NƏZİƏT SURƏSİNİN TƏBYİNİ

Nəziət surəsi Məkkədə enən 81-ci surədir. Adını birinci ayədəki “النّازعات ən-Nəziət” sözündən almışdır.

Quranı tanıdaraq başlayan surədə tövhid, elçilik, öldükdən sonra dirilmə və hesab vermək kimi inanc əsasları üzərində durulur. Axirət inancı ilə əlaqədar öncə qiyamətin dəhşəti təsvir edilir, ardından da təqva sahiblərinin və günahkarların çatacaqları yer­lər bildirilir. Həmçinin Rəbbimizin kainatdakı bir sıra ayələriylə axirətin həqiqiliyinə işarə edilir.

Nəziət surəsi məzmununa görə, Nəbə surəsinin davamı və bir az daha açılışı mahiyyətindədir.

Surədə həmçinin keçmişdən örnək verilərək iqtidarını qabalıq və həddi aşmaqları ilə davam etdirən və cəmiyyətinə tanrılıq iddiasında olan Firon və siyasətinə toxunulur, bu örnək üzərindən də Məkkə xalqına azğınlıqları və Rəsulullaha qarşı göstərdikləri inadkar münasibətləri üzündən despot Firon kimi həlak ediləcəkləri ismarıcı verilir.

Qeyd: Surənin ayələrinin əlimizdə mövcud, xəlifə Osman dövründə tərtib edilən Rəsmi Düzülüşdəki düzülüşündə bir sıra texniki və semantik problemlər vardır. Buna görə də, biz, imkanlarımız daxilində, texniki qaydalara və məna qaydasına görə yeni bir düzülüş tərtib etmiş oluruq.

TƏRCÜMƏ:

MƏKKƏ DÖVRÜ

Nəcm: 369

1–5Kainatdakı cazibə qüvvəsi, kainatdakı təsir və əks təsir qüvvəsi, ulduzlar, qalaktikalar, Günəş, Ay və bunların öz oxu ətrafında və bağlı olduğu ulduz orbitindəki peyklərdə üzməsi, bu sayədə gecə, gündüz və digər yaşayış şərtlərinin, get-gəlin, gecə-gündüzün, mövsümlərin meydana gəlməsi, bütün canlı növlərinin və bitkilərin yaşayış şərtlərinin nizamlanması dəlildir ki, kafirlər üçün həmişəlik kədər, bədbinlik və vicdan əzabı vəsiləsi olan, mömin­lərə həm asan olan, həm də asanlaşdıran, onlara müjdələr verən, onların xoşbəxt olmaqlarını təmin edən, əldən-ələ, dildən-dilə, könüldən-könülə dolaşan, həmişə önə ke­çən, vacib etdirən, fərdi və sosial bütün işləri nizamlayan, hər işə aid əmr­lə­ri­n, qanunların olması/qaydalar qoyan Quran ayələri dəlildir ki…

26Şübhəsiz, bunda “o gün, insanın iki gücünün/mal və ətrafının nə təqdim etdiyinə baxıb/et­dik­ləri ilə üz-üzə gəlib və kafirin: “Ah nə olaydı, kaş mən bir torpaq olaydım” – deməsində”, hörmətlə, sevgi ilə, biliklə ürpərti duyacaq insanlar üçün bir ibrət vardır.

(81/79, Nəziət/1–5, 26)

Nəcm: 370

10,11Onlar: “Biz təkrar köhnə/əvvəlki halımıza döndəriləcəkmişik? Biz çürümüş sümüklər olduqdan sonramı?” – deyərlər.

12Dedilər ki: “Belə isə bu, çox zərərli bir dönüşdür”.

27–33Yaradılışca sizmi daha mürəkkəbsiniz, yoxsa göymü? Göyü Allah yaratdı – boyunu yüksəltdi, sonra da onu nizama saldı, gecəsini qaraltdı və işığın parlaqlığını çıxartdı. Və ondan sonra sizin və heyvanlarınızın yararlanması üçün yer üzünü döşədi/yer üzündən suyunu və otlağını çıxardı, dağları da dəmirlədi/sağlam bir şəkildə yerləşdirdi.

6O gün sarsan sarsacaq.

7Onun ardınca ikinci bir sarsıntı da olacaq.

8O gün ürəklər titrəyərək döyünər.

9Onların gözləri hörmətlə baxar.

13Bax budur, o, bir tək qışqırıqdır.

14Bir də baxarsan, onlar meydandadır.

34Artıq o ən böyük fəlakət gəldiyi vaxt,

35O gün, insan nə etdiyini yaxşıca anlayacaq.

36Görən kimsələr üçün, cəhənnəm açıq-aşkar göstəriləcək.

37–39Artıq hər azana və dünya həyatını üstün tutmuş kimsəyə gəlincə, bax budur, şübhəsiz, cahim/cəhənnəm  çatılacaq yerin məhz özüdür.

40,41Rəbbinin məqamından qorxan və özünü boş, dünyəvi arzulardan çəkindirənə gəlincə, artıq, heç şübhəsiz, cənnət sığınacağın məhz özüdür.

(81/79, Nəziət/10–12, 27–33, 6–9, 13–14, 34–41)

Nəcm: 371

42Səndən o Qiyamətin qopma vaxtı barədə soruşurlar: “Onun lövbər atması nə zamandır?”

43Onun anılmasından səndə nə var ki/onun barəsində nə bilirsən ki?

44Onun nəticəsi, sadəcə, sənin Rəbbinə aiddir.

45Sən ancaq qiyamətin qopma zamanına hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan insanların xəbərdar edənisən.

46Sonra onlar onu görəcəkləri gün, dünyada bir axşam və ya sübh çağından başqa olmamış kimidirlər.

(81/79, Nəziət/42–46)

Nəcm: 372

15Musanın xəbəri sənə gəldimi?

16,17Bir zaman Rəbbi ona müqəddəs Tuva vadisində/iki dəfə təmizlənmiş vadidə səslənmişdi: “Fironun yanına get! Şübhəsiz, o yolunu azdı”.

18,19Sonra de ki: “Arınmaq/təmizlənmək istəyirsənmi? Həmçinin səni Rəbbinə bələdçiləyim və Ona hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyasan!”

20Sonra da Musa Firona o ən böyük əlaməti/nümunəni göstərdi.

21–24Sonra da Firon yalan saydı və qarşı çıxdı. Sonra tez geriyə döndü. Sonra toplayıb səsləndi və: “Mən sizin ən uca Rəbbinizəm!” – dedi.

25Allah da onu dünya və axirət əzabı ilə yaxaladı.

(81/79, Nəziət/15–25)

TƏHLİL:

1–5Kainatdakı cazibə qüvvəsi, kainatdakı təsir və əks təsir qüvvəsi, ulduzlar, qalaktikalar, Günəş, Ay və bunların öz oxu ətrafında və bağlı olduğu ulduz orbitindəki peyklərdə üzməsi, bu sayədə gecə, gündüz və digər yaşayış şərtlərinin, get-gəlin, gecə-gündüzün, mövsümlərin meydana gəlməsi, bütün canlı növlərinin və bitkilərin yaşayış şərtlərinin nizamlanması dəlildir ki, kafirlər üçün həmişəlik kədər, bədbinlik və vicdan əzabı vəsiləsi olan, mömin­lərə həm asan olan, həm də asanlaşdıran, onlara müjdələr verən, onların xoşbəxt olmaqlarını təmin edən, əldən-ələ, dildən-dilə, könüldən-könülə dolaşan, həmişə önə ke­çən, vacib etdirən, fərdi və sosial bütün işləri nizamlayan, hər işə aid əmr­lə­ri­n, qanunların olması/qaydalar qoyan Quran ayələri dəlildir ki…

26Şübhəsiz, bunda “o gün, insanın iki gücünün/mal və ətrafının nə təqdim etdiyinə baxıb/et­dik­ləri ilə üz-üzə gəlib və kafirin: “Ah nə olaydı, kaş mən bir torpaq olaydım” – deməsində”, hörmətlə, sevgi ilə, biliklə ürpərti duyacaq insanlar üçün bir ibrət vardır.

Bu bölmənin ilk ayələrində, xüsusiyyətləri sayılan bir varlığa and içilmiş və “O gün, insanın iki əlinin [iki gücünün; mal və ətrafı] nə təqdim etdiyinə baxıb [etdikləri ilə üz-üzə gəlib] və kafirin “Ah nə olaydı, mən bir torpaq olsaydım!” – deməsində” hörmətlə, sevgi ilə, biliklə ürpərti duyacaq insanlar üçün” bir sıra ibrətlər olduğu vurğulanmışdır.

Belə ki, and içilən bu xüsuslar elm əhli tərəfindən həssaslıqla təhlil edilməli ikən, edilə bilinməmişdir. Belə ki, həlli üçün səy tələb edən bir hal ortaya çıxdığında, məsələnin “alt komissiyaya həvalə” edilməsi kimi, əmək verilmədən anlaşılmayan bu xüsuslar da “mələklər” olaraq izah olunaraq işin içindən çıxılmağa çalışılmışdır. Klassik anlayışda bunun yüzlərlə örnəyini görmək mümkündür. Məsələn, bu ayələrdə and içilənlər mələklər olaraq izah olunmuş və andın cavabı da yox qəbul edilmişdir.

Təhlillərimizə başlamazdan əvvəl, gələcək nəsillər üçün də mənbə rolunu oynayan bu fikirləri çatdırırıq:

Söküb çıxaranlar” kafirlərin ruhlarını şiddətlə söküb çıxaran mələklərdir. Bu açıqlamanı Əli (r.a) etmişdir. İbn Məsud, İbn Abbas, Məsruk və Mücahid də belə demişdilər: “Bunlar Adəmoğullarının canlarını şiddətlə söküb çıxardan mələklərdir.”

İbn Məsud dedi ki: Bu buyuruqla kafirlərin canlarını qəsd edir. Ölüm mələyi, cəsədlərindən hər bir tükün altından, dırnaqların altından, ayaqların di­bindən eynilə bir dəmir çubuğun nəmli yundan çəkilib çıxardılması kimi, ka­firlərin canlarını cəsədlərindən eləcə çıxardır. Sonra bunu təkrar qaytarar, yə­ni o canları bədənlərinə geri döndərər, sonra təkrar söküb çıxarar. Budur, ka­firlərə edəcəyi tətbiqat belə olacaqdır. İbn Abbas da belə açıqlamışdır.

Es-Süddi dedi ki: “And olsun … söküb çıxaranlara!” buyuruğu ilə qəsd edi­lən, kökslərdə boğulma zamanındakı canlar, yəni “nəfislər”dir. Mücahid: Məqsəd canların çıxmasını təmin edən ölümdür.

El-Həsən və Katade: Bunlar bir üfüqdən o biri üfüqə gedən ulduzlardır. Bu da ərəblərin “Ona getdi” təbirlərindən, yaxud da “Atlar qaçdı” ifadələrindən alınmışdır. “Şiddətlə” sözü də “batar, yox olar və bir üfüqdən o biri üfüqə gedib doğular” deməkdir, Əbu Ubeydə, İbn Keysan və əl-Ahfeş də belə açıqlamışdır.

Söküb, çıxaranlar“ın ox atan yaylar olduğu da söylənmişdir ki, bu açıq­lamanı Ata və İkrimə etmişdir. “Şiddətlicə” isə “batıraraq [yerləşdirərək]” mənasındadır. Oxun yayda batırılması isə ala bildiyi qədər geriyə doğru dəmir ucu­na çatana qədər gərilməsi deməkdir. “[Oxu] yayda batır­dı” təbiri, onu “gərilə bildiyi qədər gərdi” mənasındadır. Bu da yayın, oxun yer­ləşdirildiyi qisminin oxun ucuna qədər çatması ilə olur. (Eyni kökdən gələn) “istiğrak” da, “bir şeyi tam mənasıyla qapatmaq və bürümək” deməkdir. Yumur­tanın içərisindəki pərdəsinə də, eyni kökdən gəlməklə, ğırqıyün  غرقىء  deyilir. [1]

Əbu Ubeydə və Ata Belə demişdilər: “Yumşaqlıqla çıxaran­lar“ bir diyardan digərinə keçən yabanı heyvanlar deməkdir. Belə ki, kədər­lər də insanları bir diyardan digərinə alıb götürür. Daha sonra da Himyanın az öncə keçən beytini zikr edir.

Şiddətlə söküb çıxaranlar” buyuruğunun kafirlər, “Yumşaqlıqla çıxaranlar” buyuruğunun da möminlər haqqında olduğu da söylənmişdir. Yəni mələklər möminin ruhunu yumşaq bir şəkildə alır. “Nəz’” şiddətlə, “nəşt” isə yumşaqlıqla çəkmək deməkdir.

Hər ikisinin də kafirlər haqqında olduğu və bunlardan sonrakı iki ayənin dünyadan ayrılma halında möminlər haqqında olduğu da söylənmişdir.

Dalıb üzənlərə” buyuruğu haqqında Əli (r.a) dedi ki: Bunlar, möminlərin canlarını alıb üzən mələklərdir. Əl-Kəlbi dedi ki: Bunlar, bəzən su­ya gömülən, bəzən isə üstünə çıxaraq üzən kimsə kimi möminlərin can­larını alan mələklərdir. Onların canlarını asan bir şəkildə və incitmədən yavaş-yavaş çəkərlər. Sonra dincələnə qədər onu buraxırlar.

Mücahid və Əbu Saleh dedi ki: Bunlar, Uca Allahın əmrini dərhal ye­rinə yetirmək üçün səmadan enən mələklərdir. Belə ki, sürətlə yeriyən cins ata, dərhal və sürətlə qaçarsa, “sabih [üzücü]” deyilir. Yenə Mücahiddən Belə dediyi nəql edilmişdir: Mələklər enişlərində və yüksəlişlərində üzərlər. Yenə ondan nəql edildiyinə görə, “üzənlər” Adəmoğullarının ruhlarında üzən ölümdür. Bunların, qazilərin atları olduğu da söylənmişdir.

Katade və əl-Həsən: “Bunlar orbitlərində üzən ulduzlar deməkdir” – de­mişdir. Günəş və Ay da belədir. Uca Allah da belə buyurmuşdur: “Hamısı da bir orbitdə üzərlər” (Yasin/40)

Mukatil: Möminlərin canlarını təcili cənnətə çatdıran mələklərdir, demişdir. İbn Məsud da belə demişdir: Bunlar, öz ruhlarını tutan mələkləri gördüklərində, qarşılaşdıqları sevindirici hallara görə Uca Al­laha və Onun rəhmətinə qovuşmaq şövqü ilə mələklərə doğru sürətlə qaçışan möminlərin canlarıdır. Bənzər bir açıqlama ər-Rabidən nəql edilmişdir. O belə demişdir: Ölüm halında çıxmağa tələsən canlardır.

Əl-Mavərdi dedi ki: Bu xüsusda iki görüş vardır. Birincisinə görə, bunlar mələklərdir. Bu cumhurun [böyük çoxluğun] görüşüdür. İkinci görüşə görə, bunlar yeddi planetdir. Bu görüşü də Halid b. Madan Muaz b. Cebeldən nəql edir. Planetlərin işləri [nin] yürüd[ül]məsi [tədbiri] də iki şəkildə açıqlanmışdır. Bu açıqlamanın birincisinə görə, bunların doğulması və batmasının nizamlanmasıdır. İkinci görüşə görə, bunların tədbiri, Uca Allahın onlar haqqında hökm etdiyi halların dəyişməsi deməkdir.

Yenə əl-Kuşeyri də bu görüşü Təfsirində nəql etmiş və Uca Allahın aləmin işlərinin idarə edilməsiylə əlaqədar bir çox xüsusu ulduzların hərəkətlərinə bağlı olaraq reallaşdırdığını, buna görə də işlərin idarə edilməsi [tədbiri] Allahdan olsa belə, tədbir ulduzlara izafə edilmişdir. Eynilə bir şeyin, özünə yaxın olan bir digər şeyin adı ilə adlandırılması kimi.

“İşləri idarə edənlər”dən məqsədin mələklər olduğu görüşünə görə, onların iş­ləri yürütməsi, halal və haram hökmləri ilə bunlara dair açıqlayıcı hökm­ləri endirmələridir. Bu açıqlamanı İbn Abbas, Katade və başqaları etmişdir. Bu da, əsas etibariylə Uca Allaha aid bir işdir; lakin bu əmrləri endirənlər mələklər olduğuna görə bu iş onlara izafə edilmiş olur. Belə ki, Uca Allah belə buyurur: “Onu Ruhul-əmin endirdi.” (Şüəra/193) Bir başqa yerdə də belə buyurur: “Əlbəttə ki o, onu Al­lahın izniylə qəlbinə … endirmişdir.” (Bəqərə/97) Bununla Cəbraili (ə.s), Muhəmmədin (səs) qəlbinə endirdiyi qəsd edilir. Onu endirən isə Uca Allahdır….

Andın cavabı yox edilmişdir, itirilmişdir. Sanki Uca Allah, belə buyurmuş kimidir: “And olsun şiddətlə söküb çıxaranlara, ona və buna ki, siz mütləq öldükdən sonra dirildiləcək və hesaba çəkiləcəksiniz.” Bunun [andın cavabının] yox edilməsinin səbəbi isə, dinləyənlərin mənanı bilmələridir. Bu açıqlamanı əl-Ferra etmişdir. Buna da Uca Allahın: “Çürümüş, dağılmış sümüklər ol­duqdan sonramı” buyuruğu dəlil təşkil edir. Bunun onların: “Çürümüş, dağılmış sümüklər olduqdan sonramı dirildiləcəyik?” sözlərinə bir cavab kimi olduğu görünmürmü? Buna görə də Uca Allah: “çürümüş, dağılmış sümüklər olduqdan sonramı?” – deyə buyurmaqla kifayətlənmişdir.

Kimiləri də belə demişdir: And, Uca Allahın: “Şübhə yoxdur ki, bunda qorxan kimsələr üçün əlbəttə bir ibrət vardır.” (Nəziət/26) buyuruğu üçün edilmişdir. Tirmizi b. Əlinin tərcih etdiyi görüş budur. Yəni “Mənim anlatmış olduğum qiyamət günü və Musa və Fironun hekayəsində “qorxan kimsələr üçün, əlbəttə, bir ibrət vardır” – deməkdir.

Lakin İbnul-Ənbarinin söylədiklərinə görə andın surədə açıq və görü­nən bir şəkildə anılmış bir xüsusa edilməsi, daha öncə özündən bəhs edilməmiş bir şeyə edilməsindən daha uyğundur. Çünki bu, çirkin bir şəkil olur, belə ki, hər ikisi arasında keçən ifadələr olduqca uzaqlaşmış olur.

Andın cavabının: “Musanın xəbəri gəldimi sənə” (Nəziət/15) buyuruğu olduğu da söylənmişdir. Çünki: “… gəlmiş olur” deməkdir. “O gün sar­san sarsacaq” buyuruğunun: “Əlbəttə ki, o gün sarsacaq” təqdiri ilə cavabı təşkil etdiyi və “lam” hərfinin itirildili də söylənmişdir.

Bir digər açıqlamaya görə, buyruqlarda təqdim və təhir vardır. İfadə: “O gün sarsan sarsacaq, sonra onu Radifə izləyəcək. And olsun şiddətlə söküb çıxaranlara…” təqdirindədir. [2]

Abdullah İbn Məsud, Abdullah İbn Abbas, Məsruk, Said b. Cübeyr, Əbu Salih, Əbu Duha, Süddi: “Boğulmuş olanı söküb alanlara and olsun!” ifadəsi ilə mələklərin qəsd edildiyini söyləyirlər. Yəni mələklər Adəmoğullarının ruhlarını çəkib aldıqları zaman, bir qismi qatı və sərt olaraq, ruhu əldə edər və bunu söküb çıxarmaq üçün çalışar. Bir qismi də insanoğlunun ruhunu asanlıqla alar. Sanki bir ip düyününü açırmış kimi. Budur Allah Təalanm sonradan buyurduğu: “Canları asanlıqla alanlara” ifadəsindən məqsəd budur. İbn Abbas belə deyir. Bir başqa rəvayətdə isə İbn Abbas deyir ki: “Söküb alanlar”dan məqsəd, kafirlərin nəfsləridir. Bunlar sökülüb alınır, sonra cəhənnəm atəşinə daldırılırlar. İbn Əbu Hatim belə rəvayət edir. Mücahid deyir ki: “Boğulmuş olanı söküb alanlar” ifadəsindən məqsəd ölümdür. Həsaə, Katade isə: “Boğulmuş olanları söküb alanlara and olsun. Canları asanlıqla alanlara da…” ifadəsi ilə ulduzlar qəsd edilmişdir. Ata İbn Əbu Rəban deyir ki: “Söküb alanlar” ilə “Asanlıqla alanlar” ifadəsindən məqsəd döyüşə qüvvətlə qatılanlardır. Ən səhih görüş birincisidir və müfəssirlərin əksəriyyəti bu görüşü mənimsəmişdilər. “Üzüb-üzüb gedənlərə…” ifadəsinə gəlincə: Abdullah İbn Məsud, bunların mələklər olduğunu söyləyir. Hz. Əli, Mücahid, Said İbn Cübeyr və Əbu Salehdən də buna bənzər bir ifadə nəql edilmişdir. Mücahid isə: “Üzüb-üzüb gedənlərə” ifadəsi ilə ölüm qəsd edilmişdir” – deyərkən, Katade: “Bunlarla ulduzlar qəsd edilmişdir” – deyir. Ata İbn Əbu Rebah isə: “Bununla dirilər qəsd edilmişdir” – deyir. “Yarışdıqça yarışanlara…” Əli, Məsruk, Mücahid, Əbu Saleh və Həsən əl-Bəsridən rəvayət edilir ki, bununla mələklər qəsd edilmişdir. Həsən isə, “iman yarışına qatılıb təsdiqə qoşanlar” mənasını vermişdir. Mücahid ölüm mənasını verərkən, Katade ulduzlar mənasını verir. Ata isə bununla Allah yolunda qoşulan atlar qəsd edilmişdir, deyir. “Və işləri idarə edənlərə…” Əli, Mücahid, Ata, Əbu Saleh, Həsən, Katade, Rebi İbn Enes və Süddi “Bunlar mələklərdir” deyirlər. Həsənın əlavə məlumatında isə bu ifadələr yer alır: Mələklər əmri göydən yer üzünə yönəldirlər. Bu barədə ixtilaf yoxdur. Ancaq İbn Cərir qəti olaraq nəyin qəsd edildiyini qeyd etməmişdir. Onun nəqlinə görə: “Və işləri idarə edənlərə …” ifadəsiylə mələklər qəsd edilmişdir. Ancaq özünün bu görüşə müsbət və ya mənfi tərzdə qatılıb qatılmadığını zikr etməmişdir. [3]

Andın Cavabının Düşürülmüş Olduğu Görüşü:

Birinci Görüş: Cavab düşürülmüşdur. Belə olduqda, burada aşağıdakı təqdirlər edilə bilir:

  1. Fərra, düşürülmüş olan cavabın ” لتبعثنّ   lətubasunnə Əlbəttə ki, dirildiləcəksiniz” ifadəsi olduğunu; bunun dəlilinin də Allah Təalanın onların söylədiklərini dilə gətirdiyi, “Bizlər, çürümüş sümüklər olduğumuzdamı? (Nəziət/11)” ifadəsi olduğunu; çünki bunun mənasının “Biz, çürümüş sümüklər halına gəldiyimizdəmi dirildiləcəyik?!…” şəklində olduğunu söyləmişdir.
  2. Ahfəş və Zəccaca görə isə, andların cavabı ” lətənfüxunnə cəna ssuri  جنا الصورلتنفخنBiz Sura iki dəfə üflərik” ifadəsidir. Düşürülmüş olan cavabın bu olduğunun dəlili isə “iki üfləməni ifadə edən ərradifə ərracifə   الرادفة  الراجفة kəlmələrinin burada yer almalarıdır.
  3. Kısai, təqdir edilən cavabın ” innəlqiyamətə ləvaqeətun انّ القيامة لواقعة Qiyamət qopacaqdır” ifadəsi olduğunu; çünki Cənab-i Haqqın, vəzzariyati zərvan fəlhamilati vəqran والذاريات ذرواً فالحاملات وقراً buyurub, daha sonra innəma tuadunə ləsadıqun, انما توعدون لصادق buyurmasının,   vəlmürsəlati urfən fəlasıfati asfən  والمرسلات عرفاً فالعصفات عصفاً buyurub, daha sonra da, innəma tuadunə ləvaqıun  انما توعدون لواقع buyurması kimi olduğunu; burada da belə olduğunu; çünki Quranın əslində tək bir surə kimi olduğunu söyləmişdir.

Andın Cavabının Zikr Edilmiş Olduğu Görüşü:

İkinci Görüş: Bu görüşə görə ayədəki ifadələrin cavabı “əvvəlcə bəhs edilmiş olan” deməkdir. Bu görüşə görə aşağıdakı ehtimallardan bəhs edilir:

  1. Haqqında and içilən şey [cavab], “O gün qəlblər titrəyəcək; gözləri zillətlə əyiləcəkdir” ayəsinin bəyan etdiyi xüsusdur. Buna görə təqdir: “Bunları dərinliklərdən söküb alanlara, nəzakətlə çıxaranlara ki, sarsanın sarsdığı o gündə, titrəyən bir sıra qəlblər, zillətdən əyilən bir sıra gözlər meydana gəlir, olur…” şəklində olur.
  2. Andın cavabı: “Əlbəttə ki, sənə Musanın xəbəri gəldi…” (Nəziət/15)ifadəsidir. Çünki buradakı eynilə: “əlbəttə ki, sənə Gaşiyənin [qiyamətin] xəbəri gəldi” mənasındakı Gaşiyə/1-də olduğu kimi “əlbəttə” mənasındadır.
  3. Andın cavabı “Şübhəsiz ki, bunda, haşyət edənlər üçün bir öyüd vardır” (Nəziət/26) cümləsidir. [4]

Andın Cavabının Zikr edilmiş Olması Görüşü:

İkinci Görüş: Bu görüşə görə ayədəki ifadələrin cavabı “əvvəlcə bəhs edilmiş olan” deməkdir. Bu görüşə görə bu ehtimallardan bəhs edilir:

  1. Haqqında and içilən şey [cavab], “O gün qəlblər titrəyəcək; gözləri zillətlə əyiləcəkdir” ayəsinin bəyan etdiyi xüsusdur. Buna görə təqdir: “Bunları dərinliklərdən söküb alanlara, nəzakətlə çıxaranlara ki, sarsanın sarsdığı o gündə, titrəyən bir sıra qəlblər, zillətdən əyilən bir sıra gözlər meydana gəlir, olur…” şəklində olur.
  2. Andın cavabı: “Əlbəttə ki, sənə Musanın xəbəri gəldi…” (Nəziət/15)ifadəsidir. Çünki buradakı eynilə: “əlbəttə ki, sənə Gaşiyənin [qiyamətin] xəbəri gəldi” mənasındaki Gaşiyə/1-də olduğu kimi “əlbəttə” mənasındadır.
  3. Andın cavabı: “Şübhəsiz ki, bunda, haşyət edənlər üçün bir öyüd vardır” (Nəziət/26) cümləsidir. [5]

BİZİM TƏHLİLİMİZ:

Texniki olaraq 1-5-ci ayələr anddır, andın cavabı isə 26-cı ayədir. Surədə andın cavabı ola biləcək başqa bir ayə yoxdur. 26-cı ayə həm texniki quruluşu, həm də mənası etibariylə andın cavabı mahiyyətindədir.

Tərcümədə də ortaya qoyduğumuz kimi, and cümləsinin bir bütün olması lazım gələrkən, qənaətimizcə, Quranı düzənlər tərəfindən bu quruluş pozulmuşdur.  Bunun nəticəsində də yuxarıdakı sitatlarda təqdim etdiyimiz kimi, bir sıra uydurmalar etmək məcburiyyətində qalınmışdır. Biz, olmalı olan texniki quruluşu nəzərə alaraq tərcümə edirik.

Surə and cümləsi ilə başlamışdır. Ard-arda olan bir sıra amillərə and içilərək, yəni bunlar dəlil, sübut göstərilərək, ağıllı, bilikli insanlara bunda – Nəbə surəsinin son paraqrafında anladılanlarda “ibrət” olduğu sübut edilmək istənilir. Surənin bu bölməsi, Zəriyət surəsinin ilk ayələrinə çox bənzəyir.

İlk ayələrdə and içilənlər:

النّازعات ən-Nəziət. “Nəziət” sözü “sökərək çəkmək” [6] mənasındakı “نزع nızıa” sözünün ismi fail qəlibinin cəmidir. Mənası “sökərək çəkənlər” deməkdir. Söz müəyyən edən olduğundan, “o sökərək çəkənlər” mənasını daşıyır. Dərhal ardınca gələn “غرقاً ğarqan” sözü də “məfulu mütləq” və ya “hal” olaraq gətirildiyindən, ayədəki ifadənin mənası da “suya batırırcasına, suda boğarcasına çəkənlər” və ya “suya batıraraq, suda boğaraq, söküb çəkənlər” – demək olur.

Bu mənadan anlaşıldığına görə, Rəbbimiz bu ifadə ilə “suda boğarcasına çətinlik verən” bir amilə and içir.

النّاشطات ən-Naşitat. “Naşitat” sözü,  “ن ش ط n ş t”  məsdərinin ism-i fail qəlibinin cəmidir. Sözün kökü olan “nşt”, “Lisanü’l-Arab”da “keselin nakızı [ağırdan almanın; təmbəlliyin əksi]” olaraq verilir və sözün “yumşaqlıqla hərəkət etdirmə, təhrik etmə, asanlaşdırma, qeyrətə gətirmə” kimi mənalarda işlədildiyi nümunələrlə açıqlanır. [7]

السّابحات  السّابقات المدبّرات  Sabihat, Sabiqat, Müdəbbirat. “Üzdükcə üzən, üzərkən də önə keçdikcə keçib işləri nizamlayanlar”:

Bu ayələr iki nöqteyi nəzərdən dəyərləndirilməlidir:

  1. Kainatdakı hadisələr nöqteyi nəzərindən. Buna görə, Rəbbimiz kainatdakı hər zaman heyranlıqla izlənən qaydalarına; iş və olmaları nizamlayan qanunlarına diqqət çəkir.

Nəziət” kainatdakı cazibə qüvvəsidir.

Naşitat” isə kainatdakı itələmə qüvvəsi, suyun qaldırma qüvvəsidir.

“Üzənlər”; ulduzlar; qalaktikalar; Günəş, Ay və bunların öz mehvərlərində və bağlı olduğu ulduz ətrafındakı orbitlərdə üzməsi, bu sayədə gecə gündüz və digər yaşyış şərtlərinin, get-gəlin, gecə gündüzün, mövsümlərin meydana gəlməsi, bütün canlı növlərinin və bitkilərin yaşayış şərtlərinin tənzimlənməsidir.

  • 33Və O, gecəni, gündüzü, Günəşi və Ayı əmələ gətirəndir. Hamısı bir orbitdə üzməkdədir.
  • 34Biz səndən öncə də heç bir bəşər üçün sonsuzluq tanımadıq. Yaxşı, sən ölərsənsə, onlar həmişəlik sağmı qalacaqlar? (Ənbiya/33, 34)
  • 38Öz yolunda, öz-özünə qərarlaşdırılmış olan üçün axıb gedən Günəş də laqeyd cəmiyyət üçün bir dəlildir. Bax budur, bu, hər şeyə qadir və hər şeyi bilən Allahın nizamlamasıdır.
  • 39Bizim özü üçün köhnə, quru bir xurma budağına oxşar vəziyyətə qayıdana qədər mənzillər, yerlər nizamladığımız Ay da, o laqeydləşmiş cəmiyyət üçün bir dəlildir.
  • 40Günəşin aya yetişib çatması uyğun olmaz. Gecə də gündüzdən önə keçən deyildir. Hamısı da bir orbitdə üzərlər. (Ya Sin/38-40)
  • 5Allah göydən yerə, sistemləri nizamlayar, sonra da sistemlər ölçüsü sizin saydıqlarınızdan min il olan bir gündə Allaha yüksələr/geri dönər, sistem çökər, (Səcdə/5)

Və Rad/2; Yunus/3; Əraf/54.

Kainata qoyulmuş bu fəaliyyət qanunlarının “haşyət duyacaq kimsələrin ibrət almaları”na işarət olması isə, bu nizamın pozulacağının elmi reallığından dolayı axirətin mütləq mənada reallaşacağının alimlər tərəfindən qəbul edilməsidir.

  1. Quranın xüsusiyyətləri nöqteyi nəzərindən:Rəbbimizin and içdiyi “asanlaşdıran, işi kərə yağından tük çəkər kimi rahat və asan edən, təhrik edən, bezdirməyən, nifrət etdirməyən, insanı təmbəlliyə, ağırdan almağa sövq etməyən” xüsuslardan qəsd Quran ayələridir.

Quran kafirlərin qəlblərinə xəncər kimi saplanmış, onlara daima çətinlik verir. Möminləri isə özünə çəkir, hər yönüylə Allahı tanıdır, Onu nöqsan xüsusiyyətlərdən tənzih edir, hər işlərində möminlərə yol xəritəsi olub, işlərini tənzimləyir. Ehtiva etdiyi ismarıclar tamamilə təsirli sözlərdən ibarət olmaqla, əldən ələ, dildən dilə, könüldən könülə yağ kimi axır və hər kəsin hər işini görür, problemlərini həll edir. Quranın bir adı da “Ruh” olub, ölü səviyyəsindəki kafirlərə həyat verib, möminləşdirir.

“Nəziət” Qurandır, çünki Quran kafirlər üçün daima sıxıntı, bədbinlik və vicdan əzabı vəsiləsi olmuşdur:

  • 41Biz bu Quranda, onların ağıllarını başlarına almaları üçün dediklərimizi müxtəlif şəkillərdə çevirdik/fərqli şəkillərdə şərh/izah etdik. Və bu şərhlər, onların ancaq nif­rətini artırmışdır. (İsra/41)
  • 46Və onların qəlbləri onu qavrayıb anlamasınlar deyə, anlamaqlarına mane olan bir təbəqə, qulaqlarına da bir ağırlıq verdik. Və sən Quranda sadəcə Rəbbini “bir və tək” olaraq andığın zaman, “nifrətlə qaçar vəziyyətdə” uzaqlaşarlar. (İsra/46)
  • 42,43Və onlar var gücləri ilə Allaha and içmişdilər ki, özlərinə xəbərdar edən bir peyğəmbər gələrsə, tam yəqinliklə bilin ki, liderli cəmiyyətlərin hər birindən daha doğru yolda olacaqdılar. Buna baxmayaraq, o zaman ki, özlərinə bir xəbərdar edən gəldi, bu, yer üzündə bir təkəbbürlənmə və pisliyin nizamlanması baxımından onların yalnız nifrətini artırdı. Halbuki, pisliyin nizamlanması ancaq öz nizamlayıcısını hərtərəfli əhatə edir. O halda öncəkilərin qanunundan/öncəkilərə tətbiq olunandan başqa nə gözləyirlər? Onun üçün sən, Allahın buyuruğunda qətiyyən bir dəyişiklik tapa bilməzsən. Sən, Allahın buyuruğunda qətiyyən bir başqalaşma tapa bilməzsən. (Fatir/42, 43)
  • 12Beləliklə, Biz Quranı günahkarların qəlblərinə yerləşdirərik. (Hicr/12)
  • 200,201Beləliklə, onu günahkarların qəlblərinə yerləşdirdik. Onlar acıqlı əzabı görüncəyə qədər ona iman etməzlər. (Şüəra/200, 201)

İndi də mövzumuz olan bölməni təhlil edək:

And ifadə edən ilk ayələrdən sonra, kafirlərin Quran qarşısındakı inadkar münasibətlərinə və bu münasibətin yol açdığı aqibətə toxunulur. Şübhəçi ağılsızlar hər nə qədər peyğəmbərimizdən təhdid edildikləri əzabı dərhal gətirməsini istəyərək inanmaz görünsələr də, beyinlərinin içində daima bir “doğrudanmı?” sualı daşıyırlar.

Yəni, görünüşdə inanmayan, həqiqəti qəbul etməyən bir münasibət sərgiləyən bu inkarçılar, əslində içlərindən “Əgər doğrudursa, əgər varsa!” – deyə şübhəyə düşür və narahat olurlar:

  • 55Küfr edənlər də özlərinə qəflətən qiyamətin qopma anı və ya qısır [yararsız, bəhərsiz] bir günün əzabı gəlincəyə qədər, Qurandan şübhə duymağa davam edəcəklər. (Həcc/55)
  • 1Əlif/1, Lam/20, Ra/200. Bunlar Kitabın və açıq-aşkar, açıqlayıcı bir Quranın ayələridir.
  • 2Zaman-zaman kafirlər: “Kaş ki, Müsəlman olsaydıq!” – deyə təmənna edəcəklər.
  • 12Beləliklə, Biz Quranı günahkarların qəlblərinə yerləşdirərik. (Hicr/1, 2, 12)

“Nazitat”ın Quran olduğunu yuxarıda da ifadə etmişdik. Çünki Quran ayələri möminlərə həm asandır, həm də asanlaşdırandır. Onlara müjdələr verir, xoşbəxt olmalarını təmin edir.

  • 12Qurandan əvvəl də bir başçı və mərhəmət olaraq, Musanın kitabı vardı. Bax budur, bu Quran da, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən insanları xəbərdar etmək, yaxşılıq/gözəllik edənləri müjdələmək üçün ərəb dilində/ən mükəmməl ifadə dili ilə doğrulayan bir kitabdır. (Əhqaf/12)
  • 9,10Şübhəsiz ki, Quran insanları ən doğru və ən sağlam şeyə/kamala bələdçiləyər və quruculuq yolunda fəaliyyət göstərən möminlərə özləri üçün, tam əmin olun və tam qəti olaraq bilin ki, böyük bir əcir olduğunu və axirətə inanmayan insanlar üçün Bizim can yandıran bir əzab hazırladığımızı müjdələyər. (İsra/9, 10)
  • 1–4Bütün təriflər, qatından şiddətli əzaba qarşı xəbərdar etmək, düzəltmək yönündə işlər edən möminlərə, şübhəsiz ki, onlar üçün, içində həmişəlik qalanlar olaraq gözəl bir mükafat olduğunu müjdələmək və “Allah uşaq qəbul etdi” – deyənləri xəbərdar etmək üçün quluna, qoruyucu olaraq, özü ilə heç bir ziddiyyət təşkil etməyən Kitabı endirən Allah üçündür, başqası öyülə bilməz. (Kəhf/1-4)

Və Nəml/1-3; Nəml/49; Mülk/21; İsra/9, 10.

“Sabihat”: Üzdükcə üzərək [əldən ələ, dildən dilə, könüldən könülə dolaşan].

“Sabiqati səbqan”: Önə keçdikcə keçən; [həmişə önə keçən, əhəmiyyətli edən, fərdi və sosial bütün işləri tənzimləyən].

Müdəbbirati əmran”: Quran ayələrinin hər işi tənzimləməsi; Rəbbimizin hər işə aid əmrlərinin, qadağalarının olması; prinsiplər qoyması deməkdir. Əslində elə Qədr surəsində bu açıqlanmışdı.

  • 4,5Xəbərçi ayələr, içlərindəki ruh… can qatan, canlı tutan gücləri ilə Rəblərinin izni ilə/biliyinə uyğun olaraq, o şəfəq sökülənə qədər/aydınlığa qovuşana qədər enərlər… hər bir işdən… Salam! (Qədr/4, 5)

Unudulmamalıdır ki, Qurandakı möcüzə dağlarda, daşlarda, küləklərdə olan möcüzələrdən daha ucadır. Elə bir möcüzədir ki, hər an əl altında və göz önündə olmasına rəğmən, qiyamətə qədər möcüzələri tükənməyəcəkdir.

Rəbbimiz Quranın bütün bu özəlliklərini ön plana çıxararaq onların şahidliyi ilə “Şübhəsiz bunda haşyət duyacaq kimsələr üçün necə ibrətlər” olacağını sübut edir.

Ayədəki “bunda” işarə əvəzliyi ilə işarə edilən fakt, Nəbə surəsində bəhs edilən “insan iki əlinin [iki gücünün; mal və ətrafı]  nə təqdim etdiyinə baxaraq [etdikləriylə üz-üzə gələrək] və kafir insanın: “Ah nə olaydı, mən bir torpaq olsaydım!” – deməsidir.

Ayədə “haşyət [sayğı] duyacaq kimsələr üçün bir ibrət vardır” buyurulmuşdur. Daha əvvəl “haşyət”in “elm qaynaqlı bir sayğı” olduğunu açıqlamışdıq. Burada da bu mövzulara dair elmi olanların bundan ibrət alacağı, kainatdakı ayələri fərq edəcək ağıl və biliyə sahib olmayanlara isə bu ayələrin heç bir şey ifadə etməyəcəyi bildirilir.

  • 9,10Bundan görə də sən dərhal öyüd ver, əgər öyüd fayda verəcəksə/təmin edəcəksə, hörməti olan öyüd alacaqdır. (Əla/9, 10)
  • 21Əgər Biz bu Quranı bir dağa/çox iri cüssəli bir yük götürə bilən varlığa endirsəydik, Allaha olan hörmətlə, sevgi ilə və bilik ilə ürpərtidən onu səmimiyyətlə hörmət duyan, baş əyən və parça-parça olmuş görərdin. Və Biz bu nümunələri yaxşı-yaxşı düşünərlər deyə, insanlara veririk. (Həşr/21)
  • 2–4Biz Quranı sənə sıxıntıya düşəsən/bədbəxt olasan deyə deyil, ancaq hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan insan üçün bir öyüd olsun deyə, yer üzünü və uca göyləri əmələ gətirəndən bir endirilişlə endirdik. (Ta Ha/2-4)
  • 28İnsanlardan, digər canlı varlıqlardan və davarlardan da belə cürbəcür rəngdə olanlar vardır. Qulları arasında Allahdan ancaq biliklilər hörmətlə, sevgi ilə, biliklə ürpərirlər. Heç şübhəsiz, Allah çox güclüdür, çox bağışlayandır. (Fatir/28)

Quran, burada olduğu kimi, başqa surə başlarında da bir çox dəfə belə məcazi ifadələr ilə tanıdılmışdır:

  • 1–7Qrup şəklində/nəcm-nəcm göndərilərək, önünə gələnləri alt-üst edən, cəmiyyətləri canlandırdıqca canlandıran, canlandırdıqca da haqqı və batili ayıran, üzrxahlıq və ya xəbərdarlıq olaraq öyüd verən Quran ayələri sübutdur ki, qətiyyətlə təhdid olunduğunuz, qorxudulduğunuz şey, mütləq baş verəcəkdir. (Mürsəlat/1- 7)
  • 1–5O səflər halında düzülən/düzən, sonra da qışqırıb sürükləyən, qışqırıb sürüklədikdən sonra da öyüd verən Quran ayələri sübutdur ki, sizin Tanrınız qəti olaraq, Bir Təkdir. O, göylərin, yerin və onlar arasındakıların Rəbbidir. Şərqlərin də Rəbbidir. (Saffat/1- 5)
  • 1–6O toz-duman qaldırdıqca qaldıranlar, arxasından ağırlığı daşıyanlar, sonra asanlıqla axanlar, sonra da bir əmri paylaşdıranlar dəlildir ki, şübhəsiz, təhdid olunduğunuz o şey, qətiliklə doğrudur. Şübhəsiz ki, edilənlərin qarşılıqlarının verilməsi də qəti olaraq reallaşacaqdır. (Zəriyət/1-6)

10,11Onlar: “Biz təkrar köhnə/əvvəlki halımıza döndəriləcəkmişik? Biz çürümüş sümüklər olduqdan sonramı?” – deyərlər.

12Dedilər ki: “Belə isə bu, çox zərərli bir dönüşdür”.

27–33Yaradılışca sizmi daha mürəkkəbsiniz, yoxsa göymü? Göyü Allah yaratdı boyunu yüksəltdi, sonra da onu nizama saldı, gecəsini qaraltdı və işığın parlaqlığını çıxartdı. Və ondan sonra sizin və heyvanlarınızın yararlanması üçün yer üzünü döşədi/yer üzündən suyunu və otlağını çıxardı, dağları da dəmirlədi/sağlam bir şəkildə yerləşdirdi.

Bu ayələr Nəbə surəsinin davamı, bir az da açılışı mahiyyətindədir. Nəbə surəsində “o çox böyük və əhəmiyyətli xəbər” barəsində soruşanların, mübahisə edənlərin içində olduqları problemlərin detalı verilir və onlara cavablar verilir:

Onlar, Qurandakı əhəmiyyətli xəbərləri eşitdikcə, bir-birlərinə: “Biz təkrar əvvəlki halımızamı döndəriləcəyik? Biz, çürümüş sümüklər olduqdan sonramı?”, “Elə isə bu çox zərərli bir dönüşdür” – deyirlər.

Rəbbimiz bu insanlara “dirilmə”nin mümkün, “diriltmə”nin də Özü üçün çox asan olduğunu bildirərək, insanları düşünməyə dəvət edir: “Yaradılışca sizmi daha çətinsiniz, yoxsa göymü? Onu [göyü], O [Allah] yaratdı; boyunu yüksəltdi, sonra da onu nizama saldı, gecəsini qaraltdı və ışığın parlaqlığını çıxartdı. Və ondan sonra, sizin və heyvanlarınız faydalanması [yararlanması] üçün yer üzünü döşədi; ondan [yer üzündən] suyunu və otlağını çıxardı, dağları da dəmirlədi [sağlam bir şəkildə yerləşdirdi].

Ayədəki “Yaradılışca sizmi daha çətinsiniz, yoxsa göymü?” ifadəsinin ilk müxatibi axirəti inkar edən o günkü Məkkəli müşriklər olmaqla bərabər, əslində bütün zamanlardakı inkarçılardır. Ayədə soruşulan bu suallar, bütün inkarçıların cavablaması gərəkən suallardır. Rəbbimiz, insanlar ağıllarını başlarına alsınlar, özlərinə gəlsinlər dəyə bu mövzuda bir çox dəfə xəbərdarlıq etmişdir:

  • 57Əlbəttə, göylərin və yerin yaradılması insanların yaradılmasından daha mürəkkəbdir. Amma insanların çoxu bilmirlər. (Mömin/57)
  • 49Və onlar dedilər ki: “Biz bir sümük yığını və ovalanıb toz olandan sonramı? Həqiqətən biz yeni bir yaradılışla dirildiləcəyikmi?”
  • 50–52De ki: “İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir ya­ra­dılış olun”. Sonra onlar: “Bizi kim geri döndərəcək?” – deyəcəklər. De ki: “Sizi ilk də­fə yoxdan yaratmış olan”. Buna görə də sənə başlarını bulayacaqlar və: “Nə za­man­dır bu?” – deyəcəklər. De ki: “Çox yaxın olması umulur! Sizi çağıracağı/di­ril­di­lə­cəyiniz gün, Onu öyərək Onun çağırışına uyacaqsanız və sadəcə, çox az qaldığınızı zənn edəcəksiniz”. (İsra/49-52)
  • 78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi. Dedi ki: “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”
  • 79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız.
  • 81Göyləri və yeri yaradanın onlar kimilərini də yaratmağa gücü yetməzmi? Bəli, əlbəttə, gücü yetər! Və O, çox mükəmməl yaradandır, çox yaxşı biləndir. (Ya Sin/78-81)
  • 15–17Və onlar: “Bu aşkar ovsundan başqa bir şey deyildir. Öldüyümüz və torpaq, sümük olduğumuz zamanmı, həqiqətənmi biz təkrar diriləcəkmiyik? Əvvəlki atalarımızdamı?” – deyirlər. (Saffat/15-17)

Ayədəki “Və ondan sonra, sizin və heyvanlarınız üçün bir faydalanma olmaq [yararlanmaq] üçün yer üzünü döşədi” ifadəsindəki sonralıq “zamanda sonralığı” deyil, kəlamdakı sonralığı ifadə edir. “ثمّ sümmə” və “بعد badə” ədatlarının sadəcə zamanda sonralığı deyil, kəlamda sonralığı ifadə etdiyini bundan öncə [Bələd/17Qələm/13-ün təhlillərində] bir neçə dəfə açıqlamışdıq. Ona görə də, bu ayə də yer kürəsinin səmalardan sonra yaradıldığı şəklində anlaşılmamalıdır. Buna bənzər bir ayə də irəlidə [Bəqərə/29] gələcəkdir.

Yer kürəsi ilə göylərin yaradılışı Fussilət surəsində geniş şəkildə yer almışdı:

  • 9De ki: “Siz yer üzünü iki mərhələdə yaradanı doğrudanmı örtəcəksiniz/inan­ma­­ya­caq­sınız? Bir də Ona şəriklər qoşursunuz! O, aləmlərin Rəbbidir!”
  • 10Və O, yer üzünün içində sabit dağlar yerləşdirdi. Orada bərəkətlər meydana gətir­di. Orada araşdırıb istəyənlər üçün eyni olaraq/ayırmadan ruzilərı dörd mərhə­lədə ni­zam­ladı.
  • 11Sonra duman halında olan göyə yerləşdi/hegemonluq qurdu, ona və yer üzünə: “İstəyərək və ya istəməyərək gəlin!” – dedi. İkisi də: “Biz istəyərək gəldik” – dedilər. (Fussilət/9-11)

6O gün sarsan sarsacaq.

7Onun ardınca ikinci bir sarsıntı da olacaq.

8O gün ürəklər titrəyərək döyünər.

9Onların gözləri hörmətlə baxar.

13Bax budur, o, bir tək qışqırıqdır.

14Bir də baxarsan, onlar meydandadır.

Rəbbimiz ətrafımızdakı ayələrinə [kainatdakı dəlil və işarələrinə] diqqət çəkdikdən sonra, bunların aqibətinə dair açıqlamalar edir.

Birinci sarsıntı ilə “qiyamət qopduğunda dünyanın alt-üst olması” qəsd edilərkən, ikinci sarsıntı ilə də ölülərin ayağa qalxmasına işarə edilir. Bu fakta daha öncəki surələrdə də bir çox dəfə toxunulmuşdu. Xatırlatmaq üçün bu nümunə ilə kifayətlənirik:

  • 68Və Sura üflənmişdir və Allahın dilədiyi istisna olmaqla, göylərdə kim varsa, yerdə kim varsa çırpılıb, yıxılmışdır. Sonra ona, yenə bir daha üflənmişdir və onlar qalxmışlar, qarşıda baxıb dururlar. (Zümər/68)

Ayədəki “Ürəklər o gün titrəyərək çarpar” ifadəsinin oyatdığı qorxu psixologiya, qorxu və dəhşət içindəki kafirlərin psixoloji vəziyyətlərini əks etdirir. Çünki o gün möminlər təhlükəsizlikdə olacaqdır:

  • 1,2Ey insanlar! Rəbbinizin qoruması altına girin! Şübhəsiz ki, qiyamətin qopma anının sar­sıntısı çox böyük bir şeydir. Onu görəcəyiniz gün, hər əmzikli qadın əmiz­dir­di­yin­dən əl çəkər. Və hər hamilə qadın daşıdığını buraxar. Və sən insanları sərxoş ol­madıqları halda, sərxoş kimi görərsən. Hələ Allahın əzabı çox şiddətlidir. (Həcc/1, 2)
  • 101,102Şübhəsiz, tərəfimizdən özlərinə “Ən Gözəl” hazırlanan insanlar… Bax budur, onlar cəhənnəmdən uzaqlaşdırılmışlardır. Onlar cəhənnəmin uğultusunu eşitməz­lər. Onlar nəfslərinin istədiyi şeylər içərisində həmişəlik qalanlardır.
  • 103O ən böyük qorxu onları məyus etməz və özlərinə xəbərçilər: “Bax budur, bu sizə söz verilmiş olan gününüzdür” – deyə ağıllarına gətirərlər. (Ənbiya/101-103)
  • 21–23Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yer üst-üstə sarsıntılarla dümdüz edildiyi zaman, Rəbbinin hesaba çəkdiyi, göndərdiyi vəhylər şahid olaraq səf-səf düzüldüyü zaman, o gün cəhənnəm də gətirilmişdir; o insanın, o gün ağlı başına gələcəkdir, artıq ağlının başına gəlməsinin ona nə xeyri var ki?! (Fəcr/21-23)

34Artıq o ən böyük fəlakət gəldiyi vaxt,

35O gün, insan nə etdiyini yaxşıca anlayacaq.

36Görən kimsələr üçün, cəhənnəm açıq-aşkar göstəriləcək.

37–39Artıq hər azana və dünya həyatını üstün tutmuş kimsəyə gəlincə, bax budur, şübhəsiz, cahim/cəhənnəm  çatılacaq yerin məhz özüdür.

40,41Rəbbinin məqamından qorxan və özünü boş, dünyəvi arzulardan çəkindirənə gəlincə, artıq, heç şübhəsiz, cənnət sığınacağın məhz özüdür.

Bu ayələr, qiyamətin qopmasından sonra kimsənin edəcəyi bir şey qalmayacağı; buna görə də hər kəsin sağ ikən özünə verilən fürsəti doğru dəyərləndirməli olduğu ismarıcını verir.

Qiyamət gəldikdə, o gün insan nə etdiyini yaxşıca anlayacaq. Görən kimsələr üçün cəhənnəm açıq-aşkar göstəriləcək. Hər azmış və dünya həyatını tərcih etmiş kimsə qətiliklə cəhənnəmə, Rəbbinin məqamından qorxan və nəfsini həvadan çəkindirən kimsə isə cənnətə göndəriləcəkdir.

  • 6Artıq hamısını dirildəcəyi gün etdikləri şeyləri özlərinə xəbər verə­cək­dir. Allah onların etdikləri şeyləri bir-bir saymışdır, onlar isə unutmuşlar. Və Allah hər şeyə ən yaxşı şahiddir. (Mücadilə/6)
  • 87–91Və ye­nidən di­rildilən gün mal və oğulların sağlam bir qəlblə/gerçək imanla Allaha gə­lənlərdən baş­qasına fayda vermədiyi və cənnətin Allahın qoruması altına girənlərə ya­xın­laş­dırıldığı, azğınlar üçün də cəhənnəmin açılıb, göstərildiyi gün, məni rüsvay etmə!”– dedi. (Şüəra/87-91)
  • 71Və Rəbbinin öhdəsinə götürmüş olduğu qətiləşmiş bir hökm olaraq, içinizdən cəhənnəmin xaricinə/toplanma yerinə uğramayacaq heç kimsə yoxdur.
  • 72Sonra Biz Allahın qoruması altına girənləri qurtararıq. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri də cəhənnəmin xaricində/toplanma yerində dizləri üzərinə çökmüş halda buraxarıq. (Məryəm/71, 72)
  • 101,102Şübhəsiz, tərəfimizdən özlərinə “Ən Gözəl” hazırlanan insanlar… Bax budur, onlar cəhənnəmdən uzaqlaşdırılmışlardır. Onlar cəhənnəmin uğultusunu eşitməz­lər. Onlar nəfslərinin istədiyi şeylər içərisində həmişəlik qalanlardır.
  • 103O ən böyük qorxu onları məyus etməz və özlərinə xəbərçilər: “Bax budur, bu sizə söz verilmiş olan gününüzdür” – deyə ağıllarına gətirərlər. (Ənbiya/101-103)
  • 12O, çılgın alov onları uzaq bir yerdən görüncə, onun qəzəblənməsini və uğultusunu eşitdilər. (Furqan/12)

35-ci ayədəki “O gün, insan nə etdiyini yaxşı-yaxşı anlayacaq” ifadəsiylə, insanın hələ əməl dəftəri əlinə verilmədən öncə, dünyada bütün etdiklərini tək-tək xatırlamağa başlayacağı açıqlanır.

  • 46Əslində onlara vəd edilən, o saatdır. O saat, həqiqətən daha faciəvi və daha acıdır. (Qəmər/46)
  • 21–23Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yer üst-üstə sarsıntılarla dümdüz edildiyi zaman, Rəbbinin hesaba çəkdiyi, göndərdiyi vəhylər şahid olaraq səf-səf düzüldüyü zaman, o gün cəhənnəm də gətirilmişdir; o insanın, o gün ağlı başına gələcəkdir, artıq ağlının başına gəlməsinin ona nə xeyri var ki?! (Fəcr/21-23)

42Səndən o Qiyamətin qopma vaxtı barədə soruşurlar: “Onun lövbər atması nə zamandır?”

43Onun anılmasından səndə nə var ki/onun barəsində nə bilirsən ki?

44Onun nəticəsi, sadəcə, sənin Rəbbinə aiddir.

45Sən ancaq qiyamətin qopma zamanına hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan insanların xəbərdar edənisən.

46Sonra onlar onu görəcəkləri gün, dünyada bir axşam və ya sübh çağından başqa olmamış kimidirlər.

Bu ayələrdə qiyamətin nə zaman qopacağının soruşulduğu açıqlanıb, onlara lazımi xəbərdaredici cavablar verilir. Daha əvvəl bir çox dəfə açıqladığımız kimi, Məkkəli müşriklər Rəsulullahdan tez-tez qiyamətin nə zaman qopacağını soruşurdular. Əsl məqsədləri qiyamətin tarix və vaxtını təsbit etmək deyil, sadəcə lağ etməkdi.

Ayədəki “onun lövbər atması nə zaman?” ifadəsi, “onun son ha­lı” deməkdir. Bilindiyi kimi, gəminin lövbər atacağı yer, gəminin gəlib çatdığı son yerdir.

Qiyamətə dair məlumat Ondan başqasının yanında əsla mövcud olmaz. Bu bir çox dəfə (Əraf/187, 188; Loğman/34; Ta Ha/15; Əhzab/63, 73; Ya Sin/11; Talaq/3; Ənfal/18; Əhqaf/35) açıqlanmışdır.

15Musanın xəbəri sənə gəldimi?

16,17Bir zaman Rəbbi ona müqəddəs Tuva vadisində/iki dəfə təmizlənmiş vadidə səslənmişdi: “Fironun yanına get! Şübhəsiz, o yolunu azdı”.

18,19Sonra de ki: “Arınmaq/təmizlənmək istəyirsənmi? Həmçinin səni Rəbbinə bələdçiləyim və Ona hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyasan!”

20Sonra da Musa Firona o ən böyük əlaməti/nümunəni göstərdi.

21–24Sonra da Firon yalan saydı və qarşı çıxdı. Sonra tez geriyə döndü. Sonra toplayıb səsləndi və: “Mən sizin ən uca Rəbbinizəm!” – dedi.

25Allah da onu dünya və axirət əzabı ilə yaxaladı.

Bu ayə qurupunda azğın Firon və ona elçi gedən Musa peyğəmbərin hekayəsinə çox qısa olaraq təkrar toxunulmuşdur. Beləliklə, Rəsulullah təsəlli edilmiş və sanki ona “Firon, sənin müasirin olan ka­firlərdən daha güclü idi. Amma Biz, onu da [əzabımızla] yaxaladıq. Bunlar da elə olacaqlar” ismarıcı verilmişdir.

Musa və Fironun xəbərlərinə dair daha öncəki surələrdə bir çox detal verilmişdi. Bunlardan sadəcə bir neçəsini xatırlatmaqla kifayətlənirik:

  • 24Fironun yanına get, şübhəsiz ki, o düz yoldan azdı” – dedi. (Ta Ha/24)
  • 38Firon da: “Ey öndə gedənlər! Sizin üçün məndən başqa bir tanrı bilmədim. Ey Haman, mənim üçün palçıq üzərinə dərhal atəş yandır/kərpic emal et və Musanın tanrısı haqqında məlumat əldə etməyim üçün mənə bir qüllə düzəlt. Və şübhə yox ki, onun yalançılardan biri olduğuna tam əmin olun ki, inanıram” – dedi. (Qasas/38)
  • 99Və həm bu dünyada, həm də qiyamət günündə kənarlaşdırılaraq izləndilər. Bu verilən nə pis bir veriləndir! (Hud/99)

20-ci ayədə bəhs edilən “ən böyük ayə [göstəriş]” ilə Musaya vəhy edilmiş olan Tövrata, digər bir ifadəylə Musanın çoban əsasını atıb, onun yerinə əlinə almış olduğu həyat qaynağı olan kitaba işarə olunur.

Bilindiyi kimi, Musaya ayə, göstəriş mənasında, kitab olaraq Tövrat, vəzir olaraq isə Qardaşı Harun verilmişdir:

  • 21Allah: 23“Sənə ən böyük əlamətlərimizdən/nümunələrimizdən göstərməyimiz üçün 21tut onu, qorxma! Biz onu ilk vəziyyətinə/yenə çox yararlı halına çevirəcəyik. 22Digər bir əlamət/nümunə olaraq da gücünü/qanadına yüklə, çirkinlik olmadan, tam qüsursuz, mükəmməlcə çıxacaqsan” – dedi. (Ta Ha/21-23)
  • 35Və and olsun ki, Musaya Kitabı verdik, qardaşı Harunu da onunla birlikdə köməkçi, dəstəkçi verdik.
  • 36Sonra da: “Haydı, ayələrimizi yalan sayan o cəmiyyətə gedin!” – dedik. Sonunda da ayələrimizi yalan sayan o qövmü parçalayıb, yox etdik. (Furqan/35-36)

Qısaca xülasə etsək, Firon, Musanın (əs) digər sehirbazlar (insanı ovsunlayacaq dərəcədə biliklilər) kimi birisi olduğunu və elçiliklə əlaqəsinin mövcud olmadığını irəli sürmüş və ondan iddiasını isbat etməsini istəmişdir. Sonra da Misirdə olan ən hünərli sehirbazları (insanları ovsunlayacaq dərəcədə üstün səviyyəli bilikliləri) toplayaraq Musa (əs) ilə müsabiqə; açıq yığıncaq keçirmələrini, müzakirə etmələrini əmr etmişdir. Sehirbazlar (insanı ovsunlayacaq dərəcədə biliklilər), Fironun əmrinə uyub, mükafat da umaraq sadə, vəhyin qarşısında boş-boş mənasız şeylər kimi qalan iddialarını ortaya qoymuşlar. Belə ki, özlərinin o qədər hünərləri qarşısında Musanın (əs) ortaya qoyduğu elmin və hikmətlərin özlərininki kimi bir aldatmaca deyil, Musanın elçiliyinin bir əlaməti olduğunu anlayaraq dərhal iman etmişdilər. Beləliklə, Fironun silahı geri dönmüş və haqq qarşısında məğlub olmuşdur. Firon, bu ruh halı içərisində daha da azğınlaşaraq cəmiyyətinə: “Mən, sizin ən uca Rəbbinizəm!” – demişdir.

Fironun bu ifadəsi bir neçə yerdə yenə keçir. Fironun əqidəsini qavraya bilmək üçün bu ayələri nəzərə almaq lazımdır:

  • 29Firon: “Məndən başqa tanrı qəbul edirsən? And olsun ki, səni zindana saldıraram” – dedi. (Şüəra/29)
  • 38Firon da: “Ey öndə gedənlər! Sizin üçün məndən başqa bir tanrı bilmədim. Ey Haman, mənim üçün palçıq üzərinə dərhal atəş yandır/kərpic emal et və Musanın tanrısı haqqında məlumat əldə etməyim üçün mənə bir qüllə düzəlt. Və şübhə yox ki, onun yalançılardan biri olduğuna tam əmin olun ki, inanıram” – dedi. (Qasas/38)
  • 127Firon qövmündən öndə gedən kəslər də: “Səni və sənin tanrılarını/səni tanrılaşdırmağı tərk etsinlər və yer üzündə qarışıqlıq çıxarsınlar deyəmi Musanı və qövmünü sərbəst buraxacaqsan?” – dedilər. Firon dedi ki: “Onların oğullarını öldürəcəyik, qızlarını sağ buraxacağıq və biz onlar üzərində əzici bir gücə sahib olanlarıq”. (Əraf/127)
  • 51–53Və Firon qövmünün içində səsləndi: “Ey qövmüm! Misir hökmdarlığı və altımdan axıb gedən bu çaylar mənim deyilmi? Hələ görmürsünüz? Yaxud mən bu zavallının məhz özü olan, az qala məramını anlada bilməyəndən daha xeyirli deyiləmmi? Həm də onun üzərinə qızıl bilərziklər atılmalı və ya özü ilə bərabər sıx-sıx səflər halında mələklər gəlməli deyildimi?” – dedi. (Zühruf/51-53)

Bu ayələrdən anlaşılacağı kimi, Firon, bu sözləri “Allaha heç inanmıram, kainatın yaradıcısı mənəm” mənasında söyləməmişdir. O, yaradıcı mənasında deyil, siyasi mənada tanrılığını elan etmişdir.  Bununla “İqtidarın tək sahibi mənəm və bu diyarda məndən başqa iqtidar sahibi kimsə yoxdur və ola bilməz” demək istəmişdir.

Fironun inancı ilə əlaqədar olaraq daha əvvəl Əraf/127-nin təhlilində geniş açıqlama edildiyindən, mövzunun oradan oxunmasını məsləhət görürük.

طوى Tuva. Mövzumuz olan bölmədə keçən sözlərdən biri də “Tuva” sözüdür. Bu sözlə əlaqədar olaraq Ta Ha surəsində bu açıqlamanı etmişdik:

Bu sözün keçdiyi cümlə ümumiyyətlə “Şübhəsiz, sən təmizlənmiş vadidəsən; Tuvadasan”şəklində tərcümə edilərək “Tuva” sözü xüsusi bir vadinin adı olaraq açıqlanmışdır. Ancaq Zebidi, ən əhəmiyyətli ərəb qaynaqları arasında yer alan Tacül-Arus adlı əsərində belə bir vadidən heç bəhs etməmişdir. Eyni mövzu üzərində əmək sərf edənlərdən biri olan Zəmahşəri isə “tuva” sözünün mənasının “iki dəfə” demək olduğundan yola çıxaraq, cümləyə “sən iki dəfə təmizlənmiş bir vadidəsən” mənasını vermişdir.

Allah, doğrusunu ən yaxşı biləndir.

[1] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[2] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[3] İbn Kesir.

[4] Razi; el Mefatihul Gayb.

[5] Razi; el Mefatihul Gayb.

[6] Lisanü’l-Arab; c: 8, s: 518-520, nza mad.

[7] Lisan; 8/557-560. nşt mad.