YUSUF SURƏSİNİN TƏBYİNİ

Adını surənin əsas istiqamətini əmələ gətirən Yusuf əhvalatından alan surə, Məkkə dövrünün sonlarına doğru, Qüreyşli müşriklərin peyğəmbərimizi öldürmək, sürgün etmək və ya həbs etmək planları qurduğu sırada enmişdir. Enmə sırasına görə Quranın 53-cü surəsidir. Bazı qaynaqlarda 1-3 və 7-ci ayələrin Mədinədə endiyi irəli sürülmüşsə də, bu ayələrin surə bütünlüyü ilə göstərdiyi uyum, bəhs edilən iddianın uzaq bir ehtimal olduğunu göstərir.

Surənin ilk üç ayəsində Quran üzərinə vurğu edilir, 4-cü ayəsindən 101-ci ayəsinə qədər olan bölmədə isə “Əhvalatların ən gözəli” olaraq xarakterizə edilən Yusuf əhvalatı nəql edilir. Bütün incəliklərinə qədər bir anlatma ilə Kitab-i Müqəddəsdə də yer alan Yusuf əhvalatı, surənin endiyi dövrdə, istər Əhl-i Kitab, istərsə də Əhl-i Kitab olmayanlar arasında dillərdə dolaşan ən məşhur əhvalat idi.

Digər əhvalatların qısa və uzun anlatmalarla birdən çox surədə yer almasına qarşılıq, Yusuf əhvalatı Quranda sadəcə bu surədə anladılır. Əhvalat, üslub və mahiyyət olaraq tayı olmayan bir xüsusiyyət və gözəlliyə sahibdir. Belə ki, bu xüsus 3-cü ayədə “… Biz sənə əhvalatların ən gözəlini təqdim edirik” ifadəsi ilə də qeyd edilmişdir. Tövhid, səbr, ədalət, xoş görü, bağışlama, yaxın ətraf əlaqələri, iqtisadiyyat, siyasət, qalanın içəridən fəthi mövzularında insanlığa köhnəməyən qanunların qoyulduğu və peyğəmbər də olsa, hər insanın xəta edə biləcəyi xüsusunun vurğulandığı bu əhvalat ilə Peyğəmbərimizə, Yusuf (ə.s) kimi səbrli olması, qorxmadan, bezmədən vəzifəsini davam etməsi, işin sonunun Yusufun aqibətindəki kimi “xeyir” olacağı ismarıcı verilmiş, eyni zamanda, Qüreyşlilərə də Peyğəmbərimizlə girdikləri mübarizəni əvvəl-axır itirəcəkləri, dirənmələrinin mənasız olduğu xəbərdarlığı edilmişdir.

Əsbab-i nüzul qeydlərinə görə [1]  bu surə, Yəhudilərin, Yusuf əhvalatı ilə əlaqədar olaraq, peyğəmbərimizdən Yəqubun ailəsinin Şamdan Misirə nə üçün getdiklərini soruşduqdan sonra enmişdir. Yəhudilərin hesabına görə, bu sualın cavabını bilməyən peyğəmbərimiz əvvəlcə sualdan baş qaçırdacaq, sonra əhvalatın necə olduğunu bəzi Yəhudilərdən soruşduracaq, belə etdiyi anda da bütün hiyləsi meydana çıxmış olacaqdı. Yəhudilər umurdular ki, bu tələyə düşürməklə insanlara peyğəmbərimizin Quranı özünün uydurduğunu göstərmiş olacaqlar. Lakin əhvalatlar heç də Yəhudilərin gözlədikləri kimi inkişaf etmədi. Əhl-i Kitab mədəniyyətindən uzaq yaşamış olan peyğəmbərimiz, Yəqub və Yusuf peyğəmbərlərlə əlaqədar əhvalatları Allahın vəhyi olaraq insanlara təbliğ etmiş, beləliklə, Quranın Allah tərəfindən endirildiyi və möcüzəliliyi bir dəfə yenə ortaya qoyulmuşdur.

Bir başqa görüşə görə isə Yusuf surəsi, bəzi möminlərin “Ya Rəsulallah! Kaş ki, bizə bir əhvalat anlatsaydın” deyə tələb etmələrindən sonra enmişdir. [2]

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 195

1Əlif/1, Lam/30, Ra/200. Bax budur, bu, o açıq-aşkar/açıqlayıcı kitabın ayələridir.

2Şübhəsiz ki, Biz onu ağılla hərəkət edərsiniz deyə, ərəbcə bir Quran olaraq en­dir­dik.

3Sənə bu Quranı vəhy etməklə Biz sənə hekayətlərin ən gözəlini anladırıq. Hal­buki sən, bundan əvvəl, tam yəqinliklə bilin ki, bu mövzu haqqında eşitmə­miş­din/xəbərsizlərdən idin.

4O zaman ki, Yusuf atasına: “Atacan! Şübhəsiz, mən on bir ulduz, Günəş və Ayı gördüm – onları mənə boyun əyib təslimiyyət göstərirlərkən gördüm” – demişdi.

5,6Atası: “Əziz oğlum! Gördüyünü qardaşlarına anlatma. Sənə tələ qurarlar. Şübhəsiz ki, şeytan insan üçün açıq-aşkar bir düşməndir. Və bax budur, belə, Rəbbin səni seçəcək və sənə əhvalatların/sözlərin ilk mənalarının nə olduğuna dair biliklər öyrədəcək. Bundan əvvəlki iki ata-babana – İbrahimə və İshaqa tamamladığı kimi, nemətini sənə və Yəqub soyuna tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin çox yaxşı biləndir, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan–sağlamlaşdırandır” – dedi.

7And olsun ki, Yusuf və qardaşlarında soruşanlar/istəyənlər üçün neçə əlamətlər/nümunələr vardır.

8,9O zaman ki, Yusufun qardaşları bir zaman: “Yusuf və qardaşı atamıza bizdən daha sevgili, biz isə güclü və həvəskar bir qrupuq. Şübhəsiz, atamız tam yəqinliklə bilin ki, çox açıq şəkildə çıxılmaz bir yoldadır. Yusufu öldürün, ya da bir yerə atın ki, atanız tamamilə sizə qalsın, sonra da siz saleh bir cəmiyyət olarsınız” – demişdilər.

10Onlardan biri: “Yusufu öldürməyin, onu o quyunun dibinə buraxın ki, oradan keçən karvanların biri onu tapıb alsın. Əgər edəcəksinizsə, belə edin” – dedi.

11,12Onlar dedilər ki: “Ey atamız! Sən bizə Yusufu niyə etibar etmirsən? Halbuki, biz tam yəqin bil ki, onun yaxşılığını istəyirik. Sabah onu bizimlə bərabər göndər ki, bol-bol yesin, oynasın. Və şübhəsiz ki, biz onu mütləq qoruyanlarıq”.

13Ataları dedi ki: “Onu götürməyiniz məni narahat edər və siz ona qarşı laqeyd/biganə/xə­bər­siz ikən onu qurdun yeməsindən qorxuram”.

14 Yusufun qardaşları dedilər ki: “And olsun ki, biz belə güclü, qüvvətli bir dəstə ikən, onu qurd yeyərsə, o zaman şübhəsiz, biz tam yəqinliklə bil ki, zərərə/itkiyə uğrayıb, acı çəkənlərdən  olarıq”.

15Sonunda Yusufun qardaşları, Yusufu götürdülər və hamısı birlikdə o quyunun dibinə buraxmağa qərar verdilər. Biz də Yusufa vəhy etdik: “And olsun ki, sən onlara irəlidə, onlar heç fərqində deyillərkən, bu işlərini xəbər verəcəksən”.

16Və axşam isə ağlaya-ağlaya atalarının yanına gəldilər.

17Onlar dedilər ki: “Ey atamız! Şübhəsiz ki, biz yarışaraq getdik. Yusufu da əşyalarımızın yanına qoymuşduq. Bir də baxdıq ki, onu qurd yemiş. Və biz doğru insanlar olsaq da, sən bizə inanmazsan”.

18Bir də köynəyinin üzərində yalandan bir qan gətirdilər. Ataları dedi ki: “Tam əksinə, nəfsiniz sizi aldadıb, bir iş etdirtmişdir. Artıq gözəl bir səbr! Bu anlatdıqlarınıza qarşılıq, köməyinə sığınılacaq olan ancaq Allahdır”.

19Və bir yolçu karvanı gəldi və suçularını göndərdilər. O da su qabını quyuya saldı: “Müjdə hey, müjdə! Bax budur, bir oğlan!” – dedi. Və onu bir ticarət malı olaraq, gizləyib qorudular. Allah isə onların nə edəcəklərini bilirdi.

20Və onu ucuz bir qiymətə – bir neçə gümüş pula satdılar. Onlar Yusufun satılmasında aza qane olanlardan idilər.

21Və onu satın alan Misirli adam zövcəsinə:  “Bunun yerini şərəfli tut. Bizə faydalı ola bilər, ya da onu övlad edərik” – dedi. Və Biz Yusufu beləliklə, yer üzündə yerləşdirdik … və özünə hadisələrin/sözlərin ilk mənalarının nə olduğuna dair bilikləri öyrətmək üçün… və Allah, əmrində qalibdir. Lakin insanların çoxu bilməzlər.

22Və Yusuf tam Yusif həddi-büluğa çatdıqda ona bilik və hökm verdik. Və bax budur, Biz gözəlləş­dirən­lə­rə belə qarşılıq veririk.

23Və evində yerləşdiyi xanım, onun nəfsindən murad alıb, faydalanmaq istədi. Qapıları kilidlədi və: “Haydı, bəri gəl!” – dedi. Yusuf: “Allaha sığınıram! Tam yəqin bil ki, sənin ərin, mənim əfəndim/Rəbbim – Allah, mənim mövqeyimi gözəl etdi. Şübhəsiz, səhv/öz zərərlərinə iş edənlər nicat tapa bilməzlər” – dedi.

24Və and olsun, o xanım ona niyyəti qurmuşdu. Əgər Yusuf Rəbbinin açıq sübutlarını görməsə idi, o da qadına niyyəti qurmuşdu. Ondan fahişəliyi və pisliyi uzaqlaşdırmaq üçün, belə etdi. Şübhəsiz ki, o, Bizim arıdılmış qullarımızdan idi.

25Və ikisi də qapıya qaçdılar. Xanım onun köynəyini arxadan cırdı. Və qapının yanında o xanımın ağası ilə üz-üzə gəldilər. O xanım: “Sənin əhlinə pislik etmək istəyən adamın cəzası, zindana atılmaqdan və ya acıqlı bir əzabdan başqa nə ola bilər?” – dedi.

26,27 Yusuf: “O, məndən faydalanmaq istədi” – dedi. Və o xanımın yaxınlarından bir şahid şahidlik etdi: “Əgər Yusufun köynəyi öndən cırılmışsa, xanım doğru söyləmişdir, Yusuf da yalançılar­dan­dır. Və əgər Yusufun köynəyi arxadan cırılmışsa., xanım yalan söyləmişdir, Yusuf da doğrulardandır”.

28,29Artıq o zaman ki, Yusufun ağası Yusufun köynəyinin arxadan cırılmış olduğunu gördü:   “Şübhəsiz, bu, siz qadınların hiylələrinizdəndir. Həqiqətən də sizin hiylələriniz çox böyükdür. Yusuf! Sən bundan əl çək, ey qadın! Sən də günahın üçün bağışlanma dilə. Şübhəsiz ki, sən xəta edənlərdən oldun” – dedi.

30Şəhərdə qadınlar da: “Əzizin zövcəsi, cavan oğlanın nəfsindən murad almaq istəmiş. Tam yəqinliklə bilin ki, sevgi onun ürəyinə işləmiş. Şübhəsiz, biz mütləq onu açıq-aşkar bir pozğunluq içində görürük” – dedilər.

31Sonra Əzizin zövcəsi, onların gizli-gizli dedi-qodu yaydıqlarını eşidincə, on­lara elçi göndərdi və onlara yastıq, meyvələrlə dolu gözəl bir süfrə hazırladı. Və onlar­dan hər birinə iti bir bıçaq verdi. Və: “Çıx qarşılarına!” – dedi. Və indi onlar Yusufu görər-gör­məz onu gözlərində çox böyütdülər və əllərini kəsdilər. Və: “Haşa! Allah xətrinə, bu bir bəşər deyil, ancaq çox şərəfli bir mələkdir”. “Haşa bu, satın alınmış bir kölə de­yil, ancaq çox şərəfli bir şahzadədir” – dedilər.

32Əzizin zövcəsi: “Bax budur, bu gördüyünüz, məni haqqında qınadığınızdır. And olsun ki, mən bunun nəfsindən faydalanmaq istədim, lakin o, namuslu davrandı. Yenə and olsun ki, özünə əmr etdiyimi etməzsə, tam yəqinliklə bilin ki, zindana atılacaq və mütləq etibarını itirənlərdən olacaq” – dedi.

33 Yusuf: “Rəbbim! Zindan mənə, bunların məni dəvət etdikləri şeydən daha sevim­lidir. Əgər Sən, bunların tələlərini məndən döndərməsən, mən onların tələsi­nə düşərəm və cahillərdən olaram” – dedi.

34Buna görə də Rəbbi, ona cavab verdi və ondan onların tələlərini döndərdi. Şübhəsiz ki, O, bəli O, haqqıyla eşidənin, haqqıyla bilənin məhz özüdür.

35Sonra bu qədər dəlili gördükdən sonra bir müddət keçdi və onu zindana atmaları məlum oldu.

36Və zindana onunla birlikdə iki cavan oğlan da girdi. Onlardan birisi: “Şübhəsiz, mən özümü şərab sıxarkən gördüm” – dedi. O biri də: “Şübhəsiz, mən, başımın üs­tün­də çörək daşıdığımı, quşların da ondan yediyini gördüm. Bizə bunun yozumu­nu xə­bər ver. Şübhəsiz, biz sənin yaxşılıq/gözəllik edənlərdən olduğunu görürük” – dedi.

37–41Yusuf: “Sizə qida olaraq veriləcək bir yemək gəlmədən əvvəl onun yo­zu­mu­nu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir. Şübhəsiz, mən Allaha inanmayan bir qövmün ki, onlar axirəti bilərək rədd edənlərin/inan­­­ma­yanların məhz özləridir, dinini, həyat tərzini tərk etdim. Və atalarım İbrahim, İshaq və Yəqubun dininə, yaşayış qaydasına uydum. Bizə Allaha heç bir şeyi ortaq qoş­ma­q olmaz. Bu, Allahın bizə və insanlara bir lütfüdür. Və lakin insan­la­rın ço­xu özlərinə verilən nemətlərin qarşılığını ödəmirlər. Ey mənim zindan yol­daş­la­rım! Ayrı-ayrı bir çox Rəbblərmi daha xeyirlidir, yoxsa hər şeyə hakim və qalib olan bir tək Allahmı? Sizin, Onun yaratdığı sərvətlərdən o sitayiş etdikləriniz, sizin və ata­larınızın uydurduğu bir sıra adlardan başqa bir şey deyildir. Bunlara sitayiş etməyiniz barədə Allah heç bir dəlil endirmiş deyildir. Hökm, ancaq Allaha aid­dir! O, sizə Özündən başqasına sitayiş etməməyinizi əmr etdi. Bax budur, bu ən doğ­ru – qo­ruyan dindir. Lakin insanların çoxu bilmirlər. Ey mənim zindan yol­daş­la­rım! Bi­riniz ağasına yenə şərab təqdim edəcək. Digəri də asılacaq və quşlar onu ba­şın­dan ye­yə­cək­lər. Bax budur, haqqında fitva istədiyiniz iş gerçəkləşdi” – dedi.

42Və Yusuf o iki nəfərdən, qurtaracağını qəti olaraq bildiyi adama: “Ağa, hökm­dar etdiyin adamın yanında məni xatırla!” – dedi. Sonra mənliyi ona xatırlat­ma­ğı tərk etdirdi. Beləliklə, Yusuf beş-on il zindanda qaldı.

43Və hökmdar dedi ki: “Şübhəsiz, mən yeddi cılız inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl başaqla yeddi quru başaq görürəm. Ey öndə gedənlər! Siz görünüş/vizyon/görüntü təbir edirsinizsə,  bu görüntü haqqında razı salan bir fikir deyib məni aydınladın”.

44Öndə gedənlər dedilər ki: “Qarmaqarışıq görüntüdür. Biz isə belə qarmaqarışıq görüntülərin yozumunu bilənlər deyilik”.

45Və o iki nəfərdən xilas olmuş olan adam, iş işdən keçdikdən sonra, xatırlayaraq dedi ki: “Mən sizə o görüntünün, qəti olaraq nəyi ifadə etdiyini xəbər verərəm, dərhal məni göndərin”.

 46“Yusuf! Ey doğru sözlü! Bizə, insanlara biliklənərək dönməyim və onların öyrənməsi üçün “Yeddi kök inəyi, yeddi cılız inək yeyir. Və yeddi yaşıl başaqla digər yeddi quru başaq” haqqında qaneedici bilik ver”.

47–49Yusuf dedi ki: “Yeddi il, adət üzrə, əkin tədarük edəcəksiniz. Hər cür qida məhsulu istehsal edəcək, sonra da istehsal etdiyiniz məhsulları yeyəcəyiniz miqdardan başqa, qalanını sünbüldə – ehtiyacınız olacaq vaxta qədər yığıb saxlayın. Sonra onun arxasından yeddi quraqlıq keçən il gələcək. Bu quraqlıq illər əvvəl qənaət etdiklərinizdən az miqdar istisna olmaqla, tədarük etdiklərinizi yeyib bitirəcəkdir.  Sonra da ardınca bir il gələcək ki, insanlar onda yağışa qovuşacaq və onda sıxıb sağacaqları – zeytun yağı, üzüm suyu, bəkməz kimi qidaya da qovuşacaqlar. Həyat normala dönəcək”.

50Və o hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. Sonra o zaman ki, elçi Yusufun yanına gəldi, Yusuf ona dedi ki: “Ağanın yanına geri dön və ondan soruş görək, o əllərini kəsən qadınların çətinliyi nə imiş? Heç şübhə yox ki, Rəbbim onların oyunlarını çox yaxşı bilir”.

51Hökmdar: “Yusufun nəfsindən murad almağa qalxdığınız zaman vəziyyət nə idi?” – dedi. Qadınlar: “Haşa, Allah xətrinə, biz onun əleyhində heç bir pislik bilmədik” – dedilər. Əzizin zövcəsi də: “İndi haqq və həqiqət olduğu kimi ortaya çıxdı. Onun nəfsindən mən murad almaq istədim. O isə şəksiz, şübhəsiz, doğrulardandır. 52Bax budur, bu, Yusufun kimsə olmayan bir yerdə mənim ona xainlik etmədiyimi və tam yəqinliklə bilin ki, Allahın xainlərin hiyləsinə bələdçi olmadığını bilməsi üçündür. 53Və mən nəfsimi təmizə çıxarmıram. Şübhəsiz ki, nəfs şiddətlə pisliyi əmr edəndir. Ancaq Rəbbimin qoruduğu kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim çox bağışlayan və çox mərhəmətlidir” – dedi.

54Və hökmdar: “Onu mənim yanıma gətirin, onu özüm üçün yetişdirim” – dedi. Sonra onunla da­nışınca da: “Şübhəsiz ki, sən, bu gün yanımızda həqiqətən mühüm bir mövqe sahibi­sən, etibar edilən birisən” – dedi.

55Yusuf dedi ki: “Məni yer üzünün xəzinələri üzərinə vəzifələndir. Şübhəsiz, mən yaxşı qoruyan, çox yaxşı bilənəm”.

56Və bax budur, Biz beləliklə, Yusuf üçün o yerdə iqtidar, ölkə idarəçiliyi verdik. Harasında istəyirdisə, orada qonaq qalırdı. Biz mərhəmətimizi dilədiyimizə nəsib edərik. Və yaxşılıq edənlərin mükafatını yox etmərik. 57Və iman edən və Allahın qo­ru­ması altına girənlər üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.

58Yusufun qardaşları gəldilər və onun yanına girdilər. O, onları dərhal tanıdı, onlar isə onu tanıya bilməyən insanlar idi.

59,60O zaman ki, onların təchizatlarını hazırladı: “Atanızdan olan qardaşınızı mənim yanıma gətirin. Görürsünüz ki, mən ölçünü tam ölçürəm və mən qonaq qəbul edənlərin ən yax­şısıyam. Siz əgər onu mənim yanıma gətirməsəniz, bir daha sizə taxıl yoxdur, yanıma da yaxınlaşmayın!” – dedi.

61Onlar: “Onu atasından istəməyə çalışacağıq və şübhəsiz ki, biz tam yəqinliklə bil ki, edənlərik” – dedilər.

62Və Yusuf məmurlarına: “Ailələrinin yanına döndükdə fərqinə varmaları üçün və yenə gəlmələri üçün sərmayələrini yüklərinin içinə qoyun!” – dedi.

63Beləliklə, atalarının yanına döndükləri vaxt: “Ey atamız! Bizdən taxılı əsirgədilər/bizə bir daha taxıl verilməyəcək. Onun üçün, bu dəfə qardaşımızı bizimlə göndər ki, taxıl ala bilək. Və biz onu mütləq qoruyacağıq” – dedilər.

64Ataları dedi ki: “Mən onu sizə əmanət edərəmmi? Bundan əvvəl qardaşınızı – Yusufu əmanət etdiyim vaxt başqa! Bax budur, Allah ən xeyirli qoruyandır. Və O, mərhəmət edənlərin ən mərhəmətlisidir”.

65Və yüklərini açdıqları zaman sərmayələrinin özlərinə geri verilmiş olduğunu gördülər. Dedilər ki: “Ey atamız! Daha nə istəyirik? Bax budur, sərmayələrimiz bizə geri verilmişdir. Bununla, ailəmizə yenidən taxıl alar, gətirərik, qardaşımızı da qoruyarıq, üstəlik bir dəvə yükü daha artıq taxıl alarıq. Bu aldığımız çox yüngül, çox az bir taxıldır”.

66Ataları dedi ki: “Ətrafınız əhatə edilmədikcə, hamınız çarəsiz qalmadıqca, onu mənə mütləq gətirəcəyinizə dair Allah qarşısında bir vəd vermədikcə, onu tam yəqin bilin ki, sizin ilə birlikdə göndərmərəm”. Onlar, atalarına təminatlarını verincə, ataları: “Bu söylədiklərimizə Allah, müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir/şahiddir” – dedi.

67Və dedi ki: “Ey övladlarım! Bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Mən, Allahdan gələn heç bir şeyi sizdən dəf edə bilmərəm. Hökm yalnız və yalnız Allahındır. Mən, sadəcə Ona sonunu həvalə etdim. Artıq sonunu həvalə edənlər də sonunu sadəcə Ona həvalə etməlidirlər”.

68Və o zaman ki, şəhərə çatdılar, o zaman atalarının özlərinə əmr etdiyi şəkildə girdilər. Bu, onlar haqqında Allahdan heç bir şeyi önləyə bilməzdi, bu sadəcə Yəqubun içindən keçirdiyi bir istəyin gerçəkləşməsi oldu. Və şübhəsiz ki, o, ona öyrətdiyimiz üçün bilik sahibi idi. Və lakin insanların çoxu bilməzlər.

69Və Yusufun yanına girdikləri vaxt, Yusuf qardaşını yanına aldı: “Şübhəsiz, mən sənin qardaşının məhz özüyəm! Bax budur, buna görə də onların etmiş olduqlarına narahat olma!”

70Sonra Yusuf onlara vacib əşyalarını, lazım olan şeylərini hazırlayınca, su qabı­nı qardaşının yükünün içinə qoydu. Sonra bir müəzzin/səsləyici səsləndi: “Hey kar­van! Şübhəsiz, siz tam yəqin bilin ki, oğrusunuz!”

71Karvan əhli onlara dönərək: “Nə itirdiniz?” – dedilər.

72Vəzifəlilər dedilər ki: “Hökmdarın su qabını itirdik və onu gətirənə bir yük taxıl var. Mən də buna zəmanət verirəm”.

73Karvan əhli: “Allaha and içirik ki, qəti surətdə, siz də bilirsiniz ki, biz yer üzündə/burada qarışıqlıq çıxarmaq üçün gəlmədik. Biz oğrular da deyilik” – dedilər.

74Vəzifəlilər: “Əgər yalançılarsınızsa, oğurluq edənin cəzası nədir?” – dedilər.

75Karvan əhli dedilər ki: “Onun cəzası, kimin yükündə çıxarsa, bax bu, özü onun cəzasıdır.O, alınır, saxlanır əvəzini özü ödəyir. Biz səhv/öz zərərlərinə iş edənlərə bax budur, belə cəza verərik”.

76Buna görə də Yusuf qardaşının qabından əvvəl onların qablarını axtarmağa başladı. Sonra su qabını qardaşının qabının içindən çıxartdı. Bax budur, Yusufa, Biz belə bir oyun öyrətdik. Məlikin dinində, ölkənin qanunlarında qardaşını yanında sax­lamasına imkan yoxdu. Ancaq Allah diləyərsə, o başqa. Biz dilədiyimiz insanları dərə­cələrlə yüksəldərik. Və hər bilik sahibinin üstündə bir daha yaxşı bilən vardır.

77Karvan əhli dedi ki: “Əgər o oğurlamışsa, and olsun daha əvvəl bunun qardaşı da oğurlamışdı”. O vaxt Yusuf, bunu öz içinə atdı və onlara bunu heç bildirmədi: “Siz çox pis bir mövqedəsiniz, xarakterizə etdiyiniz şeyi Allah ən yaxşı biləndir” – dedi.

78Onlar dedilər ki: “Ey Əziz! Şübhəsiz ki, bunun çox yaşlı bir atası var. Onun üçün onun yerinə bizdən birimizi al. Şübhəsiz ki, biz sənin yaxşılıq edənlərdən olduğunu görürük”.

79Yusuf dedi ki: “Yanında əşyamızı tapdığımız adamdan başqasını yaxalamaqdan/alıb saxlamaqdan Allaha sığınırıq. Şübhəsiz, biz elə edəriksə, tam əmin olun ki, səhv/öz zərərlərinə iş edənlər olarıq”.

80–82Artıq o zaman ki, ondan ümid kəsdilər, o zaman pıçıldaşaraq, bir yana çəkildilər. Böyükləri dedi ki: “Atanızın sizdən Allah adına əhd aldığını və daha əvvəl Yusuf mövzusunda həddi aşdığınızı bilmirsinizmi? Atam mənə izin verənə və ya Allah haqqımda bir hökm verənə qədər mən, artıq buradan ayrıla bilmərəm. Və Allah, hökm verənlərin ən xeyirlisidir. Siz dönün və atanıza deyin ki: “Ey atamız! Şübhəsiz ki, oğlun oğurluq etdi/oğurluqla günahlandı. Biz də ancaq, bildiyimizə şa­hid­lik etdik. Və biz görünməyənin, eşidilməyənin, seçilməyənin gözətçiləri de­yilik. Həm də içində olduğumuz şəhərdən və gəldiyimiz karvandan soruş. Və şüb­həsiz ki, biz tam yəqinliklə bilin ki, doğru deyənlərik”.

83Ataları dedi ki: “Əksinə, nəfsləriniz sizi aldadıb bir işə sürükləmişdir. Artıq gö­zəl bir səbr! Umuram ki, Allah üçünü [Yusufu, kiçik qardaşını və böyük qardaşını] bir­­dən mənə gətirər. Şübhəsiz ki, O ən yaxşı bilənin, haqsızlıq və qarışıqlığı əngəllə­mək üçün qoyulmuş qanun, düstur və qaydaları qoyanın məhz özüdür”.

84Və Yəqub, onlardan üz çevirdi. Və: “Vay Yusufa olan həsrətim, vay!” – dedi. Və kədərdən iki gözü ağappaq oldu [saralıb soldu, dərbədər oldu]. Artıq Yəqub ud­qun­duqca udqunan, dərdini içində çəkən biri idi.

85Dedilər ki: “Allaha and olsun ki, sən Yusufu xatırlayıb durursan. Sonunda əriyib gedəcəksən, yaxud dəyişikliyə/dağıntıya uğrayanlardan olacaqsan”.

86,87Yəqub dedi ki: “Mən, içimi doldurub daşan həsrətimi, kədərimi Allaha şikayət edirəm. Və mən Allah tərəfındən sizin bilmədiyiniz şeyləri bilirəm. Ey oğullarım! Gedin və Yusufu və qardaşını axtarın. Allahın verəcəyi fərəhdən ümid kəsməyin, tam yəqinliklə bilin ki, kafirlər qövmündən başqası Allahın verəcəyi fərəhdən ümid kəsməz”.

88Sonra Yusufun hüzuruna girincə dedilər ki: “Ey Əziz! Bizə və əhlimizə sıxıntı toxundu. Və biz az bir sərmayə ilə gəldik. Sən bizə yenə ölçərək ver. Və bizə sədəqə də ver. Şübhəsiz, Allah sədəqə verənlərə qarşılıqlar verir”.

89Yusuf dedi ki: “Siz cahillər ikən Yusufa və qardaşına nələr etdiyinizi bilirsiniz­mi?”

90Yusufun qardaşları: “Yoxsa sən, həqiqətən Yusufsanmı?” – dedilər. Yusuf: “Mən Yusufam, bu da qardaşım. Tam yəqinliklə bilin ki, Allah bizi nemətləndirdi. Şüb­hə­siz, kim Allahın qoruması altına girər və səbr edərsə, artıq heç şübhəsiz, Allah, yaxşı-gözəl işlər edənlərin mükafatını yox etməz” – dedi.

91Onlar dedilər ki: “Allaha and olsun, Allah səni həqiqətən bizdən üstün etdi. Və biz həqiqətən xətalılar idik”.

92,93Yusuf dedi ki: “Bu gün sizə bir ayıblama və danlanma yoxdur. Allah sizi ba­ğışlasın. O, mərhəmət edənlərin ən mərhəmətlisidir. Bu köynəyimi götürün və ata­mın üzünə qoyun, o ayıblanan/lağ edilən xəstəlikdən qurtarmış hala gələr, dərbədər ol­maqdan qurtarar. Və bütün ailənizi mənim yanıma gətirin”.

94Və o zaman ki, karvan ayrıldı, ataları dedi ki: “Əgər mənə ağlını itirmiş qoca deməzsinizsə, şübhəsiz, mən Yusufun qoxusunu duyuram”.

95Dedilər ki: “Vallahi, şübhəsiz, sən, hələ də o köhnə çaşqınlığındasan”.

96Lakin o zaman ki, həqiqətən müjdəçi gəldi, köynəyi Yəqubun üzünə qoydu, dər­hal ayıblanan/lağ edilən xəstəlikdən qurtarmuş hala gəldi: “Mən sizə demə­dim­mi, mən Allahdan sizin bilmədiklərinizi bilirəm” – dedi.

97Dedilər ki: “Ey atamız! Bizim üçün, günahlarımızın bağışlanmasını dilə. Şübhəsiz, biz xətalılar idik”.

98Yəqub dedi ki: “Sizin üçün Rəbbimdən sonra bağışlanma diləyəcəyəm. Şübhəsiz ki, O çox bağışlayanın, çox mərhəmət edənin məhz özüdür”.

99O zaman ki, onlar Yusufun yanına girdilər, bax budur, o zaman Yusuf anasını və atasını qucaqladı, bağrına basdı, yanına aldı və: “Allahın diləməsi ilə, əminliklə, Misirə girin!” – dedi.

100Və anası ilə atasını yüksək bir taxt üzərinə yüksəltdi. Və hamısı boyun əyib, təslimiyyət göstərərək, Onun üçün yerə qapandılar. Və Yusuf: “Atacan! Bax budur, bu vəziyyət, o gördüyümün yozumudur. Həqiqətən, Rəbbim onu haqq qıldı. Şeytan mənimlə qardaşlarımın arasını pozduqdan sonra, məni zindandan çıxarmaqla və sizi çöldən gətirməklə, Rəbbim mənə həqiqətən ehsan buyurdu. Şübhəsiz ki, Rəbbim, dilədiyi şeyi ərməğan verəndir. Şübhəsiz ki, O, ən yaxşı bilən, hökm qoyanın məhz özüdür”.

101“Rəbbim! Sən mənə hökmdarlıq verdin və mənə olacaqların/sözlərin ilk mənalarının nə olacağı biliyindən öyrətdin. Göyləri və yeri yoxdan var edən! Sən mənim dünya və axirətdə kömək edənim, qoruyanımsan, mənim canımı müsəlman olaraq al və məni salehlər arasına qat!”

102Bax budur, bu, sənə vəhy etdiyimiz görmədiyinin, eşitmədiyinin, bilmədiyinin xəbərlərindəndir. Yoxsa onlar edəcəklərinə qərar verib pis plan qurarkən, sən onların yanında deyildin.

103Sən şiddətlə arzulasan da, insanların çoxu iman edənlər deyildir.

104Və sən buna qarşılıq onlardan hər hansı bir ödəniş istəmirsən. Quran  aləmlərə, sadəcə bir öyüddür.

105Və göylərdə və yerdə necə əlamətlər/nümunələr var, onlar ondan üz çevirən insanlar olaraq üzərlərindən gəlib keçərlər. 106Onların əksəriyyəti Allaha şərik qoşmadan iman gətirməzlər.

107Yoxsa bunlar Allahın əzabından hamısını saracaq bir fəlakət gəlməsindən və ya fərqində deyillərkən, qəfildən özlərinə saatın/qiyamətin qopma anının gəlməsindən əmindirlərmi?

108De ki: “Bax budur, bu, mənim yolumdur – ağlın, biliyin, sağlam düşüncə üçün vacib olaraq, Allaha dəvət edirəm. Mən və mənə uyanlar… Və Allah münəzzəhdir. Və mən ortaq qoşanlardan deyiləm”.

109Və Biz səndən əvvəl də yalnız və yalnız, şəhərlərin öz xalqından, özlərinə vəhy etdiyimiz bir sıra yetkin insanları elçi olaraq, göndərdik. İndi o yerlərdə bir gəzib, dolaşmadılarmı ki, özlərindən əvvəl gəlib keçənlərin aqibətlərinin necə olduğuna bir baxsınlar?! Əlbəttə, axirət yurdu Allahın qoruması altına girənlər üçün daha xeyirlidir. Hələ də ağlınızı işlətməyəcəksinizmi?

110Sonunda, elçilər ümid kəsəcək hala gəlincə və özlərinin yalan sayıldıqları qənaətinə gəlincə, özlərinə köməyimiz gəldi. Sonra da dilədiklərimiz qurtarıldı. Və günahkarlar topluluğundan Bizim əzabımız, geri çevrilə bilməz.

111And olsun ki, Yusuf, atası, qardaşları hekayələrində qavrama qabiliyyəti olanlar üçün bir ibrət vardır.

Quran uydurulmuş bir söz deyildir. Ancaq sadəcə, içində söhbət gedən mövzuların doğrulanması, inananlar üçün hər şeyin ətraflı açıqlanması, bir yol göstərmə və mərhəmətdir”.

(53/12, Yusuf/1–111)

TƏHLİL:

1Əlif/1, Lam/30, Ra/200. Bax budur, bu, o açıq-aşkar/açıqlayıcı kitabın ayələridir.

2Şübhəsiz ki, Biz onu ağılla hərəkət edərsiniz deyə, ərəbcə bir Quran olaraq en­dir­dik.

Bu surə də Yunus və Hud surələri kimi “ ا əlif”, “ ل lam” və “ ر ra” kəsik hərfləriylə başlamışdır. Bu hərflərlə diqqət çəkildikdən sonra, işarə əvəzliyi ilə baxışlar Qurana yönləndirilmiş və Quranın xüsusiyyətlərinə vurğu edilmişdir.

2-ci ayədə Quranın ərəb dilində endirilmə səbəbi açıqlanmış və Quranın insanların ağıllarını işlətmələri, düşünmələri, başa düşmələri üçün ərəb dilində endirildiyi qeyd edilmişdir. Çünki Quran ərəb cəmiyyətinə enir və bir cəmiyyətin özünə enən ismarıcı başa düşməsi, ağlını işlətməsi, tətbiq etməsi və başqalarına da anlada bilməsi üçün ismarıc o cəmiyyətin ana dilində olmalıdır. Əgər belə olmasa, yəni ismarıc cəmiyyətə yad bir dildə endirilsə, ismarıcın o dili bilməyən bir cəmiyyət tərəfindən anlaşılması, ağıl işlədilməsi, tətbiq etməsi də mümkün olmayacaqdır.

Ancaq buradakı “عربيّا arabiyyən” sözünün sadəcə “ərəb dilində, ərəb dili” olaraq anlaşılması və açıqlanması doğru deyildir. Çünki bu söz “عربً arabə” qəlibindən törəmə olduğu qədər “عرُب arubə” qəlibindən də törəmişdir. Sözün “arubə” qəlibinə görə mənası “fəsahət, fasih danışmaq” deməkdir. [3]

“Fəsahət [fasih danışmaq]” isə “sözün səs və məna qüsurlarından arınmış olması, yəni asan anlaşılması, rahat tələffüz edilməsi, düzümünün mükəmməl olması” mənasına gəlir. [4]

Bu halda ayənin mənası “Şübhəsiz ki, Biz onu ağlınızı işlədərsiniz deyə ‘asan anlaşılan, rahat tələffüz edilən, düzümü mükəmməl, dilçilk qaydalarına uyumlu’ bir Quran olaraq endirdik” demək olur.

Quranın endirildiyi cəmiyyətin dilinin ərəb dilində olması, beləliklə də, o cəmiyyətin Quranı anlayıb ağıl işlətməsi üçün ərəb dilində endirildiyi bir çox ayədə (Nəhl/103, Fussilət/44, Şüəra/198, 199, Zühruf/2, 3, Şüəra/193-195, Rad/37, Əhqaf/12, Ta Ha/113, Zümər/27, 28, Fussilət/3, Şura/7) vurğulanmışdır.

3Sənə bu Quranı vəhy etməklə Biz sənə hekayətlərin ən gözəlini anladırıq. Hal­buki sən, bundan əvvəl, tam yəqinliklə bilin ki, bu mövzu haqqında eşitmə­miş­din/xəbərsizlərdən idin.

Yusuf əhvalatının girişi olan bu ayədə, peyğəmbərimizin bu əhvalat haqqında daha əvvəldən hər hansı bir məlumatının olmadığı vurğulanmışdır. Əhl-i Kitab arasında çox yaxşı bilinən bu əhvalat, əhvalatı heç bilməyən peyğəmbərimiz tərəfindən “ən gözəl” bir şəkildə, üstəlik Əhl-i Kitabın səhv bildiyi məqamlar da düzəldilərək nəql edildikdə, Allah Elçisini sınamağa cəhd edənlər bu vəziyyətə çaşıb qalmışdılar.

Peyğəmbərimizin bu mövzularla maraqlanan biri olmadığı, bu məsələlərə qarşı biganə, laqeyd olduğu başqa ayələrdə də dilə gətirilmişdir:

  • 22tam əmin olun ki, sən bundan xəbərsiz idin, məlumatın yox idi. İndi səndən pərdəni qaldırdıq. Artıq bu gün gözün itidir; Quran sayəsində qərarlı biri oldun. (Qaf/22)
  • 86Və sən Kitabın sənə vəhy ediləcəyini/endiriləcəyini ummurdun. O, ancaq Rəbbindən bir mərhəmət olaraq verildi. Elə isə, qətiyyən kafirlərə arxa çıxma/kömək etmə. (Qasas/86)
  • 52,53Bax budur, beləcə, Biz sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan di­lə­diyimizi onunla bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də dos­doğ­ru bir yola – göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçi­lik et­mək­dəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər. (Şura/52, 53)

Surənin 3-cü ayəsində “əhvalatların ən gözəli” olaraq xarakterizə edilən Yusuf əhvalatı üçün 111-ci ayədə də “And olsun ki, onların [Yusufun, atasının, qardaşlarının] əhvalatlarında qavrama qabiliyyəti olanlar üçün bir ibrət vardır” – deyilir. Bu ayə, Yəqub ailəsinin xoşbəxt sona çatdırıldığı anladılan bu əhvalatlarda insanlığa faydalı bir çox qanunun olduğunu ifadə edir.

Yusuf əhvalatı Kitab-i Müqəddəsdə Təkvin bölməsinin 37-45-ci bablarında yer alır. Yeri gəldikcə əlaqədar bölmələr oradan təqdim edilərək mövzunun müqayisəli bir şəkildə təhlil edilməsi təmin ediləcək, beləliklə Kitab-i Müqəddəsdə zay edilən vəhy ruhunun Quranda necə ortaya çıxdığı daha yaxşı anlaşılacaqdır.

4O zaman ki, Yusuf atasına: “Atacan! Şübhəsiz, mən on bir ulduz, Günəş və Ayı gördüm – onları mənə boyun əyib təslimiyyət göstərirlərkən gördüm” – demişdi.

Yusuf əhvalatı Yusufin gördüyü bir görüntünü atasına anlatdığı bu ayə ilə başlayır. On bir ulduzun, Günəşin və Ayın özünə səcdə etdiyi [təslim olub, əmrinə girdiyi] şəklindəki bu “görüntü”, yuxuda ikən görülən bir röya olmayıb, Yusufin oyaq ikən gördüyü bir görüntüdür. Bu xüsus, ayədə “أيتر raeytü [gördüm]” feli iki dəfə işlədilərək, vurğulanmışdır. Yəni Yusuf gördüklərini yuxuda deyil, oyaq ikən gördüyünü “Atacan, şübhəsiz mən, on bir ulduz, Günəş və Ayı gördüm; onları mənə səcdə edərkən [boyun əyərkən] gördüm” deyərək altını cıza-cıza bildirmişdir.

Yusufun oyaq ikən gördüklərinə bənzər görüntülər, irəlidəki ayələrdə bildiriləcəyi kimi, Yusufun zindan yoldaşları və ölkənin kralı tərəfindən yenə oyaq ikən görüləcəkdir. Yəni, əhvalatın davamında yer alan “içki emal etmək, baş üstündə çörək daşımaq və daşınan çörəkləri quşların yeməsi”“yeddi cılız inəyin yeddi kök inəyi yeməsi və yeddi yaşıl başaqla yeddi quru başaq” görüntüləri də yuxu olaraq deyil, real görüntülər olaraq qarşımıza gələcəkdir. Əslində bu görüntülər, “gələcək”lə əlaqədar görüntülərdir. Yəni kahinlərin, mediumların gördüyü kimi, qarışıq görüntülərdir. Bu cür görüntülərin surədə Yusufdən başqa digər insanlar tərəfindən də görüldüyünün bildirilməsindən anlaşılır ki, o dövrdə kahinlik yayılmış bir halda imiş. Buna görə də, sehirin yayılmış olduğu bir dövrdə Musa peyğəmbər sehrə yönəlik möcüzələrlə necə dəstəklənmişsə, necə söz sənəti və ədəbiyyatın yayılmış olduğu bir dövrdə peyğəmbərimiz ədəbi bir möcüzə olan Quran ilə göndərilmişsə, Yusuf peyğəmbər də öz dövründə “olacaq əhvalatların qarışıq görüntülərinin” təvili ilə möcüzələndirilmişdir.

Gələcəyə aid bu cür bir görüntüdən peyğəmbərimiz üçün də bəhs edilmişdir:

  • 27And olsun ki, Allah Elçisinə o görüntünü “Siz Allah diləyərsə, qətiliklə, arxayınlıqla başlarınızı taraş etmiş və qısaltmış insanlar olaraq, qorxmadan Məscid-i Harama girəcəksiniz” – görüntüsünü haqq ilə doğru çıxardı. Belə isə Allah sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan alt/yaxın bir fəth qıldı. (Fəth/27)

Yuxuda ikən görülən və dilimizdə “röya” sözüylə ifadə edilən görüntülər isə Quranda “ فى المنام fil-mənami [yuxuda]” ifadəsi işlədilərək bəhs edilmişdir.

  • 43Həmçinin o vaxtlar Allah sənə yuxunda onları az göstərirdi. Əgər Allah, onları sənə çox göstərsəydi, qətiliklə qorxmuşdunuz və döyüş barəsində anlaşılmazlığa düş­müşdünüz. Lakin, Allah təhlükəsizlik təmin etdi. Şübhəsiz ki, O, könüllərdə olanı ən yaxşı bi­ləndir.
  • 44Və həmçinin olmalı olan bir işi həyata keçirmək üçün onlarla qarşılaşdığınız vaxt, onları sizin gözünüzə az göstərirdi. Sizi də onların gözlərində azaldırdı. Və iş­lər, yalnız və yalnız Allaha döndərilir. (Ənfal/43, 44)

Saffat/102-də bəhs edilən “əlmənam” ifadəsi ism-i məkan qəlibi olub, “yuxu yeri” mənasındadır ki, burada məcazən o şəhərin biganəliyi, laqeydliyi, üzərlərinə ölü torpağı səpilmişliyi qəsd edilmişdir. Yerində lazımi açıqlama edilmişdir.

Yusuf peyğəmbərin gördüyü cür, oyaq ikən görülən görüntülər günümüzdə “vision [vizyon]” olaraq adlandırılır. Müsəlmanlar kifayət qədər zehin yorub, təhlil etmədikləri üçün, bu mövzularla əlaqədar əksəriyyəti Qərbdə edilən təhlil və araşdırmalar istiqamətində bir terminləşdirmə əmələ gəlmişdir. Verdikləri məlumatlara ehtiyatla yanaşmaq lazım gəlirsə də, bir fikir verdiyi üçün metafizika, parapsixologiyaya aid məlumatlara da baxmaq faydalı olar.

Qurandan öyrəndiyimizə görə, vizyon, hər kəs tərəfindən görülə biləcək bir vaqeədir. Çünki irəlidəki ayələrdə görəcəyimiz kimi, Yusuf peyğəmbərin zindan yoldaşları və ölkənin kralı da belə görüntüləri görmüşdülər. Tarixə baxıldığında da, Quranın nəql etdiklərindən başqa, müxtəlif yerlərdə, müxtəlif vizyonlardan söz edildiyi görünür. Bu vizyonların ən bilinəni və günümüzdə də hələ diqqəti cəlb etməyə davam edəni Nostradamus vizyonlarıdır. Burada dərhal qeyd etmək lazımdır ki, vizyon ilə kəhanət [və ya mediumluq] eyni şeylər deyildir. Kəhanət, vizyonu [və ya röyanı] “sözdə” şərh etməkdir. Belə görüntüləri [vizyonları] şərh edə bilmək, Quranda bildirildiyinə görə, sadəcə Yusuf peyğəmbərə verilmiş bir xüsusiyyətdir. Belə ki, Yusuf peyğəmbərin atası Yəqub peyğəmbər də oğlunun vizyonunu tam olaraq təvil edə bilməyib, sadəcə təxmin etmişdir. Yusuf əhvalatından başqa Qurandakı tək vizyon olan peyğəmbərimizin vizyonu da hər hansı bir qul tərəfindən təvil edilməyib, bilavasitə Rəbbimiz tərəfindən açıqlanmışdır. Eyni şəkildə Nostradamusun vizyonları da insanların ancaq günü gəldikdə anlayacaqları şəkildədir.

Vizyonerlik, xüsusiylə də Nostradamusun vizyonerliyi araşdırmaçılar tərəfindən bir sıra vasitə və təlimlərə bağlanmışsa da, biz bu xüsusiyyətin yaradılışdan gəlmə [genetik] olduğunu, çalışma və öyrənmə ilə qazanılamayacağını düşünürük. Hesab edirik ki, Nostradamusun Kitab-i Müqəddəsdə adı keçən bir çox peyğəmbərin yetişdiyi İsaşar adlı Yəhudi qəbiləsi ilə var olan genetik bağı bu düşüncəmizi dəstəkləyir. Fikrimizcə, Nostradamusun Yəqub və Yusuf peyğəmbərlərin soyundan gələ biləcəyi yönündə bir təxmində olmaq belə mümkün görünür.

Ayədə ulduzların, Günəşin və Ayın Yusuf peyğəmbərə etdikləri bildirilən səcdə namazdakı səcdə deyil, eynilə mələklərin Adəmə etdikləri səcdə kimi, Yusuf peyğəmbərə duyulan hörməti və onun nüfuzunun qəbulunu ifadə edir. “Səcdə” sözü ilə əlaqədar təfərrüat Nəcm surəsində verildiyi üçün bu qədəri ilə kifayətlənir, əlaqədar bölmənin oradan oxunmasını məsləhət bilirik.

Səcdə sözü, yuxarıda qeyd edilən mənasıyla surənin 100-cü ayəsində də qarşımıza gələcəkdir:

  • 100Və anası ilə atasını yüksək bir taxt üzərinə yüksəltdi. Və hamısı boyun əyib, təslimiyyət göstərərək, Onun üçün yerə qapandılar. Və Yusuf: “Atacan! Bax budur, bu vəziyyət, o gördüyümün yozumudur. Həqiqətən, Rəbbim onu haqq qıldı. Şeytan mənimlə qardaşlarımın arasını pozduqdan sonra, məni zindandan çıxarmaqla və sizi çöldən gətirməklə, Rəbbim mənə həqiqətən ehsan buyurdu. Şübhəsiz ki, Rəbbim, dilədiyi şeyi ərməğan verəndir. Şübhəsiz ki, O, ən yaxşı bilən, hökm qoyanın məhz özüdür”. (Yusuf/100)

5,6Atası: “Əziz oğlum! Gördüyünü qardaşlarına anlatma. Sənə tələ qurarlar. Şübhəsiz ki, şeytan insan üçün açıq-aşkar bir düşməndir. Və bax budur, belə, Rəbbin səni seçəcək və sənə əhvalatların/sözlərin ilk mənalarının nə olduğuna dair biliklər öyrədəcək. Bundan əvvəlki iki ata-babana – İbrahimə və İshaqa tamamladığı kimi, nemətini sənə və Yəqub soyuna tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin çox yaxşı biləndir, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan–sağlamlaşdırandır” – dedi.

Göründüyü kimi, Yəqub peyğəmbər oğlunun vizyonunu tam olaraq təvil edə bilməmiş, ancaq bir elçi olmanın qazandırdığı təcrübə ilə ona çox ciddi öyüdlər vermişdir. Qardaşlarının qısqanclıq səbəbiylə özünə pislik etməyi planlaya biləcəkləri barədə xəbərdar edən Yəqub peyğəmbər, oğlunun gördükləri haqqında da Allahın onu həm öz qatında, həm də insanlar arasında yaxşı bir mövqeyə gətirəcəyi, ona “idarəçilik” qabiliyyəti verərək sözlərin, əhvalatların, olacaqların təvilini öyrədəcəyi, vizyonları təvil edə bilmə xüsusiyyəti verəcəyi, babaları İbrahim və İshaka ehsan etdiyi kimi Yusufa də nemətlər ehsan edəcəyi izahını etmişdir.

Oğluna etdiyi öyüdü “Şübhəsiz ki, Rəbbin Alimdir, Hakimdir” deyərək bitirən Yəqub peyğəmbər, bu son sözləriylə, Allahın elçiliyi kimə verəcəyini çox yaxşı bildiyini və ən yaxşı qanunları Onun edəcəyini ifadə etmiş, özünün qulluqdan gələn acizliyini etiraf edərək doğrunu Allaha həvalə etmişdir.

Yəqub peyğəmbərin buradakı sözlərindən anlaşılır ki, o babası İbrahim peyğəmbərin duasını bilirmiş və o dua istiqamətində gözləntiləri var imiş:

  • 127–129Və həmçinin İbrahim və İsmayıl Beytdən təməlləri yüksəldirlər: “Rəbbimiz! Bizdən qəbul buyur! Şübhəsiz ki, Sən ən yaxşı eşidənin, ən yaxşı bilənin məhz özüsən. Rəbbimiz! Bizim ikimizi Sənin üçün sağlamlaşdıran [salamatlıq, xoşbəxtlik qazandıran, insanların İslam dinini qəbul etməsini təmin edən] biri et. Soyumuzdan da Sənin üçün sağlamlaşdıran bir başçılı cəmiyyət gətir. Və bizə qulluq üsullarını göstər, tövbəmizi də qəbul et. Şübhəsiz ki, Sən günahdan dönənləri çox-çox qəbul edənin və çox mərhəmətli olanın məhz özüsən. Rəbbimiz! Bir də onlara içlərindən bir peyğəmbər göndər ki, onlara Sənin ayələrini oxusun, onlara Kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrətsin, onları arındırsın. Heç şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyanın, pozulmağı yaxşı əngəlləyənin, sağlam edənin məhz özüsən”. (Bəqərə/127-129)

Qardaşlarının Yusuf peyğəmbəri qısqanmaları Kitab-i Müqəddəsdə aşağıdakı şəkildə yer alır:

Yusufun Röyaları

  1. Yəqub atasının əcnəbi olaraq qalmış olduğu Kənan ölkəsində yaşadı.
  2. Yəqub soyunun tarixi: Yusuf on yeddi yaşında bir gənc idi. Atasının xanımları Bilha və Zilpadan olan ögey qardaşlarıyla birlikdə sürü otarırdı. Qardaşlarının etdiyi pislikləri atasına çatdırırdı.
  3. İsrail Yusufu o biri oğullarının hamısından çox sevərdi. Çünki Yusuf onun yaşlılığında doğulmuşdu. Yusufa uzun, rəngli bir geyim tikdirmişdi.
  4. Yusufun qardaşları atalarının onu özlərindən çox sevdiyini görüncə, ondan nifrət etdilər. Yusufa şirin söz söyləməz oldular.
  5. Yusuf bir röya gördü. Bunu qardaşlarına anlatdıqda, ondan daha çox nifrət etdilər.
  6. Yusuf: “Lütfən gördüyüm röyanı dinləyin!” – dedi,
  7. “Tarlada dəstə bağlayırdıq. Qəfildən mənim dəstəm qalxıb dik durdu. Sizinkilərsə, ətrafına toplanıb, önündə əyildilər”.
  8. Qardaşları: “Başımıza kralmı olacaqsan? Bizi sənmi idarə edəcəksən?” – dedilər. Röyalarından, söylədiklərindən ötürü ondan büsbütün nifrət etdilər.
  9. Yusuf bir röya yenə görüb, qardaşlarına anlatdı: “Dinləyin, bir röya yenə gördüm” – dedi, “Günəş, ay və on bir ulduz önümdə əyildilər”.
  10. Yusuf atasıyla qardaşlarına bu röyanı anladınca, atası onu danladı: “Nə cür röyadır bu?” – dedi, “Mən, anan və qardaşların gəlib önündə yerəmi əyiləcəyik yəni?”
  11. Qardaşları Yusufi qısqanırdılar, amma bu əhvalat atasının beynində ilişib qaldı. [5]

Orijinal mətndə keçən “تأويل الأحادس tə’vîlə’l-əhadis [əhvalatların, sözlərin sıralanması]”, ümumiyyətlə “görüntülərin təvili” olaraq anlaşılmışdır. Əslində isə “Allahın ona [Yusuf peyğəmbərə] tə’vilə’l-əhadis öyrətməsi” təkcə bu mənaya gəlməz. İfadə, daha geniş əhatəli olaraq, Allahın Yusufa əhvalatları, həyatın problemlərini anlama və həll etmə qabiliyyəti bəxş etməsi, hər şeyin doğrusuna, mahiyyətinə, əslinə çatdıran görüş ehsan etməsi deməkdir.

Bizim israrla “vizyon” olaraq ifadə etdiyimiz və “oyaq ikən görülən görüntü” olaraq tərif etdiyimiz “röya” sözünü dilimizdəki mənasıyla “yuxuda görülənlər” olaraq qəbul edənlər, psixiatrik, psixoloji kimi elmlərdən heç xəbərləri olmadıqları halda bir sıra görüşlər bəyan etmişlər və peyğəmbərimizi də vasitə edərək, “röya” termini haqqında bir çox əsassız rəvayət ortaya atmışdılar. Beləliklə, “röya” termini də İslam dininə təşkil edilən sui-qəsdlərdən birinə mövzu edilmiş, “röya-i sadiq” adıyla bir röya növü qəbul edilərək, İslam dini ilə daban-dabana zidd olan yeni bir din icad edilmişdir. Belə ki, saxtakar ixtiraçıların icad etdiyi bu yeni din bir sıra yeni qaydalar diktə edilməsi şəklində deyil, bir çox mövzuda olduğu kimi, Allahın dininə xürafələr yerləşdirib, onu təhrif etməklə əmələ gətirilmişdir. Bu pis məqsədli saxtakarlar peyğəmbərimiz adından uydurduqları “sadiq röya” termini ilə bir çox batil inanc və əməl törətmişlər, özlərinə inanıb, tələlərinə düşən qafillərlə birlikdə yeni pozğun dinlərini, röyalarında özlərinə Allahın və ya peyğəmbərimizin təlqin etdiyini irəli sürdükləri səhv və yersiz düşüncələr üzərində qurmuşlar.

Halbuki “röyanın doğrusu” deyə bir terminin bir möminin həyatında yeri olmamalıdır. Çünki röyanın sadiq olmadığı Quranda açıqca göstərilmişdir:

  • 43Həmçinin o vaxtlar Allah sənə yuxunda onları az göstərirdi. Əgər Allah, onları sənə çox göstərsəydi, qətiliklə qorxmuşdunuz və döyüş barəsində anlaşılmazlığa düş­müşdünüz. Lakin, Allah təhlükəsizlik təmin etdi. Şübhəsiz ki, O, könüllərdə olanı ən yaxşı bi­ləndir.
  • 44Və həmçinin olmalı olan bir işi həyata keçirmək üçün onlarla qarşılaşdığınız vaxt, onları sizin gözünüzə az göstərirdi. Sizi də onların gözlərində azaldırdı. Və iş­lər, yalnız və yalnız Allaha döndərilir. (Ənfal/43, 44)

Yuxarıdakı ayələrdən göründüyü kimi, peyğəmbərimizin gördüyü röya belə reallıqla əlaqəsi olmayan bir röyadır. Digər tərəfdən Uca Rəbbimiz qulları ilə danışma, onlara ismarıc yollama qanunlarını Quranda açıq ifadələrlə bildirmişdir. Bildirdiyi bu qanunlar arasında “röya” mövcud deyil.

Beləliklə, saxtakarların uydurma dinində irəli sürülən “röya ilə Allahdan ismarıc alma” iddiası Qurana ziddir:

  • 51Və bir bəşər üçün, bir vəhy ilə və ya pərdə arxasından, yaxud bir elçi göndərərək izni ilə/biliyi ilə dilədiyini vəhy etməsi istisna olmaqla, Allahın ona söz söyləməsi olmaz. Şübhəsiz ki, O, çox uca və ucaldıcıdır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.ura/51)

Göründüyü kimi, yuxarıdakı ayə, röyasında Allahdan ismarıc aldığını iddia edən, həm də bunu vəhyin [dinin] tamamlandığının açıq bir ayə ilə qeyd edildiyi bir dinin mənsubu olduğunu söyləyərək edən adamların iç üzünü açır.

7And olsun ki, Yusuf və qardaşlarında soruşanlar/istəyənlər üçün neçə əlamətlər/nümunələr vardır.

Yusuf əhvalatındakı əhvalatlar, əhvalatın təməlini təşkil edən görüntünün və Yəqub peyğəmbərin bu görüntü ilə əlaqədar görüşünün qeyd edilməsindən sonra, “Yusuf və qardaşlarında soruşanlar/istəyənlər [araşdıranlar] üçün bir çox ayə” olduğunu bildirən bu ayə ilə başlayır və surənin sonunda yer alan 111-ci ayədəki eyni ifadə ilə sona çatır.

Ayədəki “necə ayələr” ifadəsiylə, əhvalatın mahiyyətində olan insanlığa öyüd xüsusiyyətindəki incəliklərə, dərin mənalı nümunələrə işarə edilmişdir. Həmçinin bu ayə, çoxu peyğəmbərimizin əqrəbası olan və qısqanclıq səbəbiylə peyğəmbərliyini qəbul etməyərək, ona düşmənçilik edən Məkkəlilər üçün də bir xəbərdarlıq xüsusiyyətindədir. Çünki Yusuf peyğəmbərə əziyyət etməkdə, Məkkəlilər kimi həddini aşan qardaşları, əhvalatın sonunda, Allahın yardımına yetişərək güclənən Yusuf peyğəmbərin səlahiyyətlərinə boyun əymişlər və onun idarəçiliyi altına girmişlər. Beləliklə, bu əhvalat ilə Məkkəlilərə, Yusuf peyğəmbərin qardaşları kimi ən sonunda qısqandıqları adamın himayəsinə, nəzarətinə girəcəkləri ismarıcı verilir.

Yusuf peyğəmbərin qardaşlarının kimlikləri bəzi əsərlərdə belə açıqlanmışdır:

Ən böyüklərinin adı Rubil idi. Digərləri isə Şəmun, Lavi, Yehuza, Zeyalun və Yeşcərdir. Bunların annası Leyan qızı Leyadır. Hz. Yəqubun dayısının qızıdır. Hz. Yəqubun həmçinin iki cariyəsindən dörd oğ­lu olmuşdu: Dan, Naftali, Cad və Aşer deyə. Daha sonra Leya vəfat etdikdə, Hz. Yəqub onun bacısı Rahil ilə evləndi. Bundan da Yusuf və Bünyamin adın­dakı oğulları dünyaya gəldi. Beləliklə, Hz. Yəqubun övladları cəmisi on iki nəfər idi. Əs-Süheyli deyir ki, Yəqubun anasının adı isə Refqa idi. Rahil, Bünyamini dünyaya gətirəndən sonra vəfat etmişdi. Leyan b. Nalıer b. Azər isə Hz. Yəqubun dayısıdır. [6]

Zemahşəri Yusufun qardaşlarının adını belə sıralayır: Yehuda, Rubyal, Şemon, Levi, Ribalon, Yeşcer, Deyne, Dan, Neftali, Cad və Aşir. Bunların ilk yeddisi Hz. Yəqubun evləndiyi bibisinin qızı Libyadandır. Libya öldükdə, Hz. Yəqub Libyanın bacısı Rahil ilə evləndi. Rahildən də Bünyamin ilə Yusuf doğuldu. Belə anlaşılır ki, qardaşlar arasında ögeylik də vardı. [7]

8,9O zaman ki, Yusufun qardaşları bir zaman: “Yusuf və qardaşı atamıza bizdən daha sevgili, biz isə güclü və həvəskar bir qrupuq. Şübhəsiz, atamız tam yəqinliklə bilin ki, çox açıq şəkildə çıxılmaz bir yoldadır. Yusufu öldürün, ya da bir yerə atın ki, atanız tamamilə sizə qalsın, sonra da siz saleh bir cəmiyyət olarsınız” – demişdilər.

10Onlardan biri: “Yusufu öldürməyin, onu o quyunun dibinə buraxın ki, oradan keçən karvanların biri onu tapıb alsın. Əgər edəcəksinizsə, belə edin” – dedi.

Bu ayələrdə, Yəqub peyğəmbərin Yusuf ilə onun kiçik qardaşını digər övladlarından artıq sevdiyi və buna görə də digər övladların qısqanclıqla Yusufdan qurtulma planı qurduqları anladılır, beləliklə insanda yaradılışdan var olan bəzi xasiyyətlərə diqqət çəkilir.

Ayələrdən anlaşıldığına görə, Yəqub (əs), vəhyə müxatib olmuş bir peyğəmbər olmasına baxmayaraq, sevgisini Yusuf ilə onun kiçik qardaşına yoğunlaşdırmış, bunun nəticəsində meydana çıxan qısqanclıq duyğusu da digər övladlarına qardaşları Yusufu oradan uzaqlaşdırmağı, hətta öldürməyi düşündürə bilmişdir.

Qısqanclıq duyğusunun nə qədər pis bir şey olduğuna daha əvvəl Fələq surəsində işarə edilmiş, qısqananın şərindən Rəbbimizə sığınılması istənmişdir:

  • 1–5“Yaratdığı şeylərin şərindən, çökdüyü zaman qaranlığın şərindən, düyünlərə tüpürüb üfləyənlərin/sözləşmələrə əməl etməyənlərin şərindən və qısqandığı zaman qısqananın şərindən çatlamaların Rəbbinə – bütün çətinlikləri ortadan qaldıran Allaha sığınıram” – de!               (Fələq/1-5)

Mövzumuz olan ayələr, eyni zamanda, Yəqub peyğəmbərin övladları arasında etdiyi ayrı-seçkilikdən qaynaqlanan qısqançlığın nələrə səbəb ola biləcəyinə dair dolaylı bir ismarıc da ehtiva edir. Qardaşların öz aralarında Yusufla əlaqədar planlarını müzakirə edərkən “Yusuf və qardaşı” şəklində bir ifadə işlətmələri, Yusuf ilə kiçik qardaşının bir başqa anadan olduqlarına işarə edir. Bu da Yəqub peyğəmbərin sevgi mövzusunda xüsusilə diqqətli olmasını, övladlarını qısqançlığa sövq edə biləcək rəftarlardan həssaslıqla qaçınmasını vacib edən bir haldır.

8-ci ayədə qardaşların özlərini “usbə” olaraq tərif etmələri diqqət çəkir.  “Usbə”, “sıx, bir-birinə bağlı, çılğın olan on ilə qırx nəfərdən ibarət olan bir birlik” mənasına gəlir. [8]

Nəticədə, Yəqub peyğəmbərin bir-birinə bağlı, çılğın övladları, öz aralarındakı mübahisə nəticəsində, Yusufu quyuya atmağı qərara almışdılar. Ayədə keçən “əl-cübb [quyu]” sözünün önündəki “əl” bağlayıcısı, bu quyunun hər hansı bir quyu deyil, qardaşların bildikləri və planda bəlli olaraq ifadə edilən “məlum, bilinən” bir quyu olduğunu göstərir.

Ayədə keçən “sonra da siz saleh bir qövm olarsınız” ifadəsi, “sonra atanızın könlünü alarsınız, atanız sizi də sevər, gözündə yaxşı bir övlad olarsınız” mənasına gəlir. Bu ifadədən “tövbə edər, arınırsınız” mənası çıxarmaq, bizə görə, uyğun bir görüş deyildir. Çünki “tövbə” sözündən, cəhalətlə işlənmiş günahlar haqqında danışanda bəhs edilə bilər. Amma qardaşların etməyi qərarlaşdırdıqları günah, planlı və şüurlu olaraq işlənəcək bir günahdır.  Belə əyrilikdən işlənən günahlar isə xor görməyə – Allahı, axirəti və günahı yüngül görməyə aid olar.

11,12Onlar dedilər ki: “Ey atamız! Sən bizə Yusufu niyə etibar etmirsən? Halbuki, biz tam yəqin bil ki, onun yaxşılığını istəyirik. Sabah onu bizimlə bərabər göndər ki, bol-bol yesin, oynasın. Və şübhəsiz ki, biz onu mütləq qoruyanlarıq”.

13Ataları dedi ki: “Onu götürməyiniz məni narahat edər və siz ona qarşı laqeyd/biganə/xə­bər­siz ikən onu qurdun yeməsindən qorxuram”.

14 Yusufun qardaşları dedilər ki: “And olsun ki, biz belə güclü, qüvvətli bir dəstə ikən, onu qurd yeyərsə, o zaman şübhəsiz, biz tam yəqinliklə bil ki, zərərə/itkiyə uğrayıb, acı çəkənlərdən  olarıq”.

Bu bölmədə, Yusuf üçün plan quran qardaşların ona göz-qulaq olacaqları barəsində atalarına zəmanət verməyə çalışmaları, bunun qarşısında da Yəqub peyğəmbərin övladlarından gələn bu tələbi qayğı və narahatlıqla qarşılaması nəql edilir.

15Sonunda Yusufun qardaşları, Yusufu götürdülər və hamısı birlikdə o quyunun dibinə buraxmağa qərar verdilər. Biz də Yusufa vəhy etdik: “And olsun ki, sən onlara irəlidə, onlar heç fərqində deyillərkən, bu işlərini xəbər verəcəksən”.

16Və axşam isə ağlaya-ağlaya atalarının yanına gəldilər.

17Onlar dedilər ki: “Ey atamız! Şübhəsiz ki, biz yarışaraq getdik. Yusufu da əşyalarımızın yanına qoymuşduq. Bir də baxdıq ki, onu qurd yemiş. Və biz doğru insanlar olsaq da, sən bizə inanmazsan”.

18Bir də köynəyinin üzərində yalandan bir qan gətirdilər. Ataları dedi ki: “Tam əksinə, nəfsiniz sizi aldadıb, bir iş etdirtmişdir. Artıq gözəl bir səbr! Bu anlatdıqlarınıza qarşılıq, köməyinə sığınılacaq olan ancaq Allahdır”.

Bu ayələrdə, Yusufin qardaşlarının atalarını fikrindən döndərərək, Yusufu yanlarında götürmələri, qurduqları plana uyğun olaraq Yusufu quyuya buraxmaları, sonra da atalarını bu dəfə Yusufun öldüyünə inandırmaq üçün Yusufun köynəyini, üzərində yalandan bir qan ləkəsi ilə gətirmələri nəql edilir.

15-ci ayədə Rəbbimiz əhvalatın anladılması arasına bir mötərizə açaraq Yusufa vəhy etdiyini bildirmişdir. Beləliklə, Yusuf gördüyü ilk vizyonun ardından, bu dəfə vəhy alaraq, ikinci dəfə böyük bir lütfə nail olmuşdur. Edilən vəhy ayədə qısaca “…sən onlara… bu işlərini xəbər verəcəksən” şəklində ifadə edilmişdir. Ancaq əhvalatın inkişafını təqdim edən sonrakı ayələrdən anlaşıldığına görə, Yusufa, irəlidə olacaq əhvalatlar, yəni quyudan qurtulacağı, yaxşı bir yerdə yurd salaraq, sayğın bir idarəçi ediləcəyi, peyğəmbərlik vəzifəsi veriləcəyi, qardaşları və atası ilə qovuşdurulacağı, qardaşlarının ondan yardım alacaqları və etdiklərinə görə peşmançılıq duyacaqları vəhy edilmiş və beləliklə, sıxıntılı anında rahatladılaraq, başına gələcək hadisələri səbirlə gözləməsi təmin edilmişdir.

Bəzi araşdırmaçılar Yusufa edilən vəhyi səbəb göstərərək, Yusufun quyuya atıldığında on səkkiz yaşının üstündə olduğunu irəli sürmüşlər. Lakin 12-ci ayədə qardaşlarının “yesin, içsin, oynasın” demələri, 13-cü ayədə Yəqub peyğəmbərin onun özünü qurddan qoruyamayacağını ifadə etməsi, 19-cu ayədə isə yolçu karvanı tərəfindən “lukata” olaraq qəbul edilməsi, Yusufun quyuya atıldığında hələ uşaq yaşda olduğunu göstərir. Əslində elə 22-ci ayədə də nübüvvətin Yusufa yetkinlik çağında verildiyi bildirilmişdir. Yusufa quyuda ikən edilən vəhy, Musa peyğəmbərin anasına (Qasas/77) və bal arısına (Nəhl/68) edilən vəhy qəbilindəndir.

Əhvalatda Yusufun müxtəlif dövrlərdə başından keçənlərlə əlaqədar olaraq üç ayrı köynəkdən bəhs edilmişdir. Bu köynəklərdən biri qardaşların yalandan bir qan bulaşdıraraq atalarına götürdükləri köynək, digəri Əzizin xanımının Yusufa hücum etdiyi vaxt kürəyindən yırtılan köynək, üçüncüsü isə Yusufun, üzünə sürtməsi üçün atasına yolladığı köynəkdir. Bu köynəklər Yusufun həyatındakı müxtəlif dövrlərə aid ayrı köynəklərdir, eyni köynək olmaları mümkün deyildir.

Yusuf əhvalatı da uydurmaçıların hədəfi olmuş və Yusuf, Yəqub, Züleyxa və köynək ilə əlaqədar bir çox əfsanə uydurulmuşdur.

Yəqub (Əs) Oğullarının Yalanını Bilmişdi.

Yəqub peyğəmbər, 18-ci ayədə keçən danışmasının “bel [əksinə]” ədatıyla başlamasından anlaşılacağı kimi, oğullarının Yusuf haqqında söylədiklərinin yalan olduğunu bilmişdir. Bunu necə bilə bildiyinə məntiqli səbəblər tapmaq mümkündür:

Yəqub peyğəmbər, Yusufun vizyonunu onun irəlidə böyük nemətlərə nail olacağı istiqamətində təxmin etmişdir. Bu gözləntiləri reallaşmadığı üçün də Yusufun öldüyünə inanmamışdır.

Yəqub peyğəmbər, qəti məlumat sahibi olmasa da, bir ata olaraq, Yusufun və kiçik qardaşının digər övladları tərəfindən qısqanıldığını az-çox təxmin etdiyi üçün, Yusufun öldürülməyib, sadəcə qısqanclıqla evdən uzaqlaşdırıldığını düşünmüş ola bilir.

* Bəlkə də Yəqub peyğəmbərə gətirilən qanlı köynəkdə Yusufu parçaladığı söylənən qurda aid diş və pəncə izi yoxdur, köynək də yırtılıb parçalanmamışdır. O da bunlara diqqət etdiyi üçün Yusufun ölümünə inanmamışdır.

Yəqub peyğəmbərin Yusufun ölümü xəbərinə göstərdiyi reaksiya haqqında Mevdudinin etdiyi təsbitlər belədir:

–Yəqubun (ə.s) Hz. Yusufun (ə.s) ölüm xəbərinə göstərdiyi reaksiya da Kitab-i Müqəddəs və Talmudda zikr ediləndən fərqlidir. Bu kitablara görə Hz. Yəqub (ə.s) bəhs edilən pis xəbər qarşısında alt-üst olmuş və adi bir ata kimi davranmışdır. Kitab-i Müqəddəs belə deyir: “Və Yəqub paltarını parçaladı və çulunu belinə doladı. Və oğlu üçün illərlə ağladı” (Təkvin, 37:34). Talmud isə acı xəbəri aldıqdan sonra özünü kədərin qucağına qoyduğunu və üzünü yerlərə sürtdüyünü söyləyərək Hz. Yəqubun işin əslindən xəbərdar olmasını rədd edir. Güya Yəqub: “Vəhşi bir heyvan Yusufu parçaladı və bir daha onu əsla görəməyəcəyəm” – deyərək hayqırmış və “illərlə Yusuf üçün ağlamışdır” (The Talmud, H. Polano, səh. 78. 79). [9]

Yəqub peyğəmbər nə üçün Yusufu qurtarmağa çalışmadı?

18-ci ayənin ifadəsindən övladlarının anlatdıqlarına inanmadığı açıq şəkildə bəlli olan Yəqub peyğəmbərin, Yusufun ölmədiyini düşünməsinə baxmayaraq, Yusufa nə olduğunu, qardaşlarının Yusufa nə etdiklərini öyrənmək üçün hərəkətə keçməməsi və işin arxasınca düşməməsi maraq doğurur.

Əhvalatın bütünü üzərindən meydana çıxa biləcək bir qənaətlə bu vəziyyət haqqında aşağıdakı görüşlər irəli sürülə bilir:

* Yəqub peyğəmbər güclü, qüvvətli olan övladlarının qısqanclıqlarına görə Yusufu axtarıb tapmasına imkan verməyəcəklərini, əgər bu barədə artıq israr edərsə, özünə əziyyət edə biləcəklərini, hətta bəlkə də öldürə biləcəklərini düşünmüş ola bilir;

* Yəqub peyğəmbər Allahın Yusufu bəla və möhnətlərdən qoruyacağına və onun şanının ucaldılacağına, Yusufun gördüyü vizyon sayəsində inanırdı. Buna görə də, Yusufa qardaslarına söyləməməsini tənbeh etdiyi bu sirri özünün ifşa etməsi mümkün deyildi;

* Yəqub peyğəmbər ataları İbrahim və İshaqın tətbiq etdiyi yöntəmdən fərqli olaraq, Misiri qəlbən fəth etməyi düşünmüş ola bilir.

Qısacası, Yəqub peyğəmbər belə bir müsibətin ortasında olarkən, ən doğrusunun susub səbirli olub işi tamamilə Allaha həvalə etmək olduğunu düşünmüşdü.

Sabr-i Cəmil. Yəqub peyğəmbərin çıxış yolu olaraq sarıldığı “صبر جميل sabr cəmil [gözəl səbr]”, hər hansı bir dözümsüzlüyün və şikayətin mövcud olmadığı səbirdir.

19Və bir yolçu karvanı gəldi və suçularını göndərdilər. O da su qabını quyuya saldı: “Müjdə hey, müjdə! Bax budur, bir oğlan!” – dedi. Və onu bir ticarət malı olaraq, gizləyib qorudular. Allah isə onların nə edəcəklərini bilirdi.

20Və onu ucuz bir qiymətə – bir neçə gümüş pula satdılar. Onlar Yusufun satılmasında aza qane olanlardan idilər.

Bu ayələrdə, quyuya atılması təklifini ortaya atan qardaşın məsləhət gördüyü kimi, Yusufun yoldan keçən və su almaq üçün orada duran bir karvan tərəfindən tapılıb qurtulduğu anladılır. Ayələrin bildirdiyinə görə, Yusufu tapan karvan onu “lukata” olaraq görüb, qorumuş və ilk fürsətdə ucuz bir qiymətə satmış, bu əhvalat da Yusufun həyatındakı başqa bir dövrün başlanğıcı olmuşdur.

Lukata. “ لقطة Lukata”, bir hüquq termini olaraq “mülkiyyətini və ya üzərindəki haqqını tərk etmək niyyəti olmadan sahibinin iradəsi ziddinə itkin düşmüş və başqası tərəfindən tapılıb sahibinə verilmək üçün alınmış, tapanın sahibini bilmədiyi möhtərəm [üzərində sahibindən başqasının təsərrüf haqqı olmayan] mal” şəklində təyin etmişdir. Hüquq sahəsində “lukata” şahidlərin göstərilməsindən elan edilməsinə, sahibinə təhvil verilmə şərtlərindən, tələb olunmayan tapıntıdan tapanın faydalanması şərtlərindən, onun hissələrindən tutmuş vergisinə qədər hərtərəfli öyrənilmişdir.

Ayədə keçən “الزّاهدون zahidun” sözünün məsdəri olan “زهد zühd”; “dünya üçün ehtiraslı olmamaq, dünyaya rəğbət etməmək” deməkdir. [10]

Buna görə, ayədən iki cür məna çıxarmaq mümkündür:

Karvandakılar, istədikləri təqdirdə baha sata bilərdilər, lakin Yusufu ucuz satmışdılar.  Belə etmələrinin səbəbi, ya vəlisinin ortaya çıxıb, gələcəyindən ehtiyat edərək, tez bir zamanda onu əllərindən çıxarmaq istəmələri, ya da əmək sərf etmədən tapdıqları üçün onu artıq dəyərli görməmələridir.

* Tapdıqları kiçik bir uşağı satmaq qarşılığında haqsız olaraq aldıqları pul, etdikləri işin pisliyinə görə əhəmiyyətsizdir.

İstər Yusufu tapan karvan haqqında, istərsə də Yusufun satılması ilə əlaqədar olaraq bir çox əfsanə ortaya çıxmışdır. Doğru olduqları çox şübhəli olan bu anladılanların ibrət təşkil edəcək hər hansı bir xüsusiyyətləri mövcud deyil. Buna görə də nəql etməyi məsləhət bilmirik.

21Və onu satın alan Misirli adam zövcəsinə:  “Bunun yerini şərəfli tut. Bizə faydalı ola bilər, ya da onu övlad edərik” – dedi. Və Biz Yusufu beləliklə, yer üzündə yerləşdirdik … və özünə hadisələrin/sözlərin ilk mənalarının nə olduğuna dair bilikləri öyrətmək üçün… və Allah, əmrində qalibdir. Lakin insanların çoxu bilməzlər.

22Və Yusuf tam Yusif həddi-büluğa çatdıqda ona bilik və hökm verdik. Və bax budur, Biz gözəlləşdirən­lə­rə belə qarşılıq veririk.

21-ci ayədə, Yusufun Misirli bir adama satıldığı və Misirə yerləşdirildiyi və beləliklə, yeni bir həyata başladığı bildirilir. 22-ci ayədə isə Yusufə bəxş edilən nemətlər açıqlanır.

Yusufu satın alan kişinin, xanmına “bunun yerini şərəfli tut” deməsi, “ona dəyər ver, onu ucalt” mənasına gəlir. Rəbbimizin eyni ayədəki “Və Biz Yusufu, beləliklə, yer üzündə yerləşdirdik. Ona əhvalatların təvilini də öyrətdik. Və Allah əmrində qalibdir” ifadəsindən, Yusufu satın alan ailənin doğrudan da ona dəyər verərək, yaxşı bir təhsil və təlim verdiyi, bu vəziyyətin də əslində Allahın əmri ilə olduğu və həyatının bu dövründə Yusufun vəhyə müxatib olaraq, özünə əhvalatların təvilinin təlim edildiyi anlaşılır. Yəni, daha əvvəlcə çöldə yaşayan bir ailənin uşağı ikən, Yusuf əvvəlcə özünə yaxşı bir təhsil və təlim imkanı təmin edə bilən bir ailənin yanına yerləşdirilmiş, yetkinlik çağına gəldikdə isə Allah tərəfindən elçi edilmişdir.

Yusufun elçi edildiyinin bildirildiyi 22-ci ayədəki “özünə elm və hökm verdik” ifadəsi, Rəbbimizin həm elçi, həm də hökmdar etdiyi elçilər üçün işlətdiyi bir ifadədir. Bu da Yusufun həm elçi, həm də mülki amir, hökmdar edildiyini göstərir. Çünki “hökm verdik” ifadəsi Yusufa “yer üzündə fitnə və fəsadın qarşısını alıb, ədaləti təmin edə bilən qanunlar” demək olan “hikmət” ilə mühakimə etmə gücü verildiyi mənasına gəlir.  Belə ki, bu xüsus, 101-ci ayədə Yusufun “Rəbbim! Sən mənə mülk verdin …” şəklindəki ifadəsi ilə təsdiq edilmişdir.

Yusufun yetkinlik çağı haqqında Rəbbimiz tərəfindən Quranda hər hansı bir məlumat verilmədiyi halda, bu mövzuda bir çox fikir irəli sürülmüşdür:

İbn Abbas, Mücahid və Katade “otuz üç yaş” deyirlər. İbn Abbasdan rəvayət edildiyinə görə, otuza yaxın yaşdır. Dahhak iyirmi, Hasan qırx, İkrimə otuz beş, Süddi otuz, Said b. Cübeyr isə on səkkiz yaş deyirlər. İmam Malik, Rabia, Zeyd b. Eslem və Şabi, yetkinliyi həddi buluğa çatmaqla açıqlamışdılar. Bundan başqaları da söylənmişdir. [11]

Misirli Kimdir? Quranda Yusufu satın alan Misirli şəxsin kim olduğuna dair bir məlumat verilməmiş, ancaq bu şəxs üçün 30-cu ayədə “Əzizin xanımı” ifadəsi işlədilmişdir. “Əziz” sifəti insanlara nisbət edildiyində, o adamın “çox güclü, yenilməz adam” olduğu mənasına gəlir. Beləliklə, bu ifadədən də Yusufu satın alan adamın Misirdə xeyli təsirli, məqam sahibi birisi olduğu anlaşılır.

Bu mövzudakı anladılanlar belədir:

Misirdə onu satın alan adam Misirin əzizi, vəziri idi. İbn Abbasdan rəvayət ilə Avfi, onun isminin Kıtfir olduğunu söylər. Muhammed b. İshaq isə isminin Itfir b. Ruhayb olub Misir Əzizi və Misir xəzinələri üzərində vəzifəli olduğunu söylər. Buna görə, o zamanda Misir kralı, Reyyan b. Vəlid adında Amalikadan birisiydi. Muhammed b. İshaqa görə xanımının adı Rail bint Rail imiş. Başqaları isə xanımının adının Zeliha [və ya Züleyha] olduğunu söyləyirlər. Yenə Muhammed b. Saibdən, onun Ebu Salehdən, onun da İbn Abbasdan rəvayətinə görə, Hz. Yusufu Misirdə satın alan, Malik b. Buyeb b. Anka b. Medyan b. İbrahim imiş. [12]

Kitab-i Müqəddəsə görə bu şəxsin adı Potifar idi. Lakin Quran onu yalnızca “əl-Əziz” ünvanıyla zikr edir. Quranın eyni ünvanı, mövqeyi yüksəldiyi zaman Hz. Yusuf (ə.s) üçün də işlətdiyinə baxılırsa, bu ünvanın Misirdə olduqca yüksək bir rəsmi məqama dəlalət etdiyi ortaya çıxar. Çünki “Əziz” kəliməsi, qarşı çıxılamayan, itaətsizliyin mümkün olmadığı müqtədir şəxslər üçün işlədilir. Kitab-i Müqəddəs və Talmudun zikr etdiyinə baxılırsa, “Əziz”in Fironun xüsusi mühafizi və mühafiz əsgəri olmalıdır. İbn Cyetirin zikr etdiyi Hz. İbn Abbas hədisinə görə, Əziz, kral xəzinə məmuru idi.

Talmuda görə zövcəsinin ismi “Zelıcha” [Zeliha] idi və bu qadın Müsəlman ənənəsində də eyni adla tanınır. [13]

  1. 1. İsmaililər Yusufu Misirə götürmüşdü. Fironun vəzifəlisi, mühafiz birliyi komandiri Misirli Potifar onu İsmaililərdən satın almışdı.
  2. 2. RƏBB Yusufla birlikdəydi və onu bacarıqlı qılırdı. Yusuf Misirli əfəndisinin evində qalırdı.
  3. Əfəndisi RƏBBin Yusufla birlikdə olduğunu və etdiyi hər işdə onu bacarıqlı qıldığını gördü.
  4. Ondan məmnun qalaraq onu xüsusi xidmətinə aldı. Evinin və sahib olduğu hər şeyin məsuliyyətini ona verdi.
  5. Yusufu evinin və sahib olduğu hər şeyin məsuliyyətlisi təyin etdiyi andan etibarən RƏBB Yusuf sayəsində Potifarın evini mübarək etdi. Evini, tarlasını, özünə aid hər şeyi bərəkətli qıldı.
  6. Potifar sahib olduğu hər şeyin məsuliyyətliliyini Yusufə verdi, yediyi yeməkdən başqa, heç bir şeylə maraqlanmadı. Yusuf gözəl quruluşlu, yaraşıqlı idi. [14]

22-ci ayənin son qismindəki “Və budur Biz, gözəlləşdirənləri belə qarşılıqlandırırıq” ifadəsiylə Rəbbimiz bildirir ki, iqtidarı verəcəyi kimsələr ona layiq bilik və gözəl davranışlara sahib olmalıdırlar və muhsin [daima yaxşılıq – gözəllik törədən] insanlara həm dünyada, həm də axirətdə nemətlər verir.

23Və evində yerləşdiyi xanım, onun nəfsindən murad alıb, faydalanmaq istədi. Qapıları kilidlədi və: “Haydı, bəri gəl!” – dedi. Yusuf: “Allaha sığınıram! Tam yəqin bil ki, sənin ərin, mənim əfəndim/Rəbbim – Allah, mənim mövqeyimi gözəl etdi. Şübhəsiz, səhv/öz zərərlərinə iş edənlər nicat tapa bilməzlər” – dedi.

24Və and olsun, o xanım ona niyyəti qurmuşdu. Əgər Yusuf Rəbbinin açıq sübutlarını görməsə idi, o da qadına niyyəti qurmuşdu. Ondan fahişəliyi və pisliyi uzaqlaşdırmaq üçün, belə etdi. Şübhəsiz ki, o, Bizim arıdılmış qullarımızdan idi.

25Və ikisi də qapıya qaçdılar. Xanım onun köynəyini arxadan cırdı. Və qapının yanında o xanımın ağası ilə üz-üzə gəldilər. O xanım: “Sənin əhlinə pislik etmək istəyən adamın cəzası, zindana atılmaqdan və ya acıqlı bir əzabdan başqa nə ola bilər?” – dedi.

26,27 Yusuf: “O, məndən faydalanmaq istədi” – dedi. Və o xanımın yaxınlarından bir şahid şahidlik etdi: “Əgər Yusufun köynəyi öndən cırılmışsa, xanım doğru söyləmişdir, Yusuf da yalançılar­dan­dır. Və əgər Yusufun köynəyi arxadan cırılmışsa, xanım yalan söyləmişdir, Yusuf da doğrulardandır”.

28,29Artıq o zaman ki, Yusufun ağası Yusufun köynəyinin arxadan cırılmış olduğunu gördü:   “Şübhəsiz, bu, siz qadınların hiylələrinizdəndir. Həqiqətən də sizin hiylələriniz çox böyükdür. Yusuf! Sən bundan əl çək, ey qadın! Sən də günahın üçün bağışlanma dilə. Şübhəsiz ki, sən xəta edənlərdən oldun” – dedi.

Bu bölmə, nəticələri baxımından Yusufun həyatında mühüm yeri olan bir hadisə ilə əlaqədardır. Evin xanınının cinsi istəklə Yusufa hücumuyla başlayan hadisə, Yusufun Allaha sığınaraq, qadının istəklərinə alət olmaması ilə ibrətamiz nəticələrə səbəb olmuşdur.

23-cü ayədəki Yusufun “Rəbbim” ifadəsində (Allah, şübhəsiz, daha yaxşı bilir) Təvriyə vardır. Təvriyə, ədəbiyyat sənətində “İki mənası olan bir sözün yaxın mənasını söyləyərək, uzaq mənasını nəzərdə tutmaq”dır. Tevriyədə bu sözün hər iki mənası da gerçəkdir. Ayədə Yusuf, “Rəbbim” deyərkən yaxın mənası olan saraydakı əfəndisini söyləyərək, uzaq məna olan Rəbbülaləmin olan Allahı qəsd etmişdir.

Ayələrdəki kifayət qədər açıq və konkret anlatmaya görə, evin xanımının özünə hücum etməsindən sonra Yusuf qapıya doğru qaçaraq getmiş, ardından qovalayan qadın isə onu köynəyindən yaxalayıb çəkişdirərək, köynəyinin yırtılmasına səbəb olmuşdur. Qadının əri tam bu əsnada evə gəlmiş və özünü qurtarmaq üçün Yusufa iftira edən qarısı ilə özünü müdafiə edən Yusufun söylədikləri arasında qərarsız qalmışdır. Nəticədə əhvalat, özünə hakimlik üçün müraciət edilən bir qadın tərəfindən tamamilə məntiqli bir şəkildə həll edilmişdir. Əzizin xanımının əqrəbası olan bu qadın, köynəyin öndən yırtılmış olması halında Yusufun, arxadan yırtılmış olması halında isə qadının günahkar olduğunun anlaşılacağı istiqamətində görüş bildirmiş, nəticədə köynək arxadan yırtılmış olduğuna görə anlaşılmışdır  ki,  Yusuf iftiraya uğrayıb. Əhvalat açıqlığa qovuşduqdan sonra, qadının əri Yusufdan əhvalatı başqalarına bildirməməsini, xanımından isə günahı üçün istiğfar etməsini istəmişdir.

Yusufun, Rəbbinin Burhanını Görməsi. 24-cü ayədən anlaşıldığına görə, qadının niyyətini açıqlayaraq hərəkətə keçməsi qarşısında Yusufun də içindən eyni niyyət keçmiş, lakin Yusuf, Allahın özünə göstərdiyi bir dəlil sayəsində nəfsinə hakim olmuş və meydana gələcək çirkin işdən uzaq qalmışdır.

Allahın Yusufa göstərdiyi burhanın [dəlilın] nə olduğu Quranda açıqlanmamışdır. Yusufun əhvalatdakı mövqeyi nəzərə alınaraq, ayədəki “burhan” haqqında bir çox görüş irəli sürülə bilir.  Belə ki, klassik əsərlərdə də bu mövzuya müxtəlif açıqlamalar gətirilmişdir:

Ayədəki “Rəbbin burhanı” ilə nə qəsd edildiyini belə açıqlaya bilərik: Peyğəmbərlərin məsum [günahsız] olduğunu qəbul edən araşdırmaçı alimlər Hz. Yusufun gördüyü burhanı bir neçə şəkildə açıqlamışdılar:

  1. Bu, zina felinin haram olduğu xüsusundakı, Allahın hüccətinin və zina edəcək adama tətbiq edilən cəzanın bilinməsidir.
  2. Allah Təala, peyğəmbərlərin nəfslərini pis xasiyyətlərdən təmizləmişdir. Hətta Allahın, peyğəmbərlərin yaxın yoldaşlarının nəfslərini belə, belə pis xasiyyətlərdən təmizlədiyini söyləyə bilirik. Belə ki, Cənab-i Haqq, “Ey Əhl-i Beyt, Allah sizdən ancaq kiri aradan qaldırmaq və sizi tərtəmiz etmək dilər” (Əhzab/33) buyurmuşdur. Buna görə də burada Hz. Yusufun gördüyü bildirilən ilahi burhandan məqsəd, peyğəmbərlər üçün gözəl xasiyyətlərin təzahür etməsi, onları elə pis işlərə yönəlməkdən uzaqlaşdıran halların xatırladılmasıdır.
  3. Hz. Yusuf (ə.s) otağın tavanında,”Zinaya yaxınlaşmayın. Çünki o, şübhəsiz ki, həyasızlıqdır, pis bir yoldur” (İsra/32) ayəsini yazılı olaraq gördü.
  4. Bu, fühuşiyyatı işləməyə mane olacaq olan “nübüvvət”dir.  Bunun dəlili, peyğəmbərlərin, insanları pisliklərdən və rəzil rüsvay edən şeylərdən çəkindirmək üçün göndərilmələridir. Beləliklə, əgər peyğəmbərlər, özləri hər cür pislik və fühişiyyata yönələrkən, insanlara bunu qadağan etməyə çalışarlarsa, “Ey iman edənlər, nə üçün özünüzün etmədiyi şeyləri söyləyib əmr edirsiniz? Etməyəcəyinizi söyləməyiniz, ən şiddətli bir sevilməmək baxımından Allah nəzdində böyükdür” (Saff/2-3) ayəsinin mahiyyətinə girmiş olurlar.

Həm də sonra Allah Təala Yəhudiləri: “Siz, insanlara yaxşılığı əmr edirsiniz, amma özünüzü unudursunuzmu?” (Bəqərə/44) – deyə danlamışdır. Yəhudilər üçün ayıb olan bir şey, möcüzələrlə dəstəklənmiş bir peyğəmbərə necə isnad edilə bilər?

Bu günahı Yusuf (ə.s)a nisbət edənlər də bu “bürhan”ın nə demək olduğu barəsində, aşağıdakı izahları etmişdilər:

  1. “Qadın, evin ortasında inci və yaqut çaxmalı bir bütə yönəldi və onun üzərini bir bezlə örtdü. Bundan sonra Hz. Yusuf (ə.s): “Bunu nə üçün etdin?” – dediyində də: “Mən bütümün bir günah edərkən məni görməsindən utanıram” – dedi. Hz. Yusuf (ə.s) isə: “Sən, ağlı olmayan, eşitməyən bir bütdən utanarkən mən necə olur ki, hər kəsin etdiyini [etmə gücünü] özünə verən tanrımdan utanmaram?! Allaha and olsun ki, mən bu işi qətiyyən etmərəm!” – dedi” Bu görüşdə olanlar: “budur, bürhan budur” – demişdilər.
  2. Onlar İbn Abbas (r.a)dan bunu rəvayət etmişlər: “Hz. Yusuf (ə.s)a, atası Yəqub, barmaqlarını dişləmiş olduğu halda və “Peyğəmbərlər zümrəsindən təqdir edilmiş olduğun halda, tacirlərin işinimi edirsən? Bundan utan!” – deyər vəziyyətdə təməssül etdi, göründü”. Bu eyni zamanda İkrimə, Mücahid, Həsən əl-Basri, Sald b. Cübeyr, Katade, Dahhak, Mukatil və İbn Sirinin görüşüdür. Said b. Cübeyr belə demişdir: Hz. Yəqub (ə.s.) Yusuf (ə.s.)a göründü və onun köksünə vurdu. Beləliklə, onun bütün şəhvəti, sanki parmaq uclarından çıxıb getdi”.
  3. Onlar belə demişlər: “Hz. Yusuf (ə.s.) birisinin göydən özünə: “Ey Yəqubun oğlu, sən quşlar kimi olma. Quşun tükləri vardır. Amma zina etdiyində, o gözəl tükləri tökülür [gözəlliyi gedir] deyə səsləndiyini eşitdi”.
  4. Onlar, İbn Abbas (r.a)ın belə dediyini nəql etmişdilər: “Hz. Yusuf (ə.s.), Yəqub (ə.s.)ın xəyalını görüncə də, vaz keçmədi. Ta ki Cəbrail (ə.s.), onu geri itələdikdə, bütün şəhvəti itkin düşmüşdu”. Vahidi bu rəvayətləri nəql edincə, təkəbbürlənərək [söz ataraq]: “Bu, tənzili [Quranın nüzulunu] görən zatlardan, Quranın təfsirini alan təfsir öndərlərinin görüşüdür” – demişdir. Ona belə deyilə bilər: “Sən, bizə heç bir faydası toxunmayan bu laf atmalardan başqa bir şey söyləmirsən. Sənin, buna dəlilin harda?” Həm, eyni şeydə dəlillərin bir-birini təqib etməsi caizdir. Yusuf (ə.s.) əsl dəlillərə görə, zinadan uzaq durmuşdur. [15]

“Rəbbinin burhanı” demək, Allahdan gələn ilham deməkdir ki, bu ilham özünü bir qadının təhrikinə qapılmanın heç bir xeyir gətirə bilməyəcyi şüuruna çatdırmışdır. “Bu burhan nəydi?” sualının qarşılığı isə daha əvvəlki ayədə onsuz da keçir: “Rəbbim mənə qarşı bu qədər ehsan etdi. Bu halda mən niyə belə səhv bir iş edim? Zalımlar əsla xilas tapmaz”. Bu halda, gəncliyinə baxmayaraq Hz. Yusufu (ə.s) bu böyük təhrikdən qoruyan “ilahi burhan” anlaşılmış olmalıdır.

Əli b. Əbu Talib (r.a) dan rəvayətə görə Züleyxa evin bir guşəsində inci və yaqutlarla bəzədilmiş bir tac geyindirilmiş bütə qalxıb bir örtüklə üzərini qapatdı. Hz. Yusuf ondan: “nə edirsən?” – deyə soruşduqda, Züleyxa: “Bu ilahımın məni bu şəkildə görməsindən utanıram” – deyincə: “mənim Allahdan utanmam daha bir yaraşır” – deyə cavab verdi. Bu, bu xüsusda edilmiş ən gözəl açıqlamadır. Çünki bu şəkildəki cavab ilə [Züleyxanın şirkinə qarşı] dəlil gətirilmiş olur.

Deyildiyinə görə Hz. Yusuf evin tavanında: “Zinaya yaxınlaşmayın, o cid­di bir həyasızlıqdır, pis bir yoldur” (İsra/32) buyruğunu yazılı olaraq gördü.

Əl-Ameş Mücahiddən belə dediyini rəvayət edir: O şalvarını açdıqda Yəqub ona göründü və: Ey Yusuf! – deyincə, Hz. Yusuf dönüb qaçdı.

Süfyan da, Əbu Husayndan, o Said b. Cübeyrdən belə dediyini rəvayət edir: Hz. Yusufə, Hz. Yəqub göründü və köksünə bir zərbə endirdi. Bundan sonra şəhvəti barmaq uçlarından çıxıb getdi.

Mücahid deyir ki, Hz. Yəqubun hər bir oğlunun on iki oğlu oldu. Yusufun isə sadəcə iki oğlu oldu, bu şəhvətinə görə övladları azaldı.

Bundan başqa açıqlamalar da edilmişdir. [16]

Bizim görüşümüzə görə, Yusufa göstərilən ayə, Allahın, zina felinin günah olduğuna və bu feli edənlərin cəzalandırılmalı olduqlarına dair olan əmridir.  Belə ki, 24-cü ayədə Uca Allah, Yusufa dəlil göstərməsinin səbəbini: Ondan fahişəliyi və pisliyi uzaqlaşdırmaq üçün, belə etdi – deyə açıqlamışdır.

24-cü ayənin son cümləsi olan Şübhəsiz ki, o, Bizim arıdılmış qullarımızdan idi. ifadəsindən anlaşıldığına görə, Yusuf bu əhvalatdan əvvəl bir çox bəla və fitnə ilə arıdılmış, saf, xalis, qatışıqsız bir qul halına gətirilmişdi.

“Arıdılmış” deyə çevirdiyimiz “Muhləs” sözü, Quranda Davud, Süleyman, İbrahim, İsmayıl və Yusuf peyğəmbərlər üçün işlədilmiş bir xüsusiyyətdir. Ancaq Quranda muhləs olduqları bildirilən bu peyğəmbərlərdən başqa heç kimin muhləs olamayacağını düşünmək və bu xüsusiyyəti sadəcə peyğəmbərlərə xas saymaq düzgün bir qənaət deyildir. Fitnələnən, bəla və müsibətlərlə sınanmağa səbr edən, arınma istəyiylə özünü təlimləndirib yetkinləşdirən, təfəkkür və ağıl işlətmək kimi zehni təchizatlarını güçləndirərək özünü yetişdirən hər kəs muhləs olub İblisin təlqinlərindən qoruna bilir.

Mövzumuz olan ayələrdə [Yusuf/23-29] anladılan əhvalat, Kitab-i Müqəddəsdə bu şəkildə yer alır:

  1. Bir müddət sonra əfəndisinin xanımı ona göz qoyaraq: “Mənimlə yat” – dedi.
  2. Amma Yusuf rədd etdi. “Mən burada olduğum üçün əfəndim evdəki heç bir şey haqqında düşünmür” – dedi, “Sahib olduğu hər şeyin idarəçiliyini mənə verdi.
  3. Bu evdə mən də onun qədər səlahiyyətliyəm. Səndən başqa heç bir şeyi məndən əsirgəmədi. Sən onun xanımısan. Necə belə bir pislik edər, Tanrıya qarşı günah işlərəm?”
  4. Potifarın xanımı hər gün özüylə yatması, ya da birlikdə olması üçün təkid etdisə də, Yusuf onun istəyini qəbul etmədi.
  5. Bir gün Yusuf işlərini etmək üçün evə getdi. İçəridə ev xalqından heç kimsə yox idi.
  6. Potifarın xanımı Yusufun geyimini tutaraq: “Mənimlə yat” – dedi. Amma Yusuf geyimini onun əlində buraxıb evdən bayıra qaçdı.
  7. Qadın Yusufun geyimini buraxıb qaçdığını görüncə,
  8. xidmətçilərini çağırdı. “Baxın buna!” – dedi, “Ərimin gətirdiyi bu İbrani bizi rüsvay etdi. Yanıma gəldi, mənimlə yatmaq istədi. Mən də bağırdım.
  9. Bağırdığımı eşidincə, geyimini yanımda buraxıb bayıra qaçdı”.
  10. Əfəndisi evə gələnə qədər Yusufun geyimini yanında saxladı.
  11. Ona da eyni şeyləri anlatdı: “Buraya gətirdiyin İbrani kölə yanıma gəlib məni alçaltmaq istədi.
  12. Amma mən bağırınca, geyimini yanımda buraxıb qaçdı”.
  13. Xanımının: “Sənin kölən mənə belə etdi” – deyərək anlatdıqlarını eşidincə, Yusufun əfəndisinin öfkəsi təpəsinə çıxdı . [17]

30Şəhərdə qadınlar da: “Əzizin zövcəsi, cavan oğlanın nəfsindən murad almaq istəmiş. Tam yəqinliklə bilin ki, sevgi onun ürəyinə işləmiş. Şübhəsiz, biz mütləq onu açıq-aşkar bir pozğunluq içində görürük” – dedilər.

31Sonra Əzizin zövcəsi, onların gizli-gizli dedi-qodu yaydıqlarını eşidincə, on­lara elçi göndərdi və onlara yastıq, meyvələrlə dolu gözəl bir süfrə hazırladı. Və onlar­dan hər birinə iti bir bıçaq verdi. Və: “Çıx qarşılarına!” – dedi. Və indi onlar Yusufu görər-gör­məz onu gözlərində çox böyütdülər və əllərini kəsdilər. Və: “Haşa! Allah xətrinə, bu bir bəşər deyil, ancaq çox şərəfli bir mələkdir”. “Haşa bu, satın alınmış bir kölə de­yil, ancaq çox şərəfli bir şahzadədir” – dedilər.

32Əzizin zövcəsi: “Bax budur, bu gördüyünüz, məni haqqında qınadığınızdır. And olsun ki, mən bunun nəfsindən faydalanmaq istədim, lakin o, namuslu davrandı. Yenə and olsun ki, özünə əmr etdiyimi etməzsə, tam yəqinliklə bilin ki, zindana atılacaq və mütləq etibarını itirənlərdən olacaq” – dedi.

33 Yusuf: “Rəbbim! Zindan mənə, bunların məni dəvət etdikləri şeydən daha sevim­lidir. Əgər Sən, bunların tələlərini məndən döndərməsən, mən onların tələsi­nə düşərəm və cahillərdən olaram” – dedi.

34Buna görə də Rəbbi, ona cavab verdi və ondan onların tələlərini döndərdi. Şübhəsiz ki, O, bəli O, haqqıyla eşidənin, haqqıyla bilənin məhz özüdür.

Hadisələrin təcavüz əhvalatından sonrakı inkişafindan bəhs edilən bu bölmədən, əhvalatın Misir ictimaiyyəti arasında dedi-qodu mövzusu olduğu, buna baxmayaraq, evin xanımının yenə də niyyətindən əl çəkmədiyi anlaşılır.

Anladılanlara görə, Əzizin xanımının Yusufdan murad almaq arzusunda olduğu ətrafda eşidilmiş və bu vəziyyət şəhərin qadınları tərəfindən qınanmışdır. Böyük bir ehtimalla, əhvalatın xəbəri, hadisəyə hakimlik edən şəfs tərəfindən sızdırılmışdır. Əzizin xanımı isə ola bilsin ki, öz yerində kim olsa, Yusufa qarşı eyni arzuları duyacağını göstərmək üçün, özünü qınayan qadınları evinə ziyafətə çağırıb, Yusufu qarşılarına çıxarmışdır. Bundan sonrakı əhvalatlar Əzizin xanımının düşündüyü kimi inkişaf etmiş və Yusufu görən qadınlar elə bir heyranlıq duyub, çaşqınlığa qapılmışdılar ki, meyvələrini yeyərkən əllərini kəsmişdilər. Beləliklə, Yusufa yönəlik arzuları üzündən özünü qınayan qadınların dəstəyini alan Əzizin xanımı, qadınların önündə də niyyətindən əl çəkmədiyini açıqlamış və Yusufun qarşı çıxması halında onu zindana atdırmaqla təhdid etmişdir. Yusuf isə zindana atılmağın nə qədər pis bir şey olduğunu bilməsinə və qadının istədiyi şeyin çox cazibəli olmasına baxmayaraq, ağıllı davranmış, keçici bir zövqü axirət həyatına tərcih etməmiş, yəni günahı deyil, zindana girməyi tərcih etmişdir.

30-cu ayədə bəhs edilən qadınların sayı Quranda bildirilməmiş olmasına qarşılıq, bu mövzuda bir sıra iddialar ortaya atılmışdır:

Kelbi belə demişdir: “Bu qadınlar dörd nəfər idilər: Əzizin suçusunun xanımı, çörəkçisinin xanımı, mühafizəçisinin xanımı və çobanının xanımı”. [18]

Mukatil, bunlara gözətçisinin xanımını da əlavə etmişdir.

Biz, ayədəki “nisvətün [qadınlar]” sözünün çoxluq mənasından yola çıxaraq, bəhs edilən qadınların üç və ya daha artıq olduqlarını düşünürük.

31-ci ayədəki “əllərini kəsdilər” ifadəsi, “əllərini cızıb, yaraladılar” deməkdir. Demək olar ki, hər dildə, vücudun hər hansı bir yerində meydana gələn cızılma, qanama kimi yaralanmalar “kəsilmə” şəklində ifadə edilir.

Ayədəki “kəsmə” feli “قطّع kattaa” qəlibiylə verilmışdır. Bu qəlib felə “kəsrət [çoxluq]” mənası qatır. Ancaq “məna”ya qatılan bu çoxluq cümlənin fel, fail və ya məfulundan hər hansı birinə aid ola bilir. Beləliklə, qadınların əllərini çoxca kəsmələri ifadəsindən: a. əllərini üç-beş dəfə kəsdikləri; b. əllərinin bir neçə barmağını birdən kəsdikləri; c. ya da əllərini kəsənlərin sayca çox olduqları mənası çıxarıla bilir.

22, 24-cü ayələrdə Yusuf üçün həm “محسن  muhsin [yaxşılıq – gözəllik törədən]” həm də “مخلص muhləs [arıdılmış]” xüsusiyyətləri verilmişdir. Bu vəziyyət Yusufun şəxsiyyət, mənlik, əxlaq və təhsil yönündən hansı səviyyədə olduğunu anlamağa kifayət edir.

35Sonra bu qədər dəlili gördükdən sonra bir müddət keçdi və onu zindana atmaları məlum oldu.

Bu ayədə, Yusufun duasının qəbul edildiyi və zindana atıldığı nəql edilir. Hər şeyin ortaya çıxmasına, əsl təcavüzə uğrayanın o olduğunun anlaşılmasına və bunun bilavasitə Əzizin xanımı tərəfindən etiraf edilməsinə baxmayaraq, Yusuf zindana atılaraq qadının rüsvayçılığı ört-basdır edilməyə çalışılmışdır. Bu, o dövrin kübar cəmiyyətinin əxlaqən nə qədər çürümüş olduğunu gözlər önünə sərən bir vəziyyətdir. Çünki əxlaqi zəiflik içində olan təcavüzkar bir qadının sosial statusu sarsılmasın deyə, günahsızlığı sübut edilmiş bir insan haqsız yerə həbsə göndərilmişdir.

Zəmahşəri, Yusufun haqsız yerə zindana atılmasını, xanımına qarşı itaətli və zəif davranan Əzizin arvad sözü ilə oturub-duran kişiliyinə bağlamış və Əzizi “yüyənini qadının əlinə bir minik dəvəsi misali təslim etmiş bir kişi” olaraq xarakterizə etmişdir. [19]

Yusufun zindan müddəti olaraq klassik əsərlərdə “üç ay”, “beş il”, “yeddi il”, “on iki il”, “doqquz il” kimi müddətlərdən bəhs edilmişdir. Ancaq bu iddiaların heç bir istinadı yoxdur. Ayədəki “حين hıyn [bir müddət]” ifadəsindən, Yusufun uzun bir müddət üçün deyil, qısa bir müddət üçün həbsə atıldığı anlaşılır. Bu da dedi-qodunun dincəlməsini, ortalığın yatışmasını təmin edə bilən qədər bir müddətdir.

36Və zindana onunla birlikdə iki cavan oğlan da girdi. Onlardan birisi: “Şübhəsiz, mən özümü şərab sıxarkən gördüm” – dedi. O biri də: “Şübhəsiz, mən, başımın üs­tün­də çörək daşıdığımı, quşların da ondan yediyini gördüm. Bizə bunun yozumu­nu xə­bər ver. Şübhəsiz, biz sənin yaxşılıq/gözəllik edənlərdən olduğunu görürük” – dedi.

37–41Yusuf: “Sizə qida olaraq veriləcək bir yemək gəlmədən əvvəl onun yo­zu­mu­nu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir. Şübhəsiz, mən Allaha inanmayan bir qövmün ki, onlar axirəti bilərək rədd edənlərin/inan­­­ma­yanların məhz özləridir, dinini, həyat tərzini tərk etdim. Və atalarım İbrahim, İshaq və Yəqubun dininə, yaşayış qaydasına uydum. Bizə Allaha heç bir şeyi ortaq qoş­ma­q olmaz. Bu, Allahın bizə və insanlara bir lütfüdür. Və lakin insan­la­rın ço­xu özlərinə verilən nemətlərin qarşılığını ödəmirlər. Ey mənim zindan yol­daş­la­rım! Ayrı-ayrı bir çox Rəbblərmi daha xeyirlidir, yoxsa hər şeyə hakim və qalib olan bir tək Allahmı? Sizin, Onun yaratdığı sərvətlərdən o sitayiş etdikləriniz, sizin və ata­larınızın uydurduğu bir sıra adlardan başqa bir şey deyildir. Bunlara sitayiş etməyiniz barədə Allah heç bir dəlil endirmiş deyildir. Hökm, ancaq Allaha aid­dir! O, sizə Özündən başqasına sitayiş etməməyinizi əmr etdi. Bax budur, bu ən doğ­ru – qo­ruyan dindir. Lakin insanların çoxu bilmirlər. Ey mənim zindan yol­daş­la­rım! Bi­riniz ağasına yenə şərab təqdim edəcək. Digəri də asılacaq və quşlar onu ba­şın­dan ye­yə­cək­lər. Bax budur, haqqında fitva istədiyiniz iş gerçəkləşdi” – dedi.

Bu ayələrdə Yusufun zindan həyatından bir fraqment nəql edilir. İki zindan yoldaşı öz haqlarında gördükləri görüntüləri Yusufa anlatmışlar, Yusuf isə bu görüntüləri təvil etməzdən əvvəl həbsxana yoldaslarına konkret bir Tövhid dərsi vermişdir.

Zindan yoldaşlarının Yusufa “Şübhəsiz, biz səni yaxşılaşdıranlardan görürük” demələri, onun boş durmayıb, salehatı işlədiyini və zindanda sayılıb-seçilən, dəyər verilən bir mövqedə olduğunu göstərir.  Belə ki, gördükləri görüntüləri anladaraq, Yusufa içlərini tökmüşlər, dərdlərini açmışlar, həlli üçün ona müraciət etmişlər.

Bu xüsusda Kitab-i Müqəddəsdə bunlar yazılıdır:

Və mühafizəçi zindanda daha əvvəlcə tutulmuş olan bütün məhkumları Yusufun əlinə təslim etdi.  Beləliklə, nə etdilərsə, onu Yusuf etmiş oldu. Mühafizəçinin izlədiyi heç bir şey yox idi ki, Yusufun əli altından çıxmış olmasın. [20]

Yusufun görüntüləri təvil etməzdən əvvəl, yanındakılara verdiyi Tövhid dərsi çox diqqətə layiqdir. Yusufun buradakı sözləri, ancaq vəhy ilə müxatib olub, elçilik vəzifəsi almış birinin sözləridir:

Şübhəsiz, mən Allaha inanmayan bir qövmün ki, onlar axirəti inkar edənlərin məhz özləridir, millətini tərk etdim. Və atalarım İbrahim, İshaq və Yəqubun millətinə uydum. Bizim, Allaha heç bir şeyi ortaq tutmağımız olmaz. Bu, Allahın bizə və insanlara bir lütfüdür. Və lakin insanların çoxu şükr etmirlər. Ey mənim zindan yoldaslarım! Ayrıayrı bir çox Rəbblərmi daha xeyirli, yoxsa hər şeyə hakim və qalib olan bir tək Allahmı? Sizin, Allahın yaratdıqlarından o sitayiş etdikləriniz, sizin və atalarınızın uydurduğu bir sıra isimlərdən başqa bir şey deyildir. Ona [bunlara sitayiş etməyiniz mövzusuna] Allah heç bir dəlil endirmiş deyildir. Hökm ancaq Allaha aiddir: O, sizə, özündən başqasına sitayiş etməməyinizi əmr etdi. Budur bu, ən doğru dindir. Lakin insanların çoxu bilmirlər”.

Yusuf peyğəmbərin bu monoloqunda keçən “Ayrı-ayrı bir çox Rəbblərmi daha xeyirli, yoxsa hər şeyə hakim və qalib olan bir tək Allahmı?” sözləriylə etdiyi müqayisə tərzindəki xəbərdarlıq Nəml surəsində də yer alır:

  • 59De ki: “Bütün təriflər Allaha məxsusdur, başqası öyülə bilməz. Salamatlıq, təhlükəsizlik də seçib arındırdığı qullarınadır. Allahmı xeyirlidır, yoxsa onların ortaq qoşduğu şeylərmi?”
  • 60Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, ya göyləri və yer üzünü yaradan, göydən sizin üçün su endirənmi? Sonra da Biz onunla, bir ağacı belə bitirməyinizin mümkün olmadığı gözəl-gözəl bağçalar bitirmişik. Allahla bərabər başqa bir tanrımı var! Əksinə onlar, şərik qoşaraq səhv/öz zərərlərinə iş etməkdə davam edən bir cəmiyyətdir.
  • 61Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa yer üzünü sığınacaq edən, ara­la­rında çaylar əmələ gətirən, onun üçün sabit dağlar yerləşdirən və iki dəniz arasına maneə qoyanmı? Allah ilə bərabər bir tanrımı var? Tam əksinə, onların çoxu bilmirlər.
  • 62Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa özünə yalvardığı zaman bəd­bin­ləş­mişə qarşılıq verən və pisliyi yox edən, sizi yer üzünün xəlifələri edənmi? Allahın yanında başqa bir tanrımı var? Çox az düşünürsünüz!
  • 63Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa qurunun və dənizin qaranlıqları için­də sizə bələdçi olan, mərhəmətinin önündə küləkləri müjdəçi olaraq gön­də­rən­mi? Allahla bərabər bir tanrımı var? Allah onların qoşduqları ortaqlardan çox uca­dır.
  • 64Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa əvvəl yaratmağı başladan, sonra onu geri çəkəcək olan və sizi həm göydən, həm yerdən ruziləndirənmı? Allahla bə­ra­bər başqa bir tanrımı var? De ki: “Əgər doğru insanlarsınızsa, qəti dəlilinizi gə­ti­rin!” (Nəml/5964):

Yusuf peyğəmbərin, sözünə başlarkən “Sizə yeyəcək olaraq veriləcək bir yemək gəlməzdən əvvəl onun təvilini sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir” deyərək, özünün bir kahin olmadığını, edəcəyi təvillərin doğrunu ifadə etdiyini xəbər verməsi və Tövhid dərsindən sonra da yoldaşlarının gördükləri görüntüləri təvil etməsi, ona “təvil möcüzəsi” verildiyinin, yəni peyğəmbər edildiyinin bir başqa nümunəsidir.

Təvil. “Təvil” sözü, “geriyə dönüş” şəklindəki kök mənasından dəyişərək “tədbir [sıralama]” yəni birinci, ikinci, üçüncü şəklində “ard-arda dizmək, sıralamaq, ierarxiya sırasına qoymaq” mənalarında işlədilir. Burada vizyonlara aid bir çox bənzər əhvalat ortaya atıla bilir. Bunların təvili bu əhvalatların ən uyğun olanının tərcih edilməsi, mənimsənilməsidir.

Bu ayələrdə anladılan əhvalatlar, Kitab-i Müqəddəsin Təkvin; 40-cı babında yer alır.

42Və Yusuf o iki nəfərdən, qurtaracağını qəti olaraq bildiyi adama: “Ağa, hökm­dar etdiyin adamın yanında məni xatırla!” – dedi. Sonra mənliyi ona xatırlat­ma­ğı tərk etdirdi. Beləliklə, Yusuf beş-on il zindanda qaldı.

Ayədən anlaşıldığına görə, Allahın verdiyi elm sayəsində Yusuf peyğəmbərin etdiyi təvil reallaşmış, belə ki, qurtulacağını söylədiyi adam Yusuf peyğəmbərin təmbehini əfəndisinin yanında söyləməmiş və o da zindanda qalmağa davam etmişdir.

Xilas olan adama o təmbehi xatırlatmağı tərk etdirən şeytan, o kişinin özü, yəni öz şeytanı, iblisidir. Çünki Rəbbimizin bildirdiyi kimi, şeytanın hər hansı bir məcbur etmə gücü yoxdur. Beləliklə, o adam unutduğundan, ya da özünə unutdurulduğundan deyil, işinə yaramadığı, özü istəmədiyi üçün əfəndisinə Yusuf peyğəmbərdən bəhs etməmişdir.

Ayənin orijinalında keçən النّسيان [nisyan] sözü “unutmaq” olaraq məşhurlaşmışdır, ancaq sözün əsas mənası “ الذّكر والحفظ ضدّ zıddu’z-zikri və’l hıfz [söyləməmək, xatırlamamaq və ağılda tutmamaq]”dır. [21] Buna görə, “nisyan” sözü “bilə-bilə tərk etmə”yi, “dəyər verməmə”yi, “əhəmiyyət verməmə”yi ifadə edir. “Xatırlamamaq, unutmaq” terminləri də bu sözlə ifadə edilməklə bərabər, Qurandakı bütün “nisyan” sözləri üçün daima “əhəmiyyət verməmək, ağıza almamaq” mənası da nəzərə alınmalıdır.

Nəticə olaraq, zindan yoldaşının Yusuf peyğəmbərdən əfəndisinə bəhs etməyi unutması bəhanə xüsusiyyətindəki normal bir unutma deyil, gənc yoldaşının Musa peyğəmbərə “Hutu unutdum” (Kəhf/60) deməsi kimi, “əhəmiyyət verməmək, vacib hesab etməmək, bilə-bilə tərk etmək” mənasında, günah xüsusiyyətində bir unutmadır.

“İllərin qüsurunca [3 ilə 10 il]” olaraq çevirdiyimiz ifadənin orijinali, “بضع سنين bidu siniin”dir. “بضع Bid” sözü “3 ilə 10 arasında” deməkdir. Amma buna “3 ilə 9 və ya 4 ilə 9 arasında” deyənlər də vardır. [22]

Buradakı kimi, alt və üst həddi bəlli aralıqdakı saylar türk dilində “kəsir” olaraq ifadə edilir. Məsələn, on ilə iyirmi il arasındakı müddətlər “on küsur il” və ya yüz lirə ilə iki yüz lirə arasındakı qiymətlər “yüz küsur lirə” olaraq söylənir. Bizim də çevirdiyimizi “illərin küsuru” şəklində etməyimizin səbəbi budur. Yusuf əvvəlcə qısa müddət üçün zindana atılmış olmasına baxmayaraq, ayədən anlaşıldığına görə, planlanandan daha uzun müddət həbsdə qalmışdır.

Ayədə keçən “ظنّ zənn” sözü burada “qəti məlumat” mənasındadır. “Zənn” sözünün Qurandakı işlədilməsi ilə əlaqədar məqam Sad surəsinin sonunda olan “Zənn” başlıqlı yazımızda mövcuddur.

43Və hökmdar dedi ki: “Şübhəsiz, mən yeddi cılız inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl başaqla yeddi quru başaq görürəm. Ey öndə gedənlər! Siz görünüş/vizyon/görüntü təbir edirsinizsə, bu görüntü haqqında razı salan bir fikir deyib məni aydınladın”.

44Öndə gedənlər dedilər ki: “Qarmaqarışıq görüntüdür. Biz isə belə qarmaqarışıq görüntülərin yozumunu bilənlər deyilik”.

Bu ayələrdə ölkə idarəçisinin gördüyü görüntü [vizyon] anladılır ki, bu görüntü yuxuda deyil, oyaq ikən görülmüşdür. Hökmdarın canını sıxdığı, təvilini ətrafındakılara soruşmasından bəlli olan görüntü, sonrakı ayələrdən anlaşıldığı kimi, əslində Yusuf peyğəmbərin zindandan çıxmasına vəsilə olmuşdur. Ya da başqa bir ifadə ilə, Rəbbimiz hökmdarın vizyonunu Yusuf peyğəmbərin zindandan çıxması üçün bir səbəb qılmışdır.

“İdarəçinin kimliyi” və “röyaların növləri” mövzularında Elmalılı Hamdi Yazarın görüşləri belədir:

İslam alimləri, röya hadisəsini üç sinif olaraq təsnif etmişlər:

Birincisi, Allah tərəfindən birbaşa və ya bir mələk vasitəsiylə meydana gələn ilahi bir təlqindir ki, əsl röya, haqq və gerçək olan röya budur.

İkincisi, mənliyin özündən özünə edilən təlqin ilə meydana gələn görüntüdür ki, keçmişdən gələn xatirə təcrübələrinin yeni başdan xəyal edilməsindən başqa bir dəyər daşımaz.

Üçüncüsü isə şeytani bir təlqin ilə meydana gələn zehni görüntüdür ki, bilinməyən bir kənar təsirdən təsirlənərək meydana gəlir. Lakin yalan bir oxşarlıq və təxəyyüldən ibarət olur. Budur bu ikisi, “ahlam” və ya “adğasü ahlam” adını alır. Bununla yanaşı, bütün bunlar nəfsdə məlumat dəyəri olmasa belə, hissi bir həyəcan oyandırmaqdan geri qalmazlar. Bu halda yalnızca məlumat dəyəri nöqteyi nəzərindən deyil, duyğuların haldan-hala keçməsi nöqteyi nəzərindən də düşünüldüyü zaman görünür ki, röya deyilən qismin belə psixologiyada hesaba qatılmağa dəyər əhəmiyyətli bir yeri vardır.

Həqiqətən də Hz. Peyğəmbərin hədislərində röyaların həm məlumat dəyəri, həm də emosional əhəmiyyəti üzərində durulmuş, hər iki faydasına da ayrı-ayrı işarə buyurulmuşdur. Bu arada bunu da xatırlatmalıyıq ki, hədis-i şərifdə “Röya, peyğəmbərliyin qırx altı cüzündən bir cüzdür” yəni, “qırx altı parçasından bir parçadır” buyurulmaqla, onun elmi dəyərinə işarə edilmişdir. Həmçinin yenə hədis-i şərifdə “Peyğəmbərlik kəsildi, doğru bilgi gətirən röyalar qaldı” buyurulmuşdur. Bu da daha ziyadə işin emosional tərəfinə aiddir. Heç şübhəsiz, nübüvvətlərin mükəmməli, Hz. Muhəmmədin nübüvvətidir. Hatəmü’l-ənbiya [son peyğəmbər] əfəndimizin vəfatına qədər vəhy aldığı peyğəmbərlik müddəti iyirmi üç il idi. Və bu iyirmi üç illik müddətin ilk altı ayında aldığı vəhy, lap səhər aydınlığı kimi zühur edən röyalar şəklində olmuşdu. İyirmi üç ilin isə qırx altı dənə yarım il, yəni qırx altı dənə “altı ay” demək olduğu hesaba alınarsa, ilk altı ayda röyalar şəklində gələn vəhyin, bütün vəhy müddətinin qırx altıda biri etdiyi və onun qırx altı parçasından bir parça olduğu anlaşılır.

Burada röya məsələsini bir az da zamanəmizin fəlsəfi görüşləri nöqteyi nəzərindən ələ almaq da faydasız olmayacaqdır. Psixologiyada və ümumiyyətlə ruhi elmlərlə məşgul olanların bildiyi kimi, oyaq ikən bizə bəlli bir şeyi tanıdan, məsələn, “bir buğda başağı gördüm və ya bir səs eşitdim” dedirdən hər hansı bir görmə və eşitmə, tək başına o anda meydana gələn sadə bir hissdən ibarət deyildir. O anda aldığımız o hiss ilə birlikdə hafizəmiz da ona bənzər bir sürətlə dərhal hərəkətə keçir, özündə daha əvvəldən ona bənzər bütün görüntüləri yoxlayar, varsa eynisini tapır, onunla qarşılaşdırır və o anda onun buğda başağı olduğuna qərar verir. Gördüyü yeni duyğu ilə əvvəllər əldə etdiyi qavrayışların inteqrasiyasından yeni bir tərif əldə etmiş olur.

Burada bəhs edilən Kral, elə görünür ki, Sina Yarımadası yoluyla şərqdən gəlib Misiri istila etdikdən sonra ölkədə e.ə. 1700-cü ildən 1580-ci ilə qədər hökm sürən altı Hiksos kralından biridir. Əcnəbi bir qövmdən olduğunda şübhə olmayan bu xanədanın adı qədim Misir dilində “hik şasu” ya da “heku şoswet” sözündən törəmişdir ki, bunun mənası “köçəri ölkələrin hökmdarları”, yaxud son dövr Misir tarixçilərindən Manethoya görə “çoban krallar” deməkdir ki, bütün bunlar da onların Misirin istilasından əvvəl Suriyada yerləşərək, həyat tərzini mənimsəməyə başlamış olmaqla birlikdə, köçəri həyat tərzindən çox şeylər daşıyan ərəblər olduqlarını göstərir. Bu, əhvalatda bəhs edilən kralın ibrani qövmündən olan Hz. Yusufa duyduğu etimad və yaxınlığı və həmçinin sonrakının ailəsinin sonradan Misirə yerləşməsini (Və beləliklə, zaman keçdikcə İsrail ulusunun təşəkkülünü) qismən açıqlayır. Çünki xatırlanmalıdır ki, İbranilər də bir neçə yüz il əvvəldən Ərəbistan Yarımadasından Mesopotamyaya, sonra Suriyaya köç edən bədəvi qəbilələrindən birinin soyundan gəlirlər, həmçinin Hiksos dili, özü də son qədim ərəb ləhcələrindən biri olan ibranicəyə çox yaxın bir dil olmalıdır. [23]

İdarəçinin gördükləri və sonraki inkişaf etmələr Kitab-i Müqəddəsdə Təkvin/41-ci Babda yer alır.

45Və o iki nəfərdən xilas olmuş olan adam, iş işdən keçdikdən sonra, xatırlayaraq dedi ki: “Mən sizə o görüntünün, qəti olaraq nəyi ifadə etdiyini xəbər verərəm, dərhal məni göndərin”.

 46“Yusuf! Ey doğru sözlü! Bizə, insanlara biliklənərək dönməyim və onların öyrənməsi üçün “Yeddi kök inəyi, yeddi cılız inək yeyir. Və yeddi yaşıl başaqla digər yeddi quru başaq” haqqında qaneedici bilik ver”.

47–49Yusuf dedi ki: “Yeddi il, adət üzrə, əkin tədarük edəcəksiniz. Hər cür qida məhsulu istehsal edəcək, sonra da istehsal etdiyiniz məhsulları yeyəcəyiniz miqdardan başqa, qalanını sünbüldə – ehtiyacınız olacaq vaxta qədər yığıb saxlayın. Sonra onun arxasından yeddi quraqlıq keçən il gələcək. Bu quraqlıq illər əvvəl qənaət etdiklərinizdən az miqdar istisna olmaqla, tədarük etdiklərinizi yeyib bitirəcəkdir.  Sonra da ardınca bir il gələcək ki, insanlar onda yağışa qovuşacaq və onda sıxıb sağacaqları – zeytun yağı, üzüm suyu, bəkməz kimi qidaya da qovuşacaqlar. Həyat normala dönəcək”.

Bu ayələrdə, hökmdarın gördüyü və ətrafındakıların təvil edə bilmədiyi görüntü və o görüntü haqqında Yusuf peyğəmbərin etdiyi təvil bildirilir.

45-ci ayədə keçən “necə ümmətdən sonra” ifadəsindən anlaşıldığına görə, təvil üçün gələn bir çox sözdə kahin işin içindən çıxa bilmədiyinə görə, Yusuf peyğəmbərin xilas olmuş olan zindan yoldaşı hökmdara Yusuf peyğəmbərdən bəhs etmiş və bu qarma-qarışıq görüntü haqqında ondan təvil öyrənib gəlməsi üçün izin istəmişdir.

50Və o hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. Sonra o zaman ki, elçi Yusufun yanına gəldi, Yusuf ona dedi ki: “Ağanın yanına geri dön və ondan soruş görək, o əllərini kəsən qadınların çətinliyi nə imiş? Heç şübhə yox ki, Rəbbim onların oyunlarını çox yaxşı bilir”.

Yusuf peyğəmbərin etdiyi təvili eşidən hökmdar, onu saraya gətirmək üçün adam yollamış, ancaq Yusuf peyğəmbər zindandan çıxmağı rədd edərək, hökmdardan özünün haqsız yerə zindana atılmasına səbəb olan qadınların dindirilməsini, doğrunun ortaya çıxarılmasını istəmişdir.

51Hökmdar: “Yusufun nəfsindən murad almağa qalxdığınız zaman vəziyyət nə idi?” – dedi. Qadınlar: “Haşa, Allah xətrinə, biz onun əleyhində heç bir pislik bilmədik” – dedilər. Əzizin zövcəsi də: “İndi haqq və həqiqət olduğu kimi ortaya çıxdı. Onun nəfsindən mən murad almaq istədim. O isə şəksiz, şübhəsiz, doğrulardandır. 52Bax budur, bu, Yusufun kimsə olmayan bir yerdə mənim ona xainlik etmədiyimi və tam yəqinliklə bilin ki, Allahın xainlərin hiyləsinə bələdçi olmadığını bilməsi üçündür. 53Və mən nəfsimi təmizə çıxarmıram. Şübhəsiz ki, nəfs şiddətlə pisliyi əmr edəndir. Ancaq Rəbbimin qoruduğu kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim çox bağışlayan və çox mərhəmətlidir” – dedi.

54Və hökmdar: “Onu mənim yanıma gətirin, onu özüm üçün yetişdirim” – dedi. Sonra onunla da­nışınca da: “Şübhəsiz ki, sən, bu gün yanımızda həqiqətən mühüm bir mövqe sahibi­sən, etibar edilən birisən” – dedi.

55Yusuf dedi ki: “Məni yer üzünün xəzinələri üzərinə vəzifələndir. Şübhəsiz, mən yaxşı qoruyan, çox yaxşı bilənəm”.

Bu ayələrdə, Yusuf peyğəmbərin tələbindən sonra Əzizin xanımı ilə birlikdə digər iftiraçı qadınların hökmdar hüzurundakı bir məhkəmədə mühakimə olunması, təmsili bir anlatma ilə canlandırılmışdır.

Hökmdarın “Yusufun nəfsindən murad almağa qalxdığınız zaman vəziyyət nə idi?” şəklindəki sualı, o əhvalat əsnasında Yusufun qızışdırıcı, ya da cəsarət verici bir davranışda olub olmadığını anlamağa yönəlikdir. Qadınlar doğrunu söyləyib Yusufu ağlayınca, Yusuf peyğəmbər zindandan çıxardılaraq saraya gətirilir. Hökmdarın özünə çox güvəndiyini söylədikdən sonra, Yusuf da ondan ölkənin xəzinə işlərinə təyin olunmasını istəyir. Yusuf peyğəmbərin özündən əmin olaraq söylədiyi “Məni yer üzünün xəzinələri üzərinə qıl [gətir]. Şübhəsiz, mən yaxşı qoruyan, çox yaxşı bilənəm” sözləri, onun yeddi il sonra baş verəcəyini bildiyi qıtlıq dövründə nə edəcəyini yaxşı düşünüb, planladığını göstərir.

51-ci ayədə keçən “nəfs” sözü ilə əlaqədar məqam Leyl və Qiyamət surələrində verildiyi üçün, sözün burada təkrar açıqlanmasına ehtiyac görmürük.

Mevdudi, Yusuf peyğəmbərin ölkə idarəçiliyinə gəlməsi və bu vəzifədəki uğuru haqqında etmiş olduğu təsbitləri belə dilə gətirmişdir:

Talmuda görə, “İbrani özünü bilikli və uzman bir kimsə olaraq isbat etmişdi”; həmçinin Talmud, Hz. Yusufun (ə.s) belə dediyini nəql edər: “Bu qətidir ki, məndən daha üstünlük əldə etmiş biri daha yox: Nəhayət mən Allahın bütün bilikləri öyrətdiyi biriyəm”. Daha sonrakı ayələrdə bu tələbinin qəbul edildiyini və Yusufun da boynuna götürdüyü vəzifəsini haqqıyla yerinə yetirdiyi görüləcəkdir. [24]

Belə ki, kral və ətrafındakılar Hz. Yusufu (ə.s) yaxınlaşmaqda olan fəlakətdən ölkəni qurtaran yeganə şəxs olaraq elan etmişdir. Yusufun (ə.s) artıq ölkənin bütün qaynaqlarının öz əllərinə, öz təsərrüfünə buraxılmasını məsləhət görməsində və kralın bu təklifin təcili həyata keçirilməsini qəbul etməsində çaşılacaq bir tərəf olmayacaqdır.

İlk sual budur: Hz. Yusufun (ə.s) krala etdiyi təklif bir məmuriyyət üçünmü idi? Daha əvvəlki açıqlama qeydlərinin işığında aydınlığa qovuşmuş olmalıdır ki, məsələ, hədəfinə varmasını təmin edə bilən bir fürsət anını gözləyən acgözlü bir adamın müraciəti, yaxud bir ricası olmadığı kimi, kralın öz hüzurunda dilə gətirilən bu təklifi qəbul etməsi də, məsələnin əvvəli yoxmuş kimi, anidən olmamışdır.

Kitab-i Müqəddəs və Misir tarixi üzərində müqayisəli təhlillər aparan modern araşdırmaçılar, Hyksos kralı Apophisin, Hz. Yusufun (ə.s) müasiri olan kral olduğu görüşünü paylaşırlar.

O dövrdə Memphis Misirin paytaxtı idi. Bu şəhərə aid qalıntılara Qahirənin cənubunda 14 mil məsafədəki Nil sahilində rastlanır. Hz. Yusuf (ə.s) buraya gətirildiyində 17-18 yaşlarında idi.

Əzizin yanında iki-üç il, zindanda isə səkkiz-doqquz il qaldı, Misirə idarəçi olduğunda otuz yaşındaydı və iqtidarda səksən il təkbaşına qaldı. İqtidarının doqquzuncu və onuncu ilində atası Yəquba (ə.s) özü və bütün ailə fərdlərinin Fələstindən Misirə gəlmələri üçün xəbər yolladı. Kitab-i Müqəddəsə görə onları Hz. Musanın (ə.s) yaşadığı Goshen bölgəsinə yerləşdirmişdir. Yenə Kitab-i Müqəddəsə görə Hz. Yusuf (ə.s) ölmədən əvvəl əqrəbalarından bu andı almışdı: “Bu ölkədən atalarınızın ölkəsinə döndüyünüzdə sümüklərimi alıb, özünüzlə götürəcəksiniz”. Sonra öldü. Öldüyündə yüz on yaşındaydı. Əqrəbaları da özünü mumyaladılar. Hər nə qədər Quranda anladılan Yusuf əhvalatı Kitab-i Müqəddəs və Talmudla ayrıntılara endikcə fərqliləşirsə də, üçü də təməl əsaslarda ittifaq halındadırlar. Biz də bu fərqlilikləri lazımi yer və zamanda açıqlayıcı qeydlərimizlə izah etməyə çalışacağıq.

Firon ilə Hz. Musanın əlaqələrinin əksinə Hz. Yusuf ilə o dövrin Misir kralı arasında pozitiv bir əlaqə vardı. Hz.Yusuf, Maliyyə Naziri olacaq qədər dövlət qulluğunda irəliləmişdi. [25]

Quranı qavramaqda təcrübəsi olmayan kimsələri bu ayədə keçən “Hazainu’l-Ərz” deyimi və daha sonra keçən taxıl paylama işi yanıltmış; bu yanılma ilə də haqqında bəhs edilən məmuriyyətin bu günün “Xəzinə Müstəşarı”, “Qıtlıq Dövr Məsləhətçisi”, yaxud “Maliyyə Naziri” kimi bir məmuriyyət olduğu nəticəsinə varmışdılar. Əslində Yusufun (ə.s) məmuriyyəti bunlardan heç biri deyildi, çünki Quran, Kitab-i Müqəddəs və Talmuda görə Hz. Yusufa (ə.s) bütün iqtidar etibar edilmiş və bir idarəçinin bütün imtiyazı verilmişdir. Taxta oturmasının (Yusuf/l00) və özünə məlik deyilməsinin (Yusuf/72) səbəbi budur. Bilavasitə Hz. Yusuf (ə.s) Allaha, özünə məlikliyi bəxş etdiyi üçün şükür etmişdir (Yusuf/l00). Hər şeydən əvvəl, bilavasitə Allah bu əhvalata şahiddir; Tərcüməyə görə, “beləliklə, Yusufa ölkədə iqtidar verdik. Artıq ölkənin hər yanına istədiyi kimi təsərrüf etmək haqqına sahib olmuşdu” (Yusuf/56). Kitab-i Müqəddəsə baxdığımızda bunları oxuyuruq: “Və Firon Yusufə dedi: ” Evimi məkanın biləcəksən və xalqın sənin əmrinlə idarə ediləcək. Mən yalnız taxtda səndən böyük olacağam. Bax, bütün Misir ölkəsini idarə etməyə səni təyin edirəm. Səndən xəbərsiz Misir ölkəsində heç kimsə nə barmağını tərpədə biləcək, nə də addım ata biləcəkdir. Və Yusufa Zaphnath-paaneah [Dünya Qoruyucusu] adını verdi” (Təkvin, 4l: 40-45). Talmuda görə isə əhvalat belədir: “böyük qardaşları Misirdən ataları Hz. Yəqubun yanına (ə.s) döndüyündə Hz. Yusuf (ə.s) haqqında ona bunları söylədilər: Misir məliki, xalqı üzərində elə bir hegemondur ki, ondan üstünü yoxdur. Hər kəs onun əmriylə ölkəyə girir, onun əmriylə ölkədən çıxır. İdarəçilər onun əmirləri… Əfəndisi Fironun zəhmət çəkməsinə belə ehtiyac yoxdur”.

Əllamə Zəmaxşərinin görüşü, Kəşşaf təfsirində 55-ci ayədə gətirdiyi izahda verilmişdir. Belə deyir: “Yusuf Əleyhissəlam “ölkənin qaynaqlarını mənim təsərrüfümə verin” şəklindəki təklifində olduğu zaman niyyəti Allahın hökmlərini icra etmək, haqq və ədaləti təsis etmək və bütün rəsullar kimi vəzifəsini icra etmək naminə iqtidar fürsətindən yararlanmaqdı. Yoxsa taxta keçməyi, səltənət sevdası üçün, yaxud dünyəvi arzularını və ehtiraslarını təmin etmək üçün istəməmişdi.  Beləliklə, bir tələb etdi, çünki bu işi icra edə biləcək bir başqasının olmadığını tamamilə yaxşı bilirdi. Və insanların işləri xüsusunda təsərrüfdə olmaq, Hz. Yusufa vacib idi. Buna görə də, onun hansı şəkildə olursa olsun, bu isə təşəbbüs etməsi caizdi. Biz buna görə, insanların işləri xüsusunda təsərrüf etməsi, çalışması vacibdir dedik. [26]

56Və bax budur, Biz beləliklə, Yusuf üçün o yerdə iqtidar, ölkə idarəçiliyi verdik. Harasında istəyirdisə, orada qonaq qalırdı. Biz mərhəmətimizi dilədiyimizə nəsib edərik. Və yaxşılıq edənlərin mükafatını yox etmərik. 57Və iman edən və Allahın qo­ru­ması altına girənlər üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.

Bu ayələrdə Rəbbimiz, Yusuf peyğəmbərə iqtidar neməti verdiyini, onu dilədiyi kimi hərəkət edən bir idarəçi etdiyini, bütün mühsinlərə Yusuf peyğəmbərə verilənlər kimi mütləq ödüllər verəcəyini, amma axirətdəki ödüllərin dünyadakılardan daha dəyərli olduğunu bildirir və  beləliklə, bütün qullarını mühsinləşməyə təhrik edir.

Əhvalatda həmçinin hökmdarın Yusuf peyğəmbərdəki doğruluq, dürüstlük, etibarlılq xüsusiyyətlərinin əlamətlərini görüb, ona etibar etdiyinin vurğulanmasıyla belə bir əxlaqın sahibinə fayda verdiyi göstərilmiş və hər kəs  belə bir əxlaqa sarılmağa təşviq edilmiş olur.

58 Yusufun qardaşları gəldilər və onun yanına girdilər. O, onları dərhal tanıdı, onlar isə onu tanıya bilməyən insanlar idi.

59,60O zaman ki, onların təchizatlarını hazırladı: “Atanızdan olan qardaşınızı mənim yanıma gətirin. Görürsünüz ki, mən ölçünü tam ölçürəm və mən qonaq qəbul edənlərin ən yax­şısıyam. Siz əgər onu mənim yanıma gətirməsəniz, bir daha sizə taxıl yoxdur, yanıma da yaxınlaşmayın!” – dedi.

61Onlar: “Onu atasından istəməyə çalışacağıq və şübhəsiz ki, biz tam yəqinliklə bil ki, edənlərik” – dedilər.

62Və Yusuf məmurlarına: “Ailələrinin yanına döndükdə fərqinə varmaları üçün və yenə gəlmələri üçün sərmayələrini yüklərinin içinə qoyun!” – dedi.

Bu ayələrdə, Yusuf peyğəmbərin ailəsiylə olan əlaqələrinin idarəçilik dövründəki başlanğıcı çox qısa və lakonik bir şəkildə anladılmışdır.

Anlaşıldığına görə, hökmdarın gördüyü görüntülər, Yusuf peyğəmbərin təvili istiqamətində reallaşmış və bölgədə qıtlıq baş vermişdir. Ancaq Misir ölkəsi Yusuf peyğəmbərin aldığı tədbirlər sayəsində bu qıtlıqdan təsirlənmədiyi kimi, ətrafdakı ölkələrə də yardım edir. Yəqub peyğəmbərin oğullarını Misirə ehtiyat ərzaq təmin etmək üçün yollaması bunu göstərir.

Onu tanımayan qardaşlarını dərhal tanıyan Yusuf peyğəmbər, qardaşlarıyla bir xeyli söhbət etmiş olmalı ki, onlardan atası və kiçik qardaşıyla əlaqədar lazımi məlumatları almış və növbəti dəfə ərzaq almağa gələrkən, kiçik qardaşlarını da yanlarında gətirmələrini istəmişdir. Yusuf peyğəmbər, təkrar gəlmələrini təmin etmək üçün qardaşlarına verdiyi ərzaqın içinə ödədikləri sərmayələrini də geri qoydurmuş, kiçik qardaşının gətirilməsini təmin etmək üçün də növbəti dəfə kiçik qardaşlarını gətirməzlərsə, onlara ərzaq verilməyəcəyini demişdir.

Əhvalatın bu bölməsindəki hadisələrin anladılması Kitab-i Müqəddəsin Təkvin/42, 43-cü Bablarında yer alır.

63Beləliklə, atalarının yanına döndükləri vaxt: “Ey atamız! Bizdən taxılı əsirgədilər/bizə bir daha taxıl verilməyəcək. Onun üçün, bu dəfə qardaşımızı bizimlə göndər ki, taxıl ala bilək. Və biz onu mütləq qoruyacağıq”  – dedilər.

64Ataları dedi ki: “Mən onu sizə əmanət edərəmmi? Bundan əvvəl qardaşınızı – Yusufu əmanət etdiyim vaxt başqa! Bax budur, Allah ən xeyirli qoruyandır. Və O, mərhəmət edənlərin ən mərhəmətlisidir”.

65Və yüklərini açdıqları zaman sərmayələrinin özlərinə geri verilmiş olduğunu gördülər. Dedilər ki: “Ey atamız! Daha nə istəyirik? Bax budur, sərmayələrimiz bizə geri verilmişdir. Bununla, ailəmizə yenidən taxıl alar, gətirərik, qardaşımızı da qoruyarıq, üstəlik bir dəvə yükü daha artıq taxıl alarıq. Bu aldığımız çox yüngül, çox az bir taxıldır”.

66Ataları dedi ki: “Ətrafınız əhatə edilmədikcə, hamınız çarəsiz qalmadıqca, onu mənə mütləq gətirəcəyinizə dair Allah qarşısında bir vəd vermədikcə, onu tam yəqin bilin ki, sizin ilə birlikdə göndərmərəm”. Onlar, atalarına təminatlarını verincə, ataları: “Bu söylədiklərimizə Allah, müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir/şahiddir” – dedi.

67Və dedi ki: “Ey övladlarım! Bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Mən, Allahdan gələn heç bir şeyi sizdən dəf edə bilmərəm. Hökm yalnız və yalnız Allahındır. Mən, sadəcə Ona sonunu həvalə etdim. Artıq sonunu həvalə edənlər də sonunu sadəcə Ona həvalə etməlidirlər”.

Bu ayələrdə, Yusuf peyğəmbərin qardaşlarının, kiçik qardaşın Misirə göndərilməsi mövzusunda atalarını razı etmələri və bu müddətdə aralarında keçən dialoqlar nəql edilir.

Bu dialoqlarda Yəqub peyğəmbər kiçik qardaşlarını çox yaxşı gözləyib, qoruyacaqlarına dair oğullarından söz aldıqdan sonra, onlara xarici bir ölkədə əbəs yerə diqqətləri üzərlərinə çəkməmələri və beləliklə, gözlənilməz intriqalara qurban getməmələri üçün nəsihət etmişdir. Yəqub peyğəmbərin bu təmbihləri, əslində sadəcə psixoloji olaraq rahatladan, ən azından mənəvi dəstək verən tədbirlərdir. Çünki nə cür tədbir alınırsa alınsın, insanların başlarına Allahdan gələcəklərin qarşısının alınması mümkün deyildir.  Belə ki, Yəqub peyğəmbər də bu şüurda, işin nəticəsini Allaha təvəkkül edərək göstərmişdir.

İmanlı insanların Allahı tanıyıb, təqdir etmələrinin bir nəticəsi olan “təvəkkül” termini daha əvvəl bütün incəliklərinə qədər açıqlandığı üçün burada sadəcə “təvəkkül” sözünün tərifini təkrarlamağı yetərli hesab edirik.

Təvəkkül. “Vəkil” sözünün Qurandakı mənasına görə “təvəkkül”, “insanın acizliyini ortaya qoyaraq ‘Vəkil olan Allahı özünə vəkil tutması, yəni inanc olaraq varlığını və varlığının davamını ruzi, tərbiyə və qoruma baxımından Allaha buraxması, hər cür nəticəsindən özü üçün ən yaxşısı olacağını qəbul etməsi və nəticəyə razı olması” deməkdir. Digər bir ifadəylə “təvəkkül”, kişinin “azim”dən [hər cür hazırlığı edib, qəti qərar verdikdən] sonra nəticəsində “Vəkil”ə [varlığı dik tutan, davam etdirən, qoruyan və ruzi verən Allaha] buraxmasıdır.

Yuxarıdakı təriflərdən anlaşılacağı kimi, imanın bir inikası olan “təvəkkül”ü “insanın hər cür hazırlığı etdikdən sonra nəticəsini Allaha buraxıb, Ərzurumlu İbrahim Haqqı kimi “Görək Mövla neylər, neylərsə gözəl eylər!” – deyə bilməsi” olaraq açıqlamaq da mümkündür. Çünki üzərinə düşəni etdikdən sonra nəticəsini Allaha buraxan adam bilir ki, gerçək Vəkilə söykənən hər işin nəticəsində özü üçün daha xeyirli olur. Beləliklə, dərd etməyə, depressiyaya girməyə, gələcəkdən nigarançılıq duymağa ehtiyac yoxdur. İşin nəticəsi ilk baxışda əleyhinə görünsə belə, təvəkkil edən adam işin nəticəsinin öz lehinə ola biləcəyini düşünür və nəticədən neqativ təsirlənməz. Lehinə nəticəymiş kimi görünən bir iş üçün də, bu nəticənin əslində özü üçün pis ola biləcəyini düşünər və həddini aşmaz.

68Və o zaman ki, şəhərə çatdılar, o zaman atalarının özlərinə əmr etdiyi şəkildə girdilər. Bu, onlar haqqında Allahdan heç bir şeyi önləyə bilməzdi, bu sadəcə Yəqubun içindən keçirdiyi bir istəyin gerçəkləşməsi oldu. Və şübhəsiz ki, o, ona öyrətdiyimiz üçün bilik sahibi idi. Və lakin insanların çoxu bilməzlər.

Bu ayədə, övladların Misirə atalarının tövsiyə etdiyi şəkildə girmələrinə baxmayaraq, bu davranışlarının olacaqların qarşısını ala bilməyəcəyi qeyd edilərək, Yəqub peyğəmbərin göstərdiyi təvəkkülün nə qədər isabətli olduğu təsdiq edilmişdir. Yəqub peyğəmbər bu təvəkkülü hisslərinin yol göstərməsiylə deyil, Allahın özünə öyrətdiyi elmə görə etmişdir.

Yəqub peyğəmbərin 67-ci ayədəki “Mən sizin üçün Allahdan gələn heç bir şeyin qarşısını ala bilmərəm” şəklindəki sözləri göstərir ki, o, özünün, övladlarını ola biləcək təhlükələrdən qoruma instinkti ilə etdiyi təmbehin sadəcə bir təmənnadan ibarət olduğunun şüurundadır. Bu cür təmənnalar instinkt olaraq bir çox insan tərəfindən söylənir. Belə ki, mövzumuz olan ayənin açıq ifadəsindən asanlıqla anlaşıldığı kimi, “hökm” daima Allaha aid olduğuna görə, bu cür təmənnalar Allahın planında heç bir dəyişikliyə səbəb ola bilməzlər.

Ayənin sonunda yer alan “Və şübhəsiz o, ona öyrətdiyimiz üçün elm sahibiydi” ifadəsi, Yəqub peyğəmbərin vəhyə müxatib olmuş, bilikli bir şəxs olduğunu göstərir.

Belə ki, bu xüsus surədə Yəqub peyğəmbərə aid diqqət çəkici xüsusiyyətləri ehtiva edən aşağıdakı ayələrdə də ortaya qoyulmuşdur:

  • 5,6Atası: “Əziz oğlum! Gördüyünü qardaşlarına anlatma. Sənə tələ qurarlar. Şübhəsiz ki, şeytan insan üçün açıq-aşkar bir düşməndir. Və bax budur, belə, Rəbbin səni seçəcək və sənə əhvalatların/sözlərin ilk mənalarının nə olduğuna dair biliklər öyrədəcək. Bundan əvvəlki iki ata-babana – İbrahimə və İshaqa tamamladığı kimi, nemətini sənə və Yəqub soyuna tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin çox yaxşı biləndir, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan–sağlamlaşdırandır” – dedi. (Yusuf/5, 6) 
  • 18Bir də köynəyinin üzərində yalandan bir qan gətirdilər. Ataları dedi ki: “Tam əksinə, nəfsiniz sizi aldadıb, bir iş etdirtmişdir. Artıq gözəl bir səbr! Bu anlatdıqlarınıza qarşılıq, köməyinə sığınılacaq olan ancaq Allahdır”. (Yusuf/18)
  • 64Ataları dedi ki: “Mən onu sizə əmanət edərəmmi? Bundan əvvəl qardaşınızı – Yusufu əmanət etdiyim vaxt başqa! Bax budur, Allah ən xeyirli qoruyandır. Və O, mərhəmət edənlərin ən mərhəmətlisidir”. (Yusuf/64)
  • 66Ataları dedi ki: “Ətrafınız əhatə edilmədikcə, hamınız çarəsiz qalmadıqca, onu mənə mütləq gətirəcəyinizə dair Allah qarşısında bir vəd vermədikcə, onu tam yəqin bilin ki, sizin ilə birlikdə göndərmərəm”. Onlar, atalarına təminatlarını verincə, ataları: “Bu söylədiklərimizə Allah, müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir/şahiddir” – dedi.
  • 67Və dedi ki: “Ey övladlarım! Bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Mən, Allahdan gələn heç bir şeyi sizdən dəf edə bilmərəm. Hökm yalnız və yalnız Allahındır. Mən, sadəcə Ona sonunu həvalə etdim. Artıq sonunu həvalə edənlər də sonunu sadəcə Ona həvalə etməlidirlər”. (Yusuf/66, 67)

69Və Yusufun yanına girdikləri vaxt, Yusuf qardaşını yanına aldı: “Şübhəsiz, mən sənin qardaşının məhz özüyəm! Bax budur, buna görə də onların etmiş olduqlarına narahat olma!”

70Sonra Yusuf onlara vacib əşyalarını, lazım olan şeylərini hazırlayınca, su qabı­nı qardaşının yükünün içinə qoydu. Sonra bir müəzzin/səsləyici səsləndi: “Hey kar­van! Şübhəsiz, siz tam yəqin bilin ki, oğrusunuz!”

71Karvan əhli onlara dönərək: “Nə itirdiniz?” – dedilər.

72Vəzifəlilər dedilər ki: “Hökmdarın su qabını itirdik və onu gətirənə bir yük taxıl var. Mən də buna zəmanət verirəm”.

73Karvan əhli: “Allaha and içirik ki, qəti surətdə, siz də bilirsiniz ki, biz yer üzündə/burada qarışıqlıq çıxarmaq üçün gəlmədik. Biz oğrular da deyilik” –  dedilər.

74Vəzifəlilər: “Əgər yalançılarsınızsa, oğurluq edənin cəzası nədir?” – dedilər.

75Karvan əhli dedilər ki: “Onun cəzası, kimin yükündə çıxarsa, bax bu, özü onun cəzasıdır.O, alınır, saxlanır əvəzini özü ödəyir. Biz səhv/öz zərərlərinə iş edənlərə bax budur, belə cəza verərik”.

76Buna görə də Yusuf qardaşının qabından əvvəl onların qablarını axtarmağa başladı. Sonra su qabını qardaşının qabının içindən çıxartdı. Bax budur, Yusufa, Biz belə bir oyun öyrətdik. Məlikin dinində, ölkənin qanunlarında qardaşını yanında sax­lamasına imkan yoxdu. Ancaq Allah diləyərsə, o başqa. Biz dilədiyimiz insanları dərə­cələrlə yüksəldərik. Və hər bilik sahibinin üstündə bir daha yaxşı bilən vardır.

77Karvan əhli dedi ki: “Əgər o oğurlamışsa, and olsun daha əvvəl bunun qardaşı da oğurlamışdı”. O vaxt Yusuf, bunu öz içinə atdı və onlara bunu heç bildirmədi: “Siz çox pis bir mövqedəsiniz, xarakterizə etdiyiniz şeyi Allah ən yaxşı biləndir” – dedi.

78Onlar dedilər ki: “Ey Əziz! Şübhəsiz ki, bunun çox yaşlı bir atası var. Onun üçün onun yerinə bizdən birimizi al. Şübhəsiz ki, biz sənin yaxşılıq edənlərdən olduğunu görürük”.

79Yusuf dedi ki: “Yanında əşyamızı tapdığımız adamdan başqasını yaxalamaqdan/alıb saxlamaqdan Allaha sığınırıq. Şübhəsiz, biz elə edəriksə, tam əmin olun ki,  səhv/öz zərərlərinə iş edənlər olarıq”.

80–82Artıq o zaman ki, ondan ümid kəsdilər, o zaman pıçıldaşaraq, bir yana çəkildilər. Böyükləri dedi ki: “Atanızın sizdən Allah adına əhd aldığını və daha əvvəl Yusuf mövzusunda həddi aşdığınızı bilmirsinizmi? Atam mənə izin verənə və ya Allah haqqımda bir hökm verənə qədər mən, artıq buradan ayrıla bilmərəm. Və Allah, hökm verənlərin ən xeyirlisidir. Siz dönün və atanıza deyin ki: “Ey atamız! Şübhəsiz ki, oğlun oğurluq etdi/oğurluqla günahlandı. Biz də ancaq, bildiyimizə şa­hid­lik etdik. Və biz görünməyənin, eşidilməyənin, seçilməyənin gözətçiləri de­yilik. Həm də içində olduğumuz şəhərdən və gəldiyimiz karvandan soruş. Və şüb­həsiz ki, biz tam yəqinliklə bilin ki, doğru deyənlərik”.

Bu ayələrdə, kiçik qardaşını geri göndərməmək üçün Yusuf peyğəmbərin Allahın ona öyrətdiyi planı mərhələ-mərhələ tətbiq etməsi nəql edilmişdir. Bu plana görə Yusuf peyğəmbər kiçik qardaşını yanında saxlamış, qardaşlardan ən böyüyü isə atalarına söz verdikləri kimi, kiçik qardaşa sahib çıxmaq üçün Misirdə qalmağı qərara almışdır.

Qardaşların 75-ci ayədəki “Onun cəzası… Kimin yükündə çıxarsa, budur o, onun cəzasıdır” şəklindəki sözləri, əsas olaraq cəzanın fərdiliyini ifadə etməklə bərabər, oğurluq günahı edən adamın nəzarətə alınaraq, verdiyi zərərin qarşılığını ödəməli olduğu mənasını da ehtiva edir. Yəni qardaşlar bu sözlərlə həm öz ölkələrinin hüququna görə günahın və cəzanın fərdi olduğunu və buna görə də bütün qardaşların cəzalandırılamayacağını, həm də oğurluq günahının öz cəmiyyətlərində azadlıqdan məhrum edilməsi şəklində cəzalandırıldığını ifadə etmiş olurlar. İşin özündə isə, Uca Allah, onların bu sözləri vasitəsilə insanlara bir hüquq dərsi verir.

Qardaşların bağlı olduğu şəriətdə oğurluğun cəzası. 76-cı ayənin bildirdiyinə görə, Misir qanunları daxilində qardaşını yanında saxlamağa imkanı olmayan Yusuf peyğəmbər, Allahın öyrətdiyi oyuna uyğun olaraq, qardaşlarından öz ölkələrindəki qanunların oğurluğa verdiyi cəzanı soruşmuşdur. Qardaşları isə cəza olaraq oğrunun saxlanıldığı cavabını vermişdilər. Yusuf peyğəmbər kiçik qardaşını ancaq bu cəza şəklinin ortaya qoyulmasından sonra yanında saxlaya bilmişdir. Yusuf peyğəmbərin bu mövzuda atasının necə bir tətbiqat etdiyini bilməsi, onun yanından kiçik yaşda ayrıldığına görə mümkün deyildir. Beləliklə, Yusuf peyğəmbərin bu sualı soruşması, Allahın verdiyi ilham və ya vəhy sayəsində olmuşdur. Bunun da mənası budur: Yusuf peyğəmbər kiçik qardaşını Allahın yardımıyla saxlaya bilmişdir.

Yusuf peyğəmbərin Allahın öyrətdiyi oyun ilə qardaşını saxlaması əhvalatından anlaşılır ki, doğru məqsədlərə çatmaq üçün qanunlara zidd olmayan və hər hansı bir zülmə səbəb olmayan qanuni çarələr axtarıb tapmaq caizdir.

76-cı ayədəki “Məlikin dinində [ölkənin qanunlarında], qardaşını saxlamasına imkan yox idi” ifadəsinə gəldikdə, bəzi qaynaqlarda qeyd edildiyinə görə, “Kralın oğruluqla əlaqədar qanunu, adamın döyülməsi və oğurladığının iki mislini ödəməyə məcbur edilməsi” şəklində idi.

Bu mövzuda Razi bunları söyləmişdir:

İbn Abbas (r.a.) belə demişdir: “Onlar o zamanlar hər oğrunu, oğurluq etdiyinə görə kölə sayırdılar. Onların şəriətində oğrunun kölə sayılması bizim şəriətimizdə, əllərin kəsilməsinin fərz olması yerinə keçirdi …” Ayənin mənası, “Bu cinayətə görə cəza, çalınan mal, yükünün içində tapılan kimsənin özüdür. Yəni, “o şəxsin özü o cinayətin cəzasıdır. Yəni, onun kölə hesab edilməsi, o cinayətin cəzasıdır” şəklindədir.

76-cı ayənin sonunda Rəbbimiz həmçinin mötərizə içi bir cümlə ilə insanlara korlanmamaq üçün xəbərdarlıq edir, hər şeyin öz nəzarətində olduğunu və dilədiyini dərəcələrlə yüksəltdiyini bildirir. Buradakı “dərəcələrlə yüksəltmək” təbiri öncəliklə Yusuf peyğəmbər ilə əlaqəlidir və ona verilən nemətlərə işarə edir. Çünki Yusuf peyğəmbərin həm öz qardaşlarına, həm də digər insanların bir çoxuna dərəcələrlə üstün qılındığı əvvəlki ayələrdə (Yusuf/21, 22, 24, 56, 76) də bildirilmişdir.

Allahın bir kimsəni dərəcələrlə yüksəltməyi diləməsi üçün, o kimsə, buna layiq olmalıdır:

  • 175Özünə ayələrimizi verdiyimiz, sonra da onlardan sıyrılıb çıxan, sonra şeytanın ardına taxdığı, beləliklə də, azğınlardan olan o adamın ciddi xəbərini onlara anlat.
  • 176Və əgər Biz diləsəydik, onu o ayələrlə ucaldardıq, amma o alçaqlığa qurşandı qaldı və nəfsinə uydu. Artıq onun vəziyyəti üstünə cumsan da, öz halına buraxsan da dilini çıxarıb tövşüyən köpəyin vəziyyətinə bənzəyir. Bax budur, bu, ayələrimizi yalan sayan qövmün vəziyyətidir. Ona görə də sən yaxşı-yaxşı düşünsünlər deyə, bu hekayəni yaxşı-yaxşı anlat.
  • 177Ayələrimizi yalan sayıb, sırf özlərinə haqsızlıq edən o qövmün vəziyyəti nə pisdir!
  • 178Allah kimə yol göstərirsə, bax budur, o bələdçiləndiyi doğru yolu tapandır. Kimi də azdırırsa, bax budur, onlar zərərə uğrayanların məhz özləridir. (Əraf/175-178)

Rəbbimizin 76-cı ayənin mötərizə içi cümləsində verilən “Və hər biliklinin üstündə bir ‘daha yaxşı bilən’ vardır” ifadəsinə həm Allah ilə insan arasındakı, həm də qullar arasındakı əlaqə nöqteyi nəzərindən baxıla bilər. Allah ilə qul arasındakı əlaqə nöqteyi nəzərindən baxıldığında, məna “Hər elm sahibinin üstündə daha yaxşı bilən Allah vardır” şəklində olur, qullar arasındakı əlaqə nöqteyi nəzərindən baxıldığında isə eyni ifadədən “Hər bilənin üstündə daha yaxşı bilən bir insan vardır” mənası çıxar.

Ancaq hansı nöqteyi nəzərindən baxılırsa baxılsın, bu ifadənin ismarıcı budur: Heç bir insan özünü “ən bilikli” olaraq görməməlidir.

77-ci ayədəki “اِنْ يَسْرِقْ فَقَدْ سَرَقَ اَخٌ لَهُ مِنْ قَبْلُۚ” ifadələr, ümumiyyətlə “Əgər o oğurlıq etdisə, əslində elə əvvəlcə onun qardaşı da oğurluq etmişdi” şəklində açıqlanır. Bu halda da qardaşlarının Yusuf peyğəmbərə də oğurluq isnad etdikləri görünür.

Bu halda bu ittihamın ya iftira olaraq dəyərləndirilməsi, ya da “Yəqub peyğəmbərin Yusufu çox sevdiyi, qardaşlarının da buna görə onu qısqandığı” məlumatından hərəkət edilərək “qardaşları Yusufu atalarının sevgisini oğurlamaqla günahlandırırlar” şəklində izah olunmaqla yanaşı, Yusuf peyğəmbərə qardaşları tərəfindən isnad edilən oğurluq mövzusunda bir xeyli nəqldən bəhs edilir. Bunlar təxmindən artıq olmayan şeylər olmasına baxmayaraq, bilinməsində ibrəti aləm üçün fayda görürük:

Said b. Cübeyr belə demişdir:

  • “Onun ana tərəfindən babası bütpərəst idi. Buna görə də Hz. Yusufun anası Yusufa əmr etmişdi ki, o bütləri oğurlayıb qırsın və beləliklə də, atası bütlərə sitayiş etməyi tərk etsin. Yusuf (ə.s.) da bu işi etmişdi, bəhs edilən oğurluq budur.
  • O, atasının süfrəsindən yemək oğurlayıb, kasıblara vermişdi. Atasının bir quzusunu oğurlayıb, kasıblara verdiyi də söyləndiyi kimi, eyni şəkildə bir toyuğu oğurlayıb, kasıblara verdiyi də söylənmişdir.
  • Yusuf (ə.s.)ın bibisi, onu çox sevərdi. Buna görə də onu yanında saxlamaq istəyirdi. Bibisinin yanında [evində], Hz. İshaq (ə.s.)dan qalma bir qurşaq var idi və onlar o qurşağı təbərrik [bərəkəti umulan] kimi mühafizə edirdilər. Bibisi o qurşağı Hz. Yusufun belinə bağladı və onun o qurşağı oğurladığını söylədi. Onların qanunlarına görə də oğurluq edənın kölə edilməsi lazım idi. Budur, beləliklə o, Yusufu öz yanında saxlaya bilmişdi.
  • Yusufun qardaşları, oğruluğu sırf iftira edərək, ona isnad etdilər. Çünki qardaşları, o hadisəyə görə uzun bir müddət keçməsinə baxmayaraq, Yusufa qarşı öfkə ilə çox dolu idi. Budur, bu hadisə həsəd edənin qəlbinin, qətiliklə o həsəd və kindən təmizlənməyəcəyini göstərir.
  • Elm adamları Hz. Yusufa şamil etdikləri oğurluğun nə olduğu barəsində fərqli görüşlərə sahibdirlər. Mücahid və başqalarından rəvayət edildiyinə görə, Hz. İshaqın qızı olan Hz. Yusufun bibisi yaşca Hz. Yəqubdan böyük idi. Daha yaşlı olduğuna görə Hz. İshaqın kəməri ona keçmişdi, çünki yaş sırasına görə mirasçı olurdular. Bu isə şəriətimizdə hökmü nəsh olunmuş şeylərdəndir. Yenə onların şəriətinə görə oğurluq edən kölələşdirilirdi. Hz. Yusufun bibisi isə [anasının vəfatından sonra] onu alıb, böyütmüş və onu hədsiz çox sevmişdi. Hz. Yusuf böyüdükdə Hz. Yəqub, bacısına: “Mənə Yusufu təslim et, onun bir an daha gözümün önündən itməsinə dözə bilmirəm” – dedisə də, bibisi ondan ayrılmaq istəmədi. Qardaşı Yəquba: “Onu bir neçə gün daha yanımda burax, görüm” – dedi. Hz. Yəqub yanından çıxıb, getdikdə, Hz. İshaqın kəmərini götürüb, onu Hz. Yusufa paltarlarının altından bağladı. Sonra da: “Mən İshaqın kəmərini itirdim, onu kimin götürdüyünə, kimin ələ keçirdiyinə bir baxın!” – dedi. Bu kəmər axtarıldı, sonra da: “Evdə olanların üzərini açın!” – dedi. Hər kəsin üzəri açılınca, kəmərin Hz. Yusufun belində olduğu görüldü. Bu dəfə belə dedi: “Allaha and içirəm, o artıq mənim köləmdir. Mən ona dilədiyimi edəcəyəm. Daha sonra Hz. Yəqub onun yanına gəldi, ona vəziyyəti bildirincə, Hz. Yəqub da belə dedi: “Sən bilərsən, əgər belə bir şey etdisə, o sənin kölən olaraq sənə təslim ediləcəkdir”. Bibisi, vəfat edənə qədər Hz. Yusufu yanında saxladı. Budur, qardaşları: “Əgər o oğurlayıbsa, onun daha əvvəl bir qardaşı da oğurlamışdı” – sözləri ilə bu xüsusa işarə edərək, qınadılar. Budur Hz. Yusuf da buradan su qabını, bibisinin etdiyi şəkildə, qardaşının yükü arasına qoymağı öyrənmişdi.
  • Said b. Cübeyr deyir ki: “Xeyr, bibisi ona ana tərəfindən babasına aid bir bütü oğurlamasını əmr etmişdi. O da sözü keçən o bütü oğurlayıb qırmış və yola atmışdı. Onların bu rəftarları bir münkəri dəyişdirmək üçün idi. Qardaşları isə onu oğurluq etməkdə günahlandırdılar və bu işə görə də onu qınadılar.

Katade isə belə demişdir: Əz-Zəccacın kitabında nəql edildiyinə görə oğurladığı bu büt qızıldan idi. Atiyye əl-Avfi deyir ki, Hz. Yusuf qardaşlarıyla birlikdə yeməkdə olduğu bir sırada bir parça ət gördü və onu gizlətdi. Buna görə də onu qınadılar. Belə də açıqlanmışdır: Hz. Yusuf süfrədəki yeməklərdən yoxsullara vermək üçün bir şeylər alırdı. Bunu da İbn İsa nəql edir. Bir digər açıqlamaya görə qardaşları Hz. Yusufa nisbət etdikləri şeydə yalan söyləmişdilər. Bu açıqlamanı da əl-Hasən etmişdir.

Bizim təhlilimiz:

Əvvəla bunu qeyd edək ki, Quranda Yusuf peyğəmbərin oğurluq etdiyinə dair heç bir məlumat mövcud deyil. Bizim təsbitlərimizə görə də belə bir şeydən bəhs edilmir. Belə ki, Yusufun qardaşlarının əxlaqı pozuq olduğu üçün bu günahlandırma edilmiş və kimsə də etiraz etməmişdir. Bu xətalı anlayış hələ də davam edib, gedir.

Ayənin mövcud tərcümələri, ayənin quruluşunun xaricində bir anlayışı ortaya atır və doğrunu əks etdirmir. Ayədəki, “إنْ يَسْرِقْ فَقَدْ سَرَقَ اَخٌ لَهُ مِنْ قَبْلُۚ in yesriq feqad saraqa əxun ləhü min qabl “ ifadəsi texniki nöqteyi nəzərdən şərt budaq cümləsidir.

Şərt cümlələri iki bölmədən ibarət olur. Birincisi şərt bölməsi, ikincisi də cavab/cəza bölməsidir. Bu tip cümlə dilimizdə də vardır. Məsələn,

“Əgər çalışarsan, qazanarsan”, “Sən gedərsən, mən gələrəm”, “Dərmanını içərsəə yaxşılaşarsan” və s. bir şərt cümlələridir. Daha bir çox nümunələr də göstərmək olar.

Ayənin bu bölməsi; “اِنْ يَسْرِقْ فَقَدْ سَرَقَ اَخٌ لَهُ مِنْ قَبْلُ in yəsriq fəqad səraqa əxun ləhü min qabli” də şərt cümləsidir; “نْ يَسْرِقْ اِ in yəsriq” bölməsi şərt,” فقد سرق أخ له من قبل” fəqad səraqa əxun ləhü mink qabli” bölməsi isə cavab/cəza bölməsidir. Cəza bölməsi şərt bölməsinin formalaşmasından asılıdır, sərbəst deyildir.

Həmçinin ayədə yer alan “يَسْرِقْ  yəsriq” ifadəsi, müzari fel qəlibindədir. İndiki zaman və geniş zaman mənalarını verir. Bu qəlibin keçmiş zaman mənası qətiyyən yoxdur.

Ayəni “Əgər o oğurluq etdisə, əslində elə daha əvvəl onun qardaşı da oğurluq etmişdi” şəklində çevirmək həm “يَسْرِق yəsriq” felinin müzari olması, həm də cümlənin şərt cümləsi olmasıyla qətiyyən uyuşmaz. Amma təəssüf ki, tərcümə və klassik anlayışda bu fel, Mazi (keçmiş zaman) olaraq dəyərləndirilir; “O oğurluq etdisə/oğurladısa” deyilir. Həmçinin şərt cümləsinin cavab/cəza bölməsini “əslində elə daha əvvəlcə onun qardaşı də oğurluq etmişdi” deyə çevirmək, şərt cümləsinin cavabı/cəzası qətiliklə olmaz, ola bilməz.

Digər bir xüsus isə ayədə Yusifi xatırladan bir ifadə yoxdur. Ayədə “أخوه əxuhu (qardaşı), إخوته ixvətuhu (qardaşları)” deyilməmiş “ أخ له əxun ləhü (onun hər hansı bir qardaşı)” şəklində “أخ əx (qardaş)”, “nekre (qeyri müəyyən)” gəlmişdir. Beləliklə ifadə, “Bünyaminin qardaşlarından hər hansı birisi” mənasındadır. Demək olur ki, daha əvvəl topdan buğda alan qardaşlar, yükləri özləri açmamış, ona görə də iadə edilən ödənişlərinin kimin yükündə çıxdığını bilmirlər. Beləliklə, qardaşların hamısı bu işə özlərini müdaxil qılıb, edilən isnadın haqsızlığını irəli sürürlər.

Qısacası, mətni çevirəriksə:

“O, əgər oğru olursa, qətiliklə onun qardaşlarından biri də daha əvvəlcə oğru olmuşdur!”
Başqa bir ifadəylə “Əgər o, oğru olmursa, qətiliklə onun qardaşlarından biri də oğru olmamış olur”.
Nəticə: “Onun qardaşları oğurluq etmədisə, o da oğru sayılmaz”.

Burada karvan – Yusufun/Bünyaminin qardaşları qısaca dedilər ki: “Biz başqasının yükümüzə qoyduğu pula görə oğru sayılmadığımız kimi, qardaşımız da başqasının üzərinə qoyduğu su qabına görə oğurluqda ittiham olunmalı deyil”.

Karvan dedi ki, “Əgər o, yükündə su qabı tapılmasıyla oğru olursa, o zaman onun qardaşlarından hər hansı biri də, yəni bizdən birimiz də, daha əvvəl buğda əvəzi olaraq ödədiyimiz pullarımızın məmləkətimizə çatdığımızda yükümüzdən çıxmasıyla qətiliklə oğru olmuş olur. Halbuki, bunun belə olmadığı qəbul edilmişdir, kimsə bizdən birimizi oğurluqla günahlandırmamışdır, bizə yenə buğda verilmişdir. Bu halda qardaşımız oğurluqla günahlandırıla bilməz”.

O vaxt Yusuf olub keçənin üstünü örtdü və onlara bu mövzuda açıqlama etmədi, “Siz çox pis bir mövqedəsiniz, xarakterizə etdiyiniz şeyi Allah ən yaxşı biləndir” – dedi”.

Demək olur ki, daha əvvəl, buğda satın aldıqları ödənişlərin yüklərindən çıxmasını (65-ci ayə) dilə gətirmişlər və təkrar buğda almağa gəldiklərində kimsə, “siz oğurluq etdiniz” – deməmişdir. İndi isə eyni bir tərzdə ittiham edilincə, o zaman, “bu məntiqə görə Bünyaminin qardaşlarından hər hansı birimiz də oğurluq etmişik” – deyərək, bu işdə oğruluğun olmadığını müdafiə etmişdilər.

Çünki yüklər, 62-ci və 70-ci ayələrdə açıq şəkildə bildirildiyi kimi, vəzifəlilər tərəfindən, hətta bilavasitə Yusuf tərəfindən hazırlanmışdır. Bu halda qətiliklə oğurluq isnad edilməməli idi.

79-cu ayədə Yusuf peyğəmbərin “oğru” sözü yerinə “malımızı tapdığımız adam” təbirini işlətməsi də çox mənalıdır. Çünki Yusuf peyğəmbər qardaşının oğru olmadığını bilir və buna görə də hüquqi bir hökm ifadə edən bu söz yerinə, sadəcə vəziyyəti anladan və qardaşı haqqında bir hökm ifadə etməyən bu təbiri işlətmişdir. Buna “tevriye sənəti” deyilir. Tevriye, “biri yaxın olub, sözdən ilk anda anlaşılan və lakin qəsd edilməyən, digəri isə uzaq olmaqla iki mənası olan bir lafzı zikr edib, bir nöqtəyə görə uzaq mənasını qəsd edərək, o lafzı bu mənada işlətmək” şəklində icra edilir.

83Ataları dedi ki: “Əksinə, nəfsləriniz sizi aldadıb bir işə sürükləmişdir. Artıq gö­zəl bir səbr! Umuram ki, Allah üçünü [Yusufu, kiçik qardaşını və böyük qardaşını] bir­­dən mənə gətirər. Şübhəsiz ki, O ən yaxşı bilənin, haqsızlıq və qarışıqlığı əngəllə­mək üçün qoyulmuş qanun, düstur və qaydaları qoyanın məhz özüdür”.

84Və Yəqub, onlardan üz çevirdi. Və: “Vay Yusufa olan həsrətim, vay!” – dedi. Və kədərdən iki gözü ağappaq oldu [saralıb soldu, dərbədər oldu]. Artıq Yəqub ud­qun­duqca udqunan, dərdini içində çəkən biri idi.

85Dedilər ki: “Allaha and olsun ki, sən Yusufu xatırlayıb durursan. Sonunda əriyib gedəcəksən, yaxud dəyişikliyə/dağıntıya uğrayanlardan olacaqsan”.

86,87Yəqub dedi ki: “Mən, içimi doldurub daşan həsrətimi, kədərimi Allaha şikayət edirəm. Və mən Allah tərəfındən sizin bilmədiyiniz şeyləri bilirəm. Ey oğullarım! Gedin və Yusufu və qardaşını axtarın. Allahın verəcəyi fərəhdən ümid kəsməyin, tam yəqinliklə bilin ki, kafirlər qövmündən başqası Allahın verəcəyi fərəhdən ümid kəsməz”.

Bu ayələrdə bildirildiyinə görə, Misirdə olanların xəbərini alan və oğullarına inanmayan Yəqub peyğəmbər əvvəlcə oğlu Yusufa duyduğu həsrətlə pərişan bir hala gəlmiş, sonra da düşdüyü vəziyyət səbəbiylə oğullarının gileyi qarşısında, içindəkiləri Allaha həvalə edib, oğullarından Yusuf və kiçik qardaşını axtarmalarını istəmişdir.

Diqqət edilirsə, Yəqub peyğəmbər olanları öyrəndiyində daha əvvəl “Yusufu qurd yedi” xəbərinə göstərdiyi reaksiyanın eynisini göstərmiş, oğullarına inanmadığını eyni sözlərlə təkrarlamış və özü üçün də “səbr-i cəmil” tələbində olmuşdur. “Səbr-i cəmil” ümidin itirilmədiyi, nifrət doğurmayan, kin ehtiva etməyən, ümid dolu səbir deməkdir. Yəqub peyğəmbər, bütün olanlara baxmayaraq, övladlarına nifrət duymayacağı, onlara heç bir şey olmamış kimi davranmasını təmin edə bilən belə bir səbir tələbində olmuşdur. Belə ki, 87-ci ayədə Yəqub peyğəmbər bu səbr-i cəmil sayəsində kin və nifrət güdmədən övladlarına: “Ey oğullarım!” – deyə, nəzakət və şəfqətlə xitab etmişdir.

Digər tərəfdən, Yəqub peyğəmbərin “gedin, Yusufu və qardaşını axtarın” deməsi, onun Yusufun yaşadığından əmin olduğunu göstərir. Klassik qaynaqlarda Yəqub peyğəmbərin Yusufun yaşadığından əmin olmasının səbəbi haqqında müxtəlif açıqlamalar edilmişdir:

Yəqubun Ümidinin Səbəbləri. Daha sonra Yəqub (ə.s.) “Və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm” – demişdir ki, bu, “Allahın rəhmət və ehsanına dair sizin biləmiyəcəyiniz necə rəhmətini və ehsanını bilirəm. O, mənim ummadığım bir yerdən genişliyi, fərəhliyi gətirəndir” demək olub, bu Hz. Yəqubun Yusufun özünə gəlib, çatmasını müşahidə etdiyinə, gözlədiyinə bir işarədir. Alimlər, bu müşahidə etmənin səbəbi xüsusunda bunları söyləmişlər:

  1. Ölüm mələyi Yəqub (ə.s.)ın yanına gəldikdə, Yəqub ona: “Ey ölüm mələyi, oğlum Yusufun canını aldınmı?” – dedikdə o: “Xeyr, ey Allahın nəbisi” – deyər, sonra da Misir tərəfinə işarə edərək: “Onu, orada ara” –deyər.
  2. O, Yusuf (ə.s.)ın röyasının gerçək və sadiq olduğunu bilirdi. Çünki Yusuf haqqındakı rüşd və kamal işarətləri, onun üzərində apaçıq və zahir idi. Yusuf (ə.s.) kimi kimsələrin röyası boşa çıxa bilməzdi.
  3. Bəlkə də Cənab-i Haqq Yəqub (ə.s.)a, Yusufu ona çatdıracağını, qovuşduracağını vəhy etmişdi, ancaq belə ki O, o vaxtı bildirməmişdi. Budur, buna görə də Yəqub (ə.s.), bir sıxıntı içində qalmışdı.
  4. Süddi belə demişdir: “Hz. Yəqubun oğulları, kralın hal və hərəkətlərindəki üslubunu, onun mükəmməlliyini Yəqub (ə.s.)a bildirdiklərində, Yəqub (ə.s.) onun Yusuf olması ümidinə düşərək: “Bu kimi hərəkət tərzinin, kafirdə zühur etməsi mümkün deyil” – dedi.
  5. Yəqub (ə.s.) Bünyaminin oğurluq etməyəcəyini qətiliklə bilirdi. O, kralın, Bünyaminə əziyyət etmədiyini və onu döymədiyini də eşitmişdi. Beləliklə, o, zənn-i qalibi ilə, o kralın Yusuf olduğu qərarına gəldi. Birinci müqəddimə haqqında söylənə biləcək sözün tamamı budur.

İkinci müqəddiməyə gəldikdə, buna görə Yəqub (ə.s.), övladlarının yanına gəlmiş və onlarla yumşaq bir şəkildə danışmışdır ki, bu da Yəqubun:  “Övladlarım, gedin, Yusuf ilə qardaşından bir xəbər axtarın” – şəklindəki sözüdür. [31]

Bizə görə, Yəqub peyğəmbərin Yusufun həyatda olduğuna olan inancının əsl səbəbi onun, oğlu Yusufun vizyonu haqqında özü etdiyi təxminə inanmasıdır. Həmçinin Yusuf ilə aralarında xüsusiyyətini bilə bilməyəcəyimiz mənəvi bir irtibatın/rabitənin varlığından da bəhs etmək olar. Xatırlanacaq olursa, Yəqub peyğəmbər oğlunun gördüyü görüntülər haqqında “Və budur belə, Rəbbin səni seçəcək və sənə əhvalatların təvilindən məlumatlar öyrəcək. Bundan əvvəlki iki babanaİbrahimə və İshaqa tamamladığı kimi, nemətini sənə və Yəqub nəslinə tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Alimdir, Hakimdir” – deyərək təxmin etmiş və bu təxminindəki əhvalatlar hələ ki, reallaşmamışdı. Beləliklə, bu əhvalatlar reallaşmadan Yusufun ölməsi barədə düşünmək ola bilməzdi.

84-cü ayənin bildirdiyinə görə, Yəqub peyğəmbər oğlu Yusuf üçün çəkdiyi həsrətdən artıq dərəcədə kədərlənmiş, saralıb solmuş, pərişan hala gəlmişdir. Yəqub peyğəmbərin bu halını təsvir edən “v’abyazzat aynahü minə’lhuzni” ifadəsi, “gözlərinə ağ düşdü, kor oldu” şəklində anlaşılmış və bu mövzuda ən yüngülü aşağıdakı kimi olan bir çox ssenariya törədilmişdir:

“Və kədərindən gözlərinə ağ düşdü”. Deyildiyinə görə, altı il müddətdə göz­ləri görmədi, kor olmuşdu. Bunu Mukatil söyləmişdir. Yenə deyildiyinə görə, gözə ağ düşdüyündə az da olsa, bir görmə olur. Hz. Yəqubun halını ən yaxşı bilən isə Allahdır. Gözlərinə ağladığına görə, ağ düşmüşdü, lakin ağlama­sının səbəbi kədəri idi. Buna görə də Uca Allah: “Kədərindən” – deyə buyurur. [32]

Hz. Yəqubun Yusufa daha çox Kədərlənməsinin Səbəbi. Bil ki, Hz. Yəqub, Bünyamin ilə əlaqədar oğullarından o sözü eşidincə, köksü, Yusufa olan narahatlığı və kədəri böyüdü və “Vah, Yusufa olan həsrətim!” – dedi. Buna görə də bu hadisə baş verdikdə, Hz. Yəqubun, Yusufundən ayrılması səbəbiylə narahatlığı və kədəri böyümüşdür:

  1. Yeni kədər, köhnə və içində olunan kədəri qüvvətləndirir. Yara yaraya əlavə edildiyində artıq acı verir. Belə ki, Şair Mütəmmim b. Nögeyrə belə demişdir: – Ricadaşım məni qəbirlərin yanında ağlayaraq öldürücü göz yları axıtdığım üçün dedi ki: Gördüyün hər qəbirə ağlayırsanmı? Qumlar və çuxurlar arasında olan hər məzara? Ona dedim ki: “Kədər kədəri təhrik edər.  Buna görə də məni burax. Bunların tamamı Malikin qəbridir”. Çünki o, bir qəbir gördüyü hər dəfəsində, qardaşı Maliki itirməkdən ötrü kədəri təzələnir və ətrafındakılar da onu qınayırdılar. O da “ Kədər kədəri doğurur” – deyə cavab verirdi. Bir başqası isə belə demişdir: “Məni unutmadın, ya da ən azından, ondan sonrakı müsibətlərdə. Lakin yaranın yara ilə dağlanması çox acı vericidir”.
  2. Bünyamin və Yusufun anası bir idi. Beləliklə, həm surət, həm də sifət baxımından aralarında mükəmməl bir bənzərlik var idi. Buna görə də, Yəqub Bünyamini görməklə, Yusufu görür kimi olaraq təsəlli tapırdı. Olan şey olunca, təsəlli olan şey də yox olub getdi. Beləliklə də, Yəqubun dərdi və istəyi artdı.
  3. Onun başda gələn dərdi, Yusufu itirmiş olması idi. Ona qarşı duyduğu kədər, hər şeyə qarşı duyduğu kədər deməkdi.
  4. Bu müsibətlər, bir sıra səbəblərə bağlana biləcək, izahı mümkün bəlalar idi. Yusufun hadisəsinə gəldikdə, Yəqub (ə.s.), oğullarının irəli sürmüş olduqları bəhanədə yalançı olduqlarını bilirdi. Əsl səbəb isə, onun tərəfindən məlum deyildi. Həm də Yəqub (ə.s.) onların həyatda olduqlarını bilirdi. Yusufa gəldikdə, Yəqub (ə.s.) onun həyatda olub, olmadığını bilmirdi. Budur, buna görə də, Hz. Yəqub, Yusufdan ayrıldığına görə olan narahatlığı və kədəri artmış, (onun ölümü, dirimi olduğuna dair) halını bilmədiyinə görə içində olduğu müsibət, son dərəcə şiddətli olmuşdu.

İkinci Məsələ. Bəzi cahil kimsələr Hz. Yəqubu “Vah Yusufa olan həsrətim, vah!” – dediyinə görə tənqid edərək, belə demişlər: “Çünki bu, fəryadü fəğan etmək və Allahdan şikayətçi olmaq deməkdir ki, caiz deyildir”. Alimlər isə vəziyyətin bu cahilin zənn etdiyi kimi olmadığını açıqlamışdılar. Bunun izahı belə edilə bilir:

Yəqub (ə.s.), bu sözü söyləməmişdir. Amma, sonra isə, onun ağlaması böyük olmuşdur ki, bu Cənab-i Haqqın, “Və hüznündən və kədərindən iki gözünə ağ düşdü” buyruğundan anlaşılandır. Sonra o dilini qışqırıb bağırma və uyğun olmayan şeylər söyləməkdən saxlamışdır ki, bu ayədəki ifadəsindən anlaşılır. Sonra, yenə Yəqub (ə.s.) o şikayətini heç bir insana da açmamışdır. Bunun dəlili Yəqub (ə.s.) ın: “Mən kədərimi və hüznümü yalnız Allaha şikayət edirəm” – deməsidir. Bütün bunlar, onun müsibət və sıxıntısının şiddətlənməsi halında, onun səbir etmiş olduğuna və o sıxıntısını və kədərini sinəsində daşıdığına və heç kimsəyə şikayət etmədiyinə, beləliklə də, bu sayədə böyük bir mədh və böyük bir tərifə nail olmasının yerində olduğuna dəlalət edər.

Yəqubun Hüznünü Cəbrayılın Təskin Etməsi. Rəvayət olunduğuna görə Yusuf (ə.s.) Hz. Cəbraildən: “Yəqub haqqında bir məlumatın varmı?” – deyə soruşduğunda, Cəbrail: “Bəli” – deyincə də: “Onun hüznü və kədəri nə haldadır?” – deyir. Cəbrail: “Onun kədəri yetmiş dənə “sekla”nın kədəri kimidir” deyir. “Sekla” tək bir övladı olub, sonra da o övladı ölən qadına deyilir. Bundan sonra Hz. Yusuf: “Onun üçün bu xüsusda bir mükafat varmıdır?” – deyincə də, Cəbrail (ə.s.): “Bəli, yüz şəhid mükafatı vardır” – deyir.

Elə buna görə də, Muhəmməd b. Əli əl-Baxırın belə dediyi rəvayət edilmişdir: Bir pir-i fani, Yəquba uğrayaraq, ondan: “Sən İbrahimmisən?” – deyə soruşar. Bundan sonra Yəqub (ə.s.) da: “Mən onun oğlunun oğluyam; sıxıntılarım məni belə dəyişdirdi, gözəlliyimi və qüvvətimi aldı” – dedi. Bundan sonra Cənab-i Haqq, Yəquba: “Sən məndən, hər nə zaman qullarıma şikayət etdiyində, izzət və cəlalıma and olsun ki, əgər sən məndən şikayət etməsəydin, mən sənə sənin ətindən və qanından daha yaxşısını verərdim [səni gəncləşdirərdim]” – deyə vəhy etdi. Budur, bundan sonra Hz. Yəqub: “Mən kədərimi və hüznümü yalnız Allaha şikayət edirəm” – deyər oldu.

Hz.Peyğəmbər (s.ə.s)in də belə dediyi rəvayət edilmişdir: “Yəqubu özünə qardaş kimi bilən bir qardaşı var idi. O, Yəqubdan: “Görməyini əlindən alan, belini əyən nədir?” – deyə soruşdu. Bundan sonra Hz. Yəqub da: “Gözümü əlimdən alan, Yusuf səbəbiylə ağlamağım; belimi əyən də Bünyaminə olan kədərimdir” – dedi. Bundan sonra Cənabii Haqq, Yəquba: “Məni, məndən başqasına şikayət etməkdən çəkinməzmisən?” – deyə vəhy etdi. Bundan sonra Yəqub (ə.s.): “Mən kədərimi və hüznümü yalnız Allaha şikayət edirəm” – deyərək, sözünü: “Ey beli bükülmüş, gözləri kor olmuş bu pir-i faniyə acımazsanmı? Yusufun Bünyaminin qoxusunu mənə təkrar qoxlat” – deyə sürdürdü. Bundan sonra Cəbrail, ona müjdə verərək, Allahın belə dediyini nəql etdi: “Əgər onlar ölü belə olsalar, onları dirildəcəyəm. Buna görə də, məzlum və yoxsullar üçün bir yemək hazırla. Çünki qullarımın mənə ən sevimli olanları peyğəmbərlər və yoxsullardır”. Yəqub (ə.s.) qəlyanaltı etmək istədiyində, bir müəzzin: “Qəlyanaltı etmək, yemək istəyən, Yəqubla bərabər etsin!” – deyə bağırdı. Yenə Yəqub (ə.s.) oruc tutduğunda, iftar əsnasında da eyni şəkildə bağırırdı. Rəvayət olunduğuna görə, Yəqub (ə.s.) yaşlı olduğu üçün, tökülən qaşlarını bir bezlə sarıyırdı. Bundan sonra ona birisi: “Bu başına gələnlər nədir?” – dedikdə də, o: “Ömrümün uzunluğu və kədərlərimin çoxluğu” – dedi. Buna görə də Allah Təala ona: “Ey Yəqub, məndən şikayətmi edirsən?” – deyə vəhy edincə də o: “Ya Rəbbi, bir xətadır etdim. Buna görə də o xətamı bağışla” – dedi deyilirsə, biz deyirik ki:

Biz Yəqubun etdiyinin, sadəcə səbr, səbat edib, fəryadü-fəğan etməmək olduğunu dəlilləriylə birlikdə bildirmişdik. [Artıq başqa sözə etibar olunmaz.] Rəvayət edildiyinə görə, ölüm məlyi Yəqubun yanına girincə, Yəqub ona: “Sevgilimi görməzdən əvvəl, canımı almaq üçünmü gəldin?” – dedikdə, Əzrayıl ona: “Xeyr, mən sənin kədərinlə kədərlənim, sevincinlə də sevinim deyə gəldim” – deyər. Ağlamaq isə günah sayılmaz. Rəvayət olunduğuna görə Hz. Peyğəmbər (s.ə.s) də, oğlu İbrahimə ağlayaraq: “Qəlb kədərlənir; göz yaş axıdır. Biz Rəbbimizi əsəbləşdirəcək şey söyləmirik. Ey İbrahim, biz sənə görə kədərliyik, dərdliyik” – demişdir. Həm insanı kədərin bürüməsi, onun iradəsi və icazəsiylə olmaz. Belə ki, bundan hər hansı bir məsuliyyət əmələ gəlməz. Amma ah-of etmək, ağlamaq, gözlərdən bardaqdan boşalırcasına göz yaşı axmasına gəldikdə, adam bəzən bunları dəf edə bilmir.

Ey bu sualı soruşan kimsə! Sizin irəli sürdüyünüz şeylərə gəldikdə, Onlar da, Yəqub (ə.s.)a xitab kimi gələn xitablar, ancaq yaxşıların gözəl işlərinin, yaxınlaşdırılmışların günahları kimi qəbul edildiyinə görə varid olmuşdular. Həm burada, belə bir incəlik də vardır: İnsan, heyrətə düşüb, tərəddüd etdiyi bir yerdə mütləq Allaha müraciət edir. Yəqub (ə.s.) Yusufun həyatdamı, yoxsa ölmüşmü olduğunu bilmirdi. O, bu xüsusda lehdə və ya əleyhdə hər hansı bir şey söyləmir, tavaqquf edirdi. O bu xüsusda tavaqquf etdiyinə görə də Cənab-i Allaha yönəlməsi daha da artmış, bu məsələdən başqa, Ondan başqa heç bir şeyə dönüb baxmaz olmuşdu. Onun bu hadisədəki tövr və hərəkətləri fərqli-fərqli olmuşdur. Bir zamanlar o, çox vaxt Allahı zikr etməyə elə dalardı ki, bu hadisəni heç xatırlamazdı. Buna görə də, bu hadisəni xatırlamaq, o hadisəni xatırlamaması kimi olmuşdur. Buna görə də Hz. Yəquba nisbətlə bu hadisə, Hz. İbrahimin atəşə atılması və boğazlanması istənilən oğlunun kəsilməsi hadisəsi kimi olmuşdur.

Hz. Yəqub Nə üçün Tam Təslimiyyət Göstərmədi? İndi, əgər soruşulsa ki: “Şiddətli bir müsibət gəldiyində, Haqq Təalanın “Onlar yoxmu? Rəbblərindən mağfirətlər və rəhmət həmişə onların üzərindədir və onlar doğru yola çatdırılanların məhz özləridir” (Bəqərə/157) buyuruğunda bəhs edilən bu böyük mükafata nail ola bilməsi üçün onun “Biz Allahınıq və biz ancaq Ona dönəcəyik” (Bəqərə/156) deməsi daha düzgün deyildimi?” – deyilirsə, biz deyirik ki:

Bəzi müfəssirlər, “Yalvarma” bu ümmətdən başqa heç bir ümmətə verilməmişdir. Buna görə də, Allah, bu ümmətə bir müsibət üz verdiyində, onların  belə söyləyərək mükafat əldə etmələri üçün, sadəcə bu ümmətə ikram etmişdir” – demişlərsə də, bu mənə görə, elə buna görə də zəifdir: Çünki adamın “Biz Allahınıq” şəklindəki sözü, bizim Allahın mülkü olduğumuza, bizi yaradıb, var edənin O olduğuna; “Və biz ancaq Ona dönəcəyik” – deməsi də, həşr və qiyamətin mütləq olacağına bir işarədir. Bunun belə olduğunu bilməyən bir ümmət olacağı düşünülə bilməz. Buna görə də, bəzi bəla və müsibətlər gəlirkən, bunu bilən kimsə, sonunda da mütləq Allaha rücu edəcəyini, dönəcəyini bilir. Budur bu nöqtədə, o müsibətə qarşı tam bir təsəlli meydana gəlir. Allahı təsdiq etmiş, Ona iman etmiş olan kimsənin bunu bilməməsi imkansızdır.

Üçüncü Məsələ. Onun, “Vah həsrətimə!” ifadəsi esefe, tasaya nida etməkdir. Bu, eynilə bir kimsənin “Ey heyrət, ey çaşqınlıq!” deməsi kimidir ki, bu, sanki o qayğıya, qəmə bağırmaq və “Bu sənin tam gəlmə və var olma zamanındır” – deməkdir. Biz bu açıqlamanı bir çox yerdə izah etdik. Bunlardan biri, məsələn, Cənab-i Haqqın “Haşa Lillah  حاشا لله ” (Yusuf/31) ayəsinin təfsirində keçmişdi. Esef/Qayğı kəliməsi, əldən qaçırılan şeyə qarşı duyulan hüzn və kədər mənasına gəlir. Leys belə demişdir: “Başına bir şey gəlir, sən də ona görə kədərli olur və onu yox etməyə də gücün yetməzsə, sən həm kədərli, həm də mütəəssif, kədərlənmiş olursan”. Zəccac da belə demişdir: “Əsl olan, bunun “Ya qayğı”, “Ey qayğım, dərdim!” şəklində işlədilməsidir. Ancaq nə var ki, izafət ya-sının, əlif və fəthanın hiffətindən dolayı, əlif-i maqsurə ilə dəyişdirilməsi caizdir

Hz. Yəqubun Gözlərinə Pərdə Enməsi. Daha sonra Cənab-i Haqq “Və hüzündən və kədərindən iki gözünə ağ düşdü” – buyurmuşdur. Bu xüsusda da aşağıdakı iki izah edilə bilir:

1– Yəqub (ə.s.): “Vah Yusufa olan həsrətimə, vah!” – deyincə, onu həmişə ağlamaq tutmuşdur. Ağlamaq tutunca da, gözlərindəki su çoxalmışdır. Beləliklə, gözləri sanki o suyun ağlığına görə ağarmışdır. O halda Cənab-i Haqqın “Və hüznündən və kədərindən iki gözlərinə pərdə endi” ifadəsi, ona ağlamağın hakim olmasından və çox ağlamasından bir kinayə olmuş olur. Bu izahın doğruluğunun dəlili budur: Hüznün təsiri, korluğun meydana gəlməsində deyil, ağlamağın ona hakim olmasındadır. Buna görə də, ayədə bəhs edilən ağarmağı, ağlığı, ağlamağın hakim olması mənasına alaröqsa, bu səbəb məqbul və yerində olur. Amma onu, kor olması mənasına həml edəriksə, bu səbəb və talil, gözəl, məqbul və yerində olmaz. Buna görə də, bizim bəhs etdiyimiz daha yerində olmuş olur. Bu açıqlamanı, dəliliylə bərabər Vahidi, Kitabu’l-Basitində İbn Abbasdan rəvayət etmişdir.

2– Bununla, Hz. Yəqubun kor olması qəsd edilmişdir. Mukatil belə deyir: “Yəqub (ə.s.) altı il kor qalmışdır. Sonra Allah Təala, onun gözlərini, Yusufun köynəyi ilə açmışdır ki, bu da, Cənab-i Haqqın: “Bu, mənim köynəyimi götürün və onu atamın üzünə atın, yaxşı-yaxşı görər (bir hala) gələr” (Yusuf/93) ayəsindən anlaşılan xüsusdur. Deyildiyinə görə Cəbrail (ə.s.), Yusuf (ə.s.) həbsdə ikən, onun yanına getmiş və: “Atanın gözləri sənə olan kədərinə görə getdi” – demiş, Bundan sonra Yusuf da əllərini başına qoyaraq: “Kaş ki anam məni doğmasaydı və mən də, atamın bu cür kədərlənməsinə səbəb olmasaydım!” – demişdir. Bu görüşü irəli sürənlər belə demişdilər: “Davamlı kədər, davamlı ağlamağa; davamlı ağlama da kor olmağa yol açar; o halda kədər, bu yolla korluğun səbəbi olmuş olur. Davamlı ağlamaq korluğa səbəb olmuşdur. Çünki bu, göz bəbəyində bir bulanıqlıq meydana gətirir”. Onlardan bəziləri də, Yəqubun kor olmadığını, ancaq nə var ki, onun görməsinin azaldığını söyləmişdilər. Yenə, Yəqub (ə.s.)ın gözlərinin, Yusufdan ayrıldığı vaxtdan, onunla qarşılaşıncaya qədər keçən zaman ərzində həmişə yaşlı olduğu,   qurumadığı; bu müddətin isə səksən il olduğu və yer üzündə Allah nəzdində Yəqubdan daha kərim və yaxşı bir kimsənin olmadığı da irəli sürülmüşdür.

Ayədəki “من الحزن” kəliməsinə gəldikdə, bil ki, bu kəlimə, hanın ötrəsi, zanın da sükunu ilə hüzn şəklində oxunmuşdur. Hasan əl-Basri isə hanın və zanın fethasıyla hazen şəklində oxumuşdur. Vahidi belə deyir: “Alimlər hüzn ilə hazen kəlimələrinin mənası xüsusunda ixtilaf etmişdilər. Bu cümlədən olaraq bir qismi hüzn ağlamaq; hazen isə “qəm və kədər” mənasına gəldiyini irəli müddətrkən, bazıları da, bu iki kelimenin hər iki manayı ifadə edən iki işlətılış olduğunu irəli sürmüşdülər.  Belə ki, ərəb dilində də “Ona şiddətli bir hüzn [və ya hazen] üz verdi” – deyilir. Bu, əksər dil alimlərinin mənimsədiyi görüşdür. Yunus, Ebu Amrın belə dediyini rəvayət etmişdir: “Bu kəlimə, nasb yerində olduğu zaman, ərəblər, həm ha həm də zayı fetha ilə oxuyurlar. Bu Cənab-ı Haqqın, “kədərlərindən gözləri yaş tökə-tökə döndülər” (Tövbə/92) buyuruğunda olduğu kimidir. Bu kəlimə, cer və ya ref yerində işlədildiyində, ərəblər hayı dammeli oxuyurlar.  Belə ki, burada [Yusuf/84] belədir. Buradakı  وحزنى [Yusuf/86] kəliməsi də mübtəda olaraq rəf yerindədir. Ayədəki فهو كظيم kəliməsi, fail siğası ism-i fail mənasına gələ biləcəyi üçün “kazım” mənasında olması caizdir. Kazım hüznünü tutan, onu ortaya qoymayan deməkdir. İbn Kuteybə belə demişdir: Buradakı fail siğasının ism-i məful olan “məkzum” mənasına gəlməsi də caizdir. Buna görə bunun mənası kədərdən dolmuş şəklindədir. Bu ifadə, su qabı ala bildiyi qədər doldurulduğunda söylənilən كظم السقاء təbirindən alınmadır. Bunun, Hz. Yəqubun övladlarına qarşı öfkə ilə dolmuş olması mənasına gəlməsi də caizdir.

Bil ki, insanların üzvlərinin ən qiymətlisi, bu üç şeydir. Beləliklə, Allah Təala, bu üzvlərin qəm və kədərə batdığını, bələndiyini bəyan buyurmuşdur. Sonra Yəqubun lisanı “Vah həsrətimə” deməklə gözü ağlama və bəyaz pərdə enməsi ilə; qəlbi də, ala bildiyincə dolmuş və suyun çıxmasına imkan verməyən bir qab halına bənzəyən şiddətli bir qəm ilə məşğul idi. Bu, o qəmi yaxşı vəsf edən bir təbirdir.

Hz. Yəqubu Qınamaları. Cənab-i Haqqın “Dedilər ki, ‘Hələ Yusufu anıb, durursan. And olsun ki sonunda ya kədərindən xəstələnib əriyəcəksən, yaxud həlaka uğrayanlardan olacaqsan” buyuruğuna gəldikdə, bununla əlaqədar bir neçə məsələ vardır.

Birinci Məsələ. İbnu’s-Sikkit belə deyir: “Ərəb dilində eyni mənada olmaqla “filan işi etməyə davam eləyirəm” – deyilir və bu ifadələr, mütləq inkar ədatıyla işlədilir”. İbn Kuteybə belə demişdir: “Ərəb dilində ‘sən hər hansı bir şeyi unutduğun və ondan qopduğun zaman’ deyirsən”. Nahivcilər belə demişdilər: “Burada   تفتؤا ما və ya  لا تفتؤا mənasında olmaqla, inkar halı təqdir edilmişdir. Bunun hazfi də caizdir. Çünki əgər bundan təsdiq məna qəsd edilmiş olsaydı, eynilə “Vallahi edəcəksən” təbirində, o zaman bu ifadə lam və nun ilə olmaqla لن تفتؤا şəklində olardı. Buna görə də, bu ifadə lam və nunsuz işlədildiyinə görə, burada bir “La لا” ədatının təqdir edilmiş olduğu anlaşılmış olur. Nahivçilər bu mövzuda İmru’l-Kaysın bu beytini misal olaraq təqdim etmişdilər: “Mən də dedim ki, Allaha and olsun, oturma halımı tərk etməyəcəyəm”. Bu, “Mən oturmağa davam edəcəyəm” deməkdir. Bunun bənzəri misallar bir çoxdur.  Müfəssirlərə gəldikdə, bu ifadə haqqında belə demişlər: İbn Abbas, Hasan-ı Basri, Mücahid, Katade, bu ifadəyə: “Onu həmişə anırsan” mənasını verirlərkən, Mücahiddən bu ifadəyə, “Onu anmaqdan heç geri durmursan” manasını verdiyi, beləliklə də onun “fütur” kəliməsiylə “fütu” kəliməsini eyni mənaya aldığı nəql edilmişdir.

İkinci Məsələ. Vahidi, Maanil-Kuran müəlliflərindən bunu nəql etmişdir: “حرضاً Haradan” kəliməsinin dərd, kədər və sevgiyə görə, ağılın Harad kəliməsinin mənası və bədənin pozulması deməkdir. Buna görə də bir kimsənin, “فلان على فلان حرضت haraztü fülanan ala fülanin” sözünün mənası, “Onu ona qarşı təhrik etdim və ya onu ona qarşı qızışdırdım” – şəklində olur.  Belə ki, Cənab-i Haqq da: ”Ey peyğəmbər, möminləri harbə təşviq et!” (Ənfal/65) – buyurmuşdur.

Bu əsası yaxşı qavradığında biz deyirik ki, O zatı, yəni Yəqubu bu şəkildə xarakterizə etmək, ya bir muzafın təqdir edilməsi və məsələn, “zü harazin ذو حرض “ – deyilməsi surətiylədir. Yaxud da Hz. Yəqubun bədəninin pozulması və ağlının zəifləməsi xüsusunda son dərəcə pis halda olduğu mənası murad edildiyi üçündür.  Beləliklə, bu ikinci mənaya görə Yəqub (ə.s.), bilavasitə pozulma və zəifləmənin məhz özü olmuş olur.

“Ra”nın kəsrəsiylə  حارض harıd şəklində oxunmasına gəldikdə, bu halda bu kəlimə, ism-i fail olur. Bu kəlimə, hər iki şəkildə də oxunmuşdur.

Bunu da yaxşı-yaxşı qavradığında, biz deyirik ki, müfəssirlərin bu xüsusda müxtəlif açıqlamaları vardır:

  1. حرض,  حارض Harıdun və haradun kəliməsi, bədəncə və ağıl cəhətindən pozulan deməkdir.
  2. Nafi, İbnil-Ezrak, İbn Abbas (r.a.)dan, haradun حرض kəliməsinin  nə demək olduğunu soruşmuş, bundan sonra o da: “Ağır və müzmin xəstə” – demişdir.
  3. Bu kəlimə nə diri, nə də ölü olmayan [komada olan] kimsə mənasına gəlir. Ebu Ravk, Enes b. Malikin bu ayəsi hanın dammasi və ranın da sükunuyla حتّى تكون حُرضاً  hətta təkünə hurdan şəklində oxuduğunu və onun, buna görə bunun mənasının “haradaysa sən cöven otu kimi olacaqsan” şəklində olduğunu söylədiyini nəql etmişdir.

Ayədəki “ev teküne minəl halikiin  او تكون من الهالكين “ qisminə gəldikdə Ayənin mənası budur: “Onlar atalarına: “Sən, Yusufu, hüzün və ona ağlamaqla anmaqdan heç geri durmursan.  Beləliklə, sən bədəninin artıq sağalmaz bir bəlaya yaxalanmasına səbəb olacaqsan və yaxud da kədərindən öləcəksən” – demişdilər.  Beləliklə, onlar sanki, “sən, bu anda çox böyük bir bəla içindəsən.  Beləliklə, biz bundan daha artığının, daha pisinin meydana gələcəyindən ehtiyat edirik” – demişlər və onlar bu sözləriylə onu çox ağlayıb, çox üzülməkdən çəkindirmək istəmişdilər.

Buna görə əgər, “onlar nə üçün, bunu qətiliklə bilmədikləri halda, bu xüsusda necə and içmişdilər?” – deyilirsə, biz deyirik ki: Onlar, işi zahirə həml etmişdilər. Yenə buna görə “tallahi tefteü تالله تفتؤ sözünü söyləyənlər kimdir?” – deyilirsə, biz deyirik ki: ən açıq olan vəziyyətə görə, bunlar, onlardan ayrılan qardaşlar deyildir; əksinə bunlar, Yəqubun evində olan nəvələri və xidmətçilərdir.

Daha sonra Cənab-ı Haqq Yəqub (ə.s.)un “Mən kədərimi və dərdimi yalnız Allaha şikayət edirəm” – dediyini nəql etmişdir. Yəni “Bu söylədiyim şeyi, sizə qarşı söyləmirəm. Mən bunu, Allahın hüzurunda Ona ərz edirəm” – deməkdir. İnsan, şikayətini Allaha ərz etdiyində, muhaqqiklər zümresindən olur.  belə ki, Hz. Peyğəmbər (s.a.s.) “Öfkəndən uzana, gazabindən affına və səndən sənə sığınırım” buyurmuşdur. Muvaffak kılan, ancaq Allahdir.

“ البث Elbəssü” kəliməsi dağıtmaq, nəşr etmək və yaymaq mənasına gəlir.  Belə ki, Cənab-i Haqq: “Tərpənən hər heyvanı orada törədib yaydı” (Bəqərə/164) – buyurmuşdur. O halda, hüznü, kədəri insan açığa vurmayıb, gizlədiyində, bu [kədər] olur. Onu başqasına açdığında isə, bu da “ البث əlbəsü” olur.

Ulema belə demişdir: “Bess” qəmin irəli dərəcəsi, dərd də “hemm [kədər]”in irəli dərəcəsidir. Bu  belədir, çünki insan, onu söyləmədiyi zaman, o qəm o insana hökmran olmaz, amma dərdi böyüyərək, insan onu içində saxlamaqdan aciz qalaraq, dili də istəməyə-istəməyə onu söyləyincə, bu “bess” deyə adlandırılır ki, bu vəziyyət, insanın, ona qarşı aciz qaldığına və qəmin o insana artıq hakim olduğuna dəlalət edər”. O halda Hz. Yəqubun “bəssi və huzni ilallahi بثى و حزنى الى الله ” ifadəsinin mənası, “Mən çox və az dərdlərimi ancaq Allaha açaram, Ona ərz edərəm” şəklində olur. Hasan əl-Basri, hər iki hərfin həm fethası, həm də dammasiylə hazenhüzün deyə oxumuşdur.

Deyildiyinə görə, birisi Yəqub (ə.s.)un yanına girər və: “Ey Yəqub, bədənin zəiflədi; bitkinləşdin. Halbuki daha hələ irəli bir yaşa çatmadın” – deyir. Bundan sonra Yəqub (ə.s.): “Başıma gələn, qəmimin artıqlığındandır” – deyincə, Allah Təala ona: “Ey Yəqub, məni məxluqatıma şikayətmi edirsən?” – deyə vəhy edər. Bundan sonra Yəqub (ə.s.): “Ya Rəbbi! Bir xətadır etdim. Mənim bu xətamı bağışla!” – dedi. Allah da onun bu xətasını bağışladı. Artıq bundan sonra Yəqub (ə.s.) bir şey istədikdə isə: “Mən kədərimi və dərdimi yalnız Allaha şikayət edirəm” –  deyər oldu.

Rəvayət olunduğuna görə Cənab-i Haqq Yəqub (ə.s.)a belə vəhy etmişdir: ”Mən sizdə bir xəta gördüm, bundan ötürü incidim; Çünki siz, bir qoyun kəsmişdiniz və qapınıza gələn bir yoxsula ondan yedirməmişdiniz. Mənim yaratdıqlarımdan mənə ən sevgili olanı peyğəmbərlər və yoxsul kimsələrdir. Buna görə də bir ziyafət hazırla və ona kasıb-kusubu dəvət et!”. Hz. Yəqubun, uşağı ilə bərabər bir cariyə satın alıb, onun uşağını satdığı; sonra o cariyənin ağlamaq nəticəsində kor olduğu da irəli sürülmüşdür. [33]

Təkrar bəhs etdiyimz ayəyə dönsək; “Kədərdən iki gözü ağarmaq” və “udqunan bir adam olmaq” şəklindəki xarakterizə etmələr, 96-cı ayədəki فارتد باصرا “fərtəddə basiran” ifadəsiylə daha yaxşı anlaşılacaqdır.

Yəqub peyğəmbərin düşdüyü bu vəziyyət qarşısında insanın ağlına, istər-istəməz aşağıdakı kimi suallar gələ bilir:

Yəqub peyğəmbərin bu dərəcədəki övlad sevgisi normaldırmı?

Peyğəmbərlik məqamında olan birisinin özünü itirərək, “Ah Yusuf, vay Yusuf!” deyə məcnun kimi dolaşması, ətrafının onu pozğunlıqla günahlamasına səbəb olması düzgündürmü?

* Yəqub peyğəmbərin olub keçəni ətrafdan gizləməsi və oğullarına hər hansı bir cəza, tənbeh tətbiq etməməsi nə dərəcədə doğrudur?

* Yəqub peyğəmbərin oğlunu ətrafa [oğullarından başqasına] axtartması mövzusunda bəhanəsinin olduğu fərz edilsə belə, quyudan xilas olduqdan sonra Yusufun, atasının yaşadığı yerləri bilməsinə baxmayaraq, onu axtarıb soruşmaması, xüsusilə də əlinə güc keçdiyi dövrdə bir elçi və ya bir xəbər gətirən göndərməməsi qəribə deyilmi?

* Anlaşmalı da olsa, Yusuf peyğəmbərin qardaşını oğurluq töhməti altına salması necə uyğun görülür?

* Atasının çox narahat olacağını bilməsinə baxmayaraq, Yusuf peyğəmbər qardaşını necə yanında saxlayar?

Əhvalat içindəki ifadələrə yaxşı diqqət etsək, bu sualların cavabları özü-özünə ortaya çıxır. Amma əvvəlcə aşağıdakı Yusuf/76, 21, 56, 83, 86, 87 və 96-ci ayələr təkrar oxunmalıdır.

Bu ayələrdən anlaşıldığına görə, bu əhvalatın iki qəhrəmanı olan Yəqub və Yusuf peyğəmbərlər, özləri üçün müəyyən edilmiş rolları oynayan iki aktyor vəziyyətindədirlər. Uca Allah onlara tarix səhnəsində “ailə daxili xətalı davranma” rolları vermişdir. Onlar bu rolları yaxşı oynamalıdırlar ki, onların sərgilədikləri xətalı davranışları görüb, eşidənlər bunlardan ibrət alacaqlar, onlar kimi ailə daxili səhv davranışlar etməyəcəklər. Bizə görə, Rəbbimiz onlara bu vəzifəni vermiş və onlar da bunu səbr-i cəmil ilə tətbiq etmişdilər.

  • 36Və Allah və Elçisi bir işdə hökm verdiklərində heç bir mömin kişi və mömin qadın üçün öz işlərində sərbəstlik yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə, o, açıq bir pozğunluqla azmışdır. (Əhzab/36)

Bu cür bir tətbiq etmə, Quranda, peyğəmbərimizin övladlığı Zeyd ilə evli olan Zeynəbin, Zeyddən boşandıqdan sonra peyğəmbərimizlə evlənməsi əhvalatında da görünür.

88Sonra Yusufun hüzuruna girincə dedilər ki: “Ey Əziz! Bizə və əhlimizə sıxıntı toxundu. Və biz az bir sərmayə ilə gəldik. Sən bizə yenə ölçərək ver. Və bizə sədəqə də ver. Şübhəsiz, Allah sədəqə verənlərə qarşılıqlar verir”.

89Yusuf dedi ki: “Siz cahillər ikən Yusufa və qardaşına nələr etdiyinizi bilirsiniz­mi?”

90Yusufun qardaşları: “Yoxsa sən, həqiqətən Yusufsanmı?” – dedilər. Yusuf: “Mən Yusufam, bu da qardaşım. Tam yəqinliklə bilin ki, Allah bizi nemətləndirdi. Şüb­hə­siz, kim Allahın qoruması altına girər və səbr edərsə, artıq heç şübhəsiz, Allah, yaxşı-gözəl işlər edənlərin mükafatını yox etməz” – dedi.

91Onlar dedilər ki: “Allaha and olsun, Allah səni həqiqətən bizdən üstün etdi. Və biz həqiqətən xətalılar idik”.

92,93Yusuf dedi ki: “Bu gün sizə bir ayıblama və danlanma yoxdur. Allah sizi ba­ğışlasın. O, mərhəmət edənlərin ən mərhəmətlisidir. Bu köynəyimi götürün və ata­mın üzünə qoyun, o ayıblanan/lağ edilən xəstəlikdən qurtarmış hala gələr, dərbədər ol­maqdan qurtarar. Və bütün ailənizi mənim yanıma gətirin”.

Bu ayə qrupunda, Uca Allahın Yusuf peyğəmbərə vəhy etdiyini bildirdiyi 15-ci ayədəki “And olsun ki, sən onlara irəilidə onlar heç fərq etməzkən bu işlərini xəbər verəcəksən” ismarıcının reallaşmış olduğu görünür. Yusuf peyğəmbər, ərzaq tədarükü üçün təkrar yanına gələn qardaşlarına özünü tanıtmış, qardaşları utanıb, üzr istədikdən sonra onları bağışlamış və köynəyini atasına göndərərək bütün ailəni Misirə dəvət etmişdir.

Yusuf peyğəmbərin 90-cı ayədə qardaşlarına yönəlik olaraq söylədiyi “Şübhəsiz kim təqvalı davranar və səbr edərsə… Artıq heç şübhəsiz, Allah yaxşı, gözəl işlər edənlərin mükafatını zay etməz” şəklindəki sözləri, “təqva”, “səbr” və “möhsin” terminləri arasındakı əlaqəni göstərdiyinə görə qardaşları ilə yanaşı bütün insanlığa da verilmiş bir dərs mahiyyətindədir.

Əhvalatın bu bölməsində həmçinin insanlar arasındakı düşmənçiliyin qalxmasının əfvə bağlı olduğu ismarıcı da verilir.  Belə ki, Yusuf peyğəmbər, ailə bünövrəsindəki sevgi bağlarını, özünə pislik edən qardaşlarını əfv etməklə yenidən əmələ gətirmişdir. Bizə görə, burada verilən ismarıcın “Əfvin, xoş görünün olduğu yerlərdə düşmənçilik, bədbəxtlik olmaz” şəklində ifadəsi də mümkündür.

 البصير Basiir. “Basiyr” sözü ümumilikdə “görən, yaxşı görən” mənasında işlədildiyindən, Yəqub peyğəmbərin bu əhvalatdakı vəziyyəti, onun əvvəlcə korlaşdığı, sonra korluqdan xilas olub “yaxşı görən” hala gəldiyi yolunda anlaşılmışdır. Belə ki, “basiyr” sözü ərəb dilində “lağ edilən, məsxərəyə qoyulan, dərbədər, xəstə” mənasındakı “darir” sözünün antonimi olaraq da işlədilir. [34]

93-cü ayənin son cümləsindəki sözləriylə Yusuf peyğəmbər, ailəsini yanına çağırır. Ancaq onun bu sözlərini “Yusuf özü atasının ayağına getməli ikən, atasını ayağına çağırır” şəklində anlamaq, bizə görə doğru bir yanaşma deyildir. Çünki Yusuf peyğəmbərin məqsədi, qürurundan dolayı ailəsini ayağına çağırmaq deyildi. Köçəri həyatı yaşayan ailəsini oturaq və mədəni bir həyata gətirmək istəmiş, bunun üçün də onlara bir dövlət dəvəti etmişdir.

94Və o zaman ki, karvan ayrıldı, ataları dedi ki: “Əgər mənə ağlını itirmiş qoca deməzsinizsə, şübhəsiz, mən Yusufun qoxusunu duyuram”.

95Dedilər ki: “Vallahi, şübhəsiz, sən, hələ də o köhnə çaşqınlığındasan”.

96Lakin o zaman ki, həqiqətən müjdəçi gəldi, köynəyi Yəqubun üzünə qoydu, dər­hal ayıblanan/lağ edilən xəstəlikdən qurtarmuş hala gəldi: “Mən sizə demə­dim­mi, mən Allahdan sizin bilmədiklərinizi bilirəm” – dedi.

97Dedilər ki: “Ey atamız! Bizim üçün, günahlarımızın bağışlanmasını dilə. Şübhəsiz, biz xətalılar idik”.

98Yəqub dedi ki: “Sizin üçün Rəbbimdən sonra bağışlanma diləyəcəyəm. Şübhəsiz ki, O çox bağışlayanın, çox mərhəmət edənin məhz özüdür”.

94-cü ayədə, oğulları Misirdən hərəkət etdiyi anda Yəqub peyğəmbərin yüzlərlə kilometrlik bir məsafədən oğlu Yusufun qoxusunu aldığı, yəni onun sağ olduğunu anladığı bildirilir. Normal olaraq tam o anda və o məsafədən belə bir qoxu alınması mümkün görünmədiyi halda, Yəqub peyğəmbər, oğlu ilə əlaqədar doğru məlumatı qəti olaraq o məsafədən və o anda hiss etmişdir. Bizə görə, bu vəziyyəti bəzilərinin etdiyi kimi, “möcüzə” olaraq izah etmək səhvdir. Beləliklə, Yəqub peyğəmbərin bu hiss etmələrini “möcüzə” olaraq dəyərləndirmədən əvvəl, vəziyyətin başqa izah yollarının mümkün olub olmadığının araşdırılması lazımdır. Bizə görə, “möcüzə şərtləri”nin mövcud olmaması, ata-oğul arasında paranormal bir irtibat [telepatiya] olduğu hissiyyatını verir. Modern elm “telepatiya”nı hər nə qədər təsdiq olunmuş bir fakt olaraq qəbul etməsə də, insan beyninin imkanlarının bütünüylə kəşf edilmiş olmadığı qəti bir gerçəkdir. Biz də Qurandakı bu əhvalatdan hərəkət edərək, belə bir mənəvi irtibatın modern elm tərəfindən də psixoloji bir fakt olaraq qəbul edilə biləcəyi ehtimalını mümkün hesab edirik. Anlaşılan odur ki, Yəqub peyğəmbər işin başindan bəri telepatik olaraq oğlu Yusufdan xəbərdardır və “vizyon” ilə “telepatiya”, İbrahim və İshaq soyuna Allahın verdiyi nemətlərdəndir.

Daha əvvəlcə də dediyimiz kimi, İslam dünyasında bu mövzularla əlaqədar olaraq yetərli araşdırmalar edilməmişdir. Qərb qaynaqlı araşdırmalarda dilə gətirilən açıqlamalara ehtiyatla yanaşmaqla bərabər, mövzunun daha yaxşı anlaşılmasına yardımçı olması üçün “telepatiya” haqqında elm və texnika kitablarından faydalanmaq mümkündür.

96-cı ayədəki “Lakin nə zaman ki, həqiqətən müjdəçi gəldi, onu [köynəyi] onun [Yəqubun] üzünəe qoydu, dərhal basiir [qınanan, lağa qoyulan, məsxərəyə qoyulan xəstəlikdən qurtulmuş] hala gəldi” ifadəsi, ümumiyyətlə, “ağlamaqdan gözlərinə ağ düşən və korlaşan Yəqub peyğəmbərin, oğlunun göndərdiyi köynəyi üzünə sürtüncə əvvəlki kimi görməyə başladığı” şəklində bir möcüzə olaraq qəbul edilmişdir. Çünki gerçək həyatda, ağlamaqla gözlərin ağarıb kor olması, sonra da korlaşmış, quruluşu pozulmuş gözün əvvəlki halına gəlib görən olması varit deyildir. Ancaq burada möcüzə tələb edəcək bir vəziyyət yoxdur və əhvalatın möcüzə olaraq qəbul edilib keçişdirilməsi məntiqli deyildir. Beləliklə, bu əhvalat, bizim “basiyr” sözünə verməyi tərcih etdiyimiz məna çərçivəsində reallaşmış olmalıdır.

Əhvalatın bu bölməsinin Kitab-i Müqəddəsdəki anladılması, “basiyr” sözünün bizim təhlilini etdiyimiz xüsusiyyəti ilə uyğun gəlir:

Yusuf, Qardaşlarına Kim Olduğunu Açıqlayır:

  1. 1. Yusuf adamlarının önündə özünü tuta bilməyib: “Hər kəsi çıxarın buradan!” – deyə bağırdı. Belə ki, özünü qardaşlarına tanıtdığında yanında kimsə yox idi.
  2. 2. O qədər yüksək səslə ağladı ki, Misirlilər ağlamağını eşitdi. Bu xəbər Fironun ev əhlinə də çatdı.
  3. 3. Yusuf qardaşlarına: “Mən Yusufam!” – dedi, “Atam yaşayırmı?” Qardaşları donub qaldı, cavab verə bilmədilər.
  4. Yusuf: “Lütfən mənə yaxınlaşın” – dedi. Onlar yaxınlaşınca Yusuf belə davam etdi: “Misirə satdığınız qardaşınız Yusuf mənəm.
  5. Məni buraya satdığınız üçün narahat olmayın. Özünüzü günahlandırmayın. Tanrı insanlığı qorumaq üçün məni öndən göndərdi.
  6. Çünki iki ildir ölkədə qıtlıq var, beş il daha sürəcək. Kimsə cüt sürməyəcək, əkin biçə bilməyəcək.
  7. Tanrı yer üzündə nəslinizi qorumaq və mükəmməl şəkildə canınızı qurtarmaq üçün məni önünüzdən göndərdi.
  8. Məni buraya göndərən siz deyilsiniz, Tanrıdır. Məni Fironun baş məsləhətçisi, sarayının əfəndisi, bütün Misir ölkəsinin idarəçisi etdi.
  9. Dərhal atamın yanına gedin və ona: “oğlun Yusuf belə deyir” – deyin: “Tanrı məni Misir ölkəsinə idarəçi etdi. Durma, yanıma gəl”.
  10. Goşen bölgəsinə yerləşərsən; övladların, nəvələrin, davarların, sığırların və sahib olduğun hər şeylə birlikdə yaxınımda olarsan.
  11. Orada sənə baxaram, çünki qıtlıq beş il daha sürəcək. Yoxsa sən də, ailən və sənə bağlı olan hər kəs də pərişan olarsınız’.
  12. “Hamınız gözlərinizlə görürsünüz, qardaşım Benyamin, sən də görürsən, danışanın doğrudan da mən olduğumu.
  13. Misirdə nə qədər güclü olduğumu və bütün gördüklərinizi atama anladın. Atamı dərhal buraya gətirin”.
  14. Sonra qardaşı Benyaminin boynuna sarılıb ağladı. Benyamin də ağlayaraq ona sarıldı.
  15. Yusuf ağlayaraq bütün qardaşlarını öpdü. Sonra qardaşları onunla danışmağa başladı.
  16. Yusufin qardaşlarının gəldiyi xəbəri Fironun sarayına çatınca, Fironla vəzifəliləri məmnun oldu.
  17. Firon Yusufa belə dedi: “Qardaşlarına de ki: ‘Heyvanlarınızı yükləyib Kənan ölkəsinə gedin.
  18. Atanızı və ailələrinizi buraya gətirin. Sizə Misirin ən yaxşı torpaqlarını verəcəyəm. Ölkənin qaymağını yeyəcəksiniz’.
  19. Onlara həmçinin, belə deməyi də buyururam: ‘Övladlarınızla xanımlarınız üçün Misirdən arabalar alın, atanızla birlikdə buraya gəlin.
  20. Gözünüz arxada qalmasın, çünki Misirdə ən yaxşı nə varsa sizin olacaq’”.
  21. İsrailin oğulları söylənəni etdi. Fironun buyuruğuna uyğun olaraq Yusuf onlara araba və yol üçün azuqə verdi.
  22. Hamısına bir dəst ehtiyat geyim, bir tək Benyaminə isə üç yüz parça gümüşlə beş qat ehtiyat geyim verdi.
  23. Beləliklə, atasına Misirdə ən yaxşı nə varsa hamısıyla yüklü on eşşək, səfər üçün buğda, çörək və azuqə yüklü on dişi eşşək göndərdi.
  24. Qardaşlarını səfərə yola salarkən onlara: “Yolda dava etməyin” – dedi.
  25. Yusufun qardaşları Misirdən ayrılıb, Kənan ölkəsinə, ataları Yəqubun yanına döndülər.
  26. Ona: “Yusuf yaşayır!” – dedilər, “Üstəlik Misirin idarəçisi olmuş”. Ataları donub qaldı, onlara inanmadı.
  27. Yusufun özlərinə bütün söylədiklərini anlatdılar. Onu Misirə aparmaq üçün Yusufun göndərdiyi arabaları görüncə, Yəqubun kefi yerinə gəldi.
  28. “Tamam!” – dedi, “Oğlum Yusuf yaşayır. Ölmədən əvvəl gedib onu görəcəyəm”. [35]

Yəqub peyğəmbərin, 86-cı ayədə keçən “Mən sizə demədimmi, mən Allahdan sizin bilmədiklərinizi bilirəm” ifadəsini 96-cı ayədə də təkrarladığı görünür. Onun bu ifadəsindən, yaşanan əhvalatların arxasında zahirə vurulmamış sirlərin olduğu anlaşılır.

97-ci və 98-ci ayələrin verdiyi bir başqa ismarıc isə haqqında hökm varid olmamış kimsələrin günahı üçün Allahdan əfv və mağfirət diləməyin mümkün olub, olmaması xüsusudur. Haqqında hökm varid olanlar üçün istiğfar etməli olunmayacağı isə ayə ilə müəyyən edilmişdir:

Cəhənnəm əshabı olduqları özlərinə yaxşıca bəlli olduqdan sonra, peyğəmbərə və iman etmiş adamlara, əqrəba belə olsalar, müşriklər üçün istiğfar etmək yoxdur.

İbrahimin atası üçün istiğfar etməsi də yalnız və yalnız ona vermiş olduğu bir sözə görə idi. Sonra onun Allah üçün bir düşmən olduğu özünə açıq-aşkar bəlli olunca, ondan [istiğfardan] əl çəkdi. Şübhəsiz İbrahim çox səmimi, çox həlim birisi idi.

  • 113,114Onların özlərinə cəhənnəm əhli olduqları yaxşıca bəlli olduqdan sonra, Peyğəmbərə və iman edənlərə, əqrəba belə olsalar, ortaq qoşanlar üçün bağışlanma dilə­mək olmaz. İbrahimin atası üçün bağışlanma diləməsi isə ancaq ona söz verdiyinə görə idi. Sonra onun Allah üçün bir düşmən olduğu özünə açıqca bəlli olan kimi, ondan uzaqlaşdı. Şübhəsiz ki, İbrahim çox səmimi, çox həlim birisi idi. (Tövbə/113, 114)

99O zaman ki, onlar Yusufun yanına girdilər, bax budur, o zaman Yusuf anasını və atasını qucaqladı, bağrına basdı, yanına aldı və: “Allahın diləməsi ilə, əminliklə, Misirə girin!” – dedi.

100Və anası ilə atasını yüksək bir taxt üzərinə yüksəltdi. Və hamısı boyun əyib, təslimiyyət göstərərək, Onun üçün yerə qapandılar. Və Yusuf: “Atacan! Bax budur, bu vəziyyət, o gördüyümün yozumudur. Həqiqətən, Rəbbim onu haqq qıldı. Şeytan mənimlə qardaşlarımın arasını pozduqdan sonra, məni zindandan çıxarmaqla və sizi çöldən gətirməklə, Rəbbim mənə həqiqətən ehsan buyurdu. Şübhəsiz ki, Rəbbim, dilədiyi şeyi ərməğan verəndir. Şübhəsiz ki, O, ən yaxşı bilən, hökm qoyanın məhz özüdür”.

101“Rəbbim! Sən mənə hökmdarlıq verdin və mənə olacaqların/sözlərin ilk mənalarının nə olacağı biliyindən öyrətdin. Göyləri və yeri yoxdan var edən! Sən mənim dünya və axirətdə kömək edənim, qoruyanımsan, mənim canımı müsəlman olaraq al və məni salehlər arasına qat!”

Bu ayələrdən anlaşıldığına görə Yəqub ailəsi Misirə getmiş və Yusuf peyğəmbər tərəfindən şəhərin kənarında qarşılanmışdır.

Mevdudinin təsbitlərinə görə, bu qarşılama bir mərasim şəklində olmuşdur:

Talmuda görə “Atasının yolda olduğunu öyrənən Yusuf dostlarını, zabitlərini, məftunedici libaslarla təchiz edilmiş ölkə əsgərlərini başına topladı. Yəqub peyğəmbəri yolda qarşılamaq və Misirə qədər yoldaşlıq etmək üçün böyük bir izdiham təşkil etdirdi. Musiqi və xoşbəxtlik hər yanı bürümüşdü; hər kəs, qadınlar və uşaqlar bu möhtəşəm göstərişi izləmək üçün evlərin damlarına çıxmışdı”. [H. Polano, sh. lll] [36]

100-cü ayədə keçən “səcdə” sözü “səcdə etmək” mənasında olmayıb, o günkü sayğını ifadə edir. Söz burada termin deyil, söz mənasında işlədilmişdir.

Əhvalat, Yusuf peyğəmbərin atasına xitabən söylədiyi nitqin ardından, 101-ci ayədə yenə onun Allaha etdiyi dua ilə sona çatır.

102Bax budur, bu, sənə vəhy etdiyimiz görmədiyinin, eşitmədiyinin, bilmədiyinin xəbərlərindəndir. Yoxsa onlar edəcəklərinə qərar verib pis plan qurarkən, sən onların yanında deyildin.

Yusuf əhvalatının bütün incəliklərinə qədər qısa, təsirli və bəlağətli bir ifadə ilə anladılmasından sonra, 102-ci ayədə, bu anladılanlara işarə edilərək, bunların Allah elçisinə vəhy ilə bildirilən qeyb xəbərləri olduğu açıqlanır.

Bütün Məkkə xalqının bildiyi və Quranda da açıqlandığı kimi, peyğəmbərimiz İsrail tarixçələrinə heç maraq duymadığına görə, bunları oxumuş və ya dinləmiş deyildi. Onun bu hekayələrdən anlatdığı da heç eşidilməmişdi. Məkkəli müşriklərin xalq arasında Quranı peyğəmbərimizin özünün uydurduğu yalanını yaymağa çalışdıqları bir zamanda, bu əhvalat qısa, təsirli və bəlağətli bir şəkildə birdən peyğəmbərimizin dilindən söylənmişdi. Əslində isə bu əhvalatı bütün detallarıyla və yəhudi sənədlərinə uyğun olaraq peyğəmbərimizin düzməsi mümkün deyildi. Çünki ərəblərın əlində bu əhvalata dair yazılmış bir mətn yox idi.

O halda, sadəcə Yusuf əhvalatı deyil, Quranda yer alan digər əhvalatlar da qeyb xəbərlərindən idi və Allahın ona vəhy etdikləri idi:

  • 44Bax budur, bu dərk edə bilmədiyin, keçmişin əhəmiyyətli xəbərlərindən sənə vəhy etdiklərimizdir. Və Məryəmə hansı kəfil olacağına ləmlərini atarlarkən, sən yanlarında deyildin. Onlar mübahisə edərkən də, sən yanlarında deyildin. (Al–i İmran/44)
  • 44Və Musaya o əmri gerçəkləşdirdiyimiz zaman sən, Qərb tərəfdə deyildin. Hazır olan­lardan, görənlərdən də deyildin.
  • 45Amma Biz necə nəsillər var etdik ki, onların ömürləri uzandıqca uzandı. Sən on­la­ra ayələrimizi oxuyaraq, Mədyən xalqı arasında olanlardan da deyildin. Lakin Biz elçi göndərənlərik.
  • 46,47Və Biz səsləndiyimiz zaman, Turun yanında da deyildin. Əksinə, səndən əvvəl öz­lərinə xəbərdar edən/peyğəmbər gəlməyən bir qövmü xəbərdar etməyin üçün və öz əllərinin etdikləri ucbatından başlarına bir pis iş gəldiyində dərhal: “Rəb­bi­miz! Nə olardı, bizə bir peyğəmbər göndərsəydin, ayələrinə uysaydıq və mö­min­lər­dən olsaydıq” – deyə bilməsinlər, onlar öyüd alsınlar deyə, Rəbbindən bir mərhəmət ola­raq… orada olub-keçənləri sənə bildirdik, səni elçi olaraq, göndərdik. (Qasas/44-47)
  • 67De ki: “O/Quran, çox böyük, vacib bir xəbərdir. 68Siz ondan üz çevirirsiniz. 69Onlar bir-birləri ilə müzakirə edərkən, mənim “ən üstün şeylərin doldurulduğu/Qurana dair bir məlumatım yox idi. 70Ancaq mən, bəli mən, açıq-aşkar bir xəbərdarlıq edən olduğum üçün, mənə vəhy edilir”. (Sad/67, 70)

 

103Sən şiddətlə arzulasan da, insanların çoxu iman edənlər deyildir.

104Və sən buna qarşılıq onlardan hər hansı bir ödəniş istəmirsən. Quran aləmlərə, sadəcə bir öyüddür.

105Və göylərdə və yerdə necə əlamətlər/nümunələr var, onlar ondan üz çevirən insanlar olaraq üzərlərindən gəlib keçərlər. 106Onların əksəriyyəti Allaha şərik qoşmadan iman gətirməzlər.

Peyğəmbərimizin təsəlli edilib, Məkkəli müşriklərin şiddətlə qınandığı bu ayələrdə, heç bir ödəniş istəmədən, insanların iman etmələri üçün yanıb-tutuşan və onlara öyüd olan bir kitabla yanaşan peyğəmbərimizlə, yer və göylərdəki minlərlə ayə qarşısında özünü görməməzliyə qoyan və çoxusu inanmayacaq olan Məkkəli müşriklərin vəziyyətləri yanaşı olaraq nəql edilir.

Bu ayələr öncəliklə Məkkə müşriklərinə işarə etməklə bərabər, ayənin daşıdığı ismarıc, bu cür inancsızlar hər çağda mövcud olduğuna görə, bütün insanlığa yönəlikdir.

Uca Allahın 106-cı ayədəki “Onların çoxu, şirk qoşmadan Allaha iman etməzlər” hökmü üzərində durulmalı və yaxşı dəyərləndirilməli olan bir ifadədir.

Çünki şirk qoşmaq, inancsız insanlar üçün deyil, Quranda bir çox ayədə qeyd edildiyi kimi, Allahın varlığına inanan, amma Onun Rəbbliyini [hər şeyin proqramlayıcısı olma xüsusiyyətini] tanımayan insanlar arasında baş verən bir pozğunluqdur:

  • 61Yenə and olsun ki, onlardan soruşsan ki: “Göyləri və yeri kim yaratdı, Günəşi və Ayı kim nəzarəti altına aldı/qulların yararlanacağı quruluş və özəllikdə kim yaratdı?” Qətiliklə: “Allah” – deyəcəklər. O halda necə çevrilirlər? (Ənkəbud/61)
  • 63Və and olsun, əgər onlardan soruşsan: “Kim göydən suyu endirib və onunla yer üzünü ölümündən sonra diriltdi?” Qətiliklə: “Allah” deyəcəklər. De ki: “Bütün təriflər Allaha məxsusdur/başqası öyülə bilməz. Əksinə, onların çoxu dərk etməzlə (Ənkəbud /63)
  • 87Yenə and olsun ki, onlardan özlərini kimin yaratdığını soruşsan, qətiliklə: “Allah” deyərlər. O halda necə döndərilirlər! (Zühruf/87)
  • 25Yenə and olsun ki, onlardan: “Göyləri və yeri kim yaratdı?” – deyə soruşsan, qəti olaraq: “Allah” – deyəcəklər. De ki: “Bütün təriflər Allahadır. Başqası öyülə bilməz!”. Əslində onların çoxu bilməzlər. (Loğman/25)
  • 31,32De ki: “Sizi göydən və yer üzündən kim ruziləndirir? Ya da qulaqlara və gözlərə kim sahib olur, bunların sahibi kimdir? Və ölüdən dirini, diridən ölünü kim çıxarır? Və işləri kim düzənləyir?” Dərhal: “Allah” – deyəcəklər. O zaman de ki: “O halda, hələ də Allahın qoruması altına girməyəcəksinizmi? Elə isə bax budur, O, sizin gerçək Rəbbiniz Allahdır. Artıq, həqiqətdən sonra pozğunluqdan başqa nə ola bilər! O halda necə də çevrilirsiniz?” (Yunus/31, 32)
  • 84De ki: “Əgər bilirsinizsə, bu yer üzü və onun içindəki kimsələr kimə aiddir?”
  • 85Onlar: “Allaha aiddir” – deyəcəklər. “Belə isə, siz düşünüb daşınmazsınızmı?” – de.
  • 86De ki: “Vəhy edilən göylərin Rəbbi və çox böyük taxtın Rəbbi kimdir?”
  • 87Onlar: “Allahındır/Allahdır” – deyəcəklər. Sən: “Belə isə, Allahın qoruması altına gir­mə­yəcəksinizmi?” – de.
  • 88De ki: “Əgər bilirsinizsə, hər şeyin mülkiyyəti və idarəçiliyi Özünün əlində olan və Özü hər şeyi qoruyub müdafiə edən, lakin Özü qorunmayan kimdir?”
  • 89Onlar: “Allahındır/Allahdır” – deyəcəklər. Sən: “Belə isə necə ovsunlanırsınız?” – de.
  • 90Əslində Biz onlara haqqı gətirdik, onlar isə qətiliklə yalançılardır. (Möminlər/84-90)

Ayələrdə qeyd edildiyi kimi, günümüzdə də, Allaha inanan, amma müxtəlif hərəkətləriylə şirkə düşənlər vardır.

106-cı ayə ilə əlaqədar olaraq edilən bir digər açıqlama isə budur: Onlar, özlərini həlak edən müsibətdən qurtarması üçün Uca Allaha dua edərlər. Amma Allah onları qurtardığı vaxt, Allahın qoruyub hi­mayə etməsini başqa bir şeyə nisbət edərək, ya “filankəs olmasaydı, xilas ola bilməzdik”, “it olmasaydı, oğru evimizə girərdi” kimi sözlər söyləyərlər, ya da verilən nemətə üz çevirib, yan keçərlər:

  • 12Və insana bir kədər üz verdiyi zaman, yanı üstə yatarkən, oturarkən, dik durarkən Bizə tam əmin olun ki, yalvarır. Ondan kədərini aradan qaldırdıqmı, sanki özünə üz verən o kədər üçün Bizə heç yalvarmırmış kimi, vecinə almadan keçib gedər. Həddi aşanlara etdikləri şeylər, bax budur, belə bəzəkli göstərilmişdir. (Yunus/12)
  • 51Və Biz insana nemət verdiyimiz zaman, o üz çevirər, kənara çəkilər. Özünə bir pislik toxunduğu zaman isə, geniş-geniş dua sahibidir – yalvarar, ha yalvarar. (Fussilət/51)

İnsan təbiətində olan “pis bir vəziyyətlə qarşılaşınca yalnız və yalnız Allaha sığınma, fərəhə qovuşunca da şirkə bulaşma” meyli insanın ümumi xarakterində mövcuddur.

  • 189O, sizi bir candan əmələ gətirən və ondan da, özünə isinsin deyə, tayını düzəldəndir. O zaman ki, o, onu örtüb bürüdü, o zaman o yüngül bir yüklə yükləndi. Və bununla gedib-gəldi. O zaman ki, qadın ağırlaşdı, dərhal o ikisi Rəblərinə dua etdilər: “Əgər bizə sağlam bir övlad verərsənsə, and olsun ki, tam yəqin bil ki, qarşılığını ödəyənlərdən olacağıq”.
  • 190O zaman ki, o ikisinə sağlam bir övlad verdi, o ikisinə verdiyi şey haqqında Onun üçün ortaqlar qoşdular. Onların ortaq qoşduğu şeylərdən Allah münəzzəhdir, ucadır. (Əraf/189, 190)
  • 9–11Və əgər, səbr edən və düzəltmək yönündə işlər edənlərin, bax budur, bunlar özləri üçün bağışlanma və böyük mükafat olanlardır, onlardan başqa bütün insanlara, tərəfimizdən bir mərhəmət daddırıb, sonra da onu özündən çəkib alsaq, şübhəsiz ki, o, ümidsizliyə düşər, çox nankor olar. Və əgər, özünə toxunan bədbəxtlikdən sonra, ona xoşbəxtliyi daddırsaq, əlbəttə: “Pisliklər məndən getdi” – deyər. Və şübhəsiz ki, o, ərköyündür, lovğadır. (Hud/9-11)

Quranda bəhs etdiyimiz ayənin üslubunu daşıyan və Hud surəsinin yuxarıda verdiyimiz ayələrinin təfsiri mahiyyətində olan daha bir çox ayə (Tövbə/75, 76, Yunus/22, 23, Nəhl/53, 54, Loğman/31, 32, Rum/33, Ənkəbud/65, İsra/67) vardır.

Rəbbimiz bu şirk psixologiyasını Duhan surəsində də nümunə göstərmişdir:

  • 8Ondan başqa tanrı deyə bir şey yoxdur. O, yaşadır və öldürür! Sizin Rəbbinizdir, sizdən öncəki atalarınızın da Rəbbidir. 9Əksinə onlar yetərsiz bilik içində oynayıb dururlar.
  • 10,11İndi sən göyün açıq-aşkar bir qıtlıq gətirəcəyi günü gözlə. O qıtlıq insanları tamamilə bürüyər. Bu, əziyyətverici bir əzabdır.
  • 12Rəbbimiz! Bizdən əzabı qaldır. Şübhəsiz, biz artıq qətiliklə inananlarıq.
  • 13,14Onlar hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki, onlara açıqlayıcı bir elçi gəlmişdi. Sonra ondan üz çevirdilər və “Öyrədilmiş bir dəli/gizli güclərlə dəstəklənən biri!” – dedilər.
  • 15Şübhəsiz, Biz əzabı bir az da olsa qaldırarıq, siz qətiliklə dönənlərsiniz.
  • 16Ən böyük bir yaxalayışla yaxalayacağımız gün, şübhəsiz, Biz günahkarı yaxalayıb cəza verərək, ədaləti qoruyanlarıq. (Duhan/8-16)

107Yoxsa bunlar Allahın əzabından hamısını saracaq bir fəlakət gəlməsindən və ya fərqində deyillərkən, qəfildən özlərinə saatın/qiyamətin qopma anının gəlməsindən əmindirlərmi?

Bu ayədə, müşriklər, biganəlikləri ucbatından, yəni bu qədər ayədən ibrət almadıqları, ağıllarını başlarına toplamadıqları, vəhyə qulaq vermədikləri, öyüdləri dinləmədikləri üçün qınanırlar. Bir sual cümləsi olmasına baxmayaraq, ayənin tək cavabı vardır: İnsanlar, əlbəttə ki, hamısını saracaq bir fəlakətin və ya əcəllərinin gəlməsindən zəmanətdə deyildirlər. Elə isə, insanlara yaraşan odur ki, bu doğrunun şüurunda olaraq yaşasınlar və belə bir şüurla hərəkət etsinlər.

Rəbbimiz bu xəbərdarlığı bir çox ayədə təkrarlamışdır:

  • 97–99Görəsən, o şəhərlərin xalqı gecə vaxtı yatmışkən özlərinə əzabımızın gəlməyəcəyindən arxayın idilərmi? Yoxsa, o şəhərlərin xalqı quşluq vaxtı mənasız işlərlə məşğul olarkən, onlara əzabımızın gəlməyəcəyindən arxayın oldular? Elə isə, Allahın incə planından arxayın oldularmı? Ziyana uğramış camaatdan başqası Allahın incə planından özünü arxayın görməz. (Əraf/97-99)
  • 45–47Yaxşı, gizlicə pislikləri planlayanlar Allahın özlərini yerə batırmayacağından, yaxud bilməyəcəkləri bir yerdən əzabın gəlməyəcəyindən, yaxud onlar dolaşıb, durduqları zaman Allahın özlərini yaxalamasından, üstəlik onlar aciz buraxanlar da deyildilər, yaxud da onları az-az/qorxu içində yaxalamasından əminmi oldular? Bax budur, şübhəsiz ki, sizin Rəbbiniz qətiliklə çox şəfqətlidir, çox mərhəmətlidir. (Nəhl/45-47)

108De ki: “Bax budur, bu, mənim yolumdur – ağlın, biliyin, sağlam düşüncə üçün vacib olaraq, Allaha dəvət edirəm. Mən və mənə uyanlar… Və Allah münəzzəhdir. Və mən ortaq qoşanlardan deyiləm”.

103-cü ayədən bəri edilən açıqlamalardan sonra, Rəbbimiz, inkarçılar nə edərlərsə etsinlər, bu işi bilən və inanan bir təbliğçi olaraq, peyğəmbərimizdən Məkkəli müşriklərə [beləliklə də bütün insanlara] dəvətini nəzakətlə davam etməsini istəyir: “Budur bu, mənim yolumdur; bəsirət naminə [ağlına, biliyinə, sağlam düşüncənə uyğun olaraq] Allaha dəvət edirəm. Mən və mənə uyanlar… Və Allah münəzzəhdir. Və mən müşriklərdən deyiləm”.

109Və Biz səndən əvvəl də yalnız və yalnız, şəhərlərin öz xalqından, özlərinə vəhy etdiyimiz bir sıra yetkin insanları elçi olaraq, göndərdik. İndi o yerlərdə bir gəzib, dolaşmadılarmı ki, özlərindən əvvəl gəlib keçənlərin aqibətlərinin necə olduğuna bir baxsınlar?! Əlbəttə, axirət yurdu Allahın qoruması altına girənlər üçün daha xeyirlidir. Hələ də ağlınızı işlətməyəcəksinizmi?

Bu ayələrdə, elçi göndərmə mövzusunda öz ağıllarınca, ilahi bir qanun olduğu və bu qanuna görə elçilik vəzifəsinin bir bəşərə verilməyəcəyi iddiasıyla peyğəmbərimizə qarşı çıxan müşriklərə cavab verilir. Bu cavabda, bundan əvvəlki cəmiyyətlərə də öz aralarından elçilər göndərilib, xəbərdarlıqda olduğu, edilən dəvətə kiminin uyub, kiminin uymadığı, o köhnə cəmiyyətlərdən heç birinin qalmadığı, beləliklə Məkkəli müşriklərin də bir gün hesab vermək üçün Allaha dönəcəkləri bildirilir.

Bizim “bir sıra şəxslər” olaraq çevirdiyimiz “رجال rical” sözünü bəziləri “kişilər” olaraq anlamış və buradan hərəkət edərək, peyğəmbərlərin sadəcə kişilər arasından seçildiyini, qadınların peyğəmbər ola bilməyəcəyini irəli sürmüşdülər. Bəziləri isə Hud surəsində İbrahim peyğəmbərin xanımı ilə danışan elçiləri “mələk” olaraq qəbul etmiş və mələklərlə danışdığı üçün də İbrahim peyğəmbərin xanımını peyğəmbər saymışdılar. İstər Qasas/7-də Allahın vəhy etdiyini bildirdiyi Musa peyğəmbərin anası, istərsə də Al-i Imran/42, 43-də anladılan əhvalata görə İsa (əs)ın anası Məryəm, eyni səbəblərlə peyğəmbər sayılmışdır.

Buna qarşı çıxaraq üç qadının da peyğəmbər olmadığını irəli sürənlər isə peyğəmbərimizə isnad edilmiş olan “qadınlardan peyğəmbər yoxdur, siddiqələr vardır” rəvayətini iddialarının doğruluğuna dəlil göstərmişdilər.

Bizə görə, bu mövzudakı qarışıqlığın aradan qaldırılması üçün ayədə keçən “rical” sözünü təhlil etmək lazımdır.

 الرّجل Racül. “Racül” sözü ümumilikdə “kişi [qadının antonimi]” mənasında işlədildiyi üçün bəzi ayələrdə səhv anlaşılmalara səbəb olur. Beləliklə, söz həm ərəb dilindəki, həm də Qurandakı işlədilməsi nəzərə alınaraq təhlil edilməlidir.

Ərəb dilində də “الرّجل racül”, “insan növündən kişi” demək olub, “qadın”ın qarşılığıdır. “Uğaq­­lıq dövrünü keçincə, yetkinlik çağına başlayınca, yeniyetmə olunca racül olur” da deyilmişdir.  [37]

Dil kitablarındakı təhlillərə baxıldığında, sözün “ayaq” mənasına gələn “ricıl” sözü kimi “rcl” kökündən törədiyi, bu kökdən törəyən sözlərin isə əsas mənaları etibariylə, “ayaq” mənası istiqamətində meydana çıxdıqları görünür. Məsələn, “rical” sözü “ayaqları ilə yeriyən” mənasından əmələ gəlmişdir. “Racül” sözünün cəmi olan “رجال rical” sözü ilə, “رجِل ricıl” sözünün törəmələrindən olan və “ayaqla yerimək, piyada” mənasında işlədilən “ رجال rical” sözləri eyni olub, sözün hansı mənada gəldiyi ancaq cümlə içindəki işlədilməsindən ayırd edilir. Məsələn, Bəqərə/239 və Həcc/27-də bu söz “piyada” mənasında işlədilmişdir.

Bu geniş mənadakı işlədilməsiylə söz, kişi-qadın fərqi qoyulmadan, insan növünə verilmiş bir sifət halındadır. Daha sonralar məna daralması olmuş və söz daha çox insanın “kişi” cinsi üçün işlədilməyə başlamışdır.

Allamə İbnü’l-Mənzurun təsbitlərinə görə, Əbu Zeyyad əl-Kilabi “ فتهايج الرّجلان fətəhayəcə’r-racülani [iki racül bir-birini aldatdı]” deyərkən, “iki racül” ilə özünü və zövcəsini qəsd edirdi. [38]

Bu təsbit əslində “racül” sözünün kişi və qadın üçün işlədildiyini göstərir.

Zebidi də Tacü’l-Arusda, Muhkemdə “racl” sözünün “yetkinlik və sərtlik” ifadə edən bir sifət olduğundan, “ رجل ابوه رجل racülün ebuhü racülün [kişi oğlu kişi]” deyimlərindən bəhs edildiyini nəql edir. [39]

Buradan da, insana “racül” deyilməsinin onun yetkinliyindən, sərtliyindən qaynaqlandığı anlaşılır. Bu mənada da “racül” sözü, qadın-kişi fərqi qoymadan, “yetişkin insan” mənasındadır.

Bənzər şəkildə, dilimizdə də “kişi” sözü, yetkinliyin, sərtliyin, şücaətin, mərdliyin ifadəsi olaraq, qadın-kişi fərqi qoyulmadan, hər iki cins üçün də “sözündə duran, çətin vəziyyətlərdə yoldaşlarından ayrılmayan, yetişkin” mənasında işlədilir. Məsələn, “Kişilik səndə qalsın!” ifadəsindəki “kişilik” sözünün cinsiyyətlə əlaqəsi olmadığı kimi, “Kişi qızmış vəssalam!” ifadəsi də olduqca yayılmış bir ifadədir.

Quranda “racül”. Quranda “ ر ج ل rcl” kökündən törəmiş söz sayı 73 olub, bunların 18 ədədi tək halda, təsniyə və cəm halda olmaqla “ayaq” mənasındakı “ricıl” qəlibindəndir [Bəqərə/239, Həcc/27, Sad/42, Nur/24, 31, 45, Əraf/124, 195, Maidə/6, 33, 66, Ənam/65, Ta Ha/71, Şüəra/49, Ənkəbud/55, Ya Sin/65, Mümtəhinə/12, İsra/64].

“Kişi” mənasındakı “racül” sözləri Quranda nəkrə [qeyri müəyyən] və marifə [müəyyən] olmaqla, iki şəkildə işlədilmişdir.

Müəyyən olaraq işlədilənləri və bu sözün qarşı cinsi ilə birlikdə işlədilənləri, açıq-aydın qadın cinsinin qarşı cinsi olan “kişi” mənasındadır [Bəqərə/282, Nisa/1, 12, 32, 34, 85, 98, 176, Əraf/81, Fəth/25].

Qeyri müəyyən olanların hamısı isə mütləq mənada “yetişkin insan, adam” mənasında işlədilmişdir [Əraf/46, 48, 63, 69, 155, Yunus/2, Hud/78, Möminlər/25, 38, Qasas/20, Əhzab/4, 23, 40, Səba/7, 43, Ya Sin/20, Zümər/29, Mömin/ 28, Zühruf/31, Ənam/9, İsra/47, Kəhf/28, 32, Furqan/8, Maidə/23, Nəhl/43, 76, Yusuf/109, Nur/37, Cinn/6, Sad/62, Tövbə/108].

Bunlardan bir neçəsinin tərcüməsi aşağıdakı kimidir:

  • 46Aralarında da bir pərdə vardır. Və Quran nəcmləri barəsində bilik sahibi olan kəslər, onların hamısını əlamətlərindən tanıyırlar. Və Quran biliyinə sahib olan kəslər, cənnəti umub, lakin hələ ora girməmiş olan cənnət əhlinə səslənirlər: “Salam olsun sizə!” (Əraf/46)
  • 48,49Quran nəcmləri barədə bilik sahib olan kəslər, əlamətlərindən tanıdıqları kəslərə səslənib: “Tərəfdarlarınız və yekəxanalığınız sizə fayda vermədi, Allahın mərhəmətinə ki, bu mərhəmət, Allahın: “Girin cənnətə, sizə qayğı yoxdur, üzülməyəcəksiniz də” – deyə verdiyi sözdür, çatdırmayacağına and içdikləriniz bunlarmı?” – deyərlər. (Əraf/48, 49)
  • 36–38Allahın yüksəldilməsinə, içərisində Öz isminin anılmasına izin verdiyi evlərdə, həmişəlik olaraq, Özünü münəzzəh qılan elə ürəkli/igid/ər insanlar vardır ki, ticarət və alış-veriş onları Allahı anmaqdan, salaatı iqamə etməkdən və zəkatı/vergilərini verməkdən ayırmaz. Onlar Allah özlərinə işlədikləri əməllərin ən gözəli ilə qarşılıq versin və özlərinə ərməğanların­dan artırsın deyə, qəlblərin və gözlərin tərs döndüyü bir gündən qorxarlar. Və Allah di­lədiyi insanları hesabsız ruziləndirər. (Nur/36-38)
  • 4Allah bir insanın sinəsində iki qəlb yaratmadı. Və zıhar etdiyiniz… Özlərini ana­la­rınıza bənzədərək and mövzusu etdiyiniz həyat yoldaşlarınızı da sizin anala­rı­nız ola­raq qəbul etmədi. Övladlıqlarınızı da sizin öz övladlarınız saymadı. Bu, sizin ağ­zı­nız­la söyləməyinizdir. Allah isə haqqı söyləyər. Və düz yola bələdçiləyər. (Əhzab/4)
  • 23,24Möminlərdən elə insanlar vardır ki, Allaha, imanlarına uyğun olaraq, etməli olduqları şeylərə sədaqət göstərdilər. Bax budur, onlardan kimisi nəzirini verən/canını verəndir, kimi də gözləyəndir. Onlar, Allahın doğru insanları doğruluqlarına görə mükafatlandıracağı, diləyərsə, münafiqlərə də əzab edəcəyi və ya tövbə nəsib edəcəyi üçün, olduqları kimi davranıb, davranışlarında dəyişiklik etmədilər. Şübhəsiz ki, Allah, çox bağışlayan və çox mərhəmət edəndir.  (Əhzab/23, 24)

Bu nümunələrdəki “racül, rical” sözlərinin “kişi, kişilər” olaraq çevrilməsi problem yaradacağından, qətiyyən uyğun deyildir. Bizə görə bu sözlər “yetişkin adam, adamlar, kimsə, kimsələr, insan, insanlar” olaraq çevrilməlidir.

Mövzumuz olan ayəyə dönəcək olarsaq, bizə görə bu ifadə ilə özlərinə vəhy edilən elçilərin mütləq kişi olduqları deyil, yer üzündə yaşayanlardan olduqları açıqlanır və müşriklərin “bəşərdən elçi olmaz, elçi mələk olmalıdır” şəklindəki düşüncələri rədd edilir.

Belə ki, bu xüsus başqa ayələrdə çox açıq ifadələrlə qeyd edilmişdir:

  • 20Biz səndən əvvəl də sadəcə, yemək yeyən, bazarlarda yeriyən elçilərdən göndərdik. Və Biz sizin bir qisminizi bir qisminiz üçün saflaşdırmaq məqsədilə sıxıntı vasitəsi etdik. Səbr edərsinizmi! Və sənin Rəbbin çox yaxşı görəndir (Furqan/20)
  • 8Və Biz o elçiləri yemək yeməz bir cəsəd etmədik. Onlar əbədi qalanlar/ölümsüz də deyildilər.
  • 9Sonra Biz onlara verdiyimiz o sözü yerinə yetirdik. Beləcə, onları və dilədiyimiz insanları qurtardıq. Həddini aşanları da dəyişikliyə/dağıntıya uğratdıq. (Ənbiya/8, 9)

“Qadın elçi olmaz” hökmü verənlərin, bu iddialarına, Rəbbimizin Quranda bizi xəbərdar etdiyi elçilər arasında qadın elçi olmamasını səbəb göstərmələri bizə görə yetərli deyildir. Çünki Rəbbimiz, göndərdiyi elçilərin sayını və hər birinin kim olduğunu bizə bildirməmişdir:

  • 163–165Şübhəsiz ki, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. İbrahimə, İsmayıla, İshaqa, Yəquba, nəvələrinə, İsaya, Eyyuba, Yu­nusa, Haruna və Süleymana, daha öncə özlərini sənə anlatdığımız və anlatmadığımız elçilərə… Elçilərdən sonra insanların Allahın əleyhinə bir də­lil­ləri ol­masın deyə, Biz onlara müjdəçilər və xəbərdar edənlər olaraq vəhy etmişdik. Davu­da da Zə­bu­ru verdik. Və Allah, Musaya söz söylədikcə söylədi/onu yaraladıqca yaraladı, çox sıxıntı çəkdirdi. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağ­lamlaşdırandır. (Nisa/163-165)
  • 78Və and olsun ki, Biz səndən öncə necə elçilər göndərdik. Onlardan kimini sənə an­latdıq, kimini də anlatmadıq. Heç bir elçi Allahın izni/biliyi olmadan bir əlamət/nümunə gətirə bilməz. Artıq Allahın əmri gəlincə də, haqq ilə gerçəkləş­di­rilir. Batilə uyanlar, bax budur, burada itkiyə, zərərə uğrayıb acı çəkdilər. (Mömin/78)

Bu halda, Rəbbimizin bizə bildirmədiyi elçilər arasında qadın elçilərin olması da mümkündür.

Ayədəki “Və Biz səndən əvvəl də yalnız və yalnız, şəhərlərin əhlindən [öz xalqından], özlərinə vəhy etdiyimiz bir sıra insanları elçi olaraq göndərdik” ifadəsindən, Rəbbimizin oturaq həyatda/nizamlı yaşamayanlardan elçi göndərmədiyi anlaşılır. Ola bilər ki, bu, bədəvilərin şəhərlilərə görə məlumat, təhsil, bilik yönündən daha aşağı səviyyədə olmalarından qaynaqlanır. Çünki bu xüsusiyyətdəki adamların digər insanlarla əlaqə qurmaqda, anlaşmaqda çətinlik çəkəcəkləri aydındır. (Elçilərin, özlərinə endiriləni insanlara açıq aydın təbliğ edə biləcək xüsusiyyətdə olduqlarına Nəhl/43, 44-də işarə edilmişdir.)

Rəbbimiz, elçi göndərmə sünnətini açıq şəkildə bəyan etdikdən sonra, ayədə həmçinin daha əvvəl peyğəmbər göndərdiyi cəmiyyətlərin yasadıqları yerlərin gəzilib araşdırılmasını, oralardan ibrət alınmasını istəmişdir. Bu xüsusdan bir çox ayədə bəhs edilmişdir:

  • 46Yaxşı, onlar yer üzündə dolaşmadılarmı ki, özlərinin dərk edəcək qəlbləri və eşidəcək qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, lakin sinələrin içindəki qəlblər kor olur. (Həcc/46) 
  • 36Və and olsun ki, Biz hər ümmətə: “Allaha qulluq edin və tağutdan qaçının” – deyə bir elçi göndərdik. Artıq Allah bu ümmətlərdən bir qisminə doğru yolu göstər­di, bir qisminə də pozğunluq haqq olmuşdur. İndi yer üzündə bir gəzib dolaşın və ba­xın yalan sayanların sonu necə olmuşdur? (Nəhl/36)
  • 82Daha yer üzündə gəzərək, baxmaz­lar­mı ki, özlərindən öncəkilərin sonu necə olmuşdur? Onlar özlərindən həm daha çox, həm də qüvvətcə və yer üzündəki əsərlərinin sağlamlığı baxımından daha sərt idilər. Lakin o qazandıqları şeylərin onlara bir faydası olmadı. (Mömin/82)
  • 9Onlar yer üzündə gəzərək, özlərindən öncəkilərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Onlar özlərindən daha güclü idilər/yer üzünü qazıb alt-üst etmişdilər, onu bunların abad etdiklərindən daha çox abad etmişdilər. Elçiləri də onlara necə açıq dəlilləri gətirmişdilər. O halda Allah onlara haqsızlıq edəcək deyildi, lakin, onlar şərik qoşaraq, özlərinə haqsızlıq etməkdə davam etdilər. (Rum/9)

Həmçinin Al-i İmran/137, Nəml/69, Ənam/11, Muhəmməd/10, Rum/42, Fatir/44, Mömin/21-ə də baxıla bilər.

110Sonunda, elçilər ümid kəsəcək hala gəlincə və özlərinin yalan sayıldıqları qənaətinə gəlincə, özlərinə köməyimiz gəldi. Sonra da dilədiklərimiz qurtarıldı. Və günahkarlar topluluğundan Bizim əzabımız, geri çevrilə bilməz.

Bu ayədə, daha əvvəlki peyğəmbərlərin var gücləriylə çalışdıqları halda, yalanlandıqları qənaətinə vardıqları, Allahın yardımının isə tam o cəmiyyətlərdən ümid kəsdikləri bir anda gəldiyi qeyd edilərək, Rəbbimizin çağırışa uymayanlardan dilədiklərini həlak etdiyi, dilədiklərini isə xilas etdiyi Quranda (Bəqərə/214, Saffat/171-173, Mücadilə/21, Muhəmməd/7, Fəth/4, Al-i İmran/139, Mömin/51, 52) bildirilir.

Bu ayədə keçən ” الظّنّ zənn” sözü ” اليقين yəqin [qəti məlumat]” mənasındadır. Bu anlayışa görə, ayə bu şəkildə təqdir edilə bilir: “O peyğəmbərlər, ümmətlərinin özlərini yalan saydıqlarını, artıq bundan sonra onların imana gələn olmayacağını yaxşı-yaxşı anladılar. Budur, o zaman onlara qarğış etdilər”.

111And olsun ki, Yusuf, atası, qardaşları hekayələrində qavrama qabiliyyəti olanlar üçün bir ibrət vardır. Quran uydurulmuş bir söz deyildir. Ancaq sadəcə, içində söhbət gedən mövzuların doğrulanması, inananlar üçün hər şeyin ətraflı açıqlanması, bir yol göstərmə və mərhəmətdir”.

Qurandakı əhvalatların tarixdən məlumat vermək üçün deyil, öyüd vermək məqsədiylə anladıldığı bu ayədə də vurğulanmışdır. Bir öyüd olduqlarına görə Qurandakı əhvalatların insanlara nə kimi faydalar təmin edəcəyi, Əraf/58-in təhlilində açıqlanmışdı. Bu açıqlamaların təkrar oxunmasının faydalı olacağı qənaətindəyik.

111-ci ayə ilə əlaqədar olaraq Mukatil bu əhvalatı nəql etmişdir:

Aralarında Kab b. Əşrəf, Ahtabın oğulları Huvey və Cudey, Numan b. Evfa, Amr, Bahira, Gaza, Samuel və Malik b. Dayfın da olduğu bəzi Yəhudilər Nəbinin Yusufu zikr etdiyini eşitdilər. Lakin İbnül Hadraminin köləsi Cebr, Yesar, Ebu Fukayhe və Abbasdan başqa kimsə Nəbiyə iman etmədi. Əslində isə Yusufun və vəziyyətinin zikr edildiyi buyuruqları eşitmələri, soruşanlar üçün ayələr/işarələr ehtiva edirdi. Çünki Yəhudilər Nəbidən Yusufun vəziyyətinə dair sual soruşmuşdular. Bu eşitdikləri də Yusufun vəziyyətini soruşanlar üçün bir əlamətdi. Yusuf öz dövründə digər insanlara gözəlliyi ilə üstün qılınmışdı. Belə ki, dövründəki insanlara gözəllik xüsusundakı üstünlüyü, bütöv ayın digər ulduzlara üstünlüyü kimi idi. [40]

Surənin və ayənin son cümləsi olan “Bu, uydurulan bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, inananlar üçün hər şeyin aydınlaşdırılması, bir yol göstərmə və rəhmətdir” ifadəsi, Qurana yönəlikdir. Bu ifadədə Quranın bu xüsusiyyətləri ön plana çıxarılmışdır:

Quran uydurulmuş deyildir;

Quran özündən əvvəlkiləri təsdiq edir;

Quran hər şeyi açıqlayır;

Quran iman edənlər üçün bir rəhbərdir;

Quran inananlar üçün bir rəhmətdir.

Quranın bu xüsusiyyətlərini vurğulayan yüzlərlə ayə vardır. İstər saylarının çoxluğu, istərsə də başqa mövzularda da nümunə verilmiş olduqlarına görə nəql etməyə ehtiyac görmürük.

Allah, doğrusunu ən yaxşı bilendir

 

[1] Mukatil; Razi, el-Mefatihu’l-Gayb; Kurtubi, el-camiu li Ahkamil-Quran.

[2] Vahıdi; Esbab-ı nüzul, s. 155.

[3] Lisanü’l-Arab; s. 153-159, a-r-b mad.

[4] Es-Sekkaki; Miftahu’l Ulum.

[5] Təkvin; 37. Bab, 1-11. cümleler.

[6] Kurtubi; el-camiu li Ahkamil-Quran.

[7] Zemahşeri, Keşşaf; c.2, S. 304.

[8] Lisanü’l Arab; c: 6, s: 276 asb mad.

[9] Mevdudi; Tefhimü’l-Quran.

[10] Lisanü’l-Arab; c. 4, s.419.

[11] İbn Kesir.

[12] Razi, el-Mefatihu’l-Gayb; Kurtubi, el-camiu li Ahkamil-Quran.

[13] Mevdudi; Tefhimü’l-Quran.

[14] Kitab-i Müqəddəs, Təkvin, 39:6.

[15] Razi; el-Mefatihu’l-Gayb.

[16] Kurtubi; el-camiu li Ahkamil-Quran.

[17] Təkvin; 39. Bab, 7-19. cümleler.

[18] Razi; el-Mefatihu’l-Gayb.

[19] Zemahşeri; Keşşaf, c.2,s. 319.

[20] Təkvin; 39. Bab, 22, 23. cümleler.

[21] Lisanü’l-Arab; c: 8, s: 544.

[22] Lisanü’l-Arab c: 1, s: 438, “bz’ı” mad.

[23] Elmalılı

[24] Mevdudi; Tefhimü’l Quran.

[25] Mevdudi; Tefhimü’l Quran.

[26] Mevdudi; Tefhimü’l Quran.

[27] Razi; el-Mefatihu’l-Gayb.

[28] Es-Sekkaki, Miftahu’l-Ulum; həmçinin bütün “Belağat” kitapları.

[29] Razi; el-Mefatihu’l-Gayb.

[30] Kurtubi; el-camiu li Ahkamil-Quran.

[31] Razi; el-Mefatihu’l-Gayb.

[32] Kurtubi; el-camiu li Ahkamil-Quran.

[33] Razi; el-Mefatihu’l-Gayb.

[34] Lisanü’l-Arab; c: 1, s: 429 Bsiyr mad və c: 5, s: 487 Dariyr mad.

[35] Təkvin, 46. Bab.

[36] Mevdudi; Tefhimü’l-Quran.

[37] Lisanü’l-Arab; c: 4, s: 84, Tacü’l-Arus; c: 14, s: 263.

[38] Lisanü’l Arab; c: 4, s: 83.

[39] Tacü’l-Arus; c:14, s: 263.

[40] Mukatil.