QƏDR SURƏSİ

MƏKKƏ DÖVRÜ Nəcm: 45 1Şübhəsiz, Biz dəyərli səhifələr içindəki Quranı Qədr gecəsində endirdik. 2Qədr gecəsi nədir – sənə nə bildirdi/öyrətdi? 3Qədr gecəsi min aydan daha xeyirlidir. 4,5Xəbərçi ayələr[1], içlərindəki ruh... can qatan, canlı tutan gücləri ilə[2] Rəblərinin izni ilə/biliyinə uyğun olaraq, o şəfəq sökülənə qədər/aydınlığa qovuşana qədər enərlər... hər bir işdən... Salam![3] (25/97, Qədr, 1–5)   [1]Məlaikə [...]

ƏBƏSƏ SURƏSİ

MƏKKƏ DÖVRÜ Nəcm: 42 1,2Elçi, yanına o kor adam gəldi deyə, sifətini turşutdu və üzünü çevirdi. 3,4Nə bilirsən, bəlkə o da arınıb təmizlənəcək, bəlkə öyüd alar və bu öyüd ona faydalı olar. 5–7Özünün heç nəyə ehtiyacının olmadığını görən o adama gəlincə də... onun arınmamasından sən bir məsuliyyət daşımadığın halda, sən ona yönəlirsən. 8–10Amma! Biliklə, sevgi ilə, hörmətlə[...]

NƏCM SURƏSİ

MƏKKƏ DÖVRÜ Nəcm: 37 1Qrup-qrup enmiş ayələrin hər birinin enməsini sübut göstərirəm ki, 2yoldaşınız azmamışdır, çaşmamışdır. 3O, boş dünyəvi arzusundan da danışmır. 4Onun sizə söylədikləri – enən o ayə qrupları, ona vəhy edilən vəhydən başqa bir şey deyildir. 5Yoldaşınıza o danışdıqlarını müdhiş qüvvətləri olan, üstün ağıl sahibi, hegemonluq qurmuş[1] olan öyrətdi. 6,7Və müdhiş qüvvətləri olan, üstün ağıl[...]