NƏML SURƏSİNİN TƏBYİNİ

Nəml surəsinin Məkkədə enən 48-ci surə olduğu qəbul edilir. Adını 18-ci ayədəki “النّمل nəml” sözündən almışdır. İçərisində Süleyman peyğəmbərlə əlaqədar məlumatlar olduğuna görə, surəyə “Süleyman surəsi” də deyilir. Enmə sırasına görə, Şüəra surəsindən sonra gələn Nəml surəsi, rəsmi düzülüşdə də Şüəra surəsindən sonra tərtib edilmişdir.

Surənin əsl mövzusu yenə Qurandır. Yenə surədə məhşərə və qiyamətin qopma anlarına aid səhnələr qısaca yer alır, etinasız yalan sayanlar və inkarçılar xəbərdar edilir, Musa, Süleyman, Saleh və Lut peyğəmbərlərin ətrafında olanların vəziyyətləri ibrət üçün örnək göstərilir. Surə Quranla başlayır və yenə Quranla bitir.

RƏHMAN RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ:

Nəcm: 143

    1–3Ta/9, Sin/60. Bunlar salaatı iqamə edən, zəkatı/vergini verən və axirətə də qəti olaraq inananların məhz özləri olan möminlərə doğru yol rəhbəri və müjdəçi olaraq Quranın/açıq-aşkar açıqlayan bir kitabın ayələridir.

(48/27, Nəml/1–3)

Nəcm: 144

4Şübhəsiz, Biz axirətə inanmayan bu insanların əməllərini özlərinə bəzəkli göstərdik və onlar çaşıb qaldılar.

5Bax budur, bunlar əzabın pisi özləri üçün olanlardır və bunlar axirətdə ən çox ziyana uğrayacaq olanların məhz özləridir.

6Şübhəsiz, bu Quran isə sənə, qaydalar qoyan və ən yaxşı bilən Allah tərəfindən verilir [sənin içinə işlədilir].

7O zaman ki, Musa yaxınlarına: “Şübhəsiz, mən bir atəş gördüm. Ondan sizə bir xəbər, yaxud isinməyiniz üçün bir qor atəşi gətirəcəyəm” – demişdi.

8–12Sonra ora gəldiyi zaman səslənilmişdi: “Atəşin içindəki və yanındakı insan bol­luqlu qılınmışdır! Və aləmlərin Rəbbi olan Allah əskikliklərdən münəzzəhdir!

“Ey Musa! Şübhəsiz, Mən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlam edən Allaham!

“Və əsanı/təcrübələrini ortaya qoy!” Onun, sanki görünməyən bir varlıq kimi, hərəkət etdiyini görüncə, dönüb arxasına baxmadan qaçdı. “Ey Musa qorxma! Şübhəsiz ki, Mən… Mənim yanımda elçilər qorxmaz. Ancaq kim səhv/öz zərərlərinə iş edər, sonra pisliyin ardından yaxşılıqlar edərsə, şübhəsiz ki, Mən çox bağışlayanam, çox mərhəmət sahibiyəm”.

“Və qoynundakı gücünü işə sal, doqquz ayə [əlamət/nümunə] içində Firona və onun qövmünün qarşısına heç şübhəsiz, mükəmməl çıxacaqsan. Şübhəsiz, onlar yoldan çıxmış bir cəmiyyət olmuşlar”.

13Sonra da ayələrimiz/əlamətlərimiz/nümunələrimiz onlara parlaq bir şəkildə gəlincə: “Bu açıq-aşkar bir gözbağlıca, adam aldatmadır” – dedilər.

14Və onların özləri bunlara tam bir qənaət gətirdikləri halda, şərik qoşaraq səhv/öz zərərlərinə iş etmələri və təkəbbürlərinə görə onları bilə-bilə inkar etdilər. İndi pozğunçuların sonunun necə olduğuna bir bax!

15Və and olsun ki, Biz Davuda və Süleymana bilik verdik. O ikisi də: “Bütün təriflər, bizi mömin qullarının bir çoxuna üstün qılan Allahadır!” – dedi.

16Və Süleyman Davuda varis oldu. Və Süleyman: “Ey insanlar! Bizə quşların məntiqi [səslərindən, davranışlarından məna çıxarmaq] öyrədildi və bizə hər şeydən verildi” – dedi. Doğrusu bu, açıq-aşkar bir ərməğandır.

17Yerli və əcnəbilərdən, həmçinin quşlardan əmələ gətirilmiş ordular Süleyman üçün bir yerə toplandı. Sonra onlar nizamlı olaraq sövq etdirildilər.

18Sonunda Qarışqa Vadisinə gəldikləri zaman, bir qarışqa: “Ey qarışqalar! Evlərinizə girin, Süleyman və orduları bilmədən sizi qırıb keçməsin!” – dedi.

19Sonra da Süleyman dişi qarışqanın sözünə/qərarına gülərək, təbəssüm etdi. Və: “Rəbbim! Mənə ana-atama lütf etdiyin nemətinin qarşılığını ödəməyimi, məmnun olacağın saleh əməl işləməyimi qəlbimə sal və mərhəmətinlə məni saleh qullarının içinə qat” – dedi.

20,21Və Süleyman quşları gözdən keçirdi və sonra: “Hüthütü nə üçün görə bilmi­rəm? Yoxsa yox oldumu? Onu tam əmin olun ki, çətin bir əzab ilə cəzalandı­ra­cağam, yaxud onu boğazlayacağam, yaxud da mənə açıq-aşkar bir dəlil/güc gə­ti­rə­cək” – dedi.

22–26Sonra, çox gözləmədən Hüthüt gəldi və: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Səbadan sənə çox doğru və mühüm bir xəbər gətirdim. Şübhəsiz ki, Səbalılara hökmdarlıq edən, özünə hər şeydən verilmiş və çox böyük bir taxta sahib olan bir qadın gördüm. Onu və qövmünü Allahın yaratdığı sərvətlərdən Günəşə bo­yun əyib, təslimiyyət göstərərkən/sitayiş edərkən gördüm. Şeytan da göylərdə və yer­də gizlənəni açığa çıxaran, gizlətdiyinizi və açıqladığınızı bilən Allaha boyun əyib, təslimiyyət göstərməsinlər/qulluq etməsinlər deyə, özlərinə etdiklərini təmtəraqlı gös­tərmiş və onları doğru yoldan azdırmışdır. Buna görə də onlar bələdçilənən doğru yolu tapa bilmirlər. Allah Özündən başqa tanrı deyə bir şey olmayandır, bö­yük ərşin sahibidir” – dedi.

27,28Süleyman dedi ki: “Doğrumu söylədin, yoxsa yalançılardansanmı, baxacağıq. Bu məktubumu götür, onu səbalılara burax, sonra onlardan bir az geri çəkil və bax, nəyə dönəcəklər”.

29–31 Süleymanın məktubunu alan Səba məlikəsi: “Ey öndə gedənlər! Şübhəsiz ki, mənə, qəti olaraq, çox sayğın/şərəfli bir məktub buraxıldı. Şübhəsiz ki, o məktub Süleymandandır və “Mənə qarşı yekəxanalıq etməyin, təslimiyyət göstərərək/müsəlman olaraq Mənə gəlin!” – deyə yaratdığı bütün canlılara dünyada çox-çox mərhəmət edən, əngin mərhəmət sahibi Allah naminədir/adındandır” – dedi.

32Məlikə dedi ki: “Ey öndə gedənlər! Bu işimdə mənə fitva verin. Siz mənə şahid olmadan heç bir işə qərar vermərəm”.

33Öndə gedənlər dedilər ki: “Biz qüvvət sahibiyik və döyüşməyi çox yaxşı bilən insanlarıq, buyuruq isə sənindir, artıq nə əmr edəcəyini düşün!”

34,35Məlikə: “Heç şübhəsiz ki, krallar bir məmləkətə girdikləri zaman dərhal oranı dağıdar və xalqının ulularını təhqir edərlər. Onlar da belə edəcəklər. Mən onlara bir hədiyyə göndərim və görək elçilər nə ilə dönəcəklər!” – dedi.

36,37Elçi Süleymanın yanına gəldikdə Süleyman: “Siz mənə mal ilə köməkmi etmək istəyirsiniz? Bax budur, Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Əksinə siz hədiyyənizlə təkəbbürlənirsiniz. Onlara geri dön, yaxşı bilsinlər ki, onlara qətiyyən qarşı çıxa bilməyəcəkləri ordularla gələr, onları, tam əmin olun ki, xor və alçaldılmış olaraq çıxararıq!”– dedi.

38Süleyman dedi ki: “Öndə gedənlər! Onlar təslim olanlar olaraq mənə gəlməzdən əvvəl hansınız onun taxtını mənə gətirər?”

39Cinlərdən bir ifrit: “Sən məqamından qalxmazdan əvvəl mən onu sənə gətirərəm. Və heç şübhəsiz, mən bu barədə güclü və etibar edilənəm” – dedi.

40Kitabdan biliyi olan birisi: “Mən onu sənə, baxışın özünə dönmədən əvvəl gə­ti­rə­rəm” –dedi.

Sonra Süleyman Məlikənin taxtını yanında duran bir halda görüncə: “Bu, özümə ve­rilən nemətlərin qarşılığını ödəyəcəyəmmi, yoxsa yaxşılıq bilməzlikmi edəcəyəm de­yə, mənə bəla vermək üçün Rəbbimin lütfündəndir. Və kim özünə verilən ne­mət­lərin qarşılığını ödəyərsə, heç şübhəsiz, özü üçün qarşılığını ödəyər. Kim də nankorluq edərsə, heç şübhəsiz ki, Rəbbim çox zəngin və kərimdir”.

41Süleyman dedi ki: “Onun üçün taxtını tanınmaz hala gətirin [ona adi bir insan ki­mi davranın], görək o, bələdçilənən yolu tapanlardandırmı, yoxsa bələdçilənən doğru yo­­lu tapmayanlardanmı olacaq [görək müsəlmanlığında səmimidir, yoxsa səmimi de­yil]!”

42Məlikə gəldiyi zaman:  “Sənin taxtın belədirmi?” – deyildi. Məlikə: “Sanki bu, odur. Və bizə ondan əvvəl bilik verilmiş və biz müsəlman olmuşduq”.

43Və onu Allahın yaratdığı sərvətlərdən sitayiş etdiyi şeylər uzaqlaşdırmışdı. Şübhəsiz ki, o, kafirlər qövmündəndir.

44Ona: “köşkə gir!” – deyildi. Sonra o, onu görüncə dərin bir su sandı və ətəyini çəkdi. Süleyman: “Bu büllurdan düzəldilmiş, şəffaf bir zəmindir” – dedi. Məlikə: “Rəbbim! Mən həqiqətən özümə haqsızlıq etmişdim. Süleyman ilə bərabər, aləmlərin Rəbbi olan Allaha təslim oldum” – dedi.

(48/27, Nəml/4, 5, 7–44)

Nəcm: 145

 

45And olsun ki: “Allaha qulluq edin” – deyə, Səmuda da qardaşları Salehi elçi göndərdik. Dərhal bir-birləri ilə mübahisə edən iki qrup oldular.

46Saleh dedi ki: “Ey qövmüm! Yaxşılıqdan əvvəl nə üçün pisliyi tezləşdirmək istəyirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləsəniz nə olar?”

47Onlar: “Sənə və səninlə birlikdə olanlara görə başımıza uğursuzluq gəldi/səni və səninlə birlikdə olanları uğursuzluq əlaməti sayırıq” – dedilər. Saleh: “Uğursuzluğunuz Allah qatındadır. Daha doğrusu siz özünü atəşə atan/imtahana çəkilən bir camaatsınız” – dedi.

48Və o şəhərdə yer üzündə pozğunçuluq edən, yaxşı işlər görməyən, Doqquz nəfərlik bir qrup vardı. 49Allaha and içərək: “Gecə ona və ailəsinə basqın edəcəyik, sonra da qəyyumuna/haqlarını qoruyacaq yaxınlarına: “Biz o ailənin yox edilməsinə şahid olma­dıq/hadisə zamanı orada deyildik və biz tam əmin olun ki, doğru olanlarıq de­­yəcəyik” – dedilər. 50Və onlar, belə bir tələ qurdular, şübhəsiz, Biz də onları fər­qin­də olmadıqları bir cəza ilə cəzalandırdıq.

51Bax budur! Onların tələlərinin aqibəti necə oldu, şübhəsiz ki, Biz onları və cəmiy­yət­lə­­rini cəm halda, yerlə bir etdik. 52Bax budur, onların, şərik qoşmaqla et­dikləri səhv­lərə görə damları çöküb, evləri sahibsiz qalıb. Heç şübhəsiz ki, bunda, anlayan bir cəmiyyət üçün bir əlamət/nümunə vardır.

53İman edən və Allahın qoruması altına girmiş olan insanları isə qurtardıq.

54,55Lutu da elçi olaraq qövmünə göndərdik. O zaman ki o, qövmünə: “Göz görə-görə hələ də o həddini aşmağı/həyasızlığı edəcəksinizmi? Şəhvət yö­nün­dən qadınlardan aşağı olan kişilərə yaxınlaşacaqsınızmı? Əslində siz ca­hil­lik­də davam edən bir cəmiyyətsiniz!” – demişdi.

56Sonra da qövmünün cavabı sadəcə: “Lut ailəsini məmləkətinizdən çıxarın, görürsünüz, onlar təmiz qalmaq istəyən insanlarmış!”–  demələri oldu.

57Buna görə də Biz onu və geridə qalmasını nəzərdə tutduğumuz zövcəsindən başqa, yaxınlarını qurtardıq. 58Və onların üzərlərinə elə bir yağış yağdırdıq ki! Necə də pis idi, xəbərdarlıq alanların yağışı!

(48/27, Nəml/45–58)

 

Nəcm: 146

 

59De ki: “Bütün təriflər Allaha məxsusdur, başqası öyülə bilməz. Salamatlıq, təhlükəsizlik də seçib arındırdığı qullarınadır. Allahmı xeyirlidır, yoxsa onların ortaq qoşduğu şeylərmi?”

60Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, ya göyləri və yer üzünü yaradan, göydən sizin üçün su endirənmi? Sonra da Biz onunla, bir ağacı belə bitirməyinizin mümkün olmadığı gözəl-gözəl bağçalar bitirmişik. Allahla bərabər başqa bir tanrımı var! Əksinə onlar, şərik qoşaraq səhv/öz zərərlərinə iş etməkdə davam edən bir cəmiyyətdir.

61Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa yer üzünü sığınacaq edən, ara­la­rında çaylar əmələ gətirən, onun üçün sabit dağlar yerləşdirən və iki dəniz arasına maneə qoyanmı? Allah ilə bərabər bir tanrımı var? Tam əksinə, onların çoxu bilmirlər.

62Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa özünə yalvardığı zaman bəd­bin­ləş­mişə qarşılıq verən və pisliyi yox edən, sizi yer üzünün xəlifələri edənmi? Allahın yanında başqa bir tanrımı var? Çox az düşünürsünüz!

63Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa qurunun və dənizin qaranlıqları için­də sizə bələdçi olan, mərhəmətinin önündə küləkləri müjdəçi olaraq gön­də­rən­mi? Allahla bərabər bir tanrımı var? Allah onların qoşduqları ortaqlardan çox uca­dır.

64Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa əvvəl yaratmağı başladan, sonra onu geri çəkəcək olan və sizi həm göydən, həm yerdən ruziləndirənmı? Allahla bə­ra­bər başqa bir tanrımı var? De ki: “Əgər doğru insanlarsınızsa, qəti dəlilinizi gə­ti­rin!”

65De ki: “Qeybi/göylərdə və yerdə görünməyəni, eşidilməyəni, seçilməyəni, keç­mi­şi, gələcəyi Allahdan başqa kimsə bilməz. Və onlar nə zaman dirildilə­cək­lə­ri­nin fər­­qinə varmazlar.

66Əslində, onların axirət haqqında bilikləri ard-arda gəlməkdədir. Lakin onlar bun­dan bir şübhə içindədirlər. Daha doğrusu onlar bunu görməyəcək qədər kordurlar.

67,68Bu kafirlər də: “Biz və atalarımız torpaq olduqdan sonramı, həqiqətən biz dirilib çıxardılacağıq? And olsun, bu əzab və dirilmə məsələsi bizə və daha əvvəl atalarımıza təhdid olaraq, söz verilmişdi. Bu, ancaq keçmişlərin uydurma məsəllərindən başqa bir şey deyil­dir” – dedilər.

69De ki: “Yer üzündə gəzib dolaşın və günahkarların sonlarının necə olduğuna bir baxın!”

70Sən onlara qarşı hüznə də qapılma və onların qurmaqda olduqları tələlərə görə də narahatlıq keçirmə!

71Və onlar: “Əgər doğru insanlarsınızsa, bu təhdid olaraq söylənən söz/əzab nə zaman?” –deyirlər.

72De ki: “Bəlkə də tezləşdirməkdə olduğunuzun bir qismi sizə çatmışdır belə”.

73Və heç şübhəsiz, sənin Rəbbin, insanlara qarşı böyük ərmağan sahibidir. Və lakin on­la­rın çoxu sahib olduqlarının qarşılığını ödəmirlər. 74Və şübhəsiz ki, sənin Rəb­bin, onların qəlblərinin gizli tutduqlarını və açığa vurduqlarını qəti olaraq bil­ir.

(48/27, Nəml/59–75)

 

Nəcm: 147

 

75Göydə və yerdə gizli olan heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda ol­ma­sın.

76Heç şübhəsiz ki, bu Quran İsrailoğullarına haqqında ayrılığa düşdükləri şeylərin bir çoxunu bildirib anlatmaqdadır.

77Və heç şübhəsiz, həqiqətən Quran, əmin olun ki, möminlər üçün bir bə­ləd­çi və bir mərhəmətdir.

78Şübhəsiz ki, sənin Rəbbin, onların arasında Öz hökmünü gerçəkləşdirir. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, çox yaxşı biləndir.

79Elə isə sən Allaha işin sonunu həvalə et! Şübhəsiz ki, sən açıq-aşkar olan haqq üzə­rindəsən.

80Şübhəsiz ki, sən ölülərə dinlədə bilməzsən və arxasını dönüb qaçdıqları zaman karlara da bu çağırışı eşitdirə bilməzsən.

81Sən korları düşdükləri pozğunluqdan çəkib, onlara doğru yolu göstərən də deyilsən! Sən ancaq ayələrimizə iman edənlərə ki, onlar təslim olanlardır, dinlədə bilərsən.

(48/27, Nəml/76–81)

 

Nəcm: 148

 

82Və Söz üzərlərinə vaqe olduğu – gerçəkləşdiyi zaman onlar üçün, insanların ayələrimizə lazım olduğu kimi inanmadıqlarını onlara söyləyən, anladan, torpaqdan/maddədən yaradılmış hərəkət edən, danışan bir varlıq çıxardıq.

83Və hər başçılı camaatdan ayələrimizi/əlamətlərimizi/nümunələrimizi yalan sayanlardan bir qrup topladığımız gün artıq onlar tutulub məhv edilirlər.

84Və gəldikləri zaman Allah deyər ki: “Siz Mənim ayələrimi/əlamətlərimi/ nü­mu­nələrimi bilik baxımından qavraya bilmədiyiniz halda, yalan saydınızmı? Ya da nə edirdiniz?

85Və şərik qoşaraq, inanmayaraq səhv etmələrinə qarşılıq Söz onların əleyhinə ger­çəkləşmiş olar və artıq onlar danışmazlar.

(48/27, Nəml/82–85)

 

Nəcm: 149

 

86Onlar görmədilərmi ki, dincəlsinlər deyə gecəni yaratdıq, gündüzü də görə bilməyiniz üçün, aydınlıq yaratdıq. Şübhəsiz ki, bunda iman edən bir cəmiyyət üçün tam əmin olun ki, əlamətlər/nümunələr vardır.

87Və Sura üfləndiyi gün, artıq Allahın dilədikləri istisna olmaqla, göylərdə və yerdə kim­lər varsa hamısı dəhşətə düşər. Və hamısı, dəyərlərini itirmiş olaraq, Onun yanına gə­lər­lər.

88Və sən dağları görərsən, onları donuq, durğun sanarsan. Halbuki, onlar hər şeyi sapsağlam edən Allahın yaratdığı olaraq, buludun yeriməsi kimi yerimək­də­dirlər. Şübhəsiz ki, O, etdiklərinizdən tamamilə xəbərdardır.

89Kim bir yaxşılıq/gözəllik gətirərsə, onun üçün gətirdiyindən daha xe­yir­li­si/gətirdiyinə görə bir xeyir vardır. Və onlar o gün qorxudan təhlükəsizlikdə olan­lar­dır.

90Və kim pisliklə gələrsə, artıq üzləri atəşdə sürtülər. Siz, etdiyiniz əməllərdən baş­qa­sı iləmi qarşılıq görəcəksiniz?

91–93Sən: “Mən ancaq hər şeyin sahibi olan və buranı toxunulmaz qılan, Məkkənin Rəbbinə qulluq etməklə əmr olundum. Və mən müsəlman olmağımla və Quranı oxu­yub izləməyimlə əmr olundum. Artıq kim bələdçilənən doğru yola düşərsə, yal­nız özü üçün bələdçilənən doğru yola düşmüş olar, kim də azarsa, dərhal de: “Mən sa­də­cə xəbərdarlıq edənlərdənəm”. Və bütün təriflər Allaha məxsusdur, başqası öyülə bil­məz. O, ayələrini/əlamətlərini/nümunələrini sizə göstərəcək və siz onları ta­nı­ya­caq­sınız” – de.

Və Rəbbin, etdiklərinizdən xəbərsiz deyildir.

(48/27, Nəml/86–93)

TƏHLİL:

    1–3Ta/9, Sin/60. Bunlar salaatı iqamə edən, zəkatı/vergini verən və axirətə də qəti olaraq inananların məhz özləri olan möminlərə doğru yol rəhbəri və müjdəçi olaraq Quranın/açıq-aşkar açıqlayan bir kitabın ayələridir.

Bu surə də daha əvvəl haqqında bir çox dəfə bəhs etdiyimiz “kəsik hərflər”lə başlayır. Ancaq surənin başındakı “ ط ta” və “ س sin” hərfləri burada digər surələrdəki “kəsik hərflər” kimi sərbəst bir ayə şəklində deyil, bir ayənin hissəsi olaraq yer alır. Hələ rəqəmlərin işlədilmədiyi və sayların hərflərlə ifadə edildiyi dövrdə, hər hərfin ifadə etdiyi sayı göstərən Əbcəd cədvəlinə görə, 9 və 60 saylarına təqabül edən “ta” və “sin” hərflərinin nə mənaya gəldiyi mövzusunun izahı isə, həmişə söylədiyimiz kimi, özlərini Quranın anlaşılmasına həsr edən tədqiqatçıların cəhdlərini gözləyir.

1-ci ayədəki “Bunlar…Quranın və apaçıq/açıqlayıcı bir kitabın ayələridir” ifadəsində Quran iki yönüylə tanıdılmış olur. Bunlardan biri, Quranın əzbərdən oxunma halı, digəri isə yazılmış kitab halıdır.

Əslində hər ikisi ilə də eyni şey nəzərdə tutulmuşdur. Bu ifadənin bir başqa örnəyi də Hicr surəsindədir:

  • 1Əlif/1, Lam/20, Ra/200. Bunlar Kitabın və açıq-aşkar, açıqlayıcı bir Quranın ayələridir. (Hicr/1)

Ancaq yuxarıda göründüyü kimi Hicr surəsində buradakından fərqli olaraq öncə “Kitab”, sonra “Quran” zikr edilmişdir.

3-cü ayədə yer alan “zəkat” sözü, Məkki ayələrdə keçən ilk “zəkat” sözüdür. Baxmayaraq ki, Məkki surələrinin üçüncü sırasında enmiş olan Müzzəmmil surəsinin 20-ci ayəsində də bu söz keçir, amma Müzzəmmil surəsinin 20-ci ayəsi Mədənidir və bu ayə, orada səhabənin tərtibinə görə yer almışdır.

“Zəkat” əmrinin müsəlmanların hələ təşkilatlanmamış olduqları dövrdə verilməsi və verilən əmrin də birbaşa deyil, dolaylı olaraq verilmiş olması göstərir ki, “zəkat” tətbiqatı öncəki cəmiyyətlərdə də var imiş. Bəzilərinin iddia etdiyi kimi, buradakı “zəkat” sözü ilə əxlaqi təmizliyin qəsd edildiyini irəli sürmək, bizə görə, uyğun deyildir. Çünki Quranda əxlaqi təmizliyin qəsd edildiyi yerlərdə “təzkiyə [arınma]” qavramı, cümlə içində yalın halda “zəka” feli və törəmələriylə ifadə edilmiş, “zəkat”ın bəhs edildiyi yerlərdə isə sözün yanına “i’ta [vermək]” feli gətirilərək, “zəkatı verin” şəklində ifadə edilmişdir. Əslində elə içində “zəkat” sözünün yer aldığı “salaatı iqamə edən, zəkatı verən və axirətə də qəti olaraq inananların məhz özləri olan möminlər üçün” ifadəsindən də anlaşılacağı kimi, burada möminlər, salaatın iqaməsinə və zəkatın verilməsinə təhrik edilirlər.

Quran, əslində bütün insanlar üçün bələdçi olmasına rəğmən, bu bələdçilik 2-ci ayədə möminlərə xas qılınmış və Quran “sadəcə möminlərə bələdçi” olaraq xarakterizə edilmişdir. Bunun səbəbi, “bələdçi” ifadəsinin ayədə “müjdə” ilə bərabər yer almasıdır. Çünki Quranın ehtiva etdiyi bütün müjdələr sadəcə möminlərə xasdır.

Əslində elə Qurandan da ümumilikdə möminlər yararlanır:

  • 175Artıq Allaha inanan və açıq-aşkar işığa bərk-bərk sarılanlar… Allah onları Özündən bir mərhəmətə və artıqlaması ilə bir ərməğan olaraq, bol nemətə çatdıracaq və ən doğru yol olaraq Özünə bələdçiləyəcəkdir. (Nisa/175)
  • 45Sən ancaq qiyamətin qopma zamanına hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan insanların xəbərdar edənisən. (Nəziət/45)
  • 76Və Allah bələdçiləndikləri doğru yola girənlərə bələdçiliyi artırar. Və qalıcı olan düzəltməyə yönəlik işlər Rəbbinin qatında savab baxımından daha xeyirlidir, son baxımından da daha yaxşıdır”. (Məryəm/76)

Və Ya Sin/11, Fussilət/44, Məryəm/97, Ənam/110.

Möminlərin yararlandığı Quran [vəhy] kafirlərin isə küfrlərini artdırır:

  • 22Sizin tanrıınız tək bir tanrıdır. Artıq Axirətə inanmayan bu insanlar… Onların qəlbləri, tanıtmamağa çalışmaqdadır və onlar özlərinin böyük olduqlarına inanan kəslərdir. (Nəhl/22)
  • 73,74Və şübhəsiz, sən qətiliklə onları dosdoğru bir yola çağırırsan. Axirətə inanma­yan bu insanlar isə, bu yoldan qətiliklə azanlardır. (Möminlər/73, 74)

Və Furqan/60, Maidə/64, 68, İsra/41, 60, 82, Fatir/42, Hud/101, Nuh/6.

4Şübhəsiz, Biz axirətə inanmayan bu insanların əməllərini özlərinə bəzəkli göstərdik və onlar çaşıb qaldılar.

5Bax budur, bunlar əzabın pisi özləri üçün olanlardır və bunlar axirətdə ən çox ziyana uğrayacaq olanların məhz özləridir.

Bir öncəki ayədə vurğulamışdıq ki, axirətə inanmaq mömin olmağın amillərindən biridir. 4-cü ayədə də insanların axirətə inanmamağının səbəbi açıqlanır, bildirilir ki, buna səbəb odur ki, insanların öz etdikləri işlər özlərinə bəzəkli görünür, yəni onlar etdiklərini xoş, gözəl və doğru qəbul edirlər. İnsanoğlunun öz etdiklərini gözəl və doğru qəbul etmə yönündəki bu fitri özəlliyi Quranda bir çox dəfə yer almışdır. Rəbbimiz qullarını imtahan məqsədli olaraq bu xüsusiyyətdə yaratmışdır. Və Quranda da fitrətdən gələn bu hərəkəti bildirməklə, insanları bir çox dəfə xəbərdar etmişdir.

Ancaq bu xüsusiyyətin fitri olması mövzusu doğru anlaşılmalıdır. Aşağıdakı ayədə olduğu kimi, Rəbbimiz “bəzəmə” işini özünə izafə etmişdir:

  • 108Və onların Allahın yaratdığı sərvətlərdən yalvardıqları kimsələrə söyməyin ki, onlar da şüursuzca, həddi aşaraq Allaha söyməsinlər. Biz hər başçılı cəmiyyətə etdikləri işi, bax budur, belə bəzədik. Sonra da onların dönüşü Rəbbinədir. Sonra O, onlara nə etdiklərini xəbər verər.  (Ənam/108) 

Halbuki bu işin şeytanlara izafə edildiyi ayələr də vardır:

  • 38Ad və Səmud cəmiyyətlərini dəyişikliyə/dağıntıya uğratdıq. Onların dəyişikliyə/dağıntıya uğ­ramaları onların yurdlarından sizə qətiliklə, bəlli olmuşdur. Və şeytan onlara et­diklərini bəzədi və onları doğru yoldan azdırdı. Halbuki, onlar görüb anlayanlar i (Ənkəbud/38)  
  • 43Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilərmi? Amma onların qəlbləri qatılaşdı və şeytan onlara etməkdə olduqları şeyləri cəzbedici göstərdi. (Ənam/43)
  • 63Allaha and olsun ki, Biz qətiliklə səndən öncə bəzi ümmətlərə elçilər göndərdiksə də, şeytan onlara əməllərini bəzəyib, bəzəkli göstərdi. Bax budur, o şeytan bu gün onların qoruyucu, yol göstərici yaxınıdır. Və onlar üçün acı bir əzab vardır. (Nəhl/63)

Rəbbimizin bəzəmə işini özünə izafə etməsi əslində yaratma nöqteyi nəzərindəndir, bu hərəkəti edən, işi həyata keçirən isə qulun özüdür. İnsanlara əməllərinin bəzəkli göstərilməsi mövzusunun yaxşı anlaşılması üçün, Tin surəsinin təhlilində olan “Allahın qəlbləri möhürləməsi və damğalaması” başlıqlı bölmənin oxunmasını tövsiyə edirik. [1]

Quranın bu ana qədər enmiş olan ayələrindən anlaşılır ki, axirətə inanmaq imanın “olmazsa olmaz” əsasıdır və Allaha inanan insan, mütləq, axirətə də inanır. 4-cü ayədə vurğulanan məqam odur ki, axirətə inanmayanlar Quranın öyrətdiyi yolla getməyəcəklər. Çünki axirətə inanmayanların dünyagörüşləri bu dünyada görülənlərlə məhduddur. Onlar, edilən bir işin fayda və zərərini sadəcə bu dünyadakı nəticələri ilə dəyərləndirirlər və bu dəyərləndirməyi axirətdəki qazanc və ya itkiləri nəzərə alaraq etməyi hədəf alan hər hansı bir nəsihəti və ya hidayəni əsla qəbul etməzlər.

5-ci ayədə keçən “əzabın pisi” ifadəsi haqqında əzabın şəkli, zamanı və yeri baxımından hər hansı bir açıqlama edilməmişdir. Ancaq Qurandakı yüzlərlə ayədən anlaşılır ki, əzab fiziki və psixoloji yönləri olan bir amildir və həm fərdi, həm də qrup olaraq tətbiq edilə bilir. Bu fiziki və ya psixoloji cəza həm dünyada, ölüm anında, həm də məhşərdə və cəhənnəmdə gerçəkləşə bilir.

6Şübhəsiz, bu Quran isə sənə, qaydalar qoyan və ən yaxşı bilən Allah tərəfindən verilir [sənin içinə işlədilir].

Xatırlanacaq olursa, Şüəra surəsinin təhlilində, bu ayənin nə məna, nə də texniki baxımdan, içində olduğu bölmə ilə bir bağlantısının olmadığını qeyd etmiş və ayənin Şüəra surəsinin 221-223-cü ayələrinin ardınca yer almalı olduğunu söyləmişdik. (Ayənin, təklif etdiyimiz yerdəki uyğunluğunu görmək üçün Şüəra surəsinin 221-223-cü ayələri ilə əlaqədar təhlilimizi oxuya bilərsiniz.)

7O zaman ki, Musa yaxınlarına: “Şübhəsiz, mən bir atəş gördüm. Ondan sizə bir xəbər, yaxud isinməyiniz üçün bir qor atəşi gətirəcəyəm” – demişdi.

8–12Sonra ora gəldiyi zaman səslənilmişdi: “Atəşin içindəki və yanındakı insan bol­luqlu qılınmışdır! Və aləmlərin Rəbbi olan Allah əskikliklərdən münəzzəhdir!

“Ey Musa! Şübhəsiz, Mən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlam edən Allaham!

“Və əsanı/təcrübələrini ortaya qoy!” Onun, sanki görünməyən bir varlıq kimi, hərəkət etdiyini görüncə, dönüb arxasına baxmadan qaçdı. “Ey Musa qorxma! Şübhəsiz ki, Mən… Mənim yanımda elçilər qorxmaz. Ancaq kim səhv/öz zərərlərinə iş edər, sonra pisliyin ardından yaxşılıqlar edərsə, şübhəsiz ki, Mən çox bağışlayanam, çox mərhəmət sahibiyəm”.

“Və qoynundakı gücünü işə sal, doqquz ayə [əlamət/nümunə] içində Firona və onun qövmünün qarşısına heç şübhəsiz, mükəmməl çıxacaqsan. Şübhəsiz, onlar yoldan çıxmış bir cəmiyyət olmuşlar”.

13Sonra da ayələrimiz/əlamətlərimiz/nümunələrimiz onlara parlaq bir şəkildə gəlincə: “Bu açıq-aşkar bir gözbağlıca, adam aldatmadır” – dedilər.

14Və onların özləri bunlara tam bir qənaət gətirdikləri halda, şərik qoşaraq səhv/öz zərərlərinə iş etmələri və təkəbbürlərinə görə onları bilə-bilə inkar etdilər. İndi pozğunçuların sonunun necə olduğuna bir bax!

Bu ayələrdə, çox qısa olaraq Musa peyğəmbərə ilk vəhyin verilməsindən Firon və ordusunun həlakına qədərki hadisələrə toxunulur. Qısa bir xatırlatma şəklindəki bu anlatmadan açıqca bəlli olur ki, bu anlatma ibrət aldırma məqsədi güdür. Möcüzələr qarşısında inanacaqları yerdə təkəbbürlənən və zülmə yönələn Firon və ətrafındakıların vəziyyəti bölmədə xüsusilə gözə çarpır.

Onların bu halları 4-cü ayədə tanıdılmış olan “etdikləri işlər özlərinə bəzəkli görünənlərin” ilk konkret nümunəsini təşkil edir:

  • 45,46Sonra da Musa və qardaşı Harunu ayələrimizlə/əlamətlərimizlə/nümunələri­miz­lə və açıq-aşkar bir güc ilə Firona və öndə gedənlərinə göndərdik/elçi etdik. Buna görə də özlərinin böyüklüyünə inandılar və ululuq göstərən bir cəmiyyət oldular. (Möminlər/45-46)

Firon və ətrafındakıların bu vəziyyətləri daha əvvəl Fatir surəsində yer alan ayələrdəki ifadələrə bənzəyir:

  • 42,43Və onlar var gücləri ilə Allaha and içmişdilər ki, özlərinə xəbərdar edən bir peyğəmbər gələrsə, tam yəqinliklə bilin ki, liderli cəmiyyətlərin hər birindən daha doğru yolda olacaqdılar. Buna baxmayaraq, o zaman ki, özlərinə bir xəbərdar edən gəldi, bu, yer üzündə bir təkəbbürlənmə və pisliyin nizamlanması baxımından onların yalnız nifrətini artırdı. Halbuki, pisliyin nizamlanması ancaq öz nizamlayıcısını hərtərəfli əhatə edir. O halda öncəkilərin qanunundan/öncəkilərə tətbiq olunandan başqa nə gözləyirlər? Onun üçün sən, Allahın buyuruğunda qətiyyən bir dəyişiklik tapa bilməzsən. Sən, Allahın buyuruğunda qətiyyən bir başqalaşma tapa bilməzsən. (Fatir/42, 43)

8-ci ayədə keçən Atəşin içindəki və yanındakı adam … xarakterizə edilməsi ilə mərkəzdə Musa peyğəmbər olmaqla, ona inanacaq və ətrafında toplanacaq insanlar qəsd edilir və onların mübarək qılındığı bildirilir.

Nəml/10 və Qasas/30 ayələrinin orjinalındakı  تهتزّ [təhtəzzü] sözü, ümumilikdə yanlış olaraq “hərəkət edər, qıvrılır” şəklində çevrilir. Sözün əsas mənası, “hərəkət etdirmək”dir. [2] Buradakı hərəkət isə əsanın hərəkəti deyil, hərəkət etdirilməsi, çox işlədilməsidir. Burada əsa deyə xarakterizə edilən yığımın, yəni vəhylərin, Musanın başına iş açdığı, onu çox çalışmaq məcburiyyətində buraxdığı açıqlanır. İşin çoxluğu və çətinliyinə görə Musa işdən qaçmağa çalışmışdır.

10-cu ayədəki, “Onu sanki görünməyən bir varlıq kimi hərəkət etdirir, görününcə dönüb, arxasına baxmadan qaçdı” ifadəsindən, Musanın peyğəmbərlik vəzifəsindən xoşlanmadığı, qorxduğu, etmək istəmədiyi anlaşılır. Musanın bu qaçışı Qələm surəsində də zikr edilmişdi. Qələm surəsində bəhs edilən “hut sahibi”nin, Yunus peyğəmbər olduğu bilinsə də, Musa peyğəmbər də “hut sahibi”dir. Musanın “hut sahibi” olmasından, Kəhf/61-63-də bəhs edilmiş, qaçışı da bu ayələrdə açıqlanmışdır.

  • 48Elə isə Rəbbinin qərarı üçün səbr et, bədbinliyə düçar olmuş insan kimi olma. O zaman ki, o, bir dəfə hədsiz bədbinliyə düçar olduğunda, Rəbbinə səslənmişdi. 49Əgər Rəbbindən ona bir yaxşılıq yetişməsəydi, qınanmış bir halda, boş bir yerə atılacaqdı. 50Ancaq, Rəbbi onu seçdi, sonra da yaxşılardan biri etdi. (Qələm/48-50)

11-ci ayədəki istisna bir “istisna-i muttəsl” olub, cümlənin mənası belə olur: “Mənim yanımda elçilər qorxmazlar, amma zülm etmiş olan elçilər qorxarlar”.

Burada Musa peyğəmbərin gəncliyində etmiş olduğu cinayətə işarət edilir. Musa peyğəmbərin də əvvəlcə işlədiyi günah üzündən qorxması tamamilə normaldır, amma Rəbbimiz zülm etmiş Musanı əfv etmişdir:

  • 15Və Musa, şəhər xalqının xəbərsiz olduğu bir anda şəhərə girdi. Sonra orada biri öz tərəfindən, digəri düşmən tərəfindən, bir-birlərini öldürməyə çalışan iki nəfər gör­dü. Sonra öz tərəfindən olan düşmənə qarşı Musadan kömək istədi. Musa da o birinə dər­hal bir yumruq endirdi, o da dərhal öldü. Musa: “Bu, şeytanın işindəndir, şübhəsiz ki, o, azdırıcı, açıq-aşkar bir düşməndir” – dedi.
  • 16Musa: “Rəbbim! Şübhəsiz ki, özümə haqsızlıq etdim. Artıq məni bağışla!” dediyinə görə, Allah onu bağışladı. Şübhəsiz ki, O, çox bağışlayanın, çox mərhəmət edənin məhz özüdür.
  • 17Musa: “Rəbbim! Mənə nemət olaraq verdiyin şeylərə and olsun ki, artıq heç bir zaman günahkarlara arxa çıxmayacağam” – dedi.
  • 18Sonra da Musa şəhərdə qorxu içində, ətrafı nəzarət edərək sabahladı. Bir də nə görsün, dünən özündən kömək istəyən adam, yenə də fəryad edərək ondan kömək istəyir. Musa ona: “Şübhəsiz, sən açıq-aşkar bir azğınsan!” –                       (Qasas/15-18) 

Əslində Rəbbimizin əfvi sadəcə elçilərə deyil, bütün tövbə edən qullarına yönəlikdir:

  • 80Ey İsrailoğulları! Sizləri düşməninizdən qurtardıq və dağın sağ tərəfində sizə söz ver­dik/dağın sağ tərəfini sizə görüşmə yeri olaraq müəyyən etdik. Üzərinizə də qüd­rət halvası və bildirçin/bal endirdik. 81Sizi ruziləndirdiyimiz şeylərin tə­miz­lərindən ye­yin və bunda həddinizi aşmayın, sonra üzərinizə qəzəbim enər. Kimin üzərinə də qə­zəbim enərsə, tam yəqinliklə bilin ki, o, enər [düşər, məhv olar]. 82Və şübhə yox ki, Mən tövbə edən, iman edib saleh əməl işləyən, sonra da bələdçiləndiyi doğru yo­lu tapanlar üçün çox bağışlayıcıyam.(Ta Ha/80-82)
  • 110Kim bir pislik işlər, yaxud öz-özünə haqsızlıq edər, sonra da Allahdan bağışlanma di­ləyərsə, Allahın çox bağışlayıcı və çox mərhəmətli olduğunu görər. (Nisa/110)

Rəbbimizin insanları tövbəyə dəvət etməsi, tövbə edənlərin tövbələrini qəbul etməsi və tövbə edənləri sevdiyi xüsusu Quranda bir çox ayədə açıqlanmışdır.

Musa peyğəmbərə verilən doqquz möcüzə:

12-ci ayədə zikr edilən “doqquz ayə” ifadəsindəki “doqquz” sayını iki şəkildə anlamaq mümkündür:

1) Çoxluqdan kinayə.

Çünki İsrailoğullarına doqquzdan daha çox ayə/əlamət göstərilmişdir.

2) Burada qəsd edilən Tövratdakı on əmrin doqquz ayədə yazılı olmasıdır.

Yəhudi Tövratında iki ayrı əmr cümləsi halında zikr edilən, “Qarşımda başqa ilahların olmayacaq” ifadəsi ilə “Özün üçün oyma büt düzəltməyəcəksən” ifadəsini Samiri Tövratı tək əmr cümləsi halında birləşdirmişdir. Beləliklə, “Qonşunun evinə tamah etməyəcəksən” də daxil olmaqla, əmrlərin sayı, Yəhudi nüsxəsində on, Samiri nüsxəsində isə doqquzdur. [3]

Qasas surəsinin 30-cu ayəsində, Musa peyğəmbərin ilk vəhy almasının ağacdan yüksələn bir səs ilə olduğu bildirilmişdir. Musa peyğəmbər vadinin kənarında bir yerdə bir cür atəşin yandığını görmüş, oraya getdiyində isə belə bir mənzərə ilə qarşılaşmışdır:

– Ortada yanan bir şey olmamasına və bir duman çıxmamasına baxmayaraq, atəş yanır və atəşin ortasında yamyaşıl bir ağac durur. Birdən bu ağacdan onu çağıran bir səs yüksəlmiş və beləliklə, Musa peyğəmbər ilk vəhyini almışdır. Peyğəmbərlərin həyatlarında bu cür fövqəladə hadisələrin vaqe olması normal qarşılanmalıdır. Belə ki, peyğəmbərimizə də nübüvvətlə şərəfləndirildiyi zaman bənzər bir şəkildə Məscid-i Aqsada, Cənnətül-Məva deyilən yerdəki son sidr ağacından vəhy edilmişdir. Bu hal Nəcm surəsində geniş şəkildə bildirilmişdir.

 

15Və and olsun ki, Biz Davuda və Süleymana bilik verdik. O ikisi də: “Bütün təriflər, bizi mömin qullarının bir çoxuna üstün qılan Allahadır!” – dedi.

Ayədə Davud və Süleyman peyğəmbərlərin “Bizə mömin qullarının bir çoxuna vermədiyi şeyləri verən Allaha həmd olsun” sözləriylə verilən ismarıcdan alınan nəticə budur ki, üstün nemətlərə sahib olanlar bu nemətləri verən Allaha həmd və şükür etməlidirlər. Firon və yaxın ətrafındakılar özlərinə verilən nemətlərlə harınlayıb, davakarlaşırlarkən, Davud və Süleyman peyğəmbərlər özlərinə mömin qullarının bir çoxuna vermədiyi şeyləri verən Allaha həmd və şükür edirlər. Beləliklə, surənin başında bəhs edilən inanan və inanmayanların davranışlarındakı fərqlilik də nümunə göstərilmiş olur.

Bu ayə eyni zamanda biliyin və bilik sahiblərinin üstünlüklərinə də işarət edir:

  • 11Ey iman edənlər! Sizə: “Məclislərdə yer açın/başqalarına da qatılmağa şərait yaradın” – deyilincə, dərhal yer açın ki, Allah da sizə yer açsın/sizə genişlik versin. Və sizə: “Özünüzü olduğunuzdan daha böyük göstərin” – deyilincə də, özünüzü olduğunuzdan daha böyük göstərin. Beləcə, Allah sizdən inanmış olan insanları və özlərinə bilik verilənləri dərəcələrlə yüksəltsin. Və Allah etdikləriniz barədə yaxşı-yaxşı xəbəri olandır. (Mücadilə/11)

Daha öncə bir neçə yerdə də qeyd etdiyimiz kimi, Davud və Süleyman peyğəmbərlər, haqlarında ən çox əsassız dedi-qodu çıxarılmış olan peyğəmbərlərdir. Təəssüf ki, bu əsassız dedi-qodular müsəlmanlar tərəfindən də doğru kimi qəbul edilmişdir. Bizə görə bu, Quranı yaxşı tanımamaq, Qurandakı mütəşabih (bir-birinə bənzər bir çox məna ilə ifadə edilən) ifadələri nəzərə almamaqdan qaynaqlanır. Çünki kitablara qədər girən bu əsassız əfsanələrin hamısı, ayələrdəki məcazların həqiqi zənn edilməsi nəticəsində uydurulmuşdur. Sad surəsində bəzi nümunələrini verdiyimiz bu uydurmalardan bəziləri, yeri gəldikcə ibrət məqsədiylə burada da nəql ediləcəkdir.

16Və Süleyman Davuda varis oldu. Və Süleyman: “Ey insanlar! Bizə quşların məntiqi [səslərindən, davranışlarından məna çıxarmaq] öyrədildi və bizə hər şeydən verildi” – dedi. Doğrusu bu, açıq-aşkar bir ərməğandır.

Davud və Süleyman peyğəmbərlərin “həmd”ləri ilə başlayan əhvalat, 16-cı ayənin ifadəsindən də anlaşılacağı kimi, bundan sonra əsasən Süleyman peyğəmbərlə əlaqədar olaraq davam edəcək və irəlidəki ayələrdə, Sad surəsində verilən məlumatlara əlavə olaraq, Süleyman peyğəmbərə aid yeni və təəccüb doğuran məlumatlar veriləcəkdir.

Süleyman peyğəmbərin Davud peyğəmbərə miras olması

15-ci ayədən anlaşılır ki, Süleyman peyğəmbərin atası Davud peyğəmbərin ona qoyduğu miras mal-mülk mirası deyil, bilik mirasıdır. Bu, Davud peyğəmbərin topladığı bütün biliyini oğlu Süleymana öyrətdiyi mənasına gəlir. Məsələnin daha yaxşı anlaşılması üçün Davud peyğəmbərin həyatına aid bəzi incəliklərin bilinməsi lazımdır.

DAVUD PEYĞƏMBƏR

… İsrailin ilk kralı Saulun sarayında yavərlik etdi. Saulun oğlu və varisi Yonatanla yaxın dostluq qurdu və Saulun qızı Mikalla evləndi. Fələstinlilərə qarşı edilən döyüşlərdə üstün faydalar göstərərək, böyük bir ün qazandı. Bu halı çəkə bilməyən Saul onu öldürmək istəyincə, saraydan qaçaraq, Fələstinin sahil düzənliyindəki Cənubi Yahudaya və Fələstinə getdi. Orada böyük bir bacarıq və öngörüylə krallığın təməlini atmağa başladı. …[4]

Davudun kral olmadan əvvəl çox çətin şərtlərdə yaşadığına, Allahın izniylə ordusunu ən yaxşı şəkildə təchiz edib, idarə etməyi bacardığına və uzun müharibə illərində yaşadığı digər bəzi hadisələrdən Quranda, Bəqərə surəsinin 246-252-ci ayələrində və Tövratın I və II Samuel bölmələrində qeyd edilmişdir.

Davuda verilən, başqalarına isə verilməyənlərin anladıldığı Quran ayələri bunlardır:

  • 10,11Və and olsun ki, Biz Davuda tərəfimizdən bir fərqli üstünlük və quşları verdik: “Ey dağlar! Onunla bərabər dönün!”. Və onun üçün dəmiri yumşaltdıq: “Bol-bol zirehlər düzəlt və ölçü ilə biç”. Siz də saleh əməl işləyin. Qətiliklə, Mən, etdiklərinizi ən yaxşı görənəm.   (Səba/10, 11)    
  • 17Sən onların dediklərinə səbr et və güclər sahibi, qulumuz Davudu xatırla. Şübhəsiz, o, Rəbbinə çox-çox dönən idi.
  • 18Həqiqətən Biz dağlara boyun əydirdik/quruluş olaraq insanlara fayda verə biləcək şəkildə yaratdıq. Hər zaman özüylə birlikdə Allahı nöqsanlıqlardan arındırırdılar.
  • 19Quşların da hamısını ona boyun əydirmişdik/Davudun və insanların faydalanacağı şəkildə yaratmışdıq. Hamısı ona xidmət edirdi. 20Biz onun mülkünü də yaxşılaşdırdıq. Və ona qadağanları və haqqı batildən ayıran sözü söyləmək imkanını verdik. (Sad/1720)  
  • 79Sonra da Biz onu Süleymana dərhal yaxşı-yaxşı qavratdıq. Və hamısına qayda və bilik verdik. Davudla bərabər, Allahı nöqsan sifətlərdən arındırsınlar deyə, dağları və quşları əmri altına aldıq/onları insanların yararlanacağı ölçülər içində yaratdıq. Və Biz edənlərik.             (Ənbiya/79)

Səba surəsinin 10-cu ayəsində keçən “Ey dağlar!” müraciəti, bizə görə Davudun Tövratdakı “Məzmurlar” içində yer alan (94-98-ci məzmurlar) “Ey dağlar, daşlar, çaylar, meşələr, quşlar, ağaclar! Coşun, təsbih edin. Çünki o, yer üzünə gəlir, hökm etməyə gəlir. Dünyaya ədalətlə və qövmlərə ədalətlə hökm edəcək” şəklində xülasə edilə bilinəcək ifadəsinə eyham edilir. Məzmurlar arasında yer alan və dağlarda yaşayarkən Davudun, Rəbbinə yönəlik olaraq tərənnüm etdiyi bu ilahilər, təriflər, dualar, yalvarışlar Uca Allah tərəfindən bəyənilmiş olmalıdır ki, Quranda da bunlara işarət edilir.

Yenə eyni ayədə keçən “dəmirin yumşaldilması” fəaliyyəti, dəmirin əridilərək qəliblərə tökülməsini, ya da atəşdə yumşaldılaraq müxtəlif alət düzəldilməsində işlədilməsini ifadə edir. Davudun bir çox güclü düşmənlə döyüşdüyü və bu döyüşlərdə uğur qazandığı nəzərə alındığında, əsgərlərini dövrün şərtlərinə görə, ən yaxşı silah və təchizatla təchiz etdiyi və bu təchizatı da dəmirin yumşaldılması texnikası ilə təmin etdiyi söylənə bilər. Ancaq ayədə zirehin ilk dəfə Davud tərəfindən düzəldilmiş olduğuna dair hər hansı bir işarət olmadığı kimi, dəmirin Davudun əlində mum kimi əridiyi və onu istədiyi kimi işlətdiyi yönündəki dedi-qodular da bir uydurmadan ibarətdir.

Quş məntiqi. “Məntiq” “səs” deməkdir. Ancaq bu sözlə ümumiyyətlə “məram və məqsədlər” qəsd edilir. [5]

Hər yaradılış növü isə bir ümmətdir:

  • 38Və yer üzündə heç bir irili-xırdalı tərpənən canlı və iki qanadı ilə uçan heç bir quş yoxdur ki, sizin kimi başçısı olan camaatlar olmasın. Biz Kitabda heç bir şeyi nöqsan/yetərsiz buraxmadıq. Sonra onlar, Rəbbinə toplanacaqlardır. (Ənam/38) 

Bu hala görə, hər canlı qrupundakı yaradılışların, həyatlarını davam etdirə bilmələri üçün necə öz növlərinə xas özəllikləri varsa, eyni şəkildə bunların öz aralarında bir anlaşma və xəbərləşmə dilləri də olmalıdır. Belə ki, insanlar uzun zamandan bu yana pişikləri, köpəkləri, müxtəlif quşları, delfinləri və digər heyvanları müşahidə edərək, onların çıxardıqları səslərin, quyruq hərəkətlərinin nə mənaya gəldiyi haqqında bəzi nəticələr əldə etmiş, hərəkətlərindən mənalar çıxara bilmişlər. Məsələn, yem aramaq üçün eşələnən bir xoruzun, yemi tapdığı zaman toyuqları çağıran səsi ilə sübh vaxtı hər kəsi oyandıran ötmə səsinin fərqli olduğu təsbit edilmiş və toyuqların da yumurtladıqlarını fərqli bir səs çıxararaq bildirdikləri müşahidə edilmişdir. Ya da bir pişiyin acdığı, su istədiyi və ya tutulduğu zamankı miyoldama səsi ilə çütləşmə anındakı səsinin bir-birindən tamamilə fərqli olduğu müşahidə edilmişdir. Digər tərəfdən, fərqli yaradılışlardakı quyruq hərəkətləri müxtəlif mənalara gəlir, bu gün artıq insanlar quşların, delfinlərin, pişik, köpək kimi heyvanların quyruq hərəkətlərindən mənalar çıxara bilirlər.

Bu hal göstərir ki, yaradılışları yaxşı müşahidə edən hər kəs, səs və quyruq hərəkətlərinə baxaraq onların ehtiyac və arzularını anlaya bilir, bəzi mənalar çıxara bilir. Budur bu hala “o yaradılışın məntiqini bilmək” demək mümkündür. Quran araşdırmalarına əmək vermiş alimlərdən Zəmaxşəri, Kəşşaf adlı əsərində bu mövzu barədə belə demişdir:

Məntiq, danışmaq, bir məna ifadə etsin, ya da etməsin, tək-tək kəlmələri, ya da cümlələri söyləmək, səslə ifadə etməkdir. Yəqub, kitabına “İslahul məntiq” başlığını qoymuşdur. Halbuki o, o kitabında sadəcə müfrət kəlmələri düzəltmişdir. Ərəblər belə deyərlər: “Göyərçin nitq etdi, səsləndi”. Süleymanın quşların dilinə dair öyrəndiyi şey isə, quşların məqsəd və qayələrindən bəzisini bəzisindən ayırıb seçməsi, fərqləndirə bilməsidir. [6]

Bəhs etdiyimiz ayədəki “Bizə quşların məntiqi öyrədildi” ifadəsini bu istiqamətdə dəyərləndirdiyimizdə o məna çıxır ki, Davud və Süleyman peyğəmbərlər quşların bir qisminə aid özəllikləri bilirdilər. Yəni Davud və Süleyman peyğəmbərlər, məsələn, “hüt-hüt”ün [çavuşquşunun] yerüstü və yeraltı sularını təsbit etmək qabiliyyətini, “göyərçin”in uzun müddətli uçmaq və çıxdığı yerə dönmək qabiliyyətini, “şahin”in və “doğan…” adlı quşun ovçuluq qabiliyyətini, “leşyeyən qartalın, quzğun”un leş tapma qabiliyyətini öyrənmişdilər və bu məlumatlardan faydalanmışdılar.

Ayədəki ifadənin Süleyman peyğəmbərə aid olduğuna baxaraq, bu biliklərın sadəcə Süleyman peyğəmbərə məxsus olduğu düşünülməməlidir. Çünki ifadədə “mən” yerinə “biz” əvəzliyi işlədilmiş və beləliklə, mövzuya Davud peyğəmbər də qatılmışdır. İşin əslində bu məlumatları öncə müharibələr üzündən uzun illər dağda yaşamaq məcburiyyətində qalan Davud peyğəmbər öyrənmiş, sonra da o, oğlu Süleyman peyğəmbərə öyrətmişdir. Demək olur ki, Süleyman peyğəmbər quşlardan faydalanmağı və dəmiri işləməyi atası Davud peyğəmbərdən öyrənmişdir. Süleyman peyğəmbərin atası Davud peyğəmbərin mirasına sahib olmasının mənası da budur. Belə ki, yuxarıda tərcüməsini verdiyimiz Səba surəsinin 10-cu və Ənbiya surəsinin 79-cu ayələrindən də bu anlaşılır.

Bizə quşların məntiqi öyrədildi” cümləsində diqqət edilməli olan bir digər xüsus da, bu cümlənin tək tərəfli bir hərəkətləri ifadə etmiş olmasıdır. Yəni Davud və Süleyman peyğəmbərlər, quşların səslərindən, hal və hərəkətlərindən onların nə demək istədiklərini və digər özəlliklərini kəşf etmişlər, dolayısıyla quşların məntiqini öyrənmişdilər. Buna qarşılıq, quşlar Davud və Süleyman peyğəmbərlərin məntiqini, yəni insan məntiqini bilmirlər. Həmçinin buradakı “quşlar” sözünün yer üzündəki bütün quşları ehtiva etdiyini düşünmək də doğru deyildir. Çünki “üç-dörd quş” mənası, sözün quruluşundakı mənasını qarşılayır. Mövzu ilə əlaqədar çoxsaylı şişirtmələr haqqında Kurtubi; el-Camiu li Ahkami’l-Kur’an əsərindən məlumat almaq olar. [7]

Ayədəki “Bizə hər şeydən verildi” ifadəsi, Süleyman peyğəmbərə verilən şeylərin çoxluğunu anladır. Çünki “her şey” ilə “hər şeyin çoxu”, çox olma baxımından müştərəkdirlər. Bunun bir bənzəri də 23-cü ayədə “Ona [Məlikəyə] hər şey verildi” şəkliylə gələcəkdir.

Mövzu ilə əlaqədar şişirtmələr barədə ədəbiyyat siyahısında göstərilən mənbədən məlumat almaq olar. [7]

17Yerli və əcnəbilərdən, həmçinin quşlardan əmələ gətirilmiş ordular Süleyman üçün bir yerə toplandı. Sonra onlar nizamlı olaraq sövq etdirildilər.

Ayədən anlaşıldığına görə Süleyman peyğəmbərin ordusu “ins”, “cinn” və “quşlar”dan təşkil olunmuş üç dəstədən ibarətdir:

A – İns dəstəsi: Bu dəstə, Süleyman peyğəmbərin öz millətindən olan və ordunun döyüşçü qrupunu təşkil edən əsgərlərdir.

B – Cinn dəstəsi: “məcburi işçilər” də deyilən və əcnəbilərdən təşkil olunmuş bu dəstə, ordunun ləvazimatlarını və ordu təchizatı işlərini görür, orduya məntiqi dəstək təmin edirlər. Bu dəstəyə mənsub olanlar, Səba/13-də anladıldığı kimi, qalalar və yüksək, sağlam binalar qurur, ağacı, dəmiri, misi emal edirlər. Bunlar Davud peyğəmbər dövründən bəri ölkədə olan, qonşu ölkələrdən gətirilmiş sənətkarlardır. Süleyman peyğəmbərin fəth etdiyi yerlərə sağlam bir zəminə dayanan quruluş, sənət və mədəniyyət götürməsində böyük xidmətləri olan bu adamlar, iş bilən və sənətkar olmaları ilə yanaşı, Süleyman peyğəmbər haqqında pis planlar qurur və planlarını tətbiq etməyə çalışdıqları üçün Quranda bəzi ayələrdə “şeytanlar” olaraq xarakterizə edilmişlər.

“Cinn” qavramı və “Süleyman peyğəmbərin cinnləri” ilə əlaqədar olaraq daha əvvəl bir çox açıqlama etdiyimiz üçün artıq təfərrüata varmırıq. Kitab-i Müqəddəsdən bu mövzunun yer aldığı əlaqədar bölmədən bu barədə məlumat almaq olar. [8]

C –  Quşlar dəstəsi: Müxabirə adlanan bu dəstə rabitə və yol xəttində əsgərlərin su ehtiyacı üçün orduda saxlanılan quşlardan və onların baxıcılarından təşkil edilir. Süleyman peyğəmbərin çox əhəmiyyət verdiyi və böyük miqyasda istifadə etdiyi bir dəstədir.

Süleyman peyğəmbərin ordusunun bir qisminin quşlardan ibarət olması budur, belədir. Yoxsa Süleyman peyğəmbər dağdakı quşları toplayıb, onları əsgər olaraq işlətməmişdir.

Rəbbimiz Quranda Süleyman(əs)ın da bir peyğəmbər olduğunu və vəhy aldığını bildirmişdir, lakin ona vəhy etdiklərinin nələr olduğuna dair hər hansı bir məlumat verməmişdir. Tövratda isə “Süleymanın məsəlləri” adlı bir bölmə var. Tövratın bu bölməsində yazılanların Süleyman peyğəmbərə edilmiş vəhylər olaraq qəbul edilməsi bəlkə İsrailoğulları üçün mümkündür, amma Quran müxatiblərinin bunlara inanması barədə söz belə olmamalıdır. Çünki Quranla dəstəklənməmiş bu hadisələrin Süleyman peyğəmbərə edilən vəhylər olduğuna dair nə əldə qəti bir dəlil vardır, nə də bu hadisələr və mövzular vəhy özəlliyi daşıyır. Lakin təəssüf ki, orada yazılanların bir çoxu müsəlmanlar arasına “Hədis-i Qüdsi” və ya “hədis” deyə daxil edilmişdir. Məsələn, yaxşı tanıdığımız, hədis deyə bildiyimiz “Hikmətin başı Allah qorxusudur” ifadəsi, Süleymanın məsəlləri bölməsinin 1-ci Babın 7-ci cümləsidir.

Süleyman peyğəmbərlə əlaqədar məlumatlar, bu surədən başqa Sad, Ənbiya, Səba və Bəqərə surələrində də yer alır. Sad surəsinin təhlilində kifayət qədər açıqlama etdiyimizi düşünür və daha artığı üçün o bölmənin oxunmasını tövsiyə edirik.

18Sonunda Qarışqa Vadisinə gəldikləri zaman, bir qarışqa: “Ey qarışqalar! Evlərinizə girin, Süleyman və orduları bilmədən sizi qırıb keçməsin!” – dedi.

Bu ayədə, Qarışqa vadisındə yaşayanlardan bir nəfərin xalqına etdiyi xəbərdarlıq yer alır. Ayənin ifadəsindən, xəbərdarlıq edənin sözü keçən birisi olduğu, çox ehtimal ki, o yaşayış məskəninin idarəedicisi olduğu anlaşılır.

Nəml [Qarışqa] vadisi. Ayədə keçən Qarışqa vadisi, qarışqaların bol olduğu bir vadi olmayıb, xüsusi isimdir. İmam Zebidi ərəblər tərəfindən bilinən vadiləri əsərində toplamışdır. Buna görə, “Qarışqa vadisi”, Jirben ilə Askalon (Aşkelon) arasında bir bölgənin adıdır. [9]

Katade deyib ki: Bizə nəql edildiyinə görə, bu, Şam torpaqlarında bir vadidir. Kab isə Taifdədir demişdir. [10]

Nəmlə [qarışqa] sözü tək halda bir sözdür, kişi və qadın cinsi eyni sözlə ifadə edilir. Ancaq bəhs etdiyimiz bu ayədə cümlənin feli “qalət [dedi]” şəklində qadın cinsi olunca, felin mübtədasını da dişi olaraq anlamaq lazımdır. Yəni qarışqa vadisində xalqı xəbərdar edən adam istər adi biri, istərsə də xalqın idarəedicisi olmuş olsun, kişi deyil, bir qadındır.

Nəml vadisi xalqı. Qarışqayanəmlə” adının verilməsi, “gəliş gedişdə çoxça hərəkət edib, az dayanmasın­a, yüngül yeriməsinə, toplayıcılığınagörədir. [11]

Bəhs edilən vadidə yaşayan xalqın yaşayış tərzlərindəki bənzərliklərə görə qarışqaya bənzədildiyi, buna görə də bu adla adlandırıldığı anlaşılır.

Bu gün dünyanın müxtəlif bölgələrində həm Nəml vadisi xalqı kimi yaşayışlarındakı bir xüsusiyyəti ad olaraq daşıyan bir çox qövm yaşayır, həm də quş, həşərat, ağac, qaya adlarıyla adlandırılmış müxtəlif qövmlər, qəbilə və oymaqlar olur. Məsələn, Ərəbistanda “qarışqa yumurtası” demək olan “mazin” sözü, eyni zamanda Təmim boyundan bir qövmün atasının da [Mazin b. Malik b. Amr b. Təmim] adıdır. [12]

Nəml vadisindəki xalqın bildiyimiz qarışqalar olmadığı, xalqına səslənən qarışqanın ayədə işlətdiyi “məskənlərinizə [evlərinizə]” ifadəsindən də anlaşılır. Çünki “məskən [ev]” sözü insanlar üçün işlədilən bir söz olub, qarışqa, kərtənkələ kimi yaradılışların yaşadığı yerlər ərəb dilində “cuhr” sözüylə ifadə edilir.

Həmçinin ayədəki ifadəyə diqqət edildiyində, sözün “məsakinəküm [evləriniz]” şəklində, cəm halda işlədildiyi görünür. Halbuki qarışqalar kommuna (icma) halında yaşayırlar və hər birinin ayrı bir məskəninin olması barədə söz gedə bilməz.

Süleyman peyğəmbərin Qarışqa vadisındən keçməsi ilə əlaqədar Kitab-i Müqəddəsdə hər hansı bir ifadə yoxdur. Buna qarşılıq, bəzi Yəhudi ensiklopediyalarında şişirdilmiş və bir peyğəmbərə yaraşmayacaq hadisələr nəql edilmişdir. Ədəbiyyatda göstərilən mənbələrdən bu mövzuda məlumatları əldə etmək olar. [13], [14].

Xalqına xəbərdarlıq edən [idarəçi] qarışqanın bəhs etdiyimiz 18-ci ayədəki ifadəsindən, Süleyman (əs) və ordularının onları, fərqində olmadan, əzə biləcəklərini, bunu qəsdən et­məyəcəklərini dilə gətirdiyi anlaşılır. Bu ifadəsiylə qarışqa onların zülm edən­lər olmadıqlarına işarət etmiş və Süleyman peyğəmbəri tərifləmiş olur.

19Sonra da Süleyman dişi qarışqanın sözünə/qərarına gülərək, təbəssüm etdi. Və: “Rəbbim! Mənə ana-atama lütf etdiyin nemətinin qarşılığını ödəməyimi, məmnun olacağın saleh əməl işləməyimi qəlbimə sal və mərhəmətinlə məni saleh qullarının içinə qat” – dedi.

“Quşların məntiqi”, “Hüthüt” və “Qarışqa Vadisındəki qarışqalar” ilə əlaqədar ifadəni “möcüzə” gözüylə görmək və Allahın qüdrətiylə ifadə etməyə çalışmaq yanlışdır.

 “Təbəssüm” sözünün əsli “şimşəyin çaxmasıyla buludun parlaması” deməkdır. Səssiz olaraq, dodaqların arasından dişlərin görünəcək şəklə gəlməsi də “təbəssüm” sözüylə ifadə edilir ki, bu, xoşbəxtliyin zahirə vurması, kənardan fərq edilməsi anlamına gəlir.[15]

Gülərək təbəssüm. Ayədə keçən “gülərək təbəssüm etdi” ifadəsi, təbəssümün ən üst həddini bildirir, yəni Süleyman peyğəmbərin məmnuniyyətini anladır. Bilindiyi kimi, həddən artıq gülmək və qəhqəhə, cəmiyyət arasında o qədər də xoş qarşılanmayan bir davranışdır.

Süleyman peyğəmbərin gülməyinin səbəbi

Süleyman peyğəmbərin gülməyinin səbəbi, Qarışqa vadisındəki xanım idarəçinin qərarından/qəvlindən (hüquq dilində “القول qəvl”, “qərar, hökm” deməkdir) qaynaqlanır. Çünki Qarışqa vadisi xalqı onlara mane olmağa cəhd etməmiş, çətinlik törətməmişdir. Süleyman peyğəmbər, bu vadidən döyüşərək, maddi və mənəvi itkilər verərək, keçə biləcəyini sanırmış ki, idarəçinin qərarı ilə rahatlıqla və problemsiz olaraq keçmə imkanının ortaya çıxması onu çox sevindirmişdir. Bu xoş nəticə qarşısında: “Rəbbim, mənə, ana-atama lütf etdiyin nemətinə şükr etməyimə, məmnun olacağın sülhpərvər bir iş etməyimə imkan ver. Və rəhmətinlə məni sülhsevər qullarının arasına qoy” – deyə dua etmişdir.

Bu hadisələrə əqli bir yanaşma

Əhvalatda bəhs edilən qarışqaların gerçək qarışqa olduğunun irəli sürülməsi və Süleyman peyğəmbərin onlarla əlaqədar halının “möcüzə” ilə açıqlanmağa çalışılması qarşısında bu yanaşmanın bir an üçün doğru olduğunu qəbul edək. Bu halda mövzu əqli yanaşma ilə belə dəyərləndirilməlidir:

Əgər Süleyman peyğəmbərin qarışqanın söylədiklərini eşitməsini və anlamasını onun peyğəmbər olduğuna görə, göstərdiyi bir möcüzə olduğunu qəbul ediriksə, o halda qarışqanın onların üzərlərinə gələnin “Süleyman və ordusu” olduğunu bilməsini və özlərini əzib keçə biləcəklərini anlamasını da bir möcüzə olaraq dəyərləndirilmək lazımdır.

Bizim görüşümüz belədir: Əhvalatda Süleyman peyğəmbərin Qarışqa vadisi xalqının xanım idarəçisi ilə görüşərək, nələr danışdığı bizə anladılmamış, sadəcə görüşmələrdən sonra Qarışqa vadisinin xanım idarəçisinin xalqına müraciət etdiyi və: “Süleyman və ordusuna qarşı çıxılmayacağı, onlara keçib getmələri üçün yol veriləcəyi” – qərarı təqdim edilmişdir.

20,21Və Süleyman quşları gözdən keçirdi və sonra: “Hüthütü nə üçün görə bilmi­rəm? Yoxsa yox oldumu? Onu tam əmin olun ki, çətin bir əzab ilə cəzalandı­ra­cağam, yaxud onu boğazlayacağam, yaxud da mənə açıq-aşkar bir dəlil/güc gə­ti­rə­cək” – dedi.

Quşların təftişi. Xatırlanacaq olursa, 17-ci ayədə Süleyman peyğəmbərin ordusunun bir qisminin quşlardan və onların baxıcılarından ibarət olduğu açıqlanmışdı. Beləliklə, 20-ci ayədə bəhs edilən “gözdən keçirmə” fəaliyyəti, həm müxtəlif mövzularda özlərindən yararlanılan quşların, həm də onlardan məsuliyyət daşıyan baxıcıların təftişi mənasına gəlir. Ancaq burada əsl təftiş edilənlər, məcazi mənada “quşçular”dır.  Süleyman peyğəmbər səfərdəki ordunun rabitəsini təmin edən və yol boyunca ordunun ov və su ehtiyacını qarşılamaq üçün işlədilən quşları sövq və idarə edən işçiləri sınaqdan keçirmiş, quşların və quşçuların səfərə hazır olub, olmadıqlarını nəzarət etmişdir.

Hüthüt. Bir quş növünün adı olmasına baxmayaraq, “Hüthüt” sözü burada o quş üçün işlədilməmişdir. Bizə görə, Süleyman peyğəmbərin təftiş sırasında görə bilmədiyi Hüthüt quşun özü deyil, yəni bir şeylə ona bənzədilən başqa bir şey arasında qurulan əlaqəyə görə o quşun baxıcısıdır. Bənzər şəkildə, doğan, şahin, qartal kimi quş növlərinin adları da bu günkü cəmiyyətlərdə insan adı olaraq işlədilir. Bəzi quş cinslərinin adları isə simvollaşmışdır. Məsələn “sarı bülbüllər” deyilincə, ölkəmizdə “sarı rəngli bülbül quşları” deyil, bir futbol dəstəsi anlaşılır. Bu cür adlandırmalara hər cəmiyyətdə sıx-sıx rastlanılır, bunlar məcazi, mütəşabih ifadələrdir. Beləliklə, Süleyman peyğəmbərin təftiş sırasında görə bilmədiyini söylədiyi Hüthütün ordunun su ehtiyacını aradan qaldırmaq, ordunun gedəcəyi güzərgahdakı su və su qaynaqlarını araşdırmaq vəzifəsini icra edən adamın ləqəb/təxəllüs adı olması və bu adı da vəzifəsini icra edərkən “Hüthüt quşundan [Çavuşquşu/Upupa Epops]” yararlandığına görə almış olması mümkündür. Belə ki, bir adama etdiyi işə uyğun ad qoyma, ləqəb taxma adəti günümüz cəmiyyətlərində də hələ də davam edir. Örnək olaraq, ordularda ordunun su ehtiyacını təmin etməklə vəzifəli məmurlara “Saka” (Əsli sakka olub, su gətirib götürən, su işləriylə məşğul olan adam deməkdır) adı verilir. Bu ad, əslində bir quş cinsinin [carduelis carduelis] adıdır və o quş, dimdiyi ilə ətrafa su sıçratdığına görə ona bu ad verilmişdir. Digər tərəfdən, Hüthütün aşağıdakı 22-26-cı ayələrdəki danışdıqlarından, onun quşların məlumat və məsuliyyət hüdudlarından daha irəli, iradəli, ağıllı, hətta din biliyi qüvvətli biri olduğu anlaşılır. Çünki Hüthüt bu ayələrdə iman, küfr, tövhid, şirk kimi mövzularda və ancaq ağıllı, şüurlu və imanlı insanların söhbət mövzusu olacaq şəkildə danışır. Bunlardan başqa bir də Süleyman peyğəmbərin Hüthütü cəzalandırmaq istəməsi nəzərə alındıqda, Hüthütün bir quş olmayıb, bir insan olduğu qənaəti qətiləşir.

Süleyman peyğəmbərin 21-ci ayədəki “onu mütləq kəsəcəyəm” ifadəsi isə, baxıcının quş adı/ləqəb daşıdığına görədir. Bu gün də əsəbləşdiyimiz adamlara qarşı yönəldilən təhdidlər, layiq görülən cəzalar ifadə edilərkən, onların məsləkləriylə əlaqə qurula bilir.

Məsələn, bir kapitanın dənizdə boğulması, bir pilotun təyyarədən atılması, bir qəssabın dəhrə ilə doğranması, bir bərbərin ülgüclə çərtilməsi, bir təndir işlədənin təndirdə bişirilməsi ağla dərhal gələn cəza və təhdid ifadələridir. Süleyman peyğəmbərin buradaki ifadəsi də, quşlara yönəlik olaraq söylənə biləcək bir ifadə olub, yuxarıda söylədiyimiz kimi sırf baxıcının quş adı/ləqəb daşıdığına görədir.

22–26Sonra, çox gözləmədən Hüthüt gəldi və: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Səbadan sənə çox doğru və mühüm bir xəbər gətirdim. Şübhəsiz ki, Səbalılara hökmdarlıq edən, özünə hər şeydən verilmiş və çox böyük bir taxta sahib olan bir qadın gördüm. Onu və qövmünü Allahın yaratdığı sərvətlərdən Günəşə bo­yun əyib, təslimiyyət göstərərkən/sitayiş edərkən gördüm. Şeytan da göylərdə və yer­də gizlənəni açığa çıxaran, gizlətdiyinizi və açıqladığınızı bilən Allaha boyun əyib, təslimiyyət göstərməsinlər/qulluq etməsinlər deyə, özlərinə etdiklərini təmtəraqlı gös­tərmiş və onları doğru yoldan azdırmışdır. Buna görə də onlar bələdçilənən doğru yolu tapa bilmirlər. Allah Özündən başqa tanrı deyə bir şey olmayandır, bö­yük ərşin sahibidir” – dedi.

Səba. Səba, Güney Ərəbistanda yerləşən və xalqı ticarətlə tanınmış bir ölkə idi. Paytaxtı da indiki Şimali Yəmənin mərkəzi Sənanın şimal qərbindən təqribən 55 mil məsafədə olan Mərib şəhəri idi. Main krallığının çökməsindən sonra, e.ə. təxminən 1100-cü illərdə gücləndi və min il boyunca Ərəbistanda hökm sürdülər. Daha sonra, e.ə. 115-ci ildə onların yerini Himyerilər aldı. Bunlar da Ərəbistanda Yəmən və Hadramut, Afrikada Həbəşiştanı idarə etmiş olan Cənubi Ərəbistanın məşhur olan başqa bir milləti idi. Səbalılar bir tərəfdən Afrika sahilləri, Hindistan, Uzaq Şərq və Ərəbistanın iç tərəflərinin daxil olduğu yerlərdə cərəyan edən bütün ticari fəaliyyətləri, digər tərəfdən də Misir, Suriya, Yunanıstan və Romaya yönəlik ticarəti əllərində tuturdular. Qədim dövrlərdə sərvət və rifahları ilə məşhur olmaları da budur, bundandır. Hətta belə ki, Yunan tarixçilərinə görə o dövrdə dünyanın ən zənginləri bunlar idi. Ticarət və alış-verişlə yanaşı, çatdıqları bu rifahın başqa bir səbəbi də o idi ki, ölkələrinin bir çox yerində su anbarları inşa etmiş və suvarma məqsədiylə yağış sularını o anbarlara toplamışdılar. Bu təsislərlə ölkəni həqiqi bir bağçaya çevirmiş olurdular. Yunan tarixçiləri, Səbalılar ölkəsinin fövqəladə yaşıllıqlarına dair geniş məlumatları bizə qədər çatdırmışdılar. [16]

Hüthütün ayədəki “Mən, sənin bilmədiyin bir şeyi öyrəndim. Səbadan sənə çox doğru və mühüm bir xəbər gətirdim” ifadəsindən, Süleyman peyğəmbərin Səba haqqında heç məlumatı olmadığı deyil, Səbalılar haqqında yetərli məlumat sahibi olmadığı anlaşılmalıdır. Çünki Süleyman peyğəmbərin atasının [Davud peyğəmbərin] məzmurlarında (Məzmurlar; 72/1-12) “Səba”dan bəhs edilir.

Səba hökmdarının sahib olduğu imkanlar.

Hüthütün Səba hökmdarı üçün işlətdiyi “Özünə hər şeydən verilmiş” ifadəsi bir mübaliğə olub, bu ifadədən, krallığa ölkənin ehtiyacı olan hər şeydən bir miqdar verilmiş olduğu anlaşılmalıdır. Xatırlanacaq olursa, belə mübaliğəli bir ifadə 16-cı ayədə də Süleyman peyğəmbər üçün işlədilmişdi.

Səba məlikəsinin taxtı

Hüthüt, Səba məlikəsinin taxtını “العظيم azim [çox böyük]” olaraq xarakterizə etməklə, ölkənin genişliyini, zənginliyini və idarəçisinin üstün səviyyəli və dözümlü birisi olduğunu anlatmaq istəmişdir. Ancaq bəziləri bu ifadəni “fiziki böyüklük” və “gözəllik” olaraq anlamış və bu anlayışa uyğun olaraq ortaya şişirdilmiş nəqllər çıxmışdır:

İbn Abbas dedi ki: Bu qadının taxtının uzunluğu səksən, eni də qırx zira idi. Hündürlüyü də otuz zira idi. Mirvari, qırmızı yaqut və yaşıl xrizolitlə bəzədilmişdi.

Katade dedi ki: Ayaqları mirvari və cövhərdəndi, üstündəki örtüklər isə incə və qalın ipəkdəndi. Üzərində də yeddi dənə kilid vardı.

Mukatil dedi ki: Taxtı səksənə səksən zira idi, yerdən yüksəkliyi də sək­sən zira idi. Mirvarilərlə bəzədilmişdi.

İbn İshak dedi ki: Ona qadınlar xidmət edərdi. Yanında ona xidmət etmək üçün altı yüz qadın vardı. [17]

Hüthütün Səba haqqında verdiyi bu məlumatlar, yuxarıda söylədiyimiz kimi onun din və siyasət yönündən təchizatlı bir şəxs olduğunu göstərir.

27,28Süleyman dedi ki: “Doğrumu söylədin, yoxsa yalançılardansanmı, baxacağıq. Bu məktubumu götür, onu səbalılara burax, sonra onlardan bir az geri çəkil və bax, nəyə dönəcəklər”.

Süleyman peyğəmbərin ayədəki ifadəsinə diqqət edəndə görürük ki, onu Səba ölkəsinin zənginliyi maraqlandırmır. Onu yalnız şeytanın onları Allaha ibadətdən uzaqlaşdıraraq, Günəşə sitayiş etdirməsi maraqlandırır. Süleyman peyğəmbər Səba ölkəsini azdırmış olan şeytana qarşı bir cəhd başlatmış və yolladığı məktubla xalqı şeytana qarşı sərt olmağa yönəltmişdir. Süleyman peyğəmbər məktubu aparan işçiyə belə bir təlimat verir: “Məktubu onlara burax, sonra onlardan bir az geri çəkil və bax”. Bu ifadədə işlədilən “özləri” və “onlardan” əvəzliklərinin cəm olması, məktubun sadəcə Məlikəyə deyil, bütün Səba xalqına yönəlik olduğunu göstərir.

Quranda sadəcə bu qədər məlumat verilmişkən, bəziləri Hüthütün bacadan Məlikənin otağına girdiyini, məktubu onun yanına atdığını, sonra da pəncərədə gizlənib, nəticəni gözlədiyini irəli sürmüşlər.

29–31Süleymanın məktubunu alan Səba məlikəsi: “Ey öndə gedənlər! Şübhəsiz ki, mənə, qəti olaraq, çox sayğın/şərəfli bir məktub buraxıldı. Şübhəsiz ki, o məktub Süleymandandır və “Mənə qarşı yekəxanalıq etməyin, təslimiyyət göstərərək/müsəlman olaraq Mənə gəlin!” – deyə yaratdığı bütün canlılara dünyada çox-çox mərhəmət edən, əngin mərhəmət sahibi Allah naminədir/adındandır” – dedi.

Süleyman peyğəmbərin məktubunda yer alan “Mənə qarşı yekəxanalıq etməyin” cümləsi, Allaha qarşı yekəxanalıq etməyi ifadə edir. Çünki məktub, elçi tərəfindən Allah adından yazılmışdır. Əslində elə ayənin texniki quruluşundan çıxan doğru məna da budur.

Rəbbimiz bu ismarıca bənzər bir ifadəni başqa bir ayədə də belə bildirmişdir:

  • 17–21Və and olsun ki, Biz onlardan öncə Firon qövmünü imtahan etdik. Və onlara çox hörmətli bir elçi gəlmişdi: “Allahın qullarını mənə geri verin. Şübhəsiz ki, mən sizin üçün göndərilmiş, etibar edilən bir elçiyəm. Allaha qarşı təkəbbür göstərməyin. Şübhəsiz ki, mən sizə açıq-aşkar bir güc gətirirəm. Və şübhəsiz ki, mən məni daşlayaraq öldürməyinizdən mənim Rəbbimə, sizin Rəbbinizə sığındım. Və əgər siz mənə inanmasanız, dərhal yanımdan uzaqlaşın”. (Duhan/1721)

Burada məktubun məzmunu qədər, xüsusiyyəti və Hüthütün bu məktubu necə daşıdığı da əhəmiyyət daşıyır və üzərində durulmalıdır. Çünki bizə gəlib çatan məlumatlarda bu mövzuya dair bir çox şişirtmə nəql mövcuddur. Bu şişirtmələr barədə ədəbiyyat siyahısında göstərilən mənbələrə baxmaq olar. [18]

Yuxarıda verilən nəqllərdəki şişirtmələrin ölçüsünü görmək üçün mövzuya ağılla yanaşmaq və öncə bu sualların cavablarını axtarmaq lazımdır: Bu məktub nəyin üzərinə, hansı yazı ilə və hansı yazı materialı ilə yazılmışdır? Artıq araşdırma etməyə gərək qalmadan, bu sualların cavablarını “yazı”nın tarixi inkişafı ilə əlaqədar məlumatlar arasında tapmaq mümkündür.

Hadisələrin keçdiyi çağda işlədilən yazı mismar yazısı və ya ieroqlif, yazı materialı da daş lövhə, gil tablet, papirus və ya heyvan dərisidir. Çinlilər tərəfindən b.e. 1-ci əsrində icad ediləcək olan kağız hələ o dövrdə mövcud deyildir. Bu amillər üzündən Süleyman peyğəmbərin Məlikəyə yazdığı məktub Hüthüt quşunun daşıyamayacağı bir həcmdə olmalıdır. O çağdakı hansı yazı materialı üzərinə yazılırsa yazılsın, bu məktubu Göyərçin böyüklüyündəki bir quşun Fələstindən Yəmən bölgələrinə daşıya bilməsi mümkün deyildir. Arxeoloji araşdırmalar nəticəsində bu məktubun ortaya çıxıb, gerçək anlaşılıncaya qədər bizim ümumi əsas qənaətimiz bu yöndədir: O günkü yazı materiallarından birinə yazılmış olan bu məktub Yəmənə mütləq şəkildə at, uzunqulaq, dəvə kimi o zamanın hərəkət vasitələrindən biriylə və Hüthütün himayəsində göndərilmiş olmalıdır.

32Məlikə dedi ki: “Ey öndə gedənlər! Bu işimdə mənə fitva verin. Siz mənə şahid olmadan heç bir işə qərar vermərəm”.

Bu ayədə “şura” sisteminin gözəl bir örnəyi anladılır. Süleyman peyğəmbərin göndərdiyi Allah adından İslama girmə dəvəti ehtiva edən məktubu alan xanım idarəçi, vəziyyəti dərhal şura üzvlərinə bildirmişdir. Ayədəki ifadəsindən anlaşılır ki, kraliça şura üzvlərinə son dərəcə etibar edirmiş.

Ayədə “öndə gedənlər” olaraq çevirdiyimiz “mələ’” sözü əslində “depo” deməkdır. Öndə gedənlər burada, idarəçilik məlumatlarıyla dolu olduqlarına görə, məcazən “depo” sözüylə adlandırılmışdılar. “Mələ’” sözü ilə əlaqədar geniş açıqlamamız Sad surəsinin təhlilində verilmişdir.

Şura. Quranda Allah möminlərlə əlaqədar bildirir ki, idarəçilik (həyat tərzi)  “Şura” ilə olmalıdır.

“Şura” sözünün kökü “و ر ش şvr” sözü olub, ilk deyiliş mənası, “təknədən, daş və ağac oyuqlarından balı çıxarıb ortaya qoymaq” deməkdır. (Lisan və Tac)

“الشورى Şura” forması isə Müfaalə (müşavirə) babından, “büşra, zikra, fütya” kimi məsdər olub, qarşılıq – birgəlik növdə olan fellər quruluşuyla verilmişdir. Termin olaraq, “Bilikli, savadlı, təcrübəli, işinin ustası olanlar tərəfindən ortaq şəkildə araşdırma yolu ilə bir məsələnin, bir problemin ən doğru, ən yaxşı və ən gözəl həllinin tapılıb ortaya qoyulması” – deməkdır.

Şura İslamdan əvvəl, tarixdə də ağlın, təcrübənin məhsulu olaraq mənimsənilmiş və tətbiq edilmiş bir sistemdir. Məkkə şəhər – dövlətində də Şura idarəsi idi. Onlar da problemlərini “Darunnədvə” deyilən Şura sistemi ilə həll edərdilər.

Quranda (Nəml/29-35, 38-40) da Süleyman peyğəmbərin, Səba məlikəsinin və Fironun da “Şura məclis”lərinin olduğu, “ciddi problemlərin orada həll olunduğu” bildirilir. Yenə Qurandan (Əraf, Hud, Yusuf, Möminlər, Şüəra, Qasas surələri) Yusuf peyğəmbər və Musa peyğəmbər dövrlərində Misirdə Fironların, Şüeyb peyğəmbər dövründə Mədyən idarəçilərinin də “Şura məclisi”nin olduğunu bilirik.

Quranda Şura ilə əlaqədar möminlərə yönəlik üç ayə vardır:

  • 36–39Bax budur, sizə verilən hər hansı bir şey, fani dünya həyatının qazancıdır. Sadəcə, dünya həyatının keçici bir mənfəətidir. Allah qatında olanlar [nemətlər, mükafatlar] isə, iman edən və sadəcə, Rəbbinə işin nəticəsini həvalə edənlər üçün günahın böyüklərindən və həyasızlıqdan qaçınan və qəzəbləndikləri zaman bağışlayan insanlar üçün Rəbbinin çağırışına cavab verən, salaatı iqamə edən, işləri də öz aralarında Şura – “işin ən yaxşı səmtini ortaqlaşaraq tapıb, ortaya çı­xar­maq” olan, özlərini ruziləndirdiyimiz şeylərdən Allah yolunda xərcləyən/baş­da ya­xınları olmaqla, başqalarının dolanışıqlarını təmin edənlər üçün və özlə­ri­nə bir haqsızlıq və hücum isabət etdiyi zaman, bir-birləri ilə köməkləşən/intiqam alan insanlar üçün daha xeyirli və daha qalıcıdır. (Şura/36-39)

Rəbbimiz ayəsində öydüyü möminləri “İşləri də öz aralarında Şura olanlar” olaraq xarakterizə etmiş və “Şura”nın əhəmiyyətinə diqqət çəkmişdir. Çünki bir cəmiyyət öz aralarında, qarşılaşdıqları problemlərlə əlaqədar istişarə edəcək olarlarsa, mütləq işlərində ən doğru, ən sağlam, ən düzgün qərara çatarlar. Şura problemləri həll etmə mövzusunda insanların bir-birləriylə qaynaşmalarının, ən incə nöqtələrə qədər ağıl yürütmələrinin və doğrunu tapmalarının ən üstün dərəcədəki səbəbidir. Buna görə də, Rəbbimiz cəmiyyəti maraqlandıran bütün işlərin cəmiyyətdə məsləhətli şəkildə yürüdülməsi qaydasını ayə ilə ortaya qoyur.

2) 159Bax budur, sən sırf Allahın mərhəmətinə görə onlara qarşı yumşaq davrandın. Əgər qaba, qatı ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb, gedərdilər. Artıq on­la­rı bağışla, onlar üçün bağışlanma dilə. İşlərdə onlarla müşavirə et – işin ən gözəlini or­taq­laşaraq tapıb ortaya çıxar, bir dəfə də əzm etdinmi, artıq Allaha işin nəticəsini hə­valə et. Şübhəsiz ki, Allah işin nəticəsini Özünə həvalə edənləri sevər.  (Al-i İmran/159)

Ayədəki, Rəsulullaha yönəlik olan, “İşlərdə onlarla müşavirə et, işin ən gözəlini ortaqlaşaraq tapıb, ortaya çıxar” ifadəsi təbii ki, haqqında ilahi əmr və açıqlama olmayan mövzulara aiddir. İstişarə möminlərin ən ciddi əməl etməli olduğu bir fəaliyyətdir. Bu ayələrdə, başda idarəçilər olmaqla hər kəsə, bilmədikləri xüsuslarda və həllini tapa bilmədikləri mövzularda istər dini, istər siyasi, istər iqtisadi, istər hərbi olsun, peşəkarlarla istişarə edilməsi əmri verilir. Həmçinin bu ifadəylə, müşavirənin əhəmiyyəti ortaya qoyulmuş, möminlərin bu qaydadan uzaqlaşmamaları istənmişdir.

3) “Şura” sözünün keçdiyi bir digər ayə isə Bəqərə/233-dür. Bu ayədə ayrılan ana-atanın övladlarını əmizdirmə/əmizdirtmə mövzusunda istişarə etməli olduqları bildirilir.

Müşavirə özəlliklə müharibədə çox qədimdən bəri tətbiq olunaraq gələn bir üsuldur.  Çünki şuradan güc doğar.

33Öndə gedənlər dedilər ki: “Biz qüvvət sahibiyik və döyüşməyi çox yaxşı bilən insanlarıq, buyuruq isə sənindir, artıq nə əmr edəcəyini düşün!”

Öndə gedənlərin buradakı ifadələri, onların bədən güclərinə, alətlərinə, silahlarına güvəndiklərini göstərir və döyüşdəki igidliklərini, səbatlarını anladır.

Rəvayətçilər bu mövzunu da şişirtmişlər:

İbn Abbas dedi ki: Onlardan hər hansı birisi, gücünün bir nümayişi olaraq atını çapır, nəhayət ən sürətli çapan bir sırada ayaqlarını qapadır və gücü ilə atını durdururdu. [19]

34,35Məlikə: “Heç şübhəsiz ki, krallar bir məmləkətə girdikləri zaman dərhal oranı dağıdar və xalqının ulularını təhqir edərlər. Onlar da belə edəcəklər. Mən onlara bir hədiyyə göndərim və görək elçilər nə ilə dönəcəklər!” – dedi.

Öndə gedənlərin döyüşə tərəfdar olan fikirlərinə qarşı Məlikənin məsələyə sülh ilə bir çıxış yolu tapmaq istəməsi, bütün insanlığa və bütün zamanlara ibrət olacaq xarakterdədir. Bu ayələr açıq ifadələrlə başqa ölkələrə girən zalım işgalçı və müstəmləkəçilərin o ölkə xalqına qarşı tətbiq etdikləri təzyiq və şiddəti ən mükəmməl bir şəkildə anladır. Bu anlayış tarix boyunca heç bir zaman dəyişməmişdir. Beş min il əvvəlki imperialist təfəkkür ilə bu günkü imperialist təfəkkür və bunların işlətdikləri üsullar arasında fərq görünmür. İşgallar heç bir zaman müstəmləkələrin yararına olmamışdır. İşgal edilən ölkənin yeraltı və yerüstü qaynaqlarının ələ keçirilməsi işgalçıların dəyişməz məqsədləri olmuşdur.

Müstəmləkəçilərin bu məqsədlərinə çatması isə müstəmləkələrdəki xalqların yox olması mənasına gəlir. Belə ki, müstəmləkələr öncə yerli işbirlikçilərin də yardımıyla, öz imkanlarından pay ala bilməz hala gətirilir. Bu yolla gücsüz buraxılan, zəifləyən müstəmləkə hər cür dirəncini itirir. Artıq özünə rifah, güc təmin edəcək qaynaqlardan məhrum edilən müstəmləkə üçün yox olma müddəti başlamış deməkdir. İkinci mərhələdə ölkənin möhtərəmliyini təmin edən sərbəstlik qaydaları yox edilir. Bunlar edilərkən, bir tərəfdən də ölkə xalqına köləlik, yaltaqlıq, xəyanət, məddahçılıq kimi aşağılıq fəaliyyətlərlə aradan çıxma fəlsəfəsi mənimsədilir. Beləliklə, xalqın yaxşıca degenerasiyası təmin edilir. Artıq hər cür insani dəyərlərini itirən bir xalqda müstəmləkəçi imperialistlərin kültürlərinə qarşı heyranlıq oyandırmaq çox asandır. Heyranlıqla başlayan bu müddət zamanla assimilyasiya keçirir, assimilyasiya tamamlandı­ğın­da isə o cəmiyyət artıq əcəlini tamamlamışdır, tarixdən silinir, yox olub gedir.

36,37Elçi Süleymanın yanına gəldikdə Süleyman: “Siz mənə mal ilə köməkmi etmək istəyirsiniz? Bax budur, Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Əksinə siz hədiyyənizlə təkəbbürlənirsiniz. Onlara geri dön, yaxşı bilsinlər ki, onlara qətiyyən qarşı çıxa bilməyəcəkləri ordularla gələr, onları, tam əmin olun  ki,  xor və alçaldılmış olaraq çıxararıq!” – dedi.

Ayələrdən anlaşıldığına görə, Səbalılar Süleyman peyğəmbərin qərar dəyişdirəcəyini sanaraq, ona bir hədiyyələr göndərmişdilər. Belə ki, Süleyman peyğəmbər öz adından deyil, Allah adından hərəkət etdiyi üçün, göndərilən bu hədiyyələrlə maraqlanmamışdır. Onun məqsədi, Allahın yaratdıqlarından Günəşə sitayiş edən bu cəmiyyətə doğru yolu göstərməkdır. Heç bir Allah elçisinin təbliğinə qarşılıq bir əvəz alması mümkün olmadığı kimi, Süleyman peyğəmbərin də Səbalılardan hədiyyə qəbul etməsi barədə söz ola bilməz.

Quranda Məlikənin göndərdiyi hədiyyələrin nələr olduğundan bəhs edilməməsinə qarşılıq, rəvayət mexanizmi yenə boş durmamış və hədiyyələrin nə qədər qızıldan, nə qədər gümüşdən ibarət olması haqqında siyahılar törədilmişdir.

Bu hadisələrdə, “dində məcbur etmə yoxdur” qaydasına görə diləyənin Allaha, diləyənin də aya, günəşə sitayiş edə biləcəyi, buna qarşılıq, Süleyman peyğəmbərin isə göndərdiyi məktubla dində güc tətbiq etdiyi düşünülə bilər. Lakin bu düşüncə doğru deyildir. Burada diqqət edilməli məqam, 24, 25-ci ayədəki “Şeytan da, göylərdə və yer­də gizlənəni açığa çıxaran, gizlətdiyinizi və açıqladığınızı bilən Allaha boyun əyib təslimiyyət göstərməsinlər – qulluq etməsinlər deyə, özlərinə etdiklərini bəzəkli gös­tərmiş və onları doğru yoldan azdırmışdır. Bunun üçün də onlar bələdçilənən doğru yolu tapa bilmirlər” ifadəsidir. İfadədən asanlıqla anlaşıldığı kimi, orada bir şeytan vardır və o şeytan xalqın azad iradəsiylə davranmasını əngəlləyərək, onları Allahdan uzaqlaşdırır və Günəşə sitayiş etdirmək üçün fəaliyyət göstərir. Allaha savaş açmaq mənasına gələn bu hal isə müdaxilə edilməli və ortadan qaldırılmalı olan bir fitnədir.

Ayədə şeytan olaraq xarakterizə edilənin kimliyinə dair hələ bir məlumatımız yoxdur.

38Süleyman dedi ki: “Öndə gedənlər! Onlar təslim olanlar olaraq mənə gəlməzdən əvvəl hansınız onun taxtını mənə gətirər?”

39Cinlərdən bir ifrit: “Sən məqamından qalxmazdan əvvəl mən onu sənə gətirərəm. Və heç şübhəsiz, mən bu barədə güclü və etibar edilənəm” – dedi.

Bu ayələrdə, göndərilən hədiyyələri rədd etdikdən sonra Süleyman peyğəmbərin Məlikənin taxtını kimin gətirəcəyi xüsusunda qərargah üzvləriylə etdiyi dialoqlar nəql edilir.

39-cu ayədə cinlərdən bir ifritin “Sən məqamından qalxmadan” şəklindəki ifadəsi, klassik qaynaqlardakı və bu qaynaqları birbaşa doğru qəbul edənlərin əsərlərindəki kimi “sən yerindən qalxmadan” mənasında olmayıb, “sən iqtidar məqamından qalxmadan”, yəni “sən iqtidarda ikən, sən iqtidardan düşmədən, sənin iqtidarın dövründə” deməkdir. “ مقام Məqam” sözü, “ قوم qavm [oturduğu haldan ayağa qalxma]” sözünün ism-i məkan qəlibi olub, sözün əsas şəkli “ مقوم maqvem”dir. Beləliklə, “مقام məqam” sözünün mənası “qalxılan, ayaq üstə durulan yer” deməkdir. Bu söz tək başına işlədildiyində, yuxarıda verdiyimiz mənaya, nisbət (yiyəlik hal) olaraq işlədildiyində isə “mövqe, məqam” mənasına gəlir. Sözün ərəbcədəki işlədilməsi eynilə türkcədə də işlədilir, “məqam maşını”, “məqam otağı”, “baş nazirlik məqamı”, “məhkəmə məqamı”, “şahidlik məqamı”, “ədliyyə məqamları”, “idarəçilik məqamları”… kimi həmişə nisbət edilir.

“ قوم qavm” sözünün antonim mənalısı “ جلوس cülus [ayaq üstə duranın oturması]” sözüdür. Bu söz “bir məqama təyin olunma, vəzifəyə başlama, məqam kreslosuna oturma” mənasında işlədilir. Belə ki, Osmanlı imperatorluğu dövründə padşahların taxta çıxışlarına “cülus-u hümayun” deyilmiş və bu hadisələr üçün “cülus mərasimləri” təşkil edilmişdir. “Məqam” sözü Quranda 14 yerdə keçir. Söz, altı yerdə sərbəst halda və “yer” mənasında işlədilmişdir. Digər səkkiz yerdə isə nisbətli olaraq “mövqe, məqam” mənasında işlədilmişdir. Bəhs etdiyimiz 39-cu ayədən başqa, sözün “mövqe, məqam” mənasında işlədildiyi ayələr bunlardır: Bəqərə/125, Al-i İmran/97, Rəhman/46, Nəziət/40, Maidə/107, Yunus/71, İbrahim/14. Bunlardan ikisinin tərcüməsini təqdim edirik:

  • 96, 97Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərmək üçün qurulan ilk ev Məkkədəkidir. Onda açıq-aşkar əlamətlər/nümunələr – İbrahimin vəzifə icra etdiyi yer [təhsil alıb, yetişdirilib, ortaq qoşmağa qarşı ayağa qalxdığı] vardır. Və oraya kim girərsə, təhlükəsizlikdə olmuşdur. Və yoluna gücü yetən hər kəsin Beyti/ilahiyyat təhsil mərkəzini niyyət etməsi, ilahiyyat təhsili üçün oraya getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də gerçəyi ört-basdır edərsə, bilsin ki, şübhəsiz, Allah aləmlərdən zəngindir.  (Al-i İmran/96, 97)
  • 46Və Rəbbinin məqamından qorxan kimsələr üçün iki cənnət vardır.             (Rəhman/46)  

Nəticə olaraq, 39-cu ayədə nisbətli işlədilmiş olan “məqam” sözü də, yuxarıda tərcümələrini təqdim etdiyimiz ayələrdəki “məqam” sözləri kimi “mövqe, məqam” mənasındadır.

“ عفريت İfrit” sözü, yığcam bir ifadəylə, “məsləkdaşlarını əzib keçən, onları zəlil qoyan pis adam” deməkdır. [20] İsrail ölkəsindəki əcnəbilərdən olan bu adamın  ayədəki Və heç şübhəsiz, mən ondan üstün, güclü və etibarlıyam ifadəsi, “onu daşıya bilərəm, heç bir şeyi qırmadan, tökmədən, olduğu kimi gətirə bilərəm; alıb qaçmaram, xəyanət etmərəm” mənasına gəlir.

40Kitabdan biliyi olan birisi: “Mən onu sənə, baxışın özünə dönmədən əvvəl gə­ti­rə­rəm” – dedi. Sonra Süleyman Məlikənin taxtını yanında duran bir halda görüncə: “Bu, özümə ve­rilən nemətlərin qarşılığını ödəyəcəyəmmi, yoxsa yaxşılıq bilməzlikmi edəcəyəm de­yə, mənə bəla vermək üçün Rəbbimin lütfündəndir. Və kim özünə verilən ne­mət­lərin qarşılığını ödəyərsə, heç şübhəsiz, özü üçün qarşılığını ödəyər. Kim də nankorluq edərsə, heç şübhəsiz ki, Rəbbim çox zəngin və kərimdir”.

“Kitabdan biliyi olan adam”ın ayədə nəql edilən “قبل ان يرتدّ اليك طرفك Qablə ənyərtəddə iləykə tarfukə” şəklindəki ifadəsi, klassik tərcümə və təfsirlərdə göründüyü kimi “gözünü açıb yummadan” demək olmayıb, “sənin baxışın özünə dönmədən öncə” deməkdir. Yəni “Sən bu işi fikrindən silmədən öncə; sən indi fikrində Səba məlikəsi və ölkəsini düşünürsən, başqa bir şey düşünmürsən və gözün heç bir şey görmür; başqa bir mövzuyla maraqlanmırsan, özünə dönüb baxmırsan ha, budur mən bunu sən özünə baxmadan, yəni bunu fikrindən silmədən, gündəmdən düşürmədən sənə gətirərəm” deməkdir.

“İfrit” və “məlumatlı adam”ın özəl şəxsiyyətləriylə əlaqədar olaraq da əsassız bir çox rəvayət törədilmişdir. Bunların bu adam olub, olmamağının bir əhəmiyyəti yoxdur. Əsl əhəmiyyətli olan və nəzərə alınmalı olan, ayələrin təməl ismarıclarıdır. Həmçinin, bu ayələrin kəramət və möcüzə kimi şeylərlə heç bir əlaqəsi yoxdur. Beləliklə, bu ayələrin kəramətin varlığına dəlil göstərilməsi və nübüvvətin vərasətindən üstün olduğu iddiası yanlış və əbəsdir.

Quranda hadisələrin inkişafındakı zaman fasilələri bildirilməmiş və taxtın nə zaman, necə və kim tərəfindən gətirildiyi xüsuslarında məlumat verilməmişdir. Ancaq taxtın Süleyman peyğəmbərə gətirilməsinin “elmli qul”dan bəhs edilən ayədə yer almasına baxılaraq, onun “elmli qul” vasitəsiylə gətirilmiş olduğu söylənə bilirsə də, “elmli qul”un danışması ilə taxtın gətirilməsi arasında keçən zaman haqqında bir fikir söyləmək mümkün deyildir. Çox ehtimal ki, taxtın gətirilməsi bir anda olmamış, uzun bir müddətdə reallaşmışdır.

Ayədə “Kitabdan yanında məlumat olan kimsə” olaraq xarakterizə edilən “elmli qul” haqqında, onun:

– Mələklərdən biri;

 Cəbrayıl;

 Xızır;

 Süleyman peyğəmbərin xalasının oğlu və vəziri Asəf b. Bərhiya;

 İsm-i Əzəmi bilən bir insan;

 Dənizdəki bir adada yaşayan və o gün Süleyman peyğəmbərə baxmaq üçün gəlmiş saleh bir kimsə;

 Yemliha adında, İsrailoğullarından və Uca Allahın ism-i əzəmini bilən birisi;

 İsrailoğulları arasında çox ibadət edən Ustum adında bir zat və

Süleyman peyğəmbərin bilavasitə özü olduğu barəsində iddialar irəli sürülmüşdür. [21]

Süleyman peyğəmbər ilə Məlikənin müsahibəsindən anladığımıza görə, bizim fikrimizcə, bu adam vəhy qəbul edən bir elçidir. “Lut peyğəmbərin qövmünə gedərkən İbrahim peyğəmbərə də baş çəkən elçilər” örnəyindən də xatırlanacağı kimi, o dövrlərdə yer üzündə bir çox elçi olub.

“Kitabdan yanında məlumat olan” bu adam da bir elçidir və o sırada Süleyman peyğəmbərin yanındadır. Ayədə nəql edilən sözlərindən sonra Səba ölkəsinə gedib, onların İslamla şərəflənməsini təmin etmiş və Səba ölkəsini Süleyman peyğəmbərin ölkəsinə qataraq, Məlikəni və taxtı Süleyman peyğəmbərə gətirmişdir.

Taxt ilə əlaqədar şişirtmələr. Rəvayət edildiyinə görə taxt, qırmızı yaqut və mirvarilərlə bəzədilmiş, gümüş və qızıldan düzəldilmişdi. Taxt o sırada üzərində yeddi kilid olan, iç-içə yeddi otağın içərisində olurdu.

“Taxtın gətirilməsi” nə deməkdir? 

“العرش Ərş [taxt]”, bir məmləkətin qüdrətini simvolizə edən bir şeydir. Dolayısıyla taxtın gətirilməsi, o ölkənin fəth edilib, torpaqlarının fəth edənin ölkəsinə qatılmış olmasını ifadə edir. Bu mövzunun Kitab-i Müqəddəsdəki ifadəsi fərqlidir. Quranda yer alan xüsuslar orada mövcud deyildir:

1– Səba Kraliçası, RƏBBin adından ötürü Süleymanın artan ününü duyunca, onu çətin suallarla sınamağa gəldi.

2– Müxtəlif ədviyyat, çox miqdarda qızıl və dəyərli daşlarla yüklü böyük bir karvan müşayiəti ilə İerusəlimə gələn Kraliça, ağlından keçən hər şeyi Süleymandan soruşdu.

3– Süleyman onun bütün suallarına cavab verdi. Kralın ona cavab verməyə çətinlik çəkdiyi heç bir mövzu olmadı.

4, 5– Süleymanın müdrikliyini, tikdirdiyi sarayı, süfrəsinin zənginliyini, vəzifəlilərinin oturub qalxmasını, xüsusi geyimli xidmətçilərini, saqilərini və RƏBBin Məbədində təqdim edilən yandırmaq üçün olan hədiyyələrini görən Səba Kraliçası heyranlıq içində qaldı.

6– Krala: “Ölkəmdəykən etdiklərinlə və müdrikliyinlə əlaqədar eşitdiklərim doğruymuş” – dedi,

7–“Amma gəlib öz gözlərimlə görüncəyədək, inanmamışdım. Bunların yarısı belə mənə anladılmadı. Müdrikliyin də, zənginliyin də eşitdiklərimdən qatqat artıqdır.

8– Nə xoşbəxtdirlər adamların! Nə xoşbəxtdirlər ki, sənə xidmət edirlər vəzifəlilər! Çünki daima elminə şahid olurlar.

9– Səndən məmnun qalan, səni İsrail taxtına oturdan Tanrın RƏBBə təriflər olsun! RƏBB İsrailə sonsuz sevgi duyduğundan, ədaləti və doğruluğu təmin etməyin üçün səni kral etdi”.

10– Səba Kraliçası krala yüz iyirmi talant qızıl, çox böyük miqdarda ədviyyat və dəyərli daşlar ərməğan etdi. Səba Kraliçası Kral Süleymana o qədər ədviyyat ərməğan etdi ki, bir daha heç bir zaman bu qədər çox ədviyyat görülmədi.

11– Bu arada Hiramın gəmiləri Ofirdən qızıl və böyük miqdarda almug odunu ilə dəyərli daşlar gətirdilər.

12– Kral, RƏBBin Məbədiylə sarayın barmaqlıqlarını, çalğıçıların liralarıyla çənglərini bu almug odunundan etdirdi. Bu günədək o qədər almug ağacı nə gəlmiş, nə də görülmüşdür.

13– Kral Süleyman Səba Kraliçasının hər istəyini, hər diləyini yerinə yetirdi. Həmçinin ona könüldən qopan bir çox ərməğan verdi. Bundan sonra Kraliça adamlarıyla birlikdə oradan ayrılıb öz ölkəsinə döndü. [22]

41Süleyman dedi ki: “Onun üçün taxtını tanınmaz hala gətirin [ona adi bir insan ki­mi davranın], görək o, bələdçilənən yolu tapanlardandırmı, yoxsa bələdçilənən doğru yo­­lu tapmayanlardanmı olacaq [görək müsəlmanlığında səmimidir, yoxsa səmimi de­yil]!”

42Məlikə gəldiyi zaman:  “Sənin taxtın belədirmi?” – deyildi. Məlikə: “Sanki bu, odur. Və bizə ondan əvvəl bilik verilmiş və biz müsəlman olmuşduq”.

43Və onu Allahın yaratdığı sərvətlərdən sitayiş etdiyi şeylər uzaqlaşdırmışdı. Şübhəsiz ki, o, kafirlər qövmündəndir.

44Ona: “köşkə gir!” – deyildi. Sonra o, onu görüncə dərin bir su sandı və ətəyini çəkdi. Süleyman: “Bu büllurdan düzəldilmiş, şəffaf bir zəmindir” – dedi. Məlikə: “Rəbbim! Mən həqiqətən özümə haqsızlıq etmişdim. Süleyman ilə bərabər, aləmlərin Rəbbi olan Allaha təslim oldum” – dedi.

Taxtın görünüşünün dəyişdirilməsindəki məqsəd.

Süleyman peyğəmbər, yanına gətirilən Məlikənin taxtının tanınmayacaq dərəcədə dəyişdırilməsini istəməsindəki səbəbi 41-ci ayədə “baxaq, görək o, doğru yolu tapanlardanmı, yoxsa doğru yolu tapmayanlardanmı olacaq?” – deyərək açıqlamışdır. Lakin ümumilikdə Süleyman peyğəmbərin bu ifadəsiylə “Məlikənin öz taxtını tanıyıb, tanıyamayacağını” qəsd etdiyi irəli sürülmüşdür. Bizim qənaətimizə görə isə Süleyman peyğəmbər burada Məlikənin “mülk ilə imandan hansını tərcih edəcəyini” qəsd etmişdir. Çünki ayənin orijinalındakı kimi “hidayə” köklü sözlər Quranda həmişə “ciddi və doğru yolu, sırat-i müstəqimi [Allahın yolunu] tapıb-tapmamaq” mənalarında işlədilmişdir. Belə ki, Məlikə də taxtı görüncə vecinə almamış: “Sanki bu, odur. Və bizə ondan öncə məlumat verilmiş və biz təslim olanlar/müsəlmanlar olmuşduq” – deyərək, müsəlman olduğunu hayqırmışdır.

Süleyman peyğəmbərin Məlikənin girməsini istədiyi köşkünün nə zaman və hansı məqsədlə edildiyi bildirilməmişdir. Dedi-qodularda, bu köşkün məxsusi olaraq Məlikəni təəccübləndirmək üçün edildiyi irəli sürülmüş olsa da, bizə görə bu doğru deyildir. Çünki Allahın elçiləri belə bədxərclik etməzlər, edə bilməzlər.

Məlikənin, köşkə girərkən zəminin şəffaf olduğuna görə oranı su zənn edib ətəyini yuxarı çəkməsinin tamamilə normal olmasına baxmayaraq, rəvayətçilər bu mövzuya da əl atmış və uzun ssenariyalar törətmişlər:

  • Cinlər, Süleymanın məlikə ilə evlənməsini istəməmişlər. Buna görə də, cinlər, Süleymana Səba Qəbiləsinin sirlərini çatdırmışdılar. Çünki məlikə cin tayfasına mənsub bir qız idi. Deyildiyinə görə, cinlər Süleymanın məlikədən bir övlad sahibi olmasından, beləliklə də, o uşaqda cin və insan zəkasının bir araya gəldiyinə görə, özlərinin Süleymanın idarəsindən daha mükəmməl bir idarəyə çatmalarından narahat idilər. “Məlikənin ağlında bir nöqsanlığı var”, “onun ayaqları tüklü olub, ayaqları da eynilə eşşək ayağı kimidir …” şəklində sözlər yaydılar. Budur buna görə də, Süleyman, o taxtın şəklini və şəmalını dəyişdirərək, onun ağlını sınadı. O köşkü də ayaqlarının halını öyrənmək üçün etdirmişdir. Saf şüşənin görüntüsünün eynən bir su kimi olduğu məlumdur. Buna görə də məlikə bunu görüncə onu durğun bir su sandı ki, ona girmək üçün baldırlarını açdı. Bir də nə görsünlər, o, baldır və ayaq cəhətindən insanların ən gözəli! Bu, Süleymanın o qadınla evləndiyini söyləyənlərə görə, düşünülən bir tələdir. [23]

Bu əhvalatda bəhs edilən Məlikənin adı Quranda bildirilməmişdir. Belə ki, Məlikənin adı “Bilqeyis” olaraq məşhurlaşmış və ondan bəhs edilərkən ümumilikdə “Bilqeyis” adı işlədilmişdir.

Yenə Quranda yer almamasına baxmayaraq, hekayəçilər Süleyman peyğəmbərin Məlikə ilə evləndiyini qəti bir şəkildə iddia etmişlər, lakin bu evliliyin Məlikənin ayaqlarını çirməməsindən öncəmi, yoxsa sonramı olduğu xüsusunda müxtəlif görüşlər irəli sürmüşdülər.

İbn-i Abbasdan gələn rəvayətdə isə daha fərqli bir hekayə vardır:

Bilqeyis müsəlman olunca Süleyman ona: “Qövmündən səni evləndirəcəyim birisini seç” – demiş. Buna görə də qadın: “Bu cür bir səltənəti olan mənim kimi bir qadınla adi adamlar evlənə bilməz” – demiş. Buna görə də Süleyman: “Nikah İslamdandır” – deyincə, qadın da: “Əgər hal belə isə, məni Həmədan hökmdarı Tübba ilə evləndir” – demiş. Buna görə də Süleyman onu evləndirir. Sonra Yəmənə göndərir. O da, orada Kraliçalığını davam etdirir. [24]

Bu mövzu Kitabi Müqəddəsdə I Krallar, 10-cu Bab, 1-13-cü cümlələrdə və II Tarixlər, 9-cu Bab, 1-12-ci cümlələrdə, yuxarıda, 40-cı ayənin təhlilində verdiyimiz mətnlə, Matta və Luka İncillərində isə aşağıdakı mətnlərlə keçir:

  1. 42. Cənub Kraliçası, mühakimə günü bu nəsillə birlikdə qalxıb bu nəsli mühakimə edəcək. Çünki Kraliça, Süleymanın müdrik sözlərini dinləmək üçün dünyanın ta o biri ucundan gəlmişdi. Baxın, Süleymandan daha üstün olan buradadır. [25]
  2. 31. Cənub Kraliçası, mühakimə günü bu nəslin adamlarıyla birlikdə qalxıb, onları mühakimə edəcək. Çünki Kraliça, Süleymanın müdrik sözlərini dinləmək üçün dünyanın ta o biri ucundan gəlmişdi. Baxın, Süleymandan daha üstün olan buradadır. [26] Nəticə olaraq, bütün bu təfərrüatın heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan və bizi maraqlandıran Quranda verilən məlumatların doğru dürüst öyrənilməsi, ona uyğun davranılması və məcazların həqiqiləşdirilib simvolların adamlaşdırılması nəticəsində ortaya çıxan xürafələrin aradan qaldırılmasıdır.

44-cü ayə ümumilikdə, mifoloji amillərin təsiriylə, “Məlikəyə saraya gir” – deyilmiş, o da saraya girincə ayaq basdığı yeri dərin bir su sanıb, ayaqlarını çirmələmiş, Süleyman da ona bu, büllurdan edilmiş bir saraydır” – deyə izah etmiş kimi tərcümə edilmişdir.

Bu yanlışlığın qarşısının alınması və doğru tərcüməni təsbit edə bilmək üçün ayədə yer alan sözlərin təhlilini etmək, sözlərin öz mənalarını ələ almaq məcburiyyətindəyik.

Sarh.  Bu sözün öz mənası, “hər şeyin xalis, su qatılmamış süd kimi olanı” deməkdır. Bu sözün törəmələrindən “ صرَح sarah”, hər şeyin ağappaq, qatışıqsız, ağ olanı deməkdır. صرح Sarh müstəqil, fərdi, yüksək, sıx olaraq edilmiş ev” deməkdir ki, saray və hər yüksək, uca ev üçün işlədilir. (Tac, Lisan) Bu söz, Quranda Nəml/44, Qasas/38 və Mömin/36-da yer alır.

لُجَّةً Lüccətən

“لجة Lüccətən” sözü “لجاج licac” kökündən gəlmə olub, öz mənası, “bir işi israrla, yorulmadan, bezmədən etməyə çalışmaq, vaz keçməmək” deməkdir. Bir işdə israr edib, ondan başqasının xeyirli olmadığını qəbul etməkdir.

لأمر لجة ا Lüccətül əmr “işin ən uyğunu, ən möhtəşəmi” deməkdir.
البحر لجة Lüccətül bəhr “dənizin ən dərini, ən genişi deməkdir.
الماء لجة Lüccətül mai “dərin su” deməkdir.

لجة الجماعة Lüccətül camaat camaatın xeyli çoxluğu deməkdir. (Tac, Lisan)

Sözün törəmələri, Quranda Mömin/75, Mülk/21, Nəml/44, Nur/40-da yer alır.
Bu halda,” لجة Lüccətən” ifadəsinə, su ilə tamamlıq əlavə edilmədən, birbaşa “dərin su” mənası vermək yanlışdır.

عن الساق الكشف Əl kəşfü ani s saq. كشف Kəşf hər kəsin bildiyi kimi “açmaq, qapalı olan bir şeyi ortaya çıxarmaq” deməkdir.

ساق Saq isə “baldır” deməkdır. Quranda Qələm/42, Nəml/44 və Qiyamət/ 29-da da yer alır. “Baldırdan kəşf” ifadəsi bir deyim olub, Qələm/42-də də yer almışdır. Mənası “hər şeyin; yaxşı, ya da pis açıq şəkildə meydana çıxarılması” deməkdir.

ممرد Mümərrəd. Bir şeyi möhkəm tutmaq, hamarlamaq, düzləndirmək, cilalamaq” deməkdir. (Tac, Lisan) Bu sözün fərqli formaları Quranda Nəhl/44, Tövbə/101, Saffat/17, Həcc/3 və Nisa/117-də yer alır.

قوارير Qavarir. Bu söz, “şüşə qab” mənasındakı “قارورة qarurə” sözünün cəmidir. Şüşəyə bənzədiyinə görə göz bəbəyi üçün də eyni söz işlədilir. (Tac, Lisan) Bu söz, Quranda Nəml/44 və İnsan/ 15, 16-da yer alır.

O zaman burada bəhs edilən قوارير qavarir (şüşələr) Allahın nurudur; Vəhylərdir. İslam dini budur, bu nurdan meydana gəlmişdir.

Bəhs etdiyimiz ayədə söz cəm olaraq gəlmişdir. Xalis dinin əldə edildiyi, öyrənilib, yaşandığı şüşələr/göz bəbəkləri nələrdir? Bu suala Nur/35 cavab verir qənaətindəyik:

  • 35Allah göyləri və yer üzünü, kainatı aydınladan tək Zatdır, başqasının aydınlatması mümkün deyildir. Onun nurunun – Quranın örnəyi, içində qəndil olan bir qəndil yuvası kimidir – o qəndil, bir şüşə içindədir – o şüşə, sanki, inciyə bənzər bir ulduz kimidir ki, Şərqlə, Qərblə müəyyən edilə bilinməyən, dünyanın hər yerində var olan bərəkətli bir zeytun ağacındandır. O ağacın yağı, haradasa özünə atəş toxunmasa belə, işıq verir. Nur üstünə nurdur. Allah diləyən kimsəni nuruna bələdçilik edər. Allah insanlar üçün nümunələr verir və Allah hər şeyi ən yaxşı biləndir. (Nur/35)

Açıqca anlaşılır ki, bu ayədəki الصَّرْحَۚ sarh sözü, Xalis Dindən kinayə olaraq işlədilmişdir.

Bu ayələrdə bəhs edilən xüsusiyyətlər, fiziki bir saray xüsusiyyəti deyildir. Əslində elə bir peyğəmbərin, Muaviyəvari belə lüks, təntənəli, haram edilmiş israf ölçülərində bir saray etməsi da düşünülə bilinməz. Davud peyğəmbər və oğlu Süleyman peyğəmbərdən belə bir qalıq da təsbit edilməmişdir. Onların etdiyi, Beytü-l Maqdisin qalıqları bu gün ortadadır.

Bu istiqamətdə ayənin ən uyğun tərcüməsi belədir:

  • 44Ona, “köşkə gir!” deyildi. Sonra o, onu görüncə dərin bir su sandı və ətəyini çəkti. Süleyman–“Bu büllurdan düzəldilmiş, şəffaf bir zəmindir” dedi. Məlikə, “Rəbbim! Mən həqiqətən özümə haqsızlıq etmişdim. Süleyman ilə bərabər, aləmlərin Rəbbi olan Allaha təslim oldum” dedi.

Ayədə, “Məlikəyə, “Gizli, qapalı heç bir şeyin olmadığı, hər şeyin açıq-açıq göstərildiyi köşkə/xalis dinə gir! deyildi” buyurulur. Burada “Məlikəyə belə deyən kimdir?” sualı ağla gəlir.

Bizim qənaətimizə görə bu, Məlikə haqqında Rəbbimizin iradəsi və qərarıdır. Yəni onun imanında və müsəlmanlığında səmimi olduğunun bəyan və qəbuludur. (“Gavl” sözü, hüquqda görüş və qərar ifadə edər.)

Bunun bir nümunəsini də Ya Sin/26, 27-ci ayələrdə görürük:

  • 26,27Deyildi ki: “Haydı, gir cənnətə!” O da dedi ki: “Nə olardı! Qövmüm Rəbbimin məni bağışladığını və məni qürurlandırılanlardan biri etdiyini bilsəydilər”. (Ya Sin/26, 27)

45And olsun ki: “Allaha qulluq edin” – deyə, Səmuda da qardaşları Salehi elçi göndərdik. Dərhal bir-birləri ilə mübahisə edən iki qrup oldular.

46Saleh dedi ki: “Ey qövmüm! Yaxşılıqdan əvvəl nə üçün pisliyi tezləşdirmək istəyirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləsəniz nə olar?”

47Onlar: “Sənə və səninlə birlikdə olanlara görə başımıza uğursuzluq gəldi/səni və səninlə birlikdə olanları uğursuzluq əlaməti sayırıq” – dedilər. Saleh: “Uğursuzluğunuz Allah qatındadır. Daha doğrusu siz özünü atəşə atan/imtahana çəkilən bir camaatsınız” – dedi.

48Və o şəhərdə yer üzündə pozğunçuluq edən, yaxşı işlər görməyən, Doqquz nəfərlik bir qrup vardı. 49Allaha and içərək: “Gecə ona və ailəsinə basqın edəcəyik, sonra da qəyyumuna/haqlarını qoruyacaq yaxınlarına: “Biz o ailənin yox edilməsinə şahid olma­dıq/hadisə zamanı orada deyildik və biz tam əmin olun ki, doğru olanlarıq de­­yəcəyik” – dedilər. 50Və onlar, belə bir tələ qurdular, şübhəsiz, Biz də onları fər­qin­də olmadıqları bir cəza ilə cəzalandırdıq.

51Bax budur! Onların tələlərinin aqibəti necə oldu, şübhəsiz ki, Biz onları və cəmiy­yət­lə­­rini cəm halda, yerlə bir etdik. 52Bax budur, onların, şərik qoşmaqla et­dikləri səhv­lərə görə damları çöküb, evləri sahibsiz qalıb. Heç şübhəsiz ki, bunda, anlayan bir cəmiyyət üçün bir əlamət/nümunə vardır.

53İman edən və Allahın qoruması altına girmiş olan insanları isə qurtardıq.

Bu surədə örnək göstərilən cəmiyyətlərin üçüncüsü Səmud qövmüdür. Yuxarıdakı ayələrdə, Saleh peyğəmbərin qövmünü xəbərdar etmək üçün göstərdiyi cəhd ilə qövmünün ona qarşı yekəxanalıq etməsi və buna görə də bəlaya düçar olması anladılır. İncəlikləri Əraf surəsində keçmiş olan əhvalatın əvvəl deyilən ifadələrinə əlavə olaraq, buradakı ifadəsində, Saleh peyğəmbərə qarşı olan qrup içərisindən doqquz nəfərlik bir dəstənin ona sui-qəsd təşkil etmək üçün and içdikləri bildirilmişdir.

Diqqət edilirsə, Saleh peyğəmbərlə qövmü arasında keçən hadisələr ilə peyğəmbərimiz və Məkkəlilər arasında keçən hadisələr tamamilə bənzərdirlər. Saleh peyğəmbərin qövmü də eynilə Məkkə xalqı kimi iki qrupa ayrılmış və aralarında mübahisə etmişdilər.

  • 75Qövmün yekəxanalıq edib öndə gedənləri, içlərində zəif görünən inananlarına dedilər ki: “Siz, Salehin, həqiqətən Rəbbi tərəfındən göndərilmiş bir elçi olduğunu bilirsinizmi?” Onlar: “Tam əminliklə bilin ki, biz onunla göndərilənə inanırıq!” – dedilər.
  • 76O, yekəxanalıq edənlər: “Biz sizin inandığınızı bilərəkdən/şüurlu şəkildə rədd edənlərik!” – dedilər. 77Dərhal da o sosial yardım və dəstək qurumlarının fəaliyyətini təmin edən gəlir qaynaqlarını qurutdular və yekəxanalıq edərək, Rəblərinin buyuruğundan çıxdılar və: “Ey Saleh! Əgər həqiqətən göndərilən elçilərdən birisənsə, bizi təhdid etdiyini bizə gətir!” – dedilər. (Əraf/75, 77)

47-ci ayədə keçən “تطيّر tatayyür” sözü, “طير tayr [quş]” sözünün törəmələrindəndir və “uğursuzluq” mənasında işlədilir. Bu anlayış, xürafələr və şübhələr ardınca sürükləndikləri üçün imanın konkretliyinə qovuşa bilməmiş cahil cəmiyyətlərin adətlərindən biri halına gəlmiş və bu anlayışın pəncəsinə düşmüş şüursuz insanlar, bir iş etmək istədiklərində bir quşa sığınmağı adət etmişdilər. Ərəblər isə uğursuzluğa ən düşkün cəmiyyət olub, bir səfərə çıxacaqlarında belə xüsusi olaraq ürkütdükləri quşun sola doğru uçması halında bunu uğursuzluq sayaraq səfərə çıxmazlar, ancaq quş sağa doğru uçarsa, bunu uğur sayar və yollarına davam edərdilər.

Saleh peyğəmbərə qarşı çıxanların 47-ci ayədəki sözləri, peyğəmbərlərini uğursuz kimsələr olaraq qəbul edən müşrik qövmlərin sözləri ilə demək olar ki, eynidır:

  • 18O şəhərin xalqı dedilər ki: “Şübhəsiz, biz sizin üzünüzdən uğursuzluğa düçar olduq. Əgər əl çəkməzsinizsə, and olsun ki, sizi daşlayaraq öldürərik və tam əmin olun ki, bizdən sizə çox acıqlı bir əzab toxunar”. (Ya Sin/18) 
  • 130Və and olsun ki, Biz Firon sülaləsini, düşünüb öyüd alsınlar deyə, illərlə quraqlıqlarla/qıtlıq və məhsul çatışmazlığı ilə sınadıq.
  • 131Sonra onlara yaxşılıq gəldiyi zaman: “bax budur, bu bizə aiddir” – dedilər. Əgər onlara bir pislik gəlirsə, Musa ilə yanındakıların uğursuzluğu kimi qəbul edirlər. Yaxşı bilin ki, onların uğursuzluğu Allah qatındadır. Lakin onların çoxu bunu bilməzlər. (Əraf/130, 131)  

48-ci ayədə keçən “yer üzündə pozğunçuluq edən, yaxşılaşdırma etməyən, Doqquzluq bir qrup” ifadəsindən Ərəb ənənəsinə görə anlaşılır ki, Saleh peyğəmbəri yox etmə isinə doqquz sülalədən doqquz nəfər cəhd etmişdir. Rəvayətlərdə bu doqquz nəfərin adları təqdim olunmuşdur, lakin hər rəvayətdə fərqli adlar verilir. [27]

49-cu ayədə keçən “vəlisinə” ifadəsi ilə Saleh peyğəmbərin mənsub olduğu qəbilənin rəisi nəzərdə tutulmuşdur. Çünki qədim qəbilə adətlərinə görə qəbilə rəisi, qəbilənin fərdlərinin qan davalarına nəzarət edə bilən adam olur.

Bu ayələrin vəhy edildiyi tarixlərdə Məkkədə də bənzər bir halın ortaya çıxmış olması diqqəti cəlb edir. Peyğəmbərimiz vəzifəsini icra edərkən Məkkə əhalisi də Səmud qövmü kimi iki ayrı firqəyə ayrılmış və bunlar arasında bir mübarizə başlamışdır. Saleh peyğəmbər kimi bizim peyğəmbərimizin də qarşı firqə içindən təşkil edilən bir dəstənin kütləvi hücumu ilə öldürülməsi planlaşdırılmışdır. Plan həyata keçdiyi təqdirdə, Saleh peyğəmbər kimi, peyğəmbərimizin də cinayətin arxa planını arayacaq bir “vəlisi” vardır və bu “vəli” əmisi Əbutalibdir, yəni əgər Məkkə müşrikləri təşkil etdikləri hücumu həyata keçirib, əməllərinə çata bilərdilərsə, peyğəmbərimizin mənsub olduğu Bəni Haşim qəbiləsinin rəisi Əbutalib, qəbiləsi adından bu cinayəti işləmiş olanlara qarşı bir qan davası iddiası ilə ortaya çıxa biləcəkdir. Amma cinayət, müxtəlif qəbilələrdən mütəşəkkil bir dəstə tərəfindən işlənərsə, fail ola bilməyəcək, dolayısıyla Haşimoğullarının da hadisələrə qarışan qəbilələrin hamısıyla birdən savaşması mümkün olmayacağından, hadisələr qapanacaqdır.

Məkkə öndə gedənlərinin nizamladıqları, amma uğursuzluqla nəticələnən bu gizli plan, bənzər şəkildə peyğəmbərimizin hicrəti sırasında da təşkil edilmişdir.

Göründüyü kimi, Saleh peyğəmbərin əhvalatı ilə bu ayələrin nazil olduğu zamandakı peyğəmbərimizin şərtlərinə mükəmməl bir şəkildə işarət edilmiş olur.

Səmud qövmünün həlakına dair daha əvvəl bir çox surədə geniş izah verildiyi üçün burada onları təkrarlamır və bu mövzuda rəvayətçilərin törətdikləri ssenariyaları da nəql etmirik.

54,55Lutu da elçi olaraq qövmünə göndərdik. O zaman ki o, qövmünə: “Göz görə-görə hələ də o həddini aşmağı/həyasızlığı edəcəksinizmi? Şəhvət yö­nün­dən qadınlardan aşağı olan kişilərə yaxınlaşacaqsınızmı? Əslində siz ca­hil­lik­də davam edən bir cəmiyyətsiniz!” – demişdi.

Lut peyğəmbər və qövmü ilə əlaqədar təfərrüatlar daha əvvəl Qəmər, Əraf və Şüəra surələrində yer aldığından, burada mümkün qədər qısa bir açıqlama ilə kifayətlənəcəyik. Həmçinin bu əhvalat irəlidə Hicr surəsində təkrar gündəmə gələcəkdir.

Uca Rəbbimizin bildirdiyinə görə, Lut qövmünin “qadınlardan aşağı olan erkəklərə şəhvətlə yaxınlaşma” hərəkəti, onlardan əvvəl heç bir cəmiyyətin etməmiş olduğu bir həyasızlıqdı. Bu azğın cəmiyyət bəhs edilən həyasızlığı qrup halında edirdilər:

  • 28,29Lutu da göndərdik. O zaman o, qövmünə: “Şübhəsiz ki, siz qətiliklə, aləmlərdən sizdən öncə keçmiş olanların etmədiyi bir həyasızlığı edirsiniz! Siz şübhəsiz ki, qəti­lik­lə kişilərə gedəcək, yol kəsəcək və bir yerə toplaşdığınızda ədəbsizlik edəcəksinizmi?” – de­mişdi. Buna görə də qövmünün cavabı, sadəcə: “Doğru söyləyənlərdənsənsə, Allahın əzabını bizə gətir!” – demələri oldu. (Ənkəbud/28, 29)

Ayədə keçən “cəhalət” sözünün burada “axmaqlıq, qanmazlıq” olaraq anlaşılması fikrimizcə, daha uyğundur. Amma məna “cahillik, elmdən yoxsulluq” olaraq qəbul edilsə belə, sözün içində yer aldığı ifadə bu mənaya gəlir: “Siz bu hədsiz əylənməyin, cinsi azğınlığın pis nəticələrini bilmirsiniz”.

56Sonra da qövmünün cavabı sadəcə: “Lut ailəsini məmləkətinizdən çıxarın, görürsünüz, onlar təmiz qalmaq istəyən insanlarmış!”–  demələri oldu.

57Buna görə də Biz onu və geridə qalmasını nəzərdə tutduğumuz zövcəsindən başqa, yaxınlarını qurtardıq. 58Və onların üzərlərinə elə bir yağış yağdırdıq ki! Necə də pis idi, xəbərdarlıq alanların yağışı!

Bu ayə qrubunda, Lut peyğəmbərin təbliğinə istehzalı ifadələrlə qarşı çıxan qövmünün onu və yaxınlarını ana yurdlarından qovmaq niyyətində olduğu bildirilmiş və bu davranışlarından sonra qövmün başına gələn fəlakət açıqlanmışdır.

58-ci ayədə bəhs edilən yağmurun vulkanik partlayış nəticəsində əmələ gələn bir daş yağmuru olduğu daha əvvəlcə də ifadə edilmişdi. Bu dəhşətli hadisələrin incəliklərı Əraf, Qəmər və Hicr surələrindədir.

Bu hadisələr Kitab-i Müqəddəsdə belə keçir:

RƏBB Sodom və Qomoranın üzərinə göydən atəşli kükürd yağdırdı.

Bu şəhərləri, bütün ovalığı, oradakı insanların hamısını və bütün bitkiləri yox etdi.

Ancaq Lutun ardınca gələn xanımı dönüb geriyə baxınca, duz kəsildi.

İbrahim sübh erkəndən qalxıb öncəki gün RƏBBin hüzurunda durduğu yerə getdi.

Sodom və Qomoraya və bütün ovalığa baxdı. Yerdən, tüstülənən bir ocaq kimi duman yüksəlirdi. [28]

59De ki: “Bütün təriflər Allaha məxsusdur, başqası öyülə bilməz. Salamatlıq, təhlükəsizlik də seçib arındırdığı qullarınadır. Allahmı xeyirlidır, yoxsa onların ortaq qoşduğu şeylərmi?”

Əzabın pisinə layiq olan inkarçılardan örnəklər verildikdən sonra, bu ayədə də Məkkəlilərin şəxsində bütün insanlığa ismarıc verilir. Bu ismarıc, bütün təriflərin Allaha məxsus olduğu və salamın da, başda elçilər olmaqla, Allahın seçdiyi qullara olacağıdır. Bu ismarıcla Allahdan başqa heç kimin, heç bir şeyin tərifə dəyər bir yanının olmadığı; Allahın seçdiyi və təhlükəsizliyini təmin etdiyi elçiyə Allahdan başqa heç bir şeyin zərər verə bilməyəcəyi vurğulanmışdır.

“Həmd”in Allaha məxsus olduğu və elçilərin səlamətdə olduğu başqa ayələrdə də bildirilmişdir:

  • 181Və salam göndərilən elçilərədir!  (Saffat/181)  

Həmçinin Saffat/79, 109, 120 və 130-cu ayələr.

Bu ismarıc verildikdən sonra da ayənin son bölməsində insanlara əmr edilir ki, ağıllarını işlədərək, müqayisə etsinlər ki, Allahmı, yoxsa müşriklərin Allaha ortaq qoşduqlarımı daha yararlıdır. Bu sual cümləsinin əsl müxatibi müşriklərdir. Burada Allahınmı, yoxsa onların sitayiş etdikləri tanrılarınmı daha xeyirli olduğu barəsində düşünməyə sövq edilirlər. Çünki şübhə yoxdur ki, heç kimsə, az da olsa, xeyir görmədiyi bir işi etməyəcəkdir. Müşriklərin Allah yerinə öz tanrılarına yalvarmaları və nəzirlər verməyi, o tanrılarda xeyir olduğuna boş yerə inanmalarından qaynaqlanır. Buna inanmamış olsaydılar, etdikləri işlər özlərinə də mənasız və boş gələrdi.

Həmçinin Allah ilə öz tanrıları arasında bir müqayisə etmələrinin istənməsi də onu göstərir ki, bəhs edilən müşriklər Allahı tanıyırdılar, bilirdilər.

  • 9Və heç şübhəsiz, əgər sən onlardan: “Göyləri və yeri kim yaratdı?” – deyə soruş­san, qətiliklə: “Onları ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan/mütləq qalib olan, çox yaxşı bilən yaratdı” – deyəcəklər.       (Zühruf/9) 
  • 87Yenə and olsun ki, onlardan özlərini kimin yaratdığını soruşsan, qətiliklə: “Allah” deyərlər. O halda necə döndərilirlər! (Zühruf/87)
  • 63Və and olsun, əgər onlardan soruşsan: “Kim göydən suyu endirib və onunla yer üzünü ölümündən sonra diriltdi?” Qətiliklə: “Allah” deyəcəklər. De ki: “Bütün təriflər Allaha məxsusdur/başqası öyülə bilməz. Əksinə, onların çoxu dərk etməzlə             (Ənkəbud/63)  

60Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, ya göyləri və yer üzünü yaradan, göydən sizin üçün su endirənmi? Sonra da Biz onunla, bir ağacı belə bitirməyinizin mümkün olmadığı gözəl-gözəl bağçalar bitirmişik. Allahla bərabər başqa bir tanrımı var! Əksinə onlar, şərik qoşaraq səhv/öz zərərlərinə iş etməkdə davam edən bir cəmiyyətdir.

61Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa yer üzünü sığınacaq edən, ara­la­rında çaylar əmələ gətirən, onun üçün sabit dağlar yerləşdirən və iki dəniz arasına maneə qoyanmı? Allah ilə bərabər bir tanrımı var? Tam əksinə, onların çoxu bilmirlər.

62Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa özünə yalvardığı zaman bəd­bin­ləş­mişə qarşılıq verən və pisliyi yox edən, sizi yer üzünün xəlifələri edənmi? Allahın yanında başqa bir tanrımı var? Çox az düşünürsünüz!

63Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa qurunun və dənizin qaranlıqları için­də sizə bələdçi olan, mərhəmətinin önündə küləkləri müjdəçi olaraq gön­də­rən­mi? Allahla bərabər bir tanrımı var? Allah onların qoşduqları ortaqlardan çox uca­dır.

64Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa əvvəl yaratmağı başladan, sonra onu geri çəkəcək olan və sizi həm göydən, həm yerdən ruziləndirənmı? Allahla bə­ra­bər başqa bir tanrımı var? De ki: “Əgər doğru insanlarsınızsa, qəti dəlilinizi gə­ti­rin!”

Bundan əvvəlki ayədə müşriklərdən müqayisə etməklərini istəyən Rəbbimiz, bu ayə qrupunda da afaq və enfüsdəki [ətraf mühitdə və daxili aləmdəki] bir çox möcüzəsinə işarət etmiş və hər biri min möcüzə ehtiva edən bu ayələrlə sanki müşriklərə müqayisənin necə ediləcəyi barəsində yol göstərmişdir.

Bu ayə qrupuyla əlaqədar mərhum Mevdudi Rəbbimizin afaq və enfüsdəki möcüzələri haqqında istiqamətləndirici xüsusiyyətində təsbitlər etmişdir. Həmin təsbitləri təqdim edirik:

Saysız və müxtəlif məxluqat növünün yer kürəsi üzərində olması və yaşaması sadə bir hadisələr deyildir. İnsan, yer kürəsində təsis edilmiş olan bu hakimanə uyum və koordinasiyanı tədqiq edərsə, sadəcə heyrətdə qalar və bu fövqəladə uyum, əlaqə və ölçülərin ancaq Alim, Hakim və Qadir-i Mütləq olan bir Tanrının yaradıb nizamlaya biləcəyi hissini duyar və qəbul edər. Üzərində yaşadığımız yer kürəsi, kosmos boşluğunda çox həssas bir hərəkətlə seyr edir. Hərəkətində hələ hər hansı bir sarsıntı və əyilmə görünməmişdir. Əgər dünyanın bu hərəkətində zəlzələlər əsnasında gördüyümüz cinsdən ən kiçik bir sarsıntı olmuş olsaydı, planetimizdə həyat ola bilməzdi. Son dərəcə həssas bir şəkildə bu kürə həm öz oxu, həm də Günəş ətrafında nizamlı olaraq dönür. Öz oxu ətrafında dönməsi və beləliklə, hər üzünün nizamlı olaraq günəşi görməsi və ya görməməsi, gecə və gündüzün əmələ gəlməsinə səbəb olur. Dünyanın bir üzü daima günəşə baxmış olsa, digər üzü də heç günəş almamış olsaydı, bu ikinci üzündə heç həyat olmaz və yaşamaq mümkün olmazdı. Çünki daima günəş alan qismi, heç bir canlının yaşamasına əlverişli olmayacaq şəkildə quruyardı. Əksinə daima qaranlıqda qalan üzündə isə, canlı deyiləcək bir şeyin yaşamasına imkan verməyəcək dərəcədə dondurucu soyuq hökm sürmüş olardı. Üstündə yaşadığımız yer kürəsini, milyonlarla meteorun davamlı bombardımanına qarşı qoruyan beş yüz mil qalınlığında bir atmosfer təbəqəsə əhatə edir. Əks halda, saniyədə otuz mil sürətlə dünyaya doğru tullanan təxminən iyirmi milyon meteor, dünyanı, üzərində insan, heyvan və bitki növündən heç bir canlının yaşamasına uyğun olmayacaq dərəcədə dağıdardı.

Yenə eyni atmosfer təbəqəsi hava temperaturunu nizamlayır, okeanlardakı suların buxarlanmasından meydana gələn yağış buludlarının yuxarılara doğru yüksəlməsini təmin edir, dünyanın müxtəlif yerlərinə bu yağış buludlarını daşıyır və insan, heyvan və bitki həyatı üçün lazım olan müxtəlif qazları təmin edir.

Atmosfersiz dünya heç bir canlı varlıq üçün yaşamağa uyğun bir yer deyildir. Eyni şəkildə, bu təbii qaynaqların olmadığı yerlərdə torpaq heç bir canlını bəsləyə bilməz. Yer üzündə okean, çay, qaynaq, yeraltı su rezervuarları və əriyib çaylar şəklində axan dağlar üzərindəki qarlar halında bol miqdarda su toplanmış olur. Bu şəkildə bir su nizamlaması olmasaydı yer üzündə həyat olmazdı. Yer kürəsinə, üstündə olan su, hava və ətrafındakı şeyləri özünə doğru cəzb edən uyğun bir cazibə qüvvəsi ehsan edilmişdir.

Bu cazibə qüvvəsi əgər normaldan bir az daha az olsaydı, hava və suyun yer kürəsindən ayrılıb kosmos boşluğuna doğru axması durdurula bilinməzdi. Yenə yer kürəsindəki istilik indikindən artıq olmuş olsaydı, həyatın davamı olduqca çətinləşmiş olardı.

Digər tərəfdən, yerin cazibə qüvvəsi normaldan bir az daha artıq olsaydı, atmosfer daha sıx olmuş olacaq, nəticədə təzyiq yüksəlmiş, buxarlaşma çətinləşmiş və beləliklə, yağış yağması imkansız hala gəlmiş olacaqdı; soyuqlar artmış və yer üzünün oturula bilən yerləri daha da azalmış olacaqdı; insan və heyvanlar həcm baxımından daha kiçik, buna müqabil daha ağır hala gəlmiş olacaqdılar. Bu halda hərəkət qabiliyyətləri də xeyli azalmış olacaqdı.

Həmçinin yer kürəsi Günəşdən, üzərində insan və canlıların yaşamasına əlverişli uyğun bir uzaqlıqda yer almış olur. Bu məsafə bir az daha uzun olsaydı, yer kürəsi daha az istilik alacaq, iqlim daha soyuq, mövsümlər daha uzun olacaq, yer üzü yaşanmaz bir yer halına dönəcəkdi. Digər tərəfdən, bu məsafə daha qısa olmuş olsaydı, digər amillərlə yanaşı yüksək istilik, üzərində hələ də yaşayan insan həyatına imkan verməyəcək dərəcəyə çatacaqdı.

Bunlar, yer kürəsini insanların yaşadığı bir məkan halına gətirən təbii qaynaqlar arasında mövcud olan uyum və ahəngdən sadəcə bir neçəsidir. Bu hadisələrə diqqətlə baxan insaflı olan hər insan, bunlar arasındakı uyumun hakim bir yaradıcının bir planı olmadan, sadəcə bir təsadüfün əsəri olaraq meydana gəlmiş olduğunu bir an belə düşünə bilməz. Həmçinin Allahdan başqa bir tanrı və ya tanriçanın, bir cin və ya peyğəmbərin, bir vəli və ya mələyin bu var oluşa müdaxilə etdiyini və bu möhtəşəm nizamı işlək hala saldığını da əsla qəbul edə bilməz.

Yer üzündə şirin və duzlu su kütlələri vardır və bunlar bir-birinə qarışmazlar. Yeraltı su mənbələri, şirin və duzlu su halında yan-yana bir arada olur və lakin, əsasən, ayrı-ayrı axarlar. Hətta tam dənizin ortasında, şirin su qaynaqlarının olduğu bəzi yerlər vardır. Bunların axıntıları dəniz suyundan ayrı olaraq, ona qarışmadan qalır və dənizdə səyahət edənlər, içməli su ehtiyacını buralardan təmin edərlər.

Ərəb müşrikləri, bəla və fəlakətləri sadəcə Allahın qaldırıb, uzaqlaşdırdığını birbaşa bilir və anlayırdılar. Buna görə bir müsibətlə qarşılaşdıqları zaman yardım üçün yalnız Allaha yalvardıqlarını, Qurani Kərim onlara təkrar-təkrar xatırladır.  Amma pislik üzərlərindən qaldırılıb, uzaqlaşdırıldığında, Allahla yanaşı daha başqa tanrılara dua etməyə və yalvarmağa başladıqlarını da ifadə edər. Bu hal sadəcə Ərəb bütpərəstlər üçün deyil, eyni zamanda digər bütün bütpərəstlər haqqında da doğrudur.

… Bir cümlə şəklində ifadə edilən bu bəsit gerçək, məna və təfərrüat olaraq çox genişdir. Bunun üzərində yaxşıca düşünən bir insan, Allahın varlığı və birliyi haqqında yeni və heç köhnəlməyən dəlillər əldə edər. Göründüyü kimi, ilk mərhələdə, yaratma işinin bilavasitə özü belə başlı başına cavablanması gərəkən bir sualdır. Həyatın nə olduğunu, necə və haradan gəldiyini insan öz biliyi ilə kəşf edə bilməz. Bu ana qədər gəlib dayanılan elmi həqiqət budur: Cansız maddənin sadəcə bir araya gətirilib nizamlanmasıyla özlüyündə həyat deyilən reallıq ortaya çıxa bilməz. Elmi olmamasına baxmayaraq, tanrıtanımazlar, varlıq üçün lazım olan təməl maddələrin, təsadüf nəticəsində uyğun nisbətlərdə bir araya gəldiyi zaman, həyat deyilən faktın varlıq olaraq ortaya çıxacağını sanırlar, yetər ki, şansın riyazi ehtimalı buna əl vermiş olsun.

Yenə də belə bir şeyin meydana gəlmə imkanı sıfırdır. Laboratoriyalarda cansız bir maddədən sınaq yolu ilə canlı bir varlıq meydana gətirmək üçün bu ana qədər edilən bütün təşəbbüslər, mümkün olan hər cür qayğının da göstərilməsinə baxmayaraq, tam bir uğursuzluqla nəticələnmişdir. Nəticədə meydana gətirilən şey, sadəcə canlı hüceyrənin təməl quruluşunu təşkil edən DNAdır.

Bu isə həyatın özü və lakin həyatın özlüyündə özü deyildir. Həyat hadisələri bu gün belə elmi olaraq izah edilə bilinməyən bir möcüzədir. Bu nöqtədə yaradılışın ancaq Yaradıcının iradəsi, əmri və təsvirinin bir nəticəsi olduğunu söyləməkdən o yana bir şey edilə bilinməz.

Bir də həyat, sadəcə bir şəkildə deyil, saysız fərqli şəkillərdə olur. İnsanoğlu bu ana qədər yer üzündə aşağı–yuxarı bir milyon heyvan və iki yüz min bitki növü kəşf etmişdir. Bunların hamısı, quruluşu və özəl xüsusiyyətləri baxımından, son dərəcə açıq və qəti olaraq bir-birindən tamamilə fərqlidir. Həmçinin sahib olduqları fərqli fəaliyyətlərini, bilinən ilk zamandan bəri elə israrla davam edirlər ki, heç bir darvinçi buna, bir olan tanrının yaradıcı planının bir nəticəsi olduğu şəklindəki etirafdan başqa hər hansı bir əqli izah gətirə bilməz.

Bir növün quruluşu və şəklini dəyişdirən və başqa bir növün quruluş və xüsusiyyətlərini ona qazandırmış olan bir bağ, bu ana qədər kəşf edilməmişdir.

Var olan heç bir növün heç bir mənsubu, öz növündən fərqli xüsusiyyətlər daşımaz. Gözdən qaçan bir bağın kəşfinə dair zaman-zaman uydurulan və yayılan hekayəni, bilavasitə hadisələrin özləri yalanlayır. Beləliklə, qaçınılmaz gerçək budur ki, bu yaratma işini edən, saysız fərqli şəkilləri ilə həyatı ehsan edən hakimanə nizamlayıcı, yaratma hərəkətini planlayan, üstün və müsəvvir bir varlıq vardır.

Yuxarıda verilən məlumat, yaradılışın başlanğıcı haqqındadır. İndi biz, məxluqatın bir-birindən törəməsi, Allahın onları bir-birindən yaratması üzərində bir az düşünək. Xaliq, hər cür heyvan və bitki növünün quruluşu və nizamında mükəmməl bir mexanizm yerləşdirmişdir. Heyvan və bitki növləri bu özəllikləriylə tamamilə öz növünün quruluş, şəkil və xüsusiyyətlərinə sahib fərdlərini sonsuz bir axış ilə törətməyə davam edərlər. Növlərin həyatını davam etdirməsini və törəmələrini təmin etmək üçün gərəkli olan bu element, hər canlı və bitki hüceyrələrinin bir parçasında ayrı-ayrı mövcuddur. (Bu gözəl öhdəliyi üzərlərinə alan genləri, son dərəcə güclü mikroskopla ancaq görmək olar.)

Modern genetika alimlərinin bu mövzudakı araşdırmaları, önümüzə gözəl gerçəklər qoyur. Bunlara görə, hər bitkiyə sadəcə öz növünü törətmə bacarığı lütf  edilmişdir. Belə ki, hər nəsil öz növünün bütün fərqli özəlliklərinə sahib olur.

Özəl quruluşları baxımından hər növün fərdləri, digər bütün fərdlərdən ayrılır, fərqli olur. Növlərin davamlılığı üçün gərəkli olan bu ünsür və törədicilik, bütün canlı və bitkilərin hər hüceyrəsində ayrı-ayrı vardır. Bu çox kiçik gözəl mühəndis, bitkinin inkişafını, xüsusilə də öz fərqli növü istiqamətində olmasını təmin edər. Dünyanın hər tərəfində, buğda dənəsindən əldə edilənin yenə buğda dənəsi olması bundandır. Belə ki, dünyanın heç bir yerində və iqlimində bir buğda toxumunun cinsindən bir dənə belə olsa, arpa əldə edildiyi görünməmişdir. Heyvan və insan növləri üçün də eyni şey demək olar.

Növlərin heç biri bir dəfədə yaradılmış deyildir. Əksinə böyüklüyü təsəvvür ediləməyəcək qədər böyük bir istehsal fabrikası hər yerdə çalışır və eyni növün saysız fərdləri arasından bəzilərini varlıq aləminə çıxarır. Canlı dediyimiz varlıqların ən kiçik parçasının bir bölməsində yer alan və öz növünün bütün fərqli quruluşunu və irsiyyət özəlliklərini də bərabərində daşıyan mikroskopik geni bir kimsə düşürər və sonra da son dərəcə həssas, eyni zamanda kompleks psixoloji sistem və hər növün hər bir fərdinin, eyni növün bir fərdini meydana gətirən törədici genin keçdiyi çox dərin və girift müddətinə baxacaq olarsa, belə mükəmməl və dəqiq bir nizamın öz–özünə (təsadüfən) ola biləcəyini və daha sonra çalışmağa davam edərək, müxtəlif növlərin milyardlarla fərdlərini öz-özünə törədə biləcəyini bir an belə qəbul edə bilməz. Bu mükəmməl nizamın, sadəcə başlangıcda deyil, eyni zamanda bu sistemin müntəzəm və daimi çalışması üçün də Hakim, Əbədi və bu dəzgahlardakı işləri müşahidə və sövq edən Kayyum bir Müdəbbirə ehtiyacı vardır.

Bu gerçəklər, şirk inancını yıxdığı kimi, ateistlərin Tanrını inkar etməkdə istinad nöqtəsi olaraq qəbul etdikləri təməlləri də yox edir. Mələk, cin, peyğəmbər və ya bir vəlinin, Allahın bu işində dəxli olduğuna ancaq axmaq bir insan inana bilər. Lakin bir az vicdan sahibi və tərəfsiz heç bir kimsə, təməlində bütünlüklə hikmət və nizam olan bu böyük yaratma və törətmə fabrikinin sadəcə bir təsadüf əsəri olaraq çalışmağa başladığını və o andan etibarən eyni şəkildə avtomatik olaraq çalışmağa başladığını əsla söyləyə bilməz.

Bu qısa cümlənin gəlişigözəl təhlil edilməsindən, adam, bəslənmə üçün gərəkli qida maddələrinin tədarükü məsələsinin çox bəsit bir iş olmadığını anlaya bilir. Yer kürəmizin üstündə milyonlarla heyvan və bitki növü vardır. Hər növ milyonlarla fərdi ehtiva edər və bunların müxtəlif qida maddələrinə ehtiyacı vardır. Xaliq və Rəzzaq, heç bir növün mənsubunun qidasız qalmayacağı bəslənmə imkanlarını bol və asanlıqla əldə oluna bilən şəkildə nizamlamışdır. Beləliklə, can daşıyan heç bir varlıq qidasız qalmaz. Sonra bu sistem içində birləşib, birlikdə çalışan, yer və göydəki koordinasiyalı fəaliyyətlər, müxtəlif və saysızdır. İstilik, işıq, hava, su və yer üzündəki maddələr arasında lazımi koordinasiya və uyuşma olmadıqca, qida maddələrinin bir təki belə törədilə bilməz.

Hakim bir yaradıcının hakimanə bir plan və proqramı olmadan, fövqəladə mükəmməl olan bu sistemin sadəcə bir təsadüf əsəri olaraq meydana gəldiyini bir kimsə düşünə bilər və qəbul edə bilərmi? Yenə bir insan, bu sistemin fəaliyyətində cin, mələk və ya bir vəlinin əlinin olduğunu təxəyyül edə bilərmi?” [29]   

Rəbbimiz, müqayisə edilməsi istəyini başqa ayələrdə də dilə gətirmişdir:

  • 17Belə isə yaradan – Allah yarada bilməyən sözdə tanrılar kimi olurmu? Hələ düşün­mə­yə­cək­sinizmi? (Nəhl/17)      
  • 9Ya da gecə saatlarında qalxan, boyun əyib təslimiyyət göstərərək, dikələrək, Axirətdən çəkinərək, daima hörmətdə duran və Rəbbinin mərhəmətini uman o insan, belə etməyən kimidirmi? De ki: “Heç bilən insanlar və bilməyən insanlar eyni olurmu?” Qətiliklə, sadəcə təmiz ağıl/sağlam düşüncə sahibi olanlar, öyüd alırlar/lazım olduğu kimi düşünürlər. (Zümər/9)
  • 22Yaxşı, Allah kimin qəlbini İslama açarsa, o zaman o, Rəbbindən bir işıq üzərində olmazmı? Belə isə, Allahı anmağa qarşı qəlbləri qatılaşmış olanların vay halına! Bax budur, onlar, açıq-aşkar bir pozğunluq içindədirlər. (Zümər/22) 
  • 33Yaxşı, o qazandıqları ilə birlikdə hər bir insanın üzərində dikilən/görüb nəzarət edən kimdir? Onlar isə Allaha ortaqlar qəbul etdilər… De ki: “Onları adlandı­rın! Yoxsa siz Ona yer üzündə bilmədiyi bir şeyimi, ya da sözdən açıq olanınımı xəbər verəcəksiniz? Əslində kafirlərə planları gözəl göstərildi və yoldan azdırıldılar. Allah kimi azdırırsa, artıq onun üçün yol göstərən kimsə yoxdur. (Rad/33)

62-ci ayədə Rəbbimiz, öz zatı haqqında xəbər verir və əgər özünə dua edilərsə, bədbinləşmiş olanın duasını qəbul edəcəyini öhdəsinə alır. Çünki bədbinləşmiş, çətinlikdə qalmış bir insanın Allaha sığınması “ixlas”ın bir nəticəsidir və qəl­binin Ondan başqa hər şeylə əlaqəsini qoparmasının bir nişanəsidir.

Rəbbimiz, rəhmətinə uyğun olaraq, sıxıntıda olanı sıxıntıdan qurtarır. Amma insan, ümumi xarakteri və fitri özəlliyi etibariylə nankor olduğu üçün, rahata çatdığında Rəbbini dərhal unudur:

  • 9–11Və əgər, səbr edən və düzəltmək yönündə işlər edənlərin, bax budur, bunlar özləri üçün bağışlanma və böyük mükafat olanlardır, onlardan başqa bütün insanlara, tərəfimizdən bir mərhəmət daddırıb, sonra da onu özündən çəkib alsaq, şübhəsiz ki, o, ümidsizliyə düşər, çox nankor olar. Və əgər, özünə toxunan bədbəxtlikdən sonra, ona xoşbəxtliyi daddırsaq, əlbəttə: “Pisliklər məndən getdi” – deyər. Və şübhəsiz ki, o, ərköyündür, lovğadır.  (Hud/9-11) 
  • 75Və onlardan bəziləri: “Əgər Allah ərməğanlarından bizə verərsə, qətiliklə biz də sə­dəqə verəcəyik və qətiliklə yaxşılardan olacağıq” deyə Allaha söz verən kəslərdir.
  • 76Sonra nə zaman ki, Allah onlara ərməğanlarından verir, onda xəsislik edirlər və üz döndərərək geri çəkilirlə  (Tövbə/75, 76) 
  • 22Allah sizi quruda və dənizdə yolçuluq etdirəndir. Gəmilərdə olduğunuzda gəmilər içindəkiləri şirin bir küləklə aparır. Yolçular nəşələndiklərində şiddətli bir fırtına baş verər, dalğalar hər yerdən şahə qalxar. Və onlar dövrələmə əhatə olunduqlarını anlayınca, dini Allah üçün arındıranlar olaraq, Ona yalvarırlar: “Bizi bundan qurtararsansa, heç şübhəsiz, qarşılığını ödəyənlərdən olarıq”.
  • 23Sonra Biz onları oradan xilas etdikdə, qurtarar-qurtarmaz yer üzündə haqsız yerə azğınlıqlar edərlər. Ey insanlar, təcavüzkar davranmağınız/həddi aşmağınız bu bəsit fani həyatınızın qazancı olaraq, sırf öz zərərinizədir. Sonra dönüşünüz sadəcə Bizədir. Sonra Biz etmiş olduqlarınızı sizə xəbər verəcəyik. (Yunus/22, 23)  

Və Nəhl/53, 54, Loğman/31, 32, Rum/33, Ənkəbud/65, İsra/67 və Həcc/15.

65De ki: “Qeybi/göylərdə və yerdə görünməyəni, eşidilməyəni, seçilməyəni, keç­mi­şi, gələcəyi Allahdan başqa kimsə bilməz. Və onlar nə zaman dirildilə­cək­lə­ri­nin fər­­qinə varmazlar.

Bu ayədə bildirilən “göylərdə və yerdə qeybi Allahdan başqa kimsənin bilmədiyi” reallığı, eyni zamanda, tanrılıqda ortaq qəbul edilən insan və əşyaların bilavasitə öz gələcəklərindən xəbərlərinin olmadığı mənasına gəlir. Belə ki, bu məna, ayənin son cümləsində, onların nə zaman dirildiləcəklərini dərk edə bilməyəcəkləri ifadə edilərək, konkret bir örnəklə gücləndirilmiş olur.

Aşağıdakı sitat qeybin hədlərinin nə olduğunu göstərməsi baxımından açıqlayıcı bir xüsusiyyət daşıyır:

Anladıldığına görə, zamanın əmiri Həccac, tutulub hüzuruna gətirtdiyi münəccimə [astroloq, falçı], ovcunda tutduğu və sayını bildiyi çınqıl daslarının neçə dənə olduğunu soruşub. Münəccim bu sayı düz bilib. Bu halda Həccac onu təkrar sınamaq istəyib və sayını özünün də bilmədiyi qədər çınqıl daşını ovuclayaraq münəccimdən ovcundakı daşların sayını təkrar söyləməsini istəyib.

Bu dəfə Münəc­cim təxminində yanılır və əmirə: “Ey əmir, zənn edirəm sən də bunların neçə dənə olduqlarını bilmirsən” – deyir. Həccacın: “Əlbəttə bilmirəm” – cavabını eşidən münəccim bunları söyləyir: “Birinci səfərdə ovcunda neçə daş olduğunu saymışdın. Beləliklə, bu məlumat qeybin hüdudlarından kənara çıxmışdı. İkinci dəfə isə saymadın və bu məlumat qeyb məlumatı halına gəldi. Göylərdə və yerdə qeybi Allahdan başqa kimsə bilməz.” [30]

66Əslində, onların axirət haqqında bilikləri ard-arda gəlməkdədir. Lakin onlar bun­dan bir şübhə içindədirlər. Daha doğrusu onlar bunu görməyəcək qədər kordurlar.

67,68Bu kafirlər də: “Biz və atalarımız torpaq olduqdan sonramı, həqiqətən biz dirilib çıxardılacağıq? And olsun, bu əzab və dirilmə məsələsi bizə və daha əvvəl atalarımıza təhdid olaraq, söz verilmişdi. Bu, ancaq keçmişlərin uydurma məsəllərindən başqa bir şey deyil­dir” – dedilər.

66-cı ayədə müşriklərə və inancsızlara axirət haqqında davamlı məlumatlar verilib, inanmaları üçün dəlillər, örnəklər gətirildiyi, lakin onların bu dəlilləri təhlil etmədikləri, verilən xəbərlərə şübhəylə yanaşdıqları, axirətin gələcəyinə inanmadıqları bildirilmiş, bütün bunlara görə də gerçəklərdən qafil qaldıqları, kor kimi hərəkət etdikləri ifadə edilmişdir.

67, 68-ci ayələrdə isə bəhs edilən korluqları ucbatından inkarçıların axirəti necə inkar etdikləri öz sözləriylə təqdim edilmişdir.

İnkarçıların buradakı inkarları başqa ayələrdə də dilə gətirilmişdir:

  • 82,83Onlar: “Biz ölüb bir torpaq və sümüklər olduqdamı qətiliklə, dirildiləcəyik? And olsun ki, biz və atalarımız bundan öncə bununla qorxudulmuşduq. Bu, əvvəlkilərin məsəllərindən başqa bir şey deyildir!” – dedilər. (Möminlər/82, 83)

69De ki: “Yer üzündə gəzib dolaşın və günahkarların sonlarının necə olduğuna bir baxın!”

Bu ayə də kor kimi davrananlara bir xəbərdarlıq və yol göstərmə mahiyyətindədir.

Onlara: “Atalarınızın kor koranə inkarlarına bağlanıb qalmaqdansa, axirəti inkar edənlərin aqibətlərini, ölümdən sonrakı həyat həqiqətini və beləliklə, bilərək etdiklərinin sonunda hesaba çəkiləcəklərini inkar edənlərin sonunu görün!” – deyilmişdir.

70Sən onlara qarşı hüznə də qapılma və onların qurmaqda olduqları tələlərə görə də narahatlıq keçirmə!

Şüəra/3-də peyğəmbərimizə: “Onlar iman edənlər olmurlar deyə, sən özünü həlakmı edəcəksən!”–deyilərək, təsəlli edilirdi. Bu ayədə isə ona əleyhində qurulan tələlərə görə narahat olmaması buyurulur. Bu ifadədən aydın olur ki, 49-cu ayədə Saleh peyğəmbər üçün qurulduğu bildirilən tələnin bənzərləri peyğəmbərimiz üçün də qurulurdu.

Peyğəmbərimizə kədərlənməməsini təlqin edən başqa ayələr də vardır:

  • 88,89Qətiyyən onlardan bəzi insanlara verərək, özlərini onunla faydalandırdığımız şeylərə/mal və sərvətə həvəslənib gözlərini dikmə. Onlara görə kədərlənmə də… Sən qanadlarını möminlər üçün gər. Və: “Şübhəsiz, mən, açıq-aşkar bir xəbərdar edənin məhz özüyəm” – de. (Hicr/88, 89)

71Və onlar: “Əgər doğru insanlarsınızsa, bu təhdid olaraq söylənən söz/əzab nə zaman?” –deyirlər.

İnkarçıların bu ayədəki sözləri, sözsüz olaraq, aşağıdakı mənaya gəlir: “Özüylə qorxutduğun fəlakət başımıza nə zaman gələcək? Səni sadəcə rədd etməklə qalmayıb, vəzifənə əngəl olmaq üçün əlimizdən gələn hər şeyi etdiyimiz halda, niyə hələ cəzalandırılmırıq?”

İnkarçıların bu istehzalı ifadələri Quranda hərfbəhərf bir çox dəfə (Ya Sin/48, Yunus/48, Ənbiya/38, Səba/29, Mülk/25) yer almışdır.

72De ki: “Bəlkə də tezləşdirməkdə olduğunuzun bir qismi sizə çatmışdır belə”.

Bu ayə, Allahın vəd etdiyi əzabın nə zaman gələcəyini soruşan inkarçılara, Rəbbimizin elçisi vasitəsi ilə verdiyi cavabdır. Çünki vəd edilənlərin bir qismi, ölmədən, həyatda ikən “vicdan əzabı, bəla, müsibət, bir qismi “doğrudanmı?”, “kaş ki”lər olaraq insanın beynini gəmirirkən, bir qismi də ölüm anında yaşanır:

Qiyamət/7-30:

  • 2Zaman-zaman kafirlər: “Kaş ki, Müsəlman olsaydıq!” – deyə təmənna edəcəklər. (Hicr/2)
  • 7–10 Bax, budur, gözün şimşək kimi çaxdığı/qamaşdığı, ayın tutulduğu, günəşin və ayın bir araya gətirildiyi zaman… Bax həmin o gün insan: “Hara qaçırıq/qaçacaq yer haradır?” – deyər.
  • 11Qətiyyən onun düşündüyü kimi deyil! Sığınacaq deyə bir şey yoxdur. 12O gün çatıb, dayanacağın ancaq Rəbbinədir/o gün dayanıb, durulacaq yer, ancaq Rəbbinin hüzurudur.
  • 13O gün, o insan, öncədən yolladığı şeylər və geridə qoyduğu şeylər barədə xəbərdar edilir.
  • 14,15Əslində insan, bütün bəhanələrini ortaya qoysa belə/bütün pərdələrini qoysa belə öz əleyhinə yaxşı bir gözətçidir. 16“Onu tezləşdirməyin üçün dilini ona hərəkət etdirmə! 17Şübhəsiz, etdiklərinin/etmədiklərinin birləşdirilməsi və toplanması yalnız və yalnız Bizim öhdəmizə götürdüyümüz vəzifədir. 18O halda Biz etdiklərini/etmədiklərini topladığımız zaman sən onun toplanmasını izlə! 19Sonra, etdiklərinin/etmədiklərinin bəyanı/sübutları ilə ortaya qoyulması da ancaq Bizim öhdəmizə götürdüyümüz vəzifədir”.
  • 20,21Qətiyyən sizin düşündüyünüz kimi deyil! İşin əslində siz, dünyanı sevirsiniz və axirəti nəzərə almırsınız.
  • 22Üzlər var ki, o gün apaydınlıqdır/nurludur, 23Rəblərinə nəzər salarlar, Rəblərindən nemət gözləməkdədirlər.
  • 24Və üzlər də var ki, o gün burunları sallanar, 25zənn edərlər ki, onlara “bel qıran” edilir.
  • 26–30Qətiyyən onların düşündüyü kimi deyil! Körpücük sümüklərinə dayandığı, “Çarə tapan kimdir!” – deyildiyi və can çəkişən insan bunun, o ayrılıq anı olduğunu anladığı və ayağı ayağına dolaşdığı zaman… Bax budur, o gün sürüyüb aparılmaq ancaq Rəbbinədir. (Qiyamət/7-30)

73Və heç şübhəsiz, sənin Rəbbin, insanlara qarşı böyük ərmağan sahibidir. Və lakin on­la­rın çoxu sahib olduqlarının qarşılığını ödəmirlər. 74Və şübhəsiz ki, sənin Rəb­bin, onların qəlblərinin gizli tutduqlarını və açığa vurduqlarını qəti olaraq bil­ir.

75Göydə və yerdə gizli olan heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda ol­ma­sın.

Bu ayə qrupunda Rəbbimiz, inansın inanmasın, bütün insanlara lütfkar davrandığına diqqət çəkir və çox insanın bu lütfə gərəyi kimi qarşılıq vermədiyini bildirir.

Rəbbimiz, burada Özünü Alim sifətiylə tanıdır, insanın bu mövzudakı biganəliyinin Rəbbini lazımi ölçüdə tanımamasından qaynaqlandığına eyham edir və nankorları [kafirləri] xəbərdar edir. Bu xəbərdarlığa görə, onların hər etdikləri bilinir və qeyd edilir. Zamanı gəlincə Məhşərdə bu qeydlər ortaya qoyulacaq və hesabı soruşulacaqdır.

75-ci ayədə bəhs edilən kitab, “lövh-i mahfuz” deyilən Allahın biliyidir:

  • 70Göydə və yer üzündə olan şeyləri Allahın qətiliklə bildiyini bilmirsinizmi? Şübhəsiz ki, bu, bir kitabdadır. Şübhəsiz ki, bu, Allaha çox asandır. (Həcc/70)  
  • 7Sən səsini yüksəldirsən… Rəhman, şübhəsiz ki, gizlini də, gizlinin gizlisini də bilir. (Ta Ha/7)
  • 5Xəbəriniz olsun! Şübhəsiz ki, onlar Elçidən/vəhydən gizlənmək üçün qəlblərini bu­rub, bükərlər. Xəbəriniz olsun! Onlar örtüklərinə bürünərkən, gizlətdikləri şeyləri, açı­ğa vurduqları şeyləri Allah bilir. Şübhəsiz ki, Allah qəlblərdəkiləri ən yaxşı bi­lən­dir. (Hud/5)

76Heç şübhəsiz ki, bu Quran İsrailoğullarına haqqında ayrılığa düşdükləri şeylərin bir çoxunu bildirib anlatmaqdadır.

77Və heç şübhəsiz, həqiqətən Quran, əmin olun ki, möminlər üçün bir bə­ləd­çi və bir mərhəmətdir.

Bu ayələrdə surənin başındakı əsas mövzuya dönülərək, Quranın iki özəlliyi təkrar xatırladılır:

Quranın 76-cı ayədə qeyd edilən birinci özəlliyi, İsrailoğullarının haqqında ayrılığa düşdükləri şeylərin təqdim edilməsi və anladılmasıdır ki, bunları iki təməl başlıq altında dəyərləndirmək mümkündür. Ayrılığa düşülən mövzulardan biri “Kitab” haqqında, digəri də Məryəm surəsinin 34-cü ayəsində “Budur bu, haqq sözə görə, haqqında ixtilaf edib durduqları Məryəm oğlu İsadır” ifadəsiylə doğrusu bildirilmiş olan, İsa peyğəmbər və anası haqqındadır:

“Kitab” haqqındakı ayrılıq:

  • 15,16Ey Kitab Əhli! Qətiliklə, Kitabdan gizlətmiş olduğunuz şeylərin çoxunu açıqlayan, çoxundan da səthi keçən Bizim Elçimiz sizə gəldi. Qətiliklə sizə Allahdan bir işıq və açıq-aşkar bir Kitab gəldi. Allah, o Kitabla öz rızasına uyanları salamatlıq yollarına bələdçilə Onları Öz biliyi ilə, qaranlıqlardan aydınlığa çıxarar və dosdoğru yola bələdçilər. (Maidə/15, 16) 
  • 19Ey Kitab Əhli! Elçilərin arasının kəsildiyi bir sırada: “Bizə bir müjdələyici və xəbərdaredici gəlmədi” – deməyəsiniz deyə, sizə təbyin edən/açıq şəkildə ortaya qoyan Elçimiz gəldi. Bax budur, qətiliklə müjdələyən və xəbərdar edən sizə gəldi. Allah hər şeyə ən çox gücü yetəndir. (Maidə/19)
  • 48Sənə də Tövratın bir qismindən, özünün içində nəql olunanları doğrulayan və on­ları qoruyub saxlayan olaraq haqq ilə Kitabı/Quranı endirdik. Belə isə onların ara­larında Allahın endirdiyi ilə hökm et. Sənə gələn haqqdan azaraq, onların arzu və hə­vəslərinə uyma. Və Biz sizdən hamınız üçün bir yol xəritəsi/ictimai yaşayış qay­daları və geniş, aydınlıq bir yol müəyyən etdik. Və əgər Allah diləsəydi, sizi tək bir başçılı cəmiyyət edərdi, lakin sizə verdiklərində sizə əziyyət etmək/sınamaq üçün be­lə etmədi. Belə isə yaxşılıqlarda yarışın. Hamınızın dönüşü yalnız və yalnız Allaha­dır. Son­ra O, özü haqqında anlaşılmazlığa düşdüyünüz şeyləri sizə xəbər verəcəkdir. (Maidə/48)

Bu mövzu ilə əlaqədar Bəqərə/79, 85, 213, Al–i İmran/79, Fatir/31 ayələrinə də baxıla bilər.

İsa peyğəmbər və anası Məryəm haqqındakı fikir ayrılığı:

Onlardan bir qrup: “İsa, sadəcə normal bir insandır” – deyirlər.

Bir başqa qrup da belə demişdir: “Ata, oğul və Müqəddəs Ruh ayrıayrı üç şəkildən ibarətdir. Bunlarla Uca Allah özünü insanlara tanıtmışdır”.

Bunların inanclarına görə, Allah üç təməl ünsürdən ibarət olur. Bunlar Ata, Oğul və Müqəddəs Ruhdur. Oğul isə İsadır. Ata olan Uca Tanrı, Müqəddəs Ruh şəklində yerə enmiş, Məryəmdə bir insan şəklinə bürünmüş və Məryəmdən Yesri [İsa] şəklində doğulmuşdur.

Bir başqa qrup isə belə deyir: “Oğul Ata kimi əzəli deyildir. Yalnız O, varlıq aləmindən öncə yaradılmışdır. Buna görə də o Atadan daha geridədir və Ona boyun əyər”. Bir qrup isə Müqəddəs Ruhun bir ünsür olmasını rədd etmişdir. Eramızın 325-ci ilində İznikdə toplanan Şura ilə 381-ci ildə İstanbulda toplanan Şura, Oğul və Müqəddəs Ruhun lahuti bütünlük içində Ataya bərabər olduğunu, Oğulun əzəldən bəri Atadan qaynaqlanaraq əmələ gəldiyini qərarlaşdırmışdır. Tulaytulada 589-cu ildə edilən Konsülda isə Müqəddəs Ruhun Oğuldan da qaynaqlanaraq əmələ gəldiyinə qərar verilmişdir. Şərq ilə Qərb Kilsəsi bu mövzularda ayrılığa düşmüş və bu ayrılıqlar hələ də davam edir. [31]

Quran-i Kərim, bu qrupların hamısını, problemlərini həll edəcək apaçıq bir sözə çağırmışdır:

  • 59İsa ancaq Bizim özünə nemət verdiyimiz və özünü İsrailoğullarına nümunə etdiyimiz bir quldur. (Zühruf/59) 

Xistiyanlar İsa(əs) nın asılması barəsində da buna bənzər bir ayrılığa düşmüşdülər. Onlardan bəziləri belə demişdir: “İsa Allahın sözüdür. Onu Məryəmə vermişdir”. Digər bir qrup isə belə demişdir: “Həvarisi olan Simon ona bənzədilmiş və Onun yerinə cəzalandırılmışdır”.

Quran-i Kərim isə bu barədə qəti xəbəri bildirmişdir:

  • 154–158Və söz vermələri ilə birlikdə üstünlərini/ən dəyərlilərini/Musanı Tura yüksəltdik. Və onlara: “O qapıdan boyun əyib, təslimiyyət göstərərək girin” – dedik. Yenə onlara: “Təfəkkür/qulluq günündə hədləri aşmayın” – dedik. Sonra da onların öz sözlərini pozduqlarına, Allahın ayələrinə inanmadıqlarına, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz örtülüdür/sünnətsizdir” – deməklərinə… Əksinə Allah küfr etdiklərinə görə qəlblərinə damğa vurmuşdur. Onların azı xaric olmaqla inanmazlar və Allahın tanrılığına və rəbbliyinə inanmadıqlarına və Məryəmin əleyhində böyük böhtanlar söylədiklərinə… “Biz Allahın Rəsulu Məryəm oğlu Məsih İsanı həqiqətən öldürdük” – dediklərinə görə onlardan sağlam bir söz aldıq. Halbuki onu öldürmədilər və onu asmadılar. Amma onlar üçün İsa bənzədildi. Həqiqətən Onun haqqında anlaşılmazlığa düşənlərin kifayət qədər biliyi yoxdur. Onların zənnə uymaqdan başqa, bununla əlaqədar heç bir bilikləri yoxdur. Onu qətiyyən öldürmədilər. Əksinə, Allah onu, Özünə yüksəltdi/dərəcəsini artırdı. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Nisa/154-158) 
  • 55–57Həmçinin Allah: “Ey İsa! Şübhəsiz ki, Mən sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdıranam/öldürənəm, səni Özümə yüksəldəcəyəm və səni kafirlərdən təmizləyəcəyəm. Həmçinin sənə uyan insanları qiyamətə qədər kafirlərdən üstün tutacağam. Sonra dönüşünüz yalnız və yalnız Mənədır. Sonra da ayrılığa düşdüyünüz şeylərdə aranızda hökm edəcəyəm. Kafirlərə gəldikdə isə… Onlara dünyada və axirətdə şiddətli bir əzabla əzab edəcəyəm. Onlar üçün kömək edən də olmayacaqdır. İman edən və düzəltmək yönündə işlər edən insanlara gəldikdə isə… Allah onların mükafatlarını tamamilə ödəyəcəkdir. Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz” – demişdi.             (Al-i İmran/55-57)

Quran, Məryəm oğlu İsa ilə əlaqədar əfsanələşdirilənləri düzəltdiyi kimi, Yəhudi kültürünün və mifologiyasının Allah tərəfindən göndərilmiş olan Tövrata əlavə etdiyi pislikləri də təmizləmişdir.

  • 45Və Biz Tövratda onlara zata zat, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas vardır. Bununla bərabər kim qisas haqqını bağışlayarsa, bu özü üçün kəffarət olur. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir. (Maidə/45) 

Yuxarıdakılara bənzər şəkildə, Uca Allah insanların vəhy, nübüvvət və din sahələrində uydurduğu bir çox mövzunu Quranda düzəltmiş, buna bağlı olaraq da bir qisim peyğəmbərlərini də üzərlərinə atılmağa çalışılan ləkələrdən arındırmışdır. Çox təbiidir ki, burada bəhs edilən ayrılıqlar və meyllər Quranın endiyi dövrdəki ayrılıqlar və meyllərdir. Bu günkü əhli kitabın o dövrdən fərqli olaraq bir çox yeni məzhəbə və istiqamətə/cərəyana yenə bölündüyü bilinən bir reallıqdır. Beləliklə, bu gün Qurana xidmət etmək istəyənlər, onlara Quranı [İslamı] tanıtmaq üçün, bu məzhəb və məşrəblər əsasında araşdırma aparmalıdırlar.

Quranın endiyi dövrdən etibarən insanlar, öncəki cəmiyyətlərə verilmiş kitablara hakim olan və bu kitablar üzərində ayrılığa düşülmüş mövzularda, bu ayrılıqları sonlandıran hökmlər gətirən Qurana qarşı həmişə mübarizə içində olmuşlar və onu müzakirə etmişlər. Halbuki Quran müzakirə edilən bütün bu mövzularda qəti hökmü təyin edən kitabın özüdür.

Quranın bəhs etdiyimiz 77-ci ayədə qeyd edilən ikinci özəlliyi isə möminlər üçün bir bələdçi və rəhmət olmasıdır. Həqiqətən də Ərəbistan çölünün bir küncündə yaşayan yaramaz, soyğunçu insanlar, Qurana inanıb, ona sarılmaları sayəsində, cəmiyyət həyatında qısa sayıla biləcək bir müddət içərisində, bütün dünyaya yol göstərici rəhbərlər, insanlıq mədəniyyətinin memarları, dünyanın böyük bir qisminin hakimləri və nəticədə bütün dünyanın qibtə etdiyi insanlar olub, çıxmışdılar.

78Şübhəsiz ki, sənin Rəbbin, onların arasında Öz hökmünü gerçəkləşdirir. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq  qalib olandır, çox yaxşı biləndir.

79Elə isə sən Allaha işin sonunu həvalə et! Şübhəsiz ki, sən açıq-aşkar olan haqq üzə­rindəsən.

80Şübhəsiz ki, sən ölülərə dinlədə bilməzsən və arxasını dönüb qaçdıqları zaman karlara da bu çağırışı eşitdirə bilməzsən.

81Sən korları düşdükləri pozğunluqdan çəkib, onlara doğru yolu göstərən də deyilsən! Sən ancaq ayələrimizə iman edənlərə ki, onlar təslim olanlardır, dinlədə bilərsən.

Bu ayə qrupunda peyğəmbərimizə dönülərək, ona vəzifələri xatırladılır və haqlarında Allahın hökmü gerçəkləşəcək olan inkarçılara görə onun məsuliyyət daşımadığı bildirilir. Xatırlanacağı kimi, Nəml surəsi: “Ta, Sin. Bunlar, salaatı iqamə edən, zəkatı verən və axirətə də qəti olaraq inananların məhz özləri olan möminlər üçün hidayə rəhbəri və müjdəçi olmaq üçün Quranın və apaçıq/açıqlayıcı bir kitabın ayələridir” – ifadələriylə başlamışdı. İndi eyni mövzuya dönülərək: “Elə isə sən, Allaha təvəkkül et! Şübhəsiz ki, sən apaçıq olan haqq üzərindəsən. Şübhəsiz ki, sən ölülərə dinlədə bilməzsən və arxasını dönüb qaçdıqları zaman karlara da çağırışı eşitdirə bilməzsən! Sən korları düşdükləri azğınlıqdan çəkib hidayətə çatdıran da deyilsən! Sən ancaq, ayələrimizə iman edənlərə ki, onlar təslim olanlardır, dinlədə bilərsən” – deyilərək mövzu genişləndirilir.

Yəni peyğəmbərimizə sözsüz olaraq belə deyilir: “Onları zorla doğru yola gətirmək və bu yolda yerimələrini təmin etmək sənin işin deyildir. Sən onlara sadəcə təbliğ edə bilər və bu yolun doğru, özlərinin təqib etdikləri yolun isə yanlış olduğunu örnəklərlə anlada bilərsən. Amma gözlərini qapamış və qətiyyən heç bir şey görmə arzusunda olmayan birinə sən necə doğru yolu göstərə bilərsən?”

80-ci ayədə keçən “ölülər” ifadəsiylə həqiqi ölülər deyil, vicdanları kütləşmiş, duyğusunu itirmiş və inadkarlıqları, dik başlılıqları, adət-ənənələrinə kor-koranə bağlılıqları özlərini Haqq ilə batili bir-birindən ayırma duyğusundan məhrum buraxmış insanlar qəsd edilmişdir. “Karlar” ifadəsiylə qəsd edilənlər də söylənənlərə qulaqlarını tıxayanlar deyil, eyni zamanda, dəvətini eşitmək qorxusuyla arxalarını dönüb olduqları yerdən uzaqlaşanlardır. Bəhs edilən “korlar” və “karlar” sadəcə peyğəmbərimiz dövründə deyil, ayələrdə qeyd edilən ümumi xarakterləriylə hər dövrdə mövcud olan vəhyə qarşı biganə kimsələrdir.

82Və Söz üzərlərinə vaqe olduğu – gerçəkləşdiyi zaman onlar üçün, insanların ayələrimizə lazım olduğu kimi inanmadıqlarını onlara söyləyən, anladan, torpaqdan/maddədən yaradılmış hərəkət edən, danışan bir varlıq çıxardıq.

Bu ayədə keçən “من ا لأرض دابة dabbətün min əl arz” ifadəsi təhrif edilmiş və ortaya bir çox xürafə inanc çıxarılmış olduğu üçün, mövzunun daha yaxşı anlaşılmasına yardım edəcəyi düşüncəsiylə, bu mövzudakı özəl araşdırmamızı eynilə nəql edirik.

Dabbətün minəl–ərz. Quranda yer alan bu ifadə, izlənmə dərəcələrini artdırma düşüncəsində olan vizual media tərəfindən ələ alınaraq zaman-zaman gündəmə gətirilir. Bu mövzu haqqında bilən/bilməyən bir çox insan ehkam yürütmüş, ancaq görünmüşdür ki, daşıdıqları ünvan etibariylə bilik sahibi olmalı olan bu adamlar əlaqədar ayə üzərində hər hansı bir çalışma və araşdırma etmədən mövzuya yaxınlaşmışlar. Sadəcə ənənəçiliyin və qulaqdan dolma, istinadsız məlumatların təsiri olan təminatsız məlumat və anlayışlarını ortaya qoymuşlar.

Başqa bir ifadə ilə, bu işə qarışan adamların, bu mövzu haqqında səthi məlumat sahibi olduqları və ayələrdəki gerçəkləri fərq edəmədikləri öz sözləriylə açığa çıxmışdır. Bu halda, mövzunun doğru bir şəkildə ortaya qoyulması və xürafələrdən təmizlənməsi xüsusunda, məlumat sahibi hər müsəlman kimi bu müəllifə də işə qarışmaq vəzifəsi düşmüşdür.

Mövzunun açıqlığa qovuşdurulması üçün sərf edəcəyimiz cəhddə Uca Allahdan, yardım və tövfiqini əsirgəməməklə, bizi dəstəkləməsini diləyir və Rəbbimizin bizə nəsib etdiyi məlumatları hər kəslə paylaşırıq.

دابّة Dabbəh” nədir?  1– Söz olaraq mənası:

“ دابّة Dabbəh” sözü, “ دبّ dabb” məsdərindən törəmiş ism-i fail qəlibində (feldən törəyən və işi edəni göstərən isim cinsindən kəlimələr) bir sözdür. Kök söz olan “dabb” “yüngül yerimək, dəbələnmək, tərpənmək” mənasındadır. [32]

Bu söz ümumilikdə vücuddakı bir çürüyün böyüməsi, alkoqol və ya narkotikanın bədənə yayılması, maqnetik yayılma, şüalanma [radiasiya; bir mənbədən çevrəyə parçacıqlar axını, ya da dalğa biçimində enerji yayılması] kimi gözlə təqib olunması çətin və ya imkansız olan hərəkətlərlə həşəratların, böcəklərin hərəkətləri üçün işlədilir.

“Dabb” kökündən törəmiş olan “dabbəh” sözü də “yüngül-yüngül yeriyən, qımıldanan [dəbələnən], gözlə təqib ediləməyəcək qədər yavaş hərəkət edən və ya hərəkəti gözlə müşahidə ediləməyən şey” mənasına gəlir.

2– Quranda “Dabbəh”: Bu söz Quranda (Ənam/38, Hud/6, 56, Nəhl/49, 61, Nur/45, Ənkəbud/60, Loğman/10,  Fatir/45, Şura/29, Casiyə/4 və  Ənfal/22: ) tək və cəm olaraq bir çox dəfə yer almışdır:

Göründüyü kimi, bu ayələrin hamısında da “dabbəh” sözü irili-xırdalı bütün canlı yaradılışlar üçün işlədilmişdir.

  • 14Biz onun ölümünü gerçəkləşdirdiyimiz zaman, onlara onun ölümünü, dəyənəyini yeyən yer üzü canlısından başqa, heç bir şey göstərmədi/ifadə etmədi. Onun öldüyünü anlamalarına, onlara sadəcə dəyənəyini yeyən yer canlısı/qurd səbəb oldu. Üzü üstə yerə düşəndə meydana çıxdı ki: “O əcnəbilər, Süleymanın bilmədiyi ölümünü bilsəydilər, o alçaldıcı əzab/həsrət, qürbət, əsarət, ağır işlər, zəncirə vurulmuş halda qalmazdılar”. (Səba/14)

Bu ayədə isə “dabbəh” sözü, digərlərindən fərqli olaraq “ الآرض  دابّة dabbətül-ərz” tamamlığı halında keçir. Bu, fərqli bir işlətmə şəkli olub, “yer canlısı” mənasına gəlir. Beləliklə, bu ayədəki “dabbəh” sözü fərqli bir tamamlıq içində işlədildiyi Nəml/82-ci ayəsi kimi, sərbəst olaraq ələ alınmalı və araşdırılıb, açıqlanmalıdır.

3– Hədislərdə “Dabbəh”: Başda Buxari olmaqla, “səhih [sağlam]” qəbul edilən hədis kitabı müəlliflərinin bir çoxu “dabbəh” rəvayətlərinə etibar etməmişdir. Bunların içindən Tirmizi isə, kitabının “Təfsir” bölməsində “dabbəh” haqqında Əbu Hüreyrədən aşağıdakı rəvayəti nəql etmişdir:

Əbu Hüreyrədən nəql edildi ki, o belə dedi: “Dabbəh, bərabərində Musanın əsası və Süleymanın möhürü olduğu halda çıxar. Əsa ilə möminlərin üzünü cilalayar, möhürü ilə də kafirlərin burnuna damğa basar. Belə ki, süfrə əhli toplanınca, biri digərinə: Ey mömin!”deyir, digəri isə: Ey kafir!”deyir.

İmam Tirmizi bu rəvayəti Nəml surəsinin 82-ci ayəsinin təfsiri ilə əlaqədar açıqlamağa çalışsa da, ayə təhlil edildiyində bu rəvayətin ayə ilə heç bir əlaqəsinin olmadığı görünür. Digər tərəfdən, bu rəvayət, İmam Əhməd, Tayalisi, Naim İbn Hammad, Abd İbn Hamid, Həsən, İbn Mace, İbn Cərir, İbn Münzir, İbn Əbi Hatım, İbn Mevdüyə və Beyhaki tərəfindən həmişə qiyamət əlamətləri mövzusunda bəhs edilmişdir.

İbni Cəririn Huzeyfə İbn Esiddən etdiyi rəvayətdə isə bəhs edilən “dabbəh”in üç dəfə çıxacağı, çıxacağı yerlər və nə zamanlar çıxacağı kimi tamamilə dəlilsiz, məsnətsiz açıqlamalar da vardır.

Bu mövzudakı bir digər rəvayət də budur: 

“İbnü Amr İbnülAs anladır:Rəsulullah buyurdular ki: Çıxış etibariylə, qiyamət əlamətlərindən ilki günəşin batdığı yerdən doğması, sübh vaxtı insanların qarşısına dabbəhin çıxmasıdır. Bunlardan hansı öncə çıxarsa, digəri də onun dərhal ardıncadır”. [33]

Göründüyü kimi, bu rəvayət də qiyamət əlamətlərindən bəhs edir və Nəml/82-ci ayəsi ilə heç bir əlaqəsi yoxdur.

Bir çox hədisçinin etibar etmədiyi bu rəvayətlər, cahil zümrələr tərəfindən bəzədilibdüzəldilib müxtəlif şəkillərə salınmışdır. Bəzəkdüzək işlərinin ilki, rəvayətlərin əsillərində olmamasına rəğmən, “dabbəh” sözünün həmişə “ələrz əlavə edilərək dabbətülərz şəklində tərcümə edilmiş olmasıdır. Daha sonrakı bəzəkdüzəklərin hamısı da bu uydurulmuş “dabbət-ül-ərz” ifadəsi nəzərə alınaraq edilmişdir. Beləliklə, bu açıqlamaların hamısı istinadsızdır və edənlərin subyektiv düşüncəsini əks etdirir, dini dəyəri yoxdur, ola da bilməz.

Dabbəhqiyamət əlamətlərindəndirmi?

Bu sözdən tamamilə qiyamət əlamətlərindən biri olaraq bəhs edilmiş və haqqında uydurulan əsassız açıqlamalar həmişə bu yöndə olmuşdur. Buna görə də bu söz bu məna istiqamətində qəbul edilmişdir.

Əslində Nəml/82 ayəsinin yanlış anlaşılmasında “dabbəh” sözünün yanlış mənada qəbul edilməsi qədər, əcnəbi kültürlərin də payı vardır. Məsələn, Yuhanna İncilinin Vəhy bölməsinin 18-ci hissəsi və davamı belə bir yaradılışdan [yerdən çıxan canlıdan] bəhs edir. Digər tərəfdən, Yəhudilikdə də buna bənzər bir inanc mövcuddur. Belə ki, yuxarıda örnəklərini verdiyimiz rəvayətləri müsəlmanlar arasına salanlar, Əbu Hüreyrə və Vehb b. Münəbbih kimi İsrailiyyat təsirində qalanlardır.

Səbəbi nə olursa olsun, nəticə olaraq “dabbəh” sözü gerçək mənasından uzaq məcburi və uydurma mənalar qazanmış, hətta şəxsləşdirilmişdir.  

Ancaq əsl mövzumuz Nəml/82 ayəsidir:

  • 82Və Söz üzərlərinə vaqe olduğu – gerçəkləşdiyi zaman onlar üçün, insanların ayələrimizə lazım olduğu kimi inanmadıqlarını onlara söyləyən, anladan, torpaqdan/maddədən yaradılmış hərəkət edən, danışan bir varlıq çıxardıq.             (Nəml/82)  

Diqqət edilirsə, bu ayə sərbəst bir cümlə olmayıb, bir paraqrafın cümlələrindən birisidir. Yəni ayədəki mövzunun bu ayədən əvvəl və sonra başqa cümlələri də vardır. Bu ayə, mövzuyla əlaqədar digər ayələr nəzərə alınmadan, tək başına dəyərləndirilməyə çalışılarsa, nə əvəzliklər qaynaqlarına göndərilə bilər, nə də ayənin ilk sözü olan “ bağlayıcısı əlaqədar olduğu yerə bağlana bilər. Bizə görə, indiyə qədər edilmiş olan xətalar həmişə buna görə meydana gəlmişdir. Beləliklə, bu ayənin və içində keçən “من الأرض دابّة dabbətün-minə’l-ərz” ifadəsinin yaxşı anlaşıla bilməsi üçün, ayənin içində olduğu paraqrafın hamısı (Nəml/67-85-ci ayələr) ələ alınmalıdır.

Bu paraqrafda Uca Allah bizləri xəbərdar etmək üçün məhşərlə əlaqədar incəliklər bildirir və bəhs etdiyimiz ayə də bu xəbərdarlıq bölməsinin bir cümləsini təşkil edir. Ancaq ayənin və mövzunun anlaşıla bilməsi üçün öncədən öyrənilməsi lazım gələn bir ifadə vardır ki, o da söz” ifadəsidir.

Bu ifadə Quranın başqa ayələrində də keçir:

  • 7And olsun, atalarına xəbərdarlıq edilməmiş bu qövmün çoxunun üzərinə söz haqq olmuşdur. Artıq onlar inanmazlar. (Ya Sin/7)  
  • 69,70Və Biz ona şeir öyrətmədik. Bu ona heç yaraşmaz da. O, ancaq diri olanları xəbərdar etmək və kafirlərin üzərinə Sözün haqq olması üçün bir öyüd və açıq-aşkar bir Qurandır. (Ya Sin/69, 70)

Nəml surəsinin 82-ci və 85-ci ayələrində “gerçəkləşmiş olan söz” olaraq vurğulanan “söz”ün nə olduğunu isə yenə Quran açıqlamışdır:

  • 13Və əgər Biz, diləsəydik hər adama doğru yolu verərdik. Lakin Məndən: “bilinən, bilinməyən, keçmişdən, gələcəkdən hər kəsdən cəhənnəmi əlbəttə, tamamilə dolduracağam” sözü haqq olmuşdur. (Səcdə/13)  
  • 118,119Əgər Rəbbin diləsəydi, insanları, əlbəttə, tək bir liderli camaat edərdi. Hal­buki, Rəbbinin mərhəmət etdikləri istisna olmaqla, onlar anlaşılmazlığı davam etdirmək­dədir­lər. Onları bax budur, bunun üçün yaratdı. Və Rəbbinin: “And ol­sun, cəhənnə­mi bildiyiniz-bilmədiyiniz, tanıdığınız-tanımadığınız insanlarla – on­la­rın hamısı ilə dolduracağam” – sözü tamamlanmışdır. (Hud/118, 119)   

Ayələrdən açıqca görünür ki, Uca Allah bir qərar vermiş, bir təqdir etmişdir. Buna görə Rəbbimiz kafirləri cəzalandıracaq, cəhənnəmi ins və cinnlə [hər kəslə] dolduracaqdır. Bunun üçün də insanları məhşərdə toplayıb, onlardan hesab soruşacaqdır. Budur, ayədə bəhs edilən “söz” budur, yoxsa bir çox tərcümədəki kimi qiyamət deyildir.

“Nəml/82” ayəsinin təhlili. Ayə “وvə” bağlacısı ilə başlayır. Bu, yuxarıda vurğuladığımız kimi, ayənin bir başlanğıc kəlamı olmayıb, işlənən bir mövzunun davamı olduğunu göstərir. Mövcud təfsir və tərcümələrdə bu xüsusun çox təəssüf ki, nəzərə alınmadığı görünür.

Ayədəki vaqea sözü “keçmiş zaman” qəlibində bir feldir. Deməli ki, qiyamət qopmuş, yer üzü yox olmuşdur. “Zaman” “həşr” zamanı, “gün” “hesab vermə” günüdür. Günahkarlar, cəhənnəmi doldurmaq üçün hesaba çəkilir. Ayədəki ifadələrin qiyamətlə və ya qiyamətin yaxınlaşdığı bir zaman kəsiyi ilə heç bir əlaqəsi yoxdur. Mövcud tərcümə və təfsirlərin “vaqea” feliylə qurulan bu cümləni “gələcək zaman [istiqbal]” mənasıyla çevirmək qətiliklə, yanlışdır. Əslində elə “dabbəh”in qiyamət əlamətlərindən sayılması da bu yanlışdan qaynaqlanır.

Quranda “dabbəh”in qiyamət əlaməti olduğuna dair heç bir fakt olmadığı kimi, “dabbəh”i qiyamət əlaməti olaraq göstərən elmi xüsusiyyət daşımayan əsərlər də bu əsassız iddialarına “səhih sünnət” deyilən rəvayətlərdən tək bir dəstək belə tapa bilməmişdilər. Elə buna görə də, bu cür iddiaların hamısı istinadsızdır. Qiyamətin qopması müddətindəki hadisələr, yəni qiyamət əlamətləri, Quranın Qəmər, Qiyamət, Təkvir, İnfitar, İnşiqaq, Ğaşiyə və Qariah surələrində, bilavasitə Allah tərəfindən açıqlanmışdır.

Nəml surəsinin 67-85-ci ayələrindən ibarət olan paraqrafda isə “Məhşərdəki hesab soruşma və hesab vermə”dən bəhs edilir. Bu ayələrdə tətbiq edilən ifadə texniki budur: Məhşər anındakı hadisələrdən bir mərhələ, insanlar tərəfindən yaxşı anlaşılsın deyə, sanki bir teatr səhnəsi kimi gözlər önünə sərilmişdir. Bilindiyi kimi, bir mövzunu təmsili bir ifadə ilə yaxşı-yaxşı anlaşılan hala gətirmək Quranda tez-tez müraciət edilən bir metoddur. Uca Allah, bizləri inzar etmək [xəbərdar etmək] üçün məhşər səhnələrini oyunçularıyla, dekorlarıyla, aksessuarlarıyla və replikalarıyla Quranın bir çox yerində təkrarlamışdır.

 

Budur iki örnək:

  • 19Və Allahın düşmənlərinin bir araya gətirilib, toplandıqları gün, artıq onlar, atəşə dağıdılırlar.
  • 20Sonunda oraya gəldiklərində, onların eşitmə, görmə duyğuları və dəriləri etdikləri şeylərlə əlaqədar öz əleyhlərində şahidlik edərlər.
  • 21–23Və onlar öz dərilərinə: “Niyə əleyhimizə şahidlik etdiniz?” – dedilər. Şahidlik edənlər də dedilər ki: “Hər şeyi danışdıran Allah, bizi danışdırdı və sizi ilk dəfə O yaratdı və Ona döndərilməkdəsiniz. Siz, eşitmə, görmə duyğularınız və dəriləriniz sizin əleyhi­nizə şahidlik edər deyə gizlənmirdiniz. Lakin etməkdə olduqlarınızdan bir çoxunu Allahın bilməyəcəyinə inandınız. Bax budur, sizin bu inancınız – Rəbbiniz haqqında bəslədiyiniz inancınız sizi bir dağıntıya uğratdı, beləliklə zərərə, itkiyə uğrayıb acı çəkənlərdən oldunuz”.
  • 24İndi əgər onlar dirənərək, ortaq qoşma inancını, yalan saymağı davam etdirirlərsə, artıq onlar üçün ziyafət yeri atəşdir. Və əgər üzr istəməyə çalışsalar, onlar üzrü qəbul ediləcək insanlar deyildirlər.
  • 25Və Biz onlara bəzi yaşıdlarını/iblislərini qabıq kimi üzərlərinə bürüdük, onlar da, önlərində və arxalarında [bütün ətraflarında] olanları özlərinə bəzəkli göstər­dilər. Gəlmiş-keçmiş hər kəsdən, özlərindən öncə gəlib-keçmiş ümmətlərdə qüvvədə olan “Söz” onların üzərinə də haqq oldu. Şübhəsiz ki, onlar zərərə/itkiyə uğrayıb, acı çəkən insanlar idilər. (Fussilət/19-25) 
  • 60–62Mən: “Ey Adəmoğulları! Şeytana qulluq etməyin, tam yəqin bilin ki, o sizə açıq-aşkar bir düşməndir və Mənə qulluq edin! Bax budur, bu ən doğru yoldur və and olsun ki, şeytan sizlərdən olan bir çox nəsilləri yolunuzdan azdırdı” – deyə sizə söz vermədimmi? Hələ də ağılla hərəkət edənlər deyildinizmi? 63Bax budur, bu sizə vəd olunmuş olan cəhənnəmdir.
  • 64Bilərək rədd etdiyiniz/inanmadığınız şeylər ucbatından, haydı, bu gün ora girin! 65Bu gün Biz onların ağızlarının üstünə möhür vurarıq. Bizə əlləri danışar, ayaqları da qazandıqları şeylərə şahidlik edər.  (Ya Sin/60–65)  

 “ من ا لارض minəl-ərz [yer üzündən]” ifadəsi

Ayədəki bu ifadədə keçən “من min” ədatı [hərf-i cerri] üçün ənənəçilər “çıxardıq” felini əlaqəli olaraq qəbul etmişlər və ifadəni “Yer üzündən bir dabbəh çıxardıq” şəklində anlamışdılar. Bizə görə, ayəni anlamağa əngəl olan yanlışlardan biri də budur. Çünki məhşər günündə bildiyimiz bu yer üzü olmayacaqdır ki, ondan “dabbəh” deyilən şey çıxarılsın.  Ərəbcə dilçilik qaydalarına uyğun olaraq, hər ədat mütləq bir əlaqə tələb etdiyinə görə, bizim düşüncəmiz, ifadədəki “min” ədatına əlaqə olaraq “ كائنة kainətən” və ya “ معمولة mamulətən” məna fellərindən birinin təqdir edilməli olduğu yönündədir. Bu halda ifadənin mənası “yer üzündən edilmiş bir dabbəh” şəklində olur. Yəni “dabbəh” deyilən varlıq Ərz [Yer üzü] maddələrindən edilmişdir, canlı deyildir. Bəzilərinın irəli sürdüyü kimi “mələk” cinsindən də deyildir.

“İnsanların Allahın ayələrinə lazımi qədər inanmadıqlarını” deyir, danışır.

Diqqət ediləcək olursa, “dabbəh” insanlar ilə deyil, insanlara danışacaqdır. Bunun mənası, bəhs edilən dialoqun insanlarla ediləcək qarşılıqlı bir dialoq olaraq deyil, “dabbəh” tərəfindən tək tərəfli olaraq ediləcək bir nitq şəklində həyata keçəcəyidir. Dialoqun mahiyyəti sadəcə insanlara Allahın ayələrinə lazım olduğu kimi inanmadıqlarının bildirilməsindən ibarətdir. “Dabbəh” olaraq adlandırılan bu danışanın nə olduğuna gəlincə, istər sözün, hərəkətliliyi ehtiva edən kök mənası, istərsə də bəhs edilən varlığın yer üzü mənbəli olması kimi səbəblər ağıllara bəzi ehtimalları gətirir. Cansız maddələrdən edilmiş, hərəkət edən, danışan bir şey… Sanki bir maqnitafon, televiziya, video, kompyüter, robot, ya da günümüzdən qiyamətə qədər olan zamanda istehsal ediləcək başqa bir cihaz?

Təfsirçilər arasında “dabbəh” üzərində ən çox duran və məsələni əhəmiyyətli hesab edən şəxs İbn-i Kəsirdir. Belə ki, o da “dabbəh” sözünü qiyamət əlamətləri mahiyyətində açıqlamış və bu mövzudakı istinadsız dedi-qodulara geniş yer vermişdir. Nəticədə o da əsassız dedi-qodu xüsusiyyətindəki bu rəvayətləri aşa bilməmiş, mövzunun sonunu da “Bütün bunlar mübahisə mövzusudur” deyə bitirmişdir.

İbn-i-Abbas isə ola bilsin ki, ayədə keçən “تكلّمهم tükəllimühüm [onlara danışır, anladır]” ifadəsini yaxşı anlaya bilmədiyinə görə, işin içindən çıxa bilməmiş və ifadəni “تَكَلّمهم  təkəllimühüm [onları yaralar]” şəklində oxumuşdur. İbn-i-Abbasın bəhs edilən ifadəni bu şəkildə oxuması, çox ehtimal, ondan qaynaqlanır ki, onun yaşadığı çağda cansız maddələrdən düzəldilmiş bir alətin, bir maşının danışması, hərəkət etməsi xəyal belə edilə bilinməzdi. Bu günkü biliyimizlə yuxarıda saydığımız eşidilən cihazların da mütləq irəlidəki zamanlarda “ibtidai” olaraq xarakterizə ediləcək, “dabbəh” sözü o çağda yenə cansız maddələrdən düzəldilmış və insanlara eşitdirən, o günün modern vasitələri olaraq ifadə ediləcəkdir.

Nəticə olaraq bunu söyləyə bilərik: “Dabbəh”, məhşərdə ortaya çıxarılacaq yer üzü maddələrindən istehsal edilmiş bir cürə yayın vasitəsi olub, özünə yüklənmiş olan “insanların Allahın ayələrinə gərəkdiyi kimi inanmadıqları” məlumatını anons edəcəkdır.

Bu anons, Rəsullullahın ümmətindən şikayətinin bir başqa ifadəsidir:

  • 30Elçi də: “Ey Rəbbim! Heç şübhəsiz, mənim qövmüm bu Quranı məhcur/tərk edilmiş bir şey etdilər” – dedi. (Furqan/30)

83Və hər başçılı camaatdan ayələrimizi/əlamətlərimizi/nümunələrimizi yalan sayanlardan bir qrup topladığımız gün artıq onlar tutulub məhv edilirlər.

84Və gəldikləri zaman Allah deyər ki: “Siz Mənim ayələrimi/əlamətlərimi/ nü­mu­nələrimi bilik baxımından qavraya bilmədiyiniz halda, yalan saydınızmı? Ya da nə edirdiniz?

Bu ayələrdə məhşərə aid səhnələr yer alır və biganələri xəbərdar etmək üçün bildirilir ki, saysız məlumat və sübut göstərilməsinə baxmayaraq, ağılsızlıq edərək, əsassızca, hər hansı bir məlumat və sübuta istinad etmədən, ayələri yalan sayan inkarçıların bu hərəkətləri onların üzlərinə vurulacaq. Eyni zamanda axirəti də inkar etmiş olan inkarçılar bu ağılsızlıqlarını axirət reallaşdığında artıq özləri də anlamış olacaqlar. 82-ci ayədə bildirildiyi kimi, bu inkarçıların Allahın ayələrinə lazımi qədər inanmadıqlarının “Dabbəh” vasitəsiylə məhşər xalqına elan ediləcək olması onu göstərir ki, onlar bir də rəzillik əzabı dadacaqlar.

  • 22,23Toplayın o şərik qoşaraq yanlış–öz zərərlərinə iş edənləri, zövcələrini və Allahın yaratdığı sərvətlərdən tapınmış olduqları şeyləri. Sonra da onları cəhənnəmin yoluna bələdçiləyin. Saffat/22, 23)  

85Və şərik qoşaraq, inanmayaraq səhv etmələrinə qarşılıq Söz onların əleyhinə ger­çəkləşmiş olar və artıq onlar danışmazlar.

Artıq olan olmuş, Söz onların əleyhinə reallaşmışdır. “Dabbətün minə’l-ərz” ifadəsiylə əlaqədar açıqlamamızda və Qaf surəsinin 29-cu ayəsinin təhlilində də qeyd etdiyimiz kimi, ayədə keçən “Söz”, Rəbbimizin insanlarla əlaqədar olan bir qayda qərarıdır və Onun qətiliklə cəhənnəmi dolduracağı mənasına gəlir.

  • 35Bu, onların danışmayacaqları gündür. 36Özlərinə izin də verilməz ki, üzr istəsinlər. 37O gün, yalan sayanların vay halına! (Mürsəlat/35-37)  

86Onlar görmədilərmi ki, dincəlsinlər deyə gecəni yaratdıq, gündüzü də görə bilməyiniz üçün, aydınlıq yaratdıq. Şübhəsiz ki, bunda iman edən bir cəmiyyət üçün tam əmin olun ki, əlamətlər/nümunələr vardır.

Bu ayədə Uca Rəbbimiz insanlara xəbərdarlıq edərək bildirir ki, onlar sadəcə hər gün yaşadıqları gecə və gündüzü təhlil etsələr belə, bu quruluşda bir çox ayə tapacaqlar.

Həqiqətən də, gecə və gündüzün bu nizamı yer üzündəki o qədər çox şeylə əlaqəlidir ki, bu nizam ilə yer üzündəki yaşayışlar arasında mövcud olan uyğunluğu “təsadüf” olaraq açıqlamaq mümkün deyildir. Çünki bu uyğunluğu təmin edəcək nizam mütləq bir dizayn tələb edir. Bu dizayn isə elə möhtəşəm bir dizayndır ki, hesablamalardakı hər hansı bir dəyişiklik, məsələn, gecə və gündüzün müddətlərinin indikindən bir neçə qat daha uzun olması və ya yer üzünün bir qismində daima gündüz, digər qismində gecə olması, bu anda yer üzündəki yaşayışın bütünlüklə dəyişməsi mənasına gəlir. Başqa bir ifadə ilə, əgər Günəş şüaları çox uzun müddətli və ya davamlı olsa idi hər şeyin qovrulduğu bir gündüz və ya Günəş şüalarının heç olmadığına görə hər şeyin donduğu bir gecə, bu andakı həyatın tamamilə bitməsi demək olardı.

İnkarçılar isə bir korun belə görməzdən gələ bilməyəcəyi bu ayələri görməzlər və heç düşünməzlər ki, bütün ehtiyaclarını Günəşlə yer üzü arasında ancaq hakim bir varlıq tərəfindən planlana biləcək bu sistem sayəsində qarşılayırlar.

Gecə ilə gündüzün möcüzəvi xarakterizə edilməsinə Quranda bir çox dəfə toxunulmuş və mövzu haqqında başqa detallar da verilmişdir:

  • 45,46Rəbbinin o kölgəni necə uzatmış olduğuna baxmadınmı? Diləsəydi onu, əlbəttə, hərəkətsiz də edərdi. Sonra Biz günəşi, ona dəlil etdik. Sonra da onu asan bir hərəkətlə Özümüzə doğru çəkdik.
  • 47Və O, sizin üçün gecəni libaslar, yuxunu da rahatlıq üçün yaradandır. Və O, gündüzü yayandır. (Furqan/45-47)

87Və Sura üfləndiyi gün, artıq Allahın dilədikləri istisna olmaqla, göylərdə və yerdə kim­lər varsa, hamısı dəhşətə düşər. Və hamısı, dəyərlərini itirmiş olaraq, Onun yanına gə­lər­lər.

88Və sən dağları görərsən, onları donuq, durğun sanarsan. Halbuki, onlar hər şeyi sapsağlam edən Allahın yaratdığı olaraq, buludun yeriməsi kimi yerimək­də­dirlər. Şübhəsiz ki, O, etdiklərinizdən tamamilə xəbərdardır.

Bu iki ayədə inkarçılar, yalan sayanlar axirətə aid ürküdücü səhnələrlə xəbərdar edilir. Daha sonra da Saata [qiyamətin qopma anına] aid səhnələr gətirilir və kainatın mövcud nizamının mütləq pozulacağı, hər kəsin xor və həqir olaraq Allahın hüzuruna çatacağı; ağıl verilmiş, bir çox nemətlərlə təchiz edilmiş, peyğəmbərlər göndərilmiş və kitab verilmiş olanların davranışlarının görməzlikdən gəlinəməyəcəyi bildirilir. Surun üflənməsi hadisələri ilə əlaqədar olaraq Qaf surəsinin 20-ci ayəsinin təhlilindəki açıqlamalarımıza və həmçinin bu ayələrə baxıla bilər: Ta Ha/102, Kəhf/99, Nəbə/18, Haqqa/13, Zümər/68, Ya Sin/51.

Bəhs etdiyimiz ayədəki üfləmə, insanların dəhşətə qapılacaqları birinci üfləmədir. Bundan sonrakı üfləmədə hər şey dağılacaq və bütün canlılar öləcəkdir. Son üfləmə isə aləmlərin Rəbbinə qalxış üfləməsi olub, bu üfləmə ilə diriliş gerçəkləşəcək və bütün yaradılışlar qəbirlərindən çıxacaqlar.

  • 50–52De ki: “İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir ya­ra­dılış olun”. Sonra onlar: “Bizi kim geri döndərəcək?” – deyəcəklər. De ki: “Sizi ilk də­fə yoxdan yaratmış olan”. Buna görə də sənə başlarını bulayacaqlar və: “Nə za­man­dır bu?” – deyəcəklər. De ki: “Çox yaxın olması umulur! Sizi çağıracağı/di­ril­di­lə­cəyiniz gün, Onu öyərək Onun çağırışına uyacaqsanız və sadəcə, çox az qaldığınızı zənn edəcəksiniz”. (İsra/50-52)
  • 25Göyün və yer üzünün Öz əmri ilə durması yenə Onun əlamətlərindən/nümunələrindəndir. Sonra sizi yer üzündən bir tək çağırışla çağırdığı zaman bir də baxarsınız ki, siz çıxarılırsınız. (Rum/25)
  • 42Sən onları dərhal tərk et ki, vəd edilən günlərinə qovuşanadək boşa çalışıb çabalasınlar və oynayıb-əylənsinlər.
  • 43O gün onlar qəbirlərindən sıçrayaraq çıxarlar. Sanki, dikəldilmiş bir şeyə qaçırmışlar kimi.
  • 44Gözləri dilxorluqdan aşağı dikilmiş və özləri isə alçaqlığa bürünmüş bir halda. Bax budur, bu, onların təhdid edildikləri gündür! (Məaric/42-44) 

Qiyamət anında dağların halları ilə əlaqədar olaraq da bir çox yerdə məlumat verilmişdir:

  • 9,10O gün göy sarsıldıqca sarsılar, dağlar da yeridikcə yeriyər. (Tur/9, 10)   
  • 105–107Səndən dağlar haqqında soruşurlar. De ki: “Rəbbim onları sovurduqca sovuracaq­dır. Beləliklə, onları dümdüz boş bir halda buraxacaq. Orada bir çuxur və bir təpə görməyəcəksən”.             (Ta Ha/105-107) 
  • 47Və Bizim dağları yeritdiyimiz gün… Və sən yer üzünü çırılçılpaq/dümdüz görəcəksən. Və Biz onları bir yerə topladıq. Beləliklə, onlardan heç bir insanı buraxmadıq. (Kəhf/47) 

89Kim bir yaxşılıq/gözəllik gətirərsə, onun üçün gətirdiyindən daha xe­yir­li­si/gətirdiyinə görə bir xeyir vardır. Və onlar o gün qorxudan təhlükəsizlikdə olan­lar­dır.

90Və kim pisliklə gələrsə, artıq üzləri atəşdə sürtülər. Siz, etdiyiniz əməllərdən baş­qa­sı iləmi qarşılıq görəcəksiniz?

Bu ayələrdə bir ümumiləşdirmə edilərək, inananların qorxudan təhlükəsizlikdə olacaqları, inanmayan­ların da etdikləri pisliyin qarşılığını pislik olaraq tapacaqları bildirilir.

Buradakı ümumiləşdirmə başqa ayələrdə də edilmişdir:

  • 103O ən böyük qorxu onları məyus etməz və özlərinə xəbərçilər: “Bax budur, bu sizə söz verilmiş olan gününüzdür” – deyə ağıllarına gətirərlər. (Ənbiya/103) 
  • 40Şübhəsiz, əlamətlərimiz/nümunələrimiz haqqında doğruluqdan ayrılıb, inkara sapla­nan insanlar Bizə gizli qalmazlar. O halda atəşə atılacaq olan insanmı daha xeyirlidir, yoxsa Qiyamət günü əminlik içində gələcək insanmı? İstədiyinizi edin. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri ən yaxşı görəndir. (Fussilət/40) 

89-cu ayədə bəhs edilən “yaxşılıq, gözəllik gətirənlərin gətirdiklərindən daha xeyirlisini tapacaqları” xüsusu, Ənam surəsinin 160-cı ayəsində “hər bir hasənə üçün on misli” şəklində, Səba surəsində isə aşağıdakı şəkildə ifadə edilmişdir:

  • 37Və sizi hüzurumuza yaxınlaşdıracaq olan mallarınız və övladlarınız deyildir. Ancaq kim iman edər və düzəltmək yönündə işlər edərsə, bax budur, onlar özləri üçün etdiklərinə qarşı qat-qat qarşılıq olanlardır. Və onlar yüksək köşklərində əminlik içindədirlər.  (Səba/37)  

İnkarçıların halına gəlincə… Onlar da etdiklərinin qarşılığını cəza olaraq mütləq görəcəklər.

  • 94,95Sonra da bütlər, azğınlar və iblisin/düşüncə qabiliyyətinin əsgərləri yaxşı-yaxşı düşünmədən hərəkət edənlər hamısı birlikdə cəhənnəmin içinə fırladılmışdılar.   (Şüəra/94, 95)

90-cı ayənin son cümləsi olan Siz etdiyiniz əməllərdən başqasıylamı qarşılıqlandırılacaqsınız?” ifadəsinə gəlincə… Burada iltifat sənəti edilərək, sanki cəhənnəmliklərə cəhənnəmə girdikləri anda dönülüb: “Nə var yəni? Yoxsa siz, etdiklərinizdən başqasıyla müqabilə ediləcəyinimi sanırdınız?” deyilir.

91–93Sən: “Mən ancaq hər şeyin sahibi olan və buranı toxunulmaz qılan, Məkkənin Rəbbinə qulluq etməklə əmr olundum. Və mən müsəlman olmağımla və Quranı oxu­yub izləməyimlə əmr olundum. Artıq kim bələdçilənən doğru yola düşərsə, yal­nız özü üçün bələdçilənən doğru yola düşmüş olar, kim də azarsa, dərhal de: “Mən sa­də­cə xəbərdarlıq edənlərdənəm”. Və bütün təriflər Allaha məxsusdur, başqası öyülə bil­məz. O, ayələrini/əlamətlərini/nümunələrini sizə göstərəcək və siz onları ta­nı­ya­caq­sınız” – de. Və Rəbbin, etdiklərinizdən xəbərsiz deyildir.

Peyğəmbərimizə bu ayələrdə verilən təlimat və məlumatlar başqa ayələrdə (Al-i İmran/58, Qasas/3, Rad/40, Hud/12, Fussilət/53, Zəriyət/20, 21) müxtəlif üslublarla da təkrarlanmışdır.

Diqqət edilərsə, 91, 92-ci ayələrdə keçən “Mən ancaq hər şeyin sahibi olan və buranı haram [toxunulmaz] qılan bu şəhərin [Məkkənin] Rəbbinə qulluq etməklə əmr olundum. Və mən müsəlman olmağımla və Quranı oxumağımla əmr olundum” ibarəsində Rəbbimiz özünü “Bu şəhərin [Məkkənin] Rəbbi” olaraq xarakterizə etmiş və Məkkə şəhərini toxunulmaz qılmasını da özünün bir özəlliyi olaraq ifadə etmişdir. Bu xüsus dəyərləndirilərkən unudulmamalıdır ki, bu surə İslam dəvətinin hələ Məkkə şəhərinin hüdudları içində edildiyi və müxatiblərin də Məkkə əhalisiylə məhdud olduğu bir dövrdə endirilmişdir. Unudulmaması gərəkən bir digər xüsus da, Rəbbimizin özü üçün Qüreyş surəsində “Bu Evin Rəbbi [Rəbbül-Beyt]” ifadəsini işlətmiş olmasıdır. “Bu şəhərin [Məkkənin] Rəbbi” ifadəsinin nə mənaya gəldiyinin daha yaxşı anlaşılması üçün Qüreyş surəsindəki “Rəbbül-Beyt” ifadəsi ilə əlaqədar təhlilimizin yenidən oxunmasının faydalı olacağına inanırıq.

 

Ən düzünü Allah bilir!

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Təbyinül-Quran; cild1, səh.61.

[2] Lisanu’l- Arap, “Hzz” mad.

[3] Baki Adam, Yəhudi Qaynaqlarına Görə Tövrat, s. 104-105; HHT, Noseah Şomroni, Şemot, 20:10.

[4] Ana Britannica, c:9, s:340.

[5] Lisanül- Arap, c.8, s. 601, 602, “ntk” mad.

[6] Keşşaf, c:3 , s:140.

[7] Kurtubi; el-camiu li Ahkamıl-Quran.

[8] II. Tarihlər bölümü, 11. Bab.

[9] Tacu’l-Arus; Vadiy mad. 20/286.

[10] Kurtubi; el-camiu li Ahkamıl-Quran.

[11] Tacül-Arus; c: 15, s: 755-757 Nml mad.

[12] Tacül-Arus; c: 18, s: 534 mzn mad. Lisanül- Arap; c:8, s:275 mzn mad.

[13] Yəhudi Ansiklopedisi, c:11, s:440.

[14] Kurtubi; el-camiu li Ahkamıl-Quran.

[15] Lisanül-Arap; c:1, s: 423.

[16] ANSİKLOPEDİLER.

[17] Kurtubi; el-camiu li Ahkamıl-Quran.

[18] Kurtubi; el-camiu li Ahkamıl-Quran.

[19] Kurtubi; el-camiu li Ahkamıl-Quran.

[20] Lisanül-Arab, c.6, s.326-331, “afr” mad.

[21] Razi; el-Mefatihu’l-Gayb.

[22] Krallar; Bab; 10.

[23] Razi; el Mefatihu’l Gayb.

[24] Razi; el Mefatihu’l-Gayb.

[25] Matta; 12/42.

[26] Luka, 11/31.

[27] Kurtubi; el-camiu li Ahkamıl-Quran.

[28] Tekvin, 19. Bab, 24-28. cümleler.

[29] Mevdudi; Tefhimül-Quran.

[30] Kurtubi; el-camiu li Ahkamıl-Quran.

[31] Seyyid Kutub; Fi Zılalıl Quran.

[32] Lisanül-Arab, c.3, s. 281-284,”dbb” mad., el İsfehani; el Müfredat, “dbb” mad.

[33] Müslim, Fitnelər, 118; Ebu Davud, Melahim, 12.