NƏHL SURƏSİNİN TƏBYİNİ

Nəhl surəsi Məkkədə enən 70-ci surə olub, adını 68-ci ayədəki “ النحل ən-Nəhl [bal arısı]” sözündən almışdır. İçərisində Allahın qullarına lütf etdiyi nemətlərin bir çoxunun xatırladıldığına görə “نعام Niam [Nemətlər]” surəsi deyə də anılır. Surənin 41, 90, 106, 110, 112, 126-128-ci ayələrinin Mədəni olduğuna dair nəqllər mövcuddur. [1] Surədə, vəhyin ilk enişindən bu yana dində formalaşmış olan [...]

KƏHF SURƏSİNİN TƏBYİNİ

Kəhf surəsi Məkkədə enən 69-cu surə olub, adını 9-cu ayədəki “Kəhf [böyük mağara]” sözündən alır. 1-8, 28, 107-110-cu ayələrin Mədəni olduğuna dair nəqllərdən də bəhs edilir. [1] Surə Quranın salihatı işləyən möminlərə cənnəti müjdələmək, şirk qoşanları da xəbərdar etmək üçün endirildiyinin açıqlanmasıyla başlayır. Rəsulullahın əhval ruhiyyə verilib, təsəlli edilməsiylə davam edən surədə üç ana möcüzəvi hadisəyə toxunulur.[...]

ĞAŞİYƏ SURƏSİNİN TƏBYİNİ

“غاشية Ğaşiyə” surəsi Məkkədə enən 68-ci surədir. Adını 1-ci ayədəki “Ğaşiyə [Bürüyən]” sözündən almışdır. Bu surədə də yenə möminlərin və müşriklərin axirətdəki vəziyyətləri ələ alınmışdır. Afaqdakı [kainatdakı, xarici aləmdəki] bir çox ayəyə işarət edilərək müşriklərdən ağıllarını başlarına almaları istənmiş, Rəsulullaha isə əsl vəzifəsi xatırladılaraq, insanlara öyüd verməsi əmr edilmişdir. Mətnindən anlaşıldığına görə, surə bir dəfəyə tam halda[...]