ŞƏMS SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 46

1–10Quran və onun ictimai maariflənməsini, Qurana tabe olan Rəsul və möminləri, Quranın nuru ilə nurlanan cəmiyyətləri, Quran nurundan məhrum olan cəmiyyətləri, bilikliləri və bilikliləri ucaldan bilikləri, qatı cahilləri və onları bu hala salan qayda və anlayışları, mənliyini tapmış insanları və mənliklərini tapmağa vadar edən amilləri[1] ki, Allah ona qəzəblənmək və özünümüdafiə instinktlərini/günah etmək və “Allahın himayəsi altında olmaq” qabiliyyətlərini ilham etdi, sübut göstərirəm ki, nəfsini pak edən/təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilərək rədd edən isə, əmin olun ki, zərərə uğramışdır”.

11Səmud azgınlığı ucbatından yalan saydı. 12Axirətdə ən bədbəxt olacaq olanları/başçıları vəzifəni qəbul edib getdiyi zaman, 13Allahın elçisi onlara demişdi ki: 14“Allahın dəvəsinin əhəmiyyətini anlayın!” və “Onun su içməsini, yaşamasını təmin edin!”[2]

15,16Lakin onlar, onu yalan saydılar, bunun nəticəsindən də qorxmayaraq, Allahın dəvəsini, bud damarlarını kəsərək öldürdülər. Rəbləri də günahları ucbatından onları dəyişikliyə/dağıntıya məruz qoydu, sonra da yerlə yeksan etdi.

(26/91, Şəms/1–16)

 

[1]Ayədəki sözlərin “doğru” mənası belədir: – “Günəşə və onun parıltısına, onu izlədiyi zaman Aya, ona parlaqlıq verdiyi zaman gündüzə, onu sarıyıb, örtərkən gecəyə, göyə və onu yaradana, yer üzünə və onu yuvarlaq olaraq döşəyənə, nəfsə və onu nizamlayana, ki, O, ona fücurunu və təqvasını ilham etdi…” – şəklindədir. Biz Tərcümədə məcaz mənalarını təqdim etdik.

[2]Burada “sosial yardım və dəstək qurumları” Allahın dəvəsi, bu qurumları yaşatmaq üçün çalışmaq da dəvənin sulanması olaraq xarakterizə edilmişdir. Dəvənin inciklərinin kəsilməsi də, bu qurumların yaşaması üçün lazım olan zəkat/vergi, rüsumlar və s. kimi gəlir qaynaqlarının yox edilməsidir. Quran keçmiş ümmətlərə aid hökmləri simvolik ifadə ilə verərkən, özü, müxatiblərinə bu mövzunu “Salaat, salaatın iqaməsi və zəkat vermək” ifadələri ilə qanunlaşdırılmışdır.