ZÜHRUF SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 256

1Ha/8, Mim/40.[1]

 

2,3Açıq-aydın/açıqlayan kitab dəlildir ki, Biz onu ağlınızı işlədəsiniz deyə, ərəbcə bir kitab etdik.

4Və şübhəsiz, Quran Bizim nəzdimizdəki ana qaynaqda (orijinalda) həqiqətən çox ucadır və qanunlar ehtiva edir, sağlamdır/pozulmasının qarşısı alınmışdır.

5Yaxşı, Biz siz həddi aşan bir cəmiyyət oldunuz deyə, o Öyüdü/Quranı sizə göndərməkdən əlmi çəkək?

60Və əgər Biz diləsəydik sizdən yer üzündə yerinizi tutacaq mələklər edərdik.[2]

6–8Və Biz öncəkilərə də necə peyğəmbərlər göndərmişdik. Onlar özlərinə gələn hər peyğəmbəri qətiliklə lağa qoyduqlarına görə… Biz qüvvətcə onlardan daha güclü olanları dəyişikliyə/dağıntıya uğratdıq. Əvvəlkiləri də nümunə göstərdik.

.

(63/43, Zühruf/1–5, 60, 6–8)

Nəcm: 257

9Və heç şübhəsiz, əgər sən onlardan: “Göyləri və yeri kim yaratdı?” – deyə soruş­san, qətiliklə:  “Onları ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan/mütləq qalib olan, çox yaxşı bilən yaratdı” – deyəcəklər.

10O Allah ki, yer üzünü sizin üçün bir beşik olaraq yaratdı. Orada bələdçiləndiyiniz doğru yolda gedəsiniz deyə, bəzi yollar da etdi.

11Və O Allah ki, suyu göydən bəlli bir ölçü ilə endirdi. Sonra Biz onunla ölü bir diyarı canlandırdıq. Bax budur, siz belə çıxarılacaqsınız.

12–14Və O, heyvanları/cütləri yaratdı və siz onların üstünə minib, üzərlərində oturursunuz. Son­­ra onların üzərində oturduğunuz zaman Rəbbinizin nemətini anaraq: “Bunları bi­zim xidmətimizə verən/bunları yararlanacağımız xüsusiyyətlərdə yaradan Allah nöq­­sanlardan münəzzəhdir. Yoxsa, bizim bunlara gücümüz yetməzdi. Şübhəsiz ki, biz də yalnız və yalnız Rəbbimizə dönəcəyik” – deyəsiniz deyə, sizin üçün gəmilərdən və hey­van­lar­dan minə biləcəyiniz şeyləri var etdi.

15Və onlar Onun üçün Öz qullarından bir hissə qəbul etdilər. Şübhəsiz, bu insan, qətiliklə açıq-aşkar bir nankordur.

16Yoxsa O, yaratdıqlarından özünə qızlar qəbul etdi və oğulları sizəmi seçdi?

17Onlardan biri Rəhmana yaraşdırdığı/qız ilə müjdələndiyi zaman üzü qapqara olur. Və o, udqunub duran biridir.

18Və yoxsa onlar zinət əşyaları içərisində yetişdirilərək, mübahisədə açıq-aşkar olmaya­namı üstünlük verirlər?

19Onlar Rəhmanın qul­la­rı­nın məhz özü olan mələkləri də dişi saydılar. Onlar mələklərin yaradılışına şahidmi ol­dular? Onların şahidlikləri yazılacaq və onlar sorğu-suala çəkiləcəklər.

20Və onlar: “Əgər Rəhman diləsəydi, biz onlara sitayiş etməzdik” – dedilər. Onların buna dair heç bir bilikləri yoxdur. Onlar sadəcə, uydururlar.

21Yoxsa Biz onlara bundan öncə bir kitab vermişik və indi onlar, o kitabamı istinad edirlər?

22Əksinə, onlar: “Şübhəsiz, biz atalarımızı bu başçılı cəmiyyət olaraq gördük, biz də onların izləri ilə bələdçiləndiyimiz doğruya çatdırılmış kimsələrik” – dedilər.

(63/43, Zühruf/9–22)

Nəcm: 258

23Və bax budur, belə! Biz səndən öncə də, hansı şəhərə bir xəbərdaredici göndər­mi­şiksə, qətiliklə oranın öyünən, imkanlı insanları: “Şübhəsiz, biz atalarımızı bir başçılı cəmiyyət olaraq gördük. Biz də qətiliklə onların izlərinə uyanlarıq” – demişdilər.

24Göndərilən xəbərdaredici: “Əgər sizə atalarınızı üzərində gördüyünüz şeydən da­ha doğrusunu gətirmiş olsamdamı?” – dedi. Onlar: “Şübhəsiz, biz sizin özü ilə gön­də­ril­­diyiniz şeyi bilərək rədd edənlərik/inanmayanlarıq” – dedilər.

25Buna görə Biz də onları yaxaladıq/cəzalandıraraq ədaləti təmin etdik. Haydı, yalan sayanların sonu necə oldu bir bax! 26,27Və bir zamanlar İbrahim atasına və qövmünə: “Şübhəsiz, mən sizin sitayiş etdiyiniz şeylərdən uzağam. Məni yoxdan yaradan ayrı. Şübhəsiz ki, artıq O, məni doğru yola çatdıracaqdır” –  dedi. 28İbrahim bu sözü onların dönməsi üçün, ardından gələcək olanlara həmişəlik qalacaq bir söz etdi.

29Tam əksinə, Mən bunları da, atalarını da özlərinə haqq/gerçək və açıqlayıcı bir elçi gəlincəyə qədər qazanc sahibi etdim.

30Və haqq/gerçək özlərinə gəldiyi zaman, onlar: “Bu, bir ovsundur və şübhəsiz, biz onu bilərək rədd edənlərik/inanmayanlarıq” – dedilər.

31Yenə onlar: “Bu Quran, bu iki şəhərdən bir böyük adama endirilməli deyildimi?” – dedilər.

32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir.

33–35Və əgər insanlar bir tək başçılı, gerçəyi bilərək rədd edən cəmiyyət olmasa idilər, Biz  Rəhmanı bilərək rədd edən/inanmayan insanların evlərinə gümüşdən tavanlar və üzərinə çıxa­caq­ları pilləkənlər, onların evləri üçün qapılar, üzərinə söykənəcəkləri taxtlar və qızıldan bəzək əşyaları edərdik. Bunların hamısı bəsit dünya həyatının qazancından başqa bir şey deyildir. Axirət isə Rəbbinin qatında Allahın qoruması altına girmiş olanlar üçündür.

36,37Və hər kim Rəhmanın öyüdündən, anılmasından korlaşarsa, Biz ona bir şeytan musallat edərik və artıq o, onun üçün yaşıddır/yançıdır. Və şübhəsiz ki, yaşıdlar/yançılar korlaşanları yoldan çıxarırlar. Onlar da özlərinin bələdçiləndikləri doğru yolda olduqlarını sanırlar.

38Sonunda, Bizə gəlincə: “Kaş ki, səninlə mənim aramda Şərq ilə Qərb arasındakı qədər bir uzaqlıq olsa idi”– deyər. Belə isə, bu nə pis bir yaşıddır/yançıdır!

39Və bu gün peşmançılıq duymağınızın sizə heç bir faydası olmayacaq. Siz şərik qoşa­raq, səhv/öz zərərinizə iş etdiyiniz zaman qətiliklə əzabda ortaqlarsınız.

(63/43, Zühruf/23–39)

Nəcm: 259

40O halda karlara sənmi eşitdirəcəksən? Yaxud korlara və açıq-aşkar bir pozğunluq içində olanlara sənmi bələdçilik edəcəksən?

41Artıq əgər Biz səni alıb götürsək belə, şübhəsiz ki, Biz onları cəzalandıraraq, ədaləti təmin edərik.

42Yaxud da onlara vəd etdiyimiz əzabı sənə göstərərik. Çünki Biz onların əleyhlərinə güc yetirənlərik.

43Belə isə sən sənə vəhy edilənə sarıl. Şübhəsiz ki, sən dosdoğru bir yol üzərində­sən.

44Və şübhəsiz, sənə vəhy edilən [Quran], sənin üçün də, qövmün üçün də gerçəkdən bir öyüddür/şan-şərəfdir. Siz yaxında sorğu-sual olunacaqsınız.

61,62Və şübhəsiz, sənə vəhy edilən [Quran]  o qiyamətin qopması üçün qətiliklə bir əlamətdir: “Qətiyyən qiyamətin qopması haqqında şübhəyə düşməyin və mənə tabe olun. Bu, doğru yoldur və şeytan qətiyyən sizi yayındırmasın. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir”.[3]

45Və sən elçilərimizdən səndən öncə göndərdiyimiz insanlardan soruş: “Biz Rəhmanın yaratdıqların­dan qulluq ediləcək tanrılar tanıyırdıqmı?”

(63/43, Zühruf/40–44, 61–62, 45)

Nəcm: 260

46Və heç şübhəsiz, Biz Musanı ayələrimizlə/əlamətlərimizlə/nümunələrimizlə Firona və onun öndə gedənlərinə elçi göndərdik və o: “Gerçəkdən mən aləmlərin Rəbbinin elçisiyəm” – demişdi.

47Sonra da Musa ayələrimizi/əlamətlərimizi/nümunələrimizi onlara gətirincə, onlar dərhal ayələrə güldülər.

48Və Bizim onlara göstərdiyimiz hər bir əlamət/nümunə bir öncəki əlamətdən/nümunədən qətiliklə daha böyükdür. Və onlar dönərlər deyə, Biz onları əzabla yaxaladıq.

49Onlar isə: “Ey ovsunçu! Səndə olan əhdi/sənə verdiyi sözü xatirinə, bizim üçün Rəbbinə dua et. Şübhəsiz, biz qətiliklə bələdçiləndiyimiz doğru yola girəcəyik” – dedi­lər.

50Lakin, nə zaman ki, əzabı özlərindən qaldırdıq, o zaman onlar sözlərindən döndü­lər.

51–53Və Firon qövmünün içində səsləndi: “Ey qövmüm! Misir hökmdarlığı və altımdan axıb gedən bu çaylar mənim deyilmi? Hələ görmürsünüz? Yaxud mən bu zavallının məhz özü olan, az qala məramını anlada bilməyəndən daha xeyirli deyiləmmi? Həm də onun üzərinə qızıl bilərziklər atılmalı və ya özü ilə bərabər sıx-sıx səflər halında mələklər gəlməli deyildimi?” – dedi.

54Firon öz qövmünü təsirsizləşdirdi/xüsusiyyətsizləşdirdi və onlar da ona itaət etdilər. Şübhəsiz ki, onlar haqq yoldan çıxanlar qövmü idilər.

55,56Sonunda onlar Bizi qəzəbləndirdikləri zaman, onları cəzalandıraraq, ədaləti təmin etdik. Sonra da onların hamısını birlikdə suda boğduq. Sonra da onları sonradan gələcək nəsillər üçün sələf və nümunə etdik.

57Məryəm oğlu İsa bir nümunə olaraq anladıldıqda da, sənin qövmün ondan uzaqlaşıb gedərlər.

58Və sənin qövmün: “Bizim tanrılarımız daha xeyirlidir, yoxsa o/Muhəmməd/İsa?!” – dedilər. Bu örnəyi sırf səninlə mübahisə etmək üçün ortaya atdılar. Əslində onlar həddindən artıq düşmənçilik edən bir cəmiyyətdir.

59İsa ancaq Bizim özünə nemət verdiyimiz və özünü İsrailoğullarına nümunə etdiyimiz bir quldur.

63,64İsa açıq-aşkar dəlillərlə gəldiyi zaman dedi ki: “Mən sizə haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları gətirdim və haqqında ixtilafa düşdüyünüz şeylərin bir qismini sizə açıqlamaq üçün gəldim. O halda Allahın qoru­ması altına girin və mənə itaət edin. Şübhəsiz ki, Allah… O, mənim Rəbbimdir və sizin də Rəbbinizdir. Belə isə, Ona qulluq edin. Bax budur, bu doğru bir yoldur”.

65Lakin, qruplar İsa haqqında öz aralarında anlaşmazlığa düşdülər. Artıq acı bir günün əzabına görə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin vay halına!

66Onlar özləri fərqinə varmadan, qəflətən, Qiyamət anının özlərinə gəlməsindən başqa bir şeymi gözləyirlər?

67O gün Allahın qoruması altına girənlər istisna olmaqla, bütün başçılar/bir-birini izləyənlər, bir-birlərinə düşməndirlər.

(63/43, Zühruf/46–59, 63–67)

Nəcm: 261

68–70”Ey ayələrimizə iman etmiş və Müsəlman olmuş qullarım! Bu gün sizə qorxu yoxdur və siz kədərlənməyəcəksiniz. Siz və zövcələriniz izzət sahibi olanlar olaraq, girin cənnətə! 71–73Allahın qoruması altına girənlərin ətraflarında qızıl qablar, qədəhlər gəzdirilir. Orada nəfslərin arzu edəcəyi, gözlərin zövq ala biləcəyi hər şey vardır. Və siz, orada həmişəlik qalacaqsınız. Və bax budur, bu etdiyiniz əməllərə görə, özünə son sahib edildiyiniz cənnətdir. Orada sizin üçün bir çox meyvələr vardır. Onlardan yeyəcəksiniz”.

74–76Şübhəsiz ki, günahkarlar cəhənnəm əzabında həmişəlikdirlər. Onlardan əzab azaldılmaya­caq­dır. Onlar orada da ümidsizdirlər. Və Biz onlara haqsızlıq etmədik, lakin onlar şərik qoşaraq səhv/öz zərərlərinə iş edən insanların məhz özləri idilər.

77Və onlar səslənirlər: “Ey Malik! Rəbbin bizim işimizi bitirsin”. Malik: “Şübhəsiz, siz, belə qalacaqsınız” – dedi.

(63/43, Zühruf/68–77)

Nəcm: 262

78And olsun ki, Biz sizə haqqı gətirdik. Lakin sizin çoxunuz haqqı çirkin görürsünüz.

79Yoxsa onlar işi zəmanətəmi bağlamışlar? Bax budur, Biz şübhəsiz ki, sağlamlaşdıranlarıq.

80Yoxsa onlar, şübhəsiz, Bizim onların sirlərini və pıçıltılarını eşitmədiyimizimi sanırlar? Bəli, eşidirik! Yanlarında olan elçilərimiz isə yazırlar.

81De ki: “Əgər Rəhmanın bir övladı olsaydı, o təqdirdə qulluq edənlərin ilki mən olardım”.

82Göylərin və yerin Rəbbi, ən böyük taxtın[4] Rəbbi onların xarakterizə etdikləri şeylərdən münəzzəhdir.

83Sən dərhal onları tərk et, onlara söz verilən günlərinə qovuşuncaya qədər boş yerə çalışıb çabalasınlar və oynayıb əylənsinlər.

84Və O, həm göydə, həm də yer üzündə tanrı olandır. Və O, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran, çox yaxşı biləndir.

85Və göylərin, yer üzünün və hər ikisi arasındakıların mülkü, sadəcə, Özünə aid olan Allah nə səxavətlidir. Qiyamət anının biliyi də yalnız və yalnız Onun yanındadır. Və siz, sadəcə, Ona döndəriləcəksiniz.

86Və onların Onun yaratdıqlarından yalvardıqları insanlar kömək, dəstək, iltimas edə bilməzlər. Ancaq haqqa şahid olan Zat bundan istisnadır. Onlar da bilirlər.

87Yenə and olsun ki, onlardan özlərini kimin yaratdığını soruşsan, qətiliklə: “Allah” – deyərlər. O halda necə döndərilirlər!

88Və onun: “Ey Rəbbim! Bunlar, şübhəsiz, imana gəlməz bir cəmiyyətdir” – deməsi dəlildir ki…

89Artıq sən, onlardan üz çevir və: “Salam!”– de. Artıq onlar yaxında biləcəklər.

(63/43, Zühruf/78–89)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Rəsmi Tərcümədəki 60–cı ayəni, burada tərtib etdik.

[3]Rəsmi Tərcümədəki 61–62–cı ayələri bu paraqrafda tərtib etdik.

[4]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bun­lardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.

Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.