ŞURA SURƏSİNİN TƏBYİNİ

Adını 38-ci ayədə keçən “ شورى Şura [işin ən yaxşı yanını ortaqlaşa tapıb ortaya çıxarma]” sözündən alan bu surənin Məkkədə 62. sırada endiyi qəbul edilir. Fussilətdən sonra enən surə, tərtib heyəti tərəfindən yenə 62-ci sırada tərtib edilmişdir. Bəzi qaynaqlarda 24-27 və 39, 40-cı ayələrinin Mədəni olduğu ifadə edilmişdir. [1]

Surənin ana xəttində tövhid və nübüvvət [elçilik] mövzuları yer alır. Müşriklərin bütün anlayış və inancları qınanır, vəhyin birliyi, Muhəmmədə (əs) gələn vəhylər ilə daha əvvəlki elçilərə gəlmiş olan vəhylərin fərqli olmadığı qeyd edilərək Kitab Əhli [Yəhudi və Xristiyanlar] arasındakı ixtilafların kəndi qısqanclıqlarından və mənfəət məqsədli rəqabətlərindən qaynaqlandığı vurğulanır.

İnanmış və salihatı işləmiş möminlərin öyüldüyü və haqq üzərində olmalarının cəhd edildiyi surədə həmçinin hər surədə olduğu kimi Allahın kainatdakı ayələrinə də diqqət çəkilir.

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 250

 

1,2Ha/8, Mim/40, Ayn/70, Sin/60, Qaf/100.

3Ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allah sənə və səndən öncəkilərə bax budur, belə vəhy edər.

4Göylərdə və yerdə olan şeylər, sadəcə, Onundur. O, çox ucadır, çox böyükdür.

5Göylər üstlərində az qala çatlayacaq. Bütün güclər isə Rəbbini öyməklə birlikdə, nöqsan sifətlərdən münəzzəh qılırlar və yer üzündə olan insanlar üçün bağışlanma diləyirlər. Gözünüzü açın! Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

6Və Onun yaratdıqlarından köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edən insanlar – Allah onların üzərində etdiklərini qeydə almaqdadır. Və sən onların üzə­rində canlı-cansız bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri/vəkil deyilsən.

7Bax budur, beləcə, Biz şəhərlərin anasını və onun hüdudlarından kənardakıları xəbərdar edəsən və özündə heç şübhə olmayan toplanma günü ilə xəbərdar edəsən deyə, sənə Ərəbcə bir Quran vəhy etdik.

Bir qrup cənnətdədir, bir qrup da cəhənnəmdədir.

8Və əgər Allah diləsəydi, qətiliklə onları bir tək başçılı cəmiyyət edərdi. Lakin O, diləyəni mərhəmətinin içinə alır. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də, özləri üçün bir qoruyucu, yol göstərici yaxın və bir köməkçi olmayanlardır.

9Yoxsa Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlarmı qəbul edirlər? Bax budur, Allah köməkçi, yol göstərici, qoruyucu yaxının məhz özüdür. Və O, ölüləri dirildər və O, hər şeyə gücü çatandır.

11Bax budur, O, göylərin və yerin yoxdan yaradanıdır/parçalayanıdır. O sizin üçün özünüzdən həm­tay­lar/zövcələr və heyvanlardan cütlər yaratmışdır. O, sizi bu sistemin içərisin­də törədib, çoxaldır. Onun bənzəri olacaq heç bir şey yoxdur. Və O, ən yaxşı eşidən, ən yax­­şı görəndir.

12Göylərin və yer üzünün kilidləri/açarları yalnız və yalnız Onundur. O, dilədiyi insan üçün ruzini genişlədər və nizamlayar. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı biləndir.

13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər.

14Və onlar ancaq özlərinə bilik gəldikdən sonra aralarındakı azğınlığa görə ayrı­lı­ğa düşdülər. Əgər Rəbbin tərəfindən “adı qoyulmuş bir müddətin sonuna qədər” sözü keçməmiş olsaydı, aralarında qətiliklə gerçəkləşdirilərdi. Və şübhəsiz ki, özlə­rin­dən sonra Kitaba varis qılınan insanlar  Qurandan qətiliklə qərarsızlığa aparan bir şüb­hə içindədirlər.

15,10Bax budur, bunun üçün sən dəvət et və sənə əmr edildiyi kimi, dosdoğru ol. Onların boş, dünyəvi arzularına uyma və de ki: “Mən, Allahın kitabdan endirdiyinə inandım və mənə  aranızda ədaləti həyata keçirmək vəzifəsi əmr olundu. Allah bizim Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim etdiklərimiz yalnız və yalnız bizə, sizin etdikləriniz də yalnız və yalnız sizə aiddir. Sizinlə bizim aramızda heç bir dəlilə yer yoxdur. Allah bizi bir araya toplayacaqdır. Dönüş də yalnız Onadır. Və haqqında ixtilafa düşdüyünüz hər hansı bir şey… artıq onun hökmü Allaha aiddir. Bax budur, bu, mənim Rəbbim Allahdır. Mən yalnız Ona işin nəticəsini həvalə etdim və mən yalnız, Ona yönəlirəm”.

(62/42, Şura/1–9, 11–15, 10)

Nəcm: 251

 

16Və özünə qarşılıq verildikdən sonra Allah haqqında mübahisə edənlər. Onların dəlilləri Rəbbi qatında ləğv edilmişdir. Və onların üzərində bir qəzəb vardır, çətin əzab da onlar üçündür.

17Allah bu kitabı və tərəzini/ölçünü haqqla endirən Zatdır. Və sənə nə bildirir ki, bəlkə də o Qiyamətin qopma zamanı çox yaxındır!

18Ona inanmayan insanlar Qiyamətin tez gəlməsini istəyirlər. İnananlar isə ondan qor­xuyla titrəyərlər və onun gerçək olduğunu bilirlər. Yaxşı bilin ki, Qiyamətin qop­ma zamanı haqqında mübahisə edənlər, qətiliklə, geri dönüşü olmayan bir pozğunluq içində­dirlər.

19Allah qullarına çox ərməğan verəndir. Dilədiyini/diləyəni ruziləndirir. Və O, hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.

20Hər kim Axirət əkinini istəyərsə, Biz onun əkinində, onun üçün artdırarıq. Və hər kim dünya tarlasını istəyərsə ona da ondan verərik. Və onun üçün Axirətdə heç bir nəsib yoxdur.

(62/42, Şura/16–20)

Nəcm: 252

21Yoxsa onların Allahın dində izin vermədiyi şeyi onlar üçün qanuni qılmış ortaqlarımı vardır? Əgər “Fasl Sözü” olmasaydı, aralarında qətiliklə işləri bitirilmişdi. Və şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, özləri üçün acı bir əzab olanlardır.

22Özlərinə vaqe olduğunda, qazandıqları şeylərə görə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanların ürkdüklərini görərsən. İman etmiş, düzəltmək yönündə işlər edənlər isə cənnətlərin bağçalarındadırlar. Rəbbinin yanında, onlar üçün istədikləri şeylər vardır. Bax budur, bu, böyük ərməğanın məhz özüdür.

23Bax budur, bu, Allahın, iman edən, düzəltmək yönündə işlər edən qullarına müjdələdiyi şeydir. De ki: “Mən bu təbliğimə qarşı sizdən yaxınlıqda sevgidən başqa, heç bir ödəniş istəmirəm”. Və hər kim bir yaxşılıq/gözəllik edərsə, Biz onda olan yaxşılığı/gözəlliyi artırarıq. Şübhəsiz ki, Allah  çox bağışlayandır, qarşılığını verəndir.

24Ya da onlar: “Allah haqqında yalan uydurdu”mu? – deyirlər. Bax budur, əgər Allah diləyərsə, sənin də qəlbini möhürləyər, batili yox edər və sözləri ilə haqqı gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlblərdə olan şeyləri çox yaxşı biləndir.

(62/42, Şura/21–24)

Nəcm: 253

25Və O, qullarının tövbəsini qəbul edər, pisliklərdən əfv edər və sizin etməkdə olduğunuz şeyləri bilir.

26Və O, iman etmiş və düzəltmək yönündə işlər edənlərə qarşılıq verir və onlara ərməğanlarından daha artığını verir. Kafirlər isə… Şiddətli bir əzab onlar üçündür.

27Və əgər Allah ruzini qullarına yaysaydı/döşəsəydi [bol-bol versəydi], qətiliklə, yer üzündə azğınlıq edərdilər. Lakin Allah, dilədiyini bəlli bir ölçüyə görə endirir. Şübhəsiz ki, O, qullarından ən çox xəbəri olandır, ən yaxşı görəndir.

28Və O, insanlar ümidlərini kəsdikdən sonra, yağışı endirən və mərhəmətini yayan­dır. Və O, öyülməyə layiq olandır, köməkçi, yol göstərici, qoruyucu yaxındır.

29Və göylərin, yer üzünün yaradılması, göylərdə və yerdə hər dabbehdən/canlıdan törədib yayması, Onun əlamətlərindən/nümunələrindəndir. Və O, dilədiyi zaman onların hamısını toplamağa gücü yetəndir.

30Və sizə müsibətdən isabət edən şeylər, bax budur, öz əllərinizlə qazandıqlarınıza görədir. O da çoxunu əfv edir.

31Və siz, yer üzündə aciz buraxanlar deyilsiniz. Və sizin Allahın yaratdıqlarından bir yaxınınız yoxdur, köməkçiniz də yoxdur.

32–35Dənizdə dağlar kimi axıb gedənlər də, Onun əlamətlərindən/nümunələrindəndir. Əgər O, diləyərsə, küləyi durdurar və gedən gəmilər dənizin üstündə durarlar. Şübhəsiz ki, bunda bütün çox səbr edən və özünə verilən nemətlərin qarşılığını çox-çox ödəyən insanlar üçün necə əlamətlər/nümunələr vardır. Yaxud Allah, onların qa­zan­dıqları şeylərə görə o gəmiləri dəyişikliyə/dağıntıya uğradar. Bir çoxunu da bağışlayar. Və ayələrimiz/əlamətlərimiz/ nümunələrimiz haqqında mübahisə edənlər özləri üçün qaçacaq bir yer olmadığını bilirlər.

36–39Bax budur, sizə verilən hər hansı bir şey, fani dünya həyatının qazancıdır. Sadəcə, dünya həyatının keçici bir mənfəətidir. Allah qatında olanlar [nemətlər, mükafatlar] isə, iman edən və sadəcə, Rəbbinə işin nəticəsini həvalə edənlər üçün günahın böyüklərindən və həyasızlıqdan qaçınan və qəzəbləndikləri zaman bağışlayan insanlar üçün Rəbbinin çağırışına cavab verən, salaatı iqamə edən, işləri də öz aralarında Şura – “işin ən yaxşı səmtini ortaqlaşaraq tapıb, ortaya çı­xar­maq” olan, özlərini ruziləndirdiyimiz şeylərdən Allah yolunda xərcləyən/baş­da ya­xınları olmaqla, başqalarının dolanışıqlarını təmin edənlər üçün və özlə­ri­nə bir haqsızlıq və hücum isabət etdiyi zaman, bir-birləri ilə köməkləşən/intiqam alan insanlar üçün daha xeyirli və daha qalıcıdır.

(62/42, Şura/25–39)

Nəcm: 254

40Və bir pisliyin cəzası, onun kimi bir pislikdir. Amma kim əfv edər və düzəldərsə, artıq onun ödənişi Allaha aiddir. Şübhəsiz ki, O, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz.

41Kim də haqsızlığa uğradıqdan sonra haqqını alırsa, bax budur, onların əleyhinə bir yol yoxdur.

42Yol ancaq insanlara haqsızlıq edən və yer üzündə haqsız yerə azğınlıq edənlərin əleyhinədir. Bax budur, onlar özləri üçün acı bir əzab olanlardır.

43Hər kim ki, səbr edər və qüsuru bağışlayarsa, şübhəsiz, bax budur, bu, qətiliklə işlərin əzmindəndir.

44Və Allah hər kimi azdırırsa, artıq bundan sonra onun üçün heç bir köməkçi, yol gös­tərici, qoruyucu yaxın yoxdur. Və sən əzabı gördüklərində şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin: “Geri dönüş yerinə bir yol vardırmı?” – dediklərini gö­rər­sən.

45Və sən onları alçaqlıqlarına görə, başları önə əyilmiş, gözucu gizli-gizli ət­ra­fa baxarkən, atəşə atıldıqlarını görəcəksən. İman edənlər isə: “Şübhəsiz, zə­rərə uğrayanlar, özlərini və ailələrini, yaxınlarını Qiyamət günü zərərə uğratmış olan insanlardır”– dedilər. Gözünüzü açın! Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, həmişəlik bir əzab içindədirlər.

46Onlar üçün Allahın yaratdıqlarından özlərinə kömək edəcək heç bir köməkçi, yol göstərici, qoruyucu yaxın yoxdur. Allah kimi də azdırırsa, artıq onun üçün hər hansı bir yol yoxdur.

47Allahdan özləri üçün dönüş yeri olmayan, geri çevrilə bilməyəcək gün gəlmədən öncə  Rəbbinizin çağırışlarına qarşılıq verin. O gün sizin üçün sığınacaq bir yer yoxdur, sizin üçün tanınmayacaq hala düşmək/tanınmamaq yoxdur.

48Buna baxmayaraq, əgər onlar üz çevirirlərsə, bilsinlər ki, Biz səni onların üzərinə bir gözətçi olaraq göndərmədik. Sənə düşən, sadəcə, təbliğdir. Və Biz şübhəsiz ki, insana tərəfimizdən bir mərhəmət daddırdığımız zaman, ona sevindi. Əgər əlləri ilə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görərsən ki, şübhəsiz, o insan çox nankordur.

(62/42, Şura/40–48)

Nəcm: 255

49,50Göylərin və yer üzünün hökmranlığı yalnız Allahındır. O, dilədiyini yaradır, dilədiyinə ancaq qız, dilədiyinə də ancaq oğlan bəxş edər. Yaxud Allah onları oğlan və qız olaraq taylaşdırır. Dilədiyini də qısır edər. Şübhəsiz ki, O, ən yaxşı bilən, çox güclü olandır.

51Və bir bəşər üçün, bir vəhy ilə və ya pərdə arxasından, yaxud bir elçi göndərərək izni ilə/biliyi ilə dilədiyini vəhy etməsi istisna olmaqla, Allahın ona söz söyləməsi olmaz. Şübhəsiz ki, O, çox uca və ucaldıcıdır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

52,53Bax budur, beləcə, Biz sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan di­lə­diyimizi onunla bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də ən ­doğ­ru bir yola – göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçi­lik et­mək­dəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər.

(62/42, Şura/49–53)

TƏHLİL

1,2Ha/8, Mim/40, Ayn/70, Sin/60, Qaf/100.

Surənin 1 və 2-ci ayələri “Mukattaa [Kəsik] Hərflər”dən əmələ gəlmişdir. Daha əvvəl açıqladığımız kimi, kəsik hərflərin nəyi ifadə etdiyi hələ konkret olaraq təsbit edilməmişdir. Quranın endiyi dövrdə bu günkü rəqəm sistemi mövcud deyildi. Saylar ƏBCƏD hərfləri ilə yazılıb göstərilirdi. Buna görə də, surələrin başlarında olan kəsik hərflərdən hər birinin fərqli bir sayı simvolizə etmə ehtimalı vardır.

1 və 2-ci ayədəki hərflərin say dəyərləri yuxarıda verildiyi kimidir.

İbn Abbas bəhs edilən iki ayəni “Ha, Mim, Sin, Qaf” deyə “Ayn”sız olaraq oxumuşdur. Təbərinin nəqlinə görə Abdullah b. Məsudun Tərcüməsində də belədir. [2]

Bu hərflər ilə əlaqədar olaraq:

* “ ح Ha” Nəbinin ümmətinin ətrafında toplanacağı hövzədir.

* “م Mim” ucsuz-bucaqsız mülkü,

*  “ع Ayn” onun izzəti,

* “س Sin” onun görünən aydınlığı,

* “ ق Qaf” isə onun Məqam-i Mahmudda ayaq üstdə durması, Mütləq Məlik və Məbudun hüzurun­da şan və şərəfiylə yaxınlığıdır” kimi şeylər söylənmişsə də, bu açıqlamalar ciddiyyətdən və istinaddan uzaqdır.

“Bu hərflər gələcəkdə baş verəcək bir sıra hadisələrin şifrəsidir” şəklindəki açıqlamalar da bu mahiyyətdədir. İstər Təbəri, istərsə də Kurtubi kimi Quran alimləri də bu cür görüşləri rədd etmişdilər.

3Ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allah sənə və səndən öncəkilərə bax budur, belə vəhy edər.

Bu ayədə Rəbbimiz, elçisi Muhəmmədə və daha əvvəlki elçilərə etdiyi vəhyə göndərmə edərək “Budur Allah belə vəhy edər” – deyir. Buradakı işarə keçmişə edilmiş olmalıdır. Çünki keçmişdə də “ha, mim, ayn, sin, qaf” kəsik hərfləri vardır. Bu halda ayədən: “Rəbbin sənə və səndən öncəki elçilərə “ح ha,  م mim…” kimi vəhy edər” mənası ortaya çıxar. Bu mənanı daha da genişləndirəriksə, Rəsulullaha xitab edilərək, onun və beləliklə də kafirlərin bəhs edilən narahatlıqlarına belə qarşılıq verilmiş olur: “Əziz və Hakim olan Allah, daha öncəki peyğəmbərlərə necə vəhy etmişsə, sənə də eləcə vəhy edər. Sənə bu Quranı necə endirmişsə, eyni şəkildə səndən öncəki peyğəmbərlərə də Kitabları və səhifələri endirmişdir.”

Quranda var olan ayələrin eynisinin daha əvvəlki vəhylərdə də olduğunu; bir başqa ifadəylə, ilk Kitablarda olan ilahi prinsip və ismarıcların son Kitab olan Quranda da verildiyini daha əvvəl Əla və Nəcm surələrində konkret olaraq görmüşdük.

Xatırlanacağı kimi, bundan əvvəlki Fussilət surəsində aşağıdakı ayə yer almışdı:

Sənin üçün səndən öncəki elçilərə söylənəndən başqa bir şey söylənmir. Şübhəsiz ki, sənin Rəbbin qəti olaraq mağfirət sahibidir və acı verən bir əzabın sahibidir.

“Vəhy” ilə əlaqədar incəlik isə daha əvvəl Nəcm surəsində verilmişdi.

4Göylərdə və yerdə olan şeylər, sadəcə, Onundur. O, çox ucadır, çox böyükdür.

5Göylər üstlərində az qala çatlayacaq. Bütün güclər isə Rəbbini öyməklə birlikdə, nöqsan sifətlərdən münəzzəh qılırlar və yer üzündə olan insanlar üçün bağışlanma diləyirlər. Gözünüzü açın! Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

Keçmiş peyğəmbərlərə vəhy edildiyi kimi Rəsulullaha da vəhy edildiyi və bunda çaşılacaq, etiraz ediləcək, rədd ediləcək bir şey olmadığı açıqlandıqdan sonra, bu ayələrin ilkində də Rəbbimiz Özünü “Göylərdə və yerdə olan şeylər sadəcə Onundur. O, çox ucadır, çox böyükdür” ifadələriylə tanıdır.

Rəbbimiz Özü haqqında bənzər ifadələri başqa ayələrdə (Rad/9, Səba/23, Bəqərə/107, Bəqərə/255) də işlətmişdir.

Ayədə keçən “göylərin çatlayacağı” ifadəsi iki şəkildə anlaşıla bilər.

  1. Haşyətdən çatlama: Bu anlayışa görə, göylərin və yerin Allahın heybətindən çatlayacağı, bu ikisinin daima Allaha haşyət duyduğu, insanların xilas ola bilmələri üçün Allah tərəfindən göndərilən mələklərin maraq göstərdiyi bildirildikdən sonra; “Hal belə ikən, siz şirk qoşaraq, pisliklərdə üzürsünüz. Qorxaq davranmayın, dərhal tövhidə dönün! Allahın Gafur və Rəhim olmasından istifadə edin!” – deyilir.
  2. İnsanların Allaha ağılsızca şirk qoşmalarına görə ürpərmək:
  • 116Bir də onlar: “Allah övlad qəbul etdi” – dedilər. O, onların yaraşdırdıqları bütün nöqsanlıqlardan münəzzəhdir. Əksinə, göylərdə və yer üzündə nə varsa yalnız və yalnız Onundur. Hamısı Onun üçün həmişəlik hörmətlə duranlardır. (Bəqərə/116)
  • 68Dedilər ki: “Allah özünə övlad götürdü”. O, bundan münəzzəhdir. O, zəngindir/heç bir şeyə möhtac deyildir. Göylərdə və yerdə olan şeylər Onundur. Buna dair yanınızda heç bir dəlil yoxdur. Allah haqqında bilməyəcəyiniz bir şeyimi söyləyirsiniz?(Yunus/68)
  • 1–4Bütün təriflər, qatından şiddətli əzaba qarşı xəbərdar etmək, düzəltmək yönündə işlər edən möminlərə, şübhəsiz ki, onlar üçün, içində həmişəlik qalanlar olaraq gözəl bir mükafat olduğunu müjdələmək və “Allah uşaq qəbul etdi” – deyənləri xəbərdar etmək üçün quluna, qoruyucu olaraq, özü ilə heç bir ziddiyyət təşkil etməyən Kitabı endirən Allah üçündür, başqası öyülə bilməz.  (Kəhf/1-4)

Və İsra/40, Ənbiya/26-28, Məryəm/88-93 və Mömin/7-9.

5-ci ayədə bəhs edilən “mələklər”, Quran ayələri olub, hamısı insanın xəbərdar edilməsi üçün endirilmişdir.  Quran ayələri oxunduğu zaman insanın ağlını başına gətirir, Allahı yaxşı-yaxşı tanıdır, yanlış inanc və davranışlardan döndərir və Allahın bağışlamasına vəsilə olurlar.

6Və Onun yaratdıqlarından köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edən insanlar – Allah onların üzərində etdiklərini qeydə almaqdadır. Və sən onların üzə­rində canlı-cansız bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri/vəkil deyilsən.

7Bax budur, beləcə, Biz şəhərlərin anasını və onun hüdudlarından kənardakıları xəbərdar edəsən və özündə heç şübhə olmayan toplanma günü ilə xəbərdar edəsən deyə, sənə Ərəbcə bir Quran vəhy etdik.

Bir qrup cənnətdədir, bir qrup da cəhənnəmdədir.

8Və əgər Allah diləsəydi, qətiliklə onları bir tək başçılı cəmiyyət edərdi. Lakin O, diləyəni mərhəmətinin içinə alır. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də, özləri üçün bir qoruyucu, yol göstərici yaxın və bir köməkçi olmayanlardır.

Bu ayələrdə Rəbbimiz, qullarını xəbərdar edərkən, onlara ismarıc verərkən Elçinin vəziyyəti üzərində duraraq, onun şirk qoşanlara, yəni göyləri çatladacaq qədər ağır günah işləyənlərə qarşı bir məsuliyyətinin olmadığını açıqlayır. Elçisinin onlara qarşı Hafiz [gözətçi] və Vəkil [onları çəkib çevirən; idarə edən] biri olmadığını; onun elçilik vəzifəsinin mərkəzdə Anaşəhər olmaqla ətrafı “Toplanma Günü [Qiyamət, Hesab Günü]” barədə xəbərdar etmək olduğunu; bu məqsədlə də ona ərəbcə olaraq bir Kitab vəhy etdiyini, insanların isə cənnətlik və cəhənnəmlik olmaqla, iki qrupa ayrılacağını; yəni kiminin inanacağını, kiminin isə inanmayacağını bildirir.

Qrupun son ayəsində isə Rəbbimizin diləməsi halında bütün insanların tək bir ümmət olacağı; ancaq Onun bunu diləmədiyi, insanları öz seçimlərində sərbəst buraxdığı vurğulanır.

Bir yandan Peyğəmbərin vəzifəsinin müjdələmək və qorxutmaq olduğu bildirilirkən, digər yandan da müşriklərin göstərdiyi inkarçı münasibətə qarşı ona təsəlli verilir.

7-ci ayə ilk anda Quranın Məkkə və ətrafındakılara xas bir dəvət olduğu görüntüsünü verir. Əslində isə mövzuyla əlaqədar daha öncəki nümunələrdə də qeyd edildiyi kimi, Quranın dəvəti universaldır. Ayədəki ifadələr: “Biz sənə ərəbcə Quran nazil etdik ki, şəhərlərin anasını/Məkkə camaatını və Məkkə ətrafındakı insanları Toplanma günü ilə xəbərdarlıq edəsən”. Şübhəsiz ki, bu Peyğəmbərin Məkkəlilər və onun ətrafındakı xalqlarla əlaqə qurması üçün xüsusi bir mesajdır.

Ümmü’l-Qura. Peyğəmbərin doğulub böyüdüyü, vəzifəyə başlayıb, vəzifəsini davam etdirdiyi şəhər, ayədə “Ümmü’l-Qura [Şəhərlərin Anası, Anaşəhər] olaraq xarakterizə edilmişdir. “Şəhərlərin anası” demək olan “Ümmü’l-Qura”, Məkkənin bir adıdır. Rəsulullahın əl-Ümmi [Anaşəhərli; Məkkəli] olması da buna görədir.

İbrahim peyğəmbərdən bu yana möminlərin təməl ibadətlərindən biri olan həcc də bu şəhərdə edilir. Məkkə, başqa diyarlarda mövcud olmayan ticarət, rabitə, informasiya, sənət, ədəbiyyat və daha bir çox sosial və iqtisadi fəaliyyətin o dövrdəki mərkəzi idi. İnsanlar həcc səbəbiylə o şəhərə gəlir, bu vəsiləylə bir çox insan orada görüşürdü. Bu hal uşaqların anasının ətrafında toplanmasına bənzəyir. Buna görə də Məkkə “şəhərlərin anası” deyə adlandırılmışdı.

Ayədə Axirət “toplanma günü” olaraq xarakterizə edilmişdir. Çünki Qurana baxdığımızda, Vaqiə/7-də açıqladığımız kimi, hurilərlə qoşalaşdırma, insanların üç qrupda toplanması, hər əməl edənin əməlləriylə görüşməsi kimi hadisələrin o gün olacağı, qısacası, insanların o gün bir araya toplanacağı anlaşılır.

  • 9Toplanma günü üçün sizi toplayacağı gün… Bax budur, o gün qarşılıqlı aldatma/aldanma günü kimin kimi aldatdığının ortaya çıxdığı gündür… Kim Allaha inanar və saleh əməl işlərsə, Allah onun pisliklərini örtər və onu, içində sonsuzadək qalanlar olaraq, altlarından çaylar axan cənnətlərə girdirər. Bax budur, bu, böyük qurtuluşd (Təğabun/9)
  • 103Şübhəsiz, Axirət əzabından qorxan insanlar üçün bunda tam yəqinliklə bilin ki, bir əlamət/nümunə vardır. O, insanların özü üçün toplandığı bir gündür və şübhəsiz ki, görünəcək bir gündür.
  • 104Və Biz onu sadəcə, müəyyən bir müddətə qədər ertələyirik.
  • 105O gün gəldiyində Allahın izni olmadan heç kimsə danışmaz. Bax budur, o gün insanlardan bir qismi bədbəxt və bir qismi da xoşbəxtdir. (Hud/103-105)

109Allah elçiləri toplayacağı gün belə deyəcək: “Sizə verilən cavab nədir?” Onlar: “Bizim heç bir biliyimiz yoxdur. Şübhəsiz ki, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən” – dedilər.  (Maidə/109)

“حشر Həşr” sözü, “toplanma, bir araya gətirilmə” mənasında bir çox ayədə yer almışdır: Ənam/22, Yunus/28, Nəml/83, Məryəm/68, 69, İsra/97, Furqan/17 və Səba/40.

9Yoxsa Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlarmı qəbul edirlər? Bax budur, Allah köməkçi, yol göstərici, qoruyucu yaxının məhz özüdür. Və O, ölüləri dirildər və O, hər şeyə gücü çatandır.

11Bax budur, O, göylərin və yerin yoxdan yaradanıdır/parçalayanıdır. O sizin üçün özünüzdən həm­tay­lar/zövcələr və heyvanlardan cütlər yaratmışdır. O, sizi bu sistemin içərisin­də törədib, çoxaldır. Onun bənzəri olacaq heç bir şey yoxdur. Və O, ən yaxşı eşidən, ən yax­­şı görəndir.

12Göylərin və yer üzünün kilidləri/açarları yalnız və yalnız Onundur. O, dilədiyi insan üçün ruzini genişlədər və nizamlayar. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı biləndir.

Qeyd: 10-cu ayənin həm texniki yöndən, həm də məna olaraq buraya aid olmadığı qənaətindəyik. Bizə görə bu ayə 15-ci ayənin davamıdır. Buna görə də 10-cu ayəni orada tərtib edərək təhlil etdik.

Bu ayə qrupunda da yenə Rəbbimiz özünü tanıdır. Öncəki ayələrdə diqqət çəkəcək bəzi açıqlamalar edilmiş, sonra da insanlara “Yoxsa Onun yaratdıqlarından, bir sıra övliyamı [Yaxın Kimsələr] qəbul edirlər?” şəklində bir sual yönəldilmişdir. Bu sual “İstifham-i inkari” növündə bir sualdır. Bu cür suallar cavab almaq üçün deyil, müxatibi susdurmaq və vurğu etmək üçün soruşulur. Buna görə də ayədəki sualın mənası “Onlar Allahın yaratdıqlarından bir sıra övliya [Yaxın Kimsələr] qəbul edirlər” deməkdir. Bu tərz bir sualla müşriklər qınanır, münasibətlərinin heyrət ediləcək bir davranış olduğu ortaya qoyulur.

Bölmənin davamında isə Rəbbimiz bir sıra sifətləriylə və təsərrüfləriylə Özünü tanıdır. Beləliklə, Rəbbimizə ortaq qoşulan sözdə tanrıların bu sifət və təsərrüflərdən heç birinə sahib olmadığı, beləliklə də bunların tanrı, vəli [yol göstərən, qoruyan, yardım edən biri] olaraq qəbul edilmələrinin kökündən yanlış olduğu vurğulanmış olur.

Ayədəki göylərin və yer üzünün açarları” ifadəsiylə yağış və yerdən bitkilərin bitirilməsi qəsd edilmişdir.

  • 52Hələ də şübhəsiz, Allahın ruzini dilədiyinə yaydığını və ölçüləndirdiyini bilmədilərmi? Şübhəsiz ki, bunda iman edəcək bir cəmiyyət üçün qətiliklə necə əlamətlər/nümunələr vardır. (Zümər/52)

13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər.

14Və onlar ancaq özlərinə bilik gəldikdən sonra aralarındakı azğınlığa görə ayrı­lı­ğa düşdülər. Əgər Rəbbin tərəfindən “adı qoyulmuş bir müddətin sonuna qədər” sözü keçməmiş olsaydı, aralarında qətiliklə gerçəkləşdirilərdi. Və şübhəsiz ki, özlə­rin­dən sonra Kitaba varis qılınan insanlar Qurandan qətiliklə qərarsızlığa aparan bir şüb­hə içindədirlər.

Bu iki ayədə surənin 3-cü ayəsi dəqiqləşdirilmişdir. Rəbbimiz, Məkkəliləri inandırmaq üçün Muhəmmədin (əs) elçiliyinin yeni bir şey olmadığı ismarıcını verir. Bunun üçün də din olaraq keçmişdə və bu gün nəyi ortaya qoyduğuna işarə edərək, peyğəmbərlərə gələn dinin qaynağının da, ehtiva etdiyi prinsiplərin də eyni olduğunu açıqlayır. Bu açıqlama göstərir ki, ərəblər peyğəmbərimizdən öncə də elçilər göndərildiyini bilirdilər. Ayədə dörd peyğəmbərin adlarının zikr edilməsi diqqət çəkicidir. Görünən odur ki, zikr edilən bu elçilər Quran dinləyiciləri tərəfindən daha çox bilənən adlardır.

  • 5Əksinə onlar: “Bunlar qarmaqarışıq yuxulardır, yox-yox onu özü uydurdu, yox-yox o bir şairdir. Haydı, belə isə əvvəlki göndərilənlər kimi, bizə bir əlamət/nümunə gətirsin” – dedilər. (Ənbiya/5)
  • 48Bax budur, onlara tərəfimizdən o haqq gəlincə: “Musaya verilən şeylər/əlamətlər/nümunələr kimi ona da bir şeylər verilməli deyildimi?” – dedilər. Daha əvvəl Musaya ve­riləni ört-basdır edib, rədd etməmişdilərmi? “Bir-birinə kömək çıxan/dəstəkləyən iki sehir/təsirli bilik” – dedilər. Və: “Şübhəsiz, biz hamısını qəbul etməyəcəyik” – de­di­lər. (Qasas/48)
  • 155–157Və Quran kiminiz: “Kitab, sadəcə bizdən əvvəlki iki topluluğa – Yəhudi və Xristianlara endirildi, biz isə, o kitabları oxuya bilmir və dillərini anlaya bilmirdik”, kiminiz də: “Əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq” – deməyəsiniz deyə, Bizim endirdiyimiz bərəkətli bir kitabdır. Ona görə də, mərhəmət olunmağınız üçün ona uyun və Allahın qoruması altına girin. Bax bu­dur, sizə də Rəbbinizdən açıq dəlil, bələdçi və mərhəmət gəlmişdir. Elə isə, Allahın ayə­lərini yalan sayıb, onlardan üz döndərəndən daha səhv, öz zərərlərinə iş edən kim ola bilər? Ayələrimizdən üz döndərənləri, üz döndərdiklərinə görə əzabın pisi ilə cə­za­landıracağıq. (Ənam/155-157)

Ayədəki “Dini dik tutun [yerləşdirin] və onda ayrılığa düşməyin” ifadəsi, “Allaha, elçilərinə, Kitablarına, axirət gününə inanın! Çox tanrılar qəbul edərək ayrılığa düşməyin!” – deməkdir. Ayədəki “Dini dik tutun” əmri, “Dinin hakim olmadığı yerlərə dini yerləşdirin, əgər din yerləşmişsə, onu dik tutun!” – deməkdir.

  • 53Sonra insanlar öz aralarındakı işləri hissə-hissə böldülər. Hər qrup özündə olanla sevinib təkəbbürlənməkdədir. (Möminlər/53)
  • 48Sənə də Tövratın bir qismindən, özünün içində nəql olunanları doğrulayan və on­ları qoruyub saxlayan olaraq haqq ilə Kitabı/Quranı endirdik. Belə isə onların ara­larında Allahın endirdiyi ilə hökm et. Sənə gələn haqqdan azaraq, onların arzu və hə­vəslərinə uyma. Və Biz sizdən hamınız üçün bir yol xəritəsi/ictimai yaşayış qay­daları və geniş, aydınlıq bir yol müəyyən etdik. Və əgər Allah diləsəydi, sizi tək bir başçılı cəmiyyət edərdi, lakin sizə verdiklərində sizə əziyyət etmək/sınamaq üçün be­lə etmədi. Belə isə yaxşılıqlarda yarışın. Hamınızın dönüşü yalnız və yalnız Allaha­dır. Son­ra O, özü haqqında anlaşılmazlığa düşdüyünüz şeyləri sizə xəbər verəcəkdir. (Maidə/48)
  • 37–41Yusuf: “Sizə qida olaraq veriləcək bir yemək gəlmədən əvvəl onun yo­zu­mu­nu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir. Şübhəsiz, mən Allaha inanmayan bir qövmün ki, onlar axirəti bilərək rədd edənlərin/inan­­­ma­yanların məhz özləridir, dinini, həyat tərzini tərk etdim. Və atalarım İbrahim, İshaq və Yəqubun dininə, yaşayış qaydasına uydum. Bizə Allaha heç bir şeyi ortaq qoş­ma­q olmaz. Bu, Allahın bizə və insanlara bir lütfüdür. Və lakin insan­la­rın ço­xu özlərinə verilən nemətlərin qarşılığını ödəmirlər. Ey mənim zindan yol­daş­la­rım! Ayrı-ayrı bir çox Rəbblərmi daha xeyirlidir, yoxsa hər şeyə hakim və qalib olan bir tək Allahmı? Sizin, Onun yaratdığı sərvətlərdən o sitayiş etdikləriniz, sizin və ata­larınızın uydurduğu bir sıra adlardan başqa bir şey deyildir. Bunlara sitayiş etməyiniz barədə Allah heç bir dəlil endirmiş deyildir. Hökm, ancaq Allaha aid­dir! O, sizə Özündən başqasına sitayiş etməməyinizi əmr etdi. Bax budur, bu ən doğ­ru – qo­ruyan dindir. Lakin insanların çoxu bilmirlər. Ey mənim zindan yol­daş­la­rım! Bi­riniz ağasına yenə şərab təqdim edəcək. Digəri də asılacaq və quşlar onu ba­şın­dan ye­yə­cək­lər. Bax budur, haqqında fitva istədiyiniz iş gerçəkləşdi” – dedi. (Yusuf/37-41)
  • 25Və Biz səndən öncə elə bir elçi göndərmədik ki, ona: “Doğrusu budur ki, Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün Mənə qulluq edin” – deyə vəhy etmiş olmayaq. (Ənbiya/25)
  • 7,8Və həmçinin Biz doğru insanlardan doğru olmaları barədə xəbər almaq üçün peyğəmbər­lər­dən – Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan “qəti söz”lər al­mış­dıq. Səndən də “qəti söz” aldıq. Biz onlardan ağır bir “qəti söz” aldıq. Və Allah kafirlər üçün acı verəcək bir əzab hazırladı. (Əhzab/7, 8)

14-cü ayədə bəhs edilən insanlar Qureyşlilər və o yörədəki Kitab Əhlidir. “… ancaq özlərinə bilik gəldikdən sonra” ifadəsində yer alan “elm”, Quran və Allahın Muhəmmədi (əs) elçi göndərməsidir. Çünki onlar özlərinə bir peyğəmbər göndərilməsini təmənni edirdilər və gözləyirdilər.

  • 42,43Və onlar var gücləri ilə Allaha and içmişdilər ki, özlərinə xəbərdar edən bir peyğəmbər gələrsə, tam yəqinliklə bilin ki, liderli cəmiyyətlərin hər birindən daha doğru yolda olacaqdılar. Buna baxmayaraq, o zaman ki, özlərinə bir xəbərdar edən gəldi, bu, yer üzündə bir təkəbbürlənmə və pisliyin nizamlanması baxımından onların yalnız nifrətini artırdı. Halbuki, pisliyin nizamlanması ancaq öz nizamlayıcısını hərtərəfli əhatə edir. O halda öncəkilərin qanunundan/öncəkilərə tətbiq olunandan başqa nə gözləyirlər? Onun üçün sən, Allahın buyuruğunda qətiyyən bir dəyişiklik tapa bilməzsən. Sən, Allahın buyuruğunda qətiyyən bir başqalaşma tapa bilməzsən.  (Fatir/42, 43)
  • 89Onlara Allah qatından onlarla birlikdə olanı təsdiq edən bir kitab – Quran gəldikdə isə – ki, bunlar daha öncələri kafirlərə qarşı zəfər qazanmaq istəmişdilər və o tanıdıqları özlərinə gəlmişdi – onu özləri örtdülər. Artıq Allahın kənarlaşdırması/mərhəmətindən məhrum buraxması, Allahın tanrılığını və rəbbliyini örtənlərin üzərinədir.  (Bəqərə/89)
  • 4Və o Kitab verilənlər ancaq özlərinə açıq dəlil gəldikdən sonra ayrılığa düşdülər. (Beyyinə/4)

Qureyş müşrikləri Rəsulullah üçün “Niyə, məxsusən ona peyğəmbərlik verildi?” – deyərək qarşı çıxdılar. Əhli Kitabdan bir qismi isə Muhəmməd (əs) peyğəmbər olaraq göndərilincə onu qısqandılar.

Rəbbimiz Haqq əleyhdarlarının ixtilafa düşmə səbəblərini “aralarındakı daşqınlıq üzündən ayrılığa düşdülər” – deyərək açıqlamışdır. Bundan anlaşıldığına görə, onların ayrılığa düşmə­ləri, açıqlama və gətirilən dəlillərdəki bir əskiklikdən qaynaqlanmırdı. Bu­na səbəb, azğınlıqları, qısqanclıqları, zülmləri və dünya ilə əlləşib-vuruşma­ları idi.

  • 19Şübhəsiz ki, Allah nəzdində din, İslamdır. Özünə Kitab verilən kimsələr də ancaq, öz­lə­rinə o bilik gəldikdən sonra, aralarındakı qısqanclığa görə, ayrılığa düşdülər. Kim də Allahın ayələrini ört-basdır edərsə, artıq şübhəsiz, Allah hesabı tezləşdi­rən­dir. (Al-i İmran/19)

Ayədə “Əgər Rəbbin tərəfindən “adı qoyulmuş bir müddətə qədər” sözü keçməmiş olsaydı, aralarında qətiliklə gerçəkləşdirilərdi” ifadəsi, Rəbbimizin daha əvvəl Qəmər surəsində yer alan bir prinsipinə göndərmədir:

  • 46Əslində onlara vəd edilən, o saatdır. O saat, həqiqətən daha faciəvi və daha acıdır.(Qəmər/46)

15,10Bax budur, bunun üçün sən dəvət et və sənə əmr edildiyi kimi, dosdoğru ol. Onların boş, dünyəvi arzularına uyma və de ki: “Mən, Allahın kitabdan endirdiyinə inandım və mənə aranızda ədaləti həyata keçirmək vəzifəsi əmr olundu. Allah bizim Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim etdiklərimiz yalnız və yalnız bizə, sizin etdikləriniz də yalnız və yalnız sizə aiddir. Sizinlə bizim aramızda heç bir dəlilə yer yoxdur. Allah bizi bir araya toplayacaqdır. Dönüş də yalnız Onadır. Və haqqında ixtilafa düşdüyünüz hər hansı bir şey… artıq onun hökmü Allaha aiddir. Bax budur, bu, mənim Rəbbim Allahdır. Mən yalnız Ona işin nəticəsini həvalə etdim və mən yalnız, Ona yönəlirəm”.

 

Din anlayışı ilə əlaqədar lazımi və yetərli açıqlamalar edildikdən sonra, bu ayə qrupunda da Rəbbimiz öz Elçisini müxatib alaraq, ona inkarçılara hansı təməl ismarıcları verməli olduğunu öyrədir. Ayələrin mənası tamamilə açıq və konkretdir. “Allah bizim Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim etdiklərimiz yalnız və yalnız bizə, sizin etdikləriniz də yalnız və yalnız sizə aiddir” ifadəsi iman və təslimiyyətin sərbəst iradə ilə həyata keçirilməli olan təməl bir seçim olduğunu göstərdiyi qədər, hər kəsin hesab günündə öz əməliylə baş-başa qalacağını da ifadə edir. Əksinə, hər kəs dünyada öz yararına olacaq işlərlə məşğul olmalıdır. Çünki Allah Qiyamət günü hər kəsi bir araya gətirəcək və hər kəsə etdiyinə görə qarşılıq verəcəkdir. “Dönüş də yalnız Onadır” ifadəsi, bu seçimin nəticələriylə mütləq üzləşdiriləcəyimiz ismarıcını verir.

15-ci ayədəki “… və sənə əmr edildiyi kimi dosdoğru ol!” ifadəsi Hud surəsində də yer almışdır. Bu ifadə, Peyğəmbər də daxil olmaqla, hər kəsin öz düşüncəsinə görə bir doğrusunun olması yolunu bağlamışdır.  “Sənə əmr edildiyi kimi” ifadəsiylə isə dosdoğru yolun Allahın cızdığı yol olduğu vurğulanmışdır.

Bu ayələrdə ifadə edilənlər Quranın başqa ayələrində də (Nəhl/125, Hud/32,  Ənkəbud/46, Ənam/83,  Mömin/66, Yunus/41, Səba/26) tək-tək yer almışdır.

10-cu ayədə bəhs edilən “Və haqqında ixtilafa düşdüyünüz hər hansı bir şey… artıq onun hökmü Allaha aiddir” ifadəsiylə, din mövzusunda düşülən ixtilafların və qarşılaşılan müşküllərin Allah və elçisi ilə çözüləcəyi ismarıcı verilir.

  • 59Ey iman edənlər! Allaha itaət edin. Elçiyə və sizdən olan əmr sahiblərinə/əsas idarəçilərə itaət edin. Sonra əgər hər hansı bir şeydə anlaşılmazlığa düşərsi­niz­sə, Allaha və axirət gününə inananlarsınızsa, onu Allah və Elçiyə həvalə edin. Bu, daha yaxşıdır və ən uyğun həlli tapmaq baxımından daha gözəldir. (Nisa/59)
  • 64Və Biz sənə Quranı sırf haqqında anlaşılmazlığa düşdükləri şeyləri onlar üçün açıqlayasan deyə və iman edəcək bir cəmiyyətə bir bələdçi, bir mərhəmət olaraq endirdik. (Nəhl/64)
  • 213İnsanlar tək bir başçılı cəmiyyət idi. Allah müjdəçilər və xəbərdar edənlər olmaq üçün peyğəmbərlər göndərdi və anlaşa bilmədikləri mövzularda insanlar arasında hökm etsinlər deyə, onlarla bərabər, haqq ilə kitab endirdi. Və sırf o Kitab verilənlər, özlərinə bu qədər dəlillər gəldikdən sonra aralarındakı azğınlıq üzün­dən anlaşılmazlığa düşdülər. Buna görə də, Allah Öz elmi daxilində iman edənlərə on­la­rın haqqında anlaşılmazlığa düşdükləri haqqa bələdçi oldu. Və Allah dilədiyini/diləyəni ən doğru yola bələdçiləyər. (Bəqərə/213)
  • 36Və Allah və Elçisi bir işdə hökm verdiklərində heç bir mömin kişi və mömin qadın üçün öz işlərində sərbəstlik yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə, o, açıq bir pozğunluqla azmışdır. (Əhzab/36)
  • 3Rəbbinizdən sizə endirilənə riayət edin və Onun yaratdıqlarından yol göstərən, kömək edən və qoruyan – sözdə yaxınlara uymayın. Nə qədər az öyüd alırsınız, xatırlayırsınız! (Əraf/3)

16Və özünə qarşılıq verildikdən sonra Allah haqqında mübahisə edənlər. Onların dəlilləri Rəbbi qatında ləğv edilmişdir. Və onların üzərində bir qəzəb vardır, çətin əzab da onlar üçündür.

Bu ayədə, ilahi çağırışın hər kəs tərəfindən qəbul görməsinə rəğmən Allahın varlığının mahiyyəti və insan ağlının qavrama həddini aşan sifətləri haqqında cəfəng dəlillər gətirən ağılsızlar qınanır; bu bəhanəçi, mənfəətçi güruhun ortaya qoyduğu sözdə dəlillərin keçərsiz olduğu açıqlanaraq, bu güruhun Allahın hirs və əzabıyla qarşılaşacağı bildirilir.

Allah haqqında mübahisə edənlər Yəhudilər və Xristiyanlardır. Gətirdikləri dəlil isə “Bizim peyğəmbərimiz sizinkindən, kitabımız da sizin kitabınızdan əvvəldir” şəklindəki yaxınlaşmalarıdır. Bu iki güruh, xüsusilə də Yəhudilər, Əhli-Kitab olmaları və peyğəmbərlərin soyundan gəlmələri, beləliklə də özlərinin üstün olduqları qənaətini daşıyırdılar. İnkarçılar isə inananlara: “Bizim dinimiz sizin dininizdən daha xeyirlidir. Bizim peyğəmbərimiz sizinkindən öncədir və biz sizlərdən daha xeyirliyik, Allaha daha layiqik” – deyirdilər.

  • 73Və ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman, o kafirlər iman edənlərə: “Bu iki zümrədən [Mömin və kafirlərdən] hansı məqam/mövqe baxımından daha yaxşı, oturub-durduğu insanlar/qruplaşmalar baxımından daha gözəldir?” – dedilər. (Məryəm/73)
  • 30Və Yəhudilər: “Uzeyr Allahın oğludur” – dedilər. Xristianlar da: “Məsih Allahın oğludur” – dedilər. Bu, onların ağızları ilə gəvələdikləri sözlər olub, guya bununla daha öncə yaşayan kafirlərin sözlərini təqlid edirlər. Allah onlarla vuruşmuşdur. Necə də döndərilirlər! (Tövbə/30)
  • 23Şübhəsiz ki, Allah iman edən və düzəltməyə yönəlik işlər edənləri, altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənərlər. Oradakı libasları da ipəkdir. 24Və onlar sözdən, gözəl/xoş olana bələdçilənmiş­lərdir. Həm də öyülməyə layiq olan Allahın yoluna bələdçilənmişlərdir. (Həcc/23, 24)
  • 8İnsanlardan bəziləri də Allah haqqında şüursuzca, bələdçi olmadan, aydınladıcı bir kitab olmadan mübahisə edirlər.
  • 9Onun belini əyib bükməsi/fənd işlətməsi, Allah yolundan azdırmaq üçündür. Bu dün­yada ona bir rüsvayçılıq vardır. Və Biz qiyamət günündə ona yandırıcı cəhən­nə­min əzabını daddıracağıq. (Həcc/8, 9)

17Allah bu kitabı və tərəzini/ölçünü haqqla endirən Zatdır. Və sənə nə bildirir ki, bəlkə də o Qiyamətin qopma zamanı çox yaxındır!

18Ona inanmayan insanlar Qiyamətin tez gəlməsini istəyirlər. İnananlar isə ondan qor­xuyla titrəyərlər və onun gerçək olduğunu bilirlər. Yaxşı bilin ki, Qiyamətin qop­ma zamanı haqqında mübahisə edənlər, qətiliklə, geri dönüşü olmayan bir pozğunluq içində­dirlər.

Bu ayələrdə mövzu yenə Kitab və Axirətə gətirilmişdir. Məzlumun haqqının zalımdan alınaraq ədalətin təmin olunması, müşriklərin, zalımların dünyada etdiklərinin cavabsız qalmaması üçün Rəbbimizin Kitabı və Mizanı [Ədalət Tərəzisini] endirdiyi bildirilmişdir.

Ona inanmayan kimsələr onun [qiyamətin] tələsik gəlməsini istəyirlər. İnananlar isə ondan qorxuyla titrəyərlər və onun gerçək olduğunu bilirlər” ifadəsini belə anlamaq mümkündür:  “Möminlər, qiyamət qopduğu zaman tövbə etməyin faydasız olduğunu bildikləri üçün hesab narahatlığıyla tir-tir titrəyərlər və qorxarlar. Öldükdən sonra dirilməyi inkar edənlərə gəlincə… Onlar üçün belə bir qorxudan bəhs edilmir.” Möminlərin qorxması, itaət yolunda qeyrətlərini ortaya qoy­maqla birlikdə, etdikləri yaxşı işləri kiçik, yetərli gördüklərinə görədir.

  • 57–61Şübhəsiz, Rəbbinə duyduqları dərin heyranlıq və hörmətin nəticəsi olaraq, Ondan uzaqlaşma qorxusundan tir-tir titrəyən bu kəslər, Rəbbinin ayələrinə inanan kəslər, Rəbbinə ortaq tanımayan kəslər, şübhəsiz, özləri Rəbbinə dönəcəklər deyə verdiklərini qəlbləri ürpərərək verən kəslər – bax budur, onlar yaxşılıqlarda yarışanlardır və yaxşılıqlar üçün öndə gedənlərdir. (Möminlər/57-61)

Ayədə bəhs edilən “Kitab”, Quran və digər peyğəmbərlərə endirilmiş bütün Kitablardır.  “Mizan” da “Ədalət”dir.  ”Ədalət”ə “Mizan [Tərəzi]” deyilməsinin səbəbi, tərəzinin haqların haqq sahibləri arasında ədalətlə paylaşdırılma, bölüşdürülmə simvolu olduğuna görədir.

  • 25And olsun ki, Biz elçilərimizi açıq dəlillərlə göndərdik və insanların haqqaniy­yət­li fəaliyyətini təmin etmələri və Allahın dininə və elçilərinə, kimsə özlərini gör­mə­di­yi və tanımadığı yerlərdə belə kömək edənləri müəyyən etməsi/işarələyib göstərməsi üçün onlarla birlikdə kitabı və ölçünü endirdik. Biz özündə böyük bir qüvvət və in­san­lar üçün yararlar olan dəmiri də endirdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üs­tündür. (Hədid/25)
  • 7–9Və səmanı da əmələ gətirdi, onu yüksəltdi və tərəzidə/ölçüdə/tarazlıqda azğınlıq etməyəsiniz deyə, tərəzini/ölçünü/tarazlığı qoydu. Ölçünü haqq məqsədiylə dikəldin/dik tutun, tərəziyə/ölçüyə/tarazlığa zərər verməyin. (Rəhman/7-9)

17-ci ayədə Saatın [Qiyamətin] yaxın olduğu vurğulanır. “Və sənə nə bildirir ki, bəlkə də o Saat [qiyamət] çox yaxındır!” ifadəsi insanları axirətə hazırlıq etməyə təşviq etdiyi kimi, dünyaya tutquyla bağlanmamaq şüurunu da qazandırır. İnkarçıların qiyaməti yüngül sayaraq tələm-tələsik gəlməsini istəmələri, inananların isə onun ağırlığını hiss edərək çəkinib titrəmələri, iki fərqli dünyagörüşünə sahib olduqlarına görədir. Yanlış dünyagörüşünə sahib olan inkarçılar “Yaxşı bilin ki, saat [qiyamət] haqqında mübahisə edənlər qəti olaraq uzaq [geri dönüşü olmayan] bir azğınlıq içindədirlər” ifadəsiylə açıq şəkildə təhdid edilirlər. Çünki düşünsələr, bu qədər varlığı və sistemi yaradan Allahın ölüləri diriltməyə də qadir olduğunu dərhal qəbul edərlər.

  • 27Və O, yaratmağı başladan, sonra onu çevirib yenidən edəndir. Və bu, Ona çox asandır. Və göylərdə və yerdə ən uca nümunə Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Rum/27)
  • 36Yoxsa o insan özbaşına buraxılacağınımı sanır? 37O, nizamlanmış/diqqətlə ölçülüb biçilmiş spermadan bir nütfə deyildimi?
  • 38Sonra da bir embriyon idi ki, sonra onu əmələ gətirmiş, sonra da nizama salmışdır 39ki, ondan da iki həmtayı – erkək və dişini var etmişdir.
  • 40Yaxşı, bütün bunları edən, ölüləri diriltməyə gücü yetən deyilmidir? (Qiyamət/36-40)

19Allah qullarına çox ərməğan verəndir. Dilədiyini/diləyəni ruziləndirir. Və O, hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.

20Hər kim Axirət əkinini istəyərsə, Biz onun əkinində, onun üçün artdırarıq. Və hər kim dünya tarlasını istəyərsə ona da ondan verərik. Və onun üçün Axirətdə heç bir nəsib yoxdur.

Öncəki bölmədə qiyamətin gerçəkliyi, ədalətin təmin olunacağı bəyan edildikdən sonra, bu ayələrdə də Rəbbimiz qullarına rəhmət, lütf qapılarını açaraq hər kəsi xeyir yığıb toplamağa dəvət etmişdir.

“لطيف Lətif”. Lətif sözü qısaca “lütfkar” şəklində də ifadə edilə bilir. Ancaq sözü içində olduğu bölmədəki bağlamıyla ələ alarıqsa, çox daha geniş bir məna mahiyyətinə sahib olduğu görünür. Bu mənalardan bəziləri bunlardır:

* Azı qəbul edən, buna qarşılıq bir çox ehsan və lütflər edən;

* Qəlbi qırıq olanın qəlbini təmir edən, çətin şeyləri asanlaşdıran;

* Ədalətindən başqa heç nəyindən qorxulmayan, lütfündən başqasına da ümid bağlanılmayan;

* Quluna qeyrətindən artıq nemət ehsan edən;

* Qulunu ancaq taqətinə görə itaət ilə mükəlləf qılan;

* Edilən xidmətə yardımçı olan və tərifi çox-çox edən;

* Özünə üsyan edənləri cəzalandırarkən tələsməyən, özünə bağlanan ümidləri boşa çıxarmayan;

* İstəyən kimsəni geri çevirməyən, özündən ümid edən­ləri də təsəlli edən;

* Yanılan kimsələri əfv edən;

* Öz özünə acımayan kimsələrə belə mərhəmət edən

  • 18Və əgər Allahın nemətlərini saymaq istəsəniz, onları saya bilməzsiniz. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir. (Nəhl/18)
  • 6Və yer üzündə heç bir kiçik-böyük canlı yoxdur ki, ruzisi Allaha aid olmasın. Allah onun yerləşdiyi yerini də, müvəqqəti olduğu yeri də bilir. Hamısı açıq-aşkar bir kitabdadır.  (Hud/6)
  • 20Allahın, göylərdə və yer üzündə nə varsa hamısını sizin üçün boyun əydirdiyini, si­zin faydalanacağınız quruluş və sistemdə yaratdığını görmədinmi? Və Allah ba­tin­də və zahirdə olmaqla nemətlərini üzərinizə yaymışdır. İnsanlardan eləsi də var ki, biliksiz, bələdçisiz və aydınladıcı bir kitabı olmadan, Allah haqqında müba­hi­sə edir. (Loğman/20)
  • 77,78Ey iman edənlər! Zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı birləyin, boyun əyib təslimiyyət göstərin, Rəbbinizə qulluq edin, yaxşılıq edin və Allah uğrunda layiqincə əzm göstərin. O, sizi seçdi və dində – atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha öncə və bax budur, Quranda… Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün sizi “Müsəlmanlar” olaraq adlandırdı. Belə isə, salaatı iqamə edin, zəkatı/verginizi verin və Allaha sarılın. O, sizin mövlanız – yol göstərən, kömək edən, qoruyan yaxınınızdır. O, nə gözəl mövla və nə gözəl köməkçidir! (Həcc/77, 78)
  • 27Və Allah, sizin tövbənizi qəbul etmək istəyir. Şəhvətlərinə uyan insanlar da, sizin doğru yoldan əyri yola meyl etməyinizi istəyirlər.
  • 28Allah sizdən yüngülləşdirmək istəyir. Və şübhəsiz ki, insan çox zəif yaradılmışdır.(Nisa/27, 28)
  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir.  (Zühruf/32)
  • 20Biz səndən əvvəl də sadəcə, yemək yeyən, bazarlarda yeriyən elçilərdən göndərdik. Və Biz sizin bir qisminizi bir qisminiz üçün saflaşdırmaq məqsədilə sıxıntı vasitəsi etdik. Səbr edərsinizmi! Və sənin Rəbbin çox yaxşı görəndir. (Furqan/20)

20-ci ayədəki “Hər kim axirət əkinini istəyərsə” ifadəsindəki “əkin” əməl və qazancdır. Burada verilən ismarıc budur: “Bizim özünə verdiyimiz ruzini işlədərək axirəti üçün sərmayə edənlərə, bu etdiyi işin mükafatını qat-qat verəcəyik.”

Bu qarşılıq, bi­rə on, birə yeddi yüz, hətta daha da artıq olmaqla veriləcəkdir.

  • 160Kim yaxşılıq edərsə, artıq ona etdiyinin on misli vardır. Kim də pislik edərsə, artıq o, sadəcə onun misli ilə cəzalandırılar və onlar haqsızlığa uğradıl­maz­lar. (Ənam/160)
  • 261Mallarını Allah yolunda xərcləyənlərin/başda yaxınları olmaqla başqalarının dola­nışıq­larını təmin edənlərin örnəyi, vəhy edilən, başaq bitirən və hər başağında yüz ədəd toxum olan buğda örnəyi kimidir. Allah dilədiyinə qat-qat artırar. Və Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, çox yaxşı biləndir. (Bəqərə/261)

20-ci ayənin ikinci cümləsi olan “Və hər kim dünya tarlasını istəyərsə, ona da ondan verərik. Və onun üçün axirətdə heç bir nəsib yoxdur” ifadəsiylə də, haram-halal demədən sadəcə dünya üçün çalışanların da bu çalışmalarının qarşılığını alacaqları; ancaq belə edənlərin axirətdə məhrumiyyətlə qarşı-qarşıya qalacaqları bildirilir.

  • 18Hər kim tələm-tələsik keçən dünyanı istəyərsə, istədiyimiz insana dilədiyimiz şeyi tezləşdirərik. Sonra onun üçün cəhənnəmi hazırlayarıq, qınanmış və qovulmuş olaraq oraya girər. 19Kim də axirəti istəyərsə və mömin olaraq axirətə yaraşan bir cəhd ilə, axirət üçün çalışarsa, bax budur, elələrinin çalışmalarının qarşılığı verilər. 20Hamısına – dünyanı istəyənlərə və axirəti istəyənlərə Rəbbinin ehsanından verərik. Rəbbinin ehsanı məhdud deyildir. (İsra/18-20)
  • 1–3Əlif/1, Lam/30, Ra/200. Bu, Bizim insanları Rəbbinin izni/biliyi ilə qaranlıqlardan aydınlığa – ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, öyülən, öyülməyə layiq olanın, göylərdə və yer üzündə olan şeylər Özünün olan Allahın yoluna çıxarmağın üçün sənə endirdiyimiz bir kitabdır. Və dünya həyatını Axirətdən üstün tutan, Allahın yolundan döndərən və onun əyriliyini istəyən kafirlərin, şiddətli bir əzaba görə vay halına! Bax budur, bunlar çox uzaq bir pozğunluq içindədirlər. (İbrahim/1-3)
  • 200–203Sonra da Allaha dair vəzifələrinizi yerinə yetirdiyinizdə tamamilə, atalarını­zı andığınız kimi, hətta daha qüvvətli bir anmaqla, Allahı anın. Və Allahı sayı bəlli olan günlər­də anın. Artıq kim iki gün içində təcili edərsə, ona günah yoxdur. Kim də təxirə salarsa, ona da günah yoxdur. Bu, Allahın qoruması altına girmiş insanlar üçündür. Allahın qoruması altına girin və şübhəsiz, özünüzün Ona toplanacağınızı bilin. 199Sonra da insanların axıb gəldiyi yerdən, siz də axıb gəlin və Allahdan bağışlanma istəyin. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir. Bax budur, insanlardan bəziləri: “Ey Rəbbimiz! Bizə dünyada ver!” – deyən insanlardır. Onun üçün də onlara axirətdə haqq etdikləri bir pay yoxdur. (Bəqərə/200-203)
  • 106Hər kim imanından sonra küfr edər, qəlbi iman ilə yatışmış halda ikən, şiddətlə məcbur edilən istisna olmaqla, həmçinin küfrə – inanmamağa köksünü açarsa, artıq özlərinin üzərinə Allahdan bir qəzəb vardır. Onlar üçün böyük bir əzab da vardır.
  • 107Bu, onların dünya həyatını Axirətdən daha sevimli gördüklərinə və şübhəsiz, Allahın da kafirlər qövmünə doğru yolu göstərmədiyinə görədir. (Nəhl/106, 107)
  • 145Və hər kəs, sadəcə, Allahın biliyi ilə vaxtlandırılmış bir yazı olaraq ölür. Və kim dün­ya qarşılığını diləyərsə, özünə ondan verərik. Kim də axirət qarşılığını istəyərsə, ona da, ondan verərik. Və Biz sahib olduğu nemətlərin qarşılığını ödəyənləri qarşılıqlan­dı­ra­cağıq. (Al-i İmran/145)
  • 29,30Heç şübhəsiz, Allahın kitabını oxuyan, salaatı iqamə edən və özlərini ruziləndirdiyimiz şeylərdən gizli və açıq şəkildə Allah yolunda xərcləyən/yaxınlarının dolanışıqlarını təmin edən bu insanlar, Allah mükafatlarını özlərinə büsbütün versin və ərməğanlarından özlərinə artırsın deyə, tam yəqinliklə bilin ki, müflis olma ehtimalı/imkanı olmayan bir ticarəti umarlar. Heç şübhəsiz, O çox bağışlayan və qarşılıq verəndir. (Fatir/29, 30)

21Yoxsa onların Allahın dində izin vermədiyi şeyi onlar üçün qanuni qılmış ortaqlarımı vardır? Əgər “Fasl Sözü” olmasaydı, aralarında qətiliklə işləri bitirilmişdi. Və şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, özləri üçün acı bir əzab olanlardır.

22Özlərinə vaqe olduğunda, qazandıqları şeylərə görə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanların ürkdüklərini görərsən. İman etmiş, düzəltmək yönündə işlər edənlər isə cənnətlərin bağçalarındadırlar. Rəbbinin yanında, onlar üçün istədikləri şeylər vardır. Bax budur, bu, böyük ərməğanın məhz özüdür.

Rəbbimiz mövzunu yalan sayanların, müşriklərin münasibətlərinin qaynağına gətirib, onlar haqqında “Yoxsa onların, Allahın dində izin vermədiyi şeyi özləri üçün məşru qılmış ortaqlarımı vardır?” – buyurmuşdur. Bu sual da bir “İstifham-i İnkari”dir. Bu bədii ifadənin ismarıcı, “Qətiliklə onların Allahın dində izin vermədiyi şeyləri özlərinə məşru qılan ortaqları vardır” – deməkdir. 13-cü ayədə Allahın Nuhdan bəri şəriət qoyduğu, 17-ci ayədə isə Allahın Kitab və mizan endirdiyi bildirilmişdi. Anlaşılan odur ki, müşriklər, buna inanmadıqlarından və ya ağıllarınca Allahın yaratdıqlarından birilərinin qoyduğu prinsipləri din olaraq mənimsədiklərinə görə burada təhdid edilmişdilər. Bu təhdid, istinad etdikləri anlayışın keçərsiz olduğu və isə yarayan olmadığı bəyan edildikdən sonra, “Əgər ‘Fasl sözü’ olmasaydı, aralarında qətiliklə gerçəkləşmişdi [işləri bitirilmişdi]. Və şübhəsiz ki, zalımlar, özləri üçün acı bir əzab olanlardır” sözləriylə edilmişdir.

  • 46Əslində onlara vəd edilən, o saatdır. O saat, həqiqətən daha faciəvi və daha acıdır. (Qəmər/46)

22-ci ayədə zalımların aqibətləri yanlış yolda olduqlarına görə tir-tir titrəyəcəkləri bildirildikdən sonra, bu dəfə də əkslik metodu ilə salihatı işləyən möminlərin nail olacağı nemətlərə toxunulur. Beləliklə möminlər ruhlandırılarkən, kafirlər də tövhidə dəvət edilir.

Ayədə bəhs edilən “ortaqlar” insanların yalvardıqları, dua etdikləri, nəzir verdikləri sözdə tanrılar deyildir. Çünki onların ortaya qoyduqları hər hansı bir şəriət yoxdur. Burada bəhs edilən ortaqlar, insanların Allah ilə bərabər hökm qoymaqda ortaq qəbul etdiyi kimsələr və qurumlardır. İnsanlar onların ortaya qoyduğu nəzəriyyələrə, əqidələrə sorğusuz-sualsız bağlanır, onların düzəltdikləri qanunlara təslim olur və qeydsiz-şərtsiz itaət edərsə, o zaman bu adam və qurumlar şəriətdə Allaha ortaq tutulmuş sayılır. Belə cəmiyyətlərdə Allahın qoyduğu prinsiplər gözardı edilir, onun yerinə bu adam və qurumların sistemləri keçirilir. Beləliklə, fərdi və kütləvi həyatın nizamlanmasında, alış-verişdə, məhkəmələrdə, siyasətdə, idarəçilikdə onların qərarları [şəriətləri] əsas alınır.

23Bax budur, bu, Allahın, iman edən, düzəltmək yönündə işlər edən qullarına müjdələdiyi şeydir. De ki: “Mən bu təbliğimə qarşı sizdən yaxınlıqda sevgidən başqa, heç bir ödəniş istəmirəm”. Və hər kim bir yaxşılıq/gözəllik edərsə, Biz onda olan yaxşılığı/gözəlliyi artırarıq. Şübhəsiz ki, Allah  çox bağışlayandır, qarşılığını verəndir.

Bir öncəki ayədə “böyük lütf” olaraq xarakterizə edilən şeylərin bu ayədə “iman edən, salihatı işləyən qullarına müjdələdiyi şey” olduğu açıqlanmış və hər kəs iman etməyə, salihatı işləməyə dəvət edilmişdir. Ayənin sonunda Peyğəmbərə söylətdirilən: “Mən onun üzərinə [bu təbliğimə qarşı] sizdən yaxınlıqda sevgidən başqa heç bir ödəniş istəmirəm” – şəklindəki ifadə, üzərində xüsusilə durulması lazım gələn mənalar ehtiva edir.

Məvəddətən Fi’l-Qurba [Yaxınlıqda Sevgi]. 23-cü ayədə yer alan “məvəddətən fil-qurba” ifadəsi, bir sıra təfsirçilər və bəzi dairələr tərəfindən fərqli şəkildə izah olunaraq, həm fitri reallıqlara, həm də İslam prinsiplərinə zidd bir anlayışın zəmini halına gətirilmişdir.

Aşağıdakı nümunələr, bəhs edilən ibarənin hansı istiqamətlərdə mənalandırıldığını göstərir:

* Mən sizdən sadəcə əqrəbalıq bağına görə mənə sevgi bəsləməyinizi və beləliklə, məni qorumağınızı istəyirəm” – deməkdir. Sanki onlara belə demiş kimidir: Əgər peyğəmbər olduğum üçün mənə uymursunuzsa, heç olmaz­sa əqrəba olduğuma görə mənə uyun. Mənimlə aranızdakı qopardığınız əqrəbalıq bağını yenidən təsis edin;

* Mən sizdən yaxın əqrəbalarımı və Əhl-i Beytimi sevməyinizdən başqa hər hansı bir ödəniş istəmirəm;

* Mən sizdən sizə gətirdiklərimin qarşılığında [Allah xətrinə] bir-birinizi sevməyinizdən və Ona itaət ilə yaxınlaşmağınızdan başqa bir ödəniş istəmirəm;

* Mən sizdən Al­laha sevgi bəsləməyinizdən və itaət edərək Ona yaxınlaşmağınızdan başqa bir şey istəmirəm.

Mövzumuz olan 23-cü ayə ilə əlaqədar bir başqa iddia isə Allahın, etdiyinə qarşılıq Rəsulullaha ödəniş istətdiyi, təbliğdən qarşılıq gözlətdirdiyi və daha sonra da bu qərardan döndüyüdür. İbrət üçün nəql edirik:

Bəziləri da “Ayə-ti Kərimə nəsh olmuşdur” – demişdilər. Çünki bu ayə Məkkədə enmişdir. Müşriklər Rəsulullaha (səs) əziyyət edirdilər. Bu­ndan sonra bu ayə enmiş və Uca Allah onlara Peyğəmbəri (səs) sevmələrini, onun əqrəbalıq bağını qorumalarını əmr etmişdir. Məkkədən Mə­dinəyə hicrət edib, Ənsar onu qəbul edib, ona yardım edincə, Uca Allah da onu “Mən sizdən bunun üçün hər hansı bir ödəniş də istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir (Şüəra/109, 127, 145, 164, 180)” deyən digər peyğəmbər qardaşlarına qatmağı murad edincə, sonra: “De ki: Mən sizdən buna qarşılıq, əqrəbalıqda sevgidən başqa, ödəniş istəmirəm” buyu­ruğunu endirdi. Beləliklə bu buyuruq, həm bu ayə-ti kərimə ilə həm də Uca Allahın “De ki: Buna qarşılıq sizdən heç bir ödəniş istəmirəm və mən özümdən bir şeylər uyduranlardan da deyiləm (Sad/86)”; “Yoxsa sən onlardan ödənişmi istəyirsən? Rəbbinin verdiyi ruzi daha xeyirlidir (Möminlər/23/72)” və “Yoxsa, sən özlərindən bir ödəniş istəyirsən, buna görə də onlar, ağır bir borc altınamı girdilər? (Tur/40)” buyu­ruqları ilə nəsh oldu. Bu açıqlamanı əd-Dahhak ilə əl-Huseyn b. əl-Fadl et­mişdilər. Həmçinin Cuveybir bunu əd-Dahhak və İbn Abbasdan da rəvayət et­mişdir. [3]

Ayənin Nüzul Səbəbi:

Bu ayənin nə səbəblə endiyi xüsusunda (təfsir alimləri) fərqli görüşlərə sahibdirlər. İbn Abbas dedi ki, Peyğəmbər (səs) Mədinəyə gəldiyində elə bir­ sıra hadisələrlə qarşı-qarşıya gəlir və elə bir sıra haqları yerinə yetirmək məcburiyyətində olurdu ki, əlində olanlar bunları yerinə yetirməyə çatmırdı. Buna görə də Ənsar: “Şübhəsiz, Allah bu zat sayəsində si­zi hidayəyə çatdırmışdır. Həmçinin o sizin qardaşınızın oğludur. O əlindəki imkanların əl vermədiyi bir sıra hadisələrlə və yerinə yetirmək məcburiyyətində olduğu haqlarla qarşı-qarşıya qalır. Haydı, onun üçün bir mal toplayaq!” – de­dilər və bunu etdilər. Sonra da bu topladıqları malı götürüb ona verdilər, bundan sonra bu ayə-ti kərimə nazil oldu.

Əl-Hasən də belə demişdir: Bu ayət-i kərimə, Ənsar ilə Mühacir qarşılıqlı olaraq öyünməyə başlayınca nazil olmuşdur. Ənsar: “Biz bunları etdik” – deyə öyündü, muhacirlər də Rəsulullaha (səs) olan yaxınlıqları ilə öyündülər. Miksəmin İbn Abbasdan rəvayətinə görə, o belə demişdir: “Rəsulullah (səs) bir ­sıra sözlər qulağına gəlincə, bir xütbə irad etdi və Ənsara bunları söylədi: “Sizlər öncədən zəlil idiniz, mənim sayəmdə Allah sizi əziz qılmadımı? Sizlər öncədən azğın olub, mənimlə Allah sizi hidayəyə çatdırmadımı? Sizlər öncə­dən qorxu içərisində ikən, mənimlə Allah sizi əmniyyətə qovuşdurmadımı? Nə üçün mənə cavab vermirsiniz?” Onlar: “Sənə nə deyə cavab verək?” – deyə sor­uşdular. Belə buyurdu: “Deyə bilərsiniz ki, Sənin qövmün səni qovunca, biz səni qəbul etmədikmi? Sənin qövmün səni yalan sayınca, biz səni təsdiq etmədikmi?” Beləliklə, onlara bir çox şey sayıb tökdü. Bundan sonra (Ənsar) dizləri üzərlərinə çöküb: “Canlarımız və mallarımız sənindir” – dedilər: Bu dəfə: “De ki: Mən sizdən buna qarşılıq, əqrəbalıqda sevgidən başqa, ödəniş istə­mirəm” buyuruğu nazil oldu. [4]

Peyğəmbərlərin təbliğlərinə qarşılıq heç bir ödəniş istəmədikləri, almadıqları bir çox ayədə (Şüəra/109, Furqan/57, Səba/47, Sad/86, Maidə/67) açıq şəkildə bildirilmişdir.

Yuxarıdakı ayələrdən də açıq şəkildə anlaşıldığı kimi, vəhyin təbliğinə qarşılıq ödəniş tələbində olmaq caiz deyildir. Nuh peyğəmbərdən Rəsulullaha qədər heç bir elçi, vəzifəsinin qarşılığında ödəniş istəməmiş və almamışdır. Yusuf/104, Şüəra/109, 127, 145, 164, 180, Səba/47, Ya Sin/ 21, Sad/86, Yunus/72, Hud/29, 51, Şura/23, Qələm/46, Tur/40 ayələrindən də görürük ki, Rəbbimiz heç bir peyğəmbərinə etdiyi vəzifə qarşılığında hər hansı bir ödəniş istətməmişdir. Beləliklə, peyğəmbərimizin də kimsədən hər hansı bir ödəniş istəməsi mümkün deyildir. Buna, əqrəbalarının qorunmasını, sevilməsini istəmək də daxildir. Çünki nəticə etibariylə belə bir istək də bir mənfəətdir, mənfəət təmin etməkdir.

Belə olmasına baxmayaraq, Şura/23-dəki “yaxınlarda sevgi istəyirəm” ifadəsi, peyğəmbərimizin yaxınlarına, Əhli-beytinə sevgi duyulmasını istədiyi yolundakı əsilsiz rəvayətlərin təsiriylə “yaxınlarımı, Əhli-beytimi sevməyinizi istəyirəm” şəklində izah edilmişdir. Halbuki ayədə yiyəlik bildirən hər hansı bir əvəzlik və ya işarə yoxdur. Bu ifadə “Allaha gedən yolu istəməyiniz, Allaha yaxınlıq üçün sevgi əmələ gətirməyiniz” mənasındadır. Əks hal, yəni peyğəmbərimizin yaxınları üçün bir tələbdə olması halı isə mümkün deyildir, belə ki, belə bir istək elçilik prinsiplərinə zidd olur. Əslində elə ayələrin siyak və sibakı da xitabın elə kafirlərə olduğunu göstərir. Müxatib kafirlər olduğuna görə, onlardan bir qarşılıq, bir mükafat gözləmək də mənasızdır. Çünki kafirlər peyğəmbəri qəbul etmir və onunla şiddətlə mübarizə edirlər. Belə bir mübarizənin olduğu şəraitdə tərəflərdən birinin qarşı tərəfdən öz yaxınlarının sevilməsini istəməsi isə son dərəcə məntiqsizdir.

Elçilərin etdikləri vəzifə qarşılığında hər hansı bir ödəniş istəməmələri, elçiliklərinin gerçək bir sübutudur. Çünki elçilər vəzifələrini sadəcə heç bir mənfəət qorumadan etməklə qalmayır, bundan da artıq, rahat həyatlarını buraxaraq bütün işlərini tərk edir, adlarının dəliyə, yalançıya, sehirbaza çıxmasına sinə gərir; inanmayan yaxınlarıyla əlaqələrinin qopmasını nəzərə alır və üstəlik də bir sürü işgəncəyə də qatlanmaq məcburiyyətində qalırlar. Gerçək elçi olmayan birinin keçici mənfəətləri uğruna bütün bunları nəzərə alması mümkün deyildir. Tam əksinə, gerçək elçi olmadığı halda bu yolla hökmdar və lider olmaq üçün hərəkət edən bir adam, kütlənin xoşuna getmək üçün onların adətlərini, mühakimələrini qəbul edər və bunlardan yararlanma yoluna gedər. Əslində isə Qurandan öyrəndiyimizə görə, peyğəmbərimiz sadəcə bu cür mühakimələri kökündən baltalamaqla qalmir, eyni zamanda qəbiləsinin Ərəbistan bütpərəstləri üzərində təsir və hegemonluq qurmalarını təmin edən ana ünsürü da yerlə bir edirdi.

24Ya da onlar: “Allah haqqında yalan uydurdu”mu? – deyirlər. Bax budur, əgər Allah diləyərsə, sənin də qəlbini möhürləyər, batili yox edər və sözləri ilə haqqı gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlblərdə olan şeyləri çox yaxşı biləndir.

Bu ayədə də yenə müşriklərin “Quranı Muhəmmədin özü uydurdu” şəklindəki ittihamlarına cavab verilmişdir. Belə olmadığı, Peyğəmbərin belə bir şey etməyə təşəbbüs etməsi halında Allahın onun qəlbini də möhürləyəcəyi, o zaman onun da müşriklərdən bir fərqinin qalmayacağı; Peyğəmbərin Allah adından özündən ortaya heç bir şey ata bilməyəcəyi, Allahın buna qətiliklə izin verməyəcəyi sərt ifadələrlə bildirilmişdir.

  • 44–47Əgər Elçi/Muhəmməd bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə, ondan bütün gücünü alardıq. Sonra ondan can damarını, qətiliklə, kəsərdik. Artıq sizdən heç biriniz də ona sipər ola bilməzdiniz. (Haqqa/44-47)

25Və O, qullarının tövbəsini qəbul edər, pisliklərdən əfv edər və sizin etməkdə olduğunuz şeyləri bilir.

26Və O, iman etmiş və düzəltmək yönündə işlər edənlərə qarşılıq verir və onlara ərməğanlarından daha artığını verir. Kafirlər isə… Şiddətli bir əzab onlar üçündür.

Bu ayələrdə Rəbbimiz Özünü tövbələri qəbul edən, qullarının pisliklərini əfv edən, iman edib salihatı işləyənlərə icabət edən, onları etdiklərinin qat-qat artığıyla mükafatlandıran olduğunu bildirərək, qullarını ümidləndirir və təşviq edir. Buna baxmayaraq, nankorluq edənləri isə özlərinə çatacaq şiddətli bir cəza ilə xəbərdar edir.

  • 110Kim bir pislik işlər, yaxud öz-özünə haqsızlıq edər, sonra da Allahdan bağışlanma di­ləyərsə, Allahın çox bağışlayıcı və çox mərhəmətli olduğunu görər. (Nisa/110)
  • 186Və qullarım səndən Mənim haqqımda soruşduqları zaman, bilin ki, şübhəsiz, Mən çox yaxınam. Mənə yalvarınca, yalvaranın yalvarışına cavab verərəm. O halda kamala yetmələri üçün onlar da Mənə qarşılıq versinlər və Mənə inansınlar. (Bəqərə/186)

27Və əgər Allah ruzini qullarına yaysaydı/döşəsəydi [bol-bol versəydi], qətiliklə, yer üzündə azğınlıq edərdilər. Lakin Allah, dilədiyini bəlli bir ölçüyə görə endirir. Şübhəsiz ki, O, qullarından ən çox xəbəri olandır, ən yaxşı görəndir.

28Və O, insanlar ümidlərini kəsdikdən sonra, yağışı endirən və mərhəmətini yayan­dır. Və O, öyülməyə layiq olandır, köməkçi, yol göstərici, qoruyucu yaxındır.

Bu ayələr, 26-cı ayədəki “Və O, iman etmiş və düzəltmək yönündə işlər edənlərə qarşılıq verir və onlara ərməğanlarından daha artığını verir” açıqlaması bağlamında təfəkkürlərdə meydana çıxan “Yaxşı, amma o halda möminlər nə üçün sıxıntı içindədirlər?” tərzindəki suala cavab xüsusiyyəti daşıyır.

Ayənin Nüzul Səbəbi:

Bu ayənin nüzulü ilə əlaqədar olaraq belə deyilmişdir: Ayə Suffə Əhlindən bir sıra kimsələrin geniş ruzi sahibi olmağı təmənni etdiklərinə görə enmişdir. Habbab b. Eret dedi ki: “Ayə bizim haqqımızda endi. Biz Nadiroğulları, Qureyza və Kaynuka oğullarının mallarına baxdıq, o mallara sahib olmağı təmənni etdik. Bundan sonra bu ayə endi”. [5]

“Bu buyuruq, Məkkə Əhlinə sonunda ümid kəsincəyə qədər yeddi il müddətdə yağış yağmaması, sonra da Uca Allahın yağışı yağdır­dığına görə enmişdir. [6]

Uca Allah əgər möminlərə çox şeylər vermiş olsaydı, onlar yenə ondan daha artığını istəyəcək­dilər. Bəlkə də zənginləşmələri üzündən azacaqdılar, daşqınlıq edəcəkdilər. İnsanoğlu, xarakterinə uyğun olaraq, bir zənginlik və iqtidar əldə etdiyində böyüklənir, yekəxanalıq edir. Amma bir sıxıntı, bir bəla və istənməyən bir halın içinə düşdüyündə yıxılar, yazıqlaşar, Allahı xatırlayar.

  • 6–8Qətiyyən sənin düşündüyün kimi deyil! Dönüşünün Rəbbinə olmasına baxmayaraq, insan özünü özünə yetərli gördüyündə tamamilə yolundan azar. (Ələq/6-8)
  • 1,2Çoxaltma yarışı, məzarlarınıza girənə qədər sizi əyləndirib başınızı qatdı.(Təkasür/1, 2)
  • 36Biz insanlara bir mərhəmət daddırdığımız zaman da, onunla öyünürlər. Əllərinin öncədən etdiyi şeylərə görə, özlərinə bir pislik isabət edərsə, dərhal onlar ümidsizliyə düşərlər. (Rum/36)
  • 71Və Allah ruzi barəsində birinizi digərinizdən üstün qılmışdır. Özlərinə üstünlük verilənlər öz ruzilərini/yeyib içəcəklərini, sərvətlərini, sözləşmələrə uyğun olaraq, himayə­lə­rin­də saxladıqları insanlara, hamısı ruzidə bərabər olmaqla verməzlər. O halda bunlar, Allahın nemətini bilərək ört-basdırmı edirlər? (Nəhl/71)
  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/32)

29Və göylərin, yer üzünün yaradılması, göylərdə və yerdə hər dabbehdən/canlıdan törədib yayması, Onun əlamətlərindən/nümunələrindəndir. Və O, dilədiyi zaman onların hamısını toplamağa gücü yetəndir.

Bu ayə də Rəbbimizin Özünü tanıtdığı ayələrdəndir. Göyləri və yer üzüylə bütün kainatı yaratması, ən kiçiyindən ən böyüyünə qədər yer üzünü saysız canlılarla təchiz etməsi, fəaliyyətə qoyduğu fiziki, bioloji qaydalarla kainatda mükəmməl işləyən möcizəvi sistemlər qurması, Uca Allahın varlığının, elminin, qüdrətinin dəlillərindəndir. Ayə Rəbbimizin yaratdığı bütün varlıqları nəzarət altında tuttuğu, onları heç bir zaman öz hallarına buraxmadığı ismarıcını verərək sona yetir.

Ayədəki “dabbəh [canlılar]” ifadəsi həm görünüşləri, rəngləri, dilləri, təbiətləri, cins və növləri fərqli olan insan, fil, balina kimi böyük canlıları, həm də bakteriya və virus kimi mikro canlıları əhatə edir.

  • 8Və Allah özlərinə minəsiniz, həm də zinət olsun deyə, atları, qatırları və eşşəkləri yaratdı. Bilmədiyiniz şeyləri də, O yaradır. (Nəhl/8)

Ayədəki “o ikisində [göylərdə və yerdə] hər dabbəhdən/canlıdan törədib yayması” ifadəsi, qənaətimizə görə, həyatın sadəcə dünyada deyil, digər planetlərdə də olduğuna işarə edir.

30Və sizə müsibətdən isabət edən şeylər, bax budur, öz əllərinizlə qazandıqlarınıza görədir. O da çoxunu əfv edir.

31Və siz, yer üzündə aciz buraxanlar deyilsiniz. Və sizin Allahın yaratdıqlarından bir yaxınınız yoxdur, köməkçiniz də yoxdur.

Bu ayələrdə, insanın lehində və ya əleyhində baş verən bütün hadisələrin onun bilavasitə öz fellərinin bir nəticəsi olduğu; bunlardan bir qisminın Rəbbimiz tərəfindən silindiyi, əfv edildiyi vurğulanır.

Daha sonra kimsənin Allaha qarşı duramayacağı, Allahdan başqa gerçək vəlinin [yardım edən, yol, göstərən, aydınladan və qoruyan bir yaxının] olmadığı bir dəfə daha xatırladılır.

“Müsibət” sözüylə qəsd edilən nədir?

Ayədə keçən “müsibət” sözünü dünya və axirətdəki müsibətlərin hamısı olaraq anlamaq mümkündür. Ağrılar, acılar, xəstəliklər, qıtlıqlar, boğulmalar, ildırım çarpması, qısaca xoşa gəlməyən hər şey dünyadakı müsibətlərdəndir. Bu müsibətlərin insana əməllərinin tam qarşılığı olaraq verilmiş cəzalar olduğu düşünülməməlidir. Bunlar xəbərdarlıq məqsədli olaraq daddırılmış xoş olmayan hallardır.

Ayədəki “öz əllərinizlə qazandıqlarınız üzündən” ifadəsi hər müsibətin işlənən pis bir davranışa qarşılıq daddırılmış bir cəza olması şəklində dəyərləndirilə bilər. Bununla yanaşı, insan fəaliyyətlərinin fiziki, bioloji və kütləvi qanunları hərəkətə keçirdiyi; insana acı verən hadisələrin arxasında da yenə bu qanunları hərəkətə keçirən insan fəaliyyətlərinin olduğu şəklində də dəyərləndirilə bilər. Çünki Rəbbimiz bizi fiziki, bioloji və kütləvi qanunlarla əhatə etdiyi bir dünyada yaşadır. Bu qanunlar, onları hərəkətə keçirən insan fəaliyyətlərinə anında və ya müəyyən bir müddət içində cavab verəcək şəkildə nizamlanmışdır. Məsələn, xəstəlik deyilən müsibət yalnız qula verilmiş bir cəza olaraq deyil, qulun bioloji qanunları hərəkətə keçirən yanlış həyat tərzinin bir nəticəsi olaraq da dəyərləndirilə bilər. Belə dəyərləndirildiyi təqdirdə, Rəbbimizin insanları müsibətlərlə sınaması, insanların Rəbbimiz tərəfindən bu müsibət növlərini törədən fiziki, bioloji və kütləvi qanunlarla əhatə edilmiş olduğu mənasına gəlir. Çünki insana ağrı verən müsibət xüsusiyyətli hadisə və faktlar Allahın yaradışındakı qüsurlar deyildir. Allah diləsəydi bütün bu ağrı verən müsibətlərin reallaşmayacağı bir kainat nizamı da qura bilərdi. Buna görə də, “Allahın sınaması” faktını belə də başa düşmək olar ki, O insanı müsibətlərlə sınamağa əlverişli bir dünyada yaşadır. Beləliklə, insan bir iş edər, bu işin qarşılığında da kainatda təsir-əks təsir qanunu fəaliyyətə keçər. Buna belə bir nümunə verilə bilər: Bir cəmiyyət, öz içindəki yoxsulları qoruyub, müdafiə etməzsə, buna qarşılıq olaraq cəmiyyətin qanunları əks təsir edir, insanlar arasında qısqanclıq, gərginlik, narahatlıq başlayır. Fühuş, oğurluq, dərbədərlik kimi hadisələr yayılaraq cəmiyyəti təhdid edən bir müsibətə dönür. Beləliklə bir cəmiyyət, öz əlləriylə işlədiyi bir qüsurun qarşılığını bir ölçüdə dadmış olur.

  • 41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı. (Rum/41)

Əsas müsibət isə əmələ ekvivalent olacaq olan axirət müsibətləridir:

  • 24,25Bu, onların: “Atəş bizə sayı bəlli olan bir neçə gündən başqa, qətiyyən toxunmaya­caq­dır” – dediklərinə görədir. Onların uydurmuş olduqları şeylər də, dinlərində öz­lərini aldatmaqdadır. Yaxşı, özündə heç şübhə olmayan o gündə, onları bir araya top­ladığımız və heç kimsəyə haqsızlıq edilmədən, hər kəsə qazandıqları şeylər ta­ma­mi­lə ödəndiyi zaman necə olacaqdır? (Al-i İmran/24, 25)
  • 123Bu iş sizin sayıqlamalarınızla və Kitab Əhlinin sayıqlamaları ilə deyildir. Kim pislik edərsə, onunla cəzalandırılır. Və o, özü üçün Allahın yaratdıqlarından bir yol göstərən, qoruyan yaxın və yaxşı bir köməkçi tapa bilməz. (Nisa/123)
  • 21Və iman edən, soyları da iman ilə özlərinə uyan insanlar… Bax budur, Biz onların soylarını da özlərinə qatdıq. Özlərinin əməllərindən heç bir şey əskiltmədik. Hər kəs öz qazandığı ilə girovdur. (Tur/21)
  • 160,161Sonra da yəhudiləşən insanların haqsız davranışları… Bir çox insanları Allah yolundan ayırdıqlarına, qadağan olunduqları halda riba aldıqlarına [əmək­siz, xidmətsiz, risksiz qazanc əldə etdiklərinə] və insanların mallarını haqsız yerə yediklərinə görə onlara halal qılınmış təmiz şeyləri haram qıldıq. Və Yə­hu­di­ləşənlərdən kafirlərə can yandıran bir əzab hazırladıq.(Nisa/160, 161)
  • 32–35Dənizdə dağlar kimi axıb gedənlər də, Onun əlamətlərindən/nümunələrindəndir. Əgər O, diləyərsə, küləyi durdurar və gedən gəmilər dənizin üstündə durarlar. Şübhəsiz ki, bunda bütün çox səbr edən və özünə verilən nemətlərin qarşılığını çox-çox ödəyən insanlar üçün necə əlamətlər/nümunələr vardır. Yaxud Allah, onların qa­zan­dıqları şeylərə görə o gəmiləri dəyişikliyə/dağıntıya uğradar. Bir çoxunu da bağışlayar. Və ayələrimiz/əlamətlərimiz/ nümunələrimiz haqqında mübahisə edənlər özləri üçün qaçacaq bir yer olmadığını bilirlər.  (Şura/32-35)

Ayədəki “O da çoxunu əfv edir” ifadəsindən anlayırıq ki, Rəbbimiz insanların bir çox qüsurunu da rəhmətinə uyğun olaraq nəzərə almır, fəaliyyətə qoymur.

  • 45Və əgər Allah, qazanmaqda olduqları şeylər ucbatından insanları sorğu-suala çəkib cəzalandıracaq olsaydı, yer üzündə kiçik-böyük heç bir canlını sağ buraxmazdı. Və lakin onlara, adı qoyulmuş bir müddətə qədər ertələməkdədir. Sonunda, müddət sona yetdiyi zaman da artıq, şübhəsiz ki, Allah öz qullarını ən yaxşı görəndir. (Fatir/45)
  • 72Şübhəsiz ki, Biz əmanəti [bütünlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə yayıb yayğınlaşdırsaq da, onlar onu daşımağa/gizlətməyə, ta­nınmaz hala gətirməyə, gözdən salmağa çalışmadılar, bütünlüyün, qüsursuz­lu­ğun, mükəmməlliyin alınıb götürülməsindən, tanınmaz hala salınmasından qorx­dular. Və onu insan daşıdı/gizlətdi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xə­ya­nət etdi]. Şübhəsiz ki, insan çox səhv davranan/öz zərərlərinə iş edən və çox cahil­dir. (Əhzab/72)

32–35Dənizdə dağlar kimi axıb gedənlər də, Onun əlamətlərindən/nümunələrindəndir. Əgər O, diləyərsə, küləyi durdurar və gedən gəmilər dənizin üstündə durarlar. Şübhəsiz ki, bunda bütün çox səbr edən və özünə verilən nemətlərin qarşılığını çox-çox ödəyən insanlar üçün necə əlamətlər/nümunələr vardır. Yaxud Allah, onların qa­zan­dıqları şeylərə görə o gəmiləri dəyişikliyə/dağıntıya uğradar. Bir çoxunu da bağışlayar. Və ayələrimiz/əlamətlərimiz/ nümunələrimiz haqqında mübahisə edənlər özləri üçün qaçacaq bir yer olmadığını bilirlər.

Bu ayə qrupunda Rəbbimiz kainatin fəaliyyətinə qoyduğu bəzi ölçü və qanunlara diqqət çəkir. Suya qaldırma qüvvəsi, küləyə isə itələmə qüvvəsini verən Allahdır. İstəsə bu qanununu poza və insanlığı bu fiziki nemətlərindən məhrum buraxaraq cəzalandıra bilər.

30-cu ayədə olduğu kimi, Rəbbimiz bu bölmədə də “Bir çoxunu da bağışlayar” buyuraraq, günahkarların bir qismini bağışladığını bildirmişdir. Ayənin son cümləsində “Və ayələrimiz haqqında mübarizə edənlər özləri üçün qaçacaq bir yer olmadığını bilirlər” – deyilmişdir. Bununla, Allaha qarşı mübarizə edənlərin çıxış yollarının olmadığı, olmayacağı bildirilərək bir an əvvəl ağıllarını başlarına almaları ismarıcı verilir.

  • 40Bu ayələrimizi yalan sayanlara və onlara qarşı yekəxanalıq edən kəslərə, məhz onlara göyün qapıları açılmayacaq və dəvə/kəndir iynənin dəliyindən keçmədikcə, onlar cənnətə girməyəcəklər. Biz günahkarları bax budur, belə cəzalandırarıq. (Əraf/40)

36–39Bax budur, sizə verilən hər hansı bir şey, fani dünya həyatının qazancıdır. Sadəcə, dünya həyatının keçici bir mənfəətidir. Allah qatında olanlar [nemətlər, mükafatlar] isə, iman edən və sadəcə, Rəbbinə işin nəticəsini həvalə edənlər üçün günahın böyüklərindən və həyasızlıqdan qaçınan və qəzəbləndikləri zaman bağışlayan insanlar üçün Rəbbinin çağırışına cavab verən, salaatı iqamə edən, işləri də öz aralarında Şura – “işin ən yaxşı səmtini ortaqlaşaraq tapıb, ortaya çı­xar­maq” olan, özlərini ruziləndirdiyimiz şeylərdən Allah yolunda xərcləyən/baş­da ya­xınları olmaqla, başqalarının dolanışıqlarını təmin edənlər üçün və özlə­ri­nə bir haqsızlıq və hücum isabət etdiyi zaman, bir-birləri ilə köməkləşən/intiqam alan insanlar üçün daha xeyirli və daha qalıcıdır.

Bu ayə qrupunda Rəbbimiz, lütfünə layiq olan möminlərin xüsusiyyətlərini sadalayaraq, öz qatındakı nemətlərin möminlər üçün dünya nemətlərindən, bütün qazanclarından daha xeyirli və qalıcı olduğunu bildirir. Rəbbimizin tərifinə layiq olan möminlər aşağıdakı xüsusiyyətləri daşıyanlardır:

* İman etmiş və sadəcə Rəblərinə təvəkkül edən kimsələr;

* Günahın böyüklərindən və həyasızlıqdan qaçınan və hirsləndikləri zaman bağışlayan kimsələr;

* Rəblərinin çağırışına cavab verən kimsələr;

* Salaatı iqamə edən kimsələr;

* İşləri də öz aralarında Şura [görüşmə, məsləhətləşmə] ilə olan kimsələr;

* Ruziləndirildikləri şeylərdən infaq edən kimsələr;

* Özlərinə bağy [bir zülm və hücum] üz verdiyi zaman bir-birləriylə köməkləşən/intiqam alan kimsələr.

Bu ayə qrupunda, dünyadakı zənginlik və bolluğun, məqam və mövqeyin ancaq keçib gedən adi həyatın bir keçiciliyi olduğu; beləliklə, onunla öyünməməli, ona bel bağlamamalı olduğu ismarıcı verilir. Bu ayə qrupunun enməsiylə əlaqədar olaraq, klassik qaynaqlarda bəzi adamların adları verilmişsə də, Rəbbimizin bəyanı ümumi olub, bütün zamanlardakı insanlara yönəlikdir.

Böyük Günahlar [Günah-i Kəbair]

Böyük günahların nələr olduğu, bəzi rəvayətlərə istinad edilərək edilən ictihatlar istiqamətində aşağıdakı kimi müəyyən edilmişdir:

* Haqsız yerə adam öldürmək;

* Zina etmək;

* İffətli bir qadına pislik isnad etmək;

* Müharibədə, hücum anında cəbhədən qaçmaq;

* Sehirbazlıq etmək;

* Yetim malını yemək;

* Müsəlman ana-ataya asi olmaq;

* Faiz yemək;

* Oğurluq etmək;

* Alkoqol aludəçisi olmaq, ağlı yararsız hala gətirmək;

* Əmri yerinə yetirməmək, qadağaları edərək ailəyə qarşı istiqaməti tərk etmək;

* Kiçik sayılmasına baxmayaraq, israrla, daima edilən hər cür kiçik günah;

* Şirk.

Sıralamanın sonunda yer alan “şirk” bir günah deyil, kafirliyin məhz özüdür. Günah, imanlı insanların etdikləri qüsurlu davranışlara deyilir. Buna görə də “şirk”in günahlar arasında saylması səhvdir.

Bizə görə “böyük günah”, Rəbbimizin Quranda, önünə “böyük” sifəti əlavə etdiyi günahlardır. Bu günahlar təsbitlərimizə görə aşağıdakılardır:

* Haram Ayda döyüşmək:

  • 217Səndən toxunulmaz olan ay haqqında və o toxunulmaz olan ayda döyüşmək haqqında soruşurlar. De ki: “Onda döyüşmək, böyük günahdır. Və Allah yolundan ayırmaq, Onu və Məscid-i Haramı/ilahiyyat təhsil mərkəzini bilərək rədd etmək/özünü görməməzliyə qoymaq və Məscid-i Haramın xalqını – orada təhsil/təlim alanları və qısa müddətli təhsilə qatılanları oradan çıxarmaq, Allah yanında daha böyük günahdır. Və insanları dindən çıxartmaq – ortaq qoşmağa sürükləmək, öldürməkdən daha böyük günahdır”. Onlar, əgər gücləri yetərsə, sizi dininiz­dən döndərmək üçün, sizinlə döyüşməkdən heç bir zaman çəkinməzlər. Sizdən də hər kim dinindən dönər və kafir biri olaraq can verərsə, artıq onların əməlləri, dünyada və Axirətdə boşa getmişdir. Və bax budur, onlar atəşin əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/217)

Haram aylar, Həcc edilən və Ərəb adətlərinə görə döyüşün qadağan olduğu aylardır. Bu ayəni “işarə”, “dəlalət” və “iktiza” mənalarını nəzərə alaraq günümüzə tətbiq etsək, “böyük günah”ın beynəlxalq təlimin, təhsilin, bilik (informasiya) alış-verişinin və ticarətin yollarını etibarsız hala gətirmək və mane olmaq olduğunu söyləmək olar.

* Yetim malı yemək:

  • 2Və yetimlərinizə mallarını verin. Təmizi pisə dəyişməyin. Onların mallarını öz mallarınıza qataraq yeməyin. Bunu etmək qətiliklə böyük bir günahdır. (Nisa/2)

Bu ayənin günümüz şərtlərindəki direktivlərindən biri də “Cəmiyyətin mallarının talan edilməməsi və cəmiyyətin gəliri olan verginin qaçırılmaması”dır. Çünki bu gün yetimin vəlisi və hamisi cəmiyyətdir.

* Ruzi narahatlığı ilə uşaqların öldürülməsi:

  • 31Və yoxsulluq qayğısıyla uşaqlarınızı öldürməyin. Onları və sizi Biz ruziləndiririk/bəsləyirik. Onları öldürmək həqiqətən böyük bir günahdır. (İsra/31)

Bu ayə, bu günə qədər Ərəblərin qız uşaqlarını diri-diri torpağa gömmələri və oğlan uşaqlarını bütlərə qurban etmələri şəklində açıqlanmışdır. Halbuki nə qız uşaqlarının diri-diri toprağa gömülməsi, nə də oğlan uşaqlarının bütlərə qurban edilməsi ayənin vurğuladığı yoxsulluq qayğısı ilə edilmiş hərəkət lər deyillər. Bu ayənin “yoxsulluq qayğısı” vurğusu nəzərə alındığında, günümüz üçün işarə etdiyi “böyük günah”, bizə görə yoxsulluq bəhanəsiylə gec dövrdə etdirilən abortlar və yenə yoxsulluq bəhanəsiylə oğlan və ya qız uşaqların təhsil və təlimdən məhrum edilərək gələcəklərinin qaraldılmasıdır.

* Adamın etməyəcəyi şeyi “edəcəyəm” deməsi:

  • 2,3Ey iman edənlər! Etməyəcəyiniz şeyləri nə üçün söyləyirsiniz? Etməyəcə­yi­niz şeyləri söyləməyiniz, Allah qatında cəzanı gərəkdirən böyük bir günah/günah ola­raq, müəyyən edildi. (Saff/2-3)

Bu ayədəki direktivlər hər nə qədər ayələrin enmə səbəbi olaraq göstərilən Uhud döyüşündə cəbhədən qaçanları müxatib alırmış kimi görünsə də, bütün yalan vəd verənləri, etməyəcəyi halda “edəcəyəm” deyərək, özlərinə inanan və etibar edən insanları aldadanları, sözlərini yerinə yetirməyərək insanları xəyal qırıqlığına uğradanları müxatib alır. Bu tiplər, xatırlanacağı kimi Fələq surəsində “Nəffasati fil-ukad [sözləşmələrinə tüpürənlər]” olaraq xarakterizə edilmişdi.

 

Möminlərin Daşıdığı Digər Xüsusiyyətlər

Rəbbimiz, razı olacağı qul tipini Quranda belə tərif edir:

  • 63Və Rəhmanın qulları elə insanlardır ki, onlar, yer üzündə təvazökarlıqla yeriyirlər və cahil insanlar özlərinə söz atdığı zaman: “Salam!” – deyərlər.
  • 64Rəhmanın qulları, Rəbbinə təslimiyyət göstərərək və qulluq vəzifələrini yerinə yetirərək, gecələyərlər.
  • 65,66Və Rəhmanın qulları: “Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur! Doğrusu, onun əzabı daima bir dəyişikliyə və dağıntıya uğramaqdır. Ora həqiqətən nə pis bir qərargah, nə pis bir iqamətgahdır!” – deyərlər.
  • 67Və Rəhmanın qulları, xərclədiklərındə bədxərclik etməzlər, xəsislik də etməzlər və bu ikisi arasında bir mövqe tutarlar.
  • 68–71Və budur, Rəhmanın qulları Allah ilə bərabər başqa bir tanrıya yalvarmazlar. Allahın haram etdiyi canı öldürməzlər. Ancaq haqq ilə öldürərlər. Zina da et­məzlər. Və kim bunları edərsə, günahla qarşılaşar. Qiyamət günü əzabı qat-qat olar və orada alçaldılaraq əbədi olaraq qalar. Ancaq tövbə edən, iman edən və sa­leh əməl edənlər istisnadır. Bax budur, Allah, onların pisliklərini yaxşılıqlara çe­vi­rir. Və Allah çox bağışlayandır, çox mərhəmətlidir. Və hər kim tövbə edər və saleh əməl işləyərsə, əmin olun ki, o, tövbəsi qəbul edilmiş olaraq Allaha dönər.
  • 72Və Rəhmanın qulları, yalan yerə şahidlik etməzlər, boş bir şeylə rastlaşdıqları zaman hörmətli bir şəkildə keçərlər.
  • 73Və Rəhmanın qulları… Onlara Rəbbinin əlamətləri/nümunələri xatırladıl­dı­ğında onlar barəsində kar və kor kimi davranmazlar.
  • 74Və Rəhmanın qulları: “Rəbbimiz! Bizə həyat yoldaşlarımızdan və bizdən sonrakı nə­sillərimizdən göz aydınlığı olacaq insanlar bəxş et/bağışla. Və bizi Allahın qo­ru­ması altına girmiş insanlara başçı et!” – deyərlər.
  • 75,76Bax budur, Rəhmanın qulları! Səbr etmələrinə qarşılıq olaraq cənnətin ən yük­sək məqamlarında, orada sonsuz olaraq qalmaqla mükafatlan­dırı­la­caqlar, orada hörmət və salamla qarşılanacaqlar. Orası nə gözəl bir qərargah və nə gözəl bir iqamətgahdır! (Furqan/63-76)

Əsəbilik Halında Bağışlamaq:

  • 133–135Və Rəbbinizdən bağışlanmağa, bolluqda və darlıqda Allah yolunda xərcləyən, qəzəblərini udan, insanları əfv edən, çirkin bir həyasızlıq etdikləri, ya da öz-özlərinə haqsızlıq etdikləri zaman, Allahı xatırlayıb, dərhal günahlarına görə bağışlanma diləyən, – Allahdan başqa günahları bağışlayan kimdir?– etdikləri pis şeylərdə bilə-bilə israr etməyən, Allahın qoruması altına girənlər üçün hazırlanmış, eni göy­lər­lə yer qədər olan cənnətə tələsin. Və Allah yaxşılıq, gözəllik edənləri sevər. (Al-i İmran/133-135)

Salaatın İqaməsi:

Bu ifadə bilindiyi kimi “namazın ən doğru qılınması” olaraq tərcümə edilərək bu günümüzədək gəlmişdir. Bizim çalışmalarımızı izləyənlər bilirlər ki, buradakı salaat “sosial dəstək” deməkdir. “Salaatın iqaməsi” isə “sosial dəstək qurumlarının qurulması və daima fəaliyyətinin təmin olunması” deməkdir. Salaat başqa ayələrlə fərz qılınmışdır.

Şura. Quranda Allah, möminlərlə əlaqədar idarəçiliyin (qanunvericilik – icra) “Şura” ilə olmasının düzgün olduğunu bildirir.

“Şura” sözünün kökü “ش و ر şvr” sözü olub, ilk deyiliş mənası, “pətəkdən, daş və ağac oyuqlarından balı çıxarıb ortaya qoymaq” deməkdir. [7]

“الشورى Şura” forması isə Müfaale (müşavirə) babından, “büşra, zikra, fütya” kimi məsdər olub, işteşlik quruluşuyla, termin olaraq, “Bilikli, elmli, təcrübəli, işinin əhli – mütəxəssisi kimsələr tərəfindən ortaq şəkildə çalışaraq bir məsələnin, bir problemin ən şirin, ən yaxşı və ən gözəl həllinin tapılıb ortaya qoyulması” deməkdir.

Şura, İslamdan əvvəlki tarixdə də ağlın, təcrübənin məhsulu olaraq mənimsənilən və tətbiq edilən bir sistem idi. Məkkə şəhər-dövlətində də Şura prinsipi var idi. Onlar da problemlərini “Darunnədvə” deyilən Şura qurumu ilə həll edərdilər.

Quranda (Nəml/29-35, 38-40) da Süleyman peyğəmbərin, Səba Məlikəsinin və Fironun da Şura məclislərinin olduğu, ciddi problemləri onların həll etdiyi bildirilir. Yenə Qurandan (Əraf, Hud, Yusuf, Möminlər, Şüəra, Qasas surələri)   Yusuf peyğəmbər və Musa peyğəmbər dövrlərində Misirdə fironların, Şüeyb peyğəmbər dövründə Mədyən idarəçilərinin də “Şura məclisi”nin olduğunu bilirik.

Quranda Şura ilə əlaqədar möminlərə yönəlik üç ayə vardır.

1)

  • 36–39Bax budur, sizə verilən hər hansı bir şey, fani dünya həyatının qazancıdır. Sadəcə, dünya həyatının keçici bir mənfəətidir. Allah qatında olanlar [nemətlər, mükafatlar] isə, iman edən və sadəcə, Rəbbinə işin nəticəsini həvalə edənlər üçün günahın böyüklərindən və həyasızlıqdan qaçınan və qəzəbləndikləri zaman bağışlayan insanlar üçün Rəbbinin çağırışına cavab verən, salaatı iqamə edən, işləri də öz aralarında Şura – “işin ən yaxşı səmtini ortaqlaşaraq tapıb, ortaya çı­xar­maq” olan, özlərini ruziləndirdiyimiz şeylərdən Allah yolunda xərcləyən/baş­da ya­xınları olmaqla, başqalarının dolanışıqlarını təmin edənlər üçün və özlə­ri­nə bir haqsızlıq və hücum isabət etdiyi zaman, bir-birləri ilə köməkləşən/intiqam alan insanlar üçün daha xeyirli və daha qalıcıdır. (Şura/36-39)

Rəbbimiz ayəsində öydüyü möminləri “İşləri də öz aralarında Şura olan kimsələr” olaraq xarakterizə etmiş və “Şura”nın əhəmiyyətinə diqqət çəkmişdir. Çünki bir cəmiyyət öz aralarında, üz-üzə qaldıqları problemlərlə əlaqədar istişarə edərlərsə, mütləq işlərində ən doğru, ən sağlam, ən şirin qərara çatarlar.  Şura problemləri həll etmə mövzusunda insanların bir-birləriylə qaynaşmalarının, ən incə nöqtələrə qədər dərk etmələrinin və doğrunu tapmalarının ən üstün dərəcədəki səbəbidir. Ona görə də Rəbbimiz cəmiyyəti maraqlandıran bütün işlərin cəmiyyətdə məsləhət yolu ilə həll edilməli olması qaydasını ayə ilə ortaya qoyur.

2)

  • 159Bax budur, sən sırf Allahın mərhəmətinə görə onlara qarşı yumşaq davrandın. Əgər qaba, qatı ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb, gedərdilər. Artıq on­la­rı bağışla, onlar üçün bağışlanma dilə. İşlərdə onlarla müşavirə et – işin ən gözəlini or­taq­laşaraq tapıb ortaya çıxar, bir dəfə də əzm etdinmi, artıq Allaha işin nəticəsini hə­valə et. Şübhəsiz ki, Allah işin nəticəsini Özünə həvalə edənləri sevər. (Al-i İmran/159)

Ayətdəki, Rəsulullaha yönəlik olan “İşlərdə onlarla müşavirə et; işin ən gözəlini ortaqlaşaraq tapıb ortaya çıxar” ifadəsi təbii ki, haqqında ilahi əmr və açıqlama olmayan mövzulara aiddir. İstişarə möminlərin vaz keçilməz bir davranışıdır. Bu ayələrdə, başda idarəçilər olmaqla hər kəsə, bilmədikləri xüsuslarda və həll edə bilmədikləri mövzularda – istər dini, istər siyasi, istər iqtisadi, istər hərbi olsun; mütəxəssislərlə müşavirə edilməsi əmri verilir. Həmçinin bu ifadəylə, müşavirənin əhəmiyyəti ortaya qoyulmuş; möminlərin bu prinsipdən əl çəkməmələri istənmişdir.

3) “Şura” sözünün keçdiyi bir digər ayə də Bəqərə/233-dür. Bu ayədə ayrılan ana-atanın uşaqlarını əmizdirmə – əmizdirtmə mövzusunda müşavirə etməli olduqları bildirilir.

Rəbbimiz ayəsində öydüyü möminləri “İşləri də öz aralarında Şura [görüş, məsləhətləşmə] olan kimsələr” olaraq xarakterizə etmiş və “Şura”nın əhəmiyyətinə diqqət çəkmişdir. Çünki bir cəmiyyət öz aralarında, üz-üzə qaldıqları problemlərlə əlaqədar müşavirə edərlərsə, mütləq işlərində ən doğru qərara çatarlar.  Şura problemləri həll etmək mövzusunda insanların bir-birləriylə qaynaşmalarının, ən incə nöqtələrə qədər idrak etmələrinin və doğrunu tapmalarının ən üstün dərəcədəki səbəbidir. Buna görədir ki, Rəbbimiz ayənin işarə etdiyi məna ilə cəmiyyəti maraqlandıran bütün işlərin cəmiyyətdə məsləhətlə həll edilməli olması prinsipini qoyur.

Diqqət edilirsə, bu ayə qrupunda “hirsləndikləri zaman bağışlayan kimsələr, … özlərinə bağy [bir zülm və hücum] isabət etdiyi zaman bir-birləriylə yardımlaşan/intiqam alan kimsələr” ifadəsi yer alır. Görüntüdə bu ifadələr bir-biriylə ziddiyyət təşkil edir.

Bu problemi yaxşı anlamaq üçün öncə əfv növlərini ələ almaq lazımdır:

  1. Elə hadisələr vardır ki, günahkarı əfv etmək günahkarın günahının yatışmasına və günahından əl çəkməsinə vəsilə olur.
  2. Elə hadisələr də vardır ki, günahkarın əfvi günahkarın günahının artmasına, hirs və kininin qüvvətlənməsinə, gələcəkdə daha böyük problem olmasına səbəb olur.

39-cu ayədə bəhs edilən əfv ilə günahkarın cəzalandırılması seçimləri, bu fərqli iki əfvə görədir. Pisliyi artıracaq əfvə yer yoxdur.

  • 237Və əgər onları özlərinə toxunmadan öncə boşayar və mehri də kəsmiş olarsınızsa, o zaman borc o kəsdiyiniz miqdarın yarısıdır. Ancaq qadınlar və ya nikah müqaviləsini əlində tutan kimsə/vəlisi/qəyyumu bağışlayarsa, başqa. Və bağışlamağınız Allahın qoruması altına girməyə daha yaxındır. Aranızdakı üstün­lü­yü də unutmayın. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir. (Bəqərə/237)
  • 72Və Rəhmanın qulları, yalan yerə şahidlik etməzlər, boş bir şeylə rastlaşdıqları zaman hörmətli bir şəkildə keçərlər. (Furqan/72)
  • 199Sən əfvi/malın artıq qalanının al, “örf” [ənənə, Quran ayələri qrupu] ilə əmr et və cahillərdən də aralı dur. (Əraf/199)
  • 33,34Və Allahı çağırıb/yalvarıb saleh əməl edən və: “Mən müsəlmanlardanam” – deyəndən daha gözəl sözlü kim vardır? Və gözəlliklə çirkinlik/yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl şəkildə dəf et. O zaman səninlə arasında düşmənçilik olan insan, sanki, isti bir yaxınındır. (Fussilət/33, 34)
  • 96Sən pisliyi ən gözəl bir şeylə sovuşdur. Biz onların yaraşdırmaqda olduqları şey­lə­ri çox yaxşı bilirik. (Möminlər/96)
  • 14Ey iman edənlər! Şübhəsiz, həyat yoldaşlarınızdan və uşaqlarınızdan sizə düşmən olanlar da vardır. Ona görə də, onlardan çəkinin. Və əgər əfv edər, qüsurlarını başlarına qaxmaz, xoş görər və bağışlayarsınızsa, bilin ki, şübhəsiz, Allah çox bağışlayan çox mərhəmət edəndir. (Təgabun/14)
  • 126Və əgər cəza verəcək olarsınızsa da, sizin cəzalandırıldığınızın misli ilə cəza verin. Və əgər səbr edərsinizsə, əlbəttə, o, səbr edənlər üçün daha xeyirlidir. (Nəhl/126)
  • 251Sonra da Allahın izni ilə/biliyi ilə Calut və ordusunu məğlub etdilər. Davud da Calutu öldürdü və Allah özünə hökmdarlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları verdi. Ona dilədiyi şeylərdən də öyrətdi. Əgər Allahın insanların bir qismini digər bir qismi ilə sovuşdurması olmasaydı, yer üzü qətiliklə pozulardı. Lakin Allah aləmlər üzərində böyük bir ərməğan sahibidir.  (Bəqərə/251)
  • 39–41Özlərinə döyüş açılanlar… Onlar haqsızlığa uğradıqları/onlar başqa məsələ üçün deyil, sırf: “Rəbbimiz Allahdır” – dedikləri üçün, haqsız yerə yurdlarından çıxarıldıqlarına görə, döyüşmələrinə izin verildi.
  • Və şübhəsiz ki, Allah onları zəfərə çatdırmağa ən yaxşı gücü yetəndir. Əgər Allah bir qisim insanları digər bir qismi ilə ortadan qaldırıb, qarşısını almasaydı, mütləq surətdə, cücərti, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı, bütün alış-veriş yerləri – dükan-bazar, bütün Salaat/dəstək yerləri (iş və istehsal yerləri, təhsil-təlim müəssisələri və təhlükəsizlik xidmətləri) və içlərində Allahın adı bol-bol anılan məscidlər yerlə bir edilərdi.
  • Allah Özünə yardım edənlərə – özlərini yurdlandırıb, gücləndirərək, salaatı iqamə edən, zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağılla pis, çirkin hesab edilən şeylərdən ayıranlara qətiliklə yardım edər. Heç şübhəsiz, Allah çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də sadəcə, Allaha aiddir. (Həcc/39-41)

Bu mövzuya Yusuf peyğəmbərdən bir nümunə də verilmişdir. O, özünə pislik edən qardaşlarını əfv etmişdir

  • 89Yusuf dedi ki: “Siz cahillər ikən Yusufa və qardaşına nələr etdiyinizi bilirsiniz­mi?”
  • 90 Yusufun qardaşları: “Yoxsa sən, həqiqətən Yusufsanmı?” – dedilər. Yusuf: “Mən Yusufam, bu da qardaşım. Tam yəqinliklə bilin ki, Allah bizi nemətləndirdi. Şüb­hə­siz, kim Allahın qoruması altına girər və səbr edərsə, artıq heç şübhəsiz, Allah, yaxşı-gözəl işlər edənlərin mükafatını yox etməz” – dedi.
  • 91Onlar dedilər ki: “Allaha and olsun, Allah səni həqiqətən bizdən üstün etdi. Və biz həqiqətən xətalılar idik”.
  • 92,93 Yusuf dedi ki: “Bu gün sizə bir ayıblama və danlanma yoxdur. Allah sizi ba­ğışlasın. O, mərhəmət edənlərin ən mərhəmətlisidir. Bu köynəyimi götürün və ata­mın üzünə qoyun, o ayıblanan/lağ edilən xəstəlikdən qurtarmış hala gələr, dərbədər ol­maqdan qurtarar. Və bütün ailənizi mənim yanıma gətirin”. (Yusuf/89-93)

Həmçinin İslam tarixinə baxdığımızda, bu ayələri ən yaxşı anlayan və ən yaxşı tətbiq edən Rəsulullahın bir çox hadisədə bizə nümunə olduğunu görürük:

* Hudeybiyyə ili Tənim dağından enərək ona sui qəsd təşkil edən səksən nəfəri əfv etmiş; onları cəzalandırmağa gücü çatdığı halda və intiqam ala biləcəkkən onlara ehsan etmişdir;

* Eyni şəkildə Ğavras b. Harisi də əfv etmişdi. Ğavras, Rəsulullah yatarkən qılıncını qınından çıxararaq, Rəsulullahı öldürmək istəmişdi. Əlində qılınc sıyrılmış olduğu halda ikən Rəsulullah yuxusundan oyanmış, ona mane olmuş, o da qılıncı əlindən buraxmışdı. Rəsulullah qılıncı almış, əshabını çağıraraq özünün və bu adamın halını onlara bildirmiş, sonra da onu bağışlamışdı;

* Eyni şəkildə onu zəhərləmək istəyən Lebid b. Asamı da əfv etmiş, ona qarşılıq verməmiş, gücü çatdığı halda onu cəzalandırmamışdır;

* Yenə Bədir, Uhud və Xəndək döyüşündə ona düşmən olanlar Müsəlman olunca, onları da əfv etmişdir. Kimsəyə qarşı şəxsi kin güdməmişdir.

Ayədə öyülən möminlər “sadəcə Rəblərinə təvəkkül edən kimsələr” olaraq tanıdılmışdır. Təvəkkül qısaca “insanın acizliyini ortaya qoyaraq, “Vəkil” olan Allahı özünə vəkil tutması, yəni inanc olaraq varlığını və varlığının davamını ruzi, tərbiyə və qoruma baxımından Allaha həvalə etməsi, hər cür nəticənin özü üçün ən yaxşısı olacağını qəbul etməsi və nəticəyə razı olması”; digər bir ifadəylə isə, adamın əzmdən [hər cür hazırlığı edib, qəti qərar verdikdən] sonra nəticəni “Vəkil”ə [varlığı dik tutan, davam etdirən, qoruyan və ruzi verən Allaha] həvalə etməsi” deməkdir.

40Və bir pisliyin cəzası, onun kimi bir pislikdir. Amma kim əfv edər və düzəldərsə, artıq onun ödənişi Allaha aiddir. Şübhəsiz ki, O, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz.

41Kim də haqsızlığa uğradıqdan sonra haqqını alırsa, bax budur, onların əleyhinə bir yol yoxdur.

42Yol ancaq  insanlara haqsızlıq edən və yer üzündə haqsız yerə azğınlıq edənlərin əleyhinədir. Bax budur, onlar  özləri üçün acı bir əzab olanlardır.

43Hər kim ki, səbr edər və qüsuru bağışlayarsa, şübhəsiz, bax budur, bu, qətiliklə işlərin əzmindəndir.

Rəbbimiz bu ayələrdə ictimai prinsiplərə toxunmuşdur. 39-cu ayədə möminlər haqqında “özlərinə bağy [bir zülm və hücum] isabət etdiyi zaman bir-birləriylə yardımlaşan/intiqam alan kimsələr” buyurularaq, bəzi günahkarların əfv edilməsi deyil, cəzalandırılmaları istənmişdir.  Bu bölmədə də cəzalandırmada tətbiq olunacaq təməl prinsiplər müəyyən edilmişdir. Beləliklə, Rəbbimiz insanlığa yol göstərərək, cəmiyyətlər üçün ediləcək qanunların hansı prinsiplər istiqamətində edilməsini öyrədir.

Və bir pisliyin cəzası, onun kimi bir pislikdir” ifadəsiylə, bir günaha veriləcək cəzanın o günaha bərabər olması prinsipi gətirilmişdir. Çünki nöqsan cəza vermək də, artıq cəza vermək də günahkara zülm sayılır. Günaha misli ilə qarşılıq isə ədalətdir. Diqqət edilirsə, ayədə pisliyə qarşı verilən cəza da “pislik” olaraq xarakterizə edilmişdir. Çünki hər iki fel də, yəni həm günah, həm də ona verilən cəza pis bir haldır. Çünki cəza, isabət etdiyi kimsəni hər zaman narahat edər.

  • 77,78Özlərinə: “Əlinizi çəkin, salaatı iqamə edin, zəkatı/vergini ve­rin” – deyilənləri görmədinmi/heç düşünmədinmi? Sonra döyüş üzərlərinə ya­zıl­dı­ğın­da, onlardan bir qrup Allaha duyduqları hörmətlə, sevgi ilə, biliklə ürpərti ki­mi və yaxud daha şiddətli olaraq insanlara hörmətlə, sevgi ilə, biliklə ürpərti du­yur­lar. Və: “Rəbbimiz, niyə döyüşü üzərimizə yazdın, bizi yaxın bir zamana qədər tə­xi­rə salmalı deyildinmi?” – dedilər. De ki: “Dünyanın qazancı çox azdır. Axirət isə Al­la­hın qoruması altına girənlər üçün daha xeyirlidir və siz “bir xurma çə­yir­də­­yindəki, çox incə bir tel qədər” belə haqsızlığa uğradılmayacaqsınız. Hər ha­ra­da olar­­sınızsa olun, ölüm sizə yetişər, kirəclə/betonla son dərəcə sağlam qu­rulmuş qa­la­lar içində olarsınızsa, belə”. Və onlara bir yaxşılıq isabət edərsə: “Bu Allahdandır” – de­yərlər, bir pisliyə uğrayarlarsa: “Bu səndəndir” – deyərlər. De ki: “Ha­mı­sı Allahdandır”. Bunlara baxmayaraq, bu cəmiyyətə nə olur ki, az qala heç söz anla­ma­ya­caqlar? (Nisa/77, 78)
  • 178Ey iman edənlər! Ölümlü hadisələrdə qisas – tərəflər arasında adil qarşılıq sizə fərz qılındı. Hürrə hürr, köləyə kölə, qadına qadın… Amma hər kim ölənin qar­da­şı tərəfindən bir şey müqabilində bağışlanarsa, o zaman adət-ənənəyə uymalı, ona gözəlliklə ödə­məlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və bir mərhə­mət­dir. Artıq kim hədləri aşarsa, artıq acı verən əzab onun üçündür. (Bəqərə/178)
  • 237Və əgər onları özlərinə toxunmadan öncə boşayar və mehri də kəsmiş olarsınızsa, o zaman borc o kəsdiyiniz miqdarın yarısıdır. Ancaq qadınlar və ya nikah müqaviləsini əlində tutan kimsə/vəlisi/qəyyumu bağışlayarsa, başqa. Və bağışlamağınız Allahın qoruması altına girməyə daha yaxındır. Aranızdakı üstün­lü­yü də unutmayın. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir. (Bəqərə/237)
  • 22Və sizdən artıqlıq və genişlik sahibi kimsələr əqrəbaya, acizlərə, Allah yolunda köç edənlərə əl tutmamağa and içməsinlər – bağışlasınlar, xoş görsünlər. Allahın sizi ba­ğışlamasını sevməzsinizmi? Allah qullarının günahlarını çox örtən, onları cəza­lan­­dırmayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir. (Nur/22)
  • 194Toxunulmazlıq ayı, haram aya qarşılıqdır. Və toxunulmazlıqlar/bağlayıcı hökmlər, bir-birinə qarşılıqdır. O halda kim sizə hücum edərsə, siz də ona etdiyi hücumun eynisi ilə hücum edin. Və Allahın qoruması altına girin. Və bilin ki, Allah Öz qoruması altına girənlərlə birlikdədir. (Bəqərə/194)
  • 126Və əgər cəza verəcək olarsınızsa da, sizin cəzalandırıldığınızın misli ilə cəza verin. Və əgər səbr edərsinizsə, əlbəttə, o, səbr edənlər üçün daha xeyirlidir. (Nəhl/126)
  • 45Və Biz Tövratda onlara zata zat, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas vardır. Bununla bərabər kim qisas haqqını bağışlayarsa, bu özü üçün kəffarət olur. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir. (Maidə/45)
  • 30–32Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib, sonra ən doğru olanlar… onların üzərinə xə­bərçi ayələr həmişəlik enər: “Qorxmayın, kədərlənməyin, sizə vəd edilən cənnətlə se­vi­nin. Biz dünya həyatında və Axirətdə sizin yol göstərənləriniz, köməkçiləriniz, qo­ruyanlarınızıq. Cənnətdə qullarının günahlarını çox örtən, onları cəzalandır­ma­yan və lütfü bol olan, əngin mərhəmət sahibindən bir ikram olaraq sizin üçün nəfslərinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər də sizin üçündür”.
  • 33,34Və Allahı çağırıb/yalvarıb saleh əməl edən və: “Mən müsəlmanlardanam” – deyəndən daha gözəl sözlü kim vardır? Və gözəlliklə çirkinlik/yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl şəkildə dəf et. O zaman səninlə arasında düşmənçilik olan insan, sanki, isti bir yaxınındır.
  • 35Bu yetkin davranışa, ancaq səbr edənlər qovuşdurulur, buna ancaq böyük bir pay sahibi olanlar qovuşdurulur. (Fussilət/30-35)
  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24)

44Və Allah hər kimi azdırırsa, artıq bundan sonra onun üçün heç bir köməkçi, yol gös­tərici, qoruyucu yaxın yoxdur. Və sən əzabı gördüklərində şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin: “Geri dönüş yerinə bir yol vardırmı?” – dediklərini gö­rər­sən.

45Və sən  onları alçaqlıqlarına görə, başları önə əyilmiş, gözucu gizli-gizli ət­ra­fa baxarkən, atəşə atıldıqlarını görəcəksən. İman edənlər isə: “Şübhəsiz, zə­rərə uğrayanlar, özlərini və ailələrini, yaxınlarını Qiyamət günü zərərə uğratmış olan insanlardır”– dedilər. Gözünüzü açın! Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, həmişəlik bir əzab içindədirlər.

46Onlar üçün Allahın yaratdıqlarından özlərinə kömək edəcək heç bir köməkçi, yol göstərici, qoruyucu yaxın yoxdur. Allah kimi də azdırırsa, artıq onun üçün hər hansı bir yol yoxdur.

Bu ayə qrupunda zalımların axirətdəki halları sərgilənir. Doğruya çağrıldıqları halda azğınlıqlarında qalmağa üstünlük verən zalımlar axirətdə düşdükləri alçaq hala görə başları önə əyilmiş, göz ucuyla gizli-gizli ətrafa baxarlarkən atəşə atılacaqdılar. İnsan, qorxunc bir şeylə qarşılaşdığında və əli qandallandığında qorxudan, utancdan dərhal gözlərini qapadır, lakin yenə də gözünü çəkə bilməyərək, göz ucuyla o şeyin özünə nə qədər yaxın olub olmadığına baxar. Sonra da yenidən qorxu ilə gözlərini qapadır. Budur, cəhənnəmə sövq edilən insanların o ankı halları da buna bənzəyəcəkdir. Təqdim edilən səhnə çox ürküdücüdür. Bu səhnələrin indidən anladılması kafirlərə xəbərdarlıq etmək üçündür.

44-cü ayənin əvvəlində və 46-cı ayənin sonunda “Allah kimi azdırırsa …” ifadəsi yer almışdır. Bunun nə mənaya gəldiyi, Təkvir surəsinin sonunda “Məşiət” başlığı altında geniş olaraq açıqlanmışdı. Doğru yoldan azan əslində insanın özüdür. Allah isə onun azmasına izin vermişdir və onun felini yaratmışdır. Əks halda bu onun sərbəstliyinə müdaxilə etmək olardı.

  • 254Ey iman edənlər! Özündə heç bir alış-verişin, heç bir dostluğun və heç bir köməyin, xahişin mümkün olmadığı bir gün gəlmədən öncə, sizə verdiyimiz ruzilərdən Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla başqalarının dolanışıqlarını təmin edin. Və kafirlər öz mənliklərinə haqsızlıq edənlərin məhz özləridir. (Bəqərə/254)
  • 17Və sən vəhy istiqamətində araşdırma edildiyində xeyirli bir nəticə alındığını… Əks halda, mənasız bir iş edildiyini görəcəksən. Özləri də ondan böyük bir boşluq­da­dır­lar. Bu, Allahın əlamətlərindən/nümunələrindəndir. Allah kimə bələdçilik etdisə, ar­tıq o, bələdçilənən doğru yolu tapmışdır. Allah kimi çaşdırdısa da, artıq sən ona yol gös­tərən bir yaxınını qətiyyən tapa bilməzsən. (Kəhf/17)
  • 27Və onların atəşin üzərində durdurulduqları zaman: “Ah, nə olardı, dünyaya dön­dərilsəydik, Rəbbimizin ayələrini yalan saymasaydıq və möminlərdən olsay­dıq!” – dediklərini bir görsəydin!
  • 28Əksinə, işin əslində, daha əvvəl gizlədikləri aşkar oldu. Geri döndərilsəydilər, yenə qadağan olunduqları şeyə tam əmin olun ki, dönərdilər. Bəli onlar həqiqətən yalançılardır. (Ənam/27, 28)
  • 12Günahkarları Rəbbinin hüzurunda başları önə əyilmiş olaraq: “Ey Rəbbimiz! Gördük və dinlədik, indi bizi geri göndər ki, saleh bir əməl işləyək, biz artıq qəti bir şəkildə inanırıq” – deyərlərkən bir görsən! (Səcdə/12)

47Allahdan özləri üçün dönüş yeri olmayan, geri çevrilə bilməyəcək gün gəlmədən öncə  Rəbbinizin çağırışlarına qarşılıq verin. O gün  sizin üçün sığınacaq bir yer yoxdur, sizin üçün tanınmayacaq hala düşmək/tanınmamaq yoxdur.

Zalımların axirətdəki halları nəql edildikdən sonra, bu ayədə də ilahi rəhmətə uyğun olaraq bütün insanlar Rəbbimizin dəvətinə icabət etməyə çağırılmış, insanlara Ondan başqa sığınacaq qapı olmadığı, etdiklərini inkar edərək, ya da tanınmayacağı ümidinə qapılaraq hesabdan xilas olmağın mümkün olmadığı ismarıcı verilmişdir.

  • 7–10 Bax, budur, gözün şimşək kimi çaxdığı/qamaşdığı, ayın tutulduğu, günəşin və ayın bir araya gətirildiyi zaman… Bax həmin o gün insan: “Hara qaçırıq/qaçacaq yer haradır?” – deyər.
  • 11Qətiyyən onun düşündüyü kimi deyil! Sığınacaq deyə bir şey yoxdur. 12O gün çatıb, dayanacağın ancaq Rəbbinədir/o gün dayanıb, durulacaq yer, ancaq Rəbbinin hüzurudur.(Qiyamət/7-12)

48Buna baxmayaraq, əgər onlar üz çevirirlərsə, bilsinlər ki, Biz səni onların üzərinə bir gözətçi olaraq göndərmədik. Sənə düşən, sadəcə, təbliğdir. Və Biz şübhəsiz ki, insana tərəfimizdən bir mərhəmət daddırdığımız zaman, ona sevindi. Əgər əlləri ilə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görərsən ki, şübhəsiz, o insan çox nankordur.

Bu ayədə Rəsulullah təsəlli edilib, əsl vəzifəsi bir dəfə daha xatırladıldıqdan sonra insanın psixoloji quruluşuna toxunulmuşdur:

Ayədəki “ حفيظ hafiiz  [gözətçi]” sözü “əməllərini müşahidə edib, bu əməllərə görə onları hesaba çəkəcək biri; iman etmədikləri müddətcə onlardan ayrılmayacaq, üzərlərində bir vəzifə­li; onları iman etməyə məcbur edən mühafiz” deməkdir.

  • 41Şübhəsiz, Biz bu kitabı sənə insanlar üçün haqq ilə endirdik. O halda kim bələdçiləndiyi doğru yolu tapdısa, artıq öz lehinədir. Kim də azdısa, artıq o, sırf öz əleyhinə olaraq azar. Və sən onların üzərinə onları dik tutmaq üçün məsul deyilsən. (Zümər/41)

Elçinin vəzifəsi təbliğdir:

  • 67Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et. Və əgər bunu etməzsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafirlər qövmünə bələdçilik etməz. (Maidə/67)
  • 56Və Biz elçiləri ancaq müjdə verənlər və xəbərdar edənlər olaraq göndəririk. Kafirlər də haqqı batillə ləğv etmək/ortadan qaldırmaq üçün mübahisə edirlər. Və onlar ayələrimizi və qorxudulduqları şeyləri lağa qoydular. (Kəhf/56)

48-ci ayənin sonundakı “Və Biz, şübhəsiz insana tərəfimizdən bir rəhmət daddırdığımız zaman ona sevindi; əgər əlləriylə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görürsən ki, şübhəsiz o insan çox nankordur” ifadəsi, daha əvvəl bir çox ayədə də edildiyi kimi, insanın ümumi psixoloji quruluşunu anladan bir ifadədir.

49,50Göylərin və yer üzünün hökmranlığı yalnız Allahındır. O, dilədiyini yaradır, dilədiyinə ancaq qız, dilədiyinə də ancaq oğlan bəxş edər. Yaxud Allah onları oğlan və qız olaraq taylaşdırır. Dilədiyini də qısır edər. Şübhəsiz ki, O, ən yaxşı bilən, çox güclü olandır.

Kainatda mütləq hakimiyyətin Rəbbimizdə olduğunu vurğulayaraq başlayan bu ayələr sərbəst bir Nəcmdir.

Rəbbimizin yaratma mövzusundakı mütləq hakimiyyəti, dilədiyini dilədiyi kimi yaratması şəklində təcəlli edir. Yaradılış qanununda insanları ən çox maraqlandıran xüsuslardan biri, nəslin davamını təmin edən övlad sahibi olmaq, övladların cinsiyyətləri və övlad sahibi ola bilməmək kimi hallardır. Rəbbimizin bu xüsusdakı tətbiqatı, Onun bütün insanları əhatə edən ümumi bir qanunudur [sünnətullahdır]. Bu qanunun fəaliyyətinə peyğəmbərlər də daxildir. Çünki onlar da bu qanuna görə yaşayırlar Çünkü onlar da bu yasaya göre muamele görürler;; kimisinin oğlu, kimisinin də qızları olur, kimisi də digər insanlar kimi qısır qalırlar. Necə ki, peyğəmbərlər tarixinə baxıldığında, Lut peyğəmbərin sadəcə qızlarının olduğu; İbrahim peyğəmbərin oğullarının olduğu; Rəsulullahın isə Qasım, Tahir, Abdullah və İbrahim adlarında dörd oğlunun, Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm və Fatimə adlarında da dörd qızının olduğu; Yəhya peyğəmbərin isə heç övladının olmadığı görünür. İsa peyğəmbərin evlənib evlənmədiyi, övladının olub olmadığı isə bilinmir.

  • 57Və onlar Allaha qızlar isnad edirlər. Allah, bundan münəzzəhdir. Özləri üçün də iştahlandıqları oğlan uşaqları vardır.
  • 58Və onlardan biri qız doğulması xəbəri ilə müjdələndiyi zaman içi qəzəblə dolaraq, üzü qapqara qaralır.
  • 59Özünə verilən xəbərin/müjdənin pisliyinə görə qövmündən gizlənir, alçaq­lıq və xorluğa baxmayaraq qızı yanındamı tutsun, yoxsa torpağamı basdırsın! Diqqət edin, onların verdikləri hökm/törələri nə pisdir! (Nəhl/57-59)
  • 16Yoxsa O, yaratdıqlarından özünə qızlar qəbul etdi və oğulları sizəmi seçdi?
  • 17Onlardan biri Rəhmana yaraşdırdığı/qız ilə müjdələndiyi zaman üzü qapqara olur. Və o, udqunub duran biridir.
  • 18Və yoxsa onlar zinət əşyaları içərisində yetişdirilərək, mübahisədə açıq-aşkar olmaya­namı üstünlük verirlər? (Zühruf/16-18)

51Və bir bəşər üçün, bir vəhy ilə və ya pərdə arxasından, yaxud bir elçi göndərərək izni ilə/biliyi ilə dilədiyini vəhy etməsi istisna olmaqla, Allahın ona söz söyləməsi olmaz. Şübhəsiz ki, O, çox uca və ucaldıcıdır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

Bu və bundan sonrakı ayələr də sərbəst bir Nəcmdir.

Bu ayədə Rəbbimizin bəşər ilə necə təmas qurduğu bildirilir. Allah bir bəşər ilə birbaşa danışmaz; ya qəlbə ilka edər, ya pərdə arxasından ona xitab edər, ya da elçi göndərərək, Allahın izniylə, ona vəhy edər.

Allahın hər hansı bir insanla qarşılıqlı danışması, dialoq qurması müm­kün deyildir. Allah insanlarla ancaq aşağıdakı üç şəkildə danışır:

1– Vəhy yoluyla: Vəhydən məqsəd, ilahi məlumatın qəlbə atılması, qazılmasıdır. Peyğəmbərlərə gələn vəhylərin əksəriyyəti bu yolla olmuşdur. Həmçinin Rəbbimiz Musanın anasına da bu yolla vəhy etmişdir:

  • 30–32Sonra ora çatdığında, o bərəkətli torpaq parçasındakı vadinin sağ tərəfındən, bir ağacdan səslənildi: “Ey Musa! Heç şübhəsiz ki, Mən aləmlərin Rəbbi Allahın məhz özüyəm! Və təcrübələrini ortaya at! Təcrübələrini sanki görünməyən bir varlıq kimi, hərəkət etdiyini görüncə də, dönüb arxasına baxmadan qaçdı. “Ey Musa! Yaxın gəl, qorxma. Tam əmin ol ki, sən əmniyyətdə olanlar­dansan. Qoynundakı gücünü işə sal, qüsursuz, mükəmməlcə çıxacaqsan. Səni qorxudan qanadını özünə çək. Bax budur, bu ikisi Firon və onun adamlarına qarşı Rəbbin tərəfındən iki qəti dəlildir. Şübhəsiz ki, onlar yoldan çıxan bir cəmiyyət olmuşdular”. (Qasas/30-32)

2– Allahın bir elçi göndərərək o elçi vasitəsi ilə quluna ismarıc çatdırmasıdır. Bu da Allahın Lut və İbrahim peyğəmbərə qonaq olaraq göndərdiyi elçilərin  (İbrahimə övlad, Lut cəmiyyətinin həlak olacağı şəklindəki) ismarıc çatdırması və Zəkəriyyə peyğəmbəri yollayaraq Məryəmə ismarıclarını çatdırması kimidir.

  • 17Sonra ailəsi ilə/yaxınları ilə özü arasına bir pərdə qoymuşdu və Biz ona ruhumuzu/ilahi ismarıcımızı göndərdik, sonra ruhumuzu/ismarıclarımızı gətirən elçi Məryəmə mükəmməl bir bəşəri örnək verdi.
  • 18Məryəm: “Mən səndən Rəhmana sığınıram. Əgər sən Allahın qoruması altına girmiş birisi/taqi/təqvalısansa…” – dedi.
  • 19Elçi/Zəkəriyyə: “Mən, sadəcə, sənə tərtəmiz bir oğlan uşağı bağışlamağım/bağışlamaq üçün Rəbbinin elçisiyəm” – dedi. (Məryəm/17-19)
  1. Pərdə arxasından vəhy edilməsi:Bu cür ismarıc çatdırma halında Elçi səsi eşidir, lakin danışan görünmür. Buna nümunə olaraq Peyğəmbərimizin son sidrə ağacına bir şeylər bürünərək pərdə əmələ gətirildikdən sonra ilk vəhyi almasını və Musa peyğəmbərə Turda bir ağac və atəşin pərdələməsi ilə pərdə arxasından vəhy edilməsini göstərə bilərik.
  • 5Yoldaşınıza o danışdıqlarını müdhiş qüvvətləri olan, üstün ağıl sahibi, hegemonluq qurmuş olan öyrətdi.
  • 6,7Və müdhiş qüvvətləri olan, üstün ağıl sahibi olan və hegemonluq qurmuş olan ən yüksək üfüqdə idi. 8,9Sonra yaxınlaşdı və dərhal sallandı. Birində iki yay uzunluğu qədər, digərində də daha yaxın olmuşdu. 10Dərhal da quluna, 14son gilas ağacının yanında15 ki, yanında oturmağa dəyər qonaqlıq yeri vardır, vəhy etdiyini vəhy etdi. 16O zaman gilas ağacını bürüyən bürüyürdü. 11Könlü, gördüyünü yalan saymadı. 12Onun gördüyü şeydən şübhəmi edirsiniz?/Onun gördüyü şey haqqında onunla mübahisəmi edirsiniz?
  • 13And olsun onu, başqa bir enişdə daha gördü. 17Göz çaşmadı və azmadı. 18And olsun, Rəbbinin əlamətlərinin/nümunələrinin ən böyüyünü gördü. (Nəcm/5-18)

Mövzumuz olan 51-ci ayənin enmə səbəbi haqqında “Əsbab-i Nüzul” qeydlərində aşağıdakı nəqlə yer verilmişdir:

Yəhudilər Peyğəmbərə (səs): “Musa Allah ilə necə danışıb, Ona necə baxdı isə, sən də əgər gerçək bir peyğəmbərsənsə, Onunla belə danışmalı və Ona belə baxmalısan. Bunu etmədiyin müddətdə biz sənə iman etməyəcəyik” – dedilər. Bundan sonra Peyğəmbər (səs) belə buyurdu: “Şübhəsiz ki, Musa Uca Allaha baxmadı [Onu görmədi].” Bundan sonra Uca Allahın “Allah bir insanla ancaq (ya) vəhy yolu ilə danışır …” buyuruğu endi. Bu rəvayəti ən-Nəqqaş, əl-Vahidi və əs-Saləbi zikr etmişdilər. [8]

52,53Bax budur, beləcə, Biz sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan di­lə­diyimizi onunla bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də ən ­doğ­ru bir yola – göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçi­lik et­mək­dəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər.

Ayədə yer alan “öz əmrimizdən/öz işimizdən olan ruhu vəhy etdik” ifadəsi, vəhy göndərmə işinin Rəbbimizə xas bir iş olduğu, bunun kimsə tərəfindən edilmədiyi və edilməsinin mümkün olmadığı, vəhy göndərmədə heç bir varlığın vasitəçi işlədilmədiyi şəklində açıqlana bilir. Bu vurğu, vəhyin [ruhun] bəhs edildiyi bütün ayələrdə vardır.

Ayədə diqqət çəkən bir digər nöqtə də vəhyin “ruh” olaraq xarakterizə edilmiş olmasıdır. “Ruh” sözü Quranda “İlahi əsinti, vəhy/bilgi” mənasında işlədilmişdir. Vəhyin bilgisiz olduğu üçün ölü sayılan qəlbə həyat verdiyi, canın bədəndəki funksiyası nədirsə, vəhyin də insanlıq üçün eyni funksiyanı gördüyü, bu funksiyaya görə də fərdi və cəmiyyəti qoxumaqdan qoruduğu düşünülürsə, “ruh” sözünün lüğəti, ensiklopedik və dini termin mənalarıyla Qurandakı mənası arasında bir paralellik var kimi görünə bilir. Ancaq sözün işlədildiyi ayələr təhlil edildiyində, bu paralelliyin “ruh”un nə olduğu mövzusunda deyil, sadəcə insan üzərindəki təsirləri mövzusunda olduğu anlaşılır.

Quranda bəhs edilən “ruh” [ilahi əsinti, vəhy] sadəcə bilərək və istəyərək bu ruha sahib olan və onu həyatına tətbiq edən insanlara və cəmiyyətlərə mənalı bir canlılıq verən, onları qoxumaqdan qoruyan bir şeydir.

Lakin əsla ölümdən kənardakı canlılığı təmsil edən və hər cür rəzilliyi də əhatə edən sehirli bir nəfəs deyildir:

  • 85Və səndən vəhy haqqında soruşurlar. De ki: “Vəhy, Rəbbimin işindəndir. Sizə isə az bi­lik­dən başqa bir şey verilməmişdir”. (İsra/85)
  • 15O, dərəcələri yüksəldəndir, ən böyük taxtın/ən yüksək mövqenin sahibidir. O, görüşmə günü haqqında xəbərdar etmək üçün Öz əmrindən/Öz işindən olan vəhyi qullarından dilədiyinə verir. (Mömin/15)

“Ruh” mövzusu daha əvvəl Qədr surəsinin təhlilində “Ruh”, “Ruh Sözünün Qurandakı İşlədilməsi”, “Ruh/Vəhy Nə üçün və Kimə Endirilir?” və “Ruhun Üfürülməsi” başlıqları altında geniş şəkildə ələ alındığından, məlumatın oradan oxunmasını məsləhət görürük.

Ayədə “Lakin Biz onu, qullarımızdan dilədiyimizi özüylə bələdçilədiyimiz bir nur/işıq etdik” buyurularaq, Quranın işıq və bələdçi olma xüsusiyyətinə də toxunulmuşdur. “Qullarımızdan dilədiyimizi …” ifadəsi, Qurandan hər kəsin yararlana bilmədiyi ismarıcını verir.

  • 2–4Bax budur, bu kitab – özündə heç şübhə yoxdur, kimsəsiz yerlərdə iman edən, sa­la­atı iqamə edən, onları ruziləndirdiyimiz şey­lər­dən Allah yolunda xərcləyən/başda yaxınları olmaqla başqalarının dola­nı­şıq­la­rını təmin edən, sənə endirilənə və səndən öncə endirilənə iman edən, Allahın qo­ru­ması altına girənlər – ki, bunlar, axirətə də qətiliklə inanırlar – üçün bir bə­ləd­çidir.  (Bəqərə/2-4)
  • 156,157Allah dedi ki: “Mənim əzabım var; onu dilədiyimə toxunduraram, mərhəmətim də var; o isə hər şeyi əhatə etmişdir. Onu da xüsusilə Allahın qoruması altına girənlərə, zəkatını/vergisini verənlərə və ayələrimizə inananlara; onlara yaxşılığı əmr edən və onları pisliklərdən çəkindirən, təmiz və xoş şeyləri onlara sərbəstləşdirən, kirli, naqis və pis şeyləri də onlara qadağan edən, bellərindən ağır yükləri, üzərlərindəki bağları və zəncirləri endirən, yanlarındakı Tövrat və İncildə yazılmış olduğunu görəcəkləri Ana şəhərli/Məkkəli Peyğəmbər, o Elçiyə uyanlara yazacağam. O halda, ona iman edən, ona qətiyyətlə hörmət göstərən, ona köməkçi olan və onunla birlikdə endirilən nuru izləyən kəslər var ha, bax budur, məhz onlar qurtuluşa çatanlardır”. (Əraf/156, 157)
  • 174Ey insanlar! Qətiliklə Rəbbinizdən sizə açıq-aşkar bir dəlil gəldi. Və Biz sizə apaçıq/açıqlayan bir işıq endirdik. (Nisa/174)
  • 15,16Ey Kitab Əhli! Qətiliklə, Kitabdan gizlətmiş olduğunuz şeylərin çoxunu açıqlayan, çoxundan da səthi keçən Bizim Elçimiz sizə gəldi. Qətiliklə sizə Allahdan bir işıq və açıq-aşkar bir Kitab gəldi. Allah, o Kitabla öz rızasına uyanları salamatlıq yollarına bələdçiləyər. Onları Öz biliyi ilə, qaranlıqlardan aydınlığa çıxarar və dosdoğru yola bələdçiləyər. (Maidə/15, 16)
  • 8Belə isə Allaha, Elçisinə və Bizim endirdiyimiz işığa/Qurana inanın. Və Allah etdiyinız şeylərdən xəbərdardır. (Təğabun/8)
  • 1–3Əlif/1, Lam/30, Ra/200. Bu, Bizim insanları Rəbbinin izni/biliyi ilə qaranlıqlardan aydınlığa – ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, öyülən, öyülməyə layiq olanın, göylərdə və yer üzündə olan şeylər Özünün olan Allahın yoluna çıxarmağın üçün sənə endirdiyimiz bir kitabdır. Və dünya həyatını Axirətdən üstün tutan, Allahın yolundan döndərən və onun əyriliyini istəyən kafirlərin, şiddətli bir əzaba görə vay halına! Bax budur, bunlar çox uzaq bir pozğunluq içindədirlər. (İbrahim/1-3)

Allah doğrusunu ən yaxşı biləndir.

[1]  Süyuti; el İtkan.

[2] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[3] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[4] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[5] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[6] Mukatil.

[7] Lisanü’l Arab, Tacü’l Arus; şvr mad.

[8] Kurtubi; el-camiu li Ahkamil Kuran.