ƏBƏSƏ SURƏSİNİN TƏBYİNİ

Əbəsə surəsi Məkkədə nazil olan 24–cü surədir. Bu surə, məxsusi olaraq sübut edir ki, Quran ayələri peyğəmbərimizin öz düşüncələrinin məhsulu deyil. Bu surədə, ancaq XX əsrdə və inkişaf etmiş alətlərin köməyi ilə ortaya çıxmış bioloji həqiqətlərdən bəhs edilərək, bir möcüzə ortaya qoyulur. Surədə, ictimai çevriliş sayılacaq xüsusiyyətdə olan qaydalar ortaya qoyulur və insanlığa edilən xəbərdarlıqlara davam edilir. [...]

NƏCM SURƏSİNİN TƏBYİNİ

Nəcm surəsi Məkkədə nazil olan 23–cü surədir. Surənin endiyi dövrdə, atalarının dinindən və axirəti yalan saymaqdan əl çəkməyən müşriklərin, onları xəbərdar edən peyğəmbərə və ona inanan bir qisim insanlara etdikləri dözülməz işgəncələr hələ də davam edirdi. Ona görə də peyğəmbərimiz, tarixi mənbələrə görə 16 nəfərlik bir Müsəlman qrupunu Həbəşistana göndərmişdi [Birinci Həbəşistan hicrəti]. Məkkədəki Müsəlmanların sayı isə[...]

İXLAS SURƏSİNİN TƏBYİNİ

İxlas surəsi Məkkədə nazil olan 22–ci surədir. Surə, sadəcə Allahın sifətlərindən bəhs etdiyi üçün Ona, təsis edilmiş olaraq qəbul edilmiş və surəyə “Allahın birliyini xalis qılmaq” mənasında “İxlas” adı verilmişdir. Bu adla yanaşı surə, “ معرفة mə rifətun [bilik], توحيد tövhiid [birləmə], əsas [təməl], nicat [qurtuluş], انّور ən–nur [aydınlıq, işıq], تجريد təcriid [mücərrəd etmə], vəlayət [Allah ilə[...]