QASAS SURƏSİNİN TƏBYİNİ

Adını 25-ci ayədə verilən “القصص Qasas” sözündən alan surə, Məkkədə enən 49-cu surədir. Ancaq bəzi qaynaqlarda 85-ci ayənin hicrət səfəri zamanında, 52-55-ci ayələrin də Mədinədə endiyi irəli sürülmüşdür. [1]

Qasas surəsi üslub və mahiyyət olaraq 47-ci və 48-ci sırada enmiş olan Şüəra və Nəml surələrinə çox bənzəyir. Qasas surəsində, ümumi olaraq:

  • Peyğəmbərimizin əleyhinə çıxanlara, şübhələrinin yersizliyi ilə bəhanələrinin mənasızlığı gözlər önünə sərilərək etiraz edilmiş;
  • Allahın inananlara yardım edəcəyi, inanmayanları isə köməksiz buraxacağı ismarıcı verilmiş;
  • Allahdan başqa hər şeyin faniliyi vurğulanmışdır.

Surənin Musa peyğəmbərin doğulması və gəncliyinə aid məlumatların verildiyi ayələrində isə Şüəra surəsinin 18-21-ci ayələri təfsir edilmişdir.

 

TƏRCÜMƏ

RƏHMAN RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 150

1Ta/9, Sin/60, Mim/40.

2Bunlar, aydın və açıqlayıcı kitabın ayələridir.

3Biz iman edəcək bir cəmiyyət üçün Musa və Fironun önəmli xəbərlərindən bir qismini sənə haqq ilə oxuyuruq, təqib etdirırik.

4Şübhəsiz ki, Firon, yer üzündə ucaldı və idarəsi altında olan insanları qruplara ayırdı/onlardan bir qrupunu gücsüzləşdirmək istəyir, onların oğullarını boğazlayır – təh­­silsiz, təlimsiz buraxıb xüsusiyyətsiz bir kütlə təşkil edərək gücsüzləşdirir, qızla­rı­nı da sağ buraxırdı. Şübhəsiz ki, o, fitnə-fəsad törədənlərdən idi.

5Biz isə istəyirik ki, yer üzündə gücsüzləşdirilmişlərə ərmağan verək, onları başçı­lar və mirasçılar edək. 6Və onları yer üzündə sağlam şəkildə yerləşdirək. Firon, Haman və hər ikisinin əsgərlərinə, onlardan çəkinməkdə olduqları şeyləri gös­tərək.

7Və Biz Musanın anasına vəhy etdik: “Onu əmizdir. Əgər onun üçün qorxursansa, onu çaya burax, qorxma və kədərlənmə. Şübhəsiz, Biz onu sənə döndərəcəyik və özünü elçilərdən biri edəcəyik”.

8Sonra da Firon ailəsi onu özləri üçün bir düşmən və kədər – “tapılmış” olaraq aldı. Şübhəsiz ki, Firon, Haman və bu ikisinin əsgərləri xəta edənlər idilər.

9Və Fironun xanımı: “Mənim və sənin üçün göz aydınlığı! Onu öldürməyin, bəlkə bizə bir faydası toxunar, ya da onu övlad edərik” – dedi. Və onlar işin fərqində ol­madı­lar.

10Musanın anası ürəyi bomboş oyandı. Əgər Biz inananlardan olması üçün onun qəlbini yaxşılaşdırmamış olsaydıq, haradasa bu işi bəlli edəcəkdi. 11Və Mu­sa­nın anası Musanın bacışına:– “Onu izlə” – dedi. O da dərhal, onlar fərq etmədən, uzaqdan onu izlədi.

12Və Biz daha əvvəl ona süd analarını haram etdik. Buna görə də Musanın bacısı: “Sizə, ona sizin yerinizə baxa biləcək və ona öyüd verib, tərbiyə edəcək bir ailə göstərimmi?” – dedi.

13Beləliklə, Biz onu gözü aydın olsun, qəm çəkməsin və Allahın verdiyi sözün ger­çək olduğunu bilsin deyə, anasına geri verdik. Və lakin onların çoxu heç bil­məz­lər.

14Və Musa igidlik çağına girib oturuşunca, Biz ona qaydalar və bilik verdik. Və Biz gözəl davrananları bax budur, belə qarşılıqlandırırıq.

15Və Musa, şəhər xalqının xəbərsiz olduğu bir anda şəhərə girdi. Sonra orada biri öz tərəfindən, digəri düşmən tərəfindən, bir-birlərini öldürməyə çalışan iki nəfər gör­dü. Sonra öz tərəfindən olan düşmənə qarşı Musadan kömək istədi. Musa da o birinə dər­hal bir yumruq endirdi, o da dərhal öldü. Musa: “Bu, şeytanın işindəndir, şübhəsiz ki, o, azdırıcı, açıq-aşkar bir düşməndir” – dedi.

16Musa: “Rəbbim! Şübhəsiz ki, özümə haqsızlıq etdim. Artıq məni bağışla!” dediyinə görə, Allah onu bağışladı. Şübhəsiz ki, O, çox bağışlayanın, çox mərhəmət edənin məhz özüdür.

17Musa: “Rəbbim! Mənə nemət olaraq verdiyin şeylərə and olsun ki, artıq heç bir zaman günahkarlara arxa çıxmayacağam” – dedi.

18Sonra da Musa şəhərdə qorxu  içində, ətrafı nəzarət edərək sabahladı. Bir də nə görsün, dünən özündən kömək istəyən adam, yenə də fəryad edərək ondan kömək istəyir. Musa ona: “Şübhəsiz, sən açıq-aşkar bir azğınsan!” –  dedi.

19Musa ikisinin də düşməni olan adamı yaxalamaq istədikdə, o adam: “Ey Musa! Dünən bir nəfəri öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən sadəcə, yer üzündə bir qaba olmaq istəyirsən və sən düzəldənlərdən olmaq istəmirsən” – dedi.

20Və şəhərin o biri ucundan bir nəfər qaçaraq gəldi. Dedi ki: “Ey Musa! Öndə gedənlər səni öldürmək üçün sənin haqqında söhbət edirlər. Dərhal çıx! Şübhəsiz ki, mən öyüd verənlərdənəm”.

21Sonra da Musa qorxa-qorxa, nəzarət edərək oradan çıxdı: “Rəbbim! Məni şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmündən qurtar!” – dedi.

22Və Musa Mədyənə doğru yönəldiyində: “Rəbbimin mənə yolun doğrusunu göstərəcəyini umuram” – dedi.

23Və Musa Mədyən suyuna çatdıqda, orada heyvanlarını sulayan insanlardan bir başçılı camaat gördü. Və Musa heyvan sulayanlar qədər güclü olmayan, heyvanlarını geri çəkən iki qadın gördü. Dedi ki: “Halınız nədir?” Dedilər ki: “Çobanlar sulayıb çəkilmədən, biz sulamarıq, atamız da çox yaşlı bir ixtiyardır”.

24Buna görə də Musa, ikisi üçün heyvanları suladı. Sonra kölgəyə çəkildi və: “Rəbbim! Şübhəsiz ki, mən, yaxşılıqdan mənə endirdiyin şeyə möhtacam” – dedi.

25Sonra, o iki qadından biri utana-utana Musanın yanına gəldi. Dedi ki: “Atam, bizim yerimizə sulamağının ödənişini qarşılamaq üçün səni çağırır”. Musa qızın atasının yanına gəldi və başına gələnləri ona anlatdı. Qızın atası: “Qorxma, o şə­rik qo­şa­raq, səhv/öz zərərlərinə iş etmiş cəmiyyətdən qurtardın” – dedi.

26Onun iki qızından biri: “Atacan! Onu muzdla tut. Şübhəsiz, muzdla tutulan insanların ən yaxşısı, güclü və etibarlı olanıdır” – dedi.

27Qızların atası dedi ki: “Həcc edilən/niyyət edilən/müqavilədə göstərilən səkkiz il mə­nə işləməyinə əvəz olaraq, bu iki qızımdan birini sənə nikahlamaq istəyirəm. Əgər müddəti on ilə ta­mamlayarsan artıq o özündən, sənə ağırlıq vermək də istəmərəm. İnşallah məni sa­lehlərdən görəcəksən”.

28Musa: “Bu, səninlə mənim aramdadır. Bu iki müddətdən hansının sonunu ger­çək­ləş­­dirərəmsə, demək ki, mənə qarşı düşmənçilik/məsuliyyət olmayacaqdır. Və söy­lə­dik­lə­ri­mi­zə Allah vəkildir [qoruyaraq, dəstəkləyərək həyata keçirəndir]” – dedi.

29Artıq Musa müddəti tamamlayıb, ailəsi ilə/yaxınları ilə yola çıxınca, dağ tərəfındən bir atəş hiss etdi. Ailəsinə: “Mənim sizə bir xəbər gətirməyim üçün siz gözləyin/mən bir atəş hiss etdim, yaxud isinərsiniz deyə, o atəşdən bir parça gətirərəm” – dedi.

30–32Sonra ora çatdığında, o bərəkətli torpaq parçasındakı vadinin sağ tərəfındən, bir ağacdan səslənildi: “Ey Musa! Heç şübhəsiz ki, Mən aləmlərin Rəbbi Allahın məhz özüyəm! Və təcrübələrini ortaya at! Təcrübələrini sanki görünməyən bir varlıq kimi, hərəkət etdiyini görüncə də, dönüb arxasına baxmadan qaçdı. “Ey Musa! Yaxın gəl, qorxma. Tam əmin ol ki, sən əmniyyətdə olanlar­dansan. Qoynundakı gücünü işə sal, qüsursuz, mükəmməlcə çıxacaqsan. Səni qorxudan qanadını özünə çək. Bax budur, bu ikisi Firon və onun adamlarına qarşı Rəbbin tərəfındən iki qəti dəlildir. Şübhəsiz ki, onlar yoldan çıxan bir cəmiyyət olmuşdular”.

33,34Musa dedi ki: Rəbbim! Şübhəsiz, Mən onlardan bir adam öldürdüm, indi onların məni öldürməklərindən qorxuram. Qardaşım Harunu da mənimlə göndər, o, dil baxımından məndən daha yaxşı, gözəl və təsirlidir. Ona görə də onu da, məni doğrulayan bir köməkçi olaraq, mənimlə birlikdə göndər. Şübhəsiz ki, mən, məni yalan saymalarından qorxuram”.

35Allah dedi ki: “Səni qardaşınla dəstəkləyəcəyik və ikiniz üçün bir güc, iqtidar təşkil edəcəyik. Sonra da onlar əlamətlərimizə/nümunələrimizə görə sizə çata bilməyəcəklər. Siz ikiniz və ikinizi izləyənlər üstün olanlarsınız”.

36Musa onlara açıq-aşkar əlamətlərimiz/nümunələrimiz ilə gəlincə: “Bu, sadəcə, uydurulmuş təsirli biliklərdir. Və biz əvvəlki atalarımızdan bunu eşitməmişdik” – dedilər.

37Musa da dedi ki: “Mənim Rəbbim, öz qatından kimin doğru yol bələdçisi ilə gəl­diyini və yurdun sonunun kim üçün daha yaxşı olacağını daha yaxşı biləndir. Şüb­həsiz ki, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qurtuluşa çata bilməz­lər”.

38Firon da: “Ey öndə gedənlər! Sizin üçün məndən başqa bir tanrı bilmədim. Ey Haman, mənim üçün palçıq üzərinə dərhal atəş yandır/kərpic emal et və Musanın tanrısı haqqında məlumat əldə etməyim üçün mənə bir qüllə düzəlt. Və şübhə yox ki, onun yalançılardan biri olduğuna tam əmin olun ki, inanıram” – dedi.

39Firon özü və əsgərləri, yer üzündə haqsız yerə yekəxanalıq etdilər və həqiqətən Bizə döndərilməyəcəklərinə inandılar.

40Biz də onu və əsgərlərini yaxalayıb, o bol suda/çayda fırladıb atdıq. İndi şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin sonunun necə olduğuna bir bax!

41Və onları, atəşə çağıran başçılar etdik. Qiyamət günü onlar kömək görməyəcəklər.

42Və bu dünyada onları Allahın mərhəmətindən yoxsul buraxdıq/uzaqlaşdırdıq. Onlar qiyamət günündə də pislənmiş/uzaqlaşdırılmış insanlardan olacaqlar.

43Və and olsun ki, Biz ilk nəsilləri dəyişikliyə/dağıntıya uğratdıqdan sonra Musaya, öyüd alarlar deyə, insanlar üçün açıq-aşkar dəlillər, bələdçi və mərhəmət olaraq Kitabı/Tövratı verdik.

44Və Musaya o əmri gerçəkləşdirdiyimiz zaman sən, Qərb tərəfdə deyildin. Hazır olan­lardan, görənlərdən də deyildin.

45Amma Biz necə nəsillər var etdik ki, onların ömürləri uzandıqca uzandı. Sən on­la­ra ayələrimizi oxuyaraq, Mədyən xalqı arasında olanlardan da deyildin. Lakin Biz elçi göndərənlərik.

46,47Və Biz səsləndiyimiz zaman, Turun yanında da deyildin. Əksinə, səndən əvvəl öz­lərinə xəbərdar edən/peyğəmbər gəlməyən bir qövmü xəbərdar etməyin üçün və öz əllərinin etdikləri ucbatından başlarına bir pis iş gəldiyində dərhal: “Rəb­bi­miz! Nə olardı, bizə bir peyğəmbər göndərsəydin, ayələrinə uysaydıq və mö­min­lər­dən olsaydıq” – deyə bilməsinlər, onlar öyüd alsınlar deyə, Rəbbindən bir mərhəmət ola­raq… orada olub-keçənləri sənə bildirdik, səni elçi olaraq, göndərdik.

48Bax budur, onlara tərəfimizdən o haqq gəlincə: “Musaya verilən şeylər/əlamətlər/nümunələr kimi ona da bir şeylər verilməli deyildimi?” – dedilər. Daha əvvəl Musaya ve­riləni ört-basdır edib, rədd etməmişdilərmi? “Bir-birinə kömək çıxan/dəstəkləyən iki sehir/təsirli bilik” – dedilər. Və: “Şübhəsiz, biz hamısını qəbul etməyəcəyik” –  de­di­lər.

49De ki: “Əgər doğru insanlarsınızsa, dərhal Allah qatından mənə və Musaya enən ki­tablardan daha çox doğruya bələdçi olan bir kitab gətirin ki, mən də ona uyum!”

50Buna baxmayaraq, əgər sənə cavab verməzlərsə, bil ki, onlar, yalnız və yalnız həvəslərinə uy­maq­dadırlar. Allahdan bir yol göstərici olmadan, öz həvəsinə uyandan daha poz­ğun [çaşqın, aşağı] kim ola bilər? Tam əmin olun ki, Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edən cəmiyyətə yol göstərməz.

51Və and olsun Biz Sözü [vəhyi/Quranı] öyüd alsınlar deyə, bir-biri ardınca yolladıq.

52Sözdən [vəhydən – Qurandan] əvvəl özlərinə Kitab verdiyimiz insanlar… Onlar Sözə [vəhyə – Qurana] də inanırlar.

53Və onlara o Söz [vəhy – Quran] oxunduğu zaman onlar: “Biz ona inandıq. Şübhəsiz ki, o, Rəbbimizdən gələn gerçəkdir. Tam yəqinliklə bilin ki, biz ondan əvvəl mü­səl­man olanlar idik”– dedilər.

54Bax budur, onlara, səbr etdikləri üçün, mükafatları iki dəfə veriləcəkdir. Və on­­lar pisliyi yaxşılıqla sovar və özlərini ruziləndirdiyimiz şeylərdən Allah yo­lun­da xərcləyərlər/başda yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin edər­lər.

55Və onlar, boş söz eşitdikləri zaman ondan üz çevirərlər və “Bizim işlərimiz yalnız və yalnız bizim üçün, sizin işləriniz də yalnız və yalnız sizin üçündür. Sizə salam olsun! Biz ca­hil­ləri axtarmırıq” – deyərlər.

56Tam yəqinliklə bil ki, sən sevdiyini bələdçilənən doğru yola döndərə bilməzsən, am­ma Allah dilədiyinə doğru yolu göstərir və O, bələdçilənən doğru yolu qəbul edə­cək olanları daha yaxşı bilir.

57Və onlar: “Biz səninlə bərabər doğru yol bələdçisinə uyarsaq, yurdumuzdan çı­xa­rı­larıq”–dedilər. Biz onları, Öz qatımızdan bir ruzi olaraq, hər şeyin səmərələrinin top­lanılıb, özünə gətirildiyi, təhlükəsiz, toxunulmaz bir yerə – Məkkəyə yerləş­dir­mə­dik­mi? Lakin onların çoxu bilməzlər.

58Və Biz hərəkətləri ilə həddini aşmış necə şəhəri dəyişikliyə/dağıntıya uğratmışdıq. Bax budur, onların yerləri! Özlərindən sonra çox az oturulmuş olan məskənləri. Və Biz varislərin məhz özüyük.

59Rəbbin, özlərinə ayələrimizi oxuyan bir peyğəmbəri ana şəhərə göndərmədikcə, məm­ləkətləri dəyişikliyə/dağıntıya uğradan deyildir. Onsuz da Biz xalqı şərik qo­şa­raq, səhv/öz zərərlərinə iş edənlər olmayan məmləkətləri dəyişikliyə/dağıntıya uğ­radan deyilik.

(49/28, Qasas/1–59)

Nəcm: 151

 

60Və sizə verilən şeylər fani dünya həyatının qazancı və onun bəzəyidir. Allah qa­tın­da olanlar isə, daha xeyirli və daha qalıcıdır. Hələ də ağılla hərəkət etmə­yə­cək­si­nizmi?

61Bu halda Bizim, özünə gözəl bir surətdə söz verərək, ona qovuşan insan, bəsit dün­ya həyatının qazancını qazandırdığımız və sonra qiyamət günündə hüzurumuza gə­tirilənlərdən/hüzurumuzda “hazır ol!” əmrinə müntəzir tutulan insan ki­mi­dirmi?

62Və o gün Allah onlara səslənər və deyər ki: “Səhv edərək inanmış olduğunuz Mə­nim ortaqlarım hanı, haradadır?”

63Haqlarında Söz gerçəkləşən insanlar: “Rəbbimiz! Bax budur, bunlar bizim az­dırdığımız insanlardır. Biz yolumuzu necə azmışdıqsa, budur, bunları da eləcə biz azdırdıq. Biz səndən uzaq olduq. Onlar sadəcə bizlərə sitayiş etmirdilər” – deyərlər.

64Və: “Ortaqlarınızı çağırın!” – deyilir, onlar da çağırırlar. Sonra da onlar özlərinə ca­vab verməzlər və əzabı görərlər. Nə olardı, onlar bələdçilənən doğru yolu qəbul et­miş olsaydılar!

65Və o gün Allah, onlara səslənər və: “Göndərilən elçilərə nə cavab verdiniz?” – de­yər.

66Bax budur, o gün onlara bütün mühüm xəbərlər qapqaranlıq olmuşdur – artıq onlar bir-birlərindən də soruşa bilməzlər.

67Lakin tövbə etmiş, iman etmiş və quruculuq işləri etmiş insanlara gəldikdə, o, qur­tu­lu­şa çatanlardan olmağı uma bilər.

(49/28, Qasas/60–67)

Nəcm: 152

68Və sənin Rəbbin dilədiyi şeyi yaradar və onlar üçün xeyirli olan şeyləri seçər, onlar üçün isə seçim haqqı yoxdur. Allah onların ortaq qoşduqlarından münəzzəhdir və ucalar ucasıdır.

69Və sənin Rəbbin onların qəlblərində gizlətdikləri şeyləri və açığa vurduqları şeyləri bilir.

70Və O, Özündən başqa tanrı deyə bir şey olmayan Allahdır. İlkində və sonunda da bütün təriflər Onundur, hökm yalnız və yalnız Onundur. Və ancaq Ona döndəriləcəksiniz.

 (49/28, Qasas/68–70)

Nəcm: 153

71De ki: “Heç düşündünüzmü, əgər Allah üzərinizdə gecəni lap qiyamət gününə qədər fasiləsiz davam etdirsə/uzatsa, Allahdan başqa sizə işıq gətirəcək tanrı kimdir? Hə­­lə də qulaq asmayacaqsınızmı?”

72De ki: “Heç düşündünüzmü, əgər Allah üzərinizdə gündüzü lap qiyamət gününə qə­­dər fasiləsiz davam etdirsə/uzatsa, Allahdan başqa, istirahət edəcəyiniz gecəni si­zə gətirəcək tanrı kimdir? Hələ də görməyəcək­sinizmi?”

73Və Allahın mərhəmətindəndir ki, O, gecəni və gündüzü – gecələr dincələsiniz və gün­düzlər, Onun qarşılıqsız, artıqdan verdiklərindən axtarasınız və özünüzə verilən ne­mətlərin qarşılığını ödəyəsiniz deyə, var etdi.

74Və o gün Allah, onlara səslənib deyər ki: “Səhv edərək inandığınız Mənim ortaqlarım hanı, haradadır?”

75Və Biz hər liderli cəmiyyətdən bir şahid çəkib çıxardıq və: “Haydı, qəti dəlilinizi gə­tirin!” – dedik. Artıq bildilər ki, həqiqət Allaha aiddir və uydurduqları şeylər öz­lə­rin­dən ayrılıb, yox olmuşdur.

(49/28, Qasas/71–75)

Nəcm: 154

76,77Şübhəsiz, Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarları güclü, qüvvətli bir top­lu­lu­ğa ağır gələrdi. Bir zaman qövmü ona demişdi ki: “Öyünmə! Şübhəsiz ki, Allah öyünənləri sevməz. Və Allahdan sənə axirət yurdunu verməsini istə. Dün­ya­dan da nəsibini unutma! Allahın sənə ehsan etdiyi kimi, sən də ehsan et. Və yer üzün­­də pozğunçuluğu istəmə. Şübhəsiz ki, Allah pozğunçuları sevməz”.

78Qarun: “Bu sərvət, mənə ancaq məndə olan bilik sayəsində verildi” – dedi. Bil­məz­di­mi ki, Allah, özündən əvvəlki nəsillərdən, ondan daha güclü, ondan daha çox tə­rəf­darı, təcrübələri olan insanları tam yəqinliklə bilin ki, dəyişikliyə/dağıntıya uğ­rat­mışdı. Və bu günahkarlar, digərlərinin günahlarına görə məsuliyyət daşımazlar.

79Sonra Qarun bəzək, görkəm içində qövmünün qarşısına çıxdı. Dünya hə­yatını istəyən insanlar: “Kaş ki, Qaruna verilənlərdən bizdə də olsaydı! Şübhəsiz ki, o – Qarun çox böyük bir nəsib sahibidir” – dedilər.

80Və özlərinə bilik verilmiş olan insanlar isə: “Vay bizim halımıza! İman edən və sa­leh əməl edən insanlar üçün Allahın verəcəyi mükafat daha xeyirlidir. Ona da an­caq səbr edənlər qovuşa bilərlər” – dedilər.

81Sonunda Biz onu və evini yerlə yeksan etdik. Artıq Allahın yaratdığı sərvətlərdən özü­nə kömək edəcək bir tərəfdar da olmadı və o, özünü müdafiə edib, qurtara biləcək insanlardan da deyildi.

82Və elə dünən onun yerində olmağı istəyənlər: “Demək ki, Allah qullarından di­lə­di­yinə ruzini çoxaldır və azaldır. Əgər Allah bizə ərməğan vermiş olmasaydı, bi­zi də yerin dibinə batırardı. Və demək ki, kafirlər özlərini qurtara bilmirlər” – deyərək sabahladılar.

(49/28, Qasas/76–82)

Nəcm: 155

83Bax budur, axirət yurdu! Biz onu yer üzündə təkəbbürlənməyi və pozğunçuluğu arzulamayan insanlar üçün hazırlarıq. Və aqibət, Allahın qoruması altına girənlər üçündür.

84Kim bir yaxşılıq gətirirsə, ona ondan daha xeyirlisi/ona onun müqabilində bir xeyir vardır. Və kim bir pislik gətirirsə, bax budur, o pislikləri işləyənlər ancaq etdikləri şeylər ilə qarşılıqlandırılırlar.

(49/28, Qasas/83–84)

Nəcm: 156

85Şübhəsiz ki, Quranı sənə fərz qılan Allah, əlbəttə, səni dönəcəyin yerə mütləq döndərəcəkdir. De ki: “Mənim Rəbbim, kimin doğru yol bələdçisi ilə gəldiyini və kimin açıq-aşkar bir pozğunluq içində olduğunu daha yaxşı biləndir”.

86Və sən Kitabın sənə vəhy ediləcəyini/endiriləcəyini ummurdun. O, ancaq Rəbbindən bir mərhəmət olaraq verildi. Elə isə, qətiyyən kafirlərə arxa çıxma/kömək etmə.

87Və ortaq qoşanlar, sənə Kitab endirildikdən sonra, qətiyyən səni Allahın ayələrindən ayır­ma­sın­lar. Və Rəbbinə dəvət et! Və qətiyyən ortaq qoşanlardan olma!

88Və Allah ilə bərabər başqa bir tanrıya yalvarma. Ondan başqa heç bir tanrı yox­dur. Onun Zatından başqa hər şey yox olacaqdır. Qanun-qayda, yalnız və yalnız Onun­dur. Siz də ancaq Ona döndəriləcəksiniz. İsra/1Qulunu bir gecə ayələrimizdən/əlamət­lə­ri­mizdən/nümunələrimizdən göstərək deyə, Məscidülhəramdan bir kənarı­nı mü­barək qıldığımız Məscidüləqsaya yeridən Zat, hər cür nöqsan sifətlərdən mü­nəz­zəhdir. Şübhəsiz ki, O, ən yaxşı eşidənin, ən yaxşı görənin məhz özüdür.

(49/28, Qasas/85–88+50/17, İsra/1)

TƏHLİL:

1Ta/9, Sin/60, Mim/40.

Surənin bu ilk ayəsi Şüəra surəsinin ilk ayəsi ilə eyni olduğundan, izah üçün Şüəra surəsinin “hüruf–i mukattaa” ilə əlaqədar qisminə baxılmasını məsləhət görürük.

2Bunlar, aydın və açıqlayıcı kitabın ayələridir.

Birinci ayə kimi, bu ayə də Şüəra surəsinin ikinci ayəsiylə eynidir. Bəzi alimlər, bu ayədə verilən “apaçıq/açıqlayıcı kitab” ilə Tövratın qəsd edildiyini irəli sürmüşdülər. Biz, “apaçıq/açıqlayıcı kitab”ın Quran olduğuna inanırıq. Çünki buradakı “تلك tilkə [bunlar]” işarə əvəzliyi ilə işarə edilənlər [bundan sonra gələn ayələr], Musa peyğəmbərin həyat hekayəsinə aid ayələrdir və bunların Musa peyğəmbərə verilən kitabda mövcud olmasından bəhs edilmir.

Həmçinin Rəbbimiz bir ayəsində belə buyurmuşdur:

  • 1Əlif/1, Lam/30, Ra/200. Bax budur, bunlar, o qaydalar ehtiva edən kitabın ayə­lə­ridir.
  • 2İnsanları xəbərdar etsin və inananlara Rəbbi nəzdində tam yəqinliklə bilin ki, “qədəmə sıdq [xoş gəlişlər, xoşbəxt yaşayışlar]” olduğunu müjdələsin deyə, öz­lə­rindən, yetkin bir insana vəhy etməyimiz onlara qəribəmi gəldi? Kafirlər: “Heç şübhəsiz, bu elçi/bu kitab, yəqin ki, açıq-aşkar ovsunlayıcı sözlər söyləyən bir biliklidir/göz bağlı­ca­dır, qüdrətli bi­likdir”– dedilər. (Yunus/1, 2)

Göründüyü kimi, Yunus/1, 2-ci ayələrdə işarə edilən “Hakim Kitab” Qurandır və insanları xəbərdar etmək, inananlara müjdə vermək üçün özünə vəhy edilən adam da Allah elçisi Muhəmməddir. Beləliklə, mövzumuz olan 2-ci ayədə “ تلك  tilkə” işarə əvəzliyi ilə qəsd edilənlər də Quran ayələri olmalıdır.

3Biz iman edəcək bir cəmiyyət üçün Musa və Fironun önəmli xəbərlərindən bir qismini sənə haqq ilə oxuyuruq, təqib etdirırik.

Ayədəki “iman edəcək bir qövm” ifadəsiylə, bu hekayənin ancaq inanacaq bir qövmə yararı olacağı vurğulanmışdır. Dolayısıyla hekayətin inanmayan, inadla üz çevirənlərə fayda verməməsi təbiidir.

Ayədə, təbiz [qismilik] mənası ehtiva edən “من min” ədatı gətirilərək, Musa peyğəmbər və Firona aid hekayətlərdən bir neçəsinin anladılacağı ifadə edilmişdir. Belə ki, surədəki hekayət Musa peyğəmbər və Firona aid hekayətlərin hamısı deyil, bir bölməsidir. Bəhs edilən hekayətlərin hamısına çatmaq üçün Qurandakı bir çox bölmənin bir yerə yığılması lazımdır. Bu hekayətlər bu surələrdədir: Bəqərə/47-59, Əraf/103-141, Yunus/75-92, Hud/96-100, İsra/101-104, Məryəm/51-53, Ta Ha/1-99, Möminlər/45-49, Şüəra/10-68, Nəml/7-14, Ənkəbud/39-40, Mömin/23-44, Zühruf/46-56, Duhan/17-37, Zəriyət/38-40, Nəziət/15-26].

Ayədə “oxuyuruq [izlədirik]” şəklində tərcümə etdiyimiz sözün əsli “ تلاوة tilavət” sözüdür. “Tilavət” sözü nə qədər də “oxumaq” olaraq məşhur olmuşsa da, dilimizdəki “oxumaq” feli “tilavət” sözünün ifadə etdiyi mənanı tam olaraq qarşılamır.

“Tilavət” sözü, Şəms surəsinin 2-ci ayəsindəki “Və təqib etdiyi zaman aya and olsun ki” ifadəsində göründüyü kimi, “təqib etmək, arxasına düşmək, yaxından izləmək” deməkdir. [2]

Beləliklə, mövzumuz olan ayədəki “tilavət” sözü ilə Allahın öz elçisinə vəhyini, əmrlərini, qadağalarını, hekayətlərini diqqətlə və yaxından təqib etdirməsi qəsd edilmişdir.

4Şübhəsiz ki, Firon, yer üzündə ucaldı və idarəsi altında olan insanları qruplara ayırdı/onlardan bir qrupunu gücsüzləşdirmək istəyir, onların oğullarını boğazlayır – təh­­silsiz, təlimsiz buraxıb xüsusiyyətsiz bir kütlə təşkil edərək gücsüzləşdirir, qızla­rı­nı da sağ buraxırdı. Şübhəsiz ki, o, fitnə-fəsad törədənlərdən idi.

Bu ayə ilə Musa Peyğəmbər və Firon hekayətinə başlanılmış və Fironun ümumi siyasəti ilk dəfə burada açıqlanmışdır. Bildirildiyi kimi, özünü ucalar ucası görən Firon, əmri altındakı xalqı qruplara ayırmış və bunlardan israiloğullarını təhsilsiz, təlimsiz, məsləksiz buraxmaqla gücsüzləşdirmək istəmişdir.

Qeyd: Fironun tətbiq etdiyi gücsüzləşdirmə siyasətini ifadə edən ayələrdə verilən “qətl” və “zəbh” sözləri məcazidir. Bu mövzuda Əraf surəsinin 141-ci ayəsinin təhlilində geniş izah edilmişdir.

Fironun bu siyasəti, daha sonra rastımıza çıxacaq başqa ayələrdə də açıqlanmışdır:

  • 49Və o zaman Biz sizi əzabın ən pisinə çarpdıran, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxaraq bacarıqsiz bir kütlə əmələ gətirib gücsüzləşdirən, qadınla­rı­nı­zı sağ buraxan Fironun yaxınlarından qurtarmışdıq. Və bunda sizə Rəbbiniz tərə­fin­dən böyük bir bəla vardı. (Bəqərə/49)
  • 6,7Və həmçinin Musa qövmünə demişdi ki: “Allahın üzərinizdəki nemətini xatırlayın, həmçinin O, sizi işgəncənin pisini edən, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxıb bacarıqsız bir kütlə əmələ gətirməklə gücsüzləşdirən və qadınlarınızı sağ buraxan Firon ailəsindən qurtardı. Və bax budur, bunda Rəbbinizdən sizə çox ciddi əziyyət çəkərək/yorularaq bir sınanmaq vardır. Və həmçinin, Rəbbiniz elan etmişdi: “And olsun ki, sahib olduğunuz nemətlərin qarşılığını ödəyərsinizsə, əlbəttə, sizə onu artdıra­ram və əgər nankorluq edərsinizsə, heç şübhəsiz, əzabım çox çətindir”.             (İbrahim/6, 7)

Ayədə verilən “Şübhəsiz ki, Firon yer üzündə ucaldı ifadəsindəki “ucaldı” sözü “təkəbbürləndi, diktator oldu, yekəxanalıq elədi və azdı” mənalarına gəlir. Bununla Fironun qüvvəti, qüdrəti qəsd edilmişdir. İfadədə yer alan “yer üzündə” tamamlayıcısı isə bütün yer üzünü deyil, sadəcə Fironun idarə etdiyi diyarı bildirir.

Yuxarıdakı mətndən anlaşıldığına görə, Yusuf peyğəmbərin ölümündən sonra Misirin başına keçən idarəedici, öz qövmünü [Qibtiləri] İsrailoğullarına qarşı üstün hala gətirmək üçün hər vasitəyə baş vurmuşdur. İdarəçilər tərəfindən izlənən bu irqçi siyasət səbəbiylə İsrailoğullarına sadəcə ən ağır işlərdə işlədilməklə, alçaldılıb, aşağılanmaqla qalmamışlar. Yeni doğulan oğlan uşaqlarının öldürülməsi kimi insanlığa sığmayan bir tətbiqata da məruz qoyulmuşdular.

Fironun bu siyasəti hansı səbəblə həyata keçirdiyi, yuxarıdakı sitatın 10-cu cümləsindən açıq şəkildə bəlli olmasına baxmayaraq, bu mövzuda Talmud və digər İsrailiyyat qalıqlarına etibar edilərək, aşağıdakılara bənzər bir çox hekayə düşünülmüşdür:

  • Bir kahin, Firona demişdir ki: “İsrailoğulları arasında, filan gecədə doğulacaq bir uşaq ucbatından, sənin mülkün və dövlətin yox olub gedəcəkdir”. O bildirilən gecədə də on iki oğlan uşağı doğulmuş, Firon isə onları öldürtmüşdür.

Müfəssirlərin əksəriyyətinə görə, bu işgəncə, İsrailoğulları arasında uzun illər davam etmişdir. Vehb belə demişdir: “Qibtilər, Musa[ə.s]ı tapa bilmək üçün, İsrailoğullarından doxsan min adamı öldürdü”.

Süddiyə görə Firon, yuxusunda, Beyt-i Maqdis yönündən bir atəşin gəldiyini, Misir diyarını da içinə aldığını, sonra isə İsrailoğullarını deyil, Qibtiləri yandırıb kül etdiyini görmüş. Beləliklə də, yuxusunu təbirçilərdən soruşmuş, onlar da, İsrailoğullarının gəldiyi və onların içindən Misirin həlakına səbəb olacaq olan bir adamın çıxacağını söyləmişlər. Buna görə Firon da İsrailoğullarının oğlan uşaqlarının öldürülməsini əmr etmişdir. [3]

Fironun fitnəsi.

Ayədə Firona yönəlik olaraq verilən “şübhəsiz ki, o, pozğunçulardan idi” ifadəsiylə fironun oğlan uşaqlarının qurban, məzlum edilməsi təlimatını verməklə, etdiyi işin sadəcə qarışıqlıq çıxarmaqdan ibarət bir pozğunçuluq dərəcəsində olduğuna işarət edilir. Yoxsa bu tətbiqatıyla Fironun Allahın təqdirinə əngəl olması mümkün deyildir.

5Biz isə istəyirik ki, yer üzündə gücsüzləşdirilmişlərə ərmağan verək, onları başçı­lar və mirasçılar edək. 6Və onları yer üzündə sağlam şəkildə yerləşdirək. Firon, Haman və hər ikisinin əsgərlərinə, onlardan çəkinməkdə olduqları şeyləri gös­tərək.

Bu ayələrdə, edilən zülmün ortadan qaldırılmasına yönəlik sünnətüllah, hadisəyə xas bir üslubla ifadə edilmişdir. Bilindiyi kimi, Rəbbimiz, rəhməti öz üzərinə borc yazmış və buna uyğun olaraq da insanlığın fəsaddan qurtulub, adil şəraitlərdə yaşaması üçün elçi göndərmiş, kitab endirmiş, zalımlara heç macal verməmişdir. Belə ki, tarixə baxıldığında küfr dövrlərinə rastlamaq mümkündür, amma dağılmadan davam etmiş bir zülm dövrü görmək mümkün deyildir.

6-cı ayədə verilən “çəkindikləri şeyləri” ifadəsi, “istəmədikləri, başlarına gəlməsindən qorxduqları” mənasına gəlir. Bu, onların iqtidarlarının sona çatması, dövlətlərinin dağılması deməkdir. İlahi plan bununla da qalmayacaq, həmçinin İsrailoğullarının Fironun sahib olduğu nemətlərə qonmaları, müxtəlif lütflərə qovuşmaları və cəmiyyətlərə lider olmaları şəklində təzahür edəcəkdir.

Haman. Bu ad, bu surənin 6-cı və 38-ci ayələri ilə Mömin surəsinin 36-cı ayəsində olmaqla Quranda cəmi üç dəfə keçir. Bu ayələrdən anlaşıldığına görə Haman, Firona çox yaxın olan birisidir. Ancaq bizim fikrimizcə, “Haman” adı o adamın öz xüsusi adı olmayıb, ünvanıdır. Böyük bir ehtimalla “Haman” adı qədim Misir dinində tanrı Amona nisbət edilən yüksək sinifdən rahiblərə verilən “Ha-Amen” unvanının ərəbcələşmiş şəklidir. Bu halda, o dövrdə Misirdə hakim olan Amon kultunu təmsil edən ən yüksək dərəcəli rahibin, idarəçilikdə Firondan sonra gələn ikinci adam olması da tamamilə təbiidir. Həmçinin Hamandan “qüllə düzəldən” olaraq söz edilməsi, böyük Misir piramidalarının dini məqsədinə və baş rahibin, piramidaların baş memarı olaraq, icra etdiyi funksiyaya işarət etməsi ola bilər.

Lakin bəziləri, Quranda verilən “Haman” ilə Kitab-i Müqəddəsdəki “Haman”ı bir-birinə qarışdırmışlar və bu qarışdırmaqla bağlı olaraq da mövzumuz olan ayə ilə əlaqədar tənqid etmişdilər. Onlara görə Haman, Musa Peyğəmbərdən min il sonra yaşamış Fars Kralı I Artakserksesin nədimidir (Kitab-i Müqəddəs; Ester). Ancaq bu iddia, dünyada Artakserksesin nədimi olan Hamandan başqa “Haman” adlı bir şəxsin yaşamadığı mənasına gəlir ki, dünyadan tək bir Hamanın keçdiyinin qəbul edilməsi demək olan bu iddiaya etibar edilməməlidir.

7Və Biz Musanın anasına vəhy etdik: “Onu əmizdir. Əgər onun üçün qorxursansa, onu çaya burax, qorxma və kədərlənmə. Şübhəsiz, Biz onu sənə döndərəcəyik və özünü elçilərdən biri edəcəyik”.

Yuxarıda, 3-cü ayədə bəhs edilən tilavət [oxuma, yaxından izlətmə və anlatma], o günlərin ümumi vəziyyəti haqqında məlumat verən 4-6-cı ayələrdən sonra bu ayədən etibarən Uca Allahın Musanın anasına vəhy etməsiylə başlamış olur. Buradakı “vəhy”, “ilham etmə, içə doğurmaq, qəlbə doğurmaq” mənasındadır. Vəhyin şəkilləri və mənaları ilə əlaqədar olaraq Nəcm surəsinə baxıla bilər.

İsrailoğullarının oğlan uşaq doğan digər qadınları kimi, Musa(əs)ın anasının da öldürülməyə məhkum bir oğlan uşağı dünyaya gətirdiyinə görə, Uca İradə tərəfindən ona ilk olaraq uşağın əmizdirilməsi vəhy edilmişdir. Uşağın suya buraxılması ilə əlaqədar ilham isə uşağın təhlükədə olduğunu hiss etməsi şərtinə bağlı olaraq verilmişdir.

Musa Peyğəmbərin anasına edilən vəhy, Ta Ha surəsində belə yer almışdır:

  • 38“O zaman ki, bir vaxt vəhy olunan şeyləri anana vəhy etmişdik: 39“Musanı sandıq içinə qoy və bol suya/çaya burax, sonra da bol su/çay onu sahilə atsın. Onu Mənə düşmən olan və ona düşmən olan birisi götürsün”. Və Mən, tərəfimdən sənin üzərinə bir məhəbbət əta etdim və Mənim nəzarətim altında yetişdirilməyin üçün, (Ta Ha/38, 39)

Musa Peyğəmbərin doğulması Kitab-i Müqəddəsdə belə anladılır:

1– Levili bir adam öz oymağından bir qızla evləndi.

2– Qadın hamilə qaldı və bir oğlan doğdu. Gözəl bir uşaq olduğunu görüncə, onu üç ay gizlədi.

3– Daha artıq gizləyə bilməyəcəyini anlayınca, həsir bir səbət alıb, qır və qətranla suvadı. İçinə uşağı yerləşdirib, Nil sahilindəki qamışlığa buraxdı.

4– Uşağın böyük bacısı qardaşına nə olacağını görmək üçün uzaqdan izləyirdi.

5– O sırada Fironun qızı yuyunmaq üçün çaya endi. Xidmətçiləri çayın sahilində yeriyirdilər. Qamışların arasındakı səbəti görüncə, Fironun qızı onu gətirməsi üçün xidmətçisini göndərdi.

6– Səbəti açınca ağlayan uşağı gördü. Ona acıyaraq: “Bu bir İbrani uşağı” – dedi.

7– Uşağın böyük bacısı Fironun qızına: “Gedib bir İbrani süd ana çağırımmı?” – deyə soruşdu, “Sənin üçün uşağı əmizdirsin.”

8– Fironun qızı: “Olar” – deyə cavab verdi. Qız gedib uşağın anasını çağırdı.

9– Fironun qızı qadına: “Bu uşağı al, mənim üçün əmizdir, haqqın nə isə verərəm” – dedi. Qadın uşağı alıb əmizdirdi.

10– Uşaq böyüdükdə, onu geri gətirdi. Fironun qızı uşağı övladlığa götürdü. “Onu sudan çıxardım” – deyərək adını Musa qoydu. [4]

8Sonra da Firon ailəsi onu özləri üçün bir düşmən və kədər – “tapılmış” olaraq aldı. Şübhəsiz ki, Firon, Haman və bu ikisinin əsgərləri xəta edənlər idilər.

Ayədən anlaşıldığına görə Musa Peyğəmbərin anası bir təhlükə hiss etmiş və özünə vəhy edildiyi kimi, uşağını suya buraxmışdır. Bu nöqtədən sonra Uca İradə işə müdaxilə etmiş, uşağın Firon ailəsi tərəfindən “tapıntı” olaraq alınmasını təmin etmişdir. Bu hərəkət ayədə “ إلتقاط iltiqat” sözü ilə ifadə edilmişdir. Bu söz “bir şeyi almaq, bir şeyi axtarmadan, istəmədən tapmaq, tükləri yolmaq” deməkdir.

 Rəbbimiz, uşağın tapılmasını təmin etmək səbəbini “özləri üçün bir düşmən və kədər olmaq üçün” deyə izah etmişdir. Deməli ki, uşaq və anası üçün bir nemət olan bu hadisə, Firon və Haman üçün bir cəza vəziyyətindədir. Çünki onlar, öz idarəçiliklərinə son verəcək olan adamın tapılan uşaq olduğunun fərqində deyildilər. Onlar, üzərində olduqları küfr və zülmə görə günahkardırlar və Allah da onları qarşıda həlaklarına səbəb olacaq insanı [ən böyük düşmənlərini] öz əllərində böyütmələrini təmin etməklə cəzalandırmışdır.

لقطة Luqata. Ayədən anlaşıldığına görə, Firon uşağa “لقطة luqata” qaydalarına görə sahib çıxmışdır. “لقطة Luqata” qaydası Quranda keçməməklə yanaşı, bütün dinlərdə və dünyəvi hüquqda var olan “malı qorumaq” prinsipinə əsaslandığına görə Qurandan təsdiq alır.

“لقطة Luqata” bir hüquq termini olaraq, “mülkiyyətini və ya üzərindəki haqqını tərk etmək niyyəti olmadan, sahibinin iradəsindən kənar itmiş və başqası tərəfindən tapılıb, sahibinə verilmək üçün alınmış, tapanın sahibini bilmədiyi, üzərində sahibindən başqasının təsərrüf haqqı olmayan mal” şəklində izah edilmişdir. Hüquq sahəsində “لقطة luqata” şahid göstərməkdən elan etməyə, sahibinə təslim şərtlərindən tapanın sahibi çıxmayan tapıntıdan faydalanma şərtlərinə, hissələrindən vergisinə qədər geniş olaraq təhlil edilmişdir.

9Və Fironun xanımı: “Mənim və sənin üçün göz aydınlığı! Onu öldürməyin, bəlkə bizə bir faydası toxunar, ya da onu övlad edərik” – dedi. Və onlar işin fərqində ol­madı­lar.

Fironun xanımının bu ayədə verilən “Mənim və sənin üçün göz aydınlığı! Onu öldürməyin, bəlkə bizə faydası toxunar, ya da onu övladlığa götürərik” şəklindəki sözləri həyata keçmiş və Musanın qarşıdakı illərdə ona böyük faydası olmuşdur.

Sonradan iman edən bu möhtərəm qadın, Rəbbimiz tərəfindən bütün insanlığa nümunə göstərilmişdir:

  • 11Allah inanan insanlara da Fironun zövcəsini nümunə göstərdi. Həmçinin o: “Rəbbim! Mənə nəzdində cənnətin içində bir ev qur, məni Firondan və onun əməlin­dən qurtar. Və məni bu şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmün­dən qurtar!” – demişdi. (Təhrim/11)

9-cu ayənin sonundakı “Və onlar, şüurlarını işlətmirlər [işin fərqində olmurlar]” ifadəsi bir mötərizə içi cümlə olub, Rəbbimizə aiddir. Bu ifadədən “onlar öz həlaklarının Musa ucbatından və onun əlindən olacağının fərqində deyillər” və ya “izləndiklərini bilmirlər” mənalarını çıxarmaq mümkündür. Ancaq bu sözlərin Fironun xanımına aid olduğu qəbul edilərək, “İsrailoğulları və Misir xalqı bizim onu tapdığımızın fərqində deyillər” şəklində də başa düşülə bilər.

Fironun xanımının “onu öldürməyin” deməsi, Fironun və xidmətçilərin uşağın varlığından narahat olduqlarını düşündürür. Amma Ta Ha surəsinin “Və Mən tərəfimdən sənin üzərinə bir məhəbbət buraxdım və Mənim nəzarətim altında yetişdirilməyin üçün” mənasındakı 39-cu ayəsində bildirildiyi kimi, Rəbbimiz Fironun xanımının qəlbinə bir sevgi bəxş etmiş və onun uşağa sahib çıxmasını təmin etmişdir.

10Musanın anası ürəyi bomboş oyandı. Əgər Biz inananlardan olması üçün onun qəlbini yaxşılaşdırmamış olsaydıq, haradasa bu işi bəlli edəcəkdi. 11Və Mu­sa­nın anası Musanın bacışına:– “Onu izlə” – dedi. O da dərhal, onlar fərq etmədən, uzaqdan onu izlədi.

12Və Biz daha əvvəl ona süd analarını haram etdik. Buna görə də Musanın bacısı: “Sizə, ona sizin yerinizə baxa biləcək və ona öyüd verib, tərbiyə edəcək bir ailə göstərimmi?” – dedi.

13Beləliklə, Biz onu gözü aydın olsun, qəm çəkməsin və Allahın verdiyi sözün ger­çək olduğunu bilsin deyə, anasına geri verdik. Və lakin onların çoxu heç bil­məz­lər.

Bu ayə qrubunda ilahi planın necə işlədiyi açıq və konkret olaraq göstərilir. Xatırlayacağımız kimi, hekayətin bu bölməsindəki hadisələr, Ta Ha surəsinin 40-cı ayəsinin içində iki cümlə ilə xülasə edilmişdi:

  • 40o zaman ki, bacın yeriyirdi və: “Sizi Ona baxa biləcək birinə aparımmı?”– deyirdi. Beləliklə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana geri döndərdik. Və sən, bir can öldürmüşdün və səni qəmdən qurtarmışdıq. Və Biz səni butada əridib saflaşdırdıqca, saflaşdırdıq/səni yetkinləşdirdik. Bir də illərlə Mədyən xalqı içində qaldın. Sonra bir ölçüyə/plana uyğun olaraq gəldin, ey Musa! (Ta Ha/40)

Ayələrdən anlaşıldığına görə, uşağın bacısı onu saraya qədər izləmiş və hadisələrin sonrakı inkişafını öyrənmək üçün orada qalmışdır. Uşaq heç bir süd anasını qəbul etmədiyinə götə kraliçaya: “Sizə, sizin əvəzinizə ona baxa biləcək və ona təlim-tərbiyə verə biləcək bir ailə göstərimmi?” – demişdir. Diqqət edilirsə, bacı buradakı ifadəsində “uyğun bir süd anası” deyil, uşağa sevgi və həssasiyyətlə baxacaq və onu təlimləndirərək böyüdəcək bir ailə tövsiyə edə biləcəyini bildirmişdir. Uşaqların doğulduqlarından etibarən yaxşı baxılıb, yetişdirilmələri üçün özlərinə dayəlik də edə biləcək süd analara verilməsi, varlı ailələr arasında qədimdən bəri tətbiq edilən bir adətdir. Bu adət ərəblərdə də vardır və belə ki, peyğəmbərimiz də süd anası Həlimə xanım tərəfindən böyüdülmüşdür.

Bacının tövsiyəsinə uyğun olaraq, uşağın ailəsinə verilməsi, uşağın anası sarıdan böyük bir bəxtiyarlıqdır. Çünki qadın həm öz uşağını əmizdirəcək, böyüdəcək, təlim-tərbiyə verəcək, həm də bu iş üçün Firondan zəhmət haqqı alacaqdır.

Göründüyü kimi, Allah tərəfindən həyata keçirilən bu əsrarlı planın bir gözəl nöqtəsi də, Musa(əs)ın Firon tərəfindən sarayda bir şahzadə olaraq deyil, öz ailəsi içində İsrailoğullarının inancı və mədəniyyətinə uyğun olaraq yetişəcək olmasıdır. Belə ki, Musa (əs) bu plana uyğun olaraq, Firon sinfinin, xalqının bir üzvü olmamış, məhz bir İsrailoğlu olmuşdur.

Kitab-i Müqəddəsdə və Talmudda uşağa “Moses [Musa]” adının Fironun sarayında verildiyi yazılır. İbranicə olmayıb, Qibticə olan bu söz “Onu sudan çıxardım” mənasına gəlir. Belə ki, Qibti dilində “mo” “su” deməkdir və “oshe” də ibarənin digər qisminə qarşılıqdır. [5]

13-cü ayənin sonundakı “Və lakin onların bir çoxu bilməzlər” ifadəsi, “Allahın təqdirinin nə olduğunu bilməzlər” şəklində başa düşülməlidir. Çünki insanlar bir hadisənin özləri üçün yaxşı və ya pis olacağını, bu barədəki təqdiri başdan bilməzlər.

Beləliklə, sonu özləri üçün pis olacaq bir hadisədən məmnun ola bilər, özləri üçün xeyir gətirəcək xoş görünən bir hadisədən isə xoşlanmaya bilərlər:

  • 11Və insan xeyiri dəvət edirmiş kimi, şəri dəvət edər. Və insan çox tələskəndir. (İsra/11)
  • 216Və döyüşməyin sizin üçün xoş olmayan bir şey olmasına baxmayaraq, sizə məcburi vəzifə olaraq verildi. Ola bilər ki, siz sizin üçün xeyirli olan bir şeydən xoşlanmazsınız. Yenə ola bilər ki, siz sizin üçün pis, zərərli olan bir şeyi sevirsiniz. Və Allah bilir, siz bilməzsiniz. (Bəqərə/216)
  • 19Ey iman edənlər! Qadınlara zorla mirasçı olmağınız/mallarından istifadə etmək məqsədi ilə onların sizdən ayrılmasını əngəlləməyiniz sizə halal olmaz. Və onlara verdiyinizin bir qismini götürməyiniz üçün açıq bir fahişəlik [çirkin bir həya­sız­lıq/zina] etmədikləri müddətcə onları sıxışdırmayın. Və onlarla adət-ənə­nə­yə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yollarla münasibətdə olun. Və əgər öz­lə­rindən xoşlanmadınızsa, siz bir şeydən xoşlanmasanız da, ola bilər ki, Allah sizin xoş­lan­ma­dı­ğınız şeydə bir çox xeyir əmələ gətirəcək. (Nisa/19)

14Və Musa igidlik çağına girib oturuşunca, Biz ona qaydalar və bilik verdik. Və Biz gözəl davrananları bax budur, belə qarşılıqlandırırıq.

Bir kəsə “hökm və elm verilməsi”, ona peyğəmbərlik verilməsi deməkdir. Buna görə ayə, Musa peyğəmbərə elçilik verildiyini və həyatının bu dövründə igidlik çağına girib, oturuşduğunu bildirir. Ayədə verilən “igidlik çağı”, yuxarıda tərcüməsini verdiyimiz Ta Ha surəsinin 40-cı ayəsindən də anlaşılacağı kimi, Musa peyğəmbərin müxtəlif sınaqlardan keçirildikdən sonrakı çağıdır.

Bu vəziyyət, Şüəra surəsinin 18-22-ci ayələrində Musa peyğəmbərin öz dilindən nəql edilmişdir:

  • 18Firon: “Biz səni uşaq ikən, içimizdə tərbiyə etmədikmi? Həyatının bir çox illərini içimizdə qalmadınmı? 19Sonunda o etdiyin işi də etdin. Sən nankorlardan birisən…” – dedi.
  • 20–22Musa: “Mən, o işi çaşqınlardan olduğum zaman etdim. Sizdən qorxunca da dərhal sizdən qaçdım. Sonra Rəbbim mənə qanunlar-qaydalar bəxş etdi və məni elçilərdən biri etdi. O başıma qaxdığın nemət də, İsrailoğullarını özünə kölə etmiş olmağındır” – dedi. (Şüəra/18-22)

Sünnətüllahdakı “müxtəlif sınaqlardan keçirib yetkinləşdirdikdən sonra hökm və elm vermək” tətbiqatı, Yusuf peyğəmbərin həyatında da eynilə görünür. O da müxtəlif sınaqlardan keçirilib, yetkinləşdirildikdən sonra özünə elm və hikmət verilmişdir. Elm və hikmət verilməsi, Quran mənasında elçi edilməklə eyni mənaya gəlir.

Mövzumuz olan ayədə verilən “yetkinləşmə” ilə həm fiziki qüvvələrin kamala çatmasının, həm də zehni qüvvətin mükəmməlləşməsinin qəsd edildiyi aydındır. Ancaq daxili və xarici amillərə görə insandan insana dəyişən yetkinlik çağının hansı yaşa təqabül etdiyi qeyd edilməmişdir.

Rəbbimiz bu xüsusu başqa bir ayədə bildirmiş və yetkinlik çağına çatmağı “qırx yaşa gəlmə” olaraq ifadə etmişdir:

  • 15Və Biz insana, ana və atasına yaxşılaşdırmağı/gözəlləşdirməyi öhdəlik olaraq çatdırdıq. Anası onu zəhmətlə daşıdı və zəhmətlə dünyaya gətirdi. Və onun daşınması və ayrılması otuz aydır. Sonunda insan yetkinlik çağına çatdığı və qırx yaşa gəldiyində: “Rəbbim! Mənə, anama və atama ehsan etdiyin nemətlərinə qarşılıq ödəməyimi və Sənin razı olacağın saleh əməl işləməyimi təmin et. Mənim üçün soyumun içində düzəlişlər et/saleh insanlar ver. Şübhəsiz ki, mən sənə yönəldim. Və mən şübhəsiz ki, müsəlmanlardanam” – dedi. (Əhqaf/15)

Həqiqətən də, edilən tədqiqatlar insanın fiziki və zehni inkişafının 40 yaşa qədər sürdüyünü göstərir. 40 yaşdan sonra fiziki fəaliyyətlərdə geriləmə başlarkən, əqli mələkələrdə isə artımlar davam edir. Bu vəziyyət, yetkinlik yaşının 40 yaş olaraq qəbul edilməsinə yol açmışdır. Rəbbimizin vəhy üçün 40 yaşı seçməsi bu incəliklərə görədir. Belə ki, peyğəmbərimiz də, tarixi sənədlərə və şifahi olaraq gələn məlumatlara görə 40 yaşlarında ikən elçi olaraq vəzifələndirilmişdir.

15Və Musa, şəhər xalqının xəbərsiz olduğu bir anda şəhərə girdi. Sonra orada biri öz tərəfindən, digəri düşmən tərəfindən, bir-birlərini öldürməyə çalışan iki nəfər gör­dü. Sonra öz tərəfindən olan düşmənə qarşı Musadan kömək istədi. Musa da o birinə dər­hal bir yumruq endirdi, o da dərhal öldü. Musa: “Bu, şeytanın işindəndir, şübhəsiz ki, o, azdırıcı, açıq-aşkar bir düşməndir” – dedi.

16Musa: “Rəbbim! Şübhəsiz ki, özümə haqsızlıq etdim. Artıq məni bağışla!” dediyinə görə, Allah onu bağışladı. Şübhəsiz ki, O, çox bağışlayanın, çox mərhəmət edənin məhz özüdür.

17Musa: “Rəbbim! Mənə nemət olaraq verdiyin şeylərə and olsun ki, artıq heç bir zaman günahkarlara arxa çıxmayacağam” – dedi.

18Sonra da Musa şəhərdə qorxu  içində, ətrafı nəzarət edərək sabahladı. Bir də nə görsün, dünən özündən kömək istəyən adam, yenə də fəryad edərək ondan kömək istəyir. Musa ona: “Şübhəsiz, sən açıq-aşkar bir azğınsan!” –  dedi.

19Musa ikisinin də düşməni olan adamı yaxalamaq istədikdə, o adam: “Ey Musa! Dünən bir nəfəri öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən sadəcə, yer üzündə bir qaba olmaq istəyirsən və sən düzəldənlərdən olmaq istəmirsən” – dedi.

20Və şəhərin o biri ucundan bir nəfər qaçaraq gəldi. Dedi ki: “Ey Musa! Öndə gedənlər səni öldürmək üçün sənin haqqında söhbət edirlər. Dərhal çıx! Şübhəsiz ki, mən öyüd verənlərdənəm”.

21Sonra da Musa qorxa-qorxa, nəzarət edərək oradan çıxdı: “Rəbbim! Məni şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmündən qurtar!” – dedi.

Musa Peyğəmbərin həyatından bir başqa fraqmenti təqdim edən bu ayə qrupunda iki məqam diqqət çəkir.

Birinci məqam: Yuxarıdakı paraqrafın 15-17, 21-ci ayələrində və sonra gələn 22, 24-cü ayələrdə bildirildiyinə görə, Musa dəliqanlılıq çağında da Allahı tanıyır, Ona yalvarır, şeytanın zərərlərini bilir, tövbə edir və zalıma kömək etmir. Bu davranışlar onun Qibti inanclarından fərqli bir inanca sahib olduğunu göstərir. Ki, onun bu inancı İsrailoğulları [ailəsi] arasında böyüdülərək əxz etdiyi, Quranın hekayətlə əlaqədar digər ayələrindən də anlaşılır.

İkinci məqam: Musa bir cinayət etmiş olmasına baxmayaraq, Allah onu əfv etmişdir. Digər bir ifadəylə Allah, Musanın üzərindəki qul haqqını da bağışlamışdır.

Bu ayə qrupunda nəql edilən hadisələr Kitab-i Müqəddəsdə belə yer alır:

11– Musa böyüdükdən sonra bir gün soydaşlarının yanına getdi. Etdikləri ağır işləri seyr edərkən bir Misirlinin bir İbranini döydüyünü gördü.

12– Ətrafına göz gəzdirdi. Kimsə olmadığını anlayınca, Misirlini öldürüb, qumda gizlətdi.

13– Ertəsi gün getdiyində, iki İbraninin dava etdiyini gördü. Haqsız olandan: “Nə üçün qardaşını döyürsən?” – deyə soruşdu.

14– Adam: “Kim səni başımıza darğa qoydu?”– deyə cavab verdi, “Misirlini öldürdüyün kimi mənidəmi öldürmək istəyirsən?” O zaman Musa qorxaraq:“Bu iş ortaya çıxmışdır!” – deyə düşündü. [6]

Göründüyü kimi, Kitab-i Müqəddəsdəki anlatma Quranın anlatmasından fərqlidir. Bu da o deməkdir ki, Quran, Kitab-i Müqəddəsdəki təhrifi düzəltmişdir. Qurandakı anlatmaya görə, hadisədə Misirli Qibti deyil, İsrailoğullarından olan adam günahkardır. Görünüşə baxılırsa, Musa hadisədə hisslərinə uyğun olaraq davranmış və hansı tərəfın haqlı olduğunu anlamağa çalışmadan, İsrailoğullarından olan adama kömək etmişdir. Amma işin əslini öyrəndikdə sadəcə adamı öldürdüyü üçün deyil, eyni zamanda ön mühakimə ilə hərəkət etdiyi üçün ciddi bir günah işləmiş olduğunu başa düşmüşdür.

Musanın şəhər xalqının xəbəri olmadan şəhərə girməsi. 

15-ci ayədəki “Və Musa, şəhər xalqının xəbərsiz olduğu bir anda şəhərə girdi” ifadəsi, Musanın yolların kimsəsiz olduğu bir saatda, çox ehtimal ki, hər kəsin evlərində olduğu bir vaxtda və şəhər kənarındakı bir yerdən şəhərə gəldiyini göstərir. Anlaşılan odur ki, Musa həyatının o dövründə, ümumi yaşayış məntəqəsindən uzaq, şəhər kənarında bir yerdə olan krallıq sarayında yaşayır və şəhərə də ya sabahın erkən saatlarında, ya bir yaz mövsümünün öynə saatlarında, ya da bir qış mövsümünün gecə saatlarında gəlmişdir.

22Və Musa Mədyənə doğru yönəldiyində: “Rəbbimin mənə yolun doğrusunu göstərəcəyini umuram” – dedi.

Musa Peyğəmbərin Misirdən qaçaraq Mədyənə yönəldiyini bildirən bu ayədən etibarən onun həyatından başqa bir fraqment anladılmağa başlanmışdır.

Musa peyğəmbərin başqa yerə deyil, Mədyənə yönəlməsi, bizə görə, həm Mədyən xalqının İbrahim peyğəmbərin soyundan gəlməsi, yəni Mədyənlilər ilə İsrailoğullarının qohum olması, həm də Mədyən bölgəsinin Fironun nəzarətində olmadığına görədir. Mədyən ilə əlaqədar məlumatlar Əraf surəsinin təhlilində verilmişdir.

Ayədən göründüyü kimi, Musa Peyğəmbər yola çıxar çıxmaz Allahın özünə yolun doğrusunu göstərəcəyinə inanaraq, dua etmişdir. Bu duada verilən “yolun doğrusu” ifadəsindən həm Mədyənə gedən yolun, həm də zülmdən, şirkdən, küfrdən uzaq olan iman və İslam yolunun anlaşılması mümkündür.

Kitab-i Müqəddəsdə də Quranın verdiyi məlumatlara uyğun olaraq Musa Peyğəmbərin Misirdən ayrıldıqdan sonra birbaşa Mədyənə getməsi, Talmudda isə əvvəlcə Həbəşistana getdiyi, orada krallığa qədər yüksəldiyi və daha sonra 67 yaşında Mədyənə getdiyi yazılır.

23Və Musa Mədyən suyuna çatdıqda, orada heyvanlarını sulayan insanlardan bir başçılı camaat gördü. Və Musa heyvan sulayanlar qədər güclü olmayan, heyvanlarını geri çəkən iki qadın gördü. Dedi ki: “Halınız nədir?” Dedilər ki: “Çobanlar sulayıb çəkilmədən, biz sulamarıq, atamız da çox yaşlı bir ixtiyardır”.

24Buna görə də Musa, ikisi üçün heyvanları suladı. Sonra kölgəyə çəkildi və: “Rəbbim! Şübhəsiz ki, mən, yaxşılıqdan mənə endirdiyin şeyə möhtacam” – dedi.

25Sonra, o iki qadından biri utana-utana Musanın yanına gəldi. Dedi ki: “Atam, bizim yerimizə sulamağının ödənişini qarşılamaq üçün səni çağırır”. Musa qızın atasının yanına gəldi və başına gələnləri ona anlatdı. Qızın atası: “Qorxma, o şə­rik qo­şa­raq, səhv/öz zərərlərinə iş etmiş cəmiyyətdən qurtardın” – dedi.

26Onun iki qızından biri: “Atacan! Onu muzdla tut. Şübhəsiz, muzdla tutulan insanların ən yaxşısı, güclü və etibarlı olanıdır” – dedi.

27Qızların atası dedi ki: “Həcc edilən/niyyət edilən/müqavilədə göstərilən səkkiz il mə­nə işləməyinə əvəz olaraq, bu iki qızımdan birini sənə nikahlamaq istəyirəm. Əgər müddəti on ilə ta­mamlayarsan artıq o özündən, sənə ağırlıq vermək də istəmərəm. İnşallah məni sa­lehlərdən görəcəksən”.

28Musa: “Bu, səninlə mənim aramdadır. Bu iki müddətdən hansının sonunu ger­çək­ləş­­dirərəmsə, demək ki, mənə qarşı düşmənçilik/məsuliyyət olmayacaqdır. Və söy­lə­dik­lə­ri­mi­zə Allah vəkildir [qoruyaraq, dəstəkləyərək həyata keçirəndir]” – dedi.

Bu ayə qrupunda, Musa Peyğəmbərin Misirdən çıxdıqdan sonra Mədyənə nə qədər zamanda çatdığına və yolda nələr olduğuna dair hər hansı bir məlumat verilmədən, birbaşa Mədyəndə yaşadıqlarından bəhs edilir.

Musa Peyğəmbər ilə qadınlar arasında keçən dialoqdan anlaşılır ki, atalarının çox yaşlı olduğuna və ailələrində başqa bir kişi olmadığına görə heyvanları suvarmaq işini qadınlar etmək məcburiyyətində qalmışdılar. Suyun başında heyvanlarını suvaran digər çobanlar onlara imkan vermədiklərinə görə də onların öz heyvanlarını suvarıb, suyun başından ayrılmalarını gözləmək məcburiyyətindədirlər.

Müsəlmanlar arasında yayılmış rəvayətlərdə bu qadınların ataları Şüeyb peyğəmbər olaraq keçir. Xatırlayacağımız kimi, Əraf surəsinin 85-92 və Şüəra surəsinin 176, 177-ci ayələrində isə Mədyən xalqına elçi olaraq Şüeyb peyğəmbərin göndərildiyi məlumatı yer alır. Ancaq bu, qadınların şübhəsiz yetkin və yüksək xarakterli bir şəxs olması onların atalarının Şüeyb peyğəmbər olduğu mənasına gəlməz. Çünki bəhs edən ayələrdə qadınların atasının Mədyəndə elçilik etdiyinə dair bir işarə mövcud olmadığı kimi, bu şəxsin Şüeyb peyğəmbər olduğuna dair də açıq və ya eyham yollu bir ifadə mövcud deyildir. Buna görə də biz qadınların adlarını belə “Ley Ya” və “Safəriyyə” olaraq vermə cürəti göstərən ciddiyətdən uzaq nəqllərə etibar etmir və bu barədə Rəbbimizin verdiyi məlumatlarla kifayətlənirik.

Kitab-i Müqəddəsdə isə qadınların atası olan şəxs haqqında, bir yerdə Rəvail [və ya Reuel], başqa bir yerdə də Jethro deyilmiş və bu adam Mədyənin kahini olaraq göstərilmişdir.

16–Midyanlı bir kahinin yeddi qızı su çəkməyə gəldi. Atalarının sürüsünü suvarmaq üçün qabları doldururdular.

17–amma bəzi çobanlar gəlib onları qovmaq istədi. Bu zaman Musa qızların köməyinə yetişdi, heyvanlarını suvardı.

18–Sonra qızlar ataları Reuelin yanına döndülər. Reuel: “Necə oldu ki, bu gün belə tez gəldiniz?” –deyə soruşdu. [7]

1–Musa qayınatası Midyanlı Kahin Yitronun sürüsünü güdürdu. Sürünü çölün qərbinə sürdü və Tanrının dağına, Horevə çatdı. [8]

5–Yitro Musanın xanımı və oğullarıyla birlikdə Tanrı Dağına, Musanın qonaqladığı çölə gəldi. [9]

25-27-ci ayələrdə anladılan hadisələr, eyni zamanda insanlığa bir neçə mənada dərs verici bir xüsusiyyət də ehtiva edir.

Birinci dərs: Musaya qızını təklif edən şəxs, “səkkiz il” və ya “on il” xidmət deməyib, “səkkiz və ya on həcc dövrü” xidmət istəyir ki, burada Musanın ilahiyyat təhsili üçün səkkiz və ya on dəfə həccə göndəriləcəyinə eyham edilir. Musa həccə (İlahiyat təhsili almaq üçün Məkkəyə) hər il gedərsə, səkkiz il edər, getmədiyi, gedə bilmədiyi illər olarsa, bu müddət uzanar. Burada ön plana çıxan müddət, səkkiz, ya da on həccin edilməsidir, mütləq səkkiz, ya da on il xidmət deyildir.

Bir digər dərsi mərhum Seyyid Kutub belə açıqlamışdır:

  • İyirmi yeddinci ayədən öyrənirik ki, qızların atası tamamilə açıq və sadə bir dillə hansı olduğunu qeyd etmədən, qızlarından birini Musaya məsləhət görür. Bəlkə də o, daha əvvəl də qeyd etdiyimiz kimi, dəliqanlı ilə arasında qarşılıqlı anlaşma meydana gələn qızının hansı olduğunu hiss etmişdi. Adam qızını nikahlamasını istəyir və bundan utanmır. Bir ailə qurmağı, bir yuva məsləhət görür, bunda da utanılacaq bir şey yoxdur. Sıxılmağa, utanmağa, dolaylı sözlərlə eyham etməyə ehtiyac yoxdur. Normal fıtrətdən azan, saxta, boş və mənasız adətlərə qul-kölə olan cəmiyyətlərdə görülən məcburiyyətlərə, törələrə ehtiyac yoxdur. Bu cür cəmiyyətlərdə yayılmış bu mənasız adətlər atanı, ya da qızın vəlisini, qızını və ya bacısını, ya da bir yaxınını əxlaqını və dinini bəyəndiyi, evlilik həyatını sağlam bir şəkildə yürüdəcəyi qabiliyyətdə olduğunu düşündüyü birinə məsləhət görməsinə mane olur. Bu adətlərə görə kişinin, ya da vəlisinin, yaxud vəkilinin ilk addımı atması bir məcburiyyətdir. Əks təqdirdə, təklifin qız tərəfindən gəlməsi yaraşmaz. Bu cür cəmiyyətlərin qoşa standartlarından biri də budur: Bu cəmiyyətlərdə gənc oğlanlar və qızlar sərbəstcə görüşür, bir-birləriylə danışır, bir-birlərini tanıyırlar. Nişan və evlilik niyyətindən bəhs edilmədən, bir-birlərinin vücudlarının gizli yönlərini görürlər. Amma nişanlanma məsləhət görülüncə, ya da evlilikdən bəhs edilincə birdən hər kəsi saxta bir utanma alır, araya aşılması çətin olan əngəllər qoyulur. Açıqlığa, sadəliyə və asanlığa mane olurlar. Peyğəmbər əfəndimiz, salaat və səlam üzərinə olsun, dövründə atalar qızlarını oğlanlara məsləhət görürdülər. Hətta bilavasitə Peyğəmbərə, salaat və səlam üzərinə olsun, gedib özləriylə evlənməsini, olmasa uyğun gördüyü biriylə evləndirməsini istərdilər. Bütün bunlar açıq bir dillə, tərtəmiz duyğularla, gözəl bir ədəblə ifadə edilirdi. Heç kimsənin qüruru incinməz, qətiyyən utanmazdı. Belə ki, Hz. Ömər, Allah ondan razı olsun, qızı Hafsanı Hz. Əbu Bəkirə məsləhət görmüş, amma Hz. Əbu Bəkir səs çıxarmamışdı. Sonra Hz. Osmana təklif etmiş, o da bəhanə gətirmişdi. Peyğəmbər əfəndimiz, salaat və səlam üzərinə olsun, bunları eşidincə: “Bəlkə də Uca Allah hər ikisindən daha yaxşı birisini ona nəsib edər” – deyərək Hz. Ömərin könlünü xoş etmişdi. Daha sonra Peyğəmbərimiz Hz. Hafsa ilə evlənmişdi. Yenə bir gün bir qadın Peyğəmbərimizdən, salaat və səlam üzərinə olsun, onunla evlənməsini istəmişdi. Lakin Peyğəmbərimiz bəhanə bildirərək, özüylə evlənə bilməyəcəyini bildirmişdi. Bundan sonra qadın istədiyi bir kişiylə evləndirmək üçün vəlayətini/evləndirmə səlahiyyətini ona tapşırmışdı. Peyğəmbərimiz də onu Qurandan iki surə əzbər bilməkdən başqa mal varlığı olmayan bir adamla evləndirmişdi. Adam qadına bu iki surəni öyrətmiş, bu da qadının mehri yerinə keçmişdi.

İslam cəmiyyəti, ailə binasını bu dərəcə sadə və aydın bir şəraitdə həyata keçirirdi.

Musanın yanındakı yaşlı adam da belə etmişdi. Musaya bu məsləhəti vermiş və özünə çətinlik çıxarmayacağına, ağır işlərdə işlədib yormayacağına söz vermişdi. Allahın izniylə davranışları və sözünə sadiqliyi nöqteyi nəzərindən Musanın özünü yaxşı bir insan olaraq hiss etməsini istəmişdi. Bu da Uca Allaha qarşı özündən bəhs edərkən insanın göstərəcəyi gözəl bir münasibətdir. Bu yaşlı adam da özünü təmizə çıxarmır, qəti olaraq yaxşı bir insan olduğunu söyləmir. Sadəcə belə biri olmağı ümid edir, bu işi də Uca Allahın iradəsinə həvalə edir.

Musa məsləhəti qəbul edir, eyni açıqlıq və diqqətliliklə sözləşməni tətbiq edir, və Allahı şahid tutur. [10]

29Artıq Musa müddəti tamamlayıb, ailəsi ilə/yaxınları ilə yola çıxınca, dağ tərəfındən bir atəş hiss etdi. Ailəsinə: “Mənim sizə bir xəbər gətirməyim üçün siz gözləyin/mən bir atəş hiss etdim, yaxud isinərsiniz deyə, o atəşdən bir parça gətirərəm” – dedi.

30–32Sonra ora çatdığında, o bərəkətli torpaq parçasındakı vadinin sağ tərəfındən, bir ağacdan səslənildi: “Ey Musa! Heç şübhəsiz ki, Mən aləmlərin Rəbbi Allahın məhz özüyəm! Və təcrübələrini ortaya at! Təcrübələrini sanki görünməyən bir varlıq kimi, hərəkət etdiyini görüncə də, dönüb arxasına baxmadan qaçdı. “Ey Musa! Yaxın gəl, qorxma. Tam əmin ol ki, sən əmniyyətdə olanlar­dansan. Qoynundakı gücünü işə sal, qüsursuz, mükəmməlcə çıxacaqsan. Səni qorxudan qanadını özünə çək. Bax budur, bu ikisi Firon və onun adamlarına qarşı Rəbbin tərəfındən iki qəti dəlildir. Şübhəsiz ki, onlar yoldan çıxan bir cəmiyyət olmuşdular”.

33,34Musa dedi ki: Rəbbim! Şübhəsiz, Mən onlardan bir adam öldürdüm, indi onların məni öldürməklərindən qorxuram. Qardaşım Harunu da mənimlə göndər, o, dil baxımından məndən daha yaxşı, gözəl və təsirlidir. Ona görə də onu da, məni doğrulayan bir köməkçi olaraq, mənimlə birlikdə göndər. Şübhəsiz ki, mən, məni yalan saymalarından qorxuram”.

35Allah dedi ki: “Səni qardaşınla dəstəkləyəcəyik və ikiniz üçün bir güc, iqtidar təşkil edəcəyik. Sonra da onlar əlamətlərimizə/nümunələrimizə görə sizə çata bilməyəcəklər. Siz ikiniz və ikinizi izləyənlər üstün olanlarsınız”.

Yuxarıdakı ayələrdən göründüyü kimi, Musa Peyğəmbərin öz ailəsi və yaxınları ilə birlikdə Mədyəndən ayrılması həyatındakı yeni bir dövrün başlanğıcını əmələ gətirir. Bu ayə qrupu, bundan əvvəl enən surələrdə daha təfərrüatlı olaraq təqdim edilmiş olan hadisələrin qısa bir xatırlatması mahiyyətindədir. Bu ayələrdən anlaşıldığına görə, Mədyəndən yola çıxan və aralarında Musa Peyğəmbərin qardaşı Harunun da olduğu qafilə, (Kitab-i Müqəddəsə görə qafilədə Musa Peyğəmbərin qayınatası da vardır) Misirə doğru gedir.

Çünki Musa Peyğəmbərin ilk vəhy aldığı yer olan Tur Dağı, Mədyəndən Misirə gedən yolun üstündədir.

Musa Peyğəmbərin həyatının bu dövründə başına gəlmiş olan hadisələr, Kitab-i Müqəddəsdə bu ayə qrupundakından fərqli bir sırada yer alır:

Musa qayınatası Yitronun yanına döndü. Ona: “İzin ver, Misirdəki soydaşlarımın yanına dönüm baxım, hələ yaşayırlarmı?” dedi, Yitro: ”Sağlıqla get” deyə qarşılıq verdi. [11]

Musanın qayınatası Midyanlı Kahin Yitro, Tanrının Musa və xalqı İsrail üçün etdiyi hər şeyi, Rəbbin İsrailliləri Misirdən necə çıxardığını eşitdi. Musanın özünə göndərmiş olduğu xanımı Sipporanı və iki oğlunu yanına aldı. Musa: “Qəribəm bu yad ölkədə” – deyərək, oğullarından birinə Gerşom adını vermişdi. Sonra: “Atamın Tanrısı mənə yardım etdi, məni Fironun qılıncından qorudu” deyərək, o birinə də Eliezer adını qoymuşdu. Yitro Musanın xanımı və oğullarıyla birlikdə Tanrı dağına, Musanın qonaqladığı çölə gəldi. Musaya bu xəbəri göndərdi: “Mən, qayınatan Yitro, xanımın və iki oğlunla birlikdə sənin yanına gəlirik”.

Musa qayınatasını qarşılamağa çıxdı, önündə əyilib onu öpdü. Bir-birinin xatirini soruşub çadıra girdilər. Musa İsraillilər uğruna Rəbbin Fironla Misirlilərə bütün etdiklərini, yolda çəkdikləri çətinlikləri, Rəbbin özlərini necə qurtardığını qayınatasına bir-bir anlatdı. [12]

Musa qayınatası Midyanlı Kahin Yitronun sürüsünü otarırdı. Sürünü çölün qərbinə sürdü və Tanrının dağına, Horevə çatdı. [13]  

Musa qayınatası Yitronun yanına döndü. Ona: “İzin ver, Misirdəki soydaşlarımın yanına dönüm”dedi, “Baxım, hələ yaşayırlarmı?”. Yitro: “Sağlıqla get” deyə cavab verdi. [14]

Həmçinin Kitab-i Müqəddəs və Talmuda görə, Musa peyğəmbərin evində yetişdiyi Firon, o Mədyəndə ikən ölmüş və yerinə başqası keçmişdir.

29-cu ayədə, Mədyəndən ayrılmağın müəyyən edilmiş vaxtın tamamlanmasına uyğun olduğu bildirilmiş, ancaq bu müddətin Musa peyğəmbər ilə qayınatası arasında danışılmış müddətlərdən hansı olduğu [səkkiz ilmi, on ilmi olduğu] bildirilməmişdir. Bu mövzuda rəvayət mexanizmi yenə boş durmamış və müddət kiminə görə 10 il, kiminə görə 10+10 il olmuş, kiminə görə də Peyğəmbərimiz bunu Cəbraildən soruşmuş, Cəbrail də on ili tamamladığını xəbər vermişdir. (!)

Bu ayələrdə, Musaya verilən və Furqan surəsində bəhs edilən iki ayə fərqli ifadələrlə izah edilir. Burada məcazi ifadələrdən bəhs edilirkən, Furqan surəsində həqiqi mənalarıyla ifadə edilmişdir:

  • 35Və and olsun ki, Musaya Kitabı verdik, qardaşı Harunu da onunla birlikdə köməkçi, dəstəkçi verdik.
  • 36Sonra da: “Haydı, ayələrimizi yalan sayan o cəmiyyətə gedin!” – dedik. Sonunda da ayələrimizi yalan sayan o qövmü parçalayıb, yox etdik. (Furqan/35, 36)

Burada da, Nəml/10-da olduğu kimi, Musanın vəzifədən qaçmağa çalışdığı və xəbərdar edildiyi görünməkdədir.

30-cu ayəni sağlam anlaya bilməyimiz üçün ayədəki bəzi ifadələrin öz mənalarını və bəzi texniki məlumatları diqqətə almalıyıq.

“Şatıi شَاطِئِGenellikle bu sözə “canip (taraf)” mənası verilmiştir.  Halbuki sözün öz mənası, “parça” və “filiz” deməkdir ki, Quranımızda bir də Fəth/29-da “كَزَرْعٍ اَخْرَجَ شَطْـَٔهُ۫ فَاٰزَرَهُ  (filizini çıxarmış, sonra onu qüvvətləndirərək qalınlaşmış, …. )” deyə keçər.

الْاَيْمَنِ Eymen. “y ى m م nن……” kökündən “ ايمنeymen…” sözünün fərqli çəkimlərinin hamısını diqqətə aldığımızda sözün mənası “bərəkətli, güclü, uğurlu, gerçək” deməkdir. Bunu vadi sözünün sifəti etdiyimizdə “bərəkətli, güclü, uğurlu, gerçək vadi” demək olur. Və Ta Ha/12-ci ayədəki “ الواد المقدسel Vadi’l mukaddesi” ifadəsiylə eyni mənanı ifadə etməkdədir.

O zaman burada bəhs edilən, yer üzü şəkillərindən olan “ وادvadi” deyil, məcaz olaraq “peyğəmbərlik yolu”dur.

“ ايمنEymen” sözü “sağ tərəf” mənasında da işlədilən “ يمينyemin” sözünün cəmi olaraq qəbul edərsək ki, “ يمينyemin  sözünün cəmi, “ ايمانeyman,  ايمنeymen, və  يمائنyemain” olaraq gəlir; bu dəfə sifət tamamlığı şərtləri ortadan qalxar; sifət və mevsuf (tamamlayan və tamamlanan) arasında olmalı olan şərtlərdən biri olan təkillik və çoxluluq şərtlərində uyğunluq olmaz.

Ona görə də “ ايمنeymen” tək halda olan sözdür. Sıfat-ı müşebbehedir. Sıfatı müşebbehe, ərəbcədə “Rəng, gözəllik, çirkinlik, qüsur, şikəstlik kimi görünüşdəki sifətlərlə bəzi iç duyğularını ifadə edən sifət söz” növüdür.

Ayələrdəki “ ايمنeymen” sözünün İ’rabü’l Quran çalışmalarında sifət yerinə dəl olaraq göstərilməsi, keçmişdən gələn yanlışın qəbulu davam etdirilməsidir.

Bu söz, mövzumuz olan ayədən başqa Məryəm/ 52-də “مِنْ جَانِبِ الطُّورِ الْاَيْمَنِ” şəklində və Ta Ha/80-də “وَوٰعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْاَيْمَنَ” şəklində yer alır. Bizim təsbitlərimizə və qənaətimizə görə də hər iki ayədə də “Tur” sözünün sifəti olub, “canip” sözündən bədəl deyildir.

Bu açıqlamalardan çıxan nəticəyə görə ayənin tərcüməsi belədir:

30–32Sonra ora çatdığında, o bərəkətli torpaq parçasındakı vadinin sağ tərəfındən, bir ağacdan səslənildi: “Ey Musa! Heç şübhəsiz ki, Mən aləmlərin Rəbbi Allahın məhz özüyəm! Və təcrübələrini ortaya at! Təcrübələrini sanki görünməyən bir varlıq kimi, hərəkət etdiyini görüncə də, dönüb arxasına baxmadan qaçdı. “Ey Musa! Yaxın gəl, qorxma. Tam əmin ol ki, sən əmniyyətdə olanlar­dansan. Qoynundakı gücünü işə sal, qüsursuz, mükəmməlcə çıxacaqsan. Səni qorxudan qanadını özünə çək. Bax budur, bu ikisi Firon və onun adamlarına qarşı Rəbbin tərəfındən iki qəti dəlildir. Şübhəsiz ki, onlar yoldan çıxan bir cəmiyyət olmuşdular”.

35-ci ayədə Allahın Musa Peyğəmbərə “Səni qardaşınla dəstəkləyəcəyik” deməsi, Musa Peyğəmbərin xahişi ilədir. Musa Peyğəmbərin xahişi və bu xahişin Allah tərəfindən qəbul edilməsi, qüsurunun aradan qaldırılması başqa ayələrdə də verilir:

  • 25Musa: “Rəbbim! 33Səni bütün nöqsanlıqlardan münəzzəh qılmağımız 34və Səni çox-çox anmağımız üçün 25köksümə genişlik ver, 26işimi mənə asanlaşdır. 27dilimdən də düyünü aç 28ki, sözümü yaxşı anlasınlar. 29Və əhlimdən30qardaşım Harunu 29mənə vəzir təyin et, 31onunla arxamı qüvvətləndir. 32İşimdə onu mənə ortaq et. 35Şübhə yox ki, Sən bizi görürsən” – 20
  • 36Allah: “Ey Musa! İstədiyin sənə verildi” – dedi. (Ta Ha/25-36)
  • 53Və mərhəmətimizdən ona qardaşı Harunu, bir peyğəmbər olaraq ehsan etdik. (Məryəm/53)

35-ci ayənin sonunda yer alan “Siz ikiniz və sizə tabe olanlar üstün olanlarsınız ifadəsində xəbər verilən qalibiyyət ilə ya o şərtlər altında Musa Peyğəmbərə verilən sübut və dəlillərin təmin edəcəyi bir qalibiyyət, ya da başqa bir zamanda həyata keçəcək bir dövlət qalibiyyəti qəsd edilmişdir. Bizim fikrimizcə, birinci bənd ayənin məğzinə daha yaxındır.

Uca Allah, Musa Peyğəmbərə verdiyi dəstək və inamı bütün elçilərinə vermiş, onları daima qorumuş və müzəffər qılmışdır. Şübhəsiz ki, elçilərin izində yeriyənləri də qoruyacaqdır:

  • 69Ey iman edənlər! Sizlər Musaya əziyyət edənlər kimi olmayın. Bax budur, Allah Musanı əziyyət edənlərin söylədiklərindən təmizə çıxardı. Və o, Allah qatında mövqe sahibi/dəyərli biri idi. (Əhzab/69)
  • 67Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et. Və əgər bunu etməzsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafirlər qövmünə bələdçilik etməz. (Maidə/67)
  • 21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. (Mücadilə/21)

Və Mömin/51, Saffat/171-173. Bu ayələrdə, Musanın qüsuru və qüsurunun necə aradan qaldırıldığı açıqlanır.

36Musa onlara açıq-aşkar əlamətlərimiz/nümunələrimiz ilə gəlincə: “Bu, sadəcə, uydurulmuş təsirli biliklərdir. Və biz əvvəlki atalarımızdan bunu eşitməmişdik” – dedilər.

37Musa da dedi ki: “Mənim Rəbbim, öz qatından kimin doğru yol bələdçisi ilə gəl­diyini və yurdun sonunun kim üçün daha yaxşı olacağını daha yaxşı biləndir. Şüb­həsiz ki, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qurtuluşa çata bilməz­lər”.

38Firon da: “Ey öndə gedənlər! Sizin üçün məndən başqa bir tanrı bilmədim. Ey Haman, mənim üçün palçıq üzərinə dərhal atəş yandır/kərpic emal et və Musanın tanrısı haqqında məlumat əldə etməyim üçün mənə bir qüllə düzəlt. Və şübhə yox ki, onun yalançılardan biri olduğuna tam əmin olun ki, inanıram” – dedi.

39Firon özü və əsgərləri, yer üzündə haqsız yerə yekəxanalıq etdilər və həqiqətən Bizə döndərilməyəcəklərinə inandılar.

40Biz də onu və əsgərlərini yaxalayıb, o bol suda/çayda fırladıb atdıq. İndi şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin sonunun necə olduğuna bir bax!

Bu ayə qrupunda, Musa Peyğəmbərin Misirə çatdıqdan sonra yaşadığı hadisələr çox qısa olaraq xatırladılır və özlərinə göstərilən açıq möcüzələrə baxmayaraq qədim inancları üzərində israr edərək yekəxanalıq edən Firon və əsgərlərinin dənizdə boğularaq, məhv edildikləri bildirilir.

36-cı ayədə bəhs edilən, Musa Peyğəmbərin Firon və tərəfdarlarına gətirdiyi “apaçıq ayələr”, tövhid ismarıcını çatdırarkən ortaya qoyduğu təlimlərdir ki, bu incəliklər Quranda digər ayələrdə zikr edilmişdir:

  • 18,19Sonra de ki: “Arınmaq/təmizlənmək istəyirsənmi? Həmçinin səni Rəbbinə bələdçiləyim və Ona hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyasan!” (Nəziət/18, 19)
  • 46Allah: “Qorxmayın, şübhəsiz ki, Mən ikinizlə bərabərəm, eşidirəm və görürəm. 47Dərhal onun yanına gedin və ona: “Şübhəsiz, biz Rəbbinin iki elçisiyik. Artıq İsrailoğul­la­rı­nı bizimlə göndər və onlara əzab vermə! Tam yəqinliklə bilin ki, biz sənə, Rəbbindən bir əlamət/nümunə ilə gəldik. “Salam” bələdçiyə uyanlaradır. 48Şübhəsiz, bizə, tam yəqinliklə bilin ki, “əzabın, yalan sayana və üz çevi­rənə ol­duğu vəhy edildi” – deyin” – 46 (Ta Ha/46-48)

Firon 38-ci ayədə özü üçün işlətdiyi tanrı sözünü “yer və göylərin yaradanı” mənasında işlətməmişdir. Çünki belə bir şey ancaq bir dəli tərəfindən ortaya atıla bilər. Həmçinin Fironun o ayədəki sözləri, onun özündən başqa tanrıların da var olduğunu qəbul etdiyi mənasına gələn sözlərdir. Belə ki, Misirlilər bir çox tanrıya sitayiş edirdilər və bilavasitə Firon, Günəş Tanrısının hülul etdiyi şəxs hesab edilirdi.

Əslində elə Quran da Fironun bir çox tanrısı olduğuna şahidlik edir:

  • 127Firon qövmündən öndə gedən kəslər də: “Səni və sənin tanrılarını/səni tanrılaşdırmağı tərk etsinlər və yer üzündə qarışıqlıq çıxarsınlar deyəmi Musanı və qövmünü sərbəst buraxacaqsan?” – dedilər. Firon dedi ki: “Onların oğullarını öldürəcəyik, qızlarını sağ buraxacağıq və biz onlar üzərində əzici bir gücə sahib olanlarıq”.  (Əraf/127)

Dolayısıyla Firon, özü üçün işlətdiyi “tanrı” sözüylə özünün zəruri yaradan və həqiqi uluhiyyət sahibi olduğunu deyil, mübahisəsiz uca iqtidar sahibi olduğunu qəsd etmişdir.

40-cı ayədə bəhs edilən “fırladıb atmaq”, su bəndindəki selin önündəki sürüklənməni anladır ki, bu ifadə Zəriyət/40-da da verilir. Bu da su çox sürətlə buraxıldığına görə meydana çıxır (Duhan/23-24).

Fironun inancı: Qurandakı Zühruf/51-53, Mömin/28-35 ayələr diqqətlə oxunduğunda, Fironun Allahı və mələkləri inkar etmədiyi anlaşılır. Lakin bəziləri Fironun mübaliğəli iddiasına baxaraq, onun Allahı inkar etdiyi və ya özünü Allah yerinə qoyduğu mənasını çıxarmışdılar. Əslində isə Fironun Allahı göylərin hakimi olaraq qəbul etdiyi, xüsusilə Zühruf surəsinin 53-cü ayəsindən bəlli olur. Fironun rədd etdiyi xüsus, Allahın elçilər göndərərək, əmrlər bildirməsi və özünün yer üzündəki hökmranlığına müdaxilə etməsidir. Çünki Firon özünü, nəzəri olaraq, bütün insanlığın siyasi mənada Rəbbi [hakimi] olaraq görür və hökmranlığını özünün Günəş Tanrısının insan şəklindəki surəti olduğu iddiasına əsaslandırırdı. Belə ki, bu mövzuya “Misir Dini” başlığı altında yer vermiş olan Ana Britannica Ensiklopediyası Qədim Misirdə Firona sitayiş etməyin, onun Tanrının oğlu qəbul edildiyinə görə olduğunu və Fironun, ölkəsini Misir tanrıları adından idarə etdiyini yazır. [15] Nəticədə, bəziləri tərəfindən irəli sürülmüş olan Fironun özünü həqiqi tanrı və Rəbb yerinə qoyması məsələsi, həm Qurana, həm də elmi tədqiqatlara uymur.

36-37-ci ayələrdə nəql edilən Musa Peyğəmbər ilə Firon arasındakı dialoq Şüəra surəsində belə verilir:

  • 24Musa: “Əgər yəqin bilmiş olsanız, O, göylərin, yerin və ikisi arasında olanların Rəbbidir”.
  • 25Firon yanında olanlara: “Eşidirsinizmi?” – dedi.
  • 26Musa: “O, sizin Rəbbiniz və daha əvvəlki atalarınızın da Rəbbidir” – dedi.
  • 27Firon: “Sizə göndərilən bu elçiniz, tam yəqinliklə bilin ki, gizli güclərlə dəstək­lə­nən/dəlinin biridir” – dedi.
  • 28Musa: “Lakin ağılla hərəkət edin, O, Şərqin, Qərbin və ikisi arasında olanların Rəbbidir” – dedi. (Şüəra/24-28)

Firon və tərəfdarları da Musa Peyğəmbərə təkrar-təkrar bu cavabları vermişdilər:

  • 78Onlar: “Sən atalarımızı üzərində gördüyümüz şeydən bizi döndərəsən və yer üzündə səltənət ikinizin olsun deyəmi bizə gəldin? Biz ikinizə də inanmarıq” – dedilər. (Yunus/78)
  • 57,58Firon: “Ey Musa! Sən, qüdrətli biliyinlə bizi torpaqlarımızdan çıxarmaq üçünmü gəl­din bizə? O halda biz də, sənin qüdrətli biliyin qədər qüdrətli bir biliklə sənə gələ­cə­yik. İndi bizimlə sənin aranda bir görüşmə zamanı/yeri müəyyən et ki, bizim və sənin qarşı çıxmayacağımız düz və geniş bir yer olsun”– dedi. (Ta Ha/57, 58)
  • 26Və Firon: “Buraxın məni Musanı öldürüm, o da Rəbbini çağırsın. Şübhəsiz ki, mən onun sizin dininizi dəyişdirməsindən və yaxud yer üzündə qarışıqlıq çıxarma­sın­dan qorxuram” (Mömin/26)

Fironun Hamanla etdiyi 38-ci ayədəki dialoq başqa ayələrdə də verilir:

  • 36,37Və Firon: “Ey Haman! Səbəblərə – göylərin səbəblərinə çatmağım üçün mənə bir qüllə düzəlt ki, Musanın tanrıının nə olduğunu anlayım. Və şübhəsiz, mən onun yalançı olduğu qənaətindəyəm” – dedi. Bax budur, beləcə, Firona əməlinin pisliyi bəzəkli göstərildi və yoldan çıxarıldı. Və Firon sistemi yalnız və yalnız itkiyə/zərərə uğrayıb acı çəkmə içindədir. (Mömin/36, 37)

Firon, Haman və bu ikisinin əmrinə müntəzir olanların üzərinə, axirətdəki rüsvayçılıqdan əvvəl bu dünyada da rüsvayçılıq qılınmışdır. Yəni onlar üçün iki dünyada da rüsvayçılıqdan bəhs edilir:

  • 13Və qüvvətcə səni çıxaran şəhərdən daha şiddətli necə şəhərlər… Onları dəyişikliyə/dağıntıya uğratdıq. Belə ki, özləri üçün köməkçi deyə bir şey olmadı. (Muhəmməd/13) 
  • 96,97And olsun ki, Biz Musanı da ayələrimizlə və açıq-aşkar bir dəlil ilə Firon və öndə gedənlərinə elçi etdik. Amma Fironun əmrinə uydular. Halbuki, Fironun əmri ağıllı hərəkət etməyə sövq edən, doğruya çatdıran deyildir.
  • 98Firon qiyamət günü qövmünün önünə düşər. Artıq Firon qövmünü atə­şə götürmüşdür. O, götürdüyü yer isə nə pis bir yerdir!
  • 99Və həm bu dünyada, həm də qiyamət günündə kənarlaşdırılaraq izləndilər. Bu verilən nə pis bir veriləndir! (Hud/9699)

Fironun Hamana qüllə qurdurub göydə tanrı axtarması, İslam əleyhdarlarında həddini aşmış olan təfəkkürün müasir dövrümüzdə sərgilədiyi bəzi düşüncəsiz yanaşmalara bənzəyir. Bu təfəkkürün müasir təmsilçilərindən biri olan marksist kosmonavt Yuri Qaqarin də kosmosa gedib gəldikdən sonra bənzər məsxərəçi bir ifadəylə göydə, əstəğfurullah, Allahı görmədiyini söyləmişdir. Allahı bir qüllədən görmək istəyən qədim zaman axmağı ilə Allahı kosmosda axtarıb tapmadığını söyləyən bu günkü bənzərləri arasında diqqət çəkici bir bənzərlik görünür.

Quran, Fironun həqiqətən belə bir qüllə inşa etdirərək, onun üzərindən Allahı görməyə çalışıb, çalışmadığı barəsində hər hansı bir izah verməmişdir.

41Və onları, atəşə çağıran başçılar etdik. Qiyamət günü onlar kömək görməyəcəklər.

42Və bu dünyada onları Allahın mərhəmətindən yoxsul buraxdıq/uzaqlaşdırdıq. Onlar  qiyamət günündə də pislənmiş/uzaqlaşdırılmış insanlardan olacaqlar.

Bu ayələrdə, özlərinə gələn o qədər möcüzəyə baxmayaraq, yekəxanalıq edərək iman etməmiş, beləliklə, həyatlarını zay etmiş olanların dünya və axirətdəki vəziyyətlərindən bəhs edilir. Rəbbimiz zülm edən, həqiqəti inkar edən, inkarda sonuna qədər inad edən və haqqa qarşı batili müdafiə etmək üçün hər cür vasitəyə əl atan bu adamları “atəşə çağıran liderlər” qıldığını bildirir. Onlar bu hallarıyla özlərindən sonra gələcək nəsillərə də başçı və nümunə olacaqdılar. İnsanlara səhv yolları göstərib, cəhənnəmi qazanacaq olan belələri, öz günahları az imiş kimi, bir də arxalarına taxdıqları, örnək olduqları adamların vəballarını da daşıyacaqlar.

İstər atəşə çağıran bu liderlər, istərsə də onların təqibçiləri hamısı birlikdə eyni fəlakətə doğru qaçacaqlar:

  • 71O gün Biz bütün insanları başçılarıyla çağıracağıq ki, o gün, kimin kitabı sağ əlinə verilərsə, bax budur, onlar öz kitablarını oxuyacaqlar və onlar qəndil fitili/çəkirdəyin ipliyi qədər bir haqsızlığa uğradılmayacaqlar. sra/71)

Rəbbimizin 42-ci ayədəki Və bu dünyada arxalarına lənət taxdıq ifadəsindən anlaşıldığına görə, arxadan gələn nəsillər, özlərini atəşə çağıran bu liderlərə daima lənət edəcəklər. Buradan anlaşılır ki, Rəbbimiz, elçilərinə tabe olan inanmış qullarının diliylə, insanları atəşə çağıran o cür liderlərə lənəti [uzaqlaşdırmağı] məşru qılmışdır.

43Və and olsun ki, Biz ilk nəsilləri dəyişikliyə/dağıntıya uğratdıqdan sonra Musaya, öyüd alarlar deyə, insanlar üçün açıq-aşkar dəlillər, bələdçi və mərhəmət olaraq Kitabı/Tövratı verdik.

44Və Musaya o əmri gerçəkləşdirdiyimiz zaman sən, Qərb tərəfdə deyildin. Hazır olan­lardan, görənlərdən də deyildin.

45Amma Biz necə nəsillər var etdik ki, onların ömürləri uzandıqca uzandı. Sən on­la­ra ayələrimizi oxuyaraq, Mədyən xalqı arasında olanlardan da deyildin. Lakin Biz elçi göndərənlərik.

Bu ayələrdə Rəbbimiz, insanlara rəhmətinə uyğun olaraq, elçi, xəbərdar edən göndərməyin səbəblərini anlatmaqla istəyir ki, insanlar nəql edilən hekayətləri öyrənsinlər və peyğəmbərlərin təlimatından üz döndərən əvvəlki nəsillərin həlak olmalarından ibrət alsınlar. Həmçinin bu hekayətlərin Allah tərəfından vəhy edilən və elçisinin bilmədiyi, şahid olmadığı hadisələr olduğunu vurğulayır.

44-cü ayədəki “qərb tərəf” ifadəsi ilə Hicazın qərbinə düşən Sina [Tur] dağı qəsd edilmişdir. Çünki Musa peyğəmbərə ilk vəhy bu dağda gəlmişdir. Yenə eyni ayədə verilən “şahidlər” də Musa peyğəmbərlə birlikdə olan və ona veriləcək qaydaları təqib edəcəklərinə dair müqavilədə iştirak etmək üçün dəvət edilən İsrailoğullarıdır.

45-ci ayədəki “Sən onlara ayələrimizi oxuyaraq, Mədyən xalqı arasında olanlardan da deyildin” ifadəsinin təqdirini bu şəkildə etmək mümkündür: “Musa Mədyənə çatıb həyatının uzun bir hissəsini orada keçirdiyində və sonra oradan Misirə getmək üçün ayrıldığında sən yox idin. Ayələrimizi Mədyən sakinlərinə oxuyan da sən deyildin. Sən Məkkə xalqına təbliğ edirsən. Sən, anladılan bu minlərlə il əvvəl olub keçmiş hadisələrin hal şahidi də deyilsən. Bütün bu məlumat sənə, qətiliklə başqa bir yolla deyil, tərəfimizdən vəhy edilərək verilir”.

45-ci ayədəki “Lakin Biz (elçi) göndərənlərik” ifadəsinin mənası, “Peyğəmbərlərimizin ilki sən deyilsən. Nuhu, Hudu, Salehi, İbrahimi, Musanı və Şüeybi necə öz xalqlarına göndərdiksə, səni də öz xalqına elçi olaraq göndərdik” – deməkdir.

46,47Və Biz səsləndiyimiz zaman, Turun yanında da deyildin. Əksinə, səndən əvvəl öz­lərinə xəbərdar edən/peyğəmbər gəlməyən bir qövmü xəbərdar etməyin üçün və öz əllərinin etdikləri ucbatından başlarına bir pis iş gəldiyində dərhal: “Rəb­bi­miz! Nə olardı, bizə bir peyğəmbər göndərsəydin, ayələrinə uysaydıq və mö­min­lər­dən olsaydıq” – deyə bilməsinlər, onlar öyüd alsınlar deyə, Rəbbindən bir mərhəmət ola­raq… orada olub-keçənləri sənə bildirdik, səni elçi olaraq, göndərdik.

Bu ayələrdə Rəbbimiz, elçi göndərməsindəki bir-birinə bağlı iki məqsədi izah edir. Bunlar, xəbərdar etmək və bəhanəyə fürsət verməməkdir. Daha əvvəl bir çox ayədə bildirildiyi kimi, Rəbbimiz, elçi göndərmədiyi, kitab endirmədiyi [qayda qoymadığı] cəmiyyətləri cəzalandırmamış, cəzanı haqq etmiş olanlara da “Xəbərdar edilsəydik, doğru yolu tapa bilərdik” bəhanəsini irəli sürməsinlər deyə, elçi göndərmiş, kitab endirmişdir.

  • 155–157Və Quran kiminiz: “Kitab, sadəcə bizdən əvvəlki iki topluluğa – Yəhudi və Xristianlara endirildi, biz isə, o kitabları oxuya bilmir və dillərini anlaya bilmirdik”, kiminiz də: “Əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq” – deməyəsiniz deyə, Bizim endirdiyimiz bərəkətli bir kitabdır. Ona görə də, mərhəmət olunmağınız üçün ona uyun və Allahın qoruması altına girin. Bax bu­dur, sizə də Rəbbinizdən açıq dəlil, bələdçi və mərhəmət gəlmişdir. Elə isə, Allahın ayə­lərini yalan sayıb, onlardan üz döndərəndən daha səhv, öz zərərlərinə iş edən kim ola bilər? Ayələrimizdən üz döndərənləri, üz döndərdiklərinə görə əzabın pisi ilə cə­za­landıracağıq.             (Ənam/155-157)
  • 163–165Şübhəsiz ki, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. İbrahimə, İsmayıla, İshaqa, Yəquba, nəvələrinə, İsaya, Eyyuba, Yu­nusa, Haruna və Süleymana, daha öncə özlərini sənə anlatdığımız və anlatmadığımız elçilərə… Elçilərdən sonra insanların Allahın əleyhinə bir də­lil­ləri ol­masın deyə, Biz onlara müjdəçilər və xəbərdar edənlər olaraq vəhy etmişdik. Davu­da da Zə­bu­ru verdik. Və Allah, Musaya söz söylədikcə söylədi/onu yaraladıqca yaraladı, çox sıxıntı çəkdirdi. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağ­lamlaşdırandır. (Nisa/163-165)
  • 19Ey Kitab Əhli! Elçilərin arasının kəsildiyi bir sırada: “Bizə bir müjdələyici və xəbərdaredici gəlmədi” – deməyəsiniz deyə, sizə təbyin edən/açıq şəkildə ortaya qoyan Elçimiz gəldi. Bax budur, qətiliklə müjdələyən və xəbərdar edən sizə gəldi. Allah hər şeyə ən çox gücü yetəndir. (Maidə/19) 
  • 15Kim bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən o doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyan başqasının yükünü çəkməz. Və Biz bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq.
  • 16Və Biz bir ölkəni dəyişikliyə/dağıntıya uğratmaq istədiyimiz zaman onun varlı və güc sahibi liderlərinə, haqq yolda olmalarını, haqq yolda başçılıq etmələrini əmr edərik və onlar bunun əksinə, orada haqq yoldan çıxarlar. Artıq oranın üzərinə Söz haqq olar və Biz oranı kökündən darmadağın edərik. sra/15, 16)
  • 133,134Və inkar edənlər: “Elçiliyini iddia edən bu insan, Rəbbindən bizə bir əla­mət/nümunə gətirsəydi!” – dedilər. Onlara ilk səhifələrdə olan açıq-aşkar dəlillər gəl­mədimi? Və əgər Biz onları bundan əvvəl bir əzab ilə dəyişikliyə/dağıntıya uğrat­say­dıq, tam yəqinliklə bilin ki: “Ey Rəbbimiz! Bizə də bir peyğəmbər göndər­səydin, al­çaq və rüsvay olmadan əvvəl Sənin ayələrinə uysaydıq!” – deyəcəkdilər. (Ta Ha/133, 134)

Ərəblərə daha əvvəl peyğəmbər gəldimi?

Rəbbimiz, 46-cı ayədəki “Əksinə, səndən əvvəl özlərinə xəbərdar edən [Peyğəmbər] gəlməyən bir qövmü xəbərdar etməyin üçün …” ifadəsiylə peyğəmbərimizin qövmünə daha əvvəllər xəbərdar edən göndərmədiyini bildirmiş olur. Eyni mövzu Ya Sin surəsinin girişində də yer almışdı. Beləliklə, peyğəmbərimizin xəbərdar edilməmiş bir qövmə mənsub olan anasının, atasının, babasının və daha əvvəlki atalarının cəzalandırılmalarından bəhs edilmir.

Quranda ibrət alınması üçün anladılan hekayətlər çox qədim zamanlarda baş verdiyi üçün peyğəmbərimizin bu hekayətlərdəki hadisələrə şahid olması mümkün deyildi. Rəbbimizin bildirdiyinə görə, bu hadisələri başqalarından da dinləməmişdi. Əslində elə təbliğ edən xalqın içindən biri olaraq, keçmiş həyatı həmişə göz önündəydi, həyatına aid bilinməyən bir dövrdən bəhs edilmir. Yaxşı, o halda peyğəmbərimiz bunları necə bilirdi, haradan öyrənmişdi? Budur, Quranda anladılan bütün bu hekayətlər bir tərəfdən insanların özlərinə nümunə götürmələrini təmin edərkən, digər tərəfdən də peyğəmbərimizin elçiliyinin ən aşkar sübutlarını təşkil edirdi və hələ də elədir.

  • 44Bax budur, bu dərk edə bilmədiyin, keçmişin əhəmiyyətli xəbərlərindən sənə vəhy etdiklərimizdir. Və Məryəmə hansı kəfil olacağına ləmlərini atarlarkən, sən yanlarında deyildin. Onlar mübahisə edərkən də, sən yanlarında deyildin. (Al-i İmran/44)
  • 102Bax budur, bu, sənə vəhy etdiyimiz görmədiyinin, eşitmədiyinin, bilmədiyinin xəbərlərindəndir. Yoxsa onlar edəcəklərinə qərar verib pis plan qurarkən, sən onların yanında deyildin.
  • 103Sən şiddətlə arzulasan da, insanların çoxu iman edənlər deyildir.  (Yusuf/102, 103)
  • 49Bax budur, Nuh ilə əlaqədar anladılanlar, sənə vəhy etdiyimiz görülməyənin, eşi­dil­məyənin, seçilməyənin xəbərlərindəndir. Bunları sən və qövmün bundan əv­vəl bilmirdiniz. Bu halda səbr et. Şübhəsiz ki, aqibət Allahın qoruması altına gir­ənlərindir. (Hud/49)

48Bax budur, onlara tərəfimizdən o haqq gəlincə: “Musaya verilən şeylər/əlamətlər/nümunələr kimi ona da bir şeylər verilməli deyildimi?” – dedilər. Daha əvvəl Musaya ve­riləni ört-basdır edib, rədd etməmişdilərmi? “Bir-birinə kömək çıxan/dəstəkləyən iki sehir/təsirli bilik” – dedilər. Və: “Şübhəsiz, biz hamısını qəbul etməyəcəyik” –  de­di­lər.

49De ki: “Əgər doğru insanlarsınızsa, dərhal Allah qatından mənə və Musaya enən ki­tablardan daha çox doğruya bələdçi olan bir kitab gətirin ki, mən də ona uyum!”

50Buna baxmayaraq, əgər sənə cavab verməzlərsə, bil ki, onlar, yalnız və yalnız həvəslərinə uy­maq­dadırlar. Allahdan bir yol göstərici olmadan, öz həvəsinə uyandan daha poz­ğun [çaşqın, aşağı] kim ola bilər? Tam əmin olun ki, Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edən cəmiyyətə yol göstərməz.

Peyğəmbərimizlə məkkəli müşriklər arasında keçən dialoqların nəql edildiyi bu ayələrdən görünür ki, müşriklər daha əvvəl Musa peyğəmbərə verilənləri inkar etdikləri halda, ona verilən əsa möcüzəsi, parlaq əl möcüzəsi, daş lövhələr üzərində yazılı əmrlər möcüzəsi kimi fiziki möcüzələrin peyğəmbərimizə verilməmiş olmasını bəhanə olaraq irəli sürürmüşlər.

Müşriklərin bu etirazları Səba surəsində də dilə gətirilmişdir:

31Və bu kafirlər: “Biz qətiyyən, bu Qurana inanmarıq, ondan əvvəlkinə də…” – dedilər. Sən şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənləri Rəbbi hüzurunda tutulmuş, sözü birinin digərinə geri çevirdiyini bir görsən! Zəifliyə uğradılan insanlar yekəxanalıq edənlərə: “Əgər sizlər olmasaydınız, qətiliklə bizlər mömin insanlar olardıq” – deyəcəklər.         (Səba/31)

Müşriklərin bu bəhanələrinə qarşı, Rəbbimiz 49-cu ayədə elçisinə, onların gözləmədiyi tərzdə bir əmr vermişdir: “Əgər doğru deyənlərsinizsə, dərhal Allah qatından bu ikisindən [mənə və Musaya enən kitablardan] daha çox doğruya bələdçilik edə bilən bir kitab gətirin ki, mən də ona uyum!”

Rəbbimiz, bu büyük möcüzəni görərək inanmayanları və həvəsinə uyaraq inad edənləri ağılsızlıq etdikləri üçün qınayır və 50-ci ayədəki Allahdan bir yol göstərici olmadan öz həvəsinə uyandan daha azğınaşqın [aşağı] kim ola bilər?” ifadəsiylə bu kəslərin gedişatlarının pozulmuş olduğunu bildirir. Bu ifadə ağıllı insanın inanc və yaşayışının biliyə əsaslanmalı olduğunu göstərməklə yanaşı təqlidçiliyin səhv olduğuna dair dəlillərin də ən böyüklərindəndir.

  • 84De ki: “Biz Allaha, bizə endirilən Qurana, İbrahimə, İsmayıla, İshaqa, Yəquba və nəvələrinə endirilənə, Musaya, İsaya və peyğəmbərlərə Rəbbindən verilənlərə inan­dıq. Onlardan heç biri arasında fərq qoymarıq. Və biz yalnız Onun üçün İslam­la­şanlarıq”.
  • 85Və kim İslamdan başqa bir din arayarsa, o təqdirdə heç bir zaman ondan qəbul edil­mə­yəcəkdir. Və İslamdan başqa din arayan kimsə, axirətdə ziyana urayanlardan ola­caq­dır.
  • 86İmanlarından və şübhəsiz, elçinin haqq olduğuna şahid olduqdan və özlərinə açıq də­lillər gəldikdən sonra, küfr edən bir cəmiyyətə Allah necə bələdçilik edər? Və Allah şərik qoşaraq, səhvz zərər­lə­ri­nə iş edənlər qövmünə bələdçilik etməz.
  • 87,88Bax budur, onların cəzaları Allahın, təbii güclərin/xəbərçi ayələrin, insanların ha­mısının kənarlaşdırıb, gözdən salması, həmişəlik içində qalmaq üçün şübhəsiz ki, on­ların üzərlərindədir. Onlardan bu əzab zəiflədilməz və onlara möhlət veril­məz. (Al-i İmran/84-88)  

51Və and olsun Biz Sözü [vəhyi/Quranı] öyüd alsınlar deyə, bir-biri ardınca yolladıq.

52Sözdən [vəhydən/Qurandan] əvvəl özlərinə Kitab verdiyimiz insanlar… Onlar Sözə [vəhyə/Qurana] də inanırlar.

53Və onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar: “Biz ona inandıq. Şübhəsiz ki, o, Rəbbimizdən gələn gerçəkdir. Tam yəqinliklə bilin ki, biz ondan əvvəl mü­səl­man olanlar idik”– dedilər.

Bu ayə qrupunda Rəbbimiz insanları ağıllarını başlarına almağa yönəldən ayələrini daima, ardıcıl endirdiyini vurğulayır və daha əvvəl endirilmiş kitablara inanaraq, Allahı tanımış adamların bu ayələri [Quranı] eşidər-eşitməz sahib çıxdıqlarını, dərhal qəbul edib, inandıqlarını, hətta belə bir gözlənti içində olduqlarını açıq şəkildə ifadə etdiklərini bildirir.

Bu ayələrlə Məkkəlilərin utandırılması da nəzərdə tutulmuş, sanki onlara: “Siz öz şəhərinizdən çıxarılıb, göndərilmiş bir lütfu geri itələyirsiniz. Əslində isə uzaq diyarlardan insanlar onu eşitdiklərində qədrini bilmək və özündən istifadə etmək üçün buraya gəlirlər” deyilmişdir. Əsbab-i nüzul qeydlərinə görə bu ayələr tarixi bir hadisə ilə əlaqədar olaraq enmişdir. Belə ki, Həbəşistan hicrətindən sonra Rəsulun ismarıcı və zühuruyla əlaqədar xəbərlər bu ölkəyə də yayılınca, 20 nəfərlik bir Xristiyan heyəti işin əslini anlamaq üçün Məkkəyə gəldi və Rəsulullahla Məscid-i Haramda qarşılaşdılar. Qüreyşdən bir çox adam da olanları izləmək üçün orada toplandılar. Heyət üzvləri Rəsulullaha bir sıra suallar soruşdu, Hz. Rəsul da cavab verdi. Sonra onları İslama dəvət etdi və önlərində Qurandan ayələr oxudu. Quranı dinləyərkən göz yaşlarını tuta bilməyən heyət üzvləri oxunanın Allah Kəlamı olduğunu təsdiq edib, Rəsulullaha iman etdilər. Toplantı sona çatıb, xalq dağılınca Əbu Cəhil və tərəfdarları Xristiyan qrupun yolunu kəsərək onları şiddətlə qınadı: “İndiyə qədər buraya sizdən daha axmaq bir cəmiyyət gəlmədi. Ey axmaqlar güruhu, siz buraya qövmünüz tərəfindən bu adam haqqında məlumat toplamaq üçün gəldiniz. Lakin hələ onunla yeni qarşılaşmışkən, etiqadınızdan üz döndərdiniz”. Bu kərəmli kütlə belə cavab verdi: “Salam olsun sizə, sizinlə mübahisə etmək kimi bir niyyətimiz yoxdur. Siz öz etiqadınızdan məsulsunuz, biz öz etiqadımızdan. Bu var ki, bilə-bilə özümüzü xeyirdən məhrum etməyə də yanaşmarıq”. [16]

Mukatil isə bu ayənin qırx nəfərlik bir Xristiyan qrupu haqqında endiyini, bunlardan bir qisminin Cəfər b. Əbi Talib ilə birlikdə Həbəşistandan, səkkiz nəfərinin isə Şamdan gəlmiş olduqlarını və bu səkkiz nəfərin adlarının Bahira, Əbrəhə, Əşrəf, Bureyd, Təmam, Eymən, İdris və Nafi olduğunu bildirmişdir. [17]

53-cü ayənin sonunda Allah nəzdindəki dinin sadəcə İslam olduğuna işarət edilmişdir. Yaradılışın başından bəri göndərilən hər elçi həmişə bu həyat tərzini gətirmiş, hər elçi daima “Müslim” olmuş, təqibçilərinə də “Müsəlmanlar” deyilmişdir.  Bu həqiqət aşağıdakı ayələrdə görünür:

Al-i İmran/19, 67, 85, Yunus/71, 72, 84, 90-92, Bəqərə/128, 131-133, Zəriət/36, Yusuf/101, Maidə/44, 111 və Nəml/44.

Bilindiyi kimi “إسلام İslam”, “ مسلم Müslim”, “ مسلمان Müsəlman” sözləri ərəbcədir. Quran ilk dəfə Ərəb qövmünə və o qövmün Ərəb bir mənsubuna endiyi üçün bu ismarıclar ərəbcə sözlərlə ifadə edilmişdir. Əslində təbii olaraq digər peyğəmbərlər öz xalqlarının dilində danışdıqlarından o qövmlər “İslam” və Müsəlman” kəlmələrinin öz dillərindəki qarşılığını işlətmişdilər.

Rəbbimizin Əhli Kitab biliklilərinin Qurana inanacaqlarını xəbər verən 52-ci ayədəki ifadəsi başqa ayələrdə də dilə gətirilmişdir:

  • 199Əlbəttə, Kitab Əhlindən elələri də vardır ki, onlar Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır. Şübhəsiz ki, Allah hesabı tez görəndir. (Al-i İmran/199)
  • 107,108De ki: “Siz Qurana istər inanın, istər inanmayın, bu, daha əvvəl özlərinə bilik verilənlər/Quran onlara oxunduğu zaman onlar boyun əyib, təslimiyyət göstə­rə­rək çənələri üstə yerə qapanarlar. Və: “Rəbbimiz hər cür nöqsandan münəz­zəh­dir. Rəb­bimizin vədi mütləq yerinə yetəcəkdir” – deyərlər”.
  • 109Və onlar ağlayaraq, çənələri üstə qapanarlar. Quran onların hörmət və təvazökarlığını artırar. (İsra/107-109)
  • 82Sən qətiliklə iman edənlərə qarşı düşmənçilik yönündən insanların ən imansızları olaraq, o Yəhudiləri və o ortaq qoşan kimsələri görərsən. Və qətiliklə iman edən kimsələrə sevgi baxımından ən yaxın olaraq da: “Şübhəsiz, biz Nasra­ni­yik/Xris­tianlarıq” – deyən kimsələri görərsən. Bu, öz içlərində keşişlər və rahiblər olduğuna, onların isə yekəxanalıq etmədiklərinə görədir.
  • 83,84Və onlar Elçiyə endirilən Quranı dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə, gözlərinin yaşla dolduğunu görərsən. Onlar: “Rəbbimiz! Biz iman etdik, bizi şahidlər ilə birlikdə yaz!” və “Biz Rəbbimizin bizi salehlər qövmü ilə birlikdə daxil etməsini umarkən, Allaha və haqqdan bizə gələn şeylərə niyə inanmayaq!” – deyərlər. (Maidə/8284)
  • 10De ki: “Heç düşündünüzmü? Əgər Quran Allah tərəfindəndirsə və siz onu bilərək rədd etmisinizsə, bununla birlikdə İsrailoğullarından bir şahid onun bir bənzəri üzərinə şahid olubsa inanmışsa, siz yekəxanalıq göstərdinizsə… Şübhəsiz ki, Allah şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlər qövmü bələdçilik etməz. (Əhqaf/10)
  • 110Və Biz onların qəlblərini və gözlərini ilkin iman etmədikləri vəziyyətdəki kimi tərs çevirərik. Və elə Biz də onları azğınlıqları içərisində kor və çaşqın olaraq buraxarıq. (Ənam/110)

Yuxarıdakı ayələrdən, Məkkədə yaşayan və ya müxtəlif zamanlarda Məkkəyə gəlib gedən Əhl-i Kitabın Quranı təsdiq etdikləri anlaşılır. Amma bu hal, onların öz dinlərini buraxıb müsəlman olduqları mənasına gəlməz. Belə ki, 53-cü ayədəki Qətiliklə biz ondan əvvəl təslim olanlardıq” ifadəsi də bunu göstərir.

54Bax budur, onlara, səbr etdikləri üçün, mükafatları iki dəfə veriləcəkdir. Və on­­lar pisliyi yaxşılıqla sovar və özlərini ruziləndirdiyimiz şeylərdən Allah yo­lun­da xərcləyərlər/başda yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin edər­lər.

55Və onlar, boş söz eşitdikləri zaman ondan üz çevirərlər və “Bizim işlərimiz yalnız və yalnız bizim üçün, sizin işləriniz də yalnız və yalnız sizin üçündür. Sizə salam olsun! Biz ca­hil­ləri axtarmırıq” – deyərlər.

Bu ayələrdə Quranı dərhal qəbul etmiş olan Əhli Kitab öyülür. Bunlar hər zaman Allahı tanımış, yeni bir kitab və elçi gözləntisi içində olan, yeni kitaba da inandıqdan sonra inancından dönməyən və həyatlarını Qurandakı qaydalara görə nizamlayanlardır. Bunların ilklərindən olanların adları 51-53-cü ayələrin təhlilində verilmişdi. Ayələrin ifadəsindən anlaşıldığına görə, bunlar Taşradan gəlib gedən Əhli Kitab deyil, Məkkədə yaşayan, təzyiq və qorxu altında tutulan Əhli Kitabdır. Belə ki, inanc turizminə zərər verər nigarançılıq ilə Məkkə qoçularının Taşradan gəlib gedənlərə təzyiq etməsindən bəhs edilmir.

54-cü ayədə bunların ikiqat mükafat alacaqları bildirilir. Bizim fikrimizcə, bu mükafatların birincisi İsa peyğəmbərə, ikincisi də peyğəmbərimizə iman etdikləri üçündür. Çünki onlar Məsihin şəxsiyyəti qarşısında ovsunlanıb zehinlərini donduranlar kimi olmadıqlarını və yalnız İslamı izlədiklərini yeni bir peyğəmbərin gəlişiylə qarşılaşdıqları çətin imtahanda göstərmişlər, heç tərəddüd etmədən yeni peyğəmbərin liderliyindəki İslam yoluna girmişdilər. Bu, qövmü və irqi ön mühakimələri rədd edərək, haqq etiqad üzərində səbat göstərənlər, gələn yeni peyğəmbərin daha əvvəl Məsihin təbliğ etdiyi İslamı təkrar gətirdiyini görərək, Xristiyanlığa taxılıb qalmışların yolundan əl çəkmişlər və beləliklə, Məsihə deyil, yalnız Allaha sitayiş etdiklərini davranışlarıyla isbat etmişlər.

Rəbbimiz, bu kəslərin peyğəmbərimizə yaxın olduqlarını Maidə surəsində də qeyd etmiş və onların bu ayələrdə bəhs etdiyi xüsusiyyətlərini başqa ayələrdə də dilə gətirmişdir:

  • 82Sən qətiliklə iman edənlərə qarşı düşmənçilik yönündən insanların ən imansızları olaraq, o Yəhudiləri və o ortaq qoşan kimsələri görərsən. Və qətiliklə iman edən kimsələrə sevgi baxımından ən yaxın olaraq da: “Şübhəsiz, biz Nasra­ni­yik/Xris­tianlarıq” – deyən kimsələri görərsən. Bu, öz içlərində keşişlər və rahiblər olduğuna, onların isə yekəxanalıq etmədiklərinə görədir.
  • 83,84Və onlar Elçiyə endirilən Quranı dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə, gözlərinin yaşla dolduğunu görərsən. Onlar: “Rəbbimiz! Biz iman etdik, bizi şahidlər ilə birlikdə yaz!” və “Biz Rəbbimizin bizi salehlər qövmü ilə birlikdə daxil etməsini umarkən, Allaha və haqqdan bizə gələn şeylərə niyə inanmayaq!” – deyərlər. (Maidə/82-84)
  • 114Və gündüzün iki tərəfində və gecənin yaxın saatlarında salaatı təşkil et, fəaliyyətini təmin et, çünki yaxşılıqlar pislikləri yox edir. Bu, ibrət alanlara bir öyüddür. (Hud/114)
  • 72Və Rəhmanın qulları, yalan yerə şahidlik etməzlər, boş bir şeylə rastlaşdıqları zaman hörmətli bir şəkildə keçərlər. (Furqan/72)

Və Furqan/63, Rad/21-24, Fussilət/34-36.

56Tam yəqinliklə bil ki, sən sevdiyini bələdçilənən doğru yola döndərə bilməzsən, am­ma Allah dilədiyinə doğru yolu göstərir və O, bələdçilənən doğru yolu qəbul edə­cək olanları daha yaxşı bilir.

Peyğəmbərimizə, sevdiyi belə olsa, kimsəni zorla doğru yola yönəldə bilməyəcəyini bildirən bu ayə, eyni zamanda onu təsəlli də edir. Çünki Allah tərcih qabiliyyətinə sahib olan insanları sərbəst buraxmışdır və yenə ayədə bildirildiyi kimi hidayə Allaha aiddir.

İfadəsi ümumiyə yönəlik olmasına baxmayaraq, bu ayənin peyğəmbərimizin heç cür imana gəlməyən əmisi Əbutalibin bu halına çox narahat olduğuna görə endiyi irəli sürülmüşdür.

57Və onlar: “Biz səninlə bərabər doğru yol bələdçisinə uyarsaq, yurdumuzdan çı­xa­rı­larıq”–dedilər. Biz onları, Öz qatımızdan bir ruzi olaraq, hər şeyin səmərələrinin top­lanılıb, özünə gətirildiyi, təhlükəsiz, toxunulmaz bir yerə – Məkkəyə yerləş­dir­mə­dik­mi? Lakin onların çoxu bilməzlər.

Bu ayədə, inanmamaqda dirənən Qüreyşli müşriklərin tövhidi qəbul etməmək üçün irəli sürdükləri bəhanə açıqlanır və onların Quran haqq olmadığı üçün deyil, gəlirlərindən olmamaq üçün hidayətə uymadıqları bildirilir. Bu, o mənaya gəlir ki, onlar şirk və küfr ticarəti edərək, təmin etdikləri qazancdan məhrum qalmamaq üçün peyğəmbərimizə uymağı rədd edirdilər. Əgər biz Məkkəli müşriklərin İslamı qəbul edəcəkləri halda meydana gəlməsindən qorxduqları vəziyyətin nə olduğunu anlaya bilsək, ancaq o zaman onların bu məntiqini tam olaraq qavramaq mümkün olar. Buna görə də, bəhs edilən hadisəyə tarix perspektivindən baxmaq lazımdır. Xatırlayacağımız kimi, Qüreyş surəsinin təhlilində Qüreyş qəbiləsinin çox mühüm bir xüsusiyyətindən bəhs edərək qeyd etmişdik ki, onlar Ərəbistanda geniş şəkildə İsmailin nəvələri olaraq bilinib, tanınırdılar. Ərəblər onlara “Peyğəmbər uşaqları” gözüylə baxırdılar. Onlar toxunulmaz qılınmış Məkkəyə gələn hacıların hər cür işlərini görərək dolanışıqlarını təmin edir, bu işlərdən yaxşı qazanc götürürdülər. Budur, Qüreyşli müşriklər bu qazancdan, bu dolanışıqdan məhrum qalmaqdan qorxur və buna görə də küfrü və şirki tərcih edirlər.

Beləliklə, Rəbbimizin buradakı “Biz onları öz qatımızdan bir ruzi olaraq, hər şeyin səmərələrinin toplanıb, özünə gətirildiyi, etibarlı, haram [toxunulmaz] bir yerə [Məkkəyə] yerləşdirmədikmi?” şəklindəki sözləri, birbaşa bu anlayışdakı müşriklərə yönəlikdir. Rəbbimiz bu ifadəsiylə onların səltənətlərinin öz əsərləri olmadığını, götürdükləri qazancları və təhlükəsizliklərini Allahın Məkkədə Rəbbülbeyt inşasını planlayıb, həyata keçirməsinə borclu olduqlarını bildirir.

Məkkənin “Təhlükəsiz şəhər” olması ilə əlaqədar Qüreyş surəsinin təhlilində geniş məlumat verilmişdi. Bu izahların təkrar oxunmasının yararlı olacağını düşünürük. [18]

Buna görə də, əvvəlki izahlara əlavə olaraq aşağıdakı ayəni və Mukatilin qeyd etdiyi bu tarixi məlumatı təqdim etməklə kifayətlənirik:

  • 96, 97Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərmək üçün qurulan ilk ev Məkkədəkidir. Onda açıq-aşkar əlamətlər/nümunələr – İbrahimin vəzifə icra etdiyi yer [təhsil alıb, yetişdirilib, ortaq qoşmağa qarşı ayağa qalxdığı] vardır. Və oraya kim girərsə, təhlükəsizlikdə olmuşdur. Və yoluna gücü yetən hər kəsin Beyti/ilahiyyat təhsil mərkəzini niyyət etməsi, ilahiyyat təhsili üçün oraya getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də gerçəyi ört-basdır edərsə, bilsin ki, şübhəsiz, Allah aləmlərdən zəngindir.                     (Ali İmran/96, 97)

Mukatil b. Süleyman, 57-ci ayənin Qüreyşli Haris b. Nevfəl b. Abdimənafın peyğəmbərimizə etdiyi bir izah üçün endiyini nəql edir. Nəql etdiyinə görə, bu adam peyğəmbərimizə bunları söyləmişdir:

Sənin dediklərinin haqq olduğunu biz çox yaxşı bilirik. Bizim səninlə birlikdə hidayətə uymağımızı əngəlləyən şey, ərəblərin bizi yurdumuzdan, yəni Məkkədən çıxartmalarından qorxmağımızdır. Çünki biz, ərəblərə görə bir baş yeyib, doyacaq qədər azıq və bizim onlara qarşı qoyacaq gücümüz yoxdur. [19]

58Və Biz hərəkətləri ilə həddini aşmış necə şəhəri dəyişikliyə/dağıntıya uğratmışdıq. Bax budur, onların yerləri! Özlərindən sonra çox az oturulmuş olan məskənləri. Və Biz varislərin məhz özüyük.

59Rəbbin, özlərinə ayələrimizi oxuyan bir peyğəmbəri ana şəhərə göndərmədikcə, məm­ləkətləri dəyişikliyə/dağıntıya uğradan deyildir. Onsuz da Biz xalqı şərik qo­şa­raq, səhv/öz zərərlərinə iş edənlər olmayan məmləkətləri dəyişikliyə/dağıntıya uğ­radan deyilik.

60Və sizə verilən şeylər fani dünya həyatının qazancı və onun bəzəyidir. Allah qa­tın­da olanlar isə, daha xeyirli və daha qalıcıdır. Hələ də ağılla hərəkət etmə­yə­cək­si­nizmi?

Peyğəmbərimizə bəhanə irəli sürən Qüreyşli müşriklərə edilən xəbərdarlıq bu ayələrdə də davam edir. Bu ayələrin ismarıcını belə təqdir etmək mümkündür: “İtirərik” deyə qorxaraq, haqdan üz çevirib batilə yapışdığınız və bu qədər öyünüb, durduğunuz dünyanın rifah və sərvətinə bir zamanlar Ad, Səmud, Səba, Mədyən və Lut qövmü də sahib idi. Onları həlak etdik, budur onların qalıqları… Sizdən əvvəl həlak edilmiş bu cəmiyyətlər də əxlaqsızlığa dalmışdılar. Onları son bir dəfə xəbərdar etmək üçün Allah peyğəmbərlərini göndərdi. Lakin onlar qulaq belə asmadılar. Eyni şey indi sizin üçün də keçərlidir… Siz də əxlaqsızlığa daldınız və sizi xəbərdar etmək üçün sizə də bir elçi gəldi. Əgər küfr və inkarınızda israr edərsinizsə, rifah və rahatlığınızı qorumaq əvəzinə, onları təhlükəyə atmış olacaqsınız. Qorxub durduğunuz dağıntı, inandığınız halda deyil, inanmağı rədd etdiyiniz halda sizi yox edəcəkdir”.

Məkkə müşrikləri nə üçün yox edilmədi?

Şirk və küfr ticarəti ilə həyatlarını sürdürən Məkkəlilərin peyğəmbərimizin elçiliklə vəzifələndiril­mə­sin­dən əvvəl həlak edilməmə səbəbi, 59-cu ayənin 1-ci cümləsindəki “Rəbbin, özlərinə ayələrimizi oxuyan bir peyğəmbəri ana şəhərə göndərmədikcə, məmləkətləri həlak edən deyildir” ifadəsiylə izah edilmişdir.

Bu xüsus başqa ayələrdə Nəhl/112, 113, İsra/15, 58, Hud/17, 117, Ənam/19, 130, 132, Şura/7, Əraf/157də də qeyd edilmişdir:

Peyğəmbərimiz onlara elçi olaraq göndərildikdən sonra, onunla mübarizə etdiklərinə baxmayaraq, Məkkəli müşriklərin həlak edilməmələrinin səbəbi isə, yenə 59-cu ayənin 2-ci cümləsindəki “Əslində elə Biz, xalqı zalım olmayan məmləkətləri həlak edən deyilik” ifadəsiylə izah etmişdir. Bu ifadədən, Məkkəlilərin hamısının zalım [şirkə batmış] adamlar olmadığı anlaşılır ki, bu vəziyyət hər kəsin bildiyi bir həqiqətdir.

Uca Allah o gün üçün iman etməmiş olanların bir qisminin daha sonra iman edəcəyini, həyatlarının sonuna qədər iman etməyənlərin isə, soylarından gələcək bəzi kəslərin iman edəcəklərini bilirdi və buna görə də onları həlak etmirdi. Belə ki, bu xüsus eynilə təsdiqlənmiş, o günün müşriklərindən və onların nəsillərindən bir çox adam mömin olmuşdur.

61Bu halda Bizim, özünə gözəl bir surətdə söz verərək, ona qovuşan insan, bəsit dün­ya həyatının qazancını qazandırdığımız və sonra qiyamət günündə hüzurumuza gə­tirilənlərdən/hüzurumuzda “hazır ol!” əmrinə müntəzir tutulan insan ki­mi­dirmi?

Bu ayə də müşriklərin irəli sürdükləri bəhanələrə qarşı verilən bir cavabdır. Burada onlara fani həyatda qazandırılanlar ilə Allahın göstərdiyi yolda gedib, Allahın vəd etdiklərini haqq edənlərin bir olmayacağı söylənilir.

Bu ayəni başa düşmək üçün iki məqamın nəzərə alınması lazımdır:

Birincisi: İnsan, dünya həyatı ilə axirət həyatı arasındakı fərqi yaxşı qavramalı, müqayisəni yaxşı etməlidir. Dünya həyatı, istər nemət, istər külfət etibariylə olsun bəsit, fani, dəyişkən və keçicidir. Axirət həyatı isə sonsuzdur və dəyişkən deyildir. Bu halda ağıllı insanın axirət həyatına üstünlük verməli olduğu açıq-aşkar ortadadır.

İkincisi: İnsan yaxşı bilməlidir ki, “Rəbbimiz qullarından nə istəyir?”. O, insanlardan mal, mülk yığmamalarını, bu dünyanın nemətləriylə maraqlanmamalarını, səfil yaşamalarını deyil, çox çalışmaqlarını və qazandıqlarını doğru yolda bol-bol xərcləmələrini istəyir. Burada bizə verilən ismarıc odur ki, “keçici” üçün “əbədi”ni tərk etməyək və “keçici”ni əldə etmək üçün şirk, zülm, inkar, fasiqlik və fücur yollarına uymayaq. Qısaca, dünya nemətlərinin qanuni hədlər içində qazanılması və yenə qanuni hədlər içində xərclənməsidir:

  • 26Və Allah dilədiyinə ruzini genişləndirir, dilədiyinə isə ölçüləndirir. Onlar isə bəsit dünya həyatı ilə fərəhləndilər. Halbuki bəsit dünya həyatı, axirətdə, sadəcə, bir qazancdır. (Rad/26)
  • 14Qadınlara, oğullara, qızıl-gümüş yığınlarına, seçmə gözəl atlara, ətindən və südündən yararlanılan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara bəzəkli/cəlbedici göstərildi. Bunlar, adi fani dünya həyatının qazancıdır. Və Allah… çatılacaq ən gözəl yer Onun qatında olandır.
  • 15–17De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir. (Al-i İmran/14-17)
  • 77,78Özlərinə: “Əlinizi çəkin, salaatı iqamə edin, zəkatı/vergini ve­rin” – deyilənləri görmədin­mi/heç düşünmədinmi? Sonra döyüş üzərlərinə ya­zıl­dı­ğın­da, onlardan bir qrup Allaha duyduqları hörmətlə, sevgi ilə, biliklə ürpərti ki­mi və yaxud daha şiddətli olaraq insanlara hörmətlə, sevgi ilə, biliklə ürpərti du­yur­lar. Və: “Rəbbimiz, niyə döyüşü üzərimizə yazdın, bizi yaxın bir zamana qədər tə­xi­rə salmalı deyildinmi?” – dedilər. De ki: “Dünyanın qazancı çox azdır. Axirət isə Al­la­hın qoruması altına girənlər üçün daha xeyirlidir və siz “bir xurma çə­yir­də­­yindəki, çox incə bir tel qədər” belə haqsızlığa uğradılmayacaqsınız. Hər ha­ra­da olar­­sınızsa olun, ölüm sizə yetişər, kirəclə/betonla son dərəcə sağlam qu­rulmuş qa­la­lar içində olarsınızsa, belə”. Və onlara bir yaxşılıq isabət edərsə: “Bu Allahdandır” – de­yərlər, bir pisliyə uğrayarlarsa: “Bu səndəndir” – deyərlər. De ki: “Ha­mı­sı Allahdandır”. Bunlara baxmayaraq, bu cəmiyyətə nə olur ki, az qala heç söz anla­ma­ya­caqlar? (Nisa/77, 78)
  • 38Ey iman edənlər! Nə oldu ki, sizə “Allah yolunda döyüşə çıxın” deyildiyi za­man yerə çaxılıb qaldınız/yapışıb qaldınız. Axirətdən əl çəkib bəsit dünya hə­ya­tı­namı razı oldunuz? Amma axirətdəkinə görə, bu bəsit dünya həyatının qazan­cı çox az­dır. (Tövbə/38)

62Və o gün Allah onlara səslənər və deyər ki: “Səhv edərək inanmış olduğunuz Mə­nim ortaqlarım hanı, haradadır?”

63Haqlarında Söz gerçəkləşən insanlar: “Rəbbimiz! Bax budur, bunlar bizim az­dırdığımız insanlardır. Biz yolumuzu necə azmışdıqsa, budur, bunları da eləcə biz azdırdıq. Biz səndən uzaq olduq. Onlar sadəcə bizlərə sitayiş etmirdilər” – deyərlər.

64Və: “Ortaqlarınızı çağırın!” – deyilir, onlar da çağırırlar. Sonra da onlar özlərinə ca­vab verməzlər və əzabı görərlər. Nə olardı, onlar bələdçilənən doğru yolu qəbul et­miş olsaydılar!

65Və o gün Allah, onlara səslənər və: “Göndərilən elçilərə nə cavab verdiniz?” – de­yər.

66Bax budur, o gün onlara bütün mühüm xəbərlər qapqaranlıq olmuşdur – artıq onlar bir-birlərindən də soruşa bilməzlər.

Bu ayə qrupunda, bəsit dünya zövqlərini axirət həyatına tərcih etmələri nəticəsində axirətdə pis hallara düşənlərin və onları bu hallara düşürən zavallıların bir-birləriylə mübahisə etmələri gözlər önünə sərilir.

Bu səhnələr Saffat surəsində belə canlandırılmışdır:

  • 27Və onların bəzisi bəzisinə dönmüş/üz-üzə gəlmiş, soruşurlar/bir-birlərini ca­vab­deh tuturlar.
  • 28Onlar: “Şübhəsiz, siz bizə sağ əldən/haqq yoldan/yaxşı mövqedən/gücdən/qüvvətdən gəlib dururdunuz” – deyərlər.
  • 29–32Digərləri deyərlər ki: “Tam əksinə, siz möminlər olmamışdınız. Bizim sizə qarşı bir gücümüz də yoxdur. Tam əksinə, siz yolunu azmış bir cəmiyyət idiniz. Ona görə də üzərimizə Rəbbimizin Sözü haqq oldu. Şübhəsiz ki, biz cəhənnəmi dadacağıq. Sonra biz sizi qızışqırdıq. Çünki biz qızışdıranlar idik”.
  • 33Bu halda, şübhəsiz ki, onlar o gün əzabda ortaqdırlar. (Saffat/2733)

Diqqət edilirsə, burada hesaba çəkilənlər “aldadılan ağılsız insanlar”dır. Allah ortaq qoşanlardan soruşur, amma cavab verənlər bilavasitə ortaq qoşulanlardır. Ağılsızlar tərəfindən günahlandırılan bu insanlar, güclər, varlıqlar, günahlandırmalar qarşısında: “Biz bunları zorla etdirmədik, onları nə görmə, eşitmə güclərindən, nə də düşünmə mələkəsindən məhrum etmədik. Onlar haqq yola girmək istədiklərində onları zorla batil yola çəkə biləcəyimiz bir haldan da bəhs edilə bilməz. Həqiqət budur ki, necə biz öz azad iradəmizi işlədərək azdıqsa, onlar da öz azad iradələriylə bizim özlərinə təqdim etdiyimiz səhv yolu üstün hesab etdilər. Beləliklə, onların etdiklərindən biz məsul deyilik. Onlar öz etdiklərindən, biz öz etdiklərimizdən məsuluq” deyərək günahlandırılamaları qəbul etməyəcəklər.

Ortaq qoşanlarla ortaq qoşulanlar arasındakı bu mübahisə bir çox ayədə (Sad/64, Zühruf/67, Ənam/94, Zümər/31, Məryəm/81, 82, Əhqaf/5, 6, Bəqərə/166, 167 və Kəhf/52, 53) dilə gətirilmişdir.

63-cü ayədə bəhs edilən “Söz”, Rəbbimizin bizi yaratdığında haqqımızda aldığı bir qaydası, qərarıdır:

  • 84Allah dedi ki: “Doğru budur. Mən də bu doğrunu söyləyirəm: “85And olsun, cəhənnəmi, tam əmin ol ki, səninlə və sənə uyanların hamısı ilə – hamınızla dolduracağam”. (Sad/84, 85)
  • 13Və əgər Biz diləsəydik hər insana doğru yolu verərdik. Lakin Məndən: “Bilinən, bilinməyən, keçmişdən, gələcəkdən hər kəsdən cəhənnəmi əlbəttə, tamamilə dolduracağam” – sözü haqq olmuşdur. (Səcdə/13)

Rəbbimizin cəhənnəmin ins və cinn [hər kəs] tərəfindən doldurulmasına yönəlik qərarında diqqətlərdən qaçmaması gərəkən incə bir məqam vardır. Bu da o məqamdır ki, cəhənnəmi dolduracaq olanlar bu nəticəyə bilavasitə, öz azad iradələri və seçimləri ilə çatacaqlar. Çünki Rəbbimiz, rəhmətinə uyğun olaraq, insanlara elçi göndərir, kitab endirir, insanları isə seçimlərində sərbəst buraxır. Elçi göndərmədən əzab etməyəcəyi isə əslində elə, Rəbbimizin bildirdiyi bir qaydası, qərarıdır.

Mövzuyla əlaqədar daha geniş izah Qaf surəsinin təhlilində verilmişdir.

67Lakin tövbə etmiş, iman etmiş və quruculuq işləri etmiş insanlara gəldikdə, o, qur­tu­lu­şa çatanlardan olmağı uma bilər.

Edilən xəbərdarlıqlardan sonra burada Rəbbimiz qurtuluş qapısını göstərir. Buna görə, keçmişində nəyə inanmış və hansı əməli işləmiş olursa, olsun, adamın tövbə etməsi, sonra da iman edib, salihatı işləməsi halında, Rəbbimiz onun xilas olanlardan olmağı uma biləcəyini söyləyir, beləliklə, insanları tövbəyə dəvət edərək, günahkar qullarına qurtuluş yolunu göstərir.

  • 39Sonra kim etdiyi haqsızlıqdan sonra tövbə edər və düzəldərsə, bilsin ki, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Maidə/39)
  • 17Allahın üzərinə aldığı tövbə, ancaq cəhalət səbəbindən pislik edənlərin, sonra da dərhal tövbə edənlərinkidir. Bax budur, bunlar Allahın tövbələrini qəbul etdikləridir. Allah ən yaxşı biləndir, ən yaxşı hökm qoyandır.
  • 18Və tövbə pislikləri edərək, onlardan birinə ölüm çatınca: “Mən, indi gerçəkdən tövbə etdim” – deyənlərin və həmçinin kafirlər olaraq ölənlərin deyildir. Bax budur, bunlar Bizim, özləri üçün acı bir əzab hazırladıqlarımızdır. (Nisa/17, 18)
  • 53De ki: “Ey nəfslərinə qarşı həddi aşmış olan qullar! Allahın mərhəmətindən ümid kəsməyin. Şübhəsiz, Allah günahları bütünlüklə bağışlayar. Şübhəsiz ki, O, çox bağışlayandır, çox mərhəmət edəndir. (Zümər/53)

Bunlardan başqa, tövbədən bəhs edilən bu ayələrə də baxıla bilər: Ənam/54, Məryəm/60, Ta Ha/82, Furqan/70, 71, Nur/31, Təhrim/8, Bəqərə/160, Al-i İmran/89, Əraf/153, Nəhl/119, Nur/5, Şura/28.

68Və sənin Rəbbin dilədiyi şeyi yaradar və onlar üçün xeyirli olan şeyləri seçər, onlar üçün isə seçim haqqı yoxdur. Allah onların ortaq qoşduqlarından münəzzəhdir və ucalar ucasıdır.

69Və sənin Rəbbin onların qəlblərində gizlətdikləri şeyləri və açığa vurduqları şeyləri bilir.

70Və O, Özündən başqa tanrı deyə bir şey olmayan Allahdır. İlkində və sonunda da bütün təriflər Onundur, hökm yalnız və yalnız Onundur. Və ancaq Ona döndəriləcəksiniz.

Bu ayələrdə Rəbbimiz, ilk yaratmağın, yaratmağın davamının və yaradılanlarla əlaqədar hər cür təsərrüfün öz əlində olduğunu izah edir. Bu ayələr eyni zamanda şirkə bir rədd cavabı mahiyyətindədir. Çünki Rəbbimiz, hər şeyin öz nəzarətində olduğunu bildirdiyi bu ayələrdə müşriklərin öz beyinlərindən bu sözdə ilahlara yağış yağdırma, şəfa vermə, bərəkət təmin etmə, şəfaət etmə kimi işlər gördürüb, onlara sifətlər, dərəcələr və mövqelər biçmələrinə qarşı çıxır.

69-cu ayədə dilə gətirilmiş olan “Allahın hər şeyi bildiyi” xüsusu, başqa ayələrdə də vurğulanmışdır:

  • 8Allah “Hər dişinin nəyi daşıdığını və bətnlər nəyi əksildir və nəyi artırır” bilir. Və hər şey Onun qatında bir ölçü ilədir.
  • 9Allah görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və açıqda olanı biləndir, çox böyükdür, ucalar ucasıdır.
  • 10Sizdən sözünü gizlədən insanla onu açıq deyən insan… Gecə gizlənən insanla, gündüz açığa çıxan insan eynidir. (Rad/8-10)
  • 59Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kimsə onları bilməz. O quruda və dənizdə olanları da bilir. O bil­mədən, bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda olmasın.                         (Ənam/59)

Rəbbimiz, özünə yaraşdırılan nöqsan sifətlərdən arınıq olduğundan isə sadəcə burada deyil, yüzlərlə yerdə bəhs etmişdir.

71De ki: “Heç düşündünüzmü, əgər Allah üzərinizdə gecəni lap qiyamət gününə qədər fasiləsiz davam etdirsə/uzatsa, Allahdan başqa sizə işıq gətirəcək tanrı kimdir? Hə­­lə də qulaq asmayacaqsınızmı?”

72De ki: “Heç düşündünüzmü, əgər Allah üzərinizdə gündüzü lap qiyamət gününə qə­­dər fasiləsiz davam etdirsə/uzatsa, Allahdan başqa, istirahət edəcəyiniz gecəni si­zə gətirəcək tanrı kimdir? Hələ də görməyəcək­sinizmi?”

73Və Allahın mərhəmətindəndir ki, O, gecəni və gündüzü – gecələr dincələsiniz və gün­düzlər, Onun qarşılıqsız, artıqdan verdiklərindən axtarasınız və özünüzə verilən ne­mətlərin qarşılığını ödəyəsiniz deyə, var etdi.

Bu ayə qrupunda, Peyğəmbərimizdən inancsızlara səslənməsi istənilir və Allahın varlığına, birliyinə, axirətdə yenidən yaradacağına, hesab soruşacağına sübut olaraq, gecə ilə gündüzün həyat üzərindəki təsirini göstərir. Uca Rəbbimiz burada, gecə ilə gündüzün mövcud nizamının dəyişməsi, yəni daima gecə və ya daima gündüz olması halında meydana gələ biləcəklərin düşünülməsini istəmiş və mövcud nizamdakı gecə ilə gündüz meyarının nə qədər uyğun olduğuna diqqət çəkmişdir.

Gecə ilə gündüzə ibrət verən bir fakt olaraq bir çox ayədə işarət edilmiş və insanlara gecə ilə gündüz gerçəyini düşünərək ağıllarını başlarına ala biləcəkləri bildirilmişdir.

  • 45,46Rəbbinin o kölgəni necə uzatmış olduğuna baxmadınmı? Diləsəydi onu, əlbəttə, hərəkətsiz də edərdi. Sonra Biz günəşi, ona dəlil etdik. Sonra da onu asan bir hərəkətlə Özümüzə doğru çəkdik.
  • 47Və O, sizin üçün gecəni libaslar, yuxunu da rahatlıq üçün yaradandır. Və O, gündüzü yayandır. (Furqan/45-47)

74Və o gün Allah, onlara səslənib deyər ki: “Səhv edərək inandığınız Mənim ortaqlarım hanı, haradadır?”

75Və Biz hər liderli cəmiyyətdən bir şahid çəkib çıxardıq və: “Haydı, qəti dəlilinizi gə­tirin!” – dedik. Artıq bildilər ki, həqiqət Allaha aiddir və uydurduqları şeylər öz­lə­rin­dən ayrılıb, yox olmuşdur.

Bu ayələrdə yeni bir məhşər səhnəsi canlandırılaraq yenə 62-66-cı ayələrdəki mövzuya dönülür. Artıq məhkəmə başlamışdır. O gün kimsənin yalan söyləyə bilmək, bəhanə irəli sürə bilmək imkanı yoxdur. Çünki bütün uydurma şeylər yox olub getmiş, ortada sadəcə Allaha aid həqiqət qalmışdır.

75-ci ayədə verilən “bir şahid” ifadəsiylə vəhy, yaxınlar, nəfs və cəmiyyət kimi şahidlərdən cəmiyyəti xəbərdar edən peyğəmbər qəsd edilmişdir. Çünki peyğəmbərlər hesab anında şahid olaraq orada olacaqlar:

  • 11–13şahidlik edəcək elçilər, şahidlik üçün gözlədildikləri “Ayırdetmə günü”/şahidlik vaxtı müəyyən olunduğu zaman (Mürsəlat/11-13)
  • 41Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də budur, bunların üzərinə bir şahid olaraq gətirdiyimiz zaman, bax, necə olur? (Nisa/41)
  • 89Və Biz o gün hər ümmət içində özlərindən öz əleyhlərinə bir şahid gətirəcəyik. Səni də onların üzərinə şahid gətirəcəyik. Biz bu kitabı da hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir mərhəmət və bir müjdə olaraq sənə endirdik. (Nəhl/89)
  • 69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz. (Zümər/69)

Rəbbimizin insanları sınaması, öyrətmək üçün deyil, dünya və axirətə şahid əmələ gətirmək üçündür ki, kimsə öz haqqındakı qərara etiraz edə bilməsin. Eynilə məktəblərdəki müəllimlərin şagirdlərini imtahan etmə məqsədinin, şagirdlərdən öyrənmək olmayıb, imtahana girən şagirdlərin bilik səviyyəsinin müəyyən edilməsi, şahidləndirilməsində olduğu kimi.

Qiyamət günündə insanlar üçün öz nəfsi, yaxınları, cəmiyyəti, elçilər və vəhylər şahidlik edəcəkdir. Bu mövzuyla əlaqədar aşağıdakı ayələrə də baxmaq olar:

Bəqərə/143, Həcc/78, Fəcr/21-23, Nisa/41,159, Nəhl/84,89, Qaf/21, Mömin/51, Hud/18, 19, Qasas/75, Fussilət/20-22, Nur/24, Ya Sin/65, Furqan/30, Maidə/116-118.

75-ci ayədəki “Haydı, qəti dəlilinizi gətirin!” ifadəsiylə günahkarlara sanki belə deyilir: “Məsum olduğunuzu göstərmək üçün inandırıcı bir dəlil gətirin! Ya israr edib durduğunuz şirkin, elçiliyi və axirəti inkarın doğru bir inanc olduğunu və bu inancı əqli dəlillərlə mənimsədiyinizi isbat edin, yaxud əgər bunu edə bilmirsinizsə, heç olmasa bu xətaya qarşı sizi xəbərdar etmək üçün Allahın heç bir tənzimləmə etmədiyini, sizə doğru yolu göstərmədiyini isbat edin!”

76,77Şübhəsiz, Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarları güclü, qüvvətli bir top­lu­lu­ğa ağır gələrdi. Bir zaman qövmü ona demişdi ki: “Öyünmə! Şübhəsiz ki, Allah öyünənləri sevməz. Və Allahdan sənə axirət yurdunu verməsini istə. Dün­ya­dan da nəsibini unutma! Allahın sənə ehsan etdiyi kimi, sən də ehsan et. Və yer üzün­­də pozğunçuluğu istəmə. Şübhəsiz ki, Allah pozğunçuları sevməz”.

78Qarun: “Bu sərvət, mənə ancaq məndə olan bilik sayəsində verildi” – dedi. Bil­məz­di­mi ki, Allah, özündən əvvəlki nəsillərdən, ondan daha güclü, ondan daha çox tə­rəf­darı, təcrübələri olan insanları tam yəqinliklə bilin ki, dəyişikliyə/dağıntıya uğ­rat­mışdı. Və bu günahkarlar, digərlərinin günahlarına görə məsuliyyət daşımazlar.

79Sonra Qarun bəzək, görkəm  içində qövmünün qarşısına çıxdı. Dünya hə­yatını istəyən insanlar: “Kaş ki, Qaruna verilənlərdən  bizdə də olsaydı! Şübhəsiz ki, o – Qarun çox böyük bir nəsib sahibidir” – dedilər.

80Və özlərinə bilik verilmiş olan insanlar isə: “Vay bizim halımıza! İman edən və sa­leh əməl edən insanlar üçün Allahın verəcəyi mükafat daha xeyirlidir. Ona da an­caq səbr edənlər qovuşa bilərlər” – dedilər.

81Sonunda Biz onu və evini yerlə yeksan etdik. Artıq Allahın yaratdığı sərvətlərdən özü­nə kömək edəcək bir tərəfdar da olmadı və o, özünü müdafiə edib, qurtara biləcək insanlardan da deyildi.

82Və elə dünən onun yerində olmağı istəyənlər: “Demək ki, Allah qullarından di­lə­di­yinə ruzini çoxaldır və azaldır. Əgər Allah bizə ərməğan vermiş olmasaydı, bi­zi də yerin dibinə batırardı. Və demək ki, kafirlər özlərini qurtara bilmirlər” – deyərək sabahladılar.

Xatırlanacaq olursa, surənin 57-61-ci ayələrində Məkkəli müşriklərin dünya nemətlərinə üstünlük verərək doğru yoldan çıxdıqları bildirilmiş, ağıllı insanın dünya qazanclarını deyil, qalıcı axirət qazanclarını seçməli olması yolunda xəbərdarlıqlar edilmişdi. Mövzumuz olan bu ayə qrupunda bu xəbərdarlıqlara konkret nümunə təşkil edəcək bir hekayət də anladılır. Ağıl sahiblərinin çox böyük ibrətlər ala biləcəyi bu hekayətin baş aktyoru, vurğusu, kapitalist zehniyyətin simvolu olaraq tanıdılan Qarundur. İlk baxışda Qarun ilə ona müxatib olan iki qrup insandan söz edən hekayət, bölmənin mahiyyətinə baxıldığında, sadəcə o iki qrupu deyil, bütün zamanların sərvət düşkünlərini və onlara qibtə edən ağılsızları gözlər önünə sərir, həmçinin bu sərvət düşkünlərini və onlara qibtə edən ağılsızları xəbərdar edən bilikli və şüurlu adamların bunu hansı məsuliyyət şüuru ilə etdiklərini ortaya qoyur. Quranın ismarıcından narahat olanlara baxıldığında, qədim dövrlərdə də olduğu kimi, bu cür adamların daima öz qurduqları siyasi və ictimai nizamların alt-üst olacağından qorxan böyük sərmayədarlar, sələmçilər və istismarçılar olduğu görünür. Başqa bir ifadəylə tarix beynəlxalq ticarət, faiz və istismar ilə Qarunlaşmış adamlarla doludur.

Bu adamlar, Hüməzə surəsində də qeyd edildiyi kimi, ən ağıllı işin sərvət qazanıb, toplamaq olduğuna inanan və öz bilik və bacarıqları sayəsində əldə etdiyini zənn etdiyi sərvətləriylə özlərini zəngin hiss edən tağutlaşmış insanlardır:

  • 6–8Qətiyyən sənin düşündüyün kimi deyil! Dönüşünün Rəbbinə olmasına baxmayaraq, insan özünü özünə yetərli gördüyündə tamamilə yolundan azar. (Ələq/6-8)

Qarun adı Quranda bu surədən başqa iki surədə (Ənkəbud/39, Mömin/23, 24) daha verilir.

Yuxarıdakı ayələrdən anlaşıldığına görə, Musa peyğəmbər Qaruna da elçi olaraq göndərilmişdir. Bu, Qarunun Fironla əməkdaşlıq etdiyini və sərvətini İsrailoğulları əleyhinə işlətdiyini göstərir. Yəni Qarun öz qövmünə xəyanət edən, İsrailoğullarına zülm edən Fironun dəstəkçisi və əməkdaşlıq etdiyi bir şəxsdir. Firon nəzdindəki yerini də öz xalqına xəyanəti ilə qazanmışdır. Bir İsrailoğlu olan kapitalist Qarunun qazandığı mövqe o qədər əhəmiyyətlidir ki, Fironun dəstəkçisi və tərəfdarı olan saray əhlinin adı, onun adının yanında ikinci planda qalmış, Firon və baş rahibi Hamandan sonra Musa peyğəmbərin elçi olaraq göndərildiyi üçüncü mühüm şəxs olmuşdur.

Kitab-i Müqəddəsdə Qarun adı keçmir. Ancaq Sayılar, Çıxış, Tarixlər və Təkvin bölmələrində bəhs edilən “Korah” ilə Qarunun əksəriyyət tərəfindən eyni adam olduğu qəbul edilir. Bu adamla əlaqədar Kitab-i Müqəddəsin Saylar, 6-cı Babında geniş məlumat mövcuddur.

Musayla Harunun Nəsil bağı

14– İsraillilərin ailə liderləri bunlardır: Yəqubun ilk oğlu Rubenin oğulları: Hanok, Pallu, Hesron, Karmi. Rubenin boyları bunlardır.

15– Şimonun oğulları: Yemuel, Yamin, Ohat, Yaxın, Sohar və Kənanlı bir qadının oğlu Şaul; Şimonun boyları bunlardır.

16– Qeydlərinə görə Levioğullarının adları bunlardır: Gerşon, Kehat, Merari. Levi yüz otuz yeddi il yaşadı.

17– Gerşonun oğulları boylarına görə bunlardır: Livni, Şimi.

18– Kehatın oğulları: Amram, Yishar, Hevron, Uzziel. Kehat yüz otuz üç il yaşadı.

19– Merarınin oğulları: Mahli, Muşi. Qeydlərinə görə Levi boyları bunlardır.

20– Amram bibisi Yokevetlə evləndi. Yokevet ona Harunla Musanı doğdu. Amram yüz otuz yeddi il yaşadı.

21– Yisharın oğulları: Korah, Nefeg, Zikri. [20]

Yəhudi rəvayətlərinə görə Korah o qədər möhtəşəm bir sərvətə sahib idi ki, Yəhudi ensiklopediyalarında onun xəzinələrinin açarlarını daşımaq üçün üç yüz qatıra ehtiyac olduğu yazılıdır. [21] Nə qədər şişirdilmiş olsa da, bu ifadə Qarunun İsrail qaynaqlarına görə də zamanının ən zəngin insanı olduğunu göstərir.

Qarunun zənginliyi Quranda sadəcə mövzumuz olan 79-cu ayədəki “Sonra o [Qarun], ziynət [ehtişam] içində qövmünün qarşısına çıxdı” cümləsiylə ifadə edilməsinə baxmayaraq, insanlar bu “ziynət”in keyfiyyəti barəsində müxtəlif şeylər zikr etmişdilər. Belə ki, onun öz qövmünün qarşısına atıyla, qatırıyla, qızılıyla, gümüşüylə, yüzlərlə bəzəkli süvarisiylə, minlərlə köləsiylə çıxdığı təsvir edilmişdir. Qarunun öz qövmünün qarşısına ziynətləriylə çıxmasının səbəbi, bizə görə, İsrailoğullarını özünə şirnikləndirmə məqsədi güdməsidir.

81-ci ayədəki “Sonunda Biz onu və evini yerə keçirdik” ifadəsi, məcaz olaraq, ən sonunda onun maldan, mülkdən, məqamdan, mövqedən məhrum buraxıldığını, səfil və pərişan bir şəkildə öldüyünü bildirir.

Bu ifadə klassik əsərlərdə həqiqi mənasına çəkilmiş və bu mövzuda bir çox söz-söhbət nəql edilmişdir:

Rəvayət edildiyinə görə, Qarun Allahın Nəbisi Hz. Musa(ə.s)a əziyyət verir, Hz. Musa(ə.s) isə aralarında qohumluq olduğuna görə ona güzəştə gedərdi. Sonra zəkatla əlaqədar ilahi əmr gəldi. Bundan sonra Hz. Musa(ə.s), Qarun ilə, hər min dinara qarşılıq bir dinar, hər min dirhəmə qarşılıq bir dirhəm [zəkat verməsi] üçün anlaşdı. Qarun bunun yekununu hesablayaraq, çox olduğunu gördü. Beləliklə, xəsisləşdi və İsrailoğullarını toplayaraq: “Musa (ə.s) mallarınızı almaq istəyir” – dedi. Onlar isə: “Sən bizim əfəndimiz və böyüyümüzsən, bizə dilədiyini əmr et [edək]” – dedilər. Qarun: “Filan günahkar [zaniyə] qadına rüşvət [pul] verək. Musa(ə.s)ın onunla zina etdiyini söyləsin. Beləliklə, İsrailoğulları ondan əl çəkərlər” – dedi. Beləliklə, o qadına qızıl bir qab dolusu qızıl verdilər. [22]  

İbn Abbas və Süddidən bir rəvayətə görə, Qarun, fahişə bir qadına Hz. Musa İsrailoğulları içində durub, onlara Allahın kitabını oxuyarkən, onların hüzurunda Hz. Musanı susdurması üçün bir miqdar mal vermis. Qadın: “Ey Musa, sən mənə belə-belə etmişdin” – demişdi. Cəmiyyət içində qadın bu sözləri Hz. Musa(ə.s.)a söylədiyində o qorxudan titrəmiş, qadına doğru gəlib, iki rükət namaz qılmış, sonra: “Dənizi yaran, sizi Firondan qurtaran, belə-belə edən Allah eşqinə, səni bu söylədiyinə sövq edənin kim olduğunu mənə xəbər verəcəksən” – demiş. Qadın: “Madam ki, mənə Allah eşqinə dedin, o halda Qarun sənə bunları söyləməyim üçün bunları-bunları verdi. Mən Allaha istiğfar edib, Ona tövbə edərəm” – dedi. Budur o zaman Hz. Musa, Allah üçün səcdəyə qapandı və Qarun haqqında dua etdi. Allah Təala Hz. Musaya vəhy edib: “Yer üzünə, sənə onun haqqında itaət etməsini əmr etdim” – buyurdu. Hz. Musa yer üzünə Qarunu və evini udmasını əmr etdi və belə də oldu.

Qarunun həlakı haqqında, belə bir hadisə da anladılır: Qarun, [bir gün] zinəti içində boz rəngli qatırlara minmiş olaraq qövmünün yanına çıxmışdı. Onun və xidmətçilərinin üzərində qırmızıya çalan rəngli [boyalı] libaslar vardı. Bu mahiyyəti içində Allahın Peyğəmbəri Hz. Musa(ə.s.)ın məclisinə uğradı. Hz. Musa ətrafındakılara Allahın günlərini xatırladırdı. Qarunu görünc, Hz. Musanın ətrafındakılar üzlərini ona döndərərək dəbdəbə və ehtişamına baxmağa başladılar. Hz. Musa(ə.s.) Qarunu çağırıb: Səni bu etdiyinə sövq edən nədir? – deyə soruşdu. Qarun: Ey Musa, əgər sən məndən Peyğəmbərliklə üstün qılınmışsansa, şübhəsiz ki, mən də sənə dünya ilə üstün qılındım. Dilərsən çıxım, sən mənə, mən də sənə qarğış edim – dedi. Hz. Musa və Qarun qövmü içində çıxdılar. Hz. Musa: Sənmi dua edəcəksən, yoxsa mənmi dua edim? – deyə soruşdu, Qarun: Xeyr, mən dua edəcəyəm – dedi. Qarun dua etdi və onun duasına icabət olunmadı. Sonra Hz. Musa: Dua edimmi? – deyə soruşdu, Qarunun “hə” cavabı qarşısında: Ey Allahım, yer üzünə bu gün mənə itaət etməsini əmr et – dedi. Allah Təala ona: Şübhəsiz elə də etdim – deyə vəhy etdi.

Hz. Musa: Ey yer üzü, onları al [yaxalayıb içinə al] – dedi. Yer üzü onları ayaqlarına qədər içinə aldı. Sonra: Onları al – dedi və topuqlarına qədər, sonra dizlərinə qədər içinə aldı. Sonra Hz. Musa: Onların xəzinələrini və mallarını gətir – dedi. Yer üzü, onların xəzinə və mallarını gətirdi və onlara baxdılar. Hz. Musa əliylə işarət edib: Ey Lavi oğulları, gedin! – dedi. Yer üzü onların üzərinə qapandı. İbn Abbasdan rəvayətə görə, o, belə demişdir: Onlar yeddinci qat yer üzünə batırıldı. Katade deyir ki: Bizə anladıldığına görə onlar, hər gün bir adam boyu batırılır və qiyamət gününə qədər də orada batmağa davam edəcəklər. [23]

83Bax budur, axirət yurdu! Biz onu yer üzündə təkəbbürlənməyi və pozğunçuluğu arzulamayan insanlar üçün hazırlarıq. Və aqibət, Allahın qoruması altına girənlər üçündür.

84Kim bir yaxşılıq gətirirsə, ona ondan daha xeyirlisi/ona onun müqabilində bir xeyir vardır. Və kim bir pislik gətirirsə, bax budur, o pislikləri işləyənlər ancaq etdikləri şeylər ilə qarşılıqlandırılırlar.

Bu ayələrdə, Qarun tipindəki azğın, harınlamış və pozğunçuların cənnət üzü görə bilməyəcəkləri, gözəl nəticəyə isə yer üzündə yekəxanalıq etməyən, pozğunçuluq etməyən təqva sahiblərinin çatacağı bildirilir. Bu müjdəylə insanlar təqvaya şirnikləndirilir.

85Şübhəsiz ki, Quranı sənə fərz qılan Allah, əlbəttə, səni dönəcəyin yerə mütləq döndərəcəkdir. De ki: “Mənim Rəbbim, kimin doğru yol bələdçisi ilə gəldiyini və kimin açıq-aşkar bir pozğunluq içində olduğunu daha yaxşı biləndir”.

Rəbbimiz bu ayədə Peyğəmbərimizə:“Şübhəsiz ki, Quranı sənə fərz qılan [Allah], əlbəttə səni dönüləcək yerə döndərəcəkdir” – şəklindəki sözləriylə ona mənəvi dəstək verərək: “Səni elçi təyin edən əlbəttə lazım gələni edəcəkdir” – demiş olur. “Quranı sənə fərz qılan” ifadəsi, “Sənə vəhyi toplama və paylama vəzifəsini verən” deməkdir. Bu ifadəylə vəhyin ilk sözü “iqra [oxu]!” əmrinə işarə edilmişdir. Ayənin ikinci hissəsindəki “Mənim Rəbbim, kimin hidayə ilə gəldiyini və kimin apaçıq bir azğınlıq içində olduğunu daha yaxşı biləndir” ifadəsi isə inkarçılara yönəlik bir xəbərdarlıq mahiyyətindədir.

85-ci ayədəki “معاد mead” sözü orijinal mənasıyla “bir kəsin ən sonunda dönmək məcburiyyətində olduğu yer” deməkdir. [24]

Söz ayədə nekrə [qeyri müəyyən] olaraq yer almışdır. Buna görə də sözü burada “cənnət” olaraq anlamaq mümkün olduğu kimi, hicrətdən sonra fəth edilərək “dönüləcək yer” mənasında Məkkə olaraq anlamaq da mümkündür. Ayənin bütün insanlığa yönəlik bir ismarıc olduğu nəzərə alındığında isə bu sözlə Allahın hidayətinin [doğru yola bələdçiləməyinin] qəsd edildiyini də söyləmək olar.

86Və sən Kitabın sənə vəhy ediləcəyini/endiriləcəyini ummurdun. O, ancaq Rəbbindən bir mərhəmət olaraq verildi. Elə isə, qətiyyən kafirlərə arxa çıxma/kömək etmə.

87Və ortaq qoşanlar, sənə Kitab endirildikdən sonra, qətiyyən səni Allahın ayələrindən ayır­ma­sın­lar. Və Rəbbinə dəvət et! Və qətiyyən ortaq qoşanlardan olma!

88Və Allah ilə bərabər başqa bir tanrıya yalvarma. Ondan başqa heç bir tanrı yox­dur. Onun Zatından başqa hər şey yox olacaqdır. Qanun-qayda, yalnız və yalnız Onun­dur. Siz də ancaq Ona döndəriləcəksiniz. İsra/1Qulunu bir gecə ayələrimizdən/əlamət­lə­ri­mizdən/nümunələrimizdən göstərək deyə, Məscidülhəramdan bir kənarı­nı mü­barək qıldığımız Məscidüləqsaya yeridən Zat, hər cür nöqsan sifətlərdən mü­nəz­zəhdir. Şübhəsiz ki, O, ən yaxşı eşidənin, ən yaxşı görənin məhz özüdür.

86-cı ayə, peyğəmbərimizin elçi olduğunun bir dəlilidir. Eynilə Musa peyğəmbər kimi, peyğəmbərimiz də heç gözləmədiyi halda, əvvəlki həyatıyla heç əlaqəsi olmayan bir vəzifəyə təyin edilmiş, yəni peyğəmbərliklə vəzifələndirilmişdir. Peyğəmbərimizin bu vəzifələndirməkdən xəbərsiz olması bir çox ayədə vurğulanan bir xüsusdur.

Bu ayələr peyğəmbərimizin elçi olduğunu heç bir ağıllı, insaf sahibi insanın rədd edə bilməyəcəyi bir sübut mahiyyətindədir:

  • 15Və ayələrimiz onlara açıqca oxunduğunda, Bizə qovuşmağı ummayanlar: “Bundan başqa bir Quran gətir, yaxud bunu dəyişdir!” – dedilər. De ki: “Onu özümün məsləhətimlə dəyişdirmərəm/mənə bu barədə heç söz ola bilməz. Mən sadəcə, mənə vəhy olunana uyuram. Rəbbimə üsyan edərəmsə, tam yəqin bilin ki, böyük günün əzabından qorxaram”.
  • 16De ki: “Allah diləsəydi, mən Quranı sizə oxumazdım və Allah, Quranı sizə bildirməmiş olardı. Mən də Qurandan əvvəl tam yəqin bilin ki, içinizdə bir ömür qalmışdım. Hələ də ağılla hərəkət etməyəcəksinizmi?” (Yunus/15, 16)
  • 21Və insanlara toxunan bir sıxıntıdan sonra özlərinə bir mərhəmət daddırdığımız zaman, ayələrimiz/əlamətlərimiz/nümunələrimiz haqqında onların bir planı vardır. De ki: “Plan baxımından Allah daha cəlddir”. Şübhəsiz ki, elçilərimiz planladığınız şeyləri yazırlar. (Yunus/21)
  • 48Və sən bundan əvvəl hər hansı bir kitabdan oxumurdun/sən Quranı özündən yazmırsan. Əgər belə olsa idi, batilə inananlar qətiliklə şübhə duyacaqdılar. (Ənkəbud/48)
  • 52,53Bax budur, beləcə, Biz sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan di­lə­diyimizi onunla bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də dos­doğ­ru bir yola – göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçi­lik et­mək­dəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər. (Şura/52, 53)
  • 1Qaf/100. Çox şərəfli/şanı uca olan Quran sübutdur ki, 22tam əmin olun ki, sən bundan xəbərsiz idin, məlumatın yox idi. İndi səndən pərdəni qaldırdıq. Artıq bu gün gözün itidir; Quran sayəsində qərarlı biri oldun.
  • 2,3Amma onlar, özlərinə içlərindən xəbərdar edicinin gəlməsinə çaşdılar və kafirlər: “Bu, çaşılacaq bir şeydir! Öldüyümüz və bir torpaq olduğumuz vaxtmı? Bu, uzaq bir dönüşdür” – dedilər. (Qaf/1- 3)
  • 67De ki: “O/Quran, çox böyük, vacib bir xəbərdir. 68Siz ondan üz çevirirsiniz. 69Onlar bir-birləri ilə müzakirə edərkən, mənim “ən üstün şeylərin doldurulduğu/Qurana dair bir məlumatım yox idi. 70Ancaq mən, bəli mən, açıq-aşkar bir xəbərdarlıq edən olduğum üçün, mənə vəhy edilir”. (Sad/67-70)
  • 3Sənə bu Quranı vəhy etməklə Biz sənə hekayətlərin ən gözəlini anladırıq. Hal­buki sən, bundan əvvəl, tam yəqinliklə bilin ki, bu mövzu haqqında eşitmə­miş­din/xəbərsizlərdən idin. (Yusuf/3)

88-ci ayənin sonunda “İltifat” sənəti edilərək, peyğəmbərimizdən bütün insanlığa dönülmüş və “Siz də ancaq ona döndəriləcəksiniz” – deyilərək, hər kəsə axirətə dönəcəyi xatırladılmışdır.

Bu ayədəki “üz” ifadəsi ilə Allahın “Zatı” qəsd edilmiş olub, burada bir “Cüziyyət məcaz-i mürsəli” –dən bəhs edilir. Vəsiqəlik fotodakı bir üz o adamın bütün varlığını təmsil etdiyi kimi, varlıqların ən müəyyənedici orqanı olduğuna görə “üz” sözü də ərəb dilində, o üzün aid olduğu varlığı təmsil edər. Bu dil qaydasına görədir ki, ayədə verilən “Onun üzü” ifadəsi də Allahın bütün varlığını təmsil edir.

Bizim “üz” olaraq tərcümə etdiyimiz “ وجه vəch” sözü, “Sərf elmi” qaydalarına görə “ جهة cəhət” olaraq da söylənə bilər. Dolayısıyla, hər iki söz də həm “üz”, həm də “yön” mənasında işlədilə bilər. Əgər ayədə verilən “vəch” sözü “yön” mənasına alınarsa, bu təqdirdə ayə “Allah yönünə olmayan [Onun doğru olduğunu təsdiq etməyəcəyi şəkildə olan] hər şeyin boşa çıxacağı” mənasını ifadə etmiş olur.

Həlak. “هلاك Həlak” sözü “dəyişilmək, dağıntıya məruz qalmaq, pozulmaq, yıxılmaq” deməkdir. [25]

Ümumi olaraq zənn edildiyi kimi, bu söz “yox olmaq” mənasına gəlməz. Buna görə də 88-ci ayədə verilən “həlak” sözü də “yox olmaq” mənasında anlaşılmamalıdır.

Belə ki, Rəbbimiz yerlərin, göylərin dəyişilməsi ilə əlaqədar olaraq belə bir izah etmişdir:

  • 48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir. (İbrahim/48-51)

 

 Ən düzünü Allah bilir!

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Mükatil; Kurtubi; el-camiu li Ahkami’l-Quran.

[2] Lisanü’l Arab, c:1, s:623-625, “tlv” mad.

[3] Razi; el-Mefatihu’l-Gayb.

[4] Çıkış Bab; 2/1-10.

[5] Kitab-i Mukaddes dipnotları.

[6] Çıkış; 11. Bab: 11-14:

[7] Çıkış, 2: 16-18.

[8] Çıkış,  3: 1:

[9] Çıkış, 18: 5.

[10] Seyyid Kutub; Fi Zılalıl-Quran.

[11] Çıkış; 4/18.

[12] Çıkış; 18: 1-8.

[13] Çıkış, 3: 1.

[14] Çıkış, 4: 18.

[15] Ana Britannica; c: 22, s: 373. Bkz.

[16] İbn Hişam, c:2, s:32; el-Bidaye ve’n-Nihaye, c:3, s:82.

[17] Mukatil; ilgili ayet hakkındaki açıklamasından.

[18] Tebyinü’l-Quran; c:1, s:582-585.

[19] Mukatil.

[20] Çıkış; 6. Bab, 14-21.

[21] Jewish Encylopedia c: VII. sh. 556.

[22] Razi; el Mefatihu’l-Gayb.

[23] İbni Kesir.

[24] Lisanü’l-Arab, c:6, s:506, “avd” mad.

[25] Lisanü’l-Arab, c.9, s. 118-121.