NƏHL SURƏSİNİN TƏBYİNİ

Nəhl surəsi Məkkədə enən 70-ci surə olub, adını 68-ci ayədəki “ النحل ən-Nəhl [bal arısı]” sözündən almışdır. İçərisində Allahın qullarına lütf etdiyi nemətlərin bir çoxunun xatırladıldığına görə “نعام Niam [Nemətlər]” surəsi deyə də anılır.

Surənin 41, 90, 106, 110, 112, 126-128-ci ayələrinin Mədəni olduğuna dair nəqllər mövcuddur. [1]

Surədə, vəhyin ilk enişindən bu yana dində formalaşmış olan prinsiplər – tövhid, vəhy, elçilik müəssisəsi, qiyamət, öldükdən sonra dirilmə və həşr kimi təməl inanc mövzuları xülasə edilmiş, həmçinin fərdi və kütləvi prinsiplərə, müşriklərin vəziyyətinə, xəbərdarlıq və müjdələrə yer verilmişdir. Yaradıcının varlığına, birliyinə dair onlarla ayənin ortaya qoyulduğu surə, zəngin mahiyyəti ilə daha əvvəlki surələrin də bir xülasəsi mahiyyətindədir. İslama dəvət metodunun çərçivəsinin cızıldığı surənin 125-ci ayəsində isə Rəsulullaha və onun şəxsində bütün Möminlərə Allahın yoluna hikmətlə, gözəl öyüdlə dəvət edilməsi və bu müddətdə qarşılarına çıxacaq çətinlik və əziyyətlərə qarşı səbr edilməsi, ən uyğun tərz və münasibətin mənimsənilməsi əmr edilir.

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 299

 

1Allahın əmri qətiliklə gələcək. Artıq onun təcili olmasını istəməyin. Allah onların ortaq qoşduqları şeylərdən münəzzəhdir və ucadır.

2Allah Öz əmri ilə qullarından dilədiyinə vəzifə olaraq xəbərçi ayələri/vəhyi Özünə xas bir iş kimi, ruh/can ilə birlikdə göndərib buyurar: “İnsanları xəbərdar edib bildirin: “Məndən başqa tanrı yoxdur, o halda mənim qorumam altına girin!” 

3Allah göyləri və yer üzünü haqq ilə yaratdı. O, onların ortaq qoşduqları şeylərdən ucadır.

4Allah, insanı bir nütfədən yaratdı. Bir də baxarsan ki, o açıq-aşkar bir düşməndir.

5Heyvanları O yaratmışdır. Onlarda sizi isidəcək şeylər və bir çox yararlar vardır. Siz, onlardan bir qismini də yeyirsiniz.

6Və heyvanlarda axşam vaxtı gətirdiyinizdə və səhərlər örüşə apardığınızda sizin üçün bir gözəllik vardır.

7Və heyvanlar, ancaq canınızın bir parçası tükənərək/çox yorularaq çata biləcəyiniz bir məmləkətə yüklərinizi daşıyırlar. Şübhəsiz, sizin Rəbbiniz, qətiliklə çox şəfqətli, çox mərhəmətlidir.

8Və Allah özlərinə minəsiniz, həm də zinət olsun deyə, atları, qatırları və eşşəkləri yaratdı. Bilmədiyiniz şeyləri də, O yaradır.

9Yolun doğrusu ancaq Allaha borcdur. Yolun əyrisi də vardır. Və əgər Allah diləsəydi, sizin hamınızı doğru yola bələdçiləyərdi.

10,11O, sizin üçün göydən bir su endirdi. İçdikləriniz ondandır. Heyvanları otardığınız ağaclar/bitkilər də ondandır. Allah su ilə sizin üçün əkin, zeytun, xurmalıqlar, üzümlər və bütün meyvələrdən bitirir. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.

12Və Allah gecəni, gündüzü, Günəşi və Ayı sizin əmrinizə verdi/sizin yararlana­ca­ğı­nız xüsusiyyətlərdə yaratdı. Ulduzlar da Onun əmrinə boyun əymişlər. Şübhəsiz ki, bunda ağlını işlədən bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.

13Yer üzündə sizin üçün yaratdığı müxtəlif rənglərdə olan şeyləri də sizin xidmə­ti­ni­zə vermişdir. Şübhəsiz ki, bunda öyüd alan bir cəmiyyət üçün qətiliklə bir əla­mət/nü­munə vardır.

14Və O, dənizdən təzə ət yeməyiniz və ondan taxdığınız bəzək əşyalarını çıxarasınız de­yə, həmçinin nemətlərindən ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılı­ğı­nı ödəməyiniz üçün dənizi sizin əmrinizə verəndir. Gəmilərin dənizdə suyu yara-yara üzüb getdiklərini görürsən.

15,16Və Allah sizə süfrə olması üçün yer üzünün içində sabit/sağlam dağlar, çaylar və siz bələdçiləndiyiniz doğru yolu tapasınız deyə yollar və daha necə əlamətlər buraxdı. Və Onlar ulduzlarla/Quran ayələrinin köməyi ilə yollarını tapırlar.

17Belə isə yaradan – Allah yarada bilməyən sözdə tanrılar kimi olurmu? Hələ düşün­mə­yə­cək­sinizmi?

18Və əgər Allahın nemətlərini saymaq istəsəniz, onları saya bilməzsiniz. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

19Və Allah gizlətdiyinizi və açıqladığınızı bilir.

(70/16, Nəhl/1–19)

Nəcm: 300

20,21Və onların Allahın yaratdıqlarından yalvardıqları hər hansı bir şey əmələ gətirə bilməzlər, özləri yaradılmışlardır, ölüdürlər, diri deyillər. Nə zaman diriləcəklərini də tam bilə bilməzlər.

22Sizin ilahınız tək bir ilahdır. Artıq Axirətə inanmayan bu insanlar… Onların qəlbləri, tanıtmamağa çalışmaqdadır və onlar özlərinin böyük olduqlarına inanan kəslərdir.

23Allahın onların gizlətdiklərini və açığa vurduqlarını bildiyinə heç şübhə yoxdur. Şübhəsiz ki, Allah özlərinin böyük olduqlarına inananları sevməz.

24,25Və onlara: “Rəbbiniz nə endirdi?” – deyildiyi zaman, onlar qiyamət günü öz gü­nah­larını tam olaraq yüklənmək və biliksizlikləri üzündən azdırmaqda olduqları insanların günahlarından bir qismini də yüklənmələri üçün: “Öncəkilərin əfsanə­lə­ri” – dedilər. Diqqət edin, yükləndikləri şey nə pisdir!

26Şübhəsiz ki, onlardan öncəki insanlar tələ qurdularsa da, Allah onların divarlarına bünövrələrindən vurdu. Sonra da damı təpələrindən üzərlərinə çökdü. Və onlara əzab düşünə bilmədikləri bir yöndən gəldi.

27Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və: “Hanı, uğrunda düş­mən­çi­lik etdiyiniz ortaqlarım haradadır?” – deyəcəkdir. Özlərinə bilik verilmiş olan insanlar: “Şübhəsiz ki, bu gün rüsvayçılıq və pislik, kafirlər üzərinədir” – deyəcəklər.

(70/16, Nəhl/20–27)

Nəcm: 301

28Allahın tanrılığını və rəbliyini bilə-bilə rədd edən o kimsələr, özlərinə haqsızlıq edənlər olaraq, mələklərin onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırdıqları kimsələrdir. Artıq təslimiyyəti ortaya qoyarlar: “Biz heç bir pislikdən etmirdik”. Tam əksinə, şübhəsiz ki, Allah sizin etməkdə olduqlarınızı çox yaxşı biləndir.

29“O halda içində həmişəlik qalanlar olaraq, cəhənnəmin qapılarına girin!” – deyilər. Bax budur, yekəxanalıq edənlərin yeri nə pisdir!

30–32Və Allahın qoruması altına girmiş insanlara: “Rəbbiniz nə endirdi?” – deyilincə, onlar: “Xeyir” – deyərlər. Bu dünyada gözəlləşdirənlərə/yaxşılaşdıranlara yaxşılıq/gözəllik vardır. Axirət yurdu isə mütləq şəkildə daha xeyirlidir. Və Allahın qoruması altına girmiş insanların yurdu… Ədn cənnətləri nə gözəldir! Onlar oraya girəcəklər. Onun altından çaylar axar. Orada onlar üçün dilədikləri şeylər vardır. Allah Özünün qoruması altına girənləri bax budur, belə qarşılıqlandırır. Allahın qoruması altına girənlər o insanlardır ki, mələklər onları xoş və rahat etdirərək onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırırlar: “Salam sizə, etmiş olduğunuz işlərin qarşılığı olaraq girin cənnətə!” – deyərlər.

(70/16, Nəhl/28–32)

Nəcm: 302

33,34Onlar özlərinə təbii güclərin gəlməsindən və ya Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər! Özlərindən öncəkilər də belə etmişdilər. Və Allah onlara haqsızlıq etmədi, lakin, onlar şərik qoşaraq, özlərinə haqsızlıq etmiş, səhv/öz zərərlərinə iş etmişdilər. Bunun üçün sonunda etdiklərinin cəzası özlərinə toxundu. İstehza etdikləri şey də özlərini əhatə etdi.

35Və Allaha ortaq qoşan bu insanlar: “Allah diləsəydi, biz və atalarımız Onun Özünün ya­rat­dıqlarından heç bir şeyə sitayiş etməzdik və Onun yaratdıqlarından heç bir şeyi ha­ram qılmazdıq/müqəddəsləşdirməzdik” – dedilər. Özlərindən öncəki insanlar belə et­di­lər. Bax budur, elçilərin öhdəsinə düşən ancaq açıq-aydın bir təbliğdən başqa nə olur?

36Və and olsun ki, Biz hər ümmətə: “Allaha qulluq edin və tağutdan qaçının” – deyə bir elçi göndərdik. Artıq Allah bu ümmətlərdən bir qisminə doğru yolu göstər­di, bir qisminə də pozğunluq haqq olmuşdur. İndi yer üzündə bir gəzib dolaşın və ba­xın yalan sayanların sonu necə olmuşdur?

37Sən onların doğru yolda olmaları üçün hirs/qəzəb göstərsən də artıq Allah azdırdığı insanı doğru yola bələdçiləməz. Onlar üçün köməkçilərdən də kimsə yoxdur.

38,39Və kafirlər: “Allah ölən insanı diriltməz” – deyə ən qüvvətli andları ilə Allaha and içdilər. Xeyr, Allah ölüləri öhdəsinə götürdüyü gerçək bir vəd olaraq, onların  haqqında anlaşmazlığa düşdükləri şeyi onlara açıqlamaq və doğrunu/haqqı ört-basdır edənlərin yalançıların məhz özü olduqlarını bildirmək üçün dirildəcəkdir.

40Biz bir şeyi dilədiyimiz zaman Bizim ona sözümüz sadəcə: “Ol!” – deməyimizdir. O da dərhal olur.

(70/16, Nəhl/33–40)

Nəcm: 303

41,42Və haqsızlığa uğradıqdan sonra Allah yolunda hicrət edənləri, qətiliklə Biz onları səbr edən və işin nəticəsini sadəcə, Rəbbinə həvalə edən o insanları bu dünyada gözəl bir şəkildə yerləşdirəcəyik. Sonrakının/Axirətin ödənişi isə daha böyükdür. Kaş ki, bilsə idilər!

43,44Və Biz səndən öncə də sadəcə, özlərinə vəhy etdiyimiz yetkin insanları açıq də­lil­ləri ilə və yazılı sənədlərlə elçi olaraq göndərdik. Əgər bilmirsinizsə, haydı, gedin Tövrat və İncili bilən biliklilərdən soruşun. Biz sənə də o öyüdü/Quranı, özlərinə en­dirilmiş olanı ortaya qoymağın üçün, onların da yaxşı-yaxşı düşünmələri üçün en­dirdik.

45–47Yaxşı, gizlicə pislikləri planlayanlar Allahın özlərini yerə batırmayacağından, yaxud  bilməyəcəkləri bir yerdən əzabın gəlməyəcəyindən, yaxud onlar dolaşıb, durduqları zaman Allahın özlərini yaxalamasından, üstəlik onlar aciz buraxanlar da deyildilər, yaxud da onları az-az/qorxu içində yaxalamasından əminmi oldular? Bax budur, şübhəsiz ki, sizin Rəbbiniz qətiliklə çox şəfqətlidir, çox mərhəmətlidir.

48Onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmədilərmi/bunları heç düşünmə­dilərmi ki, onların kölgələri, məhz kiçilənlər olaraq Allaha boyun əyərək sağa-sola dönür?! 

49,50Və göylərdə və yer üzündə olan canlılar və təbii güclər təkəbbürlənmədən Allaha boyun əyərlər. Özlərinin üstündəki Rəbbindən qorxarlar və əmr olun­duq­la­rı şeyləri düzəldərlər.

(70/16, Nəhl/41–50)

Nəcm: 304

 

51Və Allah buyurdu: “İki tanrı qəbul etməyin. O, ancaq tək bir tanrıdır. O halda yalnız Məndən qorxun/yalnız Mənə qulluq edin”.

52Göylərdə və yer üzündə olan şeylər də yalnız Onundur. Din də daima Onundur. Belə isə, siz özünüzü Allahdan başqasınınmı qoruması altına aldırırsınız?

53Və yaxşılıq olaraq, sahib olduğunuz nə varsa, bax budur, Allahdandır. Sonra sizə bir zərər toxunduğunda, dərhal təkcə Ona sığınırsınız.

54,55Sonra zərəri sizdən uzaqlaşdırınca, sizdən bir qrup, küfr etmək/özlərinə verdik­lə­rimizi ört-basdır etmək/verdiklərimizə nankorluq etmək üçün Rəbbinə or­taq qoşarlar. Haydı, indi yararlanın! Lakin, yaxında biləcəksiniz.

56Və ortaq qoşanlar özlərinə ruzi olaraq verdiyimiz şeylərdən bilmədikləri şeylərə pay ayırırlar. Allaha and olsun ki, siz bu, uydura-uydura bu zamana qədər gəldiyiniz şeylərdən qətiliklə sorğu-sual olunacaqsınız.

57Və onlar Allaha qızlar isnad edirlər. Allah, bundan münəzzəhdir. Özləri üçün də iştahlandıqları oğlan uşaqları vardır.

58Və onlardan biri qız doğulması xəbəri ilə müjdələndiyi zaman içi qəzəblə dolaraq, üzü qapqara qaralır.

59Özünə verilən xəbərin/müjdənin pisliyinə görə qövmündən gizlənir, alçaq­lıq və xorluğa baxmayaraq qızı yanındamı tutsun, yoxsa torpağamı basdırsın! Diqqət edin, onların verdikləri hökm/törələri nə pisdir!

62Və bəyənmədiklərini Allah üçün ayırırlar. Və dilləri ən gözəlin özlərinə aid olduğunu, yalan yerə söyləyərək durur. Heç şübhəsiz, onlar üçün ancaq atəş vardır və onlar öndən itələnəcəklər.

60Axirətə iman etməyən insanlar üçün pisliyin eynisi vardır. Ən uca nümunə isə Allahındır. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/müt­ləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam­laş­dı­randır.

61Və əgər Allah səhv işlərinə görə insanları sorğu-suala çəkib cəzalandıracaq ol­say­dı, yer üzünün üstündə irili-xırdalı bütün canlılardan heç bir şey buraxmazdı. La­kin onları adı qoyulmuş bir müddətə qədər təxirə salar. Artıq onların müddət­lə­ri­nin sonu gəlincəyə qədər, nə bir saat ertələnə, nə də önə alına bilərlər.

63Allaha and olsun ki, Biz qətiliklə səndən öncə bəzi ümmətlərə elçilər göndərdiksə də, şeytan onlara əməllərini bəzəyib, bəzəkli göstərdi. Bax budur, o şeytan bu gün onların qoruyucu, yol göstərici yaxınıdır. Və onlar üçün acı bir əzab vardır.

64Və Biz sənə Quranı sırf haqqında anlaşılmazlığa düşdükləri şeyləri onlar üçün açıqlayasan deyə və iman edəcək bir cəmiyyətə bir bələdçi, bir mərhəmət olaraq endirdik.

(70/16, Nəhl/51–59, 62, 60–61, 63–64)

Nəcm: 305

65Və Allah göydən bir su endirdi və onunla yer üzünü ölümündən sonra diriltdi. Şübhəsiz ki, bunda dinləyən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.

66Şübhəsiz ki, keçi, qoyun, dəvə və iribuynuzlu heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarnındakı, ifrazat ilə qan arasındakı şeylərdən, içənlərin boğazından asanlıqla keçən xalis süd içiririk.

67Və xurma ağaçlarının meyvələrindən və üzümlərdən ki, siz ondan içki və gözəl ruzi əldə edirsiniz, sizə içiririk. Şübhəsiz ki, bunda ağlını işlədən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.

68,69Və Rəbbin bal arısına dağlarda, ağaclarda və düzəldəcəkləri çardaqlarda evlər/yuva­lar qurmasını əmr etdi. Sonra isə: “Meyvələrin hamısından ye və Rəbbinin asanlaşdırdığı yol­lara gir” – deyə vəhy etdi. Onların qarınlarından rəngləri müxtəlif olan bir içki çıxar ki, onda insanlar üçün şəfa vardır. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiy­yət üçün, qətiliklə bir əlamət/nümunə vardır.

70Və sizi Allah yaratdı, sonra da sizi vəfat etdirəcəkdir, sizə keçmişdə etdiklərinizi və etməli olduğunuz halda etmədiklərinizi bir-bir xatırlatdıracaqdır. İçinizdən kimi də bilikdən sonra, hər hansı bir şey bilməsin deyə, ömrün ən pis zamanına çatdırılır. Şübhəsiz ki, Allah çox bilikli və çox qüdrətlidir.

71Və Allah ruzi barəsində birinizi digərinizdən üstün qılmışdır. Özlərinə üstünlük verilənlər öz ruzilərini/yeyib içəcəklərini, sərvətlərini, sözləşmələrə uyğun olaraq, himayə­lə­rin­də saxladıqları insanlara, hamısı ruzidə bərabər olmaqla verməzlər. O halda bunlar, Allahın nemətini bilərək ört-basdırmı edirlər?

72Və Allah sizin üçün özünüzdən həyat yoldaşları etdi, o həyat yoldaşlarınızdan da oğullar və nəvələr verdi. Sizi xoş, gözəl, yararlı şeylərlə ruziləndirdi. İndi onlar batilə inanır və Allahın nemətini ört-basdırmı edirlər?

73Və onlar Allahın yaratdıqlarından, göylərdən və yer üzündən özləri üçün ruzi olaraq, hər hansı bir şeyə malik olmayan və güc yetirə bilməyən şeylərə sitayiş edirlər.

74Artıq Allah üçün nümunələr gətirməyin. Şübhəsiz ki, Allah bilir, siz bilməzsiniz.

75Allah heç bir şeyə gücü yetməyən, başqasının malı olmuş bir kölə ilə Bizim özünə gözəl bir ruzi verərək, gizli və açıq şəkildə, Allah yolunda xərcləyən/yaxınlarının dolanışıqlarını təmin edən bir insanı nümunə verdi: Bunlar eyni olurlarmı?  Təriflər Allaha məxsusdur, başqası öyülə bilməz. Əksinə, insanların çoxu bilməzlər.

76Allah iki nəfəri də nümunə göstərdi: Bunlardan biri dilsizdir, heç bir şeyə gücü çatmaz, qoruyucusuna bir yükdür. Onu hara göndərsə də, bir xeyir gətirə bilməz. İndi, bu adamla ədalətlə əmr edən və doğru yolda olan adam eyni olarmı?

(70/16, Nəhl/65–76)

Nəcm: 306

77Və göylərin və yerin görünməyəni, eşidilməyəni, seçilməyəni, sadəcə, Allaha aiddir. Qiyamətin qoparılması da, yalnız və yalnız göz açıb qapama kimidir və ya o, daha yaxındır. Şübhəsiz, Allah hər şeyə qadirdir.

78Və Allah sizi analarınızın qarnından heç bir şey bilməzkən çıxardı və sahib olduğunuz nemətlərin qarşılığını ödəyəsiniz deyə, eşitmə, görmə duyğuları və könüllər verdi.

79Göy boşluğunda bir əmrə boyun əydirilmiş olan quşlara/buludlara baxmadılarmı? On­ları Allahdan başqası tutmur. Bunda inanan bir cəmiyyət üçün əlbəttə ki, əlamət­lər/nü­munələr vardır.

80Və Allah sizə evlərinizi sizin üçün bir rahatlıq və hüzur yeri etdi. Və heyvanların dərilərindən yolçuluq və qonaq qalma günlərinizdə yaşayış yerləri etdi. Heyvanların yunlarından, yazda qırxılan qoyun tüklərindən və qıllarından müəyyən müddətə qədər istifadə edəcəyiniz geyim, döşənəcək və qazanc malları var etdi.

81Və Allah əmələ gətirdiklərindən sizin üçün kölgələr etdi və sizin üçün dağlardan sığınacaqlar etdi. Sizi istidən/soyuqdan qoruyacaq libaslar və sizi öz qəzəbinizdən qoruyan libaslar var etdi. Bax budur beləcə, Allah, müsəlman olasınız deyə, üzərinizə nemətini tamamlamaqdadır.

82Buna baxmayaraq, əgər üz çevirərlərsə, artıq sənə düşən ancaq açıq-aşkar bir təbliğdir.

83Onlar Allahın nemətini bilirlər, sonra onu tanınmaz hala gətirirlər. Onların çoxu kafirdirlər.

(70/16, Nəhl/77–83)

Nəcm: 307

84Və hər ümmətdən bir şahid gətirəcəyimiz gün, artıq kafirlərə izin verilməz. Onlardan üzr diləmələri də istənilməz.

85Və o, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər əzabı gördükləri zaman, artıq onlardan bu əzab zəiflədilməz və onlara möhlət verilməz.

86Və ortaq qoşan o insanlar ortaq qoşduqları şeyləri gördükləri zaman: “Rəbbimiz! Bax budur, bunlar, Sənin yaratdıqlarından bizim özlərinə yalvardığımız, ortaq qoşduqlarımız olan kəslərdir” – dedilər. Qoşduqları ortaqlar da dərhal onlara: “Şübhəsiz, siz qətiliklə yalançılarsınız” – deyə söz atdılar.

87Və onlar o gün, Allaha təslim oldular. Uydurmuş olduqları şeylər də özlərindən uzaqlaşıb getdi.

88Küfr edən və Allah yolundan döndərən bu insanlar… Biz etdikləri pozğunçuluğa görə onlara əzab üstünə əzab artdırdıq.

89Və Biz o gün hər ümmət içində özlərindən öz əleyhlərinə bir şahid gətirəcəyik. Səni də onların üzərinə şahid gətirəcəyik. Biz bu kitabı da hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir mərhəmət və bir müjdə olaraq sənə endirdik.

(70/16, Nəhl/84–89)

Nəcm: 308

90Şübhəsiz ki, Allah ədaləti, yaxşılaşdırmağı/gözəlləşdirməyi və qohumlara verməyi əmr edər, həyasızlıqdan, pislikdən və azğınlıqdan çəkindirər. O, düşünüb öyüd alarsınız deyə, sizə öyüd verir.

91Və sözləşmə etdiyinizdə Allahın əhdini/Allaha verdiyiniz sözləri yerinə yetirin. Andlarınızı/sözləşmələrinizi zəmanət altına aldıqdan və Allahı özünüzə qəti kəfil qıldıqdan sonra pozmayın. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri bilir.

92Bir ümmət digər bir ümmətdən daha çoxdur deyə, andlarınızı aranızda aldatma va­sitəsi edərək, kələfini sağlam şəkildə əyirdikdən sonra onu söküb, pozan qadın kimi də olmayın. Şübhəsiz, Allah sizi bununla sınayır. Haqqında anlaşılmazlığa düşdüyü­nüz şeyləri Qiyamət günü sizə mütləq açıqlayacaqdır.

93Və Allah diləsəydi, əlbəttə, hamınızı tək bir ümmət edərdi. Lakin, Allah dilədiyini azdırar və dilədiyinə də doğru yolu bələdçiləyər/diləyəni azdırar, diləyənə bələdçilik edər. Və şübhəsiz ki, siz etdiklərinizdən məsuliyyət daşıyırsınız.

94Və andlarınızı aranızda aldatma və pozğunçuluğa/qarışıqlığa vasitə etməyin. Sonra ayağınız yerə sağlam basdıqdan sonra sürüşər və Allah yolundan azdığınız üçün, pisliyi dadarsınız. Böyük əzab da sizin üçündür.

95Və Allahın əhdini/Allaha verilən sözləri az bir bədəl müqabilində satmayın. Əgər bilirsinizsə, qətiliklə Allah qatındakı… O, sizin üçün daha xeyirlidir.

96Sizin yanınızdakı tükənir, Allahın qatındakı isə qalıcıdır. Və Biz qətiliklə səbr edənlərə mükafatlarını, etdiklərinin daha gözəli olaraq qarşılığını verəcəyik.

97Kişi, qadın mömin olaraq, kim yaxşı əməl işləyərsə, qətiliklə onu gözəl bir həyat ilə yaşadarıq. Və qətiliklə, onların ödənişlərini etmiş olduqları əməllərin daha gözəli ilə mükafatlandıracağıq.

98Belə isə Quran öyrənib-öyrətdiyin zaman Racim Şeytandan [ağlınıza dərhal gələn, yaxşı-yaxşı düşünməyin nəticəsi olmayan, sizi məhv edəcək əsassız düşüncələr törədən qabiliyyətdən] Allaha sığın/sığındığına inan.

99,100Şübhəsiz ki, iman edən və Rəbbinə işin nəticəsini həvalə edənlər üzərində Şeytan-i Racimin heç bir məcburedici gücü yoxdur. Onun məcburedici gücü ancaq onu köməkçi, yol göstərici, qoruyucu yaxın qəbul edənlər və Allaha ortaq qoşanların məhz özləri olan insanlar üzərindədir.

(70/16, Nəhl/90–100)

Nəcm: 309

101Və Biz bir ayə yerinə başqa bir ayə gətirdiyimiz zaman, Allahın nə endirdiyini daha yaxşı bilən olmağına baxmayaraq, onlar: “Sən, ancaq bir uydurucusan” – dedilər. İşin doğrusu, onların çoxu bilmirlər.

102De ki: “Allah onu/endirdiyini, Rəbbindən ruhulkudüs/qövmü canlandıran Allah qanunları olaraq, iman edənləri gücləndirib, daha möhkəm kök atması üçün, həmçinin müsəlman­lara bir müjdə və bələdçi olaraq, haqq ilə endirmişdir.

103Və qətiliklə, Biz bilirik ki, onlar: “Sadəcə, ona bir bəşər öyrədir” – deyirlər. “Peyğəmbərə öyrədir” zənnində olduqları insanın dili əcnəbi dilidir. Quran isə açıq-aşkar bir ərəbcədir.

104Şübhəsiz, Allahın ayələrinə inanmayan insanlar… Allah onlara bələdçi olmaz və onlar üçün çox acı bir əzab vardır.

105Yalanı yalnız və yalnız Allahın ayələrinə inanmayan insanlar uydurarlar. Və bax budur, onlar yalançıların məhz özləridir.

106Hər kim imanından sonra küfr edər, qəlbi iman ilə yatışmış halda ikən, şiddətlə məcbur edilən istisna olmaqla, həmçinin küfrə – inanmamağa köksünü açarsa, artıq özlərinin üzərinə Allahdan bir qəzəb vardır. Onlar üçün böyük bir əzab da vardır.

107Bu, onların dünya həyatını Axirətdən daha sevimli gördüklərinə və şübhəsiz, Allahın da kafirlər qövmünə doğru yolu göstərmədiyinə görədir.

108Onlar Allahın qəlblərini, qulaqlarını və gözlərini damğaladığı/möhürlədiyi insanlardır. Laqeyd, biliksiz, biganə olanlar onların məhz özləridir.

109Onların Axirətdə ziyana uğrayanların məhz özləri olduğuna heç bir şübhə yoxdur.

(70/16, Nəhl/101–109)

Nəcm: 310

110Sonra şübhəsiz, sənin Rəbbin əziyyətə məruz qaldıqdan sonra hicrət edən, sonra səy göstərən və səbr edənlər üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra qətiliklə çox bağışlayandır, çox mərhəmətlidir.

111O gün hər kəs öz nəfsi üçün çalışıb çabalayaraq gələcək və hər kəs etdiyi şeyləri tamamilə alacaq. Və onlar haqsızlığa uğradılmayacaqlar.

(70/16, Nəhl/110–111)

Nəcm: 311

112Və Allah bir şəhəri misal olaraq verdi: Bu şəhər təhlükəsiz, rahatlıqlı idi və oraya hər bir yerdən ruzi bol-bol gəlirdi. Belə ki, onlar Allahın nemətlərinə qarşı nankorluq etdilər. Allah da onlara edib törətdikləri şeylərə görə aclıq və qorxu libasını/fəlakətini daddırdı.

113Və and olsun ki, onlara içlərindən bir elçi gəlmişdi və onu yalan saydılar. Bundan sonra onlar şərik qoşaraq səhv/öz zərərlərinə iş edərkən, əzab onları yaxaladı.

(70/16, Nəhl/112–113)

Nəcm: 312

114Artıq Allahın sizə ruzi olaraq verdiyi şeylərdən halal və təmiz olaraq, yeyin. Allahın nemətlərinin qarşılığını ödəyin, əgər sadəcə, Ona qulluq edəcəksinizsə!

115Allah sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adından kəsilənləri haram qıldı. Artıq hər kim hücum etmədən və həddi aşmadan, məcbur qalırsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar.

117Onların dünyada qazandıqları çox az bir qazancdır. Və onlar üçün çox acıqlı bir əzab vardır.

118Biz sənə anlatdıqlarımızı [leş, qan, donuzun ətini], daha öncə yəhudilərə də haram etmişdik. Və Biz onlara haqsızlıq etmədik. Amma onlar şərik qoşaraq, özlərinə haqsızlıq edirdilər.

(70/16, Nəhl/114–118)

Nəcm: 313

119Sonra şübhəsiz, sənin Rəbbin bir cahilliklə günah işləyən, sonra bunun ardından tövbə edən və düzəldən insanlar üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra qətiliklə çox bağışlayan və çox mərhəmət edəndir.

120,121Şübhəsiz, İbrahim səmimiyyətlə Allaha boyun əyən, ortaq qoşma inancından dönmüş, Allahın nemətlərinə qarşılıq ödəyən, başlı-başına bir ümmət idi. Və o, ortaq qoşanlardan olmadı. Və Allah onu seçdi və dosdoğru yola bələdçilədi.

122Və Biz İbrahimə dünyada yaxşılıq/gözəllik verdik. Və şübhəsiz ki, o, Axirətdə də qətiliklə salehlərdəndir.

123Sonra sənə: “Küfrdən, ortaq qoşmaqdan dönmüş bir insan olan və ortaq qoşanlardan olmayan İbrahimin dininə/həyat tərzinə tabe ol” – deyə vəhy etdik.

(70/16, Nəhl/119–123)

Nəcm: 314

124 Sebt/Şənbə günü/düşünüb daşınma günü ancaq, həmin gün barəsində anlaşmazlığa düşən insanlar üzərinə qılındı. Və şübhəsiz, sənin Rəbbin onların anlaşmazlığa düşdükləri şeylər haqqında Qiyamət günü aralarında qətiliklə hökm verəcəkdir.

(70/16, Nəhl/124)

Nəcm: 315

125Rəbbinin yoluna haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalarla, həmçinin gözəl öyüdlə çağır! Və onlarla ən gözəl şəkildə mübarizə et. Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları ən yaxşı biləndir və O, bələdçiləndikləri doğru yolda olanları da ən yaxşı biləndir.

(70/16, Nəhl/125)

Nəcm: 316

126Və əgər cəza verəcək olarsınızsa da, sizin cəzalandırıldığınızın misli ilə cəza verin. Və əgər səbr edərsinizsə, əlbəttə, o, səbr edənlər üçün daha xeyirlidir.

127Sən səbirli ol! Sənin səbr etməyin də ancaq Allah ilədir. Onlar üçün kədərlənmə! Onların qurduqları tələlərdən sıxıntıya düşmə!

128Şübhəsiz ki, Allah Özünün qoruması altına girənlər və özləri yaxşılaşdıran/gözəlləşdirən olan insanlarla birlikdədir.

(70/16, Nəhl/126–128)

TƏHLİL

1Allahın əmri qətiliklə gələcək. Artıq onun təcili olmasını istəməyin. Allah onların ortaq qoşduqları şeylərdən münəzzəhdir və ucadır.

Surə, Rəsulullahın xəbərdarlıqlarına qarşı: “O vəd edilən nə zamanmış?” – deyən inancsızların xəbərdar edildiyi və Allahın onların ortaq qoşduqlarından münəzzəh olduğunun vurğulandığı bu ayə ilə başlayır. “Allahın əmri gəldi [qəti olaraq gələcək]. Artıq tələskənlik edib, onu istəməyin” ifadəsiylə müşriklərə: “Sizin uzaq saydığınız, ya da yox saydığınız Allahın əmri [ölüm, Qiyamət, axirət]” qapınızdadır, çox yaxındır, gəldi gələcək haldadır, tələsərək istəməyin” – deyilir.

Ayənin nüzul səbəbi haqqında klassik qaynaqlarda bu məlumat yer alır:

Rəvayət olunduğuna görə, “Saat [Qiyamət] yaxınlaşdı. Ay [ikiyə] ayrıldı (Qəmər/1)” ayəsi nazil olunca, kafirlər öz aralarında: “O, Qiyamətin yaxınlaşdığını iddia edir. Beləliklə, etməkdə olduğunuz bəzi (pis) işləri artıq buraxın. Olub, bitəcəkləri hamımız birlikdə görək” – dedilər. Lakin Qiyamət dərhal qopmayınca: “Bizi təhdid etdiyin şeydən birşey görmədik” – dedilər. Bundan sonra “İnsanların hesab [günü] yaxınlaşdı (Ənbiya/1)” ayəsi nazil oldu. Kafirlər buna görə tir-tir titrəyib, qorxaraq o günlərin gəlməsini gözləməyə başladılar. Amma o günlərin gəlməsi uzanıb, gəlməyincə: “Ey Muhəmməd, bizi təhdid etdiyin şeydən heç bir iz görə bilmədik” – dedilər. Bundan sonra budur: “Allahın əmri gəldi” – ayəsi nazil oldu. Hz. Peyğəmbər (s.ə.s) diz üstə çökdü və insanlar başlarını qaldırınca, ayədəki: “Artıq onu vaxtından əvvəl istəməyin” – ifadəsi nazil oldu. [2]

Məkkəli müşriklər, özlərinə vəd edilənlərə qarşı ağıllarınca, bir tezis irəli sürürdülər. Bunlar bir çox dəfə açıqlanmışdı:

  • 31Onlara ayələrimiz oxunduğu zaman isə: “Eşitdik, istəsək bunun kimisini biz də söy­ləyərik, bu, keçmiş cəmiyyətlərin əfsanələrindən başqa bir şey deyildir” – demişdi­lər.
  • 32Bir vaxt da onlar: “Ey Allahım! Əgər bu, Sənin qatından gəlmiş bir haqqın/ger­çə­yin məhz özüdürsə, heç durma, üstümüzə göydən daşlar yağdır və ya bizə çox ağır bir əzab ver” – demişdilər.
  • 33Halbuki, sən içlərində ikən, Allah onlara əzab edəcək deyildi. Bağışlanma dilə­dik­lə­ri müddətcə də, Allah onlara əzab edən deyildir. (Ənfal/31-33)
  • 53Və səndən əzabı tələm-tələsik istəyirlər. Əgər müəyyən edilmiş/adı qoyulmuş bir müddət sonu olmasaydı, əzab onlara əlbəttə, gəlmişdi. Və o əzab, heç fərqində olma­dıqları bir zamanda özlərinə mütləq qəflətən gələcəkdir.
  • 54,55Səndən əzabı tələm-tələsik istəyirlər. Şübhəsiz, cəhənnəm də qətiliklə, özlərini üstlərindən və ayaqlarının altından bürüdüyü gündə, kafirləri bürüyəcəkdir. Və o: “Etmiş olduqlarınızı dadın!” – deyər. (Ənkəbud/53-55)

Və Ənam/57, 58, Yunus/50, 51, Şüəra/204-208, Saffat/176, 177.

Özlərinə vəd edilənlərə qarşı tezis irəli sürmək, sadəcə Məkkə müşriklərinə xas bir xüsusiyyət deyildi. Keçmiş müşriklərin, kafirlərin də tərzi idi. Onların ortaq xüsusiyyətini, Kəhf/55 və Əhqaf/ 21-28-də təfərrüatlı olaraq görürük.

Mövzumuz olan ayənin “O [Allah], onların ortaq qoşduqları şeylərdən münəzzəhdir və ucadır” şəklindəki son cümləsində Allaha ortaq qoşulduğu ifadə edilən şeylər, insanların tanrılaşdırdıqları saxta tanrılardır. Bu saxta tanrılar insanların öz istəkləri, mal-mülk, qadın-qız və ya ehtirasla bağlanılan başqa varlıqlar ola biləcəyi kimi, cahiliyyə ərəblərində olduğu kimi Lat, Menat, Uzza və Hubel adında heykəllər və ya Nuh Peyğəmbər dövründən qalma Vedd, Suva, Yagus, Yeük və Nesr kimi bütlər də ola bilir. Quranın endiyi torpaqlarda bilinənlərdən başqa, dünyanın digər yerlərində qəbul edinilən saxta tanrılar da buna daxildir. Məsələn, qədim Yunan və Romadakı Olimpos tanrıları, Zevs, Apollon, Artemis, qədim Mesopotamiya sivilizasiyalarında tanrı qəbul edilən Ay, Günəş və digər göy cisimləri, Afrika və Amerika yerliləri tərəfindən tanrı qəbul edilən təbiət varlıqları, insanlıq tarixi boyunca zaman-zaman tanrılaşdırılan mələklər, cinlər, Peyğəmbərlər də buna daxildir. Tarix, vaxtıyla saleh qul olaraq yaşamış bəzi insanların, din biliklilərinin və hətta bəzi dövlət idarəçilərinin belə tanrılaşdırıldığı dövrlərə şahid olmuşdur.

2Allah Öz əmri ilə qullarından dilədiyinə vəzifə olaraq xəbərçi ayələri/vəhyi Özünə xas bir iş kimi, ruh/can ilə birlikdə göndərib buyurar: “İnsanları xəbərdar edib bildirin: “Məndən başqa tanrı yoxdur, o halda mənim qorumam altına girin!” 

Bu ayə ilə başlayan və 24-cü ayəyə qədər davam edən bu ayə qrupunda Allahın insanlara lütf etdiyi maddi və mənəvi nemətlər sayılmış, insanoğlunun həyatını və dolanışığını asanlaşdıran vasitələrlə Allahın kainatdakı varlıq və birliyinə sübut olan bir sıra ayələrə diqqət çəkilmişdir. Bununla Rəbbimiz müşriklərin anlayışlarından münəzzəh olduğunu ortaya qoymuşdur. Bu məqsədə yönəlik olaraq Rəbbimiz öz sifətlərini sayıb, bildirmiş, uydurma tanrı və rəbblərdə bu sifət və xüsusiyyətlərin olmadığını, ola bilməyəcəyini bəyan etmişdir.

Mövzumuz olan 2-ci ayədə Rəbbimizin insanlara bəxş etdiyi ən böyük nemətə, vəhyə diqqət çəkilmişdir. Bu ayələrdə bu nöqtələr üzərində durulmuşdur:

Allah, elçilik vəzifəsini kimə istərsə, ona verir. Elçi edəcəyi insanı O, özü seçər və elçi edər. Bunda kimsənin bir dəxli olmasından, təsirindən bəhs edilə bilməz.

  • 75,76Allah xəbərçi ayələrdən də elçilər seçər, insanlardan da elçilər seçər. Şübhəsiz ki, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir, əllərinin arasında olanı və arxalarında olanı bilir. Və işlər, yalnız və yalnız Allaha döndərilir. (Həcc/75, 76)
  • 124Və onlara bir ayə gəldiyi zaman: “Allahın elçilərinə verildiyi kimi, bizə də veril­mədikcə, qətiyyən inanmayacağıq” – dedilər. Allah elçilik vəzifəsini hara verəcəyini da­ha yaxşı bilir. Günah işləyənlərə, qurduqları hiylələrinə görə, Allah qatında bir alçaqlıq və çətin bir əzab toxunacaqdır. (Ənam/124)
  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/32)
  • 2,3O, Anaşəhərlilər/Məkkəlilər içində özlərindən olan və Anaşəhərlilərə və hələ onlara qatılmamış olan başqalarına Allahın ayələrini oxuyan, onları arındıran, onlara kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir elçi göndərəndir. Onlar öncədən açıq-aşkar bir pozğunluq içində olsalar da! Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
  • 4Elçi göndərmək Allahın dilədiyi insanlara verdiyi ərməğanıdır. Və Allah böyük ərməğan sahibidir. (Cumuə/2-4)

Mələklərin endirilməsi:

Ayədə Uca Allahın, bəzi qullarına mələkləri ruh ilə birlikdə endirməsindən bəhs edilir. Burada bəhs edilən “qullar” elçilərdir. Onlara endirdiyi mələklər də bu elçilərə endirdiyi vəhylərdir. Bu mövzu daha əvvəl Qədr surəsində detaylı olaraq işlənmişdi.

Vəhyi göndərməyin sırf Allaha xas bir iş olması:

Rəbbimiz vəhydə araçı işlətmir, vəhyini elçisinin qəlbinə bilavasitə özü ilka etdirir. Vəhyin bu şəkildə reallaşdığı başqa ayələrdən də anlaşılır:

  • 15O, dərəcələri yüksəldəndir, ən böyük taxtın/ən yüksək mövqenin sahibidir. O, görüşmə günü haqqında xəbərdar etmək üçün Öz əmrindən/Öz işindən olan vəhyi qullarından dilədiyinə verir. (Mömin/15)
  • 52,53Bax budur, beləcə, Biz sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan di­lə­diyimizi onunla bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də ən ­doğ­ru bir yola – göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçi­lik et­mək­dəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər. (Şura/52, 53)

Vəhyin məramı:

Ayədəki “… ruh/can ilə birlikdə göndərib buyurar: “İnsanları xəbərdar edib bildirin: “Məndən başqa tanrı yoxdur, o halda mənim qorumam altına girin!”  ifadəsindən, vəhyin məramının “Allahdan başqa tanrı deyə bir şeyin olmadığını” bildirmək, öyrətmək olduğu anlaşılır.

İlk Peyğəmbərdən son Peyğəmbərə, ilk kitabdan son kitaba qədər hamısı eyni məram için göndərilmişdir:

  • 25Və Biz səndən öncə elə bir elçi göndərmədik ki, ona: “Doğrusu budur ki, Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün Mənə qulluq edin” – deyə vəhy etmiş olmayaq.  (Ənbiya/25)
  • 1–4Əlif/1, Lam/30, Ra/200. Bu Quran Allahdan başqasına qulluq etməyin, sa­də­cə Allaha qulluq edin deyə, ayələri/şərik qoşaraq edilən səhvi/öz zərərlərinə işi və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar yerləş­diril­miş/pozulması əngəllənmiş, həmçinin ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edən, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı bilən tərəfındən ət­raf­lı olaraq açıqlanmış bir kitabdır! “Şübhəsiz, mən sizin üçün Onun tərəfindən bir xə­bər­dar edən və bir müjdəçiyəm. Və Rəbbinizdən bağışlanma istəyin, sonra Ona töv­bə edin ki, sizi adı qoyulmuş bir müddət sonuna qədər gözəl faydalandırsın. Və hər fəzilət sahibinə ərməğanlarını versin. Və əgər üz çevirərsinizsə, mən sizin əley­hi­ni­zə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz yalnız və yalnız Allahadır. Və O, hər şeyə gücü çatandır”. (Hud/1-4)
  • 192Və şübhəsiz ki, bu açıq-aşkar kitab, tam yəqinliklə bilin ki, aləmlərin Rəbbinin en­­dirməsidir. 193–195O açıq-aşkar kitabla, xəbərdar edənlərdən olasan deyə, açıq-aş­kar bir Ərəb dilində sənin qəlbinə etibar edilən can [ilahi ismarıclar, etibar edilən bilik] en­di. 196Və şübhəsiz ki, etibar edilən can [etibar edilən bilik], tam yəqinliklə bil ki, ön­cə­ki­lə­rin ki­­tablarında da vardı. (Şüəra/192-196)

Və Ya Sin/69, 70, Şura/7, Furqan/1, Nəziət/45, Mömin/15.

Bu mövzu ilə əlaqədar yüzlərlə ayə mövcuddur

3Allah göyləri və yer üzünü haqq ilə yaratdı. O, onların ortaq qoşduqları şeylərdən ucadır.

Bu ayədə kainatın “haqq [doğru]” ilə yaradıldığı vurğulanmışdır. Bəhs edilən “doğru”nun nə olduğu aşağıdakı ayələr nəzərə alındığında daha yaxşı anlaşılır:

  • 19,20Göyləri və yer üzünü Allahın haqq olaraq yaratdığını görmədinmi/heç düşünmədinmi? O diləyərsə, sizi aradan qaldırar və yepyeni bir xalq/yaradılış gətirər. Bu, Allaha görə çətin deyildir. (İbrahim/19, 20)
  • 73Və O göyləri və yeri haqq ilə yaradandır. Və O “Ol!” dediyi gün dərhal olur. Onun sözü haqdır. Sura üfləndiyi gün də, mülk ancaq Onundur. O gizlini də, aşkarı da biləndir. O ən yaxşı qanun qoyandır, pozulmağa yaxşı mane olan/sağlam edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir. (Ənam/73)
  • 5O, Günəşi bir aydınlıq, Ayı bir işıq edən və illərin sayını və hesabını biləsiniz deyə, aya mənzillər nizamlayandır. Allah bunu ancaq gerçək ilə yaratmışdır. O, anlaya biləcək bir cəmiyyət üçün ayələri ətraflı olaraq açıqlayar. (Yunus/5)

Və Ənkəbud/44, Hicr/85, Rum/8, Zümər/5, Duhan/38, 39, Casiyə/22, Əhqaf/3, Təğabun/3, Zəriyət/23, Haqqa/51.

Bu ayələrdə bəhs edilən doğru, “bunların müvəqqəti, müddətli” olmasıdır. Kainata baxan, müşahidə edən, araşdıran hər kəs bu doğrunu, yəni bunların müddətli olduğunu, müddətlərini tamamladıqdan sonra yox olacaqlarını anlayar.

4Allah, insanı bir nütfədən yaratdı. Bir də baxarsan ki, o açıq-aşkar bir düşməndir.

Bu ayədə Rəbbimiz, insanı bir nutfədən [döllənmiş yumurtadan] yaratdığını; belə olmasına baxmayaraq, insanın bunu unudub, Allaha düşmənçiliketdiyini açıqlayarkən həm öz varlığının dəlillərinə, həm də insanın nankor təbiətinə diqqət çəkir. İnsanı çox alçaq, dəyərsiz bir mövqedən çox sayğın bir hala gətirənin bilavasitə Allah olmasına baxmayaraq, insanoğlu kəraməti özündən hesab edərək və keçici nemətlərə bel bağlayaraq korlanır, beləliklə, Rəbbinə qarşı nankorca bir xüsusiyyət göstərir.

Bu hal daha əvvəl Ya Sin surəsində də dilə gətirilmişdi:

  • 77Və o insan özünü bir nütfədən, bir damla sudan yaratdığımızı görmədimi ki, indi o açıq-aşkar bir düşməndir?
  • 78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi. Dedi ki: “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”
  • 79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız.
  • 81Göyləri və yeri yaradanın onlar kimilərini də yaratmağa gücü yetməzmi? Bəli, əlbəttə, gücü yetər! Və O, çox mükəmməl yaradandır, çox yaxşı biləndir.
  • 82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir. O da dərhal olur. (Ya Sin/77-82)

İnsanın Rəbbinə düşmən kəsilməsi, Allahın göndərdiyi elçiləri və bu elçilərin təbliğ etdiyi ismarıcları qəbul etməməsi, bunun nəticəsi olaraq da, öldükdən sonra diriləcəyi həqiqətini inkar edərək, Allaha qarşı cavabdeh olduğunu rədd etməsidir. Bu xüsusiyyətdə olanlar Qiyaməti və həşri yalan saymağa çox istəkli davranaraq, bu düşmənliklərini hər fürsətdə hərəkətləriylə ortaya qoymağa çalışırlar.

Bunu Rəsulullah dövründə açıq-aşkar edərkən, günümüzdəki təmsilçiləri isə eyni düşmənliyi hiyləgərcəsinə, altdan-altdan yöntəmlərlə, çox zaman da elmi jarqon işlədərək etməyə çalışırlar:

  • 15–17Və onlar: “Bu aşkar ovsundan başqa bir şey deyildir. Öldüyümüz və torpaq, sümük olduğumuz zamanmı, həqiqətənmi biz təkrar diriləcəkmiyik? Əvvəlki atalarımızdamı?” – deyirlər. (Saffat/15-17)
  • 51–53Onlardan bir sözçü deyər ki: “Şübhəsiz ki, mənim: “Sən həqiqətən, tam yəqinliklə, doğrulayanlardansanmı? Öldüyümüz və torpaq, sümük olduğumuz zamanmı, həqi­qə­tən­mi biz qarşılıq görəcəyik?” – deyən bir yaşıdım/yaxın yoldaşım var idi”. (Saffat/51-53)
  • 2,3Amma onlar, özlərinə içlərindən xəbərdar edicinin gəlməsinə çaşdılar və kafirlər: “Bu, çaşılacaq bir şeydir! Öldüyümüz və bir torpaq olduğumuz vaxtmı? Bu, uzaq bir dönüşdür” – dedilər. (Qaf/2, 3)

Və Səcdə/10, İsra/49, İsra/98, Möminun/35.

İnsanın nütfədən yaradıldığı bir çox dəfə [Kəhf/37, Həcc/5, Möminun/13, 14, Fatir/11, Mömin/67, Nəcm/46, Qiyamət/37, İnsan/2, Əbəsə/19] vurğulanmışdır. Həmçinin aşağıdakı ayə, insana nədən yaradıldığını xatırladaraq, Yaradıcısına düşmən olması halında nə ilə qarşılaşacağını lakonik bir dillə xəbər verir:

  • 5Onun üçün insan nədən əmələ gətirilmiş olduğuna bir baxsın – 6,7onurğa ilə köks sümükləri arasından çıxan, atıcı bir sudan/“östrogen” və “testosteron” hormonlarından başladılaraq əmələ gətirildi.
  • 8,9Şübhə yox ki, O/Yaradıcı, bütün sirlərin meydana çıxarıldığı gün, onun geri döndərilməsinə gücü çatandır. 10Artıq onun üçün nə hər hansı bir güc vardır, nə də hər hansı bir köməkçi. (Tariq/5-10)

5Heyvanları O yaratmışdır. Onlarda sizi isidəcək şeylər və bir çox yararlar vardır. Siz, onlardan bir qismini də yeyirsiniz.

6Və heyvanlarda axşam vaxtı gətirdiyinizdə və səhərlər örüşə apardığınızda sizin üçün bir gözəllik vardır.

7Və heyvanlar, ancaq canınızın bir parçası tükənərək/çox yorularaq çata biləcəyiniz bir məmləkətə yüklərinizi daşıyırlar. Şübhəsiz, sizin Rəbbiniz, qətiliklə çox şəfqətli, çox mərhəmətlidir.

8Və Allah özlərinə minəsiniz, həm də zinət olsun deyə, atları, qatırları və eşşəkləri yaratdı. Bilmədiyiniz şeyləri də, O yaradır.

Bu ayələrdə Rəbbimiz qoyun, dəvə, keçi və mal-qara kimi heyvanların əhəmiyyətinə toxunaraq, insanlığın bu heyvanlardan qida, geyim, ziynət, daşıma və gediş-gəliş sahələrində necə yararlandıqlarını xatırladır. Bu heyvanların olmaması halında insan həyatının nə cür yoxsulluq və sıxıntılarla üz-üzə qalacağı hər kəs tərəfindən təqdir edilə bilir. Buna görə də bu nemətləri verən Allah unudulmamalıdır.

80Və Allah sizə evlərinizi sizin üçün bir rahatlıq və hüzur yeri etdi. Və heyvanların dərilərindən yolçuluq və qonaq qalma günlərinizdə yaşayış yerləri etdi. Heyvanların yunlarından, yazda qırxılan qoyun tüklərindən və qıllarından müəyyən müddətə qədər istifadə edəcəyiniz geyim, döşənəcək və qazanc malları var etdi. (Nəhl/80)

71Və onlar görmədilərmi ki, Biz şübhəsiz, onlar üçün qüdrətimizin meydana gətirdiklərindən bir sıra heyvanlar yaratdıq və onlar həmin heyvanlara sahib olurlar.

72Və onları özləri üçün aşağı tutulan varlıqlar etdik. Buna görə minikləri onlardandır. Onlardan yeyirlər də.

73Və onlarda daha bir çox mənfəətlər və içkilər də vardır. Hələ də özlərinə verilən nemətlərin qarşılığını ödəməyib, nankorluqmu edəcəklər?  (Ya Sin/71-73)

Və Möminun/21-22, Ğafir/79-81, Zühruf/12-14.

9Yolun doğrusu ancaq Allaha borcdur. Yolun əyrisi də vardır. Və əgər Allah diləsəydi, sizin hamınızı doğru yola bələdçiləyərdi.

Bu ayədə Rəbbimiz, mərhəmətinə uyğun olaraq, elçi göndərərək, kitab endirərək insanlara yolun doğrusunu bildirdiyini, yolun əyrisi də olduğu üçün onları əyri yoldan qorumaq istədiyini, amma insanları sərbəst buraxdığını, kimsəni doğru yol üçün məcbur etmədiyini, istəyənin nəticəsinə qatlanmağı nəzərə alaraq, əyri yola da gedə biləcəyini bəyan edir.

Bu mövzu bir çox ayə ilə insanlara açıqlanmışdır:

  • 272Onları doğru yola gətirmək sənin boynunun borcu deyildir, ancaq Allah dilədiyi kim­səni doğru yola gətirər. Və xeyirdən Allah yolunda xərclədiyiniz/başda yaxın­la­rı­­nız olmaqla, başqalarının dolanışıqlarını təmin etdiyiniz şeylər sırf özünüz üçün­dür. Və siz, yalnız və yalnız Allahın rızasını güdməyinizdən başqa xərcləməzsiniz. Və xeyir­dən nə xərclədinizsə, onun əvəzi sizə tamamilə ödənəcəkdir. Və siz haqsızlığa uğra­dıl­ma­ya­caq­sınız. (Bəqərə/272)
  • 151De ki: “Gəlin, Rəbbinizin sizə nələri tabulaşdırdığını/toxunulmaz qıldığını de­yim: Özünə heç bir şeyi ortaq qoşmamağınızı; ana-ataya yaxşılıq etməyinizi, göz­əl dav­­ranmağınızı; kasıblıq qorxusu ilə/yoxsul olarıq qorxusu ilə uşaqlarınızı öl­dür­­məməyinizi, sizi və onları Biz ruziləndiririk. Pisliklərin açığına və gizli­ninə ya­xınlaşmamağınızı; haqsız yerə, Allahın haram qıldığı nəfsi/canı öldür­mə­mə­yi­nizi; bax budur, bunlar Onun sizə öhdəlik olaraq çat­dır­dıq­la­rıdır ki, bəlkə düşünüb daşınasınız.
  • 152Yetimin malına da yaxınlaşmamağınızı, yalnız yetkinlik çağına çatana qədər ən gözəl şəkildə yaxınlaşa bilər və uyğun şəkildə xərcləyə bilərsiniz. Ölçünü, çə­kini haqqaniyyətlə büsbütün etməyinizi; Biz kimsəni gücünün çatdığından başqası ilə – qabiliyyətinin xaricində bir şeylə məsul tutmarıq. Söylədiyiniz zaman da, yaxınınız da olsa, ədalətli olmağınızı və Allaha verdiyiniz sözə əməl etməyinizi”. Bax budur, bunlar öyüd alıb düşünəsiniz deyə, Allahın sizə məsuliyyət olaraq çat­dır­dıqlarıdır”.
  • 153Və şübhəsiz ki, bu, ən doğru olaraq Mənim yolumdur. Dərhal ona tabe olun. Və başqa yollara uymayın ki, sizi Allahın yolundan ayırmasın. Bax budur, bunlar Allahın qoruması altına girərsiniz deyə, Allahın sizə məsuliyyət/öhdəlik olaraq çatdırdıqlarıdır.
  • 154Sonra Biz, Rəbbinə qovuşacaqlarına inansınlar deyə, yaxşılıq/gözəllik edənlərə tamam olaraq, hər şeyi geniş şərh etmək, bələdçi və mərhəmət olmaq üçün Musaya Kitabı verdik.
  • 155–157Və Quran kiminiz: “Kitab, sadəcə bizdən əvvəlki iki topluluğa – Yəhudi və Xristianlara endirildi, biz isə, o kitabları oxuya bilmir və dillərini anlaya bilmirdik”, kiminiz də: “Əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq” – deməyəsiniz deyə, Bizim endirdiyimiz bərəkətli bir kitabdır. Ona görə də, mərhəmət olunmağınız üçün ona uyun və Allahın qoruması altına girin. Bax bu­dur, sizə də Rəbbinizdən açıq dəlil, bələdçi və mərhəmət gəlmişdir. Elə isə, Allahın ayə­lərini yalan sayıb, onlardan üz döndərəndən daha səhv, öz zərərlərinə iş edən kim ola bilər? Ayələrimizdən üz döndərənləri, üz döndərdiklərinə görə əzabın pisi ilə cə­za­landıracağıq. (Ənam/151-157)
  • 149De ki: “Bax budur, ən qəti və üstün dəlil, Allahındır. Ona görə də əgər Allah dilə­səydi, əlbəttə hamınıza bələdçi olardı”. (Ənam/149)

Və Yunus/99, Kəhf/29, Ənbiya/35, Hicr/41, Hud/118,119.

10,11O, sizin üçün göydən bir su endirdi. İçdikləriniz ondandır. Heyvanları otardığınız ağaclar/bitkilər də ondandır. Allah su ilə sizin üçün əkin, zeytun, xurmalıqlar, üzümlər və bütün meyvələrdən bitirir. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.

12Və Allah gecəni, gündüzü, Günəşi və Ayı sizin əmrinizə verdi/sizin yararlana­ca­ğı­nız xüsusiyyətlərdə yaratdı. Ulduzlar da Onun əmrinə boyun əymişlər. Şübhəsiz ki, bunda ağlını işlədən bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.

13Yer üzündə sizin üçün yaratdığı müxtəlif rənglərdə olan şeyləri də sizin xidmə­ti­ni­zə vermişdir. Şübhəsiz ki, bunda öyüd alan bir cəmiyyət üçün qətiliklə bir əla­mət/nü­munə vardır.

14Və O, dənizdən təzə ət yeməyiniz və ondan taxdığınız bəzək əşyalarını çıxarasınız de­yə, həmçinin nemətlərindən ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılı­ğı­nı ödəməyiniz üçün dənizi sizin əmrinizə verəndir. Gəmilərin dənizdə suyu yara-yara üzüb getdiklərini görürsən.

Rəbbimiz bu ayələrdə hər gün iç-içə olduğumuz, onlar olmadan olamayacağımız nemətlərini xatırlatmışdır. Yeyəcəklərimizin, içəcəklərimizin təməl qaynağı olan su, birinci planda verilmişdir. Sonra bunların əmələ gələ bilməsini təmin edən gecə-gündüzün dönməsindən və digər nemətlərdən bəhs edilmişdir.

  • 73Və Allahın mərhəmətindəndir ki, O, gecəni və gündüzü – gecələr dincələsiniz və gün­düzlər, Onun qarşılıqsız, artıqdan verdiklərindən axtarasınız və özünüzə verilən ne­mətlərin qarşılığını ödəyəsiniz deyə, var etdi. (Qasas/73)
  • 52Musa: “Onların biliyi Rəbbimin qatında bir kitabdadır. Rəbbim səhv etməz və unutmaz/tərk etməz. 53O, yer üzünü sizin üçün bir döşək edən, oradan sizin üçün yollar açan və göydən bir su endirəndir – 52 Bax budur, Biz o su ilə cürbəcür bitkilərdən cütlər çıxardıq. 54Yeyin və heyvanlarınızı otarın. Şübhəsiz, ağıl sahibləri üçün bunda necə əlamətlər/nümunələr vardır! 55Biz sizi yer üzündən əmələ gətirdik, sizi ona döndərəcəyik və sizi bir dəfə daha ondan çıxaracağıq.
  • 56Və and olsun ki, Biz Firona əlamətlərimizi/nümunələrimizi – hamısını göstərdik və o, yalan saydı və inad etdi. (Ta Ha/52-56)

Mövzumuz olan paraqrafda sayılan nemətlərlə əlaqədar olaraq, Quranda daha yüzlərlə ayə mövcuddur. Nemətlərin burada sayılma səbəbi, onlara görə Allaha şükür edilməsi, bədəllərinin ödənməsi olduğu ismarıcını verməkdir.

15,16Və Allah sizə süfrə olması üçün yer üzünün içində sabit/sağlam dağlar, çaylar və siz bələdçiləndiyiniz doğru yolu tapasınız deyə yollar və daha necə əlamətlər buraxdı. Və Onlar ulduzlarla/Quran ayələrinin köməyi ilə yollarını tapırlar.

Bu ayələrdə Rəbbimiz dağların funksiyasına toxunmuş, dağların insanlar üçün çox böyük bir nemət olduğuna diqqət çəkmişdir.

Ayələrdən anlaşılan odur ki, dağların yaradılmasındakı hikmət insanların sarsılmamasını təmin etməkdir. Sabit dağlar olmasaydı, insanlar yer üzündə çalxalanıb silkələnəcək, ayaqlarını sağlam şəkildə yerə basıb ayaq üstündə dura bil­məyəcək, zəlzələ olurmuş kimi, daima silkələnmə halında olacaqdı. Silkələnmə halında olunca da yer üzündə bitkilərin əmələ gəlməsinə təsir edən torpaq və su sistemi pozulacaq, hava axımları sistemi pozulduğundan, oksijen paylanması olmayacaq, beləliklə canlılar süfrəsiz qalacaqdı. Rəbbimiz yer üzünü əmələ gətirərkən, yəni yer qabığı geoloji müddət içində şəkillənirkən, Rəbbimiz, tarazlığı təmin etmək üçün sağlam dirəklər deyilən dağları var etmişdir. Bu dağlar yer üzünü və yer üzündəkiləri neqativ təsir edəcək yer sarsıntılarına mane olaraq, stabilliyi [tarazlığı] təmin edir.

Dağların funksiyası ilə əlaqədar Quranda bir çox ayə vardır:

  • 31Və Biz yer üzünün içində, sizə süfrə olsun deyə, sağlam payalar etdik. Və orada bələdçiləndikləri yollarını tapsınlar deyə, bol-bol yollar əmələ gətirdik. (Ənbiya/31)

Bunlardan başqa, Rad/3, Hicr/19, Nəml/61, Loğman/10, Fussilət/10, Səba/13, Qaf/7, Mürsəlat/27, Nəbə/7 və Nəziət/32-yə də baxılmalıdır.

Dağların funksiyası ilə əlaqədar daha əvvəl Mürsəlat surəsinin təhlilində geniş açıqlama edildiyindən, mövzunun oradan təkrar oxunmasını məsləhət görürük.

17Belə isə yaradan – Allah yarada bilməyən sözdə tanrılar kimi olurmu? Hələ düşün­mə­yə­cək­sinizmi?

18Və əgər Allahın nemətlərini saymaq istəsəniz, onları saya bilməzsiniz. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

19Və Allah gizlətdiyinizi və açıqladığınızı bilir.

20,21Və onların Allahın yaratdıqlarından yalvardıqları hər hansı bir şey əmələ gətirə bilməzlər, özləri yaradılmışlardır, ölüdürlər, diri deyillər. Nə zaman diriləcəklərini də tam bilə bilməzlər.

22Sizin ilahınız tək bir ilahdır. Artıq Axirətə inanmayan bu insanlar… Onların qəlbləri, tanıtmamağa çalışmaqdadır və onlar özlərinin böyük olduqlarına inanan kəslərdir.

23Allahın onların gizlətdiklərini və açığa vurduqlarını bildiyinə heç şübhə yoxdur. Şübhəsiz ki, Allah özlərinin böyük olduqlarına inananları sevməz.

Rəbbimiz, doğru Tanrılığını, hər şeyin Yaradıcısı olduğunu və hər şeyi özünün idarə etdiyini açıq sübutlarla ortaya qoyduqdan sonra, “Belə isə yaradan – Allah yarada bilməyən sözdə tanrılar kimi olurmu?” buyuraraq özünü lazım olduğu kimi təqdir edə bilməyən inkarçıları qınayır, ağılsızlıqlarını və nankorluqlarını tənqid edir.

Saxta tanrılarla “Tək Doğru Tanrı”nın fərqini ortaya qoyan və “Doğru Tanrı”nın doğru olaraq tanınmalı olduğu ismarıcını verən onlarla ayə vardır:

  • 73Ey insanlar! Bir nümunə verilir, indi ona qulaq asın! Sizin Allahın yaratdıqlarından bu yalvardıqlarınız hamısı bir yerə yığışsalar da, bir milçəyi belə qətiyyən əmələ gətirə bilməzlər. Və milçək onlardan bir şey qoparsa, onu qurtara bilməzlər. İstəyən də gücsüzdür və istənilən də gücsüzdür.
  • 74Allahı olduğu kimi dəyərləndirə bilmədilər. Şübhəsiz ki, Allah çox qüv­vət­li­dir, hər şeydən üstündür. (Həcc/73, 74)
  • 59De ki: “Bütün təriflər Allaha məxsusdur, başqası öyülə bilməz. Salamatlıq, təhlükəsizlik də seçib arındırdığı qullarınadır. Allahmı xeyirlidır, yoxsa onların ortaq qoşduğu şeylərmi?”
  • 60Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, ya göyləri və yer üzünü yaradan, göydən sizin üçün su endirənmi? Sonra da Biz onunla, bir ağacı belə bitirməyinizin mümkün olmadığı gözəl-gözəl bağçalar bitirmişik. Allahla bərabər başqa bir tanrımı var! Əksinə onlar, şərik qoşaraq səhv/öz zərərlərinə iş etməkdə davam edən bir cəmiyyətdir.
  • 61Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa yer üzünü sığınacaq edən, ara­la­rında çaylar əmələ gətirən, onun üçün sabit dağlar yerləşdirən və iki dəniz arasına maneə qoyanmı? Allah ilə bərabər bir tanrımı var? Tam əksinə, onların çoxu bilmirlər.
  • 62Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa özünə yalvardığı zaman bəd­bin­ləş­mişə qarşılıq verən və pisliyi yox edən, sizi yer üzünün xəlifələri edənmi? Allahın yanında başqa bir tanrımı var? Çox az düşünürsünüz!
  • 63Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa qurunun və dənizin qaranlıqları için­də sizə bələdçi olan, mərhəmətinin önündə küləkləri müjdəçi olaraq gön­də­rən­mi? Allahla bərabər bir tanrımı var? Allah onların qoşduqları ortaqlardan çox uca­dır.
  • 64Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa əvvəl yaratmağı başladan, sonra onu geri çəkəcək olan və sizi həm göydən, həm yerdən ruziləndirənmı? Allahla bə­ra­bər başqa bir tanrımı var? De ki: “Əgər doğru insanlarsınızsa, qəti dəlilinizi gə­ti­rin!”
  • 65De ki: “Qeybi/göylərdə və yerdə görünməyəni, eşidilməyəni, seçilməyəni, keç­mi­şi, gələcəyi Allahdan başqa kimsə bilməz. Və onlar nə zaman dirildilə­cək­lə­ri­nin fər­­qinə varmazlar. (Nəml/59-65)
  • 194Allahın yaratdıqlarından yalvardıqlarınız… onlar eyni ilə sizin kimi quldurlar. Əgər doğrusunuzsa, haydı, onları çağırın ki, sizə qarşılıq versinlər. 195Onların yerimək üçün ayaqları, tutacaq əlləri, görəcək gözləri və ya eşidəcək qulaqlarımı var? De ki: “Çağırın ortaqlarınızı, sonra mənə tələ qurun və mənə zaman verməyin. (Əraf/194, 195)
  • 11Bax budur, bu, Allahın yaratmasıdır. Haydı, göstərin Mənə! Onun yaratdıqlarından olan kimsələr nə yaratmışlar? Əslində o, şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər, açıq-aşkar bir pozğunluq içindədirlər. (Loğman/11)
  • 40De ki: “Allahın yaratdığı sərvətlərdən yalvarıb durduğunuz, ortaq qoşduqlarınızı heç düşündünüz­mü? Göstərin Mənə, onlar yer üzündən nəyi yaratmışlar? Ya da onlar üçün göylərdə bir ortaqlıqmı var? Ya da Biz onlara bir kitab vermişik və onlar, ondan bir dəliləmi əsaslanırlar?” Tam əksinə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o kəslər, bir-birlərinə yalandan başqa bir vəd vermirlər. (Fatir/40)

24,25Və onlara: “Rəbbiniz nə endirdi?” – deyildiyi zaman, onlar qiyamət günü öz gü­nah­larını tam olaraq yüklənmək və biliksizlikləri üzündən azdırmaqda olduqları insanların günahlarından bir qismini də yüklənmələri üçün: “Öncəkilərin əfsanə­lə­ri” – dedilər. Diqqət edin, yükləndikləri şey nə pisdir!

26Şübhəsiz ki, onlardan öncəki insanlar tələ qurdularsa da, Allah onların divarlarına bünövrələrindən vurdu. Sonra da damı təpələrindən üzərlərinə çökdü. Və onlara əzab düşünə bilmədikləri bir yöndən gəldi.

Bu ayələrdə Məkkəli müşriklərin xüsusiyyətləri, yanlış inancları bir dəfə daha ortaya qoyularaq, onlara keçmişdəki cəmiyyətlərdən özlərinə bənzəyən qövmlərin başlarına gələnlər xatırladılır. “Diqqət edin, yükləndikləri şey nə pisdir! 26Şübhəsiz ki, onlardan öncəki insanlar tələ qurdularsa da, Allah onların divarlarına bünövrələrindən vurdu. Sonra da damı təpələrindən üzərlərinə çökdü. Və onlara əzab düşünə bilmədikləri bir yöndən gəldi” şəklindəki bu xatırlatmayla bu nankor inkarçılara ağıllarını başlarına almaları ismarıcı verilir. Ayənin ifadəsində müşriklərə yönəlik yüksək səviyyədə bir təhdiddən bəhs edir.

Doğrudan da Quranda nəql edilən hekayələr, arxeoloji qazıntılar, dünya üzərindəki minlərlə xarabalıq yerləri və tarixi məlumatlar qədim qövmlərin başına gələn qorxunc fəlakətləri göstərir. Rəbbimiz bu xəbərdarlığı, əhəmiyyətinə görə, bir çox dəfə etmişdir:

  • 40Bax budur, hamısını günahlarına görə yaxaladıq. Onlardan kiminin üzərinə daşlar sovuran küləklər göndərdik, kimini dəhşətli bir səs yaxaladı, kimini yerin dibinə keçirdik, kimini də suda boğduq. Və Allah onlara haqsızlıq etmirdi, lakin onlar şərik qoşmaqla, özlərinə haqsızlıq edirdilər. (Ənkəbud/40)
  • 16Lakin onlar üz çevirdilər! Nemətlərin qarşılığını ödəmədilər. Biz də üzərlərinə su anbarlarının selini saldıq və onların iki bağçalarını onlara acı meyvəli, yulğunluq və içində bir az da “sidr ağacı” olan iki bağçaya çevirdik. (Səba/16)
  • 6İnsanlardan eləsi də vardır ki, şüursuzcasına, Allah yolundan azdırmaq və əylənmək üçün, boş sözü/zarafatı satın alır. Bax budur, onlar özləri üçün alçaldıcı bir əzab olanlardır. (Loğman/6)

Mövzumuz olan ayələr, Allah ilə döyüş etməyə cəhd edənlərin, təsir etdikləri insanların günahlarını da yüklənəcəkləri ismarıcını verilir. Bilinməlidir ki, bu cür insanlar yoldan çıxardıqlarının günahlarının da bir qismini yüklənirkən, onların günahlarından da bir azalma olmayacaqdır.

  • 13Onlar, əlbəttə, öz yüklərini və öz yükləri ilə birlikdə necə yükləri də daşıyacaqlar. Və uydurub durduqları şeylərdən Qiyamət günü, əmin olun ki, sorğu-sual olunacaqlar. (Ənkəbud/13)
  • 85Kim xeyir və yaxşılıqlara vasitəçi olmaqla kömək edərsə, bundan özünə bir pay vardır. Kim də pisliyə dəlil olmaq və kömək etməklə və ya pislik cığırını açmaqla kömək edirsə, ondan özünə bir günah payı vardır. Allah hər şeyə qadirdir. (Nisa/85)

24-cü ayədə Allahın ayələri üçün “əvvəlkilərin əfsanələri” deyən bir nəfərdən bəhs edilir.  “Əsbab-i Nüzul” qeydlərində bu sözləri söyləyənin Nadr b. əl-Haris olduğu nəql edilir:

  • Nadr bin əl-Haris Hireyə getmiş və orada Kəlilə və Dimnə ilə əlaqədar anladılan hekayələri satın almışdı. Sonra Qüreyşlilərə bu hekayələri oxuyur və belə deyirmiş: “Muhəmməd də yoldaşlarına ancaq əvvəlkilərin məsəllərini oxuyur. Yəni onun oxuduğu şey, Rəbbimizin endirdikləri deyildir”. [3]

Bu mövzu daha əvvəl Furqan surəsində də yer almışdı.

  • 5Və: “O Quran, yazılı hala gətirilmiş öncəkilərin nağıllarıdır. İndi də o, səhər-axşam/daim ona oxunmaqdadır” – dedilər. (Furqan/5)

Rəbbimiz, özüylə döyüşmə cürətində olanları xəbərdar edərək, onlara tələ(plan)larının boş olduğunu bildirmişdir. Beləliklə, İbrahim surəsində onların tələ(plan)ları ilə əlaqədar bu ayə yer alır:

  • 46Və həqiqətən onlar tələlərini qurdular. Onların tələləri Allah qatındadır. Qurduqları tələləri dağları yerindən oynadacaq olsa belə… (İbrahim/46)

26-cı ayədə “Allah, onların divarlarına təməllərindən gəldi” deyilir. “Gəlmək”, “getmək”, “enmək”, “çıxmaq” kimi qavramların Allah haqqında həqiqi mənalarıyla işlədilməsi mümkün deyildir. O halda bu qavramları məcazi olaraq mənalandırmaq lazımdır. Burada qəsd edilən də, “Onlar inkar edincə, Allah onlara binalarını təməllərindən və dirəklərindən söküb çıxaran bir zəlzələni gətirdi” şəklində bir mənadır. Allah haqqında az-çox biliyi olanlar bu ifadələrin məcaz olduğunu bilirlər. Ayədə anladılmaq istənilən, Allahın onları təbiət hadisələri ilə cəzalandırmasıdır. Bunu ifadə edən bir çox ayə (Əraf/84, 91, 92, Fil/1-5, Fussilət/16, 17, Əhqaf/24-25) vardır.

27Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və: “Hanı, uğrunda düş­mən­çi­lik etdiyiniz ortaqlarım haradadır?” – deyəcəkdir. Özlərinə bilik verilmiş olan insanlar: “Şübhəsiz ki, bu gün rüsvayçılıq və pislik, kafirlər üzərinədir” – deyəcəklər.

28Allahın tanrılığını və rəbliyini bilə-bilə rədd edən o kimsələr, özlərinə haqsızlıq edənlər olaraq, mələklərin onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırdıqları kimsələrdir. Artıq təslimiyyəti ortaya qoyarlar: “Biz heç bir pislikdən etmirdik”. Tam əksinə, şübhəsiz ki, Allah sizin etməkdə olduqlarınızı çox yaxşı biləndir.

29“O halda içində həmişəlik qalanlar olaraq, cəhənnəmin qapılarına girin!” – deyilər. Bax budur, yekəxanalıq edənlərin yeri nə pisdir!

Bu ayə qrupunda, Elçinin təbliğ etdiyi vəhy üçün “qədimlərin məsəlləri” deyən müşriklərin Qiyamət və məhşər günündəki vəziyyətləri sərgilənmişdir.

Onlar, Qiyamət günündə rəzil-rüsvay ediləcək və ortaq qoşduqları sözdə tanrılarının harada olduğu soruşulacaqdır. Ağlı başında olan bilikli insanlar isə kafirlərin rəzilliyinin haqq edilmiş bir cəza olduğunu onsuz da qəbul edirlər:

  • 80Və özlərinə bilik verilmiş olan insanlar isə: “Vay bizim halımıza! İman edən və sa­leh əməl edən insanlar üçün Allahın verəcəyi mükafat daha xeyirlidir. Ona da an­caq səbr edənlər qovuşa bilərlər” – dedilər. (Qasas/80)

Müşriklərlə əlaqədar Qiyamət və məhşər səhnələrinin yer aldığı ayələrdən bir neçəsini təqdim edirik:

  • 22Və o gün hamısını toplayacağıq. Sonra Biz ortaq qoşan insanlara: “Hanı, haradadır o həqiqətin əksinə olaraq inandığınız ortaqlarınız?” – deyəcəyik. 23Sonra onların atəşlərə atılmaları: “Rəbbimiz, Allaha and olsun ki, Biz ortaq qoşanlardan deyildik” – deməkdən başqa bir şey deyildi. (Ənam/22, 23)
  • 28,29Və hamısını toplayacağımız, sonra da o ortaq qoşanlara: “Yerlərinizə! Siz və ortaqlarınız!” – deyəcəyimiz gün, artıq tam yəqinliklə bilin ki, aralarını yaxşıca açacağıq və onların ortaqları: “Siz sadəcə bizə sitayiş etmirdiniz ki! İndi bizim aramızda və sizin aranızda şahid olaraq Allah yetər. Biz sizin qullu­ğu­nuzdan tam yəqinliklə bilin ki, xəbərsiz idik/laqeyd idik” – deyəcəklər.  (Yunus/28, 29)
  • 92,93Və onlara: “Allahın yaratdığı sərvətlərdən sitayiş etdiyiniz şeylər harada? Sizə kömək edirlərmi və ya özlərinə köməkləri toxunurmu?” – deyilmişdir. (Şüəra/92, 93)
  • 8,9Şübhə yox ki, O/Yaradıcı, bütün sirlərin meydana çıxarıldığı gün, onun geri döndərilməsinə gücü çatandır. 10Artıq onun üçün nə hər hansı bir güc vardır, nə də hər hansı bir köməkçi. (Tariq/8-10)
  • 50,51Və sən mələklərin/vəzifəli güclərin kafirlərin üzlərinə və kürəklərinə vuraraq: “Dadın görək, qızğın atəşin əza­bı­nı! Bax budur, bu, sizin öz əllərinizlə etdiklərinizə görədir. Və şübhəsiz ki, Allah qullara heç bir şəkildə haqsızlıq edən deyildir” – deyə onlara keç­miş­də etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırarkən, bir gör­­səydin.  (Ənfal/50, 51)

Bu ayələrdə aşağıdakı nöqtələrə toxunulmuşdur:

* Kafirlər ölüm anlarında vəfat etdirilərkən, çox sıxıntı çəkərlər, peşmançılıq duyarlar, amma iş işdən keçmiş olar. Ümidsizlik və çarəsizlik anında iman işə yaramaz.

  • 83O zaman ki, elçiləri onlara açıq dəlillərlə gəldi, özlərində olan biliyə görə lovğalanmışdılar. Halbuki, o lağ etdikləri şey onları bürümüşdü.
  • 84Sonra da nə zaman qəzəbimizi gördülər: “Allahın birliyinə inandıq və Ona ortaq qoşduğumuz şeyləri qəbul etmədik” – dedilər.
  • 85Amma qəzəbimizi gördükləri zamankı imanları özlərinə yararlı olacaq deyildi. Allahın qulları haqqındakı davam edən təsəvvürü/fikri… Bax budur, kafirlər burada itirdilər, zərərə uğradılar. (Mömin/83-85)

* Müşriklər orada da yalan söyləyərlər: Ayədə müşriklərin: “Biz, heç bir pislikdən etmirdik”– dedikləri nəql edilir. Onların bu ifadələri, o şərtlər altında belə, yalan söylədiklərini göstərir. Beləliklə, Ənam surəsində bu bölmə yer almışdır:

  • 22Və o gün hamısını toplayacağıq. Sonra Biz ortaq qoşan insanlara: “Hanı, haradadır o həqiqətin əksinə olaraq inandığınız ortaqlarınız?” – deyəcəyik. 23Sonra onların atəşlərə atılmaları: “Rəbbimiz, Allaha and olsun ki, Biz ortaq qoşanlardan deyildik” – deməkdən başqa bir şey deyildi.
  • 24Bax, öz əleyhlərinə necə də yalan söylədilər! O uydurduqları şeylər də özlərindən ayrılıb yox oldu.
  • 25Onlardan sənə qulaq asanlar vardır, halbuki Biz onu qavrayıb anlamalarına/qəlb­lə­­ri üzərinə qat-qat örtüklər və qulaqlarında bir ağırlıq əmələ gətirdik. Onlar bütün əla­mətləri/nümunələri görsələr də ona inanmazlar. Belə ki, o kafirlər sənin yanına gəldiklə­rində, səninlə mübahi­sə­yə girişərək: “Bu, öncəkilərin uydurma məsəllərindən başqa bir şey deyildir” – de­yər­lər. (Ənam/22-25)

Yuxarıdakı ayələrdə, müşriklərin mühakimə olunduqları sırada şirklərini inkardan başqa bir yol tapa bilməyəcəkləri bildirilir. Məhşərdəki sorğu əsnasında günahkarların ağıllarının başlarından getdiyi, çaşqın, dəhşətə düşmüş bir halda olacaqları nəzərə alınarsa, onların orada da yalan söyləmələrinin mümkün olduğu düşünülə bilər. Ancaq axirətdə yalan söyləməyin heç bir işə yaramayacağı Quranda açıq şəkildə dilə gətirilən bir xüsusdur. Yalan söyləməyə cəhd etsələr belə, Uca Allah müxtəlif şahidlərlə onların yalanlarını üzlərinə vuracaqdır. Beləliklə, günahkarların axirətdə yalan söyləyəcəklərini bildirən bir çox ayə (Ya Sin/65, Fussilət/20, 21, Ənam/28, Mücadilə/18, Mömin/69-76) mövcuddur.

30–32Və Allahın qoruması altına girmiş insanlara: “Rəbbiniz nə endirdi?” – deyilincə, onlar: “Xeyir” – deyərlər. Bu dünyada gözəlləşdirənlərə/yaxşılaşdıranlara yaxşılıq/gözəllik vardır. Axirət yurdu isə mütləq şəkildə daha xeyirlidir. Və Allahın qoruması altına girmiş insanların yurdu… Ədn cənnətləri nə gözəldir! Onlar oraya girəcəklər. Onun altından çaylar axar. Orada onlar üçün dilədikləri şeylər vardır. Allah Özünün qoruması altına girənləri bax budur, belə qarşılıqlandırır. Allahın qoruması altına girənlər o insanlardır ki, mələklər onları xoş və rahat etdirərək onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırırlar: “Salam sizə, etmiş olduğunuz işlərin qarşılığı olaraq girin cənnətə!” – deyərlər.

Özlərinə “Rəbbiniz nə endirdi?” deyə soruşulduğunda, “Qədimlərin məsəllərini…” deyən müşriklərin vəziyyətlərinə qarşılıq, bu ayələrdə də ağıllı və təqvalı davranan Möminlərin vəziyyətləri nəql edilir. Eyni suala “xeyir endirildi” deyə cavab verən Möminlər, bu təslimiyyətləri qarşılığında təbii olaraq, axirətdə də “xeyir” ilə qarşılaşacaqlar. Belə ki, Rəblərindən görəcəkləri bu xeyirli davranışın nəticəsi olaraq, Ədn cənnətlərinə yerləşdiriləcəklər. İnananların, təqvalı davrananların daima ödülləndiriləcəyi Rəbbimizin bir vədidir:

  • 30–32Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib, sonra ən doğru olanlar… onların üzərinə xə­bərçi ayələr həmişəlik enər: “Qorxmayın, kədərlənməyin, sizə vəd edilən cənnətlə se­vi­nin. Biz dünya həyatında və Axirətdə sizin yol göstərənləriniz, köməkçiləriniz, qo­ruyanlarınızıq. Cənnətdə qullarının günahlarını çox örtən, onları cəzalandır­ma­yan və lütfü bol olan, əngin mərhəmət sahibindən bir ikram olaraq sizin üçün nəfslərinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər də sizin üçündür”.
  • 33,34Və Allahı çağırıb/yalvarıb saleh əməl edən və: “Mən müsəlmanlardanam” – deyəndən daha gözəl sözlü kim vardır? Və gözəlliklə çirkinlik/yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl şəkildə dəf et. O zaman səninlə arasında düşmənçilik olan insan, sanki, isti bir yaxınındır. (Fussilət/30-34)
  • 68–70”Ey ayələrimizə iman etmiş və Müsəlman olmuş qullarım! Bu gün sizə qorxu yoxdur və siz kədərlənməyəcəksiniz. Siz və zövcələriniz izzət sahibi olanlar olaraq, girin cənnətə! 71–73Allahın qoruması altına girənlərin ətraflarında qızıl qablar, qədəhlər gəzdirilir. Orada nəfslərin arzu edəcəyi, gözlərin zövq ala biləcəyi hər şey vardır. Və siz, orada həmişəlik qalacaqsınız. Və bax budur, bu etdiyiniz əməllərə görə, özünə son sahib edildiyiniz cənnətdir. Orada sizin üçün bir çox meyvələr vardır. Onlardan yeyəcəksiniz”. (Zühruf/68-73)
  • 27Allah iman edənləri, adi dünya həyatında və Axirətdə sabit bir sözə/imana bənd edər. Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri də azdırar. Və Allah dilədiyi şeyi edər.(İbrahim/27)

Müttəqilərin özlərinə göndərilən vəhyləri “xeyir” olaraq xarakterizə etmələri, Quranın məhz xeyir, yaxşılıq və gözəllik ehtiva etdiyini ifadə edir. Quran dünyada da xeyirdir, axirətdə də xeyirdir.

  • 14–17Arınan, Rəbbinin adını anaraq salaat edən qətiliklə özünü qurtarmışdır. Lakin, siz bu adi dünya həyatını üstün tutursunuz. Halbuki, axirət daha xeyirli və əbədidir. (Əla/14-17)
  • 4,5Sonrası sənin üçün əvvəlindən, əlbəttə, daha xeyirli olacaq. Və Rəbbin sənə verəcək, sən də məmnun olacaqsan. (Duha/4, 5)
  • 97Kişi, qadın mömin olaraq, kim yaxşı əməl işləyərsə, qətiliklə onu gözəl bir həyat ilə yaşadarıq. Və qətiliklə, onların ödənişlərini etmiş olduqları əməllərin daha gözəli ilə mükafatlandıracağıq. (Nəhl/97)

Mövzumuz olan ayələrdə diqqət çəkən bir başqa nöqtə də, təqvalıların bütün etdiklərinin ölüm anında özlərinə tamamilə göstərilərək, sevindirilərək, vəfat etdiriləcək olmalarıdır.

Ayələrdə Möminlər mədh edilib, öyülərək, digər insanlar da onların çatacaqları xoşbəxt sonu əldə etməyə təşviq edilmişlər.

33,34Onlar özlərinə təbii güclərin gəlməsindən və ya Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər! Özlərindən öncəkilər də belə etmişdilər. Və Allah onlara haqsızlıq etmədi, lakin, onlar şərik qoşaraq, özlərinə haqsızlıq etmiş, səhv/öz zərərlərinə iş etmişdilər. Bunun üçün sonunda etdiklərinin cəzası özlərinə toxundu. İstehza etdikləri şey də özlərini əhatə etdi.

Bu ayələrdə, işi inada salıb, biliksizcə və hər hansı bir istinadları olmadan axirəti, əzabı inkar edən müşriklərə sözsüz olaraq belə deyilir: “Nə üçün hələ çox asan və açıq olan dəvəti qəbul edir dirənirlər? Biz, həqiqəti ortaya qoymaq üçün hər metodu sınadıq və buna kainatdan və öz bünövrələrindən sübutlar göstərdik. Ağıllı və düşünə bilən insanlar üçün şirkə azmağa səbəb olacaq heç bir boşluq buraxmadıq. Onlarsa bunların qarşısında həmişə özlərini görməməzliyə qoyurlar. Ölüm mələyi gəlincə, işin fərqinə varacaqlar. O zaman dəvəti qəbul edəcəklər, lakin bu qəbul etmələri bir işə yaramayacaqdır”.

Bu ayənin bir bənzəri də Ənam və Fəcr surələrinə yer almışdı:

  • 158Mələklərin gəlməsindən, yaxud Rəbbinin gəlməsindən, ya da Rəbbinin bəzi əlamətlərinin/nümunələrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Rəbbinin əlamətlərindən/nümunələrindən bəzisi gəldiyi gün, daha əvvəl iman etməmiş, yaxud imanında bir xeyir qazanmamış olan insana, artıq inanması heç bir fayda verməz. De ki: “Gözləyin – şübhəsiz, biz də gözləyənlərik”.  (Ənam/158)
  • 21–23Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yer üst-üstə sarsıntılarla dümdüz edildiyi zaman, Rəbbinin hesaba çəkdiyi, göndərdiyi vəhylər şahid olaraq səf-səf düzüldüyü zaman, o gün cəhənnəm də gətirilmişdir; o insanın, o gün ağlı başına gələcəkdir, artıq ağlının başına gəlməsinin ona nə xeyri var ki?! (Fəcr/21-23)

Allaha, Allahın Peyğəmbərlərinə və axirət gününə iman etməyən bir insan, əgər ölüm anında, ölümün şiddətləri özünə gəlib, çatdığı və ilahi əzabı konkret olaraq görüb, hiss etdiyi zaman iman edərsə, bu imana “iman-ı yes” və ya “iman-ı bes [məcburi iman]” deyilir.

Məcburi imandan bu üç halda bəhs edilir:

1- Həyatda ikən qarşılaşılan fəlakətlər qarşısında;

2- Ölüm anında;

3- Qiyamətdə və Qiyamət sonrası dirilişdə.

Bu üç haldan biriylə qarşılaşdıqdan sonra iman edənlərin imanları qəbul edilməz. Çünki onlar sərbəst iradələri ilə deyil, qarşılaşdıqları bəlaların səbəb olduğu qorxu və ümidsizliklə, yəni məcburi olaraq iman etmişlər. Buna görə də, bu imanları özlərinə heç bir fayda verməz.

Bu mövzu haqqında Qiyamət surəsinin təhlilində detaylı açıqlama edildiyindən, əlaqədar bölmənin oradan oxunmasını məsləhət görürük.

  • 93Və Allah haqqında yalan uydurandan, yaxud özünə heç bir şey vəhy olunmadığı halda: “Mənə vəhy olundu” deyəndən və: “Allahın endirdiyi kimi mən də endirəcəyəm” – deyəndən daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanları ölümün şiddətləri içində ikən, vəzifəli güclər də onlara əllərini uzatmış: “Canlarınızı çıxarın. Bu gün, Allah haqqında gerçək olmayan şeylər söylədiyinizə və Onun ayələrinə qarşı təkəbbürləndi­yi­niz­ə görə, alçaldıcı bir əzabla cəzalandırılacaqsanız” –  dediklərində bir görsəydin! (Ənam/93)
  • 13–16O gün yalan sayanlar cəhənnəm atəşinə itələndikcə itələnərlər: Bax budur, bu, yalan sayıb durduğunuz atəşdir! Yaxşı, budamı bir sehrdir? Yoxsa, siz görmürsünüzmü? Söykənin ora! İstər səbr edin, istər səbr etməyin, artıq sizin üçün birdir. Siz, sadəcə, etdiklərinizin qarşılığını alacaqsınız!  (Tur/13-16)

35Və Allaha ortaq qoşan bu insanlar: “Allah diləsəydi, biz və atalarımız Onun Özünün ya­rat­dıqlarından heç bir şeyə sitayiş etməzdik və Onun yaratdıqlarından heç bir şeyi ha­ram qılmazdıq/müqəddəsləşdirməzdik” – dedilər. Özlərindən öncəki insanlar belə et­di­lər. Bax budur, elçilərin öhdəsinə düşən ancaq açıq-aydın bir təbliğdən başqa nə olur?

Bu ayədə isə müşriklərin bir başqa absurdluğuna toxunulmuşdur. Onlar, beyinsizliklərinin vəbalını Allaha yükləməyə çalışmışdılar. Allah diləsəymiş, onlara şirk qoşdurtmazmış, günah işlətməzmiş. Təbii ki, diləyərdisə edərdi, amma “məşiət-i ilahi” insanların sərbəst seçimini gözləmişdir. Nəticəsini qəbul edərək, diləyən istədiyi kimi inanar və yaşayar. Hidayət üçün məcburiyyətdən bəhs edilə bilməz.

Müşriklərin bu inancları Ənam və Zümər surələrində daha əvvəl də bildirilmişdi:

  • 148Allaha ortaq qoşan insanlar deyəcəklər ki: “Allah diləsəydi biz ortaq qoş­maz­dıq, ata­larımız da ortaq qoşmazdılar, heç bir şeyi də haram qılmazdıq”. Onlardan əvvəl yalan sayanlar da əzabımızı dadıncaya qədər, bax budur, belə idi. De ki: “Yanınızda/Bizim qarşımıza çıxara biləcəyiniz bir bilikmi var? Siz, sadəcə zənnə uyursunuz və siz sadəcə axmaqlayırsınız”. (Ənam/148)
  • 55–58Və qəflətən əzab gəlmədən insanın: “Allahın yanında etdiyim ölçüsüzlük­lər­ə görə vay mənim halıma! Doğrusu mən lağ edənlərdən idim” – deməsin­dən, yaxud: “Allah mənə doğru yolu göstərsəydi, hər halda mən Allahın qoruması altına girənlərdən olardım” – deməsindən və ya əzabı gördüyü zaman: “Mənə bir geri dönüş də olsaydı, mən də o yaxşılıq-gözəllik edənlərdən olsaydım” – deməsindən öncə, Rəbbinizdən sizə endirilənin ən gözəlini izləyin/təqib edin”. (Zümər/55-58)

Ayədəki “Özlərindən əvvəlki insanlar belə etdilər” ifadəsi, Peyğəmbərin dövründəki müşriklərdən əvvəlki nəsillərin də öz absurd düşüncələrinə görə inanıb yaşadıqlarını və etdiklərinin vəbalını Allaha şamil etməyə çalışdıqlarını göstərir. O qədim nəsillər özlərinə gələn kitabları öz anlayışlarına görə izah etdilər, hətta təhrif etmək cürətini belə göstərdilər.

  • 78Bunlardan bir qismi də, əsassız və boş düşüncədən başqa Kitabı bilməyən, oxuma-yazma bilməyən/analarından doğulduqları kimi qalmış olanlardır. Bunlar sadəcə, zənn edərlər.
  • 79Artıq vay halına o insanların ki, öz əlləri ilə kitab yazarlar və sonra bir az paraya satmaq üçün: “Bu, Allah qatındandır” – deyərlər. Artıq o əlləri ilə yazdıqları üzündən onların vay halına! O qazandıqları şeylər üzündən onların vay halına! (Bəqərə/78, 79)
  • 78Və Kitab Əhlindən bəzi söz və qaydaları, kitabdan olmamasına baxmayaraq, siz onu kitabdan sanasınız deyə, dillərini kitaba doğru əyib, bükən ağılsız, sərsəri bir qrup vardır. O, Allah qatından olmadığı halda: “Bu, Allah qatındandır” – deyərlər. Özləri bilə-bilə Allah haqqında yalan da söyləyərlər.(Al-i İmran/78)

36Və and olsun ki, Biz hər ümmətə: “Allaha qulluq edin və tağutdan qaçının” – deyə bir elçi göndərdik. Artıq Allah bu ümmətlərdən bir qisminə doğru yolu göstər­di, bir qisminə də pozğunluq haqq olmuşdur. İndi yer üzündə bir gəzib dolaşın və ba­xın yalan sayanların sonu necə olmuşdur?

Bu ayələrdə Rəbbimiz, rəhmətinə uyğun olaraq, insanların doğru yolu tapmaları, “Allaha ibadət edib, tağutdan qaçınmaları” üçün elçi göndərdiyini bəyan edir. Göndərilən elçilərin vəzifəsi və onlara endirilən vəhylərin təməl ismarıcı, insanları tağuta qulluqdan qurtarıb Allaha qulluğa yönəltməkdir.

  • 25Və Biz səndən öncə elə bir elçi göndərmədik ki, ona: “Doğrusu budur ki, Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün Mənə qulluq edin” – deyə vəhy etmiş olmayaq. (Ənbiya/25)
  • 45Və sən elçilərimizdən səndən öncə göndərdiyimiz insanlardan soruş: “Biz Rəhmanın yaratdıqların­dan qulluq ediləcək tanrılar tanıyırdıqmı?” (Zühruf/45)

Bu öhdəlik və ismarıc, qısaca “la ilahə illallah”ı lazım olduğu kimi insanlara çatdırmaq və bu prinsipə görə hərəkət edilməsini təmin etməyə çalışmaqdır.

Ayədə “Allaha qulluq”un alternativi “tağuta qulluq” olaraq verilmişdir. Beləliklə, Rəbbimizin tövhid inancını ortaya qoyarkən, işlətdiyi “əkslik prinsipsiylə anlatma” metodu başqa ayələrdə də görülür:

  • 256Dində məcbur etmək/diksindirmək yoxdur! İman Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən – yaxşı pisdən, gözəl çirkindən, doğruluq pozğunluqdan qəti olaraq, yaxşı-yaxşı ayrılmışdır. O halda kim tağuta küfr edər – onu tanımaz, Allaha inanarsa, qopmaq bilməyən ən sağlam bir dəstəyə yapışmışdır. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir. (Bəqərə/256)

Ayədə bəhs edilən “Tağut” və onun bu adı almasına səbəb olan “tüğyan/azma” haqqında qısa bir xatırlatmanın yararlı olacağı qənaətindəyik:

Tuğyan. Tağutun hərəkəti olduğuna görə öncəliklə bu qavramın bilinməsi lazımdır.

Tuğyan, “həddi aşma, zülm, azğınlıq, pozğunluq, üsyan, küfr” – deməkdir.

Tuğyan kəlməsi, tağa [azdı, daşdı, zülm etdi] felinin məsdəri olaraq, Quranda doqquz yerdə keçir. Həmçinin “həddi aşıb, azğınlıq edən insan və cəmiyyətlər” mənasında [tağ] altı yerdə, insanları yoldan çıxaran, azdı­ran “şeytan”, “büt” və “kahin” mənasında [tağut] səkkiz yerdə keçir. Məsdər və digər törəmələriylə birlikdə, bu kəlmə Quranda cəmi otuz doqquz yerdə zikr edilir. Tuğyan, insanın təbiətində vardır. Vəhyə qulağını tıxayan, öz ağlını yeganə rəhbər qəbul edərək, özünü bəyənən eqoist insan, bir də çox mal sahibi olub, özünü ehtiyacdan uzaq görməyə başladımı, tuğyan içinə düşmüş olur.

İnsan, özündə istədiyini edə biləcək bir güc, bilik və qabiliyyət hiss etdiyi zaman artıq Allahı unudur, doğru qüdrət, doğru elm, doğru diləmə, doğru güc və iradə sahibinin yalnız və yalnız Allah olduğunu ağlından çıxarır. Bu hal insan üçün tuğyana açılan bir qapıdır; artıq dilədiyini edər, haqq-hüquq və sərhəd tanımaz. Allaha ortaq qoş­mağa, nəfsini Onun yerinə keçirib, həvəs və istəklərinin ardınca getməyə başlayar. Budur bu hal, tuğyan halıdır və bu cür insanlar da Quranın diliylə “tağidir”.

Quranda Firon, tuğyanın simvolu olaraq təqdim edilmişdir. O, bütün gücün öz əlində olduğuna inanır, insanları kiçik görür, öldürür və ən pis işgəncəyə məruz qoyurdu (Bəqərə/49, İbrahim/6). Firon məntiqinə görə bütün insanlar onun qulu-köləsi, Misir və çaylar onun mülkü idi (Zühruf/51).

Əgər Musa (əs) ilə Harun (əs) ona tuğyanını xatırlatmasa və onu Allaha çağırmasa idilər, Firon da axirətdə Allaha qarşı bir bəhanə tapa bilər: “Rəbbim! Mənə bir xəbərdarlıqçı gəlmədi ki!” – deyə bilərdi. Çünki azğınlığının fərqində deyildi. İnsanları kölə olaraq işlətməyi, onlara işgəncə etməyi və öldürməyi təbii haqqı olaraq görürdu. Səltənəti onu məğ­rur etmişdi.

Tuğyanın təməlində təkəbbür və eqoistlik yatar. Şeytanın da azğınlığının səbəbi təkəbbür və eqoistlikdir. Bu baxımdan Nisa/51-də tağut, şey­tanı [İblisi də] da əhatə edir.

Tağut. Ərəbcə “Uca Allaha üsyan etmək” mənasına gələn tağa kökündən törəmiş bir qavramdır. “Azğın, pozğun, pislik və pozğunluq öndəri, kobud, şeytan, büt, bütxana, kahin, sehirbaz, Allahın hökmlərindən üz çevirən insan və quruluş” mənalarına gəlir. Tuğyan ilə eyni kökdən gələn tağut kəlməsi, “azğın, insanlara zorla hökm edən, kafir, kobud insan”ı ifadə edər.

Quranda Allah Möminlərin dostu və yardımçısı; tağut isə ka­firlərin dostu və yardımçısı olaraq göstərilmiş, Möminlərin “Allah yolunda döyüşdükləri”, kafirlərin isə “tağut yolunda döyüşdükləri” ifadə edilmişdir:

  • 257Allah inananların kömək edən, yol göstərən, qoruyan yaxınıdır. Onları qaran­lıqlardan aydınlığa çıxarır. Kafirlərə gəlincə, onların kömək edən, yol göstərən, qoruyan yaxınları tağutdur ki, özlərini aydınlıqdan qaranlıqlara çıxarır. Bunlar, cəhənnəm əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/257)
  • 76İman edənlər Allah yolunda döyüşürlər. Kafirlər də tağut yolunda döyüşürlər. O halda siz şeytanın yaxınları, köməkçiləri ilə döyüşün. Şübhəsiz ki, şeytanın tələsi çox zəifdir. (Nisa/76)

Allahın endirdiyi hökmlərə müxalif olan və onların yerinə keç­irmək üçün hökmlər icad edən hər insan və qurum, tağutdur.

Tağut, Allaha qarşı üsyan etməsi ilə yanaşı, Onun qullarını özünə qul etdirməyə cəhd edəndir. Bu fəaiyyətiylə o, şeytan, papaz, di­ni və ya siyasi bir lider də ola bilər.

Uca Allah Quranda “Və and olsun ki, Biz hər ümmətə: “Allaha qulluq edin və tağutdan qaçının” – deyə bir elçi göndərdik. (Nəhl/36)” və İman edənlər Allah yolunda döyüşürlər. Kafirlər də tağut yolunda döyüşürlər. O halda siz şeytanın yaxınları, köməkçiləri ilə döyüşün. Şübhəsiz ki, şeytanın tələsi çox zəifdir. (Nisa/76) ayələriylə Möminlərə tağut haqqında məlumat verir və tağuta qarşı göstərməli olduqları münasibəti açıqlayır.

Hər nə şəkildə olursa olsun, insanlar tərəfindən Al­lahın hökmlərinə müxalifət edəcək şəkildə qoyulan hökmlər, “tağuti hökmlər” olaraq adlandırılırlar. Uca Allah belə buyurur:

  • 60Özlərinin sənə endirilənə və səndən öncə endirilənə inandıqlarını irəli sürən bu kəsləri görmədinmi/heç düşünmədinmi? Onlar qətiyyən inanmamaqla əmr olunmuş tağutu aralarında hakim etmək istəyirlər? Şeytan da onları uzaq/geri dönülməz bir pozğunluqla azdırmaq istəyir. (Nisa/60)

Özündə belə səlahiyyətlər görüb, Allahın endirdikləriylə hökm etməyib, arzu və həvəsləri istiqamətində hökmlər qoyanlar, eyni za­manda “tanrılıq” iddiasındadırlar. Beləliklə, Allahın hökmlərindən başqa hökm qoyanlar və o hökmlərə tabe olanlar, tövhid əqidəsi­ndən kənara çıxıb, kafir, zalım və fasiq olurlar. Allah Təala, Maidə/44-47-də, Allahın endirdiyi ilə hökm etməyənləri kafir, zalım və fasiq olaraq xarakterizə etmişdir.

Mövzumuz olan ayədən də anlaşıldığı kimi, Uca Allah, Nuhdan (əs) Muhəmmədə (əs) qədər bütün Peyğəmbərləri insanlığı tövhidə, yəni Allahın birliyinə, ortağı olmadığına inanmağa, Onun qoy­duğu hökmləri qəbul etməyib, arzu və həvəslərinə görə hökm qoyan tağuta qarşı döyüşməyə və tağut əhatəsinə girən şeylərə qul­luq etməkdən çəkinməyə çağırmaları üçün göndərmişdir.

Bu tağutlar, İbrahim (əs) dövründə Nəmrud, Musa (əs) dövründə Firon, Muhəmməd (əs) dövründə isə Əbu Cəhl və Əbu Ləhəb kimi cəmiyyətin öndə gedənləri və bütə sitayiş edən şəxsiyyətlərdir; digər Peyğəmbərlər dövründə də özlərinə göndərilən tövhid əqidəsi­ni/inancını inkar edib, atalarından qalan inanclar üzərində inad edən, bütə sitayiş edən qövmlərdir.

Tağutların dövrü qapanmış deyildir. Peyğəmbər olsun və ya olmasın, hər dövrdə tağutlar var olmağa davam etmişdir. Onlar sadəcə qədim qövmlərdə ortaya çıxıb, yaşayış imkanı olan güclər deyil; bu gün də müsəlmanlara ən ciddi düşmənliyi və ən dağıdıcı təbliğatları rəva görən insan, mərkəz və ya təşkilatlardır. Tağut iqtisadi, sosial və mədəni güc qaynaqlarını ələ keçirmiş, əxlaqi dəyərləri [dini] cəmiyyətlərin gözündə etibarsız və tərəfdarı olmaqdan çəkinilən bir hala salmağı nəzərə alacaq qədər düşmənliyini irəlilətmişdir. Həmçinin birbaşa etdiklərindən başqa, insanlığın ortaq dəyərləri adı altında bir çox qavramı da müsəlmanlara zərər verəcək bir mahiyyətə döndərmişdir. Qısaca tağut müsəlmanları dörd bir yanından əhatə etmişdir və müsəlmanlara həyat haqqı tanımır.

Belə isə, anlayırıq ki, Peyğəmbərimizin vəzifəsi küçədəki korlanmış­larla deyil, tağuti sistemin qurucularıyla mübarizə etmək idi. İlk işi cəmiyyətin hidayət yolu üzərində oturub, quldurcasına maneələr edən bu azğın güruhu xəbərdar etmək idi.

Bu açıqlamalardan sonra təkrar mövzumuz olan 36-cı ayəyə dönək: Rəbbimiz ayənin sonunda: “İndi yer üzündə bir gəzib dolaşın və baxın yalanlayanların sonu necə olmuş?” – buyurmuşdur. Belə buyuraraq, Peyğəmbərlərə tərs davranan və həqiqəti yalanlayanların vəziyyətlərinin araşdırılmasını istəmişdir.

Rəbbimizin keçmişdən ibrət alınması məramıyla etdiyi bu dəvətin yer aldığı onlarla ayə mövcuddur. Bunlardan bir neçəsinı xatırlatmaqla kifayətlənirik:

  • 10Yaxşı onlar yer üzündə yolçuluq etmədilərmi? Beləcə, özlərindən öncəkilərin aqibəti necə olmuşdur, bir görsünlər. Allah onları yerlə bir etdi. Bu kafirlərə də onların bənzərləri vardır. (Muhəmməd/10)
  • 46Yaxşı, onlar yer üzündə dolaşmadılarmı ki, özlərinin dərk edəcək qəlbləri və eşidəcək qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, lakin sinələrin içindəki qəlblər kor olur. (Həcc/46)
  • 18Və and olsun ki, onlardan əvvəlkilər də yalan saydılar. Yaxşı, Məni tanımamaq/tanıtmamağa cəhd etmək necə oldu? (Mülk/18)

37Sən onların doğru yolda olmaları üçün hirs/qəzəb göstərsən də artıq Allah azdırdığı insanı doğru yola bələdçiləməz. Onlar üçün köməkçilərdən də kimsə yoxdur.

Bu ayədə Rəsulullaha, nə qədər səy göstərirsə, göstərsin, qəlbini möhürlətmiş insanların doğru yola gəlməyəcəkləri bildirilmişdir. Peyğəmbərimizin özünü əldən salacaq qədər çabalamasının lazım olmadığı ismarıcı verilərək təsəlli edildiyi bu ayədə eyni zamanda inkarçılara da yardımçısız və çarəsiz qalacaqları xəbərdarlığı edilmişdir.

Bu mövzunun geniş şəkildə yer aldığı bir çox ayə (Maidə/41, Hud/34, Qasas/56, Bəqərə/272, Yunus/96, 97) vardır.

Allahın kimləri azdıracağı, kimlərə hidayə edəcəyi bir çox ayədə yer almışdır. Bu mövzunu daha əvvəl Təkvir surəsinin təhlilində ələ aldığımızdan, incəliklərin oradan oxunmasını məsləhət görürük.

38,39Və kafirlər: “Allah ölən insanı diriltməz” – deyə ən qüvvətli andları ilə Allaha and içdilər. Xeyr, Allah ölüləri öhdəsinə götürdüyü gerçək bir vəd olaraq, onların  haqqında anlaşmazlığa düşdükləri şeyi onlara açıqlamaq və doğrunu/haqqı ört-basdır edənlərin yalançıların məhz özü olduqlarını bildirmək üçün dirildəcəkdir.

Bu ayələrdə də yenə ağıllarını işlətməyən müşriklərin təməlsiz inancları mühakimə edilir və bu inancın keçərsizliyi ortaya qoyulur. Müşriklərin Allaha and içərək, israrla axirəti rədd etmələrinə qarşılıq, Rəbbimiz də onların bu inanışını rədd edərək: “Xeyr, Allah ölüləri, üzərinə aldığı doğru bir vəd olaraq, onların, haqqında ixtilaf etdikləri şeyi onlara açığa qoymaq və inkar edən insanların yalançıların məhz özü olduqlarını bildirmək üçün dirildəcəkdir” – ifadələriylə həqiqəti açıqlayır.

Müşriklərin Qiyamət və öldükdən sonra dirilməyi qəbul etməmələri daha əvvəl bir çox yerdə bəhs edilmişdi: Bunlardan Ya Sin/77-82-nin təhlilində geniş şəkildə açıqlanmışdır.

Bu ayələrin işığı altında, “Axirət”in lazımlılığını bu şəkildə xülasə edə bilərik:

* Axirət qorxusu, rahatlığını sevən və dünya nemətlərini arzu edəcək bir təbiətdə yaradılmış olan insanı bu uğurda işləyəcəyi günahlardan çəkindirə biləcək bir ünsürdür. Çünki mənfəəti üçün hər cür məsuliyyətsiz davranışı edə biləcək xüsusiyyətdəki insanoğlu ancaq bir “mükafat və cəza yurdu”nun varlığı sayəsində özünü sınaya bilər və beləliklə, dünya həyatındakı pisliklər bir azca da olsa əyləclənə bilər. Axirət qorxusunun heç olmadığı bir dünyada necə bir qarışıqlıq, nizamsızlıq və çürüməyin hökm sürəcəyini xəyal etmək belə dəhşət vericidir.

* özünə doğru yolun göstərilməsinə qarşılıq, insan bu dünyada tam olaraq sərbəst buraxılmışdır. Beləliklə, insanlardan bəzisi imanı, bəzisi küfrü, bəzisi da şükrü və ya nankorluğu seçir. Məntiqi olaraq düşünüldüyündə, tam bir sərbəstlik içində edilən bu seçimlər mütləq mükafat, ya da cəza şəklində qarşılıq tapmalıdır. Bu qarşılıqların veriləcəyi yer axirətdir.

* İnsanın etdiklərinin tam qarşılığının bu dünyada aldığını söyləmək mümkün deyildir. Belə ki, bir çox yaxşı davranış görülmədiyi və ya görməzdən gəlindiyi üçün qarşılığız qalır, bir çox yaxşı insan da heç günahu yox ikən zülmə uğrayır, sui-istirmara məruz qalır. Əslində isə ədalət, qarşılıqların tam olaraq alınmasını tələb edir. O halda, edilən zərrə qədər bir xeyir və şərrin belə nəzərdən qaçırılmadığı, qəti olaraq ədalətin təmin edildiyi bir başqa dünya yenə olmalıdır. Budur, bu dünya axirət yurdudur və orada bütün əməllər, “Hakimlər Hakimi”, “Adillər Adili” Allah tərəfindən qarşılıqlandırılacaq və beləliklə, haqq yerini tapmış olacaqdır.

  • 13–16O gün yalan sayanlar cəhənnəm atəşinə itələndikcə itələnərlər: Bax budur, bu, yalan sayıb durduğunuz atəşdir! Yaxşı, budamı bir sehrdir? Yoxsa, siz görmürsünüzmü? Söykənin ora! İstər səbr edin, istər səbr etməyin, artıq sizin üçün birdir. Siz, sadəcə, etdiklərinizin qarşılığını alacaqsınız! (Tur/13-16)

40Biz bir şeyi dilədiyimiz zaman Bizim ona sözümüz sadəcə: “Ol!” – deməyimizdir. O da dərhal olur.

  • Bu ayədə Rəbbimiz sonsuz qüdrətinə diqqət çəkərək, müxtəlif zamanlarda ölən bütün insanların bir anda dirildilməsini çox çətin bir iş olaraq qəbul edən zavallılara ismarıc verir. Allahın bir şey yaratmaq üçün uyğun mühit və şəraitlərə ehtiyacı yoxdur. O sadəcə: “Ol!”– deyir, o da [murad edilən şey də] dərhal olur.
  • 50Və buyuruğumuz, bir göz qırpımı kimi, bir təkdir/bir anlıq bir şeydir. (Qəmər/50)
  • 28Sizin yaradılmağınız və ölümdən sonra dirildilməyiniz, ancaq bir tək insanınkı kimidir. Şübhəsiz, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir. (Loğman/28)
  • 35Allah üçün özünə övlad etmək deyə bir şey yoxdur. O, bundan münəzzəhdir. O, bir şeyə hökm edərsə, ona sadəcə “Ol!” deyər, o da olar. (Məryəm/35)
  • 82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir. O da dərhal olur. (Ya Sin/82)
  • 68O, yaşadır və öldürür. Artıq O, bir əmr gerçəkləşdirincə, artıq ona sadəcə ‘Ol!’ deyər və o, dərhal olur”. (Mömin/68)

41,42Və haqsızlığa uğradıqdan sonra Allah yolunda hicrət edənləri, qətiliklə Biz onları səbr edən və işin nəticəsini sadəcə, Rəbbinə həvalə edən o insanları bu dünyada gözəl bir şəkildə yerləşdirəcəyik. Sonrakının/Axirətin ödənişi isə daha böyükdür. Kaş ki, bilsə idilər!

Bu ayələrdə, zülmə uğradıqları zaman inanclarında səbat göstərib, öldüyündə mallarını, mülklərini, yurdlarını buraxıb, inanclarını bir başqa yerdə yaşamaq istəyənlər öyülür. Bu ayələr Peyğəmbərimizə və çətinlik çəkən Müsəlmanlara Hicrət işarəsi verir.

Məkkəli müşriklər tövhid inancından geri döndərmək üçün Möminlərə əllərindən gələn hər cür işgəncəni etməyə başlamışdılar. Tarix kitablarında yer aldığına görə, İslam dəvəti başlayıb, Qüreyşdən ina­nanların sayı çoxaldıqca, Məkkəli müşriklər böyük təzyiq göstərərək, Möminlərə sataşmağa və işgəncə etməyə başlamışlar, onları tövhid inancından geri döndərməyə çalışmışdılar.

Bundan sonra ilk Müsəlmanlardan bir qrup, Peyğəmbərimizin yol göstərməsiylə, Həbəşistana hicrət etmək məcburiyyətində qalmışdılar. İlk səfərində 11 kişi, 4 qadın hicrət etmişdir. Muhacirlərin çoxusu Qüreyşin gənclərindən ibarət idi. Müşriklərin də əqrəbaları idilər. Bir müddət sonra Həbəşistandakı bu muhacirlərə müşriklərin inandığına dair yanlış bir xəbər çatdı və dərhal geri döndülər. Təəssüf ki, bu xəbər doğru deyildi. Yanlış xəbər, Rəsulullahın Nəcm surəsini təbliğ etdiyi anda müşriklərin qeyri ixtiyari səcdə etmələrindən qaynaqlanmışdı.

Məkkəli müşriklər yenidən zülm etməyə başladılar, Möminlər təkrar hicrət etdilər. Bu dəfə onlara başqaları da qatılmış və sayları 83 kişi və 18 qadın olmaqla 101-ə çatmışdı. Bu ikinci qrup Hicrətin 6-cı ilinə qədər orada qaldı. Bu əsnada müsəlmanlar Mədinədə güclənib, qüvvətlənmişdilər. Vəziyyəti öyrəndiklərinə görə, Həbəşistandakı köçgünlər dərhal Mədinəyə döndülər.

“Əsbabı Nüzul” qeydlərində [4] bu ayələrin Əbu Cəndəl b. Süheyl, Bilal, Habbab, Abis və Ammar haqqında endiyi nəql edilir. Ancaq bu nəqllər doğru belə olsa, ayələrin ismarıcını bir neçə nəfərə həsr etmək doğru deyildir. Ayələr bütün zamanlara şamil ismarıclar ehtiva edir.

43,44Və Biz səndən öncə də sadəcə, özlərinə vəhy etdiyimiz yetkin insanları açıq də­lil­ləri ilə və yazılı sənədlərlə elçi olaraq göndərdik. Əgər bilmirsinizsə, haydı, gedin Tövrat və İncili bilən biliklilərdən soruşun. Biz sənə də o öyüdü/Quranı, özlərinə en­dirilmiş olanı ortaya qoymağın üçün, onların da yaxşı-yaxşı düşünmələri üçün en­dirdik.

Bu ayələrdə Rəbbimiz Quranın endiriliş səbəbini və göndərdiyi elçilərin xüsusiyyətini açıqlayır. Daha sonra da bu mövzuya ağlı çatmayanları bu mövzunu bilən biliklilərə [zikr əhlinə] yönəldir və onlardan məlumat alına biləcəyini bildirir.

Müşriklərin gözləntisi istiqamətində bir elçi olmayacağı Quranda inandırıcı sübutlarla bir çox dəfə (Ənam/8, 9, 50, Möminun/33-38, 47, Yunus/2,  Furqan/7, 20,  Yusuf/109,  İsra/93,94, Kəhf/110, Əraf/188) açıqlanmışdır.

Mövzumuz olan ayədəki “Əhl-i Zikr” ifadəsiylə həm Əhli  kitabdan Tövrat, vəhy və din haqqında biliyi olanlar, həm də Quranı və ismarıclarını yaxşı-yaxşı qavramış olan Mömin biliklilər qəsd edilmişdir. Onsuz da “Zikr” sözü həm Tövratın, həm də Quranın xüsusiyyətidir:

  • 9Heç şübhəsiz ki, o Öyüdü – Quranı Biz endirdik, Biz! Və tam əmin olun ki, Biz onu qoruyanlarıq. (Hicr/9)
  • 9De ki: “Mən elçilərdən ilk meydana çıxan biri deyiləm. Və mən, mənə və sizə nə ediləcəyini bilmirəm. Mən sadəcə, mənə vəhy edilənə tabe oluram. Və mən ancaq açıq-aşkar bir xəbərdarlıq edənəm. (Əhqaf/9)

Bu o demək olur ki, problemi olanlar bu problemlərini Quranı bilənlərə bildirəcəklər və işin doğrusunu Qurandan öyrənəcəkdilər. Bu nöqtəyə bir çox dəfə təmas edilmişdir:

  • 59Ey iman edənlər! Allaha itaət edin. Elçiyə və sizdən olan əmr sahiblərinə/əsas idarəçilərə itaət edin. Sonra əgər hər hansı bir şeydə anlaşılmazlığa düşərsi­niz­sə, Allaha və axirət gününə inananlarsınızsa, onu Allah və Elçiyə həvalə edin. Bu, daha yaxşıdır və ən uyğun həlli tapmaq baxımından daha gözəldir. (Nisa/59)
  • 64Və Biz sənə Quranı sırf haqqında anlaşılmazlığa düşdükləri şeyləri onlar üçün açıqlayasan deyə və iman edəcək bir cəmiyyətə bir bələdçi, bir mərhəmət olaraq endirdik. (Nəhl/64)
  • 213İnsanlar tək bir başçılı cəmiyyət idi. Allah müjdəçilər və xəbərdar edənlər olmaq üçün peyğəmbərlər göndərdi və anlaşa bilmədikləri mövzularda insanlar arasında hökm etsinlər deyə, onlarla bərabər, haqq ilə kitab endirdi. Və sırf o Kitab verilənlər, özlərinə bu qədər dəlillər gəldikdən sonra aralarındakı azğınlıq üzün­dən anlaşılmazlığa düşdülər. Buna görə də, Allah Öz elmi daxilində iman edənlərə on­la­rın haqqında anlaşılmazlığa düşdükləri haqqa bələdçi oldu. Və Allah dilədiyini/diləyəni ən doğru yola bələdçiləyər. (Bəqərə/213)

45–47Yaxşı, gizlicə pislikləri planlayanlar Allahın özlərini yerə batırmayacağından, yaxud  bilməyəcəkləri bir yerdən əzabın gəlməyəcəyindən, yaxud onlar dolaşıb, durduqları zaman Allahın özlərini yaxalamasından, üstəlik onlar aciz buraxanlar da deyildilər, yaxud da onları az-az/qorxu içində yaxalamasından əminmi oldular? Bax budur, şübhəsiz ki, sizin Rəbbiniz qətiliklə çox şəfqətlidir, çox mərhəmətlidir.

Bu ayələrdə xüsusilə daima hiylə planlayan müşriklər qınanır və qarşılaşa biləcəkləri əzabla təhdid edilib, xəbərdar edilirlər. Sual şəklindəki bu xəbərdarlıqla özlərinə heç bir şəkildə zəmanətdə olmadıqları, üstəlik başlarına gələ biləcəklərə qarşı tədbir ala biləcək bir güclərinin də olmadığı bildirilir.

Ayədə bəhs edilən əzab çeşidləri, Qarun kimi onların da yerə batırılması, əzabın heç ummadıqları bir yöndən gəlib çatması, ya da Ad, Səmud və Lut qövmlərinə gələn əzab şəklini assosiasiya edir.

  • 16Ucalar ucası olan Allahın sizi yerə batırmayacağından arxayınsınızmı? Bir də baxarsan ki, çalxalamışdır.
  • 17Ya da siz, ucalar ucası olan Allahın üzərinizə daş yağdıran bir qasırğa göndərməyəcəyindən arxayınsınızmı? Artıq xəbərdar etməyin necə olduğunu yaxında biləcəksiniz. (Mülk/16, 17)
  • 97–99Görəsən, o şəhərlərin xalqı gecə vaxtı yatmışkən özlərinə əzabımızın gəlməyəcəyindən arxayın idilərmi? Yoxsa, o şəhərlərin xalqı quşluq vaxtı mənasız işlərlə məşğul olarkən, onlara əzabımızın gəlməyəcəyindən arxayın oldular? Elə isə, Allahın incə planından arxayın oldularmı? Ziyana uğramış camaatdan başqası Allahın incə planından özünü arxayın görməz. (Əraf/97-99)
  • 81Sonunda Biz onu və evini yerlə yeksan etdik. Artıq Allahın yaratdığı sərvətlərdən özü­nə kömək edəcək bir tərəfdar da olmadı və o, özünü müdafiə edib, qurtara biləcək insanlardan da deyildi.   (Qasas/81)
  • 30Və həmçinin bir zaman, bu kafirlər, səni tutub bağlamaq, öldürmək və ya sürgün etmək üçün sənə tələ qururdular. Və onlar tələ qurarkən, Allah da onları cəzalandırırdı. Və Allah, cəzalandıranların ən xeyirlisidir. (Ənfal/30)
  • 196,197Kafirlərin diyar-diyar gəzib dolaşmaqları, çox az bir qazanc, qətiyyən səni aldatmasın. Sonra onların çatacaqları yer cəhənnəmdir və o, nə pis bir yataqdır! (Al-i İmran/196, 197)

47-ci ayənin son cümləsindəki “Budur, şübhəsiz sizin Rəbbiniz, qəti olaraq çox şəfqətlidir, çox mərhəmətlidir” ifadəsi, Rəbbimizin insanlara bir qurtuluş qapısı açaraq, rəhməti və şəfqətinə uyğun olaraq, günahkarı tələsərək cəzalandırmayacağı ismarıcını verir. Buna dair Rəbbimizin bəyanlarını daha əvvəl də görmüşdük.

  • 45Və əgər Allah, qazanmaqda olduqları şeylər ucbatından insanları sorğu-suala çəkib cəzalandıracaq olsaydı, yer üzündə kiçik-böyük heç bir canlını sağ buraxmazdı. Və lakin onlara, adı qoyulmuş bir müddətə qədər ertələməkdədir. Sonunda, müddət sona yetdiyi zaman da artıq, şübhəsiz ki, Allah öz qullarını ən yaxşı görəndir. (Fatir/45)
  • 58Bununla bərabər, sənin mərhəmət sahibi Rəbbin çox bağışlayandır. Əgər sənin mərhəmət sahibi Rəbbin işlədikləri günahlara görə onları dərhal yaxalayacaq olsa idi, onlara əzabı qətiliklə təcili verərdi. Əksinə, onlara vəd edilən bir zaman vardır. Onlar Onun yaratdıqlarından bir sığınacaq, qətiyyən, tapa bilməzlər. (Kəhf/58)

48Onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmədilərmi/bunları heç düşünmə­dilərmi ki, onların kölgələri, məhz kiçilənlər olaraq Allaha boyun əyərək sağa-sola dönür?! 

49,50Və göylərdə və yer üzündə olan canlılar və təbii güclər təkəbbürlənmədən Allaha boyun əyərlər. Özlərinin üstündəki Rəbbindən qorxarlar və əmr olun­duq­la­rı şeyləri düzəldərlər.

Bu ayələrdə Rəbbimiz kainaddakı ayələrinə – qurduğu sistemə diqqət çəkmişdir. Ayənin orijinal mətnində yer alan “səcdə” sözü, namazdakı səcdə demək olmayıb, daha əvvəl bir çox vəsilə ilə açıqladığımız kimi “Təslim olma, boyun əymə, uyğunlaşma” mənasındadır.

Allahın yaratdığı kiçik, böyük hər varlıq Allahın qoyduğu sistem çərçivəsində hərəkət edir, kimə nə öhdəlik verdisə, hamısı da özünə verilən o vəzifəni icra edir:

  • 11Sonra duman halında olan göyə yerləşdi/hegemonluq qurdu, ona və yer üzünə: “İstəyərək və ya istəməyərək gəlin!” – dedi. İkisi də: “Biz istəyərək gəldik” – dedilər.  (Fussilət/11)
  • 6Gövdəsiz bitkilər və ağaclar da boyun əyib təslimiyyət göstərməkdədirlər. (Rəhman/6)
  • 15Və yerdə və göylərdə olan kimsələr və onların kölgələri, istər-istəməz hər zaman yalnız və yalnız Allaha boyun əyib, təslimiyyət göstərirlər. (Rad/15)
  • 19,20Göylərdə və yer üzündə olan kəslər də yalnız və yalnız Onundur. Onun qatında olan insanlar da Onun qulluğundan yekəxanalıq etməzlər və bezməzlər, gecə-gündüz ara ver­mə­yərək, Onu nöqsan sifətlərdən münəzzəh qılarlar. (Ənbiya/19,20)

Bu ayələr sadəcə yer üzündə deyil, göylərdə [planetlərdə] də canlı yaradılışlar olduğunu bildirir. Bu işarə daha bir çox ayədə vardır. Bunlardan biri də aşağıdakı ayədir:

  • 29Və göylərin, yer üzünün yaradılması, göylərdə və yerdə hər dabbehdən/canlıdan törədib yayması, Onun əlamətlərindən/nümunələrindəndir. Və O, dilədiyi zaman onların hamısını toplamağa gücü yetəndir. (Şura/29)

51Və Allah buyurdu: “İki tanrı qəbul etməyin. O, ancaq tək bir tanrıdır. O halda yalnız Məndən qorxun/yalnız Mənə qulluq edin”.

52Göylərdə və yer üzündə olan şeylər də yalnız Onundur. Din də daima Onundur. Belə isə, siz özünüzü Allahdan başqasınınmı qoruması altına aldırırsınız?

Rəbbimizin göndərdiyi ismarıcların məzmununun çox yığcam bir şəkildə ifadə edildiyi bu ayələrdə tövhid inancını əmələ gətirən təməl prinsiplər ortaya qoyulur. Bu prinsiplərə görə, Rəbbimiz tək tanrı olduğu kimi, kainatın mülkü də tamamilə Ona aiddir. İnsanın yalnız Ona qulluq etməli olduğu kimi, təqvalı davranmalı olduqları tək varlığın da O olduğunun şüurunda olmalıdır. Rəbbimiz, tövhid inancını əmələ gətirən bu təməl prinsiplərin pozulmasına əsla razı deyildir.

Ayədə “iki tanrı”nın rədd edilməsi, ikidən artıq tanrının da rədd edilməsi mənasına gəlir:

  • 22Əgər yer ilə göydə Allahdan başqa tanrılar olsaydı, bunların ikisi də qətiliklə qarı­şıq­lıq içində olardı/nizamları pozulardı. O halda, ən böyük taxtın Rəbbi olan Allah onların isnad etdikləri şeylərdən münəzzəhdir. (Ənbiya/22)
  • 83Yaxşı, onlar Allahın dinindən başqasınımı axta­rır­lar? Göylərdə və yerdə olan hər kəs, istər-istəməz, Onun üçün İslamlaşmışkən və özləri də, sadəcə, Ona döndəriləcəklərkən… (AI-i İmran/83)
  • 3Diqqətli olun, xalis din sadəcə, Allaha aiddir. Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edənlər dedilər: “Allahın yaratdıqlarından qəbul etdiyimiz köməkçi, yol göstərici, qoruyucu yaxınlar, bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik”. Şübhəsiz ki, onların ayrılığa/anlaşmazlığa düşdükləri şeylərdə, onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz. (Zümər/3)

53Və yaxşılıq olaraq, sahib olduğunuz nə varsa, bax budur, Allahdandır. Sonra sizə bir zərər toxunduğunda, dərhal təkcə Ona sığınırsınız.

54,55Sonra zərəri sizdən uzaqlaşdırınca, sizdən bir qrup, küfr etmək/özlərinə verdik­lə­rimizi ört-basdır etmək/verdiklərimizə nankorluq etmək üçün Rəbbinə or­taq qoşarlar. Haydı, indi yararlanın! Lakin, yaxında biləcəksiniz.

Bu ayələrdə, insanoğlunun sahib olduğu nemətlərin hamısının Allahın lütfu olduğu xatırladılaraq, bəzilərinin özlərinə kədər üz verdiyində Allaha yalvardıqları, kədər keçdikdən sonra isə nankorluq məramıyla Allaha şirk qoşduqları nəql edilir. Bu hal, mənfəətçiliyi özünə mənlik qəbul etmiş insanların ümumi psixologiyasıdır.

  • 189O, sizi bir candan əmələ gətirən və ondan da, özünə isinsin deyə, tayını düzəldəndir. O zaman ki, o, onu örtüb bürüdü, o zaman o yüngül bir yüklə yükləndi. Və bununla gedib-gəldi. O zaman ki, qadın ağırlaşdı, dərhal o ikisi Rəblərinə dua etdilər: “Əgər bizə sağlam bir övlad verərsənsə, and olsun ki, tam yəqin bil ki, qarşılığını ödəyənlərdən olacağıq”.
  • 190O zaman ki, o ikisinə sağlam bir övlad verdi, o ikisinə verdiyi şey haqqında Onun üçün ortaqlar qoşdular. Onların ortaq qoşduğu şeylərdən Allah münəzzəhdir, ucadır. (Əraf/189, 190)

İnsanın şirkə və nankorluğa meylli bu xam xarakteri Hud surəsində də dilə gətirilmişdir:

  • 9–11Və əgər, səbr edən və düzəltmək yönündə işlər edənlərin, bax budur, bunlar özləri üçün bağışlanma və böyük mükafat olanlardır, onlardan başqa bütün insanlara, tərəfimizdən bir mərhəmət daddırıb, sonra da onu özündən çəkib alsaq, şübhəsiz ki, o, ümidsizliyə düşər, çox nankor olar. Və əgər, özünə toxunan bədbəxtlikdən sonra, ona xoşbəxtliyi daddırsaq, əlbəttə: “Pisliklər məndən getdi” – deyər. Və şübhəsiz ki, o, ərköyündür, lovğadır. (Hud/9- 11)

Quranda mövzumuz olan ayənin üslubunu daşıyan və Hud surəsinin yuxarıda verdiyimiz ayələrinin təfsiri mahiyyətində olan daha bir çox ayə (Tövbə/75, 76, Yunus/22, 23, Loğman/31, 32, Rum/33, Ənkəbud/65, İsra/67, Zümər/6-8) vardır.

Bu mövzuya daha əvvəl Əraf surəsində toxunulduğundan, oradan oxunmasını məsləhət görürük.

56Və ortaq qoşanlar özlərinə ruzi olaraq verdiyimiz şeylərdən bilmədikləri şeylərə pay ayırırlar. Allaha and olsun ki, siz bu, uydura-uydura bu zamana qədər gəldiyiniz şeylərdən qətiliklə sorğu-sual olunacaqsınız.

57Və onlar Allaha qızlar isnad edirlər. Allah, bundan münəzzəhdir. Özləri üçün də iştahlandıqları oğlan uşaqları vardır.

58Və onlardan biri qız doğulması xəbəri ilə müjdələndiyi zaman içi qəzəblə dolaraq, üzü qapqara qaralır.

59Özünə verilən xəbərin/müjdənin pisliyinə görə qövmündən gizlənir, alçaq­lıq və xorluğa baxmayaraq qızı yanındamı tutsun, yoxsa torpağamı basdırsın! Diqqət edin, onların verdikləri hökm/törələri nə pisdir!

Bu ayə qrupunda, cahiliyyə Ərəblərinın, övladları və malları ilə əlaqədar pozğun inancları, adət-ənənələr, cəhalət və təkəbbürlülükdə nə qədər irəli getdikləri anladılır. O günkü Ərəb müşrikləri güya öz ağıllarınca bölgü edərək bəzi yeyəcəkləri bütlərə, sözdə tanrılarına ayırırdılar. Üstün gördükləri oğlan uşaqlarını özləri sahiblənib, xor gördükləri qız uşaqlarını da Allaha isnad edirdilər. İçlərindən birinə qız uşağı doğulduğu xəbəri verildiyində bu xəbərə öfkələnir, qızarmaq bir yana, öfkəsindən üzü qapqara kəsilirdi. Qız uşağı oldu deyə cəmiyyətdən gizlənir, “bu rəzillik qarşısında uşağu tutsammı, torpağa gömsəmmi” – deyə öz içində gəl-getli bir mübarizə yaşayardı.

Bu ayələr insanlığın bir zamanlar nə halda olduğunu və İslamın insanlığı hansı sosial çuxurlardan çıxardığını göstərir.

Onların bu inancları bir çox ayədə (Zühruf/17, Ənam/136, Maidə/103, Nəcm/21, 22, Saffat/151-154) sərgilənmişdir.

62Və bəyənmədiklərini Allah üçün ayırırlar. Və dilləri ən gözəlin özlərinə aid olduğunu, yalan yerə söyləyərək durur. Heç şübhəsiz, onlar üçün ancaq atəş vardır və onlar öndən itələnəcəklər.

Bu ayə 56 -59-ci ayələr üzərinə göndərmə olub, Məkkəli müşriklərin pozğun inanclarının bəyanı mahiyyətindədir.

Məkkəli korlanmış imkanlılar özlərinin Allahın sevgili qulu olduqlarını, sahib olduqları sərvətin də özlərinə buna görə verildiyini iddia edirdilər. Hətta: “Axirət yoxdur, amma varsa belə, bizə orada da ən xeyirlı şeylər verilər” – şəklində boş eqosentrizm içində yaşayardılar.

  • 50Və əgər özünə toxunan sıxıntıdan sonra, özünə tərəfimizdən bir mərhəmət daddırsaq, heç şübhəsiz: “Bu mənim haqqımdır. Və Qiyamətin qopma anının gələcəyini sanmı­ram. Və əgər Rəbbimə döndərilərəmsə, Onun qatında heç şübhəsiz, mənim üçün ən gö­zəli vardır” – deyər. Buna görə də kafirlərə, etdiklərini mütləq bildirəcəyik və onlara qətiliklə sərt bir cəzadan daddıracağıq. (Fussilət/50)
  • 35,36Və bu adam, özünə haqsızlıq edərək bağına girdi: “Mən bunun heç bir zaman yox olacağını sanmıram. Mən Saatın qopacağını da zənn etmirəm. Fərz edək ki, Rəbbimə geri götürüldüm, qətiliklə orada bundan daha yaxşı bir nəticə taparam” – dedi. (Kəhf/35, 36)

Bu təfəkkür sahibləri ilə əlaqədar Məryəm surəsində geniş bir bölmə vardır:

  • 73Və ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman, o kafirlər iman edənlərə: “Bu iki zümrədən [Mömin və kafirlərdən] hansı məqam/mövqe baxımından daha yaxşı, oturub-durduğu insanlar/qruplaşmalar baxımından daha gözəldir?” – dedilər.
  • 74Halbuki, Biz onlardan əvvəl, mal və nümunəcə daha gözəl necə nəsilləri/əsrlərlə yaşamış xalqları dəyişik­liyə/dağıntıya uğratdıq.
  • 75De ki: “Kim pozğunluq içində olarsa, Rəhman ona uzatdıqca uzadar/müddət verər. Sonunda özlərinə vəd ediləni [əzabı və ya qiyamətin qopmasını] gördükləri vaxt artıq onlar kimin məqamca/mövqecə/rütbəcə daha pis və əsgər sarıdan [dəstək, quvvə sarıdan] daha zəif olduğunu biləcəkdir.
  • 76Və Allah bələdçiləndikləri doğru yola girənlərə bələdçiliyi artırar. Və qalıcı olan düzəltməyə yönəlik işlər Rəbbinin qatında savab baxımından daha xeyirlidir, son baxımından da daha yaxşıdır”.
  • 77Yaxşı, əlamətlərimizi/nümunələrimizi, Allahın tanrılığını və rəbbliyini qəbul etməyən və: “Əlbəttə, mal və uşaq veriləcəkdir” – deyəni gördünmü/heç düşündünmü?
  • 78–80O yalan sayan insan, bilməyəcəyi, ağlının çatmaya­cağı mövzulara bilik sahibimi oldu, ya da Rəhmanın qatından bir sözmü aldı? Tam yəqinliklə bilin ki, onun düşündüyü kimi deyil! Biz onun söylədiyi şeyləri yazarıq və onun üçün əzabdan uzatdıqca uzadarıq. Və onun söylədiyi şeylərə Biz mirasçı olacağıq/son söz və yerinə yetirmə/tətbiqetmə Bizimdir və o, Bizə tək başına gələcəkdir. (Məryəm/73-80)

Yuxarıdakı bölmə diqqətlə oxunduğunda, inkarçıların özlərinə oxunan Quran ayələrinə inanmaq əvəzinə, inananlarla öz aralarındakı məqam-mövqe fərqlərini gündəmə gətirərək, özlərinin daha yaxşı bir mövqedə olduqlarını iddia etdikləri görünür. Bu münasibətləriylə inkarçılar sözsüz olaraq belə deyirlər: “Kimin daha gözəl və böyük evləri var? Kimin həyat standartları daha yüksəkdir? Kimin daha möhtəşəm və təntənəli məclisləri var? Əgər siz bütün bunlardan məhrum, biz isə onların hamısına sahibiksə, çox xoşbəxt bir dünya həyatı yaşayan bizlərmi, yoxsa yoxsul və miskin bir həyat yaşayan sizlərmi doğru yolda sayılırsınız? Buna qərar verin”.

İnkarçıların bu yaxınlaşmaları Quranda başqa ayələrdə də nəql edilmişdir:

  • 11Və kafirlər, iman edənlər üçün: “Əgər bir xeyir, mənfəət olsa idi, onlar onda bizim önümüzə keçə bil­məz­dilər. Əvvəl biz mömin olar, mənfəəti biz alardıq”– dedilər. Bununla bələdçilən­dikləri doğru yola girməyincə: “Bu qədim bir uydurmadır” – deyəcəklər.  (Əhqaf/11)
  • 111Onlar: “Sənə çox düşük insanlar uyarkən, biz sənə inanarıqmı?” – dedilər. (Şüəra/111)
  • 53Və Biz: “Allah, aramızdan bunlaramı yaxşılıq etdi?!” – desinlər deyə, onlardan bəzisini bəzisi ilə belə atəşlərə sürüklədik, imtahan etdik. Allah, özlərinə verilən nemətlərin qarşılığını ödəyənləri daha yaxşı bilən deyildirmi? (Ənam/53)

İnkarçıların inananlara yönəlik bu təkəbbürlü və alçaldıcı xüsusiyyətlərinın qaynağı, istər dünyaya olan bağlılıqlarının, istərsə də insan əlaqələrindəki təkəbbürlərinin yol açdığı dəyər qavrayışındakı mənəvi korluqlarıdır. Bölmədə, Möminləri alçaldan Qüreyşli Firon töküntülərinə sözsüz olaraq belə bir xatırlatma edilir: “Sizdən daha varlı, daha sağlam evlərə, əşyalara, gözəl mənzərələrə sahib olan necə nəsillər, inkar və yalanlamaları nəticəsində yox edildilər. Siz də bu təfəkkürlə davam edərsinizsə, eynilə onlar kimi həlak edilərsiniz”.

Özünü zəmanətdə görən bu təfəkkürdəki bir insan: “Əlbəttə mal və övlad veriləcəkdir” – deyərək təkəbbürlü bir münasibət sərgiləyir, sözsüz olaraq belə deyir: “Siz məni xətalı və pozğun bir insan olaraq xarakterizə edir və ilahi əzabla təhdid edirsiniz. Ancaq doğru budur ki, bu gün mən sizdən daha zənginəm və gələcəkdə də əlimdəki nemətlərə sahib olmağa davam edəcəyəm. Mallarıma, sərvətimə, zənginliyimə və mənim oğullarıma baxın və ondan sonra da mənə Allahın əzabının bunun harasında olduğunu söyləyin”.

Məryəm surəsindəki bu bölmə ilə əlaqədar təhlilimizin yenidən gözdən keçirilməsinin yararlı olacağı qənaətindəyik.

60Axirətə iman etməyən insanlar üçün pisliyin eynisi vardır. Ən uca nümunə isə Allahındır. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/müt­ləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam­laş­dı­randır.

61Və əgər Allah səhv işlərinə görə insanları sorğu-suala çəkib cəzalandıracaq ol­say­dı, yer üzünün üstündə irili-xırdalı bütün canlılardan heç bir şey buraxmazdı. La­kin onları adı qoyulmuş bir müddətə qədər təxirə salar. Artıq onların müddət­lə­ri­nin sonu gəlincəyə qədər, nə bir saat ertələnə, nə də önə alına bilərlər.

Bu ayələrdə, Allaha səviyyəsizcə yaraşdırmalar edən inkarçıların, etdikləri pisliyin qarşılığını axirətdə yenə pislik olaraq alacaqları bildirilir. Ancaq Allahın qullara bənzəmədiyi, söz mövzusu pisliklərdən əl çəkdikləri təqdirdə Allahın da onları uca nümunələrə dəyişdirəcəyi müjdəsi verilir. Bölmə, Allahın cəzalandırmada tələskənlik etmədiyi, onları adı qoyulmuş bir əcələ [axirətə] ertələdiyi hökmü ilə sona çatır.

  • 160Kim yaxşılıq edərsə, artıq ona etdiyinin on misli vardır. Kim də pislik edərsə, artıq o, sadəcə onun misli ilə cəzalandırılar və onlar haqsızlığa uğradıl­maz­lar. (Ənam/160)
  • 27Pislik qazanmış olan insanlar üçün də pisliyin cəzası bir bənzəri ilədir. Və onları bir alçaqlıq bürüyər. Onları Allahdan qoruyan heç bir qoruyucu yoxdur. Sanki onların üzləri, qaranlıq gecələrdən bir parçaya bürünmüş kimidir. Bax budur, onlar atəşin əhlidirlər. Onlar orada sonsuzadək qalacaqlar. (Yunus/27)
  • 114Və gündüzün iki tərəfində və gecənin yaxın saatlarında salaatı təşkil et, fəaliyyətini təmin et, çünki yaxşılıqlar pislikləri yox edir. Bu, ibrət alanlara bir öyüddür. (Hud/114)
  • 68–71Və budur, Rəhmanın qulları Allah ilə bərabər başqa bir tanrıya yalvarmazlar. Allahın haram etdiyi canı öldürməzlər. Ancaq haqq ilə öldürərlər. Zina da et­məzlər. Və kim bunları edərsə, günahla qarşılaşar. Qiyamət günü əzabı qat-qat olar və orada alçaldılaraq əbədi olaraq qalar. Ancaq tövbə edən, iman edən və sa­leh əməl edənlər istisnadır. Bax budur, Allah, onların pisliklərini yaxşılıqlara çe­vi­rir. Və Allah çox bağışlayandır, çox mərhəmətlidir. Və hər kim tövbə edər və saleh əməl işləyərsə, əmin olun ki, o, tövbəsi qəbul edilmiş olaraq Allaha dönər. (Furqan/68-71)    
  • 38–44Yenə iman etmiş olan o adam: “Ey qövmüm! Mənə tabe olun ki, sizə ağıllı olmağın yoluna bələdçilik edim. Ey qövmüm! Bu bayağı həyat ancaq keçici bir qazancdır. Axirət isə qətiliklə durulacaq yurdun məhz özüdür. Hər kim bir pislik edərsə, ona ancaq etdiyinın bir misli ilə cəza verilir. Və kişi və ya qadın, hər kim mömin olaraq düzəltmək yönündə iş edərsə, artıq onlar orada hesabsızca ruzilən­mək üçün cənnətə girərlər”. Yenə: “Ey qövmüm! Mənə nə olur ki, siz məni atəşə dəvət edərkən, mən sizi qurtuluşa dəvət edirəm! Siz məni Allaha inanmamağa və mənim üçün haqqında heç bir bilik olmayan şeyləri Ona ortaq qoşmağa dəvət edirsiniz. Mən isə sizi, o çox güclü və çox bağışlayıcı olan Allaha dəvət edirəm. Heç inkar edilə bilinməz ki, həqiqətən sizin məni özünə dəvət etdiyiniz şey, dünya və Axirətdə özünə bir çağırış olmayan şeydir. Və şübhəsiz, dönüşümüz Allahadır. Və şübhəsiz, həddi aşanlar, cəhənnəm əhlinin məhz özləridir. Artıq siz mənim sizin üçün söylədiklərimi yaxında xatırlayacaqsınız. Və mən işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah qullarını ən yaxşı görəndir” – dedi. (Mömin/38-44)

62-ci ayə yuxarıda, 59-cu ayədən sonra təhlil edilmişdir.

63Allaha and olsun ki, Biz qətiliklə səndən öncə bəzi ümmətlərə elçilər göndərdiksə də, şeytan onlara əməllərini bəzəyib, bəzəkli göstərdi. Bax budur, o şeytan bu gün onların qoruyucu, yol göstərici yaxınıdır. Və onlar üçün acı bir əzab vardır.

64Və Biz sənə Quranı sırf haqqında anlaşılmazlığa düşdükləri şeyləri onlar üçün açıqlayasan deyə və iman edəcək bir cəmiyyətə bir bələdçi, bir mərhəmət olaraq endirdik.

Rəbbimiz, 63-69-cu ayələrdə insanlığa lütf etdiyi nemətlərin bir qismini sayıb, tökmüşdür. Bu nemətlər, Allahın gücünə, ucalığına, kainatda qoyduğu qaydaların mükəmməlliyinə apaçıq dəlillər olan nemətlərdir. Təbii ki, bunlar ağlını işlədə bilən, istəklərinin əsiri olmayan insanlar üçündür.

Bu nemətlərin başında, insanın əbədi həyatını qazanmasına vəsilə olacaq olan “kitab” və “elçi” neməti gəlir. İnsan, Allahı və Allahın doğru yolunu bu nemətlər vasitəsi ilə tapa bilir və ancaq onlar sayəsində dünya və axirətini qurtara bilir.

Kitab və elçinin rəhmət və bələdçi olmasına dair Quranda yüzlərlə ayə mövcuddur. İnsanların ixtilaf etdikləri, problem çıxardıqları mövzuların başında din, tövhid inancı, kitab, İsa, öldükdən sonra dirilmə, haram-halal kimi mövzular gəlir. Bütün bu ixtilafların həlli isə ancaq Quranla mümkündür. Bu ayə ixtilafların həllində Qurandan kənar bir müraciət qaynağı tanınmamasını əmr edir. Belə ki, Allahdan gəlməyən hər həll yeni ixtilafları da özü ilə gətirəcəkdir.

65Və Allah göydən bir su endirdi və onunla yer üzünü ölümündən sonra diriltdi. Şübhəsiz ki, bunda dinləyən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.

66Şübhəsiz ki, keçi, qoyun, dəvə və iribuynuzlu heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarnındakı, ifrazat ilə qan arasındakı şeylərdən, içənlərin boğazından asanlıqla keçən xalis süd içiririk.

67Və xurma ağaçlarının meyvələrindən və üzümlərdən ki, siz ondan içki və gözəl ruzi əldə edirsiniz, sizə içiririk. Şübhəsiz ki, bunda ağlını işlədən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.

Bu ayə qrupunda isə insanlara yer üzündəki bitki və canlı növündən verilən nemətlər xatırladılır.

Yağış bu nemətlərin ən başda gələnlərindəndir. Yağışın, beləliklə suyun canlılar və xüsusilə də insanlar üzərindəki həyati funksiyası bir çox ayədə xatırladılmışdır. Allahın yağış yağdırıb, onunla ölü toprağı canlandırması, söz dinləyən, ağıllı cəmiyyətlar üçün doğrudan da bir ibrət qaynağıdır.

Ölümdən sonra yenidən dirilməyi xatırladan bu hadisə, Quranda bir çox yerdə axirətə dəlil olaraq göstərilmişdir:

  • 164Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-biri ardınca gəlməsində, insanlara yarayan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirərək, onunla yer üzünü ölümündən sonra diriltməsində, yer üzündə hər tərpənən canlılardan yaymasında, küləkləri səmtlərə çevirməsində, göy ilə yer üzü arasında əmrə hazır olan buludda, şübhəsiz ki, ağıllarını işlədən bir cəmiyyət üçün əlbəttə, əlamətlər/nümunələr vardır. (Bəqərə/164)
  • 24Yenə Onun ayələrindəndir ki, sizə həm qorxu və həm də ümid vermək üçün şimşəyi göstərir. Və göydən bir su endirir ki, onunla yer üzünə ölümündən sonra həyat verir. Şübhəsiz ki, bunda ağlını işlədəcək bir cəmiyyət üçün necə əlamətlər/nümunələr vardır. (Rum/24)
  • 3–5Şübhəsiz, göylərdə və yer üzündə möminlər üçün əlamətlər/nümunələr vardır. Və sizin yaradılışınızda və törədib yaydığı böyük-kiçik bütün canlılarda da qəti bilik ilə inanan bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. Və gecə ilə gündüzün bir-biri ardınca gəlməsində, Allahın göydən bir ruzidən endirərək, onunla yer üzünü ölümündən sonra diriltdiyi şeydə və küləkləri səmtlərə çevirməsində ağılla davranan bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.  (Casiyə/3-5)

66-cı ayədə, heyvanların quruluşuna yerləşdirilən bioloji sistemlərə işarə edilərək, ifrazat törədən boşaltma sistemi ilə qanın dövr etməsini təmin edən qan dövranı sistemi arasından insanların zövqlə içdiyi tərtəmiz süd nemətinin çıxarılışına diqqət çəkilir. Bu möcüzə sistemlər sadəcə heyvanlar üçün bəhs edilməyib, daha qarma-qarışıq və mükəmməl olanları insan vücudunda da vardır. Məsələn, erkəyin aldığı qidalardan ifrazat, qan və sperma törədilir. Qadın vücudu isə aldığı qidalarla ifrazat, qan, yumurta və süd törədir. Bunu yüzlərlə sistemlə genişləndirmək mümkündür. Ağıllı insanlar bu sistemlərin təsadüfən əmələ gəlmədiyi kimi, o vücudun sahibi tərəfindən də əmələ gətirilmədiyini yaxşı bilirlər. Onlar bütün bu bioloji sistemlərin Uca Allahın əsəri olduğu haqqında zərrəcə şübhə duymazlar.

67-ci ayədə isə Rəbbimiz meyvələrə diqqət çəkir və meyvələrin insan həyatındakı əhəmiyyətini bildirir. Ayədə sadəcə xurma və üzümdən bəhs edilməsi, Ərəblərin daha çox bu meyvələri tanıdığı və bildiyinə görədir. Ayənin işarə etdiyi ibrətlik xüsusiyyətlər alma, armud, heyva, ərik, alça, gilas kimi bütün meyvələr üçün də keçərlidir.

“Səkər”. Ayədə “Ki siz ondan içki və gözəl ruzi edirsiniz” ifadəsi keçir.  Bəziləri bu ifadədəki “səkər [içki]” sözünü “yemək, sirkə, nebiz (xurma şərabı)” kimi mənalara çəkməyə çalışmışdır. Halbuki “səkər” sözü “çiskinlik, buludluluq, tozluluq, bulanıqlıq” mənasında olub, ağlın qarışıqlığı, şüurun bulanıqlığı, jarqon ifadə ilə “başın getməsi” deməkdir. Bu psixoloji hallar dilimizdə “sərxoşluq” kəlməsiylə ifadə edilir.

Ayədə xüsusilə diqqətdən qaçırılmamalı olan bir nöqtə də odur ki, Rəbbimiz bəhs etdiyi nemətləri xüsusilə hələ iman etməmiş insanlara xatırladır. Buna görə də, “onlar üçün içki qadağandır, sərbəstdir” deyə bir mövzu yoxdur. Bu ayənin içkinin qadağan olunmasından əvvəl nazil olduğunu, daha sonra da hökmün qaldırıldığını iddia etmək, Quranı tanımamaqdan başqa bir şey deyildir.

İçki ilə əlaqədar detayı isə inşaallah Bəqərə/219-u təhlil edərkən “Xamr” sözü əhatəsində ələ alacağıq.

68,69Və Rəbbin bal arısına dağlarda, ağaclarda və düzəldəcəkləri çardaqlarda evlər/yuva­lar qurmasını əmr etdi. Sonra isə: “Meyvələrin hamısından ye və Rəbbinin asanlaşdırdığı yol­lara gir” – deyə vəhy etdi. Onların qarınlarından rəngləri müxtəlif olan bir içki çıxar ki, onda insanlar üçün şəfa vardır. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiy­yət üçün, qətiliklə bir əlamət/nümunə vardır.

Bu ayələrdə Rəbbimiz bir başqa nemətinə daha diqqət çəkir. Bunlar bal arısı və onun törətdiyi baldır. Rəbbimiz bal arısına belə vəhy etmişdir [genlərinə kodlamışdır]: Dağlarda, ağaclarda çardaqlarda yuvalar quracaq, hər cür meyvədən yeyəcək, hər asan yoldan keçəcəkdir. Beləliklə, qarnında şəfa olan bal əmələ gələcəkdir. Bunu müşahidə edən hər ağıllı insan da, bunda açıq bir sübut tapacaq, insanlıq arıdakı bu sistemi müşahidə edərək, özlərinə şəfa verən dərmanların da törədilmə şəkillərini öyrənəcəkdir.

Dişi olan işçi bal arılarının törətdiyi balın, insanlar üçün nə qədər faydalı bir qida qaynağı olduğu ayədə bildirilir. Balın şəfa olduğu günümüzdə bütün tibb alimləri tərəfindən mübahisəsiz olaraq qəbul edilir. Balın tərkibində həm bir çox vitamin, həm kalsium, kalium, maqnezium, natrium, fosfor kimi bir çox mineral, həm mis, yod, dəmir, sink, həm də bəzi hormonlar vardır.

Bal arısı, balın quruluşu, arının bal düzəltməsi, balın yararları ilə əlaqədar elm texnika kitablarında ətraflı məlumatlar vardır. Ayədəki Semerat sözünün ilkin mənası “ma hamele şecer, ağacın daşıdığı hər şey” deməkdir. (Lisan-Tac)

Ağacın daşıdığı hər şey ağacların daşıdığı bütün meyvələr, çiçəklər, yosun, mamır və ağac saqqızı (kilikkə) kimi şeylərin hamısı deməkdir.

70Və sizi Allah yaratdı, sonra da sizi vəfat etdirəcəkdir, sizə keçmişdə etdiklərinizi və etməli olduğunuz halda etmədiklərinizi bir-bir xatırlatdıracaqdır. İçinizdən kimi də bilikdən sonra, hər hansı bir şey bilməsin deyə, ömrün ən pis zamanına çatdırılır. Şübhəsiz ki, Allah çox bilikli və çox qüdrətlidir.

Bundan əvvəlki ayələrdə Rəbbimiz su endirərək bitkiləri yaratdığını, sonra heyvanları və onlardakı möcüzələri, bitkilərdən və heyvanlardan əldə edilən nemətləri dilə gətirdikdən sonra mövzunu insana gətirmiş və insan həyatındakı üç mərhələyə diqqət çəkmişdir. Bunlar, insanın yaradılışı, vəfatı və ömrün ən pis zamanı olan mərhələlərdir.

İnsanın Yaradılışı. İnsanın yaradılışına vurğu edilməsi, öz yaradılışını bilməyən bir insanın öldükdən sonra yenidən yaradılmağı asanlıqla qəbul etmədiyinə görədir. Bu reallıq Ya Sin surəsində belə dilə gətirilmişdi.

  • 78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi. Dedi ki: “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”
  • 79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız.
  • 81Göyləri və yeri yaradanın onlar kimilərini də yaratmağa gücü yetməzmi? Bəli, əlbəttə, gücü yetər! Və O, çox mükəmməl yaradandır, çox yaxşı biləndir.
  • 82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir. O da dərhal olur. (Ya Sin/78-82)

Ömrün Ən Pis Çağı. Rəbbimiz qullarının korlanmamaları, tağutlaşmamaları, Fironlaşmamaları və öz heçliklərini, mütləq Allaha dönəcəklərini ağıllarından çıxarmamaları üçün insanın fiziki və zehni vəziyyətlərini ən güclü dövrlərindən sonra enişə keçirir.

  • 68Və Biz kimə uzun ömür verəriksə, yaradılışda onu tərs çevirərik/təpəsi üstə dikərik. Buna baxmayaraq, hələ də ağılla hərəkət etməyəcəklərmi? (Ya Sin/68)
  • 54Allah sizi gücsüz olaraq yaradandır. Sonra gücsüzlüyün arxasından qüvvət gətirdi. Sonra qüvvətin arxasından gücsüzlük və ixtiyarlıq gətirdi. O, dilədiyini əmələ gətirir. Və O, ən yaxşı biləndir, ən yaxşı güc yetirəndir. (Rum/54)
  • 5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsiniz, bilin ki, nə ol­du­ğu­nu­zu sizə ortaya qoymaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən – qeyri-müəyyən bir ət parçasından ya­ratmışıq. Və Biz dilədiyimizi bəlli bir müddətə qədər bətnlərdə tuturuq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla ya­naşı, kiminiz keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xa­tır­lat­dırılır/öldürülür, kiminiz öncəki biliyindən sonra heç bir şey bilməyərək, öm­rünün ən rəzil zamanına çatdırılır. Bir yer üzünü görərsən ki, sönmüşdür. Son­ra Biz onun üzərinə su endirdiyimiz zaman hərəkətə kər, qabarar və hər gözəl t­dən bitkilər bitirə (Həcc/5)

71Və Allah ruzi barəsində birinizi digərinizdən üstün qılmışdır. Özlərinə üstünlük verilənlər öz ruzilərini/yeyib içəcəklərini, sərvətlərini, sözləşmələrə uyğun olaraq, himayə­lə­rin­də saxladıqları insanlara, hamısı ruzidə bərabər olmaqla verməzlər. O halda bunlar, Allahın nemətini bilərək ört-basdırmı edirlər?

Bu ayədə, dünya həyatında aktual olan üstünlük-tabeçilik əlaqəsinin insanlığa qoyulan sosioloji bir qayda olduğuna işarə edilərək Allahın insanlara bərabər müamilə etmədiyini irəli sürən təfəkkürə cavab verilmişdir. Ayədə bu nöqtələr üzərində durulmuşdur:

* Allah bəzi insanları malca, mülkcə, övladca, ömürcə, ağılca artıqlı qılmışdır. Artıqlı qılmaq “üstün qılmaq” mənasında anlaşılmamalıdır.

* Artıqlığa sahib insanlar, sahib olduqlarından əllərinin altındakılara, işçilərinə, məmurlarına, çalışanlara bərabər olaraq verməzlər. Bəzi istəkləri nəzərə alaraq, fərqli-fərqli verirlər. Onlardan heç birini özləriylə eyni səviyyədə tutmazlar. Onlarla paylaşmazlar.

Bu açıqlamalardan sonra Rəbbimiz “O halda, bunlar Allahın nemətini bilərək inkarmı edirlər?” –buyuraraq, sözsüz olaraq bu ismarıcı verir: “Hətta siz belə çalışanlarınızı; kölələrinizi, işçilərinizi özünüzə bərabər ortaq [şərik] qəbul etmirsiniz. Ağa ilə kölə, işçi ilə müdir arasındakı fərqi qəbul edirsinizsə, Allah ilə yaratdıqları arasında fərq olmalı olduğunu niyə qəbul etmirsiniz? Allah heç qullarını özünə ortaq [şərik] qəbul edərmi?

  • 28Allah sizə özünüzdən bir misal çəkir: Heç sizə ruzi olaraq verdiyimiz şeylərdə qanunla sizə təslim edilən adamlardan ortaqlarınız olarsa, siz onlarla bərabərhüquqlu olub, özünüzə rəva bilmədiyiniz/dəyər verdiyiniz kimi onlara da qarşılıqlı rəva bilməzsinizmi/bir-birinizə eyni dəyəri verərsinizmi, bərabərhüquqlu olarsınızmı? Bax budur, Biz ağlını işlədən bir cəmiyyət üzvləri üçün ayələri belə açıqlayırıq. (Rum/28)

Allahın nemətlərini qullarına fərqli ölçülərdə verməsi və buna görə də bəzilərinin bəzilərindən artıqlıqlı olması, sosial sistemin işləməsi, fəaliyyəti üçündür:

  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/32)

Həyatdaki üstünlük-tabeçilik əlaqəsi, kütləvi yaşayışa qoyulan və insanların bir-birləriylə müxtəlif sosial əlaqələr qurmasını təmin edən, beləliklə də insanların bu əlaqəqurma formalarıyla sınandıqları ilahi bir qaydadır. Burada bəhs edilən “dərəcələrlə yüksəltmə”, kəramət, üstünlük, sayğınlıq baxımından deyil, iqtisadi güc, ağıl, zəka, anlayış, biliklilik-biliksizlik baxımından ibarət olan fərqliliklərdir. Hər kəsin iqtisadi güc, zəka və anlayış baxımından bərabər olduğu bir cəmiyyətdə “insanların bir-birlərinə iş gördürmələri” demək olan “istihdam” və “iş törətmə” mümkün olmaz. “İstihdam” və “iş törətmə”nin olmadığı şəraitlərdə isə həyat durar. Ancaq bilinməlidir ki, insanın əxlaqi xüsusiyyətinin əsas alındığı “Hesab Günü” kriteriyaları arasında iqtisadi ya da digər dünyəvi artıqlıqların heç bir yeri yoxdur. Hətta bu artıqlıqlar, insanın əxlaqi yetkinliyinə qatqıda olmadıqları müddətcə, həyat yolundakı ən çətin sınanma sahələrini də meydana çıxarır.

  • 131Və özlərini imtahan etmək üçün, adi dünya həyatının bəzəyi olaraq, onlardan bəzi cütləri faydalandırdığımız mal, mülk, övlad və səltənətə qətiyyən gözlərini dikmə/rəğbətlə baxma. Və Rəbbinin ruzisi daha yaxşı və daha daimidir. (Ta Ha/131)
  • 88,89Qətiyyən onlardan bəzi insanlara verərək, özlərini onunla faydalandırdığımız şeylərə/mal və sərvətə həvəslənib gözlərini dikmə. Onlara görə kədərlənmə də… Sən qanadlarını möminlər üçün gər. Və: “Şübhəsiz, mən, açıq-aşkar bir xəbərdar edənin məhz özüyəm” – de. (Hicr/88, 89)

72Və Allah sizin üçün özünüzdən həyat yoldaşları etdi, o həyat yoldaşlarınızdan da oğullar və nəvələr verdi. Sizi xoş, gözəl, yararlı şeylərlə ruziləndirdi. İndi onlar batilə inanır və Allahın nemətini ört-basdırmı edirlər?

73Və onlar Allahın yaratdıqlarından, göylərdən və yer üzündən özləri üçün ruzi olaraq, hər hansı bir şeyə malik olmayan və güc yetirə bilməyən şeylərə sitayiş edirlər.

İlk ayədə Rəbbimiz möcüzəvi nemətlərini xatırlatmağa davam edərək, müşrikləri qınayır, bir sonrakı ayədə isə onların batillə necə iç-içə olduqlarını bəyan edir. Çünki onlar Allahın onlara bunca möcüzəvi neməti ikram etməsinə baxmayaraq, nankorluq edərək, o nemətləri verən Allahı buraxıb, göylərdən və yer üzündən özləri üçün ruzi olaraq hər hansı bir şeyə malik olmayan və heç bir şeyə gücü çatmayan şeylərə sitayiş edirlər.

Ayədə dolaylı olaraq verilən ismarıclardan biri də, xüsusilə “ruzi” mövzusu gündəmə gətirilərək, “tanrı” olaraq qəbul ediləcək obyektin heç olmazsa, ruzi verib vermədiyinin, verməyə güc yetirib-yetirəməyəcəyinin düşünülməli olduğuna işarə edilməsidir.

Onların saxta tanrıları ilə doğru tanrının kim olduğu aşağıdakı ayələrdə açıqlanır:

  • 100Və onlar, görünməz güc və varlıqları Allaha ortaqlar qoşdular. Halbuki onları Allah yaratmışdır. Bilikləri olmadan da oğullar, qızlar uydurdular. Onun şanı onların xarakterizə etdiyi şeylərdən arınıq və ucadır. (Ənam/100)
  • 9Yoxsa Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlarmı qəbul edirlər? Bax budur, Allah köməkçi, yol göstərici, qoruyucu yaxının məhz özüdür. Və O, ölüləri dirildər və O, hər şeyə gücü çatandır.
  • 11Bax budur, O, göylərin və yerin yoxdan yaradanıdır/parçalayanıdır. O sizin üçün özünüzdən həm­tay­lar/zövcələr və heyvanlardan cütlər yaratmışdır. O, sizi bu sistemin içərisin­də törədib, çoxaldır. Onun bənzəri olacaq heç bir şey yoxdur. Və O, ən yaxşı eşidən, ən yax­­şı görəndir.
  • 12Göylərin və yer üzünün kilidləri/açarları yalnız və yalnız Onundur. O, dilədiyi insan üçün ruzini genişlədər və nizamlayar. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı biləndir. (Şura/9-12)
  • 1Qrup-qrup enmiş ayələrin hər birinin enməsini sübut göstərirəm ki, 2yoldaşınız azmamışdır, çaşmamışdır. 3O, boş dünyəvi arzusundan da danışmır. 4Onun sizə söylədikləri – enən o ayə qrupları, ona vəhy edilən vəhydən başqa bir şey deyildir. (İxlas/1-4)

Bu mövzu surənin 17-22-ci ayələrində geniş şəkildə açıqlanmışdı. 75, 76-cı ayələrində örnəklərlə təkrar açıqlanacaqdır.

74Artıq Allah üçün nümunələr gətirməyin. Şübhəsiz ki, Allah bilir, siz bilməzsiniz.

Bu ayədə insanlar, xüsusilə də müşriklər Allahı qullara, əşyaya, obyektlərə bənzətməmələri mövzusunda çox ciddi bir şəkildə xəbərdarlıq edilir.

Xatırlanacağı kimi, Zümər/3-də, müşriklərin Allaha yaxınlaşa bilmək üçün bir sıra ortaqlar tanrılaşdırdıqları, onlara sitayiş etdikləri açıqlanmışdı. Müşriklər: “Kralın qullarına qulluq etmək, birbaşa krala qulluq etməkdən daha artıq sayğını ifadə edər”, “böyüklərin yanına izinsiz girilməz; mütləq katibə, otaqçı, qapıçı kimi xətri olan bir araçı lazımdır” – şəklində absurd inanclara sahibdirlər. Bu gün də bu inanışda olanların varlığı bilinir. Budur, bu ayədə Rəbbimiz bu cür inanışları rədd edir.

  • 2Şübhəsiz ki, Biz bu kitabı sənə haqq ilə endirdik. Belə isə dini yalnız Onun üçün arındıraraq Allaha qulluq et.
  • 3Diqqətli olun, xalis din sadəcə, Allaha aiddir. Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edənlər dedilər: “Allahın yaratdıqlarından qəbul etdiyimiz köməkçi, yol göstərici, qoruyucu yaxınlar, bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik”. Şübhəsiz ki, onların ayrılığa/anlaşmazlığa düşdükləri şeylərdə, onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz. (Zümər/2, 3)
  • 27,28Qətiliklə, Biz sizin qonşularınız olan məmləkətləri dəyişikliyə/dağıntıya uğratdıq. Ayələri, onlar dönsünlər deyə, təkrar-təkrar açıqladıq. Belə isə, Allahın yaratdıqla­rın­dan, guya Ona yaxınlığa vəsilə qəbul etdikləri uydurma tanrılar, onların əzabını sov­ma­ğa kömək etməli deyildimi? Əksinə, o uydurma tanrılar özlərindən ayrılıb, yox ol­dular. Bu, onların yalanlarıdır/uydurmaqda olduqları şeydir. (Əhqaf/27, 28)

75Allah heç bir şeyə gücü yetməyən, başqasının malı olmuş bir kölə ilə Bizim özünə gözəl bir ruzi verərək, gizli və açıq şəkildə, Allah yolunda xərcləyən/yaxınlarının dolanışıqlarını təmin edən bir insanı nümunə verdi: Bunlar eyni olurlarmı?  Təriflər Allaha məxsusdur, başqası öyülə bilməz. Əksinə, insanların çoxu bilməzlər.

76Allah iki nəfəri də nümunə göstərdi: Bunlardan biri dilsizdir, heç bir şeyə gücü çatmaz, qoruyucusuna bir yükdür. Onu hara göndərsə də, bir xeyir gətirə bilməz. İndi, bu adamla ədalətlə əmr edən və doğru yolda olan adam eyni olarmı?

Bu ayələrdə Rəbbimiz özü ilə ağılsızların sözdə tanrıları arasındakı fərqi bir nümunə ilə anladır.

Birinci nümunə:

Özlüyündən bir şey etməyə gücü olmayan bir kölə ilə, gizli-aşkar, çox-çox infaq edən, zəngin və səxavətli olan hürr bir insan düşünülsün. Bu ikisi heç bərabər olurmu?

Belə isə yaradılış, şəkil və insan olma baxımından eyni olmalarına baxmayaraq, necə bu ikisini eyni saymaq mümkün deyilsə, ruzi verməyə və lütf etməyə qadir olan Allah ilə də heç bir şeyə sahib olmayan və qəti olaraq heç bir şey edə bilməyəcək olan bütlər bərabər olurmu?

İkinci nümunə:

Yenə iki insan,  ikisi də insan olma sarıdan eyni olmaqla bərabər, biri dilsiz, bacarıqsız, ətrafına da yükdür. Digəri isə güclü, ədaləti təmin edən və doğru yolda bir insandır. Yaxşı, bu iki nəfər bərabərdirmi?

Bu nümunədəki dilsiz insan bütü, ədaləti təmin edən insan isə Allahı təmsil edir.

Belə isə heç bir zaman qüsurlu varlıqlarla Saməd və aləmlərdən ehtiyacsız olan Allah bir deyildir.

77Və göylərin və yerin görünməyəni, eşidilməyəni, seçilməyəni, sadəcə, Allaha aiddir. Qiyamətin qoparılması da, yalnız və yalnız göz açıb qapama kimidir və ya o, daha yaxındır. Şübhəsiz, Allah hər şeyə qadirdir.

Bu ayədə Rəbbimiz insanların kainatda hələ kəşf edə bilmədikləri necə möcüzələrə və xüsusilə də Qiyamətə [kainatın sisteminin sona çatmasına] dair biliyin özündə olduğunu açıqlayaraq, Qiyamətin qopmasının özü üçün çox bəsit, adi olduğunu bildirir.

  • 50Və buyuruğumuz, bir göz qırpımı kimi, bir təkdir/bir anlıq bir şeydir. (Qəmər/50)
  • 28Sizin yaradılmağınız və ölümdən sonra dirildilməyiniz, ancaq bir tək insanınkı kimidir. Şübhəsiz, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir. (Loğman/28)

78Və Allah sizi analarınızın qarnından heç bir şey bilməzkən çıxardı və sahib olduğunuz nemətlərin qarşılığını ödəyəsiniz deyə, eşitmə, görmə duyğuları və könüllər verdi.

79Göy boşluğunda bir əmrə boyun əydirilmiş olan quşlara/buludlara baxmadılarmı? On­ları Allahdan başqası tutmur. Bunda inanan bir cəmiyyət üçün əlbəttə ki, əlamət­lər/nü­munələr vardır.

80Və Allah sizə evlərinizi sizin üçün bir rahatlıq və hüzur yeri etdi. Və heyvanların dərilərindən yolçuluq və qonaq qalma günlərinizdə yaşayış yerləri etdi. Heyvanların yunlarından, yazda qırxılan qoyun tüklərindən və qıllarından müəyyən müddətə qədər istifadə edəcəyiniz geyim, döşənəcək və qazanc malları var etdi.

81Və Allah əmələ gətirdiklərindən sizin üçün kölgələr etdi və sizin üçün dağlardan sığınacaqlar etdi. Sizi istidən/soyuqdan qoruyacaq libaslar və sizi öz qəzəbinizdən qoruyan libaslar var etdi. Bax budur beləcə, Allah, müsəlman olasınız deyə, üzərinizə nemətini tamamlamaqdadır.

Bu ayə qrupunda Rəbbimiz yenə insanlara verdiyi nemətləri sayıb, sıralamışdır: İnsanı bilikləndirərək, mükərrəm [dəyərli] qılmış, onu hisslər və duyğularla təchiz etmişdir. Rəbbimiz bu nemətlərini andıqdan sonra, insanların diqqətini göy üzündəki quşlar və buludların uçuşuna, uçurulmasına, havaya və havanın gücünə, beləliklə, bütün bunların insanlıq üçün əhəmiyyətinə diqqət çəkmişdir. Nə buludlar uçan xüsusiyyətdə yaradılmasaydı küləklər onları sürükləyə bilərdi, nə də suyun təbiət içindəki dövranı olmasaydı yer üzü hər an bitki və digər canlı növlərinin yaşamasına əlverişli ola bilərdi. İnsana xatırladılan nemətlər bunlarla da məhdud deyildir. Rəbbimizin yaratdığı varlıqların təmin etdiyi kölgəliklər, ağaclar, mağaralar, buludlar, heyvanlardan əldə edilən və insanı istidən-soyuqdan qoruyacaq geyimlər, çadırlar, evlər, zirehlər,  döşəməlik qumaşlar da Rəbbimizin insana olan ikram və ehsanını göstərir. Ayələrdə sayılan nemət növləri xüsusilə Ərəbistan coğrafyasında olanları ifadə edir. Bu nemətlərin sayılıb sadalanmasından, digər coğrafyalardakı nemətlərin də insanlığa eyni məqsədlə ehsan edildiyi anlaşılmalıdır.

Bölmədə xatırladılan bütün nemətlər Allahın qüdrətinin mükəmməlliyini göstərir. Ağlını işlədə bilənlər üçün hamısı da qəti bir sübut mahiyyətindədir.

Bölmədə verilən ismarıclar başqa ayələrdə də dilə gətirilmişdir:

  • 23De ki: “O, sizi inşa edən, sizə qulaq, gözlər və könüllər əmələ gətirəndir. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz?”
  • 24De ki: “O, sizi yer üzündə törədib çoxaldandır və siz Ona toplanıb götürüləcəksiniz”. (Mülk/23, 24)
  • 19Və onlar üstlərindəki sıra-sıra sıralanmış və burulmuş uçan şeylərə göz atmırlarmı? Onları Rəhmandan başqası tutmur. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı görəndir. (Mülk/19)
  • 43Şübhəsiz ki, Allahın buludları sürüklədiyini, sonra onları bir araya gətirdiyini, sonra da üst-üstə yığdığını görmədinmi/heç düşünmədinmi? Bax budur, görürsən ki, bunların arasından yağışı çıxarır. Və O, göydən içində dolu olan dağ kimi buludları endirir və onu dilədiyinə isabət etdirir, dilədiyindən də onu uzaq tutar. Şimşəyin parıltısı hardaysa, gözləri alır! (Nur/43)

82Buna baxmayaraq, əgər üz çevirərlərsə, artıq sənə düşən ancaq açıq-aşkar bir təbliğdir.

83Onlar Allahın nemətini bilirlər, sonra onu tanınmaz hala gətirirlər. Onların çoxu kafirdirlər.

Surənin bu ayələrində Rəbbimiz, əslində kafirlərin Allahın nemətlərini bildiklərini, buna baxmayaraq nankorluq etdiklərini qeyd edərək, elçisindən təbliğ vəzifəsini edib, gerisini düşünməməsini istəmişdir. Belə ki, bu qədər açıqlamaya baxmayaraq, hələ də dirənirlərsə bu o deməkdir ki, ediləcək başqa bir şey yoxdur.

84Və hər ümmətdən bir şahid gətirəcəyimiz gün, artıq kafirlərə izin verilməz. Onlardan üzr diləmələri də istənilməz.

85Və o, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər əzabı gördükləri zaman, artıq onlardan bu əzab zəiflədilməz və onlara möhlət verilməz.

Bu ayələrdə kafirlərin kafir olduqlarına dair şahid gətiriləcəyi bildirilmişdir. Bəhs edilən bu şahidlər, o ümmətlərə göndərilən Peyğəmbərlərdir, insanın nəfsi, yaxınları, vəhylər və cəmiyyətidir.

Rəbbimizin insanları sınaması, öyrətmək üçün deyil, dünya və axirətə şahid əmələ gətirmək üçündir. Kimsə özü haqqındakı qərara etiraz edə bilməsin. Eynilə məktəblərdəki müəllimlərin tələbələrini imtahan etmə məramının tələbələrdən öyrənmək olmayıb, imtahana girən tələbələrin vəziyyətinin müəyyən edilməsində, şahidləndirilməsində olduğu kimi.

Qiyamət günündə insanlar üçün öz nəfsi, yaxınları, cəmiyyəti, elçilər və vəhylər şahidlik edəcəkdir.

Bu mövzuyla əlaqədar bu ayələrə də baxıla bilər: Bəqərə/ 143, Həcc 78, Fəcr/21-23, Nisa/ 41, 159, Nəhl /84, 89, Qaf/ 21, Mömin /51,  Hud/18, 19, Qasas/ 75, Fussilət /20-22, Nur/ 24, Ya Sin/ 65, Furqan/30, Maidə/116-118

86Və ortaq qoşan o insanlar ortaq qoşduqları şeyləri gördükləri zaman: “Rəbbimiz! Bax budur, bunlar, Sənin yaratdıqlarından bizim özlərinə yalvardığımız, ortaq qoşduqlarımız olan kəslərdir” – dedilər. Qoşduqları ortaqlar da dərhal onlara: “Şübhəsiz, siz qətiliklə yalançılarsınız” – deyə söz atdılar.

87Və onlar o gün, Allaha təslim oldular. Uydurmuş olduqları şeylər də özlərindən uzaqlaşıb getdi.

Bu ayələrdə müşriklərin axirətdəki mühakimələrindən bir səhnə nəql edilir. Bu səhnədə müşriklərə arxalandıqları dağlara qar yağacağı ismarıcı verilir. Çünki öz qəbahətlərini üzərlərinə atmaq istədikləri sözdə tanrıları onları aldadanların özləri olmadığını, müşriklərin yalançılardan başqa bir şey olmadıqlarını söyləyəcəklər.

  • 82Tam yəqinliklə bilin ki, onların düşündüyü kimi deyil! O qəbul etdikləri tanrılar, onların qulluqlarını qəbul etməyəcəklər və əleyhlərinə dönüb qarşı çıxacaqlar. (Məryəm/82)
  • 6İnsanlar bir araya toplandığı zaman da sitayiş etdikləri kimsələr onlara düşmən oldular. Və onlara sitayiş olunmasını qəbul etməyənlər idilər. (Əhqaf/6)
  • 63Haqlarında Söz gerçəkləşən insanlar: “Rəbbimiz! Bax budur, bunlar bizim az­dırdığımız insanlardır. Biz yolumuzu necə azmışdıqsa, budur, bunları da eləcə biz azdırdıq. Biz səndən uzaq olduq. Onlar sadəcə bizlərə sitayiş etmirdilər” – deyərlər. (Qasas/63)

Və Səba/40, 41, Furqan/17-19, Ənkəbud/25.

87-ci ayədə keçən “Və onlar, o gün, Allaha təslimiyyəti qoydular” ifadəsi, müşriklərin o gün təslim bayrağını çəkməkdən başqa çarələrinin qalmayacağı mənasındadır. Müşriklərin o günkü zillətləri Quranda bir çox dəfə (Zümər/55-60, Mülk/9-11, Furqan/12-14, Ənbiya/39, 40, Məryəm/38, Səcdə/12, Əraf/38) dilə gətirilmişdir.

88Küfr edən və Allah yolundan döndərən bu insanlar… Biz etdikləri pozğunçuluğa görə onlara əzab üstünə əzab artdırdıq.

89Və Biz o gün hər ümmət içində özlərindən öz əleyhlərinə bir şahid gətirəcəyik. Səni də onların üzərinə şahid gətirəcəyik. Biz bu kitabı da hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir mərhəmət və bir müjdə olaraq sənə endirdik.

Bu ayə qrupunda da yenə məhşərdəki bir başqa mühakimə səhnəsi sərgilənərək müşriklər xəbərdarlıq edilməyə davam edilir. Bu səhnədəki günahkar tipi, fərdi günah işləməkdən daha artığını edərək, özündən başqa digərlərini də azdırmaq üçün çalışanlardır. Bu cür günahkarlar əzab üstünə əzab çəkəcəklər. Belə ki, öz günahları yetməzmiş kimi, bir də başqalarını azdıraraq günah üzərinə günah işləmişdilər.

  • 13Onlar, əlbəttə, öz yüklərini və öz yükləri ilə birlikdə necə yükləri də daşıyacaqlar. Və uydurub durduqları şeylərdən Qiyamət günü, əmin olun ki, sorğu-sual olunacaqlar. (Ənkəbud/13)
  • 85Kim xeyir və yaxşılıqlara vasitəçi olmaqla kömək edərsə, bundan özünə bir pay vardır. Kim də pisliyə dəlil olmaq və kömək etməklə və ya pislik cığırını açmaqla kömək edirsə, ondan özünə bir günah payı vardır. Allah hər şeyə qadirdir. (Nisa/85)

Bu günahkarlar haqqında Peyğəmbərlər şahid olacaq, cəmiyyətləri şahid olacaq, hətta öz bədən üzvləri də əleyhlərinə şahid olacaqdır.

  • 41Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də budur, bunların üzərinə bir şahid olaraq gətirdiyimiz zaman, bax, necə olur? (Nisa/41)
  • 143Və bax budur belə! Biz, siz insanlar üzərində şahidlər olasınız, Elçi də sizin üzərinizdə şahid olsun deyə, sizi xeyirli bir başçılı cəmiyyət etdik. Üzərində olduğun bu hədəfi/strategiyanı müəyyən etməyimiz də ancaq Elçiyə uyan insanları, iki dabanı üzərində geri dönəcəklərdən ayıraraq/işarələyib göstərmək/bildirmək üçündür. Təsbit etdiyimiz bu hədəf/strategiya, əlbəttə, Allahın bələdçilik etdiyi insanlardan başqalarına çox ağır gəlir. Və Allah, imanınızı yox edəcək deyildir. Heç şübhəsiz, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir.(Bəqərə/143)
  • 24O gün onların dilləri, əlləri və ayaqları, etmiş olduqları işlərə öz əleyhlərində şahidlik edəcəkdir. (Nur/24)
  • 64Bilərək rədd etdiyiniz/inanmadığınız şeylər ucbatından, haydı, bu gün ora girin! 65Bu gün Biz onların ağızlarının üstünə möhür vurarıq. Bizə əlləri danışar, ayaqları da qazandıqları şeylərə şahidlik edər. (Ya Sin/64, 65)
  • 20Sonunda oraya gəldiklərində, onların eşitmə, görmə duyğuları və dəriləri etdikləri şeylərlə əlaqədar öz əleyhlərində şahidlik edərlər. (Fussilət/20)

Geniş məlumat 84-cü ayənin təhlilində verilmişdir.

89-cu ayənin “Biz bu kitabı da, hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir rəhmət və bir müjdə olaraq sənə endirdik” mənasındakı son cümləsi Qurana yönəlikdir. Quranın bələdçiliyi, rəhmət və müjdə olması daha əvvəl də bir çox dəfə vurğulanmışdı.

Eyni cümlədə keçən “Hər şeyi açıqlayan” xüsusiyyəti isə aşağıdakı bu ayələrdə vurğulanır:

  • 41,42Şübhəsiz ki, Öyüd/Quran özlərinə gəldiyində, onu bilə-bilə rədd edən insanlar… Və şübhəsiz ki, O – Öyüd/Kitab ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edən, öyülən, öyülməyə layiq olan tərəfindən endiriləndir. Önündən və ardından/heç bir tərəfindən özünə batilin gəlmədiyi çox şərəfli bir kitabdır. (Fussilət/41, 42)
  • 38Və yer üzündə heç bir irili-xırdalı tərpənən canlı və iki qanadı ilə uçan heç bir quş yoxdur ki, sizin kimi başçısı olan camaatlar olmasın. Biz Kitabda heç bir şeyi nöqsan/yetərsiz buraxmadıq. Sonra onlar, Rəbbinə toplanacaqlardır. (Ənam/38)

90Şübhəsiz ki, Allah ədaləti, yaxşılaşdırmağı/gözəlləşdirməyi və qohumlara verməyi əmr edər, həyasızlıqdan, pislikdən və azğınlıqdan çəkindirər. O, düşünüb öyüd alarsınız deyə, sizə öyüd verir.

Rəbbimizin 89-cu ayədə bəyan etdiyi “Biz bu kitabı da, hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir rəhmət və bir müjdə olaraq sənə endirdik” ifadəsi bu ayədə açıqlanır. Bu ayə yer üzündə sosial sistemi təmin etməli olan ana prinsipləri ehtiva edir. Bu prinsiplər insanlığı ədalətə, yaxşıya, gözələ yönəldən, həyasızlıqdan, pislikdən, azğınlıqdan çəkindirən prinsiplərdir:

Allah ədaləti, ehsanı [yaxşılaşdırmağı-gözəlləşdirməyi] və yaxınlara verməyi əmr edər.

 عدالة Ədalət. Bu söz lüğətdə “birə bir qarşılıq, tarazlıq, ekvivalentlik, bərabərlik” deməkdir. [5] Qavram olaraq isə “Məhdudiyyət olmadan, hər kəsin haqqdan nəsibini ala bilməsi üçün bərabər şərtlərin əmələ gətirilməsi” mənasına gəlir. Məsələn, bir cəmiyyətdə vətəndaş hüquqları, dilinə, dininə, etnik mənşəyinə və cinsiyyətinə baxılmadan hər kəs üçün bərabər olmalıdır. Verilən cəzalar da fərq qoyulmadan hər kəs üçün bərabər və günah ilə mütənasib olmalıdır.

Ədalət, cəmiyyətləri dik tutan ən vacib dəyərdir.

  • 8Ey iman edənlər! Allah üçün haqqaniyyəti dik tutan şahidlər olun. Və bir qövmə olan kininiz, sizi ədalətsizlik etməyə sürükləməsin. Ədalətli olun, ədalətli olmaq, Allahın qoruması altına girməyə daha yaxındır. Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır. (Maidə/8)
  • 58Şübhəsiz ki, Allah sizə əmanətləri əhlinə verməyinizi və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Şübhəsiz ki, Allah bununla sizə nə gözəl öyüd verir. Şübhəsiz ki, Allah, ən yaxşı eşidən, ən yaxşı görəndir. (Nisa/58)
  • 26Ey Davud! Həqiqətən Biz səni bu yerdə keçmiş idarəçinin yerinə idarəçi etdik. O halda insanlar arasında haqq ilə hökm ver/haqsızlıq və qarışıqlığı aradan qaldırıb, ədaləti təmin et. Kefə, istəyə uyma. O təqdirdə səni, Allahın yolundan azdırar. Tam əmin olun ki, Allah yolundan azanlara/hesab gününü nəzərə almadıqlarına görə, çox şiddətli bir əzab vardır. (Sad/26)
  • 25And olsun ki, Biz elçilərimizi açıq dəlillərlə göndərdik və insanların haqqaniy­yət­li fəaliyyətini təmin etmələri və Allahın dininə və elçilərinə, kimsə özlərini gör­mə­di­yi və tanımadığı yerlərdə belə kömək edənləri müəyyən etməsi/işarələyib göstərməsi üçün onlarla birlikdə kitabı və ölçünü endirdik. Biz özündə böyük bir qüvvət və in­san­lar üçün yararlar olan dəmiri də endirdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üs­tündür. (Hədid/25)
  • 29De ki: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər məscidin yanında; cəmiyyət icərisində üzünüzü/bütün mənliyinizi Ona yönəldin və dini yalnız Ona xas qılaraq, Rəbbinizə yalvarın. İlkin sizi yaratdığı kimi, Ona dönəcəksiniz”. (Əraf/29)
  • 135Ey iman edənlər! Özünüz, ana-atanız və yaxın əqrabanız əleyhinə də olsa, Allah üçün şahidlik edənlər olaraq, haqqaniyyətin fəaliyyətini bütünlüklə təmin edənlər/qoruyanlar olun. İstər zəngin olsun, istər yoxsul olsun, bilin ki, Allah ikisinə də daha yaxındır. Artıq ədaləti yerinə yetirə bilmək üçün boş – dünyəvi arzunuza uymayın. Əgər əyib, bükərsinizsə və ya geri çəkilərsinizsə, bilin ki, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır. (Nisa/135)

Ehsan. “Ehsan” sözü ümumilikdə yaxşılıq, gözəllik törətmə, səxavət, xoş görülü, əfvedici, mərhəmətli və incə olmaq, eqoist olmamaq kimi mənalarda işlədilmişdir. Ancaq sözün əsl mənası “yaxşılaşdırma-gözəlləşdirmə” deməkdir. Rəbbimizin əmr etdiyi “ehsan”, özümüzdəki, ailəmizdəki, ətrafımızdakı və ölkəmizdəki pisliklərin, çirkinliklərin yaxşılaşdırılması və gözəlləşdirilməsi hərəkətlərini də ehtiva edən geniş əhatəli bir əmrdir. Bu mənasıyla “ehsan” passiv bir yaxşı olma halını aşaraq, ətrafa da təsir edən şüurlu və aktiv bir yaxşılaşdırma, gözəlləşdirmə fəaliyyətidir.

Əqrəbalara Vermək. Rəbbimiz əqrəbaya [qan bağı və evlilik bağı ilə əmələ gələn yaxınlara] verməyi əmr edərkən, nəyin veriləcəyini bildirməmişdir. Beləliklə, əqrəbaya veriləcək olan şeylər ümumiləşmişdir. Bunun mənası sevgidən, salam və yaxşı rəftardan başlayıb, maddi və mənəvi hər cür yardım və dəstəyə qədər uzanan bir əhatə içində yaxınlara hər şeyin verilə biləcəyidir. Rəbbimiz “yaxınlara vermə”yi əmr edərək, əqrəbaların maddi və mənəvi problemlərini yüklənməyin, başda Möminlər olmaqla, əxlaqi cavabdehlik sahələri içərisində olduğu ismarıcını verir.

Bu ismarıc başqa ayələrdə də yer almışdır:

  • 1Ey insanlar! Sizi tək bir nəfsdən yaradan, ondan həmtayını yaradan və hər ikisindən bir çox kişi və qadın törədib yayan Rəbbinizin qoruması altına girin. Və özü ilə bir-birinizlə diləkləşdiyiniz Allahın və əqrəbalığın qoruması altına girin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir. (Nisa/1)
  • 23,24Və sənin Rəbbin qəti olaraq, Özündən başqasına qul olmamağınızı, ana və ataya yax­şılıq etməyinizi/gözəlləşdirməyinizi qərara aldı. Onlardan biri və ya hər ikisi sənin ya­nında ixtiyarlığa çatarsa, qətiyyən onlara “Of” demə, onları danlama, onlara çox həssas davran. Və ikisinə də şərəfli, şirin və gözəl sözlər söylə. Və mərhəmətinə görə onlar üçün alçaq könüllülük qanadlarını endir. Və de ki: “Rəbbim! Onların məni uşaqlıqdan öyrədib, mədəni biri olaraq yetişdirdikləri kimi, onlara mərhəmət et”. (İsra/23, 24)

Həyasızlıqdan, pislikdən və azğınlıqdan uzaqlaşdırar.

Fahşa [Həyasızlıq]. “فحشاء  Fahşa” sözü “çirkin iş, üz qızardıcı söz və ya davranış, olması olduqları sərhəddi aşmaq, söz və cavabda daşqınlıq etmək” mənalarına gəlir. Sözün cəmi “فواحش   fəvahiş”dir.

Dilçi Ragıb əl-İsfəhani də “Fuhş”, “fahşa” və “fahişə” sözlərini öz lüğətində “son dərəcə çirkin söz və fellər” olaraq tərif etmişdir. [6]

Al-i İmran/135-də “fəna iş” olaraq xarakterizə edilən “fahişə” sözü, Quranda on üç yerdə, cəmi olan “fəvahiş” sözü isə dörd yerdə keçir. Söz ümumi olaraq Quranda birdən çox hədsizlik üçün işlədilmişdir. İstər bu hədsizliklərin nə olduğu, istərsə də bu qavramla əlaqədar digər açıqlamalarımız daha əvvəl Nəcm surəsinin təhlilində verildiyindən, incəliklərinn oradan oxunmasını məsləhət görürük.

Münkər [Pislik]. “Münkər” insanlıq tərəfindən pis olaraq qəbul edildiyi kimi, Uca Allah tərəfindən də çirkin görülən şeylərdir.

Rəbbimiz Quranda “marufu əmr” və “münkərdən nəhy” əmriylə insanlığın yaxşı və pis, yararlı və zərərli, gözəl və çirkin, pozitiv və neqativ şeylər, davranışlar və amillər arasında doğru fərq qoya biləcək bir vicdani qabiliyyətlə təchiz olunduğuna işarə edir. Nəyin yaxşı, nəyin pis olduğunu təbiətinə qoyulmuş bu vicdani qabiliyyətlə qiymətləndirə bilən insan, onu məhdudlaşdıran yüksək [ali, uca, ilahi] mənşəli dəyər ölçüləri olmadan bu daxili mexanizmdən ehtiyatla istifadə edə bilməz, əksinə, müxtəlif psixoloji mexanizmlərdən istifadə edərək pisi, çirkini və yanlışı qanuniləşdirməyə cəhd edər. “Şeytanın insana öz etdiklərini gözəl, bəzəkli göstərməsi” bu qanuniləşdirici psixoloji mexanizmaların fərqinə varmayan insanın içinə düşdüyü daxili bir tələ olaraq da dəyərləndirilə bilər. Rəbbimiz insanın sağlam düşüncəsi ilə doğru olaraq tanıdığı “münkər”i özü də qadağan edərək, insanlığın vicdani dəyərləndirmə bacarığını dəstəkləyir və ona pisin və pisliyin qarşısını almağı təmin edəcək güclü bir dini güc qazandırır. Çünki insan mütləq zərərli olduğunu bildiyi şeylərdən çəkinmə mövzusunda belə, özünü kifayət qədər idarə edə bilmirlər. 1930-cu illərdə ABŞ-da tətbiq edilən alkoqollu içki qadağasının bütün qanunla məcbur etmələrinə baxmayaraq, uğurlu olmaması, buna qarşılıq İslam cəmiyyətlərində alkoqollu içki işlətmə nisbətindəki müəyyən düşüklük, “pis” olana mane olmaqda dini müəyyidənin nə qədər təsirli olduğunu göstərən yaxşı bir nümunədir. 1930-cu illərdə ABŞ-da tətbiq edilən alkoqollu içkilərə qadağanın bütün hüquqi məcburiyyətlərə rəğmən iflasa uğraması və İslam cəmiyyətlərində spirtli içki istehlakının nəzərəçarpacaq dərəcədə aşağı olması dini sanksiyaların “pisliyin” qarşısının alınmasında nə qədər təsirli olduğuna yaxşı bir nümunədir.

 البغى əl-Bağy [Azğınlıq]. البغى Bağy” lüğətdə “təcavüz, haqdan dönmə, zülm, təkəbbür və fəsad” mənasındadır. [7] Söz, mövzumuz olan ayədə ümumi mənada işlədildiyindən, istər Allaha, istərsə də yaradılışlara qarşı olsun, hər cür həddi aşmağı, haqsız baş qaldırmanı ifadə edir.

  • 33De ki: “Rəbbim ancaq iyrənclikləri; onun açıq və gizli olanını, günahları, haqsız yerə baş qaldırmağı, haqlarında heç bir dəlil endirmədiyi şeyləri Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləməyinizi haram etmişdir”.  (Əraf/33)

91Və sözləşmə etdiyinizdə Allahın əhdini/Allaha verdiyiniz sözləri yerinə yetirin. Andlarınızı/sözləşmələrinizi zəmanət altına aldıqdan və Allahı özünüzə qəti kəfil qıldıqdan sonra pozmayın. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri bilir.

92Bir ümmət digər bir ümmətdən daha çoxdur deyə, andlarınızı aranızda aldatma va­sitəsi edərək, kələfini sağlam şəkildə əyirdikdən sonra onu söküb, pozan qadın kimi də olmayın. Şübhəsiz, Allah sizi bununla sınayır. Haqqında anlaşılmazlığa düşdüyü­nüz şeyləri Qiyamət günü sizə mütləq açıqlayacaqdır.

Rəbbimiz bu ayələrdə kütləvi həyatın düzgün inkişafı üçün həyati əhəmiyyətə sahib bir əxlaq qaydasını buyuraraq, Möminlərin bu əxlaqi qaydaya uyğun davranıb, davranmadıqlarının onlar üçün cavabdehlik gətirən bir sınaq olacağı bildirilir. Bəhs edilən əxlaq qaydası, kütləvi həyatın ayrılmaz hissəsi sayılan “sözləşmələrə sədaqət” prinsipidir.  İnsanlar verdikləri sözdə durmalı, etdikləri sözləşmələrə uymalı, andlar və sözlər qəti olaraq bir aldatma vasitəsi olaraq işlədilməməlidir.

  • 34Yetkinlik yaşına çatıncaya qədər yetimin malına da, ən gözəl bir şəkildə olması istisna olmaqla, yaxınlaşmayın. Əhdi/verilmiş sözünüzü də yerinə yetirin. Şübhəsiz, verilən sözdə məsuliyyət vardır. (İsra/34)
  • 152Yetimin malına da yaxınlaşmamağınızı, yalnız yetkinlik çağına çatana qədər ən gözəl şəkildə yaxınlaşa bilər və uyğun şəkildə xərcləyə bilərsiniz. Ölçünü, çə­kini haqqaniyyətlə büsbütün etməyinizi; Biz kimsəni gücünün çatdığından başqası ilə – qabiliyyətinin xaricində bir şeylə məsul tutmarıq. Söylədiyiniz zaman da, yaxınınız da olsa, ədalətli olmağınızı və Allaha verdiyiniz sözə əməl etməyinizi”. Bax budur, bunlar öyüd alıb düşünəsiniz deyə, Allahın sizə məsuliyyət olaraq çat­dır­dıqlarıdır”. (Ənam/152)

Allahın Əhdi. Bu ifadə ilə insanın öz iradə və ixtiyarı ilə öhdəsinə götürdüyü hər söz qəsd edilmişdir. Uca Allah insanların öz istək və seçimləri ilə etdikləri anlaşmaları pozmalarını qınayır, belə edənləri şiddətli bir şəkildə danlayır. Əhdi [sözü] pozmaq Allahın lənətlədiyi fellərin başında gəlir. Bunun səbəbi, əhdi pozmağın cəmiyyətdə böyük zərərlərə səbəb olmasıdır.

Əhdini pozanlar Fələq surəsində “düyünlərə tüpürüb üfləyənlər” olaraq da xarakterizə edilmişdir:

  • 1–5“Yaratdığı şeylərin şərindən, çökdüyü zaman qaranlığın şərindən, düyünlərə tüpürüb üfləyənlərin/sözləşmələrə əməl etməyənlərin şərindən və qısqandığı zaman qısqananın şərindən çatlamaların Rəbbinə – bütün çətinlikləri ortadan qaldıran Allaha sığınıram” – de! (Fələq/1-5)
  • 8Və onlar əmanətlərinə və andlaşmalarına riayət edən kimsələrdir. (Möminlər/8)
  • 22Ancaq “salaatçılar” bundan istisnadır.
  • 23O salaatçılar ki, salaatlarını davam etdirənlərdir.
  • 24,25Və salaatçılar öz mallarında istəyən və istəməyə utanan yoxsullar üçün bəlli bir haqq olan insanlardır.
  • 26Və salaatçılar cəza gününü təsdiq edərlər.
  • 27Və salaatçılar Rəbbinin əzabından qorxanlardır.
  • 28Şübhəsiz ki, Rəbbinin əzabından amanda/arxayın olmaq olmaz.
  • 29–31Və salaatçılar namuslarını qoruyanlardır. Ancaq həyat yoldaşları və ya sözləşmələrinin sahib olduqları istisnadır. Çünki onlara yaxınlaşdıqlarında qınanmazlar. Artıq ondan artığını istəyənlər… Bax budur, onlar həddi aşanların məhz özləridir.
  • 32Və salaatçılar əmanətlərinə və əhdlərinə riayət edərlər.
  • 33Və salaatçılar şahidliklərini yerinə yetirərlər.
  • 34Və salaatçılar, salaatlarını qoruyanlardır.
  • 35Bax budur, bu salaatçılar cənnətlərdə xoş qarşılanırlar. (Məaric/22-35)

Və Bəqərə/40, 177, Əhzab/15, 23, Rad/20, Al-i İmran/76.

And içən, əhdləşən və əhdini sağlamlaşdırıb, sağlamlaşdırdıqdan sonra pozan insanların vəziyyəti, mövzumuz olan ayədə, yununu əyirib sağlam bir şəkildə bükdükdən sonra onu təkrar çözən bir qadının vəziyyətinə bənzədilir. Bir qadının öz əyirib bükdüyü yünü təkrar çözməyə qalxması, əhdlərini pozanları xarakterizə etmək üçün edilən bir təsvirdir. Ərəb ənənəsinə görə edilən bu bənzətmənin müəyyən bir qadını işarə etdiyi nəqllərdə yer alsa belə, səciyyələndirdiyi şəxsiyyətin əhdlərini pozan bütün kişi və qadınları əhatə etdiyi açıqdır.

Ayə ilə əlaqədar olaraq klassik əsərlərdə bu nəql yer alır:

Rəvayət olunduğuna görə, Məkkədə Amr b. Kab b. Sad b. Teym b. Murre qızı Rayta deyə bilinən ax­maq bir qadın varmış. Bu qadın bu şəkildə edərmiş. Budur bu bənzətmə ona görədir. Bu açıqlamanı əl-Ferra etmişdir. Abdullah b. Kəsir və əs-Süddi də bunu nəql etməklə birlikdə qadının adını verməmişdilər. [8]

Təəssüf ki, iqtisadi, siyasi və fərdi mənfəətdən bəhs edildikdə, cəmiyyətdə böyük tanınan və müxtəlif xüsusiyyətləri ilə seçilən bir çox insanın asanlıqla əhdlərini pozduğu, müxtəlif bəhanələr irəli sürərək, verilən sözləri yerinə yetirməməyə çalışdığı müşahidə edilir. Müsəlman cəmiyyətlərinin bu mövzuda əxlaqi intizamsızlığı o qədər geniş vüsət alıb ki, bunu ictimai yara kimi qələmə vermək olar. Müsəlmanlar daha bir çox əxlaqi dəyər kimi, sözündə durma, əhdlərini yerinə yetirmə, andlarının qaydalarına əməl etmək kimi mövzularda da Quranın təməl əxlaq prinsiplərini yaxşı anlayıb mənimsəməli və beləliklə, əxlaq baxımından cəmiyyətə örnək olmağa layiq bir şəxsiyyət olmalıdır.

  • 89Allah sizi qəsdən etmədiyiniz/ağız alışqanlığı ilə etdiyiniz andlarınız barədə sorğu-suala tutmaz. Lakin, qəsdlə etdiyiniz/sözləşdiyiniz andlarınız barədə sizi sorğu-suala tutar – onun da kəffarəsi, əhlinizə yedirtdiyinizin ən xeyirlisindən/ən yaxşı­sın­dan on acizi yedirtmək və ya geyindirməkdir. Və yaxud da, bir köləni azad et­mək­dir. Verəcək bir şey tapa bilməyən insan üçün isə üç gün oruc tutmaqdır. Bu, poz­duğunuz zaman andlarınızın kəffarəsidir. Və andlarınızı qoruyun. Bax budur, Allah qarşılığını ödəyərsiniz deyə, ayələrini sizin üçün belə açıqlayar. (Maidə/89)

93Və Allah diləsəydi, əlbəttə, hamınızı tək bir ümmət edərdi. Lakin, Allah dilədiyini azdırar və dilədiyinə də doğru yolu bələdçiləyər/diləyəni azdırar, diləyənə bələdçilik edər. Və şübhəsiz ki, siz etdiklərinizdən məsuliyyət daşıyırsınız.

94Və andlarınızı aranızda aldatma və pozğunçuluğa/qarışıqlığa vasitə etməyin. Sonra ayağınız yerə sağlam basdıqdan sonra sürüşər və Allah yolundan azdığınız üçün, pisliyi dadarsınız. Böyük əzab da sizin üçündür.

95Və Allahın əhdini/Allaha verilən sözləri az bir bədəl müqabilində satmayın. Əgər bilirsinizsə, qətiliklə Allah qatındakı… O, sizin üçün daha xeyirlidir.

96Sizin yanınızdakı tükənir, Allahın qatındakı isə qalıcıdır. Və Biz qətiliklə səbr edənlərə mükafatlarını, etdiklərinin daha gözəli olaraq qarşılığını verəcəyik.

Rəbbimizin kütləvi prinsiplərə yönəlik direktivləri bu ayə qrupunda da davam edir. Ayələrin ifadələri hər kəsin anlayacağı səviyyədə açıq və bəlağətlidir.

93-cü ayədəki “Və Allah diləsəydi, əlbəttə, hamınızı tək bir ümmət edərdi. Lakin, Allah dilədiyini azdırar və dilədiyinə də doğru yolu bələdçiləyər/diləyəni azdırar, diləyənə bələdçilik edər”  ifadəsi “sizi tək bir dinə sahib qılardı, sizi robot kimi edərdi, amma sərbəst buraxdı, sizə iradə, seçim haqqı tanıdı” – deməkdir.

94-cü ayədə andların [müqavilələrin] sui-istifadə edilməməsi istənilir və bunun doğuracağı pis nəticələrin dönüb sözləşmələrə xəyanət edənlərə də təsir edəcəyi bildirilmişdir.

  • 224Və yaxşılardan olmağınıza, Allahın qoruması altına girməyinizə, insanların arasını düzəltməyinizə, Allahı andlarınız üçün əngəl etməyin: “Edərdim, amma Allaha and içdim, artıq andımı poza bilmərəm” – deməyin. Və Allah ən yaxşı eşidən, ən yaxşı biləndir. (Bəqərə/224)

95-ci ayədə isə ümumi əxlaq prinsiplərinə işarə edilərək, mənfəət üçün din dəyişdirmək, yaltaqlıq etmək, yalançı şahidlik, mənfəət naminə vəzifədən sui-istifadə, mənfəət qarşılığında zalımları dəstəkləmək və onlarla iş birliyi etmək, rüşvət, pis iş etmək kimi davranışlar qadağan olunur.

97Kişi, qadın mömin olaraq, kim yaxşı əməl işləyərsə, qətiliklə onu gözəl bir həyat ilə yaşadarıq. Və qətiliklə, onların ödənişlərini etmiş olduqları əməllərin daha gözəli ilə mükafatlandıracağıq.

İctimai sülh və rifah üçün bir sıra göstərişlər verən Rəbbimiz, bu göstərişlərə əməl edərək yaxşı işlər görənlərin dünyada gözəl və dinc bir həyat, axirətdə isə onlardan daha gözəl mükafatlar bəxş edəcəklərini müjdələyir. Buna görə, imanlı olaraq edilən hər işin qarşılığında, qadın və ya kişi, bu dünyada rahat, dinc və xoşbəxt bir həyata, axirətdə isə etdiklərindən daha yaxşı bir mükafata qovuşdurulacaqdır. Üstəlik edilən işlərin ən gözəli nə isə, onu edənlər, sanki bütün ömürləri boyunca onu etmişlər kimi, mükafatlandırılacaqlar.

Ayədə açıq şəkildə göründüyü kimi, əməllərin işə yaraması imanlı olmaq şərtinə bağlanmışdır. İmanı olmayanların əməlləri işə yaramayacaqdır.

  • 105Bax budur, onlar Rəbbinin ayələrini və Ona çatmağı bilə-bilə rədd etmiş/inanmamış insanlardır və buna görə də, etdikləri əməlləri boşa getdi. Artıq Qiya­mət günü onlar üçün heç bir ölçü tutdurmarıq/heç bir dəyər vermərik.  (Kəhf/105)
  • 91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur.  (Al-i İmran/91)
  • 7,8Artıq hər kim zərrə qədər bir xeyir işləyərsə, onu görəcək, hər kim də zərrə qədər bir şər işləyərsə, onu görəcəkdir. (Zilzal/7, 8)

98Belə isə Quran öyrənib-öyrətdiyin zaman Racim Şeytandan [ağlınıza dərhal gələn, yaxşı-yaxşı düşünməyin nəticəsi olmayan, sizi məhv edəcək əsassız düşüncələr törədən qabiliyyətdən] Allaha sığın/sığındığına inan.

99,100Şübhəsiz ki, iman edən və Rəbbinə işin nəticəsini həvalə edənlər üzərində Şeytan-i Racimin heç bir məcburedici gücü yoxdur. Onun məcburedici gücü ancaq onu köməkçi, yol göstərici, qoruyucu yaxın qəbul edənlər və Allaha ortaq qoşanların məhz özləri olan insanlar üzərindədir.

Bu ayələrdə Rəbbimiz insanı gözləyən böyük təhlükəyə diqqət çəkir. Bu təhlükə Şeytan-i Racimdir. İnsan etdiyi işləri Allah rızası üçün etməli, o işlərə Şeytan-i Racimin burnunu soxdurmamalıdır. Şeytan-i Racimin edilən işlərdə payı olması, bu əməllərin yaxşı əməl olmaqdan çıxması deməkdir.

  • 96Sən pisliyi ən gözəl bir şeylə sovuşdur. Biz onların yaraşdırmaqda olduqları şey­lə­ri çox yaxşı bilirik.
  • 97,98Və de ki: “Rəbbim! Şeytanların təhrik etmələrindən sənə sığınıram! Və Rəbbim! Onların yanımda olmalarından da, sənə sığınıram”.  (Möminlər/96-98)

Şeytandan Allaha Sığınmaq. Şeytandan Allaha sığınmaq: “Əuzu billahi minəş-şeytanirracim [Qovulmuş Şeytandan Allaha sığınıram]” – ifadəsini dilə gətirmək və ya: “Allahım, şeytandan sənə sığınıram, məni ondan qoru!” – demək deyildir.

Şeytandan Allaha sığınmaq:

* Şeytani tiplər və güclər tərəfindən təlqin edilən düşüncə və əməlləri mütləq Allahın göndərdiyi Quran tərəzisində çəkməkdir;

* Şeytanın ağlımıza, fikrimizə təlqin etdiyi zəhərləri Allahın Quranda bizə ikram etdiyi antizəhərlə müalicə etməkdir;

* Doğrunu Allahdan öyrənib, şeytanın bizi azdırmasına mane olmaqdır;

* Fırtınaya tutulan gəminin dərhal limana sığınması kimi, dərhal Qurana sarılıb, problemləri Quran ilə həll etməkdir. Bilinməlidir ki, anlamadan Quran oxumaqla bu problemlər həll oluna bilməz.

Qovulmuş Şeytandan Allaha sığınılması direktivi, sırf “sığınma” sözünü söyləməklə yerinə yetirilə biləcək bir əmr deyildir. Belə ki, ayədə “Allaha sığınıram de!” və ya “Allaha sığınmaq istəyirəm de!” deyil, “Allaha sığın/ sığındığına inan!” – deyilir.

O halda ediləcək iş, yuxarıda da söylədiyimiz kimi, insanın Allahın sözlərinə təslim olaraq, həyatını sadəcə o sözlərə görə nizamlamasıdır. Nəticə olaraq, insan mütləq ağlını işlətməyə yönəlməli və qəlbə daima vəsvəsə verən şeytanlardan qorunmaq üçün Allaha, Onun kitabına sığınmalıdır.  Ayədəki “istəız” ifadəsindəki “s” hərfinin etiqad mənası nəzərə alındığında da anlaşılır ki, Allaha sığınmaq “Quran oxumaq” ilə olur.

Şeytan-i Racim insana sadəcə vəsvəsə verir. Nə qədər vəsvəsə versə də insan üzərində hər hansı bir məcburedici gücü yoxdur.

Mövzuyla əlaqədar ayələrdən bir neçəsi bunlardır:  (Həcc/52, Əraf/201, Sad/82-83, İbrahim/22, Bəqərə/168, 169, Bəqərə/208, Nisa/38, Nisa/76, Mücadilə/19, Zühruf/36, 37, Ənam/121, Əraf/27, Əraf/30, İsra/26, 27, Məryəm/44.

“Şeytan-i Racimdən Allaha sığınma” mövzusu daha əvvəl Əraf və Fussilət surələrində ələ alındığından, oradan oxunmasını məsləhət görürük.

101Və Biz bir ayə yerinə başqa bir ayə gətirdiyimiz zaman, Allahın nə endirdiyini daha yaxşı bilən olmağına baxmayaraq, onlar: “Sən, ancaq bir uydurucusan” – dedilər. İşin doğrusu, onların çoxu bilmirlər.

102De ki: “Allah onu/endirdiyini, Rəbbindən ruhulkudüs/qövmü canlandıran Allah qanunları olaraq, iman edənləri gücləndirib, daha möhkəm kök atması üçün, həmçinin müsəlman­lara bir müjdə və bələdçi olaraq, haqq ilə endirmişdir.

103Və qətiliklə, Biz bilirik ki, onlar: “Sadəcə, ona bir bəşər öyrədir” – deyirlər. “Peyğəmbərə öyrədir” zənnində olduqları insanın dili əcnəbi dilidir. Quran isə açıq-aşkar bir ərəbcədir.

Yüz birinci ayədə Rəbbimiz bəzi ayələri qaldırıb, onların yerinə başqa ayələr gətirdiyini açıqlayır. Bənzəri bir açıqlama Bəqərə surəsində də edilmişdir:

  • 106Biz bir ayədən/əlamətdən/nümunədən hər nəyi qaldırar və ya söylətdirməriksə, ondan daha yaxşısını, yaxud bənzərini gətirərik. Sən Allahın şübhəsiz, hər şeyə qadir olduğunu bilmədinmi? (Bəqərə/106)

Rəbbimiz bu ayələrdə Peyğəmbərlərə gələn vəhyin kainata yönəlik hökmlər ehtiva edənləri xaric, regional və müddətli olanlarından bəzisinin qaldırılması məsələsinə işarə edir. Buna görə, Rəbbimiz daha əvvəl göndərdiyi kitablardakı regional və müddətli prinsipləri qaldırıb, onların yerinə Quran ilə kainata yönəlik və bütün zamanlara yönəlik prinsipləri gətirmişdir.

Burada bəhs edilən “qaldırma” felinin mənası, Rəsulullaha gəlmiş vəhylərin dəyişdirilməsi, unutdurulması, tərk etdirilməsi deyildir. Rəbbimiz Quranda bunlardan bəhs edilməyəcəyini daha ilk vəhylərdə bildirmişdir:

  • 6–8Bundan sonra sənin vasitənlə bilik toplanmasını təmin edib, onu başqalarına çatdırdacağıq, sonra da sən unutmayacaqsan/tərk etməyəcəksən. Ancaq Allah diləyərsə, başqadır. Şübhəsiz ki, O, açığı da bilir, gizlini də. Və sənə “Ən Asan Olan”ı/səni ən çox xoşbəxt edəcək şeyləri asanlaşdıracağıq. (Əla/6-8)

Nəsh mövzusu, Bəqərə/106-nın təhlilində daha geniş şəkildə verilmişdir.

101-ci və 102-ci ayələrdə Quranın endirilməsi mövzusuna təkrar toxunulmuş, Quran haqqında irəli sürülən şübhələr nəql edilərək, bu şübhələrə məqbul və qaneedici cavablar verilmişdir.

Göründüyü kimi, 101-ci ayədə açıq və konkret olaraq, Quranın “Allahın endirməsi” olduğu bildirilir. 102-ci ayədəki “Ruhulqüdüs” ifadəsini “Cəbrail” olaraq izah edənlər isə bu izahlarına əsaslanaraq, Quranı Cəbrail adlı mələyin endirdiyini irəli sürürdülər.

Buna görə də daha əvvəl geniş şəkildə ələ aldığımız “Ruhü’l-Qüdüs” və bununla əlaqədar mövzuları təkrar xatırlatmaq lazım olduğunu düşünürük.

“Ruhü’l-qüdüs” tamamlığının təhlili. “Ruh” sözünün əsas mənası “can [vücudu diri tutan cövhər]” deməkdir. [9] Ancaq söz Quranda bu mənada deyil, “insan və cəmiyyətləri kütləvi həyatda diri, sağlam qılan can, vəhy” mənasında işlədilmişdir. Bu xüsusun təfərrüatları Qədr surəsinin təhlilində bildirilmişdir.

“Qüdüs” sözünün mənası isə bu sözün hansı sözdən gəldiyinə dair ediləcək qərardan asılıdır və bunun üçün iki fərziyyə mövcuddur:

1- Sözün “təmizlik” mənasındakı “qüds” sözündən gəldiyi qəbul edilərsə, o halda “qüdüs” sözü də “təmiz” mənasına gəlir. “Qüds” sözü və onun “müqəddəs”, “müqəddəsat”, “nüqəddisü” kimi törəmələri Quranda on bir yerdə keçir.

2- Sözün Allahın isimlərindən biri olan “ قدّوس Quddüs” sözündən pozulduğu qəbul edilərsə, o halda “qudüs” sözü də “bütün kirliliklərdən arınıq, tərtəmiz” mənasına gəlir. Sadəcə Allah üçün işlədilan “Qüddüs” sözü, Həşr surəsinin 23-cü və Cumaa surəsinin 1-ci ayələrində olmaqla, Quranda iki yerdə keçir.

“Ruh” və “qüdüs” sözlərinin mənaları bəlli olduğuna görə, “Ruhü’l-Qüdüs” tamamlığının mənasının da yuxarıdakı hər iki mənadan hansının qəbul ediləcəyinə bağlı olaraq, iki şəkildə ola bilir:

1- “Qüdüs” sözünün mənasının “təmiz” olduğu qəbul edilərsə, “Ruhül-Qüdüs” təbiri də “Təmiz ilahi bilik, Allahdan gələn təmiz bilik” mənasına gəlir.

2- Allahın isimlərindən olan “əl-Qüddüs”ün zamanla xalq ağzında dəyişərək, “Qüdüs” şəklinə döndüyü qəbul edilərsə, “Ruhü’l-Qüdüs” tamamlığının mənası da “Tərtəmizin [bütün əskikliklərdən təmizlənmiş olan Allahın] ruhu [canı], vəhyi, biliyi” demək olur. Beləliklə, klassik təfsirçilərdən Mücahit və Rəbii də “əl-Qüdüs” sözünün Allahın isimlərindən biri olduğunu söyləmişdilər. Bu qəbul istiqamətində “Ruhü’l-Qüdüs” ifadəsinin “Allahın ruhu” mənasına gəldiyi görüşü onsuz da Qurandan da dəstək alır. Çünki Quranda keçən hər “ruh” sözü Allaha nisbət edilmişdir. Məsələn, Adəmə və Məryəmə “Ruhumuzdan üflədik” deyildiyi kimi, elçi Zəkəriyyənin (əs) Məryəmə çatdırdığı məlumatlar üçün də “Ruhumuz” ifadəsi işlədilmişdir.

Nəticə olaraq, “Qüdüs” sözünün gəliş yerinin fərqlilikləri də hesaba qatılaraq, edilən təhlillər, “Ruhü’l-Qüdüs” ifadəsinin “Allahın ruhu, Allahın vəhyi, Allahdan gələn bilik” mənalarına gəldiyini göstərir. “Ruhü’l-Qüdüs” tamamlığının bu mənanı daşıdığı, tamamlığın keçdiyi ayələrdən də asanlıqla anlaşılır.

Təkrar mövzumuz olan Nəhl/102-yə dönəriksə, mövcud tərcümələrdə bu ayənin necə mənalandırıldığını xüsusilə bilmək lazımdır. Diyanət İşləri Başqanlığı tərəfindən hazırlanan tərcümə başda olmaqla, bir çox tərcümədə Ruhü’l-Qüdüs”ün “Cəbrail” olduğu konkret qəbul edilərək, ayə ümumilikdə belə mənalandırılır:

  • “Onlara de ki: Quranı Cəbrail, iman edənlərə səbat vermək, Müsəlmanlara bir hidayə və bir müjdə olmaq üçün Rəbbinin qatından haqq olaraq endirdi”.

Əslində isə bizim tərcüməmizdə “Ruhü’l-Qüdüs”ün endirməsindən deyil, enməsindən bəhs edilir. Ayənin “Qul [De ki]” ifadəsiylə başlaması, bu ayənin birilərinə cavab xüsusiyyətində olduğunu göstərir. Buna görə də ayə, paraqrafı əmələ gətirən digər ayələrlə birlikdə dəyərləndirilməlidir. Ayənin aid olduğu paraqraf 101-103-cü ayələrdən ibarətdir. Buna görə paraqraf belədir:

  • 101Və Biz bir ayə yerinə başqa bir ayə gətirdiyimiz zaman, Allahın nə endirdiyini daha yaxşı bilən olmağına baxmayaraq, onlar: “Sən, ancaq bir uydurucusan” – dedilər. İşin doğrusu, onların çoxu bilmirlər.
  • 102De ki: “Allah onu/endirdiyini, Rəbbindən ruhulkudüs/qövmü canlandıran Allah qanunları olaraq, iman edənləri gücləndirib, daha möhkəm kök atması üçün, həmçinin müsəlman­lara bir müjdə və bələdçi olaraq, haqq ilə endirmişdir.
  • 103Və qətiliklə, Biz bilirik ki, onlar: “Sadəcə, ona bir bəşər öyrədir” – deyirlər. “Peyğəmbərə öyrədir” zənnində olduqları insanın dili əcnəbi dilidir. Quran isə açıq-aşkar bir ərəbcədir. (Nəhl/101-103)

Göründüyü kimi, 101-ci ayədə açıq və konkret olaraq Quranın “Allahın endirməsi” olduğu bildirilir. Belə ki, 102-ci ayə ilə əlaqədar olaraq, Quranı Cəbrail adlı mələyin endirdiyi yolundakı Qurana zidd olan qəbul, 102-ci ayə ilə 101-ci ayələrə verilən mənalar arasındakı ziddiyyətin görardı edilməsinə yol açmışdır.

Rəsmi Düzülüşdəki bu ziddiyyət iki yolla həll edilir. Belə ki, 101-ci ayədəki “والله اعلم بما ينزل” ifadəsi nəzərə alındığında 102-ci ayədəki “نزل nəzzələ” felinin failinin “ الله Allah” olması lazımdır. Bu təqdirdə “ ه Hu” əvəzliyinin mübtədası da “101-ci ayədəki “ما ma” ismi məvsulu olacaqdır. Bu reallıqlar qarşısında da ayə mətnindəki  ref halında “ روح القدس ruhulqüdüs”  olaraq oxunan ifadə də “ruhalqüdüs” şəklində  “hal” olaraq oxunmalıdır.

Ortaya çıxan nəticə xülasə olaraq budur: Quranda keçən “Ruhü’l-Qüdüs” ifadələri, “Vəhy, Allahdan gələn təmiz, sağlam məlumatlar/biliklər” demək olub, qəti olaraq “Cəbrail adı verilən vəhy mələyi” demək deyildir.

Quranda bir tək yerdə keçən “ər-Ruhü’l-Əmin” ifadəsi də bu istiqamətdə ələ alınmalıdır:

  • 192Və şübhəsiz ki, bu açıq-aşkar kitab, tam yəqinliklə bilin ki, aləmlərin Rəbbinin en­­dirməsidir. 193–195O açıq-aşkar kitabla, xəbərdar edənlərdən olasan deyə, açıq-aş­kar bir Ərəb dilində sənin qəlbinə etibar edilən can [ilahi ismarıclar, etibar edilən bilik] en­di. 196Və şübhəsiz ki, etibar edilən can [etibar edilən bilik], tam yəqinliklə bil ki, ön­cə­ki­lə­rin ki­­tablarında da vardı. (Şüəra/192-196)

Şüəra/193-də bir sifət tamamlığı olaraq “ər-Ruhü’l-Əmin” şəklində yer alan bu ifadə, bir isim tamamlayıcısıymış kimi “ruhü’l-əmin” şəklində qəbul edilir və beləliklə, böyük yanlışlıqlara səbəb olur. Beləliklə, Quranın Cəbrail adındakı mələk tərəfindən endirildiyi yolundakı konkret qəbula əsaslanan adət-ənənəyə uyğun anlayış, bu ayəni də “Onu Ruhü’l-Əmin [Cəbrail] endirdi” – deyə səhv tərcümə etmiş və düşüncələrdə bu yanlışla yer almasına yol açmışdır. Əslində isə bu tərcümə, ayənin hərfi mənasına uyğun olmadığı kimi, həm Şüəra/192-dəki “O, aləmlərin Rəbbinin [Allahın] endirməsidir” ifadəsiylə, həm də Quranın Allah tərəfindən endirildiyini bildirən yüzlərlə ayə ilə də ziddiyyət təşkil edir. Bu ziddiyyət də yenə “nəzələ [endi]” felinin keçişsiz olmasına baxmayaraq, keçişli mənaya gələcək şəkildə “endirdi” olaraq ifadə edilməsindən qaynaqlanır. Halbuki yüzlərlə ayənin mənasıyla əmələ gətirilən bu ziddiyyətin ortadan qaldırılması üçün, ayədə keçən “bihi” ifadəsindəki “be” hərf-i cərrinin “birləşdirmə” üçün deyil, “musahibə” üçün alınması yetərlidir. Bu təqdirdə “nəzələ” feli keçişsiz mənası ilə, “onunla endi” olaraq ifadə edilir və digər ayələrlə əmələ gətirilmiş olan ziddiyyət də ortadan qalxmış olur.

Neticə olaraq, Şüəra/193-də keçən “ər-Ruhü’l-Əmin” ifadəsinin fərdiləşdirilərək “Cəbrail” olaraq izah olunması yanlışdır. Burada “əmin, güvənilən, sağlam” olaraq xarakterizə edilmiş olan və xəbərdarlıqçılardan olmasını təmin etmək üçün Peyğəmbərimizin qəlbinə Allah tərəfindən endirilmiş olduğu bildirilən “ruh, bilik, vəhy” Mücadilə/22-də də açıq şəkildə ifadə edildiyi kimi, inananları gücləndirmək üçün yenə Allah tərəfindən endirilmişdir.

Quranda Quranın endirilməsi, kitabın endirilməsi, ayələrin endirilməsi, surələrin endirilməsi, mələklərin [vəhylərin] endirilməsi, hikmətin endirilməsi, Tövratın endirilməsi, İncilin endirilməsi, Furqanın endirilməsi ilə əlaqədar üç yüzə yaxın ayə mövcuddur. Bu ayələrin hamısında da bunları endirənin Allah olduğu bildirilmişdir. Quranı başqasının endirdiyini bildirən heç bir ayə yoxdur, ola bilməz də… Çünki Quran əsla və qətiyyən özüylə ziddiyyət təşkil etməz.

Mövzumuz olan Nəhl/102, 103-dən anlaşıldığına görə, bu ayələr bəzi hadisələrlə əlaqədar enmişdir:

Andolsun ki, onların: “Ona əlbəttə bir insan öyrədir” – dediklərini bilirik“ buyuruğunda, Hz. Peyğəmbərə öyrədir dedikləri bu şəxsın adı xüsusunda fərqli görüşlər vardır. Bir görüşə görə, bəhs edilən bu insan əl-Fakih b. əl-Muğirənin köləsi olub, adı Cəbr idi. Əvvəllər Xristiyan ikən sonra İslama girdi. Qüreyşin kafirləri, Peyğəmbər (səs) haqqında onun ümmi olub, heç bir kitab oxumamış olduğu halda, keçmiş və gələcək hadisələrə dair xəbərləri eşitdiklərində “Ona bunları əlbəttə, Cəbr öyrədir” – deyirdilər. Cəbr isə ərəb olmayan bir insan idi. Uca Allah da onların bu iddialarını beləcə cavab­landırır: “İnkara saplanaraq, qəsd etdikləri o insanın dili əcnəbidir. Bu isə apaçıq bir ərəbcədir”. Heç bir insin və cinnin tək bir surəsinə və daha artıq bir bölməsinə qarşı çıxaraq bənzərini meydana qoya bilmədiyi belə bir sözü ərəb olmayan Cəbr ona necə öyrədə bilər?

Ən-Nakkaşın nəql etdiyinə görə, Cəbrin əfəndisi onu döyür və ona belə deyirdi: “Muhəmmədə sən öyrədirsən, hə!” O: “Allaha and içirəm ki, xeyr! Əksinə, o mənə öyrədir və məni doğruya yönəldir” – deyirdi.

İbn İshak deyir ki: Mənə nəql edildiyinə görə, Peyğəmbər (səs) əl-Hadrani oğullarının köləsi olan və Cəbr adındakı Xristiyan bir kölənin yanında çox otururdu. Bu insan, [əvvəlki] kitabları oxuyan birisi idi. Bundan sonra müş­riklər: “Allaha and olsun ki, Muhəmmədin bu gətirdiklərini ona bu Xristiyan Cəbrdən başqası öyrətmir” – dedilər.

İkrimə isə: “Bu insanın adı Yaiş idi, əl-Hadrami oğullarının bir köləsi idi. Rəsulullah (səs) ona Quran-i Kərimi öyrədirdi”. Bunu əl-Maverdi nəql edir.

Əs-Saləbinin İkrimə və Katadedən nəql etdiyinə görə, bu, Muğirə oğulla­rının bir köləsi olub, adı Yaiş idi. Ərəbcə olmayan kitabları oxumağı bilir­di. Qüreyşlilərin: “Şübhəsiz, ona bir insan öyrədir” – dediklərinə görə bu ayə-i kərimə endi.

Əl-Məhdəvinin İkrimədən nəql etdiyinə görə, bu Amir b. Lüey oğullarının bir köləsi olub, adı Yaiş idi.

Abdullah b. Müslim el-Hadrami dedi ki: Bizim, Aynut-Temrlilərdən Xristiyan iki köləmiz vardı. Bunlardan birisinin adı Yesar, digərinin adı isə Cəbr idi. Əl-Mavərdi ilə əl-Kuşeyri və əs-Saləbi də belə nəql etmişdilər. Bu qədər var ki, əs-Salebi bunları da söyləyir: Bunlardan birisinin adı Nebt, künyəsi Əbu Fükeyhə idi. Digərinin adı isə Cəbr idi. Bunların ikisi də qılınc düzəldən və qılınc itiləyənlər idi. Əllərində olan bir kitabı oxuyurdular. Əs-Sale­bi (davam edərək) deyir ki: Bunlar, Tövrat və İncili oxuyurdular. Əl-Mavərdi və əl-Məhdəvi isə: “Tövrat oxuyurdular” – demişdilər. Rəsulullah (səs) bunların yanlarından keçir, onların oxuduqlarını dinləyirdi. Müşriklərin: “Bunlardan öyrənir” – dediklərinə görə Uca Allah bu ayə-i kəriməni endirərək müşrikləri yalanladı.

Bir digər görüşə görə, müşriklər bu sözləriylə Salman əl-Farisi (r.a) qəsd etmişdilər. Bunu əd-Dahhak ifadə etmişdir.

Bir digər görüşə görə, bu insan Belam adında Məkkədəki bir Xristiyan idi. Bu, Tövratı da oxuyan birisi idi. Bu açıqlamanı İbn Abbas etmişdir. Müşriklər də Rəsulullahı (səs) bunun yanına girib-çıxarkən görürdülər. O baxımdan: “Ona bunu öyrədən ancaq Belamdır” – dedilər. Əl-Kutebi deyir ki: Məkkədə Rumca danışan və Əbu Meysərə deyə anılan Xristiyan bir adam var­dı. Bəzən Peyğəmbər (səs) onun yanında otururdu. Kafirlərin: “Şübhə­siz Muhəmməd ondan öyrənir” – dediklərinə görə bu ayə-i kərimə endi.

Bir rəvayətə görə isə bu insan Utbə b. Rabianın köləsi Addasdır. Bunun, Hu-eytıb b. Abduluzzanın köləsi Abis ilə İbnül-Hadraminin köləsi Yesar Əbu Fükeyhə olduqları da söylənmişdir. İkisi də İslama girmişdilər. Doğrusunu ən yaxşı bilən Allahdır.

Deyirəm ki: Bunların hamısı ehtimal daxilindədir. Çünki Peyğəmbər (səs) müxtəlif zamanlarda, Allahın özünə öyrətdiklərindən bunlara da öyrətmək qəsdiylə, bunların yanında oturmuş ola bilir. Bu da Məkkədə olurdu. Ən-Nehlias deyir ki: Bu sözlər bir-birləriylə ziddiyyətli olan sözlər deyildir. Çünki bu iddiada olanların bütün bunlara işarə etmiş olmaları və bunların Hz. Peyğəmbərə öyrətdiklərini iddia etmiş olmaları böyük ehtimaldır. [10]

Muhəmməd b. İshak b. Yessar, “əs-Sirə” adlı əsərində deyir ki: Mənə çatdığına görə, Allah Rəsulu (səs) Mervə yanında bir Hıristiyan olan və özünə Cəbr adı verilən Hadram oğullarından birinə aid bir kölənin satdığı şeylərin yanında çox otururdu. Onlar: “Allaha and olsun ki, gətirdiklərinin bir çoxunu Muhəmmədə ancaq Hadramoğulları köləsi Xristiyan Cəbr öyrədir” – deyirdilər. Budur bundan sonra Allah Təala: “And olsun ki, ona əlbəttə bir insan öyrədir” – dediklərini bilirik. Qəsd etdikləri insanın dili əcnəbidir. Quran isə apaçıq Ərəbcədir” – ayəsini endirdi. Abdullah İbn kəsir də belə söyləmişdir. İkrimə və Katadedən rəvayətə görə isə, bu kölənin adı Yaiş idi. İbn Cərir deyir ki: Mənə Əhməd b Muhəmməd ət-Tusinin… İbn Abbasdan rəvayətində o, belə anlatmışdır: Allah Rəsulu (s.ə.s) Məkkədə bir kölə tanıyırdı. Bu kölənin adı Belam olub, dili əcnəbi idi. Müşriklər, Allah Rəsulunun (s.ə.s) onun yanına girib-çıxdığını görürlər və: “Əlbəttə, ona Belam öyrədir” – deyirdilər. Bundan sonra Allah Təala: “And olsun ki, ona əlbəttə bir insan öyrədir, dediklərini bilirik. Qəsd etdikləri insanın dili əcnəbidir. Quran isə apaçıq Ərəbcədir” – ayəsini endirdi. [11]

104Şübhəsiz, Allahın ayələrinə inanmayan insanlar… Allah onlara bələdçi olmaz və onlar üçün çox acı bir əzab vardır.

105Yalanı yalnız və yalnız Allahın ayələrinə inanmayan insanlar uydurarlar. Və bax budur, onlar yalançıların məhz özləridir.

Bu ayələrdə Allaha və Rəsuluna iftira atanlar qınanmış və bu insanların aqibətlərinin yaxşı olmadığı, olmayacağı bildirilmişdir. Sonra da yalanı ancaq Allahın ayələrinə inanmayan insanların ortaya atacağı vurğulanaraq, inanclı insanların belə yalanlar uydurmayacaqları ismarıcı verilmişdir.

106Hər kim imanından sonra küfr edər, qəlbi iman ilə yatışmış halda ikən, şiddətlə məcbur edilən istisna olmaqla, həmçinin küfrə – inanmamağa köksünü açarsa, artıq özlərinin üzərinə Allahdan bir qəzəb vardır. Onlar üçün böyük bir əzab da vardır.

107Bu, onların dünya həyatını Axirətdən daha sevimli gördüklərinə və şübhəsiz, Allahın da kafirlər qövmünə doğru yolu göstərmədiyinə görədir.

108Onlar Allahın qəlblərini, qulaqlarını və gözlərini damğaladığı/möhürlədiyi insanlardır. Laqeyd, biliksiz, biganə olanlar onların məhz özləridir.

109Onların Axirətdə ziyana uğrayanların məhz özləri olduğuna heç bir şübhə yoxdur.

Bu ayələrdə, məcbur edilmədiyi, hər hansı bir cəbr altında qalmadığı halda, imandan sonra öz istəkləriylə küfrə düşənlərin aqibətləri və bu aqibətə layiq olmalarının səbəbi açıqlanır. Əgər bir insan imandan sonra küfrə dönmüşsə, bunun səbəbi, dünya həyatını axirətə görə daha sevimli zənn etməsidir. Dünyada sürəcəkləri səfa ilə axirətdə sürəcəkləri səfanı qarşılaşdırmışlar, nəticədə nağd olanı mənimsəyərək, dünyadakı səfanı seçmişdilər. Çünki dünyaya, keçici zövq və səfaya olan istəkləri könüllərini kor etmiş, həqiqəti görmə qabiliyyətlərini yox etmişdir. Bu yanlış seçim nəticəsində də axirətdə qəti bir ziyana uğramışdılar.

  • 18Hər kim tələm-tələsik keçən dünyanı istəyərsə, istədiyimiz insana dilədiyimiz şeyi tezləşdirərik. Sonra onun üçün cəhənnəmi hazırlayarıq, qınanmış və qovulmuş olaraq oraya girər. 19Kim də axirəti istəyərsə və mömin olaraq axirətə yaraşan bir cəhd ilə, axirət üçün çalışarsa, bax budur, elələrinin çalışmalarının qarşılığı verilər. 20Hamısına – dünyanı istəyənlərə və axirəti istəyənlərə Rəbbinin ehsanından verərik. Rəbbinin ehsanı məhdud deyildir. (İsra/18-20)
  • 27“Sən elçi deyilsən” – deyənlər, tələm-tələsik keçən dünyanı sevirlər və ağır bir günü arxalarına atırlar. (İnsan/27)
  • 20Hər kim Axirət əkinini istəyərsə, Biz onun əkinində, onun üçün artdırarıq. Və hər kim dünya tarlasını istəyərsə ona da ondan verərik. Və onun üçün Axirətdə heç bir nəsib yoxdur. (Şura/20)

106-ci ayədə “… qalbi iman ilə yatışmış halda ikən, təzyiqlə məcbur edilən istisna olmaqla …” ifadəsiylə edilən istisna, imanlarından vaz keçirilmək üçün dayanılmaz işgəncələrə və ağrılara məruz qalan Möminlərlə əlaqədardır.

Bu ayələrin enməsinə dair klassik əsərlərdə bu məlumatlara yer verilmişdir:

Uca Allahın “Məcbur edilən istisna olmaqla” buyuruğu, təfsir alimlərinin görüşünə görə, Ammar b. Yasir haqqında enmişdir. Çünki Ammar (r.a) özündən istədikləri şeylərə qismən yaxınlaşmış idi. İbn Abbas deyir ki: Müş­riklər onu, atasını, anası Sümeyyəni, Suheybi, Bilalı, Habbabı və Salimi alıb, onlara işgəncə etməyə başladılar. Sümeyyə iki dəvəyə bağlandı və ön tərəfinə bir nizə saplandı. Ona: “Sən insanlara görə İslama girdin” – deyildi. Həm özü, həm də həyat yoldaşı Yasir öldürüldü. İslam tarixində ilk öldü­rülən [şəhid edilən] insanlar bunlardır. Ammar isə məcburiyyət və təzyiq altında diliylə onların istədiklərini söylədi. Bunu Rəsulullaha (səs) ərz edincə, Rəsulullah (səs) da ona: “Qəlbini necə hiss edirsən?” – deyincə, o: “iman ilə dopdolu və rahatlıq tapmuş olaraq” – deyə cavab verdi. Bundan sonra Rəsulullah (səs) ona: “Bir daha eyni şeyi etməyə cəhd edərlərsə, sən də belə et” – deyə buyurdu. [12]

Necə ki, bir insan qəlbi imanla doluykən dilindən küfr çıxmasıyla kafir olmursa, qəlbi küfr ilə doluykən də sırf diliylə iman gətirib, Müsəlman olduğunu söyləməklə də Mömin olmaz. Belə biri ancaq münafıq olar.

  • 166–168İki topluluğun qarşılaşdığı gündə sizə toxunan şeylər də, Allahın izni ilədir/biliyi ilədir. Və möminləri bildirsin/işarələyib göstərsin və münafiqlik edən insanları, özləri oturub qalırkən qardaşları üçün: “Əgər bizə itaət etsəydilər, öldü­rül­məz­dilər” – deyən kəsləri bildirsin/işarələyib, göstərsin deyədir. Və onlara: “Gə­lin, Allah yolunda döyüşün və ya müdafiə edin” – deyilmişdi. Onlar: “Biz döyüş olduğunu bil­səy­dik, qətiliklə sizi xəbərdar edərdik” – dedilər. Onlar o gün, imandan çox Allahın tanrılığını, rəbbliyini ört-basdır etməyə yaxındılar. Onlar qəlblərində olmayan şeyləri ağız­la­rı ilə söyləyirlər. Allah gizlətdikləri şeyləri daha yaxşı biləndir. De ki: “Əgər doğru insanlarsınızsa, haydı, özünüzdən ölümü uzaqlaşdırın”. (Al-i İmran/166-168)

110Sonra şübhəsiz, sənin Rəbbin əziyyətə məruz qaldıqdan sonra hicrət edən, sonra səy göstərən və səbr edənlər üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra qətiliklə çox bağışlayandır, çox mərhəmətlidir.

Bu ayədə Rəbbimiz, inancları uğrunda əziyyət çəkən, hicrət edən, əlindən gəldiyi ölçüdə cihad edən, bunları edərkən də səbr və səbat göstərən insanların yanında olduğunu, belə insanların Allahın rəhmət və bağışlamasına nail olacaqlarını, etdiklərinin qarşılığını axirətdə də, dünyada da nöqsansız olaraq alacaqlarını bəyan edir.  Ayədəki “ … sənin Rəbbin, əziyyət edildikdən sonra hicrət edən, sonra cihad edən və səbr edən insanlar üçündür” ifadəsi, sanki “Rəbbin onların əmrinə hazırdır” – deyirmiş kimi bir ifadədir.

Rəbbimiz eyni zamanda bu ayədə, qatlandıqları əziyyət son həddə gəlmiş Möminlərə bir çıxış yolu da göstərir. Bu yol, çətin vəziyyətdəki Möminlərin hicrət edərək, daha təhlükəsiz bölgələrə getməsidir. Ancaq anadan, atadan, övladdan, əqrəbadan, yoldaşdan, illərlə yığıb topladığı maldan ayrılıb, kimsəni tanımadığı, kimsənin də onu tanımadığı bir yerə getmək heç də asan deyildir. Bu, hər insanın deyil, ər insanların edə biləcəyi bir işdir. Buna görə də, Rəbbimiz “Sonra şübhəsiz sənin Rəbbin, əziyyət edildikdən sonra hicrət edən, sonra cihad edən və səbr edən insanlar üçündür” – buyuraraq, bu ər insanları qürurlandırır.

Hicrətin ağırlığı və qazandırdıqları haqqında Rəbbimizin başqa açıqlamaları da vardır:

  • 72Şübhəsiz, iman etmiş, yurdlarındən köç etmiş, Allah yolunda mallarıyla, canlarıyla döyüşən və sığınacaq verib, kömək edən bu insanlar – bəli, bax budur, bunlar biri digərinin kömək edəni, yol göstərəni, qoruyan yaxını olanlardır. İnanan və hicrət etməyən insanlara gəlincə, hicrət edənə qədər onlarla yaxınlıq etmək barəsində söz belə ola bilməz. Və din uğrunda kömək istəyərlərsə, aranızda andlaşma olan bir xalqın zərərinə olmadan, onlara kömək etməlisiniz. Və Allah etdiklərinizi çox yaxşı görəndir. (Ənfal/72)
  • 195Buna görə də, Rəbbi onlara qarşılıq verdi: “Şübhəsiz ki, Mən sizdən kişi olsun, qadın olsun ki, hamınız bərabərsiniz, çalışanın əməlini yox etmərəm. Ona görə də köç edənlər, yurdlarından çıxarılanlar, mənim yolumda əziyyət çəkənlər, döyüşənlər və öldürülənlər – əlbəttə, onların pisliklərini örtəcəyəm və Allah qatından bir savab olaraq, onları altından çaylar axan cənnətlərə qoyacağam. Və Allah savabın gözəli Öz qatında olandır”. (Al-i İmran/195)

111O gün hər kəs öz nəfsi üçün çalışıb çabalayaraq gələcək və hər kəs etdiyi şeyləri tamamilə alacaq. Və onlar haqsızlığa uğradılmayacaqlar.

Axirətdə hər kəs öz dərdinə düşmüş, əqrəbalıq və bütün yaxınlıqlar bitmişdir. Hər kəs özünü qurtarmağa çalışır. Günahkarlar  yaxınlarından, dünyada əlaqə içində olduqlarından qaçar. Özünü qurtarmaq üçün oğullarını, həyat yoldaşını, ailəsini fidyə verməyi belə düşünür:

  • 33–36Sonra, şiddətlə toqquşmanın çıxardığı qorxunc səs gəldiyi zaman… O elə bir gündür ki, adam qardaşından, anasından, atasından, həyat yoldaşından, oğullarından qaçar.
  • 37O gün onlardan hər biri üçün, onu boş buraxmayacaq bir məşğulliyyət vardır.(Əbəsə/33-37)
  • 11–14Bir-birlərinə göstərilmiş olduqları halda, günahkar oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq verən bütün ailəsini və yer üzündə olanların hamısını qurtarmaq üçün fidyə verib, sonra da özünü qurtara bilmək istər. (Məaric/11-14)

112Və Allah bir şəhəri misal olaraq verdi: Bu şəhər təhlükəsiz, rahatlıqlı idi və oraya hər bir yerdən ruzi bol-bol gəlirdi. Belə ki, onlar Allahın nemətlərinə qarşı nankorluq etdilər. Allah da onlara edib törətdikləri şeylərə görə aclıq və qorxu libasını/fəlakətini daddırdı.

113Və and olsun ki, onlara içlərindən bir elçi gəlmişdi və onu yalan saydılar. Bundan sonra onlar şərik qoşaraq səhv/öz zərərlərinə iş edərkən, əzab onları yaxaladı.

Bu ayələrdə, təhlükəsiz, rahat, dolanışıq vasitələri bol bir şəhər nümunə göstərilərək Qüreyş kafirlərinə ciddi bir ismarıc verilmişdir. Nümunə göstərilən şəhərin xalqı Allahın nemətlərinə nankorluq etmiş, Allah da onları sıxıntıya salaraq cəzalandırmışdır. Bu nümunə üzərindən Qüreyşli inkarçılara: “Əgər bu nankorluqda davam edərsinizsə, sizin şəhərinizi də sıxıntıya salarıq” – ismarıcı verilmişdir.

Beləliklə, istər ticarət yolları üzərində olmasının gətirdiyi qazancla, istərsə də rahat və təhlükəsiz bir bölgə olmasıyla rahat bir həyat yaşanan Məkkə şəhəri, Möminlərin hicrətindən sonra bir xeyli quraqlıq, qıtlıq çətinliyi yaşamışdır.

Ayədə verilən şəhər nümunəsi real həyatdan ola biləcəyi kimi, ibrət məzmunlu bədii bir sənət də ola bilər. Biz bəhs edilən nümunə şəhəri Səba olaraq anlayırıq:

  • 15And olsun ki, Səba qövmü üçün yurd etdikləri yerdə bir əlamət/nümunə var idi. Sağ­dan və soldan iki bağça! “Rəbbinizin ruzisindən yeyin və Onun üçün nemətlə­rin qarşılığını ödəyin! Nə gözəl bir diyar və çox bağışlayan bir Rəbb!”
  • 16Lakin onlar üz çevirdilər! Nemətlərin qarşılığını ödəmədilər. Biz də üzərlərinə su anbarlarının selini saldıq və onların iki bağçalarını onlara acı meyvəli, yulğunluq və içində bir az da “sidr ağacı” olan iki bağçaya çevirdik.
  • 17Bu, onlar küfr etmiş olduqlarına görə, Bizim onları cəzalandırmağımızdır. Və Biz, sadəcə çox nankor olanları cəzalandırırıq.
  • 18Və Biz onlarla o bərəkət verdiyimiz məmləkətlər arasında ard-arda şəhərlər meydana gətirmişdk. Və onlara da müntəzəm gediş-gəliş təşkil etdik: Buralarda gecələr də, gündüzlər də əmniyyət içində gedin, gəlin!
  • 19Sonra da onlar: “Rəbbimiz! Səfərlərimizin arasını uzaqlaşdır!”– dedilər və nəfs­lə­ri­nə səhv/öz zərərlərinə işlər edərək haqsızlıq etdilər. İndi də Biz onları əf­sa­nələr etdik və tamamilə didik-didik dağıtdıq. Şübhəsiz ki, bunda, bütün özünə ve­rilən ne­mətlərin qarşılığını çox-çox ödəyən, səbr edən üçün, əlbəttə, əlamətlər/nü­mu­nələr vardır. (Səba/15-19)

Bu nümunə ilə Qüreyş kafirlərinə verilən ismarıca gəlincə, mövzuya dair Qüreyş surəsindəki açıqlamalarımızı burada da nəql edirik:

1,2Qüreyşin təhlükəsizliyi və rifahı naminə, qış və yay, hər zamankı səfərlərində təhlükəsizlikləri və rifahları üçün… 3,4Elə isə onları aclıqdan xilas edərək, bəsləmiş olan və hər qorxudan onları təhlükəsizliyə qovuşdurmuş olan, bu Beytin Rəbbinə qulluq etsinlər.  (Qüreyş/1-4)

Göründüyü kimi, surədə, “Beytin sahibi və Rəbbi”nin Qüreyşliləri aclıqdan qurtarıb doyurduğu və qorxudan əmin qıldığı bildirilir. Buna görə də Qüreyşlilərin sırf əmniyyət içində nemətlənmələrinə görə belə, sadəcə, Allaha qulluq etmələri lazımdır:

  • 67Yoxsa ətraflarındakı insanların zorla yaxalanıb, götürülməsinə baxmayaraq, Məkkəni təhlükəsiz, toxunulmaz etdiyimizi də görmədilərmi? Hələ batiləmi inanırlar və Allahın nemətlərinə nankorluqmu eləyirlər? (Ənkəbud/67)
  • 57Və onlar: “Biz səninlə bərabər doğru yol bələdçisinə uyarsaq, yurdumuzdan çı­xa­rı­larıq”–dedilər. Biz onları, Öz qatımızdan bir ruzi olaraq, hər şeyin səmərələrinin top­lanılıb, özünə gətirildiyi, təhlükəsiz, toxunulmaz bir yerə – Məkkəyə yerləş­dir­mə­dik­mi? Lakin onların çoxu bilməzlər. (Qasas/57)

Qüreyşlilər “Bu Evə [Kəbəyə]” sığınmadan əvvəl dağınıq haldaydılar və heç bir sayğınlıqları yox idi. Məkkədə bir araya gəlib, Kəbə xidmətini öhdələrinə götürüncə, bütün Ərəbistanda sayğın bir mövqeyə yüksəldilər. O dövrdə insanlar Ərəbistanın heç bir yerində öz qəbilə sərhədlərindən kənara çıxa bilməz, hücuma uğrama təhlükəsi altında bir an belə rahat yata bilməzdilər. Çünki hücumlar ya ölüm, ya da köləliklə nəticələnirdi. Karvanlar da ancaq yolları üzərindəki qəbilələrin öndə gedənlərinə rüşvət verərək, sağ-salamat irəliləyə bilirdi.

Budur, cahiliyyə dövründə heç bir qəbilənin təhlükəsizlikdə olmadığı belə bir şəraitdə, Məkkədəki Qüreyşlilər bütün bu təhlükələrdən tamamilə əmin bir haldaydı. Çünki Məkkənin bir düşmən hücumuyla qarşılaşmasından bəhs edilmirdi. Qüreyşlilər, daşıdıqları “Kəbənin xidmətçiləri” sifəti ilə böyük və kiçik qafilələrlə ölkənin hər tərəfində sərbəstcə dolaşır, kimsə onlara toxunmazdı. Hətta təkbaşına səyahət edən bir Qüreyşlinin: “Mən Hərəmliyəm”, ya da “Mən Allahın hərəmindənəm” – deməsi belə hücumlardan qurtulması üçün kifayət edirdi. Bütün bu üstünlüklər, Qüreyşin sadəcə maddi dəyərlərlə deyil, etibar və təhlükəsizlik kimi mənəvi dəyərlərlə də nemətləndirildiyini göstərir. Bunlardan başqa Rəbbimiz bir də onlara vəhy neməti bəxş etmiş, beləliklə, Qüreyşlilər pozğunlıqdan, küfrdən [beləliklə də cəhənnəmdən] uzaq qalma fürsəti əldə etmişdilər. Rəbbimiz, mövzumuz olan ayələrdəki xəbərdarlığıyla Qüreyşli inkarçılara bu nemətləri yaxşı dəyərləndirmələri, örnək verilən şəhər xalqının aqibətinə düşməmələri ismarıcını verir. Çünki Allahın lütf və artıqlıqlarına nail olanlar, özlərinə bu nemətləri bol-bol verən Rəblərinə əsla nankorluq etməməlidirlər.

114Artıq Allahın sizə ruzi olaraq verdiyi şeylərdən halal və təmiz olaraq, yeyin. Allahın nemətlərinin qarşılığını ödəyin, əgər sadəcə, Ona qulluq edəcəksinizsə!

115Allah sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adından kəsilənləri haram qıldı. Artıq hər kim hücum etmədən və həddi aşmadan, məcbur qalırsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar.

117Onların dünyada qazandıqları çox az bir qazancdır. Və onlar üçün çox acıqlı bir əzab vardır.

Bu ayə qrupunda Rəbbimiz, insanlara verdiyi təmiz, xoş, nəfis nemətlərdən yemələrini və bu nemətlərin qarşılığını ödəmələrini [şükür etmələrini] istəmişdir. Sonra da leşi, qanı, donuzun ətini və Allahdan başqası adından kəsilənləri qadağan etdiyini bildirmişdir. Ancaq ölüm ehtimalı kimi hallarda, qadağan olunmış qidalardan zərurət ölçüsündə yeyilə bilməsinə izin vermişdir. Həmçinin hər hansı bir şeyin haramlığını sadəcə Allahın müəyyən edəcəyini, Allah adından haram-halal qoymağın Allaha iftira olduğunu bildirmiş, bu cür saxtakarlıq edənləri acıqlı əzab ilə təhdid etmişdir.

Bölmədə bəhs edilən halal və haram qidalarla əlaqədar məsələlər Ənam/136, 138, 139, 142-145, 118, 146, Bəqərə/173, Maidə/2, 3 surələrində verilmişdir.

118Biz sənə anlatdıqlarımızı [leş, qan, donuzun ətini], daha öncə yəhudilərə də haram etmişdik. Və Biz onlara haqsızlıq etmədik. Amma onlar şərik qoşaraq, özlərinə haqsızlıq edirdilər.

Bu ayədə, yuxarıda sayılan qadağanların Yəhudilərə də qadağan olan şeylər olduğu, lakin onların qadağanları artıraraq, özlərinə zülm etdikləri bildirilir.

  • 160,161Sonra da yəhudiləşən insanların haqsız davranışları… Bir çox insanları Allah yolundan ayırdıqlarına, qadağan olunduqları halda riba aldıqlarına [əmək­siz, xidmətsiz, risksiz qazanc əldə etdiklərinə] və insanların mallarını haqsız yerə yediklərinə görə onlara halal qılınmış təmiz şeyləri haram qıldıq. Və Yə­hu­di­ləşənlərdən kafirlərə can yandıran bir əzab hazırladıq.
  • 162Lakin, bu Yəhudiləşənlərdən dərin bilik sahibi olanlar və iman edənlər sənə endirilənə və səndən öncə endirilənlərə iman edərlər. Onlar salaatı iqamə edən, vergini ödəyən, Allaha və axirət gününə iman edənlərdir. Bax budur, onlar Bizim böyük bir mükafat verəcəyimiz insanlardır. (Nisa/l60-l62)

119Sonra şübhəsiz, sənin Rəbbin bir cahilliklə günah işləyən, sonra bunun ardından tövbə edən və düzəldən insanlar üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra qətiliklə çox bağışlayan və çox mərhəmət edəndir.

Rəbbimizin rəhmət qapılarını açaraq günah işləyən qullarına Tövbə və yanlışları düzəltmək imkanı verdiyinin bildirildiyi bu ayədə, Rəbbimiz işlətdiyi üslubla, sanki qullarını əfv etməyə hazır olduğu ismarıcını verir. Rəbbimiz rəhmətinə uyğun olaraq qullarına hər zaman Tövbə qapılarını açıq tutur və onlara ölmədən əvvəl küfrlərindən, günahlarından dönmə fürsəti verir.

Bu ismarıcı ehtiva edən başqa bir çox ayə daha vardır:  Nisa/17, 18, 48, 16, Al-i İmran/90, 91.

120,121Şübhəsiz, İbrahim səmimiyyətlə Allaha boyun əyən, ortaq qoşma inancından dönmüş, Allahın nemətlərinə qarşılıq ödəyən, başlı-başına bir ümmət idi. Və o, ortaq qoşanlardan olmadı. Və Allah onu seçdi və dosdoğru yola bələdçilədi.

122Və Biz İbrahimə dünyada yaxşılıq/gözəllik verdik. Və şübhəsiz ki, o, Axirətdə də qətiliklə salehlərdəndir.

123Sonra sənə: “Küfrdən, ortaq qoşmaqdan dönmüş bir insan olan və ortaq qoşanlardan olmayan İbrahimin dininə/həyat tərzinə tabe ol” – deyə vəhy etdik.

İbrahim Peyğəmbərdən bəhs edən bu ayə qrupunda İbrahimin (əs) Allaha təslim olmuş, Ona yönəlmiş [Hənif olmuş], Onun nemətlərinə şükür edən biri olduğu xatırladılaraq, Məkkə müşriklərinə, nəvəsi olmaqla öyündükləri İbrahim (əs) kimi olmaları, onun dininə uymaları, yəni İbrahimin dinindəki halal və haramları nəzərə almaları xəbərdarlığı edilmişdir.

Bu ismarıcda İbrahim Peyğəmbər aşağıdakı xüsusiyyətlərlə tanıdılmışdır:

  • İbrahim başlı başına bir ümmətdir;
  • Sübutdur;
  • Hənifdir;
  • Müşriklərdən deyildir;
  • Allahın verdiyi nemətlərə şükür edən bir insandır;
  • Allahın elçi olaraq seçdiyi bir insandır;
  • Allahın hidayətinə layiq olmuş birisidir;
  • Allah ona dünyada belə gözəllik vermişdir;
  • Axirətdə də salehlərdəndir.

İbrahim Peyğəmbərin burada sayılan sifətləriylə əlaqədar Quranda bir çox ayə vardır. Ancaq biz bu sifətlərdən sadəcə üç dənəsini təhlil etməklə kifayətlənəcəyik:

  1. İbrahimin (əs) Başlı Başına Bir Ümmət Olması

Daha əvvəl bir neçə dəfə açıqladığımız kimi, “ümmət” sözü “Öz iradələriylə və ya bir məcburiyyət nəticəsində eyni zamanda eyni yerdə olan, yaxşı ya da pis, eyni inanca sahib olan, eyni məramı güdmə nəticəsində bir arada yaşayan insan topluluğu” deməkdir. İbrahim Peyğəmbərin başlı başına bir ümmət olaraq xarakterizə edilməsindən, onun sosial mövzularda və işlərdə böyük bir cəmiyyətə bədəl bir insan olduğu anlaşılır. Bir cəmiyyətin fərdlərindəki fəzilətlərin hamısı onda mövcud idi.

Buradakı “ümmət” sözünü “imam” mənasında anlamaq da mümkündür.

  • 124Və həmçinin Rəbbi İbrahimi bəzi kəlmələr/yaralar, sıxıntılar ilə sınamış, o da onları tam olaraq yerinə yetirmişdi. Rəbbi: “Mən səni insanlara başçı edənəm” – demişdi. İbrahim: “Soyumdan da başçılar et!” – dedi. Rəbbi: “Mənim əhdim/yerinə yetirəcəyim üçün verdiyim söz, öz nəfsinə/mənliyinə haqsızlıq edən kəslərə çatmaz!” – dedi.  (Bəqərə/124)
  1. İbrahimin “Sübut” Olması

“Sübut” sözü “kunut” sözünün etkən isim qəlibidir. “Kunut” sözü “susmaq, sayğı duruşunda olmaq” deməkdir. Dini termin olaraq, “kunut”, “Allaha qulluqda təvazökar, sayğılı olmaq və bu vəziyyəti davam etmək” – deməkdir. Bu sifət doğru Möminlərin xüsusiyyəti olaraq Quranda bir çox dəfə yer almışdır. (Əhzab/31,35, Zümər/9, Nisa/34, Təhrim/5, 12, Bəqərə/116, 238, Rum/26 və Al-i İmran/17) Sübut sözü məxsusi insan olaraq, burada İbrahim Peyğəmbər üçün, Al-i İmran/43-də isə Məryəm üçün işlədilmişdir. Bu xüsusiyyətin İbrahim Peyğəmbər üçün işlədilməsi, onun Allaha sayğılı, sayğısında davamlı, sayğıda qüsur etməyən biri olduğu mənasındadır.

  1. Hanif

“Hanəfə” sözü “ayaq dönməsi, iki ayağın baş barmaqlarının qarşı-qarşıya gələcək şəkildə dönməsi” mənasındadır. Sözün, ayaq dabanının üstə gəlməsi mənasında olduğunu söyləyənlər də vardır. Söz daha sonralar “xeyirdən şərə, şərdən xeyirə dönmə” mənasında işlədilməyə başlamışdır. Zaman içərisində İbrahim Peyğəmbərin əhəmiyyətli bir xüsusiyyəti olmuş, “şirkdən tövhidə yönəlmə” mənasında ümumiləşmişdir. Quran endiyi dövrdə Məkkədə İbrahim dininə mənsub olanlara, kənardan Məkkəyə gəlib, Həcc edən və sünnət olanlara “hənif” deyilirdi. Daha sonra bu söz “Müslim [Müsəlman]” mənasında işlədilməyə başlamışdı. [14]

Biz, sözün mənası ilə əlaqədar yuxarıdakı açıqlamaları da nəzərə alaraq, sözün “əvvəlləri müşrik ikən sonra müşrikliyi buraxıb, tövhidə yönələn” şəklində deyil, “şirk qoşmadan, tövhidə yönələn” şəklində anlaşılmalı olduğu qənaətindəyik. Beləliklə, aşağıdakı ayədən də bu anlaşılır:

  • 30,31Bax budur, belə! Və kim Allahın toxunulmaz qıldıqlarına hörmət göstərərsə, ar­tıq bu, özü üçün Rəbbinin qatında xeyirdir. Sizə bildiriləndən başqa heyvanlar sizə ha­lal qılınmışdır. O halda Allaha yönələnlər olaraq, Ona ortaq qəbul edənlər ol­ma­ya­raq, o bütlərdən olan kirlilikdən qaçının, yalan sözdən də qaçının. Allaha kim or­taq qoşarsa, artıq o kimsə göydən düşərək quşların qapdığı və ya küləyin özünü kim­səsiz bir yerə sürüklədiyi şey kimidir. (Həcc/30, 31)

Quranda “حنيف haniif” sözü ilk dəfə Yunus surəsində yer almışdır:

  • 104–106De ki: “Ey insanlar! Əgər mənim dinimin nə olduğunu qəti və tam olaraq bilmirdinizsə, yaxşı bilin ki, Allahın yaratdığı sərvətlərdən sizin sitayiş etdiklərinizə, mən sitayiş etmərəm. Və lakin sizin canınızı alacaq olana – Allaha sitayiş edərəm. Və mən möminlərdən olmağımla və: “Bütün mənliyini ortaq qoşmaqdan, Allahın tanrılığını və rəbbliyini bilə-bilə rədd etməkdən haqqa dönən biri olaraq, dinə döndər və qətiyyən ortaq qoşanlardan olma! Və Allahın yaratdığı sərvətlərdən sənə fayda verə bilməyən, zərəri də toxuna bilməyən şeylərə yalvarma! Buna baxmayaraq, əgər edərsənsə, o zaman heç şübhəsiz, sən şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərdən olarsan” – deyə əmr olundum”.  (Yunus/104-106)

İbrahim Peyğəmbərin hənifliyi ilə əlaqədar Yunus surəsində geniş açıqlama edildiyindən, oradan oxunmasını məsləhət görürük:

Mövzumuz olan bölmədəki 128-ci ayədə Rəbbimiz: “Sonra sənə: “Hənif olan və müşriklərdən olmayan İbrahimin millətinə tabe ol” – deyə, vəhy etdik” – buyurmuşdur. Rəbbimizin bu bəyanından, vəhyin özünün [ilahi prinsiplərin] ilk Peyğəmbərdən son Peyğəmbərə heç dəyişmədiyini anlayırıq.

İlk Peyğəmbərə verilən din neməti ilə son Peyğəmbərə verilən din nemətinin mahiyyəti eynidir:

  • 77,78Ey iman edənlər! Zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı birləyin, boyun əyib təslimiyyət göstərin, Rəbbinizə qulluq edin, yaxşılıq edin və Allah uğrunda layiqincə əzm göstərin. O, sizi seçdi və dində – atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha öncə və bax budur, Quranda… Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün sizi “Müsəlmanlar” olaraq adlandırdı. Belə isə, salaatı iqamə edin, zəkatı/verginizi verin və Allaha sarılın. O, sizin mövlanız – yol göstərən, kömək edən, qoruyan yaxınınızdır. O, nə gözəl mövla və nə gözəl köməkçidir! (Həcc/77-78)
  • 161De ki: “Şübhəsiz, Rəbbim məni doğru yola bələdçilədi. Dimdik duran bir dinə, şirkdən, Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən dönmüş olan İbrahimin dininə və həyat tərzinə. İbrahim, ortaq qoşanlardan olmamışdı”. (Ənam/161)

124 Sebt/Şənbə günü/düşünüb daşınma günü ancaq, həmin gün barəsində anlaşmazlığa düşən insanlar üzərinə qılındı. Və şübhəsiz, sənin Rəbbin onların anlaşmazlığa düşdükləri şeylər haqqında Qiyamət günü aralarında qətiliklə hökm verəcəkdir.

Bu ayədə “Sebt”in kimlər üzərinə fərz qılındığı açıqlanır və Sebtə əhəmiyyət verməyənlərin cəzalandırılacaqları bildirilir. “Sebt”, bu anda “sebt” mövzusu ilə əlaqədar qarışıqlıq çıxaranlar üzərinə fərz qılınmışdı. Bu barədə ixtilaf edənlər İsrailoğullarıdır.

“Sebt” əslində “rahat, istirahət, dinclik, işi buraxmaq, yatmaq” mənasındadır. [15] “Sebt” ilə əlaqədar olaraq daha əvvəl Əraf surəsinin təhlilində geniş bir açıqlama etmişdik. Əhəmiyyətinə görə mövzunu qısaca xülasə edirik:

“Sebt” Günü. Xalq arasında “şənbə günü” olaraq bilinən “sebt” günü; insanların gündəlik həyatları ilə əlaqədar [dünyəvi] işlərini bir tərəfə buraxıb, bunları heç düşünmədən, sadəcə, Tanrının sözlərini dinlədikləri və bunları dərin-dərin düşünməyə vaxt ayırdıqları, beləliklə də həm bədənlərini, həm də ruhlarını dincəltdikləri gündür.

Adı “Şabat Günü” olaraq keçən “sebt” günü haqqında Tövratda bunlar yazılır:

On Əmr. 1. Tanrı belə dedi: 2. “Səni Misirdən – kölə olduğun ölkədən çıxaran Tanrın RƏBB mənəm. 3. Məndən başqa tanrın olmayacaq. 4. Özünə yuxarıda göy üzündə, aşağıda yer üzündə, ya da yer altındakı sularda yaşayan hər hansı bir canlıya bənzər büt etməyəcəksən. 5. Bütlərin önündə əyilməyəcək, onlara sitayiş etməyəcəksən. Çünki mən, Tanrın RƏBB, qısqanc bir Tanrıyam. Məndən nifrət edənin atasının işlədiyi günahın hesabını uşaqlarından, üçüncü, dördüncü nəsillərindən soruşaram. 6. Amma məni sevən, buyuruqlarıma uyan minlərlə nəsilə sevgi göstərirəm. 7. Tanrın RƏBBin adını boş yerə ağzına almayacaqsan. Çünki RƏBB, adını boş yerə ağzına alanları cəzasız buraxmayacaqdır. 8. Şabat Gününü müqəddəs sayaraq, riayət et. 9. Altı gün çalışacaq, bütün işlərini edəcəksən. 10. Amma yeddinci gün mənə, Tanrın RƏBBə Şabat Günü olaraq həsr edilmişdir. O gün sən, oğlun, qızın, kişi və qadın kölən, heyvanların, aranızdakı əcnəbilər daxil, heç bir iş etməyəcəksiniz. 11- Çünki mən, RƏBB yeri, göyü, dənizi və bütün canlıları altı gündə yaratdım, yeddinci gün dincəldim. Buna görə də Şabat Gününü müqəddəs qıldım və müqəddəs bir gün olaraq müəyyən etdim”. [16]

Ədalət və Müqəddəslik Qaydaları.

  1. RƏBB Musaya belə dedi: 2. “İsrail cəmiyyətinə de ki: “Müqəddəs olun, çünki mən Tanrınız RƏBB, müqəddəsəm. 3. Hər kəs anasına, atasına sayğı göstərsin. Şabat günlərimi tutun. Tanrınız RƏBB mənəm. 4. Bütlərə sitayiş etməyin. Özünüzə tökmə tanrılar düzətməyin. Tanrınız RƏBB mənəm”. [17]

Şabat Gününü Tutmayan Öldürülür.

  1. İsraillilər çöldəykən, Şabat Günü odun toplayan birini gördülər. 33. Odun toplayarkən adamı görənlər onu Musayla Harunun və bütün camaatın önünə gətirdilər. 34. Adama nə ediləcəyi müəyyən edilmədiyindən onu nəzarət altında tutdular. 35. Sonra RƏBB Musaya: “O adam öldürülməlidir. Bütün cəmiyyət, ordugahdan başqa, onu daşa tutsun” – dedim. 36. Beləliklə, cəmiyyət adamı ordugahdan kənara çıxardı. RƏBBin Musaya buyurduğu kimi, onu daşlayaraq öldürdülər. [18]
  2. RƏBB deyir ki, Şabat Günü yük daşımamağa, Yeruşalim qapılarından içəri bir şey almamağa diqqət edin. 22. Şabat Günü evinizdən yük çıxarmayın, heç iş etməyin. Atalarınıza buyurduğum kimi Şabat Gününü müqəddəs sayacaqsınız. 23. Belə ki, onlar sözümü dinləmədilər, qulaq asmadılar. Dikbaşlılıq edərək, məni dinləmədilər, yola gəlmək istəmədilər. 24. Məni yaxşı dinləyərsinizsə, deyir RƏBB, Şabat Günü bu şəhərin qapılarından yük daşımayıb, heç iş etməyərək Şabat Gününü müqəddəs sayarsınızsa, 25. Davudun taxtında oturan krallarla liderlər döyüş arabalarına, atlara minib, Yahuda xalqı və Yeruşalimdə yaşayanlarla birlikdə bu şəhərin qapılarından girəcəklər. Bu şəhərdə sonsuzadək insanlar yaşayacaq. 26. Yahuda şəhərlərindən, Yeruşalim ətrafından, Benyamin torpaqlarından, Şefeladan, dağlıq bölgədən, Negevdən gəlib, RƏBBin Məbədinə yandırmaq üçün nəzirlər, qurbanlar, taxıl nəzirləri, günnük və şükran nəzirləri gətirəcəklər. 27. Ancaq məni dinləməz, Şabat Günü Yeruşalim qapılarından yük daşıyaraq girər, o günü müqəddəs saymazsınızsa, şəhərin qapılarını atəşə verəcəyəm. Yeruşalim saraylarını yandırıb, yox edəcək, heç sönməyəcək atəş”. [19]
  3. Onları müqəddəs qılan mən, RƏBB olduğumu anlasınlar deyə aramızda bir əlamət olaraq, Şabat günlərimi də onlara verdim. 13. Beləykən İsrail xalqı çöldə mənə baş qaldırdı. Tətbiq edən insana həyat verən qaydalarımı izləmədilər, prinsiplərimi rədd etdilər. Şabat günlərimi də heçə saydılar. Buna görə də çöldə öfkəmi üzərlərinə yağdırıb, onları yox edəcəyimi söylədim. 14. Amma İsrailliləri Misirdən çıxardığımı görən ulusların gözündə adıma ləkə gəlməsin deyə, bunu etmədim. 15. Mən də özlərinə verdiyim ən gözəl ölkəyə, süd və bal axan ölkəyə onları götürməyəcəyimə çöldə and içdim. 16. Çünki prinsiplərimi rədd etdilər, qaydalarımı izləmədilər, Şabat günlərimi heçə saydılar. Ürəkləri bütlərinə bağlıydı. 17. Yenə də onlara acıdım, onları yox etmədim, çöldə işlərinə son vermədim. 18. Çöldə uşaqlarına: Atalarınızın qaydalarını izləməyin, prinsiplərinə görə yaşamayın, bütləriylə özünüzü kirlətməyin – dedim. 19. Mən Tanrınız RƏBBəm, mənim qaydalarımı izləyin, mənim prinsiplərimə uyğun yaşayın. 20. Aramızda bir əlamət olsun deyə, Şabat günlərimi müqəddəs sayın. O zaman mənim Tanrınız RƏBB olduğumu anlayacaqsınız – dedim. 21. Belə ki, uşaqlar mənə qarşı çıxdılar. Qaydalarımı izləmədilər. Tətbiq edən insana həyat verən prinsiplərimə uymağa diqqətlə yaşamadılar. Şabat günlərimi heçə saydılar. Buna görə də çöldə öfkəmi üzərlərinə yağdıracağımı, əsəbiliyimi tökəcəyimi söylədim. 22. Amma əlimi geri çəkdim, İsrailliləri Misirdən çıxardığımı görən ulusların gözündə adıma ləkə gəlməsin deyə, bunu etmədim. 23. Onları ulusların arasına dağıdacağıma, başqa ölkələrə göndərəcəyimə çöldə and içdim. 24. Çünki prinsiplərimi izləmədilər, qaydalarımı rədd etdilər. Şabat günlərimi heçə saydılar, gözlərini atalarının bütlərinə dikdilər. [20]

Dünya işlərini buraxıb, ibadətə təsis edilən gün olan “sebt” gününün xalq arasında “şənbə günü” olaraq yayğınlaşmasının səbəbi, “sebt”in şənbə günlərində tətbiq edildiyinə görədir.

“Sebt” mövzusundan ayədə bəhs edilməsinin səbəbi, Sebtin İbrahim Peyğəmbərin dinində olmadığını bəyan etmək üçündür. Sebt [Dünyəvi işlərin məhdudlanması] Yəhudilərə məxsusi olaraq yüklənən bir öhdəlikdir. Bu öhdəliyin səbəbi isə Kitab-i Müqəddəs sitatlarından da anlaşılacağı kimi, Yəhudilərin qanunlara və əmrlərə daima qarşı çıxmalarıdır.

125Rəbbinin yoluna haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalarla, həmçinin gözəl öyüdlə çağır! Və onlarla ən gözəl şəkildə mübarizə et. Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları ən yaxşı biləndir və O, bələdçiləndikləri doğru yolda olanları da ən yaxşı biləndir.

Bu ayələrdə Rəsulullaha xitab edilmiş və özünə Allah yolunda necə bir dəvət metodu izləməli olduğu bildirilmişdir. Uca Allahın bu mövzuda uyulmasını istədiyi dəvət metodu, insanların İslama hikmətlə və gözəl öyüdlə dəvət edilmələri, özləriylə ən gözəl bir şəkildə mübarizə edilərək, haqqa çağırılmaları metodudur.

Dəvətin hansı metodla edilməli olduğu barədə aşağıdakı ayədə də bəhs edilmişdir:

  • 46Özlərindən şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər istisna olmaqla, Kitab Əhli ilə ancaq ən gözəl bir yolla mübarizə edin və: “Biz bizə endirilənə və sizə endirilənə inandıq. Bizim tanrımız və sizin tanrınız birdir. Biz sadəcə, Allah üçün islamlaşdıran kimsələrik” – deyin. (Ənkəbud/46)

Ayənin Nüzul Səbabi:

Təfsir alimlərinin böyük əksətiyyəti, bu ayə-i kərimənin Mədinədə endiyini qəbul edir. Bu ayə-i kərimə, Uhud günü Hz. Həmzənin əzalarının kəsilməsi haqqında enmişdir. Bu xüsusdan, Səhih-i Buxaridə Siyər bölməsində bəhs edilir.

Ən-Nehhas isə bu ayənin Məkkədə endiyi qənaətindədir. Mənası etibariylə də özündən əvvəl Məkkədə enmiş buyuruqlarla gözəl bir bağlantısı var­dır. Çünki burada dəvət olunan və özünə öyüd veriləndən, özüylə mübahisə edilənə, oradan da etdiyi felə qarşılıq cəza verilənə tədrici olaraq keçiş edilir. Ancaq Cumhurdan gələn rəvayət daha sağlamdır.

Daraqutninin rəvayətinə görə İbn Abbas belə demişdir: Müşriklər, Uhudda öldürülənləri buraxıb getdikdən sonra Rəsulullah (səs) öldürülənlərin yanına getdi. Xoşuna getməyən bir mənzərə ilə qarşılaşdı. Həmzənin qarnının yarıl­mış olduğunu, burnunun və qulaqlarının kəsilmiş olduğunu görüncə belə dedi: “Əgər qadınlar narahat olmayacaq, yaxud məndən sonra izlənəcək bir sünnət olmasaydı, Allah onu yırtıcı heyvanların və quşların qarnından (Qiyamət günündə) dirildəcəyi vaxta qədər belə buraxardım. And içirəm ki, onun ye­rinə yetmiş insanın əzalarını kəsəcəyəm”. Daha sonra bir örtük gətirilməsini istə­di, onunla üzünü örtdü. Ayaqları çöldə qaldı. Rəsulullah (səs), bu örtük­lə üzünü örtdü, ayaqlarının üzərinə də izhir otu qoydu. Sonra onu önə keçirərək üzərində on dəfə təkbir gətirdi. Daha sonra (şəhidlər) bir-bir gətirilib (cənazə namazları qılınmaq üçün) qoyulurdu. Həmzə isə məkanın­da dururdu. Sonunda Hz. Həmzənin üzərinə yetmiş namaz qılmış oldu. Çünki (Uhudda) öldürülənlərin sayı yetmiş idi. Şəhidlərin dəfn edilmə işi bitirildikdən sonra bu, “Rəbbinin yoluna hikmətlə və gözəl öyüdlə dəvət et… Səbr et, sənin səbrin ancaq Allah ilədir” ayələri endi. Rəsulullah (səs) də səbr etdi və kimsənin əzalarını kəsmədi. [21]

Rəbbimiz Quranda böyük cihadın Furqan ilə edilməsini əmr etmişdir. Quranın öyüd olduğunu da yüzlərlə ayədə bildirmişdir:

  • 52Elə isə kafirlərə itaət etmə və Furqan ilə onlara qarşı var gücünlə böyük bir cihad et, çalış! (Furqan/52)

Dəvət şəkli, yolları və vasitələri Quranda həmişə göstərilmişdir. Əmr edildiyi şəkildə “ən gözəl şəkildə mübarizə”, qırıcı olmadan, yumşaq sözlərlə, pisliyə qarşı yaxşılıqla qarşılıq verərək, məlumat və elmi faktlarla ortaq dəyərlərə diqqət çəkməklə və səbirlə edilə bilir. Dəvətin belə olmalı olduğu aşağıdakı ayələrdən də anlaşılır:

  • 43Hər ikiniz Fironun yanına gedin. Şübhəsiz ki, o, düz yoldan azdı. 44Sonra ona öyüd alması və hörmətlə, sevgi ilə, biliklə ürpərməsi üçün yumşaq söz söyləyin”. (Ta Ha/43, 44)
  • 159Bax budur, sən sırf Allahın mərhəmətinə görə onlara qarşı yumşaq davrandın. Əgər qaba, qatı ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb, gedərdilər. Artıq on­la­rı bağışla, onlar üçün bağışlanma dilə. İşlərdə onlarla müşavirə et – işin ən gözəlini or­taq­laşaraq tapıb ortaya çıxar, bir dəfə də əzm etdinmi, artıq Allaha işin nəticəsini hə­valə et. Şübhəsiz ki, Allah işin nəticəsini Özünə həvalə edənləri sevər. (Al-i İmran/159)
  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24)
  • 33,34Və Allahı çağırıb/yalvarıb saleh əməl edən və: “Mən müsəlmanlardanam” – deyəndən daha gözəl sözlü kim vardır? Və gözəlliklə çirkinlik/yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl şəkildə dəf et. O zaman səninlə arasında düşmənçilik olan insan, sanki, isti bir yaxınındır. (Fussilət/33, 34)
  • 3,4İnsanlardan bəzilərı də Allah haqqında şüursuzca mübahisə edir və hər azmış şeytanı izləyir. Azmış şeytan haqqında: “Şübhəsiz, kim şeytanı yol göstərən, qoruyan bir yaxın edərsə, artıq o, qətiliklə, şeytanı özünə vəliləşdirəni azdırar və onu cəhənnəmin əzabına bələdçiləyər” – deyə yazıldı. (Həcc/3, 4)
  • 64De ki: “Ey Kitab Əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə – “Allahdan başqasına qulluq etməyək, Ona heç bir şeyi tay tutmayaq və Allahın yaratdıqla­rın­dan birimiz digərimizi rəbblər qəbul etməyək” qaydasına gəlin. Buna baxmayaraq əgər Kitab Əhli üz çevirirlərsə, artıq:  “Şübhəsiz, bizim müslimlər olduğumuza şahid olun” – deyin. (Al-i İmran/64)

126Və əgər cəza verəcək olarsınızsa da, sizin cəzalandırıldığınızın misli ilə cəza verin. Və əgər səbr edərsinizsə, əlbəttə, o, səbr edənlər üçün daha xeyirlidir.

Bu ayədə Rəbbimiz pis rəftarlara qarşı səbirli və əfvedici olunmasını, dərhal cəzalandırmağa girişilməməsini buyurmuşdur. Möminlərin sifətlərindən birisi də “öfkələndikləri zaman bağışlayan kimsələr, … özlərinə bağy [bir zülm və təcavüz] isabət etdiyi zaman bir-birləriylə yardımlaşan/intiqam alan insanlar” olmalarıdır.

  • 33,34Və Allahı çağırıb/yalvarıb saleh əməl edən və: “Mən müsəlmanlardanam” – deyəndən daha gözəl sözlü kim vardır? Və gözəlliklə çirkinlik/yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl şəkildə dəf et. O zaman səninlə arasında düşmənçilik olan insan, sanki, isti bir yaxınındır. (Fussilət/33, 34)
  • 96Sən pisliyi ən gözəl bir şeylə sovuşdur. Biz onların yaraşdırmaqda olduqları şey­lə­ri çox yaxşı bilirik. (Möminlər/96)

Bu mövzuda Yusuf Peyğəmbərdən də bir nümunə verilmişdir. O, özünə pislik edən qardaşlarını əfv etmişdir:

  • 89Yusuf dedi ki: “Siz cahillər ikən Yusufa və qardaşına nələr etdiyinizi bilirsiniz­mi?”
  • 90 Yusufun qardaşları: “Yoxsa sən, həqiqətən Yusufsanmı?” – dedilər. Yusuf: “Mən Yusufam, bu da qardaşım. Tam yəqinliklə bilin ki, Allah bizi nemətləndirdi. Şüb­hə­siz, kim Allahın qoruması altına girər və səbr edərsə, artıq heç şübhəsiz, Allah, yaxşı-gözəl işlər edənlərin mükafatını yox etməz” – dedi.
  • 91Onlar dedilər ki: “Allaha and olsun, Allah səni həqiqətən bizdən üstün etdi. Və biz həqiqətən xətalılar idik”.
  • 92,93 Yusuf dedi ki: “Bu gün sizə bir ayıblama və danlanma yoxdur. Allah sizi ba­ğışlasın. O, mərhəmət edənlərin ən mərhəmətlisidir. Bu köynəyimi götürün və ata­mın üzünə qoyun, o ayıblanan/lağ edilən xəstəlikdən qurtarmış hala gələr, dərbədər ol­maqdan qurtarar. Və bütün ailənizi mənim yanıma gətirin”. (Yusuf/89-93)

Əfv edici olma mövzusu daha əvvəl Şura surəsinin təhlilində ələ alındığından, geniş açıqlamalarımızın oradan oxunmasını məsləhət görürük.

127Sən səbirli ol! Sənin səbr etməyin də ancaq Allah ilədir. Onlar üçün kədərlənmə! Onların qurduqları tələlərdən sıxıntıya düşmə!

128Şübhəsiz ki, Allah Özünün qoruması altına girənlər və özləri yaxşılaşdıran/gözəlləşdirən olan insanlarla birlikdədir.

Bu ayələrdə Rəbbimiz, əvvəlki ayədəki əmrinə əlavə olaraq, Rəsulullaha vəzifəsini mətanətlə davam etdirməsini, inadçılar üçün kədərlənməməsini, onların üzündən məyus olmamasını əmr edib, daha sonra da bütün insanlığa bir bəyannamə mahiyyətindəki bu müjdə və təminatı bildirmişdir: Şübhəsiz ki, Allah Özünün qoruması altına girənlər və özləri yaxşılaşdıran/gözəlləşdirən olan insanlarla birlikdədir.

Göründüyü kimi, surənin son ismarıcı Allahın təqvalı davranan və yaxşılaşdıran Möminlərlə bərabər olması müjdəsidir. “Allahın bərabər olduğu insan” demək, dünya və axirətdə kürəyi yerə gəlməyəcək insan deməkdir.

Bu səbr və təminatı Rəsulullahdan və Musa Peyğəmbərdən nəql edilən bu ifadələrdə də görürük:

  • 62Musa: “Tam yəqin bilin ki, sizin düşündüyünüz kimi deyil! Şübhəsiz, Rəbbim mənimlədir, mənə yol göstərəcəkdir” – dedi. (Şüəra/62)
  • 40Əgər siz Elçiyə kömək etməzsinizsə, bilin ki, Allah ona qətiliklə kömək et­miş­dir. Həmçinin o kafirlər onu ikinin ikincisi olaraq çıxarmışdılar. Həmçinin ikisi mağarada idilər. Həm­çinin o, yoldaşına: “Kədərlənmə, şübhəsiz ki, Allah bizimlə birlikdədir” – deyirdi. Buna görə də Allah onun qəlbinə təskinləşdirən arxayınlıq və sakitləşmə duy­ğu­ları/əhvali-ruhiyyəsi qoymuş, Onu sizin görmədiyiniz əsgərlərlə güclən­dir­miş və kafirlərin sözünü ən alçaq etmişdi. Allahın kəlamı da ən ucanın məhz özüdür. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Tövbə/40)

Allahın təqva sahibləriylə birlikdə olduğu bu ayələrdə də ifadə edilmişdir:

  • 194Toxunulmazlıq ayı, haram aya qarşılıqdır. Və toxunulmazlıqlar/bağlayıcı hökmlər, bir-birinə qarşılıqdır. O halda kim sizə hücum edərsə, siz də ona etdiyi hücumun eynisi ilə hücum edin. Və Allahın qoruması altına girin. Və bilin ki, Allah Öz qoruması altına girənlərlə birlikdədir.  (Bəqərə/194)
  • 36Şübhəsiz, Allahın Allah qatında göyləri və yeri əmələ gətirdiyi günkü yazısında ayların sayı, ay olaraq on ikidir. Bunlardan dördü toxunulmaz qılınmışdır. Bax budur, bu, qoruyandandır. Buna görə də, toxunulmaz aylarda özünüzə haqsızlıq etməyin. Və sizinlə hamılıqla döyüşən ortaq qoşanlarla, siz də hamılıqla döyüşün. Və şübhəsiz ki, Allahın Özünün qoruması altına girənlərlə bərabər olduğunu bilin. (Tövbə/36)
  • 69Və Biz Bizim uğrumuzda qeyrət göstərənləri/zəhmət çəkənləri, əlbəttə, Öz yollarımıza bələdçi­ləyə­cə­yik. Və şübhəsiz ki, Allah yaxşılıq/gözəllik edənlərlə birlikdədir. (Ənkəbud/69)

Allah doğrusunu ən yaxşı biləndir.

[1] (Mukatil, Süyuti; el İtkan)

[2] (Razi; el Mefatihu’l Gayb; Kurtubi, el-Camiu li Ahkamil Kuran)

[3] (Kurtubi; el Camiu li Ahkamil Kuran)

[4] (Vahıdi; Əsbabü’n-Nüzul, İbn Cerir, İbn Ebi Hatim)

[5] (Lisanü’l Arab, c.7 , s. 359, 360)

[6] (el-Müfredat; Fahşa mad.)

[7] (Lisanü’l Arab, c.1, s. 467-469 “bğv” mad)

[8] (Razi; el Mefatihu’l Gayb, Kurtubi; el Camiu li Ahkamil Kuran)

[9] (Lisanü’l-Arab; c. 4, s. 290. Ruh mad.)

[10] (Kurtubi; el Camiu li Ahkamil Kuran)

[11] (İbn kəsir)

[12] (Kurtubi; el Camiu li Ahkamil Kuran)

[13] (Lisan; 7/504 knt mad.)

[14] (Lisanü’l-Arab c: 2, s: 629, 630 “hnf” mad.)

[15] (Lisanü’l Arab, c.4 , s.  462 “sbt” mad.)

[16] çıxış, 20. Bölüm; 1–11. cümlələr:

[17] Levililər 19. Bölüm; 1–4. cümlələr:

[18] Sayılar 15. Bölüm; 32–36. cümlələr:

[19] Yerəmya 17. Bölüm; 21–27. cümlələr:

[20] Hezekiel 20. Bölüm; 12–24. cümlələr:

[21] (Kurtubi; el Camiu li Ahkamil Kuran)