MÜRSƏLAT SURƏSİNİN TƏBYİNİ

33–cü surə olan Mürsəlat surəsi adını 1–ci ayədəki ”əl–mürsəlat” sözündən almışdır. Mənası ”göndərilmişlər” deməkdir.

Bəzi qaynaqlar iddia edirlər ki, Məkkənin fəthindən sonra, Peyğəmbərimiz xalqa müraciət edərək deyib ki, “namaz qılmalısınız”. Bunun qarşısında Sakif nümayəndə heyəti namazdakı rüku hərəkətlərinə etiraz edib, deyib ki, rüku bizim üçün söyüş rəmzidir. buna görə də surənin 48–ci ayəsi  nazil olub. Çünki iddia sahibləri, rüku sözünün mənasını araşdırmadan, sözü “namazda edilən bel bükmə hərəkəti” olaraq qəbul etmişlər və belə bir fikir irəli sürmüşlər ki, sözün keçdiyi ayə namaz əmrinin verilməsindən sonrakı bir tarixdə enmişdir.

Əslində isə sözün mənası, 48–ci ayənin təhlilində qeyd etdiyimiz kimi, hər hansı bir uydurma fikrə ehtiyac duymayacaq qədər, açıqdır. Buna görə də ayənin, bu yanlış şərhlərə istinad edilərək, sonrakı bir tarixdə endiyi iddiası qəbul edilə bilməz.

Həmçinin bu iddia qəbul edilərək, 48–ci ayə aradan çıxarılarsa, surənin söz axışındakı məna pozular, eyni sözlü və eyni mənalı iki ayə ard–arda gələr ki, bunun da məntiqli bir izahı olmaz. Əslində elə əvvəldən axıra qədər təhlil edildiyində, surənin, mövcud halıyla, bir bütün olduğu asanlıqla anlaşılır.

Mürsəlat surəsi, xüsusilə də qiyamət və axirətin gerçəkləşəcəyinə dair dəlilləri ön planda tutaraq, özündən əvvəl enmiş olan surələr kimi, inanc mövzularını işləməyə davam edir. Quran ilə ortaya qoyduğu dinin, insanlar tərəfindən məcburi olmadan, ağıl edilərək mənimsənilməsini istəyən Rəbbimiz, bu surədə də rəhmətinə uyğun olaraq, fikrindən döndərmə metodunu işlətmiş və inancsız kafirlərə qiyamətin gerçəkləşəcəyini uyğun, məntiqli, tutarlı dəlillərlə açıqlayaraq, inananları gözləyən nemətlər ilə inancsızları gözləyən əzabları gözlər önünə sərmişdir.

7–ci ayədən açıqca anlaşılır ki, Surənin ismarıcı hər kəsi müxatib alırmış kimi görünsə də, əsasən axirəti yalan sayan kafirlərə yönəlikdir.

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ:

Bölmə 55

  • 1–7Topatopa, nəcmnəcm göndərilərək önünə gələnləri devirdikcə devirən, cəmiyyətləri can­landırdıqca canlandıran, canlandırdıqca da haqqı və batili ayıran, üzrxahlıq və ya xəbərdarlıq olaraq öyüd verən, Quran ayələri sübutdur ki, qətiyyətlə təhdid olunduğunuz, qorxudul­du­ğu­nuz şey, mütləq meydana gələcəkdir
  • 8Bax o ulduzların silindiyi/ləğv edildiyi/uzaqlaşdırıldığı zaman, 9göy aralandığı zaman, 10Dağlar sovrulduğu zaman, 11–13şahidlik edəcək elçilər, şahidlik üçün gözlədildikləriAyırd etmə günü”–şahidlik vaxtı müəyyən olunduğu zaman, –14Ayırd etmə günü”nün nə olduğunu sənə nə bildirdi!– 15o gün, yalan sayanların vay halına!
  • 16Biz, öncəkiləri dəyişikliyə, yıxıma məruz qoymadıqmı?
  • 17Sonra geridəkiləri də onların arxasına taxarıq. 18Biz, günahkarlara, bax, belə edə­rik. 19O gün yalan sayanların vay halına!
  • 20Biz sizi dəyərsiz bir sudan əmələ gətirmədikmi?
  • 21,22Sonra onu müəyyən bir ölçüyə–vaxta qədər sağlam bir yerin içində tutduq. 23Deməli, Bizim gücümüz yetdi. Nə gözəl güc yetirənlərik Biz. 24O gün, yalan sayanların vay halına!
  • 25,26Yer üzünü dirilərə və ölülərə bir toplanmatutulma yeri etmədikmi?
  • 27Orada sapsağlam, yüksək dağlar əmələ gətirdik və sizə şirin sular içirdik. 28O gün, yalan sayanların vay halına!
  • 29Özünü yalan saymaqda olduğunuz o şeyə doğru gedin! 30,31O üç qolbudaq sahibi, kölgələn­dir­məyən və alovdan qorumayan bir kölgəyə doğru gedin!
  • 32Həqiqətən o, saray kimi qığılcımlar ataryağdırar33sanki qığılcımlar sarı erkək dəvələr kimidir. 34O gün, yalan sayanların vay halına!
  • 35Bu, onların danışmayacaqları gündür. 36Özlərinə izin də verilməz ki, üzr istəsinlər. 37O gün, yalan sayanların vay halına!
  • 38Bu, sizi və öncəkiləri topladığımız Ayırma Günüdür. 39Haydi, bir hiyləgər planınız varsa, dərhal Mənə bu hiyləgər planı tətbiq edin! 40O gün, yalan sayanların vay halına!
  • 41,42Şübhəsiz Allahın qoruması altına girmiş kimsələr kölgələr, bulaqlar və canlarının istədiyi meyvələr içindədirlər. 43“İşləmiş olduğunuz şeylərə qarşılıq nuşcanlıqla yeyin, için!” 44Bax, budur, Biz gözəl davrananları belə qarşılıqlandırırıq. 45O gün, yalan sayanların vay halına!
  • 46Yeyin, faydalanın bir az, şübhəsiz siz günahkarlarsınız. 47O gün, yalan sayanların vay halına! 48Onlara, “Allaha ortaq qoşmaqdan uzaq durun” deyildiyi zaman, ortaq qoşmaqdan uzaq durmazlar. 49O gün, yalan sayanların vay halına!
  • 50Artıq Qurandan sonra hansı sözə inanacaqlar?

(33/77, Mürsəlat/1–50)

TƏHLİL:

1–7Topa–topa, nəcm–nəcm göndərilərək önünə gələnləri devirdikcə devirən, cəmiyyətlərı can­landırdıqca canlandıran, canlandırdıqca da haqqı və batili ayıran, üzrxahlıq və ya xəbərdarlıq olaraq öyüd verən Quran ayələri sübutdur ki, qətiyyətlə təhdid olunduğunuz, qorxudul­du­ğu­nuz şey, mütləq meydana gələcəkdir.

Surə, yuxarıdakı 7 ayədən ibarət olan and cümləsiylə başlayır və 1–6–cı ayələr, 7–ci ayədəki qətiyyətlə təhdid olunduğunuz, qorxudul­du­ğu­nuz şey, mütləq  meydana gələcəkdir iddiasının dəlilləri olaraq irəli sürülmüşdür. Başqa sözlə desək, 1–6–cı ayələrdəki dəlillər, 7–ci ayədəki iddianın isbatı olaraq göstərilmişdır. 2–ci ayəni 1–ci ayəyə və 4–cü ayəni də 3–cü ayəyə bağlayan ف [fe] ədatının mənasını ifadə edə bilmək üçün, bu ayələrin dilimizə tərcüməsini bir qədər ətraflı izah etmək lazımdır. 1–ci ayədə bəhs edilən yığınyığın göndərilmişlər, 2–ci ayədə bildirilənləri edir, yəni önlərində nə varsa hamısını devirir, fırtına qoparır və silib, süpürür. Eyni şəkildə, 3–cü ayədə bəhs edilən canlandırdıqca canlandıranlar da, 4–cü ayədə bildirilənləri edir, yəni ayırdıqca ayırırlar.

And cümləsinin and bölməsini təşkil edən 1–6–cı ayələrdəki ifadələr diqqətlə oxunduğunda, aydın olur ki, burada fərqli “şey”lərdən deyil, bir “şey”in fərqli özəlliklərindən bəhs edilir. Bu da, o mənaya gəlir ki, göstərilən dəlillər, bir “şey”in beş ayrı özəlliyini əks etdirir.

Bu özəlliklərin qaynağı haqqında keçmişdə fərqli düşüncələr bildirilmişdir. Bəziləri, “Üzərinə and içilən şeylər, bilik sahəmizə qapalı, kainat və insan həyatına sadəcə təsirləri əks olan sirli güclərdir” demişlər, bəziləri bəhs edilən güclərin qəti olaraq “rüzgarlar”, bəziləri də “mələklər” olduğunu irəli sürmüşdülər. Bu cümlələrdən bir qismiylə mələklərin, bir qismiylə də rüzgarların qəsd edildiyini söyləyənlər də olmuşdur.

Yanlışları daha yaxşı göstərmək məqsədilə, Klassik qaynaqlarda ortaq bir mətn kimi bəhs edilən bu görüşlərin bir qismini, eynilə təqdim edirik:

Əbu Hüreyrəyə görə (ki Mesruk, bir görüşlərində Əbu Duha və Mücahid, Sudey, Rebi b. Enes və Əbu Salih də eyni izaha qatılmışdı), ayədə keçən salınanlar, göndərilənlər, “mələklər”dir. [1] Belə olarsa, bu and cümləsi, “döyüş atları kimi axın–axın və ard–arda birliklər halında göndərilən, ardıcıl mələk qruplarına and olsun” mənasına gəlir.

Abdullah b. Məsuda görə isə “göndərilənlər”–dən məqsəd, “rüzgarlar”dır. Buna görə and cümləsinin mənası, “döyüş atları kimi axın–axın və ard–arda dalğalar halında hərəkətə keçirilən külək buludlarına and içirəm” olur. Abdullah b. Məsud, Qasırga kimi əsib sovuranlarahər yana dağıdanlara ayələrində “rüzgarlar”ın qəsd edildiyini önə sürür. Bir rəvayətə görə onun bu görüşü Abdullah b. Abbas, Mücahid, Katade və Əbu Saleh tərəfindən də dəstəklənir.[2]

İbn–i Cərir, 1–ci ayədəki mürsəlat sözünün, “mələklər”mi, yoxsa “rüzgarlar”mı demək olduğu barəsində tərəddüdə düsür və qəti hökm verməkdən qaçınır, lakin 2–ci ayədəki “asıfat” sözünün qətiliklə “ küləklər ” mənasına gəldiyini iddia edir. Həmçinin 3–cü ayədəki naşirat sözünün “buludların göydəki dağıdıcıları” mənasında “küləklər” demək olduğunu şübhəyə yer qalmayacaq şəkildə ifadə edir.[3]

Abdullah b. Məsuda görə 4–5–ci ayələrdə işlədilən fariqatmulkiyat sözləriylə “mələklər” qəsd edilir. Bu görüşü Abdullah b. Abbas, Məsruk, Mücahid, Katade, Rəbi b. Enes, Suddey və Sevri də mübahisəsiz bir şəkildə dəstəkləyir.[4]

Bu ortaq görüşə görə, haqlarında bəhs edilən mələklər, Uca Allahın izni ilə, Peyğəmbərlərə enərək doğrunu əyridən ayırd etdirir və bu elçilərə vəhyin ismarıcını çatdırırlar. Bu ismarıc həm insanların hesab günündə irəli sürə biləcəkləri bəhanələri çürüdür, həm də onları xəbərdar edir.

Bu mövzu insanların zehinlərinə yuxarıdakı fərqli görüşlərə əsaslanaraq yerləşmiş, lazımi tədqiqat və araşdırmalar edilmədiyi üçün də, bir çox tərcümə və təfsirdə təəssüf ki, bu görüşlər hakim olmuşdur. Bir çox mütəfəkkir isə qədimlərin görüşlərini daha tutarlı hala gətirə bilmək üçün, özlərini məcbur etmişlər, lakin uğurlu bir fikir yürüdə bilməmişlər. Çünki Quranı anlamaq kimsənin monopoliyasında olmadığı kimi, onu anlama barəsində kimsənin hər hansı bir imtiyazı da yoxdur. Dolayısıyla, keçmiş alimlərin izahları mütləq doğrular olaraq qəbul edilməməlidir. Gerçəyə çatmaq üçün, adamların nağıllarını mütləq doğru qəbul etmək əvəzinə, sözlərin mənalarını diqqətlə təhlil etmək lazımdır.

Burada ilk diqqət edilməsi gərəkən xüsus odur ki, ard arda zikr edilən beş xüsusiyyət, hələ ortada mövcud olmayan, “vəd edilmiş şey”in qətiliklə olacağının dəlili olaraq irəli sürülür. Bu halda, bəhs edilən xüsusiyyətləri daşıyan “şey”in hər kəs tərəfindən görünə bilən bir “şey” olması gərəkir. Belə ki, varlığı isbatlanmamış bir “şey”in, başqa bir “şey”in isbatına dəlil olaraq irəli sürülməsi ağla uygun deyildir.

1–6–cı ayələrin doğru anlaşıla bilməsi üçün diqqət edilməsi gərəkən ikinci xüsus, ayələrdəki sözlərin həm həqiqi, həm də məcazi anlamlarını nəzərə almaqdır. Bu təqdirdə ayələr üçün ikidən çox məna ortaya çıxır. Bu “çox mənalılıq”, qədimlərin iddia etdiyi kimi, mənaların qeyri müəyyənliyini deyil, birdən çox və gözəl mənaların birlikdə var ola biləcəyini ifadə edir. Qısacası, bu ayələr, “mütəşabih ayələr”ə yaxşı bir nümunə meydana gətirir. Bədii ifadələrlə təqdim edilən qısa cümlələr və bu cümlələrdəki güclü vurğular, normal ifadələrə görə insanlara daha artıq təsir edir.

Burada bizə düsən vəzifə, bir–biriylə bənzəyən mənaların arasından birini önə almaq, yəni təvil etməkdır.

Mürsəlat: المرسلات [mürsəlat] sözü, إرسال [irsal] kökündən törəmiş olub, “göndərilmişlər” mənasındadır. Yenə irsal kökündən törəmiş olan أرسل [ərsələ] feli, mübtədası Allah olmaqla, “Peyğəmbər göndərdi/göndərir”, “bulud göndərdi/göndərir”, “rüzgar göndərdi/göndərir” biçimlərində Quranda bir çox dəfə yer almışdır. Bu kök mənasına görə əl–mürsəlat sözü klassik qaynaqlarda “buludlar, rüzgarlar və Peyğəmbərlər” olaraq dəyərləndirilmişdir. Biz isə bu görüşdə deyilik. Belə ki, ümumiyyətlə, “bir uzlaşma məqsədiylə, ya da bir işi bildirmək üçün göndərilən kimsə” olaraq təyin edilən الرّسول [rəsul=elçi] sözü, mürsəlat sözüylə eyni kökdən törəmiş olub, bu söz də “göndərilmiş” deməkdir. Ancaq, الرّسول [rəsul=elçi] sözü, sadəcə “insanlardan seçilmiş elçilər” olaraq anlaşılmamalıdır. Çünki Allah mələklərdən də elçilər seçdiyini bildirir:

  • 75,76Allah, xəbərçi ayələrdən elçilər seçər, insanlardan da elçilər seçər. Şübhəsiz Allah, ən yaxşı eşidən, ən yaxşı görəndir, əllərinin arasında olanı və arxalarında olanı bilir. Və işlər, yalnızca Allaha döndərilir. (Həcc/75,76)

Bu halda, Təkvir surəsinin təhlilində sözün törədiyi kökləri nəzərə alaraq ortaya çıxardığımız kimi, “qüvvət, idarəetmə gücü” mənası ilə yanaşı, “elçi və xəbər verən” mənasına da gələn mələk sözünü, mürsəlat sözünün mənası əhatəsində dəyərləndirmək mümkündür.

Digər tərəfdən Rəbbimiz açıqca bildirmişdir ki elçilər, “endirilmişlər”lərdən də ola bilir:

  • 10,11Allah, onlara şiddətli bir əzab hazırlamışdır. O halda, ey qavrama qabiliyyətləri olan, iman etmiş kimsələr! Allahın qoruması altına girin. Qətiliklə Allah, iman etmiş və düzəltmək yönündə işlər etmiş kimsələri, qaranlıqlardan aydınlığa çıxarmaq üçün, sizə bir öyüd, sizə Allahın açıq–açıq ayələrini/əlamətlərini/nümunələrini oxuyan bir elçi endirdi. Və hər kim, Allaha inanar və saleh əməl işlərsə, Allah onu, altlarından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlərə girdirər. Allah, onun üçün ruzini gözəlləşdirmişdir. (Talaq/10,11)

Yuxarıdakı ayələrdə altı cızılaraq diqqət çəkilən Allahın endirdiyi öyüd [zikr]: elçi [rəsul] sözləri ilə, “Peyğəmbər”in deyil, “Quran ayələri”nin qəsd edildiyi asanca anlaşılır. Bu halda “Quran ayələri” də, Allahın dünyəvi, ölümsüz və endirilmiş elçiləridir.

Bundan yola çıxaraq ayədəki mürsəlat [göndərilmişlər, elçilər] sözü ilə qəsd edilənin, “Quran ayələri” olduğunu söyləyə bilərik.

Urf: عرف [urf] sözü, “bilik” [elm, irfan/yaxşını pisi, əyrini doğrunu ayıra bilmə özəlliyi] deməkdir və əsasən bu mənada işlədilir. Belə ki, örf, məruf kimi sözlər də bu məna əhatəsində olan sözlərdir. Ancaq urf sözünün əsas mənası, “qum yığını, yerdən yüksək olan yer, yığın, yığıntı” deməkdır. Ərəblər, sözün elə bu mənasına görə də, xoruzun pipiyi ilə atın yeləninə urf deyirlər.[5]

Urf sözünün əsas mənası ilə, yayğın olaraq işlədilən mənası arasındakı əlaqə ondan ibarətdir ki, “bilik” də bir şeylərin “toplanması, yığını”dır. Biz, bu ayənin tərcüməsində urfən sözünün həm vazı’ [ilk], həm də istimal [yayğın işlədilən] mənalarının birləşdırilməsini məsləhət bilirik. Bu durumda ayənin tərcüməsi bu şəkildə olır: “Bilik yığını [bilik dəstələri/bilik topaları/nəcmnəcm] halında göndərilmiş Quran ayələrinə and olsun ki,…”

Urfvə cəmi olan [اعراف əraf] sözləri haqqında daha geniş izah Əraf surəsinin təhlilində ediləcəkdir.

Asifat: العاصفات [‘asıfat] sözü, عصف [‘asf] kökündən törəmiş bir ism–i faildir. Asfsözü, Fil surəsinin təhlilində də qeyd edildiyi kimi, “bitkilərin quru yarpağı” deməkdir. Bitkilərin quru yarpaqlarının rüzgar təsiriylə sovrulması Ərəbcə bu sözlə ifadə edilir. Daha sonra, bitkilərin quru yarpaqlarını, samanı, tozu torpağı sovuran qüvvətli rüzgara [fırtınaya] da asıf, asıfat deyilmiş və Ərəbcədə sürətlə gedən dəvə üçün işlədilən nakatün ‘asuf [fırtına kimi dəvə] deyimi də sözün bu mənasına uyğun olaraq törədilmişdir.[6]

Bir şeyin olduqca sürətlə olduğu və ya sürətlə gerçəkləşdirildiyi, dilimizdə də “fırtına kimi” deyimiylə ifadə edilir.

Asıfatsözü, işlədildiyi qəlib etibariylə, ayədə “fırtına qoparanlar, qarşısına çıxan keçici şeyləri önünə qatıb sürükləyib gedənlər, kökündən söküb atanlar, silib süpürənlər, əsib sovuranlar” mənasındadır. Söz, Yunis/22, İbrahim/18 və Ənbiya/81–də də “fırtına” mənasıyla yer almışdır.

Normal olaraq, fiziki bir fırtınanı ifadə edən söz, içində yerləşdiyi cümləni [ayəni], ف [fe] ədatı ilə bir öncəki ayəyə bağladığına görə, 1–ci ayə ilə birlikdə düşünülməlidir.

Yəni, 1–ci ayədə bəhs edilən “topa–topa, dəstə–dəstə, yığın–yığın göndərilmiş olanlar”, fırtına qoparmışlar və ortalığı silib süpürmüşlərdir. Bu halda eyni kökdən törəmiş rəsul [elçi] sözü kimi, mürsəlat sözü də “elçi” mənasına gəlir. Bu elçinin “Quran ayələri” olduğu barəsindəki Qurana əsaslanan görüşlərimizə istinad edərsək, həqiqətən də topa–topa gəlmiş, göndərilmiş Quran ayələrinin cəmiyyətdə fırtınalar qopardığını, şirk, küfr və batil olaraq ortada keçici nə varsa hamısını silib süpürdüyünü, kökündən söküb atdığını söyləmək olar. Çünki Quran ilə haqq gəlmiş, batil zail olmuşdur, işıq gəlmiş, qaranlıq yox olmuşdur.

Naşirat: النّاشرات [naşirat] sözü, نشر[nəşr] sözündən törəmişdir. Nəşr sözü daha çox “yaymaq” mənasıyla məşhur olmaqla bərabər, bununla yanaşı “açmaq, açığa çıxarmaq, kəsmək” mənalarıyla da işlədilmişdir. Belə ki, dilimizdə də “nəşriyyat” [qəzet, kitab, jurnal kimi yayınlar] və “nəşr etmək” [yayınlamaq] kimi kəlmələr, sözün “yaymaq” mənasına uyğun olaraq işlədilir.

Nəşr sözünün əsas [vəzi] mənası isə, “gözəl qoxu” deməkdir ki, qədim Ərəbcədə bunun bir çox örnəyi vardır.[7]

Sözün əsas mənası “gözəl qoxu” ilə, yayğın olaraq işlədilən mənası “yaymaq” arasındakı əlaqə ondan ibarətdir ki, (urfsözündə olduğu kimi,) gözəl qoxu bir mərkəzdən çıxıb ətrafa yayılır.

Elə sözün bu, “mərkəzdən ətrafa yayılma” mənası, quru otların yağış səbəbiylə yaşıllaşması və böyüyüb yayılmasının da nəşr sözüylə ifadə edilməsinə yol açmışdır. Nəşr sözü Quranda da bu məna istiqamətində, “ölmüş adamların canlanıb həyat tapması və olduğu yerdən sağa–sola yayılması”, yəni “ölmüş, çürümüş, yox olub getmiş insanlara həyat vermə” mənasında işlədilmişdir:

  • 11Və O Allah ki, suyu göydən bəlli bir ölçü ilə endirdi. Sonra Biz, onunla ölü bir diyarı canlandırdıq. Bax budur, siz, belə çıxarılacaqsınız. (Zühruf/11)
  • 21sonra onu öldürdü, qəbrə qoydurdu, 22sonra dilədiyi zaman dirildib ortaya çıxardı. (Əbəsə/21,22)
  • 21Yoxsa onlar, yer üzündən bəzi ilahlar qəbul etdilər və onlar, özlərinimi canlan­dı­ra­caq­lar/dirildəcəklər? (Ənbiya/21)
  • 9Və Allah, rüzgarları göndərəndir. Sonra onlar da bir buludu hərəkətə keçirib yuxarılara qaldırır. Deyərkən Biz, o buludu ölmüş bir bölgəyə sürüb göndərmişdik. Beləlıklə, yer üzünə ölümündən sonra onunla həyat veririk. Bax budur, belədir ölmüş/çürümüş insanlara həyat vermək. (Fatir/9)

Bundan başqa Mülk/15,  Furqan/3,  Furqan/40 ayələrinə də baxmaq olar.

Fəriqət: الفارقات [fəriqət] sözü, “iki şeyi bir–birindən ayırmaq” mənasındakı فرق [fərq] məsdərindən törəmiş olub, təfriq sözü ilə eyni mənadadır. Ancaq, fəriqət sözü, maqulat [mücərrəd şeylər] üçün, təfriq sözü isə məxsusat [konkret şeylər] üçün işlədilir. Buna görə də fəriqət sözü, “mücərrəd şeyləri bir–birindən ayıranlar” deməkdır. [8]

Yenə, fərq kökündən törəmiş və bu mənaya gələn bir söz daha vardır ki, eyni zamanda Quranın da adıdır. Bu söz Furqandır. Bəqərə/53 və Ənbiya/48–də Musa Peyğəmbərə də verildiyi ifadə edilən Furqan, mücərrəd şeylər olan haqq ilə batili, iman ilə küfrü, gözəl ilə çirkini, yaxşı ilə pisi… bir–birindən ayırdığı üçün, Qurana da ad olaraq verilmişdir:

  • 1Aləmlərə xəbərdar edən olsun deyə, quluna–qullarına Furqanı endirən nə səxavətlidir– nə bol–bol nemət verəndir!
  • 2Furqanı endirən, göylərin və yerin hökmranlığı Özünün olan, özünə heç bir övlad götürməyən, hökmranlıqda ortağı olmayan və hər şeyi əmələ gətirib sonra da onları bir ölçüyə görə nizamlayandır. (Furqan/1,2)
  • 185Quran, bir bələdçi olaraq və bu bələdçiliyi/yol göstərməyi furqan–açıq dəlillərlə aydınladan və ayırd edən olaraq, Ramazan ayında endirilmişdi Buna görə də sizdən hər kim bu aya şahid olursa dərhal onda oruc tutsun. Kim də xəstə və ya səfər–əkinçilik, ticarət, əskərlik, təhsil–təlim kimi gediş gəlişli–hərəkətli bir iş üzərində isə digər günlərdən sayı qədərdir. Allah, sizə asanlıq dilər, sizə çətinlik diləməz. Bu asanlıq, Allahın qoruması altına girməyiniz və sayı tamamlamağınız, sizə yol göstərdiyi üçün Allahının ululuğunu bilməyiniz və Allahın verdiyi nemətlərin qarşılığını ödəməyiniz üçündür. (Bəqərə/185)
  • 2Allah, Özündən başqa tanrı deyə bir şey olmayandır, hər zaman diridir, qəyyumdur [hər şeyin fəaliyyətini təmin edəndır, qoruyandır].
  • 3,4Allah, sənə, sadəcə içindəki mövzuları doğrulayıcı olaraq bu kitabı haqq ilə endirdi. O, daha öncə insanlara doğru yol bələdçisi olaraq Tövratı və İncili də endirmişdi. Furqanı da O endirdi. Şübhəsiz kafirlərAllahın ayələrini bilərək rədd edən bu kimsələr, çətin bir əzab özləri üçün olanlardır. Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarları yaxalayıb cəzalandırmaqla, ədaləti təmin edəndir. (Al–i İmran/2–4)

Yuxarıdakı ayələrlə mövzu öz–özünə aydın olur: Dolayısıyla Mürsəlat surəsində, Ayırdıqca ayıranlar [fəriqət] ifadəsi ilə qəsd edilənlər, “Quran ayələri”dir. Çünki Quran ayələri haqq ilə batili, iman ilə küfrü, halal ilə haramı bir–birindən ayırır.

Mülkiyyət: الملقيات [mülkiyyət] sözü, “buraxmaq, yerə qoymaq, tərk etmək” mənalarına gələn إلقاء [ilka] məsdərinin ism–i failidir. Fərqli qəliblərdəki törəmələri Quranda bir çox dəfə işlədilmişdir.

Bununla birlikdə “ilka” sözünün Quranda “içə buraxma, zehnə yaxşıca yerləşdirmə” mənasında da işlədildiyi görünür:

  • 15O, dərəcələri yüksəldəndir, ən böyük taxtınn yüksək mövqeyin sahibidir: O, görüşmə günü haqqında xəbərdar etmək üçün Öz əmrindənz işindən olan vəhyi qullarından dilədiyinə buraxır. (Mömin/15)
  • 6Şübhəsiz, bu Quran isə sənə qaydalar qoyan və ən yaxşı bilən Allah tə­rə­fın­dən sə­nin içinə işlədilir.                                                                (Nəml/6)
  • 37–39Sonra da Adəm, Rəbbindən bəzi kəlmələr aldı/özünə vəhy edildi: –Biz dedik ki: “Hamınız oradan enin. Artıq sizə mənim tərəfimdən bir bələdçi gəldiyində, kim bələdçimə uysa, onlar üçün heç bir qorxu yoxdur, onlar məhzun da olmayacaqlar. Və küfr etmiş–Allahın ilahlığını, rəbbliyini bilərək rədd etmiş və ayələrimizi yalan saymış kimsələr, bax budur, onlar, atəşin əshabıdır. Onlar, orada əbədi qalacaqlar. Sonra da Allah, onun tövbəsini qəbul etdi. Qəti olaraq O, tövbələri çoxca qəbul edənin, çox tövbə fürsəti verənin, çox mərhəmətli olanın tam özüdür.                                                                                    (Bəqərə/37–39)

Bu halda, الملقيات [mülkiyyət] sözünün mövzumuz olan ayədə də konkret olaraq “zehnə yaxşıca yerləşdirənlər” mənasında işlədildiyini söyləmək mümkündür. Əslində isə bu xüsusiyyət də yenə Quran ayələrinə xas bir xüsusiyyətdir.

Zikr: ذكر [zikr] sözünün, “anmaq, xatirində tutmaq, din kitabı [öyüd kitabı] və öyüd” mənalarında işlədildiyi hər kəs tərəfindən bilinir.

5–ci ayədəki zikr sözünün, “öyüd” mənasına gəldiyi, Ərəbcə dilçilik qaydalarına görə 6–cı ayədə özündən bədəl mövzusunda olan عذرا , نذرا [uzran, nüzran] ifadəsindən də anlaşılır. Belə ki, 6–cı ayədə, bəhanə hazırlayacağı, üzrlü qıldıracağı [uzran] və xəbərdarlıq edəcəyi [nüzran] bildirilən təsiri, 5–ci ayədə bildirilən zikr edir. Bu da zikr–in ancaq “öyüd” olması halında mümkündür. Başqa sözlə desək, insanı, keçmişdəki xətalarına tövbə etdirməyə yönəldən və gələcəyə yönəlik olaraq ona xəbərdarlıq edən zikr, ancaq “öyüd” olaraq mənalandırıla bilir. Nəzərə alınan öyüdlərin qətiliklə insanı bu iki hərəkəti etməyə sövq etdiyi düşünülərsə, 5–ci ayədəki zikr‘in “öyüd” olaraq anlaşılmalı olduğu daha da yaxşı anlaşılır.

Quranın (topa–topa, dəstə–dəstə göndərilmiş bütün ayələrinin) zikr [öyüd] olduğu Quranda yüzlərlə ayədə bildirildiyinə görə, öyüdləri zehnə yaxşıca yerləşdirənlər–in də yenə “Quran ayələri” olduğu konkretləşir.

Xəbərdarlıq:

Allah, Quranı tam 55 xüsusiyyətlə tanıdır. Yuxarıda sayılan özəlliklərin hamısı da, “Rəsul, Furqan, Ruh, Nur, Zikr, Mübin” kimi Quranın vəsflərindəndir. Ayələri möcüzə edən bu özəlliklər, bəşər qurğusu olmayıb, Allah tərəfindən lütf edilmişdir. Həmçinin bu özəlliklərdən heç biri Allahın kitabından başqa digər kitablarda mövcud deyildir.

Surənin 1–7–ci ayələrinin əmələ gətirdiyi and cümləsində Quranın bu özəlliklərindən bir qismi vurğulanmış və onu endirən Gücün [Allahın], təhdid edici ayələrlə bildirilən qiyamət gününü də mütləq gerçəkləşdırəcəyi ifadə edilmişdir. Beləliklə Quran, qiyamət və axirətin gerçəkləşəcəyinə dair bir dəlil olaraq göstərilmişdir.

Unudulmamalıdır ki, Qurandakı möcüzə dağlarda, daşlarda, mələklərdə, rüzgarlarda hətta Peyğəmbərlərdə olan möcüzələrdən daha ucadır. Həm də elə bir möcüzədir ki, hər an əl altında və göz önündə olmasına rəğmən, qiyamətə qədər möcüzələri tükənməyəcək bir kitabdır.

8Bax o ulduzlar silindiyi/ləğv edildiyi/uzaqlaşdırıldığı zaman, 9göy aralandığı za­man, 10Dağlar sovrulduğu zaman, 11–13şahidlik edəcək elçilər, şahidlik üçün göz­lə­dil­dikləriAyırd etmə günü”/şahidlik vaxtı müəyyən olunduğu zaman, –14Ayırd et­mə günü”nün nə olduğunu sənə nə bildirdi!– 15o gün, yalan sayanların vay halına!

Qiyamət günündə kainatin vəziyyətini anladan bu və buna bənzər səhnələr Quranın müxtəlif surələrində dilə gətirilmişdir. Bütün bu səhnələrdəki ortaq görüntü budur: O gün kainatin nizamı pozulacaq və bu nizamsızlıqla yanaşı, qorxunc gurultular, partlayışlar və sarsıntılar da baş verəcəkdir. Ancaq, dəhşət verən bu hadisələr, insanların əvvəldən bəri bildiyi ildırım, zəlzələ, vulkanik partlama kimi kiçik ölçülü, təbii hadisələrə heç bənzəməyəcək, dünyadakı heç bir hadisə ilə müqayisə edilə bilməyəcək şiddətdə və böyüklükdə olacaqdır. Dolayısıyla o günkü dəhşəti insanın təsəvvür etməsi mümkün deyildir. Bu gerçəyə rəğmən, qiyamət anlatmalarının müxtəlif səhnələrlə təkrarlanması, bu hadisənin gerçəkləşəcəyini insanların ağlına sığdırmaq, qəbul etdirmək məqsədini güdür.

O ulduzlar silindiyi/ləğv edildiyi/uzaqlaşdırıldığı zaman,

Ayədə keçən, طمست [tumisət] sözü, طمس [tams] məsdərindən törəmiş “fel–i mazi, bina–i məchul, müfrəd, müənnəs” bir sözdür.

Tams sözü kök olaraq “silmək, ortada iz buraxmamaq, ləğv etmək, uzaqlaşdırmaq” mənalarına gəlir. Belə ki, Ərəbcədə gözləri görməyənə, “gözləri silinmiş, gözləri ləğv olmuş, gözləri özündən uzaqlaşdırılmış” mənasında البصر طموس [tamusulbasar], qəlbi qəlblikdən çıxmış, fəsada uğramışlara da “qəlbi silinmiş, qəlbi ləğv olmuş, qəlbi özündən uzaqlaşdırılmış” mənasında ال قلب طموس [tamusulqəlb] deyilir.[9]

Tams sözünün törəmələrini bu ayələrdə də görmək olar: Ya–Sin/66, mər/37, Nisa/47, Yunis/88.

Çox yaxın bir tarixdə təsbit edilmişdir ki, işıq qaynağı olaraq bilinən ulduzlar, əslində enerjilərinin tükənməsiylə sönə bilən, silinən bir quruluşdadırlar. Ulduzların sonsuzadək işıqlancağının sanıldığı bir dövrdə, işıqlarının söndürülməsi, silinməsi surətiylə varlıqlarının sona çatacağının Quran tərəfindən dilə gətirilmiş olması böyük bir möcüzədir.

göy aralandığı zaman,

Ayədə keçən, فرجت [furicət] sözü, “iki şey arasındakı aralıq” demək olan الفرج [fərc] sözündən törəmişdir. Bu söz əsasən “yarmaq” mənasındakı فجر [fəcr] sözü ilə qarışdırılır. Bu qarışdırmanın bir nəticəsi olaraq, dişi canlıların törəmə orqanlarına فروج, فرج [fərc, füruc] deyilməsinin bu orqanların yarıq olmasından irəli gəldiyi zənn edilir. Halbuki səbəb bu orqanların yarıq olmaları deyil, iki ayağın arasında yerləşmələridir.[10]

Beləliklə, yuxarıdakı ayə, “göyün yarılması”nı deyil, “aralanması”nı ifadə edir. Ancaq “göyün aralanması” ilə nəyin qəsd edildiyini bilmək, bu gün üçün mümkün deyildir, bəlkə qiyamətə qədər da mümkün olmayacaqdır. Bir təxmin olaraq, dünya ilə atmosfer arasında bir boşluq əmələ gələcəyi və buna görə də dünyanın, günəşin cazibə sahəsindən çıxacağı msənaına gəldiyi söylənə bilər.

dağlar sovrulduğu zaman,

Bu ifadəylə indiki kainat nizamının pozulacağı, yəni ulduzların uzaqlaşacağı, sönəcəyi, ləğv olacağı və göyün aralanacağı o gün bir başqa hadisənin daha gerçəkləşəcəyi bildirilir.

Bildirilən bu hadisə odur ki, dağların ovalanıb havada uçuşan toza dönəcəklər. 8–10–cu ayələrdəki anladılanlar İnfitar, Təkvir, Müzzəmmil, Ta–Ha, Furqan, İnşikak, Vaqeə, Nəbə, Zilzal kimi başqa surələrdə də təkrarlanmış və hadisənin ciddiyyəti vurğulanmışdır.

13şahidlik edəcək elçilər, şahidlik üçün göz­lə­dil­dikləri “Ayırd etmə günü”/şahidlik vaxtı müəyyən olunduğu zaman,

Yevmü’l–Fasl: يوم [yevm] və الفصل [əl–fasl] sözlərindən ibarət olan bu ifadə, “ayırd etmə günü” mənasına gələn bir isim tamamlığıdır. əl–Yevm, Ərəbcədə “gün” deməkdir. Sözün “yevmiyə” [gündəlik] kimi bəzi törəmələri də işlədilir.

əl–Fasl sözü isə isim olaraq “iki şey arasındakı məsafə”, fel olaraq da “iki şey arasına məsafə qoymaq, bitişik hala gəlmiş iki ayrı şeyi bir–birindən ayırmaq” mənalarına gəlir. əl–Fasl sözünün fel mənası “bir bütünü yarmaq, ikiyə ayırmaq” demək olan şaqq sözü ilə qarışdırılmamalıdır. Çünki qiyamət günündə bir bütün ikiyə ayrılmayacaq, əslində bir–birindən ayrı olan şeylərin ayrılması həyata keçiriləcəkdir. Yəni, o gün, haqq ilə batil, mömin ilə kafir bir–birindən ayrılacaqdır.

Qiyamət gününə, Yevmü’l–Fasl [ayırd etmə günü] deyilməsinin səbəbi budur. Bəzilərinin, “qərar günü”, “hökm günü” olaraq çevirdikləri bu ifadənin izahsız olaraq söz mənasıyla çevrilməsi, bizə görə ən uyğun olanıdır. 13–cü ayədən başqa eyni surənin 38–ci ayəsində də qarşımıza çıxacaq olan Yevmə’l–Fasl [ayırma günü] ifadəsi, müxtəlif fərqlərlə, başqa ayələrdə də təkrarlanmışdır:

  • 19,20Artıq o çətin bir qışqırıqdan ibarətdir. Bir də baxarsan ki, onlar qarşıda dururlar. Və “Eyvah bizlərə! Bax budur, bu, Din Günüdür!” deyərlər.
  • 21Bax budur, bu, sizin yalan saydığınız Ayırd etmə Günüdür!”
  • 22,23Toplayın o şərik qoşaraq yanlış–öz zərərlərinə iş edənləri, zövcələrini və Allahın yaratdığı sərvətlərdən tapındıqları şeyləri. Sonra da onları cəhənnəmin yoluna bələdçiləyin. 24,25Və durdurun onları, şübhəsiz, onlar sorğusuala çəkiləcəklər: “Nə oldu sizlərə ki, niyə yardımlaşmırsınız?” (Saffat/19–23)
  • 40Şübhəsiz ki, Ayırma Günü onların hamısının görüşmə yeridir/qərarlaşdırılmış görüşmə vaxtıdır.
  • 41,42O gün Allahın mərhəmət etdiyi kimsələr istisna olmaqla, heç bir yaxının yaxına heç bir şəkildə faydası olmaz. Onlar yardım da olunmazlar. Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin tam özüdür.                                    (Duhan/40–42)
  • 17Şübhəsiz Ayırma günü qərarlaşdırılmış bir görüşmə vaxtı olmuşdur.
  • 18O gün Sura üflənər, siz də dərhal dəstələr halında gələrsiniz. (Nəbə/17–18)

11–12–ci ayələrdə, bu dəhşət verən səhnələrlə yanaşı, bambaşqa bir hadisə haqqında daha bəhs edilmişdir. Bu hadisə, uzun insanlıq tarixi boyunca insanlara təbliğ etmiş olan Peyğəmbərlərin məhşər xalqına təşhiridir. “Ayırma Günü”, eyni zamanda əsaslı bir görüşmə günü olaraq müəyyən edilmiş və bütün Peyğəmbərlərə o gün üçün görüş verilmişdir.

Bu görüşmədə Peyğəmbərlər, dağlardan, yer üzündən, göylərdən daha ağır gələn o böyük mövzu ilə [hesab vermə mövzusu ilə] əlaqədar son hesabatlarını təqdim edəcəklər:

  • 6And olsun, özlərinə elçi göndərilmiş olanları da sorğusuala çəkəcəyik, and olsun, göndərilən elçiləri də sorğusuala çəkəcəyik.
  • 7Və and olsun, onlara, bir bilik ilə anladacağıq–çünki Biz uzaqda olanlar deyildik.
  • 8Və çəki, o gün haqdır. Kimin tərəziləri–çəkiləri ağır gələrsə, Bax budur, onlar qurtaranlardır.
  • 9Və kimin tərəziləri–çəkiləri yüngül qalarsa, bax budur, onlar ayələrimizə qarşı zalımlıq etdikləri üçün özlərini ziyana salan kəslərdir.                                    (Əraf/6–9)

Yuxarıdakı ayələrin ifadə şəklindən, son dərəcə önəmli bir hadisədən söz edildiyi anlaşılır. Artıq ulduzların sönməsi, göyün parçalanması, dağların ovalanıb toz kimi uçuşması ilə yaşanan dəhşət geridə qalmış, lakin indi hər kəsi o dəhşətin saldığı qorxudan daha böyük bir qorxu bürümüşdür: Hesab vermə qorxusu

Hesab vermə zamanının gəldiyini vurğulayan xəbərdarlıq sarsıdıcıdır:

Elçilər, vaxtları çatdığı zaman,

Allahın həşr meydanında [Öz hüzurunda] bütün insanları toplayacağı və hər qövmün Peyğəmbərini də şahid olaraq çağıracağı, Quranda bir çox yerdə bildirilmişdir.

Azğınlar və günahkarlar, Allahın özlərinə nəyi çatdırdığının şahidi və dəlili olaraq qarşılarında Peyğəmbərləri görəcəklər və beləcə azğınlığa düşmə səbəbinin özləri olduğu aşkar olacaqdır:

  • 69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz. (Zümər/69)
  • 41Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də bax budur, onların üzərinə bir şahid olaraq gətirdiyimiz zaman bax necə olur?                                      (Nisa/41)

Ayırd etmə gününün nə olduğunu sənə nə bildirdi!

Bu ifadə tərzi, xatırlanacağı kimi, insanın ağlının yetmədiyi, hövsələsinin ala bilmədiyi, zehni qabiliyyətlərinin ölçülərini aşan mövzularda işlədilir. Eyni ifadənin burada Yevmü’lFasl [ayırd etmə günü] üçün işlədilməsi, o gündə meydana çıxacaq dəhşətin, insan zehnini aşan xüsusiyyətdə olduğunu anladır, yəni insanlara, “Siz dünyada hansı sıxıntını görmüş, yaşamış, düşünmüş olursunuz olun, onların heç biri “Ayırd Etmə Günü”ndəki qədər müdhiş deyildir, ona görə ağlınızı başınıza alın!” deyilir.

Arxasından da bu xəbərdarlıq edilir:

O gün, yalan sayanların vay halına!

Rəbbimizin xəbərdarlıq və təşviq məqsədli bu ismarıcı bu surədə tam on dəfə təkrarlanmışdır. İstər axirət halları ilə əlaqədar açıqlamaların və istərsə də dünya ilə əlaqədar xatırlatmaların edildiyi cümlələrin sonunda həmişə bu ifadə işlədilmişdir. Təkrarlanan bu xəbərdarlıq ifadəsi həmişə eyni sözlərdən meydana gəlmiş olsa belə, yalan sayanların yalan saydıqları ifadə edilən şeylər hər bölmədə fərqlidir.

Məsələn, bu ifadənin surədəki ilk keçdiyində, “Yevmü’l–Fasl”ın [ayırd etmə gününün], ikinci dəfə keçdiyində “günahkarlara ediləcək əzabın”, üçüncü dəfə keçdiyində “Allahın elminin və gücünün”, dördüncü dəfə keçdiyində isə “insanoğlunun möhtac və məhdud bir gücə sahib olduğunun, ilahi qüdrətin isə hər şeyi bürüdüyünün” yalanlandığı ifadə edilmişdir. Əslində ifadənin hər dəfə təkrarlanmasıyla fərqli bir mövzu vurğulandığından, ifadənin təkrarlandığını söyləmək heç də uyğun deyildir. “Vay halına!” şəklində çevrilən ويل [veyl] sözü ilə əlaqədar məqam Hüməzə surəsində verildiyi üçün burada təkrar etməyə ehtiyac duymuruq.

16Biz, öncəkiləri dəyişikliyə, yıxıma məruz qoymadıqmı?

17Sonra geridəkiləri də onların arxasına taxarıq. 18Biz, günahkarlara, bax, belə edə­rik. 19O gün yalan sayanların vay halına!

Bu ayə qrupunda da yenə Rəbbimizin insanlara tətbiq etdiyi təlim qaydalarından biri olan “nümunə vermə” qaydası görünür. Surənin buraya qədərki bölümündə, qiyamətə inanmayanlara dəlil olaraq Quran göstərilmiş və buna rəğmən “Ayırma Günü”nü inkar edənlər, Yalan sayanların vay halına! ifadəsi ilə təhdid edilmişdi.

Bu bölmədə isə yalan sayanlara, tarixdə özləri kimi olanların başlarına gələn pis son xatırladılır. Bu xatırlatma, Biz, öncəkiləri həlak etmədikmi? ifadəsi ilə keçmişdəki konkret nümunələr üstüörtülü xatırladılaraq edilmişdir.

Rəbbimizin gerçək hadisələri tez–tez gözümüzün önünə sərməsindəki məqsəd, başqa bir ayədə belə açıqlanmışdır:

  • 42Həmçinin siz, vadinin yaxın bir yamacında idiniz, onlar da uzaq yamacında idilər. Karvan da sizdən daha aşağıda idi. Lakin onlarla sözləşmiş olsaydınız da, görüşmə yerində qətiliklə anlaşılmazlıq çıxarırdınız. Lakin, olması gərəkən işi Allahın ger­çək­ləşdirməsi üçün–dəyişimə/yıxıma uğrayan açıq–aşkar bir dəlil gördükdən sonra yıxıma uğrasın, sağ qalanlar da yenə açıq–aşkar bir dəlildən sonra yaşasın deyə… Şüb­həsiz Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir. (Ənfal/42)

Tarixdən dərs çıxarmaq barəsində ciddi xəbərdarlıqlar edən Rəbbimiz, Quranın bir bölməsini hekayətlərə ayırmaqla, bizlərə zəngin bir ibrət qaynağı lütf etmişdir.

Keçmiş qövmlərin həlak edilmələrinə səbəb olan davranışların anladıldığı yüzlərcə ayədən bir bölümü, bundan öncəki surələrin eyni mövzuyla əlaqədar bölmələrində oxuyucuya təqdim edilmişdi. Bu barədə, bu ayələrin yer aldığı bölmələrin də oxunmasında yarar görürük: Bəqərə/248; Al–i İmran/13, 49; Yunis/92, Hud/103, Yusif/111, Hicr/77, Nəhl/11, 13, 65, 67, 69, Şüəra 8, 67, 103, 121, 139, 158, 174, 190, Nəml/52, Ənkəbud/15, 35, 44, Səba/9; Zəriyət/37, Qəmər/15.

Öz xətaları üzündən həlak edilən öncəkilərin [keçmiş cəmiyyətlərin] nümunə göstərilməsi mövzusu, Rəbbimizin çox çətin yaxalamağına “şahid” və “şahid olunan”ı dəlil göstərməsi kimi, Bürclər surəsində də keçmiş və orada keçmişin araşdırılmasının gərəkli olduğunu bildirən ayələr nümunə olaraq verilmişdi.

Bürclər surəsindəki həmin bölmənin təkrar oxunmasını məsləhət bilirik və inanırıq ki, Quranın öncəkilər sözü ilə ifadə etdiyi “keçmiş cəmiyyətlər”in başına gələnlər tarixi sənədlərdən, arxeoloji qalıntılardan araşdırılıb, öyrənildiyində görünəcəkdır ki, axirəti inkar edərək, bu dünyanı tək həyat zənn edən və əxlaqi dəyərlərini sadəcə bu dünyadakı ölçülərə və nəticələrə bağlayan bütün qövmlər istisnasız olaraq həlak edilmişdilər.

Sonra geridəkiləri də onların arxasına taxarıq/taxacağıq. Biz, günahkarlara, budur belə edərik.

Yəni, bu Bizim sünnətimizdir [qaydamızdır]. Axirəti inkar edənlər, eynilə həlaka uğramış keçmiş ümmətlər kimi, sonunda eyni fəlakətə uğramalarının qaçınılmaz olduğunu görəcəklər.

Bundan öncə heç bir qövm bu aqibətdən istisna edilməmişdir, irəlidə də edilməyəcəkdir

  • 40Ayələrimizi yalan sayan və onlara qarşı böyüklənən bu kimsələrə, Bax budur, on­la­ra göyün qapıları açılmayacaq və dəvə/kəndir iynənin dəliyindən keçmədikcə on­lar cən­nətə girməyəcəklər. Biz günahkarları bax budur, belə cəzalandırarıq. 41On­lar üçün cəhənnəmdən yataqlar, üstlərindən də örtüklər vardır. Və Biz, zalımları Bax bu­dur, belə cəzalandırarıq. (Əraf/40)
  • 84Və üzərlərinə bir yağmur yağdırdıq. Bax gör, günahkarların sonu necə oldu! (Əraf/84)
  • 69De ki: “Yer üzündə gəzib dolaşın və günahkarların sonlarının necə olduğuna bir baxın!”               (Nəml/69)
  • 34Şübhəsiz, Biz, günahkarlara belə edərik.               (Saffat/34)

Ayədəki “öncəkilər və sonrakılar”in kimliyi: Klassik qaynaqlar, öncəkilər təbiri ilə Ad və Səmud qövmlərinin, sonrakılar təbiri ilə də Lut, Şüeyb və Musa qövmlərinin [Firon və ordusunun] qəsd edildiyini irəli sürmüşdülər.

Fikrimizcə, öncəkilər, bu ayə enmədən öncəki dövrlərdə yaşamış olan Ad, Səmud, Lut və Şüeybin qövmlərini, Firon və yardımçılarını, Əshab–i Uhdud və Əshab–i Fil kimi qrupları, sonrakılar isə bu ayələr endikdən sonra yaşayacaq olan irəlidəki inkarçıları nəzərdə tutur. 17–ci ayədə bəhs edilən bəzi qiraət [oxunuş] fərqlilikləri də bizim irəli sürdüyümüz fikri dəstəkləyir.

20Biz sizi dəyərsiz bir sudan əmələ gətirmədikmi?

21,22Sonra onu müəyyən bir ölçüyə/vaxta qədər sağlam bir yerin içində tutduq. 23Deməli, Bizim gücümüz yetdi. Nə gözəl güc yetirənlərik Biz. 24O gün, yalan sayanların vay halına!

Bu bölmədə baxışlar öncəkilər ilə əlaqədar nümunələrdən Qiyamət surəsinin son bölməsində bəhs edilən mövzuya, yəni insanın özünə çevrilmiş və insanın yaradılışı Allahın varlığına və qiyamətə dəlil olaraq göstərilmişdir.

20Biz sizi dəyərsiz bir sudan yaratmadıqmı?

Ayədə keçən,  ماء مهين [main mehin] ifadəsi, “həqir, xor, az və zəif [dəyərsiz] bir su” demək olub, bununla erkəyin mənisi qəsd edilmişdır. Eyni ifadə bir başqa ayədə də keçir:

  • 8Sonra onun sülaləsini bir özdən, basbayağı bir sudan etmişdi 9Sonra onu düzəldib, bir formaya saldı və onu bilikləndirdi. Sizin üçün də qulaq, gözlər və könüllər var etdi. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz?                                    (Səcdə/8,9)

Ayədə qəsd edilən “məni” ilə insanın xam maddəsi “sperma” arasında olduqca maraqlı təzadlar mövcuddur. “Sperma”lar, içində üzdüyü “məni”nin sadəcə bir qismi olmaqla bərabər, məninin ən təməl maddəsidir. Yumurtanı dölləyən sperma isə, 300–400 milyon spermadan sadəcə biridir. Belə ki, bu tək sperma, həmcinsləri arasında ən sürətlə üzərək hədəfə ən erkən çatan spermadır. Demək olar ki, insanın yaradılışı, həqir bir su olaraq xarakterizə edilən “məni”nin, ölçü baxımından, heç əhəmiyyət verilməyəcək bir miqdarından, amma ən dəyərli olan əsasıdan olacaq şəkildə planlanmışdır.

Sonra onu bəlli bir ölçüyə/vaxta qədər sağlam bir yerin içində tutduq.

Qərarin məkin [sağlam yer]: Həqiqətən də Rəbbimiz planını elə qurmuşdur ki, hamiləlik reallaşdıqdan sonra doğuma qədər keçən müddət içində “ziqot” ilə başlayan proses, müxtəlif mərhələlərdə və müxtəlif bölgələrdə, amma özəl bir qoruma ilə davam edir:

Ana qarnındakı cənin çox həssas bir varlıqdır. Cənin əgər özəl bir qorunmaya sahib olmasaydı, isti, soyuq, şüa dəyişmələri, zərbələr, ananın ani hərəkətləri cəninə ya böyük bir zərər verə, ya da cənini öldürə bilərdi. Ananın qarnındakı üç bölgə cənini bütün bu ətraf təhlükələrdən qoruyur. Bu bölgələr bunlardır: a) Qarın divarı, b) Rəhim divarı, c) Amniyon kisəsi.

Quranın endiyi 7–ci əsrdə insanların amnion kisəsindən xəbərləri yoxduCənin bu üç təbəqənin qoruması altında qapqaranlıq bir məkanda yavaş–yavaş inkişafını davam etdirir.

Amniyon kisəsi təmiz, axa bilən bir maye ilə doludur. Bu maye sarsıntıları əmən qoruyucu bir yasdıq kimidir, təzyiqi tarazlayır, amniyon təbəqəsinin embriyona yapışmasına mane olur və cəninin rəhim içərisində rahatlıqla dönməsini təmin edir. Əğər cənin bu maye sayəsində rahatlıqla hərəkət edə bilməsəydi, bir ət kütləsi kimi yığılıb qalar, davamlı bir tərəfi üzərində aylarca durduğu üçün yaralar vücudunu bürüyər və bir çox fəsadlar ortaya çıxardı. Cəninin hər tərəfinin bərabər səviyyədə isinməsi də önəmlidir. Mayenin istiliyi bərabər paylaması sayəsində, bayırdakı istilik nə olursa olsun, cəninin hər yanı 31°C istiliyə sahibdir. Yaradıcımız hər mərhələdə, hər şeyi ən incə şəkildə tənzimləmiş, qaranlıqların içındə hər ehtiyacımızı qarşılamış, bədənimizi ətraf dünyanın bütün zərərlərindən qorumuşdur.”[11]

Müəyyən ölçü/vaxt: Buradakı, [معلوم قدرdərin məlum] ifadəsinin mənası, sadəcə insanların bildiyi müəyyən bir ölçü/vaxt deyildir, eyni zamanda “Allahın bildiyi bir ölçü/vaxt” mənasını da ehtiva edir. İnsanların hamiləliyə aid bilikləri məhduddur və heç kimsə bir uşağın ana qarnında neçə ay, neçə gün, neçə saat, neçə dəqiqə, neçə saniyə qalacağını, doğumun tam vaxtını və uşağın ana qarnında çatacağı ölçüləri bilə bilməz. Bu özəlliklər Allah tərəfindən təyin edilmişdir, yəni ölçülər Onun tərəfindən qoyulmuşdur.

23Deməli, Bizim gücümüz yetdi. Nə gözəl güc yetirənlərik Biz.

Bu ayə, qiraət fərqlilikləri nəzərə alındığında, Biz ona formaya saldıq, Biz nə gözəl formaya salanlarıqşəklində anlasılıb, çevrilə bilir. Mövzu başqa ayələrdə belə təfərrüatlandırılmışdır:

  • 12–16Və and olsun ki, Biz, insanı seçilmiş bir palçıqdan əmələ gətirdik. Sonra onu çox dayanıqlı bir qərargahda bir nütfə etdik. Sonra o nütfəni bir embriyon e Sonra o embriyonu bir ət parçasına çevirdik. Sonra o, bir ət parçasını sümüklər olaraq əmələ gətirdik. Sonunda o sümüklərə də bir ət geyindirdik. Sonra onu bir başqa yaradılışda yenidən qurduq. Bax budur, yaradanların ən gözəli Allah nə comərddir! Sonra şübhəsiz sizlər, bunların ardından qətiliklə öləcəksəniz. Sonra şübhəsiz siz, qiyamət günündə dirildiləcəksiniz.   (Möminlər/12–16)
  • 5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhəlisiniz, bilin ki, nə ol­du­ğu­nu­zu sizə göstərmək üçün, şübhəsiz Biz, sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən–qeyri müəyyən bir ət parçasından ya­ratmışıq. Və Biz, dilədiyimizi bəlli bir müddətə qədər Rəhimlərdə tutarıq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla ya­naşı kiminizə keçmişdə etdikləri və etməsi gərəkirkən etmədikləri bir–bir xa­tır­lat­dırılır/öldürülür. Kiminiz də öncəki biliyindən sonra, heç bir şey bilməmək üzrə, öm­rünün ən rəzil zamanına çatdırılır. Bir də yer üzünü görərsən ki, sönmüşdür–son­ra Biz, onun üzərinə su endirdiyimiz zaman hərəkətə kər, qabarar və hər gözəl t­dən bitkilər bitirə
  • 6Bax budur, bu, şübhəsiz ki, Allahın haqq olması, şübhəsiz, sadəcə Onun, ölüləri diriltməsi və şübhəsiz, sadəcə Onun hər şeyə ən yaxşı güc yetirən olması səbəbindəndir. (Həcc/5,6)

Yuxarıdakı ayələr, bu həyatdan sonrakı həyatın varlığına açıq bir dəlil təşkil edir. Etdiklərinin hesabını soruşmaq və qarşılığını vermək üçün insanı çox bəsit bir sudan yaradan gücün, onu yenidən yaratmasının çox asan olduğunu vurğulayan bu bölmə aşağıdakı mənası ehtiva edir:

“Ey kafirlər! Sizi heç yoxdan, bəsit bir sudan başlayaraq əhsən–i təqvim olaraq yaradan Allah, ölümünüzdən sonra sizi daha asan, daha zəhmətsiz yaratmağa qadirdir.”

24O gün, yalan sayanların vay halına!

Bu cümlənin ehtiva etdiyi təhdid ismarıcı, mövzuyla əlaqədar digər ayələrin də dəlalətiylə belə açıqlana bilir:–“İnsanların ölümlərindən sonra diriləcəklərinə dair göstərdiyimiz dəlil ortada dururkən, yəni onları torpaqdan, sonra nutfədən yaratdığımız gerçəyi hər kəs tərəfindən bilinirkən, onlar [kafirlər] ölümdən sonra dirilişi hələ də yalan sayırlar. Yalan saydıqları o müdhiş gün gəldiyində, o günün özləri üçün bir fəlakət günü olduğunu açıqca görəcəklər.”

25,26Yer üzünü dirilərə və ölülərə bir toplanma–tutulma yeri etmədikmi?

27Orada sapsağlam, yüksək dağlar əmələ gətirdik və sizə şirin sular içirdik. 28O gün, yalan sayanların vay halına!

20–24–cü ayələrdən ibarət olan bölmədə diqqətlər insanın öz quruluşuna, 25–28–ci ayələrdən ibarət olan bölmədə isə insanların üzərində yaşadığı yer üzünə çəkilmişdir.

İlk baxışda elə görünür ki, bu ayələr, sadəcə tarla ilə bağlı həyat sürən insanların həyatlarının nizamlanmasını və bu nizamın qüsursuzluğunu göstərməyə yönəlmişdir. Lakin, bu ayələr, eyni zamanda, bu günün bilikli insanları üçün də bir çox möcüzələr ehtiva edir. Çünki bu ayələr, Allahın bu planetdə insanın yaşaması üçün nizamladığı planını və yer üzünün bu həyatı mümkün hala gətirən şərtlərlə təmin edildiyini nümayiş edir.

25,26Yer üzünü dirilərə və ölülərə bir toplanma–tutulma yeri etmədikmi?

21–ci ayədə insanın dünyaya gəlmədən öncəki yurdunu [ana rəhmini]   قرار مكين [qarar məkin] [sağlam yer] olaraq xarakterizə edən Rəbbimiz, insanın doğulduqdan sonrakı həyatını sürdürdüyü ikinci yurdunu كفاة [kifat] sözü ilə xarakterizə etmişdir.

Kifat sözü, “kiçik çölmək, çanaq, tava, qazan” mənasındakı kift sözündən törəmişdir. Sözün məsdəri, “bir yerə bir şeylərin toplanması və orada tutulması” mənasına gəlir. Oğruların oğurladıqları malları saxladıqları, dağdakı mağaraya kafit deyilir. Mədinədəki “Bakiu’l–Ğardad” deyilən məzarlığa da ölülər dəfn edildiyi üçün kəftə deyilir. Kifat isə, “yer üzündə bir şeylərin toplanılıb qorunduğu yer” mənasındadır. [12]

Yer üzünün bu sözlə xarakterizə edilməsi, yenə Rəbbimizin şanına uyğun ifadələndirmələrindən birini ortaya qoyur. Çünki canlı və cansız bütün varlıqları üzərində yerləşdirən yer üzü, həm canlıların həyatlarını sürdürmələri baxımından hər cür şərtləri daşıyır, həm də onları yaşamlarından sonra da sinəsində mühafizə edir. Yəni, milyonlarla ildən bəri bitki, heyvan, insan kimi hər cür yaradılışı qucağında yaşadan, onların yaşam ehtiyaclarını qarşılayan, onlara xəzinələrindən sürəkli imkanlar təmin edən yer üzü, bütün bu yaradılışları yaşamlarından sonra da bağrında saxlaya bilir.

Yer üzündəki bu bənzərsiz nizam, bir tərəfdən Rəbbimizin bənzərsiz planlayıcılığını nümayiş etdirir, digər tərəfdən də axirətin mümkün və məqbul olduğunun başqa bir dəlilini təşkil edir.

25–26–cı ayələrlə əlaqədar olaraq Razinin aşağıdakı açıqlamaları da mənalıdır:

“Buna görə də sanki, “Biz yer üzünü, canlıları, cansızları bağrına basan olaraq, bu biçimdə yaratmadıqmı?” deyilmək istənmişdir. Yaxud da bu ifadələr, kifatən kəlməsinin dəlalət etdiyi nəkfitü [toplarıq, cəm edərik] feli ilə mənsubdurlar. Buna görə məna, “Biz sizləri, canlılar və ölülər olaraq bir araya toplarıq” şəklində olur. Bu halda da bu iki kəlmə, məful əvəzliyindən [nəkfitkum=sizi… toplarıq]dan hal şəklidir. Dilçilik baxımından ediləcək izah bundan ibarətdir.

Mənaya gəlincə, bu xüsusda bu izahlar edilə bilir:

1) Yer üzü, canlıları kürəyində [üzərində], ölüləri də qarnında [içində] bir araya gətirir. Buna görə məna, “Dirilər, evlərində otururlar, ölülər də qəbirlərinə gömülürlər” şəklində olur. Elə buna görə də Ərəblər yer üzünə, “ana” adını vermişlər. Çünki yer üzü, insanları bağrına basması nöqteyi nəzərindən, eynilə uşağını bağrına basıb onun işlərini öhdəsinə alan bir ana kimidir. İnsanlar yer üzündə bir araya gəlib, onun sinəsində birləşdikləri üçün, yer üzü də sanki o insanları bağrına basmış kimi olur.

2) Yer üzü, canlılardan ayrılan pis şeyləri özündə topladığı üçün canlıların kifat–ı, yəni yığıb toplayıcısı olaraq qəbul edilmişdır. Amma yer üzünün, insanlar onun üzərində olmaları halında, canlıları toplaması məsələsinə gəlincə, xeyr, buna kifat adı verilməz.

3) Yer üzü, insanın yemək–içmək kimi ehtiyacları barəsində özünə möhtac olduğu şeyləri əhatə edən bir mahal olduğu üçün “canlıların toplayıcısı” [kifat’ı] olaraq nəzərdə tutulmuşdur. Çünki bütün bunlar yerdən bitər. Zərərli şeyləri dəf etməyə əlverişli, məmur və dərli–toplu binalar da, yer üzündə və oradan inşa edilmişlər.

4) Ayədəki ahyaen və emvatən kəlmələrinin mənası yerlə əlaqədardir. Buna görə dirilər, yerin bitirdiyi şeylər, ölülər də bitirmədiyi şeylər olmuş olur.”[13]

27Orada sapasağlam–yüksək dağlar qıldıq və sizə şirin sular içirdik.

Bu ayədə həm dağlara, həm də həyatın davamı üçün gərəkli olan şirin suya diqqət çəkilmişdir. İnsanın yaşayacağı dünya mühiti ilə əlaqədar nizamlamalar başqa ayələrdə də dilə gətirilmişdir:

  • 15,16Və Allah sizə süfrə olması üçün yer üzünün içində sabit–sağlam dağlar, çaylar və siz, bələdçiləndiyinız doğru yolu tapasınız deyə yollar və daha necə əlamətlər buraxdı. Və Onlar ulduzlarla/Quran ayələrinin köməyi ilə yollarını tapırlar.                                                 (Nəhl/15, 16)
  • 6,7Biz yer üzünü bir beşik, dağları da bir dirək etmədikmi?          (Nəbə/6–7)
  • 27–33Yaradılışca sizmi daha çətinsiniz, yoxsa göymü? Göyü, Allah etdi–boyunu yüksəltdi, sonra da onu nizama saldı, gecəsini qaraltdı və işığın parlaqlığını çıxartdı. Və ondan sonra, sizin və heyvanlarınız üçün bir yararlanma olmaq üçün yer üzünü döşədi/yer üzündən suyunu və otlağını çıxardı, dağları da dəmirlədi/sağlam bir şəkildə yerləşdirdi.                     (Nəziət/27–33)
  • 33Və O, gecəni, gündüzü, günəşi və ayı əmələ gətirəndir. Hamısı bir orbitdə üzür.

(Ənbiya/33)

Doğruluqları elmi olaraq ancaq yaxın bir tarixdə anlaşılan bu özəllikləri 14 əsr öncəsindən bildirən bu ayələr, Quranın möcüzəliyini, mübahisəsiz bir şəkildə, ortaya qoyur.

İstər dağlar və özəllikləri, istərsə də şirin su, suyun ilk meydana gəlməsi və təbiətdəki dövrü ilə əlaqədar biliklər, elm və texnika kitablardan, özəlliklə də, Quran heç Tükənməyən Möcüzə adlı əsərdən tədqiq edilə bilər.

28O gün yalan sayanların vay halına!

Bu cümlə, bu bölmənin sonunda bu mənaya gəlir: “Onlar, Allahın qüdrət və hikmətinin işarətlərini gördükləri halda, bu gücün sahibinin axirəti gerçəkləşdirə biləcəyini ağıl və məntiq yolu ilə qəbul etmək əvəzinə, Allahın bu dünyadan sonra başqa bir həyat nizamı quracağını və o dünyada insanlardan hesab soruşacağını yalan sayır və inkar edirlər. Bu zənn ilə yaşamağa davam edənlər, sonunda bəhs edilən günlə qarşılaşdıqlarında, nə böyük bir axmaqlıq içinə düşdüklərini və özləri üçün nə böyük bir fəlakət hazırladıqlarını görəcəklər.”

29Özünü yalan saymaqda olduğunuz o şeyə doğru gedin! 30,31O üç qol–budaq sahibi, kölgələn­dir­məyən və alovdan qorumayan bir kölgəyə doğru gedin!

32Həqiqətən o, saray kimi qığılcımlar atar–yağdırar33sanki qığılcımlar sarı erkək dəvələr kimidir. 34O gün, yalan sayanların vay halına!

Məhşər aləmindən bir səhnənin canlandırıldığı bu bölmədə, qeybdən müxatibə [üçüncü şəxsdən ikinci şəxsə] dönülərək edilən “iltifat sənəti” ilə, o qədər dəlilə baxmayaraq inanmayıb, yalan sayan kimsələrə səslənilir və o gün başlarına gələcək olanlar özlərinə bu gündən bildirilir. Ancaq bu səsləniş, Təkvir/26–dakı, Hal belə ikən siz haraya gedirsiniz? xəbərdarlığı ilə müqayisədə şiddəti artırılmış bir xəbərdarlıq və təhdid ilə edilir və öncəki ayələr nəzərə alındığında, sanki belə deyilir:–“Sizə bu qədər ağıl və fikir verdik, öz bünövrənizdən və çevrənizdən qiyamətə dair yüzlərlə dəlil göstərdik, hələ bir də, bunların hamısından daha böyük Quranı endirdik, amma siz yenə də yalan saydınız. Bundan sonra sizə daha nə demək olar ki?”

Fərqli bir anlatma yolu ilə dramatizə edilən səhnə, qiyamət gününü və hər kəsin Allahın hüzurunda hazır olduğu anı canlandırır. Bu səhnədə Rəbbimizin direktivi ilə yalan sayanlara, O, özünü yalan saymaqda olduğunuz şeyə doğru gedin! O üç şöbə sahibi, kölgələndirməyən və alov deyilən, qorumayan bir kölgəyə (!) doğru gedin! – deyə səslənilir.

Bənzər bir direktivi bir başqa ayədə də görürük:

  • 28,29Və hamısını toplayacağımız, sonra da o ortaq qoşanlar üçün “Yerlərinizə! Siz və ortaqlarınız!” deyəcəyimiz gün, artıq tam yəqinliklə bilin ki, aralarını yaxşıca açacağıq və onların ortaqları, “Siz sadəcə Bizə tapınmırdınız ki! İndi bizim aramızda və sizin aranızda şahid olaraq Allah yetər. Biz sizin qullu­ğu­nuzdan tam yəqinliklə bilin ki, xəbərsiz idik/laqeyd idik” deyəcəklər. (Yunis/28, 29)

Diqqət edilirsə, 30–31–ci ayələrdən ibarət olan bölmənin ironiya ilə ifadə edildiyi dərhal görünə bilir. Çətin bir mühakimə müddəti bitmiş, bu müddətdəki məcburi qonaqlıq [həbs] sona çatmış və yalan sayanlara sərbəstcə gedə biləcəkləri söylənmişdir.

Ancaq, gediləcək istiqamətdə elə bir şey vardır ki, verilən hərəkət sərbəstliyi əslində həbsdən min betərdir. Çünki qarşıda duran şey, oraya getmək məcburiyyətində olanların yalan sayıb, durduqları şeydir: Üç şöbəli kölgə… Kölgələndirməyən və alovdan qorumayan bir kölgə… Boğucu, yandırıcı, qovurucu günəşdən daha betər bir kölgə… Əslində tam mənasıyla cəhənnəm… Belə qorxunc bir yerə, kölgə demək surətiylə edilmiş incə ironiyaya ədəbiyyatda “təhəqqüm sənəti” deyilir. Tahaqqüm, tarizin bir növü olub müxatibin oyanmasını təmin edən və Quranda çox işlədilən bir sənətdir. Bu sənətin bir örnəyini də, Onlara əzabı müjdələ ifadəsində görürük.

Yalan sayanların göndərildikləri yerə ona görə kölgə deyilir ki, kölgə məhşərdə bir nemətdir. 41–42–ci ayələrdə də görəcəyimiz kimi, orada kölgələr sadəcə inananların istifadəsinə təqdim ediləcəkdir:

  • 57Və iman edən və düzəltmək yönündə işlər edənləri, içində sonsuz olaraq qalmaq üçün, altlarından çaylar axan cənnətlərə qoyacağıq. Onlara orada tərtəmiz [kin güd­mə­yən, qısqanclıq duymayan] həyat yoldaşları vardır. Və onları, sıx bir kölgə­li­yə gir­dirəcəyik. (Nisa/57)
  • 35Allahın qoruması altına girmiş adamlara söz verilən cənnətin örnəyi belədir: Onun altından çaylar axar, nəsibliklərimeyvələri, rəngləri, dadları və kölgələri həmişəlik­dir. Bax budur, bu, Allahın qoruması altına girmiş adamların aqibətidir. KafirlərinAllahın ilahlığını və rəbbliyini bilərək rədd edənlərin aqibəti də atəşdir.                                              (Rad/35)
  • 55Həqiqətən cənnətin əshabı bu gün könlünü şənləndirən bir məşğulluq içindədirlər.
  • 56Özləri və özlərinə təqdim olunan müşayiətçi yoldaşlar, kölgələr içində, taxtlar üzərinə oturdulmuşlar.
  • 57Yalnızca onlara, orada meyvələr vardır. İstəyəcəkləri hər şey də onlarındır.

                                                                                                                        (Ya–Sin/55–57)

  • 27–34Və sağın dostları, nədir o sağın dostları! Onlar, tikansız gilaslar, meyvə düzülü bananlarakasiyalar, uzanmış kölgələr, fışqıran su, kəsilməyəntükənməyən və qadağan olunmayan bir çox meyvələr və yüksəldilmiş döşəklər içindədirlər.                                     (Vaqeə/27–34)

Ayədə kölgə–nin, üç qollu olaraq xarakterizə edilməsi barəsində çox müxtəlif izahlar edilmişdir. Biz qatılmasaq da, qədim izahlara nümunə olaraq Razinin, çağdaş izahlara nümunə olaraq da Elmalılı Hamdi Yazarın görüşlərini təqdim etməkdə yarar görürük:

Razinin görüşü: cəhənnəm alovu: Birinci Sifət: Cənabi Haqqın, üç qola ayrılmış ayəsinin ifadə etdiyi xüsus. Bu ifadənin izahı barəsində üç yol vardır:

1) Həsən əlBəsri belə demişdır: “Bu kölgənin nə olduğunu bilmirəm. Onun haqqında hər hansı bir şey eşitmədim.”

2) Bir cəmiyyət isə, “Üç qola ayrılmış ifadəsi ilə nəzərdə tutulan, o atəşin, həm altlarından, həm də üstlərindən gəlib onları hər tərəfdən əhatə etməsidir. Atəşin burada, kölgə olaraq adlandırılması, o atəşin onları bütün yönlərdən əhatə etməsi etibariylə bir məcazıdır. Bu, eynilə Cənabi Haqqın, Onların üstlərində atəşdən təbəqələr, altlarında da (atəşdən) təbəqələr vardır (Zümər/16) ayəsində olduğu kimidir. Allah Təala yenə, əzab onları həm üstlərindən, həm də altlarından bürümüşdür (Ənkəbud/55) buyurmuşdurdemişdir.

3) Katade isə belə demişdir: “Doğrusu budur: Bundan məqsəd, “duman” [duhan]dır. Bu məna, duman hərtərəfli özlərini əhatə etmiş (Kəhf/29) ayəsindən alınır. Atəşin divarları ilə qəsd edilən, “dumandır. Sonra, bu dumandan bir bölümü onun sağına, bir başqa bölümü də soluna; bir üçüncü bölü də üstünə keçər.”

Mən deyirəm ki: Bu, imkansız deyildir. Belə ki, qəzəb insanın sağından, şəhvət isə solundan gəlir. Qüvvə–i şeytaniyyə isə damağındadır. İnancı və əməlləri barəsində insandan südur edən afətlərin qaynağı ancaq üçdür. Bu üç qaynaqdan da, muxtəlif qaranlıq və zülmətlər meydana gəlmişdir. Yenə, burada üç dərəcənin mövcud olduğunun söylənilməsi də mümkündür: Bunlar hiss, xəyal və vəhimdir. Bunlar ruhun qüdsiyyət və paklıq aləminin nurlarıyla aydınlanmasına manedirlər. Bu üç mərtəbədən hər birinin, xüsusi bir qaranlıq və zülmaniliyi olur.

4) Bir cəmiyyət isə bunu söyləmişdir: –“Bu, bu dumanın çox böyük olduğunu anladan kinayə yollu bir anlatmadır. Belə ki, böyük duman kütləsi bir çox qol və budaqlara ayrılır.”

5) Əbu Müslim isə bunu söyləmişdır: –“Haqqında, Cənabi Haqqın bundan sonra buyurmuş olduğu ifadələrin deyilməsi mümkündür. Yəni, onun kölgələndirməməsi, alovlar qarşısında heç bir fayda verməməsi və sanki saraylar kimi olan qığılcımlar saçması…”

Alov deyilir, qorumaz: Üçüncü Sifət: Alov deyilir, lakin qorumaz ayəsinin ifadə etdiyi xüsus. Ərəbcədə, “ağnianna vechəkədeyilir ki, bunun mənası, “üzünü məndən uzaq tut, üzünü görməyim” şəklindədir. Çünki bir şeydən müstağni olan, ondan uzaqlaşır, eynilə o şeyə möhtac olanın ona yaxınlaşması kimi

Kəşşaf sahibi, bu kəlmənin yerə/məkana məxsus olduğunun, təqdirinin isə “atəşin alovu qarşısında onlara heç bir fayda verməyən” şəklində olduğunu söyləmişdir.

Kəfval isə belə demişdir: “Bu, bu iki mənada mümkün ola bilər: A) Bu kölgə ancaq cəhənnəmdə olur. Bu səbəblə də onları orada cəhənnəmin hərarətindən himayə etməz, onları onun alovlarından da qorumaz. Belə ki, Cənabi Haqq, Vaqeə surəsində kölgəni zikr etmiş və bir səmum, hamim və yəhmumdan bir zıll [kölgə] içində (Vaqeə/42–43) və nə sərin, nə də kərim (Vaqeə/44) buyurmuşdur. Bu, sanki onlar oraya girdiklərində cəhənnəmdə baş verir.

Daha sonra isə Cənabi Haqq, nə sərin, nə də kərim… (Vaqeə/44) buyurmuşdur. Bu ayədəki la zalilin ifadəsinin, la barid [sərin deyil] mənasında, və la yuğni minəlləhəb cümləsinin də, “kərim də deyilmənasında olması mümkündür. Yəni, “Onda, atəşin alovundan özünə qaçılıb da qadağan ediləcək bir fərqlilik yoxdurdeməkdır. B) Bunun meydana gətirilməsinin ancaq, onlar cəhənnəmə girmədən öncə, hətta onlar, hesaba çəkilmək və ərz olunmaq üçün həbs olunduqları zaman olmasıdır. O zaman onlara, “Bilin ki, bu kölgə, sizi nə günəşin hərarətindən qoruyar, nə də sizdən cəhənnəmin alovlarını uzaqlaşdırar” deyilir.

Ayədə bir üçüncü izah şəkli də vardır ki, bunu da Kutrub söyləmişdir. Buna görə, buradakı ləhəb kəlməsi, “susuzluq” mənasına gəlir. Belə ki, Ərəbcədə, ləhəbə ləhəbən [yaxşıca susadı], raculünləhbanu [çox susamış erkək] və imrəətün ləhba [çox susamış qadın] deyilir.[14]

Elmalılı Hamdi Yazarın görüşü:

Haydin, burala boşaldın, üç qollu bir kölgəyə gedin, yəni Allahın birliyini tanıyan tövhid əhli möminlərə məxsus tünd kölgədə, Ərşin kölgəsində nemət içində yaşamağa və kölgələnməyə sizin haqqınız yoxdur. Siz Ona inanmırdınız, şirkə, təslisə (üçləməyə) qail olurdunuz. İndi tövhid əhli möminlər Ərşin kölgəsində, o tünd kölgədə kölgələnirkən, siz inandığınız üç qollu kölgəyə sığının. Ataadan rəvayət edildiyinə görə bu üç qollu kölgə, “cəhənnəm dumanının kölgəsideyə təfsir olunmuş, bir çox müfəssir bu xitabı da əvvəlkinin bir izahı kimi qəbul edərək, bunu təqib etmişlər və demişlər ki: Cəhənnəm dumanı, üçbucaqlı şəkildə yüksələcək, kafirlər onu atəşn qoruyar zənn edərək ona doğru qaçacaqlar, amma onu ən pis bir halda görəcəklər. Bu surət bu zıll [kölgə], yalan saymaqda olduğunuz şeyin bir bəyanı demək olur. Lakin Əbu Hayyanın nəql etdiyi tərəfdən, İbni Abbas demişdir ki: “Bu xitab, xaça tapınanlara söylənəcəkdır. Möminlər Allah sayəsində Ərşin kölgəsində qorunacaq, onlara [xaça tapınanlara], “Məbudunuz olan xaçın kölgəsinə gedindeyiləcək. Çünki xaçın üç şöbəsi [qolu] vardır. Şuab, bir cisimdən ayrılan qollardır. Yəni, xaçın bir qolu, gövdəsi demək olduğundan şöbələriatalları] üçdür.

Demək ki, bir üç çatallı kölgə, Xristiyanlığın üçləmə əqidəsinin bir rəmzidir, xaç, onu təmsil edər. Xristiyanlıq bunu və axirəti yalan saymır, lakin ən böyük qurtuluşu bundan gözləyərək buna inanır. Buna görə də axirət, o ayrılış günü müsəlmanlar iman etmiş olduqları xalis tövhid kölgəsində kölgələnirlərkən, “bir–üç” deyə üç müqəddəs varlıq ilə üçləməyə inananlara, “Haydi bir üç qollu üçləmə kölgəsinə gedindeyiləcək. Lakin elə bir üç qollu kölgə nəyə yarar? Gölgələndirərmi? Əzabdan qorumaq üçün bir faydası ola bilərmi?[15]

Müəllifə görə, məsxərə mahiyyətində işlədilmiş olan ظلّ [kölgə] sözü, yuxarıda söylədiyimiz kimi, gerçək kölgəni deyil, cəhənnəmi, atəşi, əzabı simvolizə edir. شعبة [şöbə] sözü isə “ağac budağı, ağac çatalı” mənasından çox, “eyni işləri görən, eyni mərkəzə bağlı yığım” mənasına gəlir.[16]

Bizim fikrimizcə isə, bu, “cəhənnəm alovunun üç qola ayrılmış kölgəsi nədir?” sualına Əsr surəsində cavab verilir: Yalnız

  1. iman gətirib yaxşı əməllər edən,
  2. bir-birinə haqqı tövsiyə edən,
  3. səbri tövsiyə edən kimsələrdən başqa!

qalan bütün insanlar ziyan içindədirlər (əl-Əsr/1–3).

Deməli, insan, ancaq və ancaq üç şərtə əməl edərsə, cəhənnəmdən xilas ola bilər:

  • İmana gəlməlidir, eyni zamanda imanı təbliğ etməlidir;
  • ancaq haqqı deməli, yəni ədalətli olmalı və ədaləti tələb etməlidir;
  • Səbrli olmalı və səbri tövsiyə etməlidir.

Əks halda, cəhənnəmdə yanar və bu yanmağın tüstüsü də üç fərqli xarakterdə olar: imansızlıq, ədalətsizlik (zülm) və səbirsizlik.

Biz, 32–33–cü ayələrdəki sözlərin ifadə etdikləri mənaların “böyüklük” nisbətinə görə aşağıdakı kimi təvil edilə biləcəyi, Quran ilə əlaqədar çalışmalar edən başqalarının da başqa nisbətlərə görə buna bənzər təvillər edə biləcəkləri qənaətindəyik.

  1. Gerçəkdən o, saray kimi qığılcımlar atar [yağdırar].

Gerçəkdən o, qalın odunlar kimi qığılcımlar atar [yağdırar].

Gerçəkdən o, xurma kötükləri kimi qığılcımlar atar [yağdırar].

Gerçəkdən o, dəvələrin boynu kimi qığılcımlar atar [yağdırar].

Gerçəkdən o, atlar kimi qığılcımlar atar [yağdırar].

  1. Sanki o sarı erkək dəvələr kimidir.

Sanki o sarı kəndirlər kimidir.

Sanki o sarı mis kütlələri kimidir.

Sanki o sarı toplu maddələr kimidir.

Bir bənzərini Vaqeə/41–56–da gördüyümüz bu səhnələrin qorxusu ürəkləri doldurduğu anda, o bildiyimiz dəyərləndirmə cümləsi yenə qarşımızdadır: O gün yalan sayanların vay halına!

35Bu, onların danışmayacaqları gündür. 36Özlərinə izin də verilməz ki, üzr istəsinlər. 37O gün, yalan sayanların vay halına!

Bu bölmədə, üç qollu kölgəyə gedin təlimatı ilə qarşılarında duran cəhənnəmin maddi qorxularını yaşamağa başlayan yalan sayanların, təlimatdan dərhal sonrakı anları canlandırılmışdır. Təlimat, “Gedin!”, gedilməsi əmr edilən yer isə “atəş”dir. Atəşə necə gediləcəkdir? Görəsən ediləcək bir şey, söylənəcək bir söz, diləyəcək bir üzr ola bilərmi? Xeyr! Budur bu, çarəsizliyin gətirdiyi susqunluq anıdır. Bu an, insana dilini udduran bir qorxu anıdır.

Bilindiyi kimi yevm [gün] sözü Quranda yerinə görə “an, gün, dövrə, çağ” mənalarında işlədilmişdir. Beləliklə, burada yevm [gün] sözü ilə cəhənnəmə atılmaq üzrə olan yalan sayanların cəhənnəmə girmədən öncəki halları, qorxu və peşmanlıqla nitqlərinin tutulduğu, danışacaq hallarının qalmadığı “son anları” qəsd edilmişdir.

Günahkarların bu son anlarından öncəki heyfsilənmələri, peşmanlıqları, bir–birləriylə danışmaları, üzr diləmələri, andları, geri dönmək istəmələri, cənnət xalqından yardım istəmələri isə məhşər gününə aid səhnələr olaraq başqa ayələrdə (Müddəssir/39–47, Zümər/7, Möminlər/106–107, 108, Şüəra/96–102, Səcdə/12, Təhrim/7, Rum/57, Mömin/52) dilə gətirilmişdir:

Çünki onlar daha öncə Peyğəmbər tərəfindən və bu surənin 5–6–cı ayələrində də bildirildiyi kimi, üzrlü qıldıran və xəbərdar edən ayələrlə xəbərdarlıq edilmişdilər:

  • 133,134Və inkar edənlər: “Elçiliyini iddia edən bu adam, Rəbbindən bizə bir əla­mət–nümunə gətirsəydi!” dedilər. Onlara ilk səhifələrdə olan açıq–aşkar dəlillər gəl­mədimi? Və əgər Biz, onları bundan əvvəl bir əzab ilə dəyişikliyə–yıxıma uğrat­say­dıq, tam yəqinliklə bilin ki, “Ey Rəbbimiz! Bizə bir peyğəmbər göndər­səydin də, al­çaq və rəzil olmadan əvvəl, Sənin ayələrinə uysaydıq!” deyəcəkdilər.       (Ta–Ha/133–134)
  • 172,173Halbuki sənin Rəbbin, qiyamət günü, “Bizim, bunlar barədə biliyimiz yox idi” deməyəsiniz, yaxud “Bundan əvvəl atalarımız ortaq qoşub, biz onlardan sonra gələn nəsillərik, batili işləyənlərin işlədikləri səbəbi ilə bizimi dəyişikliyə/yıxıma uğradacaqsan?” deməyəsiniz deyə, Adəmoğullarının bellərindən onların nəsillərini alar və onları öz nəfslərinə şahid edər–“Mən sizin Rəbbiniz deyiləmmi?” deyərlər ki: –“Əlbəttə Rəbbimizsən, şahidlik edirik.” (Əraf/172–173)
  • 15Kim, bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyıcı başqasının yükünü çəkməz. Və Biz, bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq.                              (İsra/15)
  • 59Rəbbin, özlərinə ayələrimizi oxuyan bir peyğəmbəri ana şəhərə göndərmədikcə, məm­ləkətləri dəyişikliyə/yıxıma uğradan deyildir. Onsuz da Biz, xalqı, şərik qo­şa­raq yanlış/öz zərərlərinə iş edən kimsələr olmayan məmləkətləri dəyişikliyə/yıxıma uğ­radan deyilik. (Qasas/59)

Artıq mübahisə və üzr istəmə zamanı geridə qalmış, qarşı–qarşıya qalınan qorxunc gerçəyin dəhşəti mənlikləri sarmışdır. Yalan sayanların 35–36–cı ayələrdə qeyd edilən utancaqlığının, susqunluğunun, pərtliyinin bu dəhşətdən qaynaqlandığı düşünülə biləcəyi kimi, aşağıdakı səbəblərdən qaynaqlandığı da düşünülə bilir:

1) Quranın bildirdiyi kimi inancsızlar həşr meydanında bir çox bəhanə irəli sürəcəklər, öz günahlarını başqalarının üstünə yıxmağa çalışacaqlar, özlərini azdıranlara hücum edəcəklər, hətta günahlarını bütünlüklə inkar etməyə çalışacaqlar. Belə ki, orqanlarının öz əleyhlərinə edəcəkləri şahidlik nəticəsində günahları isbatlanacaq və cəzaları konkretləşəcəkdir. Budur, onların 35–36–cı ayələrdə bəhs edilən susqunluqları, haqq və ədalət baxımından heç bir əksikliyə meydan verilmədən edilən bu mühakimə qarşısında söyləyəcək sözləri qalmamasından irəli gəlir, yoxsa özlərinə müdafiə haqqı verilməməsindən deyil… Əslində isə 36–cı ayədə özlərini müdafiə etmələrinə deyil, üzr istəmələrinə izin verilməyəcək. Bütün günahları elə bir şəkildə isbatlanacaqdır ki, söyləyəcək bir söz tapa bilməyəcəklər, ağızları çarəsizcə qapanacaqdır.

2) Göstərilən dəlillərə, göndərilmiş kitaba, Peyğəmbərlərin xəbərdarlıqlarına, lütf edilmiş ağıl nemətinə rəğmən oraya inancsız olaraq gəlmiş olan adam, dünyada ikən xor gördüyü, orada isə ödülləndirildiyini gördüyü kimsələrin qarşısına bir günahkar olaraq çıxarılmış və təşhir edilmişdir. Bütün günahları isbatlanmış olduğu üçün də açıqca rəzil olmuş, qüruru qırılmış, bitmiş və tükənmişdir. Üstəlik bütün bu utanmazlıqdan sonra gedəcəyi yeri də qarşısında görmüşdür. Nə qaçacaq yeri vardır, nə də söyləyəcək sözü qalmışdır. Dili tutulmuş, lal olmuşdur.

Səbəbi nə olursa olsun, buradakı utancaqlıqları, susqunluqları, pərtlikləri dəhşətlidir. Bu dəhşət anı, onların cəhənnəmə girmədən öncəki son anlarıdır. Gerçəkdən də “o gün yalan sayanların vay halına” deyiləcək qədər pərişan haldadırlar.

38Bu, sizi və öncəkiləri topladığımız Ayırma Günüdür. 39Haydi, bir hiyləgər planınız varsa, dərhal Mənə bu hiyləgər planı tətbiq edin! 40O gün, yalan sayanların vay halına!

38–ci ayədəki, Sizi və öncəkiləri topladıq ifadəsi, Bu ayırma günüdür cümləsini açıqlayır. O gün veriləcək ayırd edici hökm, öhdəçiliyi olanların hamısına aiddir. Beləliklə öhdəçiliyi olanların, əksiksiz olaraq, bir araya gəlmələri lazımdır. Bütün cavabdeh olanlar mühakimədə hazır olacaq, kimsə özü olmadan mühakimə edilməyəcəkdir. Məhşərdə ilk insandan son insana qədər bütün insanların bir araya toplanacaqları, inananlar ilə inanmayanların bir–birlərindən ayrılaraq, öz yollarını tutacaqları, Quranın başqa ayələrində də bildirilmişdir.

Onlardan biri budur:

  • 59Və ey günahkarlar! Bu gün siz Haydi, ayrılın!
  • 60–62Mən–“Ey Adəmoğulları! Şeytana qulluq etməyin, tam yəqinliklə bilin ki, o sizə açıqaşkar bir düşməndir və Mənə qulluq edin, Bax budur, bu dosdoğru yoldur və and olsun ki, şeytan sizdən bir çox nəsilləri yolunuzdan azdırdı” deyə sizə əhd vermədimmi? hələ də ağılla hərəkət edənlər deyildinizmi? 63Bax budur, bu, sizə vəd olunmuş olan cəhənnəmdir.
  • 64Bilərək rədd etdiyinizinanmadığınız şeylər ucbatından Haydi, bu gün girin ona! 65Bu gün Biz, onların ağızlarının üzərinə möhür vurarıqBizə əlləri danışar, ayaqları da qazandıqları şeylərə şahidlik edər.                         (YaSin/59–64)

39Haydi, bir hiyləgər planınız varsa, dərhal Mənə bu hiyləgər planı tətbiq edin! Qiyaməti yalan sayanların dünyada ikən hiyləgər planlar və bəhanələrlə özlərini ovutduqlarına və minlərcə dəfə xəbərdarlıq edilmiş olmalarına baxmayaraq, bu tövrlərini davam etdikləri haqqında Quranda belə deyilmişdir:

  • 15Şübhəsiz onlar, bir plan 16Mən də onları cəzalandırıram     (Tarıq/15–16)
  • 42Yoxsa bir xaincə planmı qurmaq istəyirlər? Lakin, kafirlərin–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o kimsələrin özləri xaincə plana düşənlərdir.                 (Tur/42)

İndi isə bu yalan sayanların hiylə və xaincəsinə plan quracaq nə gücləri, nə də fürsətləri vardır. Bu ayə, onların içində olduqları vəziyyəti və ağılsız davranışlarını sanki bu sözlərlə üzlərinə vurur: “Haydi baxaq, bu qarşı qarşıya olduğunuz vəziyyətdən qurtulmaq üçün bir çarəniz, yolunuz, planınız varsa dərhal edin! Gücünüz yetərsə, ala biləcəyiniz bir önləm varsa alın ki, qarşınızdakı Allahın əzabından özünüzü qurtarın!”

Ayənin ifadəsindən, günahkarların, dünyadakı vərdişlərinə uyğun olaraq (Tarıq/15) burada da eyni davranışa təşəbbüs edəcəkləri anlaşılır. Təşəbbüs edəcəklər, amma işi tərs–düz etməyin mümkün olmadığını və artıq çarəsiz olduqlarını da dərhal anlayacaqlar.

Yalan sayanlar bu vəziyyətdə ikən Allahın onlara, Bir hiyləgər planınız varsa dərhal Mənə bu hiyləgər planı tətbiq edin! –deyə danlayan bir ifadə ilə xitab etməsi, əslində son dərəcə xəcalətli edən, psixoloji [mənəvi] bir əzabdır. Bax budur, buna görə də Rəbbimiz bunun ardından, 40O gün, yalan sayanların vay halına!  deyə buyurmuşdur.

41,42Şübhəsiz Allahın qoruması altına girmiş kimsələr kölgələr, bulaqlar və canlarının istədiyi meyvələr içindədirlər. 43“İşləmiş olduğunuz şeylərə qarşılıq nuşcanlıqla yeyin, için!” 44Bax, budur, Biz gözəl davrananları belə qarşılıqlandırırıq. 45O gün, yalan sayanların vay halına!

“Təqva sahibləri” olaraq çevirdiyimiz, المتّقين [əlmuttaqin=müttəqilər] sözü, bu ayədə المكذّبين [əlmükəzzibin=yalan sayanlar] sözünün ziddi olaraq işlədilmişdir. Buna görə də ayədə müttəqilər sözü ilə qəsd edilənlər, “axirəti yalan saymaqdan qaçınanlar, həyatlarını söz və əməllərinin hesabını verəcəklərinin şüurunda olaraq davam etdirənlər”dir.

Təqva: İnsanın özünü Allahın qoruması altına qoyaraq yaxşılıqlara sarılması, günahlardan uzaq durması, beləliklə də axirətdə özünə zərər və ağrı verəcək şeylərdən çəkinməsi demək olan təqva, Quranda ilk öncə “şirkdən qaçma” və “axirətə inanma” mənasında ortaya qoyulmuş, daha sonra da imanın inikasını daşıyan bütün əməlləri içinə alacaq şəkildə genişləndirilmiş bir anlayışdır. Ayələr, Quranın tam ismarıcı nəzərə alınaraq araşdırıldığında, təqva–nın, bu konkret fel və münasibətlərlə reallaşan bir iç dünya zənginliyi [sağlam ruh halı] olduğu anlaşılır: – “İman etmək, şirkdən uzaq durmaq, Allahı unutmamaq, Allah və Elçisinə boyun əymək, inkarçılarla mücadilə etmək, bolluqda–darlıqda sahib olunan mallardan bağışlamaq, salaat, salaatı iqamə etmək, zəkat vermək, verilmiş sözlərdə durmaq, sıxıntılara səbr etmək, acgözlü olmamaq, Anaya – ataya yaxşı davranmaq, heç bir zaman günahkar olduğu halda, özünü təmizə çıxarmağa çalışmamaq, tövbə etmək, yanlışlarda israr etməmək, etdiklərinin əfvini diləmək, öfkəsini düzgün idarə etmək, başqalarını bağışlamaq, ədalətli olmaq və ədaləti dik tutmağa qeyrət etmək.”

Bu fel və münasibətlərə təqva, bu fel və münasibətləri batinləşdirərək, könüllərini günaha qarşı qorumağa çalışanlara da müttəqi deyilir. Bu fel və münasibətləri mənimsəyərək batinləşdirən inanclı insanlar, fitrətlərindəki qüsur və günah işləmə meyllərinə qarşı özlərində mövcud olan fücurdan qaçınma meyllərini gücləndirmiş, beləliklə özlərini günahlardan qoruya biləcək, mənəvi bir müdafiə sistemini də fəaliyyətə keçirmiş olurlar.

Yuxarıdakı ayələr, müttəqilərin, cənnət ağaclarının kölgələri altında olacaqlarını müjdələyir. Bu kölgələr sərinlik verməyən, atəşdən qorumayan, sözdə kölgələr deyil, gerçək kölgələrdir. Beləliklə də müttəqilər, yandırıcı, susuzluq yaradan, boğucu cəhənnəm dumanları arasında deyil, bulaq başlarında, könüllərinin istədiyi meyvələrlə baş–başa olacaqlar. Bu konkret nemətlərdən də başqa, məhşər xalqının qarşısında bu qürurlandırıcı sözlərə müxatib olacaqlar: İşləmiş olduğunuz şeylərə qarşılıq nuşcanlıqla yeyin, için! Budur Biz, gözəl davrananları belə qarşılıqlandırırıq [mükafatlandırırıq].

Müttəqilərin bu vəziyyətləri kafirlər üçün bir başqa əzab növünü təşkil edir. Çünki inancsızlar, dünyada ikən haqlarında heç yaxşılıq istəmədikləri, hətta nifrət etdikləri, can düşməni hesab etdikləri möminlərin əldə etdiyi bu uğur qarşısında demək olar ki, dəli olurlar. İmkanları olsa, əsla izin verməyəcəkləri mükafatları almalarına, bir də öz acıqlı halları əlavə edilincə, duyduqları acı tərifə sığmayan ölçüdə dərinləşəcək və artıq yox olmağı istəyəcəklər.

Müttəqilərin mükafatlandırılacaqlarını bildirən ayələrin sonunda yenə, 45O gün, yalan sayanların vay halına! –deyilməsi, bu vəziyyətin yalan sayanlar tərəfindən psixoloji [mənəvi] bir əzab təşkil etdiyini vurğulamaq üçündür.

46Yeyin, faydalanın bir az, şübhəsiz siz günahkarlarsınız. 47O gün, yalan sayanların vay halına!

46–cı ayədə yenə “iltifat sənəti” vardır. Bu ədəbi sənətə uyğun olaraq, anlatma üçüncü şəxsdən ikinci şəxsə dönmüş, bir öncəki bölmədə axirətdəki müttəqilərə səslənilirkən, müxatib dəyişdirilərək, bu bölmədə dünyadakı günahkarlara səslənilmişdir: Yeyin, faydalanın bir az, şübhəsiz siz günahkarlarsınız.

Bu səslənişlə, sanki o zavallılara belə deyilmək istənir: –“Bu iki vəziyyət arasındakı fərqi gözlərinizlə görün. O əbədi dünyanın nemətlərindən məhrum qalmaq, orada əbədi əzaba düçar olmaq qarşılığında bu dünyada azacıq yeyin, kefiniz istədiyi kimi yaşayın baxaq, görək.”

Yeyin, faydalanın bir az

Bu ifadə ilk baxışda olumlu bir əmr kimi görünsə də, əslində mümkün olduğu qədər qadağan etmə və çəkindirmə ehtiva edən bir təhdiddir. Bu, yalan sayanlara edilən təhdidlərin doqquzuncusudur. Rəbbimiz yalan sayanlara bu dünyada ikən demək olar ki, belə səslənir:    –“Xüsusiyyətini açıqladığımız afətlərə, bəlalara, sıxıntılara uğrayacaq olmağınız, sırf dünya zövqlərinə olan düşkünlüyünüz və dünya gözəlliklərinə duyduğunuz hədsiz istək səbəbiylədir. Belə ki, dünyadakı ləzzətlər və gözəlliklər o böyük sıxıntı ilə müqayisə edildiyində bir heçdir. Onların ardına düşmək, içində öldürücü zəhər olan bir tikə şirnini yemək kimidir.”

Dünyanın məhdud nemətlərinə ehtirasla bağlanmağın insanı təkasürə, istiqbara, istiğnaya, tüğyana, ölümsüzləşmə inancına və qiyaməti inkara apardığı bundan öncəki surələrdə bildirilmişdi.

“Dünyanın dəyərsizliyi və dünyada çox böyük sayılan nemətlərin axirət neməti qarşısında bir az olduğu” xəbərdarlığı, Quranda bir çox dəfə həm möminlərə, həm də inancsızlara edilmiş önəmli bir xəbərdarlıqdır. Mövzunun önəminə diqqət edərək, başda Peyğəmbərimiz olmaqla, bütün möminlərə və inancsızlara yönəlik bu xəbərdarlıqlardan bir neçə nümunə xatırlatmaqda yarar görürük:

  • 3Burax onları yesinlər, faydalansınlar və boş ümid onları oyalasın. Amma onlar yaxında biləcəklər.               (Hicr/3)
  • 8İnsana bir sıxıntı toxunduğu zaman, könlünü Ona verərək Rəbbinə yalvarır. Sonra özünə tərəfindən bir nemət lütf etdiyi zaman da öncədən Ona yalvardığı halı unudaraq, Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşur. De ki: –“Küfrünlə/Allahın ilahlığını və rəbbliyini bilərək rədd etməyinlə bir az yararlan! Şübhəsiz sən atəşin əshabındansan.” (Zümər/8)
  • 30Və nankorlar, Onun yolundan azdırmaq üçün Allaha zövcələr uydururlar. De ki:  Yararlanın, artıq, şübhəsiz dönüşünüz atəşədir.”                                                            brahim/30)

Və Yunis/70, Ta–Ha/131, Hicr/88, Nəhl/117, Loğman/24–ə baxmaq olar.

48Onlara, “Allaha ortaq qoşmaqdan uzaq durundeyildiyi zaman, ortaq qoşmaqdan uzaq durmazlar. 49O gün, yalan sayanların vay halına!

48–ci ayənin mənası ilə əlaqədar olaraq keçmişdə yanıldıcı və qaneedici olmayan fikirlər irəli sürülmüş, arxadan gələnlər də sürəkli bu nağılları edənlərin təqlidçiləri olmuşdur. Beləliklə də ayə haqqında Müsəlmanlar arasında, bizim qatılmadığımız, bir məna özünə yer etmişdir.

Öncə bu, özünə yer etmiş mənanı Razidən nəql edirik:

“İbni Abbas, Onlara, “Rüku edindeyildiyində, rüku etməzlər ifadəsiylə, “namazqəsd edilmişdirdemişdir ki, bu, açıqdır. Çünki rüku, namazın hökmlərindəndir. Beləliklə, Allah Təala o kafirlərin vəsflərindən birisinin də namaza çağrıldıqlarında namaz qılmamaları olduğunu bəyan etmişdir ki, bu, kafirlərin İslamın füruu və əməli hökmləriylə də mükəlləf və müxatib olduqlarına, iman etməmələri səbəbiylə kafir ikən pis və şiddətli əzaba layiq olduqları kimi, namaz qılmamaları səbəbiylə də pis və şiddətli əzaba layiq olduqlarına dəlalət edər.

Çünki Allah Təala, kafirləri kafir ikən namaz qılmamaları üzündən də tənqid etmişdir.

Digər bəziləri də, buradakı rüku ilə, “Allah üçün huşu və hüzurqəsd edildiyini və Ondan kənarda qalanlara ibadət edilməməli olduğunun qəsd edildiyini söyləmişdir.[17]

Rüku: Həqiqətən də rüku deyiləndə, hər kəsin ağlına “namazda ayaq üstdə durarkən əyilib belin bükülməsi” gəlir. Çünki söz əsrlər öncə beyinlərə, bu məna ilə qazılmışdır. Klassik əsərlərdə də ayədə keçən rükudan məqsədin, “namazın tamamı” olduğu, “cüziyyət məcazi–ı mürsəli” sənəti ilə namazın parçasının anılıb, bütününün qəsd edildiyi ifadə edilmişdir. Bütün tərcümə və təfsirlərdə də söz bu məna ilə işlədilmiş və rüku edin ifadəsi, “namaz qılın” olaraq anlaşılmışdır. Bu halda ayənin mənası, “Onlara namaz qılın deyildiyi zaman, namaz qılmazlar. O gün yalan sayanların vay halına!” olur.

Bizə görə ayənin bu şəkildə anlaşılması yanlışdır. Çünki bu surənin endiyi dövrdə namaz ilə əlaqədar hər hansı bir əmr və icra etdirmək barədə söz edilməyib. Əslində isə, hələ inanmamış kimsələrə, “namaz qıl” deməyin də bir məntiqi yoxdur.

Ayənin doğru anlaşıla bilməsi üçün öncə sözlərin doğru mənaları bilinməli olduğundan, rüku sözü üçün Lisanü’l–Arab’a müraciət edilmiş və aşağıdakı mənalar əldə edilmişdir:

“1) الرّكوع [ərrüku], “hudu” [əyilmək, bükülmək, kiçilmək, tam təslim olub itaət etmək, sözü yumşaltmaq; kübar, şirin söyləmək] deməkdır.

2) Rüku, “inhina” [iki büküm olmaq] deməkdir. Yaşlılıqdan beli bükülmüş qocalara rakea’ş–şeyhu [qoca iki büküm oldu] deyilir.

3) Rüku, “zəngin kimsənin sonradan fəqirləşməsideməkdir (“beli qırılmaqdeyiminə ekvivalent bir məna).

4) Rüku, “bütlərə tapınmayıb, Allaha boyun əymək” [həniflik etmək] deməkdır. Cahiliyyə Ərəbləri, aralarında bütə tapınmayıb yalnızca Allaha tapınanlara, raki [rüku edən] və rakea iləllah [Allaha rüku etdi] deyirdilər. [18]

Bizə görə 4–cü maddədəki məna, ayənin ən doğru şəkildə anlaşılmasını təmin edən mənadır. Bu halda ayənin bu şəkillərdə çevrilməsi mümkündür: “Onlara, “Həniflər olun” [bütə tapınmayın, tək Allaha tapının]! deyildiyi zaman, hənif olmazlar” və ya “Onlara, “Haqqa təslim olub, itaət edin” deyildiyi zaman, haqqa təslim olub, itaət etməzlər.”

Bu mühakimədən sonra yenə, 49O günü yalan sayanların vay halına deyilərək yalan sayanlara, onuncu və sonuncu təhdid edilmişdir. Buna görə onlara, demək olar ki, bunlar söylənmək istənmişdır: “Siz dünyanı və onun ləzzətlərini sevirdiniz. Amma iman edib, yaradıcınıza xidmətdən üz çevirməsəydiniz, Ona boyun əysəydiniz və bu imanınızın, bununla yanaşı olaraq da, dünyəvi ləzzətləri istəmə və bilmədən müxtəlif günahlar işləmə səviyyəsində qalsaydınız, cəhənnəm əzabından qurtarma və mükafat əldə etmə ümidiniz olardı.”

50Artıq Qurandan sonra hansı sözə inanacaqlar?

Surənin əvvəlindən buraya qədər, küfrdən vaz keçmələri üçün, tam on dəfə müxtəlif əzablarla təhdid edilmiş olan kafirlər, təfəkkürə dəvət edilərək və dəlillər göstərilərək, haqq dinə sıx–sıx sarılmaları üçün təşviq edilmişlər.

Bu son ayə, bu qədər təhdidə və təşviqə baxmayaraq, hələ də küfrlərini davam etdirən kafirlərin bu hallarına çaşılmalı olmağı vurğulayan bir təəccüb [heyrət] ifadəsi ehtiva edir:  50Artıq bundan (Qurandan) sonra hansı sözə inanacaqlar?

Bu ifadə bir tərəfdən baxıldığında, “Onlar özlərinə göstərilən bu qədər dəlili qəbul etmirlərsə, bundan sonra heç bir dəlili qəbul etməyəcəklər” mənasına gəlir.

Diqqət edilirsə, burada Quran möcüzəsinin ən böyük möcüzə olduğuna işarət edilir. Çünki Quranın möcüzəsi qiyamətə qədər davam edəcəkdir:

  • 21Əgər Biz, bu Quranı bir dağaox iri cüssəli bir yük götürə biən varlığa endirsəydik, Allaha olan hörmətlə, sevgi ilə və biliklə ürpərtidən onu səmimiyyətlə hörmət duyan, baş əyən və parçaparça olmuş görərdin. Və Biz, bu nümunələri yaxşı–yaxşı düşünərlər deyə, insanlara veririk.                                                                        (Həşr/21)

Bu halda ayədən bunlar anlaşıla bilir: “Yalçın qayaları sarsan, sıra dağları zəlzələyə tutulmuş kimi silkələyən bu sözəbu Qurana inanmayan kimsə, artıq heç bir sözə inanmaz. Bu zavallı bədbəxti də bədbinlik və acı bir aqibət gözləyir.”

Həqiqətən də ən böyük hadisə, insana haqq və batil arasındakı fərqi anladan Quranın enməsidir. Quranı tanıdığı halda, iman etməyən bir adama, başqa hansı şey doğru yolu göstərə bilər ki?

  • 47Və bax budur, beləcə Biz, sənə Kitabı endirdik və özlərinə Kitab verdiklərimiz Qurana inanırlar. Və əhli kitabın xaricindəkilərdənrəblərdən də ona inananlar vardır. Və Bizim ayələrimizi ancaq, kafirlər/Allahın ilahlığını və rəbbliyini bilərək örtbasdır edənlər bilə–bilə rədd edərlər.
  • 48Və sən bundan əvvəl hər hansı bir kitabdan oxumurdunsən Quranı özündən yazmırsan. Əgər belə olsa idi, batilə inananlar qətiliklə şübhə duyacaqdılar.
  • 49Tam əksinə Quran, özlərinə bilik verilənlərin qəlblərində açıqaşkar ayələrdir. Bizim ayələrimizi də ancaq yanlış/öz zərərlərinə iş edənlər bilə–bilə rədd edərlər. (Ənkəbud/47–49)
  • 50Və onlar, “Ona Rəbbindən əlamətlər/nümunələr endirilməli deyildimi?” dedilər. De ki: “Əlamətlər/nümunələr ancaq Allahın qatındadır. Mən isə ancaq açıq–aşkar bir xəbərdar edənəm.”
  • 51Özlərinə oxunan Kitabı, şübhəsiz, Bizim sənə endirmiş olmamız onlara yetmədimi? Bunda, inanan bir cəmiyyət üçün əlbəttə ki, bir mərhəmət və bir öyüd vardır. (Ənkəbud/50–51)

 

İstifadə olunmuş ədəbiyyat:

[1] Kurtubi; el Camiu li Ahkami’l Quran.

[2] Kurtubi; el Camiu li Ahkami’l Quran.

[3] Kurtubi; el Camiu li Ahkami’l Quran.

[4] Kurtubi; el Camiu li Ahkami’l Quran.

[5] Lisanü’l Arab, “a r f” mad.

[6] Lisanü’l Arab, “asf” mad.

[7] Lisanü’l Arab, “nşr” mad.

[8] Razi; el Mefatihu’l Gayb, Kurtubi; el Camiu li Ahkami’l Quran.

[9] Lisanü’l–Arab; c. 5, s. 642–643.

[10] Lisanü’l–Arab; c. 7, s. 48–50.

[11] Quran heç Tükenmeyen Möcüzə, Quran Araşdırmaları Grubu, İstanbul Yayınevi, 2003, s. 205.

[12] Lisanü’l–Arab; c. 7, s. 686–687.

[13] Razi, Mefatihu’l–Ğayb.

[14] Razi, Mefatihu’l–Ğayb.

[15] Elmalılı Hamdi Yazır, Hak Dini Quran Dili.

[16]

[17] Razi, Mefatihu’l–Ğayb.

[18]  Lisanü’l–Arab; c. 4, s. 232–233; “Rakea” mad.