CİNN SURƏSİNİN TƏBYİNİ

Cin Surəsinə “ قل اوحى  Qul uhıyə” surəsi də deyilir. Surənin Məkkədə enən 40–cı surə olduğu qəbul edilir. Adını 1–ci ayədə keçən “ الجنّ əl–Cinn” sözündən almışdır. Surənin ilk bölməsində məlumat verilir ki, Məkkəyə kənardan gələn bir qrup əcnəbi Quranı dinləmiş, dinlədikləri Qurandan təsirlənmiş və öz yurdlarına inanmış olaraq dönmüşlər. Döndükdən sonra da Qurandan öyrəndikləri həqiqətləri və qədim inanclarının [...]

SAD SURƏSİNİN TƏBYİNİ

Sad surəsi Məkkədə nazil olan 38–ci surədir. Adını 1–ci ayədəki ص [sad] kəsik hərfindən almışdır və özündən öncəki surələrin davamı xüsusiyyətindədir. Sad surəsində də, digər Məkki surələrdə olduğu kimi, inanc əsasları üzərində durulur və Quranın dəlil göstərilməsiylə başlayan surədə, müşriklərin Peyğəmbərimizə qarşı müxalif tövrləri dilə gətirilmiş və qədim tarixlərdə yaşanmış qövmlərin həyatlarından bəzi fraqmentlər verilmişdir. Həmçinin, Quranda[...]

QƏMƏR SURƏSİNİN TƏBYİNİ

Surə adını 1–ci ayədə keçən القمر [əl–Qəmər] sözündən almışdır. Mukatil kimi bəzi Quran alimləri, surənin 44–46–cı ayələrinin Mədəni olduğunu irəli sürmüşlər, lakin bu ayələrin yerləşdiyi bölmənin söz axışındakı uyumdan, bu görüşün doğru olmadığı asanlıqla anlaşılır. Bu surədən əvvəlki Tariq surəsində kafirlərin qurduqları tələ barəsində söhbət açılmışdı.  Bu surədə həmin kafirlərə xəbərdarlıq olunmasına davam edilmiş və axirətə inanmaları[...]