SAFFAT SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 205

 

1–5O səflər halında düzülən/düzən, sonra da qışqırıb sürükləyən, qışqırıb sürüklədikdən sonra da öyüd verən Quran ayələri sübutdur ki, sizin Tanrınız qəti olaraq, Bir Təkdir. O, göylərin, yerin və onlar arasındakıların Rəbbidir. Şərqlərin də Rəbbidir.

(56/37, Saffat/1–5)

Nəcm: 206

6Həqiqətən Biz ən alt səmanı bir bəzəklə – ulduzlarla bəzədik. 7–10Qurandan az da olsa yararlanan və raketlə kosmosa çıxanlar istisna olmaqla, Biz onu daim səy göstərən, hamı tərəfindən kənarlaşdırılan, Qurana qulaq asmayan bütün düşüncə qabiliyyətlərindən qoruduq, bunlar kosmosda işə yaramaz, fəaliyyət göstərə bilməz[1].

(56/37, Saffat/6–10)

Nəcm: 207

11İndi onlardan soruş: “Yaradılma nöqteyi-nəzərindən özlərimi daha çətindir, yoxsa Bizim yaratdığımız insanlarmı?” Şübhəsiz, Biz onları maye/yapışqan bir palçıqdan əmələ gətirdik.

12Əslində sən heyrət etdin, onlar isə əylənirlər. 13Özlərinə öyüd verildiyi zaman öyüd qəbul etmirlər. 14Və bir ayə gördükləri zaman əyləncə hesab edirlər.

15–17Və onlar: “Bu aşkar ovsundan başqa bir şey deyildir. Öldüyümüz və torpaq, sümük olduğumuz zamanmı, həqiqətənmi biz təkrar diriləcəkmiyik? Əvvəlki atalarımızdamı?” – deyirlər.

18De ki: “Bəli, siz də çox alçaldılmış olaraq dirildiləcəksiniz…”

(56/37, Saffat/11–18)

Nəcm: 208

 

19,20Artıq o çətin bir qışqırıqdan ibarətdir. Bir də baxarsan ki, onlar qarşıda dururlar. Və:  “Eyvah bizlərə! Bax budur, bu, Din Günüdür!” – deyərlər.

21Bax budur, bu  sizin yalan saydığınız Ayırdetmə Günüdür!

22,23Toplayın, o şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənləri, həmtaylarını və Allahın yaratdığı sərvətlərdən sitayiş etmiş olduqları şeyləri. Sonra da onları cəhənnəmin yoluna bələdçiləyin. 24,25Və durdurun onları, şübhəsiz, onlar sorğu-suala çəkiləcəklər: “Nə oldu sizlərə ki, niyə bir-birinizə kömək etmirsiniz?”

26Əksinə, bu gün onlar təslim olanlardır.

27Və onların bəzisi bəzisinə dönmüş/üz-üzə gəlmiş, soruşurlar/bir-birlərini ca­vab­deh tuturlar.

28Onlar: “Şübhəsiz, siz bizə sağ əldən/haqq yoldan/yaxşı mövqedən/gücdən/qüvvətdən gəlib dururdunuz” – deyərlər.

29–32Digərləri deyərlər ki: “Tam əksinə, siz möminlər olmamışdınız. Bizim sizə qarşı bir gücümüz də yoxdur. Tam əksinə, siz yolunu azmış bir cəmiyyət idiniz. Ona görə də üzərimizə Rəbbimizin Sözü[2] haqq oldu. Şübhəsiz ki, biz cəhənnəmi dadacağıq. Sonra biz sizi qızışqırdıq. Çünki biz qızışdıranlar idik”.

 

33Bu halda, şübhəsiz ki, onlar o gün əzabda ortaqdırlar.

34Şübhəsiz, Biz günahkarlara belə edərik.

35,36Şübhəsiz onlar özlərinə: “Allahdan başqa tanrı deyə bir şey yoxdur” – deyildiyi zaman təkəbbür göstərirlər və: “Şübhəsiz, biz gizli güclərin dəstəklədiyi/dəli bir şair üçün tanrılarımızı buraxarıqmı?” – deyirlər.

37Tam əksinə, o, haqq ilə gəldi və bütün peyğəmbərləri doğruladı.

38,39Şübhəsiz ki, siz o acı əzabı dadacaqsınız və sadəcə etdiyiniz əməllərinizlə cəzalan­dı­­rıla­caqsınız.

40Allahın arıdılmış qulları bundan istisnadır.

41–49Bax budur, Allahın arıdılmış qulları! Onlar özləri üçün müəyyən bir ruzi, meyvələr olan­lardır. Bol nemət cənnətlərində qarşılıqlı olaraq taxtlar üzərində ikram görən­lərdir. İçənlərə ləzzət verən, bulaqdan doldurulmuş, özündə zərərli bir tərəfi olmayan, sərxoşluq da verməyən ağappaq bir qədəhlə onların ətrafında dolaşılır. Yanlarında da gözlərini özlərinə dikmiş iri gözlülər vardır. Qorunmuş yumurta kimidir onlar.

50Sonra da kimisi kimisinə dönüb bir-birlərindən soruşarlar.

51–53Onlardan bir sözçü deyər ki: “Şübhəsiz ki, mənim: “Sən həqiqətən, tam yəqinliklə, doğrulayanlardansanmı? Öldüyümüz və torpaq, sümük olduğumuz zamanmı, həqi­qə­tən­mi biz qarşılıq görəcəyik?” – deyən bir yaşıdım/yaxın yoldaşım var idi”.

54Dedi ki: “Siz onu tanıyan, bilən birisinizmi?”

55Sonra özü onu tanıdı və onu cəhənnəmin tam ortasında gördü.

56–59Dedi ki: “Allaha and içirəm ki, doğrusu, sən az qala məni dəyişikliyə/dağıntıya uğradacaqdın. Rəbbimin neməti olmasaydı, tam əmin olun ki, mən də bu hazır olanlardan  olacaqdım. Yaxşı, necə imiş, bax! Bəs biz ilk ölümümüzdən başqa bir da­ha da ölməyəcəkdik? Bəs bir daha dirildilmiyəcəkdik? Bəs biz əzaba uğradılmaya­caqdıq?”

60Şübhəsiz, bax budur, bu böyük qurtuluşun məhz özüdür.

61Artıq çalışanlar, sadəcə böyük qurtuluş kimisi üçün çalışsınlar.

(56/37, Saffat/19– 61)

Nəcm: 209

62İkram olaraq bumu daha xeyirlidir, yaxud zəqqum ağacımı?

63Şübhəsiz ki, Biz onu şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər üçün bir sınaq vasitəsi etdik. 64,65Şübhəsiz ki, o zəqqum ağacı, cəhənnəmin dibində çıxan bir ağacdır. Tumurcuqları buynuzlu ilanların başları kimidir.

66Bax budur, tam əmin olun ki, onlar ondan yeyəcəklər və qarınlarını on­unla dolduracaqlar. 67Sonra şübhəsiz ki, onlar üçün sonra içəcəkləri qaynar su qarış­dı­rılmış bir içki də vardır. 68Sonra da şübhəsiz ki, dönəcəkləri yer, tam əmin olun ki, cəhənnəmdir.

(56/37, Saffat/62–68)

Nəcm: 210

69Şübhəsiz, onlar atalarını pozğun insanlar olaraq gördülər.

70İndi də özləri onların izi ilə gedirlər.

71Və and olsun ki, onlardan öncəkilərin çoxu pozğun idi.

72And olsun Biz onların arasına xəbərdar edənlər də göndərdik.

73,74İndi bir bax, Allahın arıdılmış qullarından başqa o xəbərdarlıq alanların sonu necə oldu?

75Və and olsun ki, Nuh Bizə səslənib dua etmişdi. Bax budur, Biz nə gözəl cavab verənlərik! 76Biz də onu və ailəsini, yaxınlarını, inananlarını o böyük sıxıntıdan qurtardıq. 77Və onun nəslini əbədi qalanların məhz özü etdik.

78Və Biz sonradan gələnlər içində onun haqqında əbədi qalacaq [xeyirlə anılacaq, örnək alınacaq] bir söz buraxdıq.

79Dünya durduqca Nuha salam olsun!

80Şübhəsiz ki, Biz yaxşılıq edənlərə bax budur, belə qarşılıq veririk.

81Şübhəsiz ki, Nuh Bizim mömin qullarımızdan idi.

82Sonra digərlərini suda boğduq.

83Heç şübhəsiz, İbrahim də Nuhun qrupundan idi.

84O zaman ki, o Rəbbinə sağlam bir qəlblə gəlmişdi.

88–89Çünki İbrahim, ulduzlara elə bir baxışla baxdı ki! Sonra da: “Şübhəsiz, mən sancılıyam/fikir sancısı çəkirəm” – dedi.

85–87O zaman ki, o, atasına və qövmünə: “Siz nəyə qulluq edirsiniz? Allahın yaratdığı sərvətlərdən bir sıra uydurma tanrılarımı istəyirsiniz? Yaxşı, aləmlərin Rəbbi haqqında qənaətiniz nədir?” – demişdi[3].

90Bundan sonra atası və qövmü İbrahimdən üz döndərərək, geri çəkildilər/onunla əlaqəni kəsdilər.

91,92Sonra da o, onların tanrılarının olduğu yerə gəlib: “Yeməzsinizmi/nəsiblənməz­si­niz­mi? Nəyiniz var ki, danışmırsınız?” – dedi. 93Dərhal sağ əli ilə/and içdiyinə görə bir zərbə ilə vurdu.

94Bir müddət sonra İbrahimin xalqı qaçaraq, İbrahimlə üz-üzə gəldilər.

95,96İbrahim: “Əlinizlə yonduğunuz şeylərəmi sitayiş edirsiniz? Halbuki sizi və sitayiş etdiyiniz şeyləri Allah yaratmışdır” – dedi.

97Onlar: “Bunun üçün bir divar düzəldin/embarqo tətbiq edin ki, bunu çılğın şəkildə yanan atəşin/hədsiz sıxıntının içinə atın!” – dedilər.

98Onlar İbrahimə tələ qurmaq istədilər, amma Biz onları alçaqlar etdik.

99,100Və İbrahim: “Şübhəsiz, mən Rəbbimə gedəcəyəm, O, mənə yol göstərəcək! Rəbbim! Mənə salehlərdən birini lütf et!” – demişdi.

101Buna görə də Biz İbrahimə yumşaq xasiyyətli bir gənci müjdələdik.

102Sonra o zaman ki, o müjdələnən uşaq birlikdə qaçacaq yaşa/onunla birlikdə iş görə biləcək yaşa gəldi, o zaman İbrahim: “Əziz oğlum! Şübhəsiz, mən bu, yuxu gətirən/sakit, laqeyd/biganə yerdə, şübhəsiz ki, özümü səni qurban edən, əziyyət verən görürəm. Gəl görək, sən nə düşünürsən?” – dedi. Oğlu: “Atacan! Sən əmr olunacağın şeyləri et! İnşallah mənim, sən yoxkən, başıma gələcək bütün sıxıntılara, zərərlərə səbr edənlərdən olduğumu görəcəksən” – dedi.

103–105Sonra o zaman ki, ikisi də İslamı qəbul etdilər və İbrahim, onu üzü üstə buraxdı  [zərərə uğratdı] və Biz ona: “Ey İbrahim! Sən o fikrini qəti olaraq təsdiqlədin” – deyə səsləndik…[4] Şübhəsiz, Biz yaxşılıq/gözəllik edənləri bax budur, onun kimi qarşılığını veririk/mükafatlandırırıq.

106Şübhəsiz ki, oğlunu üzü üstə buraxma işi, tam əmin olun ki, açıq-aşkar sıxıntıya düçar edərək sınamaqdır.

107Və Biz İbrahimə qurban edəcəyi, əziyyət verəcəyi çox böyük bu hərəkət müqabilində /hərəkətə görə bədəl/bəxşiş verdik.

108Və sonradan gələnlər arasında onun haqqında əbədi qalacaq [xeyirlə anılacaq, nümunə götürüləcək] bir söz buraxdıq.

109Salam olsun İbrahimə!

110Bax budur, Biz yaxşılıq/gözəllik edənləri onun kimi mükafatlandırırıq.

111Şübhəsiz ki, o, Bizim inanan qullarımızdandır.

112Və Biz ona, salehlərdən bir peyğəmbər olaraq, İshaqı müjdələdik.

113İbrahimə və İshaqa bərəkətlər verdik. Hər ikisinin nəslindən də, yaxşılıq/gözəllik edən ilə açıq-aşkar öz nəfsinə haqsızlıq edən vardır.

114,115Və and olsun ki, Biz Musa ilə Haruna da nemətlər verdik. Və o ikisini və camaatlarını o böyük sıxıntıdan qurtardıq.

116Və Biz onlara kömək etdik və onlar qalib gələnlərin məhz özləri oldular.

117Və Biz özlərinə, o açıq-aşkar göstərən Kitabı verdik.

118Və özlərini ən doğru yola bələdçilədik.

119Və sonrakılar içində, o ikisinə öhdəlik verdik.

120Salam olsun, Musa və Haruna!

121Şübhəsiz ki, Biz yaxşılıq/gözəllik edənləri belə mükafatlandırırıq.

122Şübhəsiz ki, o ikisi Bizim mömin qullarımızdandır.

123Şübhəsiz ki, İlyas da tam əmin olun ki, göndərilən elçilərdəndir.

124–127O zaman ki, o, camaatına: “Siz Allahın qoruması altına girməzsinizmi? Yaradan­ların ən gözəli, sizin Rəbbiniz və daha əvvəlki atalarınızın Rəbbi olan Allahı tərk edib, Baalamı (yararsız bir şeyə) yalvarırsınız?” – demişdi,  onlar isə onu yalan saymışdılar. Buna görə də onlar, tam əmin olun ki,  hazır saxlanılacaqlar.

128Ancaq Allahın arıdılmış qulları istisnadır.

129Və sonradan gələnlər içində onun haqqında əbədi qalacaq [xeyirlə anılacaq, örnək alınacaq] bir söz buraxdıq.

130Salam olsun bütün İlyas kimi olanlara!

131Şübhəsiz ki, Biz yaxşılıq/gözəllik edənləri belə mükafatlandırırıq.

132Şübhəsiz ki, o, Bizim mömin qullarımızdandır.

133Şübhəsiz ki, Lut da göndərilən elçilərdəndir.

134–136O zaman ki, Biz onu və geridə qalıb batanlar içində qalan bəxtsiz qadın istisna olmaqla, əhlinin hamısını qurtarmışdıq. Sonra digərlərini dəyişikliyə/dağıntıya uğratmışdıq.

137,138Və siz, əlbəttə, səhər tezdən və gecə vaxtı onlara baş çəkib durursunuz. Hə­lə də ağıllanmırsınızmı?

139Əlbəttə, Yunus da göndərilən elçilərdəndir.

140O zaman ki, o, qaçaq bir kölə kimi, dolu bir gəmiyə doğru qaçmışdı.

141Sonra o ox ilə püşk atdı, sonra da sübutu ləğv edilənlərdən/ifşa edilənlərdən biri oldu.

142Sonra onu “doyumsuzluq/bədbinlik” udmuşdu/bürümüşdü.  O da peşman olmuşdu.

143,144Sonra əgər, şübhəsiz ki, o, Allahı nöqsan sifətlərdən arındıranlardan olmasa idi, tam yəqinliklə bilin ki, dirildiləcəkləri günə qədər depressiyanın içində qala­caq­dı.

145Sonra Biz, o fikir sancısı çəkərkən, onu sahilə atdıq/onu bədbinlikdən qur­tardıq.146Onun üzərinə geniş yarpaqlılardan bir ağac bitirdik. 147Və onu əvvəl yüz min, sonra da daha çox insana elçi olaraq göndərdik.

148Sonunda inandılar, Buna görə Biz də onları bir müddətə qədər faydalandırdıq.

(56/37, Saffat/69–148)

Nəcm: 211

149İndi soruş onlardan: Qızlar Rəbbinin, oğlanlar onlarınmı?

150Yoxsa Biz mələkləri dişi yaratmışıq, onlar da şahidlər imiş?

151,152Gözünüzü açın! Onlar, şübhəsiz, uydurduqları iftiralarına görə: “Tam əmin olun ki, Allah doğdu” – deyirlər. Və heç şübhəsiz ki, onlar, tam əmin olun ki, yalançıdırlar.

153Allah qızları oğlanlardan üstünmü tutmuşdur?

154Sizə nə olur? Necə hökm verirsiniz?

155Hələ düşünmürsünüzmü?

156Yoxsa sizin üçün açıq bir gücmü/sübutmu var?

157O halda, əgər doğru insanlarsınızsa, gətirin kitabınızı.

158Və onlar, Allah ilə gizli güclər arasında bir qohumluq bağı qurdular. Halbuki, and olsun, gizli güclər özlərinin tam yəqinliklə bilin ki, hazır edilənlər/məhşərdə toplananlar olduqlarını bilirlər.

159Allah, onların xarakterizə etdiyi şeylərdən münəzzəhdir.

160Ancaq Allahın arıdılmış qulları Allahı belə/ortaq qoşmaqla xarakterizə etməzlər.

161–163Artıq siz və sitayiş etdikləriniz, öz-özünə cəhənnəmə girəcəklərdən başqasını, Allahın əleyhinə atəşə ata bilməzsiniz/ortaq qoşmağa bulaşdıra bilməzsiniz.

(56/37, Saffat/149–163)

Nəcm: 212

 

164–166Və: “Bizdən hər birimizin, tam əmin olun ki, müəyyən bir məqamı vardır. Və Biz tam yəqinliklə bilin ki, səf-səf düzülənlərin/düzənlərin məhz özüyük. Biz Allahı nöqsanlıqlardan arındıranların da məhz özüyük”.[5]

Nəcm: 213

 

167–169Və onlar tam yəqinliklə bilin ki, deyirdilər ki: “Şübhəsiz, əgər yanımızda əv­vəl­ki­lərdən bir kitab/öyüd olsaydı, əlbəttə, biz də Allahın arıdılmış qulları olardıq”.

170İndi də o öyüdü/kitabı ört-basdır etdilər. Artıq yaxında biləcəklər.

171–173Və and olsun ki, göndərilən qullarımız/elçilərimiz haqqında bizim sözümüz keçmişdir: “Şübhəsiz, onlar, tam yəqinliklə bilin ki, qalib olanların məhz özüdürlər. Şübhəsiz, bizim ordularımız, tam yəqinliklə bilin ki, qalib gələnlərin məhz özüdürlər”.

174,175Artıq sən bir müddətə qədər onlardan üz çevir. Və onları gözlə. Onlar da yaxında görəcəklər.

176Yəni indi onlar, Bizim əzabımızın tez gəlməsinimi istəyirlər? 177Lakin əzabımız, onların sahəsinə endiyi zaman da, xəbərdarlıq alanların sabahı nə pisdir!

178,179Yenə sən, bir zamana qədər onlardan üz çevir və onları gözlə! Onlar da yaxında görəcəklər.

180Güc, qüvvət, yenilməzlik, şan və şərəfin Rəbbi olan sənin Rəbbin, onların xarak­te­rizə etdiyi şeylərdən münəzzəhdir.

181Və salam göndərilən elçilərədir!

182Bütün təriflər də aləmlərin Rəbbi Allahadır, başqası öyülə bilməz.

(56/37, Saffat/167–182)

 

[1]Ayənin hərfi mənası, “Həqiqətən Biz, ən alt səmanı zinətlərlə/ulduzlarla bəzədik. Və mələ-i əladan bir qırıntı qapan və özünü şihab-i saqıp təqib edənlər xaric, daima əzab içində olan, qovulmaq üçün hər tərəfdən daşlanan və mələ-i əlaya heç  qulaq verməyən şeytan-i maridin hamısından qoruduq. Və asi, inadkar şeytanın hamısından qoruduq” şəklindədir. Bunun bənzəri bir bölmə də Hicr/16–18–də (197–ci nəcmdə) keçmişdi. Ayədəki mələ-i əla ifadəsinin, “Quran” olduğunu, 89 saylı qeyddə açıqlamışdıq.

[2]Burada bəhs edilən “Söz”, Sad/84–85 və Səcdə/5–də bəhs edilən “cəhənnəmin ins və cin [hər kəs] tərəfindən doldurulması”–na yönəlik, Rəbbimiz tərəfindən alınmış bir prinsipial qərarıdır. Rəbbimizin bu qərarı Quranda bəzən “əl – kavl”, bəzən də “kəlimətü Rəbbik” şəklində keçir.

[3]Texniki səbəblər və məna anlayışına uyğun olaraq, 88–89–cu ayələri, rəsmi Düzülüşdən fərqli tərtib etdik.

[4]Burada haqqında söhbət gedən hadisələr, İbrahim və İsmayılın müxtəlif həyat səhifələridir. Bunlar bir-birinin ardınca, eyni zamanda yaşanmış şeylər deyildir. Buradakı İslamlaşmaları, Bəqərə/124–132–də (420 saylı nəcm) haqqında söhbət gedən hadisələrdir. Mövzunun təfsilatı üçün bxn. Təbyinul–Quran.

[5]Burada diqqət edilməli olan mühüm nöqtələrdən biri, 2–4–cü ayələrdəki, 2Şübhəsiz mən sizin üçün Onun tərəfindən bir xəbərdarlıq edən və bir müjdəçiyəm. Və Rəbbinizdən bağışlanma istəyin, sonra ona tövbə edin ki, sizi adı qoyulmuş bir müddətə qədər gözəl şəkildə yararlandırsın. Və hər fəzilət sahibinə lütfünü versin. Və əgər üz çevirərsinizsə, mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz yalnız və yalnız Allahadır. Və O hər şeyə gücü yetəndir” ifadəsinin Quran tərəfindən söylənilməsidir. Bəhs etdiyimiz ifadə, ədəbiyatda bir anlatma texnikası olaraq istifadə edilən “intak” [söyləməyə, danışmağa gücü olmayan bir şeyi danışdırmaq, dilə gətirmək] sənəti ilə Qurana söylətdirilmişdir. İfadə, bu xüsus nəzərə alınmadan anlaşılmağa çalışıldığı təqdirdə, o sözlərin Peyğəmbərimizə aid olduğu kimi, bir səhv anlamağa səbəb olur. Ədəbiyyatda sıx istifadə edilən bir sənət növü olan intak, Quranda başqa ayələrdə (Rəsmi Düzülüş: Məryəm/64, Zəriyət/50–51, Saffat/164–166) də edilmişdir.