RƏHMAN SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 596

1–4Rəhman! Quranı/öyrənib-öyrətməyi öyrətdi, insanı yaratdı, ona xeyir və şəri, yaxşını və pisi ayırmağı öyrətdi.

5Günəş və Ay bir ölçü ilə axıb getməkdədir.

6Gövdəsiz bitkilər və ağaclar da boyun əyib təslimiyyət göstərməkdədirlər.

7–9Və səmanı da əmələ gətirdi, onu yüksəltdi və tərəzidə/ölçüdə/tarazlıqda azğınlıq etməyəsiniz deyə, tərəzini/ölçünü/tarazlığı qoydu. Ölçünü haqq məqsədiylə dikəldin/dik tutun, tərəziyə/ölçüyə/tarazlığa zərər verməyin.

(97/55, Rəhman/1–9)

Nəcm: 597

33Ey cin və ins[1] camaatları! Əgər göylərin və yerin kənarlarından aşıb keçməyə güc yetirə bilirsinizsə, dərhal aşın, ancaq üstün bir güc olmadan aşa bilməzsiniz.

34Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

31Ey ağırlığı olan iki qrup! Yaxında sizin hesabınıza baxacağıq.

32Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

35İkinizin də üzərinə atəşdən alov və duman göndərilər və siz köməkləşə bilməzsi­niz.

36Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

10–12Və özündə meyvələr və salxımlı xurma ağacları, yarpaqlı dənələr və xoş qoxulu bitkilər olan yer üzünü əmələ gətirdi, onu oranın yaradılışları üçün alçaltdı.

13Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

14,15O, görünən, bilinən varlıqları bişmiş palçıq kimi quru palçıqdan/dəyişkən bir maddədən əmələ gətirdi. Görünməz varlıqları, gücləri isə atəşin dumansızın­dan/ener­jidən əmələ gətirdi.

16Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

17Rəhman iki şərqin Rəbbi və iki qərbin Rəbbidir.

18Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

19İki dənizi bir-birinə qovuşmağa qoymayan… 20Aralarında bir əngəl vardır, bir-bir­lə­rinə keçib qarışmırlar.

21Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

22İkisindən inci və mərcan çıxar.

23Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

24Dənizdə iri dağlar kimi yüksəldilən gəmilər də Onundur.

25Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

26,27Yer üzünün üzərindəki hər kəs gəlib keçicidir. Və o cəlal və ikram sahibi Rəbbinin yalnız və yalnız Özü baqi qalır.

28Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

29Göylərdə və yerdə olan kimsələr Ondan istəyirlər. O, hər an bir işdədir.

30Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

37Sonra da göy yarılıb, zeytun yağı kimi bir gül olduğu zaman…

38Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

39Artıq bax budur, o gün bildik-bilmədik, gəlmiş-gələcək heç kimsə bir başqasının günahına görə məsuliyyət daşımaz.

40Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

41Günahkarlar nişanlarından tanınaraq, alınlarından və ayaqlarından tutularlar.

42Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

43Bax budur, bu, günahkarların yalan saydığı cəhənnəmdir. 44Onlar onunla qaynar su arasında dolanıb durarlar/var-gəl edərlər.

45Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

46Və Rəbbinin məqamından qorxan kimsələr üçün iki cənnət vardır.

47Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

48İkisinin də budaqları vardır.

49Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

50İkisində də axıb gedən iki bulaq vardır.

51Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

52İkisində də hər meyvədən cüt-cüt vardır.

53Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

54Astarları qalın ipəkdən/atlasdan yataqlara söykənmiş kimsələr olaraq, iki cənnətə də toplanıb gətirilmə yaxındır.

55Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

56Oralarda daha öncə bilinən, bilinməyən, keçmiş, gələcək heç kimsə tərəfindən toxunul­ma­mış – əl və göz dəyməmiş, baxışlarını dikənlər vardır.

57Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

58Sanki, onlar yaqut və mərcanlardır.

59Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

60Yaxşılaşdırmağın/gözəlləşdirməyin qarşılığı yaxşılaşdırmaq/gözəlləşdirməkdən başqa ola bilərmi?

61Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

62Bu ikisinin yaxınlığında iki cənnət daha vardır.

63Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

64Bunlar yamyaşıldırlar.

65Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

66İkisində də durmadan coşan iki bulaq vardır.

67Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

68İkisində də meyvə, xurma və nar vardır.

69Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

70O meyvələrin içlərində yaxşılıqlar/gözəlliklər vardır.

71Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

72Çadırlara qapanmış parlaq gözlülər vardır.

73Yaxşı, siz ikiniz Rəbbinizin güc yetirdiklərinin – bənzərsiz gücünün, bənzərsiz nemətlə­rinin hansını yalan sayırsınız?

74Bunlardan öncə onlara bilinən-bilinməyən heç kimsə toxunmamışdır.

75Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

76Yaşıl yastıqlara və “Abkari” (Yəmənin bilinməyən bir yerində Akbar şəhərində əcnəbilər tərəfindən toxunmuş incə parça, zərif, lətif, gözəl) sərgilərə, fövqəladə gözəl işləməli döşəklərə söykənənlər olaraq…

77Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

78Əzəmət və böyüklük sahibi, əmr və qanun qoyma haqqına sahib, hörmət sahibi edən Rəbbinin adı nə səxavətlidir![2]

(97/55, Rəhman/33–34, 31–32, 35–36, 10–30, 37–78)

 

[1]Cin və ins sözləri Quranda ilk dəfə burada keçdiyindən bu sözlərlə əlaqədar qısaca bilik vermək istəyirik: Cin, xalq kültüründə “insan kimi yeyib içən, törəyən, inanan, bəzən qabiliyyətli insanlar tərəfindən işçi kimi işlədilən, qeyri-adi güc və biliklərə sahib, insanları çarpan, istədiklərinə zərər verən, əydirən, yüksək dəyərlər ilham edən gizli dəstəkçi güc, görünməyən yaradılış” olaraq bilinir. Buna görə də, Quran səhv anlaşılır. Cin sözü, əslində “örtülü varlıq – insanın beş duyğu üzvü ilə qavraya bilmədiyi, qavranmağa qapalı, mövcudiyyəti qəti olan varlıq və ya güc” – deməkdir. Bu sözün inkar mənası olan ins [insan] isə, “beş duyğu üzvü ilə hiss edilə bilən, bilinən, görünən, tanış, əlaqə qurula bilən, yox olmayan, daima ortada duran” – deməkdir. Bizə tanış olan bu sözlər də cin sözünün törəmələrindəndir: Cənnət [torpağı ağac yarpaqları ilə örtülmüş yer], cinnət [ağlı, fikri gizlənmək, dəli olmaq], cənin (rüşeym – ananın qarnında gizləndiyi üçün bu adı almışdır), cünnət [döyüşdə istifadə edilən qalxan ( adamı oxdan, nizədən gizlətdiyi üçün bu ad verilmişdir)].

Quranda cin sözünün “mikroorqanizmlər, elektrik, maqnit, şüa, radiasiya, agent/casus, əcnəbi, kimliyi bəlli olmayan insan” mənalarında istifadə edildiyini görəcəyik. Bir də Quranda ins və cin sözlərinin bərabər istifadə edildiyini görürük. Bu iki zidd mənalı söz birlikdə istifadə edildiyində, sözlərin mənası fərqliləşir, başqalaşır və zənginləşir.

Zidd mənalı iki sözdən, daha ətraflı bir məna çıxarmaq, hər dildə var olan bir tətbiq üsuludur. Məsələn: Gecə-gündüz, yaş-quru, canlı-cansız, it–pişik, səhər–axşam, yer–göy, yaxşı–pis, acı–şirin, sağ–sol, irəli–geri, aşağı–yuxarı, en–uzunluq, ağ–qara, irili–xırdalı, dünya–axirət kimi zidd mənalı sözlər bərabər deyim olaraq istifadə edildikdə, qəlibin mənası, sözlərin xüsusi mənalarından fərqliləşir və zənginləşir.

Mənalarının bir-birlərinə zidd olduğunu gördüyümüz ins və cin sözləri, birlikdə bir qəlib halında istifadə edildiklərində, “gördüyünüz–görmədiyiniz, bildiyiniz–bilmədiyiniz, tanıdığınız–tanımadığınız, yəni hər kəs və hər şey” mənasına gəlir. Bunun Quranda xeyli çox misalı mövcuddur.

[2]Bu bölməni, texniki səbəblər və məna uyğunluğuna görə, Rəsmi Tərcümədən fərqli tərtib etdik. Ətraflı açıqlama üçün Bxn. Təbyin.