RUM SURƏSİNİN TƏBYİNİ

Rum surəsi Məkkədə enən 84-cü surə olub, adını 2-ci ayədəki “الرّوم ər-Rum [Bizans]” sözündən almışdır. Bölmələrindəki mövzu bütünlüyü, surənin bir dəfədə və ya yaxın aralıqlarla endiyini göstərir.

Surə bu ayələr endiyi dövrdə hələ olmamış, daha sonra meydana gələcək olan tarixi hədisələri və nəticələrini [Bizanslılarla İranlılar arasında meydana gələcək döyüşdə Bizanslıla­rın qalib gəlməsini] bildirərək başlayır. Verilən bu məlumatlar surənin enməsindən illər sonra eynilə baş vermişdir. Gələcəyə dair bu məlumatlar Quranın Allah tərəfindən endirildiyinin ən böyük sübutlarındandır.

Surədə kainatdakı bir çox ayə (işarə, dəlil) gözlər önünə sərilərək Allahın qüdrəti vurgulanır. Dünyaya bel bağlayıb axirəti gözdən qaçıran inancsızlar qınanır, axirətə dair bir çox xəbərdarlıq məqsədli səhnə nəql edilərək, inkarçılara xəbərdarlıq edilir. Həmçinin Rəsulullah və möminlər təsəlli edilir və əhvali ruhiyyələri yüksəldilir.

TƏRCÜMƏ

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 375

1Əlif/1, Lam/30, Mim/40.

2–6Rumlar/Bizanslılar yer üzünün ən alçaq/çuxur yerində məğlub oldular. Onlar bu məğlubiyyətlərinin ardından bir neçə il içində qalib gələcəklər. Bundan əvvəl də, sonra da əmr Allahındır. Və o gün möminlər Allahın köməyi ilə sevinəcək­lər. Allah Özünün bir vədi olaraq dilədiyinə kömək edər, qalib edər. Allah və­din­dən dönməz. Amma insanların çoxu bilməzlər. O, ən üstün, ən güclü, ən şərəfli, məğ­lub edilməsi mümkün olmayan/mütləq qalib olandır, əngin mərhəmət sahibidir.

7İnsanların çoxu adi dünya həyatından görünəni bilirlər. Və onlar Axirəti veclərinə almayanların məhz özləridirlər.

(84/30, Rum/1–7)

Nəcm: 376

8Öz içlərində heç düşünmədilərmi ki, Allah göylərdə, yerdə və bu ikisi arasında olan hər şeyi ancaq haqq ilə və müəyyən edilmiş bir müddət üçün yaratmışr? Və şübhə­siz, insanlardan çoxu Rəbbinə qovuşmağı qətiliklə, bilə-bilə rədd edənlərdir/inan­ma­yanlardır.

9Onlar yer üzündə gəzərək, özlərindən öncəkilərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Onlar özlərindən daha güclü idilər/yer üzünü qazıb alt-üst etmişdilər, onu bunların abad etdiklərindən daha çox abad etmişdilər. Elçiləri də onlara necə açıq dəlilləri gətirmişdilər. O halda Allah onlara haqsızlıq edəcək deyildi, lakin, onlar şərik qoşaraq, özlərinə haqsızlıq etməkdə davam etdilər.

10Sonra Allahın ayələrini/əlamətlərini/nümunələrini yalan saydıqları üçün, pislik edən o insanların aqibətləri “ən pis” oldu. Onlar lağ da edirdilər.

(84/30, Rum/8–10)

Nəcm: 377

11,12Allah ilk olaraq yaradar, sonra onu geriyə çevirər. Sonra da Ona döndərilərsiniz. Qiyamətin qopma anında da günahkarlar ümidlərini kəsərlər.

13Onlar üçün ortaq qoşduqlarından, şəfaət – kömək edən, ara düzəldənlər də olmaz. Və onlar ortaqlarını rədd etdilər/qəbul etməyənlər oldular. 14Və Saatın dikildiyi gündə də, bax budur, o gün onlar ayrılırlar.

15İndi iman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq onlar bir bağça içində nəşələndirilirlər.

16Kafirlərə, ayələrimizi və Axirət görüşməsini yalan sayanlara da gəlincə, bax budur, onlar əzab içində hazır tutdurularlar.

17,18O halda, etməli olduğunuz, axşama çatdığınızda, səhərə çatdığınızda, gecə sırasında, günortaya çatdığınızda – hər zaman Allahın bütün nöqsan sifətlərdən münəzzəh qılınmasıdır! Göylərdə və yerdə də bütün təriflər, sadəcə, Ona aiddir/başqası öyülə bilməz.

19O, ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır və yer üzünə ölümündən sonra həyat verir. Sizlər də bax budur, belə çıxarılacaqsınız.

(84/30, Rum/11–19)

Nəcm: 378

20Onun sizi bir torpaqdan yaratması da Özünün əlamətlərindən/nümunələrindəndir. Sonra da siz, indi dağılıb–yayılan bir bəşərsiniz.

21Yenə Onun əlamətlərindən/nümunələrindəndir ki, sizin üçün nəfslərinizdən özlə­ri­nə isinəsiniz deyə, həmtaylar yaratmış, aranıza bir sevgi və mərhəmət qoymuşdur. Şübhəsiz ki, bunda, yaxşı-yaxşı düşünə bilən bir cəmiyyət üçün necə əlamətlər/nü­mu­nələr vardır.

22Yenə göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin dəyişikliyi Onun əlamətlərindən/nümunələrindəndir. Şübhəsiz ki, bunda biliklilər üçün necə əlamətlər/nümunələr vardır.

23Yenə gecədə və gündüzdə yatmağınız və ərməğanlarından ruzi axtarmağınız Onun əlamətlərindən/nümunələrindəndir. Şübhəsiz ki, bunda qulaq verəcək bir cəmiyyət üçün necə əlamətlər/nümunələr vardır.

24Yenə Onun ayələrindəndir ki, sizə həm qorxu və həm də ümid vermək üçün şimşəyi göstərir. Və göydən bir su endirir ki, onunla yer üzünə ölümündən sonra həyat verir. Şübhəsiz ki, bunda ağlını işlədəcək bir cəmiyyət üçün necə əlamətlər/nümunələr vardır.

25Göyün və yer üzünün Öz əmri ilə durması yenə Onun əlamətlərindən/nümunələrindəndir. Sonra sizi yer üzündən bir tək çağırışla çağırdığı zaman bir də baxarsınız ki, siz çıxarılırsınız.

46Sizə mərhəmətindən daddırsın, əmri ilə gəmilər axıb getsin və sahib olduğunuz nemətlərin qarşılığını ödəyəsiniz deyə, ərməğanlarından ruzi axtarmağınız üçün küləkləri müjdəçilər olaraq göndərməsi də Onun əlamətlərindən/ nümunələ­rin­dən­dir.

26Göylərdə və yerdə kim varsa hamısı da Onundur. Hamısı da Ona hörmət duyanlardır.

27Və O, yaratmağı başladan, sonra onu çevirib yenidən edəndir. Və bu, Ona çox asandır. Və göylərdə və yerdə ən uca nümunə Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

(84/30, Rum/20–25–46, 26–27)

Nəcm: 379

28Allah sizə özünüzdən bir misal çəkir: Heç sizə ruzi olaraq verdiyimiz şeylərdə qanunla  sizə təslim edilən adamlardan ortaqlarınız olarsa, siz onlarla bərabərhüquqlu olub, özünüzə rəva bilmədiyiniz/dəyər verdiyiniz kimi onlara da qarşılıqlı rəva bilməzsinizmi/bir-birinizə eyni dəyəri verərsinizmi, bərabərhüquqlu olarsınızmı? Bax budur, Biz ağlını işlədən bir cəmiyyət üzvləri üçün ayələri belə açıqlayırıq.

29Tam tərsinə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, şüursuzca boş–dünyəvi arzularına uydular. Yaxşı, Allahın çaşdırdığını kim düz yola gətirə bilər? Onlar üçün köməkçilərdən də yoxdur.

(84/30, Rum/28–29)

Nəcm: 380

30O halda sən üzünü keçmiş inanclarını tərk edən biri kimi dinə, insanları ilk olaraq, yoxdan yaratmış olan Allahın fitrətinə doğru döndər. Allahın yaratmasında heç bir də­yi­şiklik ola bilməz. Ən doğru/dik tutan din, budur. Lakin, insanların çoxu bilmir­lər.

31,32Qəlbən Ona yönələnlər olaraq, Allahın qoruması altına girin, salaatı iqamə edin, ortaq qoşanlardan/dinlərini parça-parça bölmüş, təfriqəçi qruplara ayrılmış kəslərdən də olmayın. Hər təfriqəçi qrup özünün doğru saydıqları ilə lovğalanmaqdadır.

(84/30, Rum/30–32)

Nəcm: 381

 

33,34İnsanlara bir sıxıntı toxununca da, Rəbbinə yönələrək, Ona yalvarırlar. Sonra onlara Özündən bir mərhəmət daddırınca, bir baxarsan ki, içlərindən bir qrup özlərinə verdiyimiz nemətlərə nankorluq/qədirbilməzlik etmək üçün Rəbbinin ortaqları ol­du­ğunu qəbul edərlər. Haydı, yararlanın baxaq! Yaxında biləcəksiniz.

35Yoxsa Biz onlara bir dəlil də endirmişik və o dəlil onların Allaha ortaq qoşduqları şeylərimi söyləyir?

36Biz insanlara bir mərhəmət daddırdığımız zaman da, onunla öyünürlər. Əllərinin öncədən etdiyi şeylərə görə, özlərinə bir pislik isabət edərsə, dərhal onlar ümidsizliyə düşərlər.

37Onlar, şübhəsiz, Allahın dilədiyi kimsəyə ruzini sərdiyini və ölçüləndirdiyinidəmi görmədilər? Şübhəsiz, bunda iman edəcək bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.

38Belə isə, yaxınlıq sahibinə/yurdlarından çıxarılan imkansızlara, yoxsullara və yolçuya haq­qını ver. Bu, Allahın rızasını diləyənlər üçün daha xeyirlidir. Və bunlar vəziyyə­ti­ni qoruyan, zəfər qazanan kəslərin məhz özləridir.

39Və insanların malları içində artsınlar deyə ribadan/haqsız gəlirdən verdikləriniz, Allah yanında artmaz. Allahın rızasını diləyərək zəkatdan/vergilərinizdən verdik­lə­ri­niz… Bax budur, o kimsələr, qat–qat artıranların məhz özləridir.

(84/30, Rum/33–39)

Nəcm: 382

40Allah, sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən və sizi dirildəndir. Heç sizin ortaq qoşduqlarınızdan, bunlardan birini edəcək kimsə varmı? Allah, onların ortaq qoşduqların­dan münəzzəh və çox ucadır.

41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı.

42De ki: “Yer üzündə gəzin və bundan öncəkilərin aqibətinin necə olduğuna bir baxın. Onların çoxu ortaq qoşanlar idilər”.

43–45Belə isə, Allahdan geri çevrilməsi mümkün olmayan bir gün gəlmədən öncə, üzünü ən doğru/qo­ru­yan dinə döndər. O gün onlar Allahın iman edən və düzəltmək yönündə işlər edən insanlara ərməğanlarından qarşılıq verməsi üçün dəstə–dəstə ayrılırlar. Şübhəsiz ki, O, kafirləri sevməz. Kim küfr edərsə, artıq bu rədd etməyi/inanmamağı öz əleyhinədir. Kim də saleh əməl işləyərsə, artıq onlar da özləri üçün döşək/rahat bir yer hazırlamış olarlar.

48Allah küləkləri göndərəndir. Sonra küləklər bir buludu sovurarlar. Sonra Allah onu göy üzündə necə diləyərsə, elə yayar və onu parça-parça edər. Sonra da sən onun dərinliklərindən yağış çıxdığını görərsən. Bax budur, Allah onu qulla­rın­dan dilədiyi kimsələrə isabət etdirdiyi vaxt, onlar müjdələnir, xoşbəxt olarlar.

49Halbuki, onlar öncədən/daha öncə üzərlərinə endirilmədən əvvəl qətiliklə ümid kəsənlər idilər.

50Belə isə, Allahın mərhəmətinin əsərlərinə bir bax. Yer üzünü ölümündən sonra necə dirildir? Şübhə yox ki, O, qətiliklə ölüləri dirildər və O, hər şeyə qadirdir.

51Və and olsun ki, Biz bir külək göndərsək də, Allahın mərhəmətinin əsəri olan bitkiləri saralmış görsələr, qətiliklə onun arxasından küfr etməyə başlayarlar.

52Buna görə də, sən ölülərə eşitdirə bilməzsən. O dəvəti, üzlərini çevirib gedərkən karlara da dinlədə bilməzsən.

53Sən korları da azğınlıqlarından doğru yola gətirə bilməzsən. Sən ancaq ayələ­rimizi iman edəcəklərə xəbər verərsən – artıq onlar müsəlmandırlar.

54Allah sizi gücsüz olaraq yaradandır. Sonra gücsüzlüyün arxasından qüvvət gətirdi. Sonra qüvvətin arxasındən gücsüzlük və ixtiyarlıq gətirdi. O, dilədiyini əmələ gətirir. Və O, ən yaxşı biləndir, ən yaxşı güc yetirəndir.

(84/30, Rum/40–45, 48–54)

Nəcm: 383

55Və Qiyamətin qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar bax budur, belə döndərilirdilər.

56Özlərinə bilik və iman verilən insanlar də deyəcəklər ki: “And olsun ki, Allahın yazısında, dirilmə gününə qədər qaldınız. Bax budur, bu, ölümdən sonra dirilmə günüdür. Lakin, siz bunu bilmirdiniz”.

57Artıq o gün şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərə öz bəhanələri yararlı ola bilməz. Onlar, bağışlanmazlar da.

(84/30, Rum/55–57)

Nəcm: 384

58Və and olsun ki, Biz insanlar üçün Quranda bütün örnəklərdən, qətiliklə, nümunələr gətirdik. Və and olsun ki, sən onlara bir ayə də gətirsən, o kafirlər: “Siz, sadəcə, batil şeyləri ortaya qoyanlarsınız” – deyəcəkdilər.

59Bax budur, bilməyən insanların qəlbləri üzərinə Allah belə damğa vurur.

47Və and olsun ki, Biz  səndən öncə bəzi elçiləri cəmiyyətlərinə göndərdik və onlar insanlara açıq–aşkar dəlillər gətirdilər. Sonra Biz günah edən insanları yaxalayıb, cəzalandıraraq, ədaləti təmin etdik. Möminlərə kömək etmək də, Bizim üzərimizə bir haqq idi.

60İndi sən səbirli ol. Şübhəsiz ki, Allahın vədi haqdır. Qətiyyən, inanmamış insanların səni zəiflətməsinə imkan vermə.

(84/30, Rum/58–59, 47, 60)

TƏHLİL

1Əlif/1, Lam/30, Mim/40.

Surə “Əlif, Lam, Ra” kəsik hərfləri ilə başlamışdır. Kəsik [Mukatta] hərflərlə əlaqədar əvvəlki surələrin təhlilində açıqlama edildiyindən, oralardan oxunmasını məsləhət görürük.

2–6Rumlar/Bizanslılar yer üzünün ən alçaq/çuxur yerində məğlub oldular. Onlar bu məğlubiyyətlərinin ardından bir neçə il içində qalib gələcəklər. Bundan əvvəl də, sonra da əmr Allahındır. Və o gün möminlər Allahın köməyi ilə sevinəcək­lər. Allah Özünün bir vədi olaraq dilədiyinə kömək edər, qalib edər. Allah və­din­dən dönməz. Amma insanların çoxu bilməzlər. O, ən üstün, ən güclü, ən şərəfli, məğ­lub edilməsi mümkün olmayan/mütləq qalib olandır, əngin mərhəmət sahibidir.

7İnsanların çoxu adi dünya həyatından görünəni bilirlər. Və onlar Axirəti veclərinə almayanların məhz özləridirlər.

Bu ayələrdə qeybi mövzulara [Quranın endiyi dövrdə hələ olmamış bir sıra tarixi hədisələrə] toxunularaq Quranın möcüzəliyi ortaya qoyulurkən, möminlərə də Allahın yardımının gələcəyi və zəfərə çatacaqları müjdələnir.

Bu tarixi hədisələr və onların arxa planları həm klassik əsərlər, həm də müasir alimlər tərəfindən geniş şəkildə ortaya qoyulmuşdur. Bunlardan bir neçəsini təqdim edirik:

“O günlərdə Ərəbistana yaxın Bizans idarəçiliyindəki ölkələr İordaniya, Suriya və Fələstin idi və bu ölkələrdə b.e. 615-ci ilində Bizanslılar İranlılara məğlub olmuşdular. O halda böyük bir ehtimalla bu surənin o il nazil olduğu söylənə bilir ki, bu Həbəşistana hicrət edildiyi il idi.

Tarixi arxa plan: Bu surənin ilk ayələrində verilən qeybi məlumatlar, Quranın Allah kəlamı və Hz. Muhəmmədin (s.ə.s) Allahın Rəsulu olmasının açıq–aşkar dəlilləridir. İndi bu ayələrlə əlaqədar tarixi arxa plana bir göz ataq:

Hz. Muhəmmədin (s.ə.s) peyğəmbər olaraq ortaya çıxmasından səkkiz il əvvəl Phokas, Bizans İmperatoru Mauriceni taxtından endirib, onun yerinə özünü İmperator elan etdi. Phokas, ilk əvvəl İmparatorun beş oğlunu onun gözləri önündə öldürtdü, daha sonra İmperatoru da öldürtdü və başlarını Konstantinapol [İstanbul] küçələrində dolaşdırdı. Bundan bir neçə gün sonra da imparatoriça və üç qızını öldürtdü.

Bu hadisə İranın Sasani Kralı Xosrov Pərvizə Bizansa hücum etməsi üçün yaxşı bir fürsət vermiş oldu. Çünki İmperator Maurice Xosrovun dostu idi, Xosrov onun yardım və dəstəyi ilə taxta keçmişdi. Buna görə də Kral Xosrov, taxtı qəsb edən Phokastan mənəvi atasının və onun uşaqlarının intiqamını alacağını elan etdi. Bundan sonra b.e. 603-cü ilində Bizansa qarşı döyüş açdı. Bir neçə il içində Phokasın ordularını ard–arda məğlubiyyətə uğradaraq, bir tərəfdən Anadoluda Edessaya [bu günkü Urfa], digər tərəfdən Suriyada Hələb və Antakyaya qədər irəlilədi. Bizanslı idarəçilər Phokasın ölkəni qurtara bilməyəcəyini görüncə, Afrika valisindən yardım istədilər. O da oğlu Herakliusu güclü bir ordu ilə Konstantinapola göndərdi. Phokas dərhal taxtdan endirildi və Heraklius İmperator elan edildi. Heraklius Phokasa eynilə onun əvvəlki İmperator Mauriceyə davrandığı kimi davrandı. Bu hadisə Hz. Muhəmmədə (s.ə.s) peyğəmbərliyin gəldiyi b.e. 610-cu ilində vaqe oldu.

Xosrov Pərvizin döyüş açma səbəbi Phokasın taxtdan endirilib, öldürüldüyündən sonra artıq keçərli deyildi. Əgər bu döyüşün əsl səbəbi dostunu öldürdüyü üçün Phokasdan intiqam almaq olsaydı, Xosrov Phokasın ölümündən sonra yeni İmperatorla anlaşma edərdi. Lakin o döyüşə davam etdi və döyüşə Məcusilik [Atəşpərəstlik] və Xristiyanlıq arasındakı bir anlaşılmazlıq xüsusiyyəti qazandırdı. İllərdən bəri rəsmi kilsə səlahiyyətliləri tərəfindən kilsədən uzaqlaşdırılan və zülm edilən Nasturi və Yəqubi kimi Xristiyan məzhəbləri də Məcusiləri dəstəklədilər. Yəhudilər də onlarla birlik oldu. Hətta Xosrovun ordusundakı Yəhudilərin sayı 26.000–ə çatırdı.

Heraklius bu güclü hücumu durdura bilmədi. Taxta keçdikdən sonra şərqdən aldığı ilk xəbər, Antakyanın İranlılar tərəfindən işgal edildiyi oldu. Bundan sonra b.e. 613-cü ilində Şam məğlub oldu. b.e. 614-cü ilində Qüdsə girən İranlılar Xristiyan dünyasını da yerlə yeksan etdilər. Doxsan min Xristiyan öldürülmüş və Məscid–i Aqsa dağıdılmışdı. Xristiyan inancına görə Hz. İsanın (ə.s) üzərində öldürüldüyü müqəddəs xaç yerindən sökülmüş və Mədyənə daşınmışdı. Baş rahib Zəkəriya əsir alınmış, şəhərin bütün əhəmiyyətli kilsələri yerlə yeksan edilmişdi. Xosrov Pərvizin bu zəfərə görə necə fərəhləndiyi, Qüdsdən Herakliusa yazdığı bir məktubdan anlaşıla bilir: “Bütün tanrıların ən böyüyü və bütün dünyanın hakimi Xosrovdan, onun zavallı və axmaq quluna: “Sən rəbbinə güvənib dayandığını söyləyirsən. O halda rəbbin niyə Qüdsü məndən xilas etmədi?”

Bu uğurdan sonra bir il içində İran orduları İordaniya, Fələstin və bütün Sina Yarımadasını keçib Misir sərhədlərinə çatdılar. O günlərdə Məkkədə daha böyük tarixi nəticələrə yol açacaq başqa bir qarşıdurma davam edirdi.

Bir tək Allaha inananlar Hz. Muhəmmədin (s ə.s) başçılığı ilə Qüreyşin öndə gedənlərinin idarəçiliyindəki müşriklərə qarşı ölüm–qalım döyüşü edirdilər. B.e. 615-ci ilində bu döyüş elə bir dərəcəyə çatmışdı ki, müsəlmanlardan olduqca böyük bir qrup yurdlarını tərk edib, o günlərdə Bizansın müttəfiqi olan Xristiyan Həbəş Krallığına sığınmaq məcburiyyətində qalmışdı. O günlərdə Sasanilərin Bizanslılara qarşı zəfər qazanması, Məkkədə çox danışılan bir mövzu idi. Müşriklər bu hadisəyə çox sevinir və möminlərə belə lağ edirdilər: “Baxın İranın Atəşpərəstləri zəfər qazanır və vəhyə, peyğəmbərliyə inanan Xristiyanların kökü qurudulur. Eyni şəkildə biz də Ərəbistan bütpərəstləri olaraq sizi və dininizi kökündən yox edəcəyik.”

Rum surəsi nazil olduğunda şərtlər belə idi və surədə belə bir qeybi xəbər verilirdi: “Rumlar ən yaxın bir yerdə məğlub oldular, lakin bu məğlubiyyətdən qısa bir müddət sonra zəfərə çatacaqlardır. Budur, o gün möminlər Allahın lütf etdiyi zəfərə sevinəcəklər.” Burada bir deyil, iki qeybi xəbər verilir. Birincisi Rumlar zəfər qazanacaqdılar; ikincisi, eyni zamanda müsəlmanlar da bir zəfər qazanacaqdılar. Görünür şərtlər daxilində bu iki müjdənin də baş verməsi imkansız kimi idi. Bir tərəfdən Məkkədə əzilən, işgəncə görən bir ovuc müsəlman var idi və bu müjdədən sonra səkkiz il boyunca belə möminlərin zəfər qazanma şansları yox imiş kimi görünürdü. Digər tərəfdən Rumlar hər keçən gün torpaq itirirdilər. B.e. 619-cu ilində Misir bütünlüklə Sasanilərin əlinə keçmiş və Məcusi orduları Tripoliyə qədər çatmışdılar. Anadoluda Rumları Boğaz içinədək qovmuşlar və b.e. 617-ci ilində Konstantinapolun tam qarşısındakı bölgəni [bu günkü Kadıköyü] ələ keçirmişdilər. İmperator bundan sonra Xosrova bütün şərtləri qəbul etmək üçün bir sülh elan etməyə hazır olduğunu bildirən bir elçi göndərdi. Lakin Xosrov bu cavabı verdi: “İmperator, zəncirlənmiş halda önümə gətirilmədikcə və çarmıxa gərilmiş tanrısından əl çəkib atəş tanrısına sitayiş etmədikcə ona aman verməyəcəyəm.” Bu məğlubiyyətdən çox kədərlənən İmperator ən sonunda Konstantinapoldan Kartacaya [bu günkü Tunisə] getməyə qərar verdi. Qısacası, İngilis tarixçi Gibbonun da dediyi kimi, heç kimsə Quranın bu müjdəni verməsindən səkkiz il sonra Bizans İmperatorluğunun təkrar İranı məğlubiyyətə uğradacağını xəyal belə edə bilməzdi. Hətta nəinki İranı məğlub etmək, heç kimsə bu şərtlər altında İmperatorluğun var ola biləcəyinə belə ehtimal vermirdi.

Bu ayələr nazil olduğunda Məkkəli müşriklər bunlara çox lağ etdilər və Ubeyy b. Halef Hz. Əbu Bəkirlə (r.a) Romalılar üç il içində zəfər qazanması şərtiylə on dəvə vermək şərtilə bəhsə girdi.

Hz. Peyğəmbər (s.ə.s) bu bəhsi eşidincə belə dedi: “Quran Bidi Sinin ifadəsini işlədir. Ərəbcə “Bid” kəlməsi 10-a qədər olan sayları əhatə edir. O halda bəhsi on illiyə, dəvələrin miqdarını da yüzə çıxarın.” Bundan sonra Hz. Əbu Bəkir (r.a) Ubeyylə təkrar danışdı və bəhsi on il və yüz dəvə olaraq edildi.

B.e. 622-ci ilində Hz. Peyğəmbər (s.ə.s) Mədinəyə hicrət etdiyində, İmperator Heraklius gizlicə Konstantinapoldan ayrılıb Trabzona, oradan da Qaradənizə getdi və İrana arxadan hücum etmək üçün hazırlıqlara başladı. Bunun üçün Kilsədən maliyyə yardımı istədi. Papa Sergius ona Xristiyanlığı Atəşpərəstliyə qarşı qoruması üçün Kilsə xəzinəsindən faizlə borc pul verdi. Heraklius əks hücum etməyə b.e. 623-cü ilində başladı. Ertəsi il b.e. 624-cü ilində Azərbaycana girdi və Zərdüştün doğum yeri olan Cloromianı yerlə bir edib, İranın ən əhəmiyyətli atəşpərəstlik məbədini dağıtdı. Allahın qüdrəti nə qədər də böyükdür! Eyni il müsəlmanlar da Bədirdə müşriklərə qarşı ilk dəfə zəfər qazandılar. Beləliklə, Rum surəsində verilən iki qeybi xəbər də on il içində həyata keçmiş oldu.

Bizans qüvvələri İranlıları püskürtməyə davam etdilər və Ninovadakı döyüşdə (b.e. 627) onlara ən böyük zərbəni vurdular. “Dastagerd”i ələ keçirib, o günlərdə İranın paytaxtı olan “Ktesifon” tərəflərinə qədər çatdı. B.e. 628-ci ilində bir daxili üsyanda Xosrov Pərviz həbs edildi, on səkkiz oğlu gözləri önündə öldürüldü və bir neçə gün sonra da özü həbsxanada öldü. Bu, Quranın “böyük zəfər” deyə ifadə etdiyi Hudeybiyyə Sülh müqaviləsinin imzalandığı il idi. Eyni il Xosrovun oğlu II Qubad, işgal edilən Rum torpaqlarından çəkildi. Həqiqi çarmıxı [Xristiyanlara görə Hz. İsanın (ə.s) üzərində öldürüldüyü çarmıxı] bərpa edib, yenidən yerinə qurmaq üçün Qüdsə getdi və eyni il Hz. Muhəmməd (s.ə.s), Hicrətdən sonra ilk dəfə “Ümrətül-qəza” etmək üçün Məkkəyə girdi.

Bundan sonra artıq Quranın əvvəldən bildirdiyi qeybi xəbərlərdən kimsə şübhə edə bilməzdi. Bu hadisə bir çox ərəb bütpərəstin İslamı qəbul etməsinə səbəb oldu. Ubeyy b. Halefin varisləri bəhsi uduzmuşdular və Hz. Əbu Bəkirə yüz dəvə vermək məcburiyyətində idilər. Hz. Əbu Bəkir bəhsdən qazandığı dəvələri Hz. Peyğəmbərə gətirdi. Hz. Peyğəmbər (s.ə.s) , bəhsin hələ qumar və şans oyunlarının qadağan olunmadığı bir dövrdə edildiyini, lakin indi bunlar qadağan olunduğu üçün dəvələrin sədəqə olaraq verilməli olduğunu söylədi. Buna görə də mübahisə edən kafirlərlə girilmiş olan bəhsdən əldə edilən malın alınması qəbul edilmişdir, lakin əldə edilənin şəxsi məsrəflərdə işlədilməyib, sədəqə olaraq işlənməsi barəsində də təlimat verilmişdir. [1]

Müfəssirlər dedilər ki: Rumların İranlılara qalib gəlməsinin səbəbi budur: İranlılar arasında uşaqları həmişə hökmdar və qəhrəman olan bir qadın var­dı. Kisra bu qadına belə demişdi: Mən Bizanslıların üzərinə getmək üçün ha­zırladığım bir ordunun başına sənin uşaqlarından birisini keçirmək istəyirəm. Qadın belə dedi: budur Hörmüz … Çünki o tülküdən daha hiyləgər, qartal­dan daha ehtiyatlıdır. Budur sənə Fərruhan… Qılıncdan daha kəskin, oxdan daha dərinə işlər. Budur Şehr Bazan, bundan daha dözümlü… Bunlardan istədiyini seç. Bundan sonra Kisra o dözümlü olanı seçib komandir tə­yin etdi. Şehr İranlılardan hazırlanmış ordu ilə Rumların üzərinə hücum etdi və onlara qalib gəldi. İkrimə və başqaları dedi ki: Şehr Bazan Bizanslılara qalib gəlincə, körfəzə çatana qədər bütün Rum diyarını dağıtdı. Qardaşı Fərruhan ona dedi ki: Mən özümü Kisranın taxtı üzərində oturan görü­rəm. Bundan sonra Kisra Şehr Bazana məktub yazaraq mənə Fərruhanın başını göndər dedi, ancaq Şehr bunu etmədi. Bu səfər Kisra, İranlılara bunu yazdı: Mən sizə Fərruhanı komandir təyin etdim və bunun yerinə Şehr Ba­zanı da vəzifədən çıxardım. Fərruhana da başa keçdiyi təqdirdə Şehr Bazanı öldürməsi üçün məktub yazdım, Fərruhan, Şehri öldürmək istəyincə, Şehr ona Kisradan qardaşı Fərruhanı öldürməsini əmr edən üç ayrı məktub göstərdi və Fərruhana bunları söylədi: Kisra mənə səni öldürmək üçün üç ayrı məktub yazdı. Mən üçündə də ona: “Bu əmrini gözdən keçir” – deyə cavab verdim. İndi sən məni sadəcə bir məktub yazdığı üçünmü öldürəcəksən? Bundan sonra Fərruhan təkrar komandanlığı qardaşına geri verdi. Şehr də Bizans hökmdarı Qeysərə məktub yazdı və Kisraya qarşı bir-birləri ilə köməkləşdilər. Beləliklə, Bizanslılar da İranlılara qalib gəldilər və Kisra öldü. Buna da­ir xəbər Peyğəmbərə (s.ə.s) Hudeybiyyə günü çatdı. O və bərabərində olan müsəlmanlar bu işə sevindilər. Budur Uca Allahın: “Əlif, Lam, Mim. Rumlar məğlub oldular; yaxın bir yerdə” buyruğu bunu anladır ki, yaxın yerdən qəsd isə Dəməşq [Suriya] diyarıdır. [2]

“Əbu İsa ət-Tirmizi deyir ki, Bizə Məhəmməd b. İsmailin… Niyar b. Mükram əl-Eslemidən rəvayətinə görə, o, belə anlatmış: “Əlif, Lam, Mim. Rumlar məğlub oldular. Yaxın bir yerdə… Onlar bu məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə il içində” ayələri nazil olduğunda İranlılar Rumlara qalib idilər. Müsəlmanlar Rumların onları məğlub etmələrini arzu edirdilər. Çünki özləri də, onlar da kitab əhli idilər. “O gün möminlər də sevinəcəklər. Allahın yardımı ilə… O, dilədiyinə yardım edər və Əzizdir, Rəhimdir” ayəsi bunun haqqındadır. Qüreyş isə İranlıların qalib gəlməsini istəyirdi. Çünki onlar və İranlılar kitab əhli olmadıqları kimi, yenidən dirildilməyə də inanmırdılar. Allah Təala bu ayəni endirdiyi zaman Əbubəkir çıxıb, Məkkənin müxtəlif yerlərində yüksək səslə: “Əlif, Lam, Mim. Rumlar məğlub oldular. Yaxın bir yerdə… Onlar bu məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə il içində…” ayələrini oxudu. Qüreyşdən bəziləri Əbu Bəkirə: “Bu bizimlə sənin arandadır. Yoldaşın Rumların bir neçə il içində İranlıları məğlub edcəyini sanır. Bundan sonra bəhs etməyə varsanmı?” – dedilər. Əbu Bəkir: “Bəli, tutuşaq” – dedi. Bu, bəhsə girməyin haram qılınmasından əvvəl idi. Əbu Bəkir və müşriklər bəhsə girişib, bəhsə mövzu şeyləri qarşılıqlı olaraq (bir yed-i əminə) buraxdılar. Və Əbu Bəkirə: “Bu bir neçə ili neçə il edək; (bir neçə il təbiri bizim aramızda) üç ildən doqquz ilə qədərdır. Bizimlə aranda orta bir miqdar söylə ki, onda qərar qılaq” – dedilər. Aralarında altı illik bir müddət təsbit etdilər. Altı il keçdiyi halda Rumlar qalib gələ bilmədilər. Müşriklər bəhsi qazandılar. Yeddinci il girincə Rumlar İranlılara qalib gəldilər. Müsəlmanlar altı il müddət qoyduğuna görə Əbu Bəkiri danladılar. Əbu Bəkir: (Altı il qoymuşdum), çünki Allah Təala: ‘Bir neçə il içində…’ buyurmuşdu” – dedi. Budur o zaman bir çox insan müsəlman oldu. Tirmizi, hədisi bu ifadələrlə zikr etdikdən sonra belə deyir: Bu, gözəl səhih bir hədisdir. Sadəcə Abdurrahman İbn Əbu Zinad kanalından rəvayətiylə bilirik. Hədisin bir bənzəri göndərilmiş olaraq İkrimə, Şabi, Mücahid, Katade, Süddi, Zühri və başqaları tərəfindən rəvayət edildiyi kimi, adi bir camaatdan da rəvayət edilmişdir. İfadələri etibariylə bundan daha qəribəsi imam Süneyd b. Davudun təfsirində rəvayət etmiş olduğu bu hədisdir: Həccacın… İkrimədən rəvayətinə görə; İranda bir qadın varmış. Həmişə qəhrəmanlar və krallar doğurmuş. Kisra, onu çağırıb: “Mən Rumların üzərinə bir ordu göndərmək istəyirəm. Bu ordunun üzərinə sənin oğullarından birisini komandir edəcəyəm. Mənə hansını komandir etməyim barəsində bir fikir ver” – dedi. Qadın: “bu oğlum tülküdən daha zəki, şahin və doğandan daha təmkinlidir. Bu oğlum Fərhan mizraqlardan daha dəlicidir. Bu oğlum Şəhriraz isə üç oğlumun ən çox helm sahibi olanıdır. Onlardan dilədiyini komandir et” – dedi. Kisra: “Helmli olanını komandir etdim” – deyib, Şəhrirazı ordunun başına komandir olaraq keçirdi. Şəhriraz İran ordusuyla Rumların üzərinə yürüdü, onlara qalib gəlib, çoxunu öldürdü, şəhərlərini dağıtdı, zeytun ağaclarını kəsdi. Əbu Bəkr İbn Abdullah deyir ki: Bu hədisi Ata əl–Horasaniyə rəvayət etdikdə, Şam ölkələrini görmədinmi? – deyə soruşdu. Mən: “Xeyr” – dedim. “Əgər oraları görəcək olarsansa, mütləq xarabaya çevrilmiş şəhərləri və kəsilmiş zeytun ağaclarını görəcəksən” – dedi. Bundan sonra Şama getdim və bunları gördüm. Ata əl–Xorasani deyir ki, “Mənə Yəhya İbn Yamurun rəvayətinə görə Qeysər Rum ordusu ilə Katame deyilən bir adamı, Kisra da Şehrirazı göndərmişdi. Ezruat və Busrada qarşılaşdılar. Orası Şamın sizə ən yaxın olan yeridir. Rumlarla qarşılaşdıqlarında İranlılar qalib gəldilər. Qüreyş kafirləri buna sevinərkən, müsəlmanlar kədərləndilər. İkrimə deyir ki, “Müşriklər Hz. Peyğəmbərin (s.ə.s) əshabı ilə qarşılaşdılar və: “Siz kitab əhlisiniz. Xristiyanlar da kitab əhlidir. Biz isə ümmilərik. Bizim İranlı qardaşlarımız sizin kitab əhli qardaşlarınıza üstün gəldilər. Əgər siz də bizimlə döyüşəcək olarsınızsa, şübhəsiz biz sizə qalib gələcəyik” – dedilər. Bundan sonra Allah Təala: “Əlif, Lam, Mim. Rumlar məğlub oldular. Yaxın bir yerdə… Onlar bu məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə il içində… Əvvəl axır buyuruq Allahındır. O gün möminlər də sevinəcəklər. Allahın yardımı ilə… O, dilədiyinə yardım edər və Əzizdir, Rəhimdir” ayələrini endirdi. Əbu Bəkir əs–Sıddıq, kafirlərə qarşı çıxıb: “Qardaşlarınızın bizim qardaşlarımıza qalib gəlməsinəmi sevindiniz? Heç sevinməyin. Allaha and içirəm, şübhəsiz ki, Allah Rumları İranlılara qalib gətirəcəkdir. Bizə bunu peyğəmbərimiz (s.ə.s) xəbər verdi” – dedi. Übeyy b. Halef Hz. Əbu Bəkirin qarşısına dikilib: “Ey Əbu Fudayl, yalan söylədin” – dedi. Əbu Bəkir də ona: “Ey Allahın düşməni, sən daha çox yalançısan” – dedi. Übeyy b. Halef: “Məndən on gənc dəvə, səndən də on gənc dəvə, haydi bəhsə girək. Üç ilə qədər əgər Rumlar İranlıları məğlub edərsə, mən uduzacağam, İranlılar üstün gələrsə, sən uduzacaqsan” – dedi. Sonra Əbu Bəkir Hz. Peyğəmbərin (s.ə.s) yanına gəlib bunu xəbər verdi. Allah Rəsulu: “Bu, sənin söylədiyin kimi deyildir. (Bizim dilimizdəki) bir neçə il, üç ilə doqquz il arasıdır. Bəhsə mövzu olan şeyləri artır, müddəti də uzat” – buyurdu. Əbu Bəkir çıxıb Übeyyə rastladı. Übeyy: “Hər halda peşman olmusan” – dedi. Əbu Bəkir: “Xeyr” – dedi, gəl bəhsi artıraq və müddəti uzadaq. Doqquz ilə qədər olmaq üçün yüz gənc dəvə məndən, yüz gənc dəvə səndən, bəhsə girək” – dedi. Übeyy də: “Lap yaxşı, qəbul” – dedi. Bu müddətdən əvvəl Rumlar İranlıları məğlub etdilər və müsəlmanlar müşriklərə (bəhsdə) üstün gəldilər.

İkrimə deyir ki, İranlılar Rumları məğlub etdiyi zaman Şəhrirazın qardaşı olan Fərhan oturub içməyə başladı və yoldaşlarına: “Özümü Kisranın taxtı üzərində otururmuş kimi gördüm” – dedi. Bu söhbət Kisraya çatdığında Şəhriraza: Sənə bu məktubum gəldiyi zaman Fərhanın kəlləsini mənə göndər – deyə yazdı. Şehriraz da ona: “Ey kral, sən heç bir zaman Fərhan kimisini tapa bilməyəcəksən. O bir çox düşmən öldürmüşdür və düşmənlər içində bir ünü vardır. Belə etmə” – deyə yazdı. Kisra Şəhriraza: “Şübhəsiz ki, İran xalqı içində ona müxalif olacaqlar vardır. Onun başını mənə göndərməkdə tələs” – deyə yazdı. Şəhriraz təkrar (qardaşının əfvinə dair) müraciətinə qarşı Kisra öfkələnib bu səfər ona cavab vermədi və İran ordusuna: “Mən Şəhrirazı sizin komandirliyinizdən azad etdim və Fərhanı üzərinizə komandir təyin etdim” – deyə bir xəbərçi göndərdi. Xəbərçiyə incə, kiçik bir kağız verib: “Fərhan krallığı təhvil alıb, qardaşı ona boyun əydiyində ona bu vərəqi ver” – dedi. Şəhriraz məktubu oxuyunca: “baş üstə” – deyib, taxtından endi və Fərhan taxta oturdu. Xəbərçi kağızı özünə verdi. Fərhan: “Mənə Şəhrirazı gətirin deyib, boynu vurulmaq üçün onu önə sürdü”. Şəhriraz: “Vəsiyyətimi yazana qədər tələsməyib, icazə verərsənmi?” – dedi. Fərhanın “bəli” cavabından sonra (içində məktublar olan) çuvalı gətirtdi, vərəqləri (Kisranın və özünün məktublarını) Fərhana verib: “Bunların hamısı sənin haqqında Kisraya müraciətlənmişdir. Sən isə bir tək məktubla məni öldürmək istədin” – dedi. Fərhan krallığı qardaşı Şəhriraza geri verdi və Şəhriraz Rum kralı Qeysərə bu məktubu yazdı: “Sənə ehtiyacım var. Bu ehtiyacımı nə xəbərçilər, nə də kağızlar daşıya bilər. Səninlə görüşək. Mənimlə əlli Rumla bərabər görüşəcəksən. Mən də sənə əlli İranlı içində gələcəyəm. Qeysər beş yüz min Rum əsgəri içində gəldi, yollara öncədən casuslar göndərdi. Bunun özü üçün bir tələ olacağından qorxurdu. Casusları gələrək, Şəhrirazın yanında sadəcə əlli kişi olduğu xəbərini gətirincə rahatladı. İkisi üçün qurulan atlas bir çadırda görüşdülər. İkisində də sadəcə bir bıçaq var idi. Aralarında anlaşmaq üçün bir tərcüməçi çağırdılar. Şəhriraz belə danışdı: “Sənin şəhərlərini hiylə və qəhrəmanlığımızla xaraba edən mən və qardaşımdır. Kisra bizi çəkə bilmədi və qardaşımı öldürməyimi istədi, mən isə bundan qaçındım. Sonra qardaşıma məni öldürməsini əmr etdi. Biz də ikimiz birdən onun əmrindən sıyrılıb çıxdıq. Biz səninlə birlik olub, onunla döyüşəcəyik. Qeysər: “Düz etmişsiniz” – dedi. Sonra onlardan birisi digərinə: “Şübhəsiz ki, söz iki nəfər arasındadır. İki nəfəri keçdiyi zaman yayılar deyilmi” – dedi. Digəri buna: “Bəli” – cavabını verdi. Dərhal birlikdə bıçaqlarıyla tərcüməçini öldürdülər. Allah Təala Kısranı həlak buyurdu. Xəbər Hudeybiyyə günü Allah Rəsuluna (s.ə.s) çatdı və onunla bərabər müsəlmanlar da buna sevindilər. [3]

İbn Abbasdan, digər səhabə və təbəələrdən rəvayət edilənlərə görə, Bizansla İran arasındakı bu döyüşdə müsəlmanların Bizansı, Məkkəli müşriklərin isə İranı tutduqları ortaya çıxır. Bunun bir çox səbəbi vardır. Birincisi, İranlılar bu döyüşə Məcusiliklə Xristiyanlıq arasındakı bir döyüş havası verirlər və bunu siyasi bir fəthdən çox, Məcusiliyi yaymaq vasitəsi olaraq qəbul edirdilər. Qüdsün fəthindən sonra Xosrov Pərviz, İmperator Herakliusa yazdığı məktubda bu zəfəri Məcusiliyin doğruluğunun bir dəlili olaraq qəbul etdiyini bildirir.

Prinsip olaraq Məcusi inancı, Məkkəli müşriklərin inancına bənzəyirdi, çünki Məcusilər də tövhidi inkar edir, iki ilahın varlığına inanır və atəşə sitayiş edirdilər. Budur buna görə də Məkkəli müşriklər döyüşdə onların tərəfini tuturdular. Bunların əksinə Xristiyanlar, tək tanrı inancları nə qədər də təhrif olunursa olunsun, bir tək Allah inancını dinin təməli olaraq qəbul edir, axirətə inanır, vəhy və risaləti hidayənin qaynağı olaraq qəbul edirdilər. Yəni onların dini prinsip olaraq, İslama bənzəyirdi. Budur buna görə də müsəlmanlar, təbii olaraq onların tərəfini tutur və bütpərəstlərin özlərinə hakim olmasını istəmirdilər. İkincisi, yeni bir peyğəmbərin gəlişindən əvvəl, bir əvvəlki peyğəmbərə inananlar yeni peyğəmbərin ismarıcı özlərinə çatıncaya və onu açıqdan rədd edincəyədək müsəlman sayılırlar. (bxz. Qasas/73). O sıralarda, Hz. Muhəmmədə (s.ə.s) peyğəmbərlik gələli hələ beş altı il olmuşdu və hələ ismarıcı Ərəbistandan kənara çatmamışdı. Buna görə də müsəlmanlar, Xristiyanlara kafir gözüylə baxmırlar, lakin Yəhudiləri Hz. İsanın (ə.s) peyğəmbərliyini inkar etdikləri üçün kafir olaraq qəbul edirdilər. Üçüncüsü Qasas/52-55Maidə/82-85-ci ayəsində də toxunulduğu kimi, Xristiyanlar lap başından bəri müsəlmanlara xoş görülü davranırlar və içlərindən çoxu haqqın ismarıcını açıq könüllülüklə dərhal qəbul edirdilər. Bundan başqa Xristiyan Həbəş Kralının özünə sığınan müsəlmanların tərəfini tutub, Məkkəli müşriklərin müsəlmanları özlərinə təslim etməsi istəklərini geri çevirməsi də, müsəlmanların Məcusilərə qarşı Xristiyanların tərəfini tutmasına haqq qazandırırdı. [4]

Rumların Məğlub Olması və Sonrakı vəziyyət Haqqındakı Xəbər. Müfəssirlər bu ayələrlə əlaqədar bir çox rəvayət nəql etmişdir.  Yığcam halda xülasəsi budur: Bu ayələr Ərəb yarımadasına qonşu Dəməşq və Fırat bölgələrində Rumlarla Farslar arasında hərb olduğu bir dövrdə enmişdir. Bu döyüşdə İranlılar Rumları məğlub etmişdi və Məkkə müşrikləri buna çox sevinərək, müsəlmanlara qarşı sevinclərini iz­har edərək, onlara lağ etməyə başladılar. Çünki müsəlmanlar qaynaq və özün bir oldu­ğunu, bunun özləriylə Əhli Kitab arasını birləşdirdiyini söyləyirdilər və Xristiyan Rumlar da onlardan idi.

Bu vəziyyət müsəlmanlara çox ağır gəldi və kədərləndilər. Bundan sonra Allah onları bu ayələrlə müjdələyərək rahatlatdı. Ayələrin məzmununda hər nə qədər açıq olaraq Farsların bəhsi və müşriklərin sevinib onlara lağ etmələri keçməsə də, yuxarıdakı xülasə məlumatı təsdiq edir.

Bundan başqa müxtəlif kanallarla gələn bir çox rəvayətə görə müsəlmanlarla kafirlər arasında vəziyyətin qızışdığı, hətta ayələrin müjdələdiyi kimi, Rumların məğlubiyyətə uğrama­larından sonra təkrar qalib olacaqları müjdəsinin doğruluğu üzərində ödüllü bəhslərə girildiyi ifadə edilir. Bunların birində bunun Əbu Bəkir ilə Ümeyye b. Halef ara­sında olduğu və onların beş və ya altı il kimi bir müddət qoyduqları verilir. Əbu Bəkir bunu Peyğəmbərə bildirdiyində ona bəhs qiymətiylə müddəti artdırmasını əmr etdi, çünki “bidə [bir neçə]” kəlməsi üçdən doqquza qədər uzana bilir. O da elə etdi və nəhayət Rumlar qalib oldu, Əbu Bəkir bəhsi qazandı və müşriklərin çoxu müsəlman oldu. Başqa bir rəvayətə görə, Əbu Bəkir ilə Ümeyyenin təyin etdikləri müddət keçmiş, amma Rumlar qalib olamamışdılar və Əbu Bəkir bəhsi uduzmuşdu. Diqqət edilirsə, bu rəvayətə görə surə və ya bu ayələr hicrətdən çox əvvəl enmiş olmalıdırlar. Ancaq demək olar ki, üzərində ittifaq edilən nəql edilmiş tərtiblərə görə bu surənin və ya ayələrin nüzulü Məkkə dövrünün sonlarında olmuşdur və bu dövrdə Qurandan enən son ayələr arasında yer alır; çünki bunun enməsindən az bir müddət sonra Peyğəmbər və əshabı Mədinəyə hicrət etmişlər.

Hər nə olursa olsun Allah vədini və müjdəsini bir neçə il içərisində həyata keçirmiş və Rumlar dönüb İranlıları tarixi qeydlərində sabit olduğu kimi məğlub etmişdir. Müfəssirlərin nəql etdikləri rəvayətlər arasında bunun Hicrətdən təxminən iki il sonra Bədir döyüşü əsnasında olduğu da ifadə edilir. Bir qisim Müfəssir də bunun Hüdeybiyyə hadisələri zamanı olduğunu nəql edir; bu əsnada Qüreyşin öndə gedənləri Peyğəmbər və müsəlmanlarla bəhsə girmək məcburiyyətində qalmışdılar, bu Hicrətin altıncı ilində ol­muşdu, Fəth surəsi ilk ayəsinin də vəsf etdiyi kimi, bu açıq–aşkar bir zəfərlə nəticələnmişdi: “Biz sənə açıq–aşkar bir fəth verdik. (Fəth/1)” Müsəlmanlar kitab əhli olmayan Məcusilərlə birlik­də olan müşriklərə üzərində zəfər qazanmışdılar, eyni dövrdə kitab əhli olan Rumlar da Məcusilərə qarşı zəfər qazanmışdılar. Beləliklə, müsəlmanların sevinci ikiqat olmuş, Quran xəbərlərindən biri baş vermişdi.

Müsəlmanların Rumların məğlub olmalarından kədərlənmələri, qalib olmalarından da sevinmələri qaynaq və mahiyyətdə birləşmələrinə görədir. Bu daha əvvəl təfsiri keçən, o sı­rada bizim də diqqət çəkdiyimiz bir çox surənin müxtəlif ayələriylə də təsdiq edilmişdir.

Bunlar arasında Peyğəmbərin üzərinə Quran vəhyinin endiyinə görə sevinən kitab əhlinin mövcud olduğu xəbərinin yer aldığı ayələr də vardır. Rad surəsinin “Özlərinə kitab verdiyimiz insanlar sənə endiriləndən sevinirlər…” və bu endirilənin Allah tərəfindən olduğuna onlardan yəqin inananlar olduğunu açıqlayan Ənam surəsinin 114-cü ayəsi: “Allah, sizə kitabı açıqlanmış olaraq endirmişkən Ondan başqa bir hakimmi arayım? Özlərinə kitab verdiklərimiz, O (Quran)nun gerçəkdən Rəbbin tərəfindən endirilmiş olduğunu bilirlər…” Açıq şəkildə iman etdiklərinin xəbərini ehtiva edən Qasas/52-ci və 53-cü ayələri: “Bundan əvvəl özlərinə kitab verdiklərimiz bu Qurana inanırlar. Onlara Quran oxunduğu zaman: “Ona inandıq, O Rəbbimizdən gələn həqiqətdir… Əslində elə biz ondan əvvəl də müsəlmanlar idik” –  deyirlər” və İslam şəriəti ilə əvvəlki peyğəmbərlərin şəriətlərinin eyni kök və mahiyyətdən olduqlarını göstərən Şura surəsinin 13-cü ayəsi: “Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. ” bunlardandır.

Bütün bunlar müşrikləri öfkələndirirdi. Xüsusilə də kitab əhlinin Qurana inanıb təsdiq etmələri qarşısında, onların Allahın kitabını və Peyğəmbərini inkar etdiklərinə görə Quran onları qınayırdı. Farslar qalib gəldiyində buna görə sevinib coşmuşlar, müsəlmanlar isə narahat olub kədərlənmişdilər.

Açıq şəkildə ifadə etmək lazımdır ki, bizim bu açıqlamalarımız, Məkkə və Mədinədə enən kitab əhlindən bir qrupun, xüsusilə də Hicaz Yəhudilərinin Peyğəmbərə və Qurana qarşı inkarçı və düşməncəsinə bir münasibət göstərdiklərini ifadə edən bir çox ayə ilə zidd olmur. Biz əvvəlki münasibətlərdə bunun səbəblərini Quran ayələri ilə də dəstəklə­yərək açıqlamışdıq. Bu açıqlamalarımız eyni şəkildə daha sonra ortaya çıxıb Peyğəmbərdən sonrakı dövrlərə qədər uzanan, Peyğəmbərlə Rumlar arasındakı düşmənçilik və döyüş vəziyyətilə də ziddiyyət təşkil etmir; çünki Rum vətəndaşları Peyğəmbərin elçi­lərinə, Xristiyan ərəb qəbilələri isə müsəlmanların karvanlarına hücum etmişdi və bu, bəhs edilən nəticəyə səbəb olmuşdu; yəni düşmənçiliyə başlayan Rum tərəfi olmuşdu və beləliklə, düşmənçiliyi aradan qaldırmaq da müsəlmanların haqqı və vəzifəsi halına gəlmişdi.

Bu arada Quran, anlatdığı xəbər və hekayələrlə öyüd vermək məqsədi güddüyündən, vəhy hikməti bu hadisənin də buna vəsilə olmasını murad etmiş və ayələr Allahın yardım edəcəyini, zəfəri vəd etdiyini və sevinmə haqqının da möminlərə aid olduğunu ifadə edən umumi bir müjdə ehtiva etmişdir. Gəlib keçici işlərlə maraqlanıb, zahiri görünüşlərə əhəmiyyət verərək aldanan, əhəmiyyətli və təhlükəli olandan qafil olan insanlar da ayələrdə qınanmışdır.

Bunu da bildirək ki, “Ğulibət” kəlməsindəki “Ğayn” hərfi fətha-üstün, “səyağlibun” kəlməsindəki “yə” hərfi zammə-ötrə ilə də oxunmuşdur. Ancaq ən doğru olanı birin­cisində zammə-ötrə, ikincisində fətha-üstün qiraətidir, çünki Rumlar peyğəmbərliyin ilk illərində məğlub olmuşlar, sonra da qalib gəlmişdilər. [5]

Romalıların Qalibiyyəti Və Ən Alçaq Yer.

  • 2–4Rumlar/Bizanslılar yer üzünün ən alçaq/çuxur yerində məğlub oldular. Onlar bu məğlubiyyətlərinin ardından bir neçə il içində qalib gələcəklər. Bundan əvvəl də, sonra da əmr Allahındır. Və o gün möminlər Allahın köməyi ilə sevinəcək­lər. (Rum/2–4)

Quran ayələrinin endiyi dövrdə, Romalılar [Rumlar] Xristiyan, Farslar [İranlılar] isə ortaq qoşan [atəşə sitayiş edən] cəmiyyətlər idi. Romalılarla Farsların arasında keçən döyüşdə Farsların döyüşü qazanması, Xristiyanlar kimi tək Allaha inanan Müsəlmanları narahat etmişdi. Ortaq qoşan bir cəmiyyətin Allaha inanan bir cəmiyyətə qarşı qalibiyyəti əhvali ruhiyyələri pozmuşdu. Bu vəziyyətə görə Quran Romalıların [Bizansın] yaxında qalib gələcəyini və inananların bu hadisə ilə əlaqədar sevinəcəyini müjdələmişdir. 4-cü ayədə keçən “bıdə siniin” ifadəsi üç ilə doqquz arası sayları ifadə edir. Ərəbcədə tək üçün ayrı, iki ədəd üçün ayrı, ondan artıq sayları bildirmək üçün isə ayrı ifadələr vardır.

Hz. Muhəmməd dini ilk yaymağa başladığı gündən etibarən özünə inanan insanlar həmişə var olmuş, getdikcə bu say artmışdır. Əgər Quranın bu ifadəsi yanlış çıxsaydı, heç şübhəsiz, Qurana və Hz. Muhəmmədə qarşı etibar sarsılacaq və bir çox insan dinə inanmaqdan əl çəkəcəkdi. Yəni Quranın, Allahın vəhyi olmadığını zənn edən bir insan üçün, Quranda gələcəyə yönəlik belə bir xəbərin verilməsi, bütün bir sistemin təhlükəyə atılmasıdır. Peyğəmbərin, xəbərin yanlış çıxması halında itirəcəkləri, xəbərin doğru çıxması halında qazanacaqlarından çox daha artıqdır. Lakin bu dinin sahibi Allahdır, bu müjdəni verən də Allahdır. Buna görə də heç bir təhlükə yoxdur və heç bir problem də olmamışdır. O kiçik cəmiyyətin Qurana duyduğu etibar heç sarsılmamış və qısa zamanda bütün bölgə inananlarla dolmuşdur.

Bu Nə Cəsarət! Bu nə cəsarət, bu nə özünə arxayınlıq, bu nə tərəddüdsüz bir xəbər vermədir! Belə bir cəsarət ya üstün bir alimin cəsarətidir, ya da “cahil cəsur olur” demişkən, cahil cəsarətidir. (Nəticələr hansı bəndin doğru olduğunu isbatlayır.) Bu xəbərin Allahın vəhyi olduğunu bilməyənlər, bu xəbərin bütün bir sistemin təhlükəyə atılması olduğunu zənn edərlər. Üstəlik bu xəbər, olması çətin olanın müjdələnməsidir. Çünki döyüşü uduzmuş olan bir dövlətin, yaxında uduzduğu cəmiyyətə qarşı döyüşü qazanacağı söylənir. Bir də “bıdə siniin” ifadəsindən üç ilə doqquz il arasında bu hadisənin reallaşacağı anlaşılır.

Bu xəbər yalan çıxsa, həm inananların inancı sarsılacaq, həm ortaq qoşanların dinə qarşı bir dəlilləri olacaqdır. Əslində isə tarix şahiddir ki, ortaq qoşanlar Peyğəmbərimizə dəli, ovsun edən, mənfəətçi kimi günahlandırmalar etmələri qarşısında, heç biri Peyğəmbərin bu söylədiyi səhv çıxdı, Quranın bu vədi baş vermədi deməmişlər, daha doğrusu deyə bilməmişdilər. Əslində isə bu tərz dəlilə o ortaq qoşanlar çox möhtac idilər. Peyğəmbərə və inananlara qarşı qılınclarla döyüşüb, onları öldürməyə çalışmaq çox çətin bir yoldu. Əgər ortaq qoşanların dinə qarşı bu tərzdə dəlillər ortaya çıxarmaları mümkün olsaydı, döyüşmək kimi çətin bir yol yerinə, bunu sınayardılar. Çətin yolu seçmələri belə bir imkana sahib olmadıqlarını göstərir. Quranın bütün dedikləri çıxmış və bu nöqtədə ortaq qoşanlar belə heç bir etiraz edə bilməmişdilər. Necə ki, günümüzdə Quranın bir çox möcüzəsinə rəğmən və Qurana alternativ heç bir kitabın, heç bir sistemin göstərilə bilinməməsinə baxmayaraq, hələ də inanmayanlar varsa və yenə də olacaqsa, o dövrdə də belə olmuşdur, hər cür dəlili görmələrinə rəğmən inanmayanlar olmuşdur. Lakin bütün bu inanmayanlar, daha Peyğəmbərimiz həyatda ikən yaşadığı bölgəyə Quranın hakim olmasını əngəlləyə bilməmişdilər.

Ümidsizlikdən Zəfərə. Bizans [Qərbi Roma] tarixini oxuyanlar Bizans İmperatorluğunun ən böyük depressiyalarından birini VII yüzildə [Quranın endiyi dövrdə] yaşadığını, bu depressiyanın ən əhəmiyyətli səbəblərindən birinin Farslarla yaşanan problemlər olduğunu görəcəklər. Bizans daha sonra problemlərini aşmış və bu depressiyadan qurtulmuşdur. Tarixi məlumatlar Quranın Bizans tarixi haqqındakı söylədiklərinin doğruluğunu təsdiq edir.

Tarixi qaynaqlarda Bizansın Farslarla edilən döyüşdə uğradığı itki üzündən bir daha toparlanamayacağının sanıldığı anladılır. Anladılanlara görə, Bizans Kralı Heraklius bu depressiya dövründə ordunun məsrəfləri üçün kilsələrdəki qızıl və gümüş bəzək əşyalarını belə əridib işlətmişdir. Farslar daha əvvəl Bizansın olan Mesopotamya, Kilikiya, Suriya, Fələstin, Misir və Ermənistanı işgal etmişdilər. Ümidin olmadığı bir dövrdə Quran, Bizansın yaxında [3 ilə 9 il arasında] qalib gələcəyini müjdələmişdir. Tarixi qaynaqlar bu müjdəyə görə Peyğəmbər və ətrafındakılara lağ edildiyini, bu xəbərin çıxmasına ehtimal verilmədiyini qeyd edirlər.

Əslində elə Quranın hər xəbəri kimi bu xəbəri də doğru çıxacaqdır. Bizans, b.e. 627-ci ilində Farsları Ninova xarabalarının yaxınlığında məğlub edər. Farslar işgal etdikləri yerləri Bizansa geri verən bir müqavilə imzaladılar (Bxz. Warren Treadgold, A History of the Byzantinə State and Society, Stanford University Press, səh. 287-299)

Dünyanın Ən Alçaq Yeri. Rum/3-cü ayədə Rumların Dünyanın ən alçaq yerində məğlubiyyətə uğradıqları keçir. Ərəbcə Dünyanın ən alçaq yeri “Ədna əl-Ard” olaraq ifadə edilir. Bu ifadəni bəzi tərcüməçilər ən yaxın yer olaraq çevirmişdilər. Lakin bu tərcümə ayənin ifadəsinin təməl mənasına uyğun deyildir, bu ancaq yan bir məna olaraq qəbul edilə bilir. Ayənin ərəbcəsinin təməl ifadəsi, bu məğlubiyyətin dünyanın ən alçaq [Ədna əl-Ard] yerində baş verdiyi şəklindədir. Anlaşılır ki, ayənin təməl mənasıyla nəyi ifadə etdiyini anlamayan tərcüməçilər, yan bir mənalandırmayla ayəni tərcümə etmişdilər. Umarıq ki, ayənin ortaya qoyduğu bir möcüzəni daha açıqlayan açıqlamamızdan sonra tərcüməçilər də lazımi düzəltməni edərlər.

Bizans İmperatorluğunun Farslara məğlub olduğu bölgə Suriya, Fələstin və indiki İordaniya torpaqlarının kəsişdiyi bölgədə yer alan Lut gölü (Ölü dəniz) hövzəsidir. Dəniz səviyyəsindən 395 metr aşağıda olan Lut gölü çevrəsi, dünyamızın “ən alçaq” nöqtəsidir (dünyanın ən yüksək nöqtəsi Himalay, ən alçaq nöqtəsi Lut Gölü [Ölü dəniz] hövzəsidir). Rumların irəlidə döyüşü qazanacağını söyləyərək gələcəyə dair heç təxmin edilməyən bir xəbəri verərək bir möcüzə ortaya qoyan Quran, bu ifadəsiylə ancaq son yüzilin ölçmə texnikalarıyla bilinə bilmiş bir məlumatı əvvəlcədən açıqlayaraq bir möcüzə daha ortaya qoymuşdur.

Məkkəni Fəth edəcəksiniz.

  • 27And olsun ki, Allah Elçisinə o görüntünü “Siz Allah diləyərsə, qətiliklə, arxayınlıqla başlarınızı taraş etmiş və qısaltmış insanlar olaraq, qorxmadan Məscid–i Harama girəcəksiniz” – görüntüsünü haqq ilə doğru çıxardı. Belə isə Allah sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan alt/yaxın bir fəth qıldı.(Fəth/27)

Allah Quranda Peyğəmbərin röyasının reallaşacağını və Məscidi Harama saçlar taraş edilmiş və ya qısaldılmış bir şəkildə girəcəklərini söyləyir. Quranın bu möcüzəsi də bu bölmədə təhlil etdiyimiz Rumların məğlubiyyətlərindən sonra qalib gələcəklərini söyləyən ayə kimi gələcəklə əlaqədar verilən xəbərlərlə əlaqədar bir möcüzədir. Peyğəmbərimizin və inananların Məkkədən qovulduqlarını, Məkkəlilərin say və hərbi güc mənasında başda üstün olduqlarını, inananları hicrətə [köçə] məcbur etdiklərini bilirik.

Bir çox Peyğəmbər dini, dini yaydığı torpaqlara hakim edə bilmədən vəfat etmişdir. Əgər Quranın müjdəsi olmasa Peyğəmbərimiz Məkkəni fəth edəcəyini bilə bilməz, bu mövzuda bir iddiada ola bilməzdi. Peyğəmbərin başda röyasında gördüyü bu hadisə, Quranın ayələri ilə bir müjdəyə dönmüş və inananlar qovulduqları, zəif olduqları üçün tərk etmək məcburiyyətində qaldıqları torpaqları geri almışdılar.

Quranın bu ayələri kimi, Əbu Ləhəbin müsəlman olmayacağını söyləyən ayələr də (Təbbət surəsi) möcüzəvi xüsusiyyətdədir. Peyğəmbərimizlə başdan döyüşən Əbu Süfyan, Vahşi kimi bir çox kimsənin sonradan müsəlman olduğu bilinir. Əgər Əbu Ləhəb sonradan müsəlman olmağa qalxsaydı və ya müsəlman olduğuna dair rol etsəydi (Sırf özü haqqındakı ayələri yalan saymaq üçün) bir çox insanın fikrini çaşdıra bilərdi.

Gələcəklə əlaqədar bütün bu Quran ayələri, Quranın ifadələrindəki narahatsızlığı, güvəni, iddialılığı göstərir. İnsan əliylə yazılacaq olan bir kitabda duyulacaq narahatlıqların heç biri Quran yazılarkən eşidilməmişdir. Bu Quranın insan əli ilə yazılmış olmadığının, gələcəyi də çox yaxşı bilən Allahın vəhyi olduğunun saysız dəlillərindən biridir.

Biz bu kitabı da hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir mərhəmət və bir müjdə olaraq sənə endirdik. (Nəhl /89) [6]

Təkrar mövzumuz olan 2-7-ci ayələrin təhlilinə dönəriksə, bu xüsusları da əlavə etmək lazımdır:

Bu ayələrdə eyni zamanda möminlərə beynəlxalq siyasət də öyrədilir. Belə ki, Möminlər hər zaman əhli imanın tərəfində olmalıdırlar. Mömin tərəf dururkən, müşrik və inkarçı tərəfini tutmaq olmaz, onlara dəstəkçi olmaq olmaz. İnanan tərəf ilə inkarçı tərəf arasındakı münaqişənin növü qaynar döyüş də olsa belədir, iqtisadi, siyasi və mədəni döyüş də olsa belədir.

Ayədəki “Bundan əvvəl və sonra əmr Allahındır” ifadəsindən anlayırıq ki, zəfəri və məğlubiyyəti Allah təqdir edir. Əslində bir çox ayədə Rəbbimiz inananlara yardım edəcəyini vəd etmişdir, həmçinin irəlidə bir çox ayədə yer aldığı kimi bu vədini də həyata keçirmişdir.

  • 47Və and olsun ki, Biz səndən öncə bəzi elçiləri cəmiyyətlərinə göndərdik və onlar insanlara açıq–aşkar dəlillər gətirdilər. Sonra Biz günah edən insanları yaxalayıb, cəzalandıraraq, ədaləti təmin etdik. Möminlərə kömək etmək də, Bizim üzərimizə bir haqq idi. (Rum/47)
  • 121Və həmçinin sən səhər erkəndən möminləri döyüş mövqelərinə yerləşdirmək üçün əhlindən ayrılmışdın. Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir. 122O za­man sizdən iki qrup, Allah onların köməkçi, yol göstərici, qoruyucu yaxını ol­ma­sına baxmayaraq, pozulmağa üz tutmuşdu. Artıq inananlar yalnız və yalnız Allaha işin nə­ti­cə­sini həvalə etsinlər!
  • 123–127Və and olsun ki, sizlər gücsüz ikən Allah sizə verilən nemətlərin qarşılığını ödəyərsiniz deyə, sizə Bədirdə kömək etdi: Həmçinin sən inananlara: “Rəbbinizin endirilən/hülul etdirilən üç min mələklə sizə kömək etməsi sizə yetməzmi?” – deyirdin. Əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, bəli sizi Rəbbiniz dəstəkləyər. Və əgər onlar qəflətən üzərinizə gəlsələr, Rəbbiniz sizə işarələnmiş/təlimləndirən/göndərilmiş beş min mələklə kömək edər. Və Allah bu köməyi sizə sırf bir müjdə olsun və qəlbləriniz bununla sakitləşsin deyə, etdi. Və bu kömək sırf Allah kafirlərdən bir qisminin kökünü kəssin, yaxud onları pərişan etsin və itirənlər ola­raq, dönüb getsinlər deyə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağlamlaşdıran Allah qatındandır. Belə isə Allahın qoruması altına girin. (Al-i İmran/121–127)
  • 23Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız imana qarşılıq küfrü sevirlərsə, onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Sizdən hər kim də onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edərsə, artıq bax budur, onlar səhv davrananların/öz zərərlərinə iş edənlərin məhz özləridir.
  • 25And olsun ki, Allah bir çox yerdə və Huneyn Günü sizə kömək etdi. Həmçinin çox olmağınız sizə arxayınlıq vermişdisə də, onun sizə bir faydası olmamış və yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəlmişdi. Sonra da üz döndərib qaçmışdınız.
  • 26Sonra Allah Elçisinin üzərinə və möminlərin içlərində qəlbi təskinləşdirən, arxayınlıq və sakitləşmə duyğularını/əhvali–ruhiyyələrini əmələ gətirdi və sizin görmədiyiniz ordular endirdi. Kafirləri də əzaba uğratdı. Və bax budur, bu, kafirlərin cəzasıdır.
  • 27Sonra bu olub bitənlərin arxasından Allah dilədiyi insana dönüş nəsib edər. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Tövbə/23–27)
  • 9Həmçinin siz Rəbbinizdən kömək diləyirdiniz və Rəbbiniz: “Şübhəsiz, Mən, bax budur, xəbərçi ayələrdən minlərlə ard–arda göndərərək, kömək edirəm” – deyə qarşılıq vermişdi.
  • 10Bunu da Allah sırf sizə bir müjdə olsun və bununla qəlbləriniz aram tapsın deyə et­mişdi. Və kömək ancaq Allah qatındandır. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şə­rəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qo­yan, pozulmağı yaxşı əngəlləyən/sağ­lam­laşdırandır.
  • 11Həmçinin Rəbbiniz yenə Öz qatından bir zəmanət olaraq, sizi yüngül bir yuxuya daldırırdı. Sizi özü ilə təmizləmək, pis niyyətli insanın pisliyini/zərərini sizdən qaldırmaq, ürək­lə­ri­ni­zə qüvvət vermək və ayaqlarınızı sabitləşdirmək/ayaqlarınızın yerə sağlam bas­ması üçün göydən üzərinizə bir su endirirdi.
  • 12Və həmçinin Rəbbin təbii gücləri tənzimləyirdi: “Şübhəsiz, Mən sizinlə birlikdə­yəm. Haydı, inanmış insanlara səbat verin. Mən kafirlərin ürəyinə qorxu salacağam, dərhal boyunların üstünə vurun, onlardan bütün barmaq uclarına/oynaqlara da” (Ənfal/9–12)

Bunlarla əlaqədar həmçinin Ali İmran/138-164-cü ayələrdən ibarət olan bölmə də oxunmalıdır.

8Öz içlərində heç düşünmədilərmi ki, Allah göylərdə, yerdə və bu ikisi arasında olan hər şeyi ancaq haqq ilə və müəyyən edilmiş bir müddət üçün yaratmışr? Və şübhə­siz, insanlardan çoxu Rəbbinə qovuşmağı qətiliklə, bilə-bilə rədd edənlərdir/inan­ma­yanlardır.

9Onlar yer üzündə gəzərək, özlərindən öncəkilərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Onlar özlərindən daha güclü idilər/yer üzünü qazıb alt-üst etmişdilər, onu bunların abad etdiklərindən daha çox abad etmişdilər. Elçiləri də onlara necə açıq dəlilləri gətirmişdilər. O halda Allah onlara haqsızlıq edəcək deyildi, lakin, onlar şərik qoşaraq, özlərinə haqsızlıq etməkdə davam etdilər.

Bu ayələrdə Rəbbimiz, insanlardan və xüsusilə də yalan sayan hissədən özünü tanımalarını istəyir, bunun üçün də onları yerdə və göylərdə qurduğu nizamı araşdırmağa, kainatın keçici olaraq yaradıldığını təsbit etməyə və keçmişdə çox güclü olmalarına rəğmən, inkarçılıqları üzündən bədbəxtliyə uğramış, məhv olmuş cəmiyyətləri araşdırmağa, sonra da düşünməyə dəvət edir. Onlar bilavasitə, özlərinə zülm etmişdilər, əzab edilmələrinin səbəbi öz əlləriylə etdikləridir.

Burada bəhs edilən keçmiş qövmlər Ad və Səmud qövmləridir. Daha əvvəl bir çox dəfə açıqladığımız kimi, Rəsulullahın müasiri olan ərəblər bu qövmlərdən geriyə qalan qalıqları görür, bir yerə getdiklərində o ölkələrin torpaqlarından keçirdilər.

Ancaq araşdırılması lazım olduğu mesajı verilən qədim cəmiyyətlər, sadəcə, o günün ərəb cəmiyyətinin bildiyi bu qövmlərlə məhdud deyildir. Dünyanın dörd bir tərəfindəki keçmiş sivilizasiyaların hamısı təhlil edilib hamısından nəticə çıxarılmalıdır.

8-ci ayədə “Öz içlərində heç düşünmədilərmi ki, Allah göylərdə, yerdə və bu ikisi arasında olan hər şeyi ancaq haqq ilə və müəyyən edilmiş bir müddət üçün yaratmışdır?” – deyilərək, kainatin qədərinin “sona çatmaq” olduğunun hər kəs tərəfindən bilinə biləcək bir amil olduğuna işarə edilir. Bu xüsus bir çox ayədə vurğulanmışdır:

  • 3Allah göyləri və yer üzünü haqq ilə yaratdı. O, onların ortaq qoşduqları şeylərdən ucadır. (Nəhl/3)
  • 115Yaxşı, siz Bizim sizi, sadəcə, boş yerə yaratdığımızı və şübhəsiz, sizin yalnız və yalnız Bizə döndərilməyəcəyinizimi sandınız? (Möminlər/115)
  • 44Allah göyləri və yeri haqq ilə əmələ gətirdi. Şübhəsiz ki, bunda, iman edənlər üçün qətiliklə bir əlamət/nümunə vardır. (Ənkəbud/44)
  • 22Əgər yer ilə göydə Allahdan başqa tanrılar olsaydı, bunların ikisi də qətiliklə qarı­şıq­lıq içində olardı/nizamları pozulardı. O halda, ən böyük taxtın Rəbbi olan Allah onların isnad etdikləri şeylərdən münəzzəhdir. (Ənbiya/22)

9-cu ayədə bəhs edilən “tarixdən və arxeoloji qalıqlardan, xarabalığa çevrilmiş yerlərindən ibrət almaq” mövzusu Quranda tez-tez vurğu edilən bir mövzudur:

  • 6Görmədilərmi ki, Biz onlardan əvvəl özlərinə yer üzündə sizə vermədiyimiz bütün imkanları verdiyimiz, göy üzünü üzərlərinə bərəkətlərlə göndərib, altlarında bulaqlar axıtdığımız necə nəsilləri dəyişikliyə/dağıntıya uğratdıq. Biz onları, günahlarına görə dəyişikliyə/dağıntıya uğratdıq və onlardan sonra başqa bir nəsil yaratdıq.  (Ənam/6)
  • 44Və yer üzündə gəzərək bir baxmadılarmı, özlərindən öncəkilərin sonu necə olub? Halbuki, onlar qüvvətcə özlərindən daha güclü idilər. Göylərdə və yer üzündə Allahı aciz buraxan heç bir şey yoxdur. Tam yəqinliklə bilin ki, O, ən yaxşı biləndir, ən güclü olandır. (Fatir/44)
  • 82Daha yer üzündə gəzərək, baxmaz­lar­mı ki, özlərindən öncəkilərin sonu necə olmuşdur? Onlar özlərindən həm daha çox, həm də qüvvətcə və yer üzündəki əsərlərinin sağlamlığı baxımından daha sərt idilər. Lakin o qazandıqları şeylərin onlara bir faydası olmadı. (Mömin/82)

Bunlardan başqa Al-i İmran/137; Ənam/11; Yusuf/109; Nəhl/36; Həcc/46; Ənkəbud/20; Rum/42; Mömin/21 və Muhəmməd/10-a da baxılmalıdır.

10Sonra Allahın ayələrini/əlamətlərini/nümunələrini yalan saydıqları üçün, pislik edən o insanların aqibətləri “ən pis” oldu. Onlar lağ da edirdilər.

İnkarçıların açıq şəkildə təhdid edildiyi bu ayədə, Allahın ayələrini yalan sayaraq onlara lağ edənlərin, etdikləri pisliklərinə qarşılıq axirətdəki aqibətlərinin “ən pis” olacağı bildirilir.

Ayədə pisliyin qarşılığı “الشوأى əs-Süa [ən pis]” deyə xarakterizə edilmişdir. Ayədəki “ən pis” ifadəsiylə qəsd edilən, cəhənnəm atəşidir. “Pislik edən insanlar” isə şirk qoşanlar, inkarçılıq edənlərdir. Çünki ayənin davamında “Onlar lağ da edirdilər” deyilmişdir. Allahın ayələriylə onlardan başqası lağ etməz. İnandığını iddia edərək, lağ edən insan da əslində inkarçıdır.

Yaxşılığın qarşılığı isə “الحسنى əl-husna [ən gözəl olan]”  olaraq xarakterizə edilmişdir:

  • 31,32Göylərdə və yerdə nə varsa əməlləri ilə pislik nümayiş etdirənləri cəzalandırması, yaxşılaşdıranları/gözəlləşdirənləri isə, bəzi kiçik xətaları nəzərə alınmazsa, günahın böyüklərindən və iyrəncliklərdən çəkinənləri də “Ən gözəl” ilə mükafatlandırması üçün Allahındır. Heç şübhəsiz, sənin Rəbbin bağışlaması geniş olandır. Sizi, həm torpaqdan əmələ gətirdiyi zaman, həm də analarınızın qarnında rüşeym halında olduğunuz zaman, ən yaxşı bilən Odur. O halda nəfslərinizi təmizə çıxarmayın. Allahın qoruması altına girmiş olanı O, daha yaxşı bilir. (Nəcm/31, 32)
  • 87,88O dedi ki: “Kim şərik qoşaraq səhv/öz zərərlərinə iş edərsə, qətiliklə ona əzab edəcəyik. Sonra Rəbbinə geri döndəriləcək, sonra O da onu görülməmiş bir əzabla əzablandırar. Amma hər kim də iman edər və saleh əməl edərsə, artıq buna da ən gözəl qarşılıq vardır. Və Biz onun üçün əmrimizdən asan olanı söyləyəcəyik”. (Kəhf/87, 88)
  • 26Gözəllik edənlər üçün daha gözəli və artığı vardır. Üzlərinə qara bulaşmaz, alçaqlıq, alçalma da. Bax budur bunlar, cənnət əhlidirlər. Onlar orada sonsuz olaraq qalıcıdırlar.
  • 27Pislik qazanmış olan insanlar üçün də pisliyin cəzası bir bənzəri ilədir. Və onları bir alçaqlıq bürüyər. Onları Allahdan qoruyan heç bir qoruyucu yoxdur. Sanki onların üzləri, qaranlıq gecələrdən bir parçaya bürünmüş kimidir. Bax budur, onlar atəşin əhlidirlər. Onlar orada sonsuzadək qalacaqlar. (Yunus/26, 27)

11,12Allah ilk olaraq yaradar, sonra onu geriyə çevirər. Sonra da Ona döndərilərsiniz. Qiyamətin qopma anında da günahkarlar ümidlərini kəsərlər.

13Onlar üçün ortaq qoşduqlarından, şəfaət – kömək edən, ara düzəldənlər də olmaz. Və onlar ortaqlarını rədd etdilər/qəbul etməyənlər oldular.

Bu ayələrdə Rəbbimiz özünü tanıdır və yaratdıqlarının özündən qaça bilməyəcəklərini, mütləq mühakimə olunacaqlarını bildirirkən, eyni zamanda da bu gün məğrurlanan müşriklərin o gün ümidlərini kəsəcəklərini; arxalandıqları sözdə şəfaətçilərin [Allaha ortaq qoşduqları insan və əşyaların] də ortalarda mövcud olmayacağını bildirir.

Ayədə keçən “ortaq qoşduqlarından” şəklindəki ifadədən, keçmişdən günümüzə şirk ünsürü olaraq işlədilən hər cür şirk vasitəsi; mələklər, peyğəmbərlər, əzizlər, şəhidlər və saleh insanlar, ay, günəş, planetlər, ağaclar, daşlar, heyvanlar kimi cansız və ya şüursuz varlıqlar; ya da şeytan, dini liderlər, zalımlar, despotlar kimi insanları aldadıb azdıraraq və ya təzyiq edərək Allahın qullarını özlərinə ibadətə məcbur edən tağutlar anlaşıla bilir.

Bunların axirət günü heç bir işə yaramayacağı Quranda bir çox dəfə ifadə edilmişdir:  Ənam/94; Yunus/28, 29; Hud/20, 21; Nəhl/86, 87; Məryəm/81, 82; Furqan/17, 18;  Mömin/73, 74; Fussilət/47, 48.

14Və Saatın dikildiyi gündə də, bax budur, o gün onlar ayrılırlar.

15İndi iman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq onlar bir bağça içində nəşələndirilirlər.

16Kafirlərə, ayələrimizi və Axirət görüşməsini yalan sayanlara da gəlincə, bax budur, onlar əzab içində hazır tutdurularlar.

Bu ayələrdə, qaçışı mümkün olmayan o gündə inananlar ilə inanmayanların aqibətlərinin nələr olduğu qısaca təsvir edilmişdir. O gün insanlar “inananlar” və “küfr edənlər” olaraq iki qrupa ayrılırlar. İnanmış və salihatı işləmiş olan qrup cənnətdə xoşbəxt olaraq yaşayacaq; küfr edən, axirəti və Allahın ayələrini yalan sayan qrup isə əzab içində olacaqdır. Bu reallıq Quranda dəfələrlə xatırladılmışdır:  Vaqiə/7-10; Ya Sin/59-64; Saffat/22, 23; Casiyə/28; Yunus/28; Zümər/71-74; Həcc/19-22; Zühruf/75.

17,18O halda, etməli olduğunuz, axşama çatdığınızda, səhərə çatdığınızda, gecə sırasında, günortaya çatdığınızda – hər zaman Allahın bütün nöqsan sifətlərdən münəzzəh qılınmasıdır! Göylərdə və yerdə də bütün təriflər, sadəcə, Ona aiddir/başqası öyülə bilməz.

Bu ayələrdə insanların ağıllarını başlarına aldıqları təqdirdə istər–istəməz etmək məcburiyyətində qalacaqları iş ortaya qoyulur. Bu “Allahı tanımaq, Onu hər cür nöqsanlıqdan arındırmaq və Ona həmd etmək”dir.

Daha əvvəl də açıqlandığı kimi, “təsbih” “Yaradanı bütün xüsusiyyətləriylə tanımaq və tanıtmaq” deməkdir. Dolayısıyla Uca Allahı təsbih etmək, “Onu müşriklərin, savadsızların yaraşdırdıqları nöqsanlıqlardan, iftiralardan tənzih etmək və sifətlərinə uyğun olaraq ucaltmaq” deməkdir. Peyğəmbərimizdən istənilən təsbih budur, yəni Allahın lazım olduğu kimi tanıdılması fəaliyyətidir.

Beləliklə, bu ayələrə görə, bu həqiqətləri bilənlər Allahı gecə-gündüz – daima tanıtmalıdırlar.

Bu mövzuyla əlaqədar Əla/1; Qaf/39, 40; Ta Ha/130; Al-i İmran/41; Hicr/98; Furqan/58; Mömin/55; Tur/48; Vaqiə/74, 96; Haqqa/52 və Nəsr/3-ə də baxılmalıdır.

  • 41,42Ey iman edənlər! Allahı anmağınızı “daima anmaq” olaraq anın. Və Onu hər zaman nöqsan sifətlərdən arındırın. (Əhzab/ 41, 42)

19O, ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır və yer üzünə ölümündən sonra həyat verir. Sizlər də bax budur, belə çıxarılacaqsınız.

Bu ayədə Rəbbimiz insanlar üzərindəki mütləq təsərrüfünü vurğulayır. Əsla unudulmamalı olan təməl həqiqət yaradanın, dirildənin, öldürənin O olduğu; həmçinin ölüdən diri, diridən ölünü çıxarmasıdır. O, yer ü­zü cansız ikən ondan bitkiləri çıxararaq canlandırdığı kimi, insanları da ölümlərindən sonra dirildəcəkdir.

  • 33Və ölü torpaq laqeyd cəmiyyətə bir dəlildir. Biz ona həyat verdik və ondan dənələr çıxardıq ki, ondan yeyirlər. (Ya Sin/33)
  • 5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsiniz, bilin ki, nə ol­du­ğu­nu­zu sizə ortaya qoymaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən – qeyri–müəyyən bir ət parçasından ya­ratmışıq. Və Biz dilədiyimizi bəlli bir müddətə qədər bətnlərdə tuturuq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla ya­naşı, kiminiz keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xa­tır­lat­dırılır/öldürülür, kiminiz öncəki biliyindən sonra heç bir şey bilməyərək, öm­rünün ən rəzil zamanına çatdırılır. Bir yer üzünü görərsən ki, sönmüşdür. Son­ra Biz onun üzərinə su endirdiyimiz zaman hərəkətə kər, qabarar və hər gözəl t­dən bitkilər bitirə
  • 6Bax budur, bu, şübhəsiz ki, Allahın haqq olduğu, şübhəsiz, sadəcə Onun ölüləri diriltdiyi və şübhəsiz, sadəcə Onun hər şeyə qadir olduğuna görədir.
  • 7Qiyamət isə şübhəsiz ki, qopacaqdır. Qətiyyən onda şübhə yoxdur. Və şübhəsiz ki, Allah qəbirlərdə olan kimsələri dirildəcəkdir. (Həcc/5–7)
  • 57Və O, xatırlayasınız/öyüdləri qəbul edəsiniz deyə, mərhəmətinin önündə küləkləri müjdəçilər/dağıdıcılar/yayıcılar olaraq göndərir. Yağış yüklü buludlar yüklənincə, o küləklər onları quraq bir bölgəyə göndərər, sonra onunla suyu endiririk. Beləliklə, onunla məhsulun hamısından bitiririk. Bax budur, Biz ölüləri də belə çıxaracağıq. (Əraf/57)

Və Bəqərə/164; Nəhl/65; Ənkəbud/63; Fatir/9; Fussilət/39; Casiyə/5.

20Onun sizi bir torpaqdan yaratması da Özünün əlamətlərindən/nümunələrindəndir. Sonra da siz, indi dağılıb–yayılan bir bəşərsiniz.

21Yenə Onun əlamətlərindən/nümunələrindəndir ki, sizin üçün nəfslərinizdən özlə­ri­nə isinəsiniz deyə, həmtaylar yaratmış, aranıza bir sevgi və mərhəmət qoymuşdur. Şübhəsiz ki, bunda, yaxşı-yaxşı düşünə bilən bir cəmiyyət üçün necə əlamətlər/nü­mu­nələr vardır.

22Yenə göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin dəyişikliyi Onun əlamətlərindən/nümunələrindəndir. Şübhəsiz ki, bunda biliklilər üçün necə əlamətlər/nümunələr vardır.

23Yenə gecədə və gündüzdə yatmağınız və ərməğanlarından ruzi axtarmağınız Onun əlamətlərindən/nümunələrindəndir. Şübhəsiz ki, bunda qulaq verəcək bir cəmiyyət üçün necə əlamətlər/nümunələr vardır.

24Yenə Onun ayələrindəndir ki, sizə həm qorxu və həm də ümid vermək üçün şimşəyi göstərir. Və göydən bir su endirir ki, onunla yer üzünə ölümündən sonra həyat verir. Şübhəsiz ki, bunda ağlını işlədəcək bir cəmiyyət üçün necə əlamətlər/nümunələr vardır.

25Göyün və yer üzünün Öz əmri ilə durması yenə Onun əlamətlərindən/nümunələrindəndir. Sonra sizi yer üzündən bir tək çağırışla çağırdığı zaman bir də baxarsınız ki, siz çıxarılırsınız.

46Sizə mərhəmətindən daddırsın, əmri ilə gəmilər axıb getsin və sahib olduğunuz nemətlərin qarşılığını ödəyəsiniz deyə, ərməğanlarından ruzi axtarmağınız üçün küləkləri müjdəçilər olaraq göndərməsi də Onun əlamətlərindən/ nümunələ­rin­dən­dir.

26Göylərdə və yerdə kim varsa hamısı da Onundur. Hamısı da Ona hörmət duyanlardır.

27Və O, yaratmağı başladan, sonra onu çevirib yenidən edəndir. Və bu, Ona çox asandır. Və göylərdə və yerdə ən uca nümunə Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

Bu ayələrdə Rəbbimiz nəyə görə tərifə layiq olduğunu bəyan edir. Bu bəyanına görə Rəbbimizin istər öz bünövrəmizdə, istərsə də ətrafımızda, “İnsanın torpaqdan yaradılması, sonra da yer üzünə yayılması, öz cinslərindən xoşbəxt olmaları üçün zövclər verilməsi, zövclər arasında sevgi, mərhəmət bağı qurması, göylərin və yerin yaradılışı, dillərin və rənglərin fərqliliyi, gecədə və gündüzdə yatmaq, Onun lütfündən ruzi axtarmaq, həm qorxu, həm ümid vermək üçün şimşəyin görünməsi, göydən su endirib, onunla yer üzünə ölümündən sonra həyat verməsi, göyün və yer üzünün öz əmriylə durması”  kimi minlərlə ayəsi mövcuddur.

Torpaqdan Yaradılma. Quran bağlamında ələ alındığında, yaradılışın təməli olan torpaqdan qəsd, insanın maddi quruluşunu əmələ gətirən karbon, soda, kalsium kimi torpaqda olan ölü cövhərlərdir. Rəbbimiz bu maddələri bir araya gətirərək canlı varlıqları, xüsusilə də insanı yaratmış və bu maddələr ilə uzaqdan yaxından əlaqəsi olmayan hiss üzvlərini, duyğuları, ağıl, vicdan və digər zehni funksiyaları onun bünövrəsinə yerləşdirmişdir.

22-ci ayədə “dillərinizin və rənglərinizin fərqliliyi” ifadəsi insanların rənginin və dilinin Allahın plan və proqramına görə bir-birindən fərqli olduğuna işarə edir. Bu səbəbdən heç bir irq və ya dil sahibi bu xüsusiyyətlərə görə nifrət edilə bilməz və bu xüsusiyyətlər heç bir irq və dil sahibinin qürur mənbəyi sayıla bilməz.

24-cü ayədə Rəbbimiz “sizə həm qorxu və həm də ümid vermək üçün şimşəyi göstərir” buyurmuşdur. Göy gurultusu və şimşək yağışın gələcəyini göstərən, beləliklə də, bitkilərin canlanacağı ümidini müjdələyən bir təbiət hadisəsidir. Ancaq bu təbiət hadisəsi eyni zamanda özü ilə ildırımla, sel fəlakətiylə hər şeyi silib süpürəcəyi qorxusunu da gətirir.

25-ci ayədəki “Göyün və yer üzünün öz əmriylə durması yenə Onun ayələrindəndir” ifadəsiylə verilən ismarıc Həcc və Fatir surələrində də yer almışdır:

  • 65Sən Allahın yer üzündəkiləri sizə boyun əydirdiyini [tam sizin yararlanacağınız ölçülərdə yaratdığını] və Özünün əmri ilə dənizlərdə axıb gedən gəmiləri görmədin­mi/heç düşünmədinmi? Göyü də Öz izni/biliyi olmadan yerə düşməkdən O saxlayır. Şübhəsiz ki, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir. (Həcc/65)
  • 41Heç şübhəsiz, göyləri və yer üzünü yox etmələrindən Allah qoruyur. And olsun ki, əgər göylər və yer üzü yox edilərsə, onları Ondan sonra kimsə tuta bilməz. Həqiqətən O, çox yumşaq davranan, çox bağışlayandır. (Fatir/41)

Yenə 25-ci ayədəki “Sonra sizi yer üzündən bir tək çağırışla çağırdığı zaman bir də baxarsınız ki, siz çıxarılırsınız” ifadəsi isə Rəbbimizin kainatın varlığını müddətli olaraq planladığını, yeri və göyü müəyyən bir müddət dik tutacağını, planladığı müddət sona çatdığında da qiyaməti qoparacağını bildirir.

  • 50–52De ki: “İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir ya­ra­dılış olun”. Sonra onlar: “Bizi kim geri döndərəcək?” – deyəcəklər. De ki: “Sizi ilk də­fə yoxdan yaratmış olan”. Buna görə də sənə başlarını bulayacaqlar və: “Nə za­man­dır bu?” – deyəcəklər. De ki: “Çox yaxın olması umulur! Sizi çağıracağı/di­ril­di­lə­cəyiniz gün, Onu öyərək Onun çağırışına uyacaqsanız və sadəcə, çox az qaldığınızı zənn edəcəksiniz”. (İsra/50–52)
  • 13Bax budur, o, bir tək qışqırıqdır.
  • 14Bir də baxarsan, onlar meydandadır. (Nəziət/13, 14)
  • 53Sadəcə, bir tək qışqırıq olmuşdur. Bir də baxarsan ki, hamısı hüzurumuzda “hazır ol!” əmrinə müntəzirdirlər. (Ya Sin/53)

46-cı ayədə Rəbbimiz 28-ci ayənin davamı mahiyyətində ətrafımızdakı ayələrdən küləyin funksiyasına, dənizçilikdəki əhəmiyyət və yararına diqqət çəkmişdir. Küləklərin Allahın ayələri olması və faydaları ilə əlaqədar bir çox ayə mövcuddur:

  • 22Və Biz küləkləri aşılayıcılar olaraq göndərdik və göydən su endirib, sizi onunla suladıq. Suyu xəzinələrdə tutanlar/yığıb saxlayanlar da siz deyilsiniz. (Hicr/22)
  • 48,49Və O, küləkləri mərhəmətinin önündə müjdəçi olaraq göndərəndir. Və Biz ölü bir bölgəyə can vermək, yaratdığımız necə heyvanları və insanları su ilə təmin etmək üçün göydən tərtəmiz bir su endirdik. (Furqan/48, 49)
  • 164Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-biri ardınca gəlməsində, insanlara yarayan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirərək, onunla yer üzünü ölümündən sonra diriltməsində, yer üzündə hər tərpənən canlılardan yaymasında, küləkləri səmtlərə çevirməsində, göy ilə yer üzü arasında əmrə hazır olan buludda, şübhəsiz ki, ağıllarını işlədən bir cəmiyyət üçün əlbəttə, əlamətlər/nümunələr vardır. (Bəqərə/164)

28Allah sizə özünüzdən bir misal çəkir: Heç sizə ruzi olaraq verdiyimiz şeylərdə qanunla  sizə təslim edilən adamlardan ortaqlarınız olarsa, siz onlarla bərabərhüquqlu olub, özünüzə rəva bilmədiyiniz/dəyər verdiyiniz kimi onlara da qarşılıqlı rəva bilməzsinizmi/bir-birinizə eyni dəyəri verərsinizmi, bərabərhüquqlu olarsınızmı? Bax budur, Biz ağlını işlədən bir cəmiyyət üzvləri üçün ayələri belə açıqlayırıq.

29Tam tərsinə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, şüursuzca boş–dünyəvi arzularına uydular. Yaxşı, Allahın çaşdırdığını kim düz yola gətirə bilər? Onlar üçün köməkçilərdən də yoxdur.

Bu ayələrdə Rəbbimiz şirkin məntiqsizliyini ortaya qoymaq üçün çox əhəmiyyətli, diqqət çəkici bir örnək verir.

Verilən bu örnəkdə “Heç sizə ruzi olaraq verdiyimiz şeylərdə qanunla  sizə təslim edilən adamlardan ortaqlarınız olarsa, siz onlarla bərabərhüquqlu olub, özünüzə rəva bilmədiyiniz/dəyər verdiyiniz kimi onlara da qarşılıqlı rəva bilməzsinizmi/bir-birinizə eyni dəyəri verərsinizmi, bərabərhüquqlu olarsınızmı?” deyilərək, heç kimin belə bir ortaqlığı, bərabərliyi qəbul etməyəcəyi, heç kəsin belə bir hörmət mühiti yaratmayacağı inkar sualı ilə irəli sürülüb.

Nümunəni yeniləyəriksə, heç bir insan evindəki xidmətçi ilə fabrikasındakı işçisini özü ilə bərabər qəbul etməz. Hal belə olunca, Allahın qulları və məxluqları necə olur ki, Allah ilə bərabər və Onun ortağı ola bilir? Necə olur ki, özlərinə sitayiş edilməsinə səbəb olan, Allahın xüsusiyyətlərinə uyğun bir xüsusiyyətləri olduğunu iddia edə bilirlər?

Bu misal Quranda bir şəxsə, obyektə, quruma və ya hər hansı bir şeyə Allah kimi mütləq səlahiyyət verənləri xəbərdar etmək üçün verilmişdir.

30O halda sən üzünü keçmiş inanclarını tərk edən biri kimi dinə, insanları ilk olaraq, yoxdan yaratmış olan Allahın fitrətinə doğru döndər. Allahın yaratmasında heç bir də­yi­şiklik ola bilməz. Ən doğru/dik tutan din, budur. Lakin, insanların çoxu bilmir­lər.

31,32Qəlbən Ona yönələnlər olaraq, Allahın qoruması altına girin, salaatı iqamə edin, ortaq qoşanlardan/dinlərini parça-parça bölmüş, təfriqəçi qruplara ayrılmış kəslərdən də olmayın. Hər təfriqəçi qrup özünün doğru saydıqları ilə lovğalanmaqdadır.

Əvvəlki ayələrdə edilən açıqlamalardan sonra bu ayələrdə də Rəsulullaha və onun şəxsində bütün insanlara Allaha yönəlmələri əmri verilir. Daha sonra da “Hənif [muvahhid]” müsəlmanlar müxatib alınaraq, dində ayrılığa düşmüş olan, öz inanc və yollarıyla təkəbbürlənən insanlardan olmamaları istiqamətində xəbərdarlıq edilir.

  • 30,31Bax budur, belə! Və kim Allahın toxunulmaz qıldıqlarına hörmət göstərərsə, ar­tıq bu, özü üçün Rəbbinin qatında xeyirdir. Sizə bildiriləndən başqa heyvanlar sizə ha­lal qılınmışdır. O halda Allaha yönələnlər olaraq, Ona ortaq qəbul edənlər ol­ma­ya­raq, o bütlərdən olan kirlilikdən qaçının, yalan sözdən də qaçının. Allaha kim or­taq qoşarsa, artıq o kimsə göydən düşərək quşların qapdığı və ya küləyin özünü kim­səsiz bir yerə sürüklədiyi şey kimidir. (Həcc/30, 31)

Uca Allah insanların obyektiv olduğu və özlərinə lütf edilən zehni qabiliyyətləri doğru işlətdiyi təqdirdə tövhid inancına çatacağıını, afaq və enfüsdəki dəlilləri dəyərləndirərək bu inancı tapa biləcəyini, insanın bunu bacara biləcək qabiliyyətlərlə təchiz edildiyini açıqlayır.

  • 159Bax budur, sən sırf Allahın mərhəmətinə görə onlara qarşı yumşaq davrandın. Əgər qaba, qatı ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb, gedərdilər. Artıq on­la­rı bağışla, onlar üçün bağışlanma dilə. İşlərdə onlarla müşavirə et – işin ən gözəlini or­taq­laşaraq tapıb ortaya çıxar, bir dəfə də əzm etdinmi, artıq Allaha işin nəticəsini hə­valə et. Şübhəsiz ki, Allah işin nəticəsini Özünə həvalə edənləri sevər. (Al-i İmran/159)
  • 43–45Belə isə, Allahdan geri çevrilməsi mümkün olmayan bir gün gəlmədən öncə, üzünü ən doğru/qo­ru­yan dinə döndər. O gün onlar Allahın iman edən və düzəltmək yönündə işlər edən insanlara ərməğanlarından qarşılıq verməsi üçün dəstə–dəstə ayrılırlar. Şübhəsiz ki, O, kafirləri sevməz. Kim küfr edərsə, artıq bu rədd etməyi/inanmamağı öz əleyhinədir. Kim də saleh əməl işləyərsə, artıq onlar da özləri üçün döşək/rahat bir yer hazırlamış olarlar. (Rum/43–45)
  • 1–10Quran və onun ictimai maariflənməsini, Qurana tabe olan Rəsul və möminləri, Quranın nuru ilə nurlanan cəmiyyətləri, Quran nurundan məhrum olan cəmiyyətləri, bilikliləri və bilikliləri ucaldan bilikləri, qatı cahilləri və onları bu hala salan qayda və anlayışları, mənliyini tapmış insanları və mənliklərini tapmağa vadar edən amilləri ki, Allah ona qəzəblənmək və özünümüdafiə instinktlərini/günah etmək və “Allahın himayəsi altında olmaq” qabiliyyətlərini ilham etdi, sübut göstərirəm ki, nəfsini pak edən/təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilərək rədd edən isə, əmin olun ki, zərərə uğramışdır”. (Şəms/1– 10)
  • 172,173Halbuki sənin Rəbbin, qiyamət günü: “Bizim bunlardan xəbərimiz yox idi” – deməyəsiniz, yaxud: “Bundan əvvəl atalarımız ortaq qoşub, biz onlardan sonra gələn nəsillərik. Batili işləyənlərin işlədiklərinə görə bizimi dəyişikliyə/dağıntıya uğradacaqsan?” – deməyəsiniz deyə, Adəmoğullarının bellərindən onların nəsillərini alar və onları öz nəfslərinə şahid edər: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyərlər ki: “Əlbəttə Rəbbimizsən, şahidlik edirik”. (Əraf/172, 173)
  • 116Və əgər yer üzündəkilərin çoxluğuna uyarsansa, səni Allah yolundan azdırarlar. Çünki onlar, sadəcə “zənn”ə uyur və axmaqlıq edirlər. (Ənam/116)

Rəbbimiz: “Müşriklərdən; dinlərini parça-parça bölmüş, firqə-firqə olmuş insanlardan da olmayın!” – buyurur. Beləliklə, dinlərini dəyişdirən və bir qisminə inanıb, bir qismini inkar edənlər, dinlərini bir sıra məzhəblərə ayırıb, məzhəb fanatikliyi edənlər qınanır:

  • 159Şübhəsiz ki, dinlərini parça-parça edib, qrup–qrup olan bu insanlar – sən heç bir forma və davranışça onlardan biri deyilsən. Şübhəsiz ki, onların işi Allahadır. Sonra Allah onlara etməkdə olduqları şeyləri xəbər verəcəkdir.
  • 160Kim yaxşılıq edərsə, artıq ona etdiyinin on misli vardır. Kim də pislik edərsə, artıq o, sadəcə onun misli ilə cəzalandırılar və onlar haqsızlığa uğradıl­maz­lar. (Ənam/159, 160)

Ayədə bəhs edilən təfriqəçilər, keçmişdə ayrılığa düşüb, bir-birini pozğun elan edən Xristiyanlar və Yəhudilər deyildir. Burada, bəzi Müsəlman keçinənlərin məzhəb-məzhəb, təriqət-təriqət, camaat-camaat ayrılacaqları; hər birinin haqq dindən ayrı bir sıra inanc və əməl şəkli əmələ gətirəcəkləri və bir-birilərindən qopacaqları bildirilir, möminlərin bu vəziyyətə qarşı ayıq olmaları istənilir.

Rəbbimiz Quranda dinin qaynağında bildirilən prinsiplərin hamısını almayıb, işinə gələni almaq və halal-haram mövzusunda Allaha iftira edərək, insanların dini parça-parça etmələrinə bir çox misal vermişdir:

  • 84,85Və bir zamanlar Biz sizin qəti sözünüzü almışdıq: “Qanlarınızı tökməyəcəksiniz, özünüzü yurdlarınızdan çıxarmayacaqsınız”. Sonra siz şahidlik edərək, təsdiq etdiniz. Sonra siz bax budur, o insanlarsınız – öz-özünüzü öldürürsünüz və sizdən olan bir qrupu yurdlarından çıxarırsınız. Onların əleyhində günah və düşmənçilikdə kö­mək­lə­şir­siniz. Əgər onlar sizə əsir olaraq gəldikdə isə, onlar üçün fidyə/qurtarmaq üçün fidyə al­mağa çalışırsınız. Halbuki, o/onların çıxarılmaları sizə haram­laş­dırılmışdır. Yaxşı, siz Kitabın bir qisminə inanır, bir qisminə isə inan­mır­sı­nızmı? Bu halda, içi­nizdən belə edənlərin alacağı qarşılıq dünya həyatında bir rüs­vay­çılıqdan başqa nə­dir? Qiyamət Günü də əzabın ən şiddətlisinə uğradılarlar. Allah et­diklərinizdən xəbərsiz, laqeyd deyildir. (Bəqərə/84, 85)
  • 91Və onlara: “Allahın endirdiyinə iman edin” – deyildiyi zaman onlar: “Biz özümüzə endirilənə iman edərik” – dedilər. Və onlar Allahın endirdiyi, özlərinin olan Kitabı təsdiq edən bir haqq olmasına baxmayaraq, özlərinə endirilənlərdən başqasını bilərəkdən rədd edib atırlar. De ki: “Yaxşı, əgər möminlərdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?” (Bəqərə/91)
  • 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/116)

Əslində isə dinin qaynağı təkdir və o da Allahın vəhyidir. Beləliklə, dində ayrılığa düşülməməli, din adından daima içində təfriqə, ixtilaf olmayan o vəhyə müraciət edilməlidir.

  • 13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər. (Şura/13)
  • 1Ey iman edənlər! Allahın və Elçisinin iki əli arasında önə geçməyin/dində öz görüşlərinizi önə çıxarmayın. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir. (Hucurat/1)
  • 59Ey iman edənlər! Allaha itaət edin. Elçiyə və sizdən olan əmr sahiblərinə/əsas idarəçilərə itaət edin. Sonra əgər hər hansı bir şeydə anlaşılmazlığa düşərsi­niz­sə, Allaha və axirət gününə inananlarsınızsa, onu Allah və Elçiyə həvalə edin. Bu, daha yaxşıdır və ən uyğun həlli tapmaq baxımından daha gözəldir. (Nisa/59)

Dinin əsl qaynağından azıldığında təfriqə qaçılmazdır. Bilindiyi kimi, dinimizdəki ixtilafların bir çoxu peyğəmbərimizə aid edilən və hədis, sünnət deyə adlandırılan xəbərlərdən qaynaqlanır. O halda dindar insanların da ilk gündən bəri “eyni” olan və bu gün də “eyni”liyi davam edən doğru Dinə [Qurana] uymaları, parçalanmalara yol açıb, bölmə-bölmə olanların yoluna uymamaları lazımdır.

Əks təqdirdə, ayədə bildirildiyi kimi, “… şübhəsiz onların işi Allahadır (Ənam/159)”, yəni onlar haqqındakı hökm Allah tərəfindən veriləcəkdir:

  • 17Şübhəsiz ki, o iman etmiş kimsələr, Yəhudi olmuş kimsələr, Sabiilər/təbii dindarlar, Xristianlar, Məcusilər və şərik qoşmuş olanlar… Şübhəsiz ki, Allah qiyamət günü bunların arasını ayıracaqdır. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir. (Həcc/17)

Gerçək Dinin təməl prinsipləri bunlardır:

  1. Kainatın tək tanrısı və rəbbi Uca Allahdır;
  2. Sifətlərində, güc və qüdrətində insan Onun tayı və ortağı tutula bilməz;
  3. Bütün insanların dünyada etdiklərinin hesabını verəcəyi bir başqa aləm qurulacaqdır.

Bu mövzu Ənam surəsinin 159, 160-cı ayələrində geniş işıqlandırılmışdır.

33,34İnsanlara bir sıxıntı toxununca da, Rəbbinə yönələrək, Ona yalvarırlar. Sonra onlara Özündən bir mərhəmət daddırınca, bir baxarsan ki, içlərindən bir qrup özlərinə verdiyimiz nemətlərə nankorluq/qədirbilməzlik etmək üçün Rəbbinin ortaqları ol­du­ğunu qəbul edərlər. Haydı, yararlanın baxaq! Yaxında biləcəksiniz.

35Yoxsa Biz onlara bir dəlil də endirmişik və o dəlil onların Allaha ortaq qoşduqları şeylərimi söyləyir?

36Biz insanlara bir mərhəmət daddırdığımız zaman da, onunla öyünürlər. Əllərinin öncədən etdiyi şeylərə görə, özlərinə bir pislik isabət edərsə, dərhal onlar ümidsizliyə düşərlər.

37Onlar, şübhəsiz, Allahın dilədiyi kimsəyə ruzini sərdiyini və ölçüləndirdiyinidəmi görmədilər? Şübhəsiz, bunda iman edəcək bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.

Bu ayələrdə insanların, xüsusilə də müşriklərin ümumi xarakteri sərgilənir. Bütpərəstlərə aid bu ümumi xarakterdən Quranda bir çox dəfə bəhs edilmişdir.

  • 65,66Bax budur, onlar gəmiyə mindiklərində dini yalnız Allaha xas qılaraq, Ona yalvarırlar. Sonra o zaman ki, onları quruya çıxarıb, xilas etdik, bir də baxarsan ki, onlar özlərinə verdiklərimizə nankorluq etmək və qazanclı çıxmaq üçün Allahın ortaqları olduğunu qəbul edirlər. Artıq onlar yaxında biləcəklər. (Ənkəbud/65, 66)
  • 9–11Və əgər, səbr edən və düzəltmək yönündə işlər edənlərin, bax budur, bunlar özləri üçün bağışlanma və böyük mükafat olanlardır, onlardan başqa bütün insanlara, tərəfimizdən bir mərhəmət daddırıb, sonra da onu özündən çəkib alsaq, şübhəsiz ki, o, ümidsizliyə düşər, çox nankor olar. Və əgər, özünə toxunan bədbəxtlikdən sonra, ona xoşbəxtliyi daddırsaq, əlbəttə: “Pisliklər məndən getdi” – deyər. Və şübhəsiz ki, o, ərköyündür, lovğadır. (Hud/9–11)
  • 189O, sizi bir candan əmələ gətirən və ondan da, özünə isinsin deyə, tayını düzəldəndir. O zaman ki, o, onu örtüb bürüdü, o zaman o yüngül bir yüklə yükləndi. Və bununla gedib–gəldi. O zaman ki, qadın ağırlaşdı, dərhal o ikisi Rəblərinə dua etdilər: “Əgər bizə sağlam bir övlad verərsənsə, and olsun ki, tam yəqin bil ki, qarşılığını ödəyənlərdən olacağıq”.
  • 190O zaman ki, o ikisinə sağlam bir övlad verdi, o ikisinə verdiyi şey haqqında Onun üçün ortaqlar qoşdular. Onların ortaq qoşduğu şeylərdən Allah münəzzəhdir, ucadır. (Əraf/189, 190)

Və Loğman/31, 32; İsra/67; Zümər/6, 8; Nəhl/53–55; Fəcr/15, 16.

37-ci ayədə “Onlar, şübhəsiz, Allahın dilədiyi kimsəyə ruzini sərdiyini və ölçüləndirdiyinidəmi görmədilər? Şübhəsiz, bunda iman edəcək bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.” – buyurulur. Burada iqtisadi dəyərlərin Rəbbimiz tərəfindən nizamlandığı bildirilir. Bildirilir ki, ruzini daraltdığında kimsə ümidsizliyə düşməməli, bollaşdırdığı zaman da kimsə korlanmamalıdır. Necə ki, bu xüsus Zühruf surəsində belə açıqlanmışdı:

  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/32)

38Belə isə, yaxınlıq sahibinə/yurdlarından çıxarılan imkansızlara, yoxsullara və yolçuya haq­qını ver. Bu, Allahın rızasını diləyənlər üçün daha xeyirlidir. Və bunlar vəziyyə­ti­ni qoruyan, zəfər qazanan kəslərin məhz özləridir.

39Və insanların malları içində artsınlar deyə ribadan/haqsız gəlirdən verdikləriniz, Allah yanında artmaz. Allahın rızasını diləyərək zəkatdan/vergilərinizdən verdik­lə­ri­niz… Bax budur, o kimsələr, qat–qat artıranların məhz özləridir.

Bu ayələr, ruzinin Allah tərəfindən təqsim edildiyi – bölündüyü mövzusunun davamı mahiyyətindədir. 37-ci ayədə “ Onlar, şübhəsiz, Allahın dilədiyi kimsəyə ruzini sərdiyini və ölçüləndirdiyinidəmi görmədilər? Şübhəsiz, bunda iman edəcək bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.” – buyurulmuşdu. İnsanın sahib olduğu mal varlığının əsas sahibi Allah olduğuna görə, 38-ci ayədə də insanın öhdəsində olan mal varlığını haqq sahiblərinə – yaxınlara, acizə və yolçuya verməli olduğu bildirilir.

39-cu ayədə isə “Və insanların malları içində artsınlar deyə ribadan/haqsız gəlirdən verdikləriniz, Allah yanında artmaz. Allahın rızasını diləyərək zəkatdan/vergilərinizdən verdik­lə­ri­niz… Bax budur, o kimsələr, qat–qat artıranların məhz özləridir” – buyurularaq o günün insanlarının mənfəətçilikləri və acgözlülükləri qınanır. Bunlar mallarındakı Allah haqqını yerinə verməyib, daha da çoxalda bilmək üçün sərmayə edən insanlardır.

O dövrdə kimiləri mallarının özlərinə daha çox geri dönəcəyini nəzərdə tutaraq zənginlərə hədiyyə verirdilər. Beləliklə, mallarını çoxaltmağa çalışırdılar. Yerində bir təbirlə, “Qaz gələcək yerdən toyuğu əsirgəməzdilər”. Burada bəhs edilən “رباً riba [artım]” Bəqərə surəsində bəhs edilən və ciddi bir insanlıq günahı olan “faiz” deyildir, mənfəət məqsədli hədiyyə vermək, mənfəət məqsədli yardım etmək deməkdir. Bu mənada riba sərbəst olmaqla bərabər, ayədən anlaşıldığına görə, xoş bir davranış deyildir.

Qadağan olunan “ الرّبوا riba [faiz]” Bəqərə və Al-i İmran surələrində yer alır:

  • 275O ribanı [zəhmətsiz, risksiz, işləyib, zəhmət çəkmədən, asanlıqla əldə edilən qazancları] yeyənlər şeytanın bir toxunuşu ilə çarpdığı kimsənin qalxdığı kimi qalxar, başqa cür qalxa bilməzlər. Bu şübhəsiz, onların: “Alış–veriş, riba kimidir” – dedikləri üçündür. Halbuki, Allah alış–verişi halal, ribanı isə haram qılmışdır. Özünə Rəbbindən bir öyüd gələrək, etdiyindən əl çəkənin keçmişi özünə, işi Allahadır. Və kim ki, yenidən dönərsə, bax budur, onlar atəşin dostlarıdır. Onlar orada həmişəlik qalacaqlardır.
  • 276Allah ribanı yox edər, sədəqələri isə artırar. Allah bütün həddindən artıq nankor və günahkar kimsələri sevməz.
  • 277Şübhəsiz, iman edən və düzəltmək yönündə işlər edən, salaatı iqamə edən və zəkatı/vergini verənlərin Rəbbi qatında mükafatları vardır. Və onlar üzərində heç bir qorxu yoxdur, onlar kədərlənməzlər də.
  • 278Ey iman edənlər! Əgər möminlərsinizsə, Allahın qoruması altına girin və ribadan qalanı tərk edin.
  • 279Artıq belə etməzsinizsə, o zaman Allah və Elçisindən sizə döyüş olduğunu/pozğuna uğradılacağınızı/pərişan ediləcəyinizi bilin. Əgər tövbə edərsinizsə, artıq sərma­yə­lə­riniz sizindir. Haqsızlıq etməzsinizsə, haqsızlığa da uğramazsınız. (Bəqərə/275–279)
  • 130Ey iman edənlər! Qat–qat artırılmış olaraq ribanı [əməksiz, xidmətsiz, risksiz qazancı] yeməyin. Qurtuluşa çatmağınız üçün Allahın qoruması altına girin. 131Kafirlər üçün hazırlanmış olan atəşdən də qorunun. 132Mərhəmət olunmağınız üçün Allaha və Elçiyə itaət edin.
  • 133–135Və Rəbbinizdən bağışlanmağa, bolluqda və darlıqda Allah yolunda xərcləyən, qəzəblərini udan, insanları əfv edən, çirkin bir həyasızlıq etdikləri, ya da öz-özlərinə haqsızlıq etdikləri zaman, Allahı xatırlayıb, dərhal günahlarına görə bağışlanma diləyən, – Allahdan başqa günahları bağışlayan kimdir?– etdikləri pis şeylərdə bilə-bilə israr etməyən, Allahın qoruması altına girənlər üçün hazırlanmış, eni göy­lər­lə yer qədər olan cənnətə tələsin. Və Allah yaxşılıq, gözəllik edənləri sevər. (Al-i İmran/130–135)

40Allah, sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən və sizi dirildəndir. Heç sizin ortaq qoşduqlarınızdan, bunlardan birini edəcək kimsə varmı? Allah, onların ortaq qoşduqların­dan münəzzəh və çox ucadır.

Bu ayə ilə bölmə tövhidi öyrədən bir ifadə ilə əlaqələndirilir: Yaradan və ruzi verən Allahdır. Yaratmağa, ruzi verməyə qüdrəti olmayanlar şərik ola bilməzlər və belələrini tanrı qəbul etmək olmaz, bunu hər kəs yaxşı bilməlidir. Allah onların ortaq qoşduqlarından münəzzəh və ucadır.

41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı.

Bu ayədə Rəbbimiz insanların etdikləri üzündən bəzi səhvlərinin cəzasını daddırmaq üçün yer üzündə qarışıqlıq yaradır; fitnə-fəsad baş verdiyini bəyan edərək, onlardan özlərinə gəlmələrini, ağıllarını başlarına almalarını, etdikləri əməlləri ilə quruda və dənizdə fitnə-fəsad törətməmələrini/təbiətdəki tarazlığı pozmamalarını əmr edir. Bu ismarıc irəlidə fərqli bir üslub ilə də gələcəkdir.

  • 72Şübhəsiz ki, Biz əmanəti [bütünlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə yayıb yayğınlaşdırsaq da, onlar onu daşımağa/gizlətməyə, ta­nınmaz hala gətirməyə, gözdən salmağa çalışmadılar, bütünlüyün, qüsursuz­lu­ğun, mükəmməlliyin alınıb götürülməsindən, tanınmaz hala salınmasından qorx­dular. Və onu insan daşıdı/gizlətdi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xə­ya­nət etdi]. Şübhəsiz ki, insan çox səhv davranan/öz zərərlərinə iş edən və çox cahil­dir.        (Əhzab/72)
  • 168Və onları yer üzündə bir çox liderli cəmiyyətlərə ayırdıq. Onlardan bir qismi düzgün insanlardı, bir qismi də bundan aşağı səviyyədə idilər. Və Biz onları, dönsünlər deyə, yaxşılıqlarla və pisliklərlə sınadıq.  (Əraf/168)

Burada bəhs edilən fəsad təbii tarazlığın pozulmasıdır. Yəni mövsümlərin pozulması, yağışların azalması və ya çoxalması, bitkilərin bar verməməsi, suların kirlənməsi, buna bağlı olaraq suda yaşayan canlıların yox olması, atmosferin pozulması, ozon təbəqəsinin zəifləməsi və deşilməsi, buna bağlı olaraq yüksək radiasiyanın səbəb olduğu xərçəng və bu kimi xəstəliklərin çoxalması; bütün bunların nəticəsində isə yer üzündə acınacaqlı bir həyatın meydana gəlməsidir.

Bildiyimiz kimi, həzzə əsaslanan bir istehsal və istehlak perspektivi üzündən insanoğlu nəzarətsiz bir texnoloji inkişafla təbiətdəki tarazlığı sürətlə pozur. Bunun nəticəsində içiləcək təmiz su qaynaqları, udulacaq təmiz hava və yeyiləcək təbii və sağlam yemək təmini hər keçən gün daha da çətinləşir. Bu çətinliklərin əmələ gətirdiyi bioloji və psixoloji komplikasiyaların insan sağlığını ciddi olaraq təhdid etdiyi elmi araşdırmalarla da təsdiq edilmişdir. Bu gün bu təhlükənin bütün dövlətlər tərəfindən qəbul edilməsi ilə yanaşı, mənfi nəticələrin aradan qaldırılması barəsindəki beynəlxalq iradə hələ də kifayət qədər güclü deyildir.

BM-in başçılığı ilə edilən və karbondioksid kürəsəl isinməyə səbəb olan digər beş qazın atmosferə atılması mövzusunda məhdudiyyətlər gətirən Kioto Protokolu ancaq 2005-ci ildə imzalana bilmişdir. Bu və buna bənzər müqavilələrlə ətraf mühitin insan və digər canlıların sağlamlığının yenidən uyğun hala gətirilməsi cəhdlərinə ağırlıq verilməli və Allahın təbiətə qoyduğu ekoloji tarazlıq yenidən təmin edilməlidir. Əks halda insanlıq daha böyük fəlakətlərlə qarşılaşacaq və bu fəlakətlər təhlükəli olacaqdır.

Ekoloji tarazlıq və bu tarazlığın qorunmasına yönəlik son zamanlarda bir xeyli elmi araşdıma edilir və bir sıra tədbirlər alınır. Oxucuların bu mövzunu geniş şəkildə elmi mənbələrdən oxumasını və təqib etməsini məsləhət görürük.

42De ki: “Yer üzündə gəzin və bundan öncəkilərin aqibətinin necə olduğuna bir baxın. Onların çoxu ortaq qoşanlar idilər”.

41-ci ayədə “İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı.” – deyilmiş və diqqətlər insanoğlunun yer üzündəki neqativ fəaliyyətlərinə çəkilmişdi. Bu ayədə də istənilir ki, bu neqativ fəaliyyətlərin səbəb olduğu dağıntını insanlar bilavasitə öz gözləriylə təhlil etsinlər. Gəzib təhlil edənlər, müşrik cəmiyyətlərinin aqibətlərinin necə olduğunu yer üzünün hər tərəfində açıq şəkildə müşahidə edə bilirlər. Rəbbimizin əmrinə uyğun olaraq, yer üzündə qarışıqlıq çıxaranların sonunun necə olduğu, tarixi sənədlərlə də nümunə göstərilərək elmi şəkildə ortaya qoyulmalıdır.

  • 78Qarun: “Bu sərvət, mənə ancaq məndə olan bilik sayəsində verildi” – dedi. Bil­məz­di­mi ki, Allah, özündən əvvəlki nəsillərdən, ondan daha güclü, ondan daha çox tə­rəf­darı, təcrübələri olan insanları tam yəqinliklə bilin ki, dəyişikliyə/dağıntıya uğ­rat­mışdı. Və bu günahkarlar, digərlərinin günahlarına görə məsuliyyət daşımazlar. (Qasas/78)

43–45Belə isə, Allahdan geri çevrilməsi mümkün olmayan bir gün gəlmədən öncə, üzünü ən doğru/qo­ru­yan dinə döndər. O gün onlar Allahın iman edən və düzəltmək yönündə işlər edən insanlara ərməğanlarından qarşılıq verməsi üçün dəstə–dəstə ayrılırlar. Şübhəsiz ki, O, kafirləri sevməz. Kim küfr edərsə, artıq bu rədd etməyi/inanmamağı öz əleyhinədir. Kim də saleh əməl işləyərsə, artıq onlar da özləri üçün döşək/rahat bir yer hazırlamış olarlar.

Bu ayələrdə, Rəsulullahın şəxsində bütün insanlığa xitab edilərək, bir an əvvəl həqiqətə dönmələri və haqq dinə qaçmaları əmr edilir.

Ayədəki “Allahdan, geri çevrilməsi olmayan bir gün” ifadəsi, “Allahın bilavasitə geri çevirməyəcəyi, başqa birisinin də çevirə bilməyəcəyi; rədd edilməsi qətiyyən mümkün olmayan gün” deməkdir.

Ayədə keçən “ən doğru din” Yusuf surəsində belə tanıdılmışdı:

  • 37–41Yusuf: “Sizə qida olaraq veriləcək bir yemək gəlmədən əvvəl onun yo­zu­mu­nu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir. Şübhəsiz, mən Allaha inanmayan bir qövmün ki, onlar axirəti bilərək rədd edənlərin/inan­­­ma­yanların məhz özləridir, dinini, həyat tərzini tərk etdim. Və atalarım İbrahim, İshaq və Yəqubun dininə, yaşayış qaydasına uydum. Bizə Allaha heç bir şeyi ortaq qoş­ma­q olmaz. Bu, Allahın bizə və insanlara bir lütfüdür. Və lakin insan­la­rın ço­xu özlərinə verilən nemətlərin qarşılığını ödəmirlər. Ey mənim zindan yol­daş­la­rım! Ayrı–ayrı bir çox Rəbblərmi daha xeyirlidir, yoxsa hər şeyə hakim və qalib olan bir tək Allahmı? Sizin, Onun yaratdığı sərvətlərdən o sitayiş etdikləriniz, sizin və ata­larınızın uydurduğu bir sıra adlardan başqa bir şey deyildir. Bunlara sitayiş etməyiniz barədə Allah heç bir dəlil endirmiş deyildir. Hökm, ancaq Allaha aid­dir! O, sizə Özündən başqasına sitayiş etməməyinizi əmr etdi. Bax budur, bu ən doğ­ru – qo­ruyan dindir. Lakin insanların çoxu bilmirlər. Ey mənim zindan yol­daş­la­rım! Bi­riniz ağasına yenə şərab təqdim edəcək. Digəri də asılacaq və quşlar onu ba­şın­dan ye­yə­cək­lər. Bax budur, haqqında fitva istədiyiniz iş gerçəkləşdi” – dedi. (Yusuf/37-41)

46– […….]

Bu ayə 25-ci ayənin davamı xüsusiyyətində olduğundan, texniki və məna bütünlüyü nəzərə alınaraq, tərəfimizdən oradakı bölmədə dəyərləndirilmişdir.

47– […….]

Bu ayə məna bütünlüyü nəzərə alınaraq, tərəfimizdən 59, 60-cı ayələrin arasında tərtib edilmişdir.

48Allah küləkləri göndərəndir. Sonra küləklər bir buludu sovurarlar. Sonra Allah onu göy üzündə necə diləyərsə, elə yayar və onu parça-parça edər. Sonra da sən onun dərinliklərindən yağış çıxdığını görərsən. Bax budur, Allah onu qulla­rın­dan dilədiyi kimsələrə isabət etdirdiyi vaxt, onlar müjdələnir, xoşbəxt olarlar.

49Halbuki, onlar öncədən/daha öncə üzərlərinə endirilmədən əvvəl qətiliklə ümid kəsənlər idilər.

50Belə isə, Allahın mərhəmətinin əsərlərinə bir bax. Yer üzünü ölümündən sonra necə dirildir? Şübhə yox ki, O, qətiliklə ölüləri dirildər və O, hər şeyə qadirdir.

Rəbbimiz bu ayələrdə Özünü tanıtdırır və rəhmətinin təzahürlərindən olan küləklərlə insanları necə sevindirdiyini izah edir. O, rəhmətinin yer üzünü işləri ilə necə canlandırdığına diqqət çəkir və ölümdən sonra dirilmənin belə olacağına işarə edir. Bu həqiqətə başqa ayələrdə də işarə edilmişdir:

  • 32–34Allah göyləri və yeri yaradan, göydən su endirib, onunla sizə ruzi olaraq müxtəlif meyvələr çıxarandır. Və Allah əmrinə uyğun olaraq, dənizdə üzüb getmələri üçün gəmiləri xidmətinizə verdi/sizin yararlanacağınız xüsusiyyətlərdə yaratdı, çayları da xidmətinizə verdi. Daima fırlanma halında olan Günəşi və Ayı da xidmətinizə verdi/onları da faydalanacağınız xüsusiyyətlərdə yaratdı. Gecəni və gündüzü də sizin xidmətinizə verdi. Və O, Özündən istədiyiniz hər şeydən sizə verdi. Allahın nemətini saymaq istəsəniz də, saya bilməzsiniz! Şübhəsiz ki, insan qətiliklə çox səhv/öz zərərinə iş edən, çox nankor biridir. (İbrahim/32–34)
  • 57Və O, xatırlayasınız/öyüdləri qəbul edəsiniz deyə, mərhəmətinin önündə küləkləri müjdəçilər/dağıdıcılar/yayıcılar olaraq göndərir. Yağış yüklü buludlar yüklənincə, o küləklər onları quraq bir bölgəyə göndərər, sonra onunla suyu endiririk. Beləliklə, onunla məhsulun hamısından bitiririk. Bax budur, Biz ölüləri də belə çıxaracağıq. 58Və gözəl bölgənin bitkisi, Rəbbinin izni ilə/bilgisi ilə çıxar. Pis olandan isə, faydasız bitkidən başqa, bir şey bitməz. Bax budur, Biz ona verilən nemətlərin qarşılığını ödəyən bir cəmiyyət üçün, ayələri belə cürbəcür, təkrar–təkrar açıqlayırıq. (Əraf/57, 58)

51Və and olsun ki, Biz bir külək göndərsək də, Allahın mərhəmətinin əsəri olan bitkiləri saralmış görsələr, qətiliklə onun arxasından küfr etməyə başlayarlar.

52Buna görə də, sən ölülərə eşitdirə bilməzsən. O dəvəti, üzlərini çevirib gedərkən karlara da dinlədə bilməzsən.

53Sən korları da azğınlıqlarından doğru yola gətirə bilməzsən. Sən ancaq ayələ­rimizi iman edəcəklərə xəbər verərsən – artıq onlar müsəlmandırlar.

Rəbbimiz bu ayələrdə yağış gətirməyən küləklərlə imtahan etdiyi nankor insanların cahil rəftarlarını göstərir. Allaha iman gətirməyənlər küləklərin yağışsız buludları hərəkət etdirməsi nəticəsində əkinləri saraldığında dərhal kədər və ümidsizliklərini bildirirlər. Rəbbimiz bu tipləri ölü, kor və kar kimi təsvir etmişdir. Ölü, kar və kor dedikdə Allahı tanımayan, vicdanı ölmüş, öz istəklərinə qul olmaları, inadkarlıqları, inadları və gözü bağlılıqları ucbatından həqiqəti anlamaq və qəbul etmək qabiliyyəti itmiş kafir və müşriklər nəzərdə tutulur. Belə insanlar yaşayan ölü səviyyəsindədirlər. Bunlarda heç bir dəyişiklik yoxdur. Allah Rəsulu da bu ölü, kor və karları hiss edən, görən və eşidən hala gətirməklə mükəlləf deyil. Onu ancaq iman gətirmiş müsəlmanlar dinləyir.

Bu həqiqət daha əvvəl “Nəml” surəsində də qeyd edilmişdir:

  • 80Şübhəsiz ki, sən ölülərə dinlədə bilməzsən və arxasını dönüb qaçdıqları zaman karlara da bu çağırışı eşitdirə bilməzsən.
  • 81Sən korları düşdükləri pozğunluqdan çəkib, onlara doğru yolu göstərən də deyilsən! Sən ancaq ayələrimizə iman edənlərə ki, onlar təslim olanlardır, dinlədə bilərsən.  (Nəml/80, 81)
  • 35Və əgər onların üz çevirməyi sənə çətin gəldisə, haydı, gücün çatırsa, yerin içində bir dəlik, ya da göydə bir nərdivan axtar ki, onlara bir əlamət/nümunə gətir! Allah diləsəydi, tam əmin olun ki, onları doğru yol bələdçiliyi üzərində toplayardı. O halda, qətiyyən cahillərdən olma!
  • 36Ancaq dinləyənlər qarşılıq verər. Ölüləri… Onları da Allah dirildir. Sonra yalnız və yalnız Ona döndərilərlər. (Ənam/35, 36)

54Allah sizi gücsüz olaraq yaradandır. Sonra gücsüzlüyün arxasından qüvvət gətirdi. Sonra qüvvətin arxasındən gücsüzlük və ixtiyarlıq gətirdi. O, dilədiyini əmələ gətirir. Və O, ən yaxşı biləndir, ən yaxşı güc yetirəndir.

55Və Qiyamətin qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar bax budur, belə döndərilirdilər.

56Özlərinə bilik və iman verilən insanlar də deyəcəklər ki: “And olsun ki, Allahın yazısında, dirilmə gününə qədər qaldınız. Bax budur, bu, ölümdən sonra dirilmə günüdür. Lakin, siz bunu bilmirdiniz”.

57Artıq o gün şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərə öz bəhanələri yararlı ola bilməz. Onlar, bağışlanmazlar da.

Bu ayələrdə Rəbbimiz, insanı yaratma və mərhələ-mərhələ özünə döndərmə müddətini açıqlayaraq, inanan və inanmayan insanların axirətdəki ilk hallarını nəql edir: əvvəl insan gücsüz olaraq [uşaqlıq mərhələsi] yaradılmışdır, sonra qüvvət qazandırılmışdır [gənclik və yetkinlik mərhələsi]. Sonra yaşlanaraq yenə gücsüzləşəcəkdir.

Qiyamətdə inancsız insanlar dünyada çox az bir müddət qaldıqlarına and içirlər, yəni öldükdən sonra məhşərə [təkrar dirilişə] qədər minlərlə il keçmiş olsa belə, günahkarlar bir neçə saat əvvəl yatdıqlarını və ani bir fəlakətin onları oyandırdığını sanırlar.

İnananlar isə Allahın diritmə gününə qədər [yetərli bir müddət] qaldıqlarını bəyan edirlər:

  • 46Sonra onlar onu görəcəkləri gün, dünyada bir axşam və ya sübh çağından başqa olmamış kimidirlər. (Nəziət/46)
  • 18Artıq Allah onların hamısını təkrar diriltdiyi gün sizə and içdikləri kimi, Ona da and içəcəklər və özlərinin bir şey üzərində olduqlarını sanacaqlar. Gözünüzü açın! Şübhəsiz ki, onlar yalançıların məhz özləridir. (Mücadilə/18)
  • 22Və o gün hamısını toplayacağıq. Sonra Biz ortaq qoşan insanlara: “Hanı, haradadır o həqiqətin əksinə olaraq inandığınız ortaqlarınız?” – deyəcəyik. 23Sonra onların atəşlərə atılmaları: “Rəbbimiz, Allaha and olsun ki, Biz ortaq qoşanlardan deyildik” – deməkdən başqa bir şey deyildi.
  • 24Bax, öz əleyhlərinə necə də yalan söylədilər! O uydurduqları şeylər də özlərindən ayrılıb yox oldu. (Ənam/22–24)
  • 27Və O, yaratmağı başladan, sonra onu çevirib yenidən edəndir. Və bu, Ona çox asandır. Və göylərdə və yerdə ən uca nümunə Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Rum/27)
  • 24İndi əgər onlar dirənərək, ortaq qoşma inancını, yalan saymağı davam etdirirlərsə, artıq onlar üçün ziyafət yeri atəşdir. Və əgər üzr istəməyə çalışsalar, onlar üzrü qəbul ediləcək insanlar deyildirlər.  (Fussilət/24)

58Və and olsun ki, Biz insanlar üçün Quranda bütün örnəklərdən, qətiliklə, nümunələr gətirdik. Və and olsun ki, sən onlara bir ayə də gətirsən, o kafirlər: “Siz, sadəcə, batil şeyləri ortaya qoyanlarsınız” – deyəcəkdilər.

59Bax budur, bilməyən insanların qəlbləri üzərinə Allah belə damğa vurur. 47Və and olsun ki, Biz  səndən öncə bəzi elçiləri cəmiyyətlərinə göndərdik və onlar insanlara açıq–aşkar dəlillər gətirdilər. Sonra Biz günah edən insanları yaxalayıb, cəzalandıraraq, ədaləti təmin etdik. Möminlərə kömək etmək də, Bizim üzərimizə bir haqq idi.

Bu ayələrdə Rəbbimiz, hansı dəlillər gətirilirsə, gətirilsin inkarçıların inanmayacaqlarını və mütləq bir bəhanə uyduracaqlarını bəyan edərək Rəsulullahı təsəlli edir. Rəsulullaha təsəlli olan bu ifadələr kafirlər üçün isə açıq bir təhdiddir.

Bu ayələrin endiyi dövr Məkkə müşriklərinin əziyyətlərinin ən yüksək səviyyəyə çıxdığı dövrdür. Ona görə də Rəbbimiz elçisini təsəlli edir. Allahın möminlərə yardımı, Allahın öz üzərinə aldığı bir haqqdır. Ayələrin ismarıcı və endiyi müddət nəzərə alındığında, o günlərdə hicrət planı quran peyğəmbərimizə və möminlərə bu ayələrlə ümid verilir.

Rəbbimiz möminlərə yardım edəcəyini Quranda bir çox dəfə (Mücadilə/21; Saffat/171-175; Mömin/51; Muhəmməd/74 Həcc/39; Yunus/96, 97; Zümər/65) vəd etmişdir.

60İndi sən səbirli ol. Şübhəsiz ki, Allahın vədi haqdır. Qətiyyən, inanmamış insanların səni zəiflətməsinə imkan vermə.

Bu ayədəki “səbr et!” əmri birinci planda Rəsulullaha yönəlik olmaqla bərabər, bütün möminləri əhatə edən bir əmrdir. Möminlər hər hansı bir dövrdə, hər hansı bir ölkədə ka­firlərin ağır təzyiqi altında qala bilirlər. Belə şərtlərdə möminlərin bu təzyiqlərdən xilas olmaları üçün səbr etməli, yəni planlı, proqramlı bir şəkildə var gücləriylə dirənməlidirlər. Səbr sözü ilə əlaqədar təfərrüat daha əvvəl bir çox dəfə verilmişdir.

Surənin bu son ayəsindəki “Qətiyyən, inanmamış insanların səni zəiflətməsinə imkan vermə!” təmbihi ilə başda Rəsulullah olmaqla bütün möminlərə kafirlərin tələlərinə aldanaraq zəifləməmələri və hər cür tədbiri alaraq, daima güclü və təchizatlı olmaları əmri verilir.

Allah, doğrusunu ən yaxşı biləndir.

[1] Mevdudi; Tefhimü’l Kuran.

[2] Kurtubi; el Camiu li Ahkamıl Kuran.

[3] İbni Kesir.

[4] Mevdudi; Tefhimü’l Kuran.

[5] Derveze; et Təfsirü’l Hədis.

[6] Kuran araşdırmaları gurubu; Kuran hiç Tükenmeyen Mücize.