İSRA SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 157

2,3Musaya da Kitab verdik və Mənim yaratdığım sərvətlərdən vəkil [bütün varlıqları müəy­yən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəs­tək­lə­yərək tətbiq edən bir insan/qurum] tanımayasınız deyə, Kitabı İsrailoğul­ları üçün/Nuhla bərabər gəmidə daşıyaraq qurtardığımız insanların soyundan olanlar üçün bir bələdçi etdik. Şübhəsiz ki, Nuh şükür edən/özünə verilən nemətlərin qar­şı­lı­ğı­nı çox-çox ödəyən bir qul idi.

4Və Biz İsrailoğullarına Kitabda/yazıda bunu həyata keçirdik: “Tam yəqinliklə bilin ki, siz yer üzündə iki dəfə qarışıqlıq çıxaracaqsanız/pozğuna uğrayacaqsanız və tam yəqinliklə bilin ki, böyük bir yüksəlişlə yüksələcəksiniz”. 5Bax budur, o ikisin­dən birincisinin zamanı gəldikdə, üzərinizə güclü, qüvvətli qullarımızı göndərdik və on­lar evlərin aralarına girib, araşdırdılar. Və o, yerinə yetirilməli olan bir vəd idi. 6Sonra sizi təkrar, güclü qulların üzərində qalib etdik və sizə mallarla və oğullarla kömək etdik. Və sizi işə yarayanlar sarıdan, daha çox şey sahibi etdik.

7Əgər yaxşılıq etdinizsə, özünüzə yaxşılıq etmişsiniz və əgər pislik etdinizsə, o da özünüz üçündür. Artıq digər pozğuna uğrama zamanı gəlincə də, sizə  pislik et­mə­ləri, ilk dəfə girdikləri kimi, yenə məscidə/Beytül-Maqdisə girmələri, ələ ke­çir­dikləri yerləri darmadağın etmələri üçün, üzərinizə güclü qullarımızı təkrar gön­dərəcəyik. 8Umulur ki, Rəbbiniz sizə mərhəmət edər. Və əgər siz döndünüzsə, Biz də döndük. Və Biz cəhənnəmi, kafirlər üçün bürüyücü bir zindan etdik.

(50/17, İsra/2–8)

Nəcm: 158

9,10Şübhəsiz ki, Quran insanları ən doğru və ən sağlam şeyə/kamala bələdçiləyər və quruculuq yolunda fəaliyyət göstərən möminlərə özləri üçün, tam əmin olun və tam qəti olaraq bilin ki, böyük bir əcir olduğunu və axirətə inanmayan insanlar üçün Bizim can yandıran bir əzab hazırladığımızı müjdələyər.

Nəcm: 159

11Və insan xeyiri dəvət edirmiş kimi, şəri dəvət edər. Və insan çox tələskəndir.

12Və Biz gecəni və gündüzü iki əlamət/nümunə etdik. Sonra Rəbbinizdən bir ərmə­ğan­ ummağınız, illərin sayını və hesabını bilməyiniz üçün gecənin əlamətini/nü­mu­nəsini silib, görməyiniz üçün aydınlıq olaraq gündüzün əlamətini/nümunəsini gə­tir­dik. Və Biz hər şeyi ətraflı olaraq açıqladıqca açıqladıq.

13,14Və hər insanın öz etdiklərinin qarşılıqlarını ayrılmayacaq şəkildə boynuna doladıq. Və Biz qiyamət günü açılmış gördüyü kitabı onun üçün çıxararıq: “Oxu öz kitabını! Bu gün öz zatın, özünə qarşı hesab soruşan olaraq, sənə yetər!”

15Kim bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən o doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyan başqasının yükünü çəkməz. Və Biz bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq.

16Və Biz bir ölkəni dəyişikliyə/dağıntıya uğratmaq istədiyimiz zaman onun varlı və güc sahibi liderlərinə, haqq yolda olmalarını, haqq yolda başçılıq etmələrini əmr edərik və onlar  bunun əksinə, orada haqq yoldan çıxarlar. Artıq oranın üzərinə Söz[1] haqq olar və Biz oranı kökündən darmadağın edərik.

17Və Biz Nuhdan sonrakı nəsillərdən necələrini dəyişikliyə/dağıntıya uğratdıq. Və qullarının günahlarını haqqı ilə xəbərdar olan və ən yaxşı görən olaraq, Rəbbin yetər.

18Hər kim tələm-tələsik keçən dünyanı istəyərsə, istədiyimiz insana dilədiyimiz şeyi tezləşdirərik. Sonra onun üçün cəhənnəmi hazırlayarıq, qınanmış və qovulmuş olaraq oraya girər. 19Kim də axirəti istəyərsə və mömin olaraq axirətə yaraşan bir cəhd ilə, axirət üçün çalışarsa, bax budur, elələrinin çalışmalarının qarşılığı verilər. 20Hamısına – dünyanı istəyənlərə və axirəti istəyənlərə Rəbbinin ehsanından verərik. Rəbbinin ehsanı məhdud deyildir.

21Onların bir qismini başqa bir qismi üzərində üstün etdiyimizə bir bax! Əlbəttə, axirət dərəcələr və üstünlük baxımından da daha böyükdür.

22Allah ilə birlikdə başqa bir tanrı qəbul etmə/tanıma! Yoxsa qınanmış və tək başına tərk edilmiş olaraq oturub qalarsan.

(50/17, İsra/11–22)

Nəcm: 160

23,24Və sənin Rəbbin qəti olaraq, Özündən başqasına qul olmamağınızı, ana və ataya yax­şılıq etməyinizi/gözəlləşdirməyinizi qərara aldı. Onlardan biri və ya hər ikisi sənin ya­nında ixtiyarlığa çatarsa, qətiyyən onlara “Of” demə, onları danlama, onlara çox həssas davran. Və ikisinə də şərəfli, şirin və gözəl sözlər söylə. Və mərhəmətinə görə onlar üçün alçaq könüllülük qanadlarını endir. Və de ki: “Rəbbim! Onların məni uşaqlıqdan öyrədib, mədəni biri olaraq yetişdirdikləri kimi, onlara mərhəmət et”.

25Sizin Rəbbiniz içinizdəkiləri çox yaxşı bilir. Əgər salehlər olarsınızsa, əlbəttə, O, tam mənası ilə dönənləri bağışlayandır.

26,27Yaxınlıq sahibinə – yurdlarından çıxarılan məzlumlara, yoxsula və yolda qalmışa da haq­qını ver. Və yersiz/pisliyə pul-para xərcləmə. Şübhəsiz, yersiz/pisliyə pul-para xərc­ləyənlər  şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur.

28Və əgər Rəbbindən umduğun bir mərhəməti arayaraq, əqrəba, yoxsul və yolda qal­mışa kömək etməyəcəksənsə, o vaxt da özlərinə yumşaq və şirin/onların xətrinə dəy­məyəcək bir söz söylə.

29Və əlini boynuna bağlanmış etmə/xəsis olma, onu büsbütün də dağıtma/bədxərclik etmə. Əks halda qınanmış olar və etdiyinə peşman olub qalarsan.

30Həqiqətən sənin Rəbbin, qullarından dilədiyi üçün ruzini çoxaldır və azaldır. Şübhəsiz ki, O, qullarından həqiqətən xəbərdardır, haqqıyla görəndir.

31Və yoxsulluq qayğısıyla uşaqlarınızı öldürməyin. Onları və sizi Biz ruziləndiririk/bəsləyirik. Onları öldürmək həqiqətən böyük bir günahdır.

32Zinaya da yaxınlaşmayın/zinaya yol açacaq yollardan uzaq olun. Şübhəsiz ki, o, iyrənclikdir və pis bir yoldur.

33Və haqq ilə olmadıqca, Allahın haram qıldığı bir kimsəni öldürməyin. Və kim haqsızlıq edilərək öldürülərsə, Biz onun yaxınlarına bir icazə vermişik. O da öldürməkdə həddini aşmasın. Şübhəsiz, öldürülənə/haqlarını qoruyacaq yaxınlarına kömək olunmuşdur.

34Yetkinlik yaşına çatıncaya qədər yetimin malına da, ən gözəl bir şəkildə olması istisna olmaqla, yaxınlaşmayın. Əhdi/verilmiş sözünüzü də yerinə yetirin. Şübhəsiz, verilən sözdə məsuliyyət vardır.

35Ölçdüyünüz zaman tam ölçün və ən doğru tərəzi ilə çəkin. Bu, həm daha xe­yir­lidir və nəticə/tətbiqat olaraq da daha gözəldir.

36Və heç bilmədiyin bir şeyin ardına düşmə! Şübhəsiz ki, qulaq, göz, könül, bunların hər biri ona görə məsuliyyət daşıyırlar.

37Və yer üzündə təkəbbürlə, əzəmətlə yerimə! Şübhəsiz ki, sən qətiyyən yeri yara bil­məz­sən və öz boyunla dağları ötüb keçə bilməzsən.

38Pis olan bütün bunlar Rəbbinin qatında bəyənilməyən şeylərdir.

39Bax budur, yuxarıda müəyyən edilən bu qaydalar/əmrlər Rəbbinin sənə vəhy et­di­yi səhv işləri və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qay­da­lar­dan bəziləridir. Allahla bərabər başqa bir tanrı[2] qəbul etmə. Əks halda qınanmış və qo­vulmuş olaraq cəhənnəmə atılarsan.

(50/17, İsra/23–39)

Nəcm: 161

41Biz bu Quranda, onların ağıllarını başlarına almaları üçün dediklərimizi müxtəlif şəkillərdə çevirdik/fərqli şəkillərdə şərh/izah etdik. Və bu şərhlər, onların ancaq nif­rətini artırmışdır.

45Quranı öyrənib-öyrətdiyin zaman səninlə axirətə inanmayanlar arasında görün­məz/gizli bir pərdə etdik.

46Və onların qəlbləri onu qavrayıb anlamasınlar deyə, anlamaqlarına mane olan bir təbəqə, qulaqlarına da bir ağırlıq verdik. Və sən Quranda sadəcə Rəbbini “bir və tək” olaraq andığın zaman, “nifrətlə qaçar vəziyyətdə” uzaqlaşarlar.

47Biz onların səni dinlədikləri vaxt nə üçün dinlədiklərini, gizli danışmalarında da o şə­rik qoşaraq səhv/öz zərərlərinə iş edən kəslərin: “Siz, ovsunlanmış bir adam­dan başqasına uymursunuz” – dediklərini çox yaxşı bilirik. 48Sənin üçün necə ör­nəklər verdiklərinə bir bax! Beləliklə, pozğunluğa düşdülər! Artıq bir yola da güc­ləri yetməz[3].

(50/17, İsra/41, 45–48)

Nəcm: 162

42De ki:  “Əgər dedikləri kimi, Allahla yanaşı bir sıra tanrılar olsaydı, o zaman o tanrı­lar ən böyük taxtın[4] sahibinə – Allaha bir yol axtarardılar”.

40Rəbbiniz oğulları sizə məxsusi olaraq verdi və Özünə mələklərdən qızlarmı qəbul et­di? Şübhəsiz ki, siz çox yekə-yekə danışırsınız!.

43Allah  onların dediklərindən böyük bir ululuqla arınıq və çox ucadır.

44Bütün göylər/kosmos, yer üzü və bunların içində olanlar, Allahı nöqsan sifət­lər­dən münəzzəh qılırlar. Onun tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl­ma­yan heç bir şey yoxdur. Lakin siz, onların Allahı nöqsan sifətlərdən münəzzəh qıl­ma­­larını yaxşı qavramırsınız. Şübhəsiz ki, O, yumşaq davranandır, çox ba­ğış­la­yan­dır.

(50/17, İsra/42, 40, 43–44)

Nəcm: 163

49Və onlar dedilər ki:  “Biz bir sümük yığını və ovalanıb toz olandan sonramı? Həqiqətən biz yeni bir yaradılışla dirildiləcəyikmi?”

50–52De ki: “İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir ya­ra­dılış olun”. Sonra onlar: “Bizi kim geri döndərəcək?” – deyəcəklər. De ki: “Sizi ilk də­fə yoxdan yaratmış olan”. Buna görə də sənə başlarını bulayacaqlar və: “Nə za­man­dır bu?” – deyəcəklər. De ki: “Çox yaxın olması umulur! Sizi çağıracağı/di­ril­di­lə­cəyiniz gün, Onu öyərək Onun çağırışına uyacaqsanız və sadəcə, çox az qaldığınızı zənn edəcəksiniz”.

(50/17, İsra/49–52)

Nəcm: 164

53Qullarıma söylə ki, ən gözəl olanı söyləsinlər. Şübhəsiz, şeytan aralarına qarışıqlıq sa­lar. Şübhəsiz, şeytan insanın açıq-aşkar bir düşməndir.

54Sizin Rəbbiniz sizi daha yaxşı biləndir. Əgər diləyərsə, tövbə etdiyinizə görə sizə rəhm edə bilər və ya diləyərsə sizə əzab verər. Səni də onların üzərinə, vəkil [bir proqrama görə ni­zamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri] olaraq gön­dər­mədik.

55Və Rəbbin göylərdə və yerdə olan kimsələri ən yaxşı biləndir. Və and olsun ki, Biz peyğəmbərlərdən bəzisinə digərlərindən fərqli xüsusiyyətlər verdik. Biz Davuda da Zəburu ver­dik.

56De ki: “Allahın yaratdığı sərvətlərdən, tanrı olduğunu iddia etdiyiniz şeyləri ça­ğı­rın. Görəcəksiniz ki, sizdən kədəri qaldırmağa və dəyişdirməyə onların gücləri yetməz.

57Bax budur, tanrı olduğunu iddia etdiyiniz şeylər, hansı ki, Rəbbinə daha yaxın olmaq üçün vəsilə diləyənlər, Onun rəhmətinə ümid bəsləyənlər və Onun əzabından qorxanlardır”. Həqiqətən sənin Rəbbinin əzabı qorxuludur.

58Və heç bir şəhər yoxdur ki, qiyamət günündən əvvəl Biz onu dəyişikliyə/dağıntıya uğratmayaq, yaxud şiddətli bir əzab ilə cəzalandırmayaq. Bütün bunlar, Kitabda sətir-sətir qeyd edilmişdir.

59Və Bizi əlamətləri/nümunələri göndərməkdən ancaq öncəkilərin onları yalan saymış olmaları saxladı. Və Səmuda, açıq, gözlə görünə bilən şəkildə dəvəni/sosial dəstək qurumları təşkil etmək vəzifəsini[5] vermişdik və onunla haqsız davranmışdılar. Və Biz o əlamətləri/nümunələri ancaq qorxutmaq üçün göndəririk.

60Və o zaman ki, Biz sənə: “Şübhəsiz, Rəbbin insanları tam olaraq əhatə etmişdir” – demişdik. Və sənə açıqca göstərdiyimiz o görüntünü və Quranda uzaq durulmasını istədiyimiz qızıl, mal-mülk hərisliyini[6] də, yalnız insanlara bir imtahan üçün var etmişdik. Və Biz onları qorxuduruq, lakin bu, onların sadəcə böyük bir azğınlığını artırır.

(50/17, İsra/53–60)

Nəcm: 165

61Və Biz bir vaxt təbiətdəki güclərə[7]: “Adəmə – bilikləndirilmiş insana boyun əyib təslimiyyət göstərin” – demişdik və İblisdən/düşüncə qabiliyyətindən[8] başqa hamısı boyun əyib təslimiyyət göstərmişdilər. O: “Mən bir palçıqdan/maddədən əmələ gətirdiyinəmi boyun əyib təslimiyyət göstərəcəyəm?” – demişdi.

62İblis dedi ki: “Bu, məndən üstün tutduğun insanı gördünmü? And içirəm ki, əgər məni qiyamət gününə qədər ertələyərsənsə, çox azı istisna olmaqla, onun nəslini öz buyuruğum altına alacağam”.

63–65Allah dedi ki: “Get! Sonra onlardan kim sənə uyarsa, bilin ki, şübhəsiz ki, cə­za­nız yetərli bir cəza olaraq cəhənnəmdir. Onlardan gücün yetdiklərini səsinlə sarsıt. Və at­lılarınla və piyadalarınla onların üzərinə qışqırıq qopar! Mallarda və uşaq­larda onlara ortaq ol[9]! Və onlara vədlər ver”. Və şeytan, onlara aldatmaqdan baş­qa bir şey vəd etməz. Şübhəsiz ki, Mənim qullarım… Sənin onlar əleyhinə heç bir gücün yoxdur”. Bütün varlıqları müəyyən olunmuş bir proqrama görə nizam­la­yan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Rəbbin yetər.

66Sizin Rəbbiniz, Öz ərməğanlarından haqq etdiklərinizi arayasınız deyə, sizin üçün dənizdə gəmiləri üzdürən Zatdır. Şübhəsiz ki, O, sizə çox mərhəmətlidir.

67Və dənizdə sizə bir zərər toxunduğunda, o yalvardıqlarınız yox olub ge­dər­lər. O, yox olmaz. Sonra O, sizi quruya çıxararaq xilas edincə, üz döndərər­si­niz. Və insan, çox nankor biridir!

68Onun sizi quruda yerin dibinə batırmayacağından, yaxud üzərinizə bir qasırğa göndərməyəcəyindən arxayınsınızmı? Sonra özünüzə varlıqları müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən birini də tapa bilməzsiniz.

69Ya da sizi təkrar dənizə döndərərək üzərinizə qasırğalar göndərməsindən və beləliklə də, etdiyiniz nankorluğa görə, sizi boğmayacağından arxayınsınızmı? Sonra bu etdiyimizə qarşı, Bizim əleyhimizə sizə kömək edəcək bir qoruyucu tapa bilməzsiniz.

70Və and olsun ki, Biz insanoğlunu şan və şərəf sahibi etdik və quruda, dənizdə daşıyıcılara yüklədik və təmiz/xoş yeməklərdən onları ruziləndirdik. Və onları yaratdıqlarımızın bir çoxundan olduqca üstün etdik.

 71O gün Biz bütün insanları başçılarıyla çağıracağıq ki, o gün, kimin kitabı sağ əlinə verilərsə, bax budur, onlar öz kitablarını oxuyacaqlar və onlar qəndil fitili/çəkirdəyin ipliyi qədər bir haqsızlığa uğradılmayacaqlar.

72Hər kim də bu dünyada kordursa, bax budur, o, axirətdə də kordur. Və getdiyi yol etibarılə daha çaşqındır.

(50/17, İsra/61–72)

Nəcm: 166

73Az qalmışdı ki, onlar səni, sənə vəhy etdiyimizdən uzaqlaşdırsınlar və Ondan başqasını bizə isnad edərək söyləyəsən deyə, səni səhvə sürükləyərək atəşdə yandırsınlar. Bax budur, o təqdirdə səni xəlil/ iz qoyan bir lider edərdilər.

74Və əgər Biz səni möhkəmlətməsəydik, sən onlara bir az da olsa, meyl edərdin.

75O halda sənə həyatın iki qatını və ölümün iki qatını daddırardıq. Sonra Bizə qarşı özünə heç bir yardımçı da tapa bilməzdin.

76,77Və yaxında səni bu yerdən/yurdundan çıxarmaq üçün mütləq narahat edə­cək­lər. Belə olan halda, səndən əvvəl elçi göndərdiklərimiz adamlar haqqındakı qaydamıza/hüququmuza görə, onlar da səndən sonra çox az qalacaqdılar. Bi­zim qaydalarımızda hər hansı bir dəyişiklik görə bilməzsən.

78Günəşin batmasından/yox olmasından, gecənin qaralmasına qədər salaatı iqa­mə et və sübh vaxtı öyrənib/təlimlənməsini təmin et[10]. Çünki səhər öyrənib/təlimlənil­mə­si gö­rünən şeydir.

79Və gecədən də. Həmçinin sənə məxsus bir üstünlük olaraq, sən salaatı gecələr də oyanıb tətbiq et! Rəbbinin, səni gözəl bir məqama çatdıracağına ümüd edirik.

80Və de: “Rəbbim! Məni həqiqət girişi ilə qəbul et və həqiqət çıxışından  çıxart. Və mənə qatından köməkçi bir qüvvə ver”.

81Və de: “Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olub, gedər”.

(50/17, İsra/73–81)

Nəcm: 167

82Və Biz Qurandan inananlar üçün şəfa və mərhəmət olan şeyləri endiririk. Və bu, sa­dəcə şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin məhvini artırar.

83Və Biz insana nemət verdiyimiz zaman, üz çevirib uzaqlaşır. Ona pislik toxunduqda isə ümidsizliyə qapılır.

84De ki: “Hər kəs olduğu vəziyyətinə uyğun iş görər. Bu vəziyyətdə Rəbbin, yol ola­raq, kimin ən doğru yolda olduğunu daha yaxşı biləndir”.

85Və səndən vəhy[11] haqqında  soruşurlar. De ki: “Vəhy, Rəbbimin işindəndir. Sizə isə az bi­lik­dən başqa bir şey verilməmişdir”.

86Və and olsun ki, dilərsək, sənə vəhy etdiyimizi ortadan qaldırarıq; sonra Bizə qarşı, özünə varlıqları müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qo­ruyaraq, dəstəkləyərək həyata keçirən birini tapa bilməzsən.

87Rəbbindən bir mərhəmət olaraq, Biz bunu etmədik. Həqiqətən, Onun sənin üzərin­də­ki ərməğanları çox böyükdür.

88De ki: “And olsun ki, bu günün, sabahın bütün insanları, bu Quranın bir bənzərini gətirmək üçün bir yerə yığışsalar, bir-birlərinə köməkçi də olsalar, onun bənzərini tam yəqinliklə bilin ki, ərsəyə gətirə bilməzlər”.

89Və and olsun ki, Biz bu Quranda insanlar üçün hər örnəkdən və hərtərəfli vermişik. Yenə də insanların çoxu həqiqəti ört-basdır etməkdən başqa bir şey etməkdən qaçındılar/inkar etməkdə israrçı oldular.

90–93Və: “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə qətiyyən inanmayacağıq. Ya­xud sənin xurmalardan, üzümlərdən ibarət bir bağçan olmalıdır. Onların ara­la­rın­da şı­rıl-şırıl bulaqlar axıtmalısan. Yaxud iddia etdiyin kimi, göyü parçalar ha­lında üzə­rimizə düşürməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Ya­xud sə­nin qızıl bəzəkli bir evin olmalı, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yük­sə­li­şinə, öyrənib-öyrədəcəyimiz bir kitabı bizə endirməyənə qədər qətiyyən inanm­a­rıq” – de­dilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən məgər bəşər elçidən baş­qa bir şeymiyəm ki?!”

94Və insanlara yol göstərən – Quran gəlincə, özlərinin iman etmələrinə, sadəcə: “Allah bir bəşərimi elçi göndərdi?” – demələri mane olur.

95De ki: “Əgər yer üzündə rahatlıqla gəzən mələklər olsaydı, əlbəttə, Biz onlara göydən elçi olaraq bir mələk endirərdik”.

96De ki: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. Şübhəsiz, O, qullarını, hər şeyin iç üzünü, gizli tərəflərini yaxşı biləndir, ən yaxşı görəndir”.

97,98Və Allah kimə bələdçi olarsa… Bax budur, o doğru yolu tapmış olandır. Kimi də az­dırarsa, artıq bunlar üçün Allahın yaratdığı sərvətlərdən heç bir köməkçi, qoruyucu, yol göstərici yaxın kimsə tapa bilməzsən. Və Biz onları qiyamət günü kor, lal və kar olduqları halda, üzüstə toplayacağıq. Onların girəcəkləri yer cə­hənnəmdir. O zaman ki, cəhənnəm bitdi, onlara atəşi artdırarıq. Bax budur, bu onların ayələrimizi/əlamətlərimizi/nümunələrimizi ört-basdır etdikləri və:  “Bizlər, bir yığın sümük və ovalanmış toz olduğumuz zamanmı, biz yeni bir yara­­dılışla mütləq dirildilmiş­mi olacağıq?” – dediklərinə görə, onların cəzasıdır.

99Onlar, göyləri və yeri yaradan Allahın, onlarla eyni olan insanları yaratmağa da gücü yetdiyini və onlar üçün şübhə edilməyən bir müddət sonu müəyyən edilmiş olduğunu da görmədilərmi? Bax budur, bu, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, gerçəyi ört-basdır etməkdən başqa hər şeydən qaçındılar – həmişə haqqı örtməyə yönəldilər.

100De ki: “Əgər siz, Rəbbimin mərhəmət xəzinələrinə sahib olsaydınız, xərclənib tü­kə­nər qorxusu ilə, tam yəqinliklə bilin ki, əlinizdə tutar/kimsəyə bir şey verməzdi­niz. Və insan çox xəsisdir”.

(50/17, İsra/82–100)

Nəcm: 168

101Və and olsun Biz Musaya açıq-aşkar doqquz/bir çox ayə [əlamət/nümunə][12] ver­­dik. Bax budur, İsrailoğullarından soruş, gör! O zaman ki, Musa, onların yanına gəldi və Firon ona: “Ey Musa! Mən sənin ovsunlanmış olduğunu tam yəqin bil ki, bilirəm” – de­mişdi.

102Musa dedi ki: “Sən tam yəqin bildin ki, ayələri, bir-bir ibrət olaraq, ancaq göylərin və yerin Rəbbi endirdi. Və mən də sənin dağıntıya uğramış olduğuna tam yə­qin inanıram”.

103Buna görə də Firon Musanı və İsrailoğullarını Misirdən sürgün etmək istədi və Biz onu və yanındakıların hamısını suda boğduq.

104Və ondan sonra Biz İsrailoğullarına: “Bu torpaqlara siz yerləşin! Sonra axirətə dair verilən söz gəldiyi vaxt, sizi toplayıb bir yerə yığacağıq” – dedik.

(50/17, İsra/101–104)

Nəcm: 169

105Və Biz Quranı sadəcə haqq ilə endirdik, o da sadəcə haqq ilə endi. Və Biz səni yalnız və yalnız müjdəçi və xəbərdar edən olaraq elçi etdik.

106Və Quranı… Biz onu öyrənib, insanlara gözlənilənlərə görə öyrədəsən deyə parça-parça ayırdıq və Biz onu, endirdikcə endirdik!

107,108De ki: “Siz Qurana istər inanın, istər inanmayın, bu, daha əvvəl özlərinə bilik verilənlər/Quran onlara oxunduğu zaman onlar boyun əyib, təslimiyyət göstə­rə­rək çənələri üstə yerə qapanarlar. Və: “Rəbbimiz hər cür nöqsandan münəz­zəh­dir. Rəb­bimizin vədi mütləq yerinə yetəcəkdir” – deyərlər”.

109Və onlar ağlayaraq, çənələri üstə qapanarlar. Quran onların hörmət və təvazökarlığını artırar.

110De ki: “Allah deyə çağırın və yaxud Rəhman deyə çağırın. Hansı adla çağırırsınızsa çağırın, ən gözəl isimlər Onundur. Salaatı nə açıq icra etmə, nə də gizlin etmə. Və bu ikisi arasında bir yol tap”.

111Və de ki: “Bütün təriflər, özünə heç bir övlad götürməyən, sahiblikdə və idarəçilikdə özünün hər hansı bir ortağı olmayan, zəif olmadığı üçün köməkçiyə ehtiyacı olmayan Allaha aiddir/başqası öyülə bilməz”. Və Allahı uca tutduqca uca tut!

(50/17, İsra/105–111)

[1]Burada bəhs edilən “Söz”, Sad/84–85 və Səcdə/5–də bəhs edilən “cəhənnəmin ins və cin [hər kəs] tərəfindən doldurulması”–na yönəlik, Rəbbimiz tərəfindən alınmış bir prinsipial qərarıdır. Rəbbimizin bu qərarı Quranda bəzən “əl – kavl”, bəzən də “kəlimətü Rəbbik” şəklində keçir.

[2]Söz olaraq hərfi mənası “örtünmək, gizlənmək, alışmaq və qulluq” demək olan tanrı sözü, əsasən, “ibadət edilən, sitayiş edilən, ululanan” obyektlərin ortaq adı olmuşdur. Tanrı sözünün “ibadət edilən varlıq” mənasında istifadə olunmasının səbəbi olaraq da, bu sözə “ehtiyacları aradan qaldıran, işlənən əməlin qarşılığını verən, könül rahatlığı, dinclik verən, ucalıq, hökmü altına alıb qoruyan, müsibət anında qoruyan” mənalarının yüklənmiş olmasını göstərmək olar.

Tanrı sözü Quranda həm “haqq olsun, batil olsun, fərq qoymadan, insanların sitayiş etdiyi varlıq” mənasında, həm də “həqiqətən ibadətə layiq olan haqq məbud” mənasında istifadə edilmişdir.

[3]Məna bütünlüyü üçün 45–48–ci ayələr, 41–ci ayənin davamı, 40–cı ayə də 42–ci ayənin davamı olaraq tərtib edilmişdir.

[4]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bun­lardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.

Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.

[5]Qurandakı, “Salaatın iqaməsi” ilə əlaqədar əmr və xəbər cümləsi səviyyəsindəki ifadələr, əsasən “namazı doğru qılın, namazlarını dosdoğru qılarlar” şəklində tərcümə edilərək, zəmanəmizə qədər gəlmişdir. Bizim, sözlərin mənaları üzərindən etdiyimız təhlil isə bu tərcümələrin, ifadənin mənasını əks etdirməsi baxımından yetərsiz olduğunu, hətta səhv olduğunu göstərməkdədir.

Q–v–m hərflərindən ibarət olan “iqam sözü”, “oturmaq” felinin inkarı olan “qiyam” sözünün ifal babından məsdəridir və lüğətlərdə bu qəlibin mənası – “ayağa qaldırmaq, dikəltmək, dik tutmaq” olaraq verilmişdir.

Buna görə  “iqamis-salaat” ifadəsinin mənası da, “zehni və maddi yönlərdən edilən kömək və dəstəklə çətinliklərin öhdəsindən gəlinərək, aradan qaldırılması işlərinin həyata keçirilməsi və bunun davam etdirilməsi, yəni dik tutulması, işin təşkilatlandırılması” – deməkdir. Bunu konkretləşdirərək, ifadə etmək gərəkirsə, Salaatın iqaməsi: a) Zehni mənası ilə, təhsil və təlimin təşkil edilməsi üçün məktəblər, xalq evləri, xalq təhsil mərkəzləri açılması və bunların dik tutulması, b) Maddi mənası ilə, iş yerləri açılması, Pensiya təqaüdü, Sosial təminat, sosial təhlükəsizlik sistemlərinin təşkil edilməsi, yoxsul və yetimlərin dəstəklənərək, subay və dulların evləndirilməsi də daxil olmaqla, çətinliklərinin həllinin öhdəyə götürülməsi/aradan qaldırılması, dərdlərinə çarə olunması üçün təşkilatlar yaradılması və bunların yaşadılaraq, fəaliyyətinin təmin olunması deməkdir. Bu mövzu Təbyinul–Quranda izahlı olaraq, təqdim edilmişdir.

[6]Peyğəmbərimizə göstərilən bu görüntü, 1) Rəsmi Düzülüşə görə İsra/1–ci ayəsində haqqında bəhs edilən gecədə, Peyğəmbərimizin ilk vəhy anında son sidr ağacında gördüyü və incəlikləri Nəcm surəsində anladılan görüntüdür. 2) Peyğəmbərimizin, Məkkəyə girişini gördüyü görüntüdür ki, bu Fəth/27–də yer alır. Burası unudulmamalıdır ki, burada bəhs edilən görüntülər, “yuxuda görülən” görüntülər deyil, “oyaq ikən görünən” görüntülərdir.

Lənətli ağac, “uzaq durulmalı, kənar edilməli olan ağac” mənasında olub, bu ifadə ilə “qızıl, mal” nəzərdə tutulmuşdur. Çünki Sad surəsində söylədiyimiz kimi (bxn. Təbyinul–Quran; c. 3, İsra surəsi) lənət sözü, “qovmaq, yaxşılıq və faydadan məhrum buraxmaq, ailə və ya sülalənin bir fərdinin kənarlaşdırılması” deməkdir. Adəmə, yaxınlaşılmaması əmr edilən (Əraf/19, 69–cu nəcm) şəcər [ağac] də, “qızıl, mal, mülk” mənasına gəlir. (Bxn. Təbyinul–Quran; c. 3, Əraf surəsi)

Belə ki, Quranda (Rəsmi Düzülüş: Ənfal/28, Təğabün/15, Zümər/49), bunun insanlar üçün bir fitnə olduğu ifadə edilmiş və ondan uzaq durulması əmr edilmiş, mübtəlası olunmaması istənilmişdir.

[7]Məlaikə və bunun təki olan mələk, omonim sözlərdir. Həm “elçi göndərmək” mənasına gələn “uluk” kökündən, həm də “qüvvət, idarəetmə gücü” mənasındakı “məlk” kökündən törəmiş ola bilər. “Elçi göndərmək” mənasına gələn “uluk” kökündən törəmiş “mələk”, məlaikə sözləri, “peyğəmbərləri, vəhy ayələrini” ifadə edərlər. “Məlk” kökündən gələn mələk, məlaikə sözləri isə “təbiətdəki maddi və enerjik bütün gücləri” ifadə edər. Təsbitlərimizə görə, Quranda keçən bu sözlər, hər iki kökdən də törəmiş və törədiyi kökün mənasına uyğun olaraq, fərqli mənalarda istifadə edilmişdir. Yəni “məlaikə” sözü, Quranda bəzən birinci mənada, bəzən də ikinci mənada istifadə edilmişdir. Sözün Quranda hansı mənada istifadə edildiyi isə, yer aldığı bölmənin söz axışından ayırd edilə bilir.

Mələk sözü ilə əlaqədar geniş açıqlama Təbyinul-Quranda verilmişdir.

[8]Ayənin orijinalındakı ifadə, “bu, qovulmuş şeytanın sözü deyildir” şəklindədir. Şeytan, söz mənası olaraq “haqqdan uzaq olan” deməkdir. Anlayış olaraq isə, “haqqa və ağla zidd hərəkət edən hər cür insan, güc və qurumun ortaq və xarakteristik adı”dır.

Şeytanın kimlər və ya nələr ola biləcəyi, özəllikləri və ayırd edici xüsusiyyətləri Quranda təfərrüatlı olaraq mövcuddur. Qurana görə Şeytan: a) Haram yeməyi, haqsız qazanc əldə etməyi məsləhət görən/əmr edən, b) Pislik, həyasızlıq etməyimizi və Allaha qarşı bilmədiyimiz şeyləri söyləməyimizi təlqin edən, c) Bizi yoxsulluqla qorxudan, d) Bizi əsassız, boş düşüncələrə salan, e) Allahın yaratdıqlarını dəyişdirməyi əmr edən, f) Aldatmaq üçün bizə parlaq sözlər pıçıldayan, g) Vəsvəsə verib, qızışdıran, zehin bulandıran, h) Etdiyimiz əməllərimizlə bizi, lazımsız hərəkətlərə sövq edən, i) Bizi azdıran, j) İçki/narkotik və qumarla insanlar arasına düşmənçilik və kin salmaq istəyən, k) Bizi Allahı anmaqdan və Ona qulluq etməkdən çəkindirmək istəyən insan və güclərdir.

“Qovulmuş şeytan”, “inadkar şeytan” ifadələri də Quranda “İblis” üçün işlədilir. “İblis” isə, “insanın düşünmə qabiliyyəti”dir. Quranda İblis, gözə görünməyən, insanın zehnində vəsvəsə verən, xam düşüncələr törədən, insanlara ətraflarından yanaşan, təsirlə fəaliyyətə keçən, təsirsiz sahələrdə fəaliyyət göstərə bilməyən, canlılardan sadəcə insanda olan, insana boyun əyməyən, enerjidən yaradılmış bir güc, bacarıq olaraq tanıdılır. Quranda bu bacarıq insanlaşdırılaraq, işlədilir. Geniş məlumatı “Təbyinül-Quran”dan almaq olar.

[9]İblisin mallarda və uşaqlarda insanlara ortaq olması üçün heç bir zəhmət çəkməsinə ehtiyac yoxdur. İnsanlar, İblisə xidmət edərək, mallarını İblisin məqsədi yolunda xərcləyərək, uşaqlarını kamala çatdırmayıb, cahil buraxaraq, onu özlərinə, mallarına və uşaqlarına ortaq edərlər. Doğru yolda təhsil görməyən bir uşağın atası artıq yarı yarıya İblisdir və bu uşağın İblisin məqsədi yolunda bir fasiq, bir zalım və ya bir müşrik olması qaçınılmazdır.

Bu xüsusiyyətlər, Rəsmi Düzülüş: Nisa/118–119, Maidə/103, Sad/82–83, Ənam/136, Bəqərə/268, İsra/31–də görülə bilir.

[10]Bunlar, Salaat [zehni və malddi dəstək] vaxtlarını müəyyən edən ilk ayələrdir. Hər nə qədər Məkki bir surə içində yer alsalar da, bu ayələr Mədinə dövrünə aiddir. Yuxarıda da vurğuladığımız kimi, Salaatın [zehni və maddi dəstəyin] məqsədi, insanı, zehni və maddi yönlərdən dəstəkləyərək, özünə və cəmiyyətə yararlı bir insan halına gətirməkdir. Xüsusilə, Salaatın zehni yönü, insanın kamala yetməsini təmin etdiyindən, Rəbbimiz, bu çox vacib məqsədi həyata keçirməyin yolu olan təhsil və təlimə nə qədər əhəmiyyət verdiyini, düşmən hücumu altında ikən belə, Salaatın zehni yönünün tərk edilməməsi təlimatı ilə göstərmişdir. Yuxarıdakı ayələrdə bəhs edilən, Salaatın zehni yönüdür. Elə buna görə də, müəyyən vaxtlarda Salaatın iqamə edilməsi istənərək, insanın mənəvi bəslənməsinin daimiliyi təmin edilmişdir. Salaatın, möminlər üçün günün müəyyən vaxtlarında yerinə yetiriləcək bir vəzifə olması, xüsusilə, insan şüurunda Allah inancının daimiliyini gerçəkləşdirmə məqsədinə yönəlikdir. Beləliklə, Salaatı iqamə etmək [zehni və maddi dəstək əmələ gətirib, işlətməkdə] insan üçün çox əhəmiyyətli bir tapşırıq mahiyyətindədir. Bu mahiyyətinə görə də, günün bəlli vaxtlarında [səhər, axşam və gecə] bu öhdəliyin yerinə yetirilməsi istənir. Salaatı iqamə etməyi əmr edən Allah, bunların hansı vaxtlarda iqamə ediləcəyini İsra/78–79 və Hud/114–də açıqca bildirmişdir. Diqqət edilirsə, Hud/114 ilə İsra/78–79–dakı ifadələr eyni olub, bu ayələr Salaatın vaxtlarını müəyyən edir. Ancaq bu vaxtlar, Quranın başlıca üslubuna uyğun olaraq, fərqli üslub və eyni sözlərlə ifadə edilmişdir. Diqqət edilməli olann nöqtə, bu fərqli sözlərin hamısının da eyni mənanı daşımasıdır. Buna görə də, bu zamanlama o günün Ərəbistanının coğrafi və sosial şərtləri çərçivəsində məsləhət görülmüş olub, bizə görə, fərqli coğrafya və sosial şəraitlərdə Salaat üçün ən uyğun zamanlar müəyyən edilə bilər.

[11]Ayədəki, “müdhiş qüvvətləri olan, “üstün ağıl sahibi olan” və “ərşdə hegemonluq quran” ifadələri ilə, “Allah” qəsd edilir. Təbii sözlər, həqiqi mənasından məcazi mənaya çəkilməli və burada qəsd olunanın, birbaşa Allah deyil, Onun təcəllisi, qüdrətinin inikası olduğu bilinməlidir. Belə ki, Allahın, Musa peyğəmbərin ilk vəhy alması əsnasında da “dağda, ağacda bir atəş” olaraq təcəlli etdiyi Quranda yer alır.

Ayədə keçən “vəhy” sözünün vəz edilmə [ilk mövzu, törədiliş] mənası, “gizlincə bilikləndirmək”dir. Zaman keçdikcə bu məna çərçivəsinə uyğun olaraq, “gizli mövzu etmə, işarə etmə, əmr etmə, ilham etmə, dolayı yolla anlatma, pıçıldama, məktub yazma, elçi göndərmə” mənalarında da işlədilmişdi. “Vəhy”in termin mənası isə, “Allahın vasitəsiz və vasitəçisiz olaraq əmrlərini, hökmlərini gizlicə və sürətlə peyğəmbərlərinə bildirməsi”– dir. “Vəhy” sözü ilka sözü ilə uyğun mənalarda işlədilir. Vəhyin necə həyata keçdiyini bilmirik, bilməyəcəyik də. Belə ki, Allah, yoxdan var etmə işi kimi, bu işi də, “Öz işindən biri, kimsənin etmədiyi, edə bilməyəcəyi bir iş” olaraq, xarakterizə edir.

[12]Buradakı “doqquz” sayını iki şəkildə anlamaq mümkündür. a) Bu say çoxluqdan kinayədir. Belə ki, İsrailoğullarına doqquzdan daha çox ayə/əlamət göstərilmişdir. b) Burada qəsd edilən Tövratdakı “on əmr”in doqquz ayədə yazılı olmasıdır. “Yəhudi Tövratında, iki ayrı əmr cümləsi olaraq zikr edilən, “Qarşımda başqa tanrıların olmayacaq” ifadəsi ilə “Özün üçün oyma büt etməyəcəksən” ifadələrini, Samiri Tövratı tək əmr cümləsində toplamışdır. Beləliklə, “Qonşunun evinə tamah etməyəcəksən “ də daxil olmaqla, əmrlərin sayı, Yəhudi nüsxəsində on, Samiri nüsxəsində isə doqquzdur.