ZÜMƏR SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 227

 

1Bu kitabın endirilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağ­lam­laş­dıran Allahdandır.

2Şübhəsiz ki, Biz bu kitabı sənə haqq ilə endirdik. Belə isə dini yalnız Onun üçün arındıraraq Allaha qulluq et.

3Diqqətli olun, xalis din sadəcə, Allaha aiddir. Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edənlər dedilər: “Allahın yaratdıqlarından qəbul etdiyimiz köməkçi, yol göstərici, qoruyucu yaxınlar, bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik”. Şübhəsiz ki, onların ayrılığa/anlaşmazlığa düşdükləri şeylərdə, onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz.

4Əgər Allah bir uşaq qəbul etmək istəsəydi, qətiliklə, yaradacaqlarından dilədiyini seçəcəkdi. O, bundan münəzzəhdir. O, bir tək, qəhredici Allahdır.

5Bir Tək, məhv edən Allah göyləri və yeri haqq ilə yaratdı, gecəni gündüzün üstünə bürüyür, gündüzü də gecənin üstünə bürüyür. Günəşi və Ayı sizə faydalı olan quruluş və fəaliyyətdə yaradaraq xidmətinizə vermişdir. Hamısı da adı qoyulmuş/müəyyən edilmiş bir müddətin sonuna axıb getməkdədir. Yaxşı bilin ki, O, çox güclü və çox bağışlayandır.

6O, sizi tək bir nəfsdən yaratdı, sonra ondan zövcəsini var etdi və sizin üçün heyvanlardan səkkiz cüt endirdi. O sizi analarınızın qarınlarında üç qaranlıq içində, yaradılışdan sonra, bir məxluq olaraq meydana gətirir. Bax budur, bu, sahiblik, idarəçilik yalnız Özünün olan Rəbbiniz Allahdır. Ondan başqa tanrı deyə bir şey yoxdur. Belə isə, necə olur ki, döndərilirsiniz?

7Əgər küfr edəcək, nankorluq edəcək olarsınızsa, bilin ki, şübhəsiz, Allah sizə heç bir ehtiyacı olmayan­dır və O, qulları üçün, küfrə, nankorluğa razı olmaz. Və əgər özünüzə verilən nemətlərin qarşılığını ödəyər­si­niz­sə, sizin üçün ona razı olar. Heç bir daşıyıcı bir başqasının yükünü çəkməz. Sonra dönüşünüz yalnız və yalnız Rəbbinizədir. Beləliklə, etmiş olduqlarınızı sizə xəbər verə­cək­dir. Şübhəsiz ki, O, sinələrin özündə gizli olanı yaxşı biləndir.

(59/39, Zümər/1–7)

Nəcm: 228

8İnsana bir kədər üz verdiyi zaman könlünü Ona açaraq, Rəbbinə yalvarır. Sonra özünə, tərəfindən bir nemət lütf etdiyi zaman da, öncədən Ona yalvardığı halı unudaraq, Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşur. De ki: “Küfrünlə bir az yararlan! Şübhəsiz ki, sən atəşin əhlindənsən”.

9Ya da gecə saatlarında qalxan, boyun əyib təslimiyyət göstərərək, dikələrək, Axirətdən çəkinərək, daima hörmətdə duran və Rəbbinin mərhəmətini uman o insan, belə etməyən kimidirmi? De ki: “Heç bilən insanlar və bilməyən insanlar eyni olurmu?” Qətiliklə, sadəcə təmiz ağıl/sağlam düşüncə sahibi olanlar, öyüd alırlar/lazım olduğu kimi düşünürlər.

10De ki: “Ey iman etmiş olan qullar[1]! Rəbbinizin qoruması altına girin. Bu dünyada yaxşılıq/gözəllik edənlərə bir gözəllik vardır. Şübhəsiz ki, Allahın yer üzü genişdir. Ancaq səbr edənlər, mükafatlarını hesabsız və tam olaraq alacaqlar”.

11,12De ki: “Mən, qəti olaraq, dini yalnız və yalnız Ona xas qılaraq, Allaha qulluq etməklə əmr olundum. Və mənə Müsəlmanların ilki olmağım üçün əmr verildi”.

13De ki: “Şübhəsiz, Rəbbimə qarşı gələrəmsə, böyük günün əzabından qorxaram”.

14–16De ki: “Dinimi yalnız Ona arındıraraq, Allaha qulluq edirəm. Buna baxmayaraq siz, Onun yaratdıqlarından dilədiyinizə qulluq edirsiniz”. De ki: “Şübhəsiz ki, əsl itirənlər, qiyamət günündə özlərini, ailələrini və yaxınlarını itkiyə uğradanlardır”. Diqqətli olun! Bax budur, bu, açıq-aşkar bir itkinin məhz özüdür. Onların üstlərində atəşdən təbəqələr, altlarından da təbəqələr vardır. Bax budur, Allah, qullarını bununla qorxudur: “Ey qullarım! Mənim qorumam altına girin”.

17,18Və tağuta[2] qulluq etməkdən çəkinən və Allaha yönələn insanlar özləri üçün müjdə olanlardır. Buyur, sözü dinləyərək ən gözəlinə uyan qullarımı müjdələ! Bax budur, onlar Allahın özlərinə doğru yol bələdçisi verdiyi insanlardır. Və bax budur, onlar qavrama qabiliyyəti/təmiz ağıl sahibi olanların məhz özləridir.

19Yaxşı, üzərinə “əzab kəlməsi” haqq olmuş insandamı? Artıq atəşdəki o insanı sənmi qurtaracaqsan?

20Lakin Rəbbinin qoruması altına girmiş olan o insanlar özləri üçün Allahın vədi olaraq, altlarından çaylar axan, qat-qat köşklər olanlardır. Allah vədindən dönməz.

21Sən, şübhəsiz, Allahın göydən bir su endirərək, onu bir yolla yer üzündəki bulaqlara qovuşdurduğunu, sonra onunla müxtəlif rəngli bir əkin çıxardığını, sonra onun yetişərək, sənin onu saralmış gördüyünü, sonra da onu bir çöpə çevirdiyini görmədinmi/heç düşünmədinmi? Şübhəsiz ki, bunda qavrama qabiliyyəti olanlar/təmiz ağıl sahibləri üçün qətiliklə bir öyüd/xatırlatma vardır.

22Yaxşı, Allah kimin qəlbini İslama açarsa, o zaman o, Rəbbindən bir işıq üzərində olmazmı? Belə isə, Allahı anmağa qarşı qəlbləri qatılaşmış olanların vay halına! Bax budur, onlar, açıq-aşkar bir pozğunluq içindədirlər.

23Allah sözün ən gözəlini, oxşar mənalı olaraq, ikili[3] bir kitab halında endirmişdir. Ondan Rəbbinə hörməti olanların tükləri ürpərir[4]. Sonra dəriləri və qəlbləri Allahın anılmasına qarşı yumşalır. Bax budur, bu, Allahın hidayətidir. Allah onunla dilədiyini bələdçiləyər. Hər kimi də Allah çaşdırarsa, artıq ona doğru yolu göstərən biri yoxdur.

24Yaxşı, Qiyamət günü şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərə: “Qazanmış olduğunuzun qarşılığını dadın!” – deyilərkən üzünü əzabın pisliyindən qorumağa çalışan insanmı daha xeyirlidir, yoxsa qiyamət günü təhlükəsizlik içində gələcək insanmı?[5]

25,26Onlardan öncəki insanlar yalan saydılar ki, özlərinə düşünə bilmədikləri yöndən əzab gəldi. Sonra da Allah onlara adi dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə, əlbəttə, daha böyükdür. Kaş ki, bilərdilər!

27,28Və and olsun ki, Biz, düşünüb öyüd alsınlar deyə, səlis ərəbcə bir oxuma olaraq, Allahın qoruması altına girsinlər deyə, bu Quranda insanlar üçün hər cür nümunə verdik.

29Allah bəzi ortaqları olan və onlarla mübahisə edən bir insanla ancaq bir insana bağlı, salamatlıq içində olan bir insanı nümunə verdi. Bu ikisinin vəziyyəti heç eyni olarmı? Bütün təriflər Allahındır, başqası öyülə bilməz. Əksinə, onların çoxu bilməzlər.

30Şübhəsiz ki, sən, əmin ol ki, öləcəksən, şübhəsiz onlar da, qətiliklə öləcəklər.

31Sonra şübhəsiz ki, siz Qiyamət günündə, Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.

32Belə isə Allah haqqında yalan söyləyən və doğru özünə gəldiyi zaman onu yalan sayandan daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? O kafirlər üçün cəhənnəmdə bir sığınacaq yoxdurmu!?

33Və doğrunu gətirən və onu təsdiq edən insan… Bax budur, onlar Allahın qoruması altına girmiş olanların məhz özləridir.

34,35Onlar üçün Rəbbi nəzdində dilədikləri şeylər vardır. Bax budur, bu, Allahın onların öncədən etdiklərinin ən pisini örtməsi, etməkdə olduqlarının ən gözəlinin müqabilində mükafatlarını verməsi üçün yaxşılıq-gözəllik edənlərin qarşılığıdır.

36Allah quluna kafi deyilmi? Onlar isə səni Onun yaratdıqlarından kimsələrlə qorxudur­lar. Və Allah kimi çaşdırarsa, artıq ona bələdçi olan biri yoxdur.

37Kimə də Allah bələdçi olarsa, artıq onu da çaşdıran biri yoxdur. Allah çox güclü, günahkarı yaxalayıb, cəzalandıraraq ədaləti bərqərar edən deyilmi?

38Və sən, gerçəkdən onlara: “O göyləri və yeri kim yaratdı?” – deyə soruşsan, qə­­tiliklə: “Allah!” – deyəcəklər. De ki: “Belə isə, Allahın yaratdıqlarından çağır­dıq­la­­rınızı heç düşündünüzmü? Əgər Allah mənə bir zərər vermək istəsə, onlar Onun zə­rə­rinin qarşısını ala bilən kimsələrdirlərmi? Yaxud mənə bir mərhəmət diləyərsə, onlar Onun mərhəmətinə mane ola bilən kimsələrdirlərmi? De ki: “Allah, mənə yetər. Nə­ti­cə­sini həvalə edənlər, yalnız və yalnız Ona nəticəsini həvalə etsinlər”.

39,40De ki: “Ey qövmüm! Siz olduğunuz yer üzrə çalışın. Şübhəsiz, mən də çalışan biriyəm. Artıq özünü rüsvay edəcək əzabın kimə gələcəyini və qalıcı bir əzabın kimin üzərinə enəcəyini yaxında biləcəksiniz”.

41Şübhəsiz, Biz bu kitabı sənə insanlar üçün haqq ilə endirdik. O halda kim bələdçiləndiyi doğru yolu tapdısa, artıq öz lehinədir. Kim də azdısa, artıq o, sırf öz əleyhinə olaraq azar. Və sən onların üzərinə onları dik tutmaq üçün məsul deyilsən.

42Allah o nəfsləri, öldükləri zaman, onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırır. Ölməyənləri də yatdıqlarında… Artıq haq­larında ölüm gerçəkləşdirdiklərini alar, digərlərini də adı qoyulmuş bir müddət so­nuna qədər qaytarar. Şübhəsiz, bunda düşünən bir cəmiyyət üçün necə əlamət­lər/nü­munələr vardır.

43Yoxsa onlar Allahın yaratdıqlarından bəzi dəstəkçi, köməkçi, iltimasçılarmı etdilər? De ki: “Onlar heç bir şeyə güc yetirə bilməzsə və ağlı yetməzsədəmi belə edəcəksiniz?”

44De ki: “Kömək, dəstək, şəfaət Allahındır. Göylərin və yerin mülkü yalnız və yalnız Onundur. Sonra yalnız və yalnız Ona döndərilirsiniz”.

45Və Allah, “bir tək” olaraq anıldığı zaman Axirətə inanmayanların ürəkləri parçalanırsa da, Onun yaratdıqlarından olan kimsələr anıldığı zaman dərhal üzləri gülür.

46De ki: “Ey göylərin və yerin yoxdan yaradıcısı/parçalayıcısı, görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və varlıqların ağıl və duyğularla hiss etdiklərini bilən Allahım! Qulların arasında, mübahisə etdikləri o şeylər haqqında Sən hökm verəcəksən”.

47Və əgər yer üzündəkilər və onunla birlikdə bir o qədəri də şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin olsa idı, Qiyamət günü əzabın pisliyindən qurtarmaq üçün onu qətiliklə qurtarmaqlıq verərdilər. Və onların heç hesaba qatmadıqları şeylər Allah tərəfindən onlar üçün meydana çıxarılır.

48Və qazandıqlarının pislikləri onlar üçün meydana çıxmış və özü ilə lağ edib durduqları şeylər özlərini hərtərəfli bürümüşdür.

49Bax budur, insana bir sıxıntı toxununca, Bizə yalvarır, sonra özünə tərəfimizdən bir nemət bəxş etdiyimiz zaman da: “O, mənə bir biliyə görə verildi” – deyər. Əslində verilən nemətlər bir imtahan vasitəsidir. Lakin onların çoxu bilməzlər.

50Həqiqətən, “O mənə bir biliyə görə verildi” sözünü bunlardan öncəki insanlar də söylədisə də, o qazandıqları şeylərin özlərinə faydası olmadı.

51Sonunda qazandıqları şeylərin pislikləri özlərinə isabət etdi. Bunlardan şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, onların da qazandıqları şeylərin pislikləri özlərinə isabət edəcəkdir. Və onlar aciz buraxanlar deyildir.

52Hələ də şübhəsiz, Allahın ruzini dilədiyinə yaydığını və ölçüləndirdiyini bilmədilərmi? Şübhəsiz ki, bunda iman edəcək bir cəmiyyət üçün qətiliklə necə əlamətlər/nümunələr vardır.

53De ki: “Ey nəfslərinə qarşı həddi aşmış olan qullar![6] Allahın mərhəmətindən ümid kəsməyin. Şübhəsiz, Allah günahları bütünlüklə bağışlayar. Şübhəsiz ki, O, çox bağışlayandır, çox mərhəmət edəndir.

54Və sizə əzab gəlməzdən öncə Rəbbinizə yönəlin və Onun üçün müslimlər olun. Sonra kömək edilməzsiniz”.

55–58Və qəflətən əzab gəlmədən insanın: “Allahın yanında etdiyim ölçüsüzlük­lər­ə görə vay mənim halıma! Doğrusu mən lağ edənlərdən idim” – deməsin­dən, yaxud: “Allah mənə doğru yolu göstərsəydi, hər halda mən Allahın qoruması altına girənlərdən olardım” – deməsindən və ya əzabı gördüyü zaman: “Mənə bir geri dönüş də olsaydı, mən də o yaxşılıq-gözəllik edənlərdən olsaydım” – deməsindən öncə, Rəbbinizdən sizə endirilənin ən gözəlini izləyin/təqib edin”.

59Tam əksinə, sənə ayələrim gəldi və sən onları dərhal yalan saydın, yekəxanalıq etdin və kafirlərdən oldun.

60Və o Qiyamət günü Allah haqqında yalan söyləyənləri üzləri qaralmış olaraq, görəcəksən. Təkəbbürlənənlər üçün cəhənnəmdə yer yoxdurmu?

61Allahın qoruması altına girmiş olanları da Allah bacarıqlarına görə/sığınacaqlarında qurtarar. Onlara pislik toxunmaz və onlar kədərlənməzlər də.

62Allah hər şeyin yaradıcısıdır. O, hər şeyin “müəyyən bir proqrama görə nizamlayanı və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirənidir”.

63Göylərin və yerin açarları yalnız və yalnız Onundur. Allahın ayələrini ört-basdır edənlər! Bax budur, onlar zərərə uğrayanların məhz özləridir.

64De ki: “Buna baxmayaraq, siz mənə Allahdan başqasına qulluq etməyimi əmr edirsiniz, ey cahillər!”

65,66Və and olsun ki, sənə və səndən öncəkilərə belə vəhy edildi: “And olsun ki, əgər ortaq qoşarsansa, əməlin qətiliklə boşa gedəcək və qətiliklə itirənlərdən olacaqsan. Ona görə də, tam əksinə, yalnız Allaha qulluq et və sahib olduğu nemətlə­rin qarşılığını ödəyənlərdən ol”.

67Və onlar Allahı haqqı ilə təqdir etmədilər/dəyərləndirə bilmədilər. Və yer üzü bütünlüklə, Qiyamət günü Onun ovucundadır. Göylər də Onun qüdrəti ilə durulmuş­dur. O, onların ortaq qoşduqlarından münəzzəhdir və çox ucadır.

68Və Sura üflənmişdir[7] və Allahın dilədiyi istisna olmaqla, göylərdə kim varsa, yerdə kim varsa çırpılıb, yıxılmışdır. Sonra ona, yenə bir daha üflənmişdir və onlar qalxmışlar, qarşıda baxıb dururlar.

69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz.

70Və Allah edilən əməlin qarşılığını hər kəsə, qətiliklə, tam olaraq ödəyəcəkdir. Və Allah onların etdiklərini ən yaxşı şəkildə biləndir.

71Və kafirlər qətiliklə, bölük-bölük cəhənnəmə sövq olunacaq. Sonunda oraya çatdıqlarında qapıları açılacaq. Və onun gözətçiləri onlara: “İçinizdən sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılaşacağınıza dair sizi xəbərdar edən elçilər gəlmədimi?” – deyəcək­lər. Onlar: “Bəli gəldi” – deyəcəklər. Və lakin kafirlər üzərinə əzab kəlməsi haqq oldu.

72Həmişəlik olaraq, içində qalmaq üçün girin cəhənnəmin qapılarından” – deyildi. Yekəxanalıq edənlərin yeri nə pisdir!

73Rəbbinə qarşı Allahın qoruması altına girmiş olanlar da qətiliklə cənnətə bölük-bölük sövq ediləcəklər. Sonunda oraya çatdıqları, qapılarının açıldığı və gözətçilərinin onlara: “Salam sizlərə, tərtəmiz gəldiniz!” – dediyi zaman: “Sonsuz olaraq içində qalmaq üçün buyurun, girin oraya!” – deyiləcək.

74Onlar da: “Bütün təriflər, bizə vədini doğru çıxaran və bizi bu yer üzünə varis edən və cənnətdə bizi istədiyimiz yerdə qoyub, köçürdən o Allahdır” – dedilər. Bax budur, çalışanların mükafatı nə gözəldir!

75Və sən kainatdakı bütün gücləri[8] ən böyük taxtın[9] bir kənarından dolaşanlar[10] olaraq, Rəbbinin tərifi ilə birlikdə Allahı nöqsan sifətlərdən münəzzəh qıldıqlarını görərsən. Və onların aralarında mükafat, cəza haqq ilə gerçəkləşdirilmişdir. Və: “Bütün təriflər aləmlərin Rəbbi Allahadır” – deyilməkdədir.

(59/39, Zümər/8–75)

[1]Zümər/10 və 53–cü ayənin yazılış və oxunuşunda köçürmə xətası edilmişdir. “Qullar” deyə çevirdiyimiz söz, tərcümələrdəki yazıya görə “qullarım” şəklindədir. Tərcümələrdəki bu katib xətasını, əsrlərdən bəri görünməyərək, insanları Muhəmmədə  qul edən, İslam inanclarıyla zidd olan bu qüsurun mütləq aradan qaldırılması lazımdır (məsələnin təfərrüatları üçün bxn. Təbyin).

[2]Tağut – “azğın, pozğun, pislik və pozğunluq öndəri, qaba, şeytan, büt, bütxana, kahin, sehrbaz, Allahın hökmlərindən üz döndərən insan və quruluş” mənalarına gəlir.

[3]“Məsani” sözü, “ikiqat, qatbaqat” deməkdir. Quranın məsani [ikiqat  və qatbaqat] özəlliyni qısaca belə açıqlamaq mümkündür: a) Əkslik Üsulu: Quranda, Zümər/22–23–də də göründüyü kimi, pozitiv və neqativ faktlar daima bir yerdə Əkslik Üsulu ilə verilir. Əbrar-füccar, yaxşılar-pislər, yer-göy, ins-cin, haqq-batil, cənnət-cəhənnəm, xəbərdarlıq-müjdə kimi… b) Anladılan ismarıcın mütləq ikinci bir vurğusunun da olması deməkdir.

[4]Ayədəki “dəriləri ürpərir” ifadəsi, dilimizdəki “tükləri ürpərir” ifadəsinin qarşılığıdır.

[5]Ayənin mənası yox edilmişdir, itirilmişdir. Fussilət/40–ın yol göstərməsi ilə tərcüməyə məna yüklənmişdir.

[6]Zümər/10 və 53–cü ayənin yazılış və oxunuşunda köçürmə xətası edilmişdir. “Qullar” deyə çevirdiyimiz söz, tərcümələrdəki yazıya görə “qullarım” şəklindədir. Tərcümələrdəki bu katib xətasını, əsrlərdən bəri görünməyərək, insanları Muhəmmədə  qul edən, İslam inanclarıyla zidd olan bu qüsurun mütləq aradan qaldırılması lazımdır (məsələnin təfərrüatları üçün bxn. Təbyin).

[7]“Borunun üflənməsi” ifadəsi, keçmiş dövrlərdə istifadə edilən, toplanmaq və ya təhlükəni xəbər vermək üçün istifadə edilən bir üsuldur. Bu boru, başlıca olaraq, iribuynuzlu heyvan buynuzundan düzəldilirdi. Borunun üflənməsi, bir içtimai borunun və ya sirenasının çalınacağını düşündürür, ya da bir hakimin oyunu başladan və bitirən tütəyinin üflənməsini və ya bir məktəbdə dərsin başladığını və bitdiyini bildirən zəngin çalınmasını xatırladır. Biz bunu “həyəcan siqnalı verilməsi” olaraq, anlaya bilərik. Bu ifadə, bu ayəndən başqa yerlərdə “Surun üflənməsi” olaraq, yer alacaqdır.

[8]Məlaikə və bunun təki olan mələk, omonim sözlərdir. Həm “elçi göndərmək” mənasına gələn “uluk” kökündən, həm də “qüvvət, idarəetmə gücü” mənasındakı “məlk” kökündən törəmiş ola bilər. “Elçi göndərmək” mənasına gələn “uluk” kökündən törəmiş “mələk”, məlaikə sözləri, “peyğəmbərləri, vəhy ayələrini” ifadə edərlər. “Məlk” kökündən gələn mələk, məlaikə sözləri isə “təbiətdəki maddi və enerjik bütün gücləri” ifadə edər. Təsbitlərimizə görə, Quranda keçən bu sözlər, hər iki kökdən də törəmiş və törədiyi kökün mənasına uyğun olaraq, fərqli mənalarda istifadə edilmişdir. Yəni “məlaikə” sözü, Quranda bəzən birinci mənada, bəzən də ikinci mənada istifadə edilmişdir. Sözün Quranda hansı mənada istifadə edildiyi isə, yer aldığı bölmənin söz axışından ayırd edilə bilir.

Mələk sözü ilə əlaqədar geniş açıqlama Təbyinul-Quranda verilmişdir.

[9]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bun­lardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.

Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.

[10]Bu ayədə, cənnət Əhlinə Allahın təcəllisi olaraq, Allahın əzəmət və ululuğunun göstəriləcəyi bildirilir. Göstəriləcəyi bildirilən bu ilahi təcəlli, çox sənətkarcasına bir bənzətmə ilə ifadə edilmişdir: Allah iqtidar taxtında oturmaqda, bütün güclər isə Onu münəzzəh qılaraq və tərfləyərək ətrafında dolaşmaqdadır. Burada, haqqında söhbət gedən mələklər, Bəqərə/30–34–dən ibarət olan bölmədə keçən mələklərə bənzəməkdədir. Allahın yaratdığı bütün güclər, sistemlər cənnətdə də Allahı təsbih və təqdis etməkdədirlər.