QASAS SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 150

 

1Ta/9, Sin/60, Mim/40[1].

2Bunlar, aydın və açıqlayıcı kitabın ayələridir.

3Biz iman edəcək bir cəmiyyət üçün Musa və Fironun önəmli xəbərlərindən bir qismini sənə haqq ilə oxuyuruq, təqib etdirırik.

4Şübhəsiz ki, Firon, yer üzündə ucaldı və idarəsi altında olan insanları qruplara ayırdı/onlardan bir qrupunu gücsüzləşdirmək istəyir, onların oğullarını boğazlayır – təh­­silsiz, təlimsiz buraxıb xüsusiyyətsiz bir kütlə təşkil edərək gücsüzləşdirir, qızla­rı­nı da sağ buraxırdı. Şübhəsiz ki, o, fitnə-fəsad törədənlərdən idi.

5Biz isə istəyirik ki, yer üzündə gücsüzləşdirilmişlərə ərmağan verək, onları başçı­lar və mirasçılar edək. 6Və onları yer üzündə sağlam şəkildə yerləşdirək. Firon, Haman və hər ikisinin əsgərlərinə, onlardan çəkinməkdə olduqları şeyləri gös­tərək.

7Və Biz Musanın anasına vəhy etdik: “Onu əmizdir. Əgər onun üçün qorxursansa, onu çaya burax, qorxma və kədərlənmə. Şübhəsiz, Biz onu sənə döndərəcəyik və özünü elçilərdən biri edəcəyik”.

8Sonra da Firon ailəsi onu özləri üçün bir düşmən və kədər – “tapılmış” olaraq aldı. Şübhəsiz ki, Firon, Haman və bu ikisinin əsgərləri xəta edənlər idilər.

9Və Fironun xanımı: “Mənim və sənin üçün göz aydınlığı! Onu öldürməyin, bəlkə bizə bir faydası toxunar, ya da onu övlad edərik” – dedi. Və onlar işin fərqində ol­madı­lar.

10Musanın anası ürəyi bomboş oyandı. Əgər Biz inananlardan olması üçün onun qəlbini yaxşılaşdırmamış olsaydıq, haradasa bu işi bəlli edəcəkdi. 11Və Mu­sa­nın anası Musanın bacışına:– “Onu izlə” – dedi. O da dərhal, onlar fərq etmədən, uzaqdan onu izlədi.

12Və Biz daha əvvəl ona süd analarını haram etdik. Buna görə də Musanın bacısı: “Sizə, ona sizin yerinizə baxa biləcək və ona öyüd verib, tərbiyə edəcək bir ailə göstərimmi?” – dedi.

13Beləliklə, Biz onu gözü aydın olsun, qəm çəkməsin və Allahın verdiyi sözün ger­çək olduğunu bilsin deyə, anasına geri verdik. Və lakin onların çoxu heç bil­məz­lər.

14Və Musa igidlik çağına girib oturuşunca, Biz ona qaydalar və bilik verdik. Və Biz gözəl davrananları bax budur, belə qarşılıqlandırırıq.

15Və Musa, şəhər xalqının xəbərsiz olduğu bir anda şəhərə girdi. Sonra orada biri öz tərəfindən, digəri düşmən tərəfindən, bir-birlərini öldürməyə çalışan iki nəfər gör­dü. Sonra öz tərəfindən olan düşmənə qarşı Musadan kömək istədi. Musa da o birinə dər­hal bir yumruq endirdi, o da dərhal öldü. Musa: “Bu, şeytanın işindəndir, şübhəsiz ki, o, azdırıcı, açıq-aşkar bir düşməndir” – dedi.

16Musa: “Rəbbim! Şübhəsiz ki, özümə haqsızlıq etdim. Artıq məni bağışla!” dediyinə görə, Allah onu bağışladı. Şübhəsiz ki, O, çox bağışlayanın, çox mərhəmət edənin məhz özüdür.

17Musa: “Rəbbim! Mənə nemət olaraq verdiyin şeylərə and olsun ki, artıq heç bir zaman günahkarlara arxa çıxmayacağam” – dedi.

18Sonra da Musa şəhərdə qorxu  içində, ətrafı nəzarət edərək sabahladı. Bir də nə görsün, dünən özündən kömək istəyən adam, yenə də fəryad edərək ondan kömək istəyir. Musa ona: “Şübhəsiz, sən açıq-aşkar bir azğınsan!” –  dedi.

19Musa ikisinin də düşməni olan adamı yaxalamaq istədikdə, o adam: “Ey Musa! Dünən bir nəfəri öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən sadəcə, yer üzündə bir qaba olmaq istəyirsən və sən düzəldənlərdən olmaq istəmirsən” – dedi.

20Və şəhərin o biri ucundan bir nəfər qaçaraq gəldi. Dedi ki: “Ey Musa! Öndə gedənlər səni öldürmək üçün sənin haqqında söhbət edirlər. Dərhal çıx! Şübhəsiz ki, mən öyüd verənlərdənəm”.

21Sonra da Musa qorxa-qorxa, nəzarət edərək oradan çıxdı: “Rəbbim! Məni şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmündən qurtar!” – dedi.

22Və Musa Mədyənə doğru yönəldiyində: “Rəbbimin mənə yolun doğrusunu göstərəcəyini umuram” – dedi.

23Və Musa Mədyən suyuna çatdıqda, orada heyvanlarını sulayan insanlardan bir başçılı camaat gördü. Və Musa heyvan sulayanlar qədər güclü olmayan, heyvanlarını geri çəkən iki qadın gördü. Dedi ki: “Halınız nədir?” Dedilər ki: “Çobanlar sulayıb çəkilmədən, biz sulamarıq, atamız da çox yaşlı bir ixtiyardır”.

24Buna görə də Musa, ikisi üçün heyvanları suladı. Sonra kölgəyə çəkildi və: “Rəbbim! Şübhəsiz ki, mən, yaxşılıqdan mənə endirdiyin şeyə möhtacam” – dedi.

25Sonra, o iki qadından biri utana-utana Musanın yanına gəldi. Dedi ki: “Atam, bizim yerimizə sulamağının ödənişini qarşılamaq üçün səni çağırır”. Musa qızın atasının yanına gəldi və başına gələnləri ona anlatdı. Qızın atası: “Qorxma, o şə­rik qo­şa­raq, səhv/öz zərərlərinə iş etmiş cəmiyyətdən qurtardın” – dedi.

26Onun iki qızından biri: “Atacan! Onu muzdla tut. Şübhəsiz, muzdla tutulan insanların ən yaxşısı, güclü və etibarlı olanıdır” – dedi.

27Qızların atası dedi ki: “Həcc edilən/niyyət edilən/müqavilədə göstərilən səkkiz il mə­nə işləməyinə əvəz olaraq, bu iki qızımdan birini sənə nikahlamaq istəyirəm. Əgər müddəti on ilə ta­mamlayarsan artıq o özündən, sənə ağırlıq vermək də istəmərəm. İnşallah məni sa­lehlərdən görəcəksən”.

28Musa: “Bu, səninlə mənim aramdadır. Bu iki müddətdən hansının sonunu ger­çək­ləş­­dirərəmsə, demək ki, mənə qarşı düşmənçilik/məsuliyyət olmayacaqdır. Və söy­lə­dik­lə­ri­mi­zə Allah vəkildir [qoruyaraq, dəstəkləyərək həyata keçirəndir]” – dedi.

29Artıq Musa müddəti tamamlayıb, ailəsi ilə/yaxınları ilə yola çıxınca, dağ tərəfındən bir atəş hiss etdi. Ailəsinə: “Mənim sizə bir xəbər gətirməyim üçün siz gözləyin/mən bir atəş hiss etdim, yaxud isinərsiniz deyə, o atəşdən bir parça gətirərəm” – dedi.

30–32Sonra ora çatdığında, o bərəkətli torpaq parçasındakı vadinin sağ tərəfındən, bir ağacdan səslənildi: “Ey Musa! Heç şübhəsiz ki, Mən aləmlərin Rəbbi Allahın məhz özüyəm! Və təcrübələrini ortaya at! Təcrübələrini sanki görünməyən bir varlıq kimi, hərəkət etdiyini görüncə də, dönüb arxasına baxmadan qaçdı. “Ey Musa! Yaxın gəl, qorxma. Tam əmin ol ki, sən əmniyyətdə olanlar­dansan. Qoynundakı gücünü işə sal, qüsursuz, mükəmməlcə çıxacaqsan[2]. Səni qorxudan qanadını özünə çək. Bax budur, bu ikisi Firon və onun adamlarına qarşı Rəbbin tərəfındən iki qəti dəlildir. Şübhəsiz ki, onlar yoldan çıxan bir cəmiyyət olmuşdular”.

33,34Musa dedi ki: Rəbbim! Şübhəsiz, Mən onlardan bir adam öldürdüm, indi onların məni öldürməklərindən qorxuram. Qardaşım Harunu da mənimlə göndər, o, dil baxımından məndən daha yaxşı, gözəl və təsirlidir. Ona görə də onu da, məni doğrulayan bir köməkçi olaraq, mənimlə birlikdə göndər. Şübhəsiz ki, mən, məni yalan saymalarından qorxuram”.

35Allah dedi ki: “Səni qardaşınla dəstəkləyəcəyik və ikiniz üçün bir güc, iqtidar təşkil edəcəyik. Sonra da onlar əlamətlərimizə/nümunələrimizə görə sizə çata bilməyəcəklər. Siz ikiniz və ikinizi izləyənlər üstün olanlarsınız”.

36Musa onlara açıq-aşkar əlamətlərimiz/nümunələrimiz ilə gəlincə: “Bu, sadəcə, uydurulmuş təsirli biliklərdir. Və biz əvvəlki atalarımızdan bunu eşitməmişdik” – dedilər.

37Musa da dedi ki: “Mənim Rəbbim, öz qatından kimin doğru yol bələdçisi ilə gəl­diyini və yurdun sonunun kim üçün daha yaxşı olacağını daha yaxşı biləndir. Şüb­həsiz ki, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qurtuluşa çata bilməz­lər”.

38Firon da: “Ey öndə gedənlər! Sizin üçün məndən başqa bir tanrı bilmədim. Ey Haman, mənim üçün palçıq üzərinə dərhal atəş yandır/kərpic emal et və Musanın tanrısı haqqında məlumat əldə etməyim üçün mənə bir qüllə düzəlt. Və şübhə yox ki, onun yalançılardan biri olduğuna tam əmin olun ki, inanıram” – dedi.

39Firon özü və əsgərləri, yer üzündə haqsız yerə yekəxanalıq etdilər və həqiqətən Bizə döndərilməyəcəklərinə inandılar.

40Biz də onu və əsgərlərini yaxalayıb, o bol suda/çayda fırladıb atdıq. İndi şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin sonunun necə olduğuna bir bax!

41Və onları, atəşə çağıran başçılar etdik. Qiyamət günü onlar kömək görməyəcəklər.

42Və bu dünyada onları Allahın mərhəmətindən yoxsul buraxdıq/uzaqlaşdırdıq. Onlar  qiyamət günündə də pislənmiş/uzaqlaşdırılmış insanlardan olacaqlar.

43Və and olsun ki, Biz ilk nəsilləri dəyişikliyə/dağıntıya uğratdıqdan sonra Musaya, öyüd alarlar deyə, insanlar üçün açıq-aşkar dəlillər, bələdçi və mərhəmət olaraq Kitabı/Tövratı verdik.

44Və Musaya o əmri gerçəkləşdirdiyimiz zaman sən, Qərb tərəfdə deyildin. Hazır olan­lardan, görənlərdən də deyildin.

45Amma Biz necə nəsillər var etdik ki, onların ömürləri uzandıqca uzandı. Sən on­la­ra ayələrimizi oxuyaraq, Mədyən xalqı arasında olanlardan da deyildin. Lakin Biz elçi göndərənlərik.

46,47Və Biz səsləndiyimiz zaman, Turun yanında da deyildin. Əksinə, səndən əvvəl öz­lərinə xəbərdar edən/peyğəmbər gəlməyən bir qövmü xəbərdar etməyin üçün və öz əllərinin etdikləri ucbatından başlarına bir pis iş gəldiyində dərhal: “Rəb­bi­miz! Nə olardı, bizə bir peyğəmbər göndərsəydin, ayələrinə uysaydıq və mö­min­lər­dən olsaydıq” – deyə bilməsinlər, onlar öyüd alsınlar deyə, Rəbbindən bir mərhəmət ola­raq… orada olub-keçənləri sənə bildirdik, səni elçi olaraq, göndərdik.

48Bax budur, onlara tərəfimizdən o haqq gəlincə: “Musaya verilən şeylər/əlamətlər/nümunələr kimi ona da bir şeylər verilməli deyildimi?” – dedilər. Daha əvvəl Musaya ve­riləni ört-basdır edib, rədd etməmişdilərmi? “Bir-birinə kömək çıxan/dəstəkləyən iki sehir/təsirli bilik” – dedilər. Və: “Şübhəsiz, biz hamısını qəbul etməyəcəyik” –  de­di­lər.

49De ki: “Əgər doğru insanlarsınızsa, dərhal Allah qatından mənə və Musaya enən ki­tablardan daha çox doğruya bələdçi olan bir kitab gətirin ki, mən də ona uyum!”

50Buna baxmayaraq, əgər sənə cavab verməzlərsə, bil ki, onlar, yalnız və yalnız həvəslərinə uy­maq­dadırlar. Allahdan bir yol göstərici olmadan, öz həvəsinə uyandan daha poz­ğun [çaşqın, aşağı] kim ola bilər? Tam əmin olun ki, Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edən cəmiyyətə yol göstərməz.

51Və and olsun Biz Sözü [vəhyi/Quranı] öyüd alsınlar deyə, bir-biri ardınca yolladıq.

52Sözdən [vəhydən/Qurandan] əvvəl özlərinə Kitab verdiyimiz insanlar… Onlar Sözə [vəhyə/Qurana] də inanırlar.

53Və onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar: “Biz ona inandıq. Şübhəsiz ki, o, Rəbbimizdən gələn gerçəkdir. Tam yəqinliklə bilin ki, biz ondan əvvəl mü­səl­man olanlar idik”– dedilər.

54Bax budur, onlara, səbr etdikləri üçün, mükafatları iki dəfə veriləcəkdir. Və on­­lar pisliyi yaxşılıqla sovar və özlərini ruziləndirdiyimiz şeylərdən Allah yo­lun­da xərcləyərlər/başda yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin edər­lər.

55Və onlar, boş söz eşitdikləri zaman ondan üz çevirərlər və “Bizim işlərimiz yalnız və yalnız bizim üçün, sizin işləriniz də yalnız və yalnız sizin üçündür. Sizə salam olsun! Biz ca­hil­ləri axtarmırıq” – deyərlər.

56Tam yəqinliklə bil ki, sən sevdiyini bələdçilənən doğru yola döndərə bilməzsən, am­ma Allah dilədiyinə doğru yolu göstərir və O, bələdçilənən doğru yolu qəbul edə­cək olanları daha yaxşı bilir.

57Və onlar: “Biz səninlə bərabər doğru yol bələdçisinə uyarsaq, yurdumuzdan çı­xa­rı­larıq”–dedilər. Biz onları, Öz qatımızdan bir ruzi olaraq, hər şeyin səmərələrinin top­lanılıb, özünə gətirildiyi, təhlükəsiz, toxunulmaz bir yerə – Məkkəyə[3] yerləş­dir­mə­dik­mi? Lakin onların çoxu bilməzlər.

58Və Biz hərəkətləri ilə həddini aşmış necə şəhəri dəyişikliyə/dağıntıya uğratmışdıq. Bax budur, onların yerləri! Özlərindən sonra çox az oturulmuş olan məskənləri. Və Biz varislərin məhz özüyük.

59Rəbbin, özlərinə ayələrimizi oxuyan bir peyğəmbəri ana şəhərə göndərmədikcə, məm­ləkətləri dəyişikliyə/dağıntıya uğradan deyildir. Onsuz da Biz xalqı şərik qo­şa­raq, səhv/öz zərərlərinə iş edənlər olmayan məmləkətləri dəyişikliyə/dağıntıya uğ­radan deyilik.

(49/28, Qasas/1–59)

Nəcm: 151

 

60Və sizə verilən şeylər fani dünya həyatının qazancı və onun bəzəyidir. Allah qa­tın­da olanlar isə, daha xeyirli və daha qalıcıdır. Hələ də ağılla hərəkət etmə­yə­cək­si­nizmi?

61Bu halda Bizim, özünə gözəl bir surətdə söz verərək, ona qovuşan insan, bəsit dün­ya həyatının qazancını qazandırdığımız və sonra qiyamət günündə hüzurumuza gə­tirilənlərdən/hüzurumuzda “hazır ol!” əmrinə müntəzir tutulan insan ki­mi­dirmi?

62Və o gün Allah onlara səslənər və deyər ki: “Səhv edərək inanmış olduğunuz Mə­nim ortaqlarım hanı, haradadır?”

63Haqlarında Söz gerçəkləşən insanlar: “Rəbbimiz! Bax budur, bunlar bizim az­dırdığımız insanlardır. Biz yolumuzu necə azmışdıqsa, budur, bunları da eləcə biz azdırdıq. Biz səndən uzaq olduq. Onlar sadəcə bizlərə sitayiş etmirdilər” – deyərlər.

64Və: “Ortaqlarınızı çağırın!” – deyilir, onlar da çağırırlar. Sonra da onlar özlərinə ca­vab verməzlər və əzabı görərlər. Nə olardı, onlar bələdçilənən doğru yolu qəbul et­miş olsaydılar!

65Və o gün Allah, onlara səslənər və: “Göndərilən elçilərə nə cavab verdiniz?” – de­yər.

66Bax budur, o gün onlara bütün mühüm xəbərlər qapqaranlıq olmuşdur – artıq onlar bir-birlərindən də soruşa bilməzlər.

67Lakin tövbə etmiş, iman etmiş və quruculuq işləri etmiş insanlara gəldikdə, o, qur­tu­lu­şa çatanlardan olmağı uma bilər.

(49/28, Qasas/60–67)

Nəcm: 152

68Və sənin Rəbbin dilədiyi şeyi yaradar və onlar üçün xeyirli olan şeyləri seçər, onlar üçün isə seçim haqqı yoxdur. Allah onların ortaq qoşduqlarından münəzzəhdir və ucalar ucasıdır.

69Və sənin Rəbbin onların qəlblərində gizlətdikləri şeyləri və açığa vurduqları şeyləri bilir.

70Və O, Özündən başqa tanrı[4] deyə bir şey olmayan Allahdır. İlkində və sonunda da bütün təriflər Onundur, hökm yalnız və yalnız Onundur. Və ancaq Ona döndəriləcəksiniz.

 

(49/28, Qasas/68–70)

Nəcm: 153

71De ki: “Heç düşündünüzmü, əgər Allah üzərinizdə gecəni lap qiyamət gününə qədər fasiləsiz davam etdirsə/uzatsa, Allahdan başqa sizə işıq gətirəcək tanrı kimdir? Hə­­lə də qulaq asmayacaqsınızmı?”

72De ki: “Heç düşündünüzmü, əgər Allah üzərinizdə gündüzü lap qiyamət gününə qə­­dər fasiləsiz davam etdirsə/uzatsa, Allahdan başqa, istirahət edəcəyiniz gecəni si­zə gətirəcək tanrı kimdir? Hələ də görməyəcək­sinizmi?”

73Və Allahın mərhəmətindəndir ki, O, gecəni və gündüzü – gecələr dincələsiniz və gün­düzlər, Onun qarşılıqsız, artıqdan verdiklərindən axtarasınız və özünüzə verilən ne­mətlərin qarşılığını ödəyəsiniz deyə, var etdi.

74Və o gün Allah, onlara səslənib deyər ki: “Səhv edərək inandığınız Mənim ortaqlarım hanı, haradadır?”

75Və Biz hər liderli cəmiyyətdən bir şahid çəkib çıxardıq və: “Haydı, qəti dəlilinizi gə­tirin!” – dedik. Artıq bildilər ki, həqiqət Allaha aiddir və uydurduqları şeylər öz­lə­rin­dən ayrılıb, yox olmuşdur.

(49/28, Qasas/71–75)

Nəcm: 154

76,77Şübhəsiz, Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarları güclü, qüvvətli bir top­lu­lu­ğa ağır gələrdi. Bir zaman qövmü ona demişdi ki: “Öyünmə! Şübhəsiz ki, Allah öyünənləri sevməz. Və Allahdan sənə axirət yurdunu verməsini istə. Dün­ya­dan da nəsibini unutma! Allahın sənə ehsan etdiyi kimi, sən də ehsan et. Və yer üzün­­də pozğunçuluğu istəmə. Şübhəsiz ki, Allah pozğunçuları sevməz”.

78Qarun: “Bu sərvət, mənə ancaq məndə olan bilik sayəsində verildi” – dedi. Bil­məz­di­mi ki, Allah, özündən əvvəlki nəsillərdən, ondan daha güclü, ondan daha çox tə­rəf­darı, təcrübələri olan insanları tam yəqinliklə bilin ki, dəyişikliyə/dağıntıya uğ­rat­mışdı. Və bu günahkarlar, digərlərinin günahlarına görə məsuliyyət daşımazlar.

79Sonra Qarun bəzək, görkəm  içində qövmünün qarşısına çıxdı. Dünya hə­yatını istəyən insanlar: “Kaş ki, Qaruna verilənlərdən  bizdə də olsaydı! Şübhəsiz ki, o – Qarun çox böyük bir nəsib sahibidir” – dedilər.

80Və özlərinə bilik verilmiş olan insanlar isə: “Vay bizim halımıza! İman edən və sa­leh əməl edən insanlar üçün Allahın verəcəyi mükafat daha xeyirlidir. Ona da an­caq səbr edənlər qovuşa bilərlər” – dedilər.

81Sonunda Biz onu və evini yerlə yeksan etdik. Artıq Allahın yaratdığı sərvətlərdən özü­nə kömək edəcək bir tərəfdar da olmadı və o, özünü müdafiə edib, qurtara biləcək insanlardan da deyildi.

82Və elə dünən onun yerində olmağı istəyənlər: “Demək ki, Allah qullarından di­lə­di­yinə ruzini çoxaldır və azaldır. Əgər Allah bizə ərməğan vermiş olmasaydı, bi­zi də yerin dibinə batırardı. Və demək ki, kafirlər özlərini qurtara bilmirlər” – deyərək sabahladılar.

(49/28, Qasas/76–82)

Nəcm: 155

83Bax budur, axirət yurdu! Biz onu yer üzündə təkəbbürlənməyi və pozğunçuluğu arzulamayan insanlar üçün hazırlarıq. Və aqibət, Allahın qoruması altına girənlər üçündür.

84Kim bir yaxşılıq gətirirsə, ona ondan daha xeyirlisi/ona onun müqabilində bir xeyir vardır. Və kim bir pislik gətirirsə, bax budur, o pislikləri işləyənlər ancaq etdikləri şeylər ilə qarşılıqlandırılırlar.

(49/28, Qasas/83–84)

Nəcm: 156

85Şübhəsiz ki, Quranı sənə fərz qılan Allah, əlbəttə, səni dönəcəyin yerə mütləq döndərəcəkdir. De ki: “Mənim Rəbbim, kimin doğru yol bələdçisi ilə gəldiyini və kimin açıq-aşkar bir pozğunluq içində olduğunu daha yaxşı biləndir”.

86Və sən Kitabın sənə vəhy ediləcəyini/endiriləcəyini ummurdun. O, ancaq Rəbbindən bir mərhəmət olaraq verildi. Elə isə, qətiyyən kafirlərə arxa çıxma/kömək etmə.

87Və ortaq qoşanlar, sənə Kitab endirildikdən sonra, qətiyyən səni Allahın ayələrindən ayır­ma­sın­lar. Və Rəbbinə dəvət et! Və qətiyyən ortaq qoşanlardan olma!

88Və Allah ilə bərabər başqa bir tanrıya yalvarma. Ondan başqa heç bir tanrı yox­dur. Onun Zatından başqa hər şey yox olacaqdır. Qanun-qayda, yalnız və yalnız Onun­dur. Siz də ancaq Ona döndəriləcəksiniz. İsra/1Qulunu bir gecə ayələrimizdən/əlamət­lə­ri­mizdən/nümunələrimizdən göstərək deyə, Məscidülhəramdan bir kənarı­nı mü­barək qıldığımız Məscidüləqsaya[5] yeridən Zat, hər cür nöqsan sifətlərdən mü­nəz­zəhdir. Şübhəsiz ki, O, ən yaxşı eşidənin, ən yaxşı görənin məhz özüdür.

 

(49/28, Qasas/85–88+50/17, İsra/1)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]“Yed–i Beyza”: əsasən “əl” deyə çevrilən “yed” sözü, məcazən “qüvvət, zənginlik, iqtidar, səltənət, nemət, yay, əl ilə edilən işlərin bütünü” mənasında işlədilir.

Burada bəhs edilən güc, digər ayələrdə, Rəsmi Düzülüş: Nəml/12, Qasas/32–də “cibindəki/qoynundakı güc” olaraq xarakterizə edilir ki, bu güc də, Harundur.

“Beyza” sözü, Türk dilində istifadə edilən “bəyaz” sözü ilə eyni kökün törəmələrindəndir. Bu sözlə əlaqədar da əsas lüğət kitablarında bu məlumatlar verilir: – “Bu sözün əsli yumurta deməkdir. “Bəyaz” sözü də “yumurta rəngi” deməkdir. Bu sözün “beyzae” qəlibi, “həddən artıq ağlığı, parlaqlığı” ifadə edir. Günəşə, sifəti ağ, ləkəsiz olan qadına, üzərində heç bitki olmayan torpağa, qəməri ayların 14–15–i gecəsindəki görünüşlərinə “beyza” deyilir. “Yed–i Beyza” şəklindəki ifadəsi, “isbatlanmış, dəlil” deməkdir”. Bu açıqlamalara görə bu söz “bəm–bəyaz” mənasına gəlir, ki, bu da mükəmməllik və nöqsansızlığın məcazi ifadəsidir.

Ayələrdə bəhs edilən “güc”ün, görənlərə qarşı bəm-bəyaz [qüsursuz, mükəmməl] olması da Harunun ifadə və xitabət bacarığının mükəmməlliyidir. Ayələrdən anlaşıldığına görə, Musa peyğəmbərin ifadə bacarığı, İbranicəni yaxşı bilməməsi, yaxud dilindəki bir problemə görə, zəif idi. Musanın bu qüsuru, özünə qardaşı Harunun vəzir, katib, sözçü olaraq verilməsi ilə aradan qaldırılmışdır. Bu xüsus Ta Ha surəsindəki bölmədə açıq şəkildə görünür.

[3]“Bu Ev” ifadəsi ilə qəsd edilən, “Beytullah” [Allahın evi], yəni “Kəbə”– dir. Quranda Allah ora üçün, “evim” ifadəsini istifadə etmişdir. Allahın evi ifadəsi, “Allahdan başqasına aid olmayan ev” demək olub, oranın cəmiyyətin mülkü olduğu mənasına gəlir. Bu da, orada sosial məsələlərin müzakirə olunacağı, cəmiyyətin ehtiyacları ilə əlaqədar məsələlərin həll olunacağı, cəmiyyətə aid olan təhsil, təlim, yaşamaq, idarə etmək kimi mövzularda qərarlar alınacağı deməkdir.

“Bu Evin Rəbbi”: 2 saylı qeyddə açıqladığımız kimi, rəbb sözü, “tərbiyə edib təlimləndirən, yaratdıqlarını müəyyən bir proqrama uyğun olaraq bir sıra hədəflərə götürən, proqramlayıb yönləndirən” – deməkdir”. Bu Evin Rəbbi deyilərək, Rəbbin “ev”ə şamil edilməsi, Kəbənin quruluşunun və funksiyalarının hamısının Allah tərəfindən proqramlanıb, həyata keçirildiyini göstərir. Həqiqətən də o ev, Allah adından yer üzərində qurulmuş ilk evdir, orası bərəkətlidir, orada bolluq vardır.

Qüreyşlilər, Kəbəyə həcc və umrə üçün gələn minlərlə insana verilən xidmətləri öz aralarında paylaşdırmışdılar. Hər sülalənin müəyyən bir vəzifəsi vardı. Kəbənin gözətçiliyi, baxıcılığı, hacılara su paylanması, hacılara kömək, hacılara pul toplamaq, yemək yedirtmək, hacıların məhkəmə olunması kimi bir çox iş Qüreyşlilər tərəfindən edilirdi. Bu müqəddəs turizm, Qüreyşlilərə, tərifi ifadə edilə bilməyən bir üstünlük və hörmətliliklə yanaşı, bol qazanc da təmin edirdi. Aydındır ki, Qüreyşlilərin Məkkədə sürdükləri bu səfa, onların öz qeyrətlərinin deyil, Allahın Kəbə ilə əlaqədar planlarının bir nəticəsi idi. Belə ki, Allahın Kəbə ilə əlaqədar bu planı günümüzdə də davam edir və müqəddəs turizm, bu gün də, Səudiyyə Ərəbistanı dövlətini dirçəltməkdədir.

[4]Söz olaraq hərfi mənası “örtünmək, gizlənmək, alışmaq və qulluq” demək olan tanrı sözü, əsasən, “ibadət edilən, sitayiş edilən, ululanan” obyektlərin ortaq adı olmuşdur. Tanrı sözünün “ibadət edilən varlıq” mənasında istifadə olunmasının səbəbi olaraq da, bu sözə “ehtiyacları aradan qaldıran, işlənən əməlin qarşılığını verən, könül rahatlığı, dinclik verən, ucalıq, hökmü altına alıb qoruyan, müsibət anında qoruyan” mənalarının yüklənmiş olmasını göstərmək olar.

Tanrı sözü Quranda həm “haqq olsun, batil olsun, fərq qoymadan, insanların sitayiş etdiyi varlıq” mənasında, həm də “həqiqətən ibadətə layiq olan haqq məbud” mənasında istifadə edilmişdir.

[5]Burada ilk vəhyin enməsi, Rəsulullahın peyğəmbər edilməsi və ilk vəhyin endiyi məkandan bəhs edilir. Təsvir və yer etibarilə daha əvvəl də Nəcm surəsinin giriş bölməsində məlumat verilmişdi. İlk İslam tarixçilərindən Vakidinin Kitabül-Məğazi və əl-Əzrakinin Ahbarul-Məkkə adlı kitablarındakı məlumatlara görə, Məkkədə Məscidülhəramdan başqa, müxtəlif yerlərdə məscidlər vardır. Hətta bəzi evlər Məkkəlilər tərəfindən məscid olaraq işlədilməkdə idi. Bu məscidlərdən biri də Məkkəyə 9 mil məsafədəki Ciranə Vadisinin yuxarısında olduğuna görə “Məscidüləqsa” [ən uzaq məscid] deyilən məsciddir. Bu məscidi Qüreyşdən bir nəfər tikdirmişdir. Bu məlumatlara görə, ayədəki, bir kənarını mübarək qıldığımız ifadəsindən, Məscidüləqsanın, haram/mübarək bölgənin kənarında bir yerdə olduğu anlaşılır. Belə isə, Məscidüləqsa, Qüdsdə deyil, Məkkədəki haram/mübarək yerin kənarındadır və Qurandan edilən bu təsbit, ilk dövr tarix və coğrafiya alimi Vakidinin kitabındakı ilə eynidir. Bu mövzu ilə əlaqədar məlumat üçün bxz. Təbyinül-Quran.