MƏKKƏ DÖVRÜ
Nəcm: 10
1–4Ey evinə qapanan insan[1]! Gecə vaxtı, qısa bir müddət istisna olmaqla, bəzən gecənin yarısı, bəzən bundan bir qədər əvvəl, bəzən də bundan bir qədər sonra qalx, sənə verilmiş vəzifəni icra et. Sənə endirilməkdə olan Quranı təbliğ edərkən düzgün şəkildə, nizamlı hərəkət et! 5Şübhəsiz, Biz sənin üzərinə çox ağır bir söz/Quranı qoyacağıq.
6Gecənin yeni meydanagəlmə zamanı rahat-rahat işləyə bilmək baxımından daha güclü, söz baxımından daha təsirlidir. 7Şübhəsiz, gün ərzində sən çox çalışıb çabalayırsan[2]. 8Rəbbinin adını an və bütün mənliyinlə Ona yönəl! 9O, şərqin və qərbin, bütün tərəflərin Rəbbidir. Ondan başqa, tanrı deyə bir şey yoxdur. Buna görə də, Onu vəkil[3] et; “bütün varlıqları müəyyən bir proqrama görə tənzimləyən və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq tanı! 10Onların söylədiklərinə/söyləyəcəklərinə də səbr et. Və gözəl bir ayrılıqla onlardan ayrıl, 11Məni və o nemət sahibini yalan sayanları, baş-başa burax! Onlara bir azca zaman tanı/möhlət ver.
(3/73, Müzzəmmil/1–11)
Nəcm: 11
12Tam qəti olaraq inan ki, Bizim yanımızda buxovlar – ayaqlarından bağlayacağımız dəmir halqalar və cəhənnəm var. 13Boğazdan çətin keçən bir yemək, can yandıran bir əzab var. 14O gündə ki, yer və dağlar sarsılır və dağlar əriyib, axan bir qum yığınına dönür.
(3/73, Müzzəmmil/12–14)
Nəcm: 12
15Şübhəsiz, Biz Firona bir elçi göndərdiyimiz kimi, sizə, sizin tanıdığınız və sizi tanıyan bir elçi göndərdik. 16Amma Firon elçiyə üsyan etdi və Biz də onu qorxunc bir əzabla yaxaladıq. 17Buna baxmayaraq, əgər küfr edərsinizsə, uşaqları ağ saçlı qocalara çevirən o gündən necə qorunacaqsanız? 18Hətta göy belə o günün şiddətindən parçalanır. Onun yerinə yetirmək üçün verdiyi söz gerçəkləşmişdir. 19Şübhəsiz ki, yuxarıda anladılanlar/Quran bir öyüd vericidir – düşündürücüdür. Ona görə də diləyən Rəbbinə doğru düz yol tutar.
(3/73, Müzzəmmil/15–19)
Nəcm: 13
20Heç şübhən olmasın, Rəbbin sənin gecənin üçdə ikisindən daha azını, yarısını, üçdə birini ayaq üstdə geçirməkdə olduğunu bilir. Səninlə bərabər olanlardan bir qrup da elədir. Allah gecəni də, gündüzü də ölçü ilə tutar/hərəkət etdirər. Sizin bu işi asanlıqla icra edə bilməyəcəyinizi bildi və ona görə də, sizin üçün bu işi yüngülləşdirdi. O halda Qurandan asan gələni öyrənin – öyrədin! Sizin aranızda xəstələr olacağını bildi. Bir qisminin yer üzündə dolaşaraq, Allahın lütfündən bir şeylər istəyəcəklərini, digər bir qisminin də Allah yolunda mübarizə aparacaqlarını bildi. O halda ondan asan gələni öyrənin – öyrədin! Salaatı qurun/fəaliyyətini təmin edin[4], zəkatı[5] verin! Gözəl bir borcla Allaha borc verin! Öz mənlikləriniz üçün öndən göndərdiyiniz yaxşılıqların, Allah qatında xeyirinin daha çox, mükafatının daha böyük olduğunu görəcəksiniz. Allahdan əfv diləyin! Heç şübhəsiz, Allah çox əfv edən, çox mərhəmət edəndir[6].
(3/73, Müzzəmmil/20)
[1]Ayənin orijinalındakı “müzzəmmil” sözünün mənası, “libasa və ya hər hansı bir şeyə bürünən” deməkdir. Deyim olaraq söz: “yuxuya hazırlıq, alt geyimləri, gecə geyimi geyinib, yatağa yatmaq, yorganı üstünə örtmək, öz halında yaşamaq, kimsənin dəninə–suyuna qarışmamaq” – deməkdir. Biz tərcümədə ikinci deyim mənasını tərcih etdik.
[2]Bu vəzifə, coğrafi və mədəni qaydalara uyğun olaraq, sosial və mədəni xidmətlərin gecə tətbiq olunduğu bir cəmiyyətə görədir. Ərəb coğrafyasından kənardakı möminlər, dini xidmət vazifələrini gecə-gündüz demədən, içində yaşadıqları coğrafiyaya görə, cəmiyyətlərindəki ən uyğun zamanlarda etməlidir.
[3]Vəkil, “canlı/cansız bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” deməkdir.
[4]Qurandakı, “Salaatın iqaməsi” ilə əlaqədar əmr və xəbər cümləsi səviyyəsindəki ifadələr, əsasən “namazı doğru qılın, namazlarını dosdoğru qılarlar” şəklində tərcümə edilərək, zəmanəmizə qədər gəlmişdir. Bizim, sözlərin mənaları üzərindən etdiyimız təhlil isə bu tərcümələrin, ifadənin mənasını əks etdirməsi baxımından yetərsiz olduğunu, hətta səhv olduğunu göstərməkdədir.
Q–v–m hərflərindən ibarət olan “iqam sözü”, “oturmaq” felinin inkarı olan “qiyam” sözünün ifal babından məsdəridir və lüğətlərdə bu qəlibin mənası – “ayağa qaldırmaq, dikəltmək, dik tutmaq” olaraq verilmişdir.
Buna görə “iqamis-salaat” ifadəsinin mənası da, “zehni və maddi yönlərdən edilən kömək və dəstəklə çətinliklərin öhdəsindən gəlinərək, aradan qaldırılması işlərinin həyata keçirilməsi və bunun davam etdirilməsi, yəni dik tutulması, işin təşkilatlandırılması” – deməkdir. Bunu konkretləşdirərək, ifadə etmək gərəkirsə, Salaatın iqaməsi: a) Zehni mənası ilə, təhsil və təlimin təşkil edilməsi üçün məktəblər, xalq evləri, xalq təhsil mərkəzləri açılması və bunların dik tutulması, b) Maddi mənası ilə, iş yerləri açılması, Pensiya təqaüdü, Sosial təminat, sosial təhlükəsizlik sistemlərinin təşkil edilməsi, yoxsul və yetimlərin dəstəklənərək, subay və dulların evləndirilməsi də daxil olmaqla, çətinliklərinin həllinin öhdəyə götürülməsi/aradan qaldırılması, dərdlərinə çarə olunması üçün təşkilatlar yaradılması və bunların yaşadılaraq, fəaliyyətinin təmin olunması deməkdir. Bu mövzu Təbyinul–Quranda izahlı olaraq, təqdim edilmişdir.
[5]Müzzəmmil/20–də (13–cü nəcm) keçmiş olsa da, enmə sırasına görə Quranda, zəkat sözü ilk dəfə burada keçir. Ona görə də, zəkat ilə əlaqədar qısaca məlumat vermək istəyirik: Zəkat sözü, “təmizlik, törəmə, çoxalma, bolluq və öygü” mənasına gəlir. Quranda bu sözün feli bu mənaların hamısında istifadə edilmişdir. Əz– Zəkat olaraq istifadə edilən qəlibi, malın təmizlənməsinə; mal içindəki sail, məhrum və bütün ictimai haqlarının çıxarılıb, verilməsinə isim olmuşdur. Yəni “Möminlərin dövlətində, dövlətin, var olması, yaşaya bilməsi, salaatın iqamə edilə bilməsi (maddi və mənəvi dəstəyin və təhlükəsizliyin təmin oluna bilməsi) möminlərin iman borcu, qulluq vəzifəsi olaraq, verdiyi vergi”dir. Biz buna qısaca, “vergi” deyirik. Yalnız bu vergi, sədəqə kimi adi bir vergi olmayıb, İslami çərçivədə müəyyən edilən, verilən və xərclənən bir vergidir. Qurana görə, verginin verilmə zamanı, qazanc anıdır.
[6]Bu ayə Mədinə dövrü ayələrindəndir. Eniş zamanı tam olaraq, bilinmir. Düzülüşü tərtib edənlər bu ayəni, ilk enən ayələr arasında tərtib etmişdirlər. Bizim qənaətimizə görə, bir nəcm halındakı bu ayənin (nəcmin) yeri Tövbə surəsinin 106-cı ayəsindən sonradır, yəni 712, 713-cü nəcmlərin arasıdır. Bu ayədə möminlərin vəzifələrinin Allahın Elçisi ilə eyni olmadığı, möminlərin vəzifələrinin daha yüngül olduğu, ilahi qaydaların qullara yük olmayacağı bildirilir..