa ediləndən etibarən də adına uzun illər boyu Yəhudilər tərəfindən “İlya Məscidi”, Ərəblər tərəfindən isə “Məscid-i Müqəddəs” və ya “Beytü’l-Maqdis” deyilmişdir:

Qüds məbədi, … Birinci məbəd, Hz. Davudun oğlu Hz. Süleymanın hökmdarlığı zamanında inşa edilərək e.ə. 957-də tamamlandı. … Babil kralı II Nabukadnezar e.ə. 586-da … tikilini bütünlüklə dağıtdırdı. … Babil fatehi II Kyros (Böyük), e.ə. 538-də … Yəhudilərin Qüdsə dönmələrinə və məbədi yenidən inşa etmələrinə icazə verdi. İşlər e.ə. 515-də tamamlandı. Özünəməxsus dizaynın sadə bir bənzəri olaraq inşa edilən ikinci məbədin geniş planı günümüzədək gəlib çatmadı. … e.ə. 66-da Romaya qarşı çıxan üsyan qısa müddətdə məbəd üzərində mərkəzləşdi və b.e. 70-də … Romalıların məbədi dağıtmasıyla nəticələndi. İkinci məbəddən geriyə yalnız qərb divarının bir parçası, bu gün Ağlama Divarı deyilən bölmə qaldı. …[14] 

Göründüyü kimi, Davud və Süleyman peyğəmbərlər tərəfindən inşa edilən məbəd 70-ci ildə yerlə bir olmuş və bu günə də sadəcə bir divarı qalmışdır. Amma bu gün o divardan başqa 6-cı və 7-ci yüzillərdə məbədin dağıntılarının bir bölməsi üzərində inşa edilmiş iki tikili də mövcuddur. Bunlardan biri, 527-565 illəri arasında hökm sürmüş olan Bizans imparatoru I İustinianos tərəfindən inşa etdirilən bir bazilikadır ki, bu tikili 638-ci ildə xəlifə Ömərin Qüdsü almasından sonra camiyə çevrilmişdir. [15]

Digər bina isə 691-ci ildə Əməvi xəlifəsi Abdülməlik b. Mərvan tərəfindən və xəlifə Ömərin camiyə çevirtdiyi tikilinin tam şimalında tikdirilən Qübbətü’s-Sahradır. [16]

Bəzi qaynaqlara görə Abdülməlik b. Mərvan, özünə qarşı Məkkədə xəlifə elan edilən Abdullah b. Zübeyr [17] ilə girdiyi siyasi mübarizədə, bir taktika olaraq, Xəlifə Ömər tərəfindən camiyə çevrilən tikilinin adını, Məkkədəki Məscidülhərama nəzirə olsun deyə “Məscidüləqsa” qoymuşdur. Abdülməlik b. Mərvanın qoyduğu ad məşhurlaşdıqda, geriyə mövzumuz olan 1-ci ayədə verilən Məscidüləqsanın bu məscid olduğunu kitablara yazdırmaq qalmışdır. Təhmin ediləcəyi kimi, bu da çox çətin olmamışdır. Nəticədə, o illərdən bu yana təəssüf ki, bütün müsəlmanlar bunu belə  qəbul etmişlər. Bunun əksini söyləmək, şərh etmək, hətta düşünmək belə imkansız hala gəlmişdir.

Səhv olaraq Məscidüləqsa deyə bilinən Beytü’l-Maqdis haqqındakı bu təhlilimizdən sonra, 1-ci ayədəki ifadələrlə əlaqədar dəyərləndirməmizə qaldığımız yerdən davam edək.

Ayənin orijinalında yer alan “حول havl” kəlməsinin həqiqi mənası “bir yan, bir kənar, sahil” deməkdir, ətraf demək deyildir. Əhəmiyyətinə uyğun olaraq, Əraf surəsinin təhlilinin sonundakı “Cəhənnəm ilə əlaqədar məsələlər” başlığı altında verilən “havl” sözü ilə əlaqədar materialın yenidən oxunmasını məsləhət bilirik. [18]

Ancaq, qısaca xülasə etmək gərəkirsə, “havl” sözünün əsas mənası “bir şeyin dəyişməsi, dəyişikliyə uğrayıb, başqasından ayırd edilməsi” deməkdir. Bir şeyin “havl”ı, üzərinə dönə biləcək, çevrilə biləcək tərəfidir. Yəni bir şeyin dəyişdiyini göstərən, bəlli edən tərəfı [xarici üzü, xarici kənarı] o şeyin havlıdır. “Hilə” sözü də “havl” sözündən gəlir. [19]

“Havl” sözü Quranda 17 dəfə keçir. Bunlardan ikisi (Bəqərə/233, 240) “il” mənasında, 15 dənəsi də (Məryəm/68, Zümər/75, Al-i İmran/159, Tövbə/101, 120, Əhqaf/27, Bəqərə/17, İsra/1, Şüəra/25, 34, Mümin/7, Ənam/92, Ənkəbut/67, Nəml/8, Şura/7) “bir şeyin xarici kənarlarından birisi” mənasında işlədilmişdir. “Havl” sözü türk dilinə “havlu [avlu; tikilinin yanında divarla əhatələnmiş yer]” olaraq keçmişdir.

Bir kənarını mübarək qıldığımız

“Havl” sözünün yuxarıdakı izahlarına uyğun olaraq ayədə verilən “bir kənarını mübarək qıldığımız” ifadəsindən, Məscidüləqsanın coğrafi olaraq mübarək qılınmış yerin xaricində, bir kənarında olduğu anlaşılır. Bu halda edilməsi gərəkən, əvvəl mübarək yerin hara olduğunu tapmaq, sonra da bu yerin kənarının harası olduğunu təsbit etməkdir.

Mübarək yerin hara olduğu Quranda bildirilmişdir:

  • 96, 97Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərmək üçün qurulan ilk ev Məkkədəkidir. Onda açıq-aşkar əlamətlər/nümunələr – İbrahimin vəzifə icra etdiyi yer [təhsil alıb, yetişdirilib, ortaq qoşmağa qarşı ayağa qalxdığı] vardır. Və oraya kim girərsə, təhlükəsizlikdə olmuşdur. Və yoluna gücü yetən hər kəsin Beyti/ilahiyyat təhsil mərkəzini niyyət etməsi, ilahiyyat təhsili üçün oraya getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də gerçəyi ört-basdır edərsə, bilsin ki, şübhəsiz, Allah aləmlərdən zəngindir. (Al-i İmran/96, 97)

Yəni mübarək yer Kəbədir, digər adıyla Məscidülhəramdır. Məscidülhəram “Haram bölgənin Məscidi” demək olduğuna görə, mərkəzində Kəbənin olduğu haram/mübarək/bərəkətli bölgənin sərhədləri müəyyən edilməlidir ki, bu bölgənin kənarlarının haralar olduğu da təsbit edilə bilsin.

Məkkə və Kəbədən bəhs edən bütün sənədlərdə haram/mübarək/bərəkətli bölgənin sərhədləri belə müəyyən edilmişdir:

– Kəbədən Mədinə yolu istiqamətində dörd mil,

– Kəbədən Yəmən yolu istiqamətində altı mil,

– Kəbədən Taif yolu istiqamətində on bir mil,

– Kəbədən İrak yolu istiqamətində yeddi mil,

– Kəbədən Ciranə vadisi istiqamətində doqquz mil,

– Kəbədən Ciddə yolu istiqamətində on mil.

Bu halda, mövzumuz olan ayədə bəhs edilən Məscidüləqsa yuxarıda sərhədləri müəyyən edilmiş olan bölgənin tam xaricində, kənarında olmalıdır. Yəni adı Abdülməlik b. Mərvan tərəfindən bu ayələrin enməsindən ən az 50 il sonra Məscidüləqsa olaraq qoyulmuş məscid. Qüdsdəki Məscidin ayədə bəhs edilən Məscidüləqsa olması mümkün deyildir.

Tarixi qaynaqlardakı Məscidüləqsa.

“Məscidüləqsa”, “ən uzaq məscid” deməkdir. Bu ifadəni istifadə edə bilmək üçün birdən artıq məscid olmalı və bu məscidlərdən birinin mərkəzə digərlərindən daha uzaq olması lazımdır. Əks halda bu ifadə dilçilik elmi baxımından xətalı olur. Belə ki, o dövrün Məkkə şəhərinin tarix və coğrafyasından bəhs edən əsərlərə baxıldığında, qarşımıza bu məntiqi təsdiqləyən məlumatlar çıxır.

İlk İslam tarixçilərindən Vakidinin “Kitabül-Məğazi” və əl-Ezrakinin “Ahbarul-Məkkə” adlı kitablarında seçib yığmış olduqları məlumatlara görə, Məkkədə Məscidülhəramdan başqa müxtəlif yerlərdə məscidlər vardır. Hətta bəzi evlər belə Məkkəlilər tərəfindən məscid olaraq işlədilir. Bu məscidlərdən biri də Məkkəyə doqquz mil məsafədə yerləşən Ciranə Vadisinin yuxarısında olduğuna görə “Məscidüləqsa/ən uzaq məscid” deyilən məsciddir. Bu Məscidi Qüreyşdən bir nəfər tikdirmişdir. Bir dəfəsində peyğəmbərimiz burada ehrama girərək, Məscidülhərama gəlmiş və Kəbəni təvaf etmişdir. Məkkənin fəthindən sonra müsəlmanlar bu qədim kiçik məscidləri yeniləməmişdilər. Buna baxmayaraq, bu məscidlərin yerlərində, uğur sayaraq, namaz qılmışdılar.

Vakidi sənəd orijinalı. Xəbərdarlıq.

O günkü Məkkəlilər, özlərinin inanışlarına görə İbrahim peyğəmbərin dininin mənsubları idilər. Dinləri təhrif olunmuş olsa da, öz anlayışlarına görə namaz, həcc kimi dini vacibələri özlərinin mövcud inancları istiqamətində yerinə yetirirdilər. Peyğəmbərimizin vəziyyəti də eyni idi. Bu xüsus daima nəzərə alınmalıdır. Həmçinin düşünülməməlidir ki, namaz, həcc, səcdə və dolayısıyla da Məscid peyğəmbərimiz elçi olduqdan sonra ortaya çıxmışdır. Digər tərəfdən, məscid deyildikdə bu günkü məscidlər ağla gəlməməlidir. Məsələn, Məscidülhəram və Məscid-i Nəbəvi deyildikdə onların bu günkü şəkli ağla gəlib, bu günkü quruluşları anlaşılmamalıdır. O məscidlər bu günkü ehtişamlı, dəbdəbəli, möhtəşəm, təntənəli hallarına Əməvi, Abbasi, Səlçuqlu, Osmanlı və Suudilər dövründə gətirilmişdilər. Məscid səcdə edilən yer demək olduğuna görə, bu məscidlər də, təlim- təhsil, yığıncaq etmək üçün müəyyən edilmiş olan yerlər, yəni o dövrə görə, adi kərpic tikintilər və ya ağacdan düzəldilmiş çardaqlardır. Əhəmiyyətli olan onların memarlıq şəkli deyil, işlədilmə məqsədləridir.

Yuxarıda verdiyimiz məlumatlar işığında, artıq ayədəki “bir kənarını mübarək qıldığımız” ifadəsi daha yaxşı dəyərləndirilərək, Məscidüləqsanın haram/mübarək bölgənin xaricində, kənarında bir yerdə olduğu anlaşılmış olmalıdır. Nəticə olaraq, Məscidüləqsa Qüdsdə deyil, Məkkədəki haram/mübarək yerin kənarındadır. Beləliklə, mövzumuz olan ayədə verilən Məscidüləqsa da, rəvayətlərdə bəhs edilən məscid də Qüdsdəki məscid deyil, Məkkənin kənarındakı bu məsciddir. Yəni həqiqi Məscidüləqsa Məkkənin kənarındadır və Qurandan edilən bu təsbit, ilk dövr tarix və coğrafya bilicisi Vakıdinin kitabındakı ilə eynidir.

Reallıq bu olmasına baxmayaraq, yuxarıda verdiyimiz rəvayətlərə təfsir, şərh və haşiyə yazanlar, bu rəvayətlərdə meydana çıxan əsassızlıqlara qılıf hazırlamaq üçün müxtəlif təvillər irəli sürmüşdülər. Bir çoxu gülünc olan bu təvilləri görmək üçün klassik kitabların orijinallarına və ya tərcümələrinə baxıla bilər.

Peyğəmbərimizin yeridiliş səbəbi. Ayələrimizdən göstərmək məqsədilə … Ayədə bildirildiyinə görə, Allahın qulu (Muhəmməd (əs)), özünə bir sıra ayələr göstərilmək məqsədilə, bir gecə Məscidülhəramdan mübarək qılınmış yerin kənarındakı Məscidüləqsaya yeridilmişdir.

Rəbbimiz həm bu göstərişi, həm də ayələrini “harada” və “necə” göstərdiyini Nəcm surəsində açıqlamışdır. Mövzu əhəmiyyətli olduğuna görə, Nəcm surəsinin əlaqədar bölməsinin yenidən oxunmasının faydalı olacağı qənaətindəyik. [20]

Qısaca xülasə etmək lazımdırsa, Nəcm surəsinin əlaqədar ayələri təhrif edilmiş və Allaha aid olan xüsusiyyətlər, təəssüf ki, Cəbrailə yaraşdırılaraq, Quranı vəhy edənin Cəbrail olduğu irəli sürülmüşdür. Nəcm surəsinin əlaqədar ayələrində vəhyi kimin öyrətdiyi adla deyil, sifətlərlə izah edilmişdir. Bu sifətlər Uca Allahın sifətləridir. Halbuki rəvayətçilər bu sifətləri Cəbrailə vermişlər. 10-cu ayədə peyğəmbərimizin Cəbrailə qul olması mənası ortaya çıxdıqda da, işin içindən çıxa bilməyərək, min bir uydurma uydurmuşdular. Quranı öyrədənin Cəbrail olduğunu söyləmək, Qurana tamamilə tərsdir.

Təkrar mövzumuza dönərsək, “Qulunu (Muhəmməd (əs)ı) … Məscidüləqsaya yeridən” ifadəsindən, peyğəmbərimizin yeriməsinin və möcüzələrdən ən böyüyünü görməsinin gecə vaxtı reallaşdığı anlaşılır. Yeriməyin bir gecə vaxti vaqe olduğu, həm “leylən (gecə vaxtı)” zərfiylə, həm də “gecə səfəri” mənasına gələn “əsra” feli ilə vurğulanır.

Bu gecənin necə bir gecə olduğu haqqında Quranda bu məlumatlar verilmişdir:

– Bu gecə, mübarək bir gecədir:

  • 2–7Açıq-aydın/açıqlayan Kitaba and olsun ki, şübhəsiz, Biz Öz qatımızdan bir iş olaraq, onu haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalarla dolu/sağlam, hər işin/var olmanın özündə ayırd edildiyi, hər şeyin bol-bol verildiyi, qazancın bol olduğu bir gecədə endirdik. Şübhəsiz ki, Biz xəbərdar edənlərik. Şübhəsiz ki, Biz Rəbbindən – göylərin, yer üzünün və ikisi arasındakıların Rəbbindən, əgər qəti­liklə inanan insanlarsınızsa, bir mərhəmət olaraq elçi göndərənlərik. Şübhəsiz ki, O, ən yaxşı eşidənin, ən yaxşı bilənin məhz özüdür. (Duhan/2-7)

 Bu gecə, Qədr gecəsidir:

  • 1Şübhəsiz Biz, dəyərli səhifələr içindəki Quranı Qədr gecəsində endirdik. (Qədr/1)

Bu ayələrdən aydın olur ki, İsra surəsinin 1-ci, Duhan surəsinin 4-cü və Qədr surəsinin 1-ci ayələrində verilən “gecə” eyni gecədir.

Bəqərə/185-də isə bu gecənin Ramazan ayında olduğu açıqlanmışdır.

Ancaq hansı ildəki Ramazan ayının neçənci gecəsi olduğu Quranda bildirilməmişdir. Rəbbimizin məlumat vermədiyi bir çox mövzuda olduğu kimi, bu mövzuda da rəvayətlər ortaya çıxmış, bunların ən sağlam qəbul edilənlərinin birində “Hicrətdən bir il əvvəl olduğu” [21], digərində isə Enes və Hüseyndən nəqlən “Muhəmməd (əs) hələ peyğəmbər olmazdan əvvəl” [22] deyilmişdir.  Çox təbiidir ki, bu əhvalat peyğəmbərimizin elçilik vəzifəsi almasından 1-2 saat əvvəl reallaşmışdır. Çünki ayədə bildirildiyinə görə, peyğəmbərimiz Məscidülhəramdam Məscidüləqsaya, özünə bir sıra ayələr göstərilmək, yəni peyğəmbər elan edilmək, vəhy edilmək üçün yeridilmişdir. Belə ki, Nəcm surəsindən öyrəndiyimizə görə, peyğəmbərimiz bu yerişin sonunda Məscidüləqsadakı son sidr ağacının yanında ilk vəhyi almış və “Qul Muhəmməd” olaraq gəldiyi “Cənnətül-Məva”dan “Elçi Muhəmməd (əs)” olaraq ayrılmışdır.

Şübhəsiz O, ən yaxşı eşidənin, ən yaxşı görənin məhz özüdür.

Bizim fikrimizcə, bu ayədə Allahın “ السّميعsəmi’” və “ بصيرbasir” sifətləriylə yer almasının səbəbi Allahın kütlənin cəhalətindən irəli gələn sıxıntılarını görməsi və mövcud quruluşlardakı zülmdən qaynaqlanan fəryadları eşitməsidir.

Uca Allah, bu sıxıntılar və fəryadlar qarşısında özünü görməməzliyə, eşitməməzliyə qoymamış, kütləni aydınladacaq, insanları xoşbəxt edəcək, onların Allahın rəhmətinə qovuşmalarını təmin edəcək bir elçi vəzifələndirmək üçün o adamı Məscidi Haramdan Məscidi Aqsaya yeritmişdir.

Uca Allahın elçi göndərməsindəki bu səbəblər, Musa peyğəmbərin elçi edilməsi ilə əlaqədar olaraq Kitab-i Müqəddəsdə də mövcuddur:

7- RƏBB: “Xalqımın Misirdə çəkdiyi sıxıntını çox yaxşı bilirəm”dedi, “Muzdurlar üzündən etdikləri fəryadı eşitdim. Çəkdikləri ağrı-acıları bilirəm.

8- Buna görə də aşağıya endim. Onları Misirlilərin əlindən qurtaracağam, o ölkədən çıxarıb, geniş və bərəkətli torpaqlara, süd və bal ölkəsinə, Kənanlıların, Hititlərin, Amorluların, Perizlilərin, Hivlilərin, Yevusluların torpaqlarına götürəcəyəm.

9- İsraillilərin fəryadı mənə çatdı. Misirlilərin onlara etməkdə olduğu təzyiqi görürəm.

10- Gəl, xalqım İsraili Misirdən çıxarmaq üçün səni Firona göndərim”.

11- Musa: “Mən kiməm ki, Fironun yanına gedib, İsrailliləri Misirdən çıxarım?” deyə cavab verdi.

12- Tanrı: “Şübhən olmasın, mən səninlə olacağam”dedi, “Səni mənim göndərdiyimin sübutu bu olacaq: Xalqı Misirdən çıxardığın zaman bu dağda mənə sitayiş edəcəksiniz”. [23]

2,3Musaya da Kitab verdik və Mənim yaratdığım sərvətlərdən vəkil [bütün varlıqları müəy­yən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəs­tək­lə­yərək tətbiq edən bir insan/qurum] tanımayasınız deyə, Kitabı İsrailoğul­ları üçün/Nuhla bərabər gəmidə daşıyaraq qurtardığımız insanların soyundan olanlar üçün bir bələdçi etdik. Şübhəsiz ki, Nuh şükür edən/özünə verilən nemətlərin qar­şı­lı­ğı­nı çox-çox ödəyən bir qul idi.

Surənin 2-ci ayəsindən başlayıb 9-cu ayəsinə qədər davam edəcək olan bu bölmədə peyğəmbərimizin çağdaşı olan İsrailoğullarına keçmişdə başlarına gələnlər xatırladılaraq, xəbərdarlıq edilir.

Bu xəbərdarlıq həm uzaq, həm də yaxın tarixi keçmişləri dilə gətirilərək edilir.

Mövzumuz olan 2, 3-cü ayələrdəki xəbərdarlıqlarda Allahın yaratdıqlarından “vəkil” qəbul etməsinlər deyə, onlara bələdçi olaraq kitab yollandığı bildirilir. Həmçinin Nuh peyğəmbər kimi çox şükr edən bir atanın nəslindən olduqlarına görə, onların da ataları Nuh kimi çox şükr edən və “vəkil” olaraq sadəcə Allahı tanıyan qullar olmaları istənilir.

“Vəkil” sözü “Rəbb” sözüylə eyni mənalı olub, “var edən, varlığı davam etdirən, inkişaf və təkamülü proqramlayan, ruzi verən və qoruyan” deməkdir.

Nuh peyğəmbər, tarixdən əvvəlki dövrdə yaşadığı üçün əslində bütün insanların atası mövqeyindədir. Burada İsrailoğullarının atası olaraq xarakterizə edilməsi İsrailoğullarına verilən məxsusi ismarıca görədir. Bu xarakterizə edilməklə sanki İsrailoğullarına: “Sizin babanız olan Nuh çox şükr edən bir quldu. Özünə verilən hər neməti Rəbbindən bilir və qarşılığını Allah üçün ödəyərdi. Siz onun zürriyyətisiniz. Belə isə atanız kimi edin” deyilmişdir.

4Və Biz İsrailoğullarına Kitabda/yazıda bunu həyata keçirdik: “Tam yəqinliklə bilin ki, siz yer üzündə iki dəfə qarışıqlıq çıxaracaqsanız/pozğuna uğrayacaqsanız və tam yəqinliklə bilin ki, böyük bir yüksəlişlə yüksələcəksiniz”. 5Bax budur, o ikisin­dən birincisinin zamanı gəldikdə, üzərinizə güclü, qüvvətli qullarımızı göndərdik və on­lar evlərin aralarına girib, araşdırdılar. Və o, yerinə yetirilməli olan bir vəd idi. 6Sonra sizi təkrar, güclü qulların üzərində qalib etdik və sizə mallarla və oğullarla kömək etdik. Və sizi işə yarayanlar sarıdan, daha çox şey sahibi etdik.

7Əgər yaxşılıq etdinizsə, özünüzə yaxşılıq etmişsiniz və əgər pislik etdinizsə, o da özünüz üçündür. Artıq digər pozğuna uğrama zamanı gəlincə də, sizə  pislik et­mə­ləri, ilk dəfə girdikləri kimi, yenə məscidə/Beytül-Maqdisə girmələri, ələ ke­çir­dikləri yerləri darmadağın etmələri üçün, üzərinizə güclü qullarımızı təkrar gön­dərəcəyik. 8Umulur ki, Rəbbiniz sizə mərhəmət edər. Və əgər siz döndünüzsə, Biz də döndük. Və Biz cəhənnəmi, kafirlər üçün bürüyücü bir zindan etdik.

Bu ayələrdə qısaca keçmişdə İsrailoğullarının güclənib təkəbbürləndikləri və kobudluğa yönəldikləri zaman Allahın onları, dəyişməz sünnətinə uyğun olaraq, tərbiyə etdiyi, tərbiyə edərkən də başlarına özlərindən daha güclü olan qullarını musallat etdiyi anladılır.

Ayələrdəki anladılanlara görə, bi­rinci fəlakətdən sonra İsrailoğulları tövbə etmişlər və ölkələrini yenidən quraraq qədim güclü vəziyyətlərinə dönmüşdülər. Bu dövrdə Allah onları “Əgər yaxşılıq etdinizsə, özünüzə yaxşılıq etmişsiniz və əgər  pislik etdinizsə, o da özünüz üçündür. Artıq digər pozğuna uğrama zamanı gəlincə də, sizə  pislik et­mə­ləri, ilk dəfə girdikləri kimi, yenə məscidə/Beytül-Maqdisə girmələri, ələ ke­çir­dikləri yerləri darmadağın etmələri üçün (üzərinizə güclü qullarımızı təkrar gön­dərəcəyik)” – deyərək xəbərdar etmişdir. Bu xəbərdarlıqlar qismən İsrailoğullarına edilmiş görünsə də, ilk müxatib Məkkəli müşriklərdir. Ancaq ayələrin ümumi ismarıcı Ərəbiylə, Yəhudisiylə, Xristiyanıyla bütün zamanların insanlarınadır.

Beləliklə, bu ayələrdə Rəbbimiz, İsrailoğullarını nümunə göstərərək bütün insanlara rəhmət qapılarını qullarının üzünə qapatmaya­cağını, vəziyyətini düzəldib səmimi olan hər kəsin rəhmətindən yararlana biləcəyini bildirərək, buna qarşılıq daşqınlıq, zülm və inkar etmələri halında, dünyadakı əzabın başlarına təkrar gələcəyini, axirətdə isə cəhənnəmin kafirlərə aid olacağını xəbər edir.

Qurandakı əhvalatların ümumi bir xüsusiyyəti olaraq, bu ayələrdə yer alan əhvalatda da tarixi əhvalatları açıqlama məqsədi güdülməmiş, sadəcə İsriloğullarının başına gələn əhvalatların səbəbi ortaya qoyulmuş və bu səbəb fərqli zaman və məkanda yaşayan bütün insanlara nümunə və ibrət olsun deyə kütləvi qayda şəklində açıqlanmışdır. Amma nümunə və xatırlatma məqsədli olaraq anladılması da bu əhvalatların dinləyənlər tərəfindən məchul olmadığına dəlalət edir.

İsrailoğullarının tarixində onlarla fəlakətdən bəhs edilə bilindiyi halda burada “iki dəfə” ifadəsinin işlədilməsi, bunların ən şiddətli iki dənəsinə diqqət çəkmək üçündür. Dərvəze bu iki əhvalatı klassik İslam və Yəhudi qaynaqlarında yer alan bir çox fəlakət arasından seçmiş və İsrailoğullarının başına gələn başqa əhvalatları belə təsbit etmişdir:

İsrailoğullarının Cəzalandırılmasına Dair İki Əhəmiyyətli Əhvalat:

1–  E.ə. 8-ci yüzilin sonlarında Assuriya Kralının Yəhudilərlə döyüşərək, Fələstin bölgəsinə bütünlüklə hökm edən İsrail dövlətinə son verməsi; onları yurdlarından sürgün etməsi, yerlərinə kənardan gətirdikləri qrupların yerləşməsidir.

2– E.ə. 6-cı yüzilin ilk rübündə, Babil kralı Buhtunnasırın [Nabukadnazar],  İsrailoğullarıyla döyüşərək “Yahuda” dövlətini ikinci dəfə darmadağın etməsi, paytaxtları Orşilimi [Beyt-i Maqdis] yandırıb dağıtması, məbədlərini xarabaya çevirməsi, xalqın böyük çoxluğunu Babilə sür­gün etməsidir. Eyni şəkildə tarixin sənədlərlə qeyd etdiyi bir başqa əhvalat yenə vardır: İsrailoğulları bu iki əhəmiyyətli zərbədən başqa bir digər zərbəni də e.ə. 3-cü yüzildən 1-ci yüzilə qədər Şam bölgəsində hökm sürən Yunan dövlətindən, ardından e.ə. 1-ci yüzilin ilk yarılarında eyni böl­gəni hökmü altına alan Roma dövlətindən aldılar. Fələstinə qədər Babil dövlətini idarəçiliyi altına alan Fars kralı Kuruş İsrailoğullarına yenidən etibar qazandırdı. Bundan sonra paytaxt və məbədlərini yenidən inşa etdilər.

Lakin idarəçilik Yunanlıların əlinə ke­çdikdə İsrailoğulları təkrar hədlərini aşdılar və zülmə başladılar. Bundan sonra Yunan dövləti onlara münasibətini dəyişdi və onları məğlubiyyətə uğratdı. Ardından yenidən gücləndilər. İdarəçilik Roma dövlətinə keçdikdə üsyan etdilər və hədlərini aşdılar. Bundan sonra Roma onlara dərsini verdi, onları məğlubiyyətə uğratdı. Paytaxtlarını və məbədlərini yerlə bir etdi. B.e. 1-ci yüzilində onlardan böyük bir kütləni öldürdü. Geri qalan xalqı darmadağın etdi, məbədləri xarab oldu. Bu ayələr enənədək vəziyyət belə davam etdi. [24]

 Qanunları tapdadıqları təqdirdə İsrailoğullarının başına nələr gələcəyi haqqında Kitab-i Müqəddəsdə bunlar yazılmışdır:

  1. “Büt düzəltməyəcəksiniz. Oyma büt, ya da daş sütun tikməyəcəksiniz. Sitayiş etmək üçün ölkənizə bütləri simvolizə edən oyma daşlar qoymayacaqsınız. Çünki Tanrınız RƏBB mənəm.
  2. Şabat günlərimi bayram edəcək, məbədimə hörmət edəcəksiniz. RƏBB mənəm.
  3. “Qaydalarıma görə yaşayar, buyurduqlarımı diqqətlə yerinə yetirərsinizsə,
  4. yağışları zamanında yağdıracağam. Torpaq məhsul, ağaclar meyvə verəcək.
  5. Bağ pozulmağına qədər harman döyəcək, əkin zamanına qədər bağlarınızdan üzüm toplayacaqsınız. Bol-bol yeyəcək, ölkənizdə təhlükəsizlik içində yaşayacaqsınız.
  6. “Ölkənizə sülh təmin edəcəyəm. Qorxu içində yatmayacaqsınız. Təhlükəli heyvanları ölkənizdən qovacağam. Müharibə üzü görməyəcəksiniz.
  7. Düşmənlərinizi qovalayacaqsınız. Qılınc zərbələriylə önünüzdə yerə səriləcəklər.
  8. Beşiniz yüz adamın, yüzünüz on min adamın öhdəsindən gələcək. Düşmənləriniz qılınc zərbələriylə önünüzdə yerə səriləcək.
  9. Sizə yaxşılıqla baxacağam. Sizi verimli qılıb çoxaldacağam. Sizinlə etdiyim andlaşmaya həmişə bağlı qalacağam.
  10. Köhnə məhsulunuz yeməklə tükənməyəcək. Yeni məhsula yer tapmaq üçün köhnəsini boşaltmaq məcburiyyətində qalacaqsınız.
  11. Mülkümü aranızda quracaq, sizə arxa çevirməyəcəyəm.
  12. Aranızda yaşayacaq, Tanrınız olacağam. Siz də mənim xalqım olacaqsınız.
  13. Mən sizi Misirdə kölə olmaqdan qurtaran Tanrınız RƏBBəm. Boyunduruğunuzu qırdım. Sizi başı dik yaşatdım.

Tanrıdan Uzaqlaşmanın Cəzası

  1. “Amma məni dinləməz, bütün bu buyuruqları yerinə yetirməzsinizsə, cəzalandırılacaqsınız.
  2. Qanunlarımı çeynər, qaydalarımdan nifrət edər, buyruqlarıma qarşı çıxar, andlaşmamı pozarsınızsa,
  3. sizi belə cəzalandıracağam: Üzərinizə dəhşət salacağam. Vərəm və qızdırma gözlərinizin işığını söndürəcək, canınızı gəmirəcək. Boşa toxum əkəcəksiniz, Çünki məhsullarınızı düşmənləriniz yeyəcək.
  4. Sizə öfkəylə baxacağam. Düşmənləriniz sizi pozğuna uğradacaq. Sizdən nifrət edənlər sizi idarə edəcək. Qovalayan yoxkən belə, qaçacaqsınız.
  5. “Bütün bunlara qarşı məni dinləməzsinizsə, günahlarınıza qarşılıq cəzanızı yeddi qat artıracağam.
  6. İnadkar qürurunuzu qıracağam. Göy dəmir, yer mis olacaq.
  7. Gücünüz tükənəcək. Torpaqlarınız məhsul, ağaclarınız meyvə verməyəcək.
  8. “Əgər qarşı çıxmağa davam edər, məni dinləmək istəməzsinizsə, günahlarınıza qarşılıq cəzanızı yeddi qat artıracağam.
  9. Üzərinizə yabanı heyvanlar göndərəcəyəm. Övladlarınızı öldürəcək, heyvanlarınızı yox edəcəklər. Sayınız azalacaq, yollarınız izsiz qalacaq.
  10. “Bununla da yola gəlməz, mənə qarşı çıxmağa davam edərsinizsə,
  11. mən də sizə qarşı çıxacağam, günahlarınıza qarşılıq sizi yeddi dəfə cəzalandıracağam.
  12. Pozduğunuz andlaşmamın qisasını almaq üçün başınıza müharibə gətirəcəyəm. Şəhərlərinizə çəkildiyinizdə aranıza öldürücü xəstəlik salacağam. Düşmən əlinə düşəcəksiniz.
  13. Çörəyinizi kəsdiyim zaman, on qadın çörəyinizi bir təndirdə bişirəcək. Çörəyiniz az-az, çəki ilə veriləcək. Yeyəcək, amma doymayacaqsınız.
  14. “Bütün bunlardan sonra yenə məni dinləməz, mənə qarşı çıxarsınızsa,
  15. bu dəfə mən də öfkəylə sizə qarşı çıxacağam və günahlarınıza qarşılıq sizi yeddi qat cəzalandıracağam.
  16. Aclıqdan övladlarınızın ətini yeyəcəksiniz.
  17. İbadət yerlərinizi dağıdacaq, buhur yandırdıqlarınızı yox edəcəyəm. Cəsədlərinizi aşırılan bütlərin üzərinə sərəcək, sizdən nifrət edəcəyəm.
  18. Şəhərlərinizi viranəyə çevirəcək, məbədlərinizi dağıdacağam. Məni razı etmək üçün təqdim etdiyiniz qoxuları duymayacağam.
  19. Ölkənizi viran edəcəyəm, oraya yerləşən düşmənləriniz belə çaşqına dönəcək.
  20. Sizi ö biri ölkələrin arasına dağıdacaq, qılıncımla ardınıza düşəcəyəm. Ölkəniz viran olacaq, şəhərləriniz xarabaya dönəcək.
  21. Siz düşmənlərinizin ölkəsində yaşayarkən, ölkə tənha qaldığı illər boyunca Şabatların sevincini yaşayacaq. Ancaq o zaman dincəlib, Şabatlarının dadına varacaq.
  22. Üzərində yaşadığınız Şabat illərində görmədiyi rahatlığı tənha qaldığı illərdə görəcək.
  23. “Düşmən ölkələrində sağ qalanlarınızın ürəyinə elə bir qorxu salacağam ki, küləyin sürüklədiyi yarpaqların səsindən belə qaçacaqlar. Müharibədən qaçarcasına qaçacaqlar. Ardlarınca qovalayan olmadığı halda yıxılacaqlar.
  24. Qovalayan yoxkən, müharibədən qaçarcasına bir-birlərinin üzərinə yıxılacaqlar. Düşmənləri­ni­zin qarşısında ayaq üstdə dura bilməyəcəksiniz.
  25. O biri ölkələrin arasında yox olacaqsınız. Düşmən ölkələr sizi udacaq.
  26. Artıq qalanlarınız istər öz, istərsə də atalarının günahlarından ötrü düşmən ölkələrdə əriyib gedəcəklər.
  27. “Amma işlədikləri günahları, atalarının günahlarını, mənə qarşı çıxdıqlarını, xəyanət etdiklərini etiraf edər
  28. [buna görə də onlara qarşı çıxıb, özlərini düşmən ölkələrinə sürgün etmişdim], inadı bıraxıb alçaq könüllü olar, günahlarının əvəzini ödəyərlərsə,
  29. mən də Yəqubla, İshaqla, İbrahimlə etdiyim andlaşmanı və onlara söz verdiyim ölkəni xatırlayacağam.
  30. Ölkə əvvəlcə boş buraxılacaq və boş qaldığı müddətcə Şabatların dadına varacaq. Onlar da işlədikləri günahların əvəzini ödəyəcəklər; Çünki qanunlarımı rədd etdilər, qaydalarımdan nifrət etdilər.
  31. Bütün bunların əvəzində, düşmən ölkələrindəykən yenə də onları rədd etməyəcək, onlardan nifrət etməyəcəyəm. Beləliklə, hamısını yox etməyəcək, özləriylə etdiyim andlaşmanı pozmayacağam. Çünki mən onların Tanrısı RƏBBəm.
  32. Tanrıları olmaq üçün o biri ölkələrin önündə Misirdən çıxardığım atalarıyla etdiyim andlaşmanı onlar üçün xatırlayacağam. RƏBB mənəm.”
  33. RƏBBin Sina Dağında Musa vasitəsiylə özüylə İsrail xalqı arasına qoyduğu qanunlar, qaydalar, təlimatlar bunlardır. [25]

Kitab-i Müqəddəsin yuxarıda verdiyimiz bölməsində edilən xəbərdarlıqlar, başqa bölmələrində də dəfələrlə təkrar edilmişdir:

Məzmurlar: 106, 34-38, 40, 41

İşaya, Bab 1: 4-5; 21-24: Bab 2: 6, 8 Bab 3: 16-17; 25-26; Bab 8-7; Bab 30: 9-10, 12-14

Yeremya, Bab: 2: 5-7, 20, 26-28; Bab 3: 6-9; Bab 5: 1, 7-9, 15-17; Bab 7: 33, 34; Bab 15: 2, 3.

Hezekiel. Bab 22: 3, 6-12, 14-16

Matta. Bab 23: 37, 38; Bab 24: 2

Luka. Bab 23: 28-30

9,10Şübhəsiz ki, Quran insanları ən doğru və ən sağlam şeyə/kamala bələdçiləyər və quruculuq yolunda fəaliyyət göstərən möminlərə özləri üçün, tam əmin olun və tam qəti olaraq bilin ki, böyük bir əcir olduğunu və axirətə inanmayan insanlar üçün Bizim can yandıran bir əzab hazırladığımızı müjdələyər.

2-ci ayədə İsrailoğullarına bələdçi olaraq Kitab verdiyini söyləyən Rəbbimiz, burada da Müsəlmanlara Quranı verdiyini bildirərək, Musaya verilən kitabın insanları tövhidə yönəltdiyi kimi Quranın da ən doğru, ən sağlam şeyə bələdçilədiyini, iman edib salihatı işləyənləri böyük bir ödüllə, axirətə inanmayanları isə can yandıran bir əzabla müjdələdiyini açıqlayır.

Diqqət edilirsə, burada təşviq və qorxutma bir arada edilmış, “müjdə” ilə başlayan cümlə “təhdid” ilə bitirilməklə çox fərqli bir üslub işlədilmişdir. Ərəb ədəbiyyatının vacib yöntəmlərindən biri olan bu üsluba, Quranda tez-tez rast gəlinir. 9-cu ayədə Quran üçün istifadə edilən “ən sağlam şeyə bələdçilər” ifadəsindəki “ən sağlam şey”in nə mənaya gəldiyini tapmaq üçün Cinn surəsinin 3-cü ayəsini xatırlamaq lazımdır. Çünki orada Quran üçün “rüşdə bələdçilər” ifadəsi işlədilmişdir. Beləliklə, bu ayədə “ən sağlam şey” ilə qəsd edilənin “rüşd” olduğu ortaya çıxır.

Rüşd. “Rüşd” sözü “doğru və əyrini ayırd etmə şüuru, zehni yetkinlik, doğru yolu tapıb ona girmək, yaxşı və doğru olan şeyləri edə bilmək yetkinliyinə çatmaq” deməkdir. [26] Söz, Quranda fərqli törəmələriylə 19 dəfə yer alır [Bəqərə/186, 256, Əraf/146, Nisa/6, Kəhf/10, 17, 24, 66, Ənbiya/51, Cinn/3, 10, 14, 21, Mümin/29, 38, Hücurat/7, Hud/78, 87, 97].

“Rəşid olmaq”, “rüşdünə çatmaq”, “irşad etmək”, “mürşid” kimi törəmələri dilimizdə də istifadə edilən “rüşd” sözünün Quran ayələrindəki mənasını qısaca, “İslamın məsləhət gördüyü yetkinliyə çatmaq və yaşamaq” deyə tərif etmək mümkündür. Buna görə “rüşdə bələdçilik edən Quran” ifadəsi, “Quranın insanları ağıl işlətdirərək şüurlandırdığı, yetkinliyə çatdırdığı, başqa bir ifadə ilə, heç kimi ovsunlamadığı, heç kimin beynini yumadığı” mənasına gəlir.

Bu ayələrdə Quranın çox əhəmiyyətli xüsusiyyətlərindən biri ortaya qoyularaq Quranın rüşdə, ən sağlama çatdırma işini, müjdə və xəbərdar etmə üsullarının ikisiylə birdən etdiyini göstərir. Quranda harada bir xəbərdarlıq edilmişsə, dərhal ardından cənnət və cəhənnəm səhnələri verilir.

Salihatı işləmək. “عملوا الصّلحات  Salihatı işləyənlər” olaraq çevirdiyimiz qəlib, Quranda cəmi 62 ayədə yer almışdır. Bu qəlibin bir çox tərcümə və təfsirdə olduğu kimi “əməl-i saleh işləyənlər” şəklində çevrilməsi düzgün deyil.

“اصلاح Islah” sözündən törəmiş olan “salihat” “düzəltmək” deməkdir. “Salihat işləmək” isə pozulmuş olan şeyi düzəltmək, düzəldənlik etmək, düzəltməyə yönəlik işlər etmək mənalarına gəlir.

Quran, pozulmuş olanları düzəltmə fəaliyyətində olanları tək kəlimə ilə ifadə etmiş və bunları “muslih” olaraq adlandırmışdır [Bəqərə/11, 220,  Əraf/56, 85, 170,  Hud/117 və Qasas/19].

Digər tərəfdən Quran, bu ayədə verilən “haqqı və səbri tövsiyələşmə”, Bəqərə/277-də verilən “namaz qılma və zəkat vermə”, Hud/23-də verilən “ədəb və könüldən Allaha boyun əymə” qavramlarını eyni ayə içində ayrı-ayrı zikr etməklə “salihat”dan ayırmışdır. Yəni “haqqı və səbri tövsiyələşmə”, “namaz qılma və zəkat vermə”, “ədəb və könüldən Allaha boyun əymə” kimi faydalar, xeyirlər Qurana görə “salihat”dan sayılmır.

Qurandakı bu xüsuslar nəzərə alınaraq “salihat” mövzusunda bunları söyləmək mümkündür: Namaz qılmaq, oruc tutmaq, zəkat vermək salihatı işləmək deyildir. Amma öyüd verməklə namaz qılmayanı namaz qılan hala gətirmək, zəkat verməyəni zəkat verən hala gətirmək, oruc tutmayanı da oruc tutan hala gətirmək salihatı işləməkdir. Qavramın kütləvi ölçüsünün isə bu şəkildə tərif edilməsi mümkündür: İçində olduğumuz zaman və zəmində ədli, idari, siyasi, iqtisadi və digər sahələrdə hər cür pozuqluğun düzəldilməsi üçün göstəriləcək cəhd, ediləcək tətbiqat salihatı işləməkdir.

Bu mövzuda, “zahirə əks olunmayan işlər” demək olan hasenat ilə salihat arasındakı fərq yaxşı anlaşılmalıdır. Rəbbimiz bu iki mövzu arasındakı fərqi hər bir hasənəyə on qarşılıq verərkən [Ənam/60], salihat qarşılığında cənnəti vəd etməklə çox açıq bir şəkildə qeyd etmişdir [Bəqərə/25, 82, Nisa/57, 122, 124, Hud/23, İbrahim/23, Kəhf/107 və daha bir çox ayə].

11Və insan xeyiri dəvət edirmiş kimi, şəri dəvət edər. Və insan çox tələskəndir.

Bu ayədə, insanların sanki xeyirə dəvət edirmişcəsinə şərə dəvət etmələri gündəmə gətirilmişdir. İnsanoğlu istəyir ki, istədiyi hər şey dərhal olsun. Onun bu yöndəki belə fitri meyli təcrübədən keçirmək barəsindəki diqqətsizliyinə görə tənqid edilmişdir. Bu ayə eyni zamanda “bələdçi”nin əhəmiyyətinə işarə edir. Çünki özü üçün nəyin yaxşı, nəyin pis olduğunu bilməyən insan, Allah tərəfindən verilən bələdçi sayəsində yaxşı ilə pisi bir-birindən ayırıb, özünə zərər verən davranışlardan çəkinə bilər.

İnsanın xeyiri çağırır kimi şəri çağırması, Quranın digər ayələrindən yararlanılaraq iki şəkildə anlaşıla bilir:

a– İnsan etdiyi bir davranışın nə nəticə verəcəyini qəti olaraq bilmədiyi üçün, bəzən özünə zərər verəcək olan bir şeyi faydalıymış kimi istəyə bilir:

  • 216Və döyüşməyin sizin üçün xoş olmayan bir şey olmasına baxmayaraq, sizə məcburi vəzifə olaraq verildi. Ola bilər ki, siz sizin üçün xeyirli olan bir şeydən xoşlanmazsınız. Yenə ola bilər ki, siz sizin üçün pis, zərərli olan bir şeyi sevirsiniz. Və Allah bilir, siz bilməzsiniz. (Bəqərə/216)
  • 19Ey iman edənlər! Qadınlara zorla mirasçı olmağınız/mallarından istifadə etmək məqsədi ilə onların sizdən ayrılmasını əngəlləməyiniz sizə halal olmaz. Və onlara verdiyinizin bir qismini götürməyiniz üçün açıq bir fahişəlik [çirkin bir həya­sız­lıq/zina] etmədikləri müddətcə onları sıxışdırmayın. Və onlarla adət-ənə­nə­yə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yollarla münasibətdə olun. Və əgər öz­lə­rindən xoşlanmadınızsa, siz bir şeydən xoşlanmasanız da, ola bilər ki, Allah sizin xoş­lan­ma­dı­ğınız şeydə bir çox xeyir əmələ gətirəcək. (Nisa/19)

Bu hala verilə biləcək bir digər nümunə də budur: İnsanların bir çoxu, başlarına gələn sıxıntı verən hər hansı bir əhvalat üçün “Ölsəm də qurtarsam” deyər. Belə söyləməkdəki məqsədi, özünə sıxıntı verən o əhvalatın təsirindən qurtarmaqdır. Halbuki kiçik sıxıntı və əziyyətlərdən qurtarmaq üçün ölümü istəyərkən, o günə qədər etdikləri üzündən Axirətdə daimi əzabı haqq edib, etmədiyinin hesabını etməyi ağlına belə gətirməmişdir. Özünü Allaha əfv etdirmək üçün tövbə edib, Onun istədiyi kimi bir insan olmaq naminə cəhd etmək əvəzinə, sadəcə o andakı əzabdan qurtarmağı düşünərək, qısa yoldan ölümü istəyir. Əslində isə bu düşüncəsiz və tələskən tövrüylə əzabın ən qorxunc və daimi olanını üstün tutmuş olur.

b– İnsan, qədim qövmlərin etdiyi kimi, inanmadığı üçün əzabı istəyə bilər:

  • 32Bir vaxt da onlar: “Ey Allahım! Əgər bu, Sənin qatından gəlmiş bir haqqın/ger­çə­yin məhz özüdürsə, heç durma, üstümüzə göydən daşlar yağdır və ya bizə çox ağır bir əzab ver” – demişdilər. (Ənfal/32)
  • 48Bir də laqeyd cəmiyyət: “Əgər doğrulardansınızsa, bu söz verilən təhdid nə zaman olacaq?” – deyirlər.  (Ya Sin/48)
  • 53Və səndən əzabı tələm-tələsik istəyirlər. Əgər müəyyən edilmiş/adı qoyulmuş bir müddət sonu olmasaydı, əzab onlara əlbəttə, gəlmişdi. Və o əzab, heç fərqində olma­dıqları bir zamanda özlərinə mütləq qəflətən gələcəkdir.
  • 54,55Səndən əzabı tələm-tələsik istəyirlər. Şübhəsiz, cəhənnəm də qətiliklə, özlərini üstlərindən və ayaqlarının altından bürüdüyü gündə, kafirləri bürüyəcəkdir. Və o: “Etmiş olduqlarınızı dadın!” – deyər. (Ənkəbud/53-55)

Və Əhqaf/24, 25, Nəhl/46, Rad/6.

12Və Biz gecəni və gündüzü iki əlamət/nümunə etdik. Sonra Rəbbinizdən bir ərmə­ğan­ ummağınız, illərin sayını və hesabını bilməyiniz üçün gecənin əlamətini/nü­mu­nəsini silib, görməyiniz üçün aydınlıq olaraq gündüzün əlamətini/nümunəsini gə­tir­dik. Və Biz hər şeyi ətraflı olaraq açıqladıqca açıqladıq.

Bu ayədə, gecə və gündüzün düşünənlər, ağıllarını işlədənlər üçün Allahı tanımağa sübut və bir ibrət olduğu açıqlanır. Bu açıqlama müxtəlif ifadələrlə başqa ayələrdə də edilmişdir:

  • 10Və Biz gecəni bir libas etdik.
  • 11Və Biz gündüzü bir dolanışıq vaxtı etdik. (Nəbə/10, 11)
  • 164Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-biri ardınca gəlməsində, insanlara yarayan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirərək, onunla yer üzünü ölümündən sonra diriltməsində, yer üzündə hər rnən canlılardan yaymasında, küləkləri səmtlərə çevirməsində, göy ilə yer üzü arasında əmrə hazır olan buludda, şübhəsiz ki, ağıllarını işdən bir cəmiyyət üçün əlbəttə, əlamətlər/nümunələr vardır.             (Bəqərə/164)

Və Qasas/71-73, Furqan/61, 62, Möminlər/80, Zümər/5, Ya Sin/37, 38.

Vaxtın əhəmiyyəti. Saat, gün, ay və il ilə ifadə edilən “vaxt” cəmiyyət həyatında olduğu qədər, dini həyatda da böyük əhəmiyyətə sahib bir qavramdır. Çünki dini həyatda salaat, zəkat, oruc, həcc kimi ibadətlər müəyyən bir zamana görə nizamlanmışdır. Budur, Allahın bir ayəsi olduğu bildirilən gecə ilə gündüz, digər bir çox həyati mövzuda olduğu kimi “vaxt” mövzusunda da təməl bir amil xüsusiyyətindədir. Belə ki, zamanın ölçülməsi ancaq gecə ilə gündüzün varlığı ilə mümkün olur.

  • 67Allah, sizin üçün içində dincələsiniz deyə gecəni, görəsiniz deyə də gündüzü var edəndir. Şübhəsiz, bunda qulaq asacaq bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. (Yunus/67)
  • 5O, Günəşi bir aydınlıq, Ayı bir işıq edən və illərin sayını və hesabını biləsiniz deyə, aya mənzillər nizamlayandır. Allah bunu ancaq gerçək ilə yaratmışdır. O, anlaya biləcək bir cəmiyyət üçün ayələri ətraflı olaraq açıqlayar.
  • 6Şübhəsiz ki, gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində və Allahın göylərdə və yerdə yaratdığı şeylərdə, Allahın qoruması altına girən bir cəmiyyət üçün necə əlamətlər/nümunələr vardır. (Yunus/5, 6)
  • 189Səndən hilallar haqqında soruşurlar. De ki: “Onlar insanlar və Həcc/proqramlı ilahiyyat təh­sili dövrləri üçün zaman ölçüləridir”. Evlərinizə arxalarından girmə­yi­niz/dində Allahın qaydalarından başqa qaydalar mənimsəməyiniz “yaxşı insan ol­maq” demək deyildir. Amma “yaxşı insan olmaq” Allahın qoruması altına gir­mək­dir. Belə isə evlərinizə qapılarından girin – dini, din sahibi Allahın cızdığı çərçivədə ya­­şayın. Və müvəffəqiyyət qazananlardan, qurtaranlardan olmağınız üçün Allahın qo­ru­ması altına girin. (Bəqərə/189)
  • 96Dan yerini yarıb çıxarandır. Gecəni dincəlmək vaxtı etmiş, Günəş və Ayı hesab ilə var et­mişdir. Bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan, tam əmin olun ki, qalib olanın, çox yaxşı bilənin təyin etməsidir, nizamlama­sı­dır. (Ənam/96)

Ayədə verilən “gecənin ayəsini silib, bir gördürən olaraq, gündüzün ayəsini qıldıq [gətirdik]” ifadəsi, bir zamanlar Ayın da Günəş kimi istilik və işıq verən bir vəziyyətdə olduğunu, daha sonra da bu xüsusiyyətini itirib, sadəcə əks etdirən xarakterə çevrildiyini düşündürür. Bilindiyi kimi, Ayın meydana gəlməsi və təkamülü haqqında ortaya atılan üç fərziyyə də [Yerin bölünməsi, Yer ətrafında qalınlaşma, Yer orbitinə yaxalanma kimi nəzəriyyələr] bu günə qədər isbat edilməmiş, onlar işığında Ayın və Yerin mövcud vəziyyətlərinə yetərli açıqlamalar gətirilməmişdir. Bəlkə irəlidəki zamanlarda Ayın meydana gəlməsi qəti dəlillərlə izah edilə bilən hala gələcək və ayədəki ifadənin necə anlaşılması lazım gəldiyi ortaya çıxacaqdır. Bu təqdirdə bir həqiqətin daha əsrlər öncədən Quranda açıqlanmış olduğu görüləcək və Quranın bir möcüzəsi daha gözlər önünə sərilmiş olacaqdır.

Ayənin son cümləsi olan “Və Biz hər şeyi detallandırdıqca detallandırdıq” ifadəsi, “Dininiz və dünyanız üçün ehtiyac duyduğunuz hər şeyi təfərrüatı ilə izah etdik, ortaya qoyduq” mənasında olub, bu xüsus Quranda fərqli ifadələrlə başqa ayələrdə də dilə gətirilmişdir:

  • 38Və yer üzündə heç bir irili-xırdalı tərpənən canlı və iki qanadı ilə uçan heç bir quş yoxdur ki, sizin kimi başçısı olan camaatlar olmasın. Biz Kitabda heç bir şeyi nöqsan/yetərsiz buraxmadıq. Sonra onlar, Rəbbinə toplanacaqlardır. (Ənam/38)
  • 89Və Biz o gün hər ümmət içində özlərindən öz əleyhlərinə bir şahid gətirəcəyik. Səni də onların üzərinə şahid gətirəcəyik. Biz bu kitabı da hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir mərhəmət və bir müjdə olaraq sənə endirdik. (Nəhl/89)
  • 164Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-biri ardınca gəlməsində, insanlara yarayan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirərək, onunla yer üzünü ölümündən sonra diriltməsində, yer üzündə hər rnən canlılardan yaymasında, küləkləri səmtlərə çevirməsində, göy ilə yer üzü arasında əmrə hazır olan buludda, şübhəsiz ki, ağıllarını işdən bir cəmiyyət üçün əlbəttə, əlamətlər/nümunələr vardır. (Bəqərə/164)  

Ayənin son bölməsindəki ifadələrlə “gecə” və “gündüz”ün məcaz mənaları ön plana çıxır. Buna görə, “gecə” cəhaləti və küfrü, “gündüz” isə imanı və biliyi ifadə edir.

13,14Və hər insanın öz etdiklərinin qarşılıqlarını ayrılmayacaq şəkildə boynuna doladıq. Və Biz qiyamət günü açılmış gördüyü kitabı onun üçün çıxararıq: “Oxu öz kitabını! Bu gün öz zatın, özünə qarşı hesab soruşan olaraq, sənə yetər!”

15Kim bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən o doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyan başqasının yükünü çəkməz. Və Biz bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq.

Bu ayələrdə bir çox xəbərdarlıq mahiyyətində məqama toxunulmuşdur. Anlaşılması istənən ilk məqam “طائر tair” sözü ilə nəyin qəsd edilməsidir. Daha əvvəlcə də açıqlandığı kimi, “tair” sözü “quş” deməkdir. “Quş”, yerli və sabit olmayanı, müvəqqətiliyi ifadə edər. Belə ki, Türk dilində “quş misali” deyimi ilə bəhs edilən şeyin qısa zaman sonra ayrılıb gedəcəyi qəsd edilir.

Ayədəki “boynuna” ifadəsi isə lazımlılıqdan kinayədir. Məsələn, “Bu işi sənin boynuna borc qıldım, bu işi buraxa bilməzsən, bu iş üçün mütləq sən lazımsan” mənasındakı bir cümləni, “Bu işi sənin boynuna qoydum” şəklində ifadə etmək mümkündür.

Ayədə verilən “quşun boyuna dolanması” deyimi, bu halda, insanın bir anda edib, həll etdiyi əməllərinin belə özündən ayrılmayacağı, bu əməllərin hər zaman insanla birlikdə olduğu və Axirətdə də birlikdə olacağı mənasına gəlir.

Digər tərəfdən, ərəblərin “tair” və “tatayyur” sözlərini uğur/uğursuzluq mənasında işlətmələrindən hərəkət edərək, “Və  hər insanın öz quşunu ayrılmayacaq şəkildə boynuna doladıq/qoyduq” ifadəsini bu şəkildə başa düşmək də mümkündür: “Biz hər kəsin qədərini [ölçüsünü, tapacağı qarşılığı yaxşılıq, ya da pislik etdirən amilləri] öz boynuna qoyduq, edəcəyi yaxşı davranışlarla yaxşı nəticələrə, pis davranışlarla da pis nəticələrə çatır, yəni yaxşı və ya pis işlər səbəb və nəticələriylə adamın özündədir.” Çünki ərəblər etmək istədikləri hər hansı bir işin özlərini xeyirəmi və ya şərəmi götürəcəyini anlamaq üçün quşların hallarına baxarlar, ürküdüldüklərində və ya öz özlərinə uçduqlarında quşların sağa, sola və ya yuxarı doğru uçmalarından mənalar çıxarırlar, buna görə də edəcəkləri işin özləri üçün xoşbəxtlik və ya bədbəxtlik doğuracağına qərar verərdilər.

Nəticə olaraq belə söylənə bilər: Ayədə verilən “tair”, insandan meydana çıxan hər cür davranışlardır. Bunlar quş kimi uçub getməzlər, boyunbağı kimi hər kəsin boynuna asılı haldadırlar:

  • 7,8Artıq hər kim zərrə qədər bir xeyir işləyərsə, onu görəcək, hər kim də zərrə qədər bir şər işləyərsə, onu görəcəkdir. (Zilzal/7, 8)
  • 17,18Onun sağında və solunda (hər yanında) yerləşmiş iki təsbitedici onun hər işini təsbit edib durarkən, insan elə bir söz söyləməz ki, yanında hazır nəzarət edən olmasın. (Qaf/17, 18)
  • 9–12Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əslində siz, şübhəsiz ki, üzərinizdə etdi­kləri­nizi əzbərləyən hörmətli yazıçılar olmasına baxmayaraq, Dini yalan sayırsınız.
  • 13Şübhəsiz ki, “özü, sözü doğru olanlar/yaxşı insanlar”, əlbəttə, bol nemət, xoşbəxtlik cənnətinin içindədirlər.
  • 14–16Din-iman tanımayıb pisliyə batmış olanlar isə qətiliklə cəhənnəmdədirlər. Din Günü ordan ayrılmayaraq, oraya söykənəcəklər. (İnfitar/9-16)
  • 13–16O gün yalan sayanlar cəhənnəm atəşinə itələndikcə itələnərlər: Bax budur, bu, yalan sayıb durduğunuz atəşdir! Yaxşı, budamı bir sehirdir? Yoxsa, siz görmürsünüzmü? Söykənin ora! İstər səbr edin, istər səbr etməyin, artıq sizin üçün birdir. Siz, sadəcə, etdiklərinizin qarşılığını alacaqsınız! (Tur/13-16)
  • 123Bu iş sizin sayıqlamalarınızla və Kitab Əhlinin sayıqlamaları ilə deyildir. Kim pislik edərsə, onunla cəzalandırılır. Və o, özü üçün Allahın yaratdıqlarından bir yol göstərən, qoruyan yaxın və yaxşı bir köməkçi tapa bilməz. (Nisa/123)

Bu qayda Quranda müxtəlif ifadələrlə bir çox ayədə qeyd edilmişdir:

  • 38“Doğrusu budur ki, heç bir günahkar bir başqa günahkarın günahını çəkməz, daşımaz. 39Doğrusu budur ki, insan üçün çalışıb əldə etdiyindən başqa bir şey yoxdur. 40Və onun çalışıb əldə etdiyi yaxında görünəcəkdir. 41Sonra qarşılığı özünə heç əskiksiz veriləcəkdir. (Nəcm/38-41)
  • 164,165De ki: “Allah hər şeyin Rəbbi ikən, mən Allahdan başqa Rəbbmi axtarım?” Hər insanın qazandığı, yalnız özünə aiddir. Yükünü daşıyan kimsə, bir başqasının yü­­­künü daşımaz. Sonra sadəcə Rəbbinizədir dönüşünüz. Beləliklə, Allah ayrılığa düş­­düyünüz şeyi sizə xəbər verəcəkdir. Və O, sizi yer üzündə gedənlərin yerinə gə­ti­rilənlər edən, verdikləri ilə sizi sınamaq üçün, kiminizi kiminizin üzərinə də­rə­cə­lərlə yüksəldəndir. Şübhəsiz ki, Rəbbin qovuşdurması tez olandır və şübhəsiz ki, O, çox ba­ğışlayandır, çox mərhəmət edəndir. (Ənam/164, 165)
  • 18Və günahkar bir kimsə, başqasının günahını çəkməz. Əgər çox günahı olan – çox zəngin olan bir insan, günahını çəkdirmək üçün birini çağırsa da, ondan heç bir günah alınıb başqasına çəkdirilməz, bir əqrəbası olsa belə. Şübhəsiz ki, sən ancaq Rəbbinə qarşı heç kim olmayan yerlərdə belə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və salaatı iqamə edənləri xəbərdar edə bilərsən. Hər kim təmizlənirsə, ancaq özü üçün təmizlənir. Dönüş də yalnız və yalnız Allahadır. (Fatir/18)
  • 7Əgər küfr edəcək, nankorluq edəcək olarsınızsa, bilin ki, şübhəsiz, Allah sizə heç bir ehtiyacı olmayan­dır və O, qulları üçün, küfrə, nankorluğa razı olmaz. Və əgər özünüzə verilən nemətlərin qarşılığını ödəyər­si­niz­sə, sizin üçün ona razı olar. Heç bir daşıyıcı bir başqasının yükünü çəkməz. Sonra dönüşünüz yalnız və yalnız Rəbbinizədir. Beləliklə, etmiş olduqlarınızı sizə xəbər verə­cək­dir. Şübhəsiz ki, O, sinələrin özündə gizli olanı yaxşı biləndir. (Zümər/7)

Təbii ki, bu qayda, adamın liderlik etməklə, təşviq etməklə səbəb olduğu, amma felən başqaları tərəfindən işlənən günahlardakı payını ortadan qaldırmır.

Çünki “hər kəsin əsərlərindən məsul tutulacağı” qaydası, günaha sövq etdirənlərin və pis əsər buraxanların da həmçinin günahı işləyənlərin cəzasından pay alacaqlarını bildirir:

  • 24,25Və onlara: “Rəbbiniz nə endirdi?” – deyildiyi zaman, onlar qiyamət günü öz gü­nah­larını tam olaraq yüklənmək və biliksizlikləri üzündən azdırmaqda olduqları insanların günahlarından bir qismini də yüklənmələri üçün: “Öncəkilərin əfsanə­lə­ri” – dedilər. Diqqət edin, yükləndikləri şey nə pisdir! (Nəhl/24, 25)
  • 12Şübhəsiz ki, ölüləri ancaq Biz dirildirik, Biz! Onların əvvəldən edib göndərdiklərini və etdikləri əməllərini də yazırıq. Onsuz da Biz hər şeyi bir “açıq-aşkar öndərdə/Quranda” sayıb, təsbit etmişik. (Ya Sin/12)

Dində Qurandan kənar bir qaynaq yaradılmaması haqqında tarixdən bir əhvalat:

İbn Ömər Rəsulullah (əs)ın “Ölü, Əhlinin/oğul uşağının ağlaması səbəbiylə əzab görür” dediyini rəvayət etmişdir. Halbuki Aişə, bu xəbərin səhih olmasının şübhəli olduğunu demiş, tənqidinin doğruluğuna da, Cənabi Haqqın “bir günahkar başqasının günah yükünü yüklənməz” ayəsiylə sübut etmişdir. Çünki oğul uşağının ağlaması səbəbiylə adama əzab etmək, adamı başqasının günahına görə məsuliyyətə almaq olur ki, bu da bu ayənin hökmünün xilafınadır. [27]

Oxunacaq kitab. Burada bəhs edilən kitab, insanın bütün əməllərinin qeyd edildiyi kitabdır. Belə ki, əməllərin qeydindən ibarət olan bu kitab, eynilə bir təyyarənin qara qutusu, bir kompyüterin yaddaş qurğusu kimi, insanın içində bir yerində bükülü, qapalı haldadır.

Axirətdə isə bu kitab açılacaq, ekrana daşınacaq və adama “Oxu öz kitabını! Bu gün öz zatın, özünə qarşı hesab soruşan olaraq, sənə yetər!” (İsra/14) deyiləcəkdir. Əgər kitabda qeyd edilmiş məlumatlar xoşbəxtliyə səbəb olan şeylərdirsə, xoşbəxtlik; bədbəxtliyə səbəb olan şeylərdirsə, bədbəxtlik baş verəcək, beləliklə adam, mühakimə üçün özündən başqa heç kimə ehtiyac olmayan bir məhkəmədə, həm şübhəli, həm şahid, həm prokuror, həm də hakim olacaq və öz-özünü mühakimə edəcəkdir.

15-ci ayədəki “Kim doğru yolu tapırsa, sırf öz yaxşılığı üçün doğru yolu tapmışdır. Kim də düz yoldan azarsa, ancaq öz əleyhinə düz yoldan azmış olur” ifadəsiylə qəti və açıq olaraq insanın seçmə imkanının mövcud olduğu vurğulanaraq, nemət və ya əzab olaraq görəcəklərinin də onun bu seçiminin nəticəsində olduğu bildirilir.

Elçisiz, kitabsiz, qanunvericilik qoyulmadan cəzalandırma olmaz.

15-ci ayənin son bölməsindəki “Və Biz bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq” ifadəsiylə qaydasız [şəriətsiz] günah olmayacağı, dolayısıyla da qanun qoyulmadan kimsənin cəzalandırılmayacağı bəyan edilir. Bu qayda eyni zamanda elçilərin ilahi ədalətin tətbiq olunmasındakı əhəmiyyətini qeyd edir.

Çünki cəza və ya mükafat elçinin gətirdiyi bu ismarıca görə müəyyən edilir və adamların lehində və ya əleyhində dəlil olaraq bu ismarıc işlədilir. Əgər ortada elçi vasitəsiylə gətirilmiş bir ismarıc yoxsa, insanların adil olaraq cəzalandırılmaları və ya mükafatlandırılmaları mümkün olmaz.

Çünki belə bir halda insanlar doğru yola uymaları istənilən biliklərin özlərinə çatmadığını səbəb olaraq irəli sürə bilərlər. Bu bəhanə onların cəzalandırılmamaları tələbini haqlı qılan bir bəhanə olar. Lakin elçinin dəvəti bir cəmiyyətə çatdıqdan sonra, əgər bu dəvət o cəmiyyət tərəfindən rədd edilmişsə, artıq insanların belə bir üzr imkanı qalmayacaqdır.

  • 59Rəbbin, özlərinə ayələrimizi oxuyan bir peyğəmbəri ana şəhərə göndərmədikcə, məm­ləkətləri dəyişikliyə/dağıntıya uğradan deyildir. Onsuz da Biz xalqı şərik qo­şa­raq, səhv/öz zərərlərinə iş edənlər olmayan məmləkətləri dəyişikliyə/dağıntıya uğ­radan deyilik. (Qasas/59)
  • 131Bax budur, bu Rəbbinin xalqı laqeyd, biliksiz ikən, ölkələri haqsız yerə dəyişdirən/dağıntıya uğradan biri olmamasıdır. (Ənam/131)
  • 208Və Biz sadəcə, əhalisi xəbərdar edilmişlər olan şəhəri dəyişikliyə/dağıntıya uğratdıq.
  • 209Öyüd! Və Biz haqsızlıq edənlər deyilik. (Şüəra/208, 209)
  • 172,173Halbuki sənin Rəbbin, qiyamət günü: “Bizim bunlardan xəbərimiz yox idi” – deməyəsiniz, yaxud: “Bundan əvvəl atalarımız ortaq qoşub, biz onlardan sonra gələn nəsillərik. Batili işləyənlərin işlədiklərinə görə bizimi dəyişikliyə/dağıntıya uğradacaqsan?” – deməyəsiniz deyə, Adəmoğullarının bellərindən onların nəsillərini alar və onları öz nəfslərinə şahid edər: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyərlər ki: “Əlbəttə Rəbbimizsən, şahidlik edirik”.
  • 174Və bax budur, Biz düşünsünlər deyə, ayələri belə ətraflı olaraq açıqlayırıq. (Əraf/172-174)
  • 19Ey Kitab Əhli! Elçilərin arasının kəsildiyi bir sırada: “Bizə bir müjdələyici və xəbərdaredici gəlmədi” – deməyəsiniz deyə, sizə təbyin edən/açıq şəkildə ortaya qoyan Elçimiz gəldi. Bax budur, qətiliklə müjdələyən və xəbərdar edən sizə gəldi. Allah hər şeyə ən çox gücü yetəndir. (Maidə/19)
  • 155–157Və Quran kiminiz: “Kitab, sadəcə bizdən əvvəlki iki topluluğa – Yəhudi və Xristianlara endirildi, biz isə, o kitabları oxuya bilmir və dillərini anlaya bilmirdik”, kiminiz də: “Əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq” – deməyəsiniz deyə, Bizim endirdiyimiz bərəkətli bir kitabdır. Ona görə də, mərhəmət olunmağınız üçün ona uyun və Allahın qoruması altına girin. Bax bu­dur, sizə də Rəbbinizdən açıq dəlil, bələdçi və mərhəmət gəlmişdir. Elə isə, Allahın ayə­lərini yalan sayıb, onlardan üz döndərəndən daha səhv, öz zərərlərinə iş edən kim ola bilər? Ayələrimizdən üz döndərənləri, üz döndərdiklərinə görə əzabın pisi ilə cə­za­landıracağıq. (Ənam/155, 157)
  • 55–58Və qəflətən əzab gəlmədən insanın: “Allahın yanında etdiyim ölçüsüzlük­lər­ə görə vay mənim halıma! Doğrusu mən lağ edənlərdən idim” – deməsin­dən, yaxud: “Allah mənə doğru yolu göstərsəydi, hər halda mən Allahın qoruması altına girənlərdən olardım” – deməsindən və ya əzabı gördüyü zaman: “Mənə bir geri dönüş də olsaydı, mən də o yaxşılıq-gözəllik edənlərdən olsaydım” – deməsindən öncə, Rəbbinizdən sizə endirilənin ən gözəlini izləyin/təqib edin”. (Zümər/55-58)

16Və Biz bir ölkəni dəyişikliyə/dağıntıya uğratmaq istədiyimiz zaman onun varlı və güc sahibi liderlərinə, haqq yolda olmalarını, haqq yolda başçılıq etmələrini əmr edərik və onlar bunun əksinə, orada haqq yoldan çıxarlar. Artıq oranın üzərinə Söz haqq olar və Biz oranı kökündən darmadağın edərik.

Bu ayə, “Allahın səbəbsiz yerə bir topluluğu həlak etmək istədiyi” şəklində anlaşılmamalıdır. Çünki Allahın əmr etdiyi “fisq/günah” deyil, “maruf/qəbul edilən”dir. Kütlənin varlıq və güc sahibi öndə gedənlərinin ayədə dilə gətirilən fasiqlikləri, Allahın onlara “fisq”i əmr ediyinə görə deyil, onların, Allahın əmr etdiyi “maruf”u yerinə yetirməyərək, azğınlıq etdiklərinə görədir. Beləliklə, burada kütlə, liderlərini və idarəçilərini seçərkən çox diqqətli və həssas olmaları barəsində xəbərdar edilir. Çünki günahkar və azğın liderlərin, özləriylə bərabər, içində yaşadıqları kütləni də fəlakətə sürükləmələri qaçılmazdır:

  • 25Və sadəcə sizdən öz nəfslərinə/mənliklərinə haqsızlıq edənlərə isabət etməyən ictimai atəş­lərdən qorunun və bilin ki, heç şübhəsiz ki, Allahın əzabı çətindir. (Ənfal/25)

Tərcüməsini “varlıq və güc sahibi öndə gedənlər” olaraq verdiyimiz sözün orijinalı “mütrəf”dir. “Mütrəf” sözü “nemət və rifahın özünü harınlatdığı kimsə” deməkdir. Ayədə bəhs edilən bu cür insanlar, zənginlikləri və sosial mövqeləri sayəsində cəmiyyətlərində feli liderlər halına gələn və sıradan insanlar tərəfindən qəbul edilərək, özlərinə uyulan şəxslərdir. Ayədə dilə gətirilən qayda [Sünnətullah], bu şəxslərin tətbiq etdikləri zülm və fəsadla, işlədikləri cürbəcür pisliklərlə, Allahın qoyduğu qaydalara qarşı nümayiş etdirdikləri üsyanla digər insanlara nümunə olmaları və onları da özlərinə bənzətmələri halında, Allahın əzabını o cəmiyyətin üzərinə çəkəcəkləri və nəticədə də cəmiyyət olaraq həlak ediləcəkləri reallığıdır. 

17Və Biz Nuhdan sonrakı nəsillərdən necələrini dəyişikliyə/dağıntıya uğratdıq. Və qullarının günahlarını haqqı ilə xəbərdar olan və ən yaxşı görən olaraq, Rəbbin yetər.

Bu ayədən, 16-cı ayədə bildirilən sosioloji qaydanın işlədiyi və Nuh peyğəmbərdən etibarən neçə həlakın bu qayda çərçivəsində reallaşdığı anlaşılır. Ayədə Allahın, qullarının günahlarını haqqıyla bildiyinin və ən yaxşı gördüyünün vurğulanması isə, Onun heç kimə zülm etmədiyini, bu həlakları hər kəsin öz davranışları ilə haqq etdiyini göstərir.

Yəni yoldan çıxmış liderlər özlərinə tabe olan xalqı da yoldan çıxarır, bu azğınlıqlarının bir nəticəsi olaraq da, ölkələrinin geriləməsinə, hətta dağılmasına yol açır. Bu, bir cəmiyyətin bütün qisimləriylə bərabər əzaba məruz qalması deməkdir.

18Hər kim tələm-tələsik keçən dünyanı istəyərsə, istədiyimiz insana dilədiyimiz şeyi tezləşdirərik. Sonra onun üçün cəhənnəmi hazırlayarıq, qınanmış və qovulmuş olaraq oraya girər. 19Kim də axirəti istəyərsə və mömin olaraq axirətə yaraşan bir cəhd ilə, axirət üçün çalışarsa, bax budur, elələrinin çalışmalarının qarşılığı verilər. 20Hamısına – dünyanı istəyənlərə və axirəti istəyənlərə Rəbbinin ehsanından verərik. Rəbbinin ehsanı məhdud deyildir.

13-cü ayənin davamı və açıqlaması halında olan bu ayələrdə insanlar iki qrupa ayrılmışdır. Birinci qrupu təşkil edən nağdçılara [dünyaçılara], bu dünyada öz istədikləri qədər deyil, Allahın dilədiyi qədər veriləcəyi, ancaq sonunda xor və həqir olaraq cəhənnəmə girəcəkləri xəbər verilir. Axirəti istəyərək, oraya yaraşan bir cəhd göstərən ikinci qrupa isə, bu çalışmalarının qarşılığının veriləcəyi müjdələnir.

Ancaq Rəbbimiz bu dünyada ediləcək çalışmaların [əməllərin] qəbulunu “iman” şərtinə bağlamış və bu şərtin olmazsa olmazlığını “Kim axirəti istəyərsə və mömin olaraq ona [Axirətə] yaraşan bir cəhd ilə onun [Axirət] üçün çalışarsa, budur, belələrinin çalışmalarının qarşılığı verilir” ifadəsi ilə vurğulamışdır. İmansız əməlin heç bir isə yaramayacağı, Quranda bir çox ayədə açıq və konkret olaraq ifadə edilmişdir:

  • 91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur. (Al-i İmran/91)
  • 105Bax budur, onlar Rəbbinin ayələrini və Ona çatmağı bilə-bilə rədd etmiş/inanmamış insanlardır və buna görə də, etdikləri əməlləri boşa getdi. Artıq Qiya­mət günü onlar üçün heç bir ölçü tutdurmarıq/heç bir dəyər vermərik. (Kəhf/105)
  • 11–14Bir-birlərinə göstərilmiş olduqları halda, günahkar oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq verən bütün ailəsini və yer üzündə olanların hamısını qurtarmaq üçün fidyə verib, sonra da özünü qurtara bilmək istər. (Məaric/11-14)

Və Maidə/5, 36, 53, Zümər/47, 65, 66, Əhzab/19, Hədid/15, Ənam/88, Hud/16, Bəqərə/217, Al-i İmran/20-22, Əraf/147, Tövbə/18, 69, Muhəmməd/8, 9, 25-28, Yunus/54, Rad/18, Kəhf/105, Ənbiya/47, Möminlər/101-108.

21Onların bir qismini başqa bir qismi üzərində üstün etdiyimizə bir bax! Əlbəttə, axirət dərəcələr və üstünlük baxımından da daha böyükdür.

Ayədə verilən “Onların bir qismini bir qismi üzərinə” ifadəsindəki “qisim” sözü ilə cənnətliklərin və cəhənnəmliklərin qəsd edildiyi qəbul edilərsə, bu iki qisim arasındakı artıqlıqların dünyaya aid mal-mülk, məqam-mövqe, yemək-içmək mövzularında deyil, cəhənnəmliklərdə mövcud olmayan qürur, hörmət, mərhəmət, şəfqət, sevgi, məsuliyyət hissi, sosial kömək, yaxşı niyyət, haqqı və səbri tövsiyələşmə kimi məziyyətlər mövzusunda olduğundan bəhs edilir. Əgər ayədə verilən “qisim”lərin cənnətliklər ilə cəhənnəmliklərin öz içlərindəki bir ayırma olduğu qəbul edilərsə, ayənin birinci cümləsinin təqdiri bu şəkildə edilə bilər:

Bizim hər iki qrupa da dünyada ikən mübah/savab və günah olmayan şeyləri necə verdiyimizə bir bax! Necə bəzisini bəzisinə artıqlıqlı qılmış və bir mubahı birinə müminə verərkən bir digərinə verməmişik! Yenə necə bir kafirə verərkən bir digərinə verməmişik!”

Bu verilənlərin fərqli olmasının səbəbi Quranda Rəbbimiz tərəfindən belə açıqlanmışdır:

  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/32)
  • 164,165De ki: “Allah hər şeyin Rəbbi ikən, mən Allahdan başqa Rəbbmi axtarım?” Hər insanın qazandığı, yalnız özünə aiddir. Yükünü daşıyan kimsə, bir başqasının yü­­­künü daşımaz. Sonra sadəcə Rəbbinizədir dönüşünüz. Beləliklə, Allah ayrılığa düş­­düyünüz şeyi sizə xəbər verəcəkdir. Və O, sizi yer üzündə gedənlərin yerinə gə­ti­rilənlər edən, verdikləri ilə sizi sınamaq üçün, kiminizi kiminizin üzərinə də­rə­cə­lərlə yüksəldəndir. Şübhəsiz ki, Rəbbin qovuşdurması tez olandır və şübhəsiz ki, O, çox ba­ğışlayandır, çox mərhəmət edəndir.             (Ənam/164, 165)
  • 71Və Allah ruzi barəsində birinizi digərinizdən üstün qılmışdır. Özlərinə üstünlük verilənlər öz ruzilərini/yeyib içəcəklərini, sərvətlərini, sözləşmələrə uyğun olaraq, himayə­lə­rin­də saxladıqları insanlara, hamısı ruzidə bərabər olmaqla verməzlər. O halda bunlar, Allahın nemətini bilərək ört-basdırmı edirlər? (Nəhl/71)

Mövzumuz olan ayənin ikinci cümləsində Axirətin dərəcələr və artıqlıqlar baxımından daha böyük olduğunun bildirilməsi ona işarə edir ki, dünya nemətlərini əldə etmək üçün göstərilən qeyrətdən daha artığının Axirət nemətləri üçün göstərilməsi lazımdır. Çünki Axirət yurdundakı nemətlər, dünyadakılara görə daha çox mükəmməldir:

  • 24Cənnət əhli o gün, qalacaq yer sarıdan çox yaxşı, dincələcək yer baxımından da daha gözəldir.      (Furqan/24)

Digər tərəfdən, Axirət yurdunun dərəcələr baxımından böyük olması, cənnət və cəhənnəmdəki dərəcələrarası fərqliliklərin dünyadakı ilə müqayisədə daha böyük olduğunu göstərir. Yəni dünyadakı ən üst dərəcənin nemətləri ilə Axirətdəki ən üst dərəcənin nemətləri bir-birinə ekvivalent olmayacağı kimi, dünyadakı ən alt dərəcənin rəzilliyi ilə Axirətdəki ən alt dərəcənin rəzilliyi də bir-birinə ekvivalent deyildir.

Hər iki müqayisəyə görə də Axirətin nemət və ya rəzilliyinin dünyadakından daha böyük olduğuna şübhə yoxdur. Adamların, fərqləri böyük olan bu uhrəvi/axirət ilə əlaqədar dərəcələrdən hansına girəcəkləri isə onların dünyada ikən ortaya qoyduqları əməllərə bağlıdır. Dünyada fərqli əməllər ortaya qoyan insanlar Axirətdə də fərqli dərəcələr əldə edəcəklər, ya cəhənnəmin müxtəlif təbəqələrində zəncirlər, buxovlar, atəş və daha necə əzab dərəcələriylə qarşılaşacaqlar, ya da cənnətdə müxtəlif nemətlərin mövcud olduğu səfa dərəcələrinə nail olacaqlar.

22Allah ilə birlikdə başqa bir tanrı qəbul etmə/tanıma! Yoxsa qınanmış və tək başına tərk edilmiş olaraq oturub qalarsan.

19-cu ayədə əməllərin işə yaraması insanın imanlı olması şərtinə bağlandıqdan sonra, bu ayədə imanın izahına başlanmış və imanın olmazsa olmazı olan “tövhid”ə, şirkdən arınmağa diqqət çəkilmişdir. Belə ki, şirk adamın əməllərinin yox sayılmasına yol açan küfrün yeganə əfv edilməyəcək növüdür. Bu bölmədəki xitab 18-ci ayədə verilən “ من mən [hər kim]”ə yönəlik ikən, bu ayədə İltifat sənəti edilərək, söz birbaşa müxatibə yönəldilmişdir. Ayənin ilk müxatibi isə peyğəmbərimizdir.

Belə olduqda, Quranın ümumi üslubu və qaydalarına uyğun olaraq, müxatib bütün zamanların insanları olur. Beləliklə, ayəni belə təqdir etmək mümkündür: “Ey insanlar! Allah ilə birlikdə başqa bir tanrı qılmayın [qəbul etməyin, tanımayın]! Yoxsa qınanmış və tənha buraxılmış olaraq oturub, qalarsınız”. 

23,24Və sənin Rəbbin qəti olaraq, Özündən başqasına qul olmamağınızı, ana və ataya yax­şılıq etməyinizi/gözəlləşdirməyinizi qərara aldı. Onlardan biri və ya hər ikisi sənin ya­nında ixtiyarlığa çatarsa, qətiyyən onlara “Of” demə, onları danlama, onlara çox həssas davran. Və ikisinə də şərəfli, şirin və gözəl sözlər söylə. Və mərhəmətinə görə onlar üçün alçaq könüllülük qanadlarını endir. Və de ki: “Rəbbim! Onların məni uşaqlıqdan öyrədib, mədəni biri olaraq yetişdirdikləri kimi, onlara mərhəmət et”.

22-ci ayədə tövhidin əhəmiyyətinə diqqət çəkildikdən sonra, bu ayələrdən etibarən tövhidin əks olunması xüsusiyyətində olan sosial, iqtisadi, mədəni və cinsi əxlaqa aid olan ana qaydalar sıralanır. Bu qaydaların cəmiyyət olaraq bir ümumilik mahiyyətində bildirildiyi bir başqa yer də Ənam surəsidir:

  • 151De ki: “Gəlin, Rəbbinizin sizə nələri tabulaşdırdığını/toxunulmaz qıldığını de­yim: Özünə heç bir şeyi ortaq qoşmamağınızı; ana-ataya yaxşılıq etməyinizi, göz­əl dav­­ranmağınızı; kasıblıq qorxusu ilə/yoxsul olarıq qorxusu ilə uşaqlarınızı öl­dür­­məməyinizi, sizi və onları Biz ruziləndiririk. Pisliklərin açığına və gizli­ninə ya­xınlaşmamağınızı; haqsız yerə, Allahın haram qıldığı nəfsi/canı öldür­mə­mə­yi­nizi; bax budur, bunlar Onun sizə öhdəlik olaraq çat­dır­dıq­la­rıdır ki, bəlkə düşünüb daşınasınız.
  • 152Yetimin malına da yaxınlaşmamağınızı, yalnız yetkinlik çağına çatana qədər ən gözəl şəkildə yaxınlaşa bilər və uyğun şəkildə xərcləyə bilərsiniz. Ölçünü, çə­kini haqqaniyyətlə büsbütün etməyinizi; Biz kimsəni gücünün çatdığından başqası ilə – qabiliyyətinin xaricində bir şeylə məsul tutmarıq. Söylədiyiniz zaman da, yaxınınız da olsa, ədalətli olmağınızı və Allaha verdiyiniz sözə əməl etməyinizi”. Bax budur, bunlar öyüd alıb düşünəsiniz deyə, Allahın sizə məsuliyyət olaraq çat­dır­dıqlarıdır”.
  • 153Və şübhəsiz ki, bu, ən doğru olaraq Mənim yolumdur. Dərhal ona tabe olun. Və başqa yollara uymayın ki, sizi Allahın yolundan ayırmasın. Bax budur, bunlar Allahın qoruması altına girərsiniz deyə, Allahın sizə məsuliyyət/öhdəlik olaraq çatdırdıqlarıdır.                         (Ənam/151-153)

Anaya ataya yaxşı davranmaq. Uca Rəbbimiz, imanın qaydalarını müəyyən edərkən həm Ənam surəsində, həm də burada, şirkdən arınmaqdan dərhal sonra ana-ataya yaxşılıqla davranmağı saymışdır. Loğman surəsində də ana-atanı şükr ediləcəklər arasında özündən sonrakı sıraya qoymuşdur:

  • 14Və Biz insana, anası və atasını məsuliyyət olaraq çatdırdıq: Anası onu zəiflik üstünə zəifliklə daşıdı. Onun süddən ayrılması da iki il içindədir. “Mənə, anana və atana qarşılıq ödə!” Dönüş, ancaq Mənədır.
  • 15Və əgər ki, ana-ata bilmədiyin bir şeyi Mənə ortaq qoşmağın üçün səni məcbur edərsə, onlara itaət etmə. Və dünyada onlarla yaxşı rəftar et və Mənə yönələn insanların yolunu tut. Sonra dönüşünüz, ancaq Mənədır. Sonra da Mən, sizə etməkdə olduğunuz şeyləri xəbər verəcəyəm. (Loğman/14, 15)

Anaya, ataya yaxşılıq etmək onların sadəcə qarınlarını tox, arxalarını bərk tutmaq olaraq anlaşılmamalıdır. Onlara yaxşılıq etmək və yaxşı davranmaq, Rəbbimizin həssaslıqla üzərində durduğu bir əxlaqi davranışdır.

Bu əxlaqi davranış, onların hər cür maddi ehtiyaclarının təmin ediməsindən başlayıb yaşlılıqlarında daha da ehtiyac duyduqları mənəvi və hissi təmin edilməsinə qədər bir çox davranışı ehtiva edən bir müddətdir. Sevdiklərinin sevilməsi, dost-tanışlarının aranıb hal-əhval tutulması, qanuni tələblərinə qarşı çıxılmaması, incikliklərinə səbəb ola biləcək kobud söz və davranışlardan qaçınılması, xoşbəxtliklərini təmin edəcək yaxın əlaqədən məhrum bıraxılmamaları, həyatlarını xoş və şirin bir ailə atmosferi içində yaşamalarının təmin olunması bu cür davranışlar qismindəndir.

Ana-ataya yaxşı davranmaq, onların Müsəlman olmaları halına bağlı deyildir. Əgər ana-ata möminlər ilə döyüşmürlərsə, kafir də olsalar, övladlarının onlara qarşı yuxarıda sayılan vəzifələri yerinə yetirmələri lazımdır:

  • 8Allah sizi din haqqında sizinlə döyüşməyən və sizi yurdlarınızdan çıxarmayan insanlara yaxşılıq etməkdən, onlara haqqaniyyətlə davranmaqdan çəkindirməz. Şübhəsiz ki, Allah haqqaniyyətlə davrananları sevər. (Mümtəhinə/8)

Mövzumuz olan ayədə Rəbbimizin ana-atanın yaşlılıq halları üzərində durmuş olması xüsusilə diqqətəlayiq bir məqamdır.

Çünki yaşlılıq səbəbiylə meydana gələn müxtəlifliklərdən ötrü insan, övladlarının göstərəcəyi yaxşılıqlara daha artıq möhtacdır. Rəbbimiz bu vəziyyətdəki ana-ataya, nəinki kobud davranıb danlamağı, “öf!” deməyi belə qadağan etmişdir.

Ayədəki “Və mərhəmətindən dolayı onlar üçün alçaq könüllülük qanadlarını endir” buyuruğu, İstiarə sənətiylə onlara mərhəmət edilməsini əmr edir ki, sənət diliylə verilmiş olan bu təlimat, adi bir əmr cümləsiylə veriləcək olandan daha artıq təsir oyadır.

Buradakı xitab peyğəmbərimizə olduğu və o dövrdə peyğəmbərimizin ana-atası olmadığı üçün, “onlar” ilə qəsd edilənlər onun ümmətidir:

  • 215Və möminlərdən sənə uyan insanlara qanadını gər. (Şüəra/215)

24-cü ayənin sonunda öyrədilən duada xüsusilə ana-atanın övladını tərbiyə etmə fəaliyyətindən bəhs edilməsi, bizə görə, insanın ana-atasının onu böyüdərkən göstərdikləri sevgi və şəfqəti, çəkdikləri sıxıntı və yorğunluqları xatırlamasını təmin etmək üçündür.

Ayədə verilən bir digər ismarıc isə insan üzərində Allahdan sonra ən böyük haqq sahibinin ana-ata olmasıdır. O halda möminlərə düşən də öz üzərlərində haqq sahibi olan valideynlərinə hörmətdə, itaətdə, xidmətdə qüsur etməmələridir.

25Sizin Rəbbiniz içinizdəkiləri çox yaxşı bilir. Əgər salehlər olarsınızsa, əlbəttə, O, tam mənası ilə dönənləri bağışlayandır.

Bu ayə ilə Allahın əvvəlki ayələrdə bəhs edilən qaydalarına uymaqda göstəriləcək səmimiyyətsizliyə, riyakarlığa sədd çəkilir, ancaq daha əvvəl etmiş olduqları xətalardan səmimiyyətlə dönmək istəyənlərə də yaşıl işıq yandırılır.

26,27Yaxınlıq sahibinə – yurdlarından çıxarılan məzlumlara, yoxsula və yolda qalmışa da haq­qını ver. Və yersiz/pisliyə pul-para xərcləmə. Şübhəsiz, yersiz/pisliyə pul-para xərc­ləyənlər  şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur.

28Və əgər Rəbbindən umduğun bir mərhəməti arayaraq, əqrəba, yoxsul və yolda qal­mışa kömək etməyəcəksənsə, o vaxt da özlərinə yumşaq və şirin/onların xətrinə dəy­məyəcək bir söz söylə.

Bu ayələrdə də tövhid inancının əks olunması xüsusiyyətindəki təməl əxlaqi qaydaların sayılmasına davam edilir. Bu ayədə sərvət və qazancların sadəcə onları qazananlara aid olmadığı, bu iqtisadi dəyərlərdə əqrəbanın, yoxsulun və yolda qalmışın da haqlarının olduğu bildirilərək, möminlərin sahib olması lazım olan iqtisadi əxlaqının bir nümunəsi verilir. Quranın təməl təlimlərindən biri bu haqların mütləq sahiblərinə verilməsi lazım gəldiyi şüurunun qazanılmasıdır. İqtisadi dəyərlərin boşa xərclənməsi demək olan qaynaq israfının [bədxərcliyin] aradan qaldırılmış olması burada ən diqqət ediləcək məqamdır. Allahın lütf etdiyi halal qazanclar və digər təmiz nemətlər xərclənməli, tükədilməli, lakin qətiyyən israf edilməməlidir. Çünki bədxərclik edənlər, bu etdikləriylə “şeytanların qardaşı” olmaq vəziyyətinə düşürlər. İqtisadi dəyərləri eqoistcəsinə boş, mənasız xərcləmək, bir çox ehtiyac sahibinin bu iqtisadi dəyərlərdən məhrum qalmasına səbəb olan şüursuzca bir xüsusiyyətdir. Bu şüursuzca xüsusiyyət, istər adamların iç dünyalarındakı eqoistlik və təkəbbürü genişləndirərək, istərsə də digər insanların içlərindəki həsəd və yoxsulluq duyğularına nüfuz edərək, cəmiyyətin əxlaqi tarazlığını pozan təsirlər edir. Pozulmuş, eqoistcə və bədxərcliyə əsaslanan bir mal və sərvət işlədilməsinin fəsadları cəmiyyətlərin hüzur və rahatlığını pozan bir çox sosial problem olaraq ortaya çıxır.

Əqrəbaya, yoxsula, yolda qalmışa haqları verilməli, ancaq verəcək bir şeyi olmayanlar da heç olmazsa, bu insanlara xoş, şirin və könül alan sözlər söyləməlidir.

Əqrəbaya, yoxsula, yolda qalmışa haqlarının verilməsi lazım gələn qaydası başqa surələrdə də təkrarlanmış, Bəqərə surəsində isə bu qaydanın “birr [cənnətə layiq xüsusiyyət] əhatəsində olduğu müəyyən edilmişdir:

  • 15–21Şübhəsiz ki, Allahın qoruması altına girənlər Rəbbinin özlərinə verdiyi şeyləri almış olaraq, bağçalarda və bulaqlardadırlar. Şübhəsiz, onlar bundan öncə yaxşılıq/gözəllik edənlər idilər. Onlar gecə ikən çox az yatırdılar. Onlar səhərlər də bağışlanma diləyirdilər və onların mallarında istəyən və istəyə bilməyən üçün bir haqq və heç tərəddüdsüz, qəti inananlar üçün yer üzündə və öz içinizdə necə əlamət­lər/­nümunələr vardı. (Zəriyət/15-21)
  • 24,25Və salaatçılar öz mallarında istəyən və istəməyə utanan yoxsullar üçün bəlli bir haqq olan insanlardır.                         (Məaric/24, 25)
  • 10İstəyəni, soruşanı dan (Duha/10)
  • 177Üzlərinizi Şərqə və Qərbə çevirməyiniz “yaxşı insan olmaq” deyildir! Amma “yaxşı insanlar” Allaha, Axirət Gününə/Son Günə, mələklərə, Kitaba, peyğəmbər­lə­rə inanan – malını əqrəbalara, yetimlərə, acizlərə, yolçuya və dilənənlərə, azadlığı olmayanlara, Allaha/mala/verməyə sevgisi olmağına baxmayaraq, verən və salaatı iqamə edən, zəkatı/vergini verən insanlardır. Həmçinin sözləşdiklərində sözlərini tamamilə yerinə yetirən, sıxıntı, xəstəlik və döyüş zamanlarında səbr edənlərdir. Bax budur, onlar özü-sözü doğru olanlardır. Və bax budur, onlar Allahın qoruması altına girənlərin, məhz özləridir. (Bəqərə/177)

İqtisadi əxlaq ilə əlaqədar “vermə” qaydasının dilə gətirildiyi ayələrin ifadələrindən də asanlıqla anlaşıldığı kimi, hər fərd sahib olduğu varlıqlar üzərində digər insanların da haqları olduğunu qəbul etməli və onlara bir şey verərkən yaxşılıq etdiyini deyil, sadəcə onların haqları olanı verdiyini düşünməlidir. Yardımların ancaq bu duyğu içində edilməsi ilə “Birr” deyilən əxlaqi xüsusiyyətə çatmaq olar.

Keçmişdə ifrat içində olanlar, Bəqərə/177-dəki “yaxınlıq sahibi” ifadəsiylə peyğəmbərimizin yaxınlarının, xüsusilə də qızı Fatimə və nəslinin qəsd edildiyini irəli sürmüşlər, onlara veriləcək olanın da Fədək ərazisi olduğunu iddia etmişdilər. Halbuki Fədək ərazisi Mədinə dövrünün son illərində qənimət olaraq əldə edilmiş və bölgüsü edilmiş bir ərazidir. Bu ayə isə Məkkidir.

26-cı ayədə verilən “ آتِ ati [ver]” əmri əvvəl peyğəmbərimizə, sonra da hər kəsə yönəlikdir. Belə ki, bu əmrin keçdiyi cümlə 23-cü ayədə bəhs edilən hökmlərə bağlanmışdır. Bizim “saçıb sovurmaq” olaraq çevirdiyimiz sözün əsli “israf” deyil, “تبذير təbzir” sözüdür. “Təbzir” sözü “malı ifsad etmək, yersiz, masiyətə/itaətsizliyə, günaha, üsyana xərcləmək” deməkdir. Bu məna bədxərcliyin miqdarı ilə deyil, malın xərcləndiyi yer ilə əlaqədardır. [28] Buna görə, əgər xərcləmə normal yerlərə edilirsə, varlığın hamısının xərclənməsi halında belə, bu davranış “təbzir” əhatəsinə girməz. Ancaq xərcləmə haqq olmayan bir yerə edilirsə, bu xüsusiyyətdəki tək qəpiklik xərcləmə belə “təbzir” əhatəsindədir.

Dolayısıyla Rəbbimiz, xərcləmələri pis yollarda etməyi, yəni mal və ya sərvəti insanların zərərinə istifadə edilə biləcək yerlərə və adamlara xərcləməyi qadağan etmiş, bu qadağana tabe olmayan mübəzzirləri/saçıb sovuranları isə “şeytanların qardaşları” olaraq xarakterizə etmişdir.

Mübəzzirlərin “şeytanların qardaşları” olaraq xarakterizə edilməsi bu adamların, mallarını şeytanların [insanlara zərər verən, onları Allahın yolundan azdıran, yer üzündə fəsad və qarışıqlıq çıxarmaq üçün uğraşanların] güclənmələri və fəaliyyətlərini davam etmələri yolunda xərclədiklərinə görədir. Əslində elə malın təbziri də tam olaraq malın bu şəkildə xərclənməsidir. Buna görə də, hər mömin xərclədiyi qəpiyin haralara getdiyini təqib etməli, Allahın rıza göstərmədiyi mövzularda iş edənlərlə əlaqəni kəsməli, bu kimi adamlarla başqa mövzularda da olsa alış-veriş etməməli, onların güclənməsinə kömək etməməlidir.

Şeytanın yoldaşlığı Zühruf surəsində başqa bir ifadə ilə dilə gətirilmişdir:

  • 36,37Və hər kim Rəhmanın öyüdündən, anılmasından korlaşarsa, Biz ona bir şeytan musallat edərik və artıq o, onun üçün yaşıddır/yançıdır. Və şübhəsiz ki, yaşıdlar/yançılar korlaşanları yoldan çıxarırlar. Onlar da özlərinin bələdçiləndikləri doğru yolda olduqlarını sanırlar. (Zühruf/36, 37)

Ən azından “yumşaq söz”. 28-ci ayədəki “Rəbbindən umduğun bir rəhməti arayaraq” ifadəsi kasıblıqdan kinayədir. Çünki Allahın rəhmət və ehsanını daha artıq malı olanlar deyil, malı olmayanlar tələb edərlər. Belə olduğu üçün də səbəbin adı müsəbbəb/bir səbəblə olanlar, səbəblə meydana çıxanlar, nəticə olaraq verilmiş və kasıblıq “Allahın rəhmətini tələb etmək” olaraq adlandırılmışdır. Buna görə, 28-ci ayənin mənası “Əgər kasıbsan, malın azdırsa, onlarla olan əlaqələrini gözəl sözlərlə davam etdir. Onlara malının olmadığını söyləyərək, səbəbini bildir və gözəl ifadələrlə onlara yaxşı təmənnilərdə ol. Onları “Allah kömək olar, bu günlər də keçər, Allah kimsəni darda buraxmaz” kimi sözlərlə təsəlli et” şəklində olur.

  • 263Adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə deyilən söz və bağışlamaq, özünü incitməklə, başa qaxmaqla verilən bir sədəqədən daha xeyirlidir. Allah zən­gin­dir/heç bir şeyə möhtac deyildir, yumşaq davranandır.               (Bəqərə/263)

29Və əlini boynuna bağlanmış etmə/xəsis olma, onu büsbütün də dağıtma/bədxərclik etmə. Əks halda qınanmış olar və etdiyinə peşman olub qalarsan.

Ayədəki “Və əlini boynuna bağlanmış qılma!” ifadəsi xəsislikdən kinayə olub, tərcümə mətnində mötərizə içində müəyyən etdiyimiz kimi, mənası “xəsis olma!” deməkdir. “Onu büsbütün də saçma!” ifadəsi isə “Bədxərc, müsrif/israfçı olma!” mənasına gəlir. 27-ci və 29-cu ayələr birlikdə oxunduğunda, Rəbbimizin xərcləmələrimizdə ifrat və təfritə getmədən, orta yolu təqib etməyimizi istədiyi açıq şəkildə başa düşülür. Xəsislik və bədxərclik kimi hədsizliklər həm maddi, həm də mənəvi yönlərdən insan üçün zərərli davranışlardır. Xəsislik insanın hörmət və etibarının itirilməsinə səbəb olurkən, bədxərclik də insanın möhtac və zəlil vəziyyətlərə düşməsinə yol açar.

Xərcləmələrdə orta yolun təqib edilməsi qaydası Furqan surəsində bu şəkildə müəyyən edilmişdir:

  • 67Və Rəhmanın qulları, xərclədiklərındə bədxərclik etməzlər, xəsislik də etməzlər və bu ikisi arasında bir mövqe tutarlar. (Furqan/67)

Ayədəki “Əks halda qınanmış və etdiyinə peşman olub qalarsan” ifadəsi, malını tamamilə itirən insanın özünü və ailəsini çətinliyə salması üzündən ətrafı tərəfindən qınanacağını və etdiklərindən özünün də peşmanlıq duyacağını bildirir. Belə isə nə sərvətin dövriyyəsinə və bölgüsünə mane olacaq qədər xəsis, nə də öz iqtisadi vəziyyətini çökdürəcək şəkildə bədxərc olmaq lazımdır.

30Həqiqətən sənin Rəbbin, qullarından dilədiyi üçün ruzini çoxaldır və azaldır. Şübhəsiz ki, O, qullarından həqiqətən xəbərdardır, haqqıyla görəndir.

Bu ayədə, insanlar arasındakı ruzi fərqliliyinin müəyyən bir səbəbə dayandığı, Allahın ruziləri paylayarkən qullarının vəziyyətlərindən xəbərdar olduğu və dilədiyini zəngin, dilədiyini kasıb qılmaqla ruziləri bilərək payladığı açıqlanır. Allahın biz qulları arasında belə bir fərqlilik yaratması, imtahan məqsədlidir:

  • 6–8Qətiyyən sənin düşündüyün kimi deyil! Dönüşünün Rəbbinə olmasına baxmayaraq, insan özünü özünə yetərli gördüyündə tamamilə yolundan azar. (Ələq/6-8)
  • 15–16İnsana gəlincə… Rəbbi onu nə vaxt ki, sınayaraq üstün qılar və nemətlər verirsə: “Rəbbim məni üstün qıldı” – deyər. Amma nə zaman ki, sınayaraq ruzisini azaldırsa: “Rəbbim məni alçaltdı” – deyər.
  • 17–20Qətiyyən sizin düşündüyünüz kimi deyil! Doğrusu siz, yetimi üstün/hörmətli bir şəkildə yetişdirmirsiniz. Yoxsulu doyuzdurmaq üçün bir-birinizi təşviq etmirsiniz. Halbuki, mirası talayarcasına, elə bir acgözlüklə yeyirsiniz ki! Malı elə bir sevgi ilə sevirsiniz ki, qarət edirmiş kimi! (Fəcr/15-20)
  • 27Və əgər Allah ruzini qullarına yaysaydı/döşəsəydi [bol-bol versəydi], qətiliklə, yer üzündə azğınlıq edərdilər. Lakin Allah, dilədiyini bəlli bir ölçüyə görə endirir. Şübhəsiz ki, O, qullarından ən çox xəbəri olandır, ən yaxşı görəndir. (Şura/27)

Bu ayələrdən anlaşıldığına görə, insanlar arasındakı iqtisadi fərqliliklər Rəbbimizin qoyduğu qaydaya uyğun olaraq reallaşır. Belə olmaqla birlikdə, Rəbbimiz öz yaratdığı bu fərqliliyin insanlar tərəfındən aradan qaldırılmasını istəmiş və artıqlıqlı olan insanlara Quranda əmrlər verərək, artıqlıqlarını digərləriylə paylaşmalarını bildirmişdir.

Hər sahədə olduğu kimi, iqtisadi sahədə də əxlaqiliyi qoruyan Rəbbimiz, artıqlıqların digərləriylə paylaşılmasını da “arınmanın şərti” olan bir davranış olaraq xarakterizə etmişdir. Ancaq adamların əxlaqi davranışlarının açığa çıxarılmasında çox əhəmiyyətli bir xüsus olan bu ilahi bərabərsizliyin bir sıra məcburi yollarla ortadan qaldırılması [sərvət bölgüsünün bir avtoritar tərəfindən dəyişdirilməsi], nə həqiqətən adil bir bərabərlik təmin edir, nə də Rəbbimizin məqsədinə uyğun bir davranış olur. Çünki dünyadakı bir çox nümunəsində göründüyü kimi, bu tərz məcburi üsullar yeni bərabərsizliklər ortaya çıxarır, könül razılığı ilə olmadığı üçün də ilahi məqsədə xidmət etmir. İlahi sistem, fərdin bu bərabərsizliyi meydana gətirən artıqlıqlarından başqalarına da verərək, qurtulmasını nəzərdə tutur, beləliklə imkan verilir ki, fərdlərin dünyadakı iqtisadi nizamın daha adil olmasında bir payı olsun. Dolayısıyla, insanların tam bir razılıq içində olmadığı məcburi paylaşma sistemlərinin Rəbbimizin bu mövzudakı məqsədinə xidmət etməsi mümkün deyildir.

31Və yoxsulluq qayğısıyla uşaqlarınızı öldürməyin. Onları və sizi Biz ruziləndiririk/bəsləyirik. Onları öldürmək həqiqətən böyük bir günahdır.

Ayədə verilən “ إملاق imlaq” sözü “bir şeyə sahib ola bilməmək, yoxsulluq” deməkdir. [29] Bu söz həm keçişsiz, həm də keçişli olduğundan, “yoxsulluq” mənasına gəldiyi kimi, “yoxsul buraxılmaq” mənasına da gəlir. Dolayısıyla, ayədəki “imlaq haşyəti” ifadəsi həm “yoxsulluq qorxusu”, həm də “yoxsul buraxılmaq qorxusu” demək olur. “İmlaq” sözünün keçişsiz mənasına görə “Və yoxsulluq qayğısıyla övladlarınızı öldürməyin” şəklində tərcümə edilən ifadə, “Övladlara xərclədiklərinizə görə yoxsullaşacağınızdan qorxaraq, övladlarınızı öldürməyin” şəklində anlaşılmış olur. “İmlaq” sözünün keçişli olduğu qəbul edildiyində isə eyni ifadə “Yoxsul buraxılacağınız qorxusuyla övladlarınızı öldürməyin” şəklində də anlaşıla bilər.

“Yoxsullaşmaq qorxusu”, bütlərdən mədəd uman, onlara qurbanlar təqdim edən müşrik ərəblərin hiss etdiyi “bütlər tərəfindən kasıblaşdırılmaq” qorxusudur:

  • 136Və onlar Allahın yaratdığı əkin və heyvanlardan Allaha bir pay ayırdılar və öz pozğun inanclarına görə: “Bu, Allah üçün, bu da ortaqlarımız üçündür” – dedilər. Bax, budur, ortaqları üçün olan pay Allaha çatmaz, Allah üçün olan şey ortaqlarına çatar. Verdikləri hökm nə pisdir! (Ənam/136)
  • 138Və onlar səhv inanışlarına görə: “Bunlar, toxunulmaz heyvanlar və əkin­lərdir­. Bunları bizim dilədiyimizdən başqası yeyə bilməz. Bunlar arxaları qadağan olun­­muş heyvanlardır” – dedilər. Və bir qisim heyvanları, Allaha yalan uyduraraq, üzər­lərində Onun adını anmazlar. Allah, onları iftira etdikləri şeylərə görə cə­zalandıracaqdır.
  • 139Və onlar: “Bu heyvanların qarınlarındakılar, sadəcə kişilərimizə aid olub, qadın­larımıza haramdır. Əgər ölü olursa, o zaman onlar onda ortaqdırlar” – dedilər. Allah onların xarakterizə etdiklərini, onlara cəza olaraq verəcəkdir. Şübhəsiz ki, O, ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, çox yaxşı biləndir.
  • 137Və onların ortaqları, özlərini məhv etsinlər və dinlərini qarışdırıb, pozsunlar deyə, ortaq qoşanların çoxuna yük olması, utanc səbəbi olması və tanrılara qurban edilməsi səbəbləri ilə uşaqlarını öldürməyi gözəl göstərdi. Və Allah diləsəydi, bunu etməzdilər. O halda onları və onların uydurduqları şeyləri tərk et!           (Ənam/137-139)

“İmlaq” sözünün keçişsiz mənasına görə ayədəki ifadədən çıxan “kasıblaşma qorxusu”, ailə üzvlərinin sayına bir boğazın əlavə edilməsiylə meydana gələcəyi düşünülən “dolanışıq” qorxusudur ki, bu da başqa ayələrdə belə yer alır:

  • 58Və onlardan biri qız doğulması xəbəri ilə müjdələndiyi zaman içi qəzəblə dolaraq, üzü qapqara qaralır.
  • 59Özünə verilən xəbərin/müjdənin pisliyinə görə qövmündən gizlənir, alçaq­lıq və xorluğa baxmayaraq qızı yanındamı tutsun, yoxsa torpağamı basdırsın! Diqqət edin, onların verdikləri hökm/törələri nə pisdir! (Nəhl/58, 59)

Həqiqətən də Ərəb cahiliyyə tarixinə baxıldığında, ərəblərin öz qızlarını yuxarıda qeyd edilən iki səbəblə öldürdükləri görünür. Rəbbimiz “imlaq” sözünü işlədərək, hər iki səbəbi də əhatə edəcək şəkildə övladların öldürülməsini qadağan etmişdir.

Rəbbimizin qullarına olan mərhəmətinin bir atanın övladına olan mərhəmətindən daha artıq olduğunu göstərən bu qadağa, bir başqa ayədə də təkrarlanmışdır:

  • 151De ki: “Gəlin, Rəbbinizin sizə nələri tabulaşdırdığını/toxunulmaz qıldığını de­yim: Özünə heç bir şeyi ortaq qoşmamağınızı; ana-ataya yaxşılıq etməyinizi, göz­əl dav­­ranmağınızı; kasıblıq qorxusu ilə/yoxsul olarıq qorxusu ilə uşaqlarınızı öl­dür­­məməyinizi, sizi və onları Biz ruziləndiririk. Pisliklərin açığına və gizli­ninə ya­xınlaşmamağınızı; haqsız yerə, Allahın haram qıldığı nəfsi/canı öldür­mə­mə­yi­nizi; bax budur, bunlar Onun sizə öhdəlik olaraq çat­dır­dıq­la­rıdır ki, bəlkə düşünüb daşınasınız. (Ənam/151)

Bu günkü dünyada qız övladlar o günkü kimi birbaşa öldürülmür. Təəssüf ki, ayədəki “övladlarınızı öldürməyin” ifadəsinə modern zamanlarda da uyğun gələn məna ortadan qalxmış deyildir. İslami heç bir lazımlılığı olmadan bir sıra adət-ənənə səbəbləriylə qız övladlarının sosial fərqliliklərə uğradılması qismən, bu gün də davam edir. Ayənin ismarıcını, bu ayənin nəzərdə tutduğu əxlaqi qaydanı istiqamət qəbul edərək anlamaq daha doğru bir yaxınlaşma olur. Bu bağlamda, “övladların öldürülməməsi” əmrinə, qız-oğlan fərqi edilmədən onların cahil, təlimsiz, ixtisassız, sənətsiz buraxılmamasını da əhatə edəcək şəkildə baxılmalıdır. Çünki bu sosial sahələrdə onları təchizatsız buraxmaq, bizə görə, onları öldürmək deməkdir.

Burada bəhs edilən “övlad öldürmə” hərəkətinin doğum nəzarəti ilə bir əlaqəsi yoxdur. Belə ki, “övlad” sözü doğumdan sonrakı mərhələni ifadə edən bir sözdür. Beləliklə, doğum nəzarətinin “övladlar” ilə əlaqələndirilməsi doğru deyildir.

32Zinaya da yaxınlaşmayın/zinaya yol açacaq yollardan uzaq olun. Şübhəsiz ki, o, iyrənclikdir və pis bir yoldur.

Ayədəki “yaxınlaşmayın” ifadəsiylə, zina deyilən kütləvi atəşə, necə deyərlər, “çöl qapının qapadılması” surətiylə artıq dərəcədə ehtiyat tədbirləri görülür. Çünki “yaxınlaşmayın” ifadəsi, başqalarının olmadığı yerlərdə baş-başa qalmaq, qaş-göz işarəti etmək, dəvət, ya da təhrikedici söz söyləmək, toxunmaq, öpmək kimi zinaya yol aça biləcək hər cür davranışı əhatə edir.

İyrənclik və həddi aşmaq olaraq xarakterizə edilən zina felinə yaxınlaşılmaması əmrinin ayədə cəm olaraq gəlməsi, bu təlimatın cəmiyyətə verildiyini göstərir. Yəni Rəbbimiz zinaya qarşı ehtiyat tədbirləri görmək məqsədiylə qanun çıxarmaq və insanlara təlim vermək vəzifələrini cəmiyyətə yükləyir.

33Və haqq ilə olmadıqca, Allahın haram qıldığı bir kimsəni öldürməyin. Və kim haqsızlıq edilərək öldürülərsə, Biz onun yaxınlarına bir icazə vermişik. O da öldürməkdə həddini aşmasın. Şübhəsiz, öldürülənə/haqlarını qoruyacaq yaxınlarına kömək olunmuşdur.

Bu ayədə insanların həyat haqqı üzərində durulmaqda və ərəblərin cana qıyma barəsindəki adətlərinə toxunulur. Cahiliyyə ərəbləri öz yaxınlarından biri öldürüldüyündə ölənin qisasını almaq üçün çalışır, sadəcə qatili öldürməklə kifayətlənməyib, qatilin yaxınlarını da öldürərək, əvəz çıxmaq və intiqamda həddi aşardılar. Hələ qatilin sülaləsindən güclü olduqlarında daha da həddi aşardılar.

Rəbbimiz bu ayəsiylə belə adətləri olan bir cəmiyyətə cinayətlərlə əlaqədar bir qanun qoymuş, ölənin qəyyumuna qisas haqqı verməklə birlikdə, bu haqqın pisə işlədilməsindən qətiliklə çəkindirmişdir.

Ayədəki “Allahın haram qıldığı nəfsi öldürməyin” əmri sadəcə insanın bir başqasını öldürməsini deyil, adamın özünü öldürməsini də əhatə edir. Buna görə də intihar da cinayət qədər böyük bir günahdır.

Qisas tətbiq edilməsində nəzərə alınmalı olan bir xüsus da qisas tətbiq edəcək adamın fiziki və zehni baxımlardan yetkin və yetərli olmasıdır. Çünki “نفس nəfs” sözü “fiziki və zehni baxımlardan mükəmməl olan adam” mənasına gəlir. Əks təqdirdəki bir qisas tətbiq edilməsinin zülm olacağı aydındır.

Qisas mövzusuna başqa ayələrdə də yer verilmiş və bu səlahiyyət bəzi hallarda böyük ölçüdə məhdudlanmışdır:

  • 178Ey iman edənlər! Ölümlü hadisələrdə qisas – tərəflər arasında adil qarşılıq sizə fərz qılındı. Hürrə hürr, köləyə kölə, qadına qadın… Amma hər kim ölənin qar­da­şı tərəfindən bir şey müqabilində bağışlanarsa, o zaman adət-ənənəyə uymalı, ona gözəlliklə ödə­məlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və bir mərhə­mət­dir. Artıq kim hədləri aşarsa, artıq acı verən əzab onun üçündür.
  • 179Ey qavrama qabiliyyətləri olanlar! Allahın qoruması altına girəsiniz deyə, bu adil qarşılıq qaydasında sizin üçün həyat vardır. (Bəqərə/178, 179)
  • 178Ey iman edənlər! Ölümlü hadisələrdə qisas – tərəflər arasında adil qarşılıq sizə fərz qılındı. Hürrə hürr, köləyə kölə, qadına qadın… Amma hər kim ölənin qar­da­şı tərəfindən bir şey müqabilində bağışlanarsa, o zaman adət-ənənəyə uymalı, ona gözəlliklə ödə­məlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və bir mərhə­mət­dir. Artıq kim hədləri aşarsa, artıq acı verən əzab onun üçündür.
  • 179Ey qavrama qabiliyyətləri olanlar! Allahın qoruması altına girəsiniz deyə, bu adil qarşılıq qaydasında sizin üçün həyat vardır.      (Bəqərə/190)
  • 92Və xəta istisna olmaqla, bir möminin digər bir mömini öldürməsi barəsində söz belə ola bilməz. Və kim bir mömini, qəsdən deyil/qəza ilə öldürərsə, mömin bir köləni azadlığa qovuşdurmalı və ölənin ailəsinə/varislərinə təslim ediləcək bir deyət/qan bahası verməlidir. Ancaq ölənin ailəsinin bağışlaması istisnadır. Əgər öldürülən, mömin olmaqla yanaşı, sizə düşmən bir cəmiyyətdəndirsə, o zaman öldürən, mömin bir köləni azad etməlidir. Əgər öldürülən, sizinlə aralarında andlaşma olan bir cəmiyyətdəndirsə, öldürən ölənin ailəsinə deyət/qan bahası verməli və mömin bir köləni azadlığına qovuşdurmalıdır. Bunlara gücü çatmayan isə Allah tərəfindən tövbəsinin qəbul olunması üçün ard-arda iki ay oruc tutmalıdır. Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.
  • 93Və kim bir mömini qəsdən [bilə-bilə, istəyərək] öldürərsə, bax budur, onun cəzası içində həmişəlik qalmaq üçün cəhənnəmdir. Və Allah ona qəzəb etmiş, onu kənarlaşdırmış, mərhəmətindən məhrum buraxmış və onun üçün çox böyük bir əzab hazırlamışdır. (Nisa/92, 93)
  • 151De ki: “Gəlin, Rəbbinizin sizə nələri tabulaşdırdığını/toxunulmaz qıldığını de­yim: Özünə heç bir şeyi ortaq qoşmamağınızı; ana-ataya yaxşılıq etməyinizi, göz­əl dav­­ranmağınızı; kasıblıq qorxusu ilə/yoxsul olarıq qorxusu ilə uşaqlarınızı öl­dür­­məməyinizi, sizi və onları Biz ruziləndiririk. Pisliklərin açığına və gizli­ninə ya­xınlaşmamağınızı; haqsız yerə, Allahın haram qıldığı nəfsi/canı öldür­mə­mə­yi­nizi; bax budur, bunlar Onun sizə öhdəlik olaraq çat­dır­dıq­la­rıdır ki, bəlkə düşünüb daşınasınız. (Ənam/151)
  • 68–71Və budur, Rəhmanın qulları Allah ilə bərabər başqa bir tanrıya yalvarmazlar. Allahın haram etdiyi canı öldürməzlər. Ancaq haqq ilə öldürərlər. Zina da et­məzlər. Və kim bunları edərsə, günahla qarşılaşar. Qiyamət günü əzabı qat-qat olar və orada alçaldılaraq əbədi olaraq qalar. Ancaq tövbə edən, iman edən və sa­leh əməl edənlər istisnadır. Bax budur, Allah, onların pisliklərini yaxşılıqlara çe­vi­rir. Və Allah çox bağışlayandır, çox mərhəmətlidir. Və hər kim tövbə edər və saleh əməl işləyərsə, əmin olun ki, o, tövbəsi qəbul edilmiş olaraq Allaha dönər. (Furqan/6871)

Quranda haqq ilə nəfsi öldürməyə, qisas yolundan başqa sadəcə müharibə [cəbhə döyüşü və ya Allah və elçisinə, yəni dinə qarşı döyüş] səbəbiylə izin verilmiş olub, bu xüsusu müəyyən edən ayələrdən bir neçəsi bunlardır:

  • 39–41Özlərinə döyüş açılanlar… Onlar haqsızlığa uğradıqları/onlar başqa məsələ üçün deyil, sırf: “Rəbbimiz Allahdır” – dedikləri üçün, haqsız yerə yurdlarından çıxarıldıqlarına görə, döyüşmələrinə izin verildi.

Və şübhəsiz ki, Allah onları zəfərə çatdırmağa ən yaxşı gücü yetəndir. Əgər Allah bir qisim insanları digər bir qismi ilə ortadan qaldırıb, qarşısını almasaydı, mütləq surətdə, cücərti, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı, bütün alış-veriş yerləri – dükan-bazar, bütün Salaat/dəstək yerləri (iş və istehsal yerləri, təhsil-təlim müəssisələri və təhlükəsizlik xidmətləri) və içlərində Allahın adı bol-bol anılan məscidlər yerlə bir edilərdi.

Allah Özünə yardım edənlərə – özlərini yurdlandırıb, gücləndirərək, salaatı iqamə edən, zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağılla pis, çirkin hesab edilən şeylərdən ayıranlara qətiliklə yardım edər. Heç şübhəsiz, Allah çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də sadəcə, Allaha aiddir.       (Həcc/39-41)

  • 33,34Allaha və Elçisinə qarşı döyüşən/pozğunçuluq etməyə təşəbbüs etmiş olan və yer üzündə qarışıqlıq çıxarmağa çalışanların, siz onlardan güclü olma­dan/onları yaxalayıb sınaq altına almadan əvvəl xətalarından dönənlər istisna olmaqla, qarşılığı, ancaq öldürülməkləri və ya asılmaqları, yaxud ayaq və əllərinin çapraz­la­ma/ard-arda kəsilməsi, ya da olduqları yerdən sürgün edilmələridir. Bu, onlar üçün dünyada bir alçaqlıqdır. Axirətdə də onlar üçün böyük bir əzab vardır. Artıq yaxşı bilin ki, Allah çox bağışlayan və çox mərhəmət edəndir. (Maidə/33, 34)
  • 190Və sizinlə döyüşən insanlarla Allah yolunda döyüşün – ölün, öldürün. Və həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz. (Bəqərə/190)
  • 8Allah sizi din haqqında sizinlə döyüşməyən və sizi yurdlarınızdan çıxarmayan insanlara yaxşılıq etməkdən, onlara haqqaniyyətlə davranmaqdan çəkindirməz. Şübhəsiz ki, Allah haqqaniyyətlə davrananları sevər. (Mümtəhinə/8)
  • 91Sizdən və öz cəmiyyətlərindən təhlükəsizlikdə olmaq istəyən digərlərini görəcəksiniz. Bunlar nə zaman dinsizliyə, ortaq qoşmağa geri döndərilərlərsə, onun içinə başaşağı dalarlar/dərhal atılarlar. Belə isə bunlar, əgər sizdən uzaq durmaz­lar­sa və sizə barış təklif etməzlərsə və güclərini çəkməzlərsə, dərhal onları gör­dü­yü­nüz yerdə yaxalayın və öldürün. Və bax budur! Bunlar, onların əleyhində sizə ver­di­yi­miz açıq-aşkar bir səlahiyyətdir.                    (Nisa/91)

Quranda cana qıymağın sadəcə bu iki yolla mümkün sayılacağı bildirilmişdir.  Buna baxmayaraq, təəssüf ki, yenə bəzi rəvayətlər nəzərə alınaraq, dindən dönənlərin, zina edənlərin, namaz qılmayanların, zəkat verməyənlərin, homoseksuallıq edənlərin, cadukünlərin, heyvanla cinsi əlaqə quranların da öldürüləcəyinə dair hökmlər icad edilmişdir.

34Yetkinlik yaşına çatıncaya qədər yetimin malına da, ən gözəl bir şəkildə olması istisna olmaqla, yaxınlaşmayın. Əhdi/verilmiş sözünüzü də yerinə yetirin. Şübhəsiz, verilən sözdə məsuliyyət vardır.

Bu ayədəki “yaxınlaşmayın” əmri də cəm haldadır, yəni bütün adamları və qurumları müxatib alır. Bir tövsiyə şəklində olmayıb, məcburilik ifadə edən bu əmrə “ən gözəl bir şəkildə olması istisna olmaqla” ifadəsiylə gətirilən istisna, bizə görə, yetimin malının mühafizə edilməsi və malın gəlir gətirməsinin təmin olunması kimi yollardır. Bilindiyi kimi, yetim haqqının qorunması İslam dininin ilk sosial əmridir. Rəbbimiz namazdan, niyazdan, orucdan əvvəl inananlara yetimin qəhr edilməməsi və yetimin kərimləşdirilməsi [hörmətli edilməsi] əmrlərini vermişdir:

  • 17–20Qətiyyən sizin düşündüyünüz kimi deyil! Doğrusu siz, yetimi üstün/hörmətli bir şəkildə yetişdirmirsiniz. Yoxsulu doyuzdurmaq üçün bir-birinizi təşviq etmirsiniz. Halbuki, mirası talayarcasına, elə bir acgözlüklə yeyirsiniz ki! Malı elə bir sevgi ilə sevirsiniz ki, qarət edirmiş kimi! (Fəcr/17-20)
  • 9,10O halda yetimi pərişan/bədbəxt etmə/daha da pisləşdirmə! İstəyəni/soruşanı danlama. (Duha/9, 10)
  • 1Axirətdə hər kəsin yaxşı və ya pis, etdiklərinin qarşılığını görməsini/Allahın sosial nizamı müəyyən edən qanunlarını inkar edən bu insanı gördünmü/heç düşündünmü?
  • 2,3Bax, elə odur, yetimi itələyib, elədiyini başına qaxan və yoxsulu doyuzdurmaq barədə düşünüb – düşündürməyən. (Maun/1-3)

Bu əmr daha sonra Nisa/1-10, 127, Bəqərə/83, 177, 215, Ənfal/41, Həşr/7, İnsan/8 və Bələd/15-də də müxtəlif ifadələrlə təkrarlanmışdır. 

Əhdi də yerinə yetirin. “ عهد Əhd”, bir işi qeyd etmək və onu yaxşı-yaxşı zəmanət altına almaq üçün əvvəldən edilmiş olan anlaşmadır. [30]

Əhdlərin yerinə yetirilməsini əmr edən ayənin əhatəsinə alış-veriş, ortaqlıq, and, nəzir, sülh [barış] və nikah kimi bütün əhdlər girər. Əhdlərin yerinə yetirilməsi bir məcburiyyətdir. Rəbbimizin bu əmri başqa ayələrdə də keçir:

  • 1Ey iman edənlər! Sözləşmələri yerinə yetirin. Siz toxunulmaz ikən [həcc/yüksək ilahiyyat təhsilini davam edərkən] ov etməyi halal etməyərək, qeyd edilənlər istisna olmaqla, dörd ayaqlı, iki dırnaqlı, gövşəyən və ot yeyən heyvanların qüsursuzları/gərdənliksizləri sizə halal qılındı. Şübhəsiz ki, Allah dilədiyini hökm edər, dilədiyi qanunu qoyar. (Maidə/1)
  • 177Üzlərinizi Şərqə və Qərbə çevirməyiniz “yaxşı insan olmaq” deyildir! Amma “yaxşı insanlar” Allaha, Axirət Gününə/Son Günə, mələklərə, Kitaba, peyğəmbər­lə­rə inanan – malını əqrəbalara, yetimlərə, acizlərə, yolçuya və dilənənlərə, azadlığı olmayanlara, Allaha/mala/verməyə sevgisi olmağına baxmayaraq, verən və salaatı iqamə edən, zəkatı/vergini verən insanlardır. Həmçinin sözləşdiklərində sözlərini tamamilə yerinə yetirən, sıxıntı, xəstəlik və döyüş zamanlarında səbr edənlərdir. Bax budur, onlar özü-sözü doğru olanlardır. Və bax budur, onlar Allahın qoruması altına girənlərin, məhz özləridir. (Bəqərə/177)
  • 275O ribanı [zəhmətsiz, risksiz, işləyib, zəhmət çəkmədən, asanlıqla əldə edilən qazancları] yeyənlər şeytanın bir toxunuşu ilə çarpdığı kimsənin qalxdığı kimi qalxar, başqa cür qalxa bilməzlər. Bu şübhəsiz, onların: “Alış-veriş, riba kimidir” – dedikləri üçündür. Halbuki, Allah alış-verişi halal, ribanı isə haram qılmışdır. Özünə Rəbbindən bir öyüd gələrək, etdiyindən əl çəkənin keçmişi özünə, işi Allahadır. Və kim ki, yenidən dönərsə, bax budur, onlar atəşin dostlarıdır. Onlar orada həmişəlik qalacaqlardır. (Bəqərə/275)
  • 91Və sözləşmə etdiyinizdə Allahın əhdini/Allaha verdiyiniz sözləri yerinə yetirin. Andlarınızı/sözləşmələrinizi zəmanət altına aldıqdan və Allahı özünüzə qəti kəfil qıldıqdan sonra pozmayın. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri bilir. (Nəhl/91)
  • 1–5“Yaratdığı şeylərin şərindən, çökdüyü zaman qaranlığın şərindən, düyünlərə tüpürüb üfləyənlərin/sözləşmələrə əməl etməyənlərin şərindən və qısqandığı zaman qısqananın şərindən çatlamaların Rəbbinə – bütün çətinlikləri ortadan qaldıran Allaha sığınıram” – de! (Fələq/1-5)

35Ölçdüyünüz zaman tam ölçün və ən doğru tərəzi ilə çəkin. Bu, həm daha xe­yir­lidir və nəticə/tətbiqat olaraq da daha gözəldir.

Ədalət qaydasının ön planda tutulduğu bu ayədə verilən əmr yenə cəm halda olduğu üçün bütün insan və qurumları əhatə edir. Yəni bu əmr sadəcə dükan-bazar camaatına deyil, bu əmrin həm tətbiqatını, həm də sınağını – təcrübəsini təmin etməklə ictimai məsul olan şəxslərə də verilmişdir. Beləliklə, bu əmr sosial həyatın başda ticari və mali olmaqla bir çox yönünü əhatəsinə alır. Əskik çəkmək və nöqsan ölçmək, edilən oğurluq “qram” və “santim” cinsindən olduğuna görə, əslində çox böyük bir etibardan sui-istifadə deyildir. Ancaq Rəbbimizin bu fellərə qarşılıq olan təhdidi, eyni mövzudakı digər ayələrdə də görünəcəyi kimi, bir xeyli sərt və şiddətlidir.

Bunun səbəbi, bizə görə, cəmiyyət nizamında meydana çıxa biləcək böyük spekulyasiyaların, girdabların, sui istifadə və haqsız qazanc qapılarının daha ilk başdan qapadılması, qarşısının alınması məqsədinə xidmət edir. Necə ki, quldurun ilk günahının yumurta oğurlamaq olduğu nəzərə alınırsa, bu gün bazar yerində qramla hiylə edən adamın sabah tacir olduğunda malı batman-batman götürməsi uzaq bir ehtimal olmayacaqdır. Bu iqtisadi əxlaqsızlığa keçid verməmək üçün ilanın başının kiçikkən əzilməsi istənilir. Buna görə insanların da ədalətli bir nizam üçün bu qaydanı cəmiyyət həyatının hər sahəsində həssaslıqla tətbiq etməsi, Rəbbimizin bu xüsusdakı vədinin və təhdidinin böyüklüyünə baxaraq, yanlış yollara azmaqdan qaçınması lazımdır.

  • 1–3İnsanlardan özlərinə bir şey aldıqları zaman tam ölçən, özləri ölçdükləri və ya çəkdikləri zaman əskik ölçən hiyləgərlərin, vay halına! (Muttaffifin/1-3)
  • 7–9Və səmanı da əmələ gətirdi, onu yüksəltdi və tərəzidə/ölçüdə/tarazlıqda azğınlıq etməyəsiniz deyə, tərəzini/ölçünü/tarazlığı qoydu. Ölçünü haqq məqsədiylə dikəldin/dik tutun, tərəziyə/ölçüyə/tarazlığa zərər verməyin. (Rəhman/7-9)

Və Hud/84-86, Əraf/85-87, Şüəra/177-184.

Ayənin sonunda Rəbbimiz bu qaydanın tətbiqatının daha xeyirli, nəticələrinin daha gözəl olduğunu bildirmişdir. Həqiqətən də, çəki və ölçüdə bu qaydaya həssaslıq göstərən adamların bu xüsusiyyətləri daima onlara duyulan etibarın artmasına və qəlblərin onlara yönəlməsinə yol açmış, dolayısıyla onların bu dünyadakı qazanclarının davamlı və artan səviyyədə olmasını təmin etmişdir. Bu qaydaya uymağın axirətdəki qazancı isə dünyadakından daha böyük olacaqdır. Bu qaydaya uyğun davrananlar həm ağrıverici bir əzabdan qurtulacaqlar, həm də böyük bir mükafat əldə edəcəklər.

36Və heç bilmədiyin bir şeyin ardına düşmə! Şübhəsiz, qulaq, göz, könül, bunların hər biri ondan məsuliyyət daşıyırlar.

Cəmiyyət həyatının əxlaqi, hüquqi, siyasi, idari bütün yönlərini əhatə edən və elm, sənət, təhsil sahələri üçün də keçərli olan bu əmr, elm sahibi olmadan fikir bəyan etməyi və mütəxəssis olunmayan bir mövzuda vəzifə boynuna götürməyi qadağan edir. Adamın yetərli araşdırmanı etmədən və elm sahibi olmadan edəcəyi hər iş, onun “zənn” ilə hərəkət etməsi deməkdir.

İnsanın başını bəlaya sala biləcək bu cür davranışlar [zənn ilə hərəkət etmək], Quran tərəfindən açıq şəkildə qadağan olunmuşdur:

  • 36Və onların çoxu, ancaq bir zənnə uyarlar. Şübhəsiz ki, zənn “haqq”dan heç bir şey qazandırmaz. Şübhəsiz ki, Allah onların etdiklərini çox yaxşı bilir.     (Yunus/36)
  • 11Ey iman edənlər! Bir camaat başqa bir camaatı lağa qoymasın. Ola bilər ki, lağ etdikləri camaat özlərindən xeyirlidir. Qadınlar da başqa qadınları lağa qoymasın. Bəlkə də lağ etdikləri qadınlar özlərindən xeyirlidir. Özünüzü də alçaltmayın/ayıblamayın, hörmətdən salmayın – bir-birlərinizi ləqəblər ilə fırladıb atmayın/hörmətdən salmayın, həqarət etməyin. İmandan sonra haqq yoldan çıxmaqla adlanmaq nə pis şeydir! Və kim xətadan dönməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.
  • 12Ey iman edənlər! Zənnin bir çoxundan çəkinin. Şübhəsiz ki, zənnin bir qismi günahdır. Bir-birinizin qüsurunu araşdırmayın. Bir qisminiz bir qisminizin qiybətini etməsin/onun yoxluğunda, artıq-əskik danışmasın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyi sevərmi? Bax budur, bunu çirkin saydınız. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verəndir, çox mərhəmət sahibidir.
  • 13Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından əmələ gətirdik. Bir-birinizlə tanış olasınız deyə, sizi fərqli millətlər və qəbilələr etdik. Şübhəsiz ki, Allah qatında ən dəyərliniz ən çox Allahın qoruması altına girmiş olanınızdır. Həqiqətən Allah ən yaxşı biləndir, ən çox xəbər tutandır. (Hucurat/11- 13)
  • 19,20Buna baxmayaraq, heç düşündünüzmü Lat və Uzzanı, digər üçüncünü – Mənatı?
  • 21Erkək sizin üçün, dişi Allah üçünmü? 22Bax bu, bu şəkildə olursa, əskik/haqsız bir bölüşdürmədir. 23Bunlar, Allah haqlarında bir sübut endirmədiyi halda, sizin və atalarınızın qoyduğu adlardan başqa bir şeylər deyildir. And olsun, onlara Rəblərindən doğru yolun bələdçiliyi gəldiyi halda, onlar ancaq zənnə, bir də nəfslərinin xoşlandığı şeylərə tabe olurlar.             (Nəcm/19-23)
  • 31,32Bu kafirlərə gəlincə isə: “Yaxşı, sizə ayələrim oxunmadımı ki, siz yekəxanalıq etdiniz və günah işləyən bir cəmiyyət oldunuz? Və: “Allahın sözü qətiliklə gerçəkdir və Qiyamət anına gəlincə, onda şübhə yoxdur” – deyildiyində: “Qiyamət anının nə olduğunu bilmirik, yalnız və yalnız biz sadəcə zənn edirik, qətiyyən bir bilik almış deyilik” – dediniz. (Casiyə/31, 32)
  • 6Ey iman edənlər! Əgər haqq yoldan çıxmışın biri sizə bir xəbər gətirərsə, dərhal araşdırın/təsbit edin. Yoxsa bilmədən bir topluluğa sataşarsınız/zərər gətirər­siniz və etdiyinizə peşman olarsınız. (Hucurat/6)
  • 148Allaha ortaq qoşan insanlar deyəcəklər ki: “Allah diləsəydi biz ortaq qoş­maz­dıq, ata­larımız da ortaq qoşmazdılar, heç bir şeyi də haram qılmazdıq”. Onlardan əvvəl yalan sayanlar da əzabımızı dadıncaya qədər, bax budur, belə idi. De ki: “Yanınızda/Bizim qarşımıza çıxara biləcəyiniz bir bilikmi var? Siz, sadəcə zənnə uyursunuz və siz sadəcə axmaqlayırsınız”. (Ənam/148)
  • 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/116)
  • 49De ki: “Əgər doğru insanlarsınızsa, dərhal Allah qatından mənə və Musaya enən ki­tablardan daha çox doğruya bələdçi olan bir kitab gətirin ki, mən də ona uyum!”
  • 50Buna baxmayaraq, əgər sənə cavab verməzlərsə, bil ki, onlar, yalnız və yalnız həvəslərinə uy­maq­dadırlar. Allahdan bir yol göstərici olmadan, öz həvəsinə uyandan daha poz­ğun [çaşqın, aşağı] kim ola bilər? Tam əmin olun ki, Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edən cəmiyyətə yol göstərməz. (Qasas/49, 50)
  • 66Əslində, onların axirət haqqında bilikləri ard-arda gəlməkdədir. Lakin onlar bun­dan bir şübhə içindədirlər. Daha doğrusu onlar bunu görməyəcək qədər kordurlar. (Nəml/66)

İnsan və orqanlarının məsuliyyətliliyi:

Mövzumuz olan ayədəki “Şübhəsiz qulaq, göz, könül, bunların hər biri ondan məsuliyyət daşıyırlar” ifadəsindən, insanın orqanlarının hər birının öz fəaliyyətləriylə kəsb etdiklərindən məsul tutulacağı başa düşülür. Axirətdə insan qəlbiylə düşündüyü və inandığı şeylərdən, qulağıyla eşitdiklərindən, gözüylə gördüklərindən məsul tutulub, hesaba çəkiləcəkdir.

  • 64Bilərək rədd etdiyiniz/inanmadığınız şeylər ucbatından, haydı, bu gün ora girin! 65Bu gün Biz onların ağızlarının üstünə möhür vurarıq. Bizə əlləri danışar, ayaqları da qazandıqları şeylərə şahidlik edər. (Ya Sin/64, 65)
  • 20Sonunda oraya gəldiklərində, onların eşitmə, görmə duyğuları və dəriləri etdikləri şeylərlə əlaqədar öz əleyhlərində şahidlik edərlər. (Fussilət/20)

37Və yer üzündə təkəbbürlə, əzəmətlə yerimə! Şübhəsiz ki, sən qətiyyən yeri yara bil­məz­sən və öz boyunla dağları ötüb keçə bilməzsən.

Təkəbbürlü və göstərişi sevən insana sözsüz olaraq belə deyilir: “Sənin altında dələ bilmədiyin, yara bilmədiyin yer, üstündə də zirvəsinə çata bilməyəcəyin dağlar vardır. Dolayısıyla sən, üstündən və altından bu iki cür cansızla əhatə edilmisən. O halda sən onlardan da xeyli çox zəifsən. Ətrafı əhatə edilmiş aciz və zəif bir varlığın təkəbbürlənməsi uyğun düşməz”. Beləliklə, təkəbbürlü davrananlar tənqid edilərək, Müsəlmanların fərdi və sosial əlaqələrində təvazökarlıqdan ayrılmamaları ismarıcı verilir.

Bu öyüd başqa ayələrdə də görülür:

  • 18Və insanlara ovurdunu şişirtmə, burnunu sallama və yer üzün­də təkəbbürlənərək yerimə. Şübhəsiz ki, Allah, bütün öyünən, səhv və yersiz düşüncəyə qapılanları sevməz. 19Və yerişində yavaş və mülayim ol, səsini aşağı et. Şübhəsiz, səslərin ən anlaşıl­ma­zı, tam yəqinliklə bilin ki, eşşəklərin səsidir” (Loğman/18, 19)
  • 69–76Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi/heç düşünmədinmi? Necə də döndərilirlər? Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayanlar əlbəttə, irəlidə boyun­ların­da halqalar və zəncirlər olaraq qaynar suya salınıb, sonra atəşdə yandırılarkən, biləcəklər. Sonra onlara: “Allahın yaratdıqlarından ortaq qoşduğunuz şeylər haradadır?” – deyilər. Onlar: “Bizdən yox olub, getdilər. Əslində biz, onsuz da əvvəldən heç bir şeyə yalvarmırdıq” – deyərlər. Bax budur, Allah kafirləri belə azdırır: “Bax budur, bu, yer üzündə haqsız yerə lovğalandığınıza və təkəbbürləndiyinizə görədir. Orada həmişəlik qalmaq üçün cəhənnəm qapılarına girin!” Bax budur, yekəxanalıq edənlərin dayanacağı necə də pisdir! (Mömin/69-76)
  • 63Və Rəhmanın qulları elə insanlardır ki, onlar, yer üzündə təvazökarlıqla yeriyirlər və cahil insanlar özlərinə söz atdığı zaman: “Salam!” – deyərlər. (Furqan/63)

Bu ilahi əmrə görə İslamı yaşayan cəmiyyətlər və onların idarəçiləri daima təvazökar olmuşlar, təkəbbür, kobudluq, qürur kimi hər cür pis xüsusiyyətdən uzaq qalmağa çalışmışdılar. Müharibədə qalib gəldikdə belə, qürur və təkəbbürə səbəb olacaq ən kiçik bir söz sərf etməmişlər. Onların geyimləri, yeməkləri, evləri və minikləri həmişə sadə və adi olmuşdur.

Qızıl taxmaq, ipək geyinmək. Allahın nəhy/qadağan etdiyi “göstəriş”in bir vəsiləsi olduğu düşüncəsiylə “qızıl” və “ipək” bəzi şəraitlərdə haram qəbul edilir. Ancaq bu qəbul bilavasitə “qızıl” və “ipəy”in maddə olaraq haramlığından deyil, bunların yol açacağı uyğunsuzluqlara görədir. Əslində elə “qızıl” da, “ipək” də Allahın lütf etdiyi nemətlərdən olub, Allahın qulları üçün yaratdığı bu kimi ziynətləri haram etmək, qadağan etmək heç kimin həddi deyildir:

  • 32De ki: “Allahın, qulları üçün çıxardığı zinətləri və tərtəmiz ruziləri kim haram etmiş?” De ki: “Bunlar, keçici dünya həyatında inananlar üçündür/qiyamət günündə yalnız onların olmaq üçün”. Bax budur, beləliklə, Biz ayələri bilən bir cəmiyyətə ətraflı olaraq açıqlayırıq.      (Əraf/32)

Bunula yanaşı, Rəbbimiz “yatır”ı xoş görmür. Qızılın işsiz tutulması, dəfinə edilməsi tam mənasıyla bir “yatır” mahiyyətindədir. Dolayısıyla “qızıl”ın bəzək olaraq işlədilməsi və ya gündəlik həyatda istifadə edilən qab, qaşıq kimi avadanlıqların “qızıl”dan edilməsi, bizə görə, ancaq “qızıl”ın lüks sayılmadığı, iqtisadi dəyər daşımadığı, kimsənin “qızıl”a ehtiyac duymadığı şəraitlərdə problemsizdir. Eyni şəkildə, hər kəsin geyə bildiyi şəraitlərdə “ipək” geyinməyin də bir problemi yoxdur. Belə ki, geyinmək üçün pambıq parça belə tapa bilməyənlərin olduğu bir şəraitdə “ipək” geyinmək haramdır. Çünki belə bir şəraitdə “ipək” geyinmək həm digər insanların qısqanclığına, həm də geyinənin yekəxanalıq etməsinə yol açar. Dərhal qeyd etmək lazımdır ki, buradakı “şərait” sözü bütün dünyanı, yer üzündəki bütün cəmiyyətləri əhatə edir. Yəni hər gün minlərlə insanın aclıqdan öldüyü bir dünyada heç kim “Mənim ətrafımdakı insanların qızıla və ipəyə ehtiyacı yoxdur” deyərək, Allahın sevmədiyi bir davranış içində olmadığını irəli sürə bilməz.

Qısaca söyləmək lazımdırsa, “qızıl” və “ipək” lüks simvolları olub, bunların haramlığı lüks olmalarından irəli gəlir.

Digər tərəfdən, haram deyə barmağına “qızıl” üzük taxmayan, “ipək” parça geyməyən, lakin dəbdəbəli evlərdə oturub, lüks avtomobillərə minən din cahilləri, deməli ki, məsələnin bu incə yönünü heç anlamamışlar. Halbuki yaxşı anlamalıdırlar.

  • 31Lakin o, nə təsdiqlədi, nə dəstəklədi. 32Lakin o, yalan saydı və uzaqlaşdı. 33Sonra da gərilə-gərilə yaxınlarının yanına getdi.
  • 34,35Dağıntı çox yaxındır sənə, həm də çox yaxın! Yenə, dağıntı çox yaxındır sənə, həm də çox yaxın!          (Qiyamət/31-35)

38Pis olan bütün bunlar Rəbbinin qatında bəyənilməyən şeylərdir.

Bu ayədə, 23-37-ci ayələrdə sayılan qadağanların çeynənməsinin Allah qatında günah və çirkin davranışlar olduğu bildirilir.

39Bax budur, yuxarıda müəyyən edilən bu qaydalar/əmrlər Rəbbinin sənə vəhy et­di­yi səhv işləri və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qay­da­lar­dan bəziləridir. Allahla bərabər başqa bir tanrı qəbul etmə. Əks halda qınanmış və qo­vulmuş olaraq cəhənnəmə atılarsan.

Quran özünü bir çox ayədə “hikmət” və “hökm” adlarıyla xarakterizə etmişdir. Həmçinin ayələrinin bir bölməsinin möhkəm [hikmət ehtiva edən] olduğunu bəyan etmiş, ayələrinin hamısı üçün isə Qəmər surəsində “Hikməti bəliğə” deyimi işlədilmişdir. Mövzumuz olan ayədəki “bunlar” sözüylə qəsd edilən qaydaların, əmrlərin, qadağaların “hikmətdən [qanunlardan] bir qismi” olduğu bildirilir. “Hikmətdən bir qisim” olaraq qəsd edilənlər isə 25 ədəd mükəlləfiyyətdən ibarət olan sosial və əxlaqi təməl qanunlardır.

Bu ayədə də xitab peyğəmbərimizə görünsə də, digər bir çox ayədə olduğu kimi, əsil müxatib bütün insanlardır.

40-cı ayə: Bu ayə, Mukatilin təsbitinə görə 42-ci ayədən sonra enmişdir. Biz də eyni görüşə şərik olur və 40-ci ayəni, söz axışı olaraq daha uyğun olduğuna görə, 42-ci ayənin davamı olaraq dəyərləndiririk.

41Biz bu Quranda, onların ağıllarını başlarına almaları üçün dediklərimizi müxtəlif şəkillərdə çevirdik/fərqli şəkillərdə şərh/izah etdik. Və bu şərhlər, onların ancaq nif­rətini artırmışdır.

Quranın fəaliyyətinin vurğulandığı bu ayədə, insanların faydasına olan hər şeyin Quranda hərtərəfli, yəni detallandırılaraq təkrar-təkrar verildiyi anladılır.

Bu xüsus başqa ayələrdə də bildirilmişdir:

  • 50Və and olsun ki, Biz öyüd almaları üçün hər şeyi, müxtəlif şəkillərdə anlatdıq, amma insanların çoxu sadəcə, nankorluq etməkdə davam etdilər. (Furqan/50)
  • 51Və and olsun Biz Sözü [vəhyi/Quranı] öyüd alsınlar deyə, bir-biri ardınca yolladıq. (Qasas/51)
  • 63Həmçinin bir zamanlar Biz sizdən: “Allahın qoruması altına girməyiniz üçün ver­di­yimiz şeyi bərk tutun və içindəkiləri xatirinizdən çıxarmayın!” – deyə sağ­lam bir söz almışdıq və sizin üstününüzü/seçkininiz Musanı Tura/dağa yüksəlt­miş­dik/çı­xar­mışdıq. (Bəqərə/63)

Ayənin ikinci cümləsində isə insanlara lütf edilən bu imkanlardan çoxlarının yararlanmadığı, əksinə bu lütfün onların nifrətlərini artırdığı bildirilir. Öyüdün nifrəti artırması keçmiş qövmlərdə də olmuşdur:

  • 60Və onlara: “Rəhmana boyun əyib təslimiyyət göstərin!” – deyildiyi zaman: “Yaratdığı bütün canlılara dünyada çox-çox mərhəmət edən Allah nə deməkdir ki? Sənin bizə əmr etdiyin şey üçünmü boyun əyib təslimiyyət göstərəcəyik?” – dedilər. Və bu “boyun əyib təslimiy­yət göstərmək” əmri onların nifrətlərini artırdı.            (Furqan/60)
    • 42,43Və onlar var gücləri ilə Allaha and içmişdilər ki, özlərinə xəbərdar edən bir peyğəmbər gələrsə, tam yəqinliklə bilin ki, liderli cəmiyyətlərin hər birindən daha doğru yolda olacaqdılar. Buna baxmayaraq, o zaman ki, özlərinə bir xəbərdar edən gəldi, bu, yer üzündə bir təkəbbürlənmə və pisliyin nizamlanması baxımından onların yalnız nifrətini artırdı. Halbuki, pisliyin nizamlanması ancaq öz nizamlayıcısını hərtərəfli əhatə edir. O halda öncəkilərin qanunundan/öncəkilərə tətbiq olunandan başqa nə gözləyirlər? Onun üçün sən, Allahın buyuruğunda qətiyyən bir dəyişiklik tapa bilməzsən. Sən, Allahın buyuruğunda qətiyyən bir başqalaşma tapa bilməzsən. (Fatir/42, 43)

Və Nuh/5, 6, İsra/82, Tövbə/125, Müddəssir/49-51.

45Quranı öyrənib-öyrətdiyin zaman səninlə axirətə inanmayanlar arasında görün­məz/gizli bir pərdə etdik.

46Və onların qəlbləri onu qavrayıb anlamasınlar deyə, anlamaqlarına mane olan bir təbəqə, qulaqlarına da bir ağırlıq verdik. Və sən Quranda sadəcə Rəbbini “bir və tək” olaraq andığın zaman, “nifrətlə qaçar vəziyyətdə” uzaqlaşarlar.

Bu ayələrdə Məkkəli müşriklərin halları anladılır. Quranla müşriklər arasındakı pərdə, əslində onların izlədikləri Qurana zidd siyasətlərdən və Quranı dinləməmək üçün uydurduqları bəhanələrdən ibarətdir. Onlar, önlərinə gətirilən onca dəlili, mənfəət hesablarına uymadığı üçün təhlil etməzlər. İblislərinin özlərinə bəzəkli göstərdiyi təkəbbür və inadları sayəsində isə həqiqətləri görməzlər, keçmişdən dərs almazlar, gələcəyi düşünməzlər. Müşriklərin bu dikbaş halları başqa ayələrdə də dilə gətirilmişdir:

  • 8Şübhəsiz ki, Biz onların boyunlarına dəmir halqalar keçirdik. Belə ki, bunlar çənələrinə qədərdir. Beləliklə, onlar burunları yuxarı qaldırılmış olanlardır.
  • 9Və Biz onların önlərindən bir sədd, arxalarından da bir sədd əmələ gətirdik. Beləliklə, Biz özlərini sarmışıq. Artıq onlar görməzlər.
  • 10Və onları xəbərdar etmisən, yaxud xəbərdar etməmisən onlara görə birdir, onlar inanmazlar. (Ya Sin/8-10)
  • 25Və Biz onlara bəzi yaşıdlarını/iblislərini qabıq kimi üzərlərinə bürüdük, onlar da, önlərində və arxalarında [bütün ətraflarında] olanları özlərinə bəzəkli göstər­dilər. Gəlmiş-keçmiş hər kəsdən, özlərindən öncə gəlib-keçmiş ümmətlərdə qüvvədə olan “Söz” onların üzərinə də haqq oldu. Şübhəsiz ki, onlar zərərə/itkiyə uğrayıb, acı çəkən insanlar idilər. (Fussilət/25)
  • 7Allah onların qəlbləri və qulaqları üzərinə möhür vurmuşdur/onların gözlərinin üzərində pərdələr vardır. Və böyük əzab onlar üçündür. (Bəqərə/7)
  • 7Və ona ayələrimiz oxunduğu zaman sanki qulaqlarında bir ağırlıq varmış və onları eşitmirmiş kimi, yekəxanalıq edərək, üz çevirir. Bax budur, ona çox acı verəcək bir əzabı müjdələ. (Loğman/7)

Əsbab-i Nüzul nəqllərinə görə ayədə bəhs edilənlər Əbu Ləhəb və həyat yoldaşı, Əbu’l-Bahtəri, Zemaa, Süheyl və Huveyti adlı şəxslərdir. [31] Anladılanlara görə, bu adamlar heyət halında əmisinin yanına gəldiklərində, peyğəmbərimiz onlara “Allahdan başqa tanrı olmadığını qəbul edin. Bu sayədə Ərəblərin hökm edənləri olarsınız, Ərəb olmayanlar da sizə itaət edər” demiş, onlar da geriyə dönüb getmişdilər.

Bu tip adamların tövrləri Quranda belə yer alır:

  • 5Və onlar: “Sənin bizi dəvət etdiyinə qarşı bizim qəlblərimiz bir örtük/zireh içindədir, qulaqları­mız­da bir ağırlıq, bizimlə sənin aranda da bir pərdə vardır. Artıq sən, edə biləcəyini et, biz də gerçəkdən edirik” – dedilər. (Fussilət/5)

46-cı ayədəki “Və sən Quranda sadəcə Rəbbini “bir və tək” olaraq andığın zaman, “nifrətlə qaçar vəziyyətdə” geriyə dönüb gedərlər” ifadəsindən, müşriklərin bir və tək olan Allahın ucaldılmasını və bunda israr edilməsini qəbul etmədikləri başa düşülür. Əslində onlar peyğəmbərimizdən istəyirlər ki, Allah ilə bərabər onların tanrılarının böyüklərindən, əzizlərindən də bəhs etsin. Çünki onlara görə Allah, tanrılıq güclərindən bəzilərini, onlara övladlar verən, onları xəstəliklərdən qoruyan, onların ticarətlərinin inkişaf etməsini təmin edən, qısaca onların bütün istək və arzularına cavab verən öz tanrılarına da vermişdir.

Müşriklərin bu azğın inancları Quranda belə ifadə edilmişdir:

  • 45Və Allah, “bir tək” olaraq anıldığı zaman Axirətə inanmayanların ürəkləri parçalanırsa da, Onun yaratdıqlarından olan kimsələr anıldığı zaman dərhal üzləri gülür.  (Zümər/45)

Bu azğın görüşlər təəssüf ki, o günlərdə qalmamış, günümüzdəki bəzi dairələrə də gəlib çatmışdır. İbtidai dövrdə olduğu kimi, Allahın bir çox sifəti və təsərrüfü bu dairələrdə bir sıra “qütb”lərə, “vəli”lərə verilir və bu kimsələr Allahdan daha artıq zikr edilir.

47Biz onların səni dinlədikləri vaxt nə üçün dinlədiklərini, gizli danışmalarında da o şə­rik qoşaraq səhv/öz zərərlərinə iş edən kəslərin: “Siz, ovsunlanmış bir adam­dan başqasına uymursunuz” – dediklərini çox yaxşı bilirik.

Bu ayədə, peyğəmbərimizin çağırışına qarşı müşriklərin pıçıldaşaraq [hər kəsdən gizli olaraq], öz aralarında qurduqları bir tələ ifşa edilir və onların Qurandan təsirlənən insanlara “Ovsunlanmış bir adamdan necə təsirlənirsən?” deyilərək bildirilir ki, bu şəxsləri Quranın təsirindən uzaqlaşdırmaq istəyirlər.

Müşriklərin bu planı başqa ayələrdə də dilə gətirilmişdir:

  • 2,3Rəbbindən özlərinə gələn hər yeni öyüdü/xatırlatmanı ancaq oyun edərək və qəlbləri əylənərək dinlərlər. Və şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanlar aralarında bu pıçıltını gizlətdilər: “Bu, sizin kimi bir insandan başqa bir şeymidir? Artıq gözünüz görə-görə ovsunamı gedirsiniz?” (Ənbiya/2, 3)
  • 7,8Və inkar edənlər: “Bu necə elçidir ki, yemək yeyir, küçələrdə yeriyir? Ona bir mələk endirilsəydi nə olardı? Beləliklə, onunla bərabər bir xəbərdar edən olardı! Yaxud özünə bir xəzinə verilsəydi və ya özünün yeyəcəyi bir bağçası olsaydı!” – dedilər. Bu şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Siz, yalnız və yalnız ovsunlanmış bir insanamı uyursunuz” – dedilər. (Furqan/7, 8)

Adları Əsbab-i Nüzul nəqllərinə keçmiş olan bu zalımların peyğəmbərimizə qarşı nizamladıqları oyunlar sadəcə ayədə qeyd ediləndən ibarət deyildir.

Həmçinin bəhs edilən nəqllərdə bu şəxslərin birbirlərini də nəzarət altında tutduqları yer alır:

Mənə Muhəmməd İbn Müslim İbn Şihab əz-Zühri dedi ki: Ona belə anladılmışdır: Harb oğlu Əbu Süfyan, Hişam oğlu Əbu Cəhil, Şərik oğlu Ahnes bir dəfə Rəsulullahı [s.ə.s] gecə vaxtı evində namaz qılarkən dinləmək üçün getdilər. Onlardan hər biri Hz. Peyğəmbəri dinləmək üçün ayrı bir yer tutdu. Heç birisi digərinin yerini bilmirdi. Onu dinləməyə başladılar. Sübh olduqda ayrıldılar. Nəhayət yolları birləşdi və bir-birlərini qınamağa başladılar. Bir-birlərinə belə deyirdilər: Bir daha etməyin. Xalqınızın düşkünlərindən bəziləri sizi görərlərsə, onların içinə bir şey düşürürsünüz. Sonra ayrıldılar. Ertəsi gün ikinci gecə olduqda hər biri təkrar olduğu yerə gəlib, Quran dinləməyə başladılar. Nəhayət fəcr ağardıqda ayrıldılar və eyni yolda qarşılaşdılar. Bir-birlərinə təkrar ilk söylədiklərini söylədilər və dağıldılar. Üçüncü gecə olduqda hər biri Quranı dinləməyə başlamaq üçün əvvəlki yerlərini aldılar. Fəcr ağardıqda ayrıldılar. Yolları birləşdikdə bir-birlərinə dedilər ki: Bir daha təkrar etməmək üçün sözləşmədən ayrılmayaq.

Bundan sonra sözləşərək ayrıldılar. Ahnes b. Şerik səhər olduqda dəyənəyini aldı. Sonra evindən çıxdı, Əbu Süfyan b. Harbin yanına gəldi və ona: Ey Əbu Hanzala, Muhəmməddən eşitdiyin şey haqqında görüşün nədir, mənə bildir? – dedi. Əbu Süfyan dedi ki: Ey Əbu Saləbə, Allaha and olsun, mən ondan elə şeylər eşitdim ki, onu və nə demək istədiyini bilirəm. Elə şeylər də eşitdim ki, nə onun mənasını, nə də söyləmək istədiyini bilirəm. Ahnes b. Şərik dedi ki: Allaha and olsun ki, mən də sənin and içdiyin haldayam. Sonra Əbu Süfyanın yanından çıxıb, Əbu Cəhlin yanına girdi, onun evinə çatdığında dedi ki: Ey Əbu Hakem, Muhəmməddən eşitdiyin şeylər haqqında görüşün nədir? Nə eşitdim ki? – dedi. Biz və Abd Mənaf oğulları şərəf barəsində yarışdıq. Onlar yedirdilər, biz də yedirdik. Onlar daşıdılar, biz də daşıdıq. Onlar verdilər, biz də verdik. Nəhayət hər ikimiz də diz üstə çökdükdə, ikimiz də bağlı atlar kimi olduq. O zaman onlar dedilər ki: Bizdən bir peyğəmbər gəldi. Ona göydən vəhy gəlir. Biz onu nə zaman qavraya bilərik? Allaha and olsun ki, ona əbədiyyən nə inanarıq, nə də doğrulayarıq. Bundan sonra Ahnes b. Şərik yanından qalxıb onu özbaşına buraxdı. [32]

48Sənin üçün necə ör­nəklər verdiklərinə bir bax! Beləliklə, pozğunluğa düşdülər! Artıq bir yola da güc­ləri yetməz.

Bu ayədə müşriklərin peyğəmbərimizin əleyhinə yürütdükləri siyasətlərinə diqqət çəkilir və bu anlayışlarına görə azğınlığa düşdükləri, problemdə olduqları bildirilir. Həqiqətən də müşriklər, elçilik vəzifəsini elan etməsindən etibarən peyğəmbərimizə sehirbazlıq, şairlik, məcnunluq, kahinlik kimi sifətlər yaraşdırmışlar, Quranın ona başqası tərəfindən öyrədildiyi yolunda ittihamlar etmişlər, lakin bütün bu iddiaları həqiqətlərlə uzlaşmadığına görə, iftiralarına özləri belə inanmamışdılar. 48-ci ayə onların bu problemlərini üzlərinə vurur və bir çıxış yolu tapmalarına mane olan çaşqınlıqlarını qınayır.

42De ki:  “Əgər dedikləri kimi, Allahla yanaşı bir sıra tanrılar olsaydı, o zaman o tanrı­lar ən böyük taxtın sahibinə – Allaha bir yol axtarardılar”.

40Rəbbiniz oğulları sizə məxsusi olaraq verdi və Özünə mələklərdən qızlarmı qəbul et­di? Şübhəsiz ki, siz çox yekə-yekə danışırsınız!.

43Allah  onların dediklərindən böyük bir ululuqla arınıq və çox ucadır.

44Bütün göylər/kosmos, yer üzü və bunların içində olanlar, Allahı nöqsan sifət­lər­dən münəzzəh qılırlar. Onun tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl­ma­yan heç bir şey yoxdur. Lakin siz, onların Allahı nöqsan sifətlərdən münəzzəh qıl­ma­­larını yaxşı qavramırsınız. Şübhəsiz ki, O, yumşaq davranandır, çox ba­ğış­la­yan­dır.

Bu ayə qrupunda tövhidə yönəlik həqiqətlər açıqlanır, cahil Ərəblərin köməkçi və ya ehtiyat tanrılar düzəltməklə Allaha atmağa çalışdıqları ləkələr, kifayət qədər mənalı, məntiqli dəlillər göstərilərək təmizlənir.

42-ci ayədəki “Əgər dedikləri kimi Onunla [Allahla] birlikdə tanrılar olsaydı, o zaman bunlar [tanrılar] Ərşın sahibinə bir yol axtarardılar” ifadəsini iki cür anlamaq mümkündür:

1– Əgər onların dedikləri kimi, Allah ilə birlikdə hər biri digərindən müstəqil müxtəlif tanrılar olsaydı, bunlar sərhədsiz kainatın idarəçiliyində bir-birləriylə anlaşa bilməzlər, hər biri tək hakim olmaq üçün çalışar və nəticədə kainatın fəaliyyətində nizam, ahəng və tarazlıq olmazdı.

2– Əgər onların dedikləri kimi, ən üstün olan Allah ilə birlikdə Onun bəzi səlahiyyətlərini verdiyi tanrılar olsaydı, özlərinə səlahiyyət verilmiş tanrılar bu səlahiyyətlərlə kifayətlənməz, daima itaət edən qullar kimi olmaq istəməz, ən üstün olmaq üçün çalışardılar. Belə bir halda da kainat fəsada uğrayar, başdan aşağı hər şeyin nizamı pozulardı.

42-ci ayədəki ifadə necə anlaşılırsa anlaşılsın, kainatdakı nizamı bir az araşdırıb görən heç kimsənin kainatdakı fəaliyyətin bir-birindən müstəqil və ya yarım müstəqil tanrılar tərəfindən idarə edildiyini iddia etməsi mümkün deyildir. Çünki ağıl asanlıqla təsdiq edər ki, birdən artıq tanrı olması halında kainatdakı bu mükəmməl uyumdan əsla bəhs etmək mümkün olmaz. Ancaq ayədə göstərilən məntiqi dəlili idrak edə bilməyəcək dərəcədə anlayışsız və cahil biri tərəfindən bunun əksi iddia edilə bilər.

Bu ayələrdə edilən tövhidə yönəlik əqli xəbərdarlıqlar, başqa ayələrdə də dilə gətirilmişdir:

  • 22Əgər yer ilə göydə Allahdan başqa tanrılar olsaydı, bunların ikisi də qətiliklə qarı­şıq­lıq içində olardı/nizamları pozulardı. O halda, ən böyük taxtın Rəbbi olan Allah onların isnad etdikləri şeylərdən münəzzəhdir. (Ənbiya/22)

Göründüyü kimi, 40-cı ayədə, Allahın övlad qəbul etməsi iddiası gündəmə gətirilməklə tövhid qaydasından azmağın bir başqa ölçüsü nümayiş edilir və paraqrafın mənasına edilən bu qatqı ilə aydın olur ki, “40-cı ayənin yeri 42-ci ayədən sonra olmalıdır” görüşü kifayət qədər uyğundur.

Tövhid qaydasından azmağın bu ölçüsü də Quranda bir çox yerdə vurğulanmışdır:

  • 88Və onlar: “Rəhman özünə övlad etdi” – dedilər.
  • 89And olsun ki, siz çox çirkin bir şey söylədiniz.
  • 90,91Az qaldı ki, buna görə/Rəhmana uşaq isnad etdiklərinə görə göylər çatlayacaq, yer yarılacaq və dağlar parçalanıb dağılacaqdı.
  • 92Halbuki, Rəhman üçün özünə övlad etmək yaraşmaz. 93Göylərdə və yerdə olan bütün hər kəs Rəhmana yalnız və yalnız qul olaraq gələcəkdir.
  • 94And olsun ki, Rəhman onların hamısını əhatə etmişdir və özlərini bir-bir saymışdır. 95Hamısı da qiyamət günü Rəhmana tək başlarına gələrlər. (Məryəm/88-95???)
  • 57Və onlar Allaha qızlar isnad edirlər. Allah, bundan münəzzəhdir. Özləri üçün də iştahlandıqları oğlan uşaqları vardır.
  • 58Və onlardan biri qız doğulması xəbəri ilə müjdələndiyi zaman içi qəzəblə dolaraq, üzü qapqara qaralır.
  • 59Özünə verilən xəbərin/müjdənin pisliyinə görə qövmündən gizlənir, alçaq­lıq və xorluğa baxmayaraq qızı yanındamı tutsun, yoxsa torpağamı basdırsın! Diqqət edin, onların verdikləri hökm/törələri nə pisdir! (Nəhl/5759)

44-cü ayədə verilən “təsbih” qavramı Qələm, Əla və Qaf surələrinin təhlillərində açıqladığımız kimi, “Allahı, Ona yaraşmayan şeylərdən uzaq tutmaq, Allahı ucaltmaq, Onun hər cür kamal sifətlərlə təchiz edilmiş olduğunu yaxşı qavramaq və bunu hər vəsilə ilə yüksək səslə söyləmək” deməkdir.

Bu da, quruluşuyla və nizamıyla kainatdakı hər şeyin, Allahın varlığının birliyini və hər cür nöqsanlıqdan uzaq olduğunu göstərdiyi mənasına gəlir:

  • 13Göy gurultusu Allahın tərifi ilə birlikdə, təbii güclər/tiran idarəedicilər isə Ondan qorxduqlarına görə Onu nöqsan sifətlərdən arındırırlar. Və O, ildırımlar göndərər və onunla dilədiyini çarpar. Onlar isə Allah haqqında mübahisə edib dururlar. Halbuki Allah çarpması çox çətin olandır. (Rad/13)
  • 75Və sən kainatdakı bütün gücləri ən böyük taxtın bir kənarından dolaşanlar olaraq, Rəbbinin tərifi ilə birlikdə Allahı nöqsan sifətlərdən münəzzəh qıldıqlarını görərsən. Və onların aralarında mükafat, cəza haqq ilə gerçəkləşdirilmişdir. Və: “Bütün təriflər aləmlərin Rəbbi Allahadır” – deyilməkdədir. (Zümər/75)
  • 7–9Ən böyük taxtı daşıyan, bir də ən böyük taxtın çöl kənarından olan insanlar Rəbbinin tərifi ilə birlikdə, Onu nöqsan sifətlərdən münəzzəh qılırlar və Ona inanırlar. İman edənlər üçün bağışlanma diləyərlər: “Rəbbimiz! Sən mərhəmət və biliklə hər şeyi əhatə etdin. Onun üçün tövbə edən və Sənin yoluna uyan insanları bağışla və onları cəhənnəmin əzabından qoru! Rəbbimiz! Onları və onların atalarından, zövcələrindən və soylarından saleh olan insanları özlərinə vəd etdiyin Ədn cənnətlərinə girdir. Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz özüsən. Onları pisliklərdən qoru. Və Sən hər kimi pisliklərdən qoruyursan, artıq o gün əlbəttə ki, ona mərhəmət etmisən. Bax budur, bu, böyük qurtuluşun məhz özüdür”.                    (Mömin/7-9)

İşin əsli belə olmasına baxmayaraq, “təsbih” qavramı dil ilə “sübhanallah … sübhanallah …” demək mənasına endirilmiş və bu xüsusda bir çox əsilsiz hekayə ortaya atılmışdır.

Budur bir neçə nümunə:

Peyğəmbər o ikisi ilə birlikdə uçmuş, yeddi göyə çatmış. Döndüyü zaman belə buyurmuş: Bir çox təsbih ilə bərabər, göylərin belə təsbih etdiyini eşitdim:

Uca göylər heybət sahibini təsbih edərlər. Ucalıq sahibinin ucalığından əyilmişdilər. Təsbih edirik ucaların ucasını, tənzih və təqdis edirik Onu.

Belə ki, Buxarinin Səhihində Abdullah İbn Məsuddan nəql edilir ki, o, belə demişdir: “Biz yeyərkən yeməyin təsbih etdiyini eşidərdik.”

Əbu Zərrin Hədisində də Rəsulullah [s.ə.s]in əlinə çınqıl daşlarını aldığında, arının vızıltısı kimi onların təsbihinin eşidildiyi bildirilir.  [33]

44-cü ayənin sonundakı “Şübhəsiz ki, O, yumşaq davranandır, çox bağışlayandır” ifadəsiylə, daha əvvəl səhv davranmalarına baxmayaraq, sonradan bu əqli dəlillərlə şirkdən qurtulub, doğruya çatacaq olanlara əfv və mağfirət qapısı açılır. Tövbə ilə Allahın bağışlaması arasındakı əlaqə Quranda bir çox ayədə yer almışdır.

Bu ayələrin mənaca 44-cü ayəyə yaxın olanlarından bir neçəsi bunlardır:

  • 110Kim bir pislik işlər, yaxud öz-özünə haqsızlıq edər, sonra da Allahdan bağışlanma di­ləyərsə, Allahın çox bağışlayıcı və çox mərhəmətli olduğunu görər. (Nisa/110)
  • 41Heç şübhəsiz, göyləri və yer üzünü yox etmələrindən Allah qoruyur. And olsun ki, əgər göylər və yer üzü yox edilərsə, onları Ondan sonra kimsə tuta bilməz. Həqiqətən O, çox yumşaq davranan, çox bağışlayandır.           (Fatir/41)
  • 45Və əgər Allah, qazanmaqda olduqları şeylər ucbatından insanları sorğu-suala çəkib cəzalandıracaq olsaydı, yer üzündə kiçik-böyük heç bir canlını sağ buraxmazdı. Və lakin onlara, adı qoyulmuş bir müddətə qədər ertələməkdədir. Sonunda, müddət sona yetdiyi zaman da artıq, şübhəsiz ki, Allah öz qullarını ən yaxşı görəndir.           (Fatir/45)

49Və onlar dedilər ki: “Biz bir sümük yığını və ovalanıb toz olandan sonramı? Həqiqətən biz yeni bir yaradılışla dirildiləcəyikmi?”

50–52De ki: “İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir ya­ra­dılış olun”. Sonra onlar: “Bizi kim geri döndərəcək?” – deyəcəklər. De ki: “Sizi ilk də­fə yoxdan yaratmış olan”. Buna görə də sənə başlarını bulayacaqlar və: “Nə za­man­dır bu?” – deyəcəklər. De ki: “Çox yaxın olması umulur! Sizi çağıracağı/di­ril­di­lə­cəyiniz gün, Onu öyərək Onun çağırışına uyacaqsanız və sadəcə, çox az qaldığınızı zənn edəcəksiniz”.

Bu ayə qrupunda, təkrar dirilməyi mümkün görməyən inancsızların etirazları ilə bunlara verilən cavablar yer alır.

50-ci ayədəki “İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir yaradılış olun” ifadəsindən anlaşıldığına görə, inancsızlar Allahın təkrar diriltməyə qadir olması məsələsinə inanmamışdılar. Belə ki, 51-ci ayədə inancsızlar tərəfindən ediləcəyi bildirilən “baş yelləmə” hərəkəti, verilən bir xəbərin qəbul edilmədiyini qeyd etmək üçün edilən bir hərəkətdir.

Bu hərəkətin sözsüz mənası onu göstərir ki, inancsızlar ölümdən sonra özlərini ilk dəfə yaratmış olanın dirildəcəyi həqiqətinə inanmamışlar.

Bu mübahisəyə Quranda bir çox dəfə yer verilmişdir:

  • 77Və o insan özünü bir nütfədən, bir damla sudan yaratdığımızı görmədimi ki, indi o açıq-aşkar bir düşməndir?
  • 78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi. Dedi ki: “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”
  • 79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız.
  • 81Göyləri və yeri yaradanın onlar kimilərini də yaratmağa gücü yetməzmi? Bəli, əlbəttə, gücü yetər! Və O, çox mükəmməl yaradandır, çox yaxşı biləndir.
  • 82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir. O da dərhal olur. (Ya Sin/7782)
  • 15–17Və onlar: “Bu aşkar ovsundan başqa bir şey deyildir. Öldüyümüz və torpaq, sümük olduğumuz zamanmı, həqiqətənmi biz təkrar diriləcəkmiyik? Əvvəlki atalarımızdamı?” – deyirlər. (Saffat/15-17)
  • 51–53Onlardan bir sözçü deyər ki: “Şübhəsiz ki, mənim: “Sən həqiqətən, tam yəqinliklə, doğrulayanlardansanmı? Öldüyümüz və torpaq, sümük olduğumuz zamanmı, həqi­qə­tən­mi biz qarşılıq görəcəyik?” – deyən bir yaşıdım/yaxın yoldaşım var idi”. (Saffat/51-53)

Həmçinin Möminlər/82, Vaqeə/47, Nəziət/11, Qaf/2, 3, Səcdə/10, İsra/49, 98 və Möminlər/35-ci ayələrinə də baxmaq olar.

İnancsızların, yuxarıdakı ayələrdən göründüyü kimi, inadla dirənmələri qarşısında, Rəbbimiz də yaratmadakı və öldürmədəki gücünün önünə keçilməz olduğunu açıqlamağa həmişə davam etmişdir:

  • 57Əlbəttə, göylərin və yerin yaradılması insanların yaradılmasından daha mürəkkəbdir. Amma insanların çoxu bilmirlər. (Mömin/57)
  • 27–33Yaradılışca sizmi daha mürəkkəbsiniz, yoxsa göymü? Göyü Allah yaratdı boyunu yüksəltdi, sonra da onu nizama saldı, gecəsini qaraltdı və işığın parlaqlığını çıxartdı. Və ondan sonra sizin və heyvanlarınızın yararlanması üçün yer üzünü döşədi/yer üzündən suyunu və otlağını çıxardı, dağları da dəmirlədi/sağlam bir şəkildə yerləşdirdi. (Nəziət/27-33)
  • 60,61Ölümü aranızda Biz nizamladıq, Biz! Və Biz sizi bənzərlərinizlə dəyiş­dirməyi­miz v­ə sizi bilmədiyiniz bir şəkildə yenidən inşa etməyimiz üçün qarşısı alınacaqlar/mane olunacaqlar deyilik. (Vaqeə/60, 61)

Və Rum/27, Rum/25, Qəmər/50, Nəhl/40, Nəziət/13-14.

51-ci ayədə Rəbbimiz, inancsızlar tərəfindən geri döndərmə işinin nə zaman olacağına dair soruşulan suala peyğəmbərimizin “Çox yaxın olması umulur!” deyə cavab verməsini əmr edir. Bu ifadə, yenidən dirildilmənin qəti zamanını bildirməməklə yanaşı, bu işin mütləq çox yaxın olduğu mənasına gəlir. Çünki “umulur [asa]” sözü cümlədə Allahın edəcəyi bir isə yönəlik olaraq işlədilmişdir ki, bu da Allahın o işi mütləq həyata keçirəcəyini ifadə edir.

Rəbbimiz, qəti zamanını bildirmədiyi o müəyyən vaxtı [qiyaməti] kimsənin bilə bilməyəcəyini və o məlumatın sadəcə Özünə aid olduğunu bir çox ayədə açıqlamışdır:

  • 63,73İnsanlar səndən qiyamətin qopma vaxtı haqqında soruşurlar. De ki: “Onun biliyi, Allahın münafiq kişilərə, münafiq qadınlara, ortaq qoşan kişilərə, ortaq qoşan qa­dınlara əzab etməsi və Allahın mömin kişilərin və mömin qadınların töv­bə­lə­ri­ni qəbul etməsi üçün, ancaq Allahın nəzdindədir. Nə bilirsən, bəlkə qiyamə­tin qop­ma vaxtı yaxında olar. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir”. (Əhzab/6373)
  • 17Allah bu kitabı və tərəzini/ölçünü haqqla endirən Zatdır. Və sənə nə bildirir ki, bəlkə də o Qiyamətin qopma zamanı çox yaxındır! (Şura/17)
  • 34Şübhəsiz ki, Allah qiyamətin qopma biliyinə sahib olandır və yağışı O yağ­dı­rır, bətnlərdə olanı O bilir. Və kimsə sabah nə qazanacağını bilməz. Kimsə hansı yer­də öləcəyini də bilməz. Şübhəsiz ki, Allah ən yaxşı biləndir, ən yaxşı xəbəri olan­dır.       (Loğman/34)

Və Əraf/187, Fatir/34, 35.

52-ci ayədəki “və sadəcə çox az qaldığınızı zənn edəcəksiniz” ifadəsiylə, insanların dirildiləcəkləri gün dünyada çox az qaldıqlarını sanacaqları bildirilir. Onların bu zənnləri başqa ayələrdə də dilə gətiril­miş­dir:

  • 46Sonra onlar onu görəcəkləri gün, dünyada bir axşam və ya sübh çağından başqa olmamış kimidirlər. (Nəziət/46)
  • 99Biz sənə keçmişdə olan şeylərin mühüm xəbərlərindən bir qismini beləcə anladırıq. Şübhə yox ki, sənə qatımızdan bir öyüd/xatırlatma [Quran] verdik. 101–102Kim Bizim verdiyimiz öyüddən [Kitabdan/Qurandan] üz çevirirsə, şübhəsiz ki, o qiyamət günü/Sura üfləndiyi gün, əbədi olaraq içində qalacaqları bir yüklə yüklənə­cəkdir. Və qiyamət günü onlar üçün bu nə pis bir yükdür! Biz günahkarları o gün, gözləri göyərmiş olaraq toplayacağıq. 103Aralarında pıçıldaşacaqlar: “Siz dünyada, sadəcə, on gün qaldınız”. 104Biz aralarında nə danışacaqlarını daha yaxşı bilirik. Yolca ən üstün olan: “Siz ancaq bir gün qaldınız” – deyəcəkdir. (Ta Ha/99-104)
  • 55Və Qiyamətin qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar bax budur, belə döndərilirdilər. (Rum/55)
  • 112Allah: “Yer üzündə il sayı olaraq neçə il qaldınız?” – dedi.
  • 113Onlar: “Bir gün və ya günün bir qismi qədər qaldıq. Haydı, sayanlardan soruş” – dedilər.
  • 114Allah: “Siz, sadəcə, çox az bir müddət qaldınız! Kaş ki, siz bilmiş olsaydınız!” – dedi.
  • 115Yaxşı, siz Bizim sizi, sadəcə, boş yerə yaratdığımızı və şübhəsiz, sizin yalnız və yalnız Bizə döndərilməyəcəyinizimi sandınız? (Möminlər/112-115)

53Qullarıma söylə ki, ən gözəl olanı söyləsinlər. Şübhəsiz, şeytan aralarına qarışıqlıq sa­lar. Şübhəsiz, şeytan insan üçün açıq-aşkar bir düşməndir.

Bu ayədə Müsəlmanlara təlqin edilir ki, yumşaq söz söyləyərək yaxşı, gözəl, xoş bir davranış sərgiləsinlər. Çünki sərt davranışlar və inad sadəcə mübahisə şəraitinin gərginləşməsinə yol açaraq, düşmənlik və kinə səbəb olmaqla qalmaz, eyni zamanda mübahisə zəmininin genişlənməsinə, insanların təkəbbürlənməsinə və daha da pisi, həqiqətlərin gizlənməsinə də səbəb olur.

Əsbab-i Nüzul qeydlərində, bu ayənin Ömər b. Həttabın müşriklərlə sərt bir üslubla mübahisə etməsi nəticəsində Müsəlmanların müharibə istəmələrindən sonra endiyi irəli sürülmüşdür. [34]

Rəbbimiz bir başqa ayədə daha, iman etmiş adamlara nə etməli olduqlarını bildirərək, mübahisə hədlərini ortaya qoymuşdur:

  • 14,15İman edənlərə söylə: “Allahın hər qövmü öz qazandıqları ilə cəzalandır­ma­sı üçün Allahın ciddi ölçüdə cəzalandıracağı günləri ummayan, Axirətə inan­ma­yan insanları bağışlasınlar, özləri cəzalandırmağa çalışmasınlar, Allaha həvalə etsinlər. Hər kim saleh əməl işləyərsə, bax budur, öz lehinədir. Kim də pislik edərsə, bax budur, öz əleyhinədir. Sonra Rəbbinizə döndəriləcəksiniz”. (Casiyə/14, 15)

Ayədə qullardan istənilən “ən gözəli söyləmək” işi ancaq Quran ilə edilə bilər. Belə ki, sözlərin ən gözəli Qurandır:

  • 17,18Və tağuta qulluq etməkdən çəkinən və Allaha yönələn insanlar özləri üçün müjdə olanlardır. Buyur, sözü dinləyərək ən gözəlinə uyan qullarımı müjdələ! Bax budur, onlar Allahın özlərinə doğru yol bələdçisi verdiyi insanlardır. Və bax budur, onlar qavrama qabiliyyəti/təmiz ağıl sahibi olanların məhz özləridir. (Zümər/17, 18)

Necə ki, Furqan surəsində ən böyük cihadın Furqan ilə ediləcəyi bildirilmişdir:

  • 52Elə isə kafirlərə itaət etmə və Furqan ilə onlara qarşı var gücünlə böyük bir cihad et, çalış! (Furqan/52)

Mövzumuz olan 52-ci ayənin başındakı “qullarıma” ifadəsiylə möminlərin qəsd edilmiş olduğu söylənə biləcəyi kimi, bütün insanların qəsd edilmiş olduğu da söylənə bilər. Çünki insanlardan yumşaq davranmalarının istəndiyi bir ayədə, bu gözəl xitab, qəlblər haqq dinə yönəlsin deyə, dinə, tövhidə dəvət edilən hər kəsə yönəldilmiş ola bilər.

Ancaq Quranda verilən “qullar” sözü əsasən möminləri işarə edir:

  • 27–30Ey zehnindəki bütün sorğu-suallara cavab tapıb rahatlığa qovuşmuş olan! Dön Rəbbinə! Sən Rəbbindən, O da səndən məmnun olar! Dərhal gir qullarımın içinə! Və gir cənnətimə! (Fəcr/27-30)
  • 5–22Şübhəsiz ki, “yaxşı insanlar” kafur qatılmış bir qabdan içərlər, fışqırdıldıqca fışqırdılacaq bir bulaqdan ki, ondan verdikləri sözləri yerinə yetirən, pisliyi yayılan bir gündən qorxan və: “Biz sizi, ancaq Allah rızası üçün doyururuq və sizdən bir qarşılıq və təşəkkür gözləmirik. Bəli, biz sifəti turşudulmuş və qaşları çatılmış bir gündə Rəbbimizdən qorxarıq” – deyərək Allah sevgisi üçün/sevməsinə baxmayaraq, yeməyi yoxsula, yetimə və darda/sıxıntıda olana verən Allahın qulları içərlər.

Buna görə də Allah onları o günün pisliyindən qoruyar, onlara aydınlıq və sevinc rast olacaq, səbr etmələrinə qarşılıq onlara cənnəti və ipəkləri verəcək/orada taxtlara söykənmiş olaraq qalacaqlar/orada bir Günəş də, dondurucu bir soyuq da görməyəcəklər və bağçanın kölgələri onların üzərlərinə düşəcək və alçaldıldıqca alçaldılacaq. Və aralarında gümüş bir qab və büllur kasalar dolaşdırılacaq, özləri­nin nizamladığı büllurları gümüşdəndir. Və orada onlar qarışığı zəncəfil olan bir qabdan içirlər… orada Səlsəbil deyilən bir bulaqdan… Və aralarında böyüməz, yaş­lan­maz uşaqlar dolaşar – onları gördüyündə, saçılmış bir inci sanacaqsan! Oranı gördüyündə, xoşbəxtlik və böyük bir mülk və idarəçilik görəcəksən. Əyinlərində incə, yaşıl ipəkli, parlaq atlasdan geyimlər olacaq, gümüş bilərziklərlə bəzənmiş olacaqlar. Rəbbi onlara tərtəmiz bir içki içirdəcək. Şübhəsiz ki, bu sizin üçün qarşılıqdır. Əməyiniz də qarşılığı ödənəcək xüsusiyyətdədir.    (İnsan/5-22)

52-ci ayənin son qismində şeytanın təsirinə diqqət çəkilərək, edilən öyüdə uyulmaması halında şeytanın işə qarışacağı və ortaya düşmənçilik salacağı bildirilmişdir. Şeytanın insanların düşməni olduğu və ara pozduğu barədə başqa ayələrdə də xəbərdarlıq edilmişdir:

  • 108Və onların Allahın yaratdığı sərvətlərdən yalvardıqları kimsələrə söyməyin ki, onlar da şüursuzca, həddi aşaraq Allaha söyməsinlər. Biz hər başçılı cəmiyyətə etdikləri işi, bax budur, belə bəzədik. Sonra da onların dönüşü Rəbbinədir. Sonra O, onlara nə etdiklərini xəbər verər.      (Ənam/108)
  • 200Əgər sənə şeytandan bir vəsvəsə gələrsə də, dərhal Allaha sığın. Tam əmin olun ki, O, ən yaxşı eşidən, ən yaxşı biləndir.         (Əraf/200)
  • 100Və anası ilə atasını yüksək bir taxt üzərinə yüksəltdi. Və hamısı boyun əyib, təslimiyyət göstərərək, Onun üçün yerə qapandılar. Və Yusuf: “Atacan! Bax budur, bu vəziyyət, o gördüyümün yozumudur. Həqiqətən, Rəbbim onu haqq qıldı. Şeytan mənimlə qardaşlarımın arasını pozduqdan sonra, məni zindandan çıxarmaqla və sizi çöldən gətirməklə, Rəbbim mənə həqiqətən ehsan buyurdu. Şübhəsiz ki, Rəbbim, dilədiyi şeyi ərməğan verəndir. Şübhəsiz ki, O, ən yaxşı bilən, hökm qoyanın məhz özüdür”. (Yusuf/100)
  • 168Ey insanlar! Yer üzündəki halal və təmiz, xoş, faydalı şeylərdən yeyin və şeytanın yolu ilə getməyin. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir. (Bəqərə/168)

54Sizin Rəbbiniz sizi daha yaxşı biləndir. Əgər diləyərsə, tövbə etdiyinizə görə sizə rəhm edə bilər və ya diləyərsə sizə əzab verər. Səni də onların üzərinə, vəkil [bir proqrama görə ni­zamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri] olaraq gön­dər­mədik.

Bu ayədə, içimizlə-çölümüzlə, düşüncəmizlə-əməlimizlə, Rəbbimizin bizi bizdən daha yaxşı bildiyi xatırladılır. Bu xatırlatma Nəcm surəsində də belə edilmişdir:

  • 31,32Göylərdə və yerdə nə varsa əməlləri ilə pislik nümayiş etdirənləri cəzalandırması, yaxşılaşdıranları/gözəlləşdirənləri isə, bəzi kiçik xətaları nəzərə alınmazsa, günahın böyüklərindən və iyrəncliklərdən çəkinənləri də “Ən gözəl” ilə mükafatlandırması üçün Allahındır. Heç şübhəsiz, sənin Rəbbin bağışlaması geniş olandır. Sizi, həm torpaqdan əmələ gətirdiyi zaman, həm də analarınızın qarnında rüşeym halında olduğunuz zaman, ən yaxşı bilən Odur. O halda nəfslərinizi təmizə çıxarmayın. Allahın qoruması altına girmiş olanı O, daha yaxşı bilir. (Nəcm/31, 32)

Bu ayədə həmçinin Allahın günahlardan dönən hər kəsi diləyərsə, əfv edəcəyi və diləyərsə də, cəza verəcəyi bildirilərək, hər cür səlahiyyətin Ona aid olduğu vurğulanmışdır. Buna görə, heç kimin özünü və ya bir başqasını cənnətlik elan etməsi uyğun düşməz. Çünki kimin cənnətə, kimin cəhənnəmə gedəcəyi bilavasitə Rəbbimizin qərarına bağlıdır. Bu barədə, bizim fikrimizcə, edilə biləcək tək dəyərləndirmə, Əraf surəsinin 44-46-cı ayələrində bildirilənlər istiqamətində ola bilər. Buna görə, edəcəyimiz dəyərləndirmələr, hər hansı bir əməlin qarşılığının cənnətdə və ya cəhənnəmdə insanın qarşısına çıxacağı şəklində ümumi bir açıqlama ilə məhdud qalmalı, o əməli işləyən adamın Allahın rəhməti və ya qəzəbi ilə qarşılaşacağı xüsusunda hər hansı bir hökm ehtiva etməməlidir.

VƏKİL. Furqan surəsində geniş şəkildə açıqladığımız kimi, “vəkil”, “var edən, varlığı davam etdirən, inkişaftəkamülü proqramlayan, ruzi verən və qoruyan” deməkdir. Ayənin ilk iki cümləsində əsl müxatiblərə səslənildikdən sonra, son cümlədə xitab peyğəmbərimizə yönəldilmiş və ona “onun onlar üzərində vəkil olmadığı” bildirilmişdir. Bu hökm, insanların etdikləri hərəkətlərə görə peyğəmbərimizin nə o gün, nə bu gün, nə də gələcəkdə məsuliyyət daşımadığı və daşımayacağının çox açıq bəyanıdır.

55Və Rəbbin göylərdə və yerdə olan insanları ən yaxşı biləndir. Və and olsun ki, Biz peyğəmbərlərdən bəzisinə digərlərindən fərqli xüsusiyyətlər verdik. Biz Davuda da Zəburu ver­dik.

Ayənin müxatibi peyğəmbərimiz olmasına baxmayaraq, edilən bildiriş Məkkəli müşriklərə yönəlikdir. Bu xitab tərziylə Məkkəli müşriklər, peyğəmbərimizi kiçik gördüklərinə görə tənqid edilir.

Ümumiyyətlə cəmiyyətlər öz içlərindən seçilmiş kimsələri asanlıqla qəbul etməmişlər, qısqanclıq göstərərək, müxtəlif iftiralarla, əsilsiz yaraşdırmalarla onları məhv etməyə çalışmışdılar. Məkkəli müşriklər də eyni istiqamətdə davranmışlar, aralarından seçilmiş bu adi insanın nəinki peyğəmbər, hətta layiqli və dindar bir adam belə sayılamayacağını irəli sürmüşdülər. Çünki onlara görə zahid və dindar bir adam, dünyayla əlaqədar olan heç bir iş etməməli, inzivaya çəkilib, Allahı zikr etməlidir. Peyğəmbərimiz isə yaşaması üçün lazım olan şeyləri qazanmaq və işləmək məcburiyyətindədir. Buna görə də o da hər kəs kimi çalışır, əmək sərf edir.

Mövzumuz olan ayədə Davud peyğəmbərin anılması, bizə görə, peyğəmbərimizin elçiliyinə etiraz edən Məkkəli müşriklərə bir cavab xüsusiyyətindədir. Elçiliyini qəbul etdikləri Davud peyğəmbər xatırladılaraq, onlara nümunə göstərilir və sanki belə deyilir: “Davud bir kral olaraq normal bir insana nəzərən dünya işləri ilə daha artıq maraqlanmağa məcbur birisiydi. Buna baxmayaraq, Allah ona peyğəmbərlik nemətini və kitab olaraq da Zəburu vermişdir. Eyni şəkildə Muhəmməd (əs) da dünya işləri ilə məşğul olur, həyat yoldaşı və övladlarıyla bərabər hamı kimi bir həyat sürür, çalışıb həyati ehtiyaclarını qarşılayır. Dolayısıyla, Muhəmmədə görə daha məsul bir mövqedə olan Davuda peyğəmbərlik verilməsi necə normal qarşılanırsa, Muhəmmədə verilən elçilik vəzifəsi də normal qarşılanmalı, qəribə görünməməlidir.”

Bir kral və peyğəmbər olan Davudun (əs) peyğəmbərimizin elçiliyi mövzusunda misal gətirilməsi, eyni zamanda peyğəmbərimizə də irəlidə dövlət başçılığı vəzifəsinin veriləcəyinin bir işarəsi olaraq da dəyərləndirilə bilər.

Ayənin Məkkəli müşrikləri obyektiv davranmağa çağıran ismarıcı, başqa ayələrdə müxtəlif peyğəmbərlərin adları anılaraq da verilmişdir:

  • 253Bax budur, elçilər… Biz onların bəzisini bəzisindən üstün qıldıq. Onlardan bir qismi Allahın tək tərəfli olaraq, söz söylədiyi/yaraladığı, sıxıntılar çəkdirdiyi və bəzisinin dərəcələrini üstün etdiyi kimsələrdir. Və Məryəm oğlu İsaya açıq dəlilləri verdik və onu Allahın vəhyi ilə gücləndirdik. Və əgər Allah diləsəydi, onların ardından gələnlər, açıq ismarıclar özlərinə çatdıqdan sonra bir-birlərini öldürməz­di­lər, lakin ayrılığa düşdülər və onlardan bəzisi iman etdi, bəzisi küfr etdi. Və əgər Allah diləsəydi bir-birlərini öldürməzdilər. Və lakin Allah dilədiyini edər. (Bəqərə/253)
  • 136Deyin ki: “Biz Allaha, bizə endirilənə, İbrahimə, İsmayıla, İshaqa və Yəquba və nəvələrinə endirilənə, Musaya və İsaya verilənə, peyğəmbərlərə Rəbbindən ve­rilənə iman etdik. Onlardan heç birini digərindən ayırmarıq və biz ancaq Onun üçün islamlaşdıran/sağlamlaşdıran/salamatlıq/xoşbəxtlik qazandıranlarıq”. (Bəqərə/136)
  • 285,286Elçi Rəbbindən özünə endirilənə iman etdi, möminlər də. Hamısı Allaha, təbii güclərinə/xəbərçi ayələrinə, kitablarına və elçilərinə iman etdilər: “Biz Allahın elçiləri arasında fərq qoymarıq”. Və: “Biz eşitdik və itaət etdik. Rəbbimiz! Bağış­lamağını dilərik, dönüş ancaq sənədir. Ey Rəbbimiz! Əgər tərk etdiksə, ya da yanıldıqsa, bizi tutub sorğu-suala çəkmə! Ey Rəbbimiz! Bizə bizdən öncəkilərə yüklədiyin kimi ağır məsuliyyət/sıxıntıya salacaq şeylər yükləmə! Ey Rəbbimiz! Bizə gücümüzün yetməyəcəyi yükü də yükləmə! Və əfv et bizi, bağışla bizi, mərhəmət et bizə! Sən bizim kömək edən, yol göstərən, qoruyan yaxınımızsan. Həmçinin kafirlər qövmünə qarşı bizə kömək et”– dedilər. (Bəqərə/285, 286)

Allah heç kimsəyə gücünün yetəcəyindən artıq/imkanı xaricində yük yükləməz. Hər kəsin qazandığı öz faydasına və qazandırıldığı zərərinədir.

  • 84De ki: “Biz Allaha, bizə endirilən Qurana, İbrahimə, İsmayıla, İshaqa, Yəquba və nəvələrinə endirilənə, Musaya, İsaya və peyğəmbərlərə Rəbbindən verilənlərə inan­dıq. Onlardan heç biri arasında fərq qoymarıq. Və biz yalnız Onun üçün İslam­la­şanlarıq”. (Al–i İmran/84)

56De ki: “Allahın yaratdığı sərvətlərdən, tanrı olduğunu iddia etdiyiniz şeyləri ça­ğı­rın. Görəcəksiniz ki, sizdən kədəri qaldırmağa və dəyişdirməyə onların gücləri yetməz.

57Bax budur, tanrı olduğunu iddia etdiyiniz şeylər, hansı ki, Rəbbinə daha yaxın olmaq üçün vəsilə diləyənlər, Onun rəhmətinə ümid bəsləyənlər və Onun əzabından qorxanlardır”. Həqiqətən sənin Rəbbinin əzabı qorxuludur.

Bu ayələr, o günün müşriklərinin inanclarını ortaya qoyaraq, onları tövhid mövzusunda ağıllarını işlətməyə dəvət edir. Müşriklərin bəzi güclər isnad edərək sitayiş etdikləri bütlərin [saxta tanrıların] əslində həqiqi Tanrıya sitayiş edən biriləri olduqlarının və acizliklərinin bu ayələrdə vurğulanması göstərir ki, bu günkü bütləşdirilmiş müqəddəslər [övliyalar] da əslində tanrılıq iddiası olmayan və tam əksinə, Allaha yaxın olmaq üçün çalışmış hörmətli şəxslər olublar. Bu şəxsləri Allaha yaxınlaşdıran bütlər halına gətirən yaraşdırmalar isə onlardan sonra yaşamış başqaları tərəfindən edilib.

Ayənin bəyanından açıq şəkildə aydın olduğuna görə, şirk, bəzilərinin zənn etdiyi kimi sadəcə Allahdan başqasına səcdə etməkdən ibarət deyildir. Allahdan başqasına yalvarıb, başqasından yardım diləmək də şirkdir. Çünki yalvarmaq və yardım diləmək bir cür ibadətdir. Bu ibadəti Allahdan başqasına edənlər bütə sitayiş edənlər qədər müşrikdir.

  • 3Diqqətli olun, xalis din sadəcə, Allaha aiddir. Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edənlər dedilər: “Allahın yaratdıqlarından qəbul etdiyimiz köməkçi, yol göstərici, qoruyucu yaxınlar, bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik”. Şübhəsiz ki, onların ayrılığa/anlaşmazlığa düşdükləri şeylərdə, onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz.
  • 4Əgər Allah bir uşaq qəbul etmək istəsəydi, qətiliklə, yaradacaqlarından dilədiyini seçəcəkdi. O, bundan münəzzəhdir. O, bir tək, qəhredici Allahdır. (Zümər/3, 4)
  • 35Ey iman edənlər! Xilas olmağınız, zəfər qazanmağınız üçün Allahın qoruması altına girin, Ona yaxınlaşdıracaq/çatdıracaq şeyləri arayın və Onun yolunda səy göstərin. (Maidə/35)
  • 218Şübhəsiz ki, iman edən kimsələr, yurdlarından başqa yurdlara köçən kimsələr və Allah yolunda əzm göstərən kimsələr Allahın mərhəmətini umarlar. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.            (Bəqərə/218)
  • 22De ki: “Allahın yaratdıqlarından, səhv edərək, inandığınız insanlara yalvarın. Onlar göylərdə və yer üzündə zərrə ağırlığına malik olmazlar. Onlar üçün bu ikisində [göylər və yer üzündə] hər hansı bir ortaqlıq yoxdur. Onun üçün onlardan bir köməkçi də yoxdur”. (Səba/22)
  • 73Ey insanlar! Bir nümunə verilir, indi ona qulaq asın! Sizin Allahın yaratdıqlarından bu yalvardıqlarınız hamısı bir yerə yığışsalar da, bir milçəyi belə qətiyyən əmələ gətirə bilməzlər. Və milçək onlardan bir şey qoparsa, onu qurtara bilməzlər. İstəyən də gücsüzdür və istənilən də gücsüzdür. (Həcc/73)
  • 30Və Yəhudilər: “Uzeyr Allahın oğludur” – dedilər. Xristianlar da: “Məsih Allahın oğludur” – dedilər. Bu, onların ağızları ilə gəvələdikləri sözlər olub, guya bununla daha öncə yaşayan kafirlərin sözlərini təqlid edirlər. Allah onlarla vuruşmuşdur. Necə də döndərilirlər!
  • 33Allah, ortaq qoşanlar xoşlanmasa da, Özünü dindən/hamısından üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir. (Tövbə/30, 31)

58Və heç bir şəhər yoxdur ki, qiyamət günündən əvvəl Biz onu dəyişikliyə/dağıntıya uğratmayaq, yaxud şiddətli bir əzab ilə cəzalandırmayaq. Bütün bunlar, Kitabda sətir-sətir qeyd edilmişdir.

Bu ayədə, hər sivilizasiyanın qiyamətdən əvvəl mütləq yox ediləcəyi və ya şiddətli bir əzabla əzablandırılacağı bildirilərək, kafirlərin öz məmləkətlərinin təhlükə və ya əzabdan uzaq olduğu barəsindəki inancları rədd edilir, həmçinin bunun Allahın dəyişməz bir tətbiqatı olduğu da vurğulanır.

  • 101Və onlara Biz haqsızlıq etmədik, lakin onlar özlərinə haqsızlıq – səhv/öz zərərlərinə iş etdilər. Onun üçün Rəbbinin əmri gəldiyində, Allahın yaratdığı sərvət­lər­dən sitayiş etdikləri tanrıları, onlara heç bir şey edə bilmədi və onlara ziyandan başqa bir şey artırmadılar. (Hud/101)
  • 8Şəhərlərdən necələri var ki, Rəbbinin və Onun elçilərinin əmrinə baş qaldırdısa da, Biz onları çətin bir hesaba çəkdik və onlara görünməmiş, eşidilməmiş bir əzabla əzab etdik.
  • 9Beləcə, onlar işlərinin vəbalını daddıla İşlərinin nəticəsi də tam bir zərərə/itkiyə uğrayaraq, acı çəkmək olmuşdur. (Talaq/8, 9)

59Və Bizi əlamətləri/nümunələri göndərməkdən ancaq öncəkilərin onları yalan saymış olmaları saxladı. Və Səmuda, açıq, gözlə görünə bilən şəkildə dəvəni/sosial dəstək qurumları təşkil etmək vəzifəsini vermişdik və onunla haqsız davranmışdılar. Və Biz o əlamətləri/nümunələri ancaq qorxutmaq üçün göndəririk.

Bu ayədə Rəbbimiz, möcüzələri ancaq qorxutmaq üçün göndərdiyini bildirərək, möcüzə yollamasının məqsədini açıqlayır. Məkkəli müşriklərin gözlədikləri cür möcüzə göndərməməsinin səbəbini isə Rəbbimiz, inancsızların, əvvəlki qövmlərin möcüzələrdən təsirlənməmələrini və onları yalan saymalarını göstərir. Buna isə Səmud qövmünü misal çəkir.

Rəbbimizin Məkkəli müşriklərin istədikləri kimi bir möcüzə göndərməməsi, bir baxımdan onların lehinədir. Çünki möcüzələri gördükləri halda inanmayanlar, Allahın qanununa uyğun olaraq, eynilə qədim qövmlər kimi yerlə bir olacaqdılar. Allah Məkkəli kafirlərin möcüzələri gördükləri halda inanmayacaq­larını bilir. İlahi əzabın onların üzərinə dərhal gəlməməsi isə Allahın bir rəhməti olaraq dəyərləndiril­məlidir.

Rəbbimiz möcüzə olaraq, onlara Quranın kifayət edəcəyini bildirmişdir:

  • 50Və onlar: “Ona Rəbbindən əlamətlər/nümunələr endirilməli deyildimi?” – dedilər. De ki: “Əlamətlər/nümunələr ancaq Allahın qatındadır. Mən isə ancaq açıq-aşkar bir xəbərdar edənəm”.
  • 51Onlara oxunan Kitabı, şübhəsiz ki, Bizim sənə endirmiş olmağımız onlara kifayət deyilmi? Bunda, inanan bir cəmiyyət üçün əlbəttə ki, bir mərhəmət və bir öyüd vardır.  (Ənkəbud/50, 51)
  • 5Əksinə onlar: “Bunlar qarmaqarışıq yuxulardır, yox-yox onu özü uydurdu, yox-yox o bir şairdir. Haydı, belə isə əvvəlki göndərilənlər kimi, bizə bir əlamət/nümunə gətirsin” – dedilər.  (Ənbiya/5)
  • 90–93Və: “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə qətiyyən inanmayacağıq. Ya­xud sənin xurmalardan, üzümlərdən ibarət bir bağçan olmalıdır. Onların ara­la­rın­da şı­rıl-şırıl bulaqlar axıtmalısan. Yaxud iddia etdiyin kimi, göyü parçalar ha­lında üzə­rimizə düşürməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Ya­xud sə­nin qızıl bəzəkli bir evin olmalı, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yük­sə­li­şinə, öyrənib-öyrədəcəyimiz bir kitabı bizə endirməyənə qədər qətiyyən inanm­a­rıq” – de­dilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən məgər bəşər elçidən baş­qa bir şeymiyəm ki?!” (İsra/90-93)

60Və o zaman ki, Biz sənə: “Şübhəsiz, Rəbbin insanları tam olaraq əhatə etmişdir” – demişdik. Və sənə açıqca göstərdiyimiz o görüntünü və Quranda uzaq durulmasını istədiyimiz qızıl, mal-mülk hərisliyini də, yalnız insanlara bir imtahan üçün var etmişdik. Və Biz onları qorxuduruq, lakin bu, onların sadəcə böyük bir azğınlığını artırır.

Bu ayədə Allahın insanları əhatə etdiyi, peyğəmbərimizə açıq-aşkar bir görüntü göstərdiyi və Quranda lənət edilən ağacı insanlara bir imtahan üçün etdiyi bildirilərək, üç əhəmiyyətli xüsus üzərində durulmuşdur:

Birinci xüsus. İhata.

Uca Rəbbimiz insanları dövrələmə əhatə etdiyini bildirir. Bu bəyan, Allahın əhatə etməsindən heç kimin qurtulamayacağı mənasına gəlir.

  • 20Halbuki, Allah onları hərtərəfli əhatə edəndir.      (Büruc/20)
  • 25–28De ki: Mən bilmirəm ki, o təhdid olunduğunuz şey yaxındırmı, yoxsa Rəbbim onun üçün uzun bir müddət tanıyacaq. Rəbbim, bütün görünməyəni eşidilməyəni se­çil­məyəni keçmişi, gələcəyi biləndir. Həm də elçilərdən seçib məmnun olduğu adam istisna olmaqla, göstərmədiyinə, eşitdirmədiyinə, seçdirmədiyinə, keçmişə, gələcəyə heç bir kimsəyə bilik verməz. Çünki O, Rəbblərinin göndərdiklərini lazım olduğu kimi təbliğ etdiklərini bilmək üçün, onun hər tərəfındən nəzarətçilər sa­lar. O, onların yanında olan hər şeyi əhatə etmişdir, hər şeyi də sayı ilə say­mışdır”.  (Cinn/2528)

İkinci xüsus: peyğəmbərimizə açıqaşkar göstərilən görüntü

Bu görüntünün nə olduğu haqqında müxtəlif görüşlər ortaya atılmışdır. Klassik qaynaqlarda da yer alan bu görüşlərdən ikisi belədir:

1–Şianın görüşü: “Ağac” ilə “Ümeyyəoğulları” qəsd edilmişdir. “Görüntü” isə peyğəmbərimizin Ümeyyəoğullarını “minbərinə sıçrayan meymunlar” olaraq gördüyü yuxudur. Bu görüşə görə, bəzi qruplar, peyğəmbərimizin yuxusunda gördüyü meymunları Ümeyyəoğulları olaraq qəbul edirlər. [35]

2– Digər görüş: Bəzi rəvayətlər, Allahın peyğəmbərimizə yuxusunda Qüreyş kafirlərinin yıxılıb yerə səriləcəkləri, öləcəkləri yerləri göstərdiyini, bu yuxunu eşidən Qüreyşlilərin isə bunu məsxərə mövzusu edərək, ondan yuxunun dərhal reallaşdırılmasını istədiklərini nəql edir. Bu rəvayətlərə istinad edən görüşə görə, ayədə açıq-aşkar göstərildiyi bildirilən görüntü, peyğəmbərimizə yuxusunda göstərilən Bədirdə öldürüləcək müşriklərin görüntüsüdür.

Biz isə bu görüntünün Quranda bəhs edilən bu iki görüntüdən biri olduğu qənaətindəyik:

1– Bu görüntü, bu surənin 1-ci ayəsində bəhs edilən gecədə, peyğəmbərimizin ilk vəhy anında son sidr ağacında gördüyü və təfərrüatları Nəcm surəsində anladılan görüntüdür.

  • 6,7Və müdhiş qüvvətləri olan, üstün ağıl sahibi olan və hegemonluq qurmuş olan ən yüksək üfüqdə idi. 8,9Sonra yaxınlaşdı və dərhal sallandı. Birində iki yay uzunluğu qədər, digərində də daha yaxın olmuşdu. 10Dərhal da quluna, 14son gilas ağacının yanında15 ki, yanında oturmağa dəyər qonaqlıq yeri vardır, vəhy etdiyini vəhy etdi. 16O zaman gilas ağacını bürüyən bürüyürdü. 11Könlü, gördüyünü yalan saymadı. 12Onun gördüyü şeydən şübhəmi edirsiniz?/Onun gördüyü şey haqqında onunla mübahisəmi edirsiniz?
  • 13And olsun onu, başqa bir enişdə daha gördü. 17Göz çaşmadı və azmadı. 18And olsun, Rəbbinin əlamətlərinin/nümunələrinin ən böyüyünü gördü. (Nəcm/6-18)

Peyğəmbərimiz bu gördüklərini xalqa anlatmış, amma buna ağlı çatmayanların təsiri ilə kütlədə fitnə əmələ gəlmişdir.

2– Bu görüntü, peyğəmbərimizin özünün Məkkəyə girişini gördüyü görüntüdür.

  • 27And olsun ki, Allah Elçisinə o görüntünü “Siz Allah diləyərsə, qətiliklə, arxayınlıqla başlarınızı taraş etmiş və qısaltmış insanlar olaraq, qorxmadan Məscid-i Harama girəcəksiniz” – görüntüsünü haqq ilə doğru çıxardı. Belə isə Allah sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan alt/yaxın bir fəth qıldı. (Fəth/27)

Peyğəmbərimiz, görmüş olduğu bu görüntünü də xalqa bildirmiş, bəzilərinin yaxşı xəbər olaraq izah etməsi, bəzilərinin isə istehza ilə qarşılaması nəticəsində bu görüntü də kütlədə fitnə əmələ gətirmişdir.

Ancaq diqqətlə nəzərdə tutulmalıdır ki, burada bəhs edilən görüntülər “yuxuda görülən” görüntülər deyil, “oyaq ikən görülən” görüntülərdir. Bunun detalları, inşallah, Yusuf surəsində izah ediləcəkdir. 

Üçüncü xüsus: Quranda lənət edilən ağac

Əsbab-i Nüzul qeydlərində “Lənətlənmiş Ağac” haqqında bu nəql yer alır:

Uca Allah Qurani Kərimdə Zəqqum ağacını anlatdıqda Əbu Cəhil belə dedi: “Ey Qüreyşlilər! Muhəmməd sizi zəqqum ağacıyla qorxu­dur. Siz bilmirsinizmi ki, atəş ağacı yandırar. Halbuki Muhəmməd atə­şin ağac bitirdiyini iddia edir. Siz zəqqumun nə olduğunu bilirsi­nizmi? O xurma və qaymaqdır. Ey Cariyə bizə xurma və qaymaq gətir.” Cariyə onları gətirdi. Əbu Cəhil: “Muhəmmədin sizi qorxutduğu bu zəqqumu yeyin!” dedi. Bundan sonra Uca Allah bu ayəni endirdi. Quranda lənətlənən ağacı, insanları sınamaq üçün meydana gətirdik. Biz onları qorxudarıq da, bu onların azgınlığını ar­tırmaqdan başqa bir şey etməz. [36]

Klassik qaynaqlar bu mövzuda da rəvayətlərə yönəlmişdir:

Birinci Görüş: Əksəriyyəti bunun Haqq Təalanın “Şübhəsiz o, zəqqum ağacı günaha düşkün olanın yeməyidir” [Duhan/43, 44] ayəsində bəhs etdiyi zəqqum ağacıdır. Bu ağacın zikr edilməsindəki imtahan bu iki nöqteyi-nəzərdən ola bilər:

1– Əbu Cəhil belə demişdi: “Yoldaşınız [Muhəmməd], cəhənnəm atəşinin, “Onun yanacağı daşlar və insanlardır” [Bəqərə/24] deyərək, daşları belə yandırdığını iddia edir, sonra qalxıb o cəhənnəmin içində bir ağacın inkişaf etdiyini söyləyir. Halbuki atəş ağacı yeyər, yandırar, bitirər. Elə isə o cəhənnəmdə o ağac necə inkişaf edə bilər?”

2– İbnz-Zibera belə deyir: Bizim bildiyimizə görə zəqqum, xurma və ya qaymaq deməkdir. Bir şeyi tikə-tikə etmək haqqında da, təzəqqəmu deyirlər. Budur onlar cəhənnəmdə bir ağacın olmasına çaşdıqları üçün, Allah Təala “Həqiqətən biz o [zəqqum ağacını] zalımlar üçün bir fitnə etdik” [Saffat/63] ayəsini endirmişdir.

Mərvanın Soyu Haqqında

İkinci Görüş: İbn Abbas belə deyir: “Burada bəhs edilən ağac ilə, Ümeyyəoğulları, yəni Hakem b. EbilAsoğulla [nəsli] qəsd edilmişdir. Çünki Hz. Peyğəmbər [s.ə.s] yuxusunda görmüşdü ki, minbərini Mərvanın oğulları birbirindən dövr alırlar. O, bu yuxusunu Hz. Əbu Bəkir ilə Ömərə evində onlarla başbaşa ikən anlatmışdı. Birbirlərindən ayrıldıqlarında, Hz. Peyğəmbər [s.ə.s] Hakem b. EbilAsın yuxusunu eynilə anlatdığını eşitdi və buna çox əsəbşdi. Bu sirrini Hz. Ömər[r.a]in ifşa etdiyi ittihamını etdi. Sonra da Hakemin özlərini gizlicə dinlədiyi ortaya çıxdı. Bundan sonra Hz. Peyğəmbər [s.ə.s], onu sürgün etdi.

Vahidi belə deyir: “Bu hadisə Mədinədə cərəyan etmişdir, surə isə Məkkidir. Beləliklə, belə bir təfsir, ancaq bu ayənin Mədəni olduğunu söyləməklə mümkündür. Amma heç kim, bu ayənin Mədinədə nazil olduğunu söyləməmişdir”. Bu görüşü, Hz. Aişə[r.a]nın Mərvana: “Allah, sən atanın [Hakemin] sulbündə ikən, atana lənət etdi. Sən də, Allahın lənət etdiyi adamın bir parçasısan” demiş olması da təsdiq edər.

Üçüncü Görüş: Quranda lənət edilən bu ağac ilə Yəhudilər qəsd edilmişdir. Çünki Cənab-i Haqq buyurmuşdur: Bəni İsraildən kafir olanlar lənətləndi” (Maidə/78). Buna görə, əgər birisi, “Müşriklər, Hz. Peyğəmbər[s.ə.s]dən qəti və qüvvətli möcüzələr gətirməsini istədikdə, Allah Təala da: “Onların gətirilməsində sizə bir fayda yoxdur. Çünki əgər onlar göstərilərsə də, siz iman etməzsinizsə, kökünüzü qazıyacaq bir əzab endirərəm” deyə cavab vermişdir. Halbuki bu doğru deyildir. Bu sözün, insanlar üçün bir fitnə olan o yuxunun və ağacın zikr edilməsi ilə əlaqəsi nədir?” deyərsə, deyərik ki: ifadənin mənası belədir: Sanki, “onlar bu möcüzələri istəyib, sonra da sən o möcüzələri göstərmədikdə, bunların göstərilməməsi, sənin nübüvvət iddianda doğru olmadığın xüsusunda onlar üçün bir şübhə olmuşdur”. Lakin bu şübhə, sənin işini zəiflətməz və halının zəifləməsinə səbəb olmaz. Baxsana, yuxudan bəhs edilməsi, o kafirlərin qəlblərinə böyük bir şübhə düşməsinə səbəb oldu. Lakin o qüvvətli şübhə belə, sənin risalətin xüsusunda bir zəifliyə və sənin ətrafında əhli haqqın toplanmasında bir boşalmağa yol açmadı. Budur, eynilə bunun kimi, möcüzələr göstərilmədiyinə görə meydana gələn bu şübhə də, sənin halında bir boşalmağa və sənin risalətin xüsusunda bir zəifliyə səbəb olmaz. [37]

Bizə görə isə, lənətli ağac “uzaq durulması, kənarlaşdırılması lazım gələn ağac” mənasında olub, bu ifadə ilə “qızıl, mal” qəsd edilmişdir. Çünki Sad surəsində söylədiyimiz kimi, “lənət” sözü “qovmaq, yaxşılıq və faydadan məhrum buraxmaq, ailənin və ya sülalənin bir fərdinin kənarlaşdırılması” deməkdir. Adəmə “Bu ağaca yaxınlaşmayın” əmrinin verildiyi Əraf/19-da verilən “şəcər [ağac]” sözü də, ayənin təhlilində geniş şəkildə açıqladığımız kimi, “qızıl, mal, mülk” mənasına gəlir.

Beləliklə, Rəbbimiz də Quranda dəfələrlə əmr etmişdir ki, bu insanlar üçün bir fitnədir, ondan uzaq durulsun və mübtəlası olunmasın:

  • 27, 28Ey iman edənlər! Allaha və Elçiyə xəyanət etməyin. Bilə-bilə öz əma­nət­­lərinizə də xəyanət etməyin. Şübhəsiz ki, mallarınız və övladlarınız, qəti­lik­lə sizin üçün bir im­ta­han vasitəsidir. Və Allah qa­­tında çox böyük mükafat olduğunu qətiliklə bilin. (Ənfal/27, 28)
  • 15Əlbəttə, mallarınız və uşaqlarınız sizi atəşə ata biləcək imtahan vasitəsidir. Allah isə… Böyük mükafat Öz qatında olandır. (Təğabun/15)
  • 49Bax budur, insana bir sıxıntı toxununca, Bizə yalvarır, sonra özünə tərəfimizdən bir nemət bəxş etdiyimiz zaman da: “O, mənə bir biliyə görə verildi” – deyər. Əslində verilən nemətlər bir imtahan vasitəsidir. Lakin onların çoxu bilməzlər. (Zümər/49)

Nəticə: mövzumuz olan 60-cı ayədəki lənətli ağacın Duhan/43, 44-də bəhs edilən Zəqqum ağacı ilə hər hansı bir əlaqəsi yoxdur.

61Və Biz bir vaxt təbiətdəki güclərə: “Adəmə – bilikləndirilmiş insana boyun əyib təslimiyyət göstərin” – demişdik və İblisdən/düşüncə qabiliyyətindən başqa hamısı boyun əyib təslimiyyət göstərmişdilər. O: “Mən bir palçıqdan/maddədən əmələ gətirdiyinəmi boyun əyib təslimiyyət göstərəcəyəm?” – demişdi.

62İblis dedi ki: “Bu, məndən üstün tutduğun insanı gördünmü? And içirəm ki, əgər məni qiyamət gününə qədər ertələyərsənsə, çox azı istisna olmaqla, onun nəslini öz buyuruğum altına alacağam”.

63–65Allah dedi ki: “Get! Sonra onlardan kim sənə uyarsa, bilin ki, şübhəsiz ki, cə­za­nız yetərli bir cəza olaraq cəhənnəmdir. Onlardan gücün yetdiklərini səsinlə sarsıt. Və at­lılarınla və piyadalarınla onların üzərinə qışqırıq qopar! Mallarda və uşaq­larda onlara ortaq ol! Və onlara vədlər ver”. Və şeytan, onlara aldatmaqdan baş­qa bir şey vəd etməz. Şübhəsiz ki, Mənim qullarım… Sənin onlar əleyhinə heç bir gücün yoxdur”. Bütün varlıqları müəyyən olunmuş bir proqrama görə nizam­la­yan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Rəbbin yetər.

Bu ayə qrupunda Sad, Əraf və Ta Ha surələrindəki kimi, insanın var edilməsinə yenə Adəm və İblis misal göstərilərək yaxınlaşılmışdır. Bu yaxınlaşmanın incəlikləri Sad və Əraf surələrində verilməklə yanaşı, nəql edilən əhvalat hər surədə bəzi əlavə məlumatlarla zənginləşdirilmiş və diqqətlər ayrı nöqtələrə çəkilmişdir. Məsələn, burada digər surələrdəki anlatmalardan fərqli olaraq 53-cü ayədə “Qullarıma söylə ki, ən gözəl olanı söyləsinlər. Şübhəsiz ki, şeytan aralarına fəsad salar. Şübhəsiz ki, şeytan insan üçün apaçıq bir düşməndir” şəklində edilən xəbərdarlıq, 64-cü ayədəki “Onlardan gücün çatdıqlarını səsinlə sars. Və atlılarınla və piyadalarınla onların üzərinə yayıl! Mallarda və övladlarda onlara ortaq ol! Və onlara vədlər ver!” ifadəsiylə nümunə verilmişdir. Bu ayədə İblis, bir bölgəyə atlılar və piyadalarla hücum edən, müəyyən şeylərin oğurlanmasını, talan edilməsini əmr edən bir soyğunçuya, qarətçiyə bənzədilmişdir. Bu bənzətmədə verilən “şeytanın atlıları və piyadaları” ifadəsi digər surələrdəki anlatmalarda yoxdur. Bu ifadədə şeytana nisbət edilən atlılar və piyadalar sayılamayacaq qədər çox yol və yöntəmlə şeytanın etdiyi işləri edən “şeytan tərəfdaşları”nı, yəni tələyə düşüb, şeytanlaşmış insanları təmsil edir. İblisin dürtülərindən təsirlənərək onun tələsinə düşmüş, azmış, azdırılmış insanların bu hallarını, gündəlik həyatda ağla ilk gələnin heç düşünmədən edildiyi və sonunda qaçınılmaz olaraq, zərərə uğranıldığı davranışlarda görmək mümkündür.

İblisin ortaqlığı. İblisin mallarda və övladlarda insanlara ortaq olması üçün heç bir cəhd göstərməsinə ehtiyac yoxdur. İnsanlar, şüursuzluqlarına görə İblisə xidmət edərək, onu özlərinə ortaq edərlər. Məsələn, öz mallarını öz faydalarına işlətdikləri qədər, İblisin məqsədinə uyğun olaraq da xərcləyərək, İblisi öz mallarına ortaq etmiş olurlar. Eyni şəkildə, övladlarının sadəcə böyüdülməsi ilə maraqlanıb, rüşdə çatmaları barəsində laqeyd davranan şüursuz insanlar, övladlarının cahil qalmalarına səbəb olduqlarına görə onlar üzərindəki yetişdirmə haqlarını da İblislə paylaşmış olurlar. Doğru yolda təhsil verilməmiş bir övladın atası artıq yarı yarıya İblisdir və bu övladın İblisin məqsədinə uyğun olaraq bir fasiq, bir zalım və ya bir müşrik olması qaçınılmazdır.

  • 118,119Allah İblisi kənarlaşdırdı. Və İblis: “Əlbəttə, Sənin qullarından müəyyən bir pay alacağam, onları qətiliklə azdıracağam, onları boş sayıqlamalara düçar edəcəyəm və on­­lara əmr edəcəyəm ki, ətindən və südündən yararlanılan heyvanların qulaqlarını yara­caqlar, həmçinin onlara əmr edəcəyəm, onlar da Allahın yaratdığını/ölçüləndirdiyini po­­zacaqlar” – dedi. Və hər kim Allahın yaratdıqlarından şeytanı yol göstərən, qo­ru­yan yaxın qəbul edərsə, o zaman şübhəsiz ki, o, açıq-aşkar bir ziyanla ziyana uğ­ra­yar.(Nisa/118, 119)
  • 103Allah bahirədən, saibədən, vasilədən və hamdan heç birini məsləhət görməmişdir. Ancaq kafirlər, Allah haqqında yalan düzüb, uydururlar. Və onların bir çoxunun ağlı çatmaz. (Maidə/103)
  • 82,83İblis: “Elə isə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olmağına and içirəm ki, mən onların hamısını, içlərindən arıdılmış qulların istisna olmaqla, mütləq azdıracağam” – dedi. (Sad/82, 83) 
  • 136Və onlar Allahın yaratdığı əkin və heyvanlardan Allaha bir pay ayırdılar və öz pozğun inanclarına görə: “Bu, Allah üçün, bu da ortaqlarımız üçündür” – dedilər. Bax, budur, ortaqları üçün olan pay Allaha çatmaz, Allah üçün olan şey ortaqlarına çatar. Verdikləri hökm nə pisdir! (Ənam/136)
  • 268Şeytan sizi yoxsulluqla qorxudar və sizə çirkinliyi/həyasızlığı əmr edər. Allah isə, sizə Özündən bağışlama və bol ehsan vəd edər. Və Allah biliyi və mərhəməti sonsuz geniş olandır, ən yaxşı biləndir. (Bəqərə/268)
  • 31Və yoxsulluq qayğısıyla uşaqlarınızı öldürməyin. Onları və sizi Biz ruziləndiririk/bəsləyirik. Onları öldürmək həqiqətən böyük bir günahdır. (İsra/31)

62-ci və 63-cü ayələrdə təqdim edilən İblisə aid ifadələr, azdırma səlahiyyəti və gücünün ona bilavasitə Allah tərəfindən verildiyini, onun sırf bu iş üçün yaradıldığını göstərir. İblisin hər vəziyyətdə öz fəaliyyətini yerinə yetirəcəyini and ilə vurğulaması, Allahın ona verdiyi vəzifəni yenə Allahdan aldığı güc və köməklə yerinə yetirəcəyinə dair Allaha verilən bir söz mahiyyətindədir. Yoxsa bir çox yerdə açıqlandığı kimi, İblisin bu sözləri Allaha üsyan mənasına gəlməz.

Bu sözlərin Allaha bir qarşı çıxma olaraq dəyərləndirilməsi belə bir nəticəyə gəlməyə səbəb ola bilər ki, İblis Allaha rəqib olaraq görülər və insanların çoxu doğru yoldan çıxdıqlarına görə, düşünmək olar ki, o (İblis) Allaha qarşı çıxaraq, qalib gəlib. Əslində isə:

İblis, arıdılmış qulları azdıra bilməyəcəkdir.

Rəbbimiz, 65-ci ayədəki “Şübhəsiz ki, Mənim qullarım… Sənin üçün onlar əleyhinə heç bir güc yoxdur” sözləriylə İblisə verdiyi səlahiyyətə bir məhdudiyyət gətirmiş və “müxlislərin” [arıdılmış, arı-duru hala gətirilənlərin] İblisin dürtülərindən təsirlənməyəcəyini açıqlamışdır. Arıdılmanın fitnə və bəlalandırma yöntəmiylə edildiyi və kimlərin səbrləri sayəsində “müxlis” olduqları da yenə Qurandan öyrənilir:

İbrahim Peyğəmbər haqqında:

  • 124Və həmçinin Rəbbi İbrahimi bəzi kəlmələr/yaralar, sıxıntılar ilə sınamış, o da onları tam olaraq yerinə yetirmişdi. Rəbbi: “Mən səni insanlara başçı edənəm” – demişdi. İbrahim: “Soyumdan da başçılar et!” – dedi. Rəbbi: “Mənim əhdim/yerinə yetirəcəyim üçün verdiyim söz, öz nəfsinə/mənliyinə haqsızlıq edən kəslərə çatmaz!” – dedi. (Bəqərə/124)

Davud Peyğəmbər haqqında:

  • 24Davud dedi ki: “Doğrusu o, sənin bir qoyununu öz qoyunlarına qatmaq istəməsi ilə sənə haqsızlıq etmişdir. Həqiqətən də ortaqların, bir cəmiyyətdə yaşayanların çoxu, tam əmin olun ki, bir-birlərinə haqsızlıq edirlər. Ancaq iman edənlər və eyni zamanda quruculuq yolunda fəaliyyət göstərənlər haqsızlıq etməzlər. Amma onlar da nə qədər azdır!” Və Davud, Bizim onu bir sıra sıxıntılarla imtahan edərək arınmış hala gətirdiyimizə/yetkinləşdirdiyimizə qəti qənaət gətirdi və anladı. Dərhal Rəbbindən bağışlanma dilədi, ortaq qoşmaqdan uzaq olaraq, yerə qapandı və döndü. (Sad/24)

Süleyman Peyğəmbər haqqında:

  • 34,35And olsun ki, Biz Süleymanı da cürbəcür əngəllərdən, sıxıntılardan keçirərək, saflaşdırmışdıq/yetkinləşdirmişdik. Və taxtının üzərinə bir cəsəd buraxmışdıq. Sonra o, döndü: “Ey Rəbbim! Məni qoru/mənə maddi və mənəvi pislik bulaşdırma və mənə, məndən sonra heç kimsəyə yaraşmayacaq bir mülk bəxş et/bağışla! Şübhəsiz ki, Sən bolluq bəxş edənsən/bağışlayansan” – dedi. Sad/34, 35)

 Eyyub Peyğəmbər haqqında:

  • 41Qulumuz Eyyubu da xatırla! Bir zaman o, Rəbbinə səslənmişdi: “Şeytan mənə ağrı, çətinlik, bəla və sıxıntı toxundurdu”.                            (Sad/41)

İbrahim, İshaq və Yəqub Peyğəmbərlər haqqında:

  • 45Güc və uzaqgörənlik sahibi qullarımız İbrahimi, İshaqı və Yəqubu da xatırla!
  • 46Şübhəsiz, Biz onları “Yurd düşüncəsi/azad vətən həsrəti” saflığı ilə saflaşdırdıq, arı-duru hala gətirdik. 47Və şübhəsiz, onlar yanımızda seçilmiş ən xeyirlilərdəndir. 48İsmayılı, əl-Yəsəi və Zül-Kifli də an. Hamısı da xeyirlilərdəndir. (Sad/4548)

Musa peyğəmbər haqqında:

  • 40o zaman ki, bacın yeriyirdi və: “Sizi ona baxa biləcək birinə aparımmı?”– deyirdi. Beləliklə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana geri döndərdik. Və sən, bir can öldürmüşdün və səni qəmdən qurtarmışdıq. Və Biz səni butada əridib saflaşdırdıqca, saflaşdırdıq/səni yetkinləşdirdik. Bir də illərlə Mədyən xalqı içində qaldın. Sonra bir ölçüyə/plana uyğun olaraq gəldin, ey Musa! (Ta Ha/40)
  • 51Və Kitabda Musanı da an/xatırlat. Şübhəsiz, o, arıdılaraq saflaşdırılmış idi. Və bir elçi, bir peyğəmbər idi. (Məryəm/51)

Yusuf Peyğəmbər haqqında:

  • 24Və and olsun, o xanım ona niyyəti qurmuşdu. Əgər Yusuf Rəbbinin açıq sübutlarını görməsə idi, o da qadına niyyəti qurmuşdu. Ondan fahişəliyi və pisliyi uzaqlaşdırmaq üçün, belə etdi. Şübhəsiz ki, o, Bizim arıdılmış qullarımızdan idi.     (Yusuf/24)

Yuxarıdakı ayələrdən göründüyü kimi, peyğəmbərlərin hamısı da Allahın təqdir etdiyi fitnələrdən keçərək təlimləndirilmişlər, saflaşdırılıb, yetkinləşdirilmişdilər. Çünki onların səbr və səbat mövzusunda yaxşı, dayanıqlı hala gəlmələri, dəvət vəzifələrində emosional olmamaları, həvəslərinə uymamaları, haqqdan azmamaları, qısacası, vəzifələrində bacarıqlı olmaları lazımdır. Peyğəmbərimizlə əlaqədar fitnələr zənciri isə o daha doğulmadan, dünyaya atadan yetim olaraq gəlməsiylə başlamışdır. Kiçik yaşda anasını da itirərək, yetimlik acısı ikiyə qatlanmış, əvvəl babasının, sonra da əmisinin himayəsində qalaraq övladlığını və gəncliyini başqa evlərdə keçirmiş, evlənənə qədər yoxsulluq çəkmiş, övladlarının gənc yaşlarda ölmələrinin acısını dadmış, müşriklərin sözlü və feli təcavüzlərinə uğramışdır. Peyğəmbərimizin məruz qaldığı fitnələr Quranda və tarix kitablarında yer alan daha necələriylə həyatının sonuna qədər davam etmişdir. Rəbbimizin insanlar üçün uyğun görüb, tətbiq etdiyi bu sistem, bir buğda toxumunun “nemət” halına gəlmə müddəti ilə böyük bənzərlik göstərir. Əkin ilə torpağın içinə həbs edilən buğda toxumu, torpağın içində çatlayar və torpağı dələrək çölə doğru hərəkət edər. Torpağın üzərinə çıxdığı zaman isə yağışla, soyuqla qarşılaşar, qızgın günəşin altında saralıb yetkinləşər. Lakin bu yetkinlik yetərli deyildir. Oraqla beli kəsilir, xırmanda döyülür, dəyirmanda əzilib, üyüdülür. Bu da yetməz, təndirdə atəşə atılır. Bir buğda toxumu belə, ancaq bu qədər mərhələlərdən keçdikdən sonra, süfrələrdə “nemət” olaraq yerini alır.

Ancaq yuxarıda nümunə verdiyimiz ayələrə baxaraq, Rəbbimizin Quranda qeyd etdiyi peyğəmbər­lərdən başqa heç kimsənin “müxlis” ola bilməyəcəyi yönündə bir qənaətə gəlinməməlidir. Fitnələnən, bəlalar və musibətlərlə sınanmalara səbr edən, arınma-durulma müddəti üçün lazım olan könül təliminə laqeyd yanaşmayan, əql etmək və təfəkkür etmək səviyyəsində özünü yaxşı yetişdirən hər kəs “müxlis” olub, İblisdən təsirlənməyə bilər.

66Sizin Rəbbiniz, Öz ərməğanlarından haqq etdiklərinizi arayasınız deyə, sizin üçün dənizdə gəmiləri üzdürən Zatdır. Şübhəsiz ki, O, sizə çox mərhəmətlidir.

Bu ayədə, Rəbbimizin insanlara lütf etdiyi asanlıqlardan bəhs edilərək, suyun yaradılış amaclarından biri açıqlanır və bu edilərkən də dolaylı olaraq suyun qaldırma qüvvəsinə işarə edilir. Ayənin sonunda isə Rəbbimizin bu qaydaları rəhmətinə uyğun olaraq qoyduğu və bundan hər sahədə faydalanıla biləcəyi ismarıcı verilir.

67Və dənizdə sizə bir zərər toxunduğunda, o yalvardıqlarınız yox olub ge­dər­lər. O, yox olmaz. Sonra O, sizi quruya çıxararaq xilas edincə, üz döndərər­si­niz. Və insan, çox nankor biridir!

68Onun sizi quruda yerin dibinə batırmayacağından, yaxud üzərinizə bir qasırğa göndərməyəcəyindən arxayınsınızmı? Sonra özünüzə varlıqları müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən birini də tapa bilməzsiniz.

69Ya da sizi təkrar dənizə döndərərək üzərinizə qasırğalar göndərməsindən və beləliklə də, etdiyiniz nankorluğa görə, sizi boğmayacağından arxayınsınızmı? Sonra bu etdiyimizə qarşı, Bizim əleyhimizə sizə kömək edəcək bir qoruyucu tapa bilməzsiniz.

Bu ayələrdə, insanların fəlakətə uğradıqları zaman bütün saxta tanrıları tərk edib, sadəcə Allaha yalvardıqları, lakin dardan qurtardıqda yenə şirklərinə döndükləri qeyd edilir, beləliklə insan xarakterinin ümumi bir xüsusiyyəti olan nankorluğu sərgilənir. Əraf surəsinin təhlilində geniş şəkildə yer verdiyimiz bu mövzu Quranda bir çox ayədə (Hud/9, 10, Tövbə/75, 76, Yunus/22, 23, Nəhl/53, 54, Loğman/31, 32, Rum/33, Ənkəbud/65, İsra/67) dilə gətirilmişdir.

70Və and olsun ki, Biz insanoğlunu şan və şərəf sahibi etdik və quruda, dənizdə daşıyıcılara yüklədik və təmiz/xoş yeməklərdən onları ruziləndirdik. Və onları yaratdıqlarımızın bir çoxundan olduqca üstün etdik.

Bu ayədə Rəbbimiz Adəmoğullarına bir çox ikram etdiyini və onu kərim qıldığını bəyan edir.

İnsanın kərimliyi. Rəbbimizin insana verdiyi şan və şərəf, Quranda mələklərin Adəmə səcdə etməsindən bəhs edən bölmələrdə açıq şəkildə ifadə edilmişdir:

  • 71,72O zaman ki, Rəbbin bir zaman kainatdakı güclərə: “Şübhəsiz, Mən palçıqdan bir bəşər əmələ gətirəcəyəm. Onu düzgünləşdirib bilikli hala gətirdiyim zaman dərhal ona boyun əyib, təslim olun” – demişdi.
  • 73,74Buna görə də İblisdən/düşüncə qabiliyyətindən başqa, kainatdakı güclərin hamısı birlikdə boyun əyib, təslimiyyət göstərdilər, İblis yekəxanalıq etdi və o, özünü görməməzliyə qoyanlardan idi.
  • 75Allah: “Ey İblis! O, Mənim iki əlimlə/qüdrətimlə yaratdığıma boyun əyib, təslim olmağına nə mane oldu? Yekəxanalıqmı etdin? Yoxsa yüksək dərəcələrdə məqam tutanlardanmı oldun?” – dedi. (Sad/71-75)
  • 30Və bir zaman Rəbbin təbiətdəki güclərə: “Şübhəsiz ki, Mən yer üzündə bir xəlifə gətirən Zatam” demişdi. Təbiətdəki güclər: “Orada pozğunçuluq edən, qan tökən birisinimi yaradacaqsan? Halbuki, biz Sənin tərifinlə birlikdə, bütün nöqsanlıqlardan münəzzəh qılırıq və Sənin tərtəmiz/hər cür pislik və əskiklikdən uzaq olduğunu elan edirik/hayqırırıq” – demişdilər. Sənin Rəbbin: “Mən sizin bilmədiyiniz şeyləri çox yaxşı bilirəm” – demişdi.                         (Bəqərə/30)
  • 20Allahın, göylərdə və yer üzündə nə varsa hamısını sizin üçün boyun əydirdiyini, si­zin faydalanacağınız quruluş və sistemdə yaratdığını görmədinmi? Və Allah ba­tin­də və zahirdə olmaqla nemətlərini üzərinizə yaymışdır. İnsanlardan eləsi də var ki, biliksiz, bələdçisiz və aydınladıcı bir kitabı olmadan, Allah haqqında müba­hi­sə edir. (Loğman/20)

Yaradılışındakı quruluş olaraq mükəmməllik də insanın kərimliyinin bir başqa yönüdür:

  • 4–6həqiqətən Biz insanı ən gözəl biçimdə yaratdıq, sonra inanan və eyni zamanda quruculuq yolunda fəaliyyət göstərənlərdən başqa, çünki onlar üçün kəsilməz bir mükafat vardır, onu alçaqların ən alçağına döndərdik. (Tin/4-6)
  • 3Allah göyləri və yeri haqq ilə əmələ gətirdi və sizi formalaşdırdı. Quruluşunuzu da nə gözəl etdi! Və dönüş yalnız və yalnız Onadır. (Təğabun/3)
  • 12–16Və and olsun ki, Biz insanı seçilmiş bir palçıqdan əmələ gətirdik. Sonra onu çox dayanıqlı bir qərargahda bir nütfə, sonra o nütfəni bir embrion etdik. Sonra o embrionu bir ət parçasına döndərdik. Sonra o bir ət parçasını sümüklərə çevirdik. Sonunda o sümüklərə də bir ət geyindirdik. Sonra onu bir başqa yaradılışda yenidən qurduq. Bax budur, yaradanların ən gözəli olan Allah nə səxavətlidir! Sonra şübhəsiz ki, sizlər bunların ardından mütləq öləcəksəniz. Sonra şübhəsiz ki, siz Qiyamət günündə dirildiləcəksiniz.                       (Möminlər/12-16)
  • 138Allahın dininə! Din ortaya qoymaq barəsində Allahdan daha gözəl olan kimdir? Və biz sadəcə, Ona qulluq edənlərik.       (Bəqərə/138)

Əslində Allahın insana verdiyi dəyərin ən böyük nümunəsi, onu tövhidə yönəldib, öz yaratdıqlarından kimsəyə qul etməmək istəməsi, yəni ona doğru yolu göstərməsi, həqiqətləri öyrətməsidir:

  • 3–5Öyrən – öyrət! Sənin Rəbbin isə özlərini üstün sayan o kəslərdən daha üstün olandır. Sənin Rəbbin ki, qələmlə öyrətdi. O, insana bilmədiyini öyrətdi. (Ələq/3-5)

Budur, yaradılışı belə mükəmməl olan və Allahın şan, şərəf, dəyər verdiyi insan, İblisin vəsvəsələrinə uyaraq pislikləri sonradan qazanmış və özünü “aşağılıqların aşağılığı” və ya “aşağıların ən aşağısı” vəziyyətinə salmışdır.

Mövzumuz olan 70-ci ayədə, insana verilənlərin ikinci sırasında yer alan “quruda, dənizdə daşıyanlara yüklədik” ifadəsi, insanın Yaradan tərəfindən özünə lütf edilən ağılla təkəri kəşf edib, quru daşıyanlarını düzəltməsi və suyun qaldırma qüvvəsini kəşf edib, dənizlərdə gəmiləri üzdürməsi qəsd edilmişdir. Bu ifadə insanoğlunun bu və buna bənzər daha bir çox inkişafı təmin edə biləcək təchizata sahib olduğu mənasına da gəlir.

Ayədəki “və təmiz-xoş yeməklərdən onları ruziləndirdik” ifadəsi bu şəkildə təqdir edilə bilər: “Onlara ruzi olaraq tər-təmiz meyvələrdən, əkinlərdən, ətlərdən, südlərdən, rəngləri və dadları növbənöv, ləzzətli, xoşa gələn yeməklər ehsan etdik. Onlara müxtəlif növdən, rəngdən, şəkildən geyimlər verdik. Müxtəlif iqlimlərdəki bölgələrdə, özlərinin seçib bəyəndikləri bölgələrdəki gözəl mənzərələrdə bu nemətlərdən yararlanıb dururlar”.

İnsanoğluna edilən ikramların bu ayənin sonunda yer alan “onları, yaratdıqlarımızın bir çoxundan olduqca artıqlıqlı qıldıq” ifadəsinin təqdirini isə belə etmək mümkündür: “İnsanı fiziki olaraq, ayaqları üzərində dik durub yeriyən və əlləriylə bir çox iş edə bilən bir yaradılışla yaratdıq. İnsandan başqa digər heyvanlar isə dörd ayaqları üzərində yeriyirlər. Başqa canlılarda olmayan duyğular və daha bir çox fərqlilik verdiyimiz insana lütf edilən ən əhəmiyyətli artıqlıq isə “ağıl”dır. İnsan ağlı sayəsində danışmaq qabiliyyəti qazanır, təfəkkür qabiliyyətini inkişaf etdirir, həqiqətləri görür, özünə faydası və zərəri toxunacaq şeyləri anlayır və ən vacibi isə özünü yaradanı tanıya bilir”.

71,72Bir də onlara Nuhun mühüm xəbərlərini oxu! O zaman ki, o qövmünə: “Ey qövmüm! Əgər mənim məqamım/vəzifəli olmağım, sizə qarşı çıxmağım və Allahın ayələri ilə öyüd verməyim sizə ağır gəlirsə, bunu bilin ki, mən işin sonunu yalnız və yalnız Allaha həvalə etmişəm. Artıq siz və ortaqlarınız hər nə edəcəksənizsə, toplanıb, bütün gücünüzlə qərar verin. Sonra bu işiniz, sizə dərd olmasın. Sonra mənim üçün edin, mənə müddət də tanımayın. Sonra da, əgər üz çevirirsinizsə, onsuz da mən sizdən bir qarşılıq istəmədim! Mənim ödənişim, sadəcə Allahın öhdəsinədir. Və mən müsəlmanlardan olmaqla əmr olundum” – demişdi.

Ayədəki “O gün Biz insanları liderləriylə toplayacağıq” ifadəsindən, “ إمام  imam (lider, öndər)” sözüylə nə qəsd edildiyinə görə üç cür məna çıxarmaq mümkündür.

  1. “İmam” sözüylə “peyğəmbər” qəsd edilmişdir: Bu təqdirdə ifadədən anlaşır ki, Allah bir ümmət haqqında hökm verəcəyi zaman o ümmətin peyğəmbəri də orada olacaq. Bu mənaya işarə edən başqa ayələr də vardır:
  • 69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz.           (Zümər/69)
  • 41Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də budur, bunların üzərinə bir şahid olaraq gətirdiyimiz zaman, bax, necə olur? (Nisa/41)
  • 47Və hər başçılı cəmiyyət üçün elçi olacaqdır. O elçiləri gəldiyində də aralarında ədalət gerçəkləşdirilmişdir. Və onlar haqsızlığa uğradılmazlar.       (Yunus/47)
  1. 2. “İmam” sözüylə “siyasi lider” qəsd edilmişdir: Bu təqdirdə ifadədən anlaşılır ki, hökm günündə o ümməti arxasından sürükləyən adam da orada olaca Bu məna da Qurandan dəstək alır:
  • 98Firon qiyamət günü qövmünün önünə düşər. Artıq Firon qövmünü atə­şə götürmüşdür. O, götürdüyü yer isə nə pis bir yerdir! (Hud/98)
  1. 3. “İmam” sözüylə “əməllərin yazıldığı kitab” qəsd edilmişdir. Bu təqdirdə ifadədən anlaşılır ki, hökm günündə hər kəs öz əməl kitabıyla birlikdə hazır olaca Bu məna da Qurana uyğundur:
  • 12Şübhəsiz ki, ölüləri ancaq Biz dirildirik, Biz! Onların əvvəldən edib göndərdiklərini və etdikləri əməllərini də yazırıq. Onsuz da Biz hər şeyi bir “açıq-aşkar öndərdə/Quranda” sayıb, təsbit etmişik. (Ya Sin/12)
  • 49Və kitab/əməl dəftəri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və: “Vay bizim halımıza! Bu necə kitab imiş ki, böyük-kiçik heç bir şey buraxmadan hamısını saymışdır/yazmışdır” – deyərlər. Və onlar etdiklərini hazır görərlər. Və sənin Rəbbin heç kimsəyə haqsızlıq etməz. (Kəhf/49)
  • 28,29Və hər başçılı qövmü, diz çökmüş görərsən. Hər başçılı cəmiyyət, öz ki­tabına çağırılır: “Bu gün etmiş olduğunuz əməllərin qarşılığı sizə veriləcəkdir. Bax budur, bu, üzünüzə qarşı haqqı danışan kitabınızdır. Şübhəsiz, Biz sizin etdik­lə­ri­nizi yazdırırdıq”. (Casiyə/28-29)

Axirətdə “kitab verilməsi” Quranda bir çox dəfə ifadə edilmiş olub, verilmə şəkli də Ərəb adətinə görə tərif edilmişdir. Buna görə, kitabın “sağ”dan verilməsi o adamın cənnətlik, “sol”dan verilməsi disə cəhənnəmlik olduğunun işarəsidir:

  • 19–24Bax budur, kitabı sağından verilən adama gəlincə, bax budur, o: “Alın, oxuyun kitabımı. Şübhəsiz, mən hesabıma qovuşacağıma inanırdım/qətiliklə bilirdim” – deyər. Artıq o, meyvələri yetişmiş yüksək bir cənnətdə məmnun qaldığı bir yaşayış içindədir. Keçmiş günlərdə etdiyiniz işlərə görə, nuşcanlıqla yeyin, için!
  • 25–29Və kitabı solundan verilən adama gəlincə, bax budur, o: “Kaş ki, kitabım mənə verilməsəydi, hesabımın nə olduğunu isə bilməsəydim. Nə olardı, o iş bitmiş olsaydı. Malımın mənə heç bir faydası olmadı. Gücüm/nüfuzum da məndən yox olub getdi” – deyər.  (Haqqa/19-29)
  • 7–9Artıq kitabı sağ əlinə verilənlərə gəlincə… O, asan bir hesabla hesaba çəkiləcək və o, sevincli olaraq yaxınlarına dönəcəkdir.
  • 10–14Kitabı özünə arxasından verilənə gəlincə isə o, ölümü çağıracaq və alovlu atəşə girəcəkdir. Şübhəsiz ki, o, yaxınları içində sevincli idi. Şübhəsiz ki, o, qətiyyən dönmə­yə­cə­yinə qane idi. (İnşiqaq/7-14)

71-ci ayədə verilən “فتيل fətil [qəndil fitili/çəyirdəyin ipliyi]” ifadəsi, ərəb adətində azlıqdan kinayə olaraq işlədilən bir deyimdir. Əhəmiyyətsiz, sadə, qiyməti olmayan şeylər haqqında bir “zərbi-məsəl” olaraq işlədilir. [38] Çəyirdəyin ipliyinə bu adın verilməsi, çəyirdək çıxarılarkən, ipliyin də bükülərək çəyirdəklə bərabər çıxdığına görədir. Eyni şəkildə “qıtmir [çəyirdəyi bürüyən incə təbəqə]” və “naqir [çəyirdəkdən kiçik oyuq]” sözləri də klassik ərəbcədə bunun kimi bir deyim olaraq işlədilir.

“Fətil” sözünün bu mənasına görə 71-ci ayədəki “onlar qəndil fitili/çəyirdəyin ipliyi qədər [ən kiçik] bir haqsızlığa belə uğradılmayacaqlar” ifadəsi, “Onların mükafatları, dəyər verilməyəcək bir miqdarda belə əskildilməyəcək” mənasına gəlir. Bu isə o deməkdir ki, dünyada xeyli bol olan haqsızlıqla, zülmlə Axirətdə heç qarşılaşılmayacaq.

  • 59–61Sonra onların ardından pis bir nəsil gəldi ki, salaatı tərk etdilər/həyatlarından çıxarıb atdılar. Və şəhvətlərinə uydular. Buna görə də tövbə edən, iman edən və saleh əməl işləyənlər istisna olmaqla, onlar azğınlıqlarının cəzası ilə qarşılaşacaqlar. Bax budur, tövbə edən, iman edən və saleh əməl işləyənlər cənnətə – Rəhmanın qullarına, görmədikləri halda, vəd etdiyi Ədn cənnətlərinə girəcəklər və heç bir şəkildə haqsızlığa uğradılmayacaqlar. Şübhəsiz, Onun vədi, tam yəqinliklə bilin ki, yerinə yetəcəkdir. (Məryəm/59-61)
  • 112Və hər kim iman edən biri olaraq, quruculuq yolunda fəaliyyət gostərərsə, artıq o, bir haqsızlıqdan və haqqının azaldılacağından qorxmaz.       (Ta Ha/112)

72-ci ayədə bəhs edilən “korluq” qəlbin korluğudur. “Kor” kimi xarakterizə edilməsi burada məcazi mənada edilmişdir və “dosdoğru yolu görə bilməyən azğın” mənasına gəlir. Buna görə, 72-ci ayə, ətrafında olan minlərlə ayəni, dəlili, ibrəti görməyən və özünə ehsan edilmiş o qədər nemətin fərqində olmayan kimsənin Axirət nemətlərinə qarşı da kor olacağını bildirir:

  • 124–126Kim Mənim anılmağımdan/Mənim öyüdümdən uzaq durarsa, heç şübhəsiz, onun üçün çətin, sıxıcı bir dolanışıq/yaşayış vardır. Qiyamət günü də onu kor olaraq qi­yamət gününün toplantı yerinə toplayarıq. O deyər ki: “Rəbbim, mən görən biri olduğum hal­da məni niyə kor olaraq bu yerə çıxardın?” Allah deyər ki: “Bu belədir, ayə­lərimiz sənə gəldisə də, sən onları tərk etmişdin – bu gün də eyni şəkildə sən tərk edi­lir­sən/cəzalandırılırsan”.    (Ta Ha/124-126)
  • 97,98Və Allah kimə bələdçi olarsa… Bax budur, o doğru yolu tapmış olandır. Kimi də az­dırarsa, artıq bunlar üçün Allahın yaratdığı sərvətlərdən heç bir köməkçi, qoruyucu, yol göstərici yaxın kimsə tapa bilməzsən. Və Biz onları qiyamət günü kor, lal və kar olduqları halda, üzüstə toplayacağıq. Onların girəcəkləri yer cə­hənnəmdir. O zaman ki, cəhənnəm bitdi, onlara atəşi artdırarıq. Bax budur, bu onların ayələrimizi/əlamətlərimizi/nümunələrimizi ört-basdır etdikləri və: “Bizlər, bir yığın sümük və ovalanmış toz olduğumuz zamanmı, biz yeni bir yara­­dılışla mütləq dirildilmiş­mi olacağıq?” – dediklərinə görə, onların cəzasıdır. (İsra/97, 98)

73Az qalmışdı ki, onlar səni, sənə vəhy etdiyimizdən uzaqlaşdırsınlar və Ondan başqasını bizə isnad edərək söyləyəsən deyə, səni səhvə sürükləyərək atəşdə yandırsınlar. Bax budur, o təqdirdə səni xəlil/ iz qoyan bir lider edərdilər.

74Və əgər Biz səni möhkəmlətməsəydik, sən onlara bir az da olsa, meyl edərdin.

75O halda sənə həyatın iki qatını və ölümün iki qatını daddırardıq. Sonra Bizə qarşı özünə heç bir yardımçı da tapa bilməzdin.

76,77Və yaxında səni bu yerdən/yurdundan çıxarmaq üçün mütləq narahat edə­cək­lər. Belə olan halda, səndən əvvəl elçi göndərdiklərimiz adamlar haqqındakı qaydamıza/hüququmuza görə, onlar da səndən sonra çox az qalacaqdılar. Bi­zim qaydalarımızda hər hansı bir dəyişiklik görə bilməzsən.

Bu ayə qrupu birbaşa peyğəmbərimizə yönəlikdir. Bölmədən anlaşıldığına görə, müşriklərin bəzi güzəştlər istəməsi qarşısında peyğəmbərimiz də onlara güzəşt verməyi düşünmüş, lakin Allahın özünü qoruması sayəsində güzəşt verməmişdir. Dərhal qeyd etmək lazımdır ki, belə bir halla, sadəcə peyğəmbərimiz qarşılaşmamışdır:

  • 52–54Və Biz səndən öncə heç bir elçi və heç bir peyğəmbər göndərmədik ki, o bir şey arzuladığı zaman şeytan onun arzusuna bir şeylər qatmış olmasın. Buna görə də Allah şeytanın/İblisin qatdığı şeyləri aradan qaldırır. Sonra da Allah şeytanın buraxdığını, qəlblərində xəstəlik olan, təfəkkürü pozulmuş və qəlbləri qas-qatı olan insanlar üçün, onları dindən çıxarmaq üçün… Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də qətiliklə uzaq bir ayrılıq içindədirlər… Özlərinə bilik verilmiş olan insanlar Quranın şübhəsiz, Rəbbindən gələn bir gerçək olduğunu bilsinlər və ona iman etsinlər, sonra da qəlbləri ona hörmət duysun deyə, ayələrini gücləndirir, qoruyur. Və Allah Alimdir – çox yaxşı biləndir, Hakimdir – ən yaxşı qanunlar qoyan, gücləndirəndir. Və şübhəsiz ki, Allah iman edən insanları ən doğru yola bələdçiləyəndir.  (Həcc/52-54)

Bu ayələrin Yəhudilər və ya Təbük döyüşü haqqında və Mədinədə endiyinə dair rəvayətlərdən bəhs edilsə də, surənin “Giriş” bölməsində də toxunduğumuz kimi, biz Məkki ayələrdən olduqları qənaətindəyik. Çünki müşriklər, tövhid mövzusunda peyğəmbərimizdən güzəşt istəmək və onu yurdundan çıxarmaq planları qurmaq kimi hərəkətlərini peyğəmbərimiz hələ Məkkədə ikən etmişdilər.

Mövzumuz olan ayələri yaxşı anlaya bilmək üçün əvvəlcə peyğəmbərimizin elçiliklə vəzifələndirilməsini təqib edən on ildə yaşadığı əhvalatları nəzərə almaq lazımdır. Daha əvvəl də bəhs edildiyi kimi, Məkkəli müşriklər peyğəmbərimizi tövhidi inanc və dəvətindən döndərmək və İslam dini ilə şirkə batmış cahiliyyə adətləri arasında bir uzlaşma etməyə məcbur etmək üçün əllərindən gələni etmişlər, peyğəmbərimizdən imtiyaz əldə edə bilməyincə də onu təsirsiz edib, məqsədlərinə çatmaq üçün ona mal təklif edib, başdan çıxarmaq, özünə və tərəfdarlarına sosial və iqtisadi boykot tətbiq etmək kimi müxtəlif yöntəmlər sınamışdılar. Bununla da qane olmamış, müxtəlif tələlərə, iftiralara, hətta işgəncələrə əl atmışdılar. Müşriklərin bu cəhdlərindən biri də Yunus surəsində açıqlanmışdır:

  • 15Və ayələrimiz onlara açıqca oxunduğunda, Bizə qovuşmağı ummayanlar: “Bundan başqa bir Quran gətir, yaxud bunu dəyişdir!” – dedilər. De ki: “Onu özümün məsləhətimlə dəyişdirmərəm/mənə bu barədə heç söz ola bilməz. Mən sadəcə, mənə vəhy olunana uyuram. Rəbbimə üsyan edərəmsə, tam yəqin bilin ki, böyük günün əzabından qorxaram”.
  • 16De ki: “Allah diləsəydi, mən Quranı sizə oxumazdım və Allah, Quranı sizə bildirməmiş olardı. Mən də Qurandan əvvəl tam yəqin bilin ki, içinizdə bir ömür qalmışdım. Hələ də ağılla hərəkət etməyəcəksinizmi?”             (Yunus/15, 16)

Peyğəmbərimiz bütün bu hücumlara ancaq Allahın ona verdiyi kömək sayəsində qarşı durmuş və onlara heç bir güzəşt verməmişdir. Çünki 74-cü ayənin ifadəsindən anlaşıldığı kimi, Allahın elçisinin belə, Allahdan yardım almadan batilə və küfrün azdırıcı yöntəmlərinə qarşı çıxması mümkün deyildir. Rəbbimiz 75-ci ayədə peyğəmbərimizin müşriklərə heç bir güzəşt vermədiyini təsdiq edir və əksinə onlar istədiyi kimi davransa idi, başına nələr gələcəyini açıqlayır.

Peyğəmbərimizə sanki belə deyilir: “Əgər haqqı bildikdən sonra küfrlə uzlaşma etsəydin, o degenerasiya olmuş cəmiyyəti razı sala bilərdin, lakin Allahın qəzəbini üzərinə çəkər və həm bu dünyada, həm də Axirətdə qat-qat əzabı dadardın”.

Rəbbimizin bu təhdidi və peyğəmbərimizin güzəştə getməməsi, Haqqa surəsində də yer almışdır:

  • 44–47Əgər Elçi/Muhəmməd bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə, ondan bütün gücünü alardıq. Sonra ondan can damarını, qətiliklə, kəsərdik. Artıq sizdən heç biriniz də ona sipər ola bilməzdiniz. (Haqqa/44-47)

76-cı ayə, Qüreyşli kafirlərin peyğəmbərimizi Məkkədən qovmaq üçün gizli bir plan etdiklərini ortaya çıxararaq, 77-ci ayə isə əgər peyğəmbəri Məkkədən çıxararlarsa, özlərinin də orada artıq qala bilməyəcəklərini bildirir. Verilən ismarıc, elçilər və zalım əleyhdarları arasındakı müddəti müəyyən edən səbəb və nəticə qanununun Allahın qoyduğu bir qanun olduğu, Sünnətullah deyilən bu qanunun keçmişdə belə işlədiyi, Məkkəli müşriklər ilə peyğəmbərimiz arasındakı mübarizə müddətində də belə işləyəcəyidir.

Rəbbimizin öz qanununu xatırladaraq, elçisini qəddarcasına yurdundan çıxarmağa cəhd edən müşrikləri xəbərdar etməsi, onlara birbaşa bir təhdid mahiyyətindədir. Necə ki, müşriklər planlarını reallaşdıraraq, peyğəmbərimizi köçməyə məcbur etmişlər, bunun qarşılığında isə Rəbbimizin təhdidi reallaşmış və qısa müddət sonra Məkkə peyğəmbərimiz tərəfindən fəth edilmişdir.

  • 33Halbuki, sən içlərində ikən, Allah onlara əzab edəcək deyildi. Bağışlanma dilə­dik­lə­ri müddətcə də, Allah onlara əzab edən deyildir.        (Ənfal/33)

78Onlar: “Sən atalarımızı üzərində gördüyümüz şeydən bizi döndərəsən və yer üzündə səltənət ikinizin olsun deyəmi bizə gəldin? Biz ikinizə də inanmarıq” – dedilər.

79Və Firon: “Mənə ən bilikli, nüfuzlu biliklilərin hamısını gətirin!” – dedi.

Bu ayələr, salaat vaxtlarını müəyyən edən ilk ayələr olub, surənin “Giriş” bölməsində də qeyd etdiyimiz kimi, Mədinə dövrünə aid ayələrdəndir.

Salaatın [Zehni Və Maddi Köməyin] Vaxtları. Salaatın [zehni və maddi köməyin] məqsədi, insanı zehni və maddi yönlərdən dəstəkləyərək, özünə və cəmiyyətə yararlı bir insan halına gətirməkdir. Xüsusilə salaatın zehni yönü, insanın rüşdə çatmasını təmin etdiyindən, Rəbbimiz, bu çox əhəmiyyətli məqsədi reallaşdırmağın yolu olan təlim və təhsilə nə qədər əhəmiyyət verdiyini, düşmən hücumu riski altında ikən belə, salaatın zehni yönünün tərk edilməməsinin vacib olduğu təlimatı ilə göstərmişdir:

  • 101Və yer üzündə səfərə çıxdığınız zaman, kafirlərin sizə bir pislik edəcəyindən qorxarsınızsa, salaatdan qısaltmağınızda [təhsili/təlimi qısa kəsməyinizdə] sizin üçün bir qadağa yoxdur. Şübhəsiz ki, kafirlər sizin üçün açıq-aşkar düşmənlərdir.                                                                 102Və sən səfərdə olanların içində olaraq, onlar üçün təhsil/təlim verdiyin zaman iç­lə­rindən bir qismi səninlə yanaşı olsunlar/təhsilə qatılsınlar. Silahlarını da yanla­rı­na al­­sınlar. Kifayət qədər bilik əldə etdikdə və əmin olduqda arxa tərəfinizə keç­sin­lər. Sonra təhsil/təlim almamış digər bir qismi gəlsin, səninlə bərabər təhsil/tə­lim etsinlər, tədbirlərini və silahlarını alsınlar. Kafirlər istəyərlər ki, silahlarınızdan və əşyanızdan xə­bərsiz və­ziyyətdə olasınız və onlar da sizə ani bir hücum etsinlər. Əgər sizə yağış­dan bir əziy­yət yetişər və ya xəstə olarsınızsa, silahlarınızı buraxmağınızda sizin üçün bir qa­da­ğa yoxdur. Tədbirinizi də alın. Şübhəsiz, Allah kafir kimsələrə alçaldıcı bir əzab hazırlamışdır.
  • 103Sonra təhsil-təlimi tamamlayınca, artıq Allahı ayaq üstə, oturaraq, yan yatmışkən anın. Sükunət gördüyünüzdə/əmin-amanlığa yetdiyinizdə salaatı iqamə edin. Heç şübhəsiz ki, salaat qədimdən bəri möminlər üzərinə vaxtı müəyyən edilmiş bir yazıdır. (Nisa/101-103)

Bu ayələrdə bəhs edilən, salaatın zehni yönüdür. Çünki can təhlükəsizliyinin ön plana çıxdığı bir şəraitdə, salaatın maliyyə yönünün əhəmiyyətini itirməsi təbiidir. Amma Uca Allah, salaatın zehni yönünün bu halda belə, tərk edilməməsini əmr edir. Elə buna görədir ki, salaat, vücudun bəslənməsindəki üç öyün qida kimi öyünləşdirilmiş, müəyyən vaxtlarda salaatın iqamə edilməsi istənərək, insanın mənəvi bəslənməsinin davamlılığı təmin edilmişdir. “Salaat”ın, möminlər üçün günün müəyyən vaxtlarında yerinə yetiriləcək bir vəzifə olması, əvvəlcə insan şüurunda Allah inancının davamlılığını reallaşdırma məqsədinə xidmət edir.

Din psixologiyasına dair araşdırmaların ortaya qoyduğu nəticələrə görə, insanın daxilən yönəlmələrinin laqeydləşdirilməsi onu mənən kor bir varlıq halına gətirir, bunun nəticəsində isə adam yaxşı bir “cəmiyyət qurucusu” ola bilmir. Beləliklə, Salaatı iqamə etmək insan üçün çox əhəmiyyətli bir öhdəlik mahiyyətindədir. Bu əhəmiyyətinə görə də günün müəyyən vaxtlarında [səhər, axşam və gecə] məcburi olaraq bu öhdəliyin yerinə yetirilməsi istənilir: Ayədəki, [كتابا موقوتا kitabən mevqutən/vaxtı müəyyən edilmiş yazı] ifadəsindən anlaşılır ki, Salaat müəyyən vaxtlarda icra edilməli, təxirə salınmamalıdır. Vaxtında iqamə edilməmiş Salaat, vaxtında yeyilməmiş yemək və ya vaxtında qəbul edilməmiş dərman kimidir.

Salaatı iqamə etməyi əmr edən Allah, bunların hansı vaxtlarda iqamə ediləcəyini də Quranda açıq şəkildə bildirmişdir:

  • 114Və gündüzün iki tərəfində və gecənin yaxın saatlarında salaatı təşkil et, fəaliyyətini təmin et, çünki yaxşılıqlar pislikləri yox edir. Bu, ibrət alanlara bir öyüddür. (Hud/114)

Bu ayədə Peyğəmbərimizə gündüzün iki tərəfində [səhər ilə axşam] və gecənin yaxın zamanlarında [yatsı – Günəşin batmasından saat yarım, iki saat sonrakı vaxt] olmaqla cəmi 3 vaxtda Salaat iqamə etməsi əmr edilmişdir.

Diqqət edilirsə, Hud/114 ilə İsra/78-79-dakı ifadələr eyni olub, bu ayələr Salaatın vaxtlarını müəyyən edir. Ancaq bu vaxtlar Quranın ümumi üslubuna uyğun olaraq, müxtəlif üslub və tam oxşar sözlərlə ifadə edilmişdir. Diqqət edilməli olan məqam, bu fərqli sözlərin hamısının da eyni mənanı daşımasıdır.

Məsələnin əslini öyrənə bilmək üçün bu ayələri yaxşı anlamaq, ayələri yaxşı anlamaq üçün isə ayələrdə verilən الشّمس دلوك [düluku’şşəms], الفجر قرآن [Quranə’lfəcr], طرف [tərəf], تهجّد [təhəccüd] və نافلة [nafilə] sözlərinin mənasını yaxşı bilmək lazımdır.

الشّمس دلوك   [düluku’şşəms]: Dülukşəms sözlərindən ibarət olan bu isim tamamlığı, “günəşin batması, gözdən qeyb olması” deməkdir. Ancaq bəzi izah edənlər, bəhs edilən ifadəyə, “günəşin əyilməsi” mənasını vermişdilər. Tacu’lArusLisanu’lArab adlı lügətlərdə mövzuyla əlaqədar diqqət çəkən bir detal verilmiş və qeyd edilmişdir ki, düluk sözünə, “əyilmə” mənasının verilmə səbəbi, Salaatın beş vaxt olaraq anlaşılmasını təmin etmək məqsədi güdmüşdür. [39]

Düluk sözünün əsl mənasına görə düluku’şşəms tamamlığı “axşam” vaxtını ifadə edər. Necə ki, dördüncü xəlifə Əli, Abdullah b. Məsud, Səid b. Cübeyr, Nəhai, Mukatil, Dahhak, Süddi, İbn Abbas və Mücahid bu mənanı tərcih etmişdilər.

Buna qarşılıq düluk sözünə, “əyilmə” mənası verərək, sözdən “öynə vaxtını” anlayanlar da olmuşdur. Klassik qaynaqlarda İbn Ömər, Cabir, Ata, Katade və Həsənin bu görüşü mənimsədikləri bildirilir.

İsra/78-də yer alan bu deyimdən hər iki mənanın birdən anlaşıla biləcəyi irəli sürülsə də, Salaatın vaxtlarını müəyyən edən Hud/114-dəki ifadələr, bəhs edilən deyimdən “günəşin əyilməsi” mənasının çıxarılmasına və bu mənadan da öynə Salaatının qəsd edildiyinin düşünülməsinə mane olur. Çünki Hud/114-də Peyğəmbərimizə, “Gündüzün iki tərəfində və gecəyə yaxın bir zamanda Salaat iqamə etməsi” əmr edilmiş və məna konkretləşmişdir. Çünki Hud/114-də verilən züləfən sözü, İsra/78-də verilən ğasaq sözü ilə eyni mənada olub, “ortalığın qaraldığı zaman, gecənin ilk saatları” deməkdir. Yəni hər iki söz də “yatsı” vaxtına qarşılıqdır. Bu haldan qəti olaraq anlaşılır ki, İsra/78-79-dakı əmr ilə Hud/114-dəki əmr eynidır. Yəni bu ayələrin üçündə də Salaat iqamə ediləcək vaxtlar, eyni mənalı kəlimələr işlədilməklə, müxtəlif üslublarla ifadə edilmişdir.

Digər tərəfdən, bir çox araşdırmaçı düluku’şşəms ilə ğasakı’lleyl deyimlərinin ayrı zamanları ifadə etdiyini irəli sürmüşdür. Əslində isə bu deyimlər ayrı zamanları deyil, bir vaxtın əvvəlini və sonunu ifadə edirlər. Belə ki, İsra/78-də “Günəşin batmasından etibarən qaranlığa qədər” Salaat iqamə edilməsi əmr edilmişdir. Bu ifadə iki Salaatın deyil, bir tək Salaatın [axşam Salaatının] vaxtını müəyyən edir.

قرآن ال فجر [quranə’lfəcr]: “Səhər oxuması” mənasına gələn bu ifadə ilə Səhər Salaatı qəsd edilmiş olub, bu Salaat, “Səhər oxuması” ifadəsindən də açıq şəkildə anlaşılacağı kimi, təlim – təhsil ağırlıqlıdır.

طرف [tərəf]: Bu söz “nahiyə, yan bölgə” deməkdir. Bir şeyin “tərəf”indən söz edildiyi zaman, o şeyin içi deyil, çölü anlaşılır. [40] Belə ki, Fıkıhda “İnsanın iki tərəfi” ifadəsindən, bir tərəf olaraq insanın anası, atası, babası, digər tərəf olaraq da övladları və nəvələri anlaşılır. Bənzər şəkildə “masanın iki tərəfı” deyildiyində də masanın ikiyə ayrılmış haldakı iki parçası anlaşılmaz, masanın sağında və solundakı şeylər anlaşılır.

Tərəf sözünün cəmi ətraf sözü, yönəldildiyi şeyin çölü ilə əlaqədardır. Məsələn, bir adama “Ətrafına bax” deyildiyi zaman, o adam əlinə, üzünə, vücuduna deyil, sağına, soluna, önünə və arxasına baxar. Bu nümunəni “ölkənin ətrafı” deyildiyində ölkənin kənarının qəsd edildiyi və anlaşıldığı, “Dünyanın ətrafı” deyildiyində, dünyanın kənarının qəsd edildiyi və anlaşıldığı şəklində çoxaltmaq mümkündür.

Ayədəki, Gündüzün iki tərəfi ifadəsindən də “gündüz”ün kənarında qalan “Səhər” və “axşam” vaxtları anlaşılır. “Gündüz”ün qisimləri, bir parçası olan “quşluq” və “ikindi” vaxtları demək deyil.

تهجّد [təhəccüd] sözünün kökü olan هجد [həcd] sözü, “əzdad”dan olub, iki zidd mənanı da ifadə edər. Yəni həm “yatmaq” həm də “oyanmaq” deməkdir. Həcd sözünün  bəzi törəmələri belə məşhurlaşmışdır: Hacid “yatan”; təhcid “yuxunu aradan qaldırmaq, oyandırmaq”; təhəccüd “yuxudan oyanıb, Salaat iqamə etmək”; mütəhəccid “gecə vaxtı oyanıb Salaat iqamə edən şəxs”. [41]

نافلة [nafilə]: Bu söz “əslin üzərinə edilən ziyadə [əlavə]” deməkdir. [42] Ayədən anlaşıldığına görə, Peyğəmbərimiz, gecə Salaatını hər kəs kimi qaranlığın başladığı zaman ilə dan yerinin ağarma zamanı arasında iqamə etməyəcək, yuxusundan qalxıb iqamə edəcəkdir. Bundan aydın olur ki, kütləyə öndərlik, rəhbərlik, müəllimlik edəcək olan Allah Elçisi (və onun varisləri) gecə vaxtı tək başına təlim – təhsil üçün plan – proqram hazırlayacaqdır. Təhəccüdün həqiqi mənası elə budur.

Qurana görə 3 vaxt olaraq nizamlanmış olan Salaatların ikisi başqa bir ayədə adlarıyla da anılmışdır:

  • 58Ey iman edənlər! Qanunlar çərçivəsində himayənizdə olanlar və sizdən yetkinlik yaşına çatmamış olanlarınız üç vaxt: səhər salaatından/təhsil-təlimindən öncə, gü­norta vaxtında geyimlərinizi çıxardığınızda, gecə salaatından/təhsil-təlimindən sonra izin istə­sin­lər. Bunlar sizin açıq və qorumasız olan üç vaxtınızdır. Bunlardan başqa vaxtlarda nə sizə, nə də onlara bir günah yoxdur. Bir-birinizin yanına sərbəst girib-çıxa bilərsiniz. Allah ayə­ləri sizə bax budur, belə açıqlayır. Allah çox yaxşı bilən, ən yaxşı qayda qo­yan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Nur/58)

Nəticə olaraq, İsra/78-79-da 3 vaxtda – səhər, axşam və gecə vaxtında 3 Salaat əmr edildiyi kimi, Hud/114-də də eyni şeylər əmr edilmiş; 3 vaxt [səhər, axsam və gecə] Salaat iqamə edilməsi [zehni yöndən təlim – təhsillə, maddi yöndən sıxıntıların aradan qaldırılmasıyla dəstək təmin edilməsi və bu dəstəyin davamlı qılınması] əmr edilmişdir. Rəsulullah, əsasən “Salaat və namaz”ı birlikdə icra etdiyi üçün Salaat vaxtları, təəssüf  ki, düşüncələrə, “namaz vaxtları” olaraq, səhv yerləşmişdir.

Bu ayələrdə də yenə Peyğəmbərimizə günəşin batmasından gecənin qaranlığınadək [axşam], dan yeri ağararkən [səhər] və gecədən bir bölmədə [yatsı] Salaat iqamə etməsi əmr edilmişdir. Yəni əmr edilən vaxtlar səhər, axsam və gecədir. Həmçinin, Peyğəmbərimizə məxsus bir fərqlilik olaraq, artıqdan [əlavə vəzifə olaraq] gecə Salaatını təhəccüd etməsi [gecə yatıb – oyanaraq Salaat iqamə etməsi] əmr edilmişdir.

Vaxtları bildirən ayələr, kütlənin nüfuzlu şəxsi olan Rəsulullahı müxatib almışdır. Əmr bütün möminlərin kütlədə nüfuzlu şəxslərinədir. Çünki ümmətə verilən əmrlər, ümmətin örnəyi, rəhbəri, imamı olmaqla, əvvəlcə onun şəxsində yer tutır:

  • 158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”.         (Əraf/158)

Salaat, oruc, həcc və zəkat vəzifələri İbrahim peyğəmbərdən sonrakı peyğəmbərlərin şəriətlərində də mövcud idi. Maun surəsindən və Ənfal/35-dən Məkkəlilərin də Salaat iqamə etdikləri anlaşılır. Hətta Ələq/9,10-a görə Peyğəmbərimiz də peyğəmbər olmazdan əvvəl Salaat edirdi [ətrafındakılara zehni və maddi dəstək verirdi]

Lakin bu Salaatlar, Qurandan öyrəndiyimiz qədəriylə, özəlliyini itirmiş Salaatlardır. Quran, nəticələri baxımından əhəmiyyətli olmayan, alqışçıların sədaları altında (əsasən teatrda oyunu alqışlamaq üçün muzdla tutulan adamlar) bir göstəriş kimi edilən bu Salaatları qınamış, Salaatı [zehni və maddi dəstəyi] könlü qorxu və hörmətlə dolu olaraq, yenidən fəaliyyətə keçirmişdir.

Ayələrdə salaatlar nə üçün gecəyə təsis edilmişdir?

Hud və İsra surələrindəki ayələrlə müəyyən edilən Salaat vaxtları [səhər, axsam və gecə], günün gecə bölümündədir. Bu halın hikməti də yenə Quranda mövcuddur:

  • 1–4Ey evinə qapanan insan! Gecə vaxtı, qısa bir müddət istisna olmaqla, bəzən gecənin yarısı, bəzən bundan bir qədər əvvəl, bəzən də bundan bir qədər sonra qalx, sənə verilmiş vəzifəni icra et. Sənə endirilməkdə olan Quranı təbliğ edərkən düzgün şəkildə, nizamlı hərəkət et! 5Şübhəsiz, Biz sənin üzərinə çox ağır bir söz/Quranı qoyacağıq.
  • 6Gecənin yeni meydanagəlmə zamanı rahat-rahat işləyə bilmək baxımından daha güclü, söz baxımından daha təsirlidir. 7Şübhəsiz, gün ərzində sən çox çalışıb çabalayırsan. 8Rəbbinin adını an və bütün mənliyinlə Ona yönəl! 9O, şərqin və qərbin, bütün tərəflərin Rəbbidir. Ondan başqa, tanrı deyə bir şey yoxdur. Buna görə də, Onu vəkil et; “bütün varlıqları müəyyən bir proqrama görə tənzimləyən və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq tanı! 10Onların söylədiklərinə/söyləyəcəklərinə də səbr et. Və gözəl bir ayrılıqla onlardan ayrıl, 11Məni və o nemət sahibini yalan sayanları, baş-başa burax! Onlara bir azca zaman tanı/möhlət ver. (Müzzəmmil/1-11)

Gündüz, peyğəmbər üçün belə müxtəlif təlaşların yaşandığı bir zaman dilimidir. Salaat [zehni və maddi dəstək] isə, insanın özünü həsr etməsi, fikrini cəmləməsi lazım gələn bir fəaliyyətdir. Amma iş-güc, borc-xərc kimi təlaşlar gündüz cərəyan etdiyinə görə, günün bu dilimində insanların özlərini bütünlüklə Salaata vermələri mümkün olmur. Çünki gündəlik işlərin bitməsi lazım gəldiyindən gündüz hər kəsin ağlı-fikri işindədir. Buna görə də, “Könül sıxıntısı ilə Salaat olmaz” demişdilər. Təbii ki, bununla qəsd edilən Salaat, İslamın əmr etdiyi Salaatdır, yoxsa çoxlarının qadağanı başından etmək kimi iqamə etdiyi və ya iqamə etdiyini sandığı şəkli Salaat deyildir. Çünki zehnin min bir dərd-qəmlə məşgul olduğu anlarda iqamə edilən Salaat həqiqi Salaat deyil, bir şəkildən/göstərişdən ibarətdir. Həqiqi Salaat, qulun könül hüzuru ilə özünü Allaha təslim edərək iqamə etdiyi Salaatdır.

Buna görədir ki, Uca Allah Salaat üçün vaxt olaraq səhər, axsam və gecə saatlarını müəyyən etmiş, gündüzü isə məişət üçün çalışmağa ayırmışdır.

Göründüyü kimi, bu xüsuslar Müzzəmmil/1-7-də konkret olaraq ifadə edilmişdir. Gündüz hər kəs üçün bağda-bağçada, iş yerində məcburi və uzun işlər vardır. Günün sona çatmasıyla yanaşı, çöldəki bütün işlər bitər və insanlar bu üç vaxtda sükunət üçün evlərinə dönmüş olurlar. Beləliklə, camiyə gələ bilmələri, Camaat ola bilmələri mümkün olur.

Ayələrdəki “Gecənin yeni meydana çıxma təsiri, rahatrahat işləyə bilmək baxımından daha güclü, söz baxımından daha təsirlidir. 7Şübhəsiz, gündüzdə sənin üçün uzun bir çabalama vardır” ifadələri, o gün üçün, xalqın təlim və təhsilinə “ən uyğun” zamanı bildirir.

Buna görə də, bu vaxt təyin olunması o günün Ərəbistanının coğrafi və sosial şərtləri daxilində məsləhət görülmüş olub, bizə görə, İbadətin məqsədinin reallaşa bilməsi üçün fərqli coğrafiya və sosial şəraitlərdə Salaat üçün ən uyğun zamanlar müəyyən edilə bilər. Bunu kütlənin nüfuz sahibləri müəyyən edə bilərlər, möminlər də ona tabe olarlar.

Möminlər, dini xidmət vəzifələrini gecə-gündüz demədən, olduqları coğrafiyaya görə cəmiyyətlərindəki ən uyğun zamanlarda etməlidir. Xüsusilə, Salaatın vaxtlarının müəyyən edilməsi vəzifəsi Elçiyə verilmişdir. Bu o deməkdir ki, bu gün Salaat vaxtlarını kütlənin nüfuz sahibləri müəyyən edəcəkdir.

Səhər salaatının əhəmiyyəti. Səhər Salaatı vaxtı, ərəblərin Kəbədə Səfa və Mərvə təpələrində toplanıb danışdıqları, görüşdükləri, plan və proqram etdikləri bir vaxtdır. Peyğəmbərin xalqın kütləvi olduğu yerdə və zamanda Quran oxumasının digər vaxtlara nisbətən daha məhsuldar olacağı təbiidir. Çünki səhər vaxtı Quran oxuyan peyğəmbəri hər kəsin dinləmə və görmə imkanı daha çoxdur.

Digər tərəfdən, gecə yuxusunun ötən günün yorğunluğunu və zehin ağırlığını aradan qaldırması, dolayısıyla insanın səhər vaxtı bədəni dincəlmiş və zehni aydın olaraq qalxdığına görə, səhər vaxtı digər vaxtlara nəzərən olduqca əlverişli bir vaxtdır. Belə bir vaxtda edilən təbliğ, digər zamanlarda edilənlərə nisbətən daha təsirli, daha məhsuldar olur.

Məqam-i Mahmud. Ayədəki “محمودا مقاما məqamən məhmudən” ifadəsi texniki olaraq iki şəkildə dəyərləndirilib, iki fərqli məna əldə edilə bilir.

  1. 1. “Məhmudən” sözü, ayədəki “səni göndərəcəkdir” felindən “hal” bildirən zərfdir, Yəni “səni mahmud [öyülmüş] olaraq göndərəcəkdir”deməkdir.
  2. 2. Bu söz, özündən əvvəlki “məqam” kəliməsinin sifəti olduğu üçün zərfdir. Mənası səni gözəl bir məqama çatdıracaq”şəklində olur.

Ayədəki məqam və ya “gözəl bir məqam” ilə əlaqədar bir çox rəvayət vardır. Bilindiyi kimi, məqam sözü bu rəvayətlər işığında daha çox “şəfaət məqamı” olaraq qəbul edilir.

Fikrimizcə, bu tamamlıq ilə “nəticəsi öygü [mədh] olan bir məqam” qəsd edilmişdir. Bu məqam ilk olaraq Allahın razı olduğu məqamı, sonra da Mədinə Dövləti başçılığı məqamıdır. Eynilə Məryəm surəsindəki İbrahim, İdris və İsmayıl peyğəmbər nümunələrində olduğu kimi:

  • 41Kitabda İbrahimi də an/xatırlat. Şübhəsiz ki, o, özü-sözü doğru biri idi, peyğəmbər idi.
  • 42–45Bir dəfə o atasına: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir faydası olmayan şeylərə nə üçün qulluq edirsən? Atacan! Şübhəsiz, sənə gəlməyən bir bilik mənə gəldi. O halda mənə uy ki, sənə ən doğru bir yolu göstərim. Atacan! Şeytana qulluq etmə. Şübhəsiz, şeytan Rəhmana asi oldu. Atacan! Şübhəsiz, Mən, sənə Rəhmandan bir əzab toxunar və şeytan üçün bir yol göstərən, qoruyan, kömək edən bir yaxın olarsan deyə, qorxuram” – demişdi.
  • 46Atası: “Ey İbrahim! Sən mənim tanrılarımdan üzmü çevirirsən? Əgər əl çəkməzsən, and olsun, səni daşlayaraq öldürərəm. Haydı, uzun bir müddət mənə uzaq ol/rədd ol!” – dedi.
  • 47,48İbrahim: “Salam sənə olsun, sənin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm. Şübhəsiz ki, O, mənə çox ərməğan verəndir. Və mən sizdən və Allahın yaratdığı sərvətlərdən qulluq etdiyiniz şeylərdən çəkilib ayrılıram. Və Rəbbimə dua edəcəyəm. Rəbbimə yalvarışımda bədbəxt olmayacağımı umuram” – dedi.
  • 49Sonra İbrahim, qövmündən və onların Allahın yaratdığı sərvətlərdən qulluq etdikləri şeylərdən uzaqlaşınca, Biz ona İshaqı və Yəqubu ehsan etdik. Hamısına da peyğəmbərlik verdik.
  • 50Və Biz onlara mərhəmətimizdən ərməğanlar/hədiyyələr etdik. Və onlar üçün böyük bir həqiqət dili yaratdıq.
  • 51Və Kitabda Musanı da an/xatırlat. Şübhəsiz, o, arıdılaraq saflaşdırılmış idi. Və bir elçi, bir peyğəmbər idi.
  • 52Biz ona ən uğurlu Turun yan tərəfındən səsləndik və onu xüsusi bir danışıq aparmaq üçün yaxınlaşdırdıq. 53Və mərhəmətimizdən ona qardaşı Harunu, bir peyğəmbər olaraq ehsan etdik.
  • 54Və Kitabda İsmayılı an/xatırlat. Şübhəsiz, o, əhdinə sadiq idi, bir elçi idi, bir peyğəmbər idi. 55Və o ailəsinə/ətrafına salaatı və zəkatı/vergini əmr edərdi. Və o Rəbbinin qatında məmnunluğa çatmışdı.
  • 56Və Kitabda İdrisi an/xatırlat. Şübhəsiz, o, özü-sözü doğru biri idi, bir peyğəmbər idi. 57Və Biz onu uca bir məkana yüksəltdik.
  • 58Bax budur, bunlar, Adəmin soyundan, Nuh ilə bərabər daşıdıqlarımızdan, İbrahim və İsrailin soyundan, bələdçilik etdiyimiz və seçdiyimiz peyğəmbərlərdən Allahın özlərinə nemətlər verdiyi insanlardır. Onlar özlərinə Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq və boyun əyib, təslimiyyət göstərərək yerə qapanırdılar. (Məryəm/41-58)

80Və de: “Rəbbim! Məni həqiqət girişi ilə qəbul et və həqiqət çıxışından çıxart. Və mənə qatından köməkçi bir qüvvə ver”.

Peyğəmbərimizə bu ayədə əmr edilən dua, həm hicrətin yaxınlaşdığına işarə edir, həm də ona belə bir xəbərdarlıq ehtiva edir:

“Harada və nə vəziyyətdə olursan ol, haqqı təqib etməlisən. Əgər bir yerdən hicrət edərsənsə, haqq yolunda hicrət etməlisən və haraya gedərsənsə haqq üçün getməlisən”.

مدخل صدقdxale sidq – مخررج صدق Müxrace sidq. Peyğəmbərimizə əmr edilən duada verilən “müdxale sıdq”“müxrace sıdq” ifadələri əslində çox geniş bir məna daşıyır. Beləliklə, bu ifadənin “qəbrə girib, çıxmaq”, “peyğəmbərlik vəzifəsinə başlayıb, bitirmək”, “namaza başlayıb, bitirmək”, “dini vəzifələrə başlayıb bitirmək”, “Məkkədən çıxmaq, Mədinəyə girmək” kimi mənalara gəldiyini söyləmək səhv olmaz. Buna görə də ifadənin hər iş üçün “doğruluqla giriş və doğruluqla çıxış” mənası verilərək xülasə edilməsi mümkündür.

Duanın sonundakı “Və mənə qatından köməkçi bir qüvvət ver” ifadəsi “Bu pozulmuş dünyanı islah edə bilməyim, vəzifəmi yerinə yetirə bilməyim üçün mənə bir güc və səlahiyyət ver, dövlətlərdən birini mənim köməkçim et” mənasına gəlir. Belə ki, şirki aradan qaldırıb, tövhid və ədaləti təmin edə bilmək üçün maliyyə gücünə ehtiyac vardır. Burada ehtiyac duyulan güc, dünya nemətlərinə sahib olmaq məqsədi daşımayıb, Allah yolunda, Onun razılığına uyğun bir iş etməyə yönəlikdir. Buna görə də bu gücü qazanmağı istəmək “dünyaya sitayiş etmək” deyil, əksinə “Allaha İbadət etmək” deməkdir.

Xatırlanacaq olursa, Allahdan güclü bir iqtidar tələbində olan Süleyman peyğəmbər də bu istəyini öz mənfəəti üçün deyil, xeyirə xidmət etmək üçün etmişdir:

  • 31O zaman ki, ona, axşam çağı, yaxşı cins və yorğa yerişli atlar göstərilmişdi; 32“Mən, xeyir/sərvət, mənfəət sevgisini, Rəbbimi xatırlatdığına görə sevdim. Sonunda onlar pərdənin arxasına girdilər. 33“Geri gətirin onları mənə!” – dedi. Dərhal onların ayaqlarını, boyunlarını sığallamağa başladı. (Sad/31-33)

81Və de: “Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olub, gedər”.

Bu ayədə Rəbbimiz, bütün dünyaya bu xüsusun elan edilməsini əmr edir: “Artıq haqq gəlmişdir. Bundan sonra kafirlər nə edərlərsə etsinlər, haqqa zərər verə bilməyəcəklər. Çünki haqqın gəlməsi qarşısında batil yox olmağa məhkumdur”.

Bu ismarıc başqa ayələrdə də verilmişdir:

  • 49De ki: “Quran/Quranın ehtiva etdiyi doğrular/həqiqətlər gəldi. Və batil başlaya bilməz və geri gətirə bilməz! Artıq heç bir şey edə bilməz”. (Səba/49)
  • 18Tam əksinə, Biz haqqı batilin başına çırparıq və bu, onun beynini parçalayar. Bir də baxarsan ki, batil yox olub getmişdir. Və Allaha yaraşdırdığınız xüsusiyyətlərə görə, vay sizin halınıza! (Ənbiya/18)
  • 25And olsun ki, Biz elçilərimizi açıq dəlillərlə göndərdik və insanların haqqaniyyətli fəaliyyətini təmin etmələri və Allahın dininə və elçilərinə, kimsə özlərini görmədiyi və tanımadığı yerlərdə belə kömək edənləri müəyyən etməsi/işarələyib göstərməsi üçün onlarla birlikdə kitabı və ölçünü endirdik. Biz özündə böyük bir qüvvət və insanlar üçün yararlar olan dəmiri də endirdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üstündür. (Hədid/25)

82Və Biz Qurandan inananlar üçün şəfa və mərhəmət olan şeyləri endiririk. Və bu, sa­dəcə şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin məhvini artırar.

Bu ayədən başlayaraq 89-cu ayənin də daxil olduğu bölmə, Quranın xüsusiyyətlərindən bəzilərinin ön plana çıxarıldığı və bu surənin 41-ci ayəsinin təfsiri mahiyyətində olan çox əhəmiyyətli bir bölmədir.

Bu ayədə Quranın “şəfa” və “rəhmət” olmaqla, iki xüsusiyyətindən bəhs edilmişdir.

Quran “şəfa”dır. Quranın şəfa olması bədənin fiziki olaraq xəstəliklərinə deyil, zehni xəstəliklərinə yönəlikdir. Çünki Quran təfəkkürü insanı yanlış fikirlərindən döndərər, sıxıntı və bədbinlikləri aradan qaldıraraq, könülləri təmin edər, insanların əxlaqi səviyyələrini yüksəldər, beləliklə də cəmiyyətin dirilik və nizamını, rahatlıq və sükunətini təmin etmiş olar. Quranın “şəfa” və “rəhmət” xüsusiyyətlərinin inananlar üçün olduğunun vurğulanması, Qurandan ancaq möminlər istifadə etdiyinə görədir.

Quranı rəhbər və hökm kitabı olaraq qəbul edənlər, ondan faydalanaraq batil etiqadlardan, xürafətlərdən, kin, paxıllıq, qısqanclıq kimi qınanmış xüsusiyyətlərdən uzaqlaşırlar. Dolayısıyla psixoloji, əqli və əxlaqi xəstəliklərdən şəfa tapıb, Allahın rəhmətinə nail olurlar.

Quranın bu xüsusiyyətlərinə başqa ayələrdə də diqqət çəkilmişdir:

  • 57Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, qəlblərinizdəkilərə şəfa, inananlara bir bələdçi və bir mərhəmət gəlmişdir. (Yunus/57)
  • 44Və əgər Biz o öyüdü/Quranı əcnəbi dildə oxunacaq etsəydik, əlbəttə, onlar: “Ayələri izahlı olaraq verilməli deyildimi? Əcnəbi dilmi, Ərəbcəmi!” – deyəcəkdilər. De ki: “O, iman edənlər üçün bir bələdçi və bir şəfadır”. İnanmayanlara gəlincə, onların qulaqlarında bir ağırlıq vardır. Və o Öyüd/Quran onlar üzərinə bir korluqdur. Onlara çox uzaq bir məkandan səslənilməkdədir.            (Fussilət/44)

Quran “rəhmət”dir. Quran, insana lazım olan dosdoğru yolu göstərərək, onu rüşdə çatdırdığı və doğru bir həyat üçün lazım olan məlumatları insanın istifadəsinə təqdim edərək, onu məlumatlanmağa təşviq etdiyi üçün ən böyük “rəhmət”dir.

Təəssüf ki, Quranın rəhmət və şəfa olması da yenə uydurma rəvayətlər və düzməcə xəbərlərlə təhrif edilmişdir. Bunun nəticəsi olaraq, belə qənaətlər əmələ gətirilmişdir ki, guya Quran ayələrinin yazılı olduğu kağız və bu kimi əşyalar bədənin fiziki xəstəliklərinə şəfadır. Bu düşüncə isə Rəbbimizin Quranı endirmə məqsədinə tərs olan inancdır. Bu inanc və qəbullar nəticəsində insanlar üzərinə Quran ayələri üflənərək, suya salınıb, suyu içirilərək çarəsiz dərdlərdən şəfa tapacağı kimi utanc verən tətbiqatlar etmişdir.

Bu cür tətbiqatlar Rəbbimizin “Mən hər şeyi həqiqətlə yaratdım” qanununa tamamilə tərs olan təməlsiz tətbiqatlardır. Quran, ismarıcı və məsləhət gördüyü həyat tərzi modeliylə könüllərə şəfadır.

83Və Biz insana nemət verdiyimiz zaman, üz çevirib uzaqlaşır. Ona pislik toxunduqda isə ümidsizliyə qapılır.

Bu ayədə Rəbbimiz, insanın verilən nemətlərin qiymətini bilmədiyini, bir məhrumiyyətə uğradığında isə dərhal bədbinliyə qapılaraq, tam bir nankorluq sərgilədiyini bildirir. Bu ümumi insan davranışı, ən böyük nemətlərdən biri olan Quran üçün də keçərlidir.

Yuxarıda xarakteri çızılan bu nankor insan tipindən başqa ayələrdə də bəhs edilmişdir:

  • 51Və Biz insana nemət verdiyimiz zaman, o üz çevirər, kənara çəkilər. Özünə bir pislik toxunduğu zaman isə, geniş-geniş dua sahibidir – yalvarar, ha yalvarar. (Fussilət/51)
  • 6–8Qətiyyən sənin düşündüyün kimi deyil! Dönüşünün Rəbbinə olmasına baxmayaraq, insan özünü özünə yetərli gördüyündə tamamilə yolundan azar. (Ələq/6-8)
  • 9–11Və əgər, səbr edən və düzəltmək yönündə işlər edənlərin, bax budur, bunlar özləri üçün bağışlanma və böyük mükafat olanlardır, onlardan başqa bütün insanlara, tərəfimizdən bir mərhəmət daddırıb, sonra da onu özündən çəkib alsaq, şübhəsiz ki, o, ümidsizliyə düşər, çox nankor olar. Və əgər, özünə toxunan bədbəxtlikdən sonra, ona xoşbəxtliyi daddırsaq, əlbəttə: “Pisliklər məndən getdi” – deyər. Və şübhəsiz ki, o, ərköyündür, lovğadır. (Hud/9-11)
  • 15–16İnsana gəlincə… Rəbbi onu nə vaxt ki, sınayaraq üstün qılar və nemətlər verirsə: “Rəbbim məni üstün qıldı” – deyər. Amma nə zaman ki, sınayaraq ruzisini azaldırsa: “Rəbbim məni alçaltdı” – deyər. (Fəcr/15, 16)
  • 19–21Şübhəsiz, insan zəif və qərarsız yaradılmışdır; özünə pislik toxundumu sızıldayır. Özünə xeyir toxunduqda/özü imkanlı olduğunda isə kiçik bir köməyi belə əsirgəyər. (Məaric/19-21)

84De ki: “Hər kəs olduğu vəziyyətinə uyğun iş görər. Bu vəziyyətdə Rəbbin, yol ola­raq, kimin ən doğru yolda olduğunu daha yaxşı biləndir”.

Ayədə verilən “شاكلته şakılətihi” ifadəsi, “mizacına görə, xarakterinə görə, niyyətinə görə, dininə, məzhəbinə görə” kimi mənalarda anlaşıla bilir. Buna görə ayənin ismarıcı, “Əgər nəfsi aydınlanmış, xeyirli, təmiz və ülvi, uca bir nəfs isə, ondan fəzilətli və dəyərli əməllər meydana çıxar. Yox, əgər nəfs bulanıq, adi, pis, azmış, zülmani isə, ondan da pis və dəyərsiz fellər meydana çıxar” deməkdir.

Bu ayədə müşriklərə qarşı yumşaq bir üslubla edilən xəbərdarlıq və təhdid, başqa ayələrdə meydan oxuyan bir üslubla da edilmişdir:

  • 121,122Və inanmayan o insanlara de ki: “Əlinizdən gələni edin! Şübhə­siz, biz edənlərik. Gözləyin! Şübhəsiz, biz gözləyənlərik”. (Hud/121, 122)

85Və səndən vəhy haqqında soruşurlar. De ki: “Vəhy, Rəbbimin işindəndir. Sizə isə az bi­lik­dən başqa bir şey verilməmişdir”.

Ruh qavramı bu günə qədər dinli və ya dinsiz, Müsəlman və ya qeyri müsəlman bir çox adamın marağına səbəb olmuş, cahil və ya bilikli bir çoxları tərəfindən ruh haqqında yüzlərlə kitab qələmə alınmışdır. Bu əsərlərdə ümumiyyətlə bu mövzular işlənmişdir: Ruh nədir? Ruh neçə dənədir? Ruhlar harada olurlar? Ruh və nəfs eyni şeydirmi? Ruh cisimdirmi, məxluqdurmu, enerjidirmi, kosmik şüurdurmu, mələkdirmi, varlıqların əslidirmi? Ruh şəffaf, billur, cins-i lətifdirmi? Ruhmu, yoxsa cəsədmi əvvəl yaradılmışdır? Ruh ölürmü? Ruh qəbirdə cəsədə geri dönərmi? Dirilərin ruhları ölülərin ruhlarıyla görüşürmü? Her şey ruhdanmı meydana gəlmişdir? Həyatı, hərəkəti, idrakı təmin edən güc ruhdurmu? Ruhun insani, heyvani, nəbati olmaqla növləri vardırmı? Yetişkin ruh ilə gələcəyi görə bilmək, gələcəkdən xəbər verə bilmək, zaman və məkan xaricinə çıxmaq mümkündürmü? Bütün bunlardan başqa, ruh ilə əlaqədar bu əsərlərdə ruh çağırma, telepatiya, mediumluq, yoqa, doğru röya, cadu, sehir və reinkarnasiya [ruh köçməsi] kimi mövzuların açıqlanmasına da çalışılmışdır.

İstər bu sualların, istərsə də onlara verilən cavabların Qurana nə qədər uyğun olduqları Qədr surəsinin təhlilində tərəfimizdən təhlil edilmiş və Ruh ilə əlaqədar Quranın yaxınlaşması açıq şəkildə ortaya qoyulmuşdu. Buna görə də mövzu üzərində durmayaraq, əlaqədar bölmənin yenidən oxunmasını məsləhət görürük.

Əlaqədar bölmə oxunduğunda, mövzumuz olan ayədə bəhs edilən “ruh”un vəhy olduğu və Rəbbimizin “vəhy” barəsində insanlara çox az məlumat verdiyi reallığı dərhal xatırlanacaqdır.

86Və and olsun ki, dilərsək, sənə vəhy etdiyimizi ortadan qaldırarıq; sonra Bizə qarşı, özünə varlıqları müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qo­ruyaraq, dəstəkləyərək həyata keçirən birini tapa bilməzsən.

87Rəbbindən bir mərhəmət olaraq, Biz bunu etmədik. Həqiqətən, Onun sənin üzərin­də­ki ərməğanları çox böyükdür.

“Ruh”un [vəhyin] əhəmiyyətinə toxunulan bu ayələrdə Rəbbimiz, istərsə rəhmətinə uyğun olaraq, lütf etdiyi ruhu [vəhyi] ortadan qaldıracağı, amma əgər bunu edərsə, bu işdən insanların zərərli çıxacağı barədə xəbərdar edir.

Bu sözlər ilk baxışda peyğəmbərimizə söylənmiş kimi görünürsə də, əsl xitab, Quranı peyğəmbəri­mi­zin uydurduğunu və ya Quranı ona başqa bir adamın öyrətdiyini iddia edən kafirlərədir. Burada onlara Quranın Allah kəlamı olduğu söylənir: “Bizim elçimiz Quranı özü uydurmadı, əksinə Biz onu ona ehsan etdik. Əgər Biz Quranı ondan geri almaq istəsək, nə Peyğəmbərin belə  bir şey uydurmağa, nə də kimsənin onun belə mükəmməl bir kitab təqdim etməsinə kömək etməyə gücü çatmaz”.

88De ki: “And olsun ki, bu günün, sabahın bütün insanları, bu Quranın bir bənzərini gətirmək üçün bir yerə yığışsalar, bir-birlərinə köməkçi də olsalar, onun bənzərini tam yəqinliklə bilin ki, ərsəyə gətirə bilməzlər”.

89Və and olsun ki, Biz bu Quranda insanlar üçün hər örnəkdən və hərtərəfli vermişik. Yenə də insanların çoxu həqiqəti ört-basdır etməkdən başqa bir şey etməkdən qaçındılar/inkar etməkdə israrçı oldular.

85-ci ayədə vurğulanan “ruhun [vəhyin] Allahın öz işi olduğu” xüsusu bu ayələrdə daha güclü bir şəkildə ifadə edilir. Bilinən-bilinməyən bütün insanlar [istər Məkkədə, istərsə də dünyanın digər yerlərində yaşayan hər kəsin] bir araya gəlsələr belə, belə bir möcüzəni əmələ gətirə bilməyəcəkləri açıqlanaraq, hər kəsə sanki “Buyurun, siz də uydurun, hamınız birlikdə də çalışa bilərsiniz!” deyə meydan oxunur.

Həqiqətən də Quran dil, üslub, önə sürdüyü dəlillər, mövzular, ana fikir, öyrədilənlər və qeyblə əlaqədar öncədən verdiyi xəbərlər baxımından elə bir möcüzədir ki, onun bənzərini meydana gətirmək insanın gücü daxilində deyildir.

Buradakı meydan oxuma, Quranın peyğəmbərin öz düzməsi olduğu iddiasındakı ağılsızlaradır. Bu meydan oxuma sadəcə Məkkə dövründə və bu ayədə deyil, başqa ayələrdə və Mədinədə də edilmişdir:

  • 23Və əgər qulumuza endirdiyimizdən şübhə içindəsinizsə, buyurun, onun mislindən bir surə də siz gətirin, Allahın yaratdıqlarından bütün şahidlərinizi də çağırın. Əgər doğru kimsələrsinizsə.
  • 24Sonra, əgər bunu etmədinizsə və qətiyyən edə də bilməyəcəksiniz – belə isə kafirlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan atəşdən qorunun. (Bəqərə/23, 24)

Və Hud/13, Tur/33, 34, Yunus/15, 16, 38, Sad/29, Zümər/27, 28, Fussilət/3, Zühruf/2, 3, Ənfal/31, 32.

89-cu ayənin sonundakı “Yenə də insanların çoxu inkarçılıqdan başqasından qaçındılar” ifadəsi insanların inkarçılıqda inad etdikləri mənasına gəlir. Bu inad onların öz mənfəətlərinə, rahatlıqarına çox düşkün olmalarından qaynaqlanır.

  • 12Və o vaxt münafıqlər və qəlblərində bir xəstəlik olanlar/təfəkkürü pozuq insanlar: “Allah və Elçisi bizə bir aldanışdan başqa, heç nə vəd etməmişdir” – deyirdilər.
  • 13Və həmçinin bunlardan bir qrup: “Ey Yəsrib/Mədinə xalqı! Sizin üçün duracaq yer yoxdur, dərhal dönün” – deyirdilər. Onlardan bir qismi isə: “Evlərimiz həqiqətən qorunmasızdır” – deyərək, Peyğəmbərdən izin istəyirdilər. Halbuki, evləri qorunmasız deyildi. Onlar, sadəcə, qaçmaq istəyirdilər. (Əhzab/12, 13)
  • 43Və özlərinə açıq dəlillər halında ayələrimiz oxunduğu zaman onlar: “Bu, başqa bir şey deyil, sadəcə, sizi atalarınızın sitayiş etdiyi tanrılardan uzaqlaşdırmaq istəyən bir adam­dır” – dedilər. Və: “Quran uydurulmuş bir iftiradan başqa bir şey deyildir” – dedilər. Kafirlər özlərinə haqq gəldiyi zaman: “Şübhəsiz, bu açıq-aşkar bir sehirdən başqa bir şey deyildir” – dedilər.  (Səba/43)
  • 47Və bax budur, beləcə, Biz sənə Kitabı endirdik və özlərinə Kitab verdiklərimiz Qurana inanırlar. Və əhli-kitabdan olmayanlardan/ərəblərdən də ona inananlar vardır. Və Bizim ayələrimizi ancaq, kafirlər bilə-bilə rədd edər.
  • 48Və sən bundan əvvəl hər hansı bir kitabdan oxumurdun/sən Quranı özündən yazmırsan. Əgər belə olsa idi, batilə inananlar qətiliklə şübhə duyacaqdılar.
  • 49Tam əksinə, Quran özlərinə bilik verilənlərin sinələrində açıq-aşkar ayədirlər. Bizim ayələrimizi də ancaq səhv/öz zərərlərinə iş edənlər bilə-bilə rədd edərlər.
  • 50Və onlar: “Ona Rəbbindən əlamətlər/nümunələr endirilməli deyildimi?” – dedilər. De ki: “Əlamətlər/nümunələr ancaq Allahın qatındadır. Mən isə ancaq açıq-aşkar bir xəbərdar edənəm”.
  • 51Onlara oxunan Kitabı, şübhəsiz ki, Bizim sənə endirmiş olmağımız onlara kifayət deyilmi? Bunda, inanan bir cəmiyyət üçün əlbəttə ki, bir mərhəmət və bir öyüd vardır.
  • 52De ki: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, göylərdə və yerdə olan hər şeyi bilir. Batilə inanan və Allahı bilərək rədd edən/inanmayan insanlar, bax budur, onlar zərərə/itkiyə uğrayıb, acı çəkənlərin məhz özləridir. (Ənkəbud/47-52)

Quran gerçəyi hər şəkliylə anladır. 89-cu ayədəki “Və and olsun ki, biz bu Quranda insanlar üçün hər nümunədən hərtərəfli izah etmişik” ifadəsi, Quranda her şeyin detallandırıldığı, eninə-boyuna işlənildiyi, qoyulmuş olan qanunların hamısının faydasının və zərərinin hər kəs tərəfindən qəbul edilə bilən məqbul və məntiqli əsaslandırmalarla izah edildiyi mənasına gəlir.

Beləliklə, Quranda Allahın varlığına və birliyinə, axirətin həqiqiliyinə afaq və enfüsdən minlərlə dəlil gətirilmişdir. Digər tərəfdən, Qurandakı əhvalatlarla da Nuh, Ad, Səmud kimi qövmlərin; küfr və azğınlıqda irəli gedən Firon kimi tiranların, Hud, Saleh, Musa və İsa kimi peyğəmbərlərin necə hər cür bəlalarla sınandığı xəbər verilmiş, beləliklə insanların bu əhvalatlarda edilən izahları təfəkkür edərək, Allahın yöntəmini [Sünnətullahı] qavramaları və olanlardan dərs almaları istənmişdir. İnsanlar isə bütün bu açıqlamalara, öyüdlərə baxmayaraq küfrlərini davam etdirmişdilər.

90–93Və: “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə qətiyyən inanmayacağıq. Ya­xud sənin xurmalardan, üzümlərdən ibarət bir bağçan olmalıdır. Onların ara­la­rın­da şı­rıl-şırıl bulaqlar axıtmalısan. Yaxud iddia etdiyin kimi, göyü parçalar ha­lında üzə­rimizə düşürməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Ya­xud sə­nin qızıl bəzəkli bir evin olmalı, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yük­sə­li­şinə, öyrənib-öyrədəcəyimiz bir kitabı bizə endirməyənə qədər qətiyyən inanm­a­rıq” – de­dilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən məgər bəşər elçidən baş­qa bir şeymiyəm ki?!”

94Və insanlara yol göstərən – Quran gəlincə, özlərinin iman etmələrinə, sadəcə: “Allah bir bəşərimi elçi göndərdi?” – demələri mane olur.

95De ki: “Əgər yer üzündə rahatlıqla gəzən mələklər olsaydı, əlbəttə, Biz onlara göydən elçi olaraq bir mələk endirərdik”.

96De ki: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. Şübhəsiz, O, qullarını, hər şeyin iç üzünü, gizli tərəflərini yaxşı biləndir, ən yaxşı görəndir”.

Bu ayə qrupunda yalan sayanların yalan sayma səbəbləri və irəli sürdükləri bəhanələr açıqlanaraq, əslində özlərinə möcüzələrin ən böyüyü gəlmiş olan kafirlərin öz xəyallarında yaratdıqları möcüzə istəklərinə ikinci dəfə cavab verilir.

Bəşərə gələn elçi bir “insan” olmalıdır.

Quranda verilən məlumatlara görə, müşriklər göndərilən elçinin özlərindən biri olmasını həzm edə bilməmişlər və bir insanın Allahın elçisi ola biləcəyini heç bir zaman qəbul etməmişdilər.

Rəbbimiz isə eyni cinsdən olan yaradılışların bir-birlərinə daha çox meyl edən olduqlarına görə, insanlara göndəriləcək elçilərin də insan olmalı olduqlarını açıqlamışdır. 95-ci ayədə yer alan “Əgər yer üzündə sakitsakit yeriyən mələklər olsaydı, Biz əlbəttə onlara göydən mələk bir peyğəmbər göndərərdik” ifadəsi, düşünüldüyündə hər kəsin rahatlıqla qəbul edəcəyi bu eyni növdən olma qanununu vurğulayır.

94-cü ayədə verilən “yol göstərmə” ifadəsindən isə elçilərin “təbliğ” vəzifələri yanında “təbyin etmək” və “nəsihət etmək” vəzifələrinin də olduğu anlaşılır. Buna görə peyğəmbər həm cəmiyyətini özünə vəhy edilən qanunlar istiqamətində təlim edərək, islah etməyə çalışmalı, həm də batilə gedən yolları qapatmağa cəhd etməlidir. Bunu edərkən isə təbliğ etdiyi qanunları əvvəlcə öz həyatına tətbiq edərək, kütlə önündə canlı bir nümunə əmələ gətirmişdir. Çünki edilən dəvətin səhv anlaşılma ehtimalı ancaq bu davranış normalarına tabe olaraq, ortadan qaldırıla bilər.

Açıq bir həqiqətdir ki, insan cəmiyyəti içərisində bu cür vəzifələr ancaq yenə bir insan tərəfindən bacarıla bilər. İnsanların içində yaşayaraq onlara vəhyi bildirə biləcək, qarşılaşdıqları həyat problemlərinə ortaq olduğu üçün onlara rəhbərlik edib, yaşayışlarını düzəldə biləcək, həyat tərziylə nümunə olaraq ətrafındakıları səhvlərdən uzaq tuta biləcək bir elçinin də hər halda “insan” olması lazımdır. Əgər Allah insanlara bir “mələk” elçi göndərmiş olsaydı, onun edə biləcəyi tək şey sadəcə vəhyi insanlara bildirmək olardı. Bir “mələk”lə qarşı qarşıya qalan insanların isə ondan məlumat almağa əsla gücləri çatmazdı.

Bunun kimi səbəblərlə Uca Allah, insanları xəbərdar etmək və onlara öyüd vermək üçün onlarla eyni şeyləri hiss edən, onlarla eyni dili danışan, onları hər yönüylə anlayan və dözümlülük dərəcələrini bilən birini – bir “insan”ı elçi olaraq təyin etmişdir. Bu elçi, Allahın ismarıcını ilk tətbiq edən insan olaraq, digərlərinə də nümunə olmaqla, insanlara doğru yönü necə tapa biləcəklərini göstərəcək, əgər insanlar özlərinin laqeyd və səhv davranışlarını davam edəcək olarlarsa, onları özlərini gözləyən fəlakət barəsində xəbərdar edib diqqətlərini çəkəcəkdir.

Belə ki, sağlam düşüncəli insanların asanlıqla və könül rahatlığıyla qəbul edəcəkləri Allahın elçi göndərməsindəki bu yöntəm müşriklər tərəfindən heyrətlə qarşılanmış, həm bilavasitə peyğəmbərlik qurumu, həm də peyğəmbərin xəbər verdiyi “yenidən dirilmək” mövzusu ağılsızca səbəblər irəli sürülərək, rədd edilmişdir.

Elçilərin mələklərdən olması gözləntisinə qarşılıq olaraq, onların həmişə insanlardan seçildiyi barədə Quranda başqa ayələrdə də bəhs edilmişdir:

  • 164And olsun ki, Allah möminlərə öz içlərindən, onlara Öz ayələrini oxuyan, onları arın­dıran və onlara kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar daha öncə, açıq-aşkar bir pozğunluq içində idilər.  (Ali İmran/164)
  • 128And olsun, içinizdən sizə sizin əziyyətə düşməyiniz ona çox ağır gələn, sizə çox dəyər verən, sadəcə inananlara çox şəfqətli, asanlıq təmin edən, çox mərhəmətli bir elçi gəlmişdir.  (Tövbə/128)
  • 150,151Və hər haradan çıxarsansa, dərhal üzünü Məscid-i Haram/toxunulmaz təhsil-təlim qurumu tərəfinə çevir. Və siz, hər harada olsanız da, insanlardan, onlardan şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər istisna olmaqla, sizin əleyhinizdə bir dəlil olmaması üçün mənim sizə, içinizdən, sizə ayələrimizi oxuyan, sizi arındıran, sizə Kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən və sizə bilmədiyiniz şeyləri öyrədən bir elçi göndərməyim kimi, sizə olan nemətimi tamamlamağım üçün və doğru yolu tapa bilməyiniz üçün dərhal üzünüzü ona tərəf çevirin. Artıq onlara hörmətlə, sevgi ilə, biliklə ürpərti duymayın. Mənə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyun. (Bəqərə/150, 151)
  • 8Və onlar: “Bu Peyğəmbərə bir mələk endirilsəydi!” – dedilər. Əgər Biz bir mələk endirmiş olsaydıq, iş, tam əmin ol ki, bitirilmiş olardı. Sonra da özlərinə göz belə açdırılmazdı.
  • 9Əgər Biz Peyğəmbəri bir mələk etsəydik, yenə də onu bir insan şəklində edərdik və onlar yenə düşdükləri şübhəyə düşərdilər. (Ənam/8, 9)
  • 2İnsanları xəbərdar etsin və inananlara Rəbbi nəzdində tam yəqinliklə bilin ki, “qədəmə sıdq [xoş gəlişlər, xoşbəxt yaşayışlar]” olduğunu müjdələsin deyə, öz­lə­rindən, yetkin bir insana vəhy etməyimiz onlara qəribəmi gəldi? Kafirlər: “Heç şübhəsiz, bu elçi/bu kitab, yəqin ki, açıq-aşkar ovsunlayıcı sözlər söyləyən bir biliklidir/göz bağlı­ca­dır, qüdrətli bi­likdir”– dedilər.                     (Yunus/2)

Elçinin öz içlərindən biri olmasına başqa qövmlər də etiraz etmişdilər:

  • 23Səmud da o xəbərdarlıqları yalan saydı: 24,25“Bizdən bir tək insanamı, onamı uyacağıq? Elə edəriksə, əmin olun ki, bir pozğunluq və çılğınlıq içində olarıq. Öyüd/Kitab, aramızdan onamı endirildi? Xeyr, əksinə o, çox yalançı, həyasızdır” – dedilər.
  • 26Sabah onlar, çox yalançının, həyasızın kim olduğunu biləcəkdilər. (Qəmər/23-26)
  • 6Bu cəzalandırma özlərinə elçiləri açıq dəlillərlə gəldiyində: “Bir bəşərmi bizə yol göstərəcək?” – deyərək, küfr etməyə çalışdıqları və üz döndərdiklərinə görədir. Allah möhtac olmadığını göstərdi. Allah zəngindir, öyülməyə ən yaxşı layiq olandır. (Təğabun/6)
  • 47Sonra da: “Bu ikisinin qövmü bizə qulluq edərkən biz, bizim bənzərimiz olan bu iki bəşərə inanacağıqmı?” – dedilər. (Möminlər/47)
  • 10Elçiləri dedilər ki: “Göyləri və yeri yoxdan yaradan, sizi günahlarınızı bağışlamaq üçün çağıran və müəyyən edilmiş bir müddət sonuna qədər sizi ertələyən Allah haq­qında kifayət qədər bilmirsinizmi?” Onlar: “Siz, sadəcə, bizim kimi bir bəşərsiniz, bizi ata­ları­mızın sitayiş etdiklərindən ayırmaq istəyirsiniz. O halda bizə açıq-aşkar bir dəlil gəti­rin!” – dedilər. (İbrahim/10)

96-cı ayədəki “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər” ifadəsi bu mənaya gəlir: “Allah, mənim sizi islah etmək üçün sərf etdiyim bütün cəhdlərimdən və sizin mənim vəzifəmə mane olmaq üçün sərf etdiyiniz bütün cəhdlərinizdən xəbərdardır. Onun şahidliyi yetər, çünki son hökmü O verəcəkdir.”

Rəbbimizin Quranda istər elçisinin şəxsinə yönəlik etirazlar olaraq, istərsə də müşriklərin müxtəlif möcüzə gözləntiləri olaraq ana xətləri ilə bildirdiyi xüsuslar, İbn Cərir Təbərinin qeyd etdiyi rəvayətlərdə bəzi əhvalatlar nəql edilərək yer almışdır. [43]

97,98Və Allah kimə bələdçi olarsa… Bax budur, o doğru yolu tapmış olandır. Kimi də az­dırarsa, artıq bunlar üçün Allahın yaratdığı sərvətlərdən heç bir köməkçi, qoruyucu, yol göstərici yaxın kimsə tapa bilməzsən. Və Biz onları qiyamət günü kor, lal və kar olduqları halda, üzüstə toplayacağıq. Onların girəcəkləri yer cə­hənnəmdir. O zaman ki, cəhənnəm bitdi, onlara atəşi artdırarıq. Bax budur, bu onların ayələrimizi/əlamətlərimizi/nümunələrimizi ört-basdır etdikləri və:  “Bizlər, bir yığın sümük və ovalanmış toz olduğumuz zamanmı, biz yeni bir yara­­dılışla mütləq dirildilmiş­mi olacağıq?” – dediklərinə görə, onların cəzasıdır.

Bilindiyi kimi, Rəbbimiz rəhmətinə uyğun olaraq, kitab endirmiş, elçi göndərmiş və ağıl kimi bir nemət verdiyi insanı bezmədən, yorulmadan xəbərdar etmişdir. Allahın bu lütfünə baxmayaraq, azğınlıq nümayiş etdirərək müxtəlif üslublarla hərtərəfli, təkrar-təkrar açıqlanmış açıq-aşkar ayələri inkar edənlər isə cəzalarını mütləq çəkəcəklər. Budur, daha əvvəl bir çox ayədə yer almış olan bu qanun, burada bir dəfə daha təkrarlanır.

Allah sadəcə öz hidayətinə çatmaq istəyənləri doğru yola çatdıraraq, öz hidayətindən azmaq istəyənlərin də azmasına izin verir. Allahın, hidayət qapısını qapadığı kimsəni doğru yola gətirmək isə heç kəsin gücü daxilində deyildir. Çünki inadcıllığı və azğınlıqdakı israrı üzündən haqqı görməyən, eşitməyən, danışmayan o kimsələr hidayətdən məhrum qılınmışlardır. Əslində bu cür insanların hidayətdən məhrum qılınmaları bilavasitə öz əlləriylə işlədikləri günahlar ucbatındandır. Ayənin bildirdiyinə görə, bu adamlar dünyada kor, kar və lal olaraq yaşamağa üstünlük verdiklərinə görə qiyamət günündə də kor, kar və lal olaraq dirildiləcəklər.

  • 104Tam yəqinliklə bilin ki, sizə Rəbbinizdən gözünüzü aça­caq, doğru yolu bildirəcək biliklər gəldi. Artıq kim haqqı görürsə, faydası özünə, kim də özünü kor kimi apararsa, zərəri özünədir. Mən sizin üzərinizdə bir gözətçi deyiləm!” (Ənam/104)
  • 29Və de ki: “O gerçək Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın”. Şübhəsiz ki, Biz şərik qoşaraq səhv/öz zərərlərinə iş edən­lər üçün divarları, dövrələmə onları içinə almış bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzlərini qaynadan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da, nə qədər pisdir! (Kəhf/29)
  • 29Şübhəsiz ki, bu bir öyüddür. Artıq diləyən Rəbbinə doğru yol alar.   (İnsan/29)
  • 71Ey iman edənlər! Tədarükünüzü görün, sonra da onlara qarşı ya kiçik dəstələr halında və ya hamılıqla səfərə çıxın. (Nisa/71)
  • 27,28Bu, aləmlər üçün/sizdən doğru yolla getmək istəyənlər üçün öyüddən başqa bir şey deyildir. (Təkvir/27, 28)
  • 171Və kafirlərdən bir qisminin halı, sadəcə, bir çağırma və ya bağırmadan başqasını eşitməyənlərə çoban qışqırığı/qarğa qışqırığı edənin halı kimidir – karlardır, lallardır, korlardır. Buna görə də onlar dərk etməzlər. (Bəqərə/171)

Və   Mülk/22, Qəmər/48, Kəhf/53, Furqan/12, 13.

99Onlar, göyləri və yeri yaradan Allahın, onlarla eyni olan insanları yaratmağa da gücü yetdiyini və onlar üçün şübhə edilməyən bir müddət sonu müəyyən edilmiş olduğunu da görmədilərmi? Bax budur, bu, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, gerçəyi ört-basdır etməkdən başqa hər şeydən qaçındılar – həmişə haqqı örtməyə yönəldilər.

Bu ayədə müşriklər göyləri və yeri yaradan Allahın yenidən yaratmağa da qadir olduğunu görmədikləri, düşünmədikləri üçün qınanır. Bu ifadə eyni zamanda müşriklərin Allah inancına sahib olduqlarını da göstərir. Belə ki, bu inancları şəffaf, arı-duru olmadığı kimi, digər inanc qanunlarıyla da uyuşmur. Bu vəziyyət başqa ayələrdə də dilə gətirilmişdir:

  • 25Yenə and olsun ki, onlardan: “Göyləri və yeri kim yaratdı?” – deyə soruşsan, qəti olaraq: “Allah” – deyəcəklər. De ki: “Bütün təriflər Allahadır. Başqası öyülə bilməz!”. Əslində onların çoxu bilməzlər. (Loğman/25)
  • 57Əlbəttə, göylərin və yerin yaradılması insanların yaradılmasından daha mürəkkəbdir. Amma insanların çoxu bilmirlər. (Mömin/57)
  • 33Onlar, şübhəsiz, göyləri və yer üzünü yaradan və onları yaratmaqla yorulmayan Allahın ölüləri diriltməyə də qadir olduğunu görmədilərmi/düşünə bilmədilərmi? Bəli, şübhəsiz ki, O, hər şeyə qadirdir. (Əhqaf/33)
  • 81Göyləri və yeri yaradanın onlar kimilərini də yaratmağa gücü yetməzmi? Bəli, əlbəttə, gücü yetər! Və O, çox mükəmməl yaradandır, çox yaxşı biləndir.
  • 82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir. O da dərhal olur.
  • 83O halda hər şeyin mülkiyyət və idarəsi Öz əlində olan Allah hər cür nöqsanlıqlardan münəzzəhdir. Siz də yalnız Ona döndəriləcəksiniz”. (Ya Sin/81-83)

100De ki: “Əgər siz, Rəbbimin mərhəmət xəzinələrinə sahib olsaydınız, xərclənib tü­kə­nər qorxusu ilə, tam yəqinliklə bilin ki, əlinizdə tutar/kimsəyə bir şey verməzdi­niz. Və insan çox xəsisdir”.

Bu ayədə, insanın fitrətində var olan “xəsislik” xüsusiyyətinə toxunulur və insanın kainata da sahib olsa, yenə əli bərk davranacağı bildirilir. Həqiqətən də insan xəsisdir. Çünki möhtac olaraq yaradılmışdır. Möhtac olan bir varlıq, ehtiyacını aradan qaldıran şeyləri sevər və onları əlində tutmağa yönələr. İnsanın xərcləməyə qıydığı şeylər, daha çox özünə lazım olmadığını düşündüyü şeylərdir. Xərcləməyi gözə aldığı bəzi şeylər də vardır ki, bu şeyləri xərcləməklə ətrafına göstəriş etməyi, qarşılığında da bəyənilmə, öyülmə, təşəkkür kimi mənəvi həzzlər əldə etməyi umar. Bu tərz xərcləmələr əslində xərclənənlərin yerinə maddi və ya mənəvi bir şeylər qoymaq üçün edildiyindən, insanın səxavətliyini göstərən xərcləməlar sayılmaz. Səxavətlilik, bu dünyada heç bir qarşılıq gözləmədən xərcləməkdir. Bu da insanın Allah üçün xərcləməsi və qarşılığını sadəcə Allahdan gözləməsi deməkdir. Buna görə də, səxavətlilik mömin insanlara xas bir əxlaqi ərdəmdir. İnsanın fıtri bir xüsusiyyəti olan “xəsislik” ancaq yaxşı bir iman tərbiyəsiylə azaldılıb səxavətə döndərilə bilər.

İnsanın fitrətindən gələn xəsislik xüsusiyyəti başqa ayələrə də mövzu olmuşdur:

  • 53Yoxsa onlar üçün dünya idarəçiliyindən bir paymı vardır? Əgər belə olsa idi, insanlara bir xurma çəyirdəyinin oyuğunu belə verməzdilər. (Nisa/53)
  • 19–21Şübhəsiz, insan zəif və qərarsız yaradılmışdır; özünə pislik toxundumu sızıldayır. Özünə xeyir toxunduqda/özü imkanlı olduğunda isə kiçik bir köməyi belə əsirgəyər. (Məaric/19-21)

Mövzumuz olan ayə eyni zamanda 55-ci ayədə peyğəmbərlərlə əlaqədar olaraq “Allahın bəzilərini bəziləri üzərinə artıqlıqlı qılması” ifadəsiylə qeyd edilən ilahi qaydaya bir işarə də yer alır. Çünki müəyyən göstərişlərə baxmayaraq, bir kimsənin üstünlüyünü qəbul etməmək də bir cür xəsislikdir. Məkkəli müşriklər konkret dəlillərlə ortaya çıxmış olan peyğəmbərimizin elçiliyini rədd etmiş, yəni onun özlərindən üstünlüyünü qəbul etməyərək, xəsislik göstərmişdilər. Bu nöqteyi-nəzər ilə ayənin mənası belə təqdir edilə bilər: “Bir başqasının üstünlüyünü qəbul edə bilməyəcək qədər xəsis olanlardan, Allahın bütün xəzinələrinə sahib olsalar belə, başqalarına xərcləmə barəsində səxavətli olmalarını gözləmək olmaz”.

101Və and olsun Biz Musaya açıq-aşkar doqquz/bir çox ayə [əlamət/nümunə] ver­­dik. Bax budur, İsrailoğullarından soruş, gör! O zaman ki, Musa, onların yanına gəldi və Firon ona: “Ey Musa! Mən sənin ovsunlanmış olduğunu tam yəqin bil ki, bilirəm” – de­mişdi.

102Musa dedi ki: “Sən tam yəqin bildin ki, ayələri, bir-bir ibrət olaraq, ancaq göylərin və yerin Rəbbi endirdi. Və mən də sənin dağıntıya uğramış olduğuna tam yə­qin inanıram”.

103Buna görə də Firon Musanı və İsrailoğullarını Misirdən sürgün etmək istədi və Biz onu və yanındakıların hamısını suda boğduq.

104Və ondan sonra Biz İsrailoğullarına: “Bu torpaqlara siz yerləşin! Sonra axirətə dair verilən söz gəldiyi vaxt, sizi toplayıb bir yerə yığacağıq” – dedik.

Bu ayələrdə, surənin girişindəki İsrailoğulları ilə əlaqədar bölməyə istinad edilərək, İsrailoğullarının bütün əhvalatları çox qısa və məğzi olaraq xatırladılır və bu əhvalatlardan ibrət alınması istənilir. Bu ayə qrupu həmçinin, müşriklərin möcüzə tələblərinə verilən üçüncü bir cavab vəziyyətindədir. Onlara sanki bunlar söylənir: “İstədiyiniz kimi doqquz möcüzə sizdən əvvəl Firon və tərəfdarlarına göstərilmişdi. Onlar da eyni sizin kimi, elçiyə “sehirlənmiş”, “məcnun” demişlər və Allahı aşkar olaraq görmədikcə, Musaya inanmayacaqlarını söyləmişdilər. Göndərdiyimiz möcüzələri gördükdən sonra da inkarlarına davam etmələri və Musa ilə İsrailoğullarını yurdlarından çıxarmağa girişdiklərinə görə başlarına nə gəldiyini bilirsiniz. Əgər siz də belə davam edəcəksinizsə, onlar kimi eyni aqibətə çatacaq, həlak ediləcəksiniz.”

Bu ayələrdə bəhs edilən Musa ilə əlaqədar əhvalatların təfərrüatı Əraf surəsinin 103-162-ci və Ta Ha surəsinin 42-82-ci ayələrində yer almışdır.

101-ci ayədə verilən “doqquz” sayı “ədəd” ifadə etmək üçün işlədildiyi kimi, klassik Ərəbcədə eynən yeddi, yetmiş, min sayları kimi çoxluq bildirmək üçün də işlədilir. Dolayısıyla ayədəki ifadə həm Musa peyğəmbərə “xeyli çox” möcüzə verildiyi şəklində, həm də “doqquz ədəd” möcüzə verildiyi şəklində anlaşıla bilər.

104-cü ayə bizə görə peyğəmbərimizin Məkkəni fəth edəcəyi istiqamətində bir müjdəni də ehtiva edir. Çünki Məkkə xalqı da Firon kimi peyğəmbərimizi yurdundan çıxarmaq istəyir. 104-cü ayə Musa və İsrailoğullarının çıxarılmaq istənildikləri torpaqlara yerləşdirildiyini xatırladaraq, eyni şeyin Məkkəlilərin də başına gələ biləcyini xəbərdar etmiş olur. Necə ki, bu vəziyyət eynilə reallaşmışdır.

105Və Biz Quranı sadəcə haqq ilə endirdik, o da sadəcə haqq ilə endi. Və Biz səni yalnız və yalnız müjdəçi və xəbərdar edən olaraq elçi etdik.

106Və Quranı… Biz onu öyrənib, insanlara gözlənilənlərə görə öyrədəsən deyə parça-parça ayırdıq və Biz onu, endirdikcə endirdik!

Bu ayələrdə mövzu yenə Qurana gətirilmiş və Quranın Allah tərəfından haqq ilə endirildiyi bildirilmişdir. “Haqq ilə endirdik” ifadəsi, Quranda hər hansı bir əskiklik və ya artıqlıq olmadığı, yəni Quranın içinə Allahdan olmayan bir şeyin qarışmasına izin verilmədiyi, Quranın qorunduğu və qorunacağı mənasına gəlir.

Quranın Allahın endirməsi olduğu, Nisa surəsində belə ifadə edilmişdir:

  • 166Lakin Allah sənə endirdiyinə… ki, onu Öz biliyi ilə endirmişdir, şahidlik edər. Bütün ayələr də şahidlik edərlər. Şahid olaraq da Allah yetər.         (Nisa/166)

Bu bildirişdən sonra elçiyə dönülmüş və özünün yalnız və yalnız “müjdəçi” və “xəbərdar edən” olaraq elçi edildiyi xatırladılaraq ona Quranı necə tanıtması istəndiyi  öğrədilmişdir. Buna görə, Quranın, gözləntilər istiqamətində necə parça-parça [nəcm-nəcm] endirildisə, faydalı ola bilməsi üçün yenə parça-parça [nəcm-nəcm], qarışdırılmadan, endirildiyi sıra ilə oxunmalı və anladılmalıdır.

  • 32Kafirlər: “Quran ona bir dəfədə, tam halda endirilməli deyildimi?” – dedilər. Biz onu sənin qəlbinə yaxşı-yaxşı yerləşdirmək üçün belə parça-parça endirdik. Və Biz onu dənə-dənə/bir-birinə qarışdırmadan vəhy etdik.                                (Furqan/32)

107,108De ki: “Siz Qurana istər inanın, istər inanmayın, bu, daha əvvəl özlərinə bilik verilənlər/Quran onlara oxunduğu zaman onlar boyun əyib, təslimiyyət göstə­rə­rək çənələri üstə yerə qapanarlar. Və: “Rəbbimiz hər cür nöqsandan münəz­zəh­dir. Rəb­bimizin vədi mütləq yerinə yetəcəkdir” – deyərlər”.

109Və onlar ağlayaraq, çənələri üstə qapanarlar. Quran onların hörmət və təvazökarlığını artırar.

Diqqət edilirsə, 85-ci ayədən bəri havadan, sudan bəhanələr irəli sürərək, möcüzə istəyən yalan sayanlara verilən inandırıcı cavablardan başqa, mövzunun istiqaməti Quran olmuşdur. Bu ayələrdə də həm o günün yalan sayanlarına, həm də bütün zamanların insanlarına səslənilmiş, Quran oxunduğunda elm sahibi adamların cahillər kimi davranmadıqları, davranmayacaqları elan edilmişdir.

Rəbbimizin “daha əvvəl özlərinə elm verilənlər” şəklində xarakterizə etdiyi elm sahibləri, Mücahiddən gələn bir nəqlə görə, peyğəmbərimizə endirilən ayələri dinlədiklərində dərhal səcdə edib, yerə qapanan Zeyd b. Amr b. Nüfeyl, Varaqa b. Nevfəl və Abdullah b. Səlam adlarındakı bir Əhli-kitab qrupudur. [44] “Daha əvvəl özlərinə elm verilən” bu qrupun belə vəziyyəti ilə 41-ci və 82-ci ayələrdə Quranın içlərindəki nifrəti artırdığı bildirilən Məkkə müşriklərinin vəziyyəti qarşılaşdırıldığında bu nəticəyə gəlmək olur: Quran, inkarçıların zülmlərini, bilik sahiblərinin isə haşyətlərini artırır.

Bilik sahiblərinin Quran qarşısında göstərdikləri həssaslıq Quranda bir çox dəfə ortaya qoyulmuşdur:

  • 82Sən qətiliklə iman edənlərə qarşı düşmənçilik yönündən insanların ən imansızları olaraq, o Yəhudiləri və o ortaq qoşan kimsələri görərsən. Və qətiliklə iman edən kimsələrə sevgi baxımından ən yaxın olaraq da: “Şübhəsiz, biz Nasra­ni­yik/Xris­tianlarıq” – deyən kimsələri görərsən. Bu, öz içlərində keşişlər və rahiblər olduğuna, onların isə yekəxanalıq etmədiklərinə görədir.
  • 83,84Və onlar Elçiyə endirilən Quranı dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə, gözlərinin yaşla dolduğunu görərsən. Onlar: “Rəbbimiz! Biz iman etdik, bizi şahidlər ilə birlikdə yaz!” və “Biz Rəbbimizin bizi salehlər qövmü ilə birlikdə daxil etməsini umarkən, Allaha və haqqdan bizə gələn şeylərə niyə inanmayaq!” – deyərlər.            (Maidə/8284)
  • 113,114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayə­lə­ri­ni oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şey­lə­ri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xe­yir­ işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır.
  • 115Və onlar xeyirdən nə işləyərlərsə, qətiyyən saxlanmayacaq/qarşılıqsız buraxılma­ya­caq­lar. Və Allah Özünün qoruması altına girənləri ən yaxşı biləndir. (Ali İmran/113-115)
  • 199Əlbəttə, Kitab Əhlindən elələri də vardır ki, onlar Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır. Şübhəsiz ki, Allah hesabı tez görəndir. (Ali İmran/199)
  • 10De ki: “Heç düşündünüzmü? Əgər Quran Allah tərəfindəndirsə və siz onu bilərək rədd etmisinizsə, bununla birlikdə İsrailoğullarından bir şahid onun bir bənzəri üzərinə şahid olubsa inanmışsa, siz yekəxanalıq göstərdinizsə… Şübhəsiz ki, Allah şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlər qövmü bələdçilik etməz. (Əhqaf/10)
  • 114Və O, sizə Quranı ətraflı/haqqı batildən ayrılmış olaraq, endirdiyi halda, Allahdan baş­qa bir hakimmi axtarım?” Və özlərinə Kitab verdiyimiz bu insanlar Quranın, şüb­hə­siz ki, Rəbbindən haqq ilə endirilmiş olduğunu bilirlər. O halda sən on­la­rın bu ki­tabın Allah tərəfındən endirildiyini bildikləri barəsində qətiyyən şübhə edən­lər­dən ol­ma.                         (Ənam/114)
  • 52Sözdən [vəhydən/Qurandan] əvvəl özlərinə Kitab verdiyimiz insanlar… Onlar Sözə [vəhyə/Qurana] də inanırlar.
  • 53Və onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar: “Biz ona inandıq. Şübhəsiz ki, o, Rəbbimizdən gələn gerçəkdir. Tam yəqinliklə bilin ki, biz ondan əvvəl mü­səl­man olanlar idik” – dedilər. (Qasas/52, 53)

110De ki: “Allah deyə çağırın və yaxud Rəhman deyə çağırın. Hansı adla çağırırsınızsa çağırın, ən gözəl isimlər Onundur. Salaatı nə açıq icra etmə, nə də gizlin etmə. Və bu ikisi arasında bir yol tap”.

Bu ayə “De ki!” əmri ilə başladığına görə, birilərinə cavab mahiyyətindədir. Nüzul səbəbi olaraq göstərilən nəqllərdən biri, bu ayənin “Rəhman”ın nə olduğunu bilməyən müşriklərin “Muhəmməd həm təkcə Allaha qulluq edəcəksiniz, yalvaracaqsınız deyir, həm də özü “Ey Rəhman!” deyə Allahdan başqasına dua edir” dediklərindən sonra endiyini, bir digəri isə “Tövratda çox-çox verilən bir ismin Quranda da keçdiyini görürük” deyən və bu isimlə də “Rəhman”ı qəsd edən Yəhudilərə cavab olaraq endiyini qeyd edir.

Ancaq ayə, birilərinə cavab olması ilə yanaşı “Allaha yönələrkən sözlərin heç əhəmiyyətinin olmadığı” mənasına da gəlir. Çünki bütün gözəl isimlər Allahındır və hansı ilə niyaz edilirsə, edilsin fərq etmir. Beləliklə, “Allah” yerinə, fərqli dillərdə olmaqla Tanrı, Çalap, God, Huda, Yezdan deyilməsində heç bir problem yoxdur. Belə olmaqla yanaşı, Quranda nümunə verilən duaların əksəriyyətində Allah “Rəbb” sifəti ilə çağırılmışdır.

Əsma-i Hüsna mövzusunda Əraf surəsinin təhlilində geniş açıqlama mövcuddur və Allahın ən gözəl isimlərindən bir qismi cəm olaraq, Həşr surəsində bildirilmişdir:

  • 22O Özündən başqa tanrı deyə bir şey olmayan Allahdır. Görünməyəni və görünəni biləndir. O yaratdığı canlılara dünyada çox-çox mərhəmət edəndir, əngin mərhəmət sahibidir.
  • 23O Özündən başqa tanrı deyə bir şey olmayan Allahdır. O kainatın hökmdarı, tərtəmiz, hər cür pislik və əskiklikdən uzaq, hər cür qüsurdan uzaq/sapsağlam, əmin-amanlıq verən, nəzarət edən, qoruyan, doğrulayan və etibar edilən, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, dilədiyini zorla etdirən, çatılmaz, əzəmətli, ehtiyacları aradan qaldıran, işləri düzəldən, dərman verən, böyüklük və ululuqda tək olan/hər şeydə və hər hadisədə böyüklüyünü göstərəndir. Allah onların ortaq qoşduqları şeylərdən münəzzəhdir.
  • 24O, yaradan, qüsursuz yaradan, hər şeyə şəkil və surət verən Allahdır. Ən gözəl isimlər Onun üçündür. Göylərdə və yer üzündə olanlar Onu nöqsan sifətlərdən arındırırlar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Həşr/22-24)

Ayənin son cümləsində, hər mövzuda olduğu kimi, “sosial dəstək” mövzusunda da orta yolun tutulması əmr edilir, salaatın riyakarlıqla edilməsi də, qorxu səbəbiylə tərk edilməsi də istənmir.

111Və de ki: “Bütün təriflər, özünə heç bir övlad götürməyən, sahiblikdə və idarəçilikdə özünün hər hansı bir ortağı olmayan, zəif olmadığı üçün köməkçiyə ehtiyacı olmayan Allaha aiddir/başqası öyülə bilməz”. Və Allahı uca tutduqca uca tut!

İlk ayəsində peyğəmbərimizin elçiliyə təyin olunmasdan bəhs edilən surə, elçiyə edilən bir vəzifə bildirişi ilə sona çatır və bu son ayədə ondan “həmd”in Allaha məxsus olduğunu bir dəfə yenə elan etməsi və Onu ucalda bildiyi qədər ucaltması istənilir.

“Mülkdə özü üçün hər hansı bir ortağı var olmayan, aciz olmadığı üçün köməkçisi olmayan” şəklindəki açıqlama ilə həm keçmiş, həm də müasir müşriklərə işarə edilmişdir.

Çünki onlar, Allahın öz mülkünü idarə etməkdə özünə dost, vəzir, müstəşar mənasında Kutub, Kutbu’l-Aktap, Kavs, Kavs-ı Azam kimi bir sıra köməkçilər, təmsilçilər təyin etdiyinə inanırlar. Bu inanc, mülkünü idarə etməkdə Allahın gücsüz və köməyə möhtac olduğunu, dolayısıyla da Tanrılıqda özünə dəstək olacaq yavərlərə ehtiyac duyduğunu qəbul etməyi təlqin edir.

Surənin son ayəsindəki açıqlama ilə müşriklərin bu azğın inancları rədd edilmiş, Allahın öz mülkünü idarə etməkdə nə müxtəlif bölgələrə idarəçi təyin edəcəyi Əzizlərə, nə də müxtəlif mövzularda səlahiyyət verəcəyi tanrılara ehtiyacı olmadığı ismarıcı verilərək, tövhid inancı vurğulanmışdır. Çünki O, tayı və bənzəri mövcud olmayan, tək başına hər şeyin yaradıcısı, yaratdığı hər şeyi ortağı və ya dəstəkçisi olmadan idarə etməyə qadir olandır.

 

Ən düzünü Allah bilir!

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Razi, el-Mefatihu’l-Gayb; Kurtubi, el-Camiu li Ahkami’l-Kur’an.

[2] Sahih-i Buharî, 21 kitab, 1. Bab, 1 numaralı hadis: 3.cilt/1130.

[3] Sahih-i Buharî 21. Kitab, 8 numaralı hadis.

[4] Geniş bilgi Ezrakî’de mevcuttur.

[5] Bu rivayet, Sahih-i Buharî’nin Kitabu’l-Enbiya bölümünde 40 ve 98 numara ile yine Ebu Zerr kaynaklı, ama son ravileri farklı olarak yer almıştır. Oradaki metinlerde de “Mescid-Aksa” adı geçmektedir.

[6] Ana Britannica, c:16, s:234.

[7] Ana Britannica, c:9, s:340.

[8] Prof. İbrahim Canan’ın hazırladığı Kütübü Sitte kitabının 17. Cilt, 95. Sayfası.

[9] Prof. İbrahim Canan; Hadis Ansiklopedisi, Kütübü Sitte, c:17, s:96.

[10] Prof. İbrahim Canan; Hadis Ansiklopedisi, Kütübü Sitte, c:17, s: 26, 27.

[11] Prof. İbrahim Canan; Kütübü Sitte, c:2, s:154.

[12] Prof. İbrahim Canan; Hadis Ansiklopedisi, Kütübü Sitte, c:2, s:157.

[13] Prof. İbrahim Canan; Hadis Ansiklopedisi, Kütübü Sitte, c:2, s:157.

[14] Ana Britannica, c:19, s:420.

[15] Ana Britannica, c:22, s:304, 305.

[16] Ana Britannica, c:19, s:411.

[17] Ana Britannica, c:1, s:32.

[18] Tebyînü’l-Kur’an; c:3, s:148-149.

[19] Tacü’l-Arus; c:14 s:179–186, Lisanü’l-Arab; c:2 s:664–673, Müfredat; s:137, 138.

[20] Tebyînü’l-Kur’an; c:1, s:405-415.

[21] Mükatil.

[22] Zemahşerî; Keşşaf.

[23] Çıkış, 3. Bab; 7-12.

[24] Derveze; Tefsirü’l-Hadis.

[25] Levililer; 26. Bab.

[26] Lisanü’l-Arab, c.4, s. 148, 149 “rşd” mad.

[27] Razi, el-Mefatihu’l-Gayb; Kurtubi, el-Camiu li Ahkami’l-Kur’an.

[28] Lisanü’l-Arab; c.1, s. 361, “bzr” mad.

[29] Lisanü’l-Arab, c.8, s. 360, 361.

[30] Lisanü’l-Arab, c.6, s. 494- 496.

[31] Kurtubi; el-Camiu li Ahkami’l-Kur’an.

[32] İbn İshâk; Sîret.

[33] Kurtubi; el-Camiu li Ahkami’l-Kur’an.

[34] Kurtubi; el-Camiu li Ahkami’l-Kur’an.

[35] İbn Cerir, İbn Kesir ve Kurtubî.

[36] Razi, el-Mefatihu’l-Gayb; Kurtubi, el-Camiu li Ahkami’l-Kur’an.

[37] Razi, el-Mefatihu’l-Gayb; Kurtubi, el-Camiu li Ahkami’l-Kur’an.

[38] Razi; el-Mefatihu’l-Gayb.

[39] Tâcu’l-Arûs, c. 13, s. 560-561 ve Lisânu’l-Arab, c. 3, s. 398-399.

[40] Lisânu’l-Arab, c. 5, s. 589.

[41] Lisânu’l-Arab, c. 9, s. 31-32.

[42] Lisânu’l-Arab, c. 8, s. 658-660.

[43] Kurtubi, el-Camiu li Ahkami’l-Kur’an, İbn-i Kesir, İbn-i Hişam; es-Siretü’n-Nebeviye, 1, 236-238.

[44] Razi, el-Mefatihu’l-Gayb; Kurtubi, el-Camiu li Ahkami’l-Kur’an.