MƏKKƏ DÖVRÜ
Nəcm: 21
1–4Qara cahilliyi, vəhyin aydınlığını/elmi biliyi və genetik xüsusiyyətləri sübut göstərirəm ki, sizin əmək və səyləriniz, tam əmin olun ki, dağınıq və parça-parçadır[1].
5–7Buna görə də kim malını/qazancını verər, Allahın qoruması altına girər və ən gözəli doğrulayarsa, Biz ona, “o ən asan olan” üçün asanlıq təmin edəcəyik.
8–11Kim də xəsislik edərsə və özünü bütün ehtiyaclardan üstün görərsə və ən gözəli yalan sayarsa, Biz ona “ən çətin olan” üçün asanlıq təmin edəcəyik. Aşağı yuvarlanıb dəyişikliyə, dağıntıya uğradığında/öldüyündə malı onu qurtara bilməyəcəkdır.
12Doğru və gözəl olana bələdçiləmək, sadəcə Bizim üzərimizə vəzifədir. 13Sonrası da, əvvəli də sadəcə Bizimdir.
14–16Elə buna görə də Mən sizi, yalan sayan, üz çevirən, ən çox bədbin olacaq olan insandan başqasının girməyəcəyi, alovlandıqca alovlanan bir atəşə qarşı xəbərdar etdim.
17–21Kimsədən qarşılıq gözləmədən, malını sadəcə Uca Rəbbinin rizası üçün, arınmaq üçün verən, Allahın qoruması altına girmiş olan insan ondan uzaq tutulacaqdır. Və yaxında o insan, tam əmin olun ki, razı qalacaqdır.
(9/92, Leyl/1–21)
[1]Ayədəki sözlərin “doğru” mənası, “bürüyüb örtdüyü zaman gecəyə, parıldadığı zaman gündüzə və erkəyi, dişini yaradana and olsun ki, sizin əmək və qeyrətiniz qətiliklə, dağınıq və parça-parçadır” – şəklindədir. Biz məcazi mənalarını verdik.