MƏKKƏ DÖVRÜ
Nəcm: 299
1Allahın əmri qətiliklə gələcək. Artıq onun təcili olmasını istəməyin. Allah onların ortaq qoşduqları şeylərdən münəzzəhdir və ucadır.
2Allah Öz əmri ilə qullarından dilədiyinə vəzifə olaraq xəbərçi ayələri/vəhyi Özünə xas bir iş kimi, ruh/can ilə birlikdə göndərib buyurar: “İnsanları xəbərdar edib bildirin: “Məndən başqa tanrı yoxdur, o halda mənim qorumam altına girin!”
3Allah göyləri və yer üzünü haqq ilə yaratdı. O, onların ortaq qoşduqları şeylərdən ucadır.
4Allah, insanı bir nütfədən yaratdı. Bir də baxarsan ki, o açıq-aşkar bir düşməndir.
5Heyvanları O yaratmışdır. Onlarda sizi isidəcək şeylər və bir çox yararlar vardır. Siz, onlardan bir qismini də yeyirsiniz.
6Və heyvanlarda axşam vaxtı gətirdiyinizdə və səhərlər örüşə apardığınızda sizin üçün bir gözəllik vardır.
7Və heyvanlar, ancaq canınızın bir parçası tükənərək/çox yorularaq çata biləcəyiniz bir məmləkətə yüklərinizi daşıyırlar. Şübhəsiz, sizin Rəbbiniz, qətiliklə çox şəfqətli, çox mərhəmətlidir.
8Və Allah özlərinə minəsiniz, həm də zinət olsun deyə, atları, qatırları və eşşəkləri yaratdı. Bilmədiyiniz şeyləri də, O yaradır.
9Yolun doğrusu ancaq Allaha borcdur. Yolun əyrisi də vardır. Və əgər Allah diləsəydi, sizin hamınızı doğru yola bələdçiləyərdi.
10,11O, sizin üçün göydən bir su endirdi. İçdikləriniz ondandır. Heyvanları otardığınız ağaclar/bitkilər də ondandır. Allah su ilə sizin üçün əkin, zeytun, xurmalıqlar, üzümlər və bütün meyvələrdən bitirir. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.
12Və Allah gecəni, gündüzü, Günəşi və Ayı sizin əmrinizə verdi/sizin yararlanacağınız xüsusiyyətlərdə yaratdı. Ulduzlar da Onun əmrinə boyun əymişlər. Şübhəsiz ki, bunda ağlını işlədən bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.
13Yer üzündə sizin üçün yaratdığı müxtəlif rənglərdə olan şeyləri də sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, bunda öyüd alan bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.
14Və O, dənizdən təzə ət yeməyiniz və ondan taxdığınız bəzək əşyalarını çıxarasınız deyə, həmçinin nemətlərindən ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün dənizi sizin əmrinizə verəndir. Gəmilərin dənizdə suyu yara-yara üzüb getdiklərini görürsən.
15,16Və Allah sizə süfrə olması üçün yer üzünün içində sabit/sağlam dağlar, çaylar və siz bələdçiləndiyiniz doğru yolu tapasınız deyə yollar və daha necə əlamətlər buraxdı. Və Onlar ulduzlarla/Quran ayələrinin köməyi ilə yollarını tapırlar.
17Belə isə yaradan – Allah yarada bilməyən sözdə tanrılar kimi olurmu? Hələ düşünməyəcəksinizmi?
18Və əgər Allahın nemətlərini saymaq istəsəniz, onları saya bilməzsiniz. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.
19Və Allah gizlətdiyinizi və açıqladığınızı bilir.
(70/16, Nəhl/1–19)
Nəcm: 300
20,21Və onların Allahın yaratdıqlarından yalvardıqları hər hansı bir şey əmələ gətirə bilməzlər, özləri yaradılmışlardır, ölüdürlər, diri deyillər. Nə zaman diriləcəklərini də tam bilə bilməzlər.
22Sizin ilahınız tək bir ilahdır. Artıq Axirətə inanmayan bu insanlar… Onların qəlbləri, tanıtmamağa çalışmaqdadır və onlar özlərinin böyük olduqlarına inanan kəslərdir.
23Allahın onların gizlətdiklərini və açığa vurduqlarını bildiyinə heç şübhə yoxdur. Şübhəsiz ki, Allah özlərinin böyük olduqlarına inananları sevməz.
24,25Və onlara: “Rəbbiniz nə endirdi?” – deyildiyi zaman, onlar qiyamət günü öz günahlarını tam olaraq yüklənmək və biliksizlikləri üzündən azdırmaqda olduqları insanların günahlarından bir qismini də yüklənmələri üçün: “Öncəkilərin əfsanələri” – dedilər. Diqqət edin, yükləndikləri şey nə pisdir!
26Şübhəsiz ki, onlardan öncəki insanlar tələ qurdularsa da, Allah onların divarlarına bünövrələrindən vurdu. Sonra da damı təpələrindən üzərlərinə çökdü. Və onlara əzab düşünə bilmədikləri bir yöndən gəldi.
27Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və: “Hanı, uğrunda düşmənçilik etdiyiniz ortaqlarım haradadır?” – deyəcəkdir. Özlərinə bilik verilmiş olan insanlar: “Şübhəsiz ki, bu gün rüsvayçılıq və pislik, kafirlər üzərinədir” – deyəcəklər.
(70/16, Nəhl/20–27)
Nəcm: 301
28Allahın tanrılığını və rəbliyini bilə-bilə rədd edən o kimsələr, özlərinə haqsızlıq edənlər olaraq, mələklərin onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırdıqları kimsələrdir. Artıq təslimiyyəti ortaya qoyarlar: “Biz heç bir pislikdən etmirdik”. Tam əksinə, şübhəsiz ki, Allah sizin etməkdə olduqlarınızı çox yaxşı biləndir.
29“O halda içində həmişəlik qalanlar olaraq, cəhənnəmin qapılarına girin!” – deyilər. Bax budur, yekəxanalıq edənlərin yeri nə pisdir!
30–32Və Allahın qoruması altına girmiş insanlara: “Rəbbiniz nə endirdi?” – deyilincə, onlar: “Xeyir” – deyərlər. Bu dünyada gözəlləşdirənlərə/yaxşılaşdıranlara yaxşılıq/gözəllik vardır. Axirət yurdu isə mütləq şəkildə daha xeyirlidir. Və Allahın qoruması altına girmiş insanların yurdu… Ədn cənnətləri nə gözəldir! Onlar oraya girəcəklər. Onun altından çaylar axar. Orada onlar üçün dilədikləri şeylər vardır. Allah Özünün qoruması altına girənləri bax budur, belə qarşılıqlandırır. Allahın qoruması altına girənlər o insanlardır ki, mələklər onları xoş və rahat etdirərək onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırırlar: “Salam sizə, etmiş olduğunuz işlərin qarşılığı olaraq girin cənnətə!” – deyərlər.
(70/16, Nəhl/28–32)
Nəcm: 302
33,34Onlar özlərinə təbii güclərin gəlməsindən və ya Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər! Özlərindən öncəkilər də belə etmişdilər. Və Allah onlara haqsızlıq etmədi, lakin, onlar şərik qoşaraq, özlərinə haqsızlıq etmiş, səhv/öz zərərlərinə iş etmişdilər. Bunun üçün sonunda etdiklərinin cəzası özlərinə toxundu. İstehza etdikləri şey də özlərini əhatə etdi.
35Və Allaha ortaq qoşan bu insanlar: “Allah diləsəydi, biz və atalarımız Onun Özünün yaratdıqlarından heç bir şeyə sitayiş etməzdik və Onun yaratdıqlarından heç bir şeyi haram qılmazdıq/müqəddəsləşdirməzdik” – dedilər. Özlərindən öncəki insanlar belə etdilər. Bax budur, elçilərin öhdəsinə düşən ancaq açıq-aydın bir təbliğdən başqa nə olur?
36Və and olsun ki, Biz hər ümmətə: “Allaha qulluq edin və tağutdan[1] qaçının” – deyə bir elçi göndərdik. Artıq Allah bu ümmətlərdən bir qisminə doğru yolu göstərdi, bir qisminə də pozğunluq haqq olmuşdur. İndi yer üzündə bir gəzib dolaşın və baxın yalan sayanların sonu necə olmuşdur?
37Sən onların doğru yolda olmaları üçün hirs/qəzəb göstərsən də artıq Allah azdırdığı insanı doğru yola bələdçiləməz. Onlar üçün köməkçilərdən də kimsə yoxdur.
38,39Və kafirlər: “Allah ölən insanı diriltməz” – deyə ən qüvvətli andları ilə Allaha and içdilər. Xeyr, Allah ölüləri öhdəsinə götürdüyü gerçək bir vəd olaraq, onların haqqında anlaşmazlığa düşdükləri şeyi onlara açıqlamaq və doğrunu/haqqı ört-basdır edənlərin yalançıların məhz özü olduqlarını bildirmək üçün dirildəcəkdir.
40Biz bir şeyi dilədiyimiz zaman Bizim ona sözümüz sadəcə: “Ol!” – deməyimizdir. O da dərhal olur.
(70/16, Nəhl/33–40)
Nəcm: 303
41,42Və haqsızlığa uğradıqdan sonra Allah yolunda hicrət edənləri, qətiliklə Biz onları səbr edən və işin nəticəsini sadəcə, Rəbbinə həvalə edən o insanları bu dünyada gözəl bir şəkildə yerləşdirəcəyik. Sonrakının/Axirətin ödənişi isə daha böyükdür. Kaş ki, bilsə idilər!
43,44Və Biz səndən öncə də sadəcə, özlərinə vəhy etdiyimiz yetkin insanları açıq dəlilləri ilə və yazılı sənədlərlə elçi olaraq göndərdik. Əgər bilmirsinizsə, haydı, gedin Tövrat və İncili bilən biliklilərdən soruşun. Biz sənə də o öyüdü/Quranı, özlərinə endirilmiş olanı ortaya qoymağın üçün, onların da yaxşı-yaxşı düşünmələri üçün endirdik.
45–47Yaxşı, gizlicə pislikləri planlayanlar Allahın özlərini yerə batırmayacağından, yaxud bilməyəcəkləri bir yerdən əzabın gəlməyəcəyindən, yaxud onlar dolaşıb, durduqları zaman Allahın özlərini yaxalamasından, üstəlik onlar aciz buraxanlar da deyildilər, yaxud da onları az-az/qorxu içində yaxalamasından əminmi oldular? Bax budur, şübhəsiz ki, sizin Rəbbiniz qətiliklə çox şəfqətlidir, çox mərhəmətlidir.
48Onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmədilərmi/bunları heç düşünmədilərmi ki, onların kölgələri, məhz kiçilənlər olaraq Allaha boyun əyərək sağa-sola dönür?!
49,50Və göylərdə və yer üzündə olan canlılar və təbii güclər təkəbbürlənmədən Allaha boyun əyərlər. Özlərinin üstündəki Rəbbindən qorxarlar və əmr olunduqları şeyləri düzəldərlər.
(70/16, Nəhl/41–50)
Nəcm: 304
51Və Allah buyurdu: “İki tanrı qəbul etməyin. O, ancaq tək bir tanrıdır. O halda yalnız Məndən qorxun/yalnız Mənə qulluq edin”.
52Göylərdə və yer üzündə olan şeylər də yalnız Onundur. Din də daima Onundur. Belə isə, siz özünüzü Allahdan başqasınınmı qoruması altına aldırırsınız?
53Və yaxşılıq olaraq, sahib olduğunuz nə varsa, bax budur, Allahdandır. Sonra sizə bir zərər toxunduğunda, dərhal təkcə Ona sığınırsınız.
54,55Sonra zərəri sizdən uzaqlaşdırınca, sizdən bir qrup, küfr etmək/özlərinə verdiklərimizi ört-basdır etmək/verdiklərimizə nankorluq etmək üçün Rəbbinə ortaq qoşarlar. Haydı, indi yararlanın! Lakin, yaxında biləcəksiniz.
56Və ortaq qoşanlar özlərinə ruzi olaraq verdiyimiz şeylərdən bilmədikləri şeylərə pay ayırırlar. Allaha and olsun ki, siz bu, uydura-uydura bu zamana qədər gəldiyiniz şeylərdən qətiliklə sorğu-sual olunacaqsınız.
57Və onlar Allaha qızlar isnad edirlər. Allah, bundan münəzzəhdir. Özləri üçün də iştahlandıqları oğlan uşaqları vardır.
58Və onlardan biri qız doğulması xəbəri ilə müjdələndiyi zaman içi qəzəblə dolaraq, üzü qapqara qaralır.
59Özünə verilən xəbərin/müjdənin pisliyinə görə qövmündən gizlənir, alçaqlıq və xorluğa baxmayaraq qızı yanındamı tutsun, yoxsa torpağamı basdırsın! Diqqət edin, onların verdikləri hökm/törələri nə pisdir!
62Və bəyənmədiklərini Allah üçün ayırırlar. Və dilləri ən gözəlin özlərinə aid olduğunu, yalan yerə söyləyərək durur. Heç şübhəsiz, onlar üçün ancaq atəş vardır və onlar öndən itələnəcəklər.
60Axirətə iman etməyən insanlar üçün pisliyin eynisi vardır. Ən uca nümunə isə Allahındır. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
61Və əgər Allah səhv işlərinə görə insanları sorğu-suala çəkib cəzalandıracaq olsaydı, yer üzünün üstündə irili-xırdalı bütün canlılardan heç bir şey buraxmazdı. Lakin onları adı qoyulmuş bir müddətə qədər təxirə salar. Artıq onların müddətlərinin sonu gəlincəyə qədər, nə bir saat ertələnə, nə də önə alına bilərlər.
63Allaha and olsun ki, Biz qətiliklə səndən öncə bəzi ümmətlərə elçilər göndərdiksə də, şeytan onlara əməllərini bəzəyib, bəzəkli göstərdi. Bax budur, o şeytan bu gün onların qoruyucu, yol göstərici yaxınıdır. Və onlar üçün acı bir əzab vardır.
64Və Biz sənə Quranı sırf haqqında anlaşılmazlığa düşdükləri şeyləri onlar üçün açıqlayasan deyə və iman edəcək bir cəmiyyətə bir bələdçi, bir mərhəmət olaraq endirdik.
(70/16, Nəhl/51–59, 62, 60–61, 63–64)
Nəcm: 305
65Və Allah göydən bir su endirdi və onunla yer üzünü ölümündən sonra diriltdi. Şübhəsiz ki, bunda dinləyən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.
66Şübhəsiz ki, keçi, qoyun, dəvə və iribuynuzlu heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarnındakı, ifrazat ilə qan arasındakı şeylərdən, içənlərin boğazından asanlıqla keçən xalis süd içiririk.
67Və xurma ağaçlarının meyvələrindən və üzümlərdən ki, siz ondan içki və gözəl ruzi əldə edirsiniz, sizə içiririk. Şübhəsiz ki, bunda ağlını işlədən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.
68,69Və Rəbbin bal arısına dağlarda, ağaclarda və düzəldəcəkləri çardaqlarda evlər/yuvalar qurmasını əmr etdi. Sonra isə: “Meyvələrin hamısından ye və Rəbbinin asanlaşdırdığı yollara gir” – deyə vəhy etdi. Onların qarınlarından rəngləri müxtəlif olan bir içki çıxar ki, onda insanlar üçün şəfa vardır. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün, qətiliklə bir əlamət/nümunə vardır.
70Və sizi Allah yaratdı, sonra da sizi vəfat[2] etdirəcəkdir, sizə keçmişdə etdiklərinizi və etməli olduğunuz halda etmədiklərinizi bir-bir xatırlatdıracaqdır. İçinizdən kimi də bilikdən sonra, hər hansı bir şey bilməsin deyə, ömrün ən pis zamanına çatdırılır. Şübhəsiz ki, Allah çox bilikli və çox qüdrətlidir.
71Və Allah ruzi barəsində birinizi digərinizdən üstün qılmışdır. Özlərinə üstünlük verilənlər öz ruzilərini/yeyib içəcəklərini, sərvətlərini, sözləşmələrə uyğun olaraq, himayələrində saxladıqları insanlara[3], hamısı ruzidə bərabər olmaqla verməzlər. O halda bunlar, Allahın nemətini bilərək ört-basdırmı edirlər?
72Və Allah sizin üçün özünüzdən həyat yoldaşları etdi, o həyat yoldaşlarınızdan da oğullar və nəvələr verdi. Sizi xoş, gözəl, yararlı şeylərlə ruziləndirdi. İndi onlar batilə inanır və Allahın nemətini ört-basdırmı edirlər?
73Və onlar Allahın yaratdıqlarından, göylərdən və yer üzündən özləri üçün ruzi olaraq, hər hansı bir şeyə malik olmayan və güc yetirə bilməyən şeylərə sitayiş edirlər.
74Artıq Allah üçün nümunələr gətirməyin. Şübhəsiz ki, Allah bilir, siz bilməzsiniz.
75Allah heç bir şeyə gücü yetməyən, başqasının malı olmuş bir kölə ilə Bizim özünə gözəl bir ruzi verərək, gizli və açıq şəkildə, Allah yolunda xərcləyən/yaxınlarının dolanışıqlarını təmin edən bir insanı nümunə verdi: Bunlar eyni olurlarmı? Təriflər Allaha məxsusdur, başqası öyülə bilməz. Əksinə, insanların çoxu bilməzlər.
76Allah iki nəfəri də nümunə göstərdi: Bunlardan biri dilsizdir, heç bir şeyə gücü çatmaz, qoruyucusuna bir yükdür. Onu hara göndərsə də, bir xeyir gətirə bilməz. İndi, bu adamla ədalətlə əmr edən və doğru yolda olan adam eyni olarmı?
(70/16, Nəhl/65–76)
Nəcm: 306
77Və göylərin və yerin görünməyəni, eşidilməyəni, seçilməyəni, sadəcə, Allaha aiddir. Qiyamətin qoparılması da, yalnız və yalnız göz açıb qapama kimidir və ya o, daha yaxındır. Şübhəsiz, Allah hər şeyə qadirdir.
78Və Allah sizi analarınızın qarnından heç bir şey bilməzkən çıxardı və sahib olduğunuz nemətlərin qarşılığını ödəyəsiniz deyə, eşitmə, görmə duyğuları və könüllər verdi.
79Göy boşluğunda bir əmrə boyun əydirilmiş olan quşlara/buludlara baxmadılarmı? Onları Allahdan başqası tutmur. Bunda inanan bir cəmiyyət üçün əlbəttə ki, əlamətlər/nümunələr vardır.
80Və Allah sizə evlərinizi sizin üçün bir rahatlıq və hüzur yeri etdi. Və heyvanların dərilərindən yolçuluq və qonaq qalma günlərinizdə yaşayış yerləri etdi. Heyvanların yunlarından, yazda qırxılan qoyun tüklərindən və qıllarından müəyyən müddətə qədər istifadə edəcəyiniz geyim, döşənəcək və qazanc malları var etdi.
81Və Allah əmələ gətirdiklərindən sizin üçün kölgələr etdi və sizin üçün dağlardan sığınacaqlar etdi. Sizi istidən/soyuqdan qoruyacaq libaslar və sizi öz qəzəbinizdən qoruyan libaslar var etdi. Bax budur beləcə, Allah, müsəlman olasınız deyə, üzərinizə nemətini tamamlamaqdadır.
82Buna baxmayaraq, əgər üz çevirərlərsə, artıq sənə düşən ancaq açıq-aşkar bir təbliğdir.
83Onlar Allahın nemətini bilirlər, sonra onu tanınmaz hala gətirirlər. Onların çoxu kafirdirlər.
(70/16, Nəhl/77–83)
Nəcm: 307
84Və hər ümmətdən bir şahid gətirəcəyimiz gün, artıq kafirlərə izin verilməz. Onlardan üzr diləmələri də istənilməz.
85Və o, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər əzabı gördükləri zaman, artıq onlardan bu əzab zəiflədilməz və onlara möhlət verilməz.
86Və ortaq qoşan o insanlar ortaq qoşduqları şeyləri gördükləri zaman: “Rəbbimiz! Bax budur, bunlar, Sənin yaratdıqlarından bizim özlərinə yalvardığımız, ortaq qoşduqlarımız olan kəslərdir” – dedilər. Qoşduqları ortaqlar da dərhal onlara: “Şübhəsiz, siz qətiliklə yalançılarsınız” – deyə söz atdılar.
87Və onlar o gün, Allaha təslim oldular. Uydurmuş olduqları şeylər də özlərindən uzaqlaşıb getdi.
88Küfr edən və Allah yolundan döndərən bu insanlar… Biz etdikləri pozğunçuluğa görə onlara əzab üstünə əzab artdırdıq.
89Və Biz o gün hər ümmət içində özlərindən öz əleyhlərinə bir şahid gətirəcəyik. Səni də onların üzərinə şahid gətirəcəyik. Biz bu kitabı da hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir mərhəmət və bir müjdə olaraq sənə endirdik.
(70/16, Nəhl/84–89)
Nəcm: 308
90Şübhəsiz ki, Allah ədaləti, yaxşılaşdırmağı/gözəlləşdirməyi və qohumlara verməyi əmr edər, həyasızlıqdan, pislikdən və azğınlıqdan çəkindirər. O, düşünüb öyüd alarsınız deyə, sizə öyüd verir.
91Və sözləşmə etdiyinizdə Allahın əhdini/Allaha verdiyiniz sözləri yerinə yetirin. Andlarınızı/sözləşmələrinizi zəmanət altına aldıqdan və Allahı özünüzə qəti kəfil qıldıqdan sonra pozmayın. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri bilir.
92Bir ümmət digər bir ümmətdən daha çoxdur deyə, andlarınızı aranızda aldatma vasitəsi edərək, kələfini sağlam şəkildə əyirdikdən sonra onu söküb, pozan qadın[4] kimi də olmayın. Şübhəsiz, Allah sizi bununla sınayır. Haqqında anlaşılmazlığa düşdüyünüz şeyləri Qiyamət günü sizə mütləq açıqlayacaqdır.
93Və Allah diləsəydi, əlbəttə, hamınızı tək bir ümmət edərdi. Lakin, Allah dilədiyini azdırar və dilədiyinə də doğru yolu bələdçiləyər/diləyəni azdırar, diləyənə bələdçilik edər. Və şübhəsiz ki, siz etdiklərinizdən məsuliyyət daşıyırsınız.
94Və andlarınızı aranızda aldatma və pozğunçuluğa/qarışıqlığa vasitə etməyin. Sonra ayağınız yerə sağlam basdıqdan sonra sürüşər və Allah yolundan azdığınız üçün, pisliyi dadarsınız. Böyük əzab da sizin üçündür.
95Və Allahın əhdini/Allaha verilən sözləri az bir bədəl müqabilində satmayın. Əgər bilirsinizsə, qətiliklə Allah qatındakı… O, sizin üçün daha xeyirlidir.
96Sizin yanınızdakı tükənir, Allahın qatındakı isə qalıcıdır. Və Biz qətiliklə səbr edənlərə mükafatlarını, etdiklərinin daha gözəli olaraq qarşılığını verəcəyik.
97Kişi, qadın mömin olaraq, kim yaxşı əməl işləyərsə, qətiliklə onu gözəl bir həyat ilə yaşadarıq. Və qətiliklə, onların ödənişlərini etmiş olduqları əməllərin daha gözəli ilə mükafatlandıracağıq.
98Belə isə Quran öyrənib-öyrətdiyin zaman Racim Şeytandan [ağlınıza dərhal gələn, yaxşı-yaxşı düşünməyin nəticəsi olmayan, sizi məhv edəcək əsassız düşüncələr törədən qabiliyyətdən] Allaha sığın/sığındığına inan.
99,100Şübhəsiz ki, iman edən və Rəbbinə işin nəticəsini həvalə edənlər üzərində Şeytan-i Racimin heç bir məcburedici gücü yoxdur. Onun məcburedici gücü ancaq onu köməkçi, yol göstərici, qoruyucu yaxın qəbul edənlər və Allaha ortaq qoşanların məhz özləri olan insanlar üzərindədir.
(70/16, Nəhl/90–100)
Nəcm: 309
101Və Biz bir ayə yerinə başqa bir ayə gətirdiyimiz zaman, Allahın nə endirdiyini daha yaxşı bilən olmağına baxmayaraq, onlar: “Sən, ancaq bir uydurucusan” – dedilər. İşin doğrusu, onların çoxu bilmirlər.
102De ki: “Allah onu/endirdiyini, Rəbbindən ruhulkudüs/qövmü canlandıran Allah qanunları olaraq, iman edənləri gücləndirib, daha möhkəm kök atması üçün, həmçinin müsəlmanlara bir müjdə və bələdçi olaraq, haqq ilə endirmişdir.
103Və qətiliklə, Biz bilirik ki, onlar: “Sadəcə, ona bir bəşər öyrədir” – deyirlər. “Peyğəmbərə öyrədir” zənnində olduqları insanın dili əcnəbi dilidir. Quran isə açıq-aşkar bir ərəbcədir.
104Şübhəsiz, Allahın ayələrinə inanmayan insanlar… Allah onlara bələdçi olmaz və onlar üçün çox acı bir əzab vardır.
105Yalanı yalnız və yalnız Allahın ayələrinə inanmayan insanlar uydurarlar. Və bax budur, onlar yalançıların məhz özləridir.
106Hər kim imanından sonra küfr edər, qəlbi iman ilə yatışmış halda ikən, şiddətlə məcbur edilən istisna olmaqla, həmçinin küfrə – inanmamağa köksünü açarsa, artıq özlərinin üzərinə Allahdan bir qəzəb vardır. Onlar üçün böyük bir əzab da vardır.
107Bu, onların dünya həyatını Axirətdən daha sevimli gördüklərinə və şübhəsiz, Allahın da kafirlər qövmünə doğru yolu göstərmədiyinə görədir.
108Onlar Allahın qəlblərini, qulaqlarını və gözlərini damğaladığı/möhürlədiyi insanlardır. Laqeyd, biliksiz, biganə olanlar onların məhz özləridir.
109Onların Axirətdə ziyana uğrayanların məhz özləri olduğuna heç bir şübhə yoxdur.
(70/16, Nəhl/101–109)
Nəcm: 310
110Sonra şübhəsiz, sənin Rəbbin əziyyətə məruz qaldıqdan sonra hicrət edən, sonra səy göstərən və səbr edənlər üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra qətiliklə çox bağışlayandır, çox mərhəmətlidir.
111O gün hər kəs öz nəfsi üçün çalışıb çabalayaraq gələcək və hər kəs etdiyi şeyləri tamamilə alacaq. Və onlar haqsızlığa uğradılmayacaqlar.
(70/16, Nəhl/110–111)
Nəcm: 311
112Və Allah bir şəhəri[5] misal olaraq verdi: Bu şəhər təhlükəsiz, rahatlıqlı idi və oraya hər bir yerdən ruzi bol-bol gəlirdi. Belə ki, onlar Allahın nemətlərinə qarşı nankorluq etdilər. Allah da onlara edib törətdikləri şeylərə görə aclıq və qorxu libasını/fəlakətini daddırdı.
113Və and olsun ki, onlara içlərindən bir elçi gəlmişdi və onu yalan saydılar. Bundan sonra onlar şərik qoşaraq səhv/öz zərərlərinə iş edərkən, əzab onları yaxaladı.
(70/16, Nəhl/112–113)
Nəcm: 312
114Artıq Allahın sizə ruzi olaraq verdiyi şeylərdən halal və təmiz olaraq, yeyin. Allahın nemətlərinin qarşılığını ödəyin, əgər sadəcə, Ona qulluq edəcəksinizsə!
115Allah sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adından kəsilənləri haram qıldı. Artıq hər kim hücum etmədən və həddi aşmadan, məcbur qalırsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.
116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar.
117Onların dünyada qazandıqları çox az bir qazancdır. Və onlar üçün çox acıqlı bir əzab vardır.
118Biz sənə anlatdıqlarımızı [leş, qan, donuzun ətini], daha öncə yəhudilərə də haram etmişdik. Və Biz onlara haqsızlıq etmədik. Amma onlar şərik qoşaraq, özlərinə haqsızlıq edirdilər.
(70/16, Nəhl/114–118)
Nəcm: 313
119Sonra şübhəsiz, sənin Rəbbin bir cahilliklə günah işləyən, sonra bunun ardından tövbə edən və düzəldən insanlar üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra qətiliklə çox bağışlayan və çox mərhəmət edəndir.
120,121Şübhəsiz, İbrahim səmimiyyətlə Allaha boyun əyən, ortaq qoşma inancından dönmüş, Allahın nemətlərinə qarşılıq ödəyən, başlı-başına bir ümmət idi. Və o, ortaq qoşanlardan olmadı. Və Allah onu seçdi və dosdoğru yola bələdçilədi.
122Və Biz İbrahimə dünyada yaxşılıq/gözəllik verdik. Və şübhəsiz ki, o, Axirətdə də qətiliklə salehlərdəndir.
123Sonra sənə: “Küfrdən, ortaq qoşmaqdan dönmüş bir insan olan və ortaq qoşanlardan olmayan İbrahimin dininə/həyat tərzinə tabe ol” – deyə vəhy etdik.
(70/16, Nəhl/119–123)
Nəcm: 314
124 Sebt/Şənbə günü/düşünüb daşınma günü[6] ancaq, həmin gün barəsində anlaşmazlığa düşən insanlar üzərinə qılındı. Və şübhəsiz, sənin Rəbbin onların anlaşmazlığa düşdükləri şeylər haqqında Qiyamət günü aralarında qətiliklə hökm verəcəkdir.
(70/16, Nəhl/124)
Nəcm: 315
125Rəbbinin yoluna haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalarla, həmçinin gözəl öyüdlə çağır! Və onlarla ən gözəl şəkildə mübarizə et. Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları ən yaxşı biləndir və O, bələdçiləndikləri doğru yolda olanları da ən yaxşı biləndir.
(70/16, Nəhl/125)
Nəcm: 316
126Və əgər cəza verəcək olarsınızsa da, sizin cəzalandırıldığınızın misli ilə cəza verin. Və əgər səbr edərsinizsə, əlbəttə, o, səbr edənlər üçün daha xeyirlidir.
127Sən səbirli ol! Sənin səbr etməyin də ancaq Allah ilədir. Onlar üçün kədərlənmə! Onların qurduqları tələlərdən sıxıntıya düşmə!
128Şübhəsiz ki, Allah Özünün qoruması altına girənlər və özləri yaxşılaşdıran/gözəlləşdirən olan insanlarla birlikdədir.
(70/16, Nəhl/126–128)
[1]Tağut – “azğın, pozğun, pislik və pozğunluq öndəri, qaba, şeytan, büt, bütxana, kahin, sehrbaz, Allahın hökmlərindən üz döndərən insan və quruluş” mənalarına gəlir.
[2]Burada “vəfat” anı anladılır. Vəfat, “tamamilə vermək, əskiltmədən, yerinə yetirmək” deməkdir. Vəfat, Allahın insanlara, öləcəkləri andan dərhal öncə yaşadacağı, hər kəsə etdiklərini və etməli olduğu halda, təxirə saldıqlarını əskiksiz-artıqsız göstərəcəyi, xəbər verəcəyi bir andır. Başqa bir ifadə ilə, “vəfat”, Rəbbimizin, insanın həyatındakı bütün qeydləri ən incə dəqiqliyi ilə, eynilə bir qara qutunun “Z raportu” kimi, ölüm anından qısa bir müddət öncə, əskiksiz-artıqsız ortaya qoymasıdır. Bu “ortaya qoyma” isə, insanın quruluşuna yaradılışdan yerləşdirilmiş olan “qoruyucular, dəlillər, elçilər, hafızə hüceyrələri” ilə təmin edilir. Rəbbimiz, məsələnin vacibliyini nəzərə çarpdıraraq, “ölmək, öldürmək” deməyərək, ölümü, ölüm öncəsinin o əsrarəngiz hadisələrinin adı ilə verir. “Vəfat” ilə əlaqədar geniş məlumat Təbyinül Quranda verilmişdir.
[3]Allah bəzi insanları mal, övlad, ömür və ağıl baxımından üstün etmişdir. Malca üstünlüyə sahib olanlar, sahib olduqlarından əllərinin altındakılara, işçilərinə, məmurlarına, işçilərinə eyni qədər verməzlər. Bəzi səbəblərlə fərqli-fərqli verirlər. Onlardan heç birini özüylə eyni səviyyədə tutmaz, onlarla paylaşmazlar. Rəbbimiz burada bu ismarıcı verir: Siz belə, işçilərinizi [kölə, işçi, məmur] özünüzə ortaq [şərik] qəbul etmir; əfəndi ilə kölə, işçi ilə patron arasındakı ayrımı qəbul edirkən, Allah ilə yaratdıqları arasında fərq olmalı olduğunu niyə qəbul etmirsiniz? Allah, qullarını Özünə heç ortaq [şərik] qəbul edərmi?!
Allahın nemətlərini qullarına fərqli ölçülərdə verməsi və buna görə də bəzilərinin bəzilərindən üstün olması, sosial qaydanın fəaliyyəti üçündür: Həyatdakı aşağı-yuxarı əlaqəsi, birgə yaşayışa uyulan və insanların bir-birləriylə müxtəlif sosial əlaqələr qurmasını təmin edən, beləliklə də, insanların bu əlaqəni qurma formaları ilə sınandıqları ilahi bir qanundır. Burada haqqında söhbət gedən dərəcələrlə yüksəltmə ifadəsi kəramət, üstünlük, hörmətlilik baxımından deyil, iqtisadi güc, ağıl, zəka, anlayış, bilik–təcrübə mənada olan fərqliliklərdir. Hər kəsin iqtisadi güc, zəka və anlayış baxımından eyni olduğu bir cəmiyyətdə insanların bir-birlərinə iş gördürmələri demək olan istihdam və istehsal mümkün olmaz, istihdam və istehsalın olmadığı vəziyyətlərdə isə həyat durar. Bu mövzu ilə əlaqədar olaraq Bxn. Rəsmi Tərcümə: Zühruf/32, 258–ci nəcm, Rum/28, 379–cu nəcm).
[4]Ayədə, sözləşmələrini pozan insanlar, yununu əyirib, sağlam bir şəkildə sarıdıqdan sonra, onu təkrar çözən bir qadının vəziyyətinə bənzədilir. Bir qadının öz əyirib, sarıdığı yunu təkrar çözməyə cəhd etməsi, əhdlərini pozanları xarakterizə etmək üçün edilən bir təsvirdir. Ərəb adətlərinə görə edilən bu bənzətmənin müəyyən bir qadına işarə etdiyi nağıllarda yer alsa belə, ayədə xarakterizə edilən insanlığın, əhdlərini pozan bütün kişi və qadınları əhatə etdiyi açıqdır.
[5]Burada haqqında söhbət gedən şəhər, 58/34, Səba/5–21–də, 223–cü nəcmdə haqqında söhbət gedən Səba olmalıdır.
[6]Xalq arasında “Şənbə” günü olaraq bilinən sebt günü, insanların gündəlik yaşayışları ilə əlaqədar [dünyəvi] işlərini bir tərəfə buraxıb, bunları heç düşünmədən, sadəcə Tanrının sözlərini dinlədikləri və bunları dərin-dərin düşünməyə vaxt ayırdıqları, beləliklə də, həm bədənlərini, həm də ruhlarını dincəltdikləri gündür.