SƏBA SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 220

1Bütün təriflər, göylərdə olan şeylər, yerdə olan şeylər Özünə aid olan Allah üçün­dür, başqası öyülə bilməz. Axirətdə də bütün təriflər yalnız və yalnız Onun üçündür, baş­qa­sı öyülməz. Və O, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəllə­yən­/sağ­lam­laş­dırandır, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı biləndir.

2Allah yerə girəni və yerdən çıxanı, göydən enəni və göydə yüksələni bilir. Və O, əngin mərhəmət sahibidir, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır.

(58/34, Səba/1–2)

Nəcm: 221

3,4Və kafirlər: “Bizə o qiyamətin qopma anı gəlməyəcəkdir” – dedilər. De ki:  “Bəli, gələcəkdir. Görünmə­yə­ni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi bilən Rəbbimə and olsun ki, iman edən və düzəltmək yönündə işlər edənlərə ki, budur, onlar özləri üçün bir bağış­lanma və xətrinin istədiyi bir ruzi olanlardır, qarşılıqlarını vermək üçün sizə, qəti­lik­lə gələcəkdir. Ondan göylərdə və yerdə zərrə ağırlığında belə bir şey qaçmaz. Bundan daha kiçik və daha böyük nə varsa, hamısı qətiliklə açıq bir kitabdadır”.

5Və bu, əlamətlərimi/nümunələrimi gizləməyə çalışanlar! Bax budur, onlar iztirabverici pis əzabdan bir əzab özləri üçün olanlardır.

6Özlərinə bilik verilmiş olan insanlar da görürlər ki, Rəbbindən sənə endirilən şey, haqqın məhz özüdür. Və o endirilən/Quran ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, öyülən, öyülməyə layiq olanın yoluna bələdçi olur.

7,8Və kafirlər belə de­di­lər: “Siz çürüyüb, didik-didik parçalandığınız vaxt qətiliklə, yeni bir yaradılış için­də olacağınızı sizə xəbər verən bir nəfəri sizə göstərimmi? O, Allaha qarşı bir yalan uydurdumu, yoxsa özündə bir dəlilikmi var?” Tam əksinə, Axirətə inanma­yan insanlar əzab və uzaq bir pozğunluq içindədirlər.

9Yaxşı onlar göydən və yerdən önlərində və arxalarında olan şeylərə bir baxmazlarmı? Biz istəsək, onları yerə keçirərik. Yaxud göydən üzərlərinə parçalar düşürərik. Şübhəsiz ki, bunda, yönələn/haqqa könül verən hər qul üçün bir əlamət/nümunə vardır.

(58/34, Səba/3–9)

Nəcm: 222

10,11Və and olsun ki, Biz Davuda tərəfimizdən bir fərqli üstünlük və quşları verdik: “Ey dağlar! Onunla bərabər dönün!” Və onun üçün dəmiri yumşaltdıq: “Bol-bol zirehlər düzəlt və ölçü ilə biç”. Siz də saleh əməl işləyin. Qətiliklə, Mən, etdiklərinizi ən yaxşı görənəm.

12Süleyman üçün də, səhər gedişi bir ay, axşam dönüşü bir ay olan küləyi boyun əydirdik. Və Biz ərimiş mis mədənini ona sel kimi axıtdıq. Və əli altında Rəbbinin izni ilə/biliyi ilə işləyən əcnəbiləri boyun əydirdik. Və onlardan kim Bizim əmrimizdən çıxıb, azacaq olsa, ona çılgın atəşin əzabından daddırdıq.

13Onlar Süleymana məxsus qərargahlar, heykəllər/rəsmlər və hovuzlar kimi çanaqlar və sabit qazanlardan hər nə istəyərsə düzəldərlər. Ey Davud ailəsi! Nemətlərin qarşılığını ödəmək üçün çalışın! Amma qullarım içində verilən nemətlərin qarşılığını ödəyən də çox azdır!

14Biz onun ölümünü gerçəkləşdirdiyimiz zaman, onlara onun ölümünü, dəyənəyini yeyən yer üzü canlısından başqa, heç bir şey göstərmədi/ifadə etmədi. Onun öldüyünü anlamalarına, onlara sadəcə dəyənəyini yeyən yer canlısı/qurd səbəb oldu. Üzü üstə yerə düşəndə meydana çıxdı ki: “O əcnəbilər, Süleymanın bilmədiyi ölümünü bilsəydilər, o alçaldıcı əzab/həsrət, qürbət, əsarət, ağır işlər, zəncirə vurulmuş halda qalmazdılar”.[1]

(58/34, Səba/10–14)

Nəcm: 223

15And olsun ki, Səba qövmü üçün yurd etdikləri yerdə bir əlamət/nümunə var idi. Sağ­dan və soldan iki bağça! “Rəbbinizin ruzisindən yeyin və Onun üçün nemətlə­rin qarşılığını ödəyin! Nə gözəl bir diyar və çox bağışlayan bir Rəbb!”

16Lakin onlar üz çevirdilər! Nemətlərin qarşılığını ödəmədilər. Biz də üzərlərinə su anbarlarının selini saldıq və onların iki bağçalarını onlara acı meyvəli, yulğunluq və içində bir az da “sidr ağacı” olan iki bağçaya çevirdik.

17Bu, onlar küfr etmiş olduqlarına görə, Bizim onları cəzalandırmağımızdır. Və Biz, sadəcə çox nankor olanları cəzalandırırıq.

18Və Biz onlarla o bərəkət verdiyimiz məmləkətlər arasında ard-arda şəhərlər meydana gətirmişdk. Və onlara da müntəzəm gediş-gəliş təşkil etdik: Buralarda gecələr də,  gündüzlər də əmniyyət içində gedin, gəlin!

19Sonra da onlar: “Rəbbimiz! Səfərlərimizin arasını uzaqlaşdır!”– dedilər və nəfs­lə­ri­nə səhv/öz zərərlərinə işlər edərək haqsızlıq etdilər. İndi də Biz onları əf­sa­nələr etdik və tamamilə didik-didik dağıtdıq. Şübhəsiz ki, bunda, bütün özünə ve­rilən ne­mətlərin qarşılığını çox-çox ödəyən, səbr edən üçün, əlbəttə, əlamətlər/nü­mu­nələr vardır.

20Və and olsun ki, İblis/düşüncə qabiliyyəti[2] onlar haqqındakı zənnini təsdiq etdi və möminlərdən ibarət bir bölmədən başqa, qalanları İblisə uydular.

21Halbuki, İblisin onlar üzərində heç bir qüdrəti yoxdur. Lakin Biz axirətə imanı olanı, onun haqqında yetərli biliyi olmayandan ayırd edərdik, onları işarələyib bildirərdik. Və sənin Rəbbin hər şeyi yaxşı-yaxşı qoruyandır.

(58/34, Səba/15–21)

Nəcm: 224

22De ki: “Allahın yaratdıqlarından, səhv edərək, inandığınız insanlara yalvarın. Onlar göylərdə və yer üzündə zərrə ağırlığına malik olmazlar. Onlar üçün bu ikisində [göylər və yer üzündə] hər hansı bir ortaqlıq yoxdur. Onun üçün onlardan bir köməkçi də yoxdur”.

23Onun nəzdində kömək, dəstək, iltimasın[3], sadəcə Onun izin verdiyi insana faydası olur. Sonunda, qəlblərindən dəhşət qaldırıldığı zaman: “Rəbbiniz nə dedi?” – deyərlər. Onlar: “Haqqı” – deyərlər. Və O, çox ucadır, çox böyükdür.

24De ki: “Sizi göylərdən və yerdən kim ruziləndirir?” De ki: “Allah! Və şübhəsiz ki, ya biz, ya da siz qətiliklə, bir bələdçilənən doğru yol üzərindəyik və ya açıq bir pozğun­luq içindəyik”.

25De ki: “Siz bizim etdiyimiz günahlardan məsul tutulmazsınız. Biz də sizin etdiklərinizdən məsuliyyət daşımarıq”.

26De ki: “Rəbbimiz aramızı yaxınlaşdıracaq, sonra da haqq hökmü ilə ayıracaqdır. Və xeyir qapılarını açan da, hökm verən də, çox yaxşı bilən də Allahdır.

27De ki: “Ona ortaqlar deyə qoşduqlarınızı mənə göstərin baxaq! Qətiliklə, sizin düşündüyünüz kimi deyil… Xeyr! Tam əksinə, O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allahdır”.

28Və Biz səni, ancaq insanlara müjdələyici və xəbərdaredici olaraq göndərdik, lakin insanların çoxu bilmirlər.

29Və onlar: “Əgər siz doğrulardansınızsa, bu vəd etdiyiniz nə zaman?” –  deyərlər.

30De ki: “Sizə günün müəyyən edilmiş bir zamanı vardır ki, ondan nə bir saat geri qala bilərsiniz, nə də irəli keçə bilərsiniz”.

31Və bu kafirlər: “Biz qətiyyən, bu Qurana inanmarıq, ondan əvvəlkinə də…” – dedilər. Sən şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənləri Rəbbi hüzurunda tutulmuş, sözü birinin digərinə geri çevirdiyini bir görsən! Zəifliyə uğradılan insanlar yekəxanalıq edənlərə: “Əgər sizlər olmasaydınız, qətiliklə bizlər mömin insanlar olardıq” – deyəcəklər.

32Yekəxanalıq edən insanlar zəifliyə uğradılan insanlara: “Sizə bələdçi gəldikdən sonra, sizi ondan bizmi çevirdik? Tam əksinə, siz özünüz günahkarlar oldunuz” – deyərlər.

33O zəifliyə uğradılan insanlar da, o yekəxanalıq edən insanlara: “Tam əksinə, gecənin və gündüzün tələsi! Siz bizə Allaha inanmamağımızı və Ona bəzi yoldaşlar qəbul etməyimizi əmr edirdiniz” – deyərlər. Bunlar əzabı gördükləri zaman peşmançılıqlarını gizləyəcəklər. Biz də o kafirlərin boyunlarına dəmir halqalar keçirmişik. Onlar, sadəcə, etmiş olduqlarının qarşılığını görürlər.

34Və Biz hər hansı bir məmləkətə xəbərdaredici göndərdiksə, qətiliklə oranın varlıq və güc sahibi, lovğalanan öndə gedənləri: “Biz sizin özü ilə göndərildiyiniz şeyləri/ismarıcları bilərək rədd edənlərik/inanmayanlarıq” – dedilər.

35Və yenə dedilər ki: “Biz mal və övlad sayı etibarilə daha çoxuq və biz əzaba uğrayacaq olanlardan deyilik”.

36De ki: “Şübhəsiz ki, mənim Rəbbim dilədiyinə ruzisini genişlədir və ölçüləndirir. Lakin, insanların çoxu bilməzlər”.

37Və sizi hüzurumuza yaxınlaşdıracaq olan mallarınız və övladlarınız deyildir. Ancaq kim iman edər və düzəltmək yönündə işlər edərsə, bax budur, onlar özləri üçün etdiklərinə qarşı qat-qat qarşılıq olanlardır. Və onlar yüksək köşklərində əminlik içindədirlər.

38Və ayələrimizi/əlamətlərimizi/nümunələrimizi aciz buraxmaq üçün yarışan bu insanlar əzab içində hazır edilənlərdir.

39De ki: “Şübhəsiz, mənim Rəbbim qullarından dilədiyi insan üçün ruzisini genişlə­dir və onun üçün ölçüləndirir. Və siz hər nə şeydən Allah yolunda xərcləsəniz/dolanışığı təmin etsəniz, dərhal O, arxasını gətirir. Və O, ruzi verənlərin ən xeyirlisidir”.

40Və o gün Allah onları hamısını birlikdə toplayacaq, sonra mələklərə: “Bunlarmı sizə sitayiş edirdilər?” – deyəcəkdir.

41Onlar: “Səni tənzih edərik. Bizi onlardan qoruyan, yol göstərən yaxınımız Sənsən. Tam əksinə, onlar gizli güclərə sitayiş edirdilər. Çoxu onlara inananlardır” – dedilər.

42Artıq biriniz digərinizə yarar və zərər verə bilməzsiniz. Və Biz ortaq qoşma inancına batmış o insanlara: “Dadın baxaq, o özünü yalan sayıb, durduğunuz atəşin əzabını!” – deyərik.

(58/34, Səba/22–42)

Nəcm: 225

43Və özlərinə açıq dəlillər halında ayələrimiz oxunduğu zaman onlar: “Bu, başqa bir şey deyil, sadəcə, sizi atalarınızın sitayiş etdiyi tanrılardan uzaqlaşdırmaq istəyən bir adam­dır” – dedilər. Və: “Quran uydurulmuş bir iftiradan başqa bir şey deyildir” – dedilər. Kafirlər özlərinə haqq gəldiyi zaman: “Şübhəsiz, bu açıq-aşkar bir sehrdən başqa bir şey deyildir” – dedilər.

44Və Biz onlara belə dərs alacaqları kitablardan vermədik. Özlərinə səndən öncə bir xəbərdaredici  də göndərmədik.

45Onlardan öncəki insanlar da yalan saymışdılar. Həm də bunlar, onlara verdiklərimizin onda birinə/mində birinə belə çata bilməmişdilər. Buna baxmayaraq, elçilərimi yalan saydılar. Yaxşı, Məni tanımamağa/tanıtmamağa səy göstərmək necə oldu?

46De ki: “Mən sizə, sadəcə, bir tək/Allah üçün iki-iki və tək-tək qalxmağınızı, sonra da yoldaşınız Muhəmməddə bir dəlilik əlaməti olmadığını, onun, sadəcə, şiddətli bir əzaba qarşı sizi çəkindirəcək bir xəbərdaredici olduğunu düşünməyinizi məsləhət görürəm”.

47De ki: “Mənim sizdən istədiyim ödəniş… Bax budur, o sizin üçündür, sizin Allaha yaxınlaşmağınızdır. Mənim mükafatım ancaq Allaha aiddir. Və O, hər şeyə şahiddir”.

48De ki: “Şübhəsiz, mənim Rəbbim haqqı yerli yerinə qoyar. O, görünməyəni, eşidilməyəni, seçilməyəni, gələcəyi və keçmişi ən yaxşı biləndir”.

49De ki: “Quran/Quranın ehtiva etdiyi doğrular/həqiqətlər gəldi. Və batil başlaya bilməz və geri gətirə bilməz! Artıq heç bir şey edə bilməz”.

50De ki: “Əgər mən azmışamsa, artıq yalnız və yalnız öz zərərimə azaram. Və əgər bələdçiləndiyim doğru yolu tapmışamsa, bilinməlidir ki, Rəbbimin mənə verdiyi vəhyə görədir. Şübhəsiz, O, ən yaxşı eşidəndir, çox yaxın olandır”.

(58/34, Səba/43–50)

Nəcm: 226

51Və sən, onları qorxuya düşdükləri zaman bir görsən – artıq qaçmaq yoxdur. Və yaxın bir yerdən yaxalanmışlar.

52Və onlar: “Ona iman etdik” – dedilər. Lakin, onlara uzaq bir yerdən əl uzatmaq/çata bilmək harada?

53Halbuki, daha öncə dünyada Onu qəti olaraq, bilərək rədd etmişdilər/Ona inanma­mış­­dılar. Uzaq bir yerdən boş-boşuna atıb, tuturdular.

54Artıq eynilə, bundan əvvəl bənzərlərinə edildiyi kimi, özləri ilə arzularının arasına sədd çəkilmişdir. Şübhəsiz ki, onlar narahatlıq verən bir şübhə içində idilər.

(58/34, Səba/51–54)

 

[1]Bu ayələrdə, şükr edən  qullara nümunə olaraq göstərilən Süleyman (ə.s) və Ona verilən nemətlərdən söhbət açılır. Ayələrdən anlaşıldığına görə, Süleymana verilən nemətlər arasında, yelkənli gəmilərdə və yel dəyirmanlarının işlədilməsində küləkdən yararlanmaq, əritdiyi misdən vəsaitələr – lazım olan əşyalar düzəltmək, uzaq yerlərə sürətlə/tez bir zamanda gedib-gəlmək, əcnəbi – hünərli işçilərdən sənətkarlıq, ustalıq, istehkam və memarlıq xüsusunda yararlanmaq kimi işlər vardır.

Bir öncəki bölmədə, atası Davudun (ə.s) dəmiri emal etdiyi, bu bölmədə isə oğlu Süleymanın misdən yararlandığı xatırladılır. Bu iki peyğəmbər – hökmdarın dəmir və mis kimi metalları emal etmə qabiliyyətiylə təchiz edilmiş olması, onlara verilən iqtidar nemətinin böyüklüyünü göstərir.

Ayədəki, “Biz ərimiş mis mədənini ona sel kimi axıtdıq” ifadəsinin, Süleymanın yaşadığı bölgədə mis mədəni olmadığını, bu mədəni gəmilərlə uzaqlardan, özəlliklə də Kiprdən gətirtdiyini ifadə etməsi mümkündür, əslində Kipr sözü də mis mənasından gəlir.

12–ci ayənin sonunda, “Və onlardan kim Bizim əmrimizdən çıxıb-azarsa, ona çılğın atəşin əzabından daddırdıq” ifadəsi, 14–cü ayənin sonundan da anlaşılacağı kimi, Süleymanın onlar üzərindəki mütləq hökmranlığını, əcnəbilərın onun üçün məcburən işlədiklərini ifadə edir. Süleymanın cinləri haqqında 171 saylı qeyddə qısa məlumat verilmişdir.

Süleyman (ə.s) haqqında yalan və iftira kampanyaları planlayan, iqtidarını devirib, Ondan qurtulmaq üçün əllərindən gələni edən şeytan xarakterli cinlər, hünərli, amma məcbur edilərək işləyən sənətkarlardır. Süleyman, bu vəziyyəti bilsə də, onlardan məcburən də olsa, sonuna qədər yararlanmağa davam etdirmişdir.

[2]Bu ayələrdə, İblisin heç bir məcbur etmə gücü olmadığı halda, Səba camaatının İblisə uyaraq azdıqları, korlandıqları və bunun sonunda da cəzalandırıldıqları bildirilir. Ayədə, daha əvvəl təmsil şəklində verilən bəzi ismarıclara (Rəsmi Düzülüş: Əraf/16–17, 69–cu nəcm, İsra/62, 165–ci nəcm, Hicr/39–40, 199–cu nəcm) vurğu edilir.

Bu ayələrdə İblisin, az bir qrupu istisna olmaqla, insanların tamamını azdırıb, şükr edən olmamalarını təmin edəcəyi nəql edilmişdir. Səba xalqının aqibəti, şeytanın bu işlərinə çox gözəl bir nümunədir. Çünki onlar şükr etməyib, nankorluq etmiş və bu halları ilə də şeytanı təsdiq edən bir vəziyyətə düşmüşdür.

[3]Şəfaət, lüğətdə “bir şeyi bənzəri olan başqa bir şeyə əlavə etmək, onu dəstəkləmək, bir şeyi cütləmək və qorumaq, himayə etmək”– dir. Söz zaman içərisində “yüksək mövqedə olan birinin aşağı mövqedə olan birinə kömək etməsi, onu qoruması, onun qorunmasına araçılıq etməsi, onu yalnız buraxmayıb, ona dəstək olması” –mənasında işlədilmişdir.

Sözün termin olaraq mənası isə, “bir kimsənin bağışlanmasını istəmək, bir kimsədən başqa biri üçün yaxşılıq etməsini, onun zərərinə olan davranışlardan çəkindirməsini rica etmək, başqası xətrinə yalvarmaq, rica etmək, birinin önünə düşüb, işinin görülməsi üçün dua və niyazda olmaq” – deməkdir.

Qısaca şəfaət, “araçı olmaq, kömək etmək və öncülük etmək” mənalarına gəlir. Həm dünya həyatında, həm də axirətdə ola biləcək “şəfaət” barədə danışıla bilər. Dünyada, həm Allahın, həm mələklərin, həm peyğəmbərlərin, həm də insanların bir–birinə şəfaəti ola bilər. Axirətdə isə, şəfaət, sadəcə Allaha aiddir.

Xalq arasında yayğın olaraq, “ümmətindən günahkar olanların günahlarının əfv edilməsi üçün Peyğəmbərimizin Allah qatında araçılıq edəcəyi, günahkarlara dəstək olaraq, öz “xətrini” istifadə edərək, günahkarların qurtuluşunu təmənna edəcəyi”, necə deyərlər, “Allah nəzdində araçılıq edəcəyi” şəklində anlaşılan şəfaət, Qurana ziddir.