ƏNAM SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 203

1Bütün təriflər, göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı var edən Allaha məxsusdur. Başqası öyülə bilməz. Sonra da bu, Allahın tanrılığını və Rəbbliyini qəbul etməyənlər, bir şeyləri Rəbbinə bərabər/tay tuturlar.

2O, sizi bir palçıqdan yaratmış olandır. Sonra “müddət sonunu”u gerçəkləşdirmişdir. Və adı müəyyən edilmiş müddət sonu Onun qatındadır. Sonra siz hələ də şübhələnib, durursunuz.

3Və O, göylərdəki və yerdəki Allahdır. O, gizlininizi də, aşkarınızı da bilir. O, sizin nə qazandığınızı da bilir.

(55/6, Ənam/1–3)

Nəcm: 204[1]

4Onlarsa Rəblərinin ayələrindən bir ayə gələn kimi, tam yəqinliklə bilin ki, ondan məsafələnib, uzaq durmuşdular.

5Sonra da onlar özlərinə haqq gəlincə, onu tam yəqinliklə bilin ki, yalan saydılar. Artıq məsxərəyə qoyduqları şeylərin əhəmiyyətli\əsas\vacib xəbərləri yaxında özlərinə gələcəkdir.

6Görmədilərmi ki, Biz onlardan əvvəl özlərinə yer üzündə sizə vermədiyimiz bütün imkanları verdiyimiz, göy üzünü üzərlərinə bərəkətlərlə göndərib, altlarında bulaqlar axıtdığımız necə nəsilləri dəyişikliyə/dağıntıya uğratdıq. Biz onları, günahlarına görə dəyişikliyə/dağıntıya uğratdıq və onlardan sonra  başqa bir nəsil yaratdıq.

7Və əgər Biz sənə papirusda/kağızda yazılı bir kitab endirmiş olsaq, onlar da ona əlləri ilə toxunsalar, tam yəqinliklə bil ki, o kafirlər: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir” – deyərlər.

8Və onlar: “Bu Peyğəmbərə bir mələk endirilsəydi!” – dedilər. Əgər Biz bir mələk endirmiş olsaydıq, iş, tam əmin ol ki, bitirilmiş olardı. Sonra da özlərinə göz belə açdırılmazdı.

9Əgər Biz Peyğəmbəri bir mələk etsəydik, yenə də onu bir insan şəklində edərdik və onlar yenə düşdükləri şübhəyə düşərdilər.

10Və heç şübhəsiz, səndən əvvəl də elçilərə istehza edildi. Sonra da onlardan istehza edənləri, istehza etdikləri şey bürüdü.

11De ki: “Yer üzündə dolaşın, sonra da yalan sayanların sonu necə olmuşdur baxın!”

12De ki: “Göylərdə və yerdə olanlar kim üçündür?” De ki: “Allah üçündür”. Allah, mərhəməti Öz öhdəsinə yazmışdır. Sizi, tam yəqinliklə bilin ki, özündə qətiyyən şübhə olmayan qiyamət gününə toplayacaqdır. Öz-özlərini zərərə salan insanlar, bax budur, onlar iman etməzlər.

13Və gecədə, gündüzdə sığınan hər şey Onundur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

14De ki: “Göyləri və yeri yoxdan var edən, bəsləyən, lakin Özü bəslənməyən Allahdan başqa kömək edən, qoruyan, yol göstərən bir yaxınmı qəbul edim?” De ki: “Mən İslam insanlarının ilki olmaqla əmr olundum”. Və sən, qətiyyən Allaha ortaq qoşanlardan olma!

15De ki: “Mən tam əmin olun ki, əgər Rəbbimə üsyan edərəmsə, böyük bir günün əzabından qorxaram”.

16Kim ki, ortaq qoşmaqdan/üsyan etməkdən döndərilərsə, şübhəsiz ki, Allah o gün, ona mərhəmət etmişdir. Və bax budur, bu, açıq-aşkar qurtuluşdur.

17Və əgər Allah, sənə bir zərər toxundurarsa, onu Özündən başqa aça bilən yoxdur. Və əgər O, sənə bir xeyir toxundurdusa da, şübhəsiz, O, hər şeyə gücü çatandır.

18Və O, qullarının üstündə/daha üstün olaraq, üsyan edən insanları məhv edəndir. Və O, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir.

19De ki: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və çatan hər kəsi özü ilə xəbərdar etməyim üçün mənə bu Quran vəhy olundu. Doğrudanmı sən şəhadət verirsən ki, Allahla yanaşı başqa tanrılar da vardır?” De ki: “Mən etmərəm”. De ki: “O, ancaq və ancaq bir tək Tanrıdır və tam yəqin bilin ki, mən, sizin ortaq tutduğunuz şeylərdən uzağam”.

20Özlərinə Kitab verdiyimiz bu insanlar, Peyğəmbəri, öz oğullarını tanıdıqları kimi tanıyırlar. Öz nəfslərini ziyana uğradan bu insanlar, bax budur, onlar iman etməzlər.

21Və Allah haqqında yalan uydurandan və ya ayələrini yalan sayandan daha səhv davranan/öz zərərlərinə iş edən kim ola bilər? Heç şübhə yoxdur ki, şərik qoşaraq səhv davranan/öz zərərlərinə iş edən bu insanlar qurtuluşa çata bilməzlər.

22Və o gün hamısını toplayacağıq. Sonra Biz ortaq qoşan insanlara: “Hanı, haradadır o həqiqətin əksinə olaraq inandığınız ortaqlarınız?” – deyəcəyik. 23Sonra onların atəşlərə atılmaları: “Rəbbimiz, Allaha and olsun ki, Biz ortaq qoşanlardan deyildik” – deməkdən başqa bir şey deyildi.

24Bax, öz əleyhlərinə necə də yalan söylədilər! O uydurduqları şeylər də özlərindən ayrılıb yox oldu.

25Onlardan sənə qulaq asanlar vardır, halbuki Biz onu qavrayıb anlamalarına/qəlb­lə­­ri üzərinə qat-qat örtüklər və qulaqlarında bir ağırlıq əmələ gətirdik. Onlar bütün əla­mətləri/nümunələri görsələr də ona inanmazlar. Belə ki, o kafirlər sənin yanına gəldiklə­rində, səninlə mübahi­sə­yə girişərək: “Bu, öncəkilərin uydurma məsəllərindən başqa bir şey deyildir” – de­yər­lər.

26Və onlar ondan imtina edərlər və özləri ondan uzaq durarlar. Və onlar şüursuzca, yalnız və yalnız özlərini dəyişikliyə/dağıntıya uğramağa sürükləyirlər.

27Və onların atəşin üzərində durdurulduqları zaman: “Ah, nə olardı, dünyaya dön­dərilsəydik, Rəbbimizin ayələrini yalan saymasaydıq və möminlərdən olsay­dıq!” – dediklərini bir görsəydin!

28Əksinə, işin əslində, daha əvvəl gizlədikləri aşkar oldu. Geri döndərilsəydilər, yenə qadağan olunduqları şeyə tam əmin olun ki, dönərdilər. Bəli onlar həqiqətən yalançılardır.

29Və onlar: “Bizim, bu keçici dünya həyatımızdan başqa bir həyat yoxdur, biz dirildiləcək də deyilik” – demişdilər.

30Və Rəblərinin hüzurunda durdurulduqları zaman onları bir görsən! Rəbləri: “Bu, bir gerçək deyilmiy­miş?” – deyər. Onlar: “Rəbbimizə and içirik ki, gerçəkdir” – deyərlər. Rəbləri: “Elə isə küfr etmiş olduğunuza görə əzabı dadın!” – deyər.

31Allaha qovuşmağı yalan sayanlar, tam yəqinliklə bilin ki, itkiyə/zərərə uğrayıb acı çəkmişdilər. Qiyamət anı qəfildən gəlincə, onlar, günahlarını kürəklərinə yüklənmiş olaraq, deyəcəklər ki: “Dünyada etdiyimiz qüsurlara görə vay halımıza!” Diqqət edin, yükləndikləri/günahları nə pisdir!

32Və fani dünya həyatı, sadəcə əyləncə və oyundur. Son yurd – Axirət yurdu isə Allahın qoruması altına girənlər üçün, tam yəqinliklə bilin ki, daha xeyirlidir. Hələ də ağılla hərəkət etməzsinizmi?

33Əlbəttə, Biz bilirik ki, onların dedikləri səni, qəti olaraq, narahat edir. Amma onlar əslində səni yalan saymırlar; ancaq şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər Allahın ayələrini bilə-bilə rədd edirlər.

34Və əlbəttə ki, səndən əvvəl də elçilər yalan sayılmış olsalar da, özlərinə köməyimiz gəlincəyə qədər, yalan sayılmağa və verilən əziyyətə səbir etmişdilər. Və Allahın sözlərini dəyişdirəcək heç bir kimsə yoxdur. Heç şübhəsiz ki, sənə elçi­lə­rin xə­bərlərindən bir qismi gəlmişdir.

35Və əgər onların üz çevirməyi sənə çətin gəldisə, haydı, gücün çatırsa, yerin içində bir dəlik, ya da göydə bir nərdivan axtar ki, onlara bir əlamət/nümunə gətir! Allah diləsəydi, tam əmin olun ki, onları doğru yol bələdçiliyi üzərində toplayardı. O halda, qətiyyən cahillərdən olma!

36Ancaq dinləyənlər qarşılıq verər. Ölüləri… Onları da Allah dirildir. Sonra yalnız və yalnız Ona döndərilərlər.

37Və onlar dedilər ki: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi?” De ki: “Şübhəsiz ki, Allah bir əlamət/nümunə endirməyə gücü çatandır, lakin onların çoxu bilməzlər”.

38Və yer üzündə heç bir irili-xırdalı tərpənən canlı və iki qanadı ilə uçan heç bir quş yoxdur ki, sizin kimi başçısı olan camaatlar olmasın. Biz Kitabda heç bir şeyi nöqsan/yetərsiz buraxmadıq. Sonra onlar, Rəbbinə toplanacaqlardır.

39Ayələrimizi yalan sayan bu insanlar da qaranlıqlar içindəki kar və laldırlar. Hər kim diləyərsə, Allah onu çaşdırar, kim də diləyərsə, onu doğru yol üzərinə qoyar.

40De ki: “Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə gəlsə və ya qiyamət vaxtı gəlsə, Allahdan başqasınamı yalvararsınız? Əgər doğru insanlarsınızsa”.

41Əslində, yalnız və yalnız Allaha yalvarırsınız… O, diləyərsə dua etdiyinizi yox edər və siz ortaq qoşduğunuz şeyləri ağzınıza belə ala bilməzsiniz.

42Və and olsun ki, səndən əvvəlki başçıları olan cəmiyyətlərə elçilər göndərdik və onları, yalvarsınlar deyə, dözülməz çətinliklərə/yoxsulluq və sıxıntılara saldıq.

43Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilərmi? Amma onların qəlbləri qatılaşdı və şeytan onlara etməkdə olduqları şeyləri cəzbedici göstərdi.

44Sonra özlərinə xatırladılanı tərk etdiklərində, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Elə ki, özlərinə verilən şeylərlə “sevincə qapılıb, lovğalandıqda”, onları qəfildən yaxaladıq. Artıq onlar ümidləri puça çıxanlar oldular.

45Beləliklə, şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edən kütlələrin kökü kəsildi. Və bütün təriflər, aləmlərin Rəbbi Allahadır. Başqası öyülə bilməz.

46De ki: “Heç düşündünüzmü, əgər Allah sizin eşitməyinizi və görməyinizi alarsa və qəlblərinizi möhürləyərsə, onları sizə Allahdan başqa gətirə biləcək tanrı kimdir?” Bax, Biz ayələri necə açıqlayırıq. Sonra da onlar arxa çevirib, mane olurlar?

47De ki: “Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə anidən və ya açıq-aşkar gələrsə, şərik qoşaraq, səhv edənlər/öz zərərlərinə iş edənlər qövmündən başqasımı dəyişikliyə/dağıntıya uğradılmış olar?”

48Və Biz göndərilən elçiləri, ancaq müjdəçilər və xəbərdar edənlər olaraq göndəririk. Artıq kim iman edər və düzəldərsə, artıq onlara qorxu yoxdur. Onlar qəmgin də olmayacaqlar.

49Ayələrimizi yalan sayanlara da, etməkdə olduqlarına görə/haqq yoldan çıxdıqlarına görə əzab toxunacaqdır.

50De ki: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır” – demirəm. Görünməyəni, eşidilməyəni, keçmişi, gələcəyi də bilmirəm. Mən sizə: “Mən bir mələyəm” də demirəm. Mən yalnız və yalnız mənə vəhy edilənə uyuram”. De ki: “Kor ilə görən eyni olarmı? Hələ də düşünmürsünüzmü?”

51Və Rəblərinin hüzurunda toplanılacaqlarından qorxanları, Allahın qoruması altına girmələri üçün sənə vəhy edilənlə xəbərdar et. Onların Onun yaratdığı sərvətlərdən kömək edən, yol göstərən, qoruyan bir yaxınları və köməkçiləri, ara düzəldənləri yoxdur.

52Və Allahın rizasını diləyərək səhər-axşam/həmişə dua edən insanları qovma! Onların hesabından sənə heç bir məsuliyyət yoxdur, sənin hesabından da onlara heç bir şey yoxdur. Əgər onları qovarsansa, səhv/öz zərərlərinə iş edənlərdən olarsan!

53Və Biz: “Allah, aramızdan bunlaramı yaxşılıq etdi?!” – desinlər deyə, onlardan bəzisini bəzisi ilə belə atəşlərə sürüklədik, imtahan etdik. Allah, özlərinə verilən nemətlərin qarşılığını ödəyənləri daha yaxşı bilən deyildirmi?

54Və ayələrimizə inananlar sənin yanına gəldikləri zaman, dərhal: “Salam olsun sizə! Rəbbiniz mərhəməti Öz üzərinə yazdı. Şübhəsiz, sizdən hər kim bilməyərək bir pislik işləyib və sonra ardından tövbə edər və düzəldərsə, şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bağışlamağı bol olandır, əngin mərhəmət sahibidir” – de!

55Və Biz ayələri bax budur, belə ətraflı olaraq açıqlayırıq. Və günahkarların yolu ortaya çıxsın, sənə bəlli olsun deyə.

56De ki: “Şübhəsiz ki, mənə sizin Allahın yaratdığı sərvətlərdən yalvardıqlarınıza qulluq etmək qadağan olundu”. De ki: “Mən sizin boş, keçici arzularınıza uymaram. Əgər uyaramsa, azmış olaram və mən bələdçiləndiyim doğru yola çatan­lar­dan olmaram”.

57De ki: “Mən, Rəbbimdən açıq-aşkar bir dəlil üzərindəyəm. Siz isə, o dəlili yalan say­­dı­nız. O təcili gəlməsini istədiyiniz şey, mənim yanımda deyildir, hökm ancaq Alla­ha aiddir, gerçəyi O anladır/gerçək­ləş­dirir və O, ayırd edənlərin ən xeyirli­si­dir”.

58De ki: “Sizin təcili gəlməsini istədiyiniz şey, mənim yanımda olsaydı, mənimlə sizin aranızdakı iş tam yəqinliklə bilin ki, gerçəkləşib getmişdi. Və Allah səhv/öz zərərlərinə iş edənləri ən yaxşı biləndir.

59Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kimsə onları bilməz. O quruda və dənizdə olanları da bilir. O bil­mədən, bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda olmasın.

60Və O, sizi gecə vaxtı vəfat[2] etdirən/keçmişdə etdiklərinizi, etməli olduğunuz halda etmədiklərinizi bir-bir xatırlatdıran, gündüzlər əldə etdiyiniz şeyləri bilən, sonra adı qoyulmuş müddət sonunun gerçəkləşməsi üçün sizi qaldırandır. Sonra dönüşünüz yalnız və yalnız Onadır. Sonra O, etdiklərinizi sizə xəbər verəcəkdir.

61Və Allah, qulları üzərində hökmranlığı davam etdirir və O, sizin üzərinizə qoruyucular göndərir. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt elçiləri, heç artıq-əskik etmədən, onu vəfat etdirirlər. Onlara keçmişdə etdiklərini, etməli olduğu halda etmədiklərini bir-bir xatırladırlar. 62Sonra öz gerçək Mövlalarına – Allaha döndərilir­lər. Diqqətli olun, hökm ancaq Onundur və O, hesab görənlərin ən sürətlisidir”.

63De ki: “Siz gizlində və yalvararaq: “Əgər bizi bundan xilas etsə, şübhəsiz ki, bunun əvəzini ödəyənlərdən olarıq!” – dediyiniz halda, sizi qurunun və dənizin zülmətindən kim xilas edəcək?

64De ki: “Sizi ondan və hər sıxıntıdan Allah qurtarır. Sonra da siz, ortaq qoşarsınız. 114Və O, sizə Quranı ətraflı/haqqı batildən ayrılmış olaraq, endirdiyi halda, Allahdan baş­qa bir hakimmi axtarım?” Və özlərinə Kitab verdiyimiz bu insanlar Quranın, şüb­hə­siz ki, Rəbbindən haqq ilə endirilmiş olduğunu bilirlər. O halda sən on­la­rın bu ki­tabın Allah tərəfındən endirildiyini bildikləri barəsində qətiyyən şübhə edən­lər­dən ol­ma.

65De ki: “O, üstünüzdən və ayaqlarınızın altından əzab göndərməyə, yaxud separatçı/bölücü qruplar sizi ayırıb, kiminizin kiminizə qisasını daddırmağa gücü çatandır”. Bax, onlar yaxşı-yaxşı anlasınlar deyə, ayələrimizi necə hər tərəfinə çevirırik/təfərrüatı ilə açıqlayırıq.

66Sənin qövmün isə əzabın/Quranın/ayələrin yaxşıca açıqlanması, haqq olmasına baxmayaraq, onu yalan saydı. De ki: “Mən sizin üzərinizdə, işləri müəyyən olunmuş bir proq­rama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən”/vəkil deyiləm. 67Hər əhəmiyyətli xəbərin qərarlaşdırılmış bir zamanı vardır, siz də yaxın­da biləcəksiniz. 104Tam yəqinliklə bilin ki, sizə Rəbbinizdən gözünüzü aça­caq, doğru yolu bildirəcək biliklər gəldi. Artıq kim haqqı görürsə, faydası özünə, kim də özünü kor kimi apararsa, zərəri özünədir. Mən sizin üzərinizdə bir gözətçi deyiləm!” [3]

68Və ayələrimiz – əlamətlərimiz/nümunələrimiz haqqında boş yerə çalışıb çabalayanları gördüyün zaman, onlar ondan başqa sözə uyuncaya qədər, dərhal onlardan uzaq dur. Və əgər şeytan, bunu sənə unutdursa da, xatırladıqdan sonra o şərik qoşaraq səhv davrananlarla/öz zərərlərinə iş edənlərlə bərabər oturma.

69Allahın qoruması altına girmiş olanlara da, o şərik qoşaraq səhv davra­nan­ların/öz zərərlərinə iş edənlərin hesabından bir şey yoxdur. Lakin Allahın qoruması al­tına girmələri üçün bir xatırlatmadır!

70Və dinlərini oyun və əyləncə etmiş/oyun və əyləncəni özlərinə din etmiş, dünya həyatı özlərini aldatmış olan insanları tərk et və Quran ilə xatırlat, öyüd ver: Bir insan, öz əlinin işləyib qazandığı ilə dəyişərək, dağıntıya düşərsə, onun üçün Allahın yaratdığı sərvətlərdən bir kömək edən, yol göstərən qoruyan bir yaxın və dəstəkçi, şəfaətverici barədə söz ola bilməz. Günahına qarşı hər cür əvəzi ödəməyi istəsə də ondan alınmaz. Bax budur, bunlar qazandıqları ilə dəyişikliyə/dağıntıya uğrayanlardır. Nankorluq etdiklərinə görə, onlar üçün qaynar sudan bir içki və can yandıran bir əzab vardır.

71,72De ki: “Allahın yaratdığı sərvətlərdən bizə faydası olmayan və zərər də verməyən şeylərəmi yalvarıb yaxaraq? Və Allah bizi doğru yola yönəltdikdən sonra, onun: “Bizim yanımıza gəl!” – deyə doğruya və gözələ çağıran yoldaşları var ikən, şeytanların onu yer üzündə çaşqın vəziyyətdə dolaşan bir hala gətirdiyi insanlar kimi geriyəmi döndərilək?” De ki: “Şübhəsiz ki, Allahın doğru yolu gerçək və doğru yolun məhz özüdür. Və bizə əmr edildi ki, siz aləmlərin Rəbbinə təslim olasınız, salaatın fəaliyyətini təmin edəsiniz və Onun qoruması altına girəsiniz. Və siz ancaq və ancaq Allahın hüzuruna toplanacaqsınız”.

73Və O göyləri və yeri haqq ilə yaradandır. Və O “Ol!” dediyi gün dərhal olur. Onun sözü haqdır. Sura üfləndiyi gün də, mülk ancaq Onundur. O gizlini də, aşkarı da biləndir. O ən yaxşı qanun qoyandır, pozulmağa yaxşı mane olan/sağlam edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir.

74Və o zaman ki, İbrahim atası Azərə: “Sən bütləri tanrılarmı qəbul edirsən? Şübhəsiz ki, mən səni və qövmünü açıq-aşkar bir pozğunluq içində görürəm” – demişdi.

75Və Biz beləliklə, sübut əldə etməsi və qəti inananlardan olması üçün, İbrahimə göylərin və yerin mülkiyyəti və idarəçiliyini göstərirdik.

76Buna görə də İbrahim, üzərinə gecə çöküncə bir ulduz gördü: “Bu, mənim Rəbbimdir” – dedi. Sonra ulduz batınca: “Mən batanları sevmərəm” – dedi.

77Sonra ayı doğarkən görüncə də: “Bu, mənim Rəbbimdir” dedi. O da batınca: “And ol­sun ki, Rəbbim mənə doğru yolu göstərməsəydi, tam yəqinliklə bilin ki, mən az­ğın­lar qövmündən olardım” – dedi.

78,79Sonra günəşi doğarkən görüncə də: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – de­di. Sonra o da batınca: “Ey qövmüm! Şübhəsiz ki, mən sizin ortaq qoşduğunuz şey­lərdən uzağam. Tam yəqinliklə bilin ki, mən Hənif/batil inanclardan dönərək üzümü, göyləri və yeri yoxdan var edənə/yox edəcək olana çevirdim və mən ortaq qoşanlardan deyiləm” – dedi.

80,81Və qövmü onunla mübahisə etdi. İbrahim: “Mənə doğru yolu göstərmişkən, Allah haqqında mənimləmi mübahisə edirsiniz? Ona ortaq qoşduqla­rı­nız­dan heç qorxmuram. Ancaq Rəbbimin dilədiyi şey istisna olmaqla. Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Hələ də düşünməzsinizmi? Və Allah, haqlarında heç bir güc/qüvvət endirmədiyi halda, siz Ona ortaq qoşmaqdan qorxmurkən, mən sizin ortaq qoşduğunuz şeylərdən necə qorxaram? Bu halda əgər bilirsinizsə, bu iki camaatdan hansı arxalanmağa daha layiqdir?” – dedi.

82Bu iman edənlər və imanlarına səhv/öz zərərlərinə iş etməyənlər/şirk qarışdırmayanlar, bax budur, onlar təhlükəsizlikdə olanlardır. Bələd­çi­ləndikləri doğru yolu tapanlar da, onlardır.

83Və bax budur, bunlar, qövmünə qarşı İbrahimə verdiyimiz sübutumuzdur. Biz dilədiyimizi dərəcələrlə yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, çox yaxşı biləndir.

84Və Biz ona İshaqı və Yəqubu da bağışladıq. Hamısına doğru yolu göstərdik. Daha əvvəl də Nuha və onun soyundan Davuda, Süleymana, Eyyuba, Yusufa, Musaya və Haruna da doğru yolu göstərmişdik. Və Biz gözəllik/yaxşılıq edənlərə belə qarşılıq veririk.

85Zəkəriyyəyə, Yəhyaya, İsaya və İlyasa da doğru yolu göstərdik. Hamısı salehlərdəndir.

86İsmailə, Əlyəsəyə, Yunusa və Luta da doğru yolu göstərdik. Hamısını da Biz aləmlərə üstün etdik.

87Və bunları atalarından, nəsillərindən və qardaşlarından da üstün etdik. Və onları seçdik, doğru yola bələdçilədik.

88Bax budur, bu, Allahın bələdçiliyidir. O, onunla qullarından dilədiyinə bələdçilik edər. Və əgər onlar ortaq qoşsaydılar, tam yəqinliklə bilin ki, etmiş olduqları şeylər boşa getmişdi.

89Bax budur, onlar, özlərinə kitab, hökm və peyğəmbərlik verdiklərimizdir. İndi bunlar, ona inanmayacaq olarlarsa, Biz tam yəqinliklə bilin ki, bunu örtməyən/buna inanan bir qövmü, bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” etmişik.

90Bax budur, bunlar, Allahın bələdçi olduğu insanlardır. Artıq sən də, onların bələdçiliyinə – vəhyə uy. De ki:  “Mən ona qarşılıq sizdən bir ödəniş istəmirəm. O, sadəcə aləmlərə bir öyüddür”.

91Və onlar: “Allah, heç bir bəşərə bir şey göndərməmişdir” – deməklə, Allahı haqqı ilə təqdir edə, lazım olduğu kimi tanıya bilmədilər. De ki: “Musanın insanlara aydınlıq və bələdçi olmaq üçün gətirdiyi, sizin parça-parça yazı ləvazimatları etdiyiniz, bir qismini bildirdiyiniz, bir çoxunu gizlətdiyiniz; sayəsində sizin və atalarınızın bilmədiyiniz bir çox şeyləri öyrəndiyiniz Kitabı kim endirdi?” Sən de ki: “Allah!” Sonra onları boş-boş çabalamalarında oynayan halda tərk et.

92Bax budur, bu da bizim Anakəndi və ətrafındakı insanları xəbərdar etməyin üçün endirdiyimiz, sadəcə içində olan mövzuları doğrulayan, bolluq dolu bir Kitabdır. Axirətə inananlar ona da inanırlar və onlar salaatlarını da qoruyanlardır.

93Və Allah haqqında yalan uydurandan, yaxud özünə heç bir şey vəhy olunmadığı halda:  “Mənə vəhy olundu” deyəndən və: “Allahın endirdiyi kimi mən də endirəcəyəm” – deyəndən daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanları ölümün şiddətləri içində ikən, vəzifəli güclər də onlara əllərini uzatmış: “Canlarınızı çıxarın. Bu gün, Allah haqqında gerçək olmayan şeylər söylədiyinizə və Onun ayələrinə qarşı təkəbbürləndi­yi­niz­ə görə, alçaldıcı bir əzabla cəzalandırılacaqsanız” –  dediklərində bir görsəydin!

94Və and olsun ki, siz, sizi ilk dəfə yaratdığımız zamankı kimi yalnız/tək-tək Bizə gəldiniz və sizə verdiyimiz şeyləri arxanızda buraxdınız. Və içinizdə, onların ortaqlar olduğuna inandığınız, sözdə dəstəkçilərinizi sizinlə bərabər görmürük. And olsun aranızda kəsilmə/qopma olmuş və səhv inandığınız şeylər yox olmuşdur.

95Şübhəsiz ki, dənəni və çəkirdəyi yarıb çıxaran Allahdır: Ölüdən diri, diridən də ölü çıxarır. Budur Allah! Necə də döndərilirsiniz?

96Dan yerini yarıb çıxarandır. Gecəni dincəlmək vaxtı etmiş, Günəş və Ayı hesab ilə var et­mişdir. Bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan, tam əmin olun ki, qalib olanın, çox yaxşı bilənin təyin etməsidir, nizamlama­sı­dır.

97Və Allah, qurunun və dənizin qaranlıqlarında, özü ilə bələdçiləndiyiniz doğru yo­lu tapasınız deyə, ulduzları sizin üçün tanıdandır. Şübhəsiz ki, Biz bilən bir cəmiy­yət üçün ayələri ətraflı olaraq açıqladıq.

98Və O, sizi bir tək nəfsdən yaradandır. Sonra da bir qərar yeri və əmanət yeri…[4]Biz tam yəqinliklə bilin ki, ayələri, yaxşı anlayan bir cəmiyyət üçün ətraflı ola­raq açıqladıq.

99Və Allah, göydən suyu endirəndir. Beləliklə, Biz onunla hər şeyin bitkilərini çı­xar­dıq. Ondan da bir-birinə bənzəyən və bir-birinə bənzəməyən, bir-biri üzərinə düzülmüş dənələr/xurmanın tumurcuğundan sallanan salxımları, üzüm bağlarını, zey­tu­n və nar çıxardığımız tingəni bitirdik. Bunlar meyvə verdikləri zaman mey­və­ləri­nə və yetişməsinə baxın! Bax budur, bunlarda tam yəqinliklə bilin ki,  inanan bir cə­miyyət üçün əlamətlər/nümunələr vardır.

100Və onlar, görünməz güc və varlıqları Allaha ortaqlar qoşdular. Halbuki onları Allah yaratmışdır. Bilikləri olmadan da oğullar, qızlar uydurdular. Onun şanı onların xarakterizə etdiyi şeylərdən arınıq və ucadır. 101O, göyləri və yeri yoxdan var edəndir. Onun sahibəsi/zövcəsi, həmtayı olmadığı halda, necə olur ki, Onun uşağı olur? Və O, hər şeyi yaratmışdır. Və O, hər şeyi ən yaxşı biləndir.

102Bax budur, Rəbbiniz Allah! Ondan başqa tanrı yoxdur. Hər şeyin yaradıcısıdır. Elə isə, Ona qulluq edin. O, hər şeyi müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir.

103Gözlər Ona çata bilməz, O isə gözlərə çatır. O çox ərməğan sahibidir, hər şeydən xəbərdardir.

105Bax budur, beləliklə Biz sənə: “Sən dərs görmüsən, bunları bir yerlərdən oxuyub öyrənmisən” – desinlər və açıqlamaq üçün, ayələri hər üzünə çeviririk/geniş-geniş izah edirik.

106,107Sən Özündən başqa tanrı deyə bir şey olmayan Rəbbindən sənə vəhy edilənə uy. Ortaq qoşanlardan da üz çevir. Və əgər Allah diləsəydi, onlar ortaq qoşmazdılar. Biz səni onlar üzərinə bir gözətçi qoymadıq, sən onlar üzərinə vəkil/işləri müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri də deyilsən!

108Və onların Allahın yaratdığı sərvətlərdən yalvardıqları kimsələrə söyməyin ki, onlar da şüursuzca, həddi aşaraq Allaha söyməsinlər. Biz hər başçılı cəmiyyətə etdikləri işi, bax budur, belə bəzədik. Sonra da onların dönüşü Rəbbinədir. Sonra O, onlara nə etdiklərini xəbər verər.

109Və ortaq qoşanlar, özlərinə bir əlamət/nümunə gələrsə, ona tam yəqinliklə bilin ki, iman edəcəklərinə dair ən ağır andları ilə Allaha and içdilər. De ki: “Əlamətlər/nümunələr ancaq Allah qatındadır”. Onlara əlamətlər/nümunələr gəldiyində də, iman etməyəcəklərini anlamırsınızmı?

110Və Biz onların qəlblərini və gözlərini ilkin iman etmədikləri vəziyyətdəki kimi tərs çevirərik. Və elə Biz də onları azğınlıqları içərisində kor və çaşqın olaraq buraxarıq.

111Və əgər Biz şübhəsiz, onlara bir sıra güclər endirsəydik, onlara ölülər söz söyləsəydi və hər şeyi qarşılarına toplasaydıq, Allahın dilədiklərindən başqa, yenə inanmayacaqdılar. Və lakin onların çoxu cahillik edirlər.

112,113Beləliklə, Biz hər peyğəmbər üçün gizli-açıq şeytanlarını düşmən etdik. Dünya malına aldandıqlarına görə, axirətə inanmayan insanların qəlbləri ona aldansın, ondan məmnun olsun və etməkdə olduqlarını etsinlər deyə, bunların bəzisi digərinə sözün bəzəklisini gizlicə təlqin edər/pıçıldayar. Və lakin Rəbbin diləsəydi, onu etməzdilər. Elə isə onları və uydurduqları şeyləri tərk et!

115Və Rəbbinin sözü həm doğruluğu, həm də ədaləti etibarı ilə tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək biri yoxdur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

116Və əgər yer üzündəkilərin çoxluğuna uyarsansa, səni Allah yolundan azdırarlar. Çünki onlar, sadəcə “zənn”ə uyur və axmaqlıq edirlər.

117Şübhəsiz ki, sənin Rəbbin, Öz yolundan kimlərin azdığını ən yaxşı bilənin məhz özüdür. Və O, bələdçiləndikləri doğru yolda olanları daha yaxşı biləndir.

124Və onlara bir ayə gəldiyi zaman: “Allahın elçilərinə verildiyi kimi, bizə də veril­mədikcə, qətiyyən inanmayacağıq” – dedilər. Allah elçilik vəzifəsini hara verəcəyini da­ha yaxşı bilir. Günah işləyənlərə, qurduqları hiylələrinə görə, Allah qatında bir alçaqlıq və çətin bir əzab toxunacaqdır.

125Və sonra Allah, kimi doğru yola yönəltmək istəyərsə, İslam üçün onun köksünü açar. Kimi də azdırmaq istəyərsə, köksünü elə sıxar ki, o, göyə çıxırmış kimi olar. Bax bu­dur, belə! Allah, pisliyi [zərər, əzab verən şeyləri] iman etməyənlərin üzərinə bu­ra­xar/atar.

119Və sizə nə olur ki, Özü sizə, məcbur qalmağınızdan başqa, haram olan şeyləri geniş­ şəkildə açıqlamış olduğu halda, Allahın adı anılanlardan yemirsiniz? Və şübhəsiz, bir çoxları bilmədən nəfslərinə uyaraq azırlar. Şübhəsiz ki, sənin Rəbbin, həddi aşanları çox yaxşı bilənin məhz özüdür.

120Günahın açığını da, gizlinini də tərk edin! Şübhəsiz ki, günah qazanan insanlar, qazan­mış olduqları şeylərə görə cəzalandırılacaqlar.

121Və üzərində Allahın adı anılmayan şeylərdən yeməyin. Və şübhəsiz ki,  bu, tam bir yol­dan çıxmaqdır. Və şübhəsiz, şeytanlar  öz yaxınlarına sizinlə mübarizə et­mə­ləri üçün gizlincə təlqin edirlər. Və əgər onlara boyun əyərsinizsə, deməli siz, ortaq qoşan kimsələr oldunuz.

122Ölü ikən özünü diriltdiyimiz və insanlar içində yeriməsi üçün özünə bir nur verdiyimiz insanın vəziyyəti qaranlıqlarda qalıb, oradan bir çıxış yolu tapa bilməyənin vəziyyəti kimidirmi? Bax budur, kafirlərə etməkdə olduqları belə “bəzəkli və cəzbedici” göstərilmişdir.

123Və Biz, beləliklə, hər şəhərdə öndə gedənləri, orada tövsiyələr etsinlər deyə, oranın günahkarları etdik. Halbuki, bunlar pisliyi yalnız və yalnız özlərinə edirlər, amma fərqinə varmırlar.

126Və bax budur, bu, ən doğru olaraq Rəbbinin yoludur. Tam yəqinliklə bilin ki, Biz xatırlayıb, öyüd alan bir camaat üçün ayələri geniş bir şəkildə açıqladıq.

127Etmiş olduqları şeylərə görə, Rəbbi qatındakı rahatlıq, təhlükəsizlik və sala­mat­lıq yurdu yalnız və yalnız onlarındır. Və Rəbbi, onların köməkçisi, yol göstəricisi, qo­ruyucusudur.

128Və Allah, onların hamısını topladığı gün: “Ey gizli düşmən topluluğu! Tam yəqinliklə bilin ki, bu insanlardan çoxaltdınız!..”

İnsanlardan onların yaxınları da: “Rəbbimiz! Biz bir-birimizdən qazanc əldə etdik. So­nunda biz bizim üçün müəyyən etdiyin müddətimizin sonuna çatdıq” – deyərlər. Allah: “Atəş sizin dayanacağınızdır. Orada, Allahın diləməsi xaricində son­suz olaraq qalacaqsanız” – deyər. Şübhəsiz ki, Rəbbin ən yaxşı qanun qoyan, po­zul­ma­ğa yaxşı mane olan/sağlam edən, ən yaxşı biləndir.

129Və bax budur, Biz beləliklə, qazandıqları günahlara görə səhv/öz zərərlərinə iş edənlərin bir qismini digər bir qisminə yaxınlaşdırırıq.

130Ey gizli, aşkar, gələcəyin, bu günün insan kütləsi! Sizə ayələrimi anladan və bu gününüzə qovuşacağınız xüsusunda sizi xəbərdar edən özünüzdən elçilər gəlmə­di­mi? Onlar: “Öz əleyhimizə şahidik” – dedilər. Adi dünya həyatı onları aldatdı və onlar özlərinin, tam yəqinliklə bilin ki, kafirlərin məhz özü olduqlarına şahidlik etdilər.

131Bax budur, bu Rəbbinin xalqı laqeyd, biliksiz ikən, ölkələri haqsız yerə dəyişdirən/dağıntıya uğradan biri olmamasıdır.

132Və hamısı üçün etdiklərinə uyğun dərəcələr vardır. Və sənin Rəbbin onların etdiklərindən qafil/xəbərsiz deyildir.

133Və sənin Rəbbin çox zəngindir, heç bir şeyə möhtac deyildir, mərhəmət sahibidir. Sizi  başqa cəmiyyətlərin nəslindən gətirdiyi kimi, diləyərsə, sizi də yox edər və sizdən sonra, yerinizə dilədiyini gətirər.

134Şübhəsiz, sizin vəd olunduğunuz şeylər, tam yəqinliklə bilin ki, gələcəkdir. Və siz bunu əngəlləyəcək biriləri deyilsiniz.

135De ki: “Ey qövmüm! Gücünüz yetdiyincə edəcəyinizi edin, şübhəsiz, mən də edirəm. Yaxında yurdun sonunun kim üçün olduğunu biləcəksiniz. Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qurtuluşa çata bilməzlər”.

136Və onlar Allahın yaratdığı əkin və heyvanlardan Allaha bir pay ayırdılar və öz pozğun inanclarına görə: “Bu, Allah üçün, bu da ortaqlarımız üçündür” – dedilər. Bax, budur, ortaqları üçün olan pay Allaha çatmaz, Allah üçün olan şey ortaqlarına çatar. Verdikləri hökm nə pisdir!

138Və onlar səhv inanışlarına görə: “Bunlar, toxunulmaz heyvanlar və əkin­lərdir­. Bunları bizim dilədiyimizdən başqası yeyə bilməz. Bunlar arxaları qadağan olun­­muş heyvanlardır” – dedilər. Və bir qisim heyvanları, Allaha yalan uyduraraq, üzər­lərində Onun adını anmazlar. Allah, onları iftira etdikləri şeylərə görə cə­zalandıracaqdır.

139Və onlar: “Bu heyvanların qarınlarındakılar, sadəcə kişilərimizə aid olub, qadın­larımıza haramdır. Əgər ölü olursa, o zaman onlar onda ortaqdırlar” – dedilər. Allah onların xarakterizə etdiklərini, onlara cəza olaraq verəcəkdir. Şübhəsiz ki, O, ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, çox yaxşı biləndir.

137Və onların ortaqları, özlərini məhv etsinlər və dinlərini qarışdırıb, pozsunlar deyə, ortaq qoşanların çoxuna yük olması, utanc səbəbi olması və tanrılara qurban edilməsi səbəbləri ilə uşaqlarını öldürməyi gözəl göstərdi. Və Allah diləsəydi, bunu etməzdilər. O halda onları və onların uydurduqları şeyləri tərk et!

140Şüursuzluq/cahillik üzündən, ağılsızca uşaqlarını öldürənlər və Allahın özlərinə verdiyi ru­zini Allaha iftira edərək, haram qılanlar tam yəqinliklə bilin ki, zərərə uğradılar. On­lar, tam yəqinliklə bilin ki, azmışdılar və onlar bələdçiləndikləri doğru yola çat­mış insanlar deyildilər.

141Və Allah sərilmiş və sərilməmiş bağçaları, xurmaları, məhsulları çeşid-çeşid əkinləri, zeytunları və narları, bir-birinə bənzəyən və bənzəməyən quruluşda yaradandır. Meyvə verincə meyvəsindən yeyin, məhsul yığımı günü də onun haqqını verin və bədxərclik etməyin. Şübhəsiz, Allah bədxərclik edənləri sevməz.

142Və O, heyvanlardan yük daşıyanları, döşək edilənləri yaradandır. Allahın sizi ruziləndirdiyi şeylərdən yeyin. Şeytanın addımlarını izləməyin. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir.

143Səkkiz yoldaş/tay: qoyundan iki, keçidən də iki. De ki: “Allah, iki erkəyimi haram qıldı, yoxsa iki dişinimi, ya da iki dişinin qarınlarının sarıb bürüdüyünümü/balalarınımı? Əgər doğrularsınızsa, mənə elmə əsaslanaraq, xəbər verin”.

144Və dəvədən iki, sığırdan da iki… De ki: “Allah iki erkəyimi haram qıldı, yoxsa iki dişinimi, ya da iki dişinin balalarınımı? Yoxsa, Allahın sizə belə bir məsuliyyət his­si çatdırdığında, Onun yanında idinizmi?” Belə heç bir biliyə əsaslanmadan, insan­ları azdırmaq üçün Allah haqqında yalan uyduranlardan daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şübhəsiz ki, Allah şərik qoşaraq, səhv/öz zərərlərinə iş edən o insanlar kütləsinə bələdçi olmaz.

145De ki: “Mənə vəhy olunanda, onları yeyənlər üçün leş və ya axıdılmış qan, yaxud do­nuzun əti ki, şübhəsiz, donuzun əti kirlidir, narahatlıq verəndir, yaxud Allahdan baş­qası üçün kəsilmiş bir haqq yoldan çıxma nümunəsi olanlardan başqa, haram edil­miş bir şey tapa bilmirəm. Artıq kim, çarəsiz qalarsa, azğınlıq etməmək və zəru­rət həddini aşmamaq şərtilə, bunlardan yeyə bilər”. Bax budur, şübhəsiz ki, sənin Rəb­bin çox bağışlayandır, çox mərhəmət edəndir.

118Artıq əgər Allahın ayələrinə iman edənlərsinizsə, üzərində Allahın adı anı­lan­lardan yeyin.[5]

146Və Biz Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Arxalarında, yaxud ba­ğır­saqlarında daşınan, ya da sümüyə qarışan yağlardan başqa, sığır və qoyunun yağ­larını da onlara haram etdik. Bu, təcavüzkarlıqlarına görə Bizim onları cəzalan­dır­­mağımızdır. Və Biz, əlbəttə, doğrularıq.

147Artıq əgər səni yalan saydılarsa, dərhal de ki: “Rəbbiniz geniş mərhəmət sahi­bi­dir. Və Onun əzabı günahkarlar qövmündən geri çevrilməz”.

148Allaha ortaq qoşan insanlar deyəcəklər ki: “Allah diləsəydi biz ortaq qoş­maz­dıq, ata­larımız da ortaq qoşmazdılar, heç bir şeyi də haram qılmazdıq”. Onlardan əvvəl yalan sayanlar da əzabımızı dadıncaya qədər, bax budur, belə idi. De ki: “Yanınızda/Bizim qarşımıza çıxara biləcəyiniz bir bilikmi var? Siz, sadəcə zənnə uyursunuz və siz sadəcə axmaqlayırsınız”.

149De ki: “Bax budur, ən qəti və üstün dəlil, Allahındır. Ona görə də əgər Allah dilə­səydi, əlbəttə hamınıza bələdçi olardı”.

150De ki: “Buyurun, Allah bunu tam yəqinliklə bilin ki, haram etdi deyə, şahidlik edə­cək şahidlərinizi gətirin”. Buna baxmayaraq, əgər onlar yenə də şahidlik edərlərsə, sən onlarla bərabər şahidlik etmə. Ayələrimi yalan sayan və axirətə inanmayan insanların boş dünyəvi arzularına da uyma. Və onlar Rəbbinə tay/bənzər tutmaqda­dır­lar.

151De ki: “Gəlin, Rəbbinizin sizə nələri tabulaşdırdığını/toxunulmaz qıldığını de­yim: Özünə heç bir şeyi ortaq qoşmamağınızı; ana-ataya yaxşılıq etməyinizi, göz­əl dav­­ranmağınızı; kasıblıq qorxusu ilə/yoxsul olarıq qorxusu ilə uşaqlarınızı öl­dür­­məməyinizi, sizi və onları Biz ruziləndiririk.  Pisliklərin açığına və gizli­ninə ya­xınlaşmamağınızı; haqsız yerə, Allahın haram qıldığı nəfsi/canı öldür­mə­mə­yi­nizi; bax budur, bunlar Onun sizə öhdəlik olaraq çat­dır­dıq­la­rıdır ki, bəlkə düşünüb daşınasınız.

152Yetimin malına da yaxınlaşmamağınızı, yalnız yetkinlik çağına çatana qədər ən gözəl şəkildə yaxınlaşa bilər və uyğun şəkildə xərcləyə bilərsiniz. Ölçünü, çə­kini haqqaniyyətlə büsbütün etməyinizi; Biz kimsəni gücünün çatdığından başqası ilə – qabiliyyətinin xaricində bir şeylə məsul tutmarıq. Söylədiyiniz zaman da, yaxınınız da olsa, ədalətli olmağınızı və Allaha verdiyiniz sözə əməl etməyinizi”. Bax budur, bunlar öyüd alıb düşünəsiniz deyə, Allahın sizə məsuliyyət olaraq çat­dır­dıqlarıdır”.

153Və şübhəsiz ki, bu, ən doğru olaraq Mənim yolumdur. Dərhal ona tabe olun. Və başqa yollara uymayın ki, sizi Allahın yolundan ayırmasın. Bax budur, bunlar Allahın qoruması altına girərsiniz deyə, Allahın sizə məsuliyyət/öhdəlik olaraq çatdırdıqlarıdır.

154Sonra Biz, Rəbbinə qovuşacaqlarına inansınlar deyə, yaxşılıq/gözəllik edənlərə tamam olaraq, hər şeyi geniş şərh etmək, bələdçi və mərhəmət olmaq üçün Musaya Kitabı verdik.

155–157Və Quran kiminiz: “Kitab, sadəcə bizdən əvvəlki iki topluluğa – Yəhudi və Xristianlara endirildi, biz isə, o kitabları oxuya bilmir və dillərini anlaya bilmirdik”, kiminiz də: “Əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq” – deməyəsiniz deyə, Bizim endirdiyimiz bərəkətli bir kitabdır. Ona görə də, mərhəmət olunmağınız üçün ona uyun və Allahın qoruması altına girin. Bax bu­dur, sizə də Rəbbinizdən açıq dəlil, bələdçi və mərhəmət gəlmişdir. Elə isə, Allahın ayə­lərini yalan sayıb, onlardan üz döndərəndən daha səhv, öz zərərlərinə iş edən kim ola bilər? Ayələrimizdən üz döndərənləri, üz döndərdiklərinə görə əzabın pisi ilə cə­za­landıracağıq.

158Mələklərin gəlməsindən, yaxud Rəbbinin gəlməsindən, ya da Rəbbinin bəzi əlamətlərinin/nümunələrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Rəbbinin əlamətlərindən/nümunələrindən bəzisi gəldiyi gün, daha əvvəl iman etməmiş, yaxud imanında bir xeyir qazanmamış olan insana, artıq inanması heç bir fayda verməz. De ki:  “Gözləyin – şübhəsiz, biz də gözləyənlərik”.

159Şübhəsiz ki, dinlərini parça-parça edib, qrup-qrup olan bu insanlar – sən heç bir forma və davranışça onlardan biri deyilsən. Şübhəsiz ki, onların işi Allahadır. Sonra Allah onlara etməkdə olduqları şeyləri xəbər verəcəkdir.

160Kim yaxşılıq edərsə, artıq ona etdiyinin on misli vardır. Kim də pislik edərsə, artıq o, sadəcə onun misli ilə cəzalandırılar və onlar haqsızlığa uğradıl­maz­lar.

161De ki: “Şübhəsiz, Rəbbim məni doğru yola bələdçilədi. Dimdik duran bir dinə, şirkdən, Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən dönmüş olan İbrahimin dininə və həyat tərzinə. İbrahim, ortaq qoşanlardan olmamışdı”.

162,163De ki: “Mənim salaatım, qulluğum – hər cür ibadətim, həyatım və ölümüm sadəcə Özünün ortağı olmayan aləmlərin Rəbbi Allah üçündür. Və mən belə əmr olundum, mən müsəlmanların da ilkiyəm”.

164,165De ki: “Allah hər şeyin Rəbbi ikən, mən Allahdan başqa Rəbbmi axtarım?” Hər insanın qazandığı, yalnız özünə aiddir. Yükünü daşıyan kimsə, bir başqasının yü­­­künü daşımaz. Sonra sadəcə Rəbbinizədir dönüşünüz. Beləliklə, Allah ayrılığa düş­­düyünüz şeyi sizə xəbər verəcəkdir. Və O, sizi yer üzündə gedənlərin yerinə gə­ti­rilənlər edən, verdikləri ilə sizi sınamaq üçün, kiminizi kiminizin üzərinə də­rə­cə­lərlə yüksəldəndir. Şübhəsiz ki, Rəbbin qovuşdurması tez olandır və şübhəsiz ki, O, çox ba­ğışlayandır, çox mərhəmət edəndir.

(55/6, Ənam/4–165)

 

[1]Ənam surəsi (ki, 165 ayədir), o günə qədər enən qaydaların xülasəsi kimidir. Təbyində də bildirdiyimiz kimi, bu ayələrin tək bir dəfədə cəm halda endiyi də nəql edildiyindən tək nəcm halında təqdim etdik.

[2]Burada “vəfat” anı anladılır. Vəfat, “tamamilə vermək, əskiltmədən, yerinə yetirmək” deməkdir. Vəfat, Allahın insanlara, öləcəkləri andan dərhal öncə yaşadacağı, hər kəsə etdiklərini və etməli olduğu halda, təxirə saldıqlarını əskiksiz-artıqsız göstərəcəyi, xəbər verəcəyi bir andır. Başqa bir ifadə ilə, “vəfat”, Rəbbimizin, insanın həyatındakı bütün qeydləri ən incə dəqiqliyi ilə, eynilə bir qara qutunun “Z raportu” kimi, ölüm anından qısa bir müddət öncə, əskiksiz-artıqsız ortaya qoymasıdır. Bu “ortaya qoyma” isə, insanın quruluşuna yaradılışdan yerləşdirilmiş olan “qoruyucular, dəlillər, elçilər, hafızə hüceyrələri” ilə təmin edilir. Rəbbimiz, məsələnin vacibliyini nəzərə çarpdıraraq, “ölmək, öldürmək” deməyərək, ölümü, ölüm öncəsinin o əsrarəngiz hadisələrinin adı ilə verir. “Vəfat” ilə əlaqədar geniş məlumat Təbyinül Quranda verilmişdir.

[3]Rəsmi Düzülüşdəki 114–cü ayənin, 64–cü ayənin davamı, 104–cü ayəni də 67–ci ayənin davamı olaraq tərtib etdik.

[4]Ayədəki “əl-müstəkarr” “yerləşdiyi yer”, “əl-müstəvda” da “keçici yer” deməkdir. Allahın, hər canlının “yerləşdiyi” və “müvəqqəti olaraq olduğu” yerlərini bilməsi demək, canlıların əmanət edildikləri və sonradan məkan tutduqları yerlərin Allah tərəfindən bilinməsidir. Bu yerlər nə qədər dəyişirsə, dəyişsin, Allahın bilməsi baxımından hər hansı bir vəziyyət dəyişikliyi meydana çıxmaz. Məsələn, bir insan bəlli bir ünvanda iqamət edərkən, bəzi səbəblərlə başqa şəhərlərə, başqa ölkələrə gedə bilir. Haraya gedərsə getsin, Allah o insanın harada olduğunu bilir. Bir insanın hər gün yatdığı yer ilə öləcəyi yer eyni olmaya bilər, ancaq Allah hər ikisini də bilir. Bir sperma hüceyrəsi atanın vücudunda yaradılır, sonradan yeri dəyişilərək ananın yumurta hüceyrəsinə girər. Allah bu hüceyrənin də nə zaman, harada olduğunu tam olaraq bilir. Bir bakteriya müəyyən bir yerdə əmələ gəlir, sonra da müxtəlif yollarla başqa canlıların vücudlarına girər və orada fəaliyyət göstərər. Allah o bakteriyanın da harada və hansı fəaliyyətdə olduğunu bilir.

Mövzumuz olan ayə, yuxarıda saydıqlarımızdan başqa, bir digər məna da daşıyır. O da, “insanın özünə aid biliklərlə bərabər, diriliş gününə qədər əmanət olaraq, yox olmadan, durduğu yerin Allah tərəfindən bilinən olması”dır. Bu mövzu Təbyində izahlı olaraq təqdim edilmişdir.

[5]Bu bölmənin ayələrini də, texniki və semantik səbəblərlə, Rəsmi Düzülüşdən fərqli tərtib etdik.