QÜREYŞ SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 51

1,2Qüreyşin təhlükəsizliyi və rifahı naminə, qış və yay, hər zamankı səfərlərində təhlükəsizlikləri və rifahları üçün… 3,4Elə isə onları aclıqdan xilas edərək, bəsləmiş olan və hər qorxudan onları təhlükəsizliyə qovuşdurmuş olan, bu Beytin Rəbbinə[1] qulluq[2] etsinlər.

(29/106 Qüreyş/1–4)

 

[1]“Bu Ev” ifadəsi ilə qəsd edilən, “Beytullah” [Allahın evi], yəni “Kəbə”– dir. Quranda Allah ora üçün, “evim” ifadəsini istifadə etmişdir. Allahın evi ifadəsi, “Allahdan başqasına aid olmayan ev” demək olub, oranın cəmiyyətin mülkü olduğu mənasına gəlir. Bu da, orada sosial məsələlərin müzakirə olunacağı, cəmiyyətin ehtiyacları ilə əlaqədar məsələlərin həll olunacağı, cəmiyyətə aid olan təhsil, təlim, yaşamaq, idarə etmək kimi mövzularda qərarlar alınacağı deməkdir.

“Bu Evin Rəbbi”: 2 saylı qeyddə açıqladığımız kimi, rəbb sözü, “tərbiyə edib təlimləndirən, yaratdıqlarını müəyyən bir proqrama uyğun olaraq bir sıra hədəflərə götürən, proqramlayıb yönləndirən” – deməkdir”. Bu Evin Rəbbi deyilərək, Rəbbin “ev”ə şamil edilməsi, Kəbənin quruluşunun və funksiyalarının hamısının Allah tərəfindən proqramlanıb, həyata keçirildiyini göstərir. Həqiqətən də o ev, Allah adından yer üzərində qurulmuş ilk evdir, orası bərəkətlidir, orada bolluq vardır.

Qüreyşlilər, Kəbəyə həcc və umrə üçün gələn minlərlə insana verilən xidmətləri öz aralarında paylaşdırmışdılar. Hər sülalənin müəyyən bir vəzifəsi vardı. Kəbənin gözətçiliyi, baxıcılığı, hacılara su paylanması, hacılara kömək, hacılara pul toplamaq, yemək yedirtmək, hacıların məhkəmə olunması kimi bir çox iş Qüreyşlilər tərəfindən edilirdi. Bu müqəddəs turizm, Qüreyşlilərə, tərifi ifadə edilə bilməyən bir üstünlük və hörmətliliklə yanaşı, bol qazanc da təmin edirdi. Aydındır ki, Qüreyşlilərin Məkkədə sürdükləri bu səfa, onların öz qeyrətlərinin deyil, Allahın Kəbə ilə əlaqədar planlarının bir nəticəsi idi. Belə ki, Allahın Kəbə ilə əlaqədar bu planı günümüzdə də davam edir və müqəddəs turizm, bu gün də, Səudiyyə Ərəbistanı dövlətini dirçəltməkdədir.

[2]İbadət sözü dilimizə fonetik olaraq, ərəbcə orijinalı ilə girməsinə rəğmən, kök mənası olan “qulluq, köləlik etmək” mövzusundakı insanın tərz və halı ilə əlaqədar əsl mənasını, xeyli dərəcədə itirmiş və sadəcə bir sıra ritual, ayin və davranışlar üçün istifadə edilən bir anlayış halına dönmüşdür. Kökü a–be–de olan felin məsdəri, “ibadət” sözü, “qulluq etmək, köləlik etmək” mənasına gəlir. Bu mənalar bir insanın qeydsiz şərtsiz təslim olmasını, itaət etməsini, boyun əyməsini ifadə edir. Dini termin olaraq ibadət isə, “qulun sahibinə/yaradanına qarşı, sahibi/yaradanı tərəfindən verilən vəzifələri qeydsiz, şərtsiz qəbul edib yerinə yetirməsi”dir. Hər şeyin yaradıcısı olan Allah, qulları üçün müəyyən etdiyi davranış və yaşayış tərzini qullarına müxtəlif şəkillərdə bildirmiş və ən son olaraq, bütün bu bildirişləri Quranda toplamışdır. Bu doğrular işığında ibadət, Allah tərəfindən bir təlimatnamə [Quran] ilə qullara bildirilən vəzifələrin, qullar tərəfindən qeydsiz, şərtsiz itaət edilərək və təslimiyyət göstərilərək [boyun əyilərək] yerinə yetirilməsidir. Elə isə ibadət, xalq arasında yayğınlaşdığı kimi, sadəcə üç-beş əməli etməkdən ibarət deyildir. İbadət, “Allahın  qulluq təlimatnaməsində vermiş olduğu vəzifələrin bütününü etmək, hamısını həyata keçirmək”dir.