Adını 21-ci ayədə keçən “احقاف Əhqaf [Qum təpələri]” sözündən alan surənin Məkkədə enən 66-cı surə olduğu qəbul edilir. 10, 15 və 35-ci ayələrinin Mədəni olduğuna dair nəqllər də mövcuddur. [1] Ancaq ayələrinin bir-biriylə bağı elə olmadığını göstərir.
Bu surədə də əvvəlcə Qurana diqqət çəkilir, ardından müşriklərin Allahın elçisinə qarşı göstərdikləri yersiz və yaraşıqsız münasibətlər sərgilənərək möminlərə və yalan sayanlara axirətdəki halları göstərilir. Ad qövmü və aqibətinin bir dəfə daha xatırladıldığı surədə həmçinin Cinn surəsində bəhs edilən “Quranın cinlərdən bir qrup tərəfindən dinlənmə hadisəsi”nə də fərqli bir üslubla təkrar toxunulur. Məkkəlilərə rəğmən Quranın başğa bir şəhərə [Mədinəyə] olan təsirinin dilə gətirildiyi bu toxunmaqla eyni zamanda hicrətə də işarə edilir.
TƏRCÜMƏ:
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
MƏKKƏ DÖVRÜ
Nəcm: 268
1Ha/8, Mim/40.
2Bu Kitabın endirilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allahdandır.
3–5Şübhəsiz, göylərdə və yer üzündə möminlər üçün əlamətlər/nümunələr vardır. Və sizin yaradılışınızda və törədib yaydığı böyük-kiçik bütün canlılarda da qəti bilik ilə inanan bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. Və gecə ilə gündüzün bir-biri ardınca gəlməsində, Allahın göydən bir ruzidən endirərək, onunla yer üzünü ölümündən sonra diriltdiyi şeydə və küləkləri səmtlərə çevirməsində ağılla davranan bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.
6Bax budur, bunlar Allahın ayələridir ki, Biz onları sənə haqq olaraq oxuyuruq. Sənə onları doğru olaraq oxuyuruq. Artıq onlar Allahdan və Onun ayələrindən sonra, hansı sözə/hansı doğruya inanacaqlar?
(65/45, Casiyə/1–6)
Nəcm: 269
7Çox yalançı, çox günahkar insanların hamısının vay halına!
8O, Allahın özünə oxunan ayələrini eşidir, sonra da sanki təkəbbüründən onu heç eşitməmiş kimi, yenə bildiyini edir. Artıq sən ona can yandıran bir əzabı müjdələ!
9,10Və o, ayələrimizdən bir şey öyrəndiyi zaman onu lağa qoyur. Bax budur, onlar üçün həqarətli bir əzab, ondan sonra da bir cəhənnəm vardır. Qazandıqları şeylər və Allahın yaratdıqlarından qəbul etdikləri qoruyucu, yol göstərici yaxınlar, özlərinə heç bir şəkildə yararlı olmazlar. Və onlar üçün böyük bir əzab vardır.
11Bu xəbərdarlıqlar bir yol göstərməkdir. Rəbbinin ayələrini bilərək rədd edənlərə isə – onlar üçün ən pisindən acı verici bir əzab vardır.
(65/45, Casiyə/7–11)
Nəcm: 270
12Allah öz işi olaraq, içində gəmilərin seyr etməsi, sizin də Onun ərməğanlarından ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün dənizi əmrinizə verən/yararlanacağınız quruluş və xüsusiyyətlərdə yaradandır. 13Və O, göylərdə və yer üzündə olan hər şeyi Özündən sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, bunda düşünən bir camaat üçün əlamətlər/nümunələr vardır.
(65/45, Casiyə/12–13)
Nəcm: 271
14,15İman edənlərə söylə: “Allahın hər qövmü öz qazandıqları ilə cəzalandırması üçün Allahın ciddi ölçüdə cəzalandıracağı günləri ummayan, Axirətə inanmayan insanları bağışlasınlar, özləri cəzalandırmağa çalışmasınlar, Allaha həvalə etsinlər. Hər kim saleh əməl işləyərsə, bax budur, öz lehinədir. Kim də pislik edərsə, bax budur, öz əleyhinədir. Sonra Rəbbinizə döndəriləcəksiniz”.
(65/45, Casiyə/14–15)
Nəcm: 272
16Və and olsun ki, Biz İsrailoğullarına kitab, hökm/qayda və peyğəmbərlik verdik. Və onları təmiz və xoş olanlardan ruziləndirdik. Və onları aləmlər üzərində üstün qıldıq.
17Və onlara Allahın Özünə xas olan işlərinə dair açıq-aşkar dəlillər verdik. Sonra onlar yalnız və yalnız, özlərinə bilik gəldikdən sonra aralarındakı paxıllıq üzündən, ayrılığa düşdülər. Şübhəsiz ki, Rəbbin ayrılığa düşdükləri şeylərdə Qiyamət günü aralarında hökm verəcəkdir.
18Sonra da səni Allahın Özünə xas işlərindən açıq-aşkar bir yol xəritəsi/birgə yaşayış qaydaları sahibi etdik. Artıq sən ona uy, bilməyən insanların boş və dünyəvi arzularına uyma.
(65/45, Casiyə/16–18)
Nəcm: 273
19Şübhəsiz ki, onlar Allah qarşısında sənə heç bir şəkildə yararlı ola bilməzlər. Və şübhəsiz ki, şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərin bəzisi digərinin köməkçi, yol göstərici, qoruyucu yaxınlarıdır. Allah isə Özünün qoruması altına girənlərin köməkçi, yol göstərici, qoruyucu yaxınıdır.
20Quran insanlar üçün qəlbin dərk etməsi, qətiyyətlə inanan cəmiyyət üçün bir yol göstərici və mərhəmətdir. Bu insanlar üçün bəsirət gözü, tam yəqinliklə inanan bir qövm üçün də hidayət və mərhəmətdir!
21Yoxsa pislikləri işləyən o insanlar özlərini, həyatlarında və ölümlərində iman edən və düzəltmək yönündə işlər edənlər kimi edəcəyimizimi zənn etdilər? Nə pis hökm verirlər!
22Və Allah göyləri və yer üzünü gerçək ilə, həmçinin hər insanı etdiyi ilə qarşılıqlandırmaq üçün yaratdı. Və onlar haqsızlığa uğradılmazlar.
23Yaxşı, sən öz boş, dünyəvi arzusunu tanrılaşdıran və Allahın bir bilik ilə özünü azdırdığı, qulağı və qəlbini möhürlədiyi və gözü üstünə bir pərdə çəkdiyi insanı gördünmü/heç düşündünmü? Artıq Allahdan sonra ona kim doğru yol bələdçiliyi edəcəkdir? Yenə də öyüd alıb düşünmürsünüzmü?
24Yenə onlar: “Həyat, ancaq bu dünya həyatımızdan ibarətdir. Ölürük və yaşayırıq. Bizi ancaq keçən uzun zaman dəyişikliyə/dağıntıya uğradır” – dedilər. Halbuki, onların buna dair heç bir bilikləri yoxdur. Onlar, sadəcə, zənn edirlər.
25Özlərinə ayələrimiz açıq-aşkar oxunduğu zaman isə: “Əgər doğru insanlarsınızsa, atalarımızı gətirin” – deməkdən başqa dəlilləri yoxdu.
(65/45, Casiyə/19–25)
Nəcm: 274
26,27De ki: “Allah sizi dirildər, sonra sizi öldürər, daha sonra da, özündə şübhə olmayan Qiyamət günündə birlikdə toplayar. Lakin, insanların çoxu bilmirlər. Göylərin və yer üzünün mülkü də sadəcə, Allahındır. Qiyamət anının gələcəyi gün bax budur, o gün, batilə uyanlar zərərə uğrayacaqlardır”.
28,29Və hər başçılı qövmü, diz çökmüş görərsən. Hər başçılı cəmiyyət, öz kitabına çağırılır: “Bu gün etmiş olduğunuz əməllərin qarşılığı sizə veriləcəkdir. Bax budur, bu, üzünüzə qarşı haqqı danışan kitabınızdır. Şübhəsiz, Biz sizin etdiklərinizi yazdırırdıq”.
30İman edən və düzəltmək yönündə işlər edənləri də artıq… Rəbbi onları mərhəməti içinə qoyacaqdır. Bax budur, bu, açıq-aşkar qurtuluşun məhz özüdür.
31,32Bu kafirlərə gəlincə isə: “Yaxşı, sizə ayələrim oxunmadımı ki, siz yekəxanalıq etdiniz və günah işləyən bir cəmiyyət oldunuz? Və: “Allahın sözü qətiliklə gerçəkdir və Qiyamət anına gəlincə, onda şübhə yoxdur” – deyildiyində: “Qiyamət anının nə olduğunu bilmirik, yalnız və yalnız biz sadəcə zənn edirik, qətiyyən bir bilik almış deyilik” – dediniz.
33Və işlədikləri şeylərin pislikləri özlərinə bəlli oldu və onları onların lağa qoyduqları şeylər bürüdü.
34,35Və deyilmişdir ki: “Bu gün Biz sizi, sizin bu gününüzə qovuşmağı unutduğunuz kimi, unudarıq/tərk edərik/cəzalandırarıq. Yeriniz də atəşdir. Sizin üçün köməkçilərdən hər hansı biri də yoxdur. Bax budur, bunlar sizin Allahın ayələrini lağa qoyduğunuz və fani dünya həyatının sizi aldatdığına görədir”. Artıq bu gün onlar atəşdən çıxarılmaz və üzr diləmələri də qəbul edilməz/Allahı razı etmələri də istənilməz.
36Artıq bütün təriflər göylərin Rəbbi, yer üzünün Rəbbi və aləmlərin Rəbbi Allaha məxsusdur, başqası öyülə bilməz.
37Göylərdə və yer üzündə də ululuq və hakimiyyət yalnız və yalnız Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. Ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
(65/45, Casiyə/26–37)
TƏHLİL
1Ha/8, Mim/40
Bundan əvvəl enmiş olan Casiyə surəsi kimi, bu surə də “ح Ha” və “م Mim” kəsik hərfləriylə başlamışdır.
Keçmişdə “Ha, Mim” kəsik hərfləri ilə əlaqədar olaraq bir sıra yaraşdırmalar edildiyini Duhan/1-in təhlilində dilə gətirmiş, bu yaraşdırmalarla əlaqədar detala Mömin/1-in təhlilində yer verildiyini dipnot olaraq qeyd etmişdik. Buna görə də, bəhs edilən yaraşdırmalarla əlaqədar detalın yenə eyni dipnotdan oxunmasını məsləhət görürük.
2Bu kitabın endirilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allahdandır.
Mukattaa [kəsik] hərflərlə başlayan digər surələr kimi, bu surə də Qurana diqqət çəkərək başlayır. Casiyə/2 ilə birəbir eyni olan bu ayədə də yenə, Quranın arxasındakı gücün mütləq qalib olan, qətiyyən məğlub olmayan və qanunlar qoyan, hər etdyini sağlam edən Allah olduğu vurğulanaraq, Quranı Peyğəmbərin uydurmadığı, beləliklə Allaha boyun əyməkdən və Onun qoyduğu prinsiplərə uymaqdan başqa bir yol olmadığı ismarıcı verilir.
3Biz göyləri, yer üzünü və ikisi arasındakıları ancaq “haqq” ilə və “adı qoyulmuş bir müddət sonu” ilə yaratdıq. Bu kafirlər isə xəbərdar edildikləri şeylərdən/xəbərdar edilməkdən uzaqlaşan, qaçan insanlardır.
Bu ayələrdə, kainatın yaradılış xüsusiyyətlərinə diqqət çəkilərək, insanoğluna kainatdan dərslər çıxarmalı olduğu ismarıcı verilir. Beləliklə, kainatda müşahidə ediləcək, araşdırılacaq ayələr [əlamətlər, işarələr, sübutlar] ilə gerçək tanrının tanına biləcəyinə, isbat edilə biləcəyinə və kainatın sonlu olduğunun kəşf edilib, qiyamətin qopacağının bilinə biləcəyinə işarə edilir. Belədirsə, müəyyən bir müddət sonra yox ediləcək olan kainata nə dərəcədə bağlanıla biləcəyinin düşünülməsi istənir. Bu ayə, irəlidəki ayələrlə müşriklərə ediləcək açıqlamaların ön sözü halındadır.
Eyni ismarıcları cəm halda Yunus/3-8, Hicr/85-88-də də görmüşdük:
Mövzumuz olan ayənin son bölməsindəki “Bu inkar edən kimsələr isə xəbərdar edildikləri şeylərdən/xəbərdar edilməkdən üz çevirənlərdir” ifadəsiylə inkar edənlər haqqında sözsüz olaraq belə deyilir: Bu inkarçılar başqa tərəfə yönəlir, oyalanır və o Günə lazım olduğu kimi hazırlanmırlar. Özlərinə kitab endirilmiş, elçi göndərilmiş, amma bütün bunlardan üz çevirmiş haldadırlar. Bunun aqibətini yaxında biləcəklər”.
4De ki: “Allahın yaratdıqlarından yalvardığınız şeyləri gördünüzmü/heç düşündünüzmü? Onlar yer üzündə nəyi yaratmışlar, mənə göstərin. Yoxsa onların göylərdə bir ortaqlıqlarımı var? Əgər siz doğru insanlarsınızsa, mənə Qurandan öncə bir kitab və ya bilikdən bir sitat gətirin”.
Bu ayədə, peyğəmbərimizdən inkarçılara yönəltməsinin istənildiyi sual şəklindəki qınayıcı və xəbərdarlıq edən açıqlama ilə inkarçıların ağılsızlıqları, məntiqsizlikləri və sağlam bilik və sübutdan dayazlıqları onların üzlərinə vurulur. Bəhs edilən sorğu, inkarçıların ağıllarını başlarına almalarını təmin etməyə yönəlikdir.
“Allahın yaratdıqlarından yalvardığınız şeyləri gördünüzmü? Onlar yer üzündən nəyi yaratmışlar, mənə göstərin” ifadəsiylə müşriklərin sözdə tanrılarının yaradıcılıq mənada tanrılıqlarının mümkün olmayacağı açıqlanmışdır. “Yoxsa onların göylərdə bir ortaqlıqlarımı var? Əgər siz doğru kimsələrsinizsə, mənə bundan [Qurandan] öncə bir kitab və ya elmdən bir əsər [qalıq] gətirin” ifadəsi ilə də, müşriklərin “Biz o bütlərə, ibadətə layiq olduqları için sitayiş etmirik; tam əksinə, biz onlara Allahın bizə onlara sitayiş etməyimizi əmr etmiş olduğuna görə sitayiş edirik” kimi bir səbəb önə sürmələrinin önünə keçilir. Yəni onlara: “bir sıra tanrılar qəbul edə bilərsiniz” – deyə nə bir elçi göndərilmişdir, nə də kitab endirilmişdir. Yəni əllərində buna dair keçmişdən qalma nə bir bilik, nə də bir sübut qalığı vardır.
5Və Allahın yaratdıqlarından, Qiyamət gününə qədər özünə heç bir cavab verə bilməyəcək olan insanlara dua edəndən daha azğın kim ola bilər? Üstəlik sitayiş olunan insanlar, o insanların yalvarışlarından da xəbərsizdirlər.
6İnsanlar bir araya toplandığı zaman da sitayiş etdikləri kimsələr onlara düşmən oldular. Və onlara sitayiş olunmasını qəbul etməyənlər idilər.
Bu ayələrdə inkarçıların həm ağılsızlıqlarına görə bu dünyada düşdükləri azğınlığın, həm də məhşərdə qarşılaşacaqları pis aqibətin mahiyyəti haqqında bilik verilir. Ayələrə görə, Uca Allah qiyamət günündə inkarçıların sitayiş etdikləri o bütləri dirildəcək, bu bütlər ilə onlara sitayiş edənlər arasında günahlandıran və bəhanə bildirən bir qarşılıqlı dialoq reallaşacaqdır. Rəbbimiz məhşərdə reallaşacaq bu səhnəni indidən nəql edərək xoş olmayan hallarını inkarçılara öncədən bildirir və onlara pis aqibətləri mövzusunda xəbərdarlıq edir. Çünki dünyadaykən sitayiş etdikləri o sözdə tanrılar onlar haqqında belə deyərək özlərini müdafiə edəcəklər: “Biz heç bir zaman onlara: “bizə ibadət edin” – demədik. Bizim onların bizə ibadət etmələriylə heç bir əlaqəmiz yoxdur. Bu azğınlıqlarına məsuliyyət daşıyan bilavasitə özləridir. Beləliklə cəzalarını da özləri çəksinlər”.
- 81Və onlar özləri üçün bir güc, şan-şərəf olsun deyə, Allahın yaratdıqlarından tanrılar qəbul etdilər.
- 82Tam yəqinliklə bilin ki, onların düşündüyü kimi deyil! O qəbul etdikləri tanrılar, onların qulluqlarını qəbul etməyəcəklər və əleyhlərinə dönüb qarşı çıxacaqlar. (Məryəm/81, 82)
- 25Və İbrahim dedi ki: “Siz, sırf dünya həyatında aranızdakı sevgi üçün Allahın yaratdıqlarından bəzi bütlər qəbul etdiniz. Sonra Qiyamət günü biriniz digərinizi tanımayacaq, biriniz digərinizi kənarlaşdırıb gözdən çıxaracaqdır. Çatacağınız yer də cəhənnəmdir. Və sizin üçün köməkçilər də yoxdur”. (Ənkəbud/25)
- 63Haqlarında Söz gerçəkləşən insanlar: “Rəbbimiz! Bax budur, bunlar bizim azdırdığımız insanlardır. Biz yolumuzu necə azmışdıqsa, budur, bunları da eləcə biz azdırdıq. Biz səndən uzaq olduq. Onlar sadəcə bizlərə sitayiş etmirdilər” – deyərlər. (Qasas/63)
Ayədəki “Allahın yaratdıqlarından qiyamət gününə qədər özünə heç bir cavab verə bilməyəcək olan kimsələr” ifadəsi, həm cansız bütləri həm də İsa, Məryəm, Üzeyr və tanrılaşdırılmış digər insanları əhatə edir. Çünki ərəbcədə bir bəlağət qaydası olan “Tağlip”ə [2] uyğun olaraq, mövzumuz olan ayədə “canlı” varlıqlar da “cansız” varlıqları ifadə edən “ما ma” ədatı ilə göstərilmiş və tərəfimizdən “kimsələr” şəklində tərcümə edilmişdir.
- 116–118Və həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Məni və anamı, Allahın yaratdıqlarından iki tanrı qəbul edin” – dedin?” İsa: “Sən münəzzəhsən, mənim üçün doğru olmayan bir şeyi söyləməyim mənə yaraşmaz. Əgər mən onu demiş olsaydım, Sən bunu qətiliklə bilərdin. Sən mənim içimdə/özümdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən! Mən onlara sadəcə, Sənin mənə əmr etdiklərini – “Mənim və sizin Rəbbiniz olan Allaha qulluq edin” – dedim. Və mən içlərində olduğum müddətcə, onlar üzərində şahidəm. O zaman ki, Sən məni vəfat etdirdin – keçmişdə etdiklərimi və etməli olduğum halda etmədiklərimi bir-bir xatırlatdırdın/məni öldürdün, Sən onlara nəzarət edənin məhz özü oldun. Və şübhəsiz ki, Sən, hər şeyə ən yaxşı şahid olansan. Əgər onlara əzab edərsən, şübhəsiz ki, onlar sənin qullarındır və əgər onları bağışlayarsan, şübhəsiz, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz, özüsən” – dedi. (Maidə/116-118)
- 15De ki: “Qarşılıq və gediləcək bir yer olaraq, buramı daha yaxşıdır, yoxsa Allahın qoruması altına girmiş insanlara söz verilən sonsuz cənnətimi?” 16Onlar üçün orada təməlli olmaqla, dilədikləri hər şey vardır. Bu, Rəbbinin yerinə yetirilməsini öz öhdəsinə götürdüyü bir vəddir.
- 17Və o gün Rəbbin onları və onların Allahın yaratdığı sərvətlərdən sitayiş etdikləri şeyləri toplayaraq: “Sizmi yolundan azdırdınız bu qullarımı, yoxsa özlərimi o yolu itirdilər?” – deyər.
- 18O saxta tanrılar dedilər ki: “Biz Səni bütün nöqsanlıqlardan münəzzəh bilirik. Sənin yaratdığın sərvətlərdən kömək edən, yol göstərən və qoruyan yaxınlar qəbul etmək bizə yaraşmaz. Amma sən onları və atalarını elə nemətləndirdin ki, Öyüdü/Kitabı tərk etdilər və dəyişikliyə/dağıntıya uğramağa gedən bir camaat oldular”.
- 19Bax budur, sitayiş etdikləriniz sizin söylədiklərinizi yalan saydılar. Artıq geri çevirməyə və bir kömək etməyə güc yetirə bilməzsiniz. Və sizdən kim şərik qoşaraq, səhv/öz zərərinə iş edərsə, Biz ona böyük bir əzab daddıracağıq. (Furqan/15-19)
- 40Və o gün Allah onları hamısını birlikdə toplayacaq, sonra mələklərə: “Bunlarmı sizə sitayiş edirdilər?” – deyəcəkdir.
- 41Onlar: “Səni tənzih edərik. Bizi onlardan qoruyan, yol göstərən yaxınımız Sənsən. Tam əksinə, onlar gizli güclərə sitayiş edirdilər. Çoxu onlara inananlardır” – dedilər.
- 42Artıq biriniz digərinizə yarar və zərər verə bilməzsiniz. Və Biz ortaq qoşma inancına batmış o insanlara: “Dadın baxaq, o özünü yalan sayıb, durduğunuz atəşin əzabını!” – deyərik. (Səba/40-42)
7Və Bizim ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafirlər özlərinə gələn “haqq” üçün: “Bu açıq-aşkar bir ovsundur” – dedilər.
8Ya da onlar “Quranı Muhəmməd uydurdu” – deyirlər. De ki: “Əgər onu Mən uydurmuşamsa, mənə Allahdan olacaq şeyə güc yetirə bilməzsiniz/məni Allah kimi cəzalandıra bilməzsiniz. O, sizin nəyin içinə atıldığınızı daha yaxşı bilir. Sizinlə mənim aramda şahid olaraq O, yetər. Və O, çox bağışlayandır, çox mərhəmət edəndir”.
Məkkəli müşriklərin Quran haqqında “Bu apaçıq bir ovsundur” demələri, əslində Quranın sıradan, adi bir kəlam olmadığının və bir insan tərəfindən uydurulmuş ola bilməyəcəyinin bilavasitə o müşriklər tərəfindən etiraf edilməsindən başqa bir şey deyildir.
Rəbbimizin peyğəmbərimizə “De ki” deyə əmr edərək müşriklərə “Əgər onu mən uydurmuşamsa, mənə Allahdan olacaq şeyə gücünüz çatmaz [məni Allah kimi cəzalandıramazsınız]. O, sizin nəyin içinə atıldığınızı daha yaxşı bilir. Sizinlə mənim aramda şahid olaraq O yetər. Və O, çox bağışlayandır, çox mərhəmət edəndir” şəklində cavab verməsini istəməsi də müşriklərə ağıllarını işlətmələri yönündə etdiyi xəbərdarlıq edən bir çağırış mahiyyətindədir.
Belə ki, müşriklər Quranın bəşər sözü ola bilməyəcəyinə dair zımni etiraflarına baxmayaraq, vəhyin həqiqətini qəbul etməməkdə dirənmişlər və müxtəlif səbəblər uyduraraq daima vəhyə ləkə atmağa çalımışdılar:
- 4Və kafirlər: “Bu Quran, onun/Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona başqa bir camaat da bunun üçün kömək etmişdir” – dedilər. Beləliklə, onlar tam yəqinliklə bilin ki, haqsızlıq etdilər və əsassız bir iddia irəli sürdülər.
- 5Və: “O Quran, yazılı hala gətirilmiş öncəkilərin nağıllarıdır. İndi də o, səhər-axşam/daim ona oxunmaqdadır” – dedilər.
- 6De ki: “Onu, göylərdəki və yerdəki sirri bilən endirmişdir. Şübhəsiz, O, bağışlayandır, mərhəmət edəndir”. (Furqan/4-6)
Bu mövzuya aid detal daha əvvəl Furqan surəsinin 4-6-cı ayələrinin təhlilində təqdim edilmişdir.
9De ki: “Mən elçilərdən ilk meydana çıxan biri deyiləm. Və mən, mənə və sizə nə ediləcəyini bilmirəm. Mən sadəcə, mənə vəhy edilənə tabe oluram. Və mən ancaq açıq-aşkar bir xəbərdarlıq edənəm”.
10De ki: “Heç düşündünüzmü? Əgər Quran Allah tərəfindəndirsə və siz də onu bilərək rədd etmisinizsə, bununla birlikdə İsrailoğullarından bir şahid də onun bir bənzəri üzərinə şahid olubsa və inanmışsa, siz də yekəxanalıq göstərdinizsə… Şübhəsiz ki, Allah şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlər qövmünə bələdçilik etməz”.
Qurana inanmayan, bəşər bir elçini qəbul etməyən müşriklər, bu ayələrdəki xəbərdarlıq edən ismarıclarla düşünməyə dəvət edilirlər.
9-cu ayədəki ilk ismarıc, Muhəmmədin (əs) elçi olaraq ilk ortaya çıxan birisi olmadığı reallığıdır. Ondan əvvəl də bir çox elçi gəlib keçmişdir. O, keçmişdən bəri gələn bu elçilər qəfiləsinin bir mənsubudur. Beləliklə, bunda təəccüblü bir yön yoxdur. Həmçinin bu işə özü qərar verərək elçi olmamışdır; Allah tərəfindən vəhy edilərək vəzifələndirilmişdir. Etdiyi xəbərdarlıqları da öz adından deyil, Allah adından edir.
9-cu ayənin “Və mən, mənə və sizə nə ediləcəyini bilmirəm” cümləsindəki “mənə və sizə nə ediləcəyi” ifadəsindən bütün dünya və axirət hallarını; “irəlidə olacaq qalibiyyət və ya məğlubiyyətlər, harada, nə zaman və necə ölünəcəyi, din adından nələrin əmr edilib, nələrin qadağan olunacağı, müşriklərin iman edib, etməyəcəkləri, əzab dərhal gəlirmi, təxirə salınırmı kimi xüsusları anlaya bilərik.
- 188De ki: “Mənim özüm üçün Allahın dilədiyindən başqa nə bir fayda əldə etməyə, nə də bir zərərin qarşısını almağa gücüm çatmaz. Mən əgər görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi bilsəydim, əlbəttə, mən xeyiri çoxaltmaq istəyərdim. Və mənə heç bir pislik bulaşmamışdır. Mən ancaq bir xəbərdar edən və iman edən bir qövmü müjdələyənəm”.(Əraf/188)
- 158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”. (Əraf/158)
- 33Allah, ortaq qoşanlar xoşlanmasa da, Özünü dindən/hamısından üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir. (Tövbə/33)
- 33Halbuki, sən içlərində ikən, Allah onlara əzab edəcək deyildi. Bağışlanma dilədikləri müddətcə də, Allah onlara əzab edən deyildir. (Ənfal/33)
10-cu ayədə isə “Gördünüzmü [heç düşündünüzmü]? Əgər o [Quran], Allah tərəfındəndirsə və siz də onu inkar etmisinizsə, bununla birlikdə İsrailoğullarından bir şahid də onun bir bənzəri üzərinə şahid olaraq inanmışsa …” – deyilərək müşriklərə vəhy mədəniyyətinə sahib İsrailoğullarından bəzilərinin Allah Rəsulunu təsdiq etmələri, Qurana inandıqları örnəyi verilmiş və “… siz də yekəxanalıq etdinizsə … Şübhəsiz ki, Allah zalımlar topluluğuna bələdçilik etməz” xəbərdarlığı edilərək düşünməyə dəvət edilmişdilər.
Diqqəti çəkən nöqtələrdən biri də 10-cu ayədəki şərt cümləsinin cavabının mahzuf [düşürülmüş, açıq şəkildə söylənməmiş] olmasıdır. “… siz də yekəxanalıq etdinizsə …”ifadəsiylə bitən şərt cümləsindəki söz axışına görə, düşürülən cavabın: “heç şübhəsiz sizlər, hüsrana uğrayanlardan olmuşsunuz”; “sizlər hidayətə nail olanlar deyil, əksinə azmış kimsələr olursunuz”, ya da “özünüzə zülm etmiş olmazsınızmı?” şəklində təqdir edilməsi mümkündür
- 2–4Allah göyləri gördüyünüz şəkildə, dirəklər olmadan yüksəldən, sonra ən böyük taxt üzərində hegemonluq quran, Günəşə və Aya boyun əydirən/varlıqların yararlanacağı xüsusiyyətlərdə yaradan Zatdır. Hamısı adı qoyulmuş bir müddət sonuna axıb gedir. O, işi istiqamətləndirir, Rəbbinizə qovuşacağınız günə qane olasınız deyə, ayələri ətraflı şəkildə izah edir. Və O, yer üzünü genişləndirən, orada sabit dağlar və çaylar yaradandır. Və O, orada meyvələrdən iki cüt etdi. O, gecəni gündüzün üzərinə örtür. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. Və O, yer üzündə bir tək su ilə sulanan bir-birinə qonşu qitələr, üzümlərdən bağçalar, əkinlər, şaxəli və şaxəsiz xurmalıqlar yaradandır. Və Biz meyvələrin də, qoxuların da, dadların da birini digərindən üstün edirik. Şübhəsiz ki, ağlını işlədən bir cəmiyyət üçün bunda bəzi əlamətlər/nümunələr vardır. (Rad/2-4)
- 52De ki: “Heç düşündünüzmü? Əgər Quran Allah qatındandırsa, sonra siz bu gerçəyi ört-basdır etmisinizsə… Özü uzaq bir ayrılığın içində olan insandan daha axmaq kim ola bilər?”(Fussilət/52)
- 7Və Biz Musanın anasına vəhy etdik: “Onu əmizdir. Əgər onun üçün qorxursansa, onu çaya burax, qorxma və kədərlənmə. Şübhəsiz, Biz onu sənə döndərəcəyik və özünü elçilərdən biri edəcəyik”. (Qasas/7)
Eyni ayədə bəhs edilən “… İsrailoğullarından bir şahid”in kimliyi ilə əlaqədar klassik qaynaqlarda bu məlumatlar verilmişdir:
Birinci görüş: Bu, əksər üləmanın mənimsədiyi görüş olub, bu şahid Abdullah b. Səlamdır. Kəşşaf sahibi bunu rəvayət etmişdir: “Hz. Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdə, Abdullah b. Səlam, Hz. Peyğəmbərin (s.ə.s) üzünə baxdı. Beləliklə, bu üzün yalançı bir üz olmayacağını anladı, bu xüsusda təfəkkür etdi. Nəticədə onun gözlənilən peyğəmbər olduğu qərarına vardı. Bundan sonra Hz. Peyğəmbərə (s.ə.s): “Mən səndən sadəcə peyğəmbərlərin bilə biləcəyi bu üç şeyi soruşacağam” – dedi:
- “Qiyamət əlamətlərinin ilki nədir?
- Cənnətliklərin yeyəcəyi ilk yemək nədir?
- Uşaq atasınamı, anasınamı çəkər?”
Bundan sonra Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Qiyamət əlamətlərinin ilki, insanları şərqdən qərbə doğru sürən, qərbdə toplayan atəşdir. Cənnət əhlinin yeməyi, ilk yemək isə balıq ciyərinin artığıdır. Uşağa gəldikdə, kişinin suyu daha əvvəl gəlirsə, uşaq kişiyə; qadının suyu daha tez gəlirsə, uşaq anaya çəkər, bənzəyər”. Bundan sonra Abdullah b. Səlam: “Mən sənin şübhəsiz Allahın Rəsulu olduğuna şəhadət edirəm” – dedi və sözünə bunları əlavə etdi: “Yəhudilər iftiraçı bir cəmiyyətdir. Əgər onlar, sən məni onlardan soruşmamışdan əvvəl, mənim İslam olduğumu anlayarlarsa, mənə sənin yanında iftira edərlər”. Sonra Yəhudilər gəlincə, Hz. Peyğəmbər (s.ə.s) onlardan: “Aranızdakı Abdullah, necə bir adamdır?” – deyə soruşdu. Onlar da: “Bizim ən yaxşımızdır, ən yaxşımızın oğludur, əfəndimizdir, əfəndimizin oğludur, ən biliklimizdir və ən biliklimizin oğludur” – dedilər. Bundan sonra, Hz. Peyğəmbər (s.ə.s): “Bəs Abdullah müsəlman olarsa, nə deyərsiniz?” – deyincə, onlar: “Allah, onu bundan qorusun” – dedilər. Sonra Abdullah hüzura çıxdı və: “Allahdan başqa tanrı olmadığına, Muhəmmədin (s.ə.s) Allahın Rəsulu olduğuna şəhadət edirəm” – dedi. Bundan sonra onlar: “O bizim ən pisimiz və ən pisimizin oğludur” – dedilər və Abdullahın hüququnu pozdular [dəyərini gizlədilər]. Bundan sonra Abdullah: “Ey Allahın Rəsulu, budur mənim qorxduğum bu idi” – dedi. Sad b. Əbu Vakkas da: “Mən, Hz. Peyğəmbərdən (s.ə.s) Abdullah b. Səlam xaric, yer üzündə yeriyən heç kimsə üçün, onun cənnətliklərdən olduğunu söylədiyini eşitmədim. Ayədəki “İsrailoğullarından bir şahid də buna şahidlik etdi” ifadəsi də onun haqqında nazil olmuşdur” – demişdir. [3]
Bil ki, Şabi, Mesruh və bir qisim alim, bu ayədə bəhs edilən “Şahid”in Abdullah b. Səlam olduğunu qəbul etməyib belə deyirlər: “Çünki Abdullah b. Səlamın müsəlman olması Mədinədədir və Hz. Peyğəmbərin (s.ə.s)] vəfatından iki il əvvələ düşür. Bu surə isə Məkkidir. Əksinə, Məkki olan bu ayəni, Hz. Peyğəmbərin (s.ə.s) Mədinədə yaşadığı illərin sonunda vaqe olmuş bir hadisəyə şamil etmək necə mümkün olur?” Kelbi, bu görüşə bu şəkildə cavab vermişdir: “Surə Məkkidir, amma bu ayə Mədənidir. Çünki ayələr nazil olur və Hz. Peyğəmbər (s.ə.s) də bu ayələri müəyyən surələrin müəyyən yerinə qoymaqla əmr olunurdu. Əksinə, bu ayə də Mədinədə nazil oldu, amma Haqq Təala peyğəmbərinə bunu bu Məkki surənin, budur bu yerinə qoymasını əmr etmişdir”. [4]
Müfəssirlərin çoxu: “Bu şahiddən məqsəd Hz. Abdullah b. Səlamdır” – demişdilər. Çünki o, Mədinə-i Münəvvərədəki ən məşhur Yəhudi alimi idi. Hicrətdən sonra Allah Rəsuluna iman edərək müsəlman olmuşdur. Bu hadisə Mədinədə meydana gəldiyindən müfəssirlərin təfsirinə görə bu ayə Mədənidir. Bu şəkildəki izahın qaynağı Hz. Sad b. Əbu Vaqqasın açıqlamasıdır. Ona görə bu ayə Hz. Abdullah b. Səlam haqqında nazil olmuşdur. [Buxari, Müslim, Nəsai, İbn Cərir] və eyni qaynağa istinad edərək İbn Abbas, Mücahid, Katade, Dahhak, İbn Sirin, Hasan Basri, İbn Zeyd, Avf b. Malik əl-Eşci kimi bir çox böyük müfəssir bu görüşdədirlər. Digər tərəfdən İkrimə, Şabi və Masruk: “Bu ayə Abdullah b. Səlam haqqında ola bilməz, çünki bütün surə Məkkidir. Məkkədə nazil olmuşdur” – deyirlər. İbn Cərir ət-Tabəri də eyni görüşə qatılaraq belə söyləyir: “Yuxarıdakı bu xitabət silsiləsinin müxatibi Məkkə müşrikləridir. Daha sonrakı ayələrdən də anlaşılır ki, daima Məkkəli müşriklər müxatibdir. Bu siyak və sibak içərisində, Mədinədə nazil olmuş bir ayənin təkbaşına buraya girməsi düşünülə bilməz”. Daha sonrakı müfəssirlər bu ikinci görüşə üstünlük verərlərkən, Sad b. Əbi Vaqqasın rəvayətini də inkar etmirlər. Hz. Sad qədimlərin adətinə görə bu ayənin tamamilə İbn Səlama uyğun düşdüyü tərcüməsində danışmışdır. Bu sözdən, bu ayənin İbn Sılamın iman etməsindən sonra nazil olduğu çıxarıla bilməz. Belə ki, bu ayə həqiqətən də tam olaraq onun tövsifinə uyğun düşür. Zahirən ikinci görüşün daha doğru olduğu anlaşılır. O zaman belə bir sual ağla gəlir: “Bu şahiddən məqsəd kimdir?” İkinci görüşə sahib olan bəzi müfəssirlər bunun Musa (ə.s) olduğunu söyləyirlər. Amma bir sonrakı “O iman etmiş və siz təkəbbür içindəsiniz” cümləsi belə bir izahla heç də uyuşmur. Ən doğru izah, müfəssir Nisaburi və İbn Kəsirindir. Yəni bunlar: “Burada şahiddən müəyyən bir şəxs qəsd edilmir. Bundan məqsəd İsrailoğullarından adi bir şəxsdir” – demişdilər. Allahın buyuruğunun məqsədi budur: Quran-ı Kərim sizə indi təqdim edilir, bu ilk qarşılaşdığınız yeni bir şey deyildir ki, “belə bir şeyi ilk dəfə görürük” – deyə bəhanə irəli sürə biləsiniz. Bundan əvvəl də bu kimi təlimatlar İsrailoğullarına vəhy yoluyla Tövrat və digər səmavi kitablar şəklində gəlmişdir. Onları adi bir insan belə qəbul etmişdi. Allahın öz təlimatlarını yalnız və yalnız vəhy vasitəsiylə göndərdiyini adi bir insan bilə qəbul etmişdir. Onun üçün vəhy və onun gətirdiyi təlimatların qəribə və anlaşılmaz bir şey olduğunu iddia edə bilməzsiniz. [5]
Bizim qənaətimiz də ayədəki “şahid” ifadəsiylə hər hansı bir şəxsin qəsd edilmədiyi yönündədir. Ayədə bəhs edilən şahid, gələcəyi Tövrat və İncildə xəbər verilən peyğəmbərə dair biliklərdən hərəkətlə, Rəsulullahı müşahidə edən, Quranı təhlil edən hər İsrailoğlunun bu həqiqətə şahid olacağı mənasındadır.
Yuxarıdakı nəqllər nəzərə alındığında, bu ayənin Mədəni olaraq qəbulu məqbul görünür. Belə ki, ayə yerləşdiyi bölməyə də son dərəcə uyumludur. Həmçinin Məkkə ətrafında Əhli-kitabdan bir çox kimsənin varlığı və Əhli-kitaba Məkki surələrdə də toxunulmuş olması, bəhs edilən ayənin Məkki olduğunu sübut edən xüsusiyyətdədir.
- 51Və and olsun Biz Sözü [vəhyi/Quranı] öyüd alsınlar deyə, bir-biri ardınca yolladıq.
- 52Sözdən [vəhydən/Qurandan] əvvəl özlərinə Kitab verdiyimiz insanlar… Onlar Sözə [vəhyə/Qurana] də inanırlar.
- 53Və onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar: “Biz ona inandıq. Şübhəsiz ki, o, Rəbbimizdən gələn gerçəkdir. Tam yəqinliklə bilin ki, biz ondan əvvəl müsəlman olanlar idik”– dedilər. (Qasas/51-53)
- 107,108De ki: “Siz Qurana istər inanın, istər inanmayın, bu, daha əvvəl özlərinə bilik verilənlər/Quran onlara oxunduğu zaman onlar boyun əyib, təslimiyyət göstərərək çənələri üstə yerə qapanarlar. Və: “Rəbbimiz hər cür nöqsandan münəzzəhdir. Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir” – deyərlər”. (İsra/107, 108)
- 199Əlbəttə, Kitab Əhlindən elələri də vardır ki, onlar Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır. Şübhəsiz ki, Allah hesabı tez görəndir. (Al-i İmran/199)
- 64De ki: “Sizi ondan və hər sıxıntıdan Allah qurtarır. Sonra da siz, ortaq qoşarsınız. 114Və O, sizə Quranı ətraflı/haqqı batildən ayrılmış olaraq, endirdiyi halda, Allahdan başqa bir hakimmi axtarım?” Və özlərinə Kitab verdiyimiz bu insanlar Quranın, şübhəsiz ki, Rəbbindən haqq ilə endirilmiş olduğunu bilirlər. O halda sən onların bu kitabın Allah tərəfındən endirildiyini bildikləri barəsində qətiyyən şübhə edənlərdən olma. (Ənam/64, 114)
- 113, 114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayələrini oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şeyləri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xeyir işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır. (Al-i İmran/113-114)
11Və kafirlər, iman edənlər üçün: “Əgər bir xeyir, mənfəət olsa idi, onlar onda bizim önümüzə keçə bilməzdilər. Əvvəl biz mömin olar, mənfəəti biz alardıq”– dedilər. Bununla bələdçiləndikləri doğru yola girməyincə: “Bu qədim bir uydurmadır” – deyəcəklər.
12Qurandan əvvəl də bir başçı və mərhəmət olaraq, Musanın kitabı vardı. Bax budur, bu Quran da, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən insanları xəbərdar etmək, yaxşılıq/gözəllik edənləri müjdələmək üçün ərəb dilində/ən mükəmməl ifadə dili ilə doğrulayan bir kitabdır.
Məkkəli müşriklərin təkəbbürləri ucbatından Qurandan qaçdıqlarının, Rəsulullaha meyl etmədiklərinin dilə gətirildiyi bu ayələrdə, onların: “Bu, uydurmadır” – deyib, işin içindən çıxa bilməyəcəkləri, elçilik vəzifəsinin və kitab endirməyin qədimdən bəri, Musa nümunəsində olduğu kimi, “Sünnətüllah [Allahın insanlığa tətbiq etdiyi qanunu]” olaraq davam etdiyi xatırladılaraq, əslində bunu Məkkəlilərin də qəbul etdiyi onların üzlərinə vurulur.
Ayədə: “Əgər bir xeyir olsaydı onlar, ona bizim önümüzə keçəməzdilər” – deyə ifadə edilənlər Ammar, Suheyb və İbn Məsud kimi yoxsul, yazıq kimsələrdir. Korlanmış insanlar bu gənc və maddi cəhətdən yoxsul möminlərə baxaraq, öz ağıllarınca ətraflarına: “Əgər bu din yaxşı, gözəl və xeyirli bir şey olsaydı, gənclər, yoxsullar bunu qəbul etməkdə bizi keçə bilməzdilər. Onlardan əvvəl biz Müsəlman olardıq. Necə olur ki, bir neçə təcrübəsiz gənc və aşağı sınıfdən bir neçə kölə bunu məqbul olaraq görür, amma bizim öndə gedənlərimizdən ağıllı, dünya görmüş və təcrübələrinə, zəkalarına hər kəsin etibar etdiyi insanlar görməz? O halda Muhəmmədin (səs) adi xalqı inandırmaq cəhdi içərisində olması da göstərir ki, bu dəvətdə mütləq bir yanlışlıq var və buna görə də qövmün öndə gedənləri bunu qəbul etmirlər. O halda siz də ondan uzaq durun” – deyə təbliğ edirdilər.
Həmçinin bu ayə ilə əlaqədar “Əsbab-i Nüzul” qeydlərində aşağıdakı nəqllər də yer alır:
Rəvayət edildiyinə görə, Cüheynə, Müzeynə, Esləm və Gıfar qəbilələri müsəlman olunca Amir, Gatafan, Esed və Eşca qəbilələri: “Əgər bu din yaxşı, gözəl və xeyirli bir şey olsaydı, quzularımızın çobanları olan bu qəbilələr bizdən əvvəl ona girməzdilər” – demişdilər.
Rəvayət olunduğuna görə, Hz. Ömərin bir cariyəsi müsəlman olmuş və hələ müsəlman olmamış olan Ömər də onu yorulana qədər döyürmüş və: “Əgər yorulmasaydım daha artıq döyərdim” – deyirmiş. Bundan sonra Qüreyş kafirləri: “Əgər Muhəmmədin (s.ə.s) dəvət etdiyi din haqq olsaydı, bu cariyə bizdən əvvəl o dinə girə bilməzdi” – dedilər. [6]
Bu bəhanə ilk dəfə Məkkə müşrikləri tərəfindən irəli sürülmüş deyildir. Nuh peyğəmbərdən bu yana bütün müşriklərin tətbiq etdikləri bir siyasi münasibət və bəhanədir.
- 27Bunun qarşısında qövmünün kafirlərinin öndə gedənləri: “Biz səni, sadəcə bizim kimi adi bir insan olaraq görürük. Sənə dayaz fikirli, aşağı təbəqələrimizdən/ayaq dəstəmizdən olanlardan başqasının uyduğunu görmürük. Sizin, bizim əleyhimizə bir üstünlüyünüzü də görmürük. Tam əksinə, biz sizi yalançılar hesab edirik” – dedilər. (Hud/27)
Onların bu bahanələrinə qarşılıq, Uca Allah da bu mövzuda elçisinə aşağıdakı təlimatları vermişdir.
- 52Və Allahın rizasını diləyərək səhər-axşam/həmişə dua edən insanları qovma! Onların hesabından sənə heç bir məsuliyyət yoxdur, sənin hesabından da onlara heç bir şey yoxdur. Əgər onları qovarsansa, səhv/öz zərərlərinə iş edənlərdən olarsan!
- 53Və Biz: “Allah, aramızdan bunlaramı yaxşılıq etdi?!” – desinlər deyə, onlardan bəzisini bəzisi ilə belə atəşlərə sürüklədik, imtahan etdik. Allah, özlərinə verilən nemətlərin qarşılığını ödəyənləri daha yaxşı bilən deyildirmi? (Ənam/52, 53)
- 113, 114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayələrini oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şeyləri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xeyir işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır. (Al-i İmran/113, 114)
13Şübhəsiz ki, “Rəbbimiz Allahdır” – deyib, sonra da ən doğru yolda olanların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
14Bax budur, onlar cənnət əhlidirlər. Etməkdə olduqlarına qarşılıq orada sonsuz olaraq qalacaqlar.
Müşriklərə gərəkli xəbərdarlıqlar edilərək, məqbul cavablar verildikdən sonra, şirkdən qurtulub Allaha təslim olmağın, tək və yeganə Rəbb olaraq Allahı tanımağın gətirəcəyi sonsuz nemətə diqqət çəkilmişdir.
- 62Şübhəsiz, bu, iman edənlər, yəhudiləşmiş insanlar Nəsranilər və Sabiilər/təbii dindarlar – hər kim Allaha və axirət gününə iman edər və saleh əməl edərsə, artıq Rəbbi qatında onlar üçün mükafatları vardır. Onlara bir qorxu yoxdur. Bunlar qəmgin də olmayacaqlar. (Bəqərə/62)
- 122Və iman edən və düzəltmək yönündə işlər edənlər… Biz onları Allahın gerçək bir vədi olaraq, içində sonsuz qalanlar olmaqla, altlarından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahdan daha doğru sözlü kim ola bilər?!
- 123Bu iş sizin sayıqlamalarınızla və Kitab Əhlinin sayıqlamaları ilə deyildir. Kim pislik edərsə, onunla cəzalandırılır. Və o, özü üçün Allahın yaratdıqlarından bir yol göstərən, qoruyan yaxın və yaxşı bir köməkçi tapa bilməz.
- 124Və kişi və ya qadın… Kim mömin olaraq düzəltmək yönündə işlər edərsə, artıq bax budur, onlar cənnətə girərlər. Və xurma çəyirdəyinin üstündəki çuxur qədər haqsızlığa uğradılmazlar. (Nisa/122-124)
- 30–32Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib, sonra ən doğru olanlar… onların üzərinə xəbərçi ayələr həmişəlik enər: “Qorxmayın, kədərlənməyin, sizə vəd edilən cənnətlə sevinin. Biz dünya həyatında və Axirətdə sizin yol göstərənləriniz, köməkçiləriniz, qoruyanlarınızıq. Cənnətdə qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və lütfü bol olan, əngin mərhəmət sahibindən bir ikram olaraq sizin üçün nəfslərinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər də sizin üçündür”. (Fussilət/30-32)
- 49,50Və göylərdə və yer üzündə olan canlılar və təbii güclər təkəbbürlənmədən Allaha boyun əyərlər. Özlərinin üstündəki Rəbbindən qorxarlar və əmr olunduqları şeyləri düzəldərlər. (Nəhl/49, 50)
- 62,63Açın gözünüzü! Allahın yaxınlarına, köməkçilərinə ki, onlar inanan və Allahın qoruması altına girənlərdir, tam yəqinliklə bilin ki, qayğı yoxdur. Onlar heç kədərlənməyəcəklər. (Yunus/62, 63)
15Və Biz insana, ana və atasına yaxşılaşdırmağı/gözəlləşdirməyi öhdəlik olaraq çatdırdıq. Anası onu zəhmətlə daşıdı və zəhmətlə dünyaya gətirdi. Və onun daşınması və ayrılması otuz aydır. Sonunda insan yetkinlik çağına çatdığı və qırx yaşa gəldiyində: “Rəbbim! Mənə, anama və atama ehsan etdiyin nemətlərinə qarşılıq ödəməyimi və Sənin razı olacağın saleh əməl işləməyimi təmin et. Mənim üçün soyumun içində düzəlişlər et/saleh insanlar ver. Şübhəsiz ki, mən sənə yönəldim. Və mən şübhəsiz ki, müsəlmanlardanam” – dedi.
16Bax budur, biliklənmiş, şüurlanmış bu insanlar vəd olunduqları doğru bir vəd olaraq və özləri haqsızlığa uğradılmadan, Allahın onlara əməllərini tam olaraq ödəməsi üçün özlərindən, etdiklərinin ən gözəlini qəbul edəcəyimiz və cənnət əhli içərisində, pisliklərdən qoruyacağımız insanlardır.
17Və anasına, atasına: “Of sizə! Siz məni, məndən öncə necə nəsillər gəlib keçmiş ikən çıxarılmaqla/öldükdən sonra dirilməkləmi təhdid edirsiniz?” – deyən insan… Və anası, atası Allaha yalvararaq: “Vay sənin halına! Gəl iman et, şübhəsiz ki, Allahın vədi gerçəkdir” – deyər. Sonra da o: “Bu Quran, qədimlərin məsəllərindən başqa bir şey deyildir” – deyər.
18Bax budur, anası, atası ilə inanc mübahisəsi olan, Axirətə inanmayan uşaqlar! Onlar özlərindən öncə gəlib keçmiş, bilinən-bilinməyən bütün səviyyədən başçılı cəmiyyətlər içərisində əleyhlərində Söz haqq olmuş insanlardır. Şübhəsiz ki, onlar həqiqətən itkiyə/zərərə uğrayıb acı çəkən insanlar idilər.
Bu ayə qrupunda Rəbbimiz ailə əlaqələrinə, hüquqa və ailə içi təlimə diqqət çəkmişdir. Ayələrdə yetişkin, ağıllı uşaq ilə ağlını işlətməyən asi uşaq nümunə verilərək, bu ikisinin Allaha və ana-atalarına qarşı münasibətləri qeyd edilir və xəbərdarlıq edilir. Həmçinin insanın ana-atasına ehsan etməsi tövsiyə edilir.
Ana-ata və övlad deyimindən sadəcə analıq-atalıq və övladlıq anlaşılmamalıdır. O dövrdə məktəblərin olmadığı, buna görə də də ana-atanın eyni zamanda bir müəllim, usta, övladın da bir şagird olduğu unudulmamalıdır.
15-ci ayədəki “Anası, onu, zəhmətlə daşıdı və zəhmətlə buraxdı [doğdu]. Və onun daşınması və ayrılması otuz aydır” ifadəsi, ana haqqının ata haqqından daha böyük olduğuna dəlalət edir. Çünki Rəbbimiz bu ifadədə ananı xüsusilə zikr edərək onun uşaq üzündən çəkdiyi zəhmət və məşəqqəti vurğulamışdır.
Ayədəki “Və onun daşınması və ayrılması otuz aydır” ifadəsi, hamiləliyin başlaması ilə uşağın süddən kəsilməsi arasındakı müddətə işarə edir. İnşallah bu ifadəyə Bəqərə/223-də geniş şəkildə toxunulacaqdır.
İğidlik/Yetkinlik Çağı. Ayədə keçən “ اشدّ eşüdd [iğidlik/yetkinlik] çağı” ilə əlaqədar olaraq “on səkkiz yaş”, “otuz üç yaş” və “qırx yaş” kimi görüşlər irəli sürülmüşdür. Ancaq Rəbbimiz bu mövzuda hər hansı bir rəqəm verməmişdir. “əşuddun [iğidlik/yetkinlik yaşının]” insandan insana, yörədən yörəyə, şəraitdən şəraitə dəyişəcəyi bir reallıqdır. Bizim qənaətimizə görə, bu rəşidlik yaşına cəmiyyətin təyin etdiyi komissiya qərar verməlidir.
- 5Və Allahın dik durmağınız üçün sizə vermiş olduğu mallarınızı ağlı çatmayanlara/hələ yetkinlik yaşına çatmamış yetimlərə verməyin. Və onları o mallarla ruziləndirin və onları Və onlara adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən söz söyləyin.
- 6Və bu yetimlərinizi nikaha çatıncaya qədər mükəmməl bir təhsil verərək yetkinləşdirin. Sonra da əgər onların rüşdə/yetkinlik yaşına çatdıqlarını hiss edərsinizsə, mallarını özlərinə dərhal təslim edin. Onlar böyüyəcəklər deyə, onların mallarını səpələyərək yeməyin. Və kim zəngindirsə, artıq o iffətli – incə, səbirli davransın/hər hansı bir ödəniş almasın. Kim də yoxsuldursa, artıq o da adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə yesin. Sonra da yetimlərin mallarını özlərinə təslim etdiyiniz zaman onlar üzərində şahid tutun. Hesab soruşan olaraq da, Allah yetər. (Nisa/5, 6)
Ayədə “اشدّ əşudd” və “qırx il” ifadələri bir-birinə bağlı deyildir. İki ifadəni bir araya gətirən, mütləq cəm ifadə edən “و vav” bağlayıcısıdır. Ona görə də insanın iğidlik/yetkinlik yaşına çatması ayrı bir şey; qırx yaşına çatması isə başqa bir şeydir.
Qırx yaşdan sonra fiziki funksiyalar və şəhvət, hirs, kin kimi duyğu və dürtülər zəifləməyə; ağıl, mühakimə, mərhəmət, şəfqət, təcrübə kimi zehni funksiyalar isə artmağa başlayır. Qırx yaş hədd-buluğ/yetkinlik yaşı deyil “müdrikliyin başlama yaşı”dır.
Belə ki, adam qırx yaşına çatınca: “Rəbbim! Mənə və anama-atama ehsan etdiyin nemətlərinə şükür etməyimi və sənin məmnun olacağın salehi işləməyimi təmin et. Mənim üçün nəslimin içində düzəltmələr et [saleh kimsələr ver]. Şübhəsiz, mən Sənə yönəldim. Və mən şübhəsiz ki, təslim olanlardanam” şəklində dualar etməyə başlayır. Sadəcə iğidlik çağı bu şüura çatmır, adam ancaq müdrikləşməyə başladığı zaman bu cür dualara yönəlir.
15-ci ayənin enmə səbəbi olaraq Razi bu görüşü irəli sürmüşdür:
Nüzul Səbəbi: Hz. Əbu Bəkir. Vahidi, İbn Abbasdan və bir çox kimsə də əvvəlki və sonrakı müfəssirlərdən bu ayənin Əbu Bəkir əs-Siddiq (r.a) haqqında nazil olduğunu nəql edərək belə demişdilər: “Bunun dəlili, Allah Təalanın, bu ayədə hamiləlik ilə süddən kəsilmə müddətinin, bu xüsuslarda insanların fərqlilik ərz etmələri səbəbiylə, bəzən daha az, bəzən də daha artıq ola biləcək müəyyən bir miqdar ilə məhdudlamasıdır. Əksinə, bu məhdudlamanın o kimsənin halını dilə gətirmiş olduğunun söylənə bilməsi üçün bu ifadədən tək bir şəxsin qəsd edilmiş olması lazımdır. Əksinə, hamiləlik müddəti ilə süddən kəsilmə müddəti bu qədər olan şəxsin Əbu Bəkir olması mümkündür.
Daha sonra Cənab-i Haqq, bu insanın vəsfi haqqında, “Nəhayət o, dəliqanlılıq çağına çatdığı və qırx yaşına vardığı zaman, belə deyir: ‘Ya Rəbbi, həm məni, həm də ana-atamı nemətləndirdiyin üçün şükür etməyimi … mənə ilham et’ – dediyini nəql etmişdir. Hər insanın bu sözü söyləmədiyi məlumdur. Əksinə, bu ayədən bu sözü söyləyən müəyyən bir kimsənin qəsd edilmiş olması lazımdır. Hz. Əbu Bəkir (r.a), bu sözü, bu yaşa yaxın bir zamanda söyləmişdir. Çünki Hz. Əbu Bəkir Hz. Peyğəmbərdən (s.ə.s) iki yaş yarım daha kiçikdir. Hz. Peyğəmbər (s.ə.s) qırx yaşında peyğəmbər olmuşdur. Hz. Əbu Bəkir də qırxa yaxın bir yaşda idi. Beləliklə, Hz. Əbu Bəkir, Hz. Peyğəmbəri (s.ə.s) təsdiq və ona iman etmişdir. Bu anlatdığımızla, bu ayələrin mahiyyətindən Hz. Əbu Bəkirin qəsd edilməsinin uyğun və əlverişli olduqları sabit olmuş olur. Belə bir uyğunluq sabit olunca da, biz deyirik ki: Biz, bu ayədən qəsd edilənin Hz. Əbu Bəkir olduğunu iddia edirik. Bu iddianın dəlili də, Cənab-i Haqqın, bu ayənin sonundakı “Budur bunlar ki, cənnət yaranı içindədirlər, işlədiklərinin ən gözəllərini qəbul edəcəyimiz, günahlarını bağışlayacağımız kimsələrdir” ifadəsidir ki, bu da bu ayədən qəsd edilənin insanların ən üstünü olduğuna dəlalət edər. Çünki Allahın əməllərinin gözəlini qəbul edib, günahlarını bağışladığı kimsənin insanların üstünlərindən və ulularından olmalıdır. Ümmət Allahın Rəsulundan sonra insanların ən üstününün ya Hz. Əbu Bəkir, ya da Hz. Əli olduğu xüsusunda ittifaq etmişdilər. Bu ayədən Əli İbn Əbu Talibin (r.a) qəsd edilmiş olması mümkün deyildir. Çünki bu ayə ancaq bu sözləri dəliqanlılıq çağına vardığında və qırx yaşına yaxınlaşdığında söyləyən kimsəyə uyğun düşər. Halbuki Əli İbn Əbi Talib belə deyildir. Çünki o, uşaqlıq müddətinə yaxın bir zamanda iman etmişdir. O halda, bu ayədən qəsd edilənin Hz. Əbu Bəkir olduğu sabit olmuş olur. Allah ən yaxşısını biləndir!
Nəsli İslah. Cənab-i Haqqın “Mənim üçün soyumun içində düzəlişlər et/saleh insanlar ver” ifadəsinə gəlincə, yenə İbn Abbas bu xüsusda belə deyir: “Əbu Bəkirin, oğlan-qız nə qədər uşağı varsa, hamısı iman etmişdir. Yenə Əbu Bəkir istisna olmaqla, səhabədən, ana-atasının və oğlan-qız bütün uşaqlarının müsəlman olması, başqa heç kimsəyə nəsib olmamışdır. [7]
Yuxarıda 16-cı ayənin texniki olaraq bir elementi olan 19-cu ayədəki “Və onlar haqsızlığa uğradılmadan, Allahın onlara əməllərini tam olaraq ödəməsi üçündür” ifadəsini ayə daha yaxşı anlaşılsın deyə birləşdirmişik. Bu ifadə, yaxşı insanların etdiyi yaxşılıqlarda qarşılıqsız, pis insanların da etdiyi pisliklərdə cəzasız qalmayacağını bildirir. Əgər yaxşı bir insan, etmiş olduğu yaxşılıqların əcirlərindən məhrum qalır və ya haqq etdiyindən daha azını alırsa; ya da inkarçı bir insan, işlədiyi günah və cürümlərə qarşılıq haqq etdiyi cəzanı görməz, ya da haqq etdiyindən artığını alırsa, hər iki hal da “zülm” olacağı üçün Uca Allah əsla qullarına zülm etməz.
- 8Və Biz insana, ana-atasına yaxşı davranmasını, öhdəlik olaraq, çatdırdıq. Əgər o ikisi səni, haqqında biliyin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün məcbur edərlərsə, artıq o ikisinə itaət etmə. Dönüşünüz ancaq Mənədir. O zaman, sizə etmiş olduqlarınızı xəbər verəcəyəm.
- 9İman edən və düzəltmək yönündə işlər edənləri də… əmin olun ki, onları saleh insanlar içinə qatacağıq. (Ənkəbud/8-9)
- 151De ki: “Gəlin, Rəbbinizin sizə nələri tabulaşdırdığını/toxunulmaz qıldığını deyim: Özünə heç bir şeyi ortaq qoşmamağınızı; ana-ataya yaxşılıq etməyinizi, gözəl davranmağınızı; kasıblıq qorxusu ilə/yoxsul olarıq qorxusu ilə uşaqlarınızı öldürməməyinizi, sizi və onları Biz ruziləndiririk. Pisliklərin açığına və gizlininə yaxınlaşmamağınızı; haqsız yerə, Allahın haram qıldığı nəfsi/canı öldürməməyinizi; bax budur, bunlar Onun sizə öhdəlik olaraq çatdırdıqlarıdır ki, bəlkə düşünüb daşınasınız. (Ənam/151)
- 23,24Və sənin Rəbbin qəti olaraq, Özündən başqasına qul olmamağınızı, ana və ataya yaxşılıq etməyinizi/gözəlləşdirməyinizi qərara aldı. Onlardan biri və ya hər ikisi sənin yanında ixtiyarlığa çatarsa, qətiyyən onlara “Of” demə, onları danlama, onlara çox həssas davran. Və ikisinə də şərəfli, şirin və gözəl sözlər söylə. Və mərhəmətinə görə onlar üçün alçaq könüllülük qanadlarını endir. Və de ki: “Rəbbim! Onların məni uşaqlıqdan öyrədib, mədəni biri olaraq yetişdirdikləri kimi, onlara mərhəmət et”. (İsra/23, 24)
Və Loğman/14, 15, Bəqərə/129, İbrahim/35-41, Məryəm/4-6, Əraf/189, Furqan/74.
17-ci ayədə “Və anasına-atasına: ‘Öf sizə! Siz məni, məndən əvvəl necə nəsillər gəlib keçmiş ikən çıxarılmaqlamı [öldükdən sonra dirilməkləmi] təhdid edirsiniz?’ – deyən kimsə” ifadəsiylə sanki məxsusi birisinə toxunulur. Anlaşılan odur ki, insanlardan biri qiyaməti, axirəti yalan sayır, anası-atası da onu inandırmaq üçün cəhd edir.
Bu ayə ilə əlaqədar olaraq “Əsbab-ı Nüzul” qeydlərində aşağıdakı nəqllər mövcuddur:
Bu ayə Abdurrahman b. Əbu Bəkir (r.a) haqqında nazil olmuşdur. Bu görüşü mənimsəyənlər belə demişdilər: Abdurrahmanın valideyni onu İslama dəvət etmişlər, amma o dirənmiş və: “uff sizə!” – demişdi. Bu görüşdəkilər, görüşlərinin doğruluğuna da bu şəkildə dəlil gətirmişdilər: Muaviyə xalğın oğlu Yezidə biət etmələrini təmin etmək barəsində Mərvana məktub yazınca Abdurrahman b. Əbi Bəkir: “Siz Herakliyus [Bizans] sistemini yerləşdirmək istəyirsiniz. Belə ki, siz uşaqlarınız lehinə biətmi istəyirsiniz?” – demişdi. Bundan sonra Mərvan dedi ki: “Ey insanlar, Abdurrahman Allah Təalanın haqqında: “Ana və atasına: ‘Öf sizə…’ – deyən kimsə” – dediyidir. [8]
Belə bir əhvalat hər nə qədər bu ayə ilə əlaqələndirilmiş olsa da, ayədə müəyyən bir şəxs qəsd edilməyib, bu xarakterdə olan hər insan qəsd edilmişdir. Aydındır ki, hər dövrdə və hər yerdə bu xarakterə sahib olan çoxlu insan ola bilər.
18-ci ayədə keçən “… ümmətlər içərisində əleyhlərində Söz haqq olmuş kimsələr” ifadəsindəki “Söz”, Rəbbimizin: “And olsun ki, cəhənnəmi mütləq səndən və onların sənə uyanlarından; hamınızdan dolduracağam (Sad/84, 83; Səcdə/13)” – sözüdür. Bu mövzu “Sözün Reallaşması” başlığı altında Ya Sin surəsinin təhlilində ələ alındığından, detalın oradan oxunmasını məsləhət görürük.
19Və hər kəs üçün işlədikləri şeylərdən, bəzi dərəcələr vardır. Və onlar haqsızlığa uğradılmadan, Allahın onlara əməllərini tam olaraq ödəməsi üçündür.
Bu ayədə Rəbbimizin ədaləti və lütfkarlığı ortaya qoyulmuşdur. Mömin olsun, kafir olsun, cinlərdən olsun, insanlardan olsun, hər bir adamın qiyamət günündə Allah nəzdində əməllərinə görə dərəcələri vardır. Cəhənnəmliklərin dərəcələri aşağı doğru, cənnətliklərin dərəcələri isə yuxarı doğrudur.
Bu ayənin son bölməsi olan “Və onlar zülm edilmədən, Onun [Allah], onlara əməllərini tam olaraq ödəməsi üçündür” – ifadəsi “و və” bağlayıcısı ilə gəlmişdir. Bunun mənası, bu ifadənin daha əvvəl dilə gətirilən bir mühakimənin ikinci bir səbəbi olmasıdır. Ayənin birinci cümləsinə baxıldığında, “و və” bağlayıcısının bağlanacağı bir ifadənin olmadığı görünür. Bizim qənaətimizə görə, ayənin ikinci cümləsi olan bu ifadə, 16-cı ayədəki “vəd olunub durduqları doğru bir vəd olaraq” cümləsinə aid edilməlidir. Biz də 16-cı ayəni bu ifadə ilə birlikdə veririk.
20Və kafirlər atəş üzərində yayılacaqları gün: “Siz keçici dünya həyatınızda gözəl şeylərinizi təmin etdiniz, onlardan yararlandınız, artıq yer üzündə haqsız yerə yekəxanalıq göstərməyiniz və haqq yoldan çıxdığınıza görə, bu gün alçaldıcı bir əzab ilə qarşılıq görəcəksəniz!”
Bu ayədə inanmadan, şükür etmədən yaşayanları axirətdə gözləyən aqibət ortaya qoyulmuşdur. Onlara: “Siz keçici həyatınızda bütün gözəl şeyləri; gəncliyinizi, sərvətinizi, sağlığınızı, bol ruzini, güc və qüvvətinizi, rahatlığınızı və zövqünüzü təmin etdiniz, onlar ilə yararlandınız. Artıq yer üzündə haqsız yerə yekəxanalıq etməyiniz və fasiqlik etmiş olduğunuza görə bu gün alçaldan bir əzab ilə qarşılıq görəcəksiniz, artıq fürsəti qaçırdınız!” – deyiləcəkdir. Onların axirətdə səltənətləri bitmiş olacaqdır. Onlar dünyada sürdükləri səfalarla qalacaqlar.
21Adın qardaşı Hudu da an! O zaman o, Əhqafda qövmünü xəbərdar etmişdi. Qətiliklə, ondan əvvəl və sonra [hər zaman]: “Allahdan başqasına qulluq etməyin. Şübhəsiz, mən sizin üçün böyük bir günün əzabından qorxuram” – deyən xəbərdar edicilər keçmişdi.
22Onlar: “Sən bizi tanrılarımızdan çevirmək üçünmü gəldin? Əgər doğrulardansansa, haydı, o bizi təhdid edib durduğun əzabı dərhal gətir” – dedilər.
23Adın qardaşı, Hud: “Şübhəsiz ki, o əzabın nə zaman gələcəyinə dair bilik Allah qatındadır. Mən isə sizə mənimlə göndəriləni təbliğ edirəm. Lakin mən sizi cahillik edən bir cəmiyyət olaraq görürəm” – dedi.
24,25Sonunda onu vadilərinə doğru gələn geniş bir bulud halında gördüklərində: “Hə, bax budur! Bu, bizə yağış gətirəcək bir buluddur!” – dedilər. Xeyr, əksinə o, tezləşdirməyə çalışdığınız şeyin məhz özüdür! Rəbbinin əmri ilə hər şeyi yerlə bir edən, içində acıqlı bir əzab olan külək… Sonunda, o hala gəldilər ki, mənzillərındən başqa heç bir şey görünmürdü. Biz günahkarlar qövmünü bax budur, belə cəzalandırırıq.
26Və and olsun ki, Biz sizi güclü etmədiyimiz şeylərdə, onları güclü etmişdik. Sizə vermədiyimiz imkanları, onlara vermişdik. Onlara da qulaqlar, gözlər və duyğular vermişdik. Buna baxmayaraq qulaqları, gözləri və duyğularının onlara heç bir faydası ola bilmədi/özlərindən heç bir şeyi uzaqlaşdıra bilmədi. Çünki onlar Allahın ayələrini bilə-bilə inkar edirdilər. Lağ etməkdə olduqları şey də onları sarıb, bürüdü.
Bu ayə qrupunda tarixi bir örnək və sübut olaraq, yaşayış tərzləri, inancları, münasibətləri Məkkə müşriklərinə çox bənzəyən, güc, qüvvət mənada onlardan daha irəlidə olan Ad qövmündən bəhs edilir.
Ayədə “Adın qardaşını [Hudu] da an!” – deyilmişdir. Qardaş ifadəsiylə din qardaşlığı deyil, nəsəb qardaşlığı ifadə edilir.
“الاحقاف ə-Əhqaf” Ad qövmünin yurdu olub, böyük qumluqlar deməkdir. “ حقف hıkf” sözünün cəmidir. “Hıkf” dağ səviyyəsinə çatmayan, bununla birlikdə uzununa davam edib gedən və əyilib bükülən böyük qum təpələri deməkdir. Cəmi “حقاف hiqaf”, “ احقاف Əhqaf” və “ حقوف huquf” olur. [9]
“Əhqaf”ın coğrafi olaraq hara olduğu barəsində klassik qaynaqlarda aşağıdakı məlumatlar verilmişdir:
Katade dedi ki: Bunlar Şihr deyilən yerdəki yüksək təpələrdir. Şihr Edənə yaxın bir yerdir. Umman Şihri, ya da Uman Şəhri deyilir. Bu isə Umman ilə Eden arasındakı dəniz sahilidir. Yenə ondan nəql edildiyinə görə, bizə Ad qövmünün Yəməndə bir sıra qəbilələr olduğu zikr edilmişdir. Bunların yerləşdikləri yer qumluq olub, dənizə baxardı və buraya Şihr deyilirdi.
Mücahid dedi ki, Burası Əhqaf deyə adlandırılan Hismə torpaqlarından bir yerdir. Hismə isə ətrafları yumşaq, təxminən təpələrindən toz buludunun ayrılmadığı olduqca yüksək dağları olan çöldəki bir bölgənin adıdır.
İbn Abbas və əd-Dahhak isə “Əhqaf Şam torpaqlarında bir dağdır” – demişdilər. Yenə İbn Abbasdan nəql edildiyinə görə Uman və Mehrə arasında bir vadidir. Mukatil də (belə demişdir): Ad qövmünün məskənləri Mehrə deyə adlandırılan bir vadidə olub, bu da Yəmənin Hadramut bölgəsində idi. Mehri dəvələrinə də oraya nisbət edilərək “Mehri dəvələr” deyilir. Bunlar bahar mövsümündə köçəri bir çadır əhalisi idi. [10]
Quran araşdırması edən çağdaş alimlərimizdən mərhum Mevdudi də Əhqaf bölgəsi ilə əlaqədar olaraq bu məlumatları verir:
“Əhqaf” “hiqf”in cəmidir. Lüğəti mənası “qum təpələri” deməkdir. Lakin coğrafi bir termin olaraq Ərəbistan çölünün [Rub’ul-Hali] cənub-qərbi qisminin adıdır. Bu gün isə bu bölgədə kimsə yaşamır. İbn İshakın rəvayətinə görə, Ad Qövmünün yurdu Ummandan Yəmənə qədər uzanırdı. Quran bunların əsl yurdunun Əl-Əhqaf olduğunu qeyd etmişdir. Buradan çıxaraq ətraflarındakı ölkələr və zəif ölkələr üzərinə hakimiyyət qurmuşdular. Bu gün belə Ərəb Yarımadasının cənubunda yaşayan xalqlar bu bölgədə bir zamanlar Ad Qövmünün yaşadığını bilirlər.
İndiki Mükəlla şəhərindən 125 mil şimalda Hadramut tərəflərində bir məqam vardır. Burada Hudun (ə.s) məzarının olduğuna inanılır. Qəbr-i Hud adıyla məşhurdur. Hər il Şaban ayının 15-ində Ərəb Yarımadasının müxtəlif yerlərindən minlərlə adam burada toplanaraq bir mərasim təşkil edərlər. Hər nə qədər tarixi olaraq bu məzar isbatlanmamışsa da, burada bir qəbrin inşa edilmiş olması və Cənubi Ərəbistan xalqının çoxunun oraya rəğbət etməsi, məhəlli rəvayətlərə görə, Ad qövmünün yurdlarının buralar olduğunu isbat edir. Digər tərəfdən yörə xalqı Hadramutda yerləşən bir çox xarabanı bu günə qədər Ad qövmünün evləri olaraq anır. Əl-Əhqafın bu günkü halını görən kimsə, bir zamanlar buralarda şanlı və bir güclü bir mədəniyyətin yaşamış olduğunu düşünə bilməz. Çox ehtimal ki, minlərlə il əvvəl bu bölgələr məhsuldar və yaşıllıq idi. Daha sonra meydana gələn bir iqlim dəyişikliyi səbəbindən buralar bir çöl halına gəlmiş ola bilər. Bu gün isə kimsəsiz bir çöl halındadır. İçərilərinə girməyə kimsə cəsarət edə bilmir. 1943-cü illərdə Bavyeralı bir əsgər bunun cənub kənarına qədər çatmışdı. Bu şəxs anladır: “Hadramutun şimaldakı yüksək təpələrindən aşağıya baxınca bu çöl sanki min fit (İngilis ölçü vahididir. Bir fit = təxminən 30.5 cm) qədər aşağıda görünürdü. Ala-tala ağ qisimləri vardı ki, əgər onlara bir şey düşərsə, o qumun içində yox olub gedir və tamamilə çürüyürdü. Ərəbistan bədəviləri bu bölgədən çox qorxarlar və qətiyyən oraya getməyə cəsarət etməzlər. Bir dəfə heç bir bədəvini razı edə bilmədikdə tək başıma getdim. Buranın qumu sanki toz kimi çox xırdadır. Ucuna ip bağlı bir şaqulu uzaqdan fırlatdım. Beş dəqiqə içərisində dərhal qumun içinə gömüldü. İpin uc qismi isə çürümüşdü”. (Daha artıq məlumat üçün bxz: Arabia and Isles Harold Ingrams, London, 1946, The Empty Quarter, Philby, London 1933. The Unveiling of Arabia, R.H. Kirnan, London, 1937). [11]
Rəbbimiz Əhqaf xalqının başına gələn fəlakəti xatırlatdığı bu bölmə ilə Məkkə kafirlərini qorxudır. Belə ki, həlak etdiyi bu qövmün, qüvvət və fiziki quruluşca özlərindən daha üstün olduğunu bildirmişdir. Onlara: “Onlar, mal-mülk, qüvvətcə sizdən daha üstün idilər. Amma qüvvətcə üstün olmalarına baxmayaraq, Allahın cəzalandırmasından xilas ola bilməmişdilər. Belə olduqda, sizin halınız necə olur?” – şəklində ismarıc verilmişdir.
Bəhs edilən qövmün Məkkə müşriklərindən daha güclü olduğu Quranda müxtəlif surələrdə ifadə edilmişdir:
- 74Halbuki, Biz onlardan əvvəl, mal və nümunəcə daha gözəl necə nəsilləri/əsrlərlə yaşamış xalqları dəyişikliyə/dağıntıya uğratdıq. (Məryəm/74)
- 82Daha yer üzündə gəzərək, baxmazlarmı ki, özlərindən öncəkilərin sonu necə olmuşdur? Onlar özlərindən həm daha çox, həm də qüvvətcə və yer üzündəki əsərlərinin sağlamlığı baxımından daha sərt idilər. Lakin o qazandıqları şeylərin onlara bir faydası olmadı. (Mömin/82)
26-cı ayədəki “Onlara da qulaqlar, gözlər və duyğular qılmışdıq [vermişdik]. Buna rəğmən qulaqları, gözləri və duyğuları onlara heç bir fayda verə bilmədi/özlərindən heç bir şeyi uzaqlaşdıra bilmədi. Çünki onlar Allahın ayələrini bilə-bilə inkar edirdilər. Lağ etdikləri şey də onları sarıb bürüdü” ifadəsi Ad qövmünə hər cür nemətin və fürsətin verildiyini açıqlayır. Təəssüf ki, bu cəmiyyət özlərinə verilən nemət və fürsəti dəyərləndirməmişdir.
Ad qövmü ilə əlaqədar detal Əraf, Hud, Şüəra, Ənkəbud və Fussilət surələrində yer alır:
- 66Sonra da alçaq meymunluğu çağdaşlarına və sonrakılara müdhiş bir dərs və Allahın qoruması altına girənlər üçün bir nəsihət/öyüd etdik. (Bəqərə/66)
- 13Buna baxmayaraq, onlar yenə üz çevirirlərsə, dərhal de ki: “Mən sizi Ad və Səmudun ildırımına bənzər bir ildırıma qarşı xəbərdar etdim”.
- 14Həmçinin onlara: “Allahdan başqasına qulluq etməyin!” – deyə önlərindən/arxalarından [hər yanlarından] elçilər gəlmişdi. Onlar: “Əgər Rəbbimiz istəsəydi, qətiliklə mələklər endirərdi. Buna görə də, biz özü ilə göndərilmiş olduğunuzu qətiliklə, bilərək rədd edənlərik/inanmayanlarıq” – dedilər. (Fussilət/13, 14)
- 18Ona inanmayan insanlar Qiyamətin tez gəlməsini istəyirlər. İnananlar isə ondan qorxuyla titrəyərlər və onun gerçək olduğunu bilirlər. Yaxşı bilin ki, Qiyamətin qopma zamanı haqqında mübahisə edənlər, qətiliklə, geri dönüşü olmayan bir pozğunluq içindədirlər. (Şura/18)
- 41,42Adda da əlamətlər/nümunələr vardır. Bir zaman Biz onların üzərinə uğradığı hər şeyi buraxmayan, sadəcə, onu kül kimi edən, sonsuz buraxan bir külək göndərdik. (Zəriyət/41, 42)
27,28Qətiliklə, Biz sizin qonşularınız olan məmləkətləri dəyişikliyə/dağıntıya uğratdıq. Ayələri, onlar dönsünlər deyə, təkrar-təkrar açıqladıq. Belə isə, Allahın yaratdıqlarından, guya Ona yaxınlığa vəsilə qəbul etdikləri uydurma tanrılar, onların əzabını sovmağa kömək etməli deyildimi? Əksinə, o uydurma tanrılar özlərindən ayrılıb, yox oldular. Bu, onların yalanlarıdır/uydurmaqda olduqları şeydir.
Məkkəli müşriklərə tarixdən örnəklər verildikdən sonra söz yenə o qövmlərin həlak edilmə səbəbinə gətirilərək, keçmişdəki bu qövmlərin aqibətlərindən ibrət almalı olduqları ismarıcı verilmişdir. Qurandan anladığımıza görə, Məkkəlilər özlərinə örnək verilən qədim qövmlər haqqında bir xeyli bilik və sübuta sahib idilər.
- 38Ad və Səmud cəmiyyətlərini dəyişikliyə/dağıntıya uğratdıq. Onların dəyişikliyə/dağıntıya uğramaları onların yurdlarından sizə qətiliklə, bəlli olmuşdur. Və şeytan onlara etdiklərini bəzədi və onları doğru yoldan azdırdı. Halbuki, onlar görüb anlayanlar i (Ənkəbud/38)
Ayədəki “öz ətrafınızda yerləşən məmləkətlər” ifadəsi ilə Yəmən və Şamdakı Ad və Səmud qövmləri qəsd edilmişdir.
Rəbbimiz Məkkə müşriklərinə xəbərdarlıq edərkən qədim qövmlərin də onlar kimi sözdə tanrıları onları Allaha yaxınlaşdırmaları üçün tanrılaşdırdıqlarını açıqlayır. Müşriklərin bu qənaəti dəfələrlə rədd edilmiş və ağıllarını başlarına almaları istənilmişdir.
- 18Onlar Allahın yaratdığı sərvətlərdən, özlərinə nə zərər verməyən və nə də faydası olmayan şeylərə sitayiş edirlər və: “Bunlar Allah qatında bizim köməkçilərimiz/dəstəkçilərimizdir” – deyirlər. De ki: “Siz, Allaha göylərdə və yerdə Onun bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların ortaq qoşduqları şeylərin hamısından münəzzəh və çox ucadır. (Yunus/18)
- 3Diqqətli olun, xalis din sadəcə, Allaha aiddir. Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edənlər dedilər: “Allahın yaratdıqlarından qəbul etdiyimiz köməkçi, yol göstərici, qoruyucu yaxınlar, bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik”. Şübhəsiz ki, onların ayrılığa/anlaşmazlığa düşdükləri şeylərdə, onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz. (Zümər/3)
29O zaman Biz gizli xəfiyyələrdən Quranı dinləmək istəyən bir qrupu sənə yönəltmişdik. Onlar Qurana hazır olduqları zaman: “Susun!” – dedilər. Sonra Quranı dinləyincə də, bir-bir xəbərdaredici olaraq, cəmiyyətlərinə döndülər.
30–32Onlar: “Ey qövmümüz! Şübhəsiz ki, biz Musadan sonra endirilən və sadəcə içində olan mövzuları təsdiq edən, haqqa və dosdoğru yola bələdçi olan bir kitab dinlədik. Ey qövmümüz! Allahın dəvətçisinə qarşılıq verin və ona iman edin ki, Allah günahlarınızı bağışlasın və sizi acı bir əzabdan qurtarsın. Hər kim Allahın dəvətçisinə qarşılıq verməzsə, bilsin ki, yer üzündə Allahı aciz buraxacaq deyildir. Onun üçün Allahın yaratdıqlarından köməkçi, yol göstərici, qoruyucu yaxın olan kəslər də yoxdur. Bax budur, onlar açıq-aşkar bir pozğunluq içərisindədirlər” – dedilər.
Daha əvvəl Cinn surəsində öz istəkləriylə Quran dinlədikləri bildirilən “əcnəbilər” mövzusuna bu ayələrdə də qısaca toxunulmuşdur. Bəhs edilən bu “əcnəbilər” dinlədikləri Qurandan təsirlənmişlər və ölkələrinə dönüncə də qəbul etdikləri haqq və həqiqəti öz cəmiyyətlərinə bildirmişdilər. Ayələr tamamilə açıq olub, hər hansı bir izah tələb etmir.
Burada bəhs edilən cinlərlə əlaqədar olaraq klassik qaynaqlarda ağlasığmaz hekayətlər yer alır. Allahın izniylə bu mövzuya aid təsbitlərimiz, inancımız sağlam və qətidir. Qısaca xatırlatmaq gərəkirsə, burada bəhs edilən “cindən bir qrup” Yəsribdən Məkkəyə gələrək gizlicə Rəsulullahla görüşüb ondan Quran dinləyən, sonra da Akabe görüşmələrinin və hicrətin zəminini hazırlayan Yəsriblilərdir [Mədinəlilərdir]. Bu Mədinəli qrupun 30-32-ci ayələrdə yer alan söhbətinin məqamları da yenə Cinn surəsindədir. Buna görə də, o söhbətin tərcüməsini verməklə kifayətlənir, ayələrin təhlilinin oradan oxunmasını məsləhət görürük.
- 1–2De ki: Mənə vəhy edildi ki, şübhəsiz, xaricilərdən ibarət olan bir qrup Quranı dinləyəndən sonra: “Şübhəsiz ki, biz kamala yetməyə bələdçilik edən, heyrətləndirici bir Quran dinlədik. Buna görə də, biz ona iman etdik və Rəbbimizə heç bir şeyi qətiyyən şərik qoşmayacağıq” – dedilər. 3Doğrusu budur ki, Rəbbimizin şanı çox ucadır. O, özünə nə bir qadın yoldaş və nə də bir övlad yaratmamışdır.
- 4Və heç şübhəsiz, “bizim kəmağıllı”, Allah haqqında yalan, uydurma şeylər söyləyirmiş. 5Doğrusu biz tanıdığımız-tanımadığımız hər insanın Allah haqqında qətiyyən yalan söyləməyəcəyinə inanırdıq.
- 6Həqiqətən də, insdən; çox yaxşı tanıdığımız insanlardan bəziləri, cindən; tanımadığımız, yad insanlardan bəzilərinə sığınırdılar. Beləliklə də, o yad insanlar, onların azğınlıqlarını, axmaqlıqlarını artırırdılar.
- 7Həqiqətən də onlar, sizin inandığınız kimi, Allahın qətiyyən kimsəni peyğəmbər göndərməyəcəyinə/diriltməyəcəyinə inanmışdılar.
- 8Və həqiqətən biz göyə toxunduq və onun qüvvətli gözətçilər və parlaq alovlarla dolu olduğunu gördük. 9Və heç şübhəsiz ki, biz göydən bir şey eşitmək üçün oturulan yerlərə otururduq. Yaxşı, indi hər kim bir şey eşitmək üçün çalışsa, özünə gözləyən parlaq bir alov tapar. 10Biz də, yer üzündəkilərə pislikmi istənildi, yoxsa Rəbləri onlara bir doğruluqmu dilədi bilmirik.
- 11Şübhəsiz, bizlər… Bizlərdən bir qismi salehlərdəndir, bizdən bəzilərı də bunun aşağısında olanlardır. Biz fərqli-fərqli yollarda idik.
- 12Və tam əmin olun ki, Allahı yer üzündə qətiyyən aciz buraxa bilməyəcəyimizi, qaçmaqla da, Onu qətiyyən aciz buraxa bilməyəcəyimizi yaxşı-yaxşı anladıq. 13Və biz o bələdçini/Quranı dinlədiyimizdə ona iman etdik. Ona görə də kim Rəbbinə inanırsa, o haqqının əskik verilməsindən və haqsızlığa uğramaqdan/axmaq yerinə qoyulmaqdan, özünə gücü çatandan artıq yük yüklənilməsindən qorxmaz.
- 14Və həqiqətən bizim vəziyyətimiz isə… Müsəlmanlar bizdəndir, yanlış/öz zərərlərinə iş edənlər də bizdəndir. Amma kimlər müsəlman oldusa, bax budur, onlar doğruya, gözələ, yaxşıya, gerçəyə getmək istəyənlərdir. 15Amma inanc barəsində yanlış/öz zərərlərinə iş edən kəslərə gəlincə… Onlar da cəhənnəm üçün odun olmuşlar” – demişdilər. (Cinn/1-15)
33Onlar, şübhəsiz, göyləri və yer üzünü yaradan və onları yaratmaqla yorulmayan Allahın ölüləri diriltməyə də qadir olduğunu görmədilərmi/düşünə bilmədilərmi? Bəli, şübhəsiz ki, O, hər şeyə qadirdir.
Mövzu yenə müşriklərən münasibətlərinə gətirilib, oyanmaları üçün onlara “Onla,r şübhəsiz ki, göyləri və yer üzünü yaradan və onları yaratmaqla yorulmamış olan Allahın ölüləri diriltməyə də qadir olduğunu görmədilərmi?” – deyə soruşulmuşdur. Bunun cavabı: “Əlbəttdə gördülər. Həm də çox gördülər, hələ də görürlər” – şəklindədir.
Ayədəki “yaradan və onları yaratmaqla yorulmamış olan Allah” ifadəsi ilə Yəhudilərin “Allahın yeddinci gün dincəldiyi” inancı rədd edilir, Allahın yorulmadığı, zəifləmədiyi vurğulanır.
- 38Və tam əmin olun ki, Biz göyləri, yeri və ikisi arasında olanları altı mərhələdə əmələ gətirdik. Və Bizə heç bir yorgunluq toxunmadı. (Qaf/38)
Mövzuya aid detal Qaf surəsinin təhlilində verilmişdir.
33-cü ayənin məqsədi Allahın göy üzü və yer üzünü yaratmış olmasını, Özünün öldükdən sonra diriltməyə qadir olduğuna sübut göstərməkdir. Rəbbimiz surənin baş qisimlərində Özünün göylərin və yer üzünün yaradıcısı olduğunu bildirmişdi. Göyləri və yeri yaratmağın öldükdən sonra insanı yenidən həyata döndərməkdən daha çətin və daha böyük bir iş olduğu hər kəs tərəfindən qəbul edilir. Bundan hərəkətlə, “Elə isə, ən çətin və ən mükəmmələ güc çatdıran, daha asanına və daha azına güc çatdırmazmi?” ismarıcı verilərək insanlar düşünməyə dəvət edilir.
- 57Əlbəttə, göylərin və yerin yaradılması insanların yaradılmasından daha mürəkkəbdir. Amma insanların çoxu bilmirlər. (Mömin/57)
- 15Yaxşı, Biz ilk əmələ gətirməkdə acizlikmi göstərdik? Xeyr, amma onlar yeni bir yaranışdan şübhə içindədirlər. (Qaf/15)
34Kafirlərin atəş üzərinə yayılacaqları gün: “Bu, gerçək deyilmiymiş?” Onlar da: “Bəli, gerçəkmiş. Rəbbimizə and olsun!” – dedilər. Allah: “O halda, bilərək rədd edib durduğunuza/ inanmadığınıza görə indi dadın əzabı!” – dedi.
Bezmədən, yorulmadan ağılsızlıq edən müşriklərə, bu ayədə belə bir axirət səhnəsiylə xəbərdarlıq edilir:
- Bu, gerçək deyilmiymiş?
- Əlbəttə [gerçəkmiş]. Rəbbimizə and olsun!
- O halda inkar edib, durduğunuza görə indi dadın əzabı!
35Artıq elçilərdən əzm sahiblərinin səbr etdikləri kimi sən də səbr et! Onlar üçün tələskən olma. Sanki, onlar özlərinə vəd edilən şeyi gördükləri gün dünyada sadəcə gündüzün bir saatı qədər qalmış kimidirlər. Bu, bir təbliğdir. Artıq haqq yoldan çıxanlar kütləsindən başqa kimsə dəyişikliyə/dağıntıya uğradılarmı?
Rəbbimiz rəhmətinə uyğun olaraq bu qədər ayə detallandırmasına rəğmən müşriklərin inadlarının davam etməsindən sonra elçisini təsəlli edərək: “Artıq elçilərdən əzm sahiblərinin səbr etdikləri kimi sən də səbr et! Onlar üçün tələskən olma!”, yəni “Necə səndən əvvəlki peyğəmbərlər qövmlərinin əziyyət, müxalifət və pis davranışlarına qarşı illərlə bezmədən, yorulmadan mübarizə etmişlərsə, sən də eynilə onlar kimi mübarizəyə davam et! Bunların dərhal iman edəcəyini, əgər iman etməzlərsə, Allahın onlara dərhal əzab endirəcəyini də heç düşünmə! Onlar öz sonları gəlincə, bu dünyada bir saat qalmış kimi olacaqlar. Heç yaşamamış kimi olacaqlar və etdiklərinə peşman olacaqlar”.
- 47De ki: “Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə anidən və ya açıq-aşkar gələrsə, şərik qoşaraq, səhv edənlər/öz zərərlərinə iş edənlər qövmündən başqasımı dəyişikliyə/dağıntıya uğradılmış olar?” (Ənam/47)
Ayədə keçən “العزم اولوا ulü’l-əzm” ifadəsi, “qərarlı və səbir sahibi” deməkdir. Klassik qaynaqlarda peyğəmbərlərdən hansılarının “ulü’l-azm” olduğu barəsində bir-birindən fərqli bir çox nəql vardır. Kimisi üçü, kimisi beşidir demişlər və bəzi adlar zikr etmişdilər. İçlərində peyğəmbərlərin hamısının “ulü’l-azm” olduğunu söyləyənlər də vardır. Ancaq ayədəki “من الرّسل minər-rusuli” ifadəsindəki “من min” ədatı, “تبعيض təb’ıd [bütündən qoparma”] mənası ehtiva etdiyindən peyğəmbərlərin hamısının “ulü’l-azm” olmadığı anlaşılır.
Bizim qənaətimizə görə, Quranda yer alan peyğəmbərlərdən Adəmdən (əs) və Yunusdan (əs) başqalarının hamısı “ulü’l-əzm” peyğəmbərdir. Haqlarındakı bu iki ayəyə görə bu iki peyğəmbərin “ulü’l-əzm” olmadıqları rahatlıqla söylənə bilər.
- 48Elə isə Rəbbinin qərarı üçün səbr et, bədbinliyə düçar olmuş insan kimi olma. O zaman ki, o, bir dəfə hədsiz bədbinliyə düçar olduğunda, Rəbbinə səslənmişdi. 49Əgər Rəbbindən ona bir yaxşılıq yetişməsəydi, qınanmış bir halda, boş bir yerə atılacaqdı. 50Ancaq, Rəbbi onu seçdi, sonra da yaxşılardan biri etdi. (Qələm/48-50)
- 115Və and olsun Biz bundan əvvəl Adəmdən söz aldıq, lakin o ağlından çıxardı, etmədi və Biz onda bir qərarlılıq görmədik. (Ta Ha/115)
Giriş bölməsində də qeyd etdiyimiz kimi, surənin bu son ayəsinin Mədəni olduğu rəvayət edilir. Bölmədən göründüyü kimi, ayə bölməyə həm məna, həm də texniki olaraq uyğundur. Həmçinin mövzusu və üslub etibariylə də Məkki ayələr ilə uyuşur. Bunlar nəzərə alındığında, bu ayənin Mədəni olması uzaq bir ehtimaldır.
Ən doğrusunu Allah bilir!
[1] Süyuti; el-İtkan.
[2] Tağlip, bir alakadan dolayı bir kelimeyi başqa bir manayı da içinə alacaq şekilde kullanmak demekdir. Ata ilə anneye “Ebeveyn” deyilmesi kimi. “Ata” sözü, tağlip sanatıyla “Anne”yi de içine alacaq şekildə “Ebeveyn” olaraq ifade edilir.
[3] Razi; el Mefatihu’l Gayb.
[4] Razi; el-Mefatihu’l Gayb.
[5] Derveze; et-Tefsirü’l Hadis.
[6] Razi; el Mefatihu’l Gayb.
[7] Razi; el Mefatihu’l Gayb.
[8] Razi; el Mefatihu’l Gayb.
[9] Lisanü’l Arab, c. 2, s. 525, hgf mad.
[10] Kurtubi; el Camiu li Ahkamıl Kuran.
[11] Mevdudi; Tefhimü’l Kuran.