TÖVBƏ SURƏSİNİN TƏBYİNİ

Adını, 102-118-ci ayələrdə təfərrüatlı olaraq keçən “tövbə” mövzusundan alan surənin Mədinədə 113-cü sırada endiyi qəbul edilir. 113 və 128-129-cu ayələrin Məkki olduğuna dair görüşlər də vardır. [1]

İçərisində olan müxtəlif mövzulara görə bu surə: Bəraə, Tövbə, Mukaşkışə, Mübasirə, Müşərridə, Muhziyə, Fadıha, Müsira, Hafira, Münəkkilə, Müdəmdimə və Əzab surəsi olaraq da adlandırılmışdır. [2]

Surə İslami həccdəki bildiriş ilə başlayır. Daha sonra döyüş, infaq, vəlayət, tövbə, münafiqlərin vəziyyətinin bəyanı, Təbük səfərindən əvvəl və sonrakı məsələlərin açıqlaması və dəyərləndirməsi kimi mövzular yer alır.

Surənin mövzusundan Təbük səfəriylə əlaqədar ayələrdən başqa qalanlarının müxtəlif zamanlarda endiyi anlaşılır.

Rəsmi Düzülüşü tərtib edən heyət, bu surənin başına bismillahi rəhmanir rəhim qoymamışdır. Bunun səbəbi qaynaqlarda belə açıqlanır:

1) Ərəblər cahiliyyə dövründə, əgər özləriylə bir qövm arasında bir andlaşma olaraq, onlar bu andlaşmanı pozmaq istədiklərində qövmə, besmelesiz bir məktub yazmaqları adətləri idi. Budur Tövbə surəsi də Peyğəmbər (s.ə.s) ilə müşriklər arasındakı andlaşmanı pozmaq kimi nazil olunca, Peyğəmbər (s.ə.s) bu surəni Əli b. Əbu Talib (r.a) ilə birlikdə göndərdi. O da bu surəni həcc mövsümündə Ərəblərə oxudu. Ərəblərın əhdi pozarkən besmele oxumamaq şəklindəki tətbiq edilərək gələn adətlərinə uyğun olaraq, o da besmele oxumadı.

2) Nəsai rəvayətlə deyir ki: Bizə Alıməd anlatdı dedi ki, bizə Muhəmməd b. əl-Müsənna, Yahya b. Səiddən anlatdı, Yahya dedi ki: Bizə Avf anlatdı dedi ki: Bizə Yezid el-Rukaşi anlatdı, dedi ki: Bizə İbn Abbas dedi ki: mən, Osmana belə dedim: “əl-Ənfal surəsi Məsanidən, Bəraə [Tövbə] surəsi də Miundan olduğu halda onları ardıcıl yazmağa, Bismillahir-rəhmanir-rəhim sətirini də yazmayaraq, bu surəni yeddi uzun surə [əs-Səbu’t-Tival] arasına yazmağa sizi vadar edən səbəb nədir?” Osman dedi ki: “Rəsulullaha (s.ə.s) bir şey nazil oldumu, nəzdində olan yazıçılardan birisini çağırır və, “Siz bunu bu bu xüsusun bəhs edildiyi surəyə qoyun” buyururdu. Ona, birdən çox ayə-i kərimə nazil də olur və yinə, “Bu ayələri içində bu bu xüsusların bəhs edildiyi surəyə qoyun” deyirdi. Əl-Ənfal surəsi də Mədinədə hicrətdən sonra ilk nazil olanlardandı. Bəraə [ət-Tövbə] isə, Quranın son nazil olan surələrindəndir. Bunun bəhs etdiyi xüsuslar, o birinin bəhs etdiyi xüsusları andırırdı. Rəsulullah (s.ə.s) isə bizə, onun o birindən olduğunu açıqlamadan vəfat etdi. Mən də onun [Tövbənin] ondan [əl-Ənfaldan] olduğunu zənn ettim. Budur, buna görə hər iki surəni yan–yana gətirdim və aralarına Bismillahir-rəhmanir-rəhim sətirini yazmadım”. Bu hədisi, Əbu İsa ət–Tirmizi də rəvayət etmiş olub, “Bu hasen bir hədisdir” – demişdir.

3) Üçüncü görüş, yenə Osmandan (r.a) rəvayət edilmişdir. Malik də, İbn Vehb, İbnul-Qasım və İbn Abdil-Hakemin rəvayətinə görə belə demişdir: “Bu surənin baş tərəfləri (vəhy ilə) qaldırılınca, Bismillahir-rəhmanir-rəhim də onlarla birlikdə qaldırıldı”. Bu görüş, həmçinin İbn Aclandan rəvayət edilmişdir. Ona görə Tövbə surəsi, Bəqərə surəsi qədər və ya ona yaxındı. Onun bir bölümü getdiyinə görə, hər iki surə arasına Bismillahir-rəhmanir-rəhim yazılmadı. Said b. Cübeyr də deyir ki: “Tövbə surəsi, Bəqərə surəsi kimi idi”.

4) Haricə, Əbu İsmət və başqalarının görüşü olub, belə demişdilər: “Hz. Osmanın xəlifəliyi dövründə Rəsmi Düzülüşü yazdıqlarında Rəsulullahın (s.ə.s) əshabı arasında görüş ayrılığı ortaya çıxdı. Kimiləri: “Bərae və Ənfal tək bir surədir deyirkən, kimiləri ‘Bunlar, iki ayrı surədir dedi. ‘Bunlar, iki ayrı surədir deyənlərin görüşü dolayısıyla iki surə arasında bir boşluq buraxıldı və ‘Bunlar, tək bir surədir deyənlərin görüşü dolayısıyla da Bismillahir-rəhmanir-rəhim yazılmadı. Beləliklə hər iki qisim də buna razı oldu və hər iki qisimin də Rəsmi Düzülüşdə dəlilləri təsbit edilmiş oldu”.

5) Abdullah b. Abbas dedi ki: Ali b. Əbu Talibə: “Nə üçün Tövbə surəsində Bismillahir-rəhmanir-rəhim yazılmadı?” – deyə soruşdum, bu cavabı verdi: “Çünki Bismillahir-rəhmanir-rəhim bir emandır. Tövbə isə qılınc [döyüş əmri] ilə nazil olmuşdur. Onda eman deyə bir şey yoxdur”. Bu mənada bir açıqlama əl-Mübərrəddən rəvayət edilmişdir. O da belə deyir: “Buna görə ikisi bir arada olmaz, çünki “Bismillahir-rəhmanir-rəhim” bir rəhmətdir. Tövbə surəsi isə qəzəb olaraq, nazil olmuşdur”. Süfyandan da bənzəri bir görüş rəvayət edilmişdir. Süfyan b. Uyeynə deyir ki: “Bu surənin baş tərəfinə Bismillahir-rəhmanir-rəhimin yazılmamaq səbəbi, besmelənin rəhmət oluduğuna görədir. Rəhmət isə bir emandır. Bu surə isə münafiqlər haqqında və qılınc ilə enmişdir. Münafiqlərin isə emanı yoxdur”.

Besmelənin yazılmama səbəbi xüsusunda səhih olan Hz. Cəbrailin bu surə ilə birlikdə besmeleyi endirməmiş olmasıdır. [3]

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ:

MƏDİNƏ DÖVRÜ

Nəcm: 695

1,2Allahdan və Elçisindən əhd bağladığınız ortaq qoşanlara bir ultimatum, qəti xəbərdarlıq: “Artıq yer üzündə dörd ay daha rahat dolaşın. Və qətiliklə özünüzün, Allahı aciz buraxan olmadığını və qətiliklə Allahın, kafirləri rüsvay edən olduğunu bilin”.

3,4Və “ən böyük həcc” günü, ortaq qoşanlardan andlaşma etdiyiniz, sizə heç bir əskiklik etməmiş və sizin əleyhinizə heç bir kimsə ilə köməkləşməmiş kimsələr istisna olmaqla, şübhəsiz ki, Allahın və Onun Elçisinin ortaq qoşan insanlardan laqeyd olduğuna dair Allahdan və Elçisindən insanlara bir bildiriş: “Artıq əgər xətadan dönərsinizsə, bu sizin üçün xeyirlidir. Və əgər üz döndərərsinizsə, o zaman şübhəsiz ki, sizin Allahı acizləşdirən olmadığınızı bilin”. Kafirlərə də acıqlı bir əzabı müjdələ! Artıq siz də müddətlərinə qədər özlərinə verdiyiniz sözlərinizi tamamlayın. Şübhəsiz ki, Allah Özünün qoruması altına girənləri sevər.

5Bu toxunulmaz qılınmış aylar/həcc ayları çıxdığı zaman da o ortaq qoşanları harada tapsanız öldürün, onları yaxalayın, həbs edin və hər gözləmə yerində onlar üçün oturun. Artıq, əgər tövbə edərlərsə, salaatı iqamə edərlərsə və zəkatı/vergilərini verərlərsə, artıq onların yollarını sərbəst buraxın. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

6Əgər ortaq qoşanlardan hər hansı biri aman diləyərsə, Allahın kəlamını dinləməsi üçün ona aman ver. Sonra onu təhlükəsiz yerinə çatdır. Bu, şübhəsiz ki, onların bilməyən bir cəmiyyət olduqlarına görədir.

7Məscid-i Haram yanında andlaşma etdikləriniz istisna olmaqla, o ortaq qoşan insanlarla Allah qatında və Elçisi qatında hər hansı bir andlaşma necə ola bilər? Artıq onlar sizə qarşı doğru olduqca, siz də onlara qarşı doğru olun. Şübhəsiz ki, Allah Özünün qoruması altına girənləri sevər.

8–10Necə ola bilər ki? Və əgər onlar sizdən üstünlük əldə edərlərsə, sizin haqqınızda bir and və andlaşma gözləməzlər. Ağızları ilə sizi məmnun etməyə çalışarlar, qəlbləri isə inadlaşar. Və onların çoxu haqq yoldan çıxmış kimsələrdir! Onlar Allahın ayələrini çox az bir bədəllə satdılar və Allahın yolundan ayırdılar. Şübhəsiz ki, onlar etdikləri pis olanlardır. Onlar hər hansı bir mömin haqqında and və andlaşma gözləməzlər. Və bax budur, bunlar həddi aşanların məhz özləridir.

11Bundan sonra əgər tövbə edərlərsə, salaatı iqamə edərlərsə və zəkatı/vergilərini verərlərsə, artıq onlar din qar­daş­larınızdırlar. Və Biz ayələri bilən bir cəmiyyət üçün izahlı olaraq açıqlayırıq.

12Və əgər verdikləri sözdən sonra andlarını pozar və dininizə dil uzadarlarsa, əl çəkmələri üçün o, küfr başçıları ilə dərhal döyüşün. Şübhəsiz ki, onlar üçün sözləşmə deyə bir şey yoxdur.

13Andlarını pozan, Elçini yurdundan çıxarmağa cəhd edən və üstəlik də ilk öncə özləri sizə qarşı döyüşə başlayan bir cəmiyyətlə döyüşməyəcəkzsinizmi? Yoxsa onlara hörmətlə, sevgi ilə, biliklə ürpərtimi duyursunuz? Artıq, əgər möminsinizsə, Allah Özünə hörmətlə, sevgi ilə, biliklə ürpərti duymağa daha layiq olandır.

14,15Onlarla döyüşün ki, Allah sizin əllərinizlə onları cəzalandırsın və onları rüsvay etsin. Sizi də onlara qarşı müzəffər etsin və mömin bir qövmün qəlblərinə şəfa versin, qəlblərinin kinini aradan qaldırsın. Allah dilədiyinin tövbəsini də qəbul edər. Və Allah çox yaxşı biləndir, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağlamlaşdırandır.

16Sizdən cəhd edənləri, Allahın Elçisindən və inananların yaratdıqlarından sirdaş/can dostu etməyənləri Allah bildirmədən/işarələyib göstərmədən buraxılacağınızımı sandınız? Və Allah etdiklərinizdən çox yaxşı xəbəri olandır.

17Ortaq qoşanlar, özlərinin küfrünə özləri şahid olarkən, Allahın məscidlərini abad etmələri barəsində söz belə ola bilməz. Bax budur, onlar işləri boşa gedənlərdir. Və onlar atəş içində həmişəlik qalacaqlar.

18Allahın məscidlərini, ancaq Allaha və axirət gününə inanan, salaatı iqamə edən, zəkatı/vergisini verən və sadəcə, Allaha hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan kimsələr açar və yaşadarlar. Artıq bax budur, onların bələdçiləndikləri doğru yol üzrə olan kimsələrdən olmaları gözlənir.

19Siz həcc edənlərin sularının tədarik edilməsini və Məscid-i Haramda abadlıq edilməsini, Allaha və axirət gününə iman edən və Allah yolunda çalışan kimsə kimimi edirsiniz? Bunlar, Allah qatında bərabər ola bilməzlər. Və Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər qövmünə bələdçilik etməz.

(113/9, Tövbə/1–19)

Nəcm: 696

28Ey iman edənlər! Ortaq qoşan bu insanlar, sadəcə, bir pislikdirlər. Artıq bu illərindən sonra Məscid-i Harama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan/onların uzaqlaşması ilə qazanc itkisinə uğramaqdan qorxdunuzsa da, Allah sizi dilədiyində ərməğanlar ilə yaxında zənginləşdirəcəkdir. Şübhəsiz ki, Allah ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.

29Özlərinə Kitab verilənlərdən, Allaha və axirət gününə inanmayan, Allahın və Elçisinin haram qıldığı şeyi haram qılmayan və haqq dini din qəbul etməyən bu insanlarla, alçalmış olduqları halda cizyə verənə qədər döyüşün.

31Onlar Allahın yaratdıqlarından biliklilərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə rəbblər qəbul etdilər. Halbuki, onlara, sadəcə, bir tək olan Allaha qulluq etmək əmr olunmuşdılar. Allahdan başqa Tanrı deyə bir şey yoxdur. O, ortaq qoşanların ortaq qoşduğu şeylərdən də münəzzəhdir.

32Onlar Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə belə, Allah Öz nurunu tamamlamaq istər və buna qadirdir.

20İman edən, hicrət edən və mallarıyla, canlarıyla Allah yolunda çalışanlar Allah qatında dərəcə baxımından daha üstündür. Bax budur, bunlar xilas olanların məhz özləridir.

21,22Onların Rəbbi onları Öz qatından bir mərhəmət, bir rıza və orada sonsuz olaraq qalmaq üçün içində tükənməz nemətlər olan onlara aid cənnətlərlə müjdələyər. Şübhəsiz ki, Allah qatında çox böyük mükafat olandır.

(113/9, Tövbə/28–29, 31, 32, 20–22)

Nəcm: 697

23Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız imana qarşılıq küfrü sevirlərsə, onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Sizdən hər kim də onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edərsə, artıq bax budur, onlar səhv davrananların/öz zərərlərinə iş edənlərin məhz özləridir.

25And olsun ki, Allah bir çox yerdə və Huneyn Günü sizə kömək etdi. Həmçinin çox olmağınız sizə arxayınlıq vermişdisə də, onun sizə bir faydası olmamış və yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəlmişdi. Sonra da üz döndərib qaçmışdınız.

26Sonra Allah Elçisinin üzərinə və möminlərin içlərində qəlbi təskinləşdirən, arxayınlıq və sakitləşmə duyğularını/əhvali-ruhiyyələrini əmələ gətirdi və sizin görmədiyiniz ordular endirdi. Kafirləri də əzaba uğratdı. Və bax budur, bu, kafirlərin cəzasıdır.

27Sonra bu olub bitənlərin arxasından Allah dilədiyi insana dönüş nəsib edər. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

(113/9, Tövbə/23, 25–27)

Nəcm: 698

30Və Yəhudilər: “Uzeyr Allahın oğludur” – dedilər. Xristianlar da: “Məsih Allahın oğludur” – dedilər. Bu, onların ağızları ilə gəvələdikləri sözlər olub, guya bununla daha öncə yaşayan kafirlərin sözlərini təqlid edirlər. Allah onlarla vuruşmuşdur. Necə də döndərilirlər!

33Allah, ortaq qoşanlar xoşlanmasa da, Özünü dindən/hamısından üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir.

(113/9, Tövbə/30, 33)

Nəcm: 699

 

34Ey iman edənlər! Şübhəsiz, hahamlardan/biliklilərdən, rahiblərdən bir çoxu qətiliklə insanların mallarını haqsız yerə yeyirlər və Allah yolundan azdırırlar. Və qızıl və gümüşü yığaraq, onları Allah yolunda xərcləməyən/başda öz yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin etməyən insanlar dərhal onları acıqlı bir əzabla müjdələ!

35O gün yığıb topladıqları qızıl və gümüşlərin üstü cəhənnəm atəşində qızdırılacaq və bunlarla alınları, yanları və arxaları dağlanacaq: “Bax budur, bu, öz canınız üçün yığıb saxladığınız şeydir. Haydı, indi dadın bu, yığıb toplamış olduğunuz şeyləri!”

(113/9, Tövbə/34–35)

Nəcm: 700

24De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, əqrəbala­rı­nız, qəbiləniz, əldə etdiyiniz mallar, durğunluğa uğramasından ürpərdiyiniz ticarət, xoş­landığınız məskənlər, sizə Allahdan, Onun Elçisindən və Onun yolunda çalışmaqdan daha sevimlidirsə, artıq Allah əmrini gətirənə qədər gözləyin. Və Allah haqq yoldan çıxmışlar qövmünə bələdçilik etməz.

(113/9, Tövbə/24)

Nəcm: 701

36Şübhəsiz, Allahın Allah qatında göyləri və yeri əmələ gətirdiyi günkü yazısında ayların sayı, ay olaraq on ikidir. Bunlardan dördü toxunulmaz qılınmışdır. Bax budur, bu, qoruyandandır. Buna görə də, toxunulmaz aylarda özünüzə haqsızlıq etməyin. Və sizinlə hamılıqla döyüşən ortaq qoşanlarla, siz də hamılıqla döyüşün. Və şübhəsiz ki, Allahın Özünün qoruması altına girənlərlə bərabər olduğunu bilin.

37O “Nesi”, ancaq küfrdə həddi aşmaqdır ki, onunla kafirlər çaşdırılır – Allahın haram etdiyinin sayını uydursunlar və Allahın haram etdiyini halal etsinlər deyə, onu bir il halal, bir il haram sayarlar. Özlərinə əməllərin pisliyi bəzədilib gözəl göstərildi. Və Allah kafirlər qövmünə bələdçilik etməz.

(113/9, Tövbə/36–37)

Nəcm: 702

38Ey iman edənlər! Nə oldu ki, sizə “Allah yolunda döyüşə çıxın” deyildiyi za­man yerə çaxılıb qaldınız/yapışıb qaldınız. Axirətdən əl çəkib bəsit dünya hə­ya­tı­namı razı oldunuz? Amma axirətdəkinə görə, bu bəsit dünya həyatının qazan­cı çox az­dır.

39Əgər döyüşə çıxmazsınızsa, Allah sizi acıqlı bir əzab ilə əzablandırar və yerinizə başqa bir qövmü gətirər və siz Ona zərər deyə bir şey edə bilməzsiniz. Və Allah hər şeyə qadirdir.

40Əgər siz Elçiyə kömək etməzsinizsə, bilin ki, Allah ona qətiliklə kömək et­miş­dir. Həmçinin o kafirlər onu ikinin ikincisi olaraq çıxarmışdılar. Həmçinin ikisi mağarada idilər. Həm­çinin o, yoldaşına: “Kədərlənmə, şübhəsiz ki, Allah bizimlə birlikdədir” – deyirdi. Buna görə də Allah onun qəlbinə təskinləşdirən arxayınlıq və sakitləşmə duy­ğu­ları/əhvali-ruhiyyəsi qoymuş, Onu sizin görmədiyiniz əsgərlərlə güclən­dir­miş və kafirlərin sözünü ən alçaq etmişdi. Allahın kəlamı da ən ucanın məhz özüdür. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

41Yüngül təchizatla və əsaslı olaraq döyüşə çıxın və mallarınızla, canlarınızla Allah yolunda əzm göstərin. Əgər bilirsinizsə, bu sizin üçün daha xeyirlidir.

(113/9, Tövbə/38–41)

Nəcm: 703

42Əgər səfər yaxın bir qazanc və adi bir səfər olsaydı, onlar qətiliklə səni izləyərdilər. Lakin, o edilməsi çətin olan iş özlərinə uzaq gəldi. Bununla bərabər: “Bizim də gücümüz yetsəydi, qətiliklə sizinlə birlikdə əlbəttə, çıxardıq” – deyə, Allaha and içəcəklər… özlərini dağıntıya uğradırlar… Və Allah bilir ki, onlar qətiliklə yalançı insanlardır.

43Allah səni əfv etdi. Doğru insanlar sənə yaxşı-yaxşı bəlli oluncaya və sən yalançıları bilincəyə qədər, nə üçün onlara izin verdin?

44Allaha və axirət gününə inanan insanlar mallarıyla və canlarıyla cəfa çəkməyə səndən izin istəməzlər. Və Allah Öz qoruması altına girmiş insanları ən yaxşı biləndir.

45Səndən izin istəyənlər, sadəcə, Allaha və axirət gününə inanmayan və qəlbləri şübhəyə düşərək şübhələrinin içində çabalayıb duranlardır.

46Və əgər çıxmalarını istəsəydilər, qətiliklə çıxmaları üçün bəzi hazırlıq edərdilər. Lakin, Allah onların göndərilmələrini xoş görmədi və onları yoldan saxladı. Və: “Oturun oturanlarla birlikdə!” – deyildi.

47Əgər sizinlə birlikdə çıxmış olsaydılar, sadəcə pozğunculuğu artıracaqdılar və qətiliklə aranıza sosial yanğın salmaq üçün qaçacaqdılar. İçinizdə onlara qulaq asacaq adamlar da vardı. Və Allah o səhv davrananları/öz zərərlərinə iş edənləri çox yaxşı biləndir.

48And olsun ki, onlar bundan öncə də insanları dindən çıxarmaq istədilər və sənə cürbəcür işlər çevirdilər. Sonunda haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri açığa çıxdı.

49Onlardan bəziləri: “Mənə izin ver, məni sosial yanğına düşürmə/başımı bəlaya salma!” – deyərlər. Gözünüzü açın! Onlar sosial yanğının içinə düşdülər. Cəhənnəm də kafirləri tamamilə əhatə edəndir.

50Əgər sənə bir yaxşılıq toxunarsa, narahat olarlar. Əgər sənə bir müsibət toxunarsa: “Biz qətiliklə tədbirimizi öncədən almışdıq” – deyərlər. Və onlar sevincək halda dönüb gedərlər.

51De ki: “Heç bir zaman bizə Allahın bizim üçün yazdığından başqası toxunmaz. O, bizim mövlamızdır. Onun üçün möminlər işin nəticəsini yalnız və yalnız Allaha həvalə etsinlər”.

52De ki: “Siz, bizə iki gözəlliyin birindən başqasınımı gözləyirsiniz? Biz isə sizə Allahın Öz qatından və ya bizim əlimizlə bir əzab endirməsini gözləyirik. Haydı, siz gözləyin durun, şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyənlərik”.

53De ki: “İstəyərək və ya istəməyərək Allah yolunda xərcləyin – sizdən heç bir zaman qəbul edilməyəcəkdir. Şübhəsiz ki, siz haqq yoldan çıxanlar qövmü oldunuz”.

54Və onların xərclədiklərinin özlərindən qəbul olunmasına, sadəcə, onların küfr etməsi, Onun Elçisinin həqiqi elçi olmasını bilərək rədd etmələri və salaata tənbəl-tənbəl getmələri, həmçinin Allah yolunda xərcləmələrini könülsüz etmələri əngəl oldu.

55Belə isə onların malları və övladları səni şirnikdirməsin. Ancaq Allah bunlarla onları bəsit dünya həyatında cəzalandırmaq, onların canlarını kafir biriləri ikən almaq istəyir.

56Sizdən olmadıqları halda, şübhəsiz ki, özlərinin qətiliklə sizdən olduğuna dair Allaha and da içərlər. Lakin onlar qorxaq bir camaatdır.

57Əgər onlar sığınacaq bir yer və ya gizlənəcək mağaralar və yaxud giriləcək bir dəlik tapsaydılar, qətiliklə başlarını dikərək o tərəfə doğru yönələrdilər.

58Onlardan bəziləri isə sədəqələr haqqında sənə dil uzadan insanlardır. Ki, o sədəqələrdən özlərinə verilmişsə, məmnun olurlar, verilməmişsə dərhal qəzəblənirlər.

59Və kaş ki, onlar Allah və Elçisinin özlərinə verdiyinə razı olsaydılar… Və: “Bizə Allah yetər. Allah da, Elçisi də yaxında bizə ərməğanlar verəcəkdir. Şübhəsiz ki, biz, sadəcə Allaha rəğbət edənlərik” – desəydilər.

60Qətiliklə, Allah tərəfindən bir bölgü/məcburi vəzifə olaraq sədəqələr/ictimaiyyətin gəlirləri ancaq imkansızlar, acizlər/yoxsullar, işsizlər, o işi icra edən vəzifəlilər/ictimai vəzifəlilər, qəlbləri İslama isindiriləcəklər, azadlığı olmayan kölələr, ağır borc altındakılar, Allah yolundakılar [əsgərlər, tələbə və müəllimlər], yolda qalmışlar üçündür. Allah hər şeyi ən yaxşı biləndir və ən yaxşı qayda qoyandır.

61Yenə onlardan bəziləri Peyğəmbəri incidən və: “O, özünə söylənən hər şeyi dinləyib təsdiq edən biridir!” – deyən insanlardır. De ki: “Sizin üçün bir xeyir qulağıdır – Allaha inanır, möminlərə inanır və sizdən iman edənlərə də bir mərhəmət­dir”. Və Allahın Elçisini incidən insanlar acıqlı bir əzab özləri üçün olanlardır.

62Onlar, sizin razılığınızı qazanmaq üçün, Allaha and içirlər. Onlar, əgər mömindirlərsə, Allahı və Elçisini razı etmələri daha doğrudur.

63Şübhəsiz, kim Allah və Elçisi ilə yarışmağa cəhd edərsə, şübhəsiz, onun üçün içində sonsuzadək qalanlar olaraq, cəhənnəm atəşinin olduğunu bilməzlərmi? Bax budur, bu, ən böyük rüsvayçılıqdır.

(113/9, Tövbə/42–63)

Nəcm: 704

64Münafiqlər qəlblərindəki şeyləri özlərinə xəbər verəcək bir surənin üzərlərinə endirilməsindən çəkinirlər. De ki: “Siz lağ edin! Şübhəsiz ki, Allah sizin çəkindiyiniz şeyi ortaya çıxarandır”.

65Və əgər onlardan soruşsaydın, qətiliklə: “Biz sadəcə uymuşduq, oyun oynayırdıq” – deyəcəklər. De ki: “Allahın ayələrinə və Elçisinəmi lağ edirdiniz?”

66Üzr istəməyin, siz “İman etdik” dedikdən sonra, əlbəttə, küfr etdiniz. Sizdən bir qismini əfv etsək belə, şübhəsiz ki, onlar günah işləyən kimsələr olduqları üçün əzablandıracağıq.

(113/9, Tövbə/64–66)

Nəcm: 705

67Münafiq kişilər və münafiq qadınlar bir-birlərinin tayıdırlar – pisliyi əmr edər, yaxşılıqdan çəkindirərlər və əllərini bərk tutarlar/xəsislik edərlər. Allahı tərk edərlər, buna görə də Allah da onları tərk edər. Həqiqətən də münafiqlər haqq yoldan çıxmış insanların məhz özləridir.

68Allah münafiq kişi və münafiq qadınlara və kafirlərə/inanmayanlara, içində təməlli qalacaqları cə­hənnəm atəşini vəd etmişdir. O, onlara yetər. Və Allah onları kənarlaşdırıb mər­hə­mətindən məhrum buraxmışdır! Və onlara qalıcı bir əzab vardır.

69Siz də eynilə özünüzdən öncəki, sizdən daha güclü/qüvvətli, mal və övladca siz­dən daha varlı və həmçinin paylarına düşən qədər yararlanan insanlar kimi­si­niz. Bax budur, siz də sizdən öncəkilər paylarına düşən qədərlə necə yararlanmaq is­tə­dilərsə, siz də onlar kimi payınıza düşən qədərlə yararlanmaq istədiniz. Siz də qərq olanlar kimi qərq oldunuz. Budur, bunların dünyada və axirətdə əməlləri puça çıxdı və budur, bunlar itkiyə/zərərə uğrayıb, acı çəkən məhz özləridir.

70Onlara özlərindən öncəki insanların – Nuhun qövmünün, Adın, Səmudun, İbrahimin qövmünün, Mədyən əhlinin və alt-üst olmuş şəhərlərin xəbəri gəl­mə­di­mi? Onlara elçiləri açıq dəlillərlə gəlmişdilər. Və sonra Allah onlara haqsızlıq edən bi­ri deyildi. Lakin onlar şərik qoşaraq, özlərinə haqsızlıq edirdilər.

(113/9, Tövbə/67–70)

Nəcm: 706

71İnanan kişilər və inanan qadınlar – bunların bəzisi bəzilərinin qoruyucu, yol göstərici yaxınlarıdır. Bunlar hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edərlər, bütün pis şeylərdən uzaqlaşdırarlar, salaatı iqamə edərlər, zəkatı/vergini verərlər, Allaha və Onun Elçisinə itaət edərlər. Bax budur, bunlar! Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

72Allah mömin kişilərə və mömin qadınlara içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan cənnətlər və Ədn cənnətlərində xoş məskənlər vəd etdi. Allahın rızası isə daha böyükdür. Bax budur, bu, çox böyük qurtuluşun məhz özüdür.

(113/9, Tövbə/71–72)

Nəcm: 707

73Ey Peyğəmbər! İnkarçılar və münafiqlərə qarşı cəhd et. Və onlara qarşı sərt ol. On­ların sığınma yerləri də cəhənnəmdir. Və o, nə pis bir son  yer – son dayana­caq­dır!

74Onlar söyləmədiklərinə görə Allaha and içərlər. Halbuki onlar, küfretmə sözünü qətiliklə, söylədilər. İslamlaşmala­rın­dan sonra da kafir biriləri ol­du­lar. Və əlləri çatmayan, sahib olamadıqları şeyləri çox istədilər. Onlar sadəcə, Alla­hın və Elçisinin möminləri Allahın ərməğanlarından zənginləşdirmiş olmasına paxıllıq et­dilər. Əgər xətalarından dönərlərsə, özləri üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada və axirətdə çox acıqlı bir əzab ilə əzablandı­ra­caq­dır. Yer üzündə onlar üçün bir qoruyucu, yol göstərici yaxın və yaxşı bir köməkçi də yoxdur.

75Və onlardan bəziləri: “Əgər Allah ərməğanlarından bizə verərsə, qətiliklə biz də sə­dəqə verəcəyik və qətiliklə yaxşılardan olacağıq” deyə Allaha söz verən kəslərdir.

76Sonra nə zaman ki, Allah onlara ərməğanlarından verir, onda xəsislik edirlər və üz döndərərək geri çəkilirlər.

77Sonunda Allaha vəd etdikləri şeylərdə sözlərini tutmadılar və yalan söylədilər. Onun üçün Allah da Özüylə qarşılaşacaqları günə qədər qəlblərində sürüb gedəcək bir müna­fiq­lik yerləşdirərək, onları cəzalandırdı.

78,79Şübhəsiz ki, onlar… Sədəqələrdən özləri könüllü olaraq bağışlayan və gücləri yetdiyindən artığını tapa bilməyən möminlərə dil uzadan, sonra da onlara lağ edən kimsələr… Allahın onların sirlərini və pıçıltılarını bildiyini və şübhəsiz ki, Allahın bilinməyənlərin çox yaxşı biləni olduğunu bilmədilərmi? Allah onları məs­­xərə­yə çevirmişdir. Və onlar üçün çox acıqlı bir əzab vardır.

80Onlar üçün istər bağışlanma dilə, istər diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma di­ləsən də, yenə Allah onları bağışlamayacaqdır. Bu, onların Allahı və Rəsulunu qə­bul etmədiklərinə görədir. Allah haqq yoldan çıxmışlar qövmünə bələdçilik et­məz.

(113/9, Tövbə/73–80)

Nəcm: 708

81O geridə buraxılanlar/döyüşə qatılmayanlar Allahın Elçisinə müxalif olmalarından fərəhləndilər və malları ilə, canları ilə Allah yolunda cəfa çəkməkdən xoşlanma­dı­lar, bir də: “Bu istidə döyüşə çıxmayın” – dedilər. De ki: “Cəhənnəm atəşi daha is­ti­dir”. Kaş ki, yaxşı-yaxşı qavrayıb, dərk etsəydilər.

82Artıq qazandıqları günahın cəzası olaraq, çox az gülsünlər, çox-çox ağlasınlar.

(113/9, Tövbə/81–82)

Nəcm: 709

83Əgər Allah səni onlardan bir tayfanın yanına döndərər və onlar çıxmaq üçün sən­dən izin istəyərlərsə, de ki: “Artıq siz heç bir zaman mənimlə bərabər qətiyyən çıx­maya­caq­sınız. Və heç bir zaman mənimlə birlikdə düşmənlə döyüşməyəcəksiniz. Şübhəsiz ki, siz ilkində oturub qalmaqdan xoşlanırdınız. Artıq geridə qalanlarla bərabər otu­rub qalın!”

84Və onlardan ölən biri üçün dəstək olma, onun qəbrinin üzərinə dikilmə. Şübhəsiz ki, onlar kafirdirlər, Allahın Elçisinin həqiqi elçi olduğunu bilə-bilə rədd edənlərdir. Və onlar haqq yoldan çıxmış olaraq ölmüş­lər.

85Onların malları və övladları da səni narahat etməsin. Allah ancaq onları dünyada bu­nlarla cəzalandırmağı və onlar kafir biri ikən canlarının çətinliklə çıxmasını istəyir.

(113/9, Tövbə/83–85)

Nəcm: 710

86,87Və: “Allaha iman edin və Elçisi ilə birlikdə zəhmət çəkin” – deyə bir surə endi­ril­di­yi zaman onlardan güc [mal, mülk, övlad] sahibi olanlar, səndən izin istədilər və: “Qoy biz də oturanlarla qalaq” – dedilər. Geri qalanlarla birlikdə olmağı seç­di­lər. Onların qəlbləri də damğalandı/möhürləndi. Artıq onlar yaxşıca qavrayıb, dərk etməzlər.

88Lakin Elçi və Onunla bərabər olan inanmış insanlar malları ilə, canları ilə çalışdılar. Və bax budur, onlar  xeyirlər özlərinin olanlardır. Və bax budur, onlar halı pozulmayanların, qazanclı çıxanların məhz özləridir.

89Allah onlar üçün içində həmişəlik qalanlar olaraq, altından çaylar axan cənnətlər hazırladı. Bax budur, bu, o çox böyük qurtuluşdur.

(113/9, Tövbə/86–89)

Nəcm: 711

90Bədəvi ərəblərdən üzr istəyənlər üzrxahlıq etmək üçün gəldilər. Allaha və Elçisinə yalan söyləyənlər isə oturub, qaldılar. Onlardan kafir olanlara yaxında çox acıqlı bir əzab to­xu­nacaqdır.

91,92Allah və Elçisi üçün səmimi olduqları təqdirdə zəiflərə, xəstələrə və həmçinin xərc­ləməyə bir şey tapa bilməyənlərə, bir də özlərinə minik tapasan deyə, sənin yanına gəl­diklərində: “Sizi üzərinə mindirəcək minik yoxdur” – dediyin zaman Allah yo­lun­da xərcləyəcəkləri bir şey tapa bilmədiklərinə görə, narahat olub, gözlərindən yaş tökə-tökə geri dönüb gedən insanlara bir günah yoxdur. Yaxşılıq-gözəllik törə­dən­lərin əleyhinə deməyə bir söz yoxdur. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

93Söz, ancaq zəngin olduqları halda səndən izin istəyən o insanların əleyhinədir. Bunlar,  geridə qalanlarla birlikdə olmağa razı oldular. Allah da onların qəlbləri üzərinə damga/möhür basdı. Buna görə də, onlar bilməzlər.

94Onların yanına döndüyünüz zaman sizdən üzr istəcəklər. De ki: “Üzr istəməyin. Sizə qətiliklə inanmarıq. Allah bizə sizin xəbərlərinizdən mühüm xəbərlər verdi”. Bun­dan sonra da Allah və Elçisi işinizi görəcəkdir. Daha sonra da görünməyəni və gö­rünəni bilən Allaha döndəriləcəksiniz. Sonra da O, sizə etmiş olduqlarınızı xəbər ve­rəcəkdir.

95 Onların yanına döndüyünüz zaman onlardan uzaq durmağınız üçün sizi Allaha and verəcək­lər. Siz də onlardan dərhal uzaqlaşın. Şübhəsiz ki, onlar kirlidir, pislənmışdır. Qa­zandıqlarının cəzası olaraq da, çatacaqları yer cəhənnəmdir.

96Özlərindən razı olasınız deyə də, qarşınızda and içəcəklər. Artıq əgər siz, onlardan razı olar­sı­nız­sa da, bilin ki, Allah şübhəsiz ki, haqq yoldan çıxmış o insanlar qövmündən razı ol­maz.

97Bədəvi ərəblər Allahın tanrılığına və rəbbiliyinə inanmamaq və münafiqlik ba­xı­mın­dan daha sərt, Allahın Elçisinə endirdiklərinin hədlərini bilməməyə/öy­rən­mə­mə­yə daha çox meyllidirlər. Allah da ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.

98Bədəvi ərəblərdən kimisi də var ki, ictimaiyyətin faydasına xərclədiyini zorla ödənmiş borc sayar və sizə bəlalar gəlməsini gözləyər. O çirkin bəla öz üzərlərinə! Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

99Yenə bədəvi ərəblərdən kimisi də vardır ki, onlar Allaha və axirət gününə inanır və xərc­lədiyini Allah qatında yaxınlıqlar və Elçinin dəstəkləri sayar. Gözünüzü açın! Şübhəsiz ki, bu, onlar üçün bir yaxınlıqdır. Allah onlara yaxında mərhəmətindən lütf edə­cək­dir. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

(113/9, Tövbə/90–99)

Nəcm: 712

100Muhacir və Ənsardan ilk öncə önə keçənlər və yaxşılaşdırmaq/gözəlləşdirməklə on­ları izləyən insanlar… Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Və Allah onlar üçün içlərində təməlli qalanlar olaraq, altlarından çaylar axan cənnətlər ha­zır­ladı. Bax budur, bu, böyük bir qurtuluşdur.

101Və yanınızda bədəvi ərəblərdən münafiqlər var. Mədinə xalqından da münafiq­li­yə yaxşıca alışmış olanlar var. Onları sən bilməzsən. Biz bilirik onları. İki dəfə əzab edəcəyik onlara! Sonra da çox böyük bir əzaba düçar olacaqlar.

102Digərləri də günahlarını etiraf etdilər. Saleh bir əməllə pisliyi qarışdırdılar. Ola bilər ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah qullarının gü­nah­la­rını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mər­hə­mət sa­hibidir.

103Onların mallarından sədəqə al ki, sədəqə ilə özlərini təmizləyəsən və arındırasan. Bir də onlara dəstək ol. Şübhəsiz ki, sənin dəstəyin onlar üçün bir rahat­lıq­dır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

104Onlar Allahın qullarından tövbəni qəbul etdiyini, sədəqələri aldığını və Allahın tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmət edənin məhz özü olduğunu bilmədilərmi?

105Və de ki: “Əlinizdən gələni edin! Artıq Allah Elçisi və möminlər işlərinizi görəcəkdir. Və siz, görünməyəni və görünəni bilən Allaha döndəriləcəksiniz. Sonra O, etmiş olduqlarınızı sizə xəbər verəcəkdir”.

106Və digərlərinin də işi Allahın əmrinə qalıb. O, ya özlərini əzablandırar, ya da tövbələrini qəbul edər. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

(113/9, Tövbə/100–106)

Nəcm: 713

107Və zərər vermək, küfr etmək, mö­min­lərin arasına ayrılıq salmaq və daha öncə Allah və Elçisinə qarşı döyüş açmış, poz­ğunçuluq etməyə təşəbbüs etmiş olanlara nəzarət etmək üçün məscid tikən bu insanlar: “Biz ən gözəldən başqa bir şey istəmədik” – deyə and da içərlər. Allah da şahidlik edər ki, əlbəttə, onlar qətiliklə yalançıdırlar.

108Sən o məscidin içində sonsuzadək durma/özünə vəzifə bilmə! İlk günündə Allahın qoruması altına girmək məqsədilə qurulan məscid, əlbəttə, içində vəzifə icra etməyi­n üçün daha layiqlidir. Onun içində arınmağı sevən igid insanlar vardır. Allah da arınan insanları sevər.

109Yaxşı, təməlini Allahın qoruması altına girmək və məmnunluq üzərinə qurmuş olan kimsəmi xeyirlidir, yoxsa təməlini yıxılmaq üzrə olan bir uçurumun kənarına qu­raraq, onunla birlikdə cəhənnəmin atəşinə yuvarlananmı? Və Allah şərik qo­şa­raq, küfr edərək səhv davrananlar/öz zərərlərinə iş edənlər qövmünə bələdçi ol­maz.

110Onların qəlbləri parça-parça olmadıqca, o qurduqları təməlləri, qəlblərində bir şübhə olaraq qalıacaq, yox olmayacaqdır. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

(113/9, Tövbə/107–110)

Nəcm: 714

111,112Şübhəsiz ki, Allah tövbə edən, qulluq edən, Allahı öyən, səyahət edən, Allahı bir­lə­yən, boyun əyib təslimiyyət göstərən, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, pis olan hər şeydən çəkindirən, Allahın həddlərini qoruyan inananlardan, can­larını və mallarını şübhəsiz, cənnəti onlara vermək müqabilində satın almışdır! Onlar Allah yo­lunda döyüşürlər – sonra öldürürlər və öldürülürlər. Bu, Allahın Tövrat, İncil və Qurandakı gerçək bir vədidir və Allahdan daha çox verdiyi vədə əməl edən kim vardır? Belə isə, etdiyiniz alış-verişlə sevinin. Və bax budur, bu, böyük qurtuluşun məhz özüdür. Və möminlərə müjdə ver!

(113/9, Tövbə/111–112)

Nəcm: 715

113,114Onların özlərinə cəhənnəm əhli olduqları yaxşıca bəlli olduqdan sonra, Peyğəmbərə və iman edənlərə, əqrəba belə olsalar, ortaq qoşanlar üçün bağışlanma dilə­mək olmaz. İbrahimin atası üçün bağışlanma diləməsi isə ancaq ona söz verdiyinə görə idi. Sonra onun Allah üçün bir düşmən olduğu özünə açıqca bəlli olan kimi, ondan uzaqlaşdı. Şübhəsiz ki, İbrahim çox səmimi, çox həlim birisi idi.

115Allah bir qövmə doğru yolu göstərdikdən sonra, onları Özünün himayəsi altına alan şeyləri onlara bəyan etmədikcə, onları azdırmaz. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.

116Heç şübhəsiz, Allah göylərin və yer üzünün mülkü yalnız və yalnız Özünün olandır. O, di­rildir və öldürür. Sizin üçün Onun yaratdıqlarından bir yol göstərici, qoruyucu ya­xın və bir köməkçi yoxdur.

(113/9, Tövbə/113–116)

Nəcm: 716

117And olsun ki, Allah Peyğəmbərə və ən çətin vaxtlarında ona tabe olan muhacirlərə və ənsara, içlərindən bir qisminin qəlbləri az qala dönəcək kimi olmuşkən, tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul etdi. Şübhəsiz ki, O, onlara çox şəfqətlidir, çox mərhəmətlidir.

118Həmçinin geridə qalmış o üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, yer üzü genişliyinə baxmayaraq, onlara dar gəlməyə başlamışdı, nəfsləri də özlərini sıxıntıya salmışdı. Allahdan qurtuluşun, ancaq Allaha sığınmaqda olduğuna da yaxşıca inanmışdılar. Sonra Allah onlara,  dönmələri üçün tövbə nəsib etdi və tövbələrini qəbul etdi. Şübhəsiz ki, Allah tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmətli olanın məhz özüdür.

119Ey iman edənlər! Allahın qoruması altına girin və doğru kimsələrlə birlikdə olun.

(113/9, Tövbə/117–119)

Nəcm: 717

120,121Mədinə xalqına və bədəvi ərəblərin ətrafdakılara Allahın Elçisindən geri qalmaları və Onun canından əvvəl öz canlarını düşünmələri mümkün deyildir. Bax budur, bu, Allah yolunda başlarına gələcək hər susuzluğun, hər yorgunluğun və hər aclığın ka­fir­lə­ri qəzəbləndirməsi, ayaq basdıqları hər yer və düşmənə qarşı əldə etdikləri hər uğur müqabilində özlə­ri­nə qətiliklə saleh bir əməl yazılması, Allah yolunda etdikləri kiçik və böyük hər xərcləmə və keçdikləri hər vadi müqabilində, qətiliklə özləri üçün etdikləri işin daha gözəli ilə Allahın özlərini mükafatlandırması yazılmış olduğuna görədir. Şübhəsiz, Allah yaxşılıq/gözəllik edənlərin mükafatını yox etməz.

122Möminlərin tədbirli olmaları üçün, onların hamısının birdən hamılıqla ayrılmaları/səfərbər ol­maları da olmazdı. Belə isə, dində dərin bilik əldə etmələri, qövmləri özlərinə dön­dükləri zaman onları xəbərdar etmələri üçün onların hər qismindən bir qrup ay­rılmamalı deyildimi?

(113/9, Tövbə/120-122)

Nəcm: 718

123Ey iman edənlər! İnkarçılardan təhlükə yaradanlarla döyüşün və sizdə bir sərtlik görsünlər. Və şübhəsiz ki, Allahın Öz qoruması altına girmiş insanlarla birlikdə olduğunu bilin.

(113/9, Tövbə/123)

Nəcm: 719

124Və bir surə endirildiyi zaman içlərindən biri: “O endirilmiş surə hansınızı iman sarıdan gücləndirdi?” – deyər. Lakin, iman edənlərə gəlincə, o enən surə onları iman sarıdan gücləndirmişdir və onlar həmişəlik olaraq, müjdələnirlər.

125Qəlblərində bir xəstəlik olanlara/təfəkkürü pozulmuş insanlara gəlincə də, onların da pisliklərinin içinə pislik əlavə etmişdir. Və onlar kafir olaraq ölmüşlər.

126Onlar hər il bir və ya iki dəfə, şübhəsiz, özlərinin acı hadisələrlə sınandıqlarını görmürlərmi? Sonra da tövbə etmir və ibrət götürmürlər.

127Bir surə endirildiyində, biri digərinə baxar: “Sizi bir kimsə görürmu?” Sonra üz döndərib, gedərlər. Həqiqətən onlar, yaxşı-yaxşı anlayıb, dərk etməyən bir qövm olduqlarına görə Allah onların qəlblərini döndərmişdir.

(113/9, Tövbə/124–127)

Nəcm: 720

128And olsun, içinizdən sizə sizin əziyyətə düşməyiniz ona çox ağır gələn, sizə çox dəyər verən, sadəcə inananlara çox şəfqətli, asanlıq təmin edən, çox mərhəmətli bir elçi gəlmişdir.

(113/9, Tövbə/128)

Nəcm: 721

129Buna baxmayaraq, əgər uzaqlaşırlarsa, dərhal de ki: “Mənə Allah yetər. Ondan başqa tanrı deyə bir şey yoxdur. Mən, sadəcə Ona işin nəticəsini həvalə etdim. O, çox böyük taxtın Rəbbidir”.

(113/9, Tövbə/129)

TƏHLİL:

1,2Allahdan və Elçisindən əhd bağladığınız ortaq qoşanlara bir ultimatum, qəti xəbərdarlıq: “Artıq yer üzündə dörd ay daha rahat dolaşın. Və qətiliklə özünüzün, Allahı aciz buraxan olmadığını və qətiliklə Allahın, kafirləri rüsvay edən olduğunu bilin”.

3,4Və “ən böyük həcc” günü, ortaq qoşanlardan andlaşma etdiyiniz, sizə heç bir əskiklik etməmiş və sizin əleyhinizə heç bir kimsə ilə köməkləşməmiş kimsələr istisna olmaqla, şübhəsiz ki, Allahın və Onun Elçisinin ortaq qoşan insanlardan laqeyd olduğuna dair Allahdan və Elçisindən insanlara bir bildiriş: “Artıq əgər xətadan dönərsinizsə, bu sizin üçün xeyirlidir. Və əgər üz döndərərsinizsə, o zaman şübhəsiz ki, sizin Allahı acizləşdirən olmadığınızı bilin”. Kafirlərə də acıqlı bir əzabı müjdələ! Artıq siz də müddətlərinə qədər özlərinə verdiyiniz sözlərinizi tamamlayın. Şübhəsiz ki, Allah Özünün qoruması altına girənləri sevər.

5Bu toxunulmaz qılınmış aylar/həcc ayları çıxdığı zaman da o ortaq qoşanları harada tapsanız öldürün, onları yaxalayın, həbs edin və hər gözləmə yerində onlar üçün oturun. Artıq, əgər tövbə edərlərsə, salaatı iqamə edərlərsə və zəkatı/vergilərini verərlərsə, artıq onların yollarını sərbəst buraxın. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

6Əgər ortaq qoşanlardan hər hansı biri aman diləyərsə, Allahın kəlamını dinləməsi üçün ona aman ver. Sonra onu təhlükəsiz yerinə çatdır. Bu, şübhəsiz ki, onların bilməyən bir cəmiyyət olduqlarına görədir.

7Məscid-i Haram yanında andlaşma etdikləriniz istisna olmaqla, o ortaq qoşan insanlarla Allah qatında və Elçisi qatında hər hansı bir andlaşma necə ola bilər? Artıq onlar sizə qarşı doğru olduqca, siz də onlara qarşı doğru olun. Şübhəsiz ki, Allah Özünün qoruması altına girənləri sevər.

8–10Necə ola bilər ki? Və əgər onlar sizdən üstünlük əldə edərlərsə, sizin haqqınızda bir and və andlaşma gözləməzlər. Ağızları ilə sizi məmnun etməyə çalışarlar, qəlbləri isə inadlaşar. Və onların çoxu haqq yoldan çıxmış kimsələrdir! Onlar Allahın ayələrini çox az bir bədəllə satdılar və Allahın yolundan ayırdılar. Şübhəsiz ki, onlar etdikləri pis olanlardır. Onlar hər hansı bir mömin haqqında and və andlaşma gözləməzlər. Və bax budur, bunlar həddi aşanların məhz özləridir.

11Bundan sonra əgər tövbə edərlərsə, salaatı iqamə edərlərsə və zəkatı/vergilərini verərlərsə, artıq onlar din qar­daş­larınızdırlar. Və Biz ayələri bilən bir cəmiyyət üçün izahlı olaraq açıqlayırıq.

12Və əgər verdikləri sözdən sonra andlarını pozar və dininizə dil uzadarlarsa, əl çəkmələri üçün o, küfr başçıları ilə dərhal döyüşün. Şübhəsiz ki, onlar üçün sözləşmə deyə bir şey yoxdur.

13Andlarını pozan, Elçini yurdundan çıxarmağa cəhd edən və üstəlik də ilk öncə özləri sizə qarşı döyüşə başlayan bir cəmiyyətlə döyüşməyəcəkzsinizmi? Yoxsa onlara hörmətlə, sevgi ilə, biliklə ürpərtimi duyursunuz? Artıq, əgər möminsinizsə, Allah Özünə hörmətlə, sevgi ilə, biliklə ürpərti duymağa daha layiq olandır.

14,15Onlarla döyüşün ki, Allah sizin əllərinizlə onları cəzalandırsın və onları rüsvay etsin. Sizi də onlara qarşı müzəffər etsin və mömin bir qövmün qəlblərinə şəfa versin, qəlblərinin kinini aradan qaldırsın. Allah dilədiyinin tövbəsini də qəbul edər. Və Allah çox yaxşı biləndir, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağlamlaşdırandır.

16Sizdən cəhd edənləri, Allahın Elçisindən və inananların yaratdıqlarından sirdaş/can dostu etməyənləri Allah bildirmədən/işarələyib göstərmədən buraxılacağınızımı sandınız? Və Allah etdiklərinizdən çox yaxşı xəbəri olandır.

17Ortaq qoşanlar, özlərinin küfrünə özləri şahid olarkən, Allahın məscidlərini abad etmələri barəsində söz belə ola bilməz. Bax budur, onlar işləri boşa gedənlərdir. Və onlar atəş içində həmişəlik qalacaqlar.

18Allahın məscidlərini, ancaq Allaha və axirət gününə inanan, salaatı iqamə edən, zəkatı/vergisini verən və sadəcə, Allaha hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan kimsələr açar və yaşadarlar. Artıq bax budur, onların bələdçiləndikləri doğru yol üzrə olan kimsələrdən olmaları gözlənir.

19Siz həcc edənlərin sularının tədarik edilməsini və Məscid-i Haramda abadlıq edilməsini, Allaha və axirət gününə iman edən və Allah yolunda çalışan kimsə kimimi edirsiniz? Bunlar, Allah qatında bərabər ola bilməzlər. Və Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər qövmünə bələdçilik etməz.

28Ey iman edənlər! Ortaq qoşan bu insanlar, sadəcə, bir pislikdirlər. Artıq bu illərindən sonra Məscid-i Harama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan/onların uzaqlaşması ilə qazanc itkisinə uğramaqdan qorxdunuzsa da, Allah sizi dilədiyində ərməğanlar ilə yaxında zənginləşdirəcəkdir. Şübhəsiz ki, Allah ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.

29Özlərinə Kitab verilənlərdən, Allaha və axirət gününə inanmayan, Allahın və Elçisinin haram qıldığı şeyi haram qılmayan və haqq dini din qəbul etməyən bu insanlarla, alçalmış olduqları halda cizyə verənə qədər döyüşün.

31Onlar Allahın yaratdıqlarından biliklilərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə rəbblər qəbul etdilər. Halbuki, onlara, sadəcə, bir tək olan Allaha qulluq etmək əmr olunmuşdılar. Allahdan başqa Tanrı deyə bir şey yoxdur. O, ortaq qoşanların ortaq qoşduğu şeylərdən də münəzzəhdir.

32Onlar Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə belə, Allah Öz nurunu tamamlamaq istər və buna qadirdir.

Surənin ilk 35 ayəsi üç ayrı bölmədən ibarətdir. Birinci bölmə; 1-19, 28-29, 31-32-ci ayələrdən, ikinci bölmə 20-27-ci ayələrdən üçüncü bölmə isə 30, 33-35 və 24-ci ayələrdən ibarətdir. Ayələrin doğru anlaşılması üçün bölmələri Rəsmi Düzülüşdən fərqli tərtib etdik.

Birinci bölmə olan 1-19, 28-29, 31-32-ci ayələr Rəsulullahın sağlığında Müsəlmanların tətbiq etdikləri həcc ibadətinin qapanış bildirişləridir. Bu bildirişlər Allahdan gəlmiş və Rəsulullah da bunları təbliğ etmişdir. Mövzunu Bəqərə surəsində həcci və həccin bitməsindən bəhs edən ayələrdə açıqlamışdıq.

Buradakı ayələr tamamilə açıqdır. Yalnız Ənfal surəsindəki aşağıdakı prinsipi xatırlatmaqda yarar vardır:

  • 58Əgər bir qövmün xainlik etməsindən qorxarsansa, eyni şəkildə andlaşmanı poz­du­ğunu onlara bildir. Şübhəsiz ki, Allah xain insanları sevməz. (Ənfal/58)

Burada bəhs edilən göstərişlər, budur, bu ilahi prinsip əhatəsində edilmişdir. Əks halda anlaşmanın sona çatdığı açıq şəkildə elan edilmədən, andlaşma edilmiş bir qrupa döyüş açmaq xəyanətdir. Etdikləri anlaşmaya baxmayaraq, İslam əleyhinə sui-qəsdlər planlamaqda olan müşriklərə qarşı, artıq anlaşmaların tək tərəfli olaraq tanınmadığı bir deklarasiya yaymaq səbəbi bundandır.

Bölmədə yer alan 29-cu ayə ləyaqətsiz tərcüməçilərin xətalı tərcümələri ucbatından səhv anlaşılıb, səhv izah edilir. Bu səhv tərcümələrdən:

  1. a) Allah elçisinin də Allah kimi qanun qoyma səlahiyyətinin (burada, haramlaşdırma) olduğu;
  2. b) Hər inancsızın – haqq dini din qəbul etməyənlərin cizyə verincəyə qədər öldürülməli olduğu, dində təzyiq etməyin mümkün ola biləcəyi mənası çıxarılır.

Halbuki bu ayənin yerləşdiyi surə, bölmə və paraqraf nəzərə alındığında bu reallıqlar açıq şəkildə görüləcəkdir.

Birinci məsələ. Burada Allahın və Elçisinin haram qılıb, inancsızların isə haram qılmadığı şey, tək bir şeydir və o şey, eyni şeydir – bu “Edilmiş andlaşmanın tək tərəfli pozulması”dır.

Bilindiyi kimi, Uca Allah Quranda əhdlərin yerinə yetirilməsini əmr etmiş, əhdləri yerinə yetirməməyi, xəyanəti haram etmişdir. Bu mövzu ilə əlaqədar Nəhl/91; İsra/34; Ənam/152; Fələq surəsi; Məaric/22-35; Bəqərə/177; Əhzab/15, 23; Rad/20, Bəqərə/40 və Al-i İmran/76-ya baxılmalıdır.

Mövzu bu olunca, bu ayədəki “Rəsulullahın haram qılması, insanların da haram qılmalı olduğu” ifadələrinin mənası “Allahın haram qıldıqlarını haram qəbul etmək” demək olur. Ayəni və mövzunu doğru anlamaq üçün nəzərə alınmalı olan ifadə “İnancsızların da haram qılmaları” ifadəsidir ki, bu ifadə Allah və elçisində keçmiş zaman qəlibi ilə ( حرَمharrəmə), inancsızlar da geniş zaman qəlibiylə ( يحرِم yüharrimü) gəlmişdir. Əgər bu ayədən Rəsulullahın da haram qoyma səlahiyyətinin varlığı anlaşılırsa, “özlərinə Kitab verilənlərdən, Allaha və axirət gününə inanmayan və haqq dini din qəbul etməyən, üstəlik möminləri arxadan xəncərləməyə çalışan insanlar”ın da haram qoyma səlahiyyətinin olduğu anlaşılmalı olur.

İkinci məsələ. Ayədə bəhs edilən “Özlərinə Kitab verilənlərdən Allaha və axirət gününə inanmayan, Allahın və Elçisinin haram qıldığı şeyi haram qılmayan və haqq dini din qəbul etməyən bu insanlar” ifadəsi də müəyyən edən bir ifadədir. Burada müəyyən edilənlər də “sözləşmələrini pozan və döyüş halında olan inancsızlar” olub, öz hallarında yaşayan bütün inancsızlar və Kitab verilənlər deyildir.

Həcc-i Əkbər Günü. Ayədəki həcc-i əkbər [ən böyük həcc] günü ifadəsinin “Ərəfə günü”, “qurban bayramının birinci günü”, “Minada qalınan bütün günlər”, “həcc-i qıran”, “bütün həcc günləri”, “o il Müsəlmanlarla müşriklərin birlikdə həcc etmələri”, “Yəhudi, Xristiyan və Məcusilərin bayramlarının da o günə düşməsi”, bu günə “əkbər” sifətinin verilməsi, o gündə Əbu Bəkrin həcc etməsi və andlaşmaların pozulduğunun elan edildiyinə görədir” kimi açıqlamalar edilmişdir. Bizcə bu, Rəsulullahın qatılması ilə edilən həcc olduğuna görə “ən böyük həcc”dir. Belə ki, Rəsulullahın iştirak etmədiyi həcc, Rəsulullahın da iştirakı ilə həyata keçən həcc səviyyəsində ola bilməz.

On altı ayədəki “yaləmə” ifadəsinin təhlili ilə əlaqədar geniş məlumat Səba/21-ci ayənin təhlilində verilmişdir. [4]

20İman edən, hicrət edən və mallarıyla, canlarıyla Allah yolunda çalışanlar Allah qatında dərəcə baxımından daha üstündür. Bax budur, bunlar xilas olanların məhz özləridir.

21,22Onların Rəbbi onları Öz qatından bir mərhəmət, bir rıza və orada sonsuz olaraq qalmaq üçün içində tükənməz nemətlər olan onlara aid cənnətlərlə müjdələyər. Şübhəsiz ki, Allah qatında çox böyük mükafat olandır.

23Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız imana qarşılıq küfrü sevirlərsə, onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Sizdən hər kim də onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edərsə, artıq bax budur, onlar səhv davrananların/öz zərərlərinə iş edənlərin məhz özləridir.

25And olsun ki, Allah bir çox yerdə və Huneyn Günü sizə kömək etdi. Həmçinin çox olmağınız sizə arxayınlıq vermişdisə də, onun sizə bir faydası olmamış və yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəlmişdi. Sonra da üz döndərib qaçmışdınız.

26Sonra Allah Elçisinin üzərinə və möminlərin içlərində qəlbi təskinləşdirən, arxayınlıq və sakitləşmə duyğularını/əhvali-ruhiyyələrini əmələ gətirdi və sizin görmədiyiniz ordular endirdi. Kafirləri də əzaba uğratdı. Və bax budur, bu, kafirlərin cəzasıdır.

27Sonra bu olub bitənlərin arxasından Allah dilədiyi insana dönüş nəsib edər. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

Ayrı bir bölmə olan bu ayələrdə vəziyyətlərindən bəhs edilən möminlər qürurlandırılıb nemətlərlə müjdələnir: İman edən, hicrət edən və mallarıyla, canlarıyla Allah yolunda çalışanlar Allah qatında dərəcə baxımından daha üstündür. Bax budur, bunlar xilas olanların məhz özləridir. Onların Rəbbi onları Öz qatından bir mərhəmət, bir rıza və orada sonsuz olaraq qalmaq üçün içində tükənməz nemətlər olan onlara aid cənnətlərlə müjdələyər. Şübhəsiz ki, Allah qatında çox böyük mükafat olandır.

Daha sonra da möminlərə dünya və axirət xoşbəxtliyini yaşaya bilmələri üçün yol göstərilir: Əgər atalarınız və qardaşlarınız imana qarşılıq küfrü sevirlərsə, onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Sizdən hər kim də onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edərsə, artıq bax budur, onlar səhv davrananların/öz zərərlərinə iş edənlərin məhz özləridir.

Bu təlimatlardan sonra möminlərə keçmişdə yaşadıqları bəzi hadisələr xatırladılmışdır: Allah bir çox yerdə və Huneyn Günü sizə kömək etdi. Həmçinin çox olmağınız sizə arxayınlıq vermişdisə də, onun sizə bir faydası olmamış və yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəlmişdi. Sonra da üz döndərib qaçmışdınız. Sonra Allah Elçisinin üzərinə və möminlərin içlərində qəlbi təskinləşdirən, arxayınlıq və sakitləşmə duyğularını/əhvali-ruhiyyələrini əmələ gətirdi və sizin görmədiyiniz ordular endirdi. Kafirləri də əzaba uğratdı. Və bax budur, bu, kafirlərin cəzasıdır. Sonra bunun [bütün bu olub bitənlərin] arxasından Allah dilədiyi insana dönüş nəsib edər. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

30Və Yəhudilər: “Uzeyr Allahın oğludur” – dedilər. Xristianlar da: “Məsih Allahın oğludur” – dedilər. Bu, onların ağızları ilə gəvələdikləri sözlər olub, guya bununla daha öncə yaşayan kafirlərin sözlərini təqlid edirlər. Allah onlarla vuruşmuşdur. Necə də döndərilirlər!

33Allah, ortaq qoşanlar xoşlanmasa da, Özünü dindən/hamısından üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir.

34Ey iman edənlər! Şübhəsiz, hahamlardan/biliklilərdən, rahiblərdən bir çoxu qətiliklə insanların mallarını haqsız yerə yeyirlər və Allah yolundan azdırırlar. Və qızıl və gümüşü yığaraq, onları Allah yolunda xərcləməyən/başda öz yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin etməyən insanlar dərhal onları acıqlı bir əzabla müjdələ!

35O gün yığıb topladıqları qızıl və gümüşlərin üstü cəhənnəm atəşində qızdırılacaq və bunlarla alınları, yanları və arxaları dağlanacaq: “Bax budur, bu, öz canınız üçün yığıb saxladığınız şeydir. Haydı, indi dadın bu, yığıb toplamış olduğunuz şeyləri!”

Bu ayə qrupu da tamamilə açıqdır. Burada da Yəhudilərin yanlış inancları və din biliklilərinin xarakterləri ifşa edilir.

Quranda sadəcə burada keçən Üzeyr (Kitab-i Müqəddəsdə Ezra şəklindədir) haqqında məlumat yer almır. Biz Mərhum Mevdudinin təsbitinə yer veririk:

Üzeyr [Ezra] təxminən e.ə. 450-ci illərdə yaşamışdır. Süleymanın vəfatından sonra Babildəki əsarətləri dövründə yox olmuş olan Tövrat mətnlərini bərpa edən olaraq, ona böyük bir müqəddəslik şamil etdilər. O dərəcəyə qədər ki, onlar şəriətləri, adətləri və dilləri [İbranicə] haqqında bütün bildiklərini itirmişdilər. Daha sora dağınıq rəvayətlər halında olan Tövratı yenidən bir yerə toplayaraq yazan və şəriətlərini təkrar bərpa edən Üzeyr (ə.s) oldu. Bu xidmətlərinə görə Üzeyr [Ezra] İsrailoğullarının hədsiz təqdir və hörmətini qazanmışdı. Bu hörmətə görə haqqında işlədilən mübaliğəli ifadə, bəzi Yəhudi məzhəblərinin yolundan azmasına və onu “Allahın oğlu” sandıqlarına görədir. [5]

34-35-ci ayələrdə haham və rahiblərin vəziyyətinə dair məlumat verilir, 34-cü ayədə də bu xəbərdarlıqla əlaqədar O gün yığıb topladıqları qızıl və gümüşlərin üstü cəhənnəm atəşində qızdırılacaq və bunlarla alınları, yanları və arxaları dağlanacaq: “Bax budur, bu, öz canınız üçün yığıb saxladığınız şeydir. Haydı, indi dadın bu, yığıb toplamış olduğunuz şeyləri!” ifadəsiylə, dəfinə yığanlar qınanır. Onlar batil yolla qazanıb, yığıdıqlarını tədavülə də qoymamışlar, hətta bunları insanların azmaları yönündə işlətmişdilər.

24De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, əqrəbala­rı­nız, qəbiləniz, əldə etdiyiniz mallar, durğunluğa uğramasından ürpərdiyiniz ticarət, xoş­landığınız məskənlər, sizə Allahdan, Onun Elçisindən və Onun yolunda çalışmaqdan daha sevimlidirsə, artıq Allah əmrini gətirənə qədər gözləyin. Və Allah haqq yoldan çıxmışlar qövmünə bələdçilik etməz.

Müstəqil bir bölmə olan bu ayədə, Allah yolunda cihad xüsusunda rahat/məsuliyətsiz davranan möminlər xəbərdar edilir.

  • 22Allaha və axirət gününə inanan bir camaatı Allaha və Elçisinə üsyan etməyə çalışanlarla qarşılıqlı sevgi bağı qurmuş halda görə bilməzsən. Bunlar onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istərsə də əqrəbaları olsun. Onlar Allahın qəlblərinə imanı yazdığı və özlərini Özündən olan vəhy ilə dəstəklədiyi insanlardır. Və Allah onları həmişəlik olaraq, altlarından çaylar axan cən­nət­lərə qoyacaqdır. Allah onlardan məmnun olmuşdur, onlar da Ondan məmnun ol­muşlar. Bax budur, bunlar Allahın tərəfdarlarıdır. Gözünüzü açın! Allahın tərəf­dar­ları uğur qazananların məhz özləridir. (Mücadilə/22)

36Şübhəsiz, Allahın Allah qatında göyləri və yeri əmələ gətirdiyi günkü yazısında ayların sayı, ay olaraq on ikidir. Bunlardan dördü toxunulmaz qılınmışdır. Bax budur, bu, qoruyandandır. Buna görə də, toxunulmaz aylarda özünüzə haqsızlıq etməyin. Və sizinlə hamılıqla döyüşən ortaq qoşanlarla, siz də hamılıqla döyüşün. Və şübhəsiz ki, Allahın Özünün qoruması altına girənlərlə bərabər olduğunu bilin.

37O “Nesi”, ancaq küfrdə həddi aşmaqdır ki, onunla kafirlər çaşdırılır – Allahın haram etdiyinin sayını uydursunlar və Allahın haram etdiyini halal etsinlər deyə, onu bir il halal, bir il haram sayarlar. Özlərinə əməllərin pisliyi bəzədilib gözəl göstərildi. Və Allah kafirlər qövmünə bələdçilik etməz.

Bu ayələrdə həccin [ən üst səviyyədəki beynəlxalq təhsil və təlimin] əhəmiyyətinə diqqət çəkilir və həcc etməməyin, təxirə salmağın zərərlərindən bəhs edilərək və kainatın yaradılışından bu yana ayların sayının 12 olduğu, bunlardan 4-ünün haram [toxunulmaz/muxtar təhsil-təlim ayı] olduğu və bu prinsipin sağlam bir din olduğu ifadə edilir. Belə isə insanlar, xüsusilə də Müsəlmanlar ilin dörd ayını, yüksək səviyyədə beynəlxalq təhsil-təlimlə keçirməli və bu müddət içində sülh, əmin-amanlıq və sakitlik gözlənilməlidir.

37-ci ayədə, nesi ilə haram ay prinsipsini təxirə salma, təxirə salanların vəziyyəti və bunların aqibətləri bildirilmişdir.

“Təxirə salma, gecikdirmə” demək olan النسيئ [ən-nəsi] Ərəblərın haram aylara riayət etməkdən qaçınmalarını, təhrif etmə cəhdlərini ifadə edər. Bu mövzunu da Mərhum Mevdudi və Kurtubinin təsbitləriylə təqdim edirik:

Bütpərəst Ərəblər nəsi tətbiqatını iki şəkildə edirdilər. Nə zaman sərf etsə, bir haram ayı – öz istəklərinə görə döyüş və intiqam üçün adam öldürməyin halal olduğu normal bir ay kimi qəbul edirdilər. Daha sonra haram ayların sayında olan əskikliyi tamamlamaq kimi, bu ayın yerinə başqa bir ayı haram ay elan edirdilər.

Nəsinin ikinci şəkli isə, ay ili ilə günəş ilini tarazlamaq üçün ilə bir ay daha əlavə etmələri idi. Beləliklə, həcc, hər il eyni mövsümə tuş gəlir və həcci ay ilinə görə təyin etmə sırasında qarşılaşılan bütün çətinlik və zəhmətlərdən xilas olmuş olurdular. Bu şəkildə həcc 33 il boyunca əsl tarixindən başqa bir tarixdə edilmış olurdu. Ancaq 34-cü ildə həcc olmalı olan tarixdə Zil-Hiccənin 9 və 10-unda icra edilə bilirdi. Hz. Peyğəmbərin (s.ə.s) Vida həccini etdiyi il, tarixlər bu şəkildə dönərək, ay təqviminə görə həqiqi həcc mövsümünə tuş gəlmişdi. Buna görə də Hz. Peyğəmbər (s.ə.s) Ərəfatdakı tarixi xütbəsində belə demişdi: “Bu il həcc günləri, uzun müddət dövr etdikdən sonra əsl və təbii tarixinə rast gəldi”. Hicri 9-cu ildə Vida həccindən bəri də həcc günləri, əsl tarixinə tuş gəlir, ay təqviminə görə müəyyən edilir. [6]

Ərəblərin Nəsi [Aylari Təxirə Salma] Tətbiq Etməsi. Ərəblər Məhərrəm ayında döyüşü haram qəbul edirdilər. Məhərrəm ayında döyüşmək ehtiyacı hiss edirdilərsə, onun yerinə Səfər ayını haram ay qəbul edər və Məhərrəm ayında döyüşürdülər. Buna səbəb isə budur: Ərəblər döyüş və talanla uğraşan insanlardı. Ardıcıl təzyiq və talan etmədən üç ay gözləmək onlara ağır gəlirdi və belə deyirdilər: “Əgər üç ay ardıcıl biz heç bir hücum və talan etmədən (və bunun nəticəsində) bir şeylər əldə etmədən keçirəcək olarıqsa, heç şübhəsiz, tələf olub gedərik”. O baxımdan, Minadan ayrıldıqları vaxt Kınaneoğullarından Fukaymoğullarına mənsub və əl-Kalemmes deyə bilinən birisi qalxar və: “Mən hökmünə qarşı etiraz olunmayan birisiyəm” – deyirdi. Buna görə də, onlar da: “Bizə (haram ayı) bir ay ertələ” – deyirdilər. Yəni: “Bu Məhərrəm ayının haramlığını ertələ və bunu Səfər ayına qoy” – deyirlər, o da buna görə, Məhərrəm ayını onlara haram olmaqdan çıxardır, halal qılardı. Onlar beləliklə, bir ay yerinə başqa bir ayı dəyişdirırdilər, nəhayət, bu haram qılma işi ilin bütün aylarını dönüb dolaşdı. İslam hakim olduğunda isə, Məhərrəm – uca Allahın o ayı yerləşmiş olduğu əsl yerinə dönmüş olurdu. [7]

Ayədə, “Bunlardan dördü toxunulmaz qılınmışdır. Bax budur, bu, qoruyandandır. Buna görə də, toxunulmaz aylarda özünüzə haqsızlıq etməyin” xəbərdarlığıyla, bu aylarda döyüşdən qaçınmayanların və həccə [yüksək dərəcədə təhsilə] əhəmiyyət verməyənlərin özlərinə zülm edəcəkləri, dini, hərbi, siyasi və iqtisadi yöndən öz sonlarını hazırlayacaqları xəbərdarlığı edilir.

Burada verilən ismarıc, on iki ayın dördünün mütləq təhsil və təlim ayı edilməsi, bunun təxirə salınmamasıdır.

38Ey iman edənlər! Nə oldu ki, sizə “Allah yolunda döyüşə çıxın” deyildiyi za­man yerə çaxılıb qaldınız/yapışıb qaldınız. Axirətdən əl çəkib bəsit dünya hə­ya­tı­namı razı oldunuz? Amma axirətdəkinə görə, bu bəsit dünya həyatının qazan­cı çox az­dır.

39Əgər döyüşə çıxmazsınızsa, Allah sizi acıqlı bir əzab ilə əzablandırar və yerinizə başqa bir qövmü gətirər və siz Ona zərər deyə bir şey edə bilməzsiniz. Və Allah hər şeyə qadirdir.

40Əgər siz Elçiyə kömək etməzsinizsə, bilin ki, Allah ona qətiliklə kömək et­miş­dir. Həmçinin o kafirlər onu ikinin ikincisi olaraq çıxarmışdılar. Həmçinin ikisi mağarada idilər. Həm­çinin o, yoldaşına: “Kədərlənmə, şübhəsiz ki, Allah bizimlə birlikdədir” – deyirdi. Buna görə də Allah onun qəlbinə təskinləşdirən arxayınlıq və sakitləşmə duy­ğu­ları/əhvali-ruhiyyəsi qoymuş, Onu sizin görmədiyiniz əsgərlərlə güclən­dir­miş və kafirlərin sözünü ən alçaq etmişdi. Allahın kəlamı da ən ucanın məhz özüdür. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

41Yüngül təchizatla və əsaslı olaraq döyüşə çıxın və mallarınızla, canlarınızla Allah yolunda əzm göstərin. Əgər bilirsinizsə, bu sizin üçün daha xeyirlidir.

42Əgər səfər yaxın bir qazanc və adi bir səfər olsaydı, onlar qətiliklə səni izləyərdilər. Lakin, o edilməsi çətin olan iş özlərinə uzaq gəldi. Bununla bərabər: “Bizim də gücümüz yetsəydi, qətiliklə sizinlə birlikdə əlbəttə, çıxardıq” – deyə, Allaha and içəcəklər… özlərini dağıntıya uğradırlar… Və Allah bilir ki, onlar qətiliklə yalançı insanlardır.

43Allah səni əfv etdi. Doğru insanlar sənə yaxşı-yaxşı bəlli oluncaya və sən yalançıları bilincəyə qədər, nə üçün onlara izin verdin?

44Allaha və axirət gününə inanan insanlar mallarıyla və canlarıyla cəfa çəkməyə səndən izin istəməzlər. Və Allah Öz qoruması altına girmiş insanları ən yaxşı biləndir.

45Səndən izin istəyənlər, sadəcə, Allaha və axirət gününə inanmayan və qəlbləri şübhəyə düşərək şübhələrinin içində çabalayıb duranlardır.

46Və əgər çıxmalarını istəsəydilər, qətiliklə çıxmaları üçün bəzi hazırlıq edərdilər. Lakin, Allah onların göndərilmələrini xoş görmədi və onları yoldan saxladı. Və: “Oturun oturanlarla birlikdə!” – deyildi.

47Əgər sizinlə birlikdə çıxmış olsaydılar, sadəcə pozğunculuğu artıracaqdılar və qətiliklə aranıza sosial yanğın salmaq üçün qaçacaqdılar. İçinizdə onlara qulaq asacaq adamlar da vardı. Və Allah o səhv davrananları/öz zərərlərinə iş edənləri çox yaxşı biləndir.

48And olsun ki, onlar bundan öncə də insanları dindən çıxarmaq istədilər və sənə cürbəcür işlər çevirdilər. Sonunda haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri açığa çıxdı.

49Onlardan bəziləri: “Mənə izin ver, məni sosial yanğına düşürmə/başımı bəlaya salma!” – deyərlər. Gözünüzü açın! Onlar sosial yanğının içinə düşdülər. Cəhənnəm də kafirləri tamamilə əhatə edəndir.

50Əgər sənə bir yaxşılıq toxunarsa, narahat olarlar. Əgər sənə bir müsibət toxunarsa: “Biz qətiliklə tədbirimizi öncədən almışdıq” – deyərlər. Və onlar sevincək halda dönüb gedərlər.

51De ki: “Heç bir zaman bizə Allahın bizim üçün yazdığından başqası toxunmaz. O, bizim mövlamızdır. Onun üçün möminlər işin nəticəsini yalnız və yalnız Allaha həvalə etsinlər”.

52De ki: “Siz, bizə iki gözəlliyin birindən başqasınımı gözləyirsiniz? Biz isə sizə Allahın Öz qatından və ya bizim əlimizlə bir əzab endirməsini gözləyirik. Haydı, siz gözləyin durun, şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyənlərik”.

53De ki: “İstəyərək və ya istəməyərək Allah yolunda xərcləyin – sizdən heç bir zaman qəbul edilməyəcəkdir. Şübhəsiz ki, siz haqq yoldan çıxanlar qövmü oldunuz”.

54Və onların xərclədiklərinin özlərindən qəbul olunmasına, sadəcə, onların küfr etməsi, Onun Elçisinin həqiqi elçi olmasını bilərək rədd etmələri və salaata tənbəl-tənbəl getmələri, həmçinin Allah yolunda xərcləmələrini könülsüz etmələri əngəl oldu.

55Belə isə onların malları və övladları səni şirnikdirməsin. Ancaq Allah bunlarla onları bəsit dünya həyatında cəzalandırmaq, onların canlarını kafir biriləri ikən almaq istəyir.

56Sizdən olmadıqları halda, şübhəsiz ki, özlərinin qətiliklə sizdən olduğuna dair Allaha and da içərlər. Lakin onlar qorxaq bir camaatdır.

57Əgər onlar sığınacaq bir yer və ya gizlənəcək mağaralar və yaxud giriləcək bir dəlik tapsaydılar, qətiliklə başlarını dikərək o tərəfə doğru yönələrdilər.

58Onlardan bəziləri isə sədəqələr haqqında sənə dil uzadan insanlardır. Ki, o sədəqələrdən özlərinə verilmişsə, məmnun olurlar, verilməmişsə dərhal qəzəblənirlər.

59Və kaş ki, onlar Allah və Elçisinin özlərinə verdiyinə razı olsaydılar… Və: “Bizə Allah yetər. Allah da, Elçisi də yaxında bizə ərməğanlar verəcəkdir. Şübhəsiz ki, biz, sadəcə Allaha rəğbət edənlərik” – desəydilər.

Bu ayələrdə möminlərdən giley edilir, münafiqlərin və keyf düşkünü insanların davranışları qınanır və Müsəlmanlara, hər hansı bir üzr bəyan etmədən, ağır və yüngül olaraq, hər şərtdə Allah yolunda malları və canlarıyla cihad etmələri əmr edilir.

Möminlərə bu barədə daha əvvəl də xəbərdarlıq edilmişdi:

  • 2,3Ey iman edənlər! Etməyəcəyiniz şeyləri nə üçün söyləyirsiniz? Etməyəcə­yi­niz şeyləri söyləməyiniz, Allah qatında cəzanı gərəkdirən böyük bir günah/günah ola­raq, müəyyən edildi.
  • 4Şübhəsiz ki, Allah Öz yolunda sıxlaşmış bir divar kimi, səf-səf döyüşən insanları sevər. (Saff/2-4)

Tarixi məlumat və sənədlərə görə, burada Təbük səfərinə işarə edilir. Ayələrin yaxşı anlaşılması məqsədilə Təbük səfəriylə əlaqədar ensiklopedik səviyyədə məlumat vermək istəyirik:

Təbük Səfəri. Təbük səfəri, hicri 9-cu ildə, Şamda toplanan 40.000 nəfərlik Bizans ordusuna qarşı vuruşmaq məqsədilə Mədinədən Şama doğru təşkil edilən hərbi bir hərəkatdır.

Təbük, Mədinə ilə Şamın ortasında, suyu və xurmalıqları bol olan bir yerin adıdır. Səfərin son nöqtəsi orası olduğuna görə bu səfər, “Təbük səfəri” və ya “Təbük qəzası” deyə adlanmışdır.

Səfərin Səbəbi. Suriyalı Xristiyanlar Bizans İmparatoru Herakliusa bir məktub yazar, Muhəmmədin öldüyünü, Müsəlmanların da qıtlıq və yoxluq içində pərişan olduqlarını, üzərlərinə əsgər göndərilərsə, onları dindən döndərməyin, öz dinlərinə qatmağın, lazım gələrsə, yox etməyin tam zamanı olduğunu bildirirlər.

Buna görə də Bizans kralı Müsəlmanlara qarşı 40.000 nəfərlik bir ordunu yola çıxarır. Bəzi Ərəb qəbilələri də Bizanslılarla işbirliyi edərlər.

Vəziyyət Mədinəyə, Rəsulullaha çatır. Möminlər hazırlığa dəvət edilirlər. Qadın-kişi, zəngin-yoxsul hər kəs imkanları nisbətində qatqıya qaçar.

İqlim şərtləri: istilik, quraqlıq, qıtlıq, uzaqlıq və güclü düşmən bu səfərin “mürəkkəb və çətin bir səfər” olacağını göstərir. Belə ki, bu səfər surənin 117-ci ayəsində “saatul-usrat” [ən çətin saat] olaraq xarakterizə edilir.

Müsəlmanlar canlarıyla-başlarıyla bu səfərə qatqıda olmağa çalışarkən, münafiqlərin kimisi: “Muhəmməd, Roma dövlətini oyuncaqmı sanır? Onun əshabıyla birlikdə yaxalanıb, əsir olacaqlarını gözümlə görmüş kimi bilirəm” – deyərək, Müsəlmanların əhvali ruhiyyəsini pozmağa çalışırdılar. Bunlardan bir qismi də Rəsulullahdan bu səfərə qatılmamaq üçün izin istədilər. Rəsulullah da onlara izin verdi. Bəzi münafiqlər də qənimət ümidiylə Təbük ordusuna qatıldı. Bunlar, getdikləri yerlərdə pozğunçuluq etməkdən geri durmadılar.

Rəsulullah təxminən 10.000 nəfərlik bir ordu hazırladı və Şama doğru yola çıxdı. On səkkiz yerdə dayandılar, on doqquzuncu dayanacaq yeri Təbük oldu.

Təbükə gəldikdən sonra Şam üzərinə yürüyüb yürünməməsi barəsində Rəsulullah əsgərləriylə istişarə etdi. Rəsulullaha: “Əgər getməklə əmr olundunsa get” – dedilər. Rəsulullah: “Əgər bu mövzuda Allah tərəfindən əmr olunmuş olsaydım, sizdən soruşmazdım” – deyərək, yaxşı bir dərs verdi.

Hazırlıqlı, nizamlı və hər cür döyüş riskini nəzərə alaraq, Bizansın üzərinə – Təbükə qədər gəlmələri, güc uyğunsuzluğunu psixoloji baxımdan Müsəlmanların lehinə çevirdi, düşmən əsgərlərinin qəlbinə qorxu saldı. Düşmən Hicaza hücum edib, yandırıb-dağıtmaq kimi məqsədlə yola çıxdıqları Müsəlmanlarla döyüşməyi gözə ala bilmədilər.

Artıq məqsədə çatılmışdı. Daha artıq irəli gedib, qan tökməyə ehtiyac yox idi. Çünki Şam bölgəsini fəth etmək məqsədiylə də yola çıxılmamışdı.

Rəsulullah və ordusu Təbükdə iyirmi günə qədər qaldıqdan sonra Mədinəyə döndü. Çünki Bizans ordusu hücum etməyə cəsarət edə bilməmiş və məqsədə çatılmışdı.

Bu səfərdə döyüş olmamış, lakin hərbi və siyasi sarıdan əhəmiyyətli qazanclar əldə edilmişdir.

Bu səfərlə əlaqədar bir başqa diqqət çəkən məqam da, səmimi mömin olmasına baxmayaraq, etinasızlıq səbəbiylə bu səfərə qatılmamış olan Kab b. Malik, Mirarə b. Rabi və Hilal b. Ümeyyə adlı Müsəlmanların vəziyyətlərinin bu surədə, 102-118-ci ayələrdə yer almasıdır. Surənin “Tövbə” adı da, bu insanların tövbələrinin qəbulundan gəlir.

Bu bölmədə yer alan ayələrlə əlaqədar bəzi məqamlar üzərində duracağıq.

41-ci ayə. Zidd mənalı sözlər bərabər işlədildiyində öz mənalarından fərqli bir mənanı ifadə edərlər. Bu xüsusiyyət dünyanın bütün dillərinde vardır. Bunun Qurandakı nümunələri:

– Məğrib [qərb] və məşriq [şərq] sözləri, “şərq-qərb” şəklində söyləndiyində məna, sadəcə iki yönü əhatə etməz, bütün yönləri əhatə edər. Nümunə olaraq Müzzəmmil surəsinin 9-cu ayəsində “Rabbu’l-Məşrikı və’l-Məğribi [Şərqin, Qərbin Rəbbi]” ifadəsi, sadəcə şərq ilə qərbi anlatmayıb, bütün yönləri və məkanları ifadə etməkdədir. Bu da “Allah hər yerin Rəbbidir” deməkdir. Bu iki sözdən ibarət olan mürəkkəb ifadə ilə əlaqədar digər örnəklər bunlardır: Nur/35; Bəqərə/115, 142, 177; Şüəra/28; Rəhman/17.

–  Dünya və axirət sözləri bərabər söyləndikləri zaman “hər yer və hər zaman” mənasını ifadə edər. Bu sözlərlə əlaqədar Quran ayələri bunlardır: Bəqərə/217, 220; Al-i İmran/22, 45, 56; Nisa/134; Tövbə/69, 74; Yunus/64; Yusuf/101; Həcc/15; Nur/14, 19, 23 və Əhzab/57.

  • Yaş, quru sözləri bərabər işlədildikləri zaman “hər şey, hər nə varsa” mənasını ifadə edir. Məsələn, Ənam surəsinin 59-cu ayəsindəki “… Yaş və quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda olmasın” ifadəsi sadəcə yaşı və qurunu deyil, canlı və ya cansız hər şeyi ifadə etməkdədir.
  • Səhər, axşam sözləri də Quranda fərqli ifadələr içində tez-tez yer alır və “daima, hər zaman” mənasına gəlir. Bu sözlər ilə əlaqədar ayələr də bunlardır: Əraf/205, Rad/15, Nur/36, Mömin\46, 55, Ənam/ 52, Kəhf/28, Məryəm/11, 62, Fəth/9, Furqan/5, Əhzab/42, İnsan/25, Al-i İmran/41.

Göründüyü kimi, bir-birinin zidd mənalısı olan sözlər birlikdə bir qəlib halında işlədildiyində, qəlibin mənası sözlərin xüsusi mənalarından fərqliləşir, zənginləşir.

Tövbə/41-dəki iki zidd mənalı “hıfafen ve sikalen (yüngül və ağır)” sözləri də öz mənalarından fərqli və daha zəngin bir mənanı ifadə etməkdədir. İfadənin, “Hər cür vəziyyət və hər şəraitdə” deyə geniş bir mənası vardır ki, bu geniş mənası, “könüllü-könülsüz, istər bütün ailə fərdləri, istər ailədən bir nəfər, istər çox maddi dəstək, istər az maddi dəstək, istər silahlı, istər silahsız, istər adi bir silah, istər mükəmməl bir silah, istər piyada, istər atlı, istər gənc, istər yaşlı” şəklində aça bilərik. Belə ki, bu ayələr endiyində bəzi yaşlı kişilər də döyüş hazırlığına qatıldılar. Onlara: “Siz yaşlısınız, buna ehtiyac yoxdur” – deyənlərə “bu ayəni oxuyub, bunun Allahın əmri olduğunu, bu sayədə düşmənlərimiz bizim sayca onlardan daha çox olduğumuzu görərlər və qorxarlar” – deyə cavab verdilər.

55-ci ayədə, “Belə isə onların malları və övladları səni şirnikdirməsin. Ancaq Allah bunlarla onları bəsit dünya həyatında cəzalandırmaq, onların canlarını kafir biriləri ikən almaq istəyir” buyurularaq, Rəsulullah və beləliklə də, möminlər xəbərdarlıq edilmişdilər. Peyğəmbərimizi dəstəkləyən və onu təsəlli edən bu ayələr, əsasən Peyğəmbərimizin təlimləndirilməsinə yönəlikdir.

Allah Elçisindən, ona verilən nemətlər daha xeyirli olduğuna görə, başqalarında olan mala, mülkə, məqama, mövqeyə həvəslənməməsini istəyir, möminlərə mərhəmətli davranmasını və özünün sadəcə bir xəbərdarlıq edən olduğunu söyləməsini əmr edir ki, bu xəbərdarlıq daha əvvəl də edilmişdi:

  • 131Və özlərini imtahan etmək üçün, adi dünya həyatının bəzəyi olaraq, onlardan bəzi cütləri faydalandırdığımız mal, mülk, övlad və səltənətə qətiyyən gözlərini dikmə/rəğbətlə baxma. Və Rəbbinin ruzisi daha yaxşı və daha daimidir.
  • 132Və əhlinə salaatı əmr et, özün də ona səbrlə davam et. Biz səndən bir ruzi istəmirik. Səni Biz ruziləndiririk. Aqibət “Allahın qoruması altında olmaq” üçündür. (Ta Ha/131, 132)
  • 196,197Kafirlərin diyar-diyar gəzib dolaşmaqları, çox az bir qazanc, qətiyyən səni aldatmasın. Sonra onların çatacaqları yer cəhənnəmdir və o, nə pis bir yataqdır! (Al-i İmran/196, 197)

Küfr edənlərə bu malın verilmə səbəbləri isə belə açıqlanır:

  • 54Sən indi onları bir zamana qədər azğınlıqları ilə baş-başa burax!
  • 55,56Onlar onları xeyirlərdə yarışdıraq deyə, özlərinə maldan və oğullardan bir şeylər verməkdə olduğumuzumu sanırlar? Tam əksinə, işin fərqinə vara bilmirlər. (Möminlər/54-56)
  • 85Onların malları və övladları da səni narahat etməsin. Allah ancaq onları dünyada bu­nlarla cəzalandırmağı və onlar kafir biri ikən canlarının çətinliklə çıxmasını istəyir. (Tövbə/85)

Bəhs etdiyimiz ayə və bu ayəni dəstəkləyən digər ayələrdən anlaşıldığına görə, mal və övlad nemət olması ilə yanaşı, əzab səbəbi də ola bilir. Bunun necə olduğuna gəlincə:

Müsəlman, mal və övladların özünə Rəbbi tərəfindən verilmiş əmanətlər olduğunu və bunlarla imtahan olunduğunu bilir və bunların dünya həyatının bəzəyi olduğuna, əsas xeyirli olanların isə axirətdə özünə veriləcəyinə inanır. Qısaca, Müsəlman əmanətçidir. Buna görə də, onları itirdiyi zaman: “Allah verdi, Allah aldı” – deyərək, təslimiyyət göstərir. Əgər bunlar, Rəbbi ilə öz arasına girəcəksə: “Bunlar olmasın daha yaxşı” – deyə düşünür.

Kafir üçün isə mal-mülk hər şeydir, son məqsəddir; belə ki, o malı və pulu qədər adamdır, oğulları nisbətində güclüdür.

İnsan çox sevdiyi və niyyət etdiyi hər hansı bir şey üçün çox zəhmət sərf edər. Məqsədinə çatdığında isə onu mühafizə etməyə çalışar, itirmək qorxusuyla yaşayar.

Məqsədi çox mal və övlad olan insan da onları itirməkdən qorxar, itirdiyində onların acısıyla yanar- qovrular. Hər iki halda da əzab içində olur.

Mal qazanmaq və övlad böyütmək çox məşəqqətli olması ilə yanaşı, onları qorumaq da asan deyildir. Buna görə də, bəzi insanlar mallarının azalmasından qorxduqları üçün, yemək və vermək bir tərəfə dursun, qoxlamazlar belə. Qısacası, malları onlara yük və əzabdır. Müsəlman isə zəkat, sədəqə, infaq yoluyla malını Allah yolunda xərcləyər, şəhid olması üçün, övladını cəbhəyə göndərir.

Mövzumuz olan ayədə, Rəsulullahdan həvəslənməməsi istənilənlər münafiqlərdır. Mal və övladın münafiqlərə necə bir əzab vasitəsi olacağına gəlincə:

Möminlər dünya üçün deyil, axirət üçün yaradıldıqlarını bildikləri üçün dünyaya, dünya malına və övlada sevgiləri zəifdir. Xoşbəxtliyin sadəcə, dünyada mal və övlad ilə olduğuna inanan münafiqlərin isə bunlara sevgisi və rəğbəti çox; bunları itirmələri halında duyacaqları kədər və acıları artıq olur. Ölüm yaxınlaşdığında isə bu kədər və acılar daha da artar. Budur, əzabın bu növü, mala və övlada olan sevgiləri səbəbiylə daha dünyada ikən onların başına gəlir.

Rəsulullaha nifrət etmələrinə baxmayaraq, münafiqlər, ona xidmət üçün məcburən mallarını, canlarını və övladlarını səfərbər edirdilər. Şübhə yox ki, bu, onlar üçün bir əzab idi.

Münafiqlər, rəzil və rüsvay edilməkdən, nifaq və küfrlərinin ortaya çıxıb, Rəsulullahın özlərini öldürməyə, oğul-uşaqlarını əsir etməyə və mallarını əllərindən almağa yönəlməsindən qorxur, enən hər ayə ilə rüsvayçılıqlarının ortaya çıxmasından narahat olurdular. Yenə Hz. Peyğəmbər onları hər çağırdığında, etdikləri hiylə və pisliklərə onun vaqif olmuş olacağından qorxurdular. Qısacası, tikan üstündə dururlar; hər an yaxalanma qorxusu içində olan bir oğru, hər an yalanı ortaya çıxacaq olan bir yalançı kimi narahat yaşayırdılar. Budur, bütün bunlar onların qəlblərinin çox ağrı duymasına və çox əzab çəkmələrinə səbəb olurdu.

Bəzi münafiqlərin mömin və müttəqi uşaqları olmuşdur; Hanzala b. Əbu Amir və Abdullah b. Ubey kimi. Uşaqları mömin və müttəqi olan münafiqlərin duyacağı kədər, sıxıntı və hüznü düşünün. Budur, beləliklə, övlad onlar üçün əzab vəsiləsi olur.

Səhabənin yoxsul və gücsüzləri döyüşlərə qatılaraq Rəsulullahın xidmətinə qaçır; şərəfli bir ad, böyük bir tərif əldə edir, bir çox da qənimətə nail olurdular. Münafiqlər isə, çox olan mallarına və güclü-qüvvətli övladlarına baxmayaraq, sanki yatalaq, zəif və gücsüz insanlar kimi evlərində düşüb qalır, hər kəs onlara qeyz və istehza ilə baxırdı. Beləliklə, mal və övlad çoxluğu, onların etibarsız və şərəfsiz olmalarına səbəb olurdu. Dünyada bundan daha pis bir əzab isə düşünülə bilinməz.

51-ci ayədə bəhs edilən Allahın yazdığı şey, Allahın zəfər vədidir.

  • 21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. (Mücadilə/21)

Mücadilə/21-ci ayədə də Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” yazmışdır. Şübhəsiz Allah kavidir, azizdir – buyurulmuşdur. Allahın dediyinin olacağı, dininin və Elçisinin önündə kimsənin duramayacağı bir çox ayədə vurğulanmışdır:

  • 21Və onu satın alan Misirli adam zövcəsinə: “Bunun yerini şərəfli tut. Bizə faydalı ola bilər, ya da onu övlad edərik” – dedi. Və Biz Yusufu beləliklə, yer üzündə yerləşdirdik … və özünə hadisələrin/sözlərin ilk mənalarının nə olduğuna dair bilikləri öyrətmək üçün… və Allah, əmrində qalibdir. Lakin insanların çoxu bilməzlər.  (Yusuf/21)
  • 171–173Və and olsun ki, göndərilən qullarımız/elçilərimiz haqqında bizim sözümüz keçmişdir: “Şübhəsiz, onlar, tam yəqinliklə bilin ki, qalib olanların məhz özüdürlər. Şübhəsiz, bizim ordularımız, tam yəqinliklə bilin ki, qalib gələnlərin məhz özüdürlər”.  (Saffat/171-173)
  • 51Şübhəsiz, Biz elçilərimizə və iman edənlərə bu bəsit dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik.
  • 52O gün şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlərə üzr istəməkləri yararlı ola bilməz. Və onlara kənarlaşdırılaraq məhrum buraxılma vardır, yurdun ən pisi də onlar üçündür. (Mömin/51, 52)

52-53-cü ayələr. Bu ayələr Ced bin Kays adlı bir münafiq haqqında nazil olmuşdur. Bu münafiq döyüşə qatılmamaq üçün Hz. Peyğəmbərdən (s.ə.s) icazə istəyib, ona: “Mən sənə malımı verəcəyəm, özüm gəlməyəcəyəm” – deyincə, Allah Təala onun əleyhinə olaraq bu ayəni nazil etmişdir.

Yəni “Ey Muhəmməd! Bu münafiqə və bənzərlərinə de ki: “İs­tər könüllü, istər könülsüz malınızı xərcləyin. Bu xərclədiyiniz malın heç biri sizdən qəbul edilməyəcək. Çünki bu xərcləmə Allah üçün edilməmişdir.”

İkinci Məsələ. İbn Abbas (r.a) bu ayənin Ced b. Kaysın, Hz. Peyğəmbərə (s.ə.s): “Mənə icazə ver, döyüşə qatılmayım. Sənə bu malımla yardım ederəm” – dediyi zaman, onun haqqında nazil olduğunu söyləmişdir. Bil ki, ayənin nüzul səbəbi xüsusi olsa da, hökmü ümumidir.

Cənab-i Haqq daha sonra: “Sizdən heç bir şey qəbul olunmayacaq” – buyurmuşdur. Bu ifadə ilə Hz. Peyğəmbərin (s.ə.s), onlardan infaq edəcəkləri malları qəbul etməməsi qəsd edilmiş ola biləcəyi kimi, infaq edilən o malların Allah qatında məqbul olmayacaqları mənası da qəsd edilmiş ola bilir.

58-59-cu ayələrdə Onlardan bəziləri isə “sədəqələr haqqında sənə dil uzadan insanlardır. Ki, o sədəqələrdən özlərinə verilmişsə, məmnun olurlar, verilməmişsə dərhal qəzəblənirlər” buyurularaq, Rəsulullahı tənqid etməyə cəhd edənlərdən bəhs edilmişdir. Bunların kimliyi ilə əlaqədar aşağıdakı məlumatlar çatmışdır:

Əbu Said (r.a) belə demişdir: Hz. Peyğəmbər (s.ə.s) mal bölgüsü edirdi. Sonra onun yanına, Mikdad ibn Zil-Huvaysıra, ət-Temimi deyilən Hurkus ibn Züheyr ki, Hurkus (daha sonra) Haricilərin rəisi olmuşdur, gəlir: “Adil ol, ey Rəsulullah” – deyir. Buna görə də, Hz. Peyğəmbər (s.ə.s): “Vay sənin halına, mən ədalət etməzsəm kim edər?” – deyincə, bu ayə nazil olur. [8]

Bu insanlarla əlaqədar “kaş ki, onlar Allah və Elçisinin özlərinə verdiyinə razı olsaydılar… Və: “Bizə Allah yetər. Allah da, Elçisi də yaxında bizə ərməğanlar verəcəkdir. Şübhəsiz ki, biz, sadəcə Allaha rəğbət edənlərik” – desəydilər” – buyurularaq, bu insanların Allah və Rəsulunu yaxşı tanıya bilmədikləri açıqlanmışdır.

60Qətiliklə, Allah tərəfindən bir bölgü/məcburi vəzifə olaraq sədəqələr/ictimaiyyətin gəlirləri ancaq imkansızlar, acizlər/yoxsullar, işsizlər, o işi icra edən vəzifəlilər/ictimai vəzifəlilər, qəlbləri İslama isindiriləcəklər, azadlığı olmayan kölələr, ağır borc altındakılar, Allah yolundakılar [əsgərlər, tələbə və müəllimlər], yolda qalmışlar üçündür. Allah hər şeyi ən yaxşı biləndir və ən yaxşı qayda qoyandır.

Daha öncə, sədəqələr barəsində Rəsulullahı tənqid edən sayğısız, eqoist insanlardan bəhs edilib, onlara tövsiyələr edilmişdi. Burada isə bu vəsiləylə sədəqələrin kimlərə verilməli olduğu bildirilir.

Sədəqə. الصدقة əs-Sadaqə ictimai xidmətin qarşılığı (istifadə nəzəriyyəsi) və ya vəziyyətə görə, əl qoyularaq, (İqtidar nəzəriyyəsi) ictimaiyyətə gəlir olaraq alınan dəyərlərdir – vergilərdir.

Sədəqəyə, möminlərin Allahın əmrlərinə uymaqdakı sədaqətlərini göstərdiyi üçün “sədəqə” deyilmişdir. Cəmi الصدقات sadaqat-dır.

Sədəqə, mömin, müsəlman, münafiq, Yəhudi və s. bütün vətəndaşlardan alınır. Zəkatı isə sadəcə möminlər verirlər. Belə ki, möminlərin dövlətinin varlığına, dik tutulmasına xaricdən dəstək gələrsə, aldatma baş verər, o dövlət pozulmağa məhkum olar, dövlətin mövcudluğu və yaşaması, fərdlərin müstəqilliyi təhlikə altına düşər.

Sədəqənin mahiyyəti və qanuniliyi aşağıdakı ayələrdə açıq şəkildə bəyan edilmişdir.

  • 103Onların mallarından sədəqə al ki, sədəqə ilə özlərini təmizləyəsən və arındırasan. Bir də onlara dəstək ol. Şübhəsiz ki, sənin dəstəyin onlar üçün bir rahat­lıq­dır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir. (Tövbə/103)
  • 12Ey iman edənlər! Elçi ilə pıçıldaşacağınız [baş-başa danışacağınız, özəl xid­mət alacağınız] zaman bu pıçıldaşmanızdan öncə dərhal bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha təmizdir. Belə olmasına baxmayaraq, əgər bir şey tapa bil­məz­sinizsə, artıq şübhəsiz ki, Allah çox bağışlayan və çox mərhəmət edəndir.
  • 13Baş-başa danışmağınızdan öncə sədəqələr verməkdən qorxdunuzmu? Bax budur, et­mə­diniz. Və Allah sizin şüurlu şəkildə xətadan dönüşünüzü qəbul etdi. Artıq sala­a­tı iqa­mə edin, zəkatı/verginizi verin, Allaha və Elçisinə itaət edin. Və Allah etdiklərinizdən ən çox xəbəri olandır. (Mücadilə/12, 13)

Sədəqə, sədəqə ayələrində görüləcəyi kimi, ictimai xidmətlər üçün xərclənən eyni və nağd dəyərlərdir. Burada bəhs edilən, Rəsulullahın şəxsinə veriləcək bir yardım deyildir. Belə ki, bütün Peyğəmbərlər kimi, Peyğəmbərimizin də ödəniş, sədəqə alması qadağan edilmişdir.

Bu ayələrdə, ictimai vəzifəlilərlə əlaqələr mövzusunda müəyyən edilən prinsiplər məsləhət görülir. İctimaiyyətdən xüsusi bir tələbi olanlar sədəqə verməlidirlər (indiki dövlət dairələrindəki xidmətə qarşılıq alınan xərc nümunəsi). Beləliklə, xüsusi məsələlərinin həll edilməsi ilə birlikdə ehtiyac sahiblərinə verilmək və ümumi məsləhətlər üçün işlədilmək üçün bir gəlir təmin ediləcəkdir.

  • Ayənin son bölməsindəki “Bu, sizin üçün daha xeyirli və daha təmizdir. Əgər tapmazsınızsa, artıq şübhəsiz, Allah Gafurdur, Rəhimdir” ifadəsindən sədəqə verməyin bir məcburiyyət olmayıb, hələ həzmetmə müddətindəki möminlərin alışdırılmasına, təlimləndirilməsinə yönəlik bir tövsiyə olduğu anlaşılır.

Dövlətin mövcudluğu və yaşaması üçün ictimaiyyətə maliyyə dəstəyi şərtdir.

Havaici Asliyə (İnsanın Məcburi Ehtiyacları). Müasir vergidə olduğu kimi, İslamda da vergiləri dövlət alır. Möminlərin dövləti, artıq vergi alaraq mükəlləfi, nöqsan vergi ala​raq dövləti təhlükəyə salmamalıdır.

Allah, mallardan müəyyən edilmiş bir miqdarı “insanı dik tutan” olaraq xarakterizə etmiş və bu miqdarı istəmədiyini bildirmişdir:

  • 5Və Allahın dik durmağınız üçün sizə vermiş olduğu mallarınızı ağlı çatmayanlara/hələ yetkinlik yaşına çatmamış yetimlərə verməyin. Və onları o mallarla ruziləndirin və onları geyindirin. Və onlara adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən söz söyləyin. (Nisa/5)
  • 36Şübhəsiz ki, bu dünyadakı adi həyat ancaq bir oyun və əyləncədir. Əgər iman edər və Allahın qoruması altına girərsinizsə, Allah sizə mükafatlarınızı verər, sizdən mallarınızı da istəməz. (Muhəmməd/36)

Məcburi Ehtiyaclar bu ayələr işığında təsbit ediləcəkdir. Qədimdən edilən təsbitlərin bu gün yenidən dəyərləndirilməsi bir məcburiyyətdir. Məsələn, məskən necə bir məskən olacaq? Gecəqondu, mənzil və s., ya da kənddəki ev, şəhərdəki ev. Bunların heç birinin dəyəri digəriylə uyğun/eyni deyildir. Hətta şəhərdəki evlərin dəyərləri küçəsinə, prospektinə, məhəlləsinə görə bir-birindən daima fərqlidır. Minik heyvanı yerini avtomobil tutacaqsa, o avtomobil necə bir şey olacaq? Avtomobillərdə markasına və modellərinə görə, hətta yaşına görə müxtəlif-müxtəlif dəyərlərdədir. Bəs kölənin, cariyənin yerini nə alacaq?

Həmçinin diqqət edilirsə, görüləcək ki, bu təsbit o günkü bədəvi/köçəri, heyvandarlıqla keçinən qisim və şəhərdə adi ticarətdə çalışan qisim nəzərə alınaraq, edilmişdir. Bu günkü məslək qruplarının heç biri yoxdur.

Nisap/Zənginlik ölçüsü dəyişkəndir. Bu il zəngin sayılan bir adam, bəlkə növbəti il eyni sərvətə sahib olmasına baxmayaraq, zəngin sayılmaya bilir. Bir ölkədə zəngin sayılan insan, eyni mal varlığı ilə başqa bir ölkədə zəngin sayılmaya bilir. Bir zamanlar Ərəbistanda, məcburi ehtiyaclardan sonra iki yüz dirhəm gümüş, ya da təxminən yüz qram qızıl, ya da beş dəvə və ya qırx qoyun zənginlik sayılırkən, bu gün bunların heç biri insanı zəngin saydırmaz. Həmçinin o zamanlar yuxarıda saydığımız maddələrin dəyərləri bir-birinə uyğun/eyni ikən, bu gün onların arasında da heç uyğunluqdan/eynilikdən bəhs edilə bilməz. Yəni yüz qram qızıl nə beş dəvə edər, nə də qırx qoyun. Gerisini siz müqayisə edin. Zənginlik nisbi anlayışdır, daima dəyişkəndir.

Rəsulullah yaşadığı dövrdəki iqtisadi, sosial, siyasi və coğrafi şərtləri nəzərə alaraq bir nisap/zənginlik ölçüsü müəyyən etmişdir (fıkıh Kitablarında yetərli açıqlamalar var. Baxılıb öyrənilə bilər). Amma o günkü zənginlik ölçüləri, bu gün hətta yüz illərdir zənginlik deyildir. O dövrdə beş dəvə, qırx qoyun, 200 dirhəm=640 qram gümüş, ya da 100 gram qızıla sahib olmaq zənginlik sayılırdı. Bu gün isə zənginlik sayılmaz.

Ona görə də bu çağda və hər çağda möminlərin yaşadığı bölgələrə və o bölgələrin öz şərtlərinə görə nisap/zənginlik ölçüsü təsbit edilməlidir. Bu gün hələ min beş yüz il əvvəlki Ərəbistanın iqtisadi, sosial, siyasi və coğrafi şərtlərinə görə edilmiş bir təsbitlə hərəkət etmək yanlış olur.

Sədəqə kimlərə verilir? İnfaqın bir başqa növü də sədəqədır. Sədəqələrin kimlərə verilməli olduğu isə qulların məsləhət və məşvərətinə buraxılmayıb, bilavasitə Allah tərəfindən Quranda açıqlanmışdır.

  • 271Sədəqələri açıqca verərsinizsə, artıq o, çox yaxşı olar. Əgər onları gizlədərsinizsə, kasıblara verərsinizsə də, artıq bu, sizin üçün daha xeyirlidir və günahlarınızdan bir qismini silmiş olarsınız. Və Allah etdiklərinizdən xəbərdardır. (Bəqərə/271)
  • 37Onlar, şübhəsiz, Allahın dilədiyi kimsəyə ruzini sərdiyini və ölçüləndirdiyinidəmi görmədilər? Şübhəsiz, bunda iman edəcək bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.
  • 38Belə isə, yaxınlıq sahibinə/yurdlarından çıxarılan imkansızlara, yoxsullara və yolçuya haq­qını ver. Bu, Allahın rızasını diləyənlər üçün daha xeyirlidir. Və bunlar vəziyyə­ti­ni qoruyan, zəfər qazanan kəslərin məhz özləridir. (Rum/ 37, 38)
  • 60Qətiliklə, Allah tərəfindən bir bölgü/məcburi vəzifə olaraq sədəqələr/ictimaiyyətin gəlirləri ancaq imkansızlar, acizlər/yoxsullar, işsizlər, o işi icra edən vəzifəlilər/ictimai vəzifəlilər, qəlbləri İslama isindiriləcəklər, azadlığı olmayan kölələr, ağır borc altındakılar, Allah yolundakılar [əsgərlər, tələbə və müəllimlər], yolda qalmışlar üçündür. Allah hər şeyi ən yaxşı biləndir və ən yaxşı qayda qoyandır. (Tövbə/60)

Elm və fiqh kitablarına nəzər saldıqda görürük ki, sədəqə verilməli olan yerlər yeddi sinif olaraq qeyd olunub: yoxsullar, acizlər, borclular, müsafirlər, müqaviləli qullar, mücahidlər və vəkillər. Lakin Tövbə/60-cı ayədə Mualləf-i Qulub sinfinin də varlığını görürük. Yaxşı, onlar kimlərdir? Bəs niyə bu sinif fiqh kitablarında yer almayıb?

Muelləfə-i qulub. Bunlar, hələ mömin olmamış, İslamı anlamağa və mənimsəməyə meyl göstərən və İslama gələ bilməsi yönündə dolaylı-dolaysız yollarla, zəhmət sərf ediləcək insanlardır. Para verilərək zərərləri aradan qaldırılacaq, qısacası, İslam sevdirilib, mömin olmaları təmin ediləcək insanlardır.

İslamın ilk dövrlərində zərərlərindən əmin olmaq üçün onlara, Allahın buyuruğu olaraq, zəkatdan pay verilirdi. Amma Xəlifə Ömərin xilafəti dövründə: “Bunlara zəkat möminlərin zəif olduğu dövrlərdə verilirdi. İndi güclüyük, bundan sonra bu qrupa sədəqə verilməyəcək” – deyə qərar almış və o gündən sonra da bu qrupa sədəqələrdan vermək Kitablardan çıxarılmışdır.

Halbuki bu muəlləfə-i qulub sinifi sadəcə şərlərindən-zərərlərindən əminlik olunacaq bəlalı insanlar demək deyildir. Bəlkə Ömər dövründə yalnız onlar vardı. Amma bu çağda, qəlbləri İslama isinişəcək o qədər insan sinifi və o qədər isinişmə yolları, onlara çatma yolları var ki, saymaqla bitməz.

Sədəqələr “Mülk Allahındır və möminlər qardaşdırlar” əsası üzərindən təsərrüf edilir. Bu istifadədə bərabər bölgü nəzərə alınmır, sərvətin bölüşdürülməsi və yayılması; Hər kəsin bərabər firavan yaşaması üçün bərabərlik tədbirləri nəzərə alınır.

  • 7,8Allahın o şəhər xalqından Elçisinə verdiyi feylər [qənimətlər, döyüşmədən zəhmətsizcə əldə edilən gəlirlər], içinizdən yalnız zənginlər arasında dövlət/gücün gətirdiyi rifah olmasın deyə, Allaha, Elçiyə, yaxınlıq sahiblərinə/köç edən yoxsullara ki, onlar Allahın ərməğan və rızasını arayarkən, yurdlarından və mallarından çıxarılmışlardır, Allaha və Elçisinə kömək edərlər. Bax budur, onlar doğruların məhz özləridir, yetimlərə, acizlərə, yolçulara aiddir. Elçi sizə nə verdisə, onu dərhal alın. Sizi nədə təxirə saldısa, ondan geri durun. Allahın qoruması altına da girin. Şübhəsiz ki, Allah qovuşdurması/əzabı çox çətin olandır.  (Həşr/7, 8)

Buna görə sədəqələr, yoxsullər, acizlər [yoxsullar, işsizlər], o iş üzərinə çalışan vəzifəlilər [ictimai vəzifəlilər], muəlləfə-i qulub [qəlbləri İslama isindiriləcəklər], boyunduruqdakılar [azadlığı olmayan kölələr], ağır borc altındakılar, Allah yolundakılar [əsgərlər, tələbə və müəllimlər], yolda qalmışlar üçün xərclənməlidir.

Yoxsul. Yoxsul, “ailəsinə yetəcək qədər malı olmayan, həyati ehtiyacları üçün başqalarından asılı olan insan”dır.

Aciz. Aciz “hərəkət qabiliyyətini itirmiş, iş etmə imkan və fürsətləri qalmamış insan”dır.

Zəkatdan kölələri azadlığa qovuşdurmaq üçün də xərcləmə edilməlidir. Bu da, azadlıq sözləşməsi edən köləyə maliyyə dəstəyi vermək, ya da onu sahibindən satın alıb, azad etmək yolu ilə olur.

Borcları səbəbiylə özü və ailəsi çətinliyə düşmüş insanlara da zəkat fondundan yardım edilir.

Ayədəki Allah yolu ifadəsi Allah yolunda əsgərliyin, təhsil-təlimin, təbyin üçün yayının prioriteti olsa da, “Allahı məmnun edən bütün yaxşı əməllər”i əhatə edən ümumi bir ifadədir.

Amilin. Amilin, “zəkatı toplamaqla vəzifəli insanlar”dır. Bunlar, bu gün üçün “ictimai personalı” olaraq dəyərləndirilə bilir.

Müəlləfə-I Kulub. Müəlləfə-i kulub “İslama isinişdirilməsi üçün, zəngin olsalar belə, özlərinə zəkat veriləcək insanlar”dır. Rəsulullah, zəngin qəbilə rəislərinə bu məqsədlə zəkatdan para-pul vermişdir.

İbnus-Səbil [Yolçu]. İbnüs-səbil “əlindəki tükənən, məmləkətində zəngin olsa belə, yerləşdiyi yerdə yardıma möhtac olan yolçu”dur. Bu kimilərə də zəkat fondundan dəstək verilir.

61Yenə onlardan bəziləri Peyğəmbəri incidən və: “O, özünə söylənən hər şeyi dinləyib təsdiq edən biridir!” – deyən insanlardır. De ki: “Sizin üçün bir xeyir qulağıdır – Allaha inanır, möminlərə inanır və sizdən iman edənlərə də bir mərhəmət­dir”. Və Allahın Elçisini incidən insanlar acıqlı bir əzab özləri üçün olanlardır.

62Onlar, sizin razılığınızı qazanmaq üçün, Allaha and içirlər. Onlar, əgər mömindirlərsə, Allahı və Elçisini razı etmələri daha doğrudur.

63Şübhəsiz, kim Allah və Elçisi ilə yarışmağa cəhd edərsə, şübhəsiz, onun üçün içində sonsuzadək qalanlar olaraq, cəhənnəm atəşinin olduğunu bilməzlərmi? Bax budur, bu, ən böyük rüsvayçılıqdır.

Bu ayələrdə də münafiqlərin portretləri cızılır: Onlardan bəziləri Peyğəmbəri incidən və: “O, bir qulaqdır [özünə söylənən hər şeyi dinləyıb, təsdiq edən biridir]” – deyən insanlardır. Rəsulullah hər kəsi dinlədiyi və hər kəsin istədiyi şeyi söyləməsinə izin verdiyi üçün, onlar bunu bir xəta olaraq görür və bu şəkildə ittiham edərdilər.

Bunlara: “Sizin üçün bir xeyir qulağıdır… Allaha inanır, möminlərə inanır və sizdən iman edənlərə də bir rəhmətdir” – açıqlaması edilərək, Rəsulullahın qiymətini bilmələri istənilir, sonra da: “Və Allahın Elçisini incidən insanlar, acıqlı bir əzab özləri üçün olanlardır” – buyurularaq xəbərdar edilirlər.

Rəsulullahın onlara rəhmət olması, başda Rəsulullah içlərində ikən, Allahın özlərinə əzab etməyəcəyi prinsipidir:

  • 33Halbuki, sən içlərində ikən, Allah onlara əzab edəcək deyildi. Bağışlanma dilə­dik­lə­ri müddətcə də, Allah onlara əzab edən deyildir. (Ənfal/33)

Sonra da Rəsulullahın, onların dünya və axirət həyatlarını qurtarmaq üçün çalışmasıdır:

  • 107Biz səni də ancaq aləmlər üçün bir mərhəmət olaraq/mərhəmət olmaq üçün göndərdik. (Ənbiya/107)

Bundan sonra da: “Sizi məmnun etmək üçün, sizin üçün Allaha and içərlər” – buyurularaq, başqa bir qisim tanıdılır və onlar da: “Bunlar əgər mömin isələr Allahı və Elçisini razı etmələri daha doğrudur” – deyilərək xəbərdar edilirlər.

Bunların ardından da Allaha və Onun Elçisinə qarşı çıxanların hamısı: “63Şübhəsiz, kim Allah və Elçisi ilə yarışmağa cəhd edərsə, şübhəsiz, onun üçün içində sonsuzadək qalanlar olaraq, cəhənnəm atəşinin olduğunu bilməzlərmi? Bax budur, bu, ən böyük rüsvayçılıqdır” – deyə təhdid edilir.

64Münafiqlər qəlblərindəki şeyləri özlərinə xəbər verəcək bir surənin üzərlərinə endirilməsindən çəkinirlər. De ki: “Siz lağ edin! Şübhəsiz ki, Allah sizin çəkindiyiniz şeyi ortaya çıxarandır”.

65Və əgər onlardan soruşsaydın, qətiliklə: “Biz sadəcə uymuşduq, oyun oynayırdıq” – deyəcəklər. De ki: “Allahın ayələrinə və Elçisinəmi lağ edirdiniz?”

66Üzr istəməyin, siz “İman etdik” dedikdən sonra, əlbəttə, küfr etdiniz. Sizdən bir qismini əfv etsək belə, şübhəsiz ki, onlar günah işləyən kimsələr olduqları üçün əzablandıracağıq.

Bu paraqrafda da ilk öncə münafiqlərin davranışları, Rəsulullah və möminlər Təbük səfəri üçün hazırlanırkən, gizli toplantılarında istehzalı danışıqları ifşa edilir və ruh halları, tikan üstündə duruşları, əsl üzlərini və gizli toplantılarını aşkara çıxaran bir ayənin nazil olmasından çəkindikləri bildirilir: Münafiqlər qəlblərindəki şeyləri özlərinə xəbər verəcək bir surənin üzərlərinə endirilməsindən çəkinirlər.

Sonra da: “Siz, lağ edin! Şübhəsiz Allah, sizin çəkindiyiniz şeyi ortaya çıxarandır” – buyurularaq xəbərdarlıq edilirlər. Münafiqlərdən soruşulduğunda: “Biz sadəcə dalmışdıq, oyun oynayırdıq” deyəcəklər. Allahın ayələri və Elçisi ilə istehza edib-etmədikləri soruşulduğunda isə, bir sıra bəhanələr irəli sürərək üzr istəməyə cəhd edəcəklər. Bunların üzrləri nəzərə alınmayacaq, belə ki, “iman etdik” dedikdən sonra, küfr etmişlər. Allah bir qismini əfv etsə belə, günah işləyən insanlar olduqları üçün onları əzablandıracaqdır.

67Münafiq kişilər və münafiq qadınlar bir-birlərinin tayıdırlar – pisliyi əmr edər, yaxşılıqdan çəkindirərlər və əllərini bərk tutarlar/xəsislik edərlər. Allahı tərk edərlər, buna görə də Allah da onları tərk edər. Həqiqətən də münafiqlər haqq yoldan çıxmış insanların məhz özləridir.

68Allah münafiq kişi və münafiq qadınlara və kafirlərə/inanmayanlara, içində təməlli qalacaqları cə­hənnəm atəşini vəd etmişdir. O, onlara yetər. Və Allah onları kənarlaşdırıb mər­hə­mətindən məhrum buraxmışdır! Və onlara qalıcı bir əzab vardır.

69Siz də eynilə özünüzdən öncəki, sizdən daha güclü/qüvvətli, mal və övladca siz­dən daha varlı və həmçinin paylarına düşən qədər yararlanan insanlar kimi­si­niz. Bax budur, siz də sizdən öncəkilər paylarına düşən qədərlə necə yararlanmaq is­tə­dilərsə, siz də onlar kimi payınıza düşən qədərlə yararlanmaq istədiniz. Siz də qərq olanlar kimi qərq oldunuz. Budur, bunların dünyada və axirətdə əməlləri puça çıxdı və budur, bunlar itkiyə/zərərə uğrayıb, acı çəkən məhz özləridir.

70Onlara özlərindən öncəki insanların – Nuhun qövmünün, Adın, Səmudun, İbrahimin qövmünün, Mədyən əhlinin və alt-üst olmuş şəhərlərin xəbəri gəl­mə­di­mi? Onlara elçiləri açıq dəlillərlə gəlmişdilər. Və sonra Allah onlara haqsızlıq edən bi­ri deyildi. Lakin onlar şərik qoşaraq, özlərinə haqsızlıq edirdilər.

Bu ayələrdə münafiqlər tanıdılır; qadınıyla-kişisiylə bir-birinin eynisi olduqları, pisliyi əmr edib, yaxşılıqdan çəkindirdikləri, əllərini bərk tutduqları [xəsislik etdikləri], Allahı tərk etdikləri, buna müqabil Allahın da onları tərk etdiyi, fasiq olduqları, Allahın qadını və kişisiylə münafiq və inkarçılara, içində təməlli qalacaqları cəhənnəm atəşini vəd etdiyi, onun onlara yetəcəyi, Allahın onlara lənət etdiyi və onlar üçün qalıcı bir əzab olduğu bildirilir.

Onların dünyadakı vəziyyətləri və axirətdə qarşılaşacaqları aqibətləri açıqlandıqan sonra, onlar birbaşa müxatib alınaraq: “Siz də eynilə özünüzdən öncəki, sizdən daha güclü/qüvvətli, mal və övladca siz­dən daha varlı və həmçinin paylarına düşən qədər yararlanan insanlar kimi­si­niz. Bax budur, siz də sizdən öncəkilər paylarına düşən qədərlə necə yararlanmaq is­tə­dilərsə, siz də onlar kimi payınıza düşən qədərlə yararlanmaq istədiniz. Siz də qərq olanlar kimi qərq oldunuz” – deyilərək xəbərdarlıq edilmiş, sonra da ibrət almaları üçün bütün insanlara: “Budur, bunların dünyada və axirətdə əməlləri puça çıxdı və budur, bunlar itkiyə/zərərə uğrayıb, acı çəkən məhz özləridir. Onlara özlərindən öncəki insanların – Nuhun qövmünün, Adın, Səmudun, İbrahimin qövmünün, Mədyən əhlinin və alt-üst olmuş şəhərlərin xəbəri gəl­mə­di­mi? Onlara elçiləri açıq dəlillərlə gəlmişdilər. Və sonra Allah onlara haqsızlıq edən bi­ri deyildi. Lakin onlar şərik qoşaraq, özlərinə haqsızlıq edirdilər” – deyilərək onlarla əlaqədar məlumat verilmişdir.

71İnanan kişilər və inanan qadınlar – bunların bəzisi bəzilərinin qoruyucu, yol göstərici yaxınlarıdır. Bunlar hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edərlər, bütün pis şeylərdən uzaqlaşdırarlar, salaatı iqamə edərlər, zəkatı/vergini verərlər, Allaha və Onun Elçisinə itaət edərlər. Bax budur, bunlar! Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

72Allah mömin kişilərə və mömin qadınlara içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan cənnətlər və Ədn cənnətlərində xoş məskənlər vəd etdi. Allahın rızası isə daha böyükdür. Bax budur, bu, çox böyük qurtuluşun məhz özüdür.

Münafiqlərin vəziyyətinin bəyan edilməsindən sonra əkslik metodu çərçivəsində gerçək möminlərlə əlaqədar da açıqlamalar edilir: “İnanan kişilər və inanan qadınlar – bunların bəzisi bəzilərinin qoruyucu, yol göstərici yaxınlarıdır. Bunlar hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edərlər, bütün pis şeylərdən uzaqlaşdırarlar, salaatı iqamə edərlər, zəkatı/vergini verərlər, Allaha və Onun Elçisinə itaət edərlər. Bax budur, bunlar! Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah, əzizdir, hakimdir. Allah mömin kişilərə və mömin qadınlara içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan cənnətlər və Ədn cənnətlərində xoş məskənlər vəd etdi. Allahın rızası isə daha böyükdür. Bax budur, bu, çox böyük qurtuluşun məhz özüdür”.

73Ey Peyğəmbər! İnkarçılar və münafiqlərə qarşı cəhd et. Və onlara qarşı sərt ol. On­ların sığınma yerləri də cəhənnəmdir. Və o, nə pis bir son yer – son dayana­caq­dır!

74Onlar söyləmədiklərinə görə Allaha and içərlər. Halbuki onlar, küfretmə sözünü qətiliklə, söylədilər. İslamlaşmala­rın­dan sonra da kafir biriləri ol­du­lar. Və əlləri çatmayan, sahib olamadıqları şeyləri çox istədilər. Onlar sadəcə, Alla­hın və Elçisinin möminləri Allahın ərməğanlarından zənginləşdirmiş olmasına paxıllıq et­dilər. Əgər xətalarından dönərlərsə, özləri üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada və axirətdə çox acıqlı bir əzab ilə əzablandı­ra­caq­dır. Yer üzündə onlar üçün bir qoruyucu, yol göstərici yaxın və yaxşı bir köməkçi də yoxdur.

75Və onlardan bəziləri: “Əgər Allah ərməğanlarından bizə verərsə, qətiliklə biz də sə­dəqə verəcəyik və qətiliklə yaxşılardan olacağıq” deyə Allaha söz verən kəslərdir.

76Sonra nə zaman ki, Allah onlara ərməğanlarından verir, onda xəsislik edirlər və üz döndərərək geri çəkilirlər.

77Sonunda Allaha vəd etdikləri şeylərdə sözlərini tutmadılar və yalan söylədilər. Onun üçün Allah da Özüylə qarşılaşacaqları günə qədər qəlblərində sürüb gedəcək bir müna­fiq­lik yerləşdirərək, onları cəzalandırdı.

78,79Şübhəsiz ki, onlar… Sədəqələrdən özləri könüllü olaraq bağışlayan və gücləri yetdiyindən artığını tapa bilməyən möminlərə dil uzadan, sonra da onlara lağ edən kimsələr… Allahın onların sirlərini və pıçıltılarını bildiyini və şübhəsiz ki, Allahın bilinməyənlərin çox yaxşı biləni olduğunu bilmədilərmi? Allah onları məs­­xərə­yə çevirmişdir. Və onlar üçün çox acıqlı bir əzab vardır.

Bu ayələrdə Allah Elçisinə kafir və münafiqlərlə cihad etməsini və cihadı davam etməsini əmr edir və onların dəyişməz münasibətləri ilə əlaqədar daha geniş məlumatlar verir: “Ey Peyğəmbər! İnkarçılar və münafiqlərə qarşı cəhd et. Və onlara qarşı sərt ol. On­ların sığınma yerləri də cəhənnəmdir. Və o, nə pis bir son yer – son dayana­caq­dır! Onlar söyləmədiklərinə görə Allaha and içərlər. Halbuki onlar, küfretmə sözünü qətiliklə, söylədilər. İslamlaşmala­rın­dan sonra da kafir biriləri ol­du­lar. Və əlləri çatmayan, sahib olamadıqları şeyləri çox istədilər. Onlar sadəcə, Alla­hın və Elçisinin möminləri Allahın ərməğanlarından zənginləşdirmiş olmasına paxıllıq et­dilər. Əgər xətalarından dönərlərsə, özləri üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada və axirətdə çox acıqlı bir əzab ilə əzablandı­ra­caq­dır. Yer üzündə onlar üçün bir qoruyucu, yol göstərici yaxın və yaxşı bir köməkçi də yoxdur. Və onlardan bəziləri: “Əgər Allah ərməğanlarından bizə verərsə, qətiliklə biz də sə­dəqə verəcəyik və qətiliklə yaxşılardan olacağıq” deyə Allaha söz verən kəslərdir. Sonra nə zaman ki, Allah onlara ərməğanlarından verir, onda xəsislik edirlər və üz döndərərək geri çəkilirlər. Sonunda Allaha vəd etdikləri şeylərdə sözlərini tutmadılar və yalan söylədilər. Onun üçün Allah da Özüylə qarşılaşacaqları günə qədər qəlblərində sürüb gedəcək bir müna­fiq­lik yerləşdirərək, onları cəzalandırdı. Şübhəsiz ki, onlar… Sədəqələrdən özləri könüllü olaraq bağışlayan və gücləri yetdiyindən artığını tapa bilməyən möminlərə dil uzadan, sonra da onlara lağ edən kimsələr… Allahın onların sirlərini və pıçıltılarını bildiyini və şübhəsiz ki, Allahın bilinməyənlərin çox yaxşı biləni olduğunu bilmədilərmi? Allah onları məs­­xərə­yə çevirmişdir. Və onlar üçün çox acıqlı bir əzab vardır”.

Bu paraqrafın nüzul səbəbinə dair qaynaqlarda aşağıdakı məlumatlar nəql edilir:

Uca Allahın: “Söyləmədilər” – deyə Allaha and içərlər – deyə başlayan ayə-i kəriməsinin əl-Culas b. Suveyd b. əs-Sabit ilə Vedia b. Sabit haqqında nazil olduğu rəvayət edilmişdir. Bunlar Peyğəmbər (s.ə.s) haqqında artıq-əskik danışmış və: “Allaha and olsun, əgər Muhəmməd bizim əfəndilərimiz və xeyirlilərimiz olan digər qardaşlarımız haqqında söylədiklərində doğru isə, heç şübhəsiz ki, biz də eşşəklərdən daha pisik” – demişdilər. Amir b. Kays ona: “Bəli, Allaha and içirəm ki, Muhəmməd həm doğrudur, həm doğruluğu təsdiq edilmişdir. Şübhə yox ki, sən də eşşəkdən daha pis bir haldasan” – deyərək bunu Peyğəmbərə (s.ə.s) bildirir. Əl-Culas gəlib Peyğəmbərin (s.ə.s) minbəri yanında Amirin həqiqətən yalançı olduğuna dair and içdi, Amir isə əl-Culasın bu sözü həqiqətən söylədiyinə and içdi və: “Allahım! Doğru söyləyən Peyğəmbərinə (bu xüsusda) bir şeylər bildir” – deyə dua etdiyinə görə, bu ayə-i kərimə nazil oldu. [9]

Uca Allahın: İçlərindən kimi də Allaha belə söz vermişdi… ilə əlaqədar olaraq Katade belə deyir: Burada sözü gedən adam Ənsardan birisidir. O belə demişdi: “Allah mənə ruzi olaraq bir şeylər verəcək olarsa, heç şübhəsiz ki, ondakı Allah haqqını ödəyəcəyəm və sədqə də vərəcəyəm”. Allah ona bu dediyi şeyi verincə, bu səfər Kitab-i Kərimində sizə oxunan bu buyuruqlarda müəyyən edilən işləri etdi. O baxımdan, yalan söyləməkdən çəkinin. Çünki yalan günahkarlığa götürür. Ali b. Yezid əl-Kasımdan, o Əbu Umamə əl-Bahilidən rəvayət etdiyinə görə, Saləbə b. Hatıb əl-Ənsari Peyğəmbərə (s.ə.s) dedi ki: “Allaha dua et ki, mənə mal ruzi versin, ehsan etsin”. Hz. Peyğəmbər belə buyurdu: “Etmə ey Saləbə! Şükrünü əda edə biləcəyin az bir mal (şükrünün) altından qalxa bilməyəcəyin çox (mal)dan xeyirlidir”. İkinci bir dəfə gələrək yenə, Peyğəmbərə istəyini təkrarlayınca, Peyğəmbər (s.ə.s) belə buyurdu: “Allahın Peyğəmbəri kimi olmağa razı deyilsənmi? Mən dağların mənimlə birlikdə qızıl olub, yol almasını istəyəcək olsam, heç şübhəsiz öyləcə yol alırdılar”. Saləbə belə dedi: “Səni haqq ilə göndərən adına and içirəm ki, əgər sən Allaha dua edərsənsə, O da ruzi olaraq mənə mal ehsan edəcək olarsa, heç şübhəsiz hər haqq sahibinə haqqını verəcəyəm”. Buna görə də Peyğəmbər (s.ə.s) onun üçün dua etdi, o da qoyun satın aldı. Soxulcan və qurdların çoxalması kimi çoxaldılar. Mədinə ona dar gəldi. Bu səfər Mədinəndən kənara çıxdı, Mədinə vadilərindən birisinə yerləşdi. Artıq sadəcə, günorta və ikindi namazlarını camaatla qıla bilirdi. Digərlərini isə tərk etdi. Zamanla qoyunları daha da artıb, çoxaldı, bu səfər Peyğəmbər və camaatı (Cümə namazından başqa) büsbütün tərk etdi. Qoyunları artmağa davam etdi, nəhayət Cüməni də tərk etdi. Bu səfər Rəsulullah (s.ə.s) üç dəfə: “vay halına, ey Saləbə” – buyurdu. Daha sonra uca Allahın: “Mallarından bir sədəqə al ki(Tövbə/103) ayəsi nazil oldu. Peyğəmbər (s.ə.s) də zəkat toplamaq üçün iki nəfəri göndərdi. Onlara: “Saləbəyə və Süleymoğullarından bir nəfərin adını verərək, filana uğrayın və onların sədəqələrinı [zəkatlarını] alın” – dedi. Bu iki vəzifəli Saləbənin yanına getdilər. Ona Rəsulullahın (s.ə.s) göndərdiyi məktubu oxutdular. Buna görə də o: “Bu ancaq cizyənin bir bənzəridir. İşinizi gedin görün, bitirdikdən sonra mənə uğrayın” – dedi… və hədisin geri qalan hissəsini zikr etdi. Bu isə bilinən ünlü bir hadisədir. [10]

Bil ki, bu ayə bir qrup münafiqin, bir sıra yanlış və xəta olan şeylər söylədiklərinə və lakin onlara: “Siz, belə-belə söyləmişsiniz” – deyildiyində, qorxub belə söyləmədiklərinə dair and içdiklərinə dəlalət edir. Müfəssirlər bu ayənin nüzul səbəbi olaraq aşağıdakıları irəli sürmüşdülər:

1) Rəvayət olunduğuna görə, Hz. Peyğəmbər Təbük döyüşündə iki ay keçirdi. Bu arada özünə Quran ayələri nazil olur və döyüşə qatılmayan münafiqləri danlayırdı. Bu sırada Cülas ibn Süveyd: “Allaha and içirəm ki, bizim ən şərəflilərimiz olan və Mədinədə buraxmış olduğumuz qardaşlarımız haqqında Muhəmmədin söyləmiş olduğu şeylər əgər doğru isə, bu o deməkdir ki, biz eşşəkdən daha adiyik, pisik” – dedi. Buna görə, Amir ibn Kays əl-Ensari, Cülasa: “Bəli, Allaha and içirəm ki, Hz. Muhəmməd doğrudur. Sən eşşəkdən daha adisən” – dedi. Bu söz Hz. Peyğəmbərə (s.ə.s) çatdı. Buna görə də, Cülas Hz. Peyğəmbərin hüzuruna çıxarıldı. Və o bunu söyləmədiyinə dair Allaha and içdi. Buna görə də, Amir əllərini yuxarıya qaldıraraq: “Allahım! Quluna və Peyğəmbərinə doğru olanı təsdiq edən, yalançını da təkzib edən hökmünü/ayəni endir!” – deyə dua etdi. Budur, buna görə də bu ayə nazil oldu. Bunun ardından da Cülas: “Heç şübhəsiz ki, Allah bu ayədə tövbədən bəhs edir. Mən bu sözü söylədim Amir doğrudur” – dedi. Tövbə etdi və tövbəsində həmişə səmimi qaldı.

2) Rəvayət olunduğuna görə, bu ayə Abdullah ibn Ubey haqqında nazil olmuşdur. Çünki o, Hz. Peyğəmbəri qəsd edərək: “And olsun ki, əgər Mədinəyə dönəriksə, əziz və şərəfli olanlar, zəlil olanları Mədinədən çıxaracaqdır” – dedi. Zeyd ibn Ərkam bunu eşitdi və Hz. Peyğəmbərə xəbər verdi. Buna görə də, Hz. Ömər Abdullah ibn Ubeyi öldürməyə niyyətləndi. Buna görə də, Abdullah gələrək bunu söyləmədiyinə and içdi. Ona görə də dərhal bu ayə nazil oldu.

3) Katade bunu rəvayət etmişdir: Biri Cüheynə, biri də Gıfar qəbiləsindən olmaqla, iki nəfər bir-biriylə döyüşdülər. Gıfar qəbiləsindən olan, Cüheynə qəbiləsindən olana üstün gəldi. Buna görə də, Abdullah ibn Ubey: “Ey Evsoğulları! Qardaşınıza yardım edin. Allaha and olsun ki, bizim və Muhəmmədin misali, eynilə, “Köpəyini bəslə, səni yesin” zərbi məsəlində olduğu kimidir” – deyə bağırdı. Buna görə də, orada olanlar bunu Hz. Peyğəmbərə söylədilər. Abdullah bu sözü söyləmədiyini irəli sürərək, and içməyə başladı. [11]

Saləbənin Əhvalatı. Bu ayənin ən məşhur nüzul səbəbi olaraq, bu hadisə anladılmışdır: Saləbə ibn Hatıb: “Ya Rəsulallah! Allaha dua et ki, mənə mal-mülk versin” – dedi. Buna görə də, Hz. Peyğəmbər: “Ey Saləbə! Şükrünü əda edə biləcəyin az mal, taqət gətirəməyəcəyin çox maldan daha xeyirlidir” – dedi. Saləbə Hz. Peyğəmbərə təkrar müraciət edərək: “Səni haqq olaraq göndərən Allaha and içirəm ki, əgər Allah mənə mal verərsə, hər haqq sahibinə haqqını verəcəyəm…” – dedi. Buna görə də, Hz. Peyğəmbər də onun üçün dua etdi. Sonra o bir qoyun əldə etdi. Bu qoyun, eynilə qurdların törəyib, çoxalması kimi çoxaldı. Belə ki, qoyun sürüləri Mədinəyə sığmaz oldu. Buna görə də, Saləbə qoyun sürülərini bir vadiyə götürdü. Və günorta və ikindi namazlarını qılmağa, digərlərini isə qılmamağa başladı. Sürü yaxşıca törəyib çoxalınca da, Cümə namazları istisna olmaqla, bütün namazları qılmaz oldu. Daha sonra Cüməni də tərk etdi. Sonra karvançılarla qarşılaşdığında: “Nə var, nə yox?” – deyə soruşurdu. Hz. Peyğəmbər (s.ə.s) Saləbənin vəziyyətini soruşduğunda, ona onun vəziyyəti anladıldı. Buna görə, Hz. Peyğəmbər: “Vay halına, Saləbə!” – dedi. Budur, buna görə Onların mallarından sədəqə al(Tövbə/103) ayəsi nazil oldu. Buna görə də, Hz. Peyğəmbər Saləbəyə iki nəfər yollayaraq: “Saləbənin yanına gedin və zəkatını alın…” – dedi. Bu adamlar Saləbənin yanına çataraq, ona Hz. Peyğəmbərin əmrini çatdırdıqlarında o: “Bu, bir cizyədir, ya da cizyənin bənzəridir” – dedi və zəkatını vermədi. Budur, buna görə də, Cənab-i Haqq ayəsini endirdi. Haqqında bu ayənin inzal buyurulduğu xəbər verildiyində Hz. Peyğəmbərin yanına (s.ə.s) gələrək özündən zəkatını qəbul etməsini istədi. Buna görə də, Hz. Peyğəmbər: “Allah bunu qəbul etməkdən məni çəkindirdi” – buyurdu. O, üzünə-gözünə torpaq saçmağa başladı. Buna görə də, Hz. Peyğəmbər (s.ə.s): “Mən sənə söylədim, amma sən məni dinləmədin” – buyurdu. Hz. Peyğəmbərin evinə çatdığında Hz. Peyğəmbər ona qapısını açmadı. Sonra, zəkatını Əbu Bəkrə gətirdi, Hz. Peyğəmbər qəbul etmədiyi üçün, Əbu Bəkr də onu qəbul etmədi. Daha sonra Hz. Ömər də Əbu Bəkrə uyaraq onun zəkatını qəbul etmədi. Hz. Osman da qəbul etmədi. Və Saləbə Hz. Osmanın xilafəti zamanında ölüb həlak oldu.

İndi əgər “Allah Təala, Saləbə ibn Hatıba zəkatını verməsini əmr etmişdi. O halda, Peyğəmbərin, onun zəkatını qəbul etməməsi necə caiz ola bilir?” – deyilərsə, biz deyirik ki:

Belə deyilməsi uzaq bir ehtimal deyildir. Allah Təala Hz. Peyğəmbəri (s.ə.s) başqaları bundan ibrət alsın və beləliklə də, zəkatlarını verməkdən imtina etməsinlər deyə, Saləbəni xor və həqir qılmaq üçün zəkatını qəbul etməkdən çəkindirmişdi.

Belə də deyilə bilər: O, zəkatını ixlaslı bir şəkildə deyil, riya məqsədiylə gətirmişdi. Allah Təala bunu Hz. Peyğəmbərə bildirdi, o da buna görə o zəkatı qəbul etmədi.

Bu da ehtimal oluna bilər: Allah: Onların mallarından sədəqə al ki, bununla özlərini təmizləmiş (…) olasan (Tövbə/103) – buyurub, belə bir məqsəd də, münafiqliyinə görə Saləbədə mövcud olmayınca Hz. Peyğəmbər (s.ə.s) onun zəkatını almaqdan çəkinmişdir. [12]

80Onlar üçün istər bağışlanma dilə, istər diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma di­ləsən də, yenə Allah onları bağışlamayacaqdır. Bu, onların Allahı və Rəsulunu qə­bul etmədiklərinə görədir. Allah haqq yoldan çıxmışlar qövmünə bələdçilik et­məz.

81O geridə buraxılanlar/döyüşə qatılmayanlar Allahın Elçisinə müxalif olmalarından fərəhləndilər və malları ilə, canları ilə Allah yolunda cəfa çəkməkdən xoşlanma­dı­lar, bir də: “Bu istidə döyüşə çıxmayın” – dedilər. De ki: “Cəhənnəm atəşi daha is­ti­dir”. Kaş ki, yaxşı-yaxşı qavrayıb, dərk etsəydilər.

82Artıq qazandıqları günahın cəzası olaraq, çox az gülsünlər, çox-çox ağlasınlar.

83Əgər Allah səni onlardan bir tayfanın yanına döndərər və onlar çıxmaq üçün sən­dən izin istəyərlərsə, de ki: “Artıq siz heç bir zaman mənimlə bərabər qətiyyən çıx­maya­caq­sınız. Və heç bir zaman mənimlə birlikdə düşmənlə döyüşməyəcəksiniz. Şübhəsiz ki, siz ilkində oturub qalmaqdan xoşlanırdınız. Artıq geridə qalanlarla bərabər otu­rub qalın!”

84Və onlardan ölən biri üçün dəstək olma, onun qəbrinin üzərinə dikilmə. Şübhəsiz ki, onlar kafirdirlər, Allahın Elçisinin həqiqi elçi olduğunu bilə-bilə rədd edənlərdir. Və onlar haqq yoldan çıxmış olaraq ölmüş­lər.

85Onların malları və övladları da səni narahat etməsin. Allah ancaq onları dünyada bu­nlarla cəzalandırmağı və onlar kafir biri ikən canlarının çətinliklə çıxmasını istəyir.

86,87Və: “Allaha iman edin və Elçisi ilə birlikdə zəhmət çəkin” – deyə bir surə endi­ril­di­yi zaman onlardan güc [mal, mülk, övlad] sahibi olanlar, səndən izin istədilər və: “Qoy biz də oturanlarla qalaq” – dedilər. Geri qalanlarla birlikdə olmağı seç­di­lər. Onların qəlbləri də damğalandı/möhürləndi. Artıq onlar yaxşıca qavrayıb, dərk etməzlər.

88Lakin Elçi və Onunla bərabər olan inanmış insanlar malları ilə, canları ilə çalışdılar. Və bax budur, onlar xeyirlər özlərinin olanlardır. Və bax budur, onlar halı pozulmayanların, qazanclı çıxanların məhz özləridir.

89Allah onlar üçün içində həmişəlik qalanlar olaraq, altından çaylar axan cənnətlər hazırladı. Bax budur, bu, o çox böyük qurtuluşdur.

90Bədəvi ərəblərdən üzr istəyənlər üzrxahlıq etmək üçün gəldilər. Allaha və Elçisinə yalan söyləyənlər isə oturub, qaldılar. Onlardan kafir olanlara yaxında çox acıqlı bir əzab to­xu­nacaqdır.

91,92Allah və Elçisi üçün səmimi olduqları təqdirdə zəiflərə, xəstələrə və həmçinin xərc­ləməyə bir şey tapa bilməyənlərə, bir də özlərinə minik tapasan deyə, sənin yanına gəl­diklərində: “Sizi üzərinə mindirəcək minik yoxdur” – dediyin zaman Allah yo­lun­da xərcləyəcəkləri bir şey tapa bilmədiklərinə görə, narahat olub, gözlərindən yaş tökə-tökə geri dönüb gedən insanlara bir günah yoxdur. Yaxşılıq-gözəllik törə­dən­lərin əleyhinə deməyə bir söz yoxdur. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

93Söz, ancaq zəngin olduqları halda səndən izin istəyən o insanların əleyhinədir. Bunlar, geridə qalanlarla birlikdə olmağa razı oldular. Allah da onların qəlbləri üzərinə damga/möhür basdı. Buna görə də, onlar bilməzlər.

94Onların yanına döndüyünüz zaman sizdən üzr istəcəklər. De ki: “Üzr istəməyin. Sizə qətiliklə inanmarıq. Allah bizə sizin xəbərlərinizdən mühüm xəbərlər verdi”. Bun­dan sonra da Allah və Elçisi işinizi görəcəkdir. Daha sonra da görünməyəni və gö­rünəni bilən Allaha döndəriləcəksiniz. Sonra da O, sizə etmiş olduqlarınızı xəbər ve­rəcəkdir.

95 Onların yanına döndüyünüz zaman onlardan uzaq durmağınız üçün sizi Allaha and verəcək­lər. Siz də onlardan dərhal uzaqlaşın. Şübhəsiz ki, onlar kirlidir, pislənmışdır. Qa­zandıqlarının cəzası olaraq da, çatacaqları yer cəhənnəmdir.

96Özlərindən razı olasınız deyə də, qarşınızda and içəcəklər. Artıq əgər siz, onlardan razı olar­sı­nız­sa da, bilin ki, Allah şübhəsiz ki, haqq yoldan çıxmış o insanlar qövmündən razı ol­maz.

Bu ayə qrupunda da münafiqlərlə əlaqədar məlumatlar, etdikləri və edəcəkləri işlər açıqlanır və Rəsulullahın bu qisimə necə davranmalı olduğu bildirilir.

Burada ilk öncə münafiqlərin Allah və Rəsulunu inkar etmələri və fasiq bir qövm olduqlarına görə, Allahın onları bağışlamayacağı, ona görə də Peyğəmbərin onlar üçün yalvarmasının faydası olmayacağı bildirilmişdir.

Münafiqlərin bu pis aqibətindən, Nisa surəsində də bəhs edilmişdi:

  • 138,139Möminlərdən aşağı səviyyədə olan, kafirləri rəhbər və dost tutan münafiqlərə müjdə ver ki, onlar üçün çox ağrılı bir əzab vardır! Onların yanında şan və şərəfmi axtarırlar? Halbuki şan və şərəf tamamilə Allahındır. (Nisa/138, 139)
  • 145,146Şübhəsiz ki, münafiqlər atəşin ən aşağı təbəqəsindədirlər. Sən də onlara bir kömək edən tapa bilməzsən. Lakin ­tövbə edənlər, düzəldənlər, Allaha sıx-sıx sarılanlar və dinlərini Allah üçün arıdan kimsələr istisna olmaqla… Artıq bunlar, möminlərlə birlikdədirlər və Allah möminlərə böyük bir mükafat verəcəkdir. (Nisa/145, 146)

Daha sonra bu münafiqlərin bir qrupunun, Allahın Elçisinin əleyhinə çıxmalarıyla fərəhləndikləri və mallarıyla-canlarıyla Allah yolunda cihad etməkdən xoşlanmadıqları və: “Bu istidə döyüşə çıxmayın” – dedikləri bildirilib, onlara belə deyilmişdir: “Cəhənnəm atəşi daha istidir”. Kaş ki, yaxşı-yaxşı qavrayıb, dərk etsəydilər. Artıq qazandıqları günahın cəzası olaraq, çox az gülsünlər, çox-çox ağlasınlar.

Bu təşhir və xəbərdarlıqdan sonra da Rəsulullaha bu əmrlər verilmişdir: “Əgər Allah səni onlardan bir tayfanın yanına döndərər və onlar çıxmaq üçün sən­dən izin istəyərlərsə, de ki: “Artıq siz heç bir zaman mənimlə bərabər qətiyyən çıx­maya­caq­sınız. Və heç bir zaman mənimlə birlikdə düşmənlə döyüşməyəcəksiniz. Şübhəsiz ki, siz ilkində oturub qalmaqdan xoşlanırdınız. Artıq geridə qalanlarla bərabər otu­rub qalın!”

84Və onlardan ölən biri üçün dəstək olma, onun qəbrinin üzərinə dikilmə. Şübhəsiz ki, onlar kafirdirlər, Allahın Elçisinin həqiqi elçi olduğunu bilə-bilə rədd edənlərdir. Və onlar, fasiq olaraq ölmüşlərdir. Onların malları və övladları da səni narahat etməsin. Allah ancaq onları dünyada bu­nlarla cəzalandırmağı və onlar kafir biri ikən canlarının çətinliklə çıxmasını istəyir. Və: “Allaha iman edin və Elçisi ilə birlikdə zəhmət çəkin” – deyə bir surə endi­ril­di­yi zaman onlardan güc [mal, mülk, övlad] sahibi olanlar, səndən izin istədilər və: “Qoy biz də oturanlarla qalaq” – dedilər. Geri qalanlarla birlikdə olmağı seç­di­lər. Onların qəlbləri də damğalandı/möhürləndi. Artıq onlar yaxşıca qavrayıb, dərk etməzlər”.

Münafiqlərlə əlaqədar açıqlamalardan sonra bunların əleyhdarı olan möminlərlə əlaqədar məlumatlar verilmişdir: “Lakin Elçi və Onunla bərabər olan inanmış insanlar malları ilə, canları ilə çalışdılar. Və bax budur, onlar xeyirlər özlərinin olanlardır. Və bax budur, onlar halı pozulmayanların, qazanclı çıxanların məhz özləridir. Allah onlar üçün içində həmişəlik qalanlar olaraq, altından çaylar axan cənnətlər hazırladı. Bax budur, bu, o çox böyük qurtuluşdur”.

Bu açıqlamalardan sonra Rəsulullaha, inkişaf edəcək bəzi hadisələr öncədən xəbər verilir və bunlar qarşısında necə davranmalı olduğu bildirilir: “Bədəvi ərəblərdən üzr istəyənlər üzrxahlıq etmək üçün gəldilər. Allaha və Elçisinə yalan söyləyənlər isə oturub, qaldılar. Onlardan kafir olanlara yaxında çox acıqlı bir əzab to­xu­nacaqdır.Allah və Elçisi üçün səmimi olduqları təqdirdə zəiflərə, xəstələrə və həmçinin xərc­ləməyə bir şey tapa bilməyənlərə, bir də özlərinə minik tapasan deyə, sənin yanına gəl­diklərində: “Sizi üzərinə mindirəcək minik yoxdur” – dediyin zaman Allah yo­lun­da xərcləyəcəkləri bir şey tapa bilmədiklərinə görə, narahat olub, gözlərindən yaş tökə-tökə geri dönüb gedən insanlara bir günah yoxdur. Yaxşılıq-gözəllik törə­dən­lərin əleyhinə deməyə bir söz yoxdur. Allah çox bağışlayandır, çox mərhəmət edəndir. Söz, ancaq zəngin olduqları halda səndən izin istəyən o insanların əleyhinədir. Bunlar, geridə qalanlarla birlikdə olmağa razı oldular. Allah da onların qəlbləri üzərinə damga/möhür basdı. Buna görə də, onlar bilməzlər. Onların yanına döndüyünüz zaman sizdən üzr istəcəklər. De ki: “Üzr istəməyin. Sizə qətiliklə inanmarıq. Allah bizə sizin xəbərlərinizdən mühüm xəbərlər verdi”. Bun­dan sonra da Allah və Elçisi işinizi görəcəkdir. Daha sonra da görünməyəni və gö­rünəni bilən Allaha döndəriləcəksiniz. Sonra da O, sizə etmiş olduqlarınızı xəbər ve­rəcəkdir. Onların yanına döndüyünüz zaman onlardan uzaq durmağınız üçün sizi Allaha and verəcək­lər. Siz də onlardan dərhal uzaqlaşın. Şübhəsiz ki, onlar kirlidir, pislənmışdır. Qa­zandıqlarının cəzası olaraq da, çatacaqları yer cəhənnəmdir. Özlərindən razı olasınız deyə də, qarşınızda and içəcəklər. Artıq əgər siz, onlardan razı olar­sı­nız­sa da, bilin ki, Allah şübhəsiz ki, haqq yoldan çıxmış o insanlar qövmündən razı ol­maz. 84Və onlardan ölən biri üçün dəstək olma, onun qəbrinin üzərinə dikilmə. Şübhəsiz ki, onlar kafirdirlər, Allahın Elçisinin həqiqi elçi olduğunu bilə-bilə rədd edənlərdir. Və onlar fasiq olaraq ölmüş­lər” ayəsi [84-cü ayə] tarixi məlumatlara görə Təbük səfərindən qısa bir müddət sonra ölən münafiqlərin lideri Abdullah ibn Ubeyin ölümü münasibətilə nazil olmuş və ona ölüm dəstəyi (bu günkü cənazə namazının əsli) verilməməsi istənmişdir. Tarixi sənədlərdə yer aldığına görə, səmimi bir müsəlman olan Abdullah ibn Ubeyin oğlu Abdullah Rəsulullahdan atasına kəfən etmək kimi köynəyini istədi. Rəsulullah bu istəyi cömərdcə yerinə yetirdi. Daha sonra Abdullah Ondan atasının cənazəsini qaldırmasını istədi. Rəsulullah bunu da qəbul etdi. Budur, bu sırada bu ayə endi və Rəsulullah o münafiqin cənazəsiylə maraqlanmadı.

Bu ayə bütün zamanların möminlərinə də kafirlərin cənazələriylə maraqlanmamaq öhdəliyini gətirmişdir.

97Bədəvi ərəblər Allahın tanrılığına və rəbbiliyinə inanmamaq və münafiqlik ba­xı­mın­dan daha sərt, Allahın Elçisinə endirdiklərinin hədlərini bilməməyə/öy­rən­mə­mə­yə daha çox meyllidirlər. Allah da ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.

98Bədəvi ərəblərdən kimisi də var ki, ictimaiyyətin faydasına xərclədiyini zorla ödənmiş borc sayar və sizə bəlalar gəlməsini gözləyər. O çirkin bəla öz üzərlərinə! Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

99Yenə bədəvi ərəblərdən kimisi də vardır ki, onlar Allaha və axirət gününə inanır və xərc­lədiyini Allah qatında yaxınlıqlar və Elçinin dəstəkləri sayar. Gözünüzü açın! Şübhəsiz ki, bu, onlar üçün bir yaxınlıqdır. Allah onlara yaxında mərhəmətindən lütf edə­cək­dir. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

Bu paraqrafda bədəvi ərəblərin bir qisminin oturaq ərəblərə görə daha kobud, daha anlayışsız, daha dikbaşlı [vəhşi, yabanı] olduqları bildirilir. Bunlar qanun tanımayan, hər istədiyini edən insanlardır. Bunlardan bəzisi Allahın Elçisinə endirdiklərinin hədlərini bilməməyə daha meyllidirlər, bəzisi də infaq etdiyini zorla ödənmiş borc sayar və müsəlmanlar üçün bəlalar gözləyər, kimisi də Allaha və axirət gününə inanır və xərclədiyini Allah qatında yaxınlıqlar və Elçinin dəstəkləri hesab edər [sayar].

100Muhacir və Ənsardan ilk öncə önə keçənlər və yaxşılaşdırmaq/gözəlləşdirməklə on­ları izləyən insanlar… Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Və Allah onlar üçün içlərində təməlli qalanlar olaraq, altlarından çaylar axan cənnətlər ha­zır­ladı. Bax budur, bu, böyük bir qurtuluşdur.

Müşrik və münafiqlərin vəziyyətlərinə dair məlumatlardan sonra onların əleyhdarı olan möminlərdən [Allah yolunda malını-canını fəda etmiş nümunəvi öndə gedənlər və yaxşılaşdırma/gözəlləşdirmə fəaliyyəti əhatəsində onları izləyənlər] bəhs edilmiş və onlar öyülmüşlər.

Burada öyülənlərin sadəcə, ilk muhacirlər və onları izləyənlər [Muhacirlər və Hudeybiyyə günündə Rıdvan beyətində olan Ənsar] olaraq qəbul edilməsi yanlış olur. Belə ki, bu tərif İslami fəaliyyət göstərən, İslamın yayılmasına zəmin hazırlayan fədakar və vəfalı insanların hamısına şamil edilir.

101Və yanınızda bədəvi ərəblərdən münafiqlər var. Mədinə xalqından da münafiq­li­yə yaxşıca alışmış olanlar var. Onları sən bilməzsən. Biz bilirik onları. İki dəfə əzab edəcəyik onlara! Sonra da çox böyük bir əzaba düçar olacaqlar.

102Digərləri də günahlarını etiraf etdilər. Saleh bir əməllə pisliyi qarışdırdılar. Ola bilər ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah qullarının gü­nah­la­rını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mər­hə­mət sa­hibidir.

103Onların mallarından sədəqə al ki, sədəqə ilə özlərini təmizləyəsən və arındırasan. Bir də onlara dəstək ol. Şübhəsiz ki, sənin dəstəyin onlar üçün bir rahat­lıq­dır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

104Onlar Allahın qullarından tövbəni qəbul etdiyini, sədəqələri aldığını və Allahın tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmət edənin məhz özü olduğunu bilmədilərmi?

105Və de ki: “Əlinizdən gələni edin! Artıq Allah Elçisi və möminlər işlərinizi görəcəkdir. Və siz, görünməyəni və görünəni bilən Allaha döndəriləcəksiniz. Sonra O, etmiş olduqlarınızı sizə xəbər verəcəkdir”.

106Və digərlərinin də işi Allahın əmrinə qalıb. O, ya özlərini əzablandırar, ya da tövbələrini qəbul edər. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

Örnək və qabaqcıl möminlərlə əlaqədar açıqlamalardan sonra mövzu yenə münafiqlərə gətirilmiş, ardından da Rəsulullah və möminlərin onlarla əlaqələrinin necə olmalı olduğu bildirilmişdir.

Möminlərin yanında Mədinəlilərdən və bədəvi ərəblərdən (Allahın bildiyi, Rəsulullah və möminlərin isə bilmədiyi) qatbaqat münafiqlər vardır. Onlar iki dəfə əzab çəkəcəklər, sonra da çox böyük bir əzaba döndəriləcəklər. Bunlara necə iki dəfə əzab ediləcəyini 55-ci ayənin təhlilində açıqlamışdıq.

Rəsulullahın yanında bir də günahlarını etiraf edənlər [saleh bir əməllə digər pisi qarışdıranlar] vardır. Allah onların tövbələrini qəbul edər.

Bunların mallarından sədəqə alınmalıdır ki, onunla [sədəqə ilə] onlar təmizlənsinlər. Bir də onlara dəstək olunmalıdır. Şübhəsiz ki, Elçinin dəstəyi onlar üçün bir əmin-amanlıqdır.

Mövzunu anlamaq üçün daha əvvəl enmiş ayələrdən bəzi məlumatlara sahib olmalıyıq. Burada diqqət edəcyimiz nöqtələr:

  • Bu ayələrdə “onlar” deyə bəhs edilənlər kimlərdir?
  • Sədqə nə deməkdir? Sədəqə kimdən alınır?
  • Sədəqəni kim alır? Nə üçün alır?
  • Təmiz olmaq, təmizləmək nə deməkdir? (paltar, qab deyil hər halda)
  • Arınmaq, arındırmaq nə deməkdir? Arındırma vasitəsi nədir?

Bu ayələrin nüzul səbəbi haqqında belə nəql edilmişdir:

Bu ayə-i kərimə Təbük döyüşündən geri qalan 10 nəfər haqqında enmişdir. Bunların yeddisi özlərini məscidin dirəklərinə bağlamışdılar. Katade də buna yaxın bir görüş ifadə etmiş və belə demişdir: “Uca Allahın mallarından bir sədəqə al(Tövbə/103) ayəsi də bunlar haqqında enmişdir”. Bunu da əl Məhdəvi nəql edir. Zeyd b. Eslem: “Bunlar 8 nəfər idi” – deyir. 6 nəfər olduqları, 5 nəfər olduqları da söylənmişdir. Mücahid isə deyir ki: “Ayə-i kərimə yalnız Ənsardan Əbu Lübabə haqqında, onun Kurayzaoğulları ilə başından keçən hadisə ilə əlaqədar olaraq enmişdir. Belə ki, Kurayzaoğulları Əbu Lübabə ilə Allah və Rəsulunun hökmünü qəbul edərək, qalalarından enmələri xüsusunda danışmışlar, o da enib bu hökmü qəbul etdikləri təqdirdə Peyğəmbərin (s.ə.s) özlərini kəsəcəyini anlatmaq qəsdi ilə boğazına işarə etmişdi. Bu hal açığa çıxınca tövbə edib peşman olmuş, özünü məscidin dirəklərindən birisinə bağlamış və Allah onu əfv edənə, yaxud bu halda ölənə qədər yemək yeməmək, bir şey içməmək kimi and içmişdi. Uca Allah onu əfv edənə qədər bu şəkildə davam etdi və bu ayə-i kərimə endi. Rəsulullah (s.ə.s) da açılması üçün əmr verdi”. Bunu Tabəri Mücahiddən nəql etdiyi kimi, İbn İshaq da Siretində daha geniş olaraq nəql edmişdir. [13]

Onlarla əlaqədar Rəsulullaha məlumat və əmrlər verildikdən sonra onlara gileyli ismarıclar verilir: “Onlar Allahın qullarından tövbəni qəbul etdiyini, sədəqələri aldığını və Allahın tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmət edənin məhz özü olduğunu bilmədilərmi? “Əlinizdən gələni edin! Artıq Allah Elçisi və möminlər işlərinizi görəcəkdir. Və siz, görünməyəni və görünəni bilən Allaha döndəriləcəksiniz. Sonra O, etmiş olduqlarınızı sizə xəbər verəcəkdir”.

Bu qrupdan başqa bir də Rəsulullahın heç maraqlanmayacağı, bütünüylə Allaha həvalə edəcəyi bir qrup daha vardır: ” Və digərlərinin də işi Allahın əmrinə qalıb. O, ya özlərini əzablandırar, ya da tövbələrini qəbul edər. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır”.

Bu qrupla əlaqədar da qaynaqlarda belə hadisə nəql edilir:

İbn Abbas (r.a) belə demişdir: Bu ayə Kab ibn Malik, Mürarə ibnur-Rəbi və Hilal ibn Ümeyyə haqqında nazil olmuşdur. Kab: “Mədinədəki ən sürətli dəvə mənimdir, buna görə də, dilədiyimdə Hz. Peyğəmbərə çataram” – deyir və günlərlə gecikir. Daha sonra da Hz. Peyğəmbərə çatmaqdan ümidini kəsir və etdiyi şeyə peşman olur. Eyni şəkildə yoldaşları da. Hz. Peyğəmbər (s.ə.s) Mədinəyə geri döndüyündə Kaba, Hz. Peyğəmbərin yanına get və etdiyinə görə ondan üzr dilə” – deyildiyində isə o: “Xeyr, tövbənin qəbuluna dair bir hökm, ayə nazil olmadıqca, getməyəcəyəm vallahi” deyir. Digər iki yoldaşı isə, Hz. Peyğəmbərin yanına gedərək üzr bəyan edirlər. Hz. Peyğəmbər onlara: “Sizin, mənə qatılmayaraq, geridə qalmağınızın səbəbi nədir?” – dediyində, onlar: “Xətadan başqa bir bəhanəmiz, haqqlı səbəbimiz yoxdur” – cavabını verirlər. Buna görə də, Cənab-i Haqqın: “Döyüşə getməyənlərdən digərlərinin də işi Allahın əmrinə qalıb” – ayəsi nazil olur. [14]

Buna görə də, bu ayənin nüzulundan sonra Hz. Peyğəmbər onları (haqqlarında hökm enincəyə qədər bir yerdə) durdurur. İnsanları onlarla oturub-qalxmaqdan çəkindirər, onlara xanımlarından ayrılmalarını və onları ana-atalarının yanına yollamalarını əmr edər. Sonra, özünə yemək gətirmək məqsədiylə, Hilalın xanımı gəlir. Çünki Hilal, son dərəcə yaşlı bir insandır. Sadəcə ona izin verilir. Şamdan isə bir elçi gəlmiş, Kabı özlərinə [Bizansa] qatılmağa təşviq edir. Buna görə də Kab: “Etdiyim xəta elə bir dərəcəyə çatmışdır ki, müşriklər belə məndən bir şey umar hala gəldilər. O qədər genişliyinə baxmayaraq, yer üzü mənə dar gəldi” – deyir. Hilal ibn Ümeyyə isə elə bir ağladı ki, gözlərinin kor olacağından qorxuldu. Əlli gün keçdikdən sonra onların tövbələrinin qəbul edildiyinə dair: Allah, Peyğəmbərinin tövbəsini qəbul buyurdu (Tövbə/117) və: “Döyüşdən geri buraxılan üç nəfərin (tövbələrini də qəbul etdi)” (Tövbə/118) ayələri nazil oldu. [15]

107Və zərər vermək, küfr etmək, mö­min­lərin arasına ayrılıq salmaq və daha öncə Allah və Elçisinə qarşı döyüş açmış, poz­ğunçuluq etməyə təşəbbüs etmiş olanlara nəzarət etmək üçün məscid tikən bu insanlar: “Biz ən gözəldən başqa bir şey istəmədik” – deyə and da içərlər. Allah da şahidlik edər ki, əlbəttə, onlar qətiliklə yalançıdırlar.

108Sən o məscidin içində sonsuzadək durma/özünə vəzifə bilmə! İlk günündə Allahın qoruması altına girmək məqsədilə qurulan məscid, əlbəttə, içində vəzifə icra etməyi­n üçün daha layiqlidir. Onun içində arınmağı sevən igid insanlar vardır. Allah da arınan insanları sevər.

109Yaxşı, təməlini Allahın qoruması altına girmək və məmnunluq üzərinə qurmuş olan kimsəmi xeyirlidir, yoxsa təməlini yıxılmaq üzrə olan bir uçurumun kənarına qu­raraq, onunla birlikdə cəhənnəmin atəşinə yuvarlananmı? Və Allah şərik qo­şa­raq, küfr edərək səhv davrananlar/öz zərərlərinə iş edənlər qövmünə bələdçi ol­maz.

110Onların qəlbləri parça-parça olmadıqca, o qurduqları təməlləri, qəlblərində bir şübhə olaraq qalıacaq, yox olmayacaqdır. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

Bu paraqrafda da münafiqlər, onların fəaliyyətləri və onlara qarşı necə münasibət göstərməli olduğu açıqlanmışdır. Buna görə, münafiqlərdən bir qrup Və zərər vermək, küfr etmək, mö­min­lərin arasına ayrılıq salmaq və daha öncə Allah və Elçisinə qarşı döyüş açmış, poz­ğunçuluq etməyə təşəbbüs etmiş olanlara nəzarət etmək üçün məscid tikən bu insanlar: “Biz ən gözəldən başqa bir şey istəmədik” – deyə and da içərlər. Allah da şahidlik edər ki, əlbəttə, onlar qətiliklə yalançıdırlar. Onların qəlbləri parça-parça olmadıqca, o qurduqları təməlləri, qəlblərində bir şübhə olaraq qalıacaq, yox olmayacaqdır. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

Bu ifşadan sonra Rəsulullah, onların oyununa gəlməməsi xüsusunda xəbərdarlıq edilir: Sən o məscidin içində sonsuzadək durma/özünə vəzifə bilmə! İlk günündə Allahın qoruması altına girmək məqsədilə qurulan məscid, əlbəttə, içində vəzifə icra etməyi­n üçün daha layiqlidir. Onun içində arınmağı sevən igid insanlar vardır. Allah da arınan insanları sevər. Yaxşı, təməlini Allahın qoruması altına girmək və məmnunluq üzərinə qurmuş olan kimsəmi xeyirlidir, yoxsa təməlini yıxılmaq üzrə olan bir uçurumun kənarına qu­raraq, onunla birlikdə cəhənnəmin atəşinə yuvarlananmı? Və Allah şərik qo­şa­raq, küfr edərək səhv davrananlar/öz zərərlərinə iş edənlər qövmünə bələdçi ol­maz.

Ayə-i kərimə, rəvayət edildiyinə görə, Əbu Amir ər-Rahib haqqında enmişdir. Çünki haqqında bəhs edilən bu kişi, Bizans Qeysərinin yanına getmiş, orada Xristiyanlığı qəbul etmiş, Qeysər də özlərinə çox yaxında yanlarına gələcəyinə dair söz vermişdi. Buna görə də, onlar orada Qeysərin gəlişini gözləmək məqsədilə Məscid-i Dırarı inşa etdilər. [16]

Təfsir alimləri deyirlər ki: “Amr b. Avfoğulları Kuba məscidini inşa etdilər və Hz. Peyğəmbərdən yanlarına gəlməsini rica etdilər. O da onların yanına gəlib, Kubada namaz qıldı. Qardasları Ğunm b. Avfoğulları onları qısqanaraq: “Biz də bir məscid düzəldək və Peyğəmbərə (s.ə.s) xəbər göndərib, qardaşlarımızın məscidində namaz qıldığı kimi, bizim də məscidimizdə namaz qılmaq üçün gəlməsini rica edəcəyik. Daha sonra da Əbu Amir: “Şamdan gəldiyi təqdirdə, bu məsciddə namaz qıldırar” – deyərək Peyğəmbərin (s.ə.s) yanına getdilər. O sırada Hz. Peyğəmbər Təbükə çıxmaq üçün hazırlıq edirdi. Hz. Peyğəmbərə: “Ey Allahın Rəsulu!” – dedilər, “Biz ehtiyacı olan xəstələr və yağışlı gecələr üçün bir məscid inşa etdik. Bizim üçün gəlib orada namaz qılmağını və mübarək olması üçün dua etməyini arzulayırıq”. Buna görə də, Peyğəmbər (s.ə.s) belə buyurdu: “İndi mən yola çıxmağa hazırlaşıram və məşgulam. Dönəcək olarıqsa, sizin yanınıza gələr və sizin üçün orada namaz qılarıq”.

Peyğəmbər (s.ə.s) Təbukdan döndüyündə, yanına gəldilər. Özləri də məscidi bitirmişdilər. Orada Cümə, Cümə ertəsi və Bazar günü də namaz qılmışdılar. Hz. Peyğəmbər yanlarına getmək məqsədiylə geyinmək üçün köynəyinin gətirilməsini istədi. Bu səfər Məscid-i Dırarın vəziyyətini bildirən Qurani buyuruqlar nazil oldu. Buna görə də, Hz. Peyğəmbər Malik b. əd-Duhşum, Man b. Adiy, Amir b. əs-Sekən ilə Hz. Həmzəni öldürmüş olan Vahşini çağıraraq belə dedi: “Xalqı zalım olan bu məscidə gedin, onu dağıdın və yandırın”. Onlar da dərhal yola çıxdılar. Malik b. əd-Duhşum evindən bir miqdar alovlu atəş aldı. Hamısı birlikdə gedib məscidi yandırdılar, dağıtdılar. Bu məscidi inşa edənlər 12 nəfər idilər: Amr b. Avfoğullarından birisi olan Ubeyd b. Zeydoğullarından Hizam b. Halid ki, Dırar Məscidi onun evinə aid olan sahədə inşa edilmişdi, Muattib b. Kuşeyr, Əbu Hubeybə b. El-Ezar, Amr b. Avfoğullarından Sehl b. Hunəyfin qardaşı Abbad b. Hunəyf, Cariyə b. Amir, onun iki oğlu Mucəmmi və Zeyd, Nəbtəl b. əl-Haris, Bahzec, Becad b. Osman və Vedia b. Sabit. Saləbə b. Hatıb da aralarında zikr olunır. [17]

Bu bölmədə tarixə “Məscid-i Dırar” deyə keçən hadisə nəql edilmişdir. Bu mövzuya dair İbn Kəsir və Mevdudinin seçmələrini nəql edirik:

Allah və Rəsulu ilə döyüşmüş olan… Mədinədə Hazrec qəbiləsinə mənsub Əbu Amirdir. O Hz. Peyğəmbərin (s.ə.s) hicrətindən öncə, cahiliyyə dövründə Xristiyan bir rahib olmuşdu. Müqəddəs mətnlər haqqındakı məlumata görə, məşhur bir alim və dindar bir rahib olaraq, çox sayğı görürdü. Lakin alim olması və zahidliyi onu həqiqətə götürmək əvəzinə, buna əngəl olurdu. Buna görə, İslamı inkar etməklə qalmayıb, eyni zamanda Hz. Peyğəmbər (s.ə.s) və onun dəvətinin də amansız düşməni olmuşdu. Belə ki, o Hz. Peyğəmbəri (s.ə.s) papazlığın “Müqəddəs vəzifəsi”nə rəqib olaraq görürdü. Qüreyşin gücünün Hz. Peyğəmbər (s.ə.s) və dəvətini əzib, yox etməyə kifayət edəcəyi ümidi ilə Əbu Amir əvvəllər Hz. Peyğəmbərə əhəmiyyət vermədi. Lakin Qüreyş ordusunun Bədir döyüşündə tam bir məğlubiyyətə uğradığını gördüyü zaman, artıq bir daha bu hərəkətə görə özünü görməməzliyə qoya bilmədi. Buna görə də İslami hərəkata qarşı şiddətli bir fəsad kampaniyası başlatdı.

Beləliklə, Mədinədən ayrılaraq İslama qarşı təşviq və təhriklər etmək üçün müxtəlif qəbilələri ziyarət etdi. Uhud döyüşünün meydana gəlməsinə səbəb olan adamlardan birisi də bu Əbu Amirdir. Uhud döyüşünün edildiyi yerdə bəzi çuxurlar qazdırdığı və Hz. Peyğəmbərin (s.ə.s) bu çuxurlardan birinin içinə düşüb, yaralandığı da rəvayət edilir. Daha sonra Əhzab döyüşündə Mədinəni işğal etməyə gələn orduların təşkilatlandırılmasında da əhəmiyyətli bir rol oynamışdır. Həmçinin, bu Xristiyan rahib Huneyn döyüşünə qədər meydana gələn bütün döyüşlərdə İslama qarşı müşriklərə dəstək verməkdə aktiv olaraq fəaliyətdə olmuşdu. Ən sonunda Ərabistanda, İslamın həmləsini durdura biləcək heç bir güc qalmadığını anlayınca, Ərəbistan Yarımadasını tərk etdi və Mədinədən yüksəlməkdə olan “təhlükə” barəsində Roma Qeysərini xəbərdar etməyə getdi. Roma Qeysərinin Hz. Peyğəmbərin (s.ə.s) Təbük səfərinə muqabil Ərəbistanı istila etmək üçün hazırlıqlara başlaması, Əbu Amirin göstərdiyi cəhdlərin bir nəticəsidir.

İndi Haqq Dəvətə zərər vermək üçün inşa edilmiş olan “caminin” inşa edilməsinin arxa pərdəsində yatan reallığı bir düşünək: Mədinədə olan münafiqlərin bir qismi İslama qarşı çirkin fəaliyyətlərin hamısında Əbu Amirlə yaxından iş birliyi etmişdilər. Həmçinin, Roma Qeysəri və digər Şimali Ərəbistan Xristiyan dövlətlərindən hərbi yardım qoparılması üçün “mənəvi” nüfuzunu işə salması xüsusunda da onunla anlaşmışdılar. Nəticə etibarilə, Əbu Amir Ərəbistana hücum etməsi barəsində Qeysəri inandırmaq üçün getməyə hazırlandığı sırada, onlar da özlərini ayrı bir rəqib olaraq təşkilatlandıra bilmələri üçün əmin bir toplanma yeri olaraq fəaliyyət görəcək bir “cami” inşa etmə planı hazırladılar. Çünki bu sayədə, din maskası altında, şeytancasına fəaliyyətlər yürütdüklərini kimsə fərq etməyəcəkdi. Həmçinin, bu məscid Əbu Amirin agentlərinin yolçu və dilənci kimi görünərək heç bir şübhə oyandırmadan, qala biləcəkləri bir qərargah olaraq da xidmət göstərəcəkdi.

Əslində, biri Kubadakı Kuba Məscidi və digəri Məscid-i Nəbəvi olmaqla Mədinədə hələ də iki məscid onsuz da var idi. Şəhərdə üçüncü bir məscidə ehtiyac olmadığı gün kimi aşkar idi. Bunu münafiqlərin özləri də bilirdilər, buna görə üçüncü bir məscidə ehtiyac olduğunu göstərmək kimi bir sıra səbəblər uydurmağa başladılar. Bu məqsədə uyğun olaraq da, Hz. Peyğəmbərin (s.ə.s) yanına getdilər və: “Bu bölgənin xalqı və xüsusilə də yaşlı, xəstə, şikəst olanlarımız üçün, qış mövsümü və yağışlı havalarda bu iki məsciddən birisinə, gündə beş dəfə gedib-gəlmələrinin çox çətin olduğu üçün bir başqa məscidə ehtiyacımız vardır. Buna görə də, Kuba Məscidi və Məscid-i Nəbəvidən uzaq bir məhəllədə oturan və namazlarını camaatla qılmaq istəyən bu insanlara yeni bir məscid inşa etməyi arzu edirik” – dedilər.

Beləliklə, bu fitnə-fəsad yuvaları, güya təmiz niyyətlərindən qaynaqlanan, bəhsəbəhs istəkləri nəticəsində yeni bir cami inşa etdilər. Daha sonra Hz. Peyğəmbərin (s.ə.s) yanına gələrək: “Əfəndimiz! Yeni məscidimizə gəlməyinizi və açılış mərasimi olaraq, ilk camaatla namazı sizin qıldırmağınızı rica edirik” – dedilər. Lakin Rəsulullah (s.ə.s): “İndi Təbükə ediləcək səfər hazırlıqlarıyla məşğulam. Mövzu barədə səfərdən dönəndə düşünərəm” – deyərək təklifin yerinə yetirilməsini bir müddət ertələdi. Daha sonra Hz. Peyğəmbər (s.ə.s) Təbükə səfərə çıxdıqda bu münafiqlər də, xaincə fəaliyyətlərinə başladılar. Bu yeni məscidlə özlərini təşkilatlandırmağa və İslama qarşı əks həmlələr planlamağa davam etdilər. Hərarətlə gözlədikləri Müsəlmanların məğlub edildiyi və Romalıların onları bütünlüklə yox etdikləri xəbərini alar-almaz, Abdullah b. Ubeyi özlərinə kral etməyi qərarlaşdırdılar. Lakin Təbükdə olanlar isə bunların bütün ümidlərini boşa çıxarmışdı. Daha sonra səfərdən dönüş əsnasında, Mədinəyə yaxın Zi-Evan deyilən yerdə, bu ayənin enməsiylə Hz. Peyğəmbər (s.ə.s) şəhərə girmədən öncə, bu “məscidi” yerlə bir etmək üçün bir neçə nəfəri məscidin yerləşdiyi məhəlləyə göndərdi. [18]

Dırar Məscidi. Bu ayələrin nüzul səbəbi belədir: Allah Rəsulunun (s.ə.s) Mədinəyə gəlməsindən öncə orada Hazrec qəbiləsindən Əbu Amir ər-Rahib adında birisi var idi. Cahiliyyə dövründə Xristiyan olmuş, Kitab Əhlinin elmini oxumuş və cahiliyyə dövründə ibadət etmiş olub, Hazrec qəbiləsi içində böyük bir nüfuz sahibi idi. Allah Rəsulu (s.ə.s) Mədinəyə mühacir olaraq gəlib, Müsəlmanlar onun ətrafında toplanınca, islam kəlməsi ən uca olunca, Allah Təala Bədir günü onları üstün qılınca, lənətli Əbu Amir hiddətindən dilini göstərdi və düşmənliyini izhar etdi, düşmənlərə yardımçı oldu və Qüreyşli müşriklərə – Məkkə kafirlərinə qaçıb, getdi. Onları Allah Rəsuluna (s.ə.s) qarşı döyüşə təşviq etdi. Ərəb qəbilələrindən onlara rəğbət göstərənlər toplanaraq Uhud ilində Müsəlmanlara qarşı çıxdıqları zaman Müsəlmanların başına gələnlər gəlmiş, Allah onları imtahan etmiş və nəticədə gözəl aqibət müttəqilərin olmuşdu. Bu fasiq, hər iki səf arasında çuxurlar qazmışdı. Allah Rəsulu (s.ə.s) o gün bunlardan birinə düşmüş və yaralanmışdı. Üzü yaralanmış, sağ alt çənəsinin ön dişi qırılmış, başı yarılmışdı. Bu Əbu Amir döyüşün başlangıcında öz qövmü olan Ənsara doğru irəliləmiş, onlara xitab edərək, onları özünə yardıma və razılığa gəlməyə meyl etdirmək istəmişdi. Onun sözünü [səsini] tanıdıqlarında: “Ey fasiq, ey Allahın düşməni! Allah sənin gözünü aydın etməsin” – demişlər, üzərinə yüyürüb döyməyə çalışmişdılar. O: “Məndən sonra and olsun qövmümə bir pislik isabət etmiş” – deyərək dönmüşdü. Məkkəyə qaçmasından öncə Allah Rəsulu (s.ə.s) onu Allah yoluna çağırıb, ona Quran oxuyurdu. O isə Müsəlman olmamaqda dirənib, inad edərdi. (Qaçmasından sonra) Hz. Peyğəmbər, (onun imandan) uzaq, qovulmuş olaraq ölməsi üçün ona qarğış etdi və qarğışı tutdu. Uhudda iş bitərək, Allah Rəsulunun (s.ə.s) vəziyyətinin daima bir yüksəliş içində olduğunu görüncə, Əbu Amir, Hz. Peyğəmbərə qarşı yardım istəmək kimi Rum kralı Hiraklin yanına getdi. Hirakl ona vəd edib ümid verdi. O da Hiraklin yanında (bir müddət) iqamət etdi. Orada ikən qövmü olan Ənsar içində nifaq və şübhə içində olan bir qrupa yazıb, onlara vədlər verirdi. Allah Rəsulu (s.ə.s) ilə döyüşəcək bir ordu ilə birlikdə onların yanına gələcəyi, ona qalib gələcəyini bildirdi və vəziyyəti tərsinə çevirəcəyi barəsində ümid verdi. Məktublarını çatdırmaq üçün, özünün yanından gələcək insanların sığına bilməsi üçün bir yer etmələrinı əmr etdi. Burası daha sonra onların yanına gəldiyində onun üçün bir müşahidə yeri olacaqdı. Kuba məscidi ətrafında bir məscid inşasına başladılar. Fəaliyyətlərini qurub, təhkim etdilər. Bu işi Hz. Peyğəmbərin (s.ə.s) Təbükə çıxışından öncə bitirdilər və Allah Rəsulunun gələrək məscidlərində qılacağı namazla bu məscidi məqbul saydığına dəlil olaraq, işlətmək üçün gəlməsini və məscidlərində namaz qılmasını istədilər. Bu məscidi sadəcə içlərindəki zəif və xəstə olanların soyuq və yağışlı gecələrdə namaz qılmaları üçün etdiklərini söylədilər. Allah Təala Peyğəmbərini orada namaz qılmaqdan qorudu və: “İndi biz səfərə çıxmaq üzrəyik. Lakin Allah diləyərsə, döndüyümüzdə” – buyurdu. Allah Rəsulu (s.ə.s) Təbükdən Mədinəyə dönmək üçün yola çıxdığında, onlarla arasında bir gün, ya da bir günün bir hissəsi qədər zaman qalmışkən, Məscid-i Dırarla əlaqədar vəhy gəldi və bu məscidi inşa edənlərin, bu məscidləriylə ilk gündən təqva üzərində qurulmuş olan Kuba məscidindəki möminlər camaatını bölmək və küfr məqsədi daşıdıqları bildirildi. Allah Rəsulu Mədinəyə gəlişindən öncə bu məscidi dağıtmaq üçün adam göndərdi. İbn Abbasdan rəvayətlə “Zərər vermək, küfr etməkkimi bir məscid inşa edənlər…” ayəsi haqqında Ali ibn Əbu Talha deyir ki: Bunlar Ənsardan bir qrupdur. Bir məscid qurmaq istədilər. Əbu Amir onlara: “Bir məscid inşa edin. Gücünüz yetdiyincə, qüvvət və silah hazırlayın. Mən Rum kralı Qeysərin yanına gedirəm. Rum diyarından bir ordu gətirəcəyəm, Muhəmməd və əshabını (Mədinədən) çıxaracağam” – dedi. Məscidlərini bitirdiklərində Hz. Peyğəmbərin yanına gəlib: “Məscidimizin inşasını bitirdik, sənin orada namaz qılmağını və bizə bərəkətlə dua etməyini istəyirik” – dedilər. Buna görə də, Allah Təala: “Orada əsla (namaza) durma. İlk günündən təqva üzərində qurulmuş olan məscid, içində namaza durmağına daha uyğundurAllah zalımlar güruhunu hidayətə çatdırmaz” ayələrini endirdi. Səid ibn Cübeyr, Mücahid, Urvə ibn Zübeyr, Katade və alimlərdən bir çoxundan bu şəkildə rəvayət edilmişdir. Muhəmməd ibn İshaq ibn Yəsarın Zühri kanalıyla… Asım ibn Ömər ibn Katade və başqalarından rəvayət etdiyinə görə, onlar belə demişdir: Allah Rəsulu Təbükdan gəlişində Mədinəyə bir gündən az bir məsafədə olan Zu Evanda dayandı. Daha öncə o, Təbük üçün hazırlanırkən Məscid-i Dırarın sahibləri onun yanına gəlmişlər və: “Ey Allahın Elçisi! Biz xəstə olan və ehtiyaclı insanlar üçün yağışlı və soyuq gecələrdə (namaz qılmaları üçün) bir məscid inşa etdik. Gəlib orada bizə namaz qıldırmağını istərdik” – dedilər. Hz. Peyğəmbər: “Mən indi yola çıxmaq üzrəyəm və məşğulam və ya buna bənzər bir söz söylədi, Allah dilərsə də gələriksə [dönəriksə], sizin yanınıza gələr və orada sizə namaz qıldıraram” – buyurdu. (Dönüşündə) Zu Evanda dayandığında bu məscidin xəbəri [Məscid-i Dırar olduğu] nazil olunca, Allah Rəsulu (s.ə.s) Salim ibn Avf oğullarından Malik ibn əd-Duhşum və Man ibn Adiyyi və ya Bilaclan qəbiləsindən olan qardaşı Amir ibn Adiyyi çağırdı və: “Gedin, xalqı zalım olan bu məscidi dağıdın və yandırın” – buyurdu. Sürətlə çıxıb Malik ibn əd-Duhşumun camaatı olan Salim ibn Avfoğullarına gəldilər. Malik Maana: “Məni gözlə, ailəmdən sənə atəş gətirim” – dedi. Ailəsinin yanına girib, yarpaqlı bir xurma budağı aldı, onu yandırdı, sonra çıxıb, sürətlə getdilər və məscidə girdilər. Məscid xalqı məscidin içindəydi. Məscidi yandırdılar, dağıtdılar. İçindəkilər qaçıb, dağıldı. Budur, onlar haqqında Qurandan “Zərər vermək, küfr etmək üçün bir məscid inşa edənlər…” ayələri nazil oldu. Və ravi hekayənin davamını sonuna qədər zikr etdi. Bu məscidi inşa edənlər 12 nəfərdir: Ubeyd ibn Zeyd oğullarından Hazam ibn Halid, Amr ibn Avf oğullarından birisi, bu şəkavət məscidi fikri onun evində çıxarılmışdı. Ubeyd oğullarından və Ümeyyə ibn Zeyd oğullarının dostu Saləbə ibn Hatib. Dubeya İbn Zeyddən Muattib ibn Kuşeyr. Dubeya ibn Zeyd oğullarından Əbu Habibə ibn Ezar, Amr ibn Avf oğullarından və Sehl ibn Hunəyfin qardaşı Abbad ibn Hunəyf, Cariyə ibn Amir və iki oğlu Mücəmmi ibn Cariyə və Zeyd ibn Cariyə, Nəbtel əl-Haris (bunlar Dubeya oğullarındandır), Dubeya oğullarından Bahzec, Dubeya oğullarından Bicad ibn Osman, Ümeyyə oğullarının dostu olan Vedia ibn Sabit. Bunlar Əbu Lübabə ibn Abdulmünzirin cəmiyyətidir. [19]

Ayədə Məscid-i Dırarın əksi olaraq zikr edilən təqva üzərində qurulan məscid ilə, “Kuba məscidi” və ya Mədinədəki “Rəsulullahın məscidi” qəsd edilmiş ola biləcəyi kimi, “dünyanın harasında olursa, olsun yaxşı niyyətlə təməli atılan hər məscid” də qəsd edilmiş ola bilər.

110-cu ayədəki “Onların qəlbləri parça-parça olmadıqca, o qurduqları təməlləri, qəlblərində bir şübhə olaraq qalıacaq, yox olmayacaqdır” ifadəsi, münafiqlərin inanc və hərəkətlərinin özlərini daima narahat edəcəyi; ölənə qədər beyinlərini gəmirəcəyinin açıqlamasıdır. Bilindiyi kimi, küfrün hər cürəsi sahibini rahat buraxmaz. Hələ Quran onların qəlblərinə xəncər kimi saplanmışsa!

  • 200,201Beləliklə, onu günahkarların qəlblərinə yerləşdirdik. Onlar acıqlı əzabı görüncəyə qədər ona iman etməzlər.
  • 202Bax budur, bu onlara özləri fərqində olmadan, anidən gələcəkdir.
  • 203Sonra da onlar: “Biz möhlət verilənlərdənmiyik?” – deyəcəkdirlər.
  • 204Onlar Bizim əzabımızı olduqca tezləşdirməkmi istəyirlər?
  • 205–207Gördünmü/heç düşündünmü onları illərlə qazancla təmin etsək, sonra öz­lə­rinə vəd edilən gəlib çatsa, o qazandıqları şeylərin özlərinə heç bir faydası olma­ya­caqdır.
  • 208Və Biz sadəcə, əhalisi xəbərdar edilmişlər olan şəhəri dəyişikliyə/dağıntıya uğratdıq.
  • 209Öyüd! Və Biz haqsızlıq edənlər deyilik. (Şüəra/200-209)
  • 1Əlif/1, Lam/20, Ra/200. Bunlar Kitabın və açıq-aşkar, açıqlayıcı bir Quranın ayələridir.
  • 2Zaman-zaman kafirlər: “Kaş ki, Müsəlman olsaydıq!” – deyə təmənna edəcəklər.
  • 12Beləliklə, Biz Quranı günahkarların qəlblərinə yerləşdirərik. (Hicr/1, 2, 12)

111,112Şübhəsiz ki, Allah tövbə edən, qulluq edən, Allahı öyən, səyahət edən, Allahı bir­lə­yən, boyun əyib təslimiyyət göstərən, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, pis olan hər şeydən çəkindirən, Allahın həddlərini qoruyan inananlardan, can­larını və mallarını şübhəsiz, cənnəti onlara vermək müqabilində satın almışdır! Onlar Allah yo­lunda döyüşürlər – sonra öldürürlər və öldürülürlər. Bu, Allahın Tövrat, İncil və Qurandakı gerçək bir vədidir və Allahdan daha çox verdiyi vədə əməl edən kim vardır? Belə isə, etdiyiniz alış-verişlə sevinin. Və bax budur, bu, böyük qurtuluşun məhz özüdür. Və möminlərə müjdə ver!

Bu ayələrdə Allah yolunda edilən cəhdlər, mübarizələr və döyüşlər xülasə edilir, səmimi möminlərin sifətləri sadalanır. Münafiqlər bu döyüşdən qaçarkən, möminlər könüllü olaraq bu döyüşə qaçırlar. Bu, onlar üçün sanki çox qazanclı bir alış-verişdir – canları və malları qarşılığında cənnəti satın almışdılar.

Ayədəki əs-saihun kəlməsi, ümumiyyətlə məcazi olaraq dəyərləndirilib, “oruc tutanlar” mənasında qəbul edilir. Bizcə, kəlmə doğru mənasında, “Allahın rızasını aramaq [İslamı yaymaq, cihada çıxmaq, kafirlərin iqtidarda olduqları yerlərdən hicrət etmək, insanları islah etmək, doğru məlumatı axtarmaq, halalından dolanışıq təmin etmək] üçün səyahət edənlər” mənasında işlədilmişdir.

Bu ayələrin enmə səbəbi ilə əlaqədar aşağıdakı məlumatlar verilmişdir:

Sayları 70 olan bir Ənsar qrupu, Akabe Gecəsində Məkkədə Hz. Peyğəmbərə (s.ə.s) beyət edincə, Abdullah b. Rəvaha (r.a): “Ey Rəsulallah! Bizə, həm Rəbbin üçün, həm də özün üçün istədiyin şərti qoş” – dedi. Buna görə də, Hz. Peyğəmbər: “Mən Rəbbim haqqında, sadəcə Ona ibadət etməyinizi və Ona heç bir şeyi ortaq qoşmamağınızı, öz haqqımda isə, özünüzü və mallarınızı təhlükədən qoruduğunuz kimi, məni də qorumağınızı şərt qoşuram” – deyincə, Ənsar: “Bunu etdiyimiz təqdirdə, bizim üçün nə var?” – dedilər. Hz. Peyğəmbər (s.ə.s): “Cənnət” – cavabını verdi. Beyət edən bu insanlar: “Alış-verişimiz qazanclı oldu. Biz bu alış-verişimizi nə pozarıq, nə də pozulmasını istəyərik” – dedilər. Budur, buna görə də, bu ayə nazil oldu. [20]

Ayə-i kərimə böyük Akabe beyəti deyə də bilinən II Akabe beyəti haqqında enmişdir. Ənsardan bu beyətə qatılan adamların sayının təxminən 70 ətrafında olduğu beyət budur. Aralarında yaşca ən kiçikləri Ukbe b. Amr idi. Bunlar, Rəsulullahın (s.ə.s) yanında Akabe deyilən yerdə bir araya gəlmişdilər. Abdullah b. Rəvahanın Peyğəmbərə (s.ə.s): “Rəbbin üçün də, özün üçün də dilədiyin şərti qoş” – dediyinə görə, Peyğəmbər (s.ə.s) belə buyurmuşdu: “Rəbbim üçün, Ona ibadət etməyinizi, Ona heç bir şeyi ortaq qoşmamağınızı şərt qoşuram. Özüm üçün isə özünüzü və mallarınızı nəyə qarşı və necə qoruyursunuzsa, eləcə də məni qorumağınızı şərt qoşuram”. Buna görə də, beyətə qatılanlar: “Bunu yerinə yetirəcək olarıqsa, bizə nə var?” – deyə soruşdular, Hz. Peyğəmbər: “Cənnət” – buyurunca da: “Belə bir alış-veriş gəlirlidir. Biz nə bu alış-verişdən dönərik, nə də dönmə təklifini qəbul edərik” – dedilər. Buna görə də, “Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını (onlara cənnəti vermək qarşılığında) satın almışdır” ayəsi nazil oldu. [21]

113,114Onların özlərinə cəhənnəm əhli olduqları yaxşıca bəlli olduqdan sonra, Peyğəmbərə və iman edənlərə, əqrəba belə olsalar, ortaq qoşanlar üçün bağışlanma dilə­mək olmaz. İbrahimin atası üçün bağışlanma diləməsi isə ancaq ona söz verdiyinə görə idi. Sonra onun Allah üçün bir düşmən olduğu özünə açıqca bəlli olan kimi, ondan uzaqlaşdı. Şübhəsiz ki, İbrahim çox səmimi, çox həlim birisi idi.

115Allah bir qövmə doğru yolu göstərdikdən sonra, onları Özünün himayəsi altına alan şeyləri onlara bəyan etmədikcə, onları azdırmaz. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.

116Heç şübhəsiz, Allah göylərin və yer üzünün mülkü yalnız və yalnız Özünün olandır. O, di­rildir və öldürür. Sizin üçün Onun yaratdıqlarından bir yol göstərici, qoruyucu ya­xın və bir köməkçi yoxdur.

Müstəqil bir bölmə olan və ümumi bir bəyannamə xüsusiyyətində olan bu ayələrdə aşağıdakı həqiqətlər açıqlanır: Peyğəmbər və iman etmiş insanlar özlərinə cəhənnəm əshabı olduqları yaxşıca bəlli olduqdan sonra, əqrəba, ana-ata və bacı-qardaş və s. Belə olsalar, müşriklər üçün istiğfar etməməlidirlər: Allah bir qövmə doğru yolu göstərdikdən sonra, onları Özünün himayəsi altına alan şeyləri onlara bəyan etmədikcə, onları azdırmaz. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir. Heç şübhəsiz, Allah göylərin və yer üzünün mülkü yalnız və yalnız Özünün olandır. O, di­rildir və öldürür. Sizin üçün Onun yaratdıqlarından bir yol göstərici, qoruyucu ya­xın və bir köməkçi yoxdur.

Burada, İbrahimin müşrik atası üçün istiğfar etməsinin səbəbi də İbrahimin atası üçün bağışlanma diləməsi isə ancaq ona söz verdiyinə görə idi. Sonra onun Allah üçün bir düşmən olduğu özünə açıqca bəlli olan kimi, ondan uzaqlaşdı. Şübhəsiz ki, İbrahim çox səmimi, çox həlim birisi idi – buyurularaq açıqlamışdır.

İbrahimin atası üçün istiğfarı daha öncə bu ayələrdə bəhs edilmişdi: Şüəra/83-86; İbrahim/35-41; Məryəm/47, 48; Mümtəhinə/4, 5.

Bu ayədə, kafir və müşrik olaraq öldükləri qəbul edilən insanların cənazələrinə qatılıb, onlar üçün bağışlanma tələbində olmaq da qadağan edilir.

Bu ayələrin enmə səbəbi ilə əlaqədar aşağıdakı məlumatlar nəql edilmişdir:

Nəsainin rəvayətinə görə Əli b. Əbu Talib (r.a) belə demişdir: “Mən birisinin müşrik olduqları halda, ana-atasına mağfirət dilədiyini eşidincə ona: “Hər ikisi də müşrik olduqları halda, onlara mağfirətmi diləyirsən?” – deyə soruşdum. O mənə: “İbrahim (ə.s) atasına mağfirət diləməmişdimi?” – dedi. Buna görə də, mən Peyğəmbərin (s.ə.s) yanına getdim və ondan bunu soruşdum. İbrahimin atasına mağfirət diləməsi, ancaq ona verdiyi bir sözə görə idi” – buyuruğu endi”. [22]

Tabəri bu ayənin nüzul səbəbiylə əlaqədar müxtəlif rəvayətlər zikr etmişdir. Bir rəvayətə görə Hz. Peyğəmbər atalarının dinində israr edən ölüm döşəyindəki əmisinə mağfirət diləyəcəyini vəd etmiş və ona mağfirət diləmək istəmiş, Allah onu bundan çəkindirmişdir.

Bir rəvayətə görə, bir Məkkə yolçuluğu əsnasında anasının qəbrini ziyarət etmiş və ona mağfirət diləmək istəmiş, Allah da onu bundan çəkindirmişdir.

Bir rəvayətə görə isə, əshabından bəziləri ona: “Ey Allahın Peyğəmbəri! Əlbəttə ki, bizim atalarımızdan qonşuluğu gözəl olan, əqrəbalığa əhəmiyyət verən, əsirləri qurtaran və zimmətlərinə vəfa göstərənləri vardır. Onlar üçün mağfirət diləməyimmi” – deyə soruşmuşlar. Hz. Peyğəmbər də: “Bəli, Allaha and olsun ki, mən də İbrahimin atası üçün mağfirət dilədiyi kimi, atama mağfirət diləyirəm” – buyurdu. Buna görə də, Allah birinci və ikinci ayəni endirdi. [23]

Başqa bir rəvayətə görə, bir nəfər başqa birinin müşrik olan ana və atası üçün mağfirət dilədiyini eşitmiş və: “Adam müşrik olan valideyni üçün mağfirət diləyə bilirmi?” – deyə soruşunca, o adam: “İbrahim, atası üçün mağfirət diləmədimi?” – deyə cavab verdi. O adam da Hz. Peyğəmbərin yanına gəlib, bu vəziyyəti bildirincə, iki ayə nazil oldu. Həmçinin, ataları üçün mağfirət diləyənlər, bu iki ayənin nüzulundan sonra günah etdiklərini düşündülər, Allah da 3-cü ayəni endirdi. Beğavi 3-cü ayənin nüzul səbəbiylə əlaqədar bu rəvayəti zikr etmişdir: Bir qrup insan Hz. Peyğəmbərin yanına gələrək müsəlman oldu. Onlar Müsəlman olduqlarında hələ içki qadağan edilməmişdi və qiblə də Kəbəyə doğru dəyişməmişdi. Aradan bir zaman keçdikdən sonra bu qrup təkrar Hz. Peyğəmbərin yanına gəldiklərində, içkinin haram qılındığını və qiblənin dəyişdiyini gördülər. Buna görə də: “Ey Allahın Peyğəmbəri! Sən bir din kimisən, biz başqa bir din kimiyik, bizlər dəlalət içərisindəyik” – dedilər. Buna görə də, Allah 115-ci ayəni endirdi. [24]

117And olsun ki, Allah Peyğəmbərə və ən çətin vaxtlarında ona tabe olan muhacirlərə və ənsara, içlərindən bir qisminin qəlbləri az qala dönəcək kimi olmuşkən, tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul etdi. Şübhəsiz ki, O, onlara çox şəfqətlidir, çox mərhəmətlidir.

118Həmçinin geridə qalmış o üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, yer üzü genişliyinə baxmayaraq, onlara dar gəlməyə başlamışdı, nəfsləri də özlərini sıxıntıya salmışdı. Allahdan qurtuluşun, ancaq Allaha sığınmaqda olduğuna da yaxşıca inanmışdılar. Sonra Allah onlara, dönmələri üçün tövbə nəsib etdi və tövbələrini qəbul etdi. Şübhəsiz ki, Allah tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmətli olanın məhz özüdür.

Bu ayələr xətalı davranan möminlərə bir müjdə mahiyyətindədir. Burada şəfqət və mərhəmətinə görə Allah Peyğəmbərə və ən çətin günündə ona uyan muhacirlərlərə, ənsara və geri buraxılanlardan o üç nəfərə, özlərindən bir qisminin qəlbləri az qala sürüşəcək kimi olmuşkən, tövbə nəsib etdiyini, sonra da onların tövbələrini qəbul etdiyini bildirərək, müjdə verir.

O günün dəhşətini də, elə ki, yer üzü bütün genişliyinə baxmayaraq, onlara dar gəlməyə başlamışdı, mənlikləri də özlərini sıxıntıya salmışdı. Allahdan qurtuluşun, ancaq Allaha sığınmaqda olduğuna da yaxşıca inanmışdılar deyə, bilavasitə açıqlayır.

Tarixi qaynaqlara görə, geri buraxılan üç nəfər Ənsardan Kab b. Malik, Amiroğullarından Murarə b. Rebi və Vakıfoğuflarından Hilal b. Umeyyədir.

Tarix Kitablarında bu hadisə, ümumiyyətlə də hadisənin qəhrəmanlarından Kabın dilindən, uzun-uzun nəql edilmişdir. Biz hadisəni Kurtubinin nəqliylə veririk:

Peyğəmbərin etdiyi döyüşlərdən, Təbük döyüşündən başqa, heç birində iştirak etməkdən geri qalmamışdım. Baxmayaraq ki, Bədir döyüşünə də qatılmamışdım, amma Peyğəmbər, Bədir döyüşünə qatılmayanlardan heç kimi danlamamışdı. Bədir döyüşündə Hz. Peyğəmbər və müsəlmanlar Qüreyşin ticarət karvanına qarşı çıxmaq üçün çıxmışdılar. Allah, müəyyən edilməmiş bir anda müsəlmanlarla düşmənlərini qarşı-qarşıya gətirdi.

Akabe gecəsində İslam kimi Hz. Peyğəmbərə beyət etdiyimizdə, onunla bərabər idim. Bədirin, insanlar arasında Akabedən daha artıq bir ünə sahib olduğu kimi, mən də Akabedə olmağı, Bədirdə olmaqdan üstün hesab etmirəm. Təbük döyüşünə qatılmaqdan geri qaldığımda, hər zamankından daha qüvvətli və daha imkanlı olduğumu bilirdim. Vallahi, bu döyüşdən öncə əsla iki miniyim bir arada olmamışdı. Bu döyüşdə tam təchizatlı iki minik sahibi idim.

Hz. Peyğəmbər bu döyüşə istilərin şiddətli olduğu bir zamanda çıxmışdı. Uzun və təhlükəli yolları qət etmək məcburiyyətində qaldı. Sayı çox olan bir düşmənlə qarşılaşdı. Başqa döyüşlərin əksinə hədəfini gizləmədi. Bütün hazırlıqlarını etmələri üçün müsəlmanlara məsələni açıq şəkildə anlatdı. Peyğəmbərlə birlikdə bu döyüşə qatılan müsəlmanların sayı o qədər çox idi ki, adları bir kitaba çətin sığar. Bir vəhy nazil olmadığı müddətcə, anlaşılmayacağını sanaraq, gizlənmək istəyənlər az idi. Bu döyüş meyvələrin tam yetişdiyi bir zamana tuş gəlmişdi. Geridə qalıb meyvələri toplamağı daha çox istəyirdim.

Peyğəmbər hazırlığını tamamladı. Müsəlmanlar da hazırlıqlarını tamamladılar. Mən də onlarla birlikdə hazırlanmaq üçün səhər evdən çıxırdım. Lakin bir şey etmədən geri dönürdüm. Öz özümə: “İstəsəm bu işi edə bilərəm” – deyirdim. Mən belə düşünürkən, insanlar ciddiyyətlə işlərinə sarılırdılar. Səhər vaxtı Peyğəmbərlə birlikdə müsəlmanlar da hazırlıqlarını tamamladılar. Mən hələ bir hazırlıq etməmişdim. Beləliklə, vəziyyət davam edib getdi. Nəhayət, onlar döyüş yerinə doğru hərəkət etdilər və döyüş başladı. Bunu görüncə mən də miniyimə atlayıb, onlara yetişmək istədim. Kaş ki, etsəydim. Lakin bunu etmək nəsib olmadı. Peyğəmbər döyüşə getdikdən sonra insanlar arasına çıxınca narahat olmağa başladım. Çünki münafiqliklə ittiham edilənlərdən və zəiflərdən Allahın üzürlü gördüyü insandan başqa, mənə örnək olacaq heç kimsə yox idi. Təbükə çatıncaya qədər Peyğəmbər məni xatırlamamış. Təbükə gəlib insanlarla bərabər oturunca: “Kab b. Malik nə etdi?” – deyə soruşmuş. Sələmeoğullarından biri: “Ey Rəsulallah! Onun özünə və libaslarına qarşı olan qüruru, onu bizə qatılmaqdan geri qoydu” – demiş. Lakin Muaz b. Cebel bu adama: “Nə pis danışırsan. Vallahi ey Allahın Rəsulu, biz onun haqqında xeyirdən başqa bir şey bilmirik” – deyərək cavab vermiş. Buna görə də, Peyğəmbər susub bir şey söyləməmiş. Sonra Hz. Peyğəmbər uzaqdan önündəki sərabı hərəkət etdirən bir adamın gəldiyini görmüş və: “Hər halda bu gələn Əbu Haysəmədir” – buyurmuş. Baxdıqlarında, gerçəkdən də gələnin sədəqə olaraq bir sa xurma verdiyinə görə münafiqlərin özüylə məsxərə etdiyi Əbu Haysəmə əl-Ənsari olduğunu görmüşlər.

Peyğəmbərin Təbükdən dönmək üçün hərəkət etdiyi xəbərini aldığımda, içimə bir hüzn çökdü. Bir yalan uydurmağı düşünür və: “Sabah onun qəzəbindən necə qurtularam?” – deyirdim. Bu barədə bütün ailə fərdlərinə danışırdım. Lakin Rəsulullahın yaxşıca yaxınlaşdığını eşidincə, bu yalan şübhələrindən qurtuldum. Nəhayət heç bir yalanla yaxanı qurtara bilməyəcəyimə qənaət gətirdim və doğrunu söyləməyə qərar verdim.

Rəsulullah səhər erkən gəldi. Bir səfərdən döndüyü zaman öncə məscidə gedərdi. Yenə belə edib, məscidə getdi. Orada iki rükət namaz qıldıqdan sonra xalqla görüşmək üçün oturdu. Döyüşə qatılmayanlar gəldi, hər biri üzrünü and-aman ərz etməyə başladı. Bunlar 80-ə yaxın nəfər idi. Hz. Peyğəmbər onların bəyan etdikləri bəhanələri zahirən qəbul edib, onlar üçün istiğfarda oldu. İşin gerçək üzünü Allaha həvalə etdi. Sonra mən gəldim. Salam verdiyimdə Peyğəmbər qızğın bir adamın gülümsəməsi kimi gülümsədi və mənə: “Gəl” – dedi. Getdim, önünə oturunca mənə: “Döyüşə qatılmaqdan səni geri qoyan nəydi, heyvanlarını cihad üçün satın almamışmıydın?” – deyə soruşdu. Mən də: “Ey Rəsulallah! Əgər dünyada səndən başqa biriylə oturub danışsam, bir üzr bəyan edərək özümü onun qəzəbindən qurtararam. Çünki məndə qarşı tərəfi inandırmaq qabiliyyəti vardır. Lakin, bunu qəti olaraq bilirəm ki, bu gün sənə bəhanə deyə səni aldadacaq bir yalan uydursam, qorxaram ki, yaxında Allah doğrunu sənə bildirər, yenə qəzəbi üzərimə çəkmiş olaram. Səni mənə qarşı qəzəbləndirəcək işin doğrusunu söyləyərəmsə, yenə bu xüsusla Allahın mənə xeyir və ya əvf ilə müqabilə edəcəyini ümid edirəm. Doğrunu söyləyirəm. Allaha and olsun ki, Təbük döyüşünə qatılmamağımın bir bəhanəsi yoxdur. Əksinə, bu zamanlar hər zamankından daha imkanlı və qüvvətliydim” – dedim.

Buna görə də, Rəsulullah: “Buna gəlincə, budur bu doğrunu danışdı” – dedi və mənə: “Qalx get, Allah hökmünü verincəyə qədər gözlə” – dedi. Dərhal qalxdım, arxamdan Sələməoğullarından bəziləri məni təqib etdi və: “Vallahi, bundan öncə bir günah işlədiyini bilmirik, lakin döyüşdə iştirak etməyən digərlərinin etdiyi kimi bir üzr bəyan etməyi bacara bilmədin. Halbuki Peyğəmbərin sənin üçün olan istiğfarı bu günahının əfv edilməsinə yetərli olardı” – dedilər. Bu sözlərində o qədər israr etdilər ki, haradaysa, dönüb Peyğəmbərə yalandan bir bəhanə ərz edəcəkdim. Lakin onlara dönüb: “Məndən başqa, mənim davrandığım kimi davranan oldumu?” – deyə soruşdum. “Bəli, iki nəfər eynilə sənin kimi danışdı, Rəsulullah, sənə söylədiyinin eynisini onlara da söylədi” – dedilər. “O iki nəfər kimdir?” – deyə soruşduğumda: “Mürarə b. Rəbia əl-Amiri ilə Hilal b. Ümeyyə əl-Vakifi” – dedilər. Beləliklə, mənə örnək olan və Bədir döyüşünə qatılan iki yaxşı insanı zikr etdilər. Bu iki nəfərin isimlərini mənə söyləyincə yüyürüb getdim. Hz. Peyğəmbər insanların Təbük döyüşünə qatılmayanlar arasında yalnızca biz üçümüzlə danışmasını qadağan etdi. Buna görə insanlar bizimlə danışmaqdan qaçınmağa və bizə qarşı davranışlarını dəyişdirməyə başladılar. Belə ki, məmləkət mənə yad bir məmləkət oldu və o tanıdığım məmləkət olmaqdan çıxdı. Tam 50 gecə bu vəziyyətdə davam edib getdi. Bu iki yoldaşım bir evə qapanıb ağlayıb dururdular. Mən içlərində ən riskli və hərəkətli olanıydım. Buna görə də, evdən çıxar namaza qatılırdım. Kimsə mənimlə danışmadığı halda, küçələrdə dolaşırdım. Peyğəmbərin yanına gəlir, o namazdan sonra insanlarla söhbət edərkən, salam verirdim və öz-özümə: “Görəsən, dodaqlarını qımıldadıb, salamımı aldımı?” – deyərdim. Ona yaxın bir yerdə namaz qılardım və gözlərimi ondan ayırmazdım. Namaz qılarkən mənə baxardı, lakin mən namazı bitirincə, üzünü məndən döndərərdi. Müsəlmanların mənə qarşı olan bu boykotları uzanıb getdi. Bir dəfəsində Əbu Katadeyə aid bir bağçanın divarından atladım. Əbu Katade əmimin oğlu və çox sevdiyim biriydi. Salam verdim. Vallahi salamımı almadı. Ondan: “Ey Əbu Katade! Allah üçün söylə! Sən mənim Allah və Rəsulunu nə qədər sevdiyimi bilmirsənmi?” – deyə soruşdum. Cavab vermədi. Təkrar Allaha and içərək soruşdum, yenə susdu. Yenə and içərək, eyni sualı təkrar soruşdum. Bu səfər: “Allah və Rəsulu daha yaxşı bilir” – dedi. Buna görə də, gözlərim yaşardı, döndüm və divarı atlayaraq çıxdım.

Bir gün Mədinə bazarında dolaşarkən, Şam xalqından satmaq üçün Mədinəyə ərzaq gətirmiş olan bir əkinçi: “Mənə Kab b. Maliki kim göstərə bilər” – deyə soruşurdu. Xalq məni ona göstərdi. O da yanıma gəlib, Gassan Kralından gətirdiyi bir məktubu mənə verdi. Mən oxuyan-yazan idim. Məktubu oxumağa başladım. Belə yazirdı: “Yoldaşının səni yalnız buraxdığı xəbərini aldıq. Onun yanında zillət və xəyanət altında yaşamaq sənə yaraşmaz. Dərhal bizə gəl. Bolluq və rahatlıq içində həyatını sürdürərsən”.

Məktubu bitirdikdən sonra: “Bu da ayrı bir bəla və imtahan” – dedim. Dərhal atəşin olduğu bir yerə getdim və məktubu atəşə atdım.

Bu hal kimi keçirdiyimiz 50 günün qırxıncı günü tamamlandığında və hər hansı bir vəhy gəlməyincə, Hz. Peyğəmbər tərəfindən göndərilən biri gəldi və: “Peyğəmbər xanımından uzaq durmağını əmr edir” – dedi. Mən də: “Xanımımı boşayımmı, yəni nə edim” – deyə soruşdum. Adam: “Xeyr boşama, ancaq ondan ayrı yaşa və onunla əlaqəyə girmə” – dedi. Peyğəmbər digər iki günah yoldaşıma da eyni əmri göndərmişdi. Buna görə də, xanımıma: “Ailənin yanına get və bu mövzuda Allahın hökmü bəlli oluncaya qədər onların yanında qal” – dedim.

Bu arada Hilal b. Ümeyyənin xanımı Hz. Peyğəmbərin yanına gəlib: “Ey Allahın Rəsulu, Hilal yaşlı bir adamdır, xidmətçisi də yoxdur, ona xidmət etməyimə izin verməzsənmi?” – dedi. Hz. Peyğəmbər: “Ona xidmət edə bilərsən, amma səninlə cinsi əlaqədə olmasın” – buyurdu. Hilalin xanımı: “Vallahi o heç bir hərəkət edəcək gücdə deyildir. Başına bu iş gəldiyi gündən bu yana ağlayıb durur” – dedi. Ailə xalqımdan bəziləri: “Xanımının sənə xidmət etməsi üçün Rəsulullahdan izin istəsən, çünki Rəsulullah Hilalın xanımına ona xidmət etməsi üçün izin verdi” – dedilər. Mən isə: “Xeyr! Belə bir izin istəyə bilmərəm, mən gənc bir adamam, kim bilir Rəsulullah sonra mənə nə deyər?” – dedim.

On gecə daha belə qaldım. Bizimlə danışma qadağasının başladığından bu yana 50 gün tamamlandı. Bu əllinci gecənin sabahında evlərimizdən birinin damında sübh namazını qıldım. Budur belə, Allahın təsvir etdiyi kimi, vicdanımın məni sıxışdırdığı, bütün genişlik və rahatlığına baxmayaraq, yer üzünün mənə dar gəldiyi bir halda oturarkən Sel Dağına çıxmış birinin səsini eşitdim. Mümkün olduğu qədər yüksək səslə: “Müjdə ey Kab b. Malik” – deyə bağırırdı. Bu səsi eşidincə, yerə qapanıb səcdə etdim. Bunun bir qurtuluş xəbəri olduğunu anladım. Peyğəmbər sübh namazından sonra xalqa Allahın bizim tövbəmizi qəbul etdiyini xəbər vermişdi. İnsanlar da bizi müjdələməyə gəlmişdilər. İki günah yoldaşıma da müjdəçilər getmişdi. Biri də atına atlayıb, mənim yanıma gəldi. Sələm qəbiləsindən biri qaçaraq Sel Dağına çıxdı. Bunun səsi atına atlayıb, gələnin atından daha erkən gəldi. Səsini eşitdiyim bu adam müjdələmək üçün yanıma gəlincə, müjdəsinin qarşılığı olaraq üzərimdəki geyimləri çıxarıb ona verdim. Vallahi o gün üzərimdəki geyimdən başqa geyimim yox idi. Birindən borc bir geyim aldım, Rəsulullahı axtarmağa başladım. İnsanlar qrup-qrup məni qarşılayır və tövbəmin qəbulunu təbrik edir: “Allahın səni əfv etməsi mübarək olsun” – deyirdilər. Nəhayət məscidə girdim. Peyğəmbər məsciddə otururdu, ətrafında da insanlar vardı. Mən girincə Talha b. Ubeydullah dərhal qalxdı, qaçaraq gəlib əlimi sıxdı və məni təbrik etdi. Ondan başqa kimsə yerindən qımıldanmadı. Onun mənə qarşı olan bu isti davranışını heç bir zaman unutmadım. Peyğəmbərə salam verdiyimdə sevincdən üzü parlayırdı. Mənə: “Müjdələr olsun, ananın doğduğu gündən bəri keçirdiyin günlərin ən xeyirlisidir bu gün” – dedi. Mən: “Ey Rəsulallah! Bu lütf səndənmi, yoxsa Allahdanmı?” – deyə soruşdum. Rəsulullah: “Allah tərəfindən” – buyurdu. Peyğəmbər sevindiyi zaman üzü ay parçası kimi par-par parlayardı. Biz bunun fərqinə varırdıq.

Peyğəmbərin əmin-amanlığunda oturunca: “Ey Allahın Rəsulu! Tövbəmin qəbulu vəsiləsiylə Allah və Rəsulu uğrunda sədəqə olmaq üçün malımın hamısını dağıtmaq istəyirəm” – dedim. Rəsulullah: “Malının hamısını dağıtma, bir qismini özünə ayır, bu sənin üçün daha xeyirlidir” – buyurdu. Mən də: “Heybərdəki hissəmi özümə ayırıram, ey Rəsulallah, Allah məni doğruluğum üzündən qurtardı, mən də bundan sonra həyatda olduğum müddətcə, həmişə doğrunu söyləməyə söz verdim” – dedim. Və Allaha and olsun ki, bu sözümü Hz. Peyğəmbərə verrdiyim gündən bəri müsəlmanlardan, doğru söyləmə barəsində Allahın məni imtahan etdiyi kimi gözəl imtahan olan birini bilmirəm. Və yenə and içirəm ki, bu əhdimi Rəsulullaha söylədiyim andan bu günə qədər əsla bilərək yalan söyləməyə təşəbbüs etmədim. Allahın məni həyatımın qalan qismində də yalan söyləməkdən qorumasını dilərəm”.

Kab deyir ki, budur bu hadisəyə görə uca Allah: And olsun ki, Allah Peyğəmbərə və ən çətin vaxtlarında ona tabe olan muhacirlərə və ənsara, içlərindən bir qisminin qəlbləri az qala dönəcək kimi olmuşkən, tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul etdi. Şübhəsiz ki, O, onlara çox şəfqətlidir, çox mərhəmətlidir. Həmçinin geridə qalmış o üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, yer üzü genişliyinə baxmayaraq, onlara dar gəlməyə başlamışdı, nəfsləri də özlərini sıxıntıya salmışdı. Allahdan qurtuluşun, ancaq Allaha sığınmaqda olduğuna da yaxşıca inanmışdılar. Sonra Allah onlara,  dönmələri üçün tövbə nəsib etdi və tövbələrini qəbul etdi. Şübhəsiz ki, Allah tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmətli olanın məhz özüdür. Ey iman edənlər! Allahın qoruması altına girin və doğru kimsələrlə birlikdə olun. (Tövbə/117-119) ayələrini endirdi. [25]

119Ey iman edənlər! Allahın qoruması altına girin və doğru kimsələrlə birlikdə olun.

120,121Mədinə xalqına və bədəvi ərəblərin ətrafdakılara Allahın Elçisindən geri qalmaları və Onun canından əvvəl öz canlarını düşünmələri mümkün deyildir. Bax budur, bu, Allah yolunda başlarına gələcək hər susuzluğun, hər yorgunluğun və hər aclığın ka­fir­lə­ri qəzəbləndirməsi, ayaq basdıqları hər yer və düşmənə qarşı əldə etdikləri hər uğur müqabilində özlə­ri­nə qətiliklə saleh bir əməl yazılması, Allah yolunda etdikləri kiçik və böyük hər xərcləmə və keçdikləri hər vadi müqabilində, qətiliklə özləri üçün etdikləri işin daha gözəli ilə Allahın özlərini mükafatlandırması yazılmış olduğuna görədir. Şübhəsiz, Allah yaxşılıq/gözəllik edənlərin mükafatını yox etməz.

122Möminlərin tədbirli olmaları üçün, onların hamısının birdən hamılıqla ayrılmaları/səfərbər ol­maları da olmazdı. Belə isə, dində dərin bilik əldə etmələri, qövmləri özlərinə dön­dükləri zaman onları xəbərdar etmələri üçün onların hər qismindən bir qrup ay­rılmamalı deyildimi?

123Ey iman edənlər! İnkarçılardan təhlükə yaradanlarla döyüşün və sizdə bir sərtlik görsünlər. Və şübhəsiz ki, Allahın Öz qoruması altına girmiş insanlarla birlikdə olduğunu bilin.

124Və bir surə endirildiyi zaman içlərindən biri: “O endirilmiş surə hansınızı iman sarıdan gücləndirdi?” – deyər. Lakin, iman edənlərə gəlincə, o enən surə onları iman sarıdan gücləndirmişdir və onlar həmişəlik olaraq, müjdələnirlər.

125Qəlblərində bir xəstəlik olanlara/təfəkkürü pozulmuş insanlara gəlincə də, onların da pisliklərinin içinə pislik əlavə etmişdir. Və onlar kafir olaraq ölmüşlər.

126Onlar hər il bir və ya iki dəfə, şübhəsiz, özlərinin acı hadisələrlə sınandıqlarını görmürlərmi? Sonra da tövbə etmir və ibrət götürmürlər.

127Bir surə endirildiyində, biri digərinə baxar: “Sizi bir kimsə görürmu?” Sonra üz döndərib, gedərlər. Həqiqətən onlar, yaxşı-yaxşı anlayıb, dərk etməyən bir qövm olduqlarına görə Allah onların qəlblərini döndərmişdir.

128And olsun, içinizdən sizə sizin əziyyətə düşməyiniz ona çox ağır gələn, sizə çox dəyər verən, sadəcə inananlara çox şəfqətli, asanlıq təmin edən, çox mərhəmətli bir elçi gəlmişdir.

Bu bölmədə möminlərə bir sıra əmrlər verilmiş, xəbərdarlıqlar edilmiş və verilən nemətlər sayılmış və onlardan bu nemətlərin qədrini bilmələri istənilmişdir. Bu nemətlər aşağıdakılardır:

  • Möminlər Allaha təqvalı davranmalı və doğru insanlarla birlikdə olmalıdırlar;
  • Mədinə xalqı və bədəvi ərəblərdən ətrafdakılar (bunlar Müzeynə, Cüheynə, Eşca, Eslem və Gıfar qəbilələridir), Allahın Elçisindən geri qalmamalı və onu öz canlarından üstün tutmalıdır Çünki Allah kiçik-böyük onların hər qeyrətini mükafatlandırmağı özünə borc bilir. Şübhəsiz ki, Allah muhsinlərin [yaxşılıq/gözəllik edənlərin] mükafatını zay etməz;
  • Möminlər, həmişə birdən cəm halda yola çıxmamalı, onlardan hər qisimdən bir tayfa, dində dərin məlumat əldə etmək və tədbir görmək ümidiylə cəmiyyətlərinə döndükləri zaman onları xəbərdar etmək üçün yola çıxmalıdır;
  • Möminlər inkarçılardan təhlükə təşkil edən insanlarla döyüşməli və kafirlər möminlərdə bir sərtlik hiss etməlidirlər və Allahın təqva sahibləri ilə birlikdə olduğunu bilməlidirlər.

Möminlərə bu təlimatlar verildikdən sonra münafiqlər ilə səmimi möminlərin vəziyyəti haqqında məlumatlar verilir: “Və bir surə endirildiyi zaman içlərindən biri: “O endirilmiş surə hansınızı iman sarıdan gücləndirdi?” – deyər. Lakin, iman edənlərə gəlincə, o enən surə onları iman sarıdan gücləndirmişdir və onlar həmişəlik olaraq, müjdələnirlər. Qəlblərində bir xəstəlik olanlara/təfəkkürü pozulmuş insanlara gəlincə də, onların da pisliklərinin içinə pislik əlavə etmişdir. Və onlar kafir olaraq ölmüşlər. Onlar hər il bir və ya iki dəfə, şübhəsiz, özlərinin acı hadisələrlə sınandıqlarını görmürlərmi? Sonra da tövbə etmir və ibrət götürmürlər. Bir surə endirildiyində, biri digərinə baxar: “Sizi bir kimsə görürmu?” Sonra üz döndərib, gedərlər. Həqiqətən onlar, yaxşı-yaxşı anlayıb, dərk etməyən bir qövm olduqlarına görə Allah onların qəlblərini döndərmişdir”.

Bütün bu açıqlamalardan sonra insanlara belə səslənilir: “And olsun, içinizdən sizə sizin əziyyətə düşməyiniz ona çox ağır gələn, sizə çox dəyər verən, sadəcə inananlara çox şəfqətli, asanlıq təmin edən, çox mərhəmətli bir elçi gəlmişdir”.

122-ci ayədəki “Möminlərin tədbirli olmaları üçün, onların hamısının birdən hamılıqla ayrılmaları/səfərbər ol­maları da olmazdı. Belə isə, dində dərin bilik əldə etmələri, qövmləri özlərinə dön­dükləri zaman onları xəbərdar etmələri üçün onların hər qismindən bir qrup ay­rılmamalı deyildimi?” ifadəsiylə möminlərin hamısının döyüş və ya ticarət məqsədiylə Rəsulullahın yanından ayrılmalarının uyğun olmadığı, hər qisimdən bir qrupun mütləq Rəsulullahın yanında qalıb, elm öyrənməsi və səfərdən dönənlərə öyrəndiklərini öyrətməli olduğu bildirilir. Bu ayə, məlumat əldə etməyin məcburi bir vəzifə olmasına, müəllim və tələbələrin döyüşə götürülməməli olduğuna dəlalət edir.

Rəsulullah üçün رئوف [rauf] və رحيم [rəhim] sifətlərinin işlədildiyi 128-ci ayədə qəsr vardır. Buna görə məna: “sadəcə inananlara çox sevən və çox mərhəmətli bir elçi” şəklində olur. Bu halda, bu mübaliğə fail isimlərin Allaha aid xüsusiyyətdə olmadığı anlaşılır. Belə ki, Allahın rauf və rəhimliyi sonsuz və hüdudsuzdur.

129Buna baxmayaraq, əgər uzaqlaşırlarsa, dərhal de ki: “Mənə Allah yetər. Ondan başqa tanrı deyə bir şey yoxdur. Mən, sadəcə Ona işin nəticəsini həvalə etdim. O, çox böyük taxtın Rəbbidir”.

Bir meydan oxuma ayəsi ilə bitən surənin sonunda Allah Elçisinə: “Buna baxmayaraq, əgər uzaqlaşırlarsa, dərhal de ki: “Mənə Allah yetər. Ondan başqa tanrı deyə bir şey yoxdur. Mən, sadəcə Ona işin nəticəsini həvalə etdim. O, çox böyük Ərşin Rəbbidir” – deməsini əmr edir.

Daha əvvəl də ifadə etdiyimiz kimi, təvəkkül: “İnsanın, acizliyini ortaya qoyaraq, vəkil olan Allahı özünə vəkil tutması, yəni inanc olaraq, varlığını və varlığının davamını ruzi, tərbiyə və qoruma baxımından Allaha həvalə etməsi, hər cür nəticənin özü üçün ən yaxşısı olacağını qəbul etməsi və nəticəyə razı olması” deməkdir. Digər bir ifadəylə, təvəkkül: “İnsanın azimdən [hər cür hazırlığı edib, qəti qərar verdikdən] sonra, nəticəni vəkilə [varlığı həyatda canlı tutan, davam etdirən, qoruyan və ruzi verən Allaha] həvalə etməsi” deməkdir.

Buradakı üz çevirmə ifadəsi “Rəsulullahdan üz çevirmə”, “Allaha itaətdən və Peyğəmbəri təsdiqdən üz çevirmə”, “bu surədə bəhs edilən güc təklifləri qəbul etməkdən üz çevirmə”, “cihadda Rəsulullaha yardım etməkdən üz çevirmə” şəklində geniş əhatəli olaraq ələ alına bilər.

Bu mənada Rəsulullah başqa ayələrlə də dəstək görürdü:

  • 9O, şərqin və qərbin, bütün tərəflərin Rəbbidir. Ondan başqa, tanrı deyə bir şey yoxdur. Buna görə də, Onu vəkil et; “bütün varlıqları müəyyən bir proqrama görə tənzimləyən və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq tanı! (Müzzəmmil/9)

Təvəkkül bütün elçilərin əsl vəzifələrindəndir:

  • 71,72Bir də onlara Nuhun mühüm xəbərlərini oxu! O zaman ki, o qövmünə: “Ey qövmüm! Əgər mənim məqamım/vəzifəli olmağım, sizə qarşı çıxmağım və Allahın ayələri ilə öyüd verməyim sizə ağır gəlirsə, bunu bilin ki, mən işin sonunu yalnız və yalnız Allaha həvalə etmişəm. Artıq siz və ortaqlarınız hər nə edəcəksənizsə, toplanıb, bütün gücünüzlə qərar verin. Sonra bu işiniz, sizə dərd olmasın. Sonra mənim üçün edin, mənə müddət də tanımayın. Sonra da, əgər üz çevirirsinizsə, onsuz da mən sizdən bir qarşılıq istəmədim! Mənim ödənişim, sadəcə Allahın öhdəsinədir. Və mən müsəlmanlardan olmaqla əmr olundum” – demişdi. (Yunus/71, 72)
  • 53–57Onlar dedilər ki: “Ey Hud! Bizə bir açıq sübut ilə gəlmədin. Və biz sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanan da deyilik. Ancaq: “Tanrılarımızdan bəzisi səni pis çarpmışdır” – deyə bilərik”. Hud dedi ki: “Şübhəsiz ki, mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən Allahın yaratdığı sərvətlərdən Ona ortaq qoşduğunuz şeylərdən uzağam. Haydı, elə isə hamınız mənə tələ qurun, sonra məni heç gözlətməyin. Şübhəsiz, mən həqiqətən, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha işin sonunu həvalə etdim. Onun kəkilindən yaxalayıb sınamadığı heç bir irili-xırdalı hərəkət edən canlı yoxdur. Şübhəsiz ki, mənim Rəbbim ən doğru bir yol üzərindədir. Buna baxmayaraq, yenə də üz döndərərsinizsə, mən sizə nə ilə göndərilmişəmsə, bax budur, onu təbliğ etdim. Və mənim Rəbbim başqa bir qövmü sizin yerinizə gətirər. Və siz Ona heç bir şəkildə və heç bir yolla zərər verə bilməzsiniz. Heç şübhəsiz, Rəbbim hər şeyi qoruyub, nəzarət edəndir”. (Hud/53-57)

Və Hud/88-90; Yusuf/67; Rad/30; İbrahim/11, 12.

 

Allah, doğrusunu ən yaxşı biləndir.

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Suyuti, el-İtqan.

[2] Zemahşeri, el-Keşşaf.

[3] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[4] Quranın Təbyini, V cild, Səba surəsi.

[5] Mevdudi, Tefhimul- Kuran.

[6] Mevdudi, Tefhimul- Kuran.

[7] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[8] Razi, Mefatihul-Ğayb.

[9] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[10] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[11] Razi, Mefatihul-Ğayb.

[12] Razi, Mefatihul-Ğayb.

[13] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[14] Razi, Mefatihul-Ğayb.

[15] Razi, Mefatihul-Ğayb.

[16] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[17] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[18] Mevdudi, Tefhimul Quran.

[19] İbn Kesir.

[20] Razi, Mefatihul-Ğayb; Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[21] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[22] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[23] İbn Kesir.

[24] İbn Kesir.

[25] Kurtubi, el-camiu li Ahkamil-Kuran.