MƏKKƏ DÖVRÜ
Nəcm: 317
1Şübhəsiz, Biz özlərinə çox acıqlı bir əzab gəlməzdən öncə, qövmünü xəbərdar etsin deyə, Nuhu qövmünə elçi göndərdik.
2–4Nuh dedi ki: “Ey qövmüm! Şübhəsiz ki, mən sizin üçün açıq-aşkar bir xəbərdar edənəm. Allaha qulluq edin, Onun qoruması altına girin və mənə itaət edin ki, sizin günahlarınızı bağışlasın və sizi adı qoyulmuş bir müddətin sonuna qədər ertələsin. Şübhəsiz ki, Allahın nizamladığı/müəyyən etdiyi müddətin sonu gəlincə, təxirə salınmaz. Əgər bilsəydiniz”.
5–12Nuh dedi ki: “Rəbbim! Şübhəsiz, mən qövmümü gecə-gündüz/daima dəvət etdim. Lakin, mənim çağırmağım onların, sadəcə, uzaqlaşmalarını artırdı. Və şübhəsiz, mən onları Sənin onları bağışlamağın üçün hər dəvət etdiyimdə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr etdilər, təkəbbürləndikcə, təkəbbürləndilər. Sonra şübhəsiz ki, mən onları yüksək səslə çağırdım. Sonra, şübhəsiz ki, onlar üçün elan etdim. Onlar üçün gizli-gizli də söylədim. Sonra dedim ki: “Rəbbinizin sizi bağışlamasını istəyin. Qətiliklə O, çox bağışlayandır. Üzərinizə göydən bol yağış yağdırsın. Sizə mallar və oğullar ilə kömək etsin, sizin üçün bağçalar, çaylar yaratsın. 13Sizə nə olur ki, Allahın “ağır davranış”edə biləcəyinə ümid etmirsiniz?
14”Halbuki, O, sizi həqiqətən tavır-tavır/mərhələ-mərhələ yaratmışdır. 15,16Allahın yeddi göyü təbəqələr halında/uyğun bir şəkildə necə yaratdığını və ayı onların içində bir işıq etdiyini, Günəşi də bir çıraq etdiyinı görmədinizmi? 17Və Allah, sizi yer üzündən bir bitki olaraq bitirdi. 18Sonra sizi oraya geri çevirəcək və sizi bir çıxışla çıxaracaqdır. 19,20Və Allah sizin üçün yer üzünü, yer üzündən geniş-geniş yollarda gedəsiniz deyə, bir döşənəcək etmişdir”.
21–24Nuh: “Rəbbim! Şübhəsiz ki, qövmüm mənə üsyan etdi. Malı və övladı özünə zərərdən başqa bir şey verməyən kəsə uydular. Və onlar böyük tələlər qurdular. Və: “Qətiyyən tanrılarınızı buraxmayın. Və qətiyyən Vedd, Suva, Yagus, Yeuk və Nəsri[1] buraxmayın” – dedilər. Qətiliklə bir çoxlarını da azdırdılar. Sən də o şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin sadəcə, azğınlığını artır” – dedi.
26–28Və Nuh dedi ki: “Bu yerdə dolaşan kafirlərdən bir tək insan buraxma. Şübhəsiz ki, sən onları buraxsan, qullarını yoldan çıxararlar və sadəcə, din-iman tanımayıb pisliyə batan və kafir övladlar doğub törədəcəklər. Rəbbim! Mənim üçün, anam-atam üçün, mömin olaraq evimə girən insanlar üçün, mömin kişilər və mömin qadınlar üçün mağfirət et/bağışla hamımızı! Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə də yox olmağı artır”.
25Onlar xətalarına görə suda boğuldular, sonra da atəşə atıldular. Sonra da özləri üçün Allahın yaratdıqlarından köməkçilər tapa bilmədilər[2].
(71/71, Nuh/1–24, 26–28, 25)
[1]Burada isimləri bildirilən bütlər, Nuhun cəmiyyətinin sözdə tanrıları idi. Rəsulullah dövründə Ərəbistan coğrafyasında da bu adla anılan bütlər var idi.
[2]Texniki səbəbdən və mənaya uyğun olaraq, Rəsmi Tərcümədəki 25–ci ayəni, 28–ci ayənin sonunda tərtib etdik.