MÖMİN SURƏSİNİN TƏBYİNİ

Surənin Məkkədə enən 60-cı surə olduğu qəbul edilir. Bu surə adını 28-45-ci ayələrdə Firon ailəsindən biri olduğu bildirilən “ مؤمن Mömin [İnanan Bir İnsan]” sözündən almışdır. Rabbimizin üçüncü ayədə keçən “غافر Ğafir [Bağışlayan]” sifətinə görə surəyə “Ğfir surəsi” də deyilir.

Bəziləri 56, 57-ci ayələrin Mədəni olduğunu irəli sürmüşdülər. [1] Surənin ana xətti, Zümər surəsində olduğu kimi, Quran və tövhid inancıdır. Bu surədə də kafirlərin Qurana qarşı inadkar münasibətləri qınanmış, insanlara daima tövhid inancı öyüdlənmiş, keçmişdən ibrətamiz nümunələr verilmişdir. Həmçinin surədə axirətə aid qorxunc səhnələr sərgilənmişdir. Surə Zümər surəsinin davamı və tamamlayıcısı kimidir. Nüzul sırasına uyğun olaraq rəsmi düzülüşdə də Zümər surəsinin dərhal ardınca tərtib edilmişdir. 

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN 

MƏKKƏ DÖVRÜ

Nəcm: 229

 

1Ha/8, Mim/40.

2,3Bu kitabın endirilməsi, çox güclü, ən yaxşı bilən, günahı bağışlayan, tövbəni qəbul edən, əzabı çox çətin olan, bol nemət/ikram sahibi Allah tərəfindəndır. Ondan başqa, tanrı deyə bir şey yoxdur. Dönüş, yalnız və yalnız Onadır.

4Allahın ayələri haqqında sadəcə, kafirlər mübahisə edir. O halda onların, diyarlar içində dönüb dolaşmaları səni aldatmasın.

5Onlardan öncə Nuh qövmü və onlardan sonrakı bəzi müxalif qruplar yalan saydılar. Hər ümmət öz elçilərini yaxalamaq üçün cəhd etdi/onunla haqqı batillə ləğv etmək üçün mübahisə etdilər. Mən də onları yaxaladım. Bax budur, əzabım necə oldu?

6Və bax budur, beləliklə, kafirlər üzərinə Rəbbinin: “Şübhəsiz onlar atəşin əhlidir” – sözü haqq oldu.

(60/40, Mömin/1–6)

Nəcm: 230

 

7–9Ən böyük taxtı daşıyan, bir də ən böyük taxtın çöl kənarından olan insanlar Rəbbinin tərifi ilə birlikdə, Onu nöqsan sifətlərdən münəzzəh qılırlar və Ona inanırlar. İman edənlər üçün bağışlanma diləyərlər: “Rəbbimiz! Sən mərhəmət və biliklə hər şeyi əhatə etdin. Onun üçün tövbə edən və Sənin yoluna uyan insanları bağışla və onları cəhənnəmin əzabından qoru! Rəbbimiz! Onları və onların atalarından, zövcələrindən və soylarından saleh olan insanları özlərinə vəd etdiyin Ədn cənnətlərinə girdir. Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz özüsən. Onları pisliklərdən qoru. Və Sən hər kimi pisliklərdən qoruyursan, artıq o gün əlbəttə ki, ona mərhəmət etmisən. Bax budur, bu, böyük qurtuluşun məhz özüdür”.

(60/40, Mömin/7–9)

Nəcm: 231

 

10Şübhəsiz kafirlərə səslənilir: “Əlbəttə, Allahın nifrəti, özünüzə nifrətinizdən daha böyükdür. Belə ki, siz imana dəvət olunduğunuzda küfr edirdiniz”.

11Kafirlər dedilər ki: “Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə diriltdin. Artıq günahlarımızı etiraf etdik. İndi bir çıxış yolu varmı?”

12Bax budur, bu, buna görədir! Siz, “bir və tək” olan Allaha dəvət edildiyiniz zaman küfr etdiniz/inanmadınız. Ona ortaq qoşulunca da, inandınız. Artıq hökm, o çox uca və çox böyük Allahındır.

(60/40, Mömin/10–12)

Nəcm: 232

13Allah sizə əlamətlərini/nümunələrini göstərən, sizin üçün göydən bir ruzi endirəndir. Və ancaq könüldən yönələnlər öyüd alırlar.

14Belə isə, kafirlər xoşlanmasa da, dini sadəcə Ona aid qılaraq, Allaha dua edin.

15O, dərəcələri yüksəldəndir, ən böyük taxtın/ən yüksək mövqenin sahibidir. O, görüşmə günü haqqında xəbərdar etmək üçün Öz əmrindən/Öz işindən olan vəhyi qullarından dilədiyinə verir.

16O görüşmə günü onlar meydana çıxarlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. “Bu gün mülk kimindir?”, “Sadəcə tək və qəhredici olan Allahındır!”

17Bu gün hər insan qazandığının qarşılığını alacaqdır. Bu gün haqsızlıq deyə bir şey yoxdur. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.

18Yaxınlaşan gün haqqında da onları xəbərdar et. O zaman qəlblər udqunaraq/dəhşətdən ürpərərək qırtlaqlarına dayanmışdır. Şərik qoşmaqla səhv/öz zərərlərinə iş edənlər üçün nə yaxın bir dost vardır, nə də itaət ediləcək bir köməkçi, dəstəkçi, minnətçi…

19Allah gözlərin xainliyini və qəlblərin gizlətdiyini bilir.

20Və Allah haqqı gerçəkləşdirir. Onların Onun yaratdıqlarından yalvardıqları insanlar heç bir şeyi gerçəkləşdirə bilməzlər. Şübhəsiz ki, Allah ən yaxşı eşidənin, ən yaxşı gö­rənin məhz özüdür.

(60/40, Mömin/13–20)

Nəcm: 233

21Onlar yer üzündə gəzmədilərmi ki, özlərindən öncəki insanların sonlarının necə olduğunu görsünlər. Əvvəlkilər yer üzündə qüvvətcə və əsərcə onlardan daha üstün idilər. Yenə də Allah onları günahlarına görə yaxaladı. Və özləri üçün Allahdan qoruyan biri olmadı.

22Bax budur, bu, buna görədir: Özlərinə elçiləri açıq-aşkar dəlillərlə gəlirdilərsə də, onlar küfr etdilər/inanmadılar. Buna görə Allah da, onları yaxaladı. Şübhəsiz ki, O, güclüdür, cəzalandırmağı çox çətindir.

(60/40, Mömin/21–22)

Nəcm: 234

23,24And olsun, Musanı Firona, Hamana və Qaruna ayələrimizlə və açıq bir dəlil ilə elçi olaraq göndərdiksə də, onlar: “Bu bir sehrbaz, böyük bir yalançıdır” – dedilər.

25Beləcə, Musa qatımızdan onlara bir haqq ilə gəldiyi zaman, onlar: “Musa ilə birlikdə iman edənlərin oğullarını qətl edin/təhsilsiz, təlimsiz buraxıb xüsusiyyətsiz/yararsız bir kütlə əmələ gətirərək gücsüzləşdirin, qadınlarını isə sağ buraxın” –  dedilər. Kafirlərin planı boşa çıxmaqdan başqa bir şey deyildir.

26Və Firon: “Buraxın məni Musanı öldürüm, o da Rəbbini çağırsın. Şübhəsiz ki, mən onun  sizin dininizi dəyişdirməsindən və yaxud yer üzündə qarışıqlıq çıxarma­sın­dan qorxuram” dedi.

27Musa da: “Şübhəsiz ki, mən Hesab gününə inanmayan hər təkəbbürlüdən, mənim Rəbbim və sizin Rəbbinizə sığınıram” dedi.

28,29Və Firon ailəsindən imanını gizlədən bir igid insan: “Bir adamı Rəbbim Allahdır” dediyi üçün öldürəcəksinizmi? Halbuki, o, qətiliklə sizə Rəbbinizdən dəlillərlə gəlmişdir. Və əgər o, bir yalançıdırsa, bir baxarsan ki, onun yalanı öz əleyhinə olmuşdur. Və əgər doğrudursa, sizə etdiyi təhdidlərin bir qismi sizə isabət edər. Şübhəsiz ki, Allah həddini aşan bir yalançıya bələdçi olmaz. Ey qövmüm! Yer üzündə açığa çıxmış olaraq, bu gün idarəçilik sizindir. Yaxşı, əgər gələcək olarsa, Allahın qəzəbindən kim kömək edib bizi qurtarar?” dedi.

Firon: “Mən sizə görüşümdən başqasını göstərmirəm və mən, sadəcə sizə rəşidliyin/ağıllı olmağın yoluna bələdçilik edirəm” dedi.

30–35Yenə o iman etmiş olan insan: “Ey qövmüm! Şübhəsiz ki, mən sizə görə Əhzab gününə bənzər gündən, Nuh qövmünün, Adın, Səmudun və daha sonrakıların başına gələnlərin bənzərindən qorxuram. Və Allah qulları üçün bir haqsızlıq, səhv istəməz. Ey qövmüm! Şübhəsiz ki, mən sizə gələcək o çağırışma/bağırışma/qaçışma günündən – arxanıza dönüb qaçacağınız gündən qorxuram. Sizi Allahdan qoruyan biri yoxdur. Hər kimi də Allah çaşdırırsa, artıq onun üçün bir yol göstərən yoxdur. Və and olsun ki, bundan öncə sizə Yusuf dəlillərlə gəlmişdi. O zaman da, onun sizə gətirdiyi şeylərdə şübhə etmişdiniz. Sonunda o öldüyündə də:  “Bundan sonra Allah qətiyyən elçi göndərməz” – dediniz. Allah özlərinə gəlmiş bir güc olmadan, Allahın ayələri/əlamət­lə­ri/nümunələri haqqında mübahisə edən, həddini aşan, şübhəyə düşənləri bax budur, belə çaşdırır. Bu vəziyyət Allah qatında və iman edənlər yanında nifrət olaraq böyükdür. Bax budur, Allah hər təkəbbürlənən kobudun qəlbi üzərinə damğa basar” – dedi.

36,37Və Firon: “Ey Haman! Səbəblərə – göylərin səbəblərinə çatmağım üçün mənə bir qüllə düzəlt ki, Musanın ilahının nə olduğunu anlayım. Və şübhəsiz, mən onun yalançı olduğu qənaətindəyəm” – dedi. Bax budur, beləcə, Firona əməlinin pisliyi bəzəkli göstərildi və yoldan çıxarıldı. Və Firon sistemi yalnız və yalnız itkiyə/zərərə uğrayıb acı çəkmə içindədir.

38–44Yenə iman etmiş olan o adam: “Ey qövmüm! Mənə tabe olun ki, sizə ağıllı olmağın yoluna bələdçilik edim. Ey qövmüm! Bu bayağı həyat ancaq keçici bir qazancdır. Axirət isə qətiliklə durulacaq yurdun məhz özüdür. Hər kim bir pislik edərsə, ona ancaq etdiyinın bir misli ilə cəza verilir. Və kişi və ya qadın, hər kim mömin olaraq düzəltmək yönündə iş edərsə, artıq onlar orada hesabsızca ruzilən­mək üçün cənnətə girərlər”. Yenə: “Ey qövmüm! Mənə nə olur ki, siz məni atəşə dəvət edərkən, mən sizi qurtuluşa dəvət edirəm! Siz məni Allaha inanmamağa və mənim üçün haqqında heç bir bilik olmayan şeyləri Ona ortaq qoşmağa dəvət edirsiniz. Mən isə sizi, o çox güclü və çox bağışlayıcı olan Allaha dəvət edirəm. Heç inkar edilə bilinməz ki, həqiqətən sizin məni özünə dəvət etdiyiniz şey, dünya və Axirətdə özünə bir çağırış olmayan şeydir. Və şübhəsiz, dönüşümüz Allahadır. Və şübhəsiz, həddi aşanlar, cəhənnəm əhlinin məhz özləridir. Artıq siz mənim sizin üçün söylədiklərimi yaxında xatırlayacaqsınız. Və mən işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah qullarını ən yaxşı görəndir” – dedi.

45,46Sonra Allah o mömini onların qurduqları tələlərin pisliklərindən qorudu. Fironun yaxınlarını isə, əzabın pisi – atəş əhatə etdi. Onlar həmişəlik olaraq, atəşə ərz olunurlar. Qiyamət qopacağı gün isə: “Fironun yaxınlarını əzabın ən şiddətlisinə salın!”

(60/40, Mömin/23–46)

Nəcm: 235

47Və onlar, atəş içində bir-birləri ilə mübahisə edərkən, zəif olanlar yekəxanalıq edənlərə:  “Şübhəsiz, bizlər sizə uyan insanlar idik. İndi siz bizdən atəşdən bir hissəni sovuşdura bilərsinizmi?” – deyərlər.

48Yekəxanalıq edənlər: “Şübhəsiz, həmişə/hamımız onun içindəyik. Şübhəsiz ki, Allah qullar arasında hökmünü vermişdir” – dedilər.

49Və atəş içindəki insanlar cəhənnəm gözətçilərinə: “Rəbbinizə yalvarın ki, bir gün də olsa, bizə verilən əzabı bir qədər zəiflətsin/azaltsın” – dedilər.

50Gözətçilər: “Sizə elçiləriniz açıq dəlilləri gətirmədilərmi?” – deyə soruşarlar. Onlar: “Bəli, gətirmişdilər” – deyərlər. Gözətçilər: “Belə isə, özünüz yalvarın” – deyərlər. Kafirlərin yalvarması, sadəcə, çaşqınlıqdır/boşa çıxmışdır.

(60/40, Mömin/47–50)

Nəcm: 236

51Şübhəsiz, Biz elçilərimizə və iman edənlərə bu bəsit dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik.

52O gün şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlərə üzr istəməkləri yararlı ola bilməz. Və onlara kənarlaşdırılaraq məhrum buraxılma vardır, yurdun ən pisi də onlar üçündür.

53,54Və and olsun ki, Biz təmiz ağıl sahiblərinə bir yol göstərici və bir xatırlatma olmaq üçün Musaya “yol göstərmə” verdik və İsrailoğullarına o kitabı miras buraxdıq.

55O halda səbr et. Şübhəsiz, Allahın vədi haqdır. Günahın üçün əfv edilmə istə, həmişəlik olaraq, Rəbbini öyməklə birlikdə, Onu bütün nöqsanlıqlardan münəzzəh qıl.

56Şübhəsiz, özlərinə gəlmiş qəti bir dəlil olmadan, Allahın ayələri/əlamət­lə­ri/nümunələri haqqında mübahisə edənlər… Onların qəlblərində ancaq çata bilmə­yə­cəkləri bir təkəbbür vardır. Sən   dərhal Allaha sığın. Şübhəsiz ki, O, ən yaxşı eşidən və ən yaxşı görəndir.

57Əlbəttə, göylərin və yerin yaradılması insanların yaradılmasından daha mürəkkəbdir. Amma insanların çoxu bilmirlər.

58Və kor ilə görən eyni olmaz. İman etmiş və düzəltmək yönündə işlər etmiş olanlar və pislik edənlər də eyni deyildir. Nə qədər də az düşünürsünüz!

59Şübhəsiz, o qiyamətin qopma anı, əlbəttə ki, gələcəkdir. Buna heç şübhə yoxdur. Lakin, insanların çoxu buna inanmırlar.

60Və sizin Rəbbiniz: “Mənə yalvarın, dua edin ki, sizə qarşılıq verim. Şübhəsiz, Mənə qulluq etməkdən yekəxanalıq edən insanlar yaxında xor görülmüş olaraq, cəhənnəmə girəcəkdirlər” – dedi.

61Allah içində dincələsiniz deyə, gecəni, göz açıcı bir aydınlıq olaraq da, gündüzü sizin üçün nizamlayandır. Şübhəsiz, Allah insanlara qarşı bir ərməğan sahibidir. Lakin, insanların çoxu verilən nemətlərin qarşılığını ödəməzlər.

62Bax budur, hər şeyin yaradıcısı Rəbbiniz – Allah budur. Ondan başqa tanrı deyə bir şey yoxdur. O halda necə olur ki, döndərilirsiniz!

63Bax budur, Allahın ayələrini bilə-bilə inkar edənlər belə döndərilirlər.

64Allah sizin üçün yer üzünü bir qərargah, göyü də bir bina edən, sizə şəkil verən ki, şəkillərinizi necə də gözəl vermişdir və sizi təmiz şeylərdən ruziləndirəndir. Bax budur, O – Rəbbiniz Allahdır. Bax budur, aləmlərin Rəbbi olan Allah nə səxavətlidir!

65O, diridir. Ondan başqa tanrı deyə bir şey yoxdur. Ona görə də, dini yalnız Onun üçün münəzzəh qılaraq Ona dua edin. Bütün təriflər yalnız aləmlərin Rəbbi Allahadır, başqası öyülə bilməz.

66De ki: “Mənə Rəbbimdən açıq-aşkar dəlillər gəldiyi zaman, şübhəsiz, mənə sizin Allahı buraxıb, o sitayiş etdiklərinizə qulluq etmək, qətiliklə, qadağan edildi və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olundu. 67O, sonra güclü qüvvətli bir çağa yetişməyiniz, sonra da ixtiyarlar olmağınız, adı qoyulmuş bir müddətə çatma­ğı­nız, həmçinin ağlınızı istifadə etməyiniz üçün sizi bir torpaqdan, sonra bir nütfədən, sonra bir embriondan əmələ gətirəndir. Sonra O, sizi zəif, balaca bir uşaq olaraq çıxarır. Sizdən kimisi daha öncə vəfat etdirilir/keçmişdə etdikləriniz və etməli olduğunuz halda etmədikləriniz bir-bir xatırladılır. 68O, yaşadır və öldürür. Artıq O, bir əmr gerçəkləşdirincə, artıq ona sadəcə ‘Ol!’ deyər və o, dərhal olur”.

(60/40, Mömin/51–68)

Nəcm: 237

69–76Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi/heç düşünmədinmi? Necə də döndərilirlər? Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayanlar əlbəttə, irəlidə boyun­ların­da halqalar və zəncirlər olaraq qaynar suya salınıb, sonra atəşdə yandırılarkən, biləcəklər. Sonra onlara: “Allahın yaratdıqlarından ortaq qoşduğunuz şeylər haradadır?” – deyilər. Onlar: “Bizdən yox olub, getdilər. Əslində biz, onsuz da əvvəldən heç bir şeyə yalvarmırdıq” – deyərlər. Bax budur, Allah kafirləri belə azdırır: “Bax budur, bu, yer üzündə haqsız yerə lovğalandığınıza və təkəbbürləndiyinizə görədir. Orada həmişəlik qalmaq üçün cəhənnəm qapılarına girin!” Bax budur, yekəxanalıq edənlərin dayanacağı necə də pisdir!

(60/40, Mömin/69–76)

Nəcm: 238

77Artıq sən səbr et! Şübhəsiz ki, Allahın vədi haqdır. Artıq onlara etdiyimiz təhdidin bir qismini sənə göstərsək də və ya səni vəfat etdirsək də/keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdırsaq da, onlar yalnız və yalnız Bizə döndəriləcəklər.

78Və and olsun ki, Biz səndən öncə necə elçilər göndərdik. Onlardan kimini sənə an­latdıq, kimini də anlatmadıq. Heç bir elçi Allahın izni/biliyi olmadan bir əlamət/nümunə gətirə bilməz. Artıq Allahın əmri gəlincə də, haqq ilə gerçəkləş­di­rilir. Batilə uyanlar, bax budur, burada itkiyə, zərərə uğrayıb acı çəkdilər.

(60/40, Mömin/77–78)

Nəcm: 239

79,80Allah onlardan bir qisminə minəsiniz deyə, sizin üçün heyvanları yaradan, nizamlayandır. Onların bir qismindən də yeyirsiniz. Və sizin üçün onlarda daha necə mənfəətlər vardır. Və Allah onların üzərində könüllərinizdəki bir arzuya çatarsınız deyə, heyvanları yaradandır, nizamlayandır. Və siz onlar üzərində və gəmilər üzərində daşınırsınız.

81Və Allah sizə əlamətlərini/nümunələrini göstərir. Yaxşı, indi Allahın əlamətləri­nin/nü­­munələrinin hansını tanınmaz hala gətirirsiniz?

(60/40, Mömin/79–81)

Nəcm: 240

82Daha yer üzündə gəzərək, baxmaz­lar­mı ki, özlərindən öncəkilərin sonu necə olmuşdur? Onlar özlərindən həm daha çox, həm də qüvvətcə və yer üzündəki əsərlərinin sağlamlığı baxımından daha sərt idilər. Lakin o qazandıqları şeylərin onlara bir faydası olmadı.

83O zaman ki, elçiləri onlara açıq dəlillərlə gəldi, özlərində olan biliyə görə lovğalanmışdılar. Halbuki, o lağ etdikləri şey onları bürümüşdü.

84Sonra da nə zaman qəzəbimizi gördülər: “Allahın birliyinə inandıq və Ona ortaq qoşduğumuz şeyləri qəbul etmədik” – dedilər.

85Amma qəzəbimizi gördükləri zamankı imanları özlərinə yararlı olacaq deyildi. Allahın qulları haqqındakı davam edən təsəvvürü/fikri… Bax budur, kafirlər burada itirdilər, zərərə uğradılar.

(60/40, Mömin/82–85)

 

TƏHLİL:

1Ha/8, Mim/40

Surənin birinci ayəsi “ح Ha” və “م Mim” kəsik hərflərindən əmələ gəlmişdir. Kəsik hərflərlə əlaqədar geniş məlumatı və bu mövzudakı qənaətimizi bundan əvvəl keçən mukattaa hərfləri açıqlayarkən dilə gətirmişdik. Qısaca xatırlatmaq lazım gələrsə, bu hərflərin mənası hələ qəti olaraq təsbit edilməmişdir. Bir mənaları ola biləcəyi kimi, Quranın qorunmasına yönəlik bir element və yaxud diqqət çəkmək için işlədilmiş bir ədat olmaları da mümkündür.

Digər kəsik hərflər haqqında olduğu kimi, “Ha, Mim” kəsik hərfləri ilə əlaqədar olaraq da keçmişdə bir sıra yaraşdırmalar edilmişdir. Bu mövzudakı ən geniş açıqlama Kurtubi tərəfindən edilmişdir:

“Ha, Mim” hərflərinin mənası haqqında müxtəlif görüşlər vardır. İkrimə dedi ki: Peyğəmbər (səs) buyurdu ki: “Ha, Mim Uca Allahın isimlərindən bir isimdir. Bunlar Rəbbinin xəzinələrinin açarlarıdır.”

İbn Abbas dedi ki: “Ha, Mim” Allahın İsm-i Əzəmidir. Yenə ondan rəvayətə görə “Əlif, Lam, Ra”, “Ha, Mim” ilə “Nun” ər Rəhman isminin mukattaa hərfləridir. Yenə ondan rəvayətə görə “Ha, Mim” Uca Allahın isimlərindən bir isim olub onunla əhd etmişdir.

Katade: Ha, Mim Quran isimlərindən bir isimdir; Mücahid: Surələrin başlanğıcıdır, demişdilər. Ata el-Xorasani də deyir ki: Ha, Uca Allahın Hamid, Hannan, Halim və Hakim isimlərinin baş hərfi, Mim isə Uca Allahın Mə­lik, Məcid, Mənnan, Mütəkəbbir və Müsəvvir isimlərinin baş hərfidir.

Buna bu rəvayət də dəlil təşkil edir: Enesdən rəvayətə görə bədəvi bir ərəb, Peyğəmbərdən (səs): “Ha, Mim nədir? Biz dilimizdə belə bir şey bil­mirik” – deyə soruşmuş. Peyğəmbər (səs) ona belə demişdir: “Bir sıra isimlərin başı və bəzi surələrin də başlanğıcıdır”.

Əd-Dahhak və əl-Kisai dedi ki: Bu, “olacaq olan şeylər hökmə bağlanmışdır” deməkdir. O bununla sanki “Ha, Mim”in heca hərfi olduqlarına işarə edir. Çünki bu hərflər “ha” hərfi ötrəli, “mim” hərfi isə şəddəli oxunduğu təqdirdə “ حُمّ Hummə” şəklini alır ki, bu da “hökmə bağlandı və meydana gəldi” deməkdir. Kab b. Malik dedi ki:

“Qarşı-qarşıya gələrək aramızda döyüş başlayınca, Allahın hökmə bağladığı bir işi kimsə geri qaytara bilməz”.

Yenə ondan gələn rəvayətə görə: “Allahın əmri yaxındır” mənasın­dadır. Şairin bu beytində olduğu kimi:

“Mənim günüm yaxınlaşdı, sevindi bir sıra kimsələr… Qəflət içində və yuxuda olan kimsələr”.

“Humma” ismi də buradan gəlir. Çünki bu ölümə yaxın gəlir. Bu Bədir günündə olduğu kimi, “Allahın dostlarına yardım və zəfəri, düşmənlərindən isə intiqam alması zamanı yaxındır” deməkdir. [2]

 Yuxarıdakı sitatdan da anlaşılacağı kimi, bu mövzudakı görüşlər bir yaraşdırmadan ibarətdir, ciddi istinad sayıla bilməzlər.

2,3Bu kitabın endirilməsi, çox güclü, ən yaxşı bilən, günahı bağışlayan, tövbəni qəbul edən, əzabı çox çətin olan, bol nemət/ikram sahibi Allah tərəfindəndır. Ondan başqa, tanrı deyə bir şey yoxdur. Dönüş, yalnız və yalnız Onadır.

Surə, kəsik hərflərdən sonra Quranın ön planda tutulduğu bu ayələrlə başlayır. Bu iki ayədə Quranı Peyğəmbərin yazmadığına işarə edilərək onun Əziz, Alim, Gafir, tövbələri qəbul edən, əzabı çox çətin, neməti bol, özündən başqa tanrı deyə bir şey olmayan və dönüş sadəcə özünə olan Allah tərəfindən endirildiyi vurğulanmışdır. Qurana sarılanlar və ya qarşı çıxanlar Quranın arxasındakı bu xüsusiyyətləri daşıyan gücü ağıllarından qətiyyən çıxarmamalıdırlar.

  • 103Və hamınız birlikdə, Allahın ipinə daha sıx sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin siz bir-birinizə düşmən idiniz və Allah qəlbləriniz arasında ülfət əmələ gətirdi. Sonra da siz, Onun neməti sayəsində, qardaş olmuşdunuz. Siz, bir atəş çuxurunun tam kənarında idiniz və oradan sizi O qurtarmışdı. Bax budur, Allah  bələdçiləndiyiniz doğru yolu tapasınız deyə, əlamətlərini/nümunələrini sizin üçün belə ortaya qoyur.        (Al-i İmran/103)

Uca Allahın Burada Bəhs Edilən Səkkiz Sifəti

  1. 1.Əl Əziz (Çox Güclü);
  2. 2. Əl Alim (Ən Yaxşı Bilən);
  3. 3. غافر الذّنب Gafirü’z-Zənb [Günahları Bağışlayan];

Surənin bir ismi də Rəbbimizin bu ayədə yer alan bu sifətindən irəli gəlir. Rəbbimiz bu sifəti ilə günahların bağışlayıcısı olduğunu bildirərək hər kəsi doğru yoluna dəvət edir. Bir insan şirk qoşmadığı təqdirdə, bir sıra xətalar etmiş olsa da, Rəbbimiz onu əfv edəndir.

  • 48Şübhəsiz ki, Allah Özünə ortaq qoşulmasını qətiyyən bağışlamaz. Bundan aşağı olan günahları dilədiyi kimsələr üçün bağışlayar. Kim Allaha ortaq qoşursa, şübhəsiz ki, çox böyük bir günah işləmiş olar. (Nisa/48)
  • 116Heç şübhəsiz ki, Allah Özünə ortaq qəbul edənləri bağışlamaz. Bundan aşağıda qalanları isə… Onlardan dilədiyini bağışlayar. Kim Allaha ortaq qəbul edərsə, əlbəttə, o uzaq bir pozğunluqla azmışdır.                   (Nisa/116)
  • 53De ki: “Ey nəfslərinə qarşı həddi aşmış olan qullar! Allahın mərhəmətindən ümid kəsməyin. Şübhəsiz, Allah günahları bütünlüklə bağışlayar. Şübhəsiz ki, O, çox bağışlayandır, çox mərhəmət edəndir. (Zümər/53)
  1.  قابل التّوب Qabilü’t-Təvb [Tövbəni Qəbul Edən]

Uca Allah, Tövbəni qəbul edəndir.

“التّوبة Tövbə” “dönüş” demək olub şirk, küfr, fisq, fücur kimi hər cür neqativ inanc və əməldən dönməyi əhatə edir. Rəbbimiz keçmişdə nə etmiş olursa olsun, pis keçmişindən dönənlərin dönüşlərini qəbul edər. Quranda Tövbədən bəhs edən bir çox ayə vardır.

  1.   العقاب شديد Şədidu’l–İqab [Əzabı Çox Çətin Olan]

Bu sifət, Rəbbimizin inadkar müşriklərə, batil inanc və əməl sahiblərinə yönəlik bir cəlal sifətidir. Mövzumuz olan ayədə Rəbbimiz cəlal və camal sifətlərini qulları “ümid” və “qorxu” arasında qalsın deyə bir arada zikr etmişdir.

  • 49,50Qullarıma, heç şübhəsiz, Mənim çox bağışlayan və çox mərhəmət edənin məhz özü olduğumu, Mənim əzabımın da, çox acıqlı bir əzabın məhz özü olduğunu mütləq xəbər ver! (Hicr/49, 50)
  1. Zi’t-Tavl [Bol Nemət, İkram Sahibi]
  2. 7Özündən başqa ilah deyə bir şey olmayan
  3. اليه المصير İleyhi’l-Masir [Dönüş Özünə Olan]

Rəbbimiz bu sifətini Quranda yüzlərlə dəfə ön plana çıxararaq, insanları imana dəvət etmiş və xəbərdarlıq etmişdir. Hər kəs mütləq öləcək, istər-istəməz Rəbbinə dönəcək və etdiklərinin hesabını verəcəkdir.

  • 32–34Allah göyləri və yeri yaradan, göydən su endirib, onunla sizə ruzi olaraq müxtəlif meyvələr çıxarandır. Və Allah əmrinə uyğun olaraq, dənizdə üzüb getmələri üçün gəmiləri xidmətinizə verdi/sizin yararlanacağınız xüsusiyyətlərdə yaratdı, çayları da xidmətinizə verdi. Daima fırlanma halında olan Günəşi və Ayı da xidmətinizə verdi/onları da faydalanacağınız xüsusiyyətlərdə yaratdı. Gecəni və gündüzü də sizin xidmətinizə verdi. Və O, Özündən istədiyiniz hər şeydən sizə verdi. Allahın nemətini saymaq istəsəniz də, saya bilməzsiniz! Şübhəsiz ki, insan qətiliklə çox səhv/öz zərərinə iş edən, çox nankor biridir. (İbrahim/32-34)
  • 41Və onlar Bizim, şübhəsiz ki, yer üzünə gəldiyimizi, onu ətrafından nöqsanlaşdırdı­ğı­mı­zı görmədilərmi? Allah hökm edər. Onun hökmünü əngəlləyəcək heç bir kimsə yoxdur. Və O, hesabı çox sürətli görəndir.(Rad/41)

4Allahın ayələri haqqında sadəcə, kafirlər mübahisə edir. O halda onların, diyarlar içində dönüb dolaşmaları səni aldatmasın.

Əvvəlki ayələrdə Quranın Allah tərəfindən endirildiyi, Quranın sahibinin yenilməz, öhdəsindən gəlinə bilməz bir güc olduğu bildirildikdən sonra, bu ayələrdə də belə bir güc tərəfindən göndərilən ismarıcın əslində qulların yararına olduğu ismarıcı verilir və Qurana “sehirdir”, “şeirdir”, “kahinlərin sözüdür”, “əvvəlkilərin məsəlləridir”, “onu bir bəşər öyrətmiş və uydurmuşdur” kimi yersiz və mənasız etirazlar yönəldərək qarşı çıxanların, hücuma cəhd edənlərin sadəcə küfr edənlər olduğu bildirilir. Yəni normal bir insanın belə məzmunlu, belə xüsusiyyətli bir ismarıcı inkar etməsinin və ya görməzlikdən gəlməsinin mümkün olmadığı; bunu ancaq həqiqəti örtməyə çalışan inkarçı birinin edə biləcəyi açıqlanır.

Quranda Allahın ayələri haqqında mübahisə edənlərin sadəcə küfr edənlər [həqiqəti görməzdən gələnlər] olduğuna bir çox yerdə (Bəqərə/176, 258, Zühruf/58, Kəhf/56, Ənam/121) toxunulmuşdur.

Allahın ayələri haqqında ancaq inkarçıların mübahisə edə biləcəyi açıqlandıqdan sonra, Peyğəmbərimizə onların ortalıqda gəzib dolaşmalarının, yəni dərhal cəzalandırılmamış olmalarının onu yanıltmamalı olması ismarıcı verilmişdir. İnkarçılar indi ortalıqda gəzib dolaşsalar, cürbəcür şəkillərdə təsərrüflər etsələr belə, vaxtı gəldiyində mütləq cəzalandırılacaqlar.

  • 196,197Kafirlərin diyar-diyar gəzib dolaşmaqları, çox az bir qazanc, qətiyyən səni aldatmasın. Sonra onların çatacaqları yer cəhənnəmdir və o, nə pis bir yataqdır! (Al-i İmran/196, 197)
  • 24Biz onları bir az faydalandırarıq. Sonra özlərini sıx bir əzaba doğru məcbur edərik.  (Loğman/24)

Mövzumuz olan ayə eyni zamanda Peyğəmbərimizi təsəlli, kafirləri isə şiddətli bir şəkildə təhdid edir

5Onlardan öncə Nuh qövmü və onlardan sonrakı bəzi müxalif qruplar yalan saydılar. Hər ümmət öz elçilərini yaxalamaq üçün cəhd etdi/onunla haqqı batillə ləğv etmək üçün mübahisə etdilər. Mən də onları yaxaladım. Bax budur, əzabım necə oldu?

6Və bax budur, beləliklə, kafirlər üzərinə Rəbbinin: “Şübhəsiz onlar atəşin əhlidir” – sözü haqq oldu.

Bu ayələr, 4-cü ayədə keçən “O halda onların diyarlar içində dönüb dolaşmaları səni aldatmasın” ifadəsinin açıqlamasıdır. Allahın ayələrini gizləyən və Allahın ayələri haqqında mübahisəyə cəhd edən kimsələrin aqibətlərinin necə olduğu, keçmişdəki bənzərləri ilə açıqlanmışdır. İstər Nuh qövmü, istərsə də onun arxasından gələn necə qruplar elçilik missiyasını yalan saydılar, elçini təsirsiz qılmaq üçün var gücləriylə qarşı çıxdılar, lakin sonları daima pis oldu. Allah onları yaxalayıb cəzalandırdı, hamısı da cəhənnəmin əshabı oldular.

Ayədəki “Hər ümmət, öz elçilərini yaxalamaq üçün təşəbbüs göstərdi; onunla haqqı batillə ləğv etmək üçün mübarizə etdilər” ifadəsi, cəmiyyətlərin öz elçilərini həbsə atmaq, işgəncə etmək və ya daşlayaraq öldürmək kimi pis niyətlərlə hərəkət etdiklərinə işarə edir.

Ayənin sonundakı “Mən də onları yaxaladım. Budur, əzabım necə oldu?”  ifadəsi isə yalan sayan ümmətlərin aqibətlərinin necə olduğuna diqqət çəkir.

  • 12,13Onlardan əvvəl Nuhun qövmü, Ad, sütunlar sahibi, möhtəşəm orduları olan/görünməmiş işgəncələr edən Firon, Səmud, Lutun qövmü və Əykə Əhli də yalan saydılar. Bax budur, onlar, ayrı-ayrı üsyankarlıq edən qruplardır. (Sad/12, 13)
  • 42–44Və əgər onlar səni yalan sayırlarsa, bil ki, onlardan öncə Nuhun qövmü, Ad, Səmud, İbrahimin qövmü, Lutun qövmü, Mədyən əhli də yalan saymışdılar. Musa da yalan sayıldı ki, Mən kafirlərə bir müddət verdim. Sonra da onları yaxaladım. Yaxşı, Məni tanı­ma­maq necə imiş! (Həcc/42-44)

7–9Ən böyük taxtı daşıyan, bir də ən böyük taxtın çöl kənarından olan insanlar Rəbbinin tərifi ilə birlikdə, Onu nöqsan sifətlərdən münəzzəh qılırlar və Ona inanırlar. İman edənlər üçün bağışlanma diləyərlər: “Rəbbimiz! Sən mərhəmət və biliklə hər şeyi əhatə etdin. Onun üçün tövbə edən və Sənin yoluna uyan insanları bağışla və onları cəhənnəmin əzabından qoru! Rəbbimiz! Onları və onların atalarından, zövcələrindən və soylarından saleh olan insanları özlərinə vəd etdiyin Ədn cənnətlərinə girdir. Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz özüsən. Onları pisliklərdən qoru. Və Sən hər kimi pisliklərdən qoruyursan, artıq o gün əlbəttə ki, ona mərhəmət etmisən. Bax budur, bu, böyük qurtuluşun məhz özüdür”.

Bilindiyi kimi, Rəbbimiz Quranda özünü bir çox dəfə Ərəb adətləri ilə tanıtmışdır. Ərş sahibi, ərşə istiva, kürsü sahibi, məlik, muktədir (Qasas/55) kimi… Ərş, Rəbbimizin idarəçilik gücünün simvoludur. Onun Rəbliyini, “yerin göyün tək hakimi və idarəçisi” olduğunu simvolizə edir. Ərş və Ərsa istiva ilə əlaqədar olaraq Əraf/54-ün təhlilində daha əvvəl də məlumat verilmişdi.

Ərşi Daşıyanlar. Burada bu ifadə ilə qəsd edilənlər, “Allah ilə əlaqə bilikləri daşıyanlar”dır. Bunlar, Ərşin sahibi tərəfindən vəzifələndirilərək Allah biliyini, “tövhid”i bir yerdən bir yerə götürənlər, Allahı tanıdıb öyrədən Peyğəmbərlərdir.

Çünki daima Rəblərini təsbih edən, inanan və inananlar üçün bağışlanma diləyən, onların və yaxınlarının cənnətlərə girməsini istəyənlərin bir hissəsi bunlardır:

  • 26–28Və Nuh dedi ki: “Bu yerdə dolaşan kafirlərdən bir tək insan buraxma. Şübhəsiz ki, sən onları buraxsan, qullarını yoldan çıxararlar və sadəcə, din-iman tanımayıb pisliyə batan və kafir övladlar doğub törədəcəklər. Rəbbim! Mənim üçün, anam-atam üçün, mömin olaraq evimə girən insanlar üçün, mömin kişilər və mömin qadınlar üçün mağfirət et/bağışla hamımızı! Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə də yox olmağı artır”.             (Nuh/26-28)
  • 64Və Biz hər elçini sadəcə, Allahın izni ilə/biliyi ilə itaət olunsun deyə, göndərdik. Və əgər onlar şərik qoşaraq özlərinə haqsızlıq etdikləri zaman sənin yanına gəlsəydilər, Allahdan bağışlanmalarını istəsəydilər, sən də onlar üçün bağışlanma istəsəydin, qətiliklə, Allahın tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti  verən, çox mərhəmət edən olduğunu görərdilər. (Nisa/64)
  • 24Davud dedi ki: “Doğrusu o, sənin bir qoyununu öz qoyunlarına qatmaq istəməsi ilə sənə haqsızlıq etmişdir. Həqiqətən də ortaqların, bir cəmiyyətdə yaşayanların çoxu, tam əmin olun ki, bir-birlərinə haqsızlıq edirlər. Ancaq iman edənlər və eyni zamanda quruculuq yolunda fəaliyyət göstərənlər haqsızlıq etməzlər. Amma onlar da nə qədər azdır!” Və Davud, Bizim onu bir sıra sıxıntılarla imtahan edərək arınmış hala gətirdiyimizə/yetkinləşdirdiyimizə qəti qənaət gətirdi və anladı. Dərhal Rəbbindən bağışlanma dilədi, ortaq qoşmaqdan uzaq olaraq, yerə qapandı və döndü. (Sad/24)

Və Yusuf/97, Münafiqlər/5, Maidə/118, İbrahim/41.

Klassik əsərlərdə Ərşi daşıyanlarla əlaqədar olaraq aşağıdakı görüşlər qeyd edilmişdir:

Yenə deyildiyinə görə, Ərşin ətrafında yetmiş min saf mələk vardır. Bunlar təhlil və təkbir gətirərək Ərşin ətrafında təvaf edərlər. Onların arxasında da yetmiş ­min səf ayaq üstə dururlar, əllərini çiyinlərinə qoymuşlar, səslərini təhlil və təkbir ilə yüksəltmişdilər. Onların arxasında yüz min səf sağ əllərini, sol əllərinə qoymuşlar və onların hər biri mütləq digərindən ayrı bir təsbih ilə təsbih edib dururlar.

İbn Abbas “Ərş”i ayn hərfini ötrəli olaraq “el-urş” deyə oxumuşdur. Bü­tün bunları əz-Zəmaxşəri zikr etmişdir.

Deyildi ki: Kafirlərdən bəhs edildikdən sonra Ərsdən söz açılması, doğrusu­nu ən yaxşı bilən Allahdır, mənasının belə olduğuna görədır: “Bu Ərşi yük­lənənlər və ətrafında mövcud olanlar” kafirlərin söylədiklərindən Uca Allahı tənzih edərlər. “Və Möminlərə də mağfirət diləyərlər”. Yəni Allahdan onlar üçün günahlarının bağışlanmasını istəyərlər. Təfsir alimlərinin açıqlamalarına görə, Ərş, sərir [taxt] ilə eyni şeydir. O Uca Allah tərəfindən yaradılmış möhtəşəm bir cisimdir. Mələklərə onu daşımalarını əmr etmiş, Ona təzim etmək, ətrafında dolaşmaqla Özünə ibadət etmələrini diləmişdir. Necə ki, yer üzündə bir Beyt [Kəbə] yaradıb Adəmoğullarına ətrafını təvaf etmələrini əmr edib namazda da ona dönmələrini istədiyi kimi.

İbn Tahman, Musa b. Ukbədən rəvayət edir. O Məhəmməd b. el-Mün-kedirdən, o Cabir b. Abdillah əl-Ensaridən dedi ki, Rəsulullah (səs) buyur­du ki: “Mənə Ərşin daşıyıcılarından olub, Allahın mələklərindən bir mələk haqqında (sizlərə) bəhs etməyim üçün izin verildi. Onun qulağının yumuşağı ilə çiyni arasındakı məsafə yeddi yüz ildir.” Bunu əl-Beyhaki zikr etmiş olub, daha öncədən Bəqərə surəsində (2/255) yer alan Ayət əl-Kürsi-də Ərşin böyüklüyü və onun yaradılmışların ən böyüyü olduğuna dair açıqlamalar keçmişdir.

Sevr b. Yezid, Halid b. Madandan, o Kab əl-Ahbardan rəvayətinə görə, Kab belə demişdir: Uca Allah Ərşi yaratdıqda o: “Allah məndən daha böyük bir yaradılış yaratmayacaqdır” – dedi və sarsıldı. Uca Allah onun ətrafına bir ilan doladı. O ilanın yetmiş min qanadı vardır. Hər bir qanadda yetmiş min tük var­dır. Hər bir tükdə yetmiş min üz vardır. Hər bir üzdə yetmiş min ağız vardır. Hər bir ağızda da yetmiş min dil vardır. Onun dillərindən hər gün yağış dam­lalarının sayı qədər, ağac yarpaqlarının sayı qədər, çınqııl və torpaq dənələrinin sayı qədər, dünya günlərinin sayı qədər və bütün mələklərin sayı qədər təsbihlər tökülür. Bu ilan Ərşin ətrafına dolandı, Ərş bu ilanın yarısına qədər çatır və bu ilan onun ətrafını sarmış vəziyyətdədir.

Mücahid dedi ki: Yeddinci səma ilə Ərş arasında yetmiş min hicab vardır. Bir hicab nur və bir hicab qaranlıq, bir hicab nur və bir hicab qaranlıdır.

Deyirlər ki: “Rəbbimiz! Rəhmətin və elmin hər şeyi əhatə etmişdir”. Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Fel mərhəmət və bilik üzərində hərəkət etmədikdə, bunlar təmyiz (məhkəmə tədqiqatının nəticəsi) olaraq dərəcələndirilmişdilər.

Tövbə edənlərə” şirk və məşiətlərdən dönənlərə “və sənin yolunu” İs­lam dinini “izləyənlərə mağfirət buyur və onları cəhənnəm əzabından qoru!” Bu əzabı onlardan döndər ki, onlara çatmasın.

İbrahim ən-Nəhai dedi ki: Abdullah b. Məsudun yoldaşları belə deyirdi­lər: Mələklər İbnul-Kəvvadan [şeytandan] xeyirlidirlər. Çünki onlar yer üzündə olanlar üçün mağfirət dilərlər. İbnul-Kəvva isə onların əleyhinə kafir­lik ilə şahidlik edər. İbrahim dedi ki: Yenə deyirdilər ki: Qiblə əhlindən olan heç bir kimsədən mağfirət diləməyi əsirgəməzlər.

Mutarrif b. Abdillah dedi ki: Biz Allahın qulları arasında Allahın qullarının yaxşılığını ən çox istəyənlərin mələklər olduğunu gördük. Allahın qulları arasında da Allahın qullarını ən çox aldadan kimsənin şeytan olduğunu gö­rürük – deyib bu ayət-i kəriməni oxumuşdur.

Yahya b. Muaz er-Razi də yoldaşlarına bu ayət-i kərimə haqqında belə demişdir: Bu ayəni yaxşı qavrayın, çünki dünyada bu ayədən daha çox ümid verici bir qalxan yoxdur. Şübhəsiz tək bir mələk Uca Allahdan bütün Möminlərə mağfirət buyurmasını diləyəcək olarsa, onlara mağfirət edər. Hə­lə bütün mələklər və Ərşi daşıyanlar Möminlərə mağfirət diləyirlərsə hal necə olur!

Halef b. Hişam el-Bezzar el-Kari dedi ki: Mən Süleym b. İsaya Quran oxu­yurdum. Uca Allahın: “Möminlərə də mağfirət diləyərlər” buyuruğuna çatınca ağladı və sonra da: “Ey Halef!” – dedi, “Mömin Allah qatında nə qədər də dəyərlidir. O döşəyində uyurkən mələklər onun üçün mağfirət diləyirlər. “Və ey Rəbbimiz, onları da atalarından, həyat yoldaşlarından və zürriyyətlərindən saleh olanları da özlərinə vəd etdiyin Ədn cənnətlərinə girdir”. Rəvayət olunduğuna görə, Ömər b. el-Xəttab, Kab el-Ahbardan: Ədn cənnətləri nədir? – deyə soruşmuş, o da belə demiş: Bunlar cənnətdə qızıldan köşkdürlər. Bunlara Peyğəmbərlər, siddiqlər, şəhidlər və adil dövlət idarəçiləri girəcəkdir. [3]

Ərşi Daşıyan Mələklər:

Birinci Qisim: Ərşin daşıyıcısı olan mələklər… Cənab-i Haqq Qiyamətdə Ərşi daşıyanların səkkiz mələk olduğunu bildirmişdir. Buna görə də, “Şu anda Ərşi daşıyan mələklər, Qiyamət günündə onu daşıyacaq olan mələkdirlər” deyilməsi mümkündür. Ərşi daşıyanların, mələklərin ən qiymətliləri və ən böyüklərindən olmalarında isə şübhə yoxdur. Kəşşaf sahibi bunu rəvayət etmişdir: “Ərşi daşıyan o mələklərin ayaqları, yeddi qat yerin altında olub başları da Ərşin üzərindədir. Bunlar, göz qapaqlarını heç qaldırmadan, hüşu və hudu içindədirlər. Hz. Peyğəmbərin (s.ə.s) də “Rəbbinizin əzəməti xüsusunda düşünməyin! Lakin siz, Rəbbinizin yaratdığı mələklər haqqında düşünün. Çünki mələklərdən, özünə İsrafil adı verilən bir yaradılış vardır ki, Ərşin guşələrindən biri onun çiyinləri üzərində olub, onun iki ayağı yeddi qat yerin altında, başı isə yeddi qat göyləri dəlib keçmişdir. Amma buna rəğmən o, Allahın əzəməti qarşısında sanki kiçik bir quş olacaq qədər kiçilir” – buyurduğu rəvayət edilmişdir. “الوضع əl Vədu” kəlməsinin kiçik quş mənasına gəldiyi söylənmişdir. Rəvayət olunduğuna görə, Allah Təala bütün mələklərə onların digər mələklərdən üstün olduğunu bildirmək üçün Ərşi daşıyan mələklərə səhər-axşam bol-bol “salam” vermələrini əmr etmişdir. Yenə Allahın Ərşi yaşıl bir cövhərdən yaratdığı; onun iki sütunu arasının, sürətlə uçan quşlara nisbətlə səksən min illik bir məsafə olduğu da söylənmişdir. Yenə Ərşin ətrafında Cənab-i Haqqa təhlil və təkbir edərək [La İlahə illallah; Allahu Əkbər deyərək] təvaf edən yetmiş min səf mələyin; bunların arxasında da, ayaq üstə olduqları halda, əllərini əvvəlkilərin çiyinlərinə qoymuş olan təhlil və təkbir gətirərək səslərini yüksəldən və nəhayət bunların arxasında da, sağ əllərini sol əlləri üzərinə qoymuş, yüz min səf mələyin olduğu; onlardan hər birinin də, digərinin etdiyi təsbihdən başqa bir təsbihlə təsbihatta olduğu irəli sürülmüşdür. Bu xəbərləri Kəşşafdan nəql etdim.

İkinci Qisim: Cənab-i Haqqın bu ayədə zikr etdiyi mələklərin ikinci qismi isə Cənab-i Haqqın “bir də onun ətrafında olanlar” ayəsinin ifadə etdiyi xüsusdur. Olduqca açıq və zahir olan budur ki, bunlardan murad edilən Cənab-i Haqqın “Mələkləri görürsən ki, Rəblərinə həmd ilə təşbeh edərək Ərşin ətrafını bürümüşdülər (Zümər/75)” ayəsində zikr etdiyidir. Mən deyirəm ki: Ağıl Ərşi daşıyan mələklər ilə Ərşin ətrafını bürümüş olan mələklərin, mələklərin ən üstünləri olduğuna dəlalət edər. Bu belədir, çünki ruhların ruhlara nisbəti, bədənlərin bədənlərə nisbəti kimidir. Ərş maddi-cismani varlıqların ən qiymətlisi və üstünü olunca, Ərşin tədbir və idarəsiylə əlaqədar olan ruhların da, bədənləri yönləndirən ruhlardan daha fəzilətli və üstün olmalıdır. Yenə burada Ərşin cismini daşıyan başqa ruhlar da var kimidir. Sonra isə, Ərşin cismini istila etmiş olan bu kahir və əzici ruhlardan, eyni cinsdən olmaqla, başqa ruhlar meydana gəlir. Bunlar da, Ərşin ətraf və kənarlarına tutunmuşlar. Cənab-i Haqqın: “Mələkləri görürsən ki,… Ərşin ətrafını əhatə etmişlər (Zümər/75)” xitabıyla da bunlara işarə edilir. Qısaca, istər yəqini dəlillərlə, istərsə də gerçək və sadiq kəşf yoluyla bu həqiqət açıq və aşikar olmuşdur: Bədənlər aləmi, ruhlar aləminə nisbət edilə bilməz. Buna görə də, müşahidə etdiyin hər şey, bədənlər aləminin, müxtəlif-müxtəlif mərtəbələrində olaraq, bu maddi görmə gözüylədir. O halda sənin bunu ruhlar aləminin müxtəlif-müxtəlif mərtəbələrində olaraq, bəsirət gözüylə müşahidə etməlisən. [4]

Əin Çöl Kənarından Olan Kimsələr. 7-ci ayədə bu bədii ifadə ilə tanıdılan kimsələr “ulüləlbab [ağıllı, şüurlu]” olma xüsusiyyətinə çatmış möminlərdir. Bunlar Ərşin sahibi tərəfindən elçi olaraq göndərilmədikləri halda möminlər üçün istiğfar edir, dua edirlər.

Bunu iman borcu olaraq edirlər:

  • 10Və Peyğəmbər dövründəki inananlardan sonra gələn insanlar: “Rəbbimiz! Bizi və iman ilə bizdən önə keçmiş qardaşlarımızı bağışla, qəlblərimizdə iman edənlər üçün kin yaratma! Rəbbimiz! Şübhəsiz ki, Sən çox şəfqət və mərhəmət göstərən, asanlıq təmin edən, ən böyük mərhəmət sahibisən!” – deyərlər. (Həşr/10)
  • 109Şübhəsiz, mənim qul­la­rım­dan bir qrup: “Rəbbimiz! Biz iman etdik, artıq bizi bağışla, bizə mərhəmət et, Sən mər­həmətlilərin ən yaxşısısan” – deyirdilər. (Möminlər/109)
  • 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)

10Şübhəsiz kafirlərə səslənilir: “Əlbəttə, Allahın nifrəti, özünüzə nifrətinizdən daha böyükdür. Belə ki, siz imana dəvət olunduğunuzda küfr edirdiniz”.

11Kafirlər dedilər ki: “Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə diriltdin. Artıq günahlarımızı etiraf etdik. İndi bir çıxış yolu varmı?”

12Bax budur, bu, buna görədir! Siz, “bir və tək” olan Allaha dəvət edildiyiniz zaman küfr etdiniz/inanmadınız. Ona ortaq qoşulunca da, inandınız. Artıq hökm, o çox uca və çox böyük Allahındır.

Bu ayə qrupunda, 4-cü ayədə bəhs edilən “Allahın ayələri haqqında mübahisə edənlər”in [müşriklərin] axirətdə yaşayacaqları bir səhnə canlandırılır.

Bir səs onlara:

– “Əlbəttə Allahın nifrəti, özünüzə nifrətinizdən daha böyükdür. Çünki siz imana dəvət olunurdunuzsa da, küfr edər, dururdunuz”deyə səslənir.

Onlar isə günahlarını və başlarına gələn o əzabı haqq etdiklərini etiraf edərək:

– “Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə diriltdin. Artıq günahlarımızı etiraf etdik. İndi çıxışa bir yol varmı?” – deyərək edə bilmədikləri şeyləri tamamlamaq üçün yenidən dünyaya dönməyi istədiklərini ifadə edirlər.

Bu tələbləri qəbul edilmir və onlara:

– “Budur bu, buna görədir: Siz “bir və tək” olaraq Allaha dəvət edildiyiniz zaman inkar etdiniz. Ona ortaq qoşulunca da, inandınız. Artıq hökm, o çox uca və çox böyük Allahındır” – deyə cavab verilir.

Bilindiyi kimi, Allahın ayələrini bilə-bilə inkar edən və onlar haqqında hər hansı bir məlumat və sənədə istinad etmədən mübarizə edən o kafirlər, dünyadakı yaşayışlarında ikən öldükdən sonra dirilməyi qəbul etmirdilər. Axirətdə isə ölümü və dirilməyi bilavasitə yaşamış olduqlarından, artıq öldükdən sonra dirilməyi qəbul etmək, buna inanmaq onlar üçün hər hansı bir bəhanə olmayacağı bir reallıq halına gəlmişdir. Onun üçün etiraf edərək: “Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə diriltdin. Artıq günahlarımızı etiraf etdik. İndi çıxışa bir yol varmı?” – deyə soruşurlar.

Əslində bu suallara “var” və ya “yox” cavabı verilməli olduğu halda, Rəbbimiz onlara cəhənnəmdən çıxmağın qeyri-mümkün olduğunu göstərən əsaslandırılmış cavab verir. Bu cavabla həm çıxışlarının olmayacağı, həm də niyə çıxamayacaqları onlara bildirilmiş olur.

Kafirlərin çıxışının olmayacağı bir çox ayədə (Zühruf/77, İbrahim/21, 22, Fatir/37, Zümər/55-58, Şura/44, 45, Səcdə/12, Ənam/27, 28, Möminlər/107, 108) yer almışdır.

11-ci ayədə kafirlərin: “Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə diriltdin” – dedikləri nəql edilir. Bu ifadə keçmişdə müxtəlif şəkillərdə izah edilmişdir. Kimisi “Bunlar öncə atalarının sülblərində ölü idilər. Sonra Allah onları diriltdi, sonra dünyada qaçınılmaz olan ölüm ilə onları öldürdü. Sonra axirət həyatı üçün onları diriltdi. Budur, iki həyat və iki ölüm bunlardır”; kimisi də: “Qəbirdə də dirildilər, sonra öldürülüb təkrar məhşərdə dirildildilər” – demişdir. Bu izahlarla ortaya bir də “qəbir həyatı” deyilən bir həyat çıxarılmışdır.

Bu ayəni yaxşı anlaya bilməyimiz üçün öncə bu ayələrə diqqət edilməlidir.

  • 28Siz necə küfr edərsiniz? Halbuki, siz ölülər idiniz və sizlərə O həyat verdi. Sonra O sizləri öldürəcək, sonra canlandıracaqdır. Sonra da Ona döndəriləcəksiniz. (Bəqərə/28)

2O, hansınızın əməlcə daha yaxşı/gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır.  (Mülk/2)

Diqqət edilirsə, Allahın öncə ölümü yaratdığı, sonra da həyatı yaratdığı bildirilir. İlk ölüm insanın ilk “torpaq [cansız maddə]” halı olub, ikinci ölüm bu dünyadakı ölümüdür. İlk dirilmə insanın dünyaya gəlməsi, ikinci dirilmə isə axirətdəki “baas” [yenidən dirilmə] halıdır. Bunlar, iki ölüm və iki həyatdır.  Kafirlər hər şeyi açıq şəkildə görüncə, bilavasitə yaşayınca və də qarşılarında əzabı açıq şəkildə görüncə, mərhəmət diləmə və Allahın rızasına təvəssül yoluyla belə yalvarırlar.

13Allah sizə əlamətlərini/nümunələrini göstərən, sizin üçün göydən bir ruzi endirəndir. Və ancaq könüldən yönələnlər öyüd alırlar.

14Belə isə, kafirlər xoşlanmasa da, dini sadəcə Ona aid qılaraq, Allaha dua edin.

15O, dərəcələri yüksəldəndir, ən böyük taxtın/ən yüksək mövqenin sahibidir. O, görüşmə günü haqqında xəbərdar etmək üçün Öz əmrindən/Öz işindən olan vəhyi qullarından dilədiyinə verir.

Müşrikləri təhdid etdikdən sonra, Rəbbimiz bu ayə qrupunda bir neçə sifətini ön plana çıxararaq bir sıra həqiqətləri açıqlayır. Buna görə, Allah:

* Ayələr göstərəndir;

* Ruzi endirəndir;

* Dərəcələri yüksəldəndir.

Rəbbimiz insanlar arasındakı fiziki, zehni və iqtisadi dərəcələri də yüksəldəndir. Bununla insanların bir-birlərinə görə müxtəlif nöqteyi nəzərlərdən artıqlıqlı yaradıldığı həqiqəti vurğulanır. Çünki insanların istər zehni, istər iqtisadi, istərsə də sosial baxımlardan bir-birlərinə görə əskikli və ya artıqlıqlı yaradılması Rəbbimizin bir sünnətidir və dünyadakı nizamın sağlığı nöqteyi nəzərindəndir. Bu mövzu haqqındakı incəlik Ənam surəsinin təhlilində verilmişdir.

* Ərşin sahibidir.

Bu ifadə Allahın mütləq idarəçilik gücünü əlində tutduğunu bildirir. Rəbbimiz bunu çox müxtəlif şəkillərdə onlarla ayədə açıqlamışdır.

* Qarşılaşma günü üçün vəhy endirəndir.

Quranda keçən “ruh” sözlərinin “vəhy” demək olduğu daha əvvəl Qədr surəsinin təhlilində incəlikli olaraq verilmişdi. Rəbbimiz burada çox mühüm bir mövzuya diqqət çəkir. Öz əmrindən olan, yəni bilavasitə Öz işi olan ruh [vəhy] endirməyi dilədiyi kimsəyə edir. Yəni Peyğəmbər olaraq göndərəcəyi kimsəni özü seçir, bu mövzuya kimsəni müdaxilə etdirmir. Bunu bir başqa ayəsində daha açıqlayır:

  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/32)

Mövzumuz olan ayə qrupunda Rəbbimiz bu sifətlərini zikr edərək insanlardan sadəcə özünə qulluq etmələrini, bir sıra əşyalara qulluqdan uzaq durmalarını istəyir.

14-cü ayədə “Elə isə, inkarçılar xoşlanmasa da, dini sadəcə özünə aid qılaraq, Allaha dua edin – buyurulır. Ayədəki “inkarçılar xoşlanmasa da” ifadəsindən, dini Allaha xas qılarkən bir qismin buna qarşı çıxacaqları anlaşılır.

  • 32Onlar Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə belə, Allah Öz nurunu tamamlamaq istər və buna qadirdir. (Tövbə/32)

“Dinin Allaha xas qılınması” mövzusu, bu surə endiyi dövrlərdə Quranın üzərində tez-tez durduğu bir mövzudur. Xatırlanacağı kimi bundan əvvəlki surədə bu mövzuda vurğu üzərinə vurğu edilmişdi:

  • 2Şübhəsiz ki, Biz bu kitabı sənə haqq ilə endirdik. Belə isə dini yalnız Onun üçün arındıraraq Allaha qulluq et.
  • 3Diqqətli olun, xalis din sadəcə, Allaha aiddir. Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edənlər dedilər: “Allahın yaratdıqlarından qəbul etdiyimiz köməkçi, yol göstərici, qoruyucu yaxınlar, bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik”. Şübhəsiz ki, onların ayrılığa/anlaşmazlığa düşdükləri şeylərdə, onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz. (Zümər/2, 3).
  • 11,12De ki: “Mən, qəti olaraq, dini yalnız və yalnız Ona xas qılaraq, Allaha qulluq etməklə əmr olundum. Və mənə Müsəlmanların ilki olmağım üçün əmr verildi”.
  • 13De ki: “Şübhəsiz, Rəbbimə qarşı gələrəmsə, böyük günün əzabından qorxaram.
  • 14–16De ki: “Dinimi yalnız Ona arındıraraq, Allaha qulluq edirəm. Buna baxmayaraq siz, Onun yaratdıqlarından dilədiyinizə qulluq edirsiniz”. De ki: “Şübhəsiz ki, əsl itirənlər, qiyamət günündə özlərini, ailələrini və yaxınlarını itkiyə uğradanlardır”. Diqqətli olun! Bax budur, bu, açıq-aşkar bir itkinin məhz özüdür. Onların üstlərində atəşdən təbəqələr, altlarından da təbəqələr vardır. Bax budur, Allah, qullarını bununla qorxudur: “Ey qullarım! Mənim qorumam altına girin”. Zümər/1116)

16O görüşmə günü onlar meydana çıxarlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. “Bu gün mülk kimindir?”, “Sadəcə tək və qəhredici olan Allahındır!”

17Bu gün hər insan qazandığının qarşılığını alacaqdır. Bu gün haqsızlıq deyə bir şey yoxdur. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.

Bu ayələrdə, 15-ci ayədə xəbərdarlığı edilən “qarşılaşma günü” açıqlanır. Qarşılaşma günü “hər kəsin meydana çıxarıldığı, heç kimsənin bir şeyinin Allaha gizli qalmadığı, hər kəsin etdikləriylə qarşılıqlandırıldığı və haqsızlıq deyə bir şeyin olmadığı gün”dür. Görünür ki, “Qarşılaşma Günü” deyə adlandırılan gün, bəzi müxtəlif xüsusiyyətləriylə ortaya qoyulan “Qiyamət Günü”dür.

Niyə qarşılaşma günü?

Qiyamət gününün niyə “qarşılaşma günü” olaraq xarakterizə edildiyi bu səbəblərlə açıqlana bilər:

* O gün hər kəs Rəbbiylə görüşür.

  • 110De ki: “Mən ancaq sizin kimi bir bəşərəm. Mənə ilahınızın ancaq bir tanrı olduğu vəhy olunur. Onun üçün hər kim Rəbbinə qovuşmağı umursa, saleh əməli işləsin və Rəbbinə qulluqda heç kimsəni ortaq etməsin”. (Kəhf/110)
  • 43,44O, sizləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün dəstək verəndir. Onun təbiətdəki gücləri/endirdiyi xəbərçi ayələri sizlərə dəstək verirlər. Və O, möminlərə çox mərhəmətlidir. Ona qovuşacaqları gün onların salamlaşmaları, “Salam”dır. Allah da onlar üçün hörmətli bir mükafat hazırlamışdır. (Əhzab/43, 44)
  • 48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir. (İbrahim/48-51)

* O gün hər kəs dünyada işlədiyi əməlləriylə görüşür.

  • 30O gün hər insan xeyirdən işlədiyi şeyləri, pislikdən işlədiyi şeyləri hazırlanmış olaraq görər. Özü ilə etdiyi pisliklər arasında, şübhəsiz ki, çox uzaq bir məsafə olmasını istəyər. Allah, sizi Özündən çəkindirir. Şübhəsiz ki, Allah qullarına çox şəfqətlidir. (Al-i İmran/30)

* O gün hər kəs bir-biriylə görüşür, üzləşir. Onlarla ayədə qeyd edildiyi kimi, sitayiş edilən saxta tanrılarla onlara sitayiş edən ağılsızlar bir araya, qarşı-qarşıya gətirilirlər.

Ayədəki “Özlərindən heç bir şey Allaha qarşı gizli qalmaz” ifadəsi, insanların bütün hərəkət və davranışlarının orada ortaya qoyulub, faş ediləcəyi mənasındadır. Allahdan heç bir şeyin gizli qalmayacağının vurğulanmasının səbəbi odur ki, ağıllı keçinən necə insan gizlində etdiklərindən Allahın xəbərinin olmadığını sanır, ən azından bütün gizli səhv və günahları Allahın əskiksiz bildiyi mövzusunda yetərli şüurda olmurlar.

  • 21–23Və onlar öz dərilərinə: “Niyə əleyhimizə şahidlik etdiniz?” – dedilər. Şahidlik edənlər də dedilər ki: “Hər şeyi danışdıran Allah, bizi danışdırdı və sizi ilk dəfə O yaratdı və Ona döndərilməkdəsiniz. Siz, eşitmə, görmə duyğularınız və dəriləriniz sizin əleyhi­nizə şahidlik edər deyə gizlənmirdiniz. Lakin etməkdə olduqlarınızdan bir çoxunu Allahın bilməyəcəyinə inandınız. Bax budur, sizin bu inancınız – Rəbbiniz haqqında bəslədiyiniz inancınız sizi bir dağıntıya uğratdı, beləliklə zərərə, itkiyə uğrayıb acı çəkənlərdən oldunuz”. (Fussilət/21, 23)
  • 48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir. (İbrahim/48-51)
  • 108Onlar insanlardan gizlətmək istəsələr də Allahdan gizlətmək istəməzlər. Hal­bu­ki, Allah sözünə/qərarına uyğun olaraq, Özünün razı olmadığı şeyləri onlar gecə plan­la­yar­kən, onlarla birlikdədir. Və Allah onların etdiklərini əhatə edəndir. (Nisa/108)

Və Şura/24, 25, Haqqa/18, Zilzal/4, 5, Tarıq/8, 9, Adiyat/9-11.

Ayədə mötərizə cümləsi olaraq yer alan “Bu gün mülk kimindir? Sadəcə tək və qahhar olan Allahındır!” ifadəsi, Allahın dünyada verdiyi nemətlər sayəsində korlanaraq mənlikləri qabaran, özlərini kral, nüfuz sahibi, hökmdar sanan müşriklərə qarşı bir ilahi sillə mahiyyətindədir. Onlar üzlərinə vurulan bu ilahi sillə ilə rəzil rüsvay olurlar.

Mövzumuz olan 16-cı ayə ilə əlaqədar olaraq Mevdudi tarixdən belə bir hekayə nəql edir:

Samani xanədanından bir hökmdar olan Nasır b. Əhməd [H. 301-dən 331-ə qədər], Nişapuru fəth etdikdən sonra məclisin toplanmasını əmr etdi və taxtına çıxdıqdan sonra, Quran oxunaraq toplantının açılmasını istədi. Saleh bir şəxs önə çıxdı və Quranın yuxarıda bəhs edilən bölməsini oxudu. Nasır bu ayəni eşidincə, dəhşətlə diksindi və titrəməyə başladı. Dərhal taxtdan endi və tacını başından çıxarıb: “Ey Allahım! Hökmranlıq mənə deyil, sənə aiddir” – deyərək səcdəyə qapandı. [5]

18Yaxınlaşan gün haqqında da onları xəbərdar et. O zaman qəlblər udqunaraq/dəhşətdən ürpərərək qırtlaqlarına dayanmışdır. Şərik qoşmaqla səhv/öz zərərlərinə iş edənlər üçün nə yaxın bir dost vardır, nə də itaət ediləcək bir köməkçi, dəstəkçi, minnətçi…

Rəbbimiz yaxınlaşmaqda olan ölüm/qiyamət gününün bəzi qorxunc və dəhşətli xüsusiyyətlərini ön plana çıxararaq, elçisindən o zalım müşriklərə, xüsusilə də bu surənin 4-6-cı ayələrində bəhs edilən kimsələrə xəbərdarlıq etməsini istəyir. 15-ci ayədə “ التّلاق təlaq [qarşılaşma]” günü ilə xəbərdarlıq edilmişdi. Bu ayədə isə eyni xəbərdarlıq “Yaxınlaşan Gün” ifadəsiylə edilir. O ölüm günündə kimsənin sözü keçməz, qorxudan insanın ürəyi ağzına gələr, kimsə kimsəyə yardım edə bilməz.

Ayədəki “yaxınlaşan gün” ifadəsini həm ölüm, həm də qiyamət günü olaraq anlaya bilərik. Qiyamətin saatını Rəbbimiz öz elmində tutub, kimsəyə bildirməmişdir. Buna qarşılıq o günün daima çox yaxın olduğundan bəhs etmiş, insanlara: “Bir saniyə belə itirmədən, özünüzə gəlin” – deyə xəbərdarlıq etmişdir.

  • 57Yaxınlaşacaq olan qiyamət – ölüm yaxınlaşdı. 58Ona, Allahın yaratdığı sərvətlərdən qaldıra biləcək/mane ola biləcək heç kim yoxdur. (Nəcm/57, 58)
  • 1İnsanlar üçün hesabları yaxınlaşdı. Onlar isə saymamazlıq edərək, uzaq duran kimsələrdir. (Ənbiya/1)
  • 97Və gerçək vəd yaxınlaşdığı zaman kafirlərin gözləri dönür: “Vay bizim halımıza! Qətiliklə biz bundan biliksizlik/laqeydlik içindəydik. Əslində biz səhv/öz zərərlərinə iş edən insanlar idik”. (Ənbiya/97)
  • 1O saat/qiyamətin qopma anı yaxınlaşdırıldı. Və hər şey açığa çıxarıldı. (Qəmər/1)

Ayədəki “O zaman qəlblər udqunaraq qırtlaqlara dayanmışdır” ifadəsi, kədər və bədbinliyi, eyni zamanda qorxunu ifadə edən bir deyimdir. Yoxsa əslində qəlblər qopub, ağıza gəlməz.

Bu ifadəni genişləndirən bir çox ayə vardır:

  • 10Həmçinin onlar üst tərəfinizdən və sizdən daha aşağıdan sizə gəlmişdilər. Və həmçinin gözlər dönmüşdü, ürəklər qırtlaqlara çatmışdı. Və siz Allah haqqında zənn etdikcə, zənn edirdiniz. (Əhzab/10)
  • 83–85Ancaq can boğaza gəlib dayandığı zaman, siz də o zaman, onun qarşısında göz­lə­yirsiniz. Biz isə ona sizdən daha yaxınıq. Və lakin siz görməzsiniz. (Vaqiə/83-85)
  • 24Və üzlər də var ki, o gün burunları sallanar, 25zənn edərlər ki, onlara “bel qıran” edilir.
  • 26–30Qətiyyən onların düşündüyü kimi deyil! Körpücük sümüklərinə dayandığı, “Çarə tapan kimdir!” – deyildiyi və can çəkişən insan bunun, o ayrılıq anı olduğunu anladığı və ayağı ayağına dolaşdığı zaman… Bax budur, o gün sürüyüb aparılmaq ancaq Rəbbinədir. (Qiyamət/24-30)

Ayənin son cümləsindəki “zalımlar” ifadəsi ilə qəsd edilənlər isə müşriklərdir.

19Allah gözlərin xainliyini və qəlblərin gizlətdiyini bilir.

20Və Allah haqqı gerçəkləşdirir. Onların Onun yaratdıqlarından yalvardıqları insanlar heç bir şeyi gerçəkləşdirə bilməzlər. Şübhəsiz ki, Allah ən yaxşı eşidənin, ən yaxşı gö­rənin məhz özüdür.

Ölüm və sonrasında reallaşacaq olan hadisələrlə xəbərdarlıq edildikdən sonra Rəbbimiz bu iki ayədə də gözlərin xainliyini və ağıllarda tərtib edilmiş, amma zahirə vurulmamış olanları da bildiyini bildirərək, xəbərdarlığına davam edir. Ondan hər hansı bir şeyi gizlətməyin, Ondan qaçmağın, gizlənməyin imkanı yoxdur. Elə isə bu həqiqəti gözardı etmədən hərəkət edilməlidir.

Ayədəki “gözlərin xainliyi” ifadəsi diqqət çəkicidir. İnsanların nöqteyi nəzərindən ən qapalı günah, gözlə edilən günahdır. Belə ki, bu günahlar başqaları tərəfindən ifşa və təsbit edilə bilinməzlər. Allah isə bunları da bilir. Bunları bilən, əl və ayaq kimi orqanlardan ortaya çıxan qüsurları, xəyanətləri onsuz da bilir.

Gözlərin xainliyi” ifadəsini müşriklərin Rəsulullah və möminlərə olan kinli və xəyanət dolu baxışları olaraq da anlamaq mümkündür.

  • 51Kafirlər o öyüdü/Quranı eşitdikləri zaman az qala səni baxışlarıyla devirəcəklər; sənə yeyəcəklərmiş kimi baxacaqlar və: “O, şübhəsiz, bir dəlidir/gizli güclərin dəstəklədiyi biridir” – deyəcəklər. (Qələm/51)
  • 16Və and olsun insanı Biz yaratdıq/əmələ gətirdik. Nəfsinin özünə nələr pıçıldadığını da bilirik. Və Biz ona şah damarından daha yaxınıq. (Qaf/16)

Allahın kökslərdə olanları da bildiyini ifadə edən onlarla ayə mövcuddur.

Müşriklərin Allahın yaratdıqlarından dua edib, durduqları varlıqlar isə hər hansı bir şeyi reallaşdıra bilməzlər. Bu xüsusu bildirən çox sayda ayə vardır.

20-ci ayə Rəbbimizin “السّميع Səmi’” və “البصير Basir” sifəti ilə bitir. Burada sanki insanlara “Allah, sizin vəliləşdirdiyiniz tanrılar kimi kor və kar deyildir. Belə ki, bir kimsəni mühakimə edərkən Ondan bəzi detallar gizli qalmaz” şəklində bir ismarıc verilir.

21Onlar yer üzündə gəzmədilərmi ki, özlərindən öncəki insanların sonlarının necə olduğunu görsünlər. Əvvəlkilər yer üzündə qüvvətcə və əsərcə onlardan daha üstün idilər. Yenə də Allah onları günahlarına görə yaxaladı. Və özləri üçün Allahdan qoruyan biri olmadı.

22Bax budur, bu, buna görədir: Özlərinə elçiləri açıq-aşkar dəlillərlə gəlirdilərsə də, onlar küfr etdilər/inanmadılar. Buna görə Allah da, onları yaxaladı. Şübhəsiz ki, O, güclüdür, cəzalandırmağı çox çətindir.

Bu ayələrdə müşriklər, gəlib keçdikləri yerlərdə gördükləri qədim sivilizasiyaların qalıqlarından ibrət almağa dəvət edilir. Ağıllı insan, tarixi faktlardan ibrət alandır. Çünki keçmiş kafirlər, indiki kafirlərdən daha qüvvətli və yer üzündə daha təsirli idilər.

21-ci ayənin başlanğıcındakı “Onlar yer üzündə gəzmədilərmi?” sualı bir “istifham-i inkari” olub, “bunları görüb dururlar, amma nə üçün ibrət almırlar?” deməkdir.

  • 128Məskənlərində gəzib dolaşdıqları, özlərindən əvvəl yox etdiyimiz bu qədər nəsillər onlar üçün bələdçi olmadımı? Şübhəsiz ki, bunda ağıl sahibi olanlar üçün necə dəlillər vardır. (Ta Ha/128)
  • 46Yaxşı, onlar yer üzündə dolaşmadılarmı ki, özlərinin dərk edəcək qəlbləri və eşidəcək qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, lakin sinələrin içindəki qəlblər kor olur. (Həcc/46)

Quranda qədim mədəniyyətlərlə əlaqədar məlumat əldə edib, onlardan ibrət almağı öyüdləyən daha bir çox ayə vardır.

23,24And olsun, Musanı Firona, Hamana və Qaruna ayələrimizlə və açıq bir dəlil ilə elçi olaraq göndərdiksə də, onlar: “Bu bir sehrbaz, böyük bir yalançıdır” – dedilər.

25Beləcə, Musa qatımızdan onlara bir haqq ilə gəldiyi zaman, onlar: “Musa ilə birlikdə iman edənlərin oğullarını qətl edin/təhsilsiz, təlimsiz buraxıb xüsusiyyətsiz/yararsız bir kütlə əmələ gətirərək gücsüzləşdirin, qadınlarını isə sağ buraxın” – dedilər. Kafirlərin planı boşa çıxmaqdan başqa bir şey deyildir.

26Və Firon: “Buraxın məni Musanı öldürüm, o da Rəbbini çağırsın. Şübhəsiz ki, mən onun  sizin dininizi dəyişdirməsindən və yaxud yer üzündə qarışıqlıq çıxarma­sın­dan qorxuram” dedi.

27Musa da: “Şübhəsiz ki, mən Hesab gününə inanmayan hər təkəbbürlüdən, mənim Rəbbim və sizin Rəbbinizə sığınıram” dedi.

Keçmiş mədəniyyətlərin araşdırılıb ibrət alınması istənildikdən sonra, ortaya dərhal bir ibrət tablosu qoyulmuşdur. Bu tablo, 23-46-cı ayələrdə anladılan “Musanın təbliği, Firon və ətrafındakıların Musaya qarşı çıxmaları və qarşı çıxanların həlakı” tablosudur.

Ayələrdə bəhs edilən hadisələrə çox qısa toxunulmuşdur. Bu hadisələrlə əlaqədar incəlik keçmiş surələrdə [Əraf, Ta Ha, Şüəra və Qasasda] vardır.

Firon Musa (əs) özünə gələrək Allahın elçisi olduğunu bildirdikdə, Allahın elçisini sehirbazlıqla və yalançılıqla ittiham etmişdir. Elçi Allahın ayələrini çatdırdıqdan sonra da Allahın gücü qarşısında dayanamayacağını hesab etmədən “Musa ilə birlikdə iman edənlərin oğullarını qətl edin; təlimsiz-təhsilsiz, məsləksiz bıraxaraq gücsüzləşdirin; qadınlarını isə sağ buraxın” – dedilər. Buraxın məni, öldürüm Musanı, o da Rəbbini çağırsın!” – deyərək gücsüzləşdirmə, dirənci qırma planları etmiş, bu çirkin planını da “Şübhəsiz mən, onun sizin dininizi dəyişdirməsindən və yaxud yer üzündə qarışıqlıq çıxarmasından qorxuram” sözləriylə əsaslandırmışdır.

Qeyd: Fironun tətbiq etdiyi gücsüzləşdirmə proqramını ifadə edən ayələrdə keçən “qətl” və “zəbh” sözləri məcazidir. Bu mövzuda Əraf surəsinin 141-ci ayəsinin təhlilində geniş açıqlama edilmişdir.

Bəhs edilən bu plan, Firon idarəçiliyinin İsrailoğullarına yönəlik nizamladığı ikinci gücsüzləşdirmə planıdır. Birincisi, Qasas/4-də anladıldığı kimi, Musanın (əs) doğulduğu illərdə olmuşdu. Allahın Musanın (əs) anasına vəhyi sayəsində Musa (əs) suya buraxılıb Firon ailəsinə tapdırılaraq sarayda şahzadə olaraq böyüdülmüşdü.

Firondan nəql edilən “Buraxın məni, öldürüm Musanı” ifadəsi, Fironun Musanı (əs) öldürməsinə adamları tərəfindən mane olunduğu görüntüsünü verir. Anlaşılan odur ki, Fironun ətrafında ya Musaya (as) inanmış kimsələr vardı, ya da ən yaxınındakı adamları Firona “Musanı öldürmə, çünki o gücsüz bir sehirbazdır. Onun sehri ilə sənə üstün gəlməsi mümkün deyildir. Buna görə də, əgər onu öldürərsənsə, insanların beyninə və qəlblərinə bir şübhə salmış olarsan. Sonra da onlar: “Musa haqlı idi. Firon və tərəfdarları ona qarşılıq verə bilmədikləri üçün onu öldürdülər” – deyərlər” – demişdilər. Bəlkə də onlar Fironun Musa (əs) ilə boğuşub durmasının işlərinə yarayacağını, ikisi arasındakı mübarizə davam edərkən idarəçilikdə istədikləri kimi rahat davranacaqlarını düşünmüşdülər.

Fironun “Buraxın məni, öldürüm Musanı” deməsinin belə bir səbəbinin olması da ehtimal daxilindədir: Bəlkə də Firon Musadan (əs) qorxur, ona hər hansı bir hücum anında Allahın onu qoruyacağına inanırdı. Buna görə də, vəziyyəti qurtarmaq üçün ətrafındakıların ona mane olduğu görüntüsünü verirdi.

Firondan nəql edilən “Şübhəsiz mən, onun sizin dininizi dəyişdirməsindən və yaxud yer üzündə qarışıqlıq çıxarmasından qorxuram ifadəsindən, Musanın (əs) xalqdan özünə tərəfdarlar tapacağı, Misirdə anarxiya yaradacağı və iqtidara təhdid ola biləcəyi yönündə Fironda böyük bir qayğı meydana çıxdığı anlaşılır.

Ayənin “اَوْ اَنْ يُظْهِرَ فِي الْاَرْضِ الْفَسَادَ” bölümüylə əlaqədar bəzi açıqlamalarımız olacaqdır.

Birinci məsələ: Ayədəki “اَوْ əv” bağlayıcısı, Küfə, İsam və Qahirə Rəsmi düzülüşlərində “اَوْ əv”; Mədinə, Məkkə, Bəsrə, Şam, İstanbul/Topqapı və Sana Rəsmi düzülüşlərində “و və” olaraq yazılıbdır.

Bağlayıcı “و və” olaraq ələ alındığında məna; “Şübhəsiz n onun sizin dininizi dəydirməsindən və bu yerdə/ölkəmizdəki qarışıqlığı ortaya çıxarmasından; pozğunçu nizamımızı deşifrə etməsindən qorxuram” şəklində olub Firon Musanın iki işi birdən etməsindən qorxur.

Ədat, “اَوْ əv” olaraq ələ alınırsa, məna “Şübhəsiz n onun sizin dininizi dəydirməsindən və ya bu yerdəki/ölkəmizdəki qarışıqlığı ortaya çıxarmasından; pozğunçu nizamımızı deşifrə etməsindən qorxuram” şəklində olub Firon, Musanın iki işdən birini etməsindən qorxmaqdadır.

Ayədəki ذَرُون۪ٓي zəruni, اِنّ۪ٓي inni, يُظْهِر yüzhirə və لْفَسَاد fəsad kəlimələri ilə əlaqədar bir sıra qiraət fərqliliklərindən bəhs etmək lazımdır. Biz onları əhəmiyyətli hesab etməyib, mövcud yazı və qiraət üzərindən dəyərləndirmə edirik.

Ayənin bu bölməsi, yəni “اَوْ اَنْ يُظْهِرَ فِي الْاَرْضِ الْفَسَادَ” hissəsi ümumiyyətlə “Musanın yer üzündə fəsad çıxarmasından” şəklində çevrilməkdədir. Bir peyğəmbərin yer üzündə fəsad çıxarmasından əslində bəhs edilməyəcəyi kimi, bu məna orijinal mətnə də ziddir. Belə ki, orijinal mətnin mənası yer üzündə var olan bir fəsadın izharı; açığa çıxarılması, açıq hala gətirilməsidir. Yəni demək olur ki, o yerdə bir fəsad var, amma hər kəs bunu bilmir, bunu dərk etmir; Musa o fəsadı kütləyə göstərəcək, gözlər önünə sərəcəkdir. Başqa sözlə, deşifrə edəcəkdir.

Qeyd:

“الْاَرْضِ əl ərz=yer üzü” ifadəsinin başındaki lam-ı ta’rif (“əl” ədatı), əhd üçün olub, bütün yer üzü mənasında olmayıb, “bu bölgə”, yəni Misir ölkəsi deməkdir.

 

Musanın izhar edəcəyi, yəni hər kəsə göstərəcəyi; deşifrə edəcəyi Misir idarəçiliyinin fəsadına gəlincə, bunu aşağıdakı ayələrdən açıq şəkildə anlaya bilirik:

  • 4Şübhəsiz ki, Firon, yer üzündə ucaldı və idarəsi altında olan insanları qruplara ayırdı/onlardan bir qrupunu gücsüzləşdirmək istəyir, onların oğullarını boğazlayır – təh­­silsiz, təlimsiz buraxıb xüsusiyyətsiz bir kütlə təşkil edərək gücsüzləşdirir, qızla­rı­nı da sağ buraxırdı. Şübhəsiz ki, o, fitnə-fəsad törədənlərdən idi. (Qasas/4)
  • 76,77Şübhəsiz, Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarları güclü, qüvvətli bir top­lu­lu­ğa ağır gələrdi. Bir zaman qövmü ona demişdi ki: “Öyünmə! Şübhəsiz ki, Allah öyünənləri sevməz. Və Allahdan sənə axirət yurdunu verməsini istə. Dün­ya­dan da nəsibini unutma! Allahın sənə ehsan etdiyi kimi, sən də ehsan et. Və yer üzün­­də pozğunçuluğu istəmə. Şübhəsiz ki, Allah pozğunçuları sevməz”. (Qasas/ 76, 77)
  • 83Bax budur, axirət yurdu! Biz onu yer üzündə təkəbbürlənməyi və pozğunçuluğu arzulamayan insanlar üçün hazırlarıq. Və aqibət, Allahın qoruması altına girənlər üçündür. (Qasas/ 83)
  • 6–13Ad qövmünə, sütunlar sahibi İrəmə ki, diyarlar içində belə bir mənzərə görünməmişdi, vadilərdə qayaları kəsən Səmud qövmünə, o payaların/dirəklərin sahibi, möhtəşəm orduları olan/görünməmiş işgəncələr edən Firona Rəbbinin nə etdiyini görmədinmi/düşünmədinmi? Onlar ki, o ölkələrdə yollarını azmışdılar. Beləliklə də, oralarda pozğunçuluğu çoxaltmışdılar. Ona görə də Rəbbin onların üzərlərinə əzab qamçısı yağdırdı. (Fəcr/10-12)

Bu ayələrdən açıq anlaşılır ki, Fironun qurduğu quruluş bir qarmaqarışıq quruluşdur. Qarun kimi İsrail oğullarından olan mənfəətpərəst insanlar da bu quruluşun insanlarıdır. İsrail oğullarından bu fəsad quruluşunun fərqində olanlar da vardır.

Budur, ayənin bu bölməsində Fironun Musanın bu qarmaqarışıq quruluşunu ifşa edəcəyindən qorxduğu bildirilməkdədir.

Ayənin bu bölməsində bir də qiraət fərqliliyindən bəhs edə bilərik:

Həmzə, Kisâî və Âsım’ın râvisi Ebu Bekr, yâ’nın və hâ’nın fəthası, fəsâd kəliməsinin ref’i ilə, “ اَنْ يَظْهَرَ الْفَسَادُen YEZHERA’L FESADÜ şəklində oxumuşdular. (Razi: Mefatihu’l Ğayb) Buna görə məna, “yaxud yer üzündə fəsadın ortaya çıxmasından (qorxuram)” şəklində olmuş olur.

Fəsad ayələrinin açıq ifadələrinə görə biz bu qiraəti tərcih etmədik.

Din Nədir? “Din” sözü, yuxarıdakı ayədə Maun surəsində gördüyümüz “cəza/qarşılıq” mənasından fərqli olaraq “cəmiyyət nizamı, yaşayış qaydalarının bütünü, yəni şəriət” mənasında işlədilmişdir. Ancaq bu söz ilə qəsd edilən nizam, sadəcə Allahın qoyduğu prinsipləri əhatə edən Haqq Nizamdan ibarət olmayıb, insanlar tərəfindən qurulan bəşəri nizamları da əhatə edir. Bu anlamda din, istər haqq, istərsə də batil olsun, istər Allah, istərsə də insanlar tərəfindən qurulmuş olsun, hər cür cəmiyyət nizamı, yaşam qaydalarının bütünü deməkdir.

Bu halda istər Məkkəlilərin və Misirlilərin yaratdıqları nizamlar, istərsə də bu günkü cəmiyyətlərdə yaranmış olan kapitalizm, sosializm, liberalizm, kommunizm kimi iqtisadi nizamlar da bir din sayılmalıdır.

Qaydalarını Allahın qoyduğu Haqq Din isə Quranda “Allaha aid din”, “Əd-Dinü’l-Hənif”, “Əd–Dinü’l-Qəyyum”, “Müxlisinə ləhü’d-Din”, “Əd-Dinü’l-Xalis” və “İslam” adlarıyla yer almışdır.

Kəlam alimləri “Haqq Din”i belə tərif etmişdilər: “Haqq Din, Uca Allahın qullarını haqqa çatdırmaq kimi Peyğəmbərləri vasitəsi ilə ağıl sahibi insanlara təbliğ etdiyi, onları dünya və axirət xoşbəxtliyinə qovuşduran sistem, Allahın qoyduğu hökmlərdir”.

Haqq Din ilə digər bəşəri dinlər, yaşama və icra etmə nöqteyi-nəzərindən bir-birlərindən ayrıdırlar, ayrılmışdırlar; birləşə bilməzlər, kəsişə bilməzlər. Əslində elə birləşməməli və kəsişməməlidirlər.

Haqq Dinin Allah tərəfindən müəyyən edilmiş, siyasi, iqtisadi, hüquqi ana prinsipləri vardır. Təbii olaraq bəşəri dinlərin də bu mövzularda prinsipləri vardır. Bu nöqtədə Müsəlman öz dinini, Müsəlman olmayan da öz dinini/nizamını yaşamalıdır. Kimsə biri digərininkinə qarışmamalıdır.  Fitnə olmadığı müddətcə Müsəlman olan Müsəlman olmayana güc tətbiq etməməlidir. Müsəlman da İslamın prinsiplərinin tamamını qəbul etməli, saf dininə uydurma dinlərin prinsiplərindən qarışdırmamalıdır. Haqq Dindəki hər hansı bir prinsipin yerinə uydurma dinlərdən bir prinsip mənimsənməsi, Rəbbimizin Bəqərə/85-dəki bəyanına uyğun olaraq kafirlikdir. Hər kəsin mərdü-mərdanə, nəticəsinə qatlanmaq şərtilə mömin və ya kafir olma azadlığı vardır.

Bu mövzu haqqında Kafirun surəsinin təhlilində açıqlama edildiyindən, incəliyin oradan oxunmasını məsləhət görürük.

28,29Və Firon ailəsindən imanını gizlədən bir igid insan: “Bir adamı Rəbbim Allahdır” dediyi üçün öldürəcəksinizmi? Halbuki, o, qətiliklə sizə Rəbbinizdən dəlillərlə gəlmişdir. Və əgər o, bir yalançıdırsa, bir baxarsan ki, onun yalanı öz əleyhinə olmuşdur. Və əgər doğrudursa, sizə etdiyi təhdidlərin bir qismi sizə isabət edər. Şübhəsiz ki, Allah həddini aşan bir yalançıya bələdçi olmaz. Ey qövmüm! Yer üzündə açığa çıxmış olaraq, bu gün idarəçilik sizindir. Yaxşı, əgər gələcək olarsa, Allahın qəzəbindən kim kömək edib bizi qurtarar?” dedi.

Firon: “Mən sizə görüşümdən başqasını göstərmirəm və mən, sadəcə sizə rəşidliyin/ağıllı olmağın yoluna bələdçilik edirəm” dedi.

30–35Yenə o iman etmiş olan insan: “Ey qövmüm! Şübhəsiz ki, mən sizə görə Əhzab gününə bənzər gündən, Nuh qövmünün, Adın, Səmudun və daha sonrakıların başına gələnlərin bənzərindən qorxuram. Və Allah qulları üçün bir haqsızlıq, səhv istəməz. Ey qövmüm! Şübhəsiz ki, mən sizə gələcək o çağırışma/bağırışma/qaçışma günündən – arxanıza dönüb qaçacağınız gündən qorxuram. Sizi Allahdan qoruyan biri yoxdur. Hər kimi də Allah çaşdırırsa, artıq onun üçün bir yol göstərən yoxdur. Və and olsun ki, bundan öncə sizə Yusuf dəlillərlə gəlmişdi. O zaman da, onun sizə gətirdiyi şeylərdə şübhə etmişdiniz. Sonunda o öldüyündə də:  “Bundan sonra Allah qətiyyən elçi göndərməz” – dediniz. Allah özlərinə gəlmiş bir güc olmadan, Allahın ayələri/əlamət­lə­ri/nümunələri haqqında mübahisə edən, həddini aşan, şübhəyə düşənləri bax budur, belə çaşdırır. Bu vəziyyət Allah qatında və iman edənlər yanında nifrət olaraq böyükdür. Bax budur, Allah hər təkəbbürlənən kobudun qəlbi üzərinə damğa basar” – dedi.

Bu ayə qrupunda, Fironun yaxınlarından iman etmiş, o günə qədər də imanını gizləmiş mömin bir adamın Firon ilə Musanın (əs) mübarizəsi anında ortaya çıxaraq, Firon və ətrafını xəbərdar etdiyi, çox məqbul və məntiqli səbəblər anladaraq, onlara öyüdlər verdiyi, Musanı (əs) ən gözəl şəkildə müdafiə edərək, Firondan gələcək kədərləri aradan qaldırmağa cəhd etdiyi bəyan edilmişdir.

Anlayırıq ki, Rəbbimiz bu mərhələdə başqa bir saleh qulunu dövrəyə salmışdır. Mömin qulun bəyanlarından anlaşıldığına görə, bu qul adi biri olmayıb, ilahiyyat barəsində geniş biliyə və inanca sahibdir. Dünya və axirətə dair bir çox şey bilir. Yaxşılıq və pisliyin qarşılığının axirətdə tamamilə alınacağı mövzusunda son dərəcə şüurlu və inanclıdır.

Mömin adamın dilindən nəql edilən ifadələr, İslami prinsipləri ehtiva edən kifayət qədər açıq və bəlağətli bir xitab nümunəsidir.

Fironun əhlindən olan bu şəxsin kim olduğu açıqlanmamışdır. Klassik əsərlərdə onun Fironun əmisinin oğlu olduğu, Firon adından hərəkət etmə səlahiyyətinə sahib olduğu və təhlükəsizlik müdirliyi etdiyi, Qipti bir adam olduğu, həmçinin Qasas/20-də “Və şəhərin o biri ucundan bir adam qaçaraq gəldi. Dedi ki: “Ey Musa! İrəli gələnlər səni öldürmək üçün sənin haqqında söhbət edirlər. Dərhal çıx! Şübhəsiz ki, Mən öyüd verənlərdənəm” şəklində danışan adamın da o olduğu yönündə izahlar mövcuddur. [6] Bir başqa tarixçi [7] bu adamın adinin “Habrek” olduğunu yazır. Bir başqa təfsirçi [8]   isə “Səman” ya da “Həbib” olduğunu və ya özünə “Hərbil” və ya “Həzbil” deyildiyini söylər. Belə ki, bu izahlardan heç birisi də konkret məlumata əsaslanmır. Surədəki bölmədən anlaşılacağı kimi, o, Fironun əhlindən və sarayda divan toplantılarına qatılan birisidir. Yusif surəsində “racül” sözünün mütləq “erkək” demək olmayıb, “yetişkin insan” demək olduğunu açıqlamışdıq. Buradan hərəkətlə, imanını o mərhələyə qədər gizləyərək, Musanı müdafiə etmək üçün ortaya çıxan bu adamın Fironun xanımı olması da mümkündür.

Dənad [Çağırışma–Bağırışma/Qaçışma]Günü    

“Mömin qul”un Firon və tərfdarlarına etdiyı xitabədə qiyamət günü “التناد Tənad” günü olaraq xarakterizə edilmişdir.

“Ninda” kökündən gəlmiş olan “التناد tənad” sözü “qışqırma-çağırışma” mənasına gəlir. Qurandakı bu söz “تنادّ tənadd” şəklində də oxunmuşdur.  Bu qiraət nəzərə alındığında isə kəlmənin kökü “ن د د ndd” olub  “qaçışma” mənasına gəlir. [9] Əsl qiraətə görə qiyamət gününə  “dənad” adının verilməsi, insanların o gün bir-birlərinə yüksək səs­lə çağrışacaqlarına görədir. Quranda insanların bir-birini çağırmasından, dan bəhs edən bir çox ayə (Əraf/42, 45, 50, Müddəssir/38-48, İsra/71, Furqan/13, 14, Furqan/27-29, Kəhf/49, Haqqa/19, 20, 25, 26, Ənbiya/97, 14, 46, Ya sin/52, Saffat/19, 20, Qələm/31, Əbəsə/34, 36) vardır.

“Mömin qul”un yenə eyni xitabəsində “Budur Allah, hər öyünən zorbanın qəlbi üzərinə damğa basar” dediyi görünür.  Allahın qəlbləri möhürləməsi, adamların həqiqətə qarşı gözlərini və qulaqlarını qapatmaları və ondan qaçmalarıdır. Bu mövzudakı açıqlamalarımız Tin surəsinin təhlilində verildiyindən, incəliyin oradan oxunmasını məsləhət görürük.

Fironun ayədə nəql edilən “mən sadəcə sizə rəşadın yoluna bələdçilik edirəm” şəklindəki ifadəsinə görə, Firon Musanın (əs) təbliğ etdiyi yolu “pis yol” olaraq qəbul edir, öz yolunun da “doğru yol” olduğunu irəli sürür. Bu, Fironun və ətrafındakı şeytanların alqışçılığından qaynaqlanır.

Onlara öz yollarını şeytan bəzəkli göstərir:

  • 43Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilərmi? Amma onların qəlbləri qatılaşdı və şeytan onlara etməkdə olduqları şeyləri cəzbedici göstərdi. (Ənam/43)
  • 48,49Həmçinin o münafiqlər və qəlblərində xəstəlik olan/düşüncəsi pozuq insanlar: “Bu adamları dinləri aldatdı” – dedikləri zaman o pis niyyətli başçı, onlara əməl­lə­rini cazibəli göstərmiş və onlara: “Bu gün sizi insanlardan məğlub edəcək kim­­sə yoxdur və mən də sizin köməkçinizəm” – demişdi. Sonra isə iki ca­­maat bir-biri ilə qarşılaşdıqları zaman o, dönüb qaçaraq: “Şübhəsiz ki, mən siz­dən uzağam. Şübhəsiz ki, mən sizin görmədiyinizi görürəm, Şübhəsiz ki, mən Allah­dan qorxuram” – dedi. Və Allah sonlandırması/cəzalandırması çox şid­dət­li olandır. Və hər kim, Allaha işin nəticəsini həvalə edərsə, bilsin ki, şübhəsiz, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qa­lib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Ənfal/48, 49)
  • 103De ki: “Əməllər baxımından ən çox zərərə uğrayanları xəbər verimmi? 104Onlar qondarma olaraq, gözəllik etdiklərini sanarkən, dünyadakı çalışmaları da boşa getmiş olan insanlardır”. (Kəhf/103, 104)
  • 7Kafirlər… Onlar üçün şiddətli bir əzab vardır. İman etmiş və quruculuq yolunda fəaliyyət göstərənlər – onlar üçün bir bağışlanma və böyük bir mükafat vardır. 8Onun üçün, pis əməli özünə bəzəkli göstərilən, sonra da onu gözəl görən insanmı? Şübhə yox ki, Allah dilədiyini/diləyəni çaşdırar, dilədiyinə/diləyənə də bələdçilik edər. Onun üçün canın onlara qarşı həsrətlərlə/kədərlərlə sıxılmasın. Şübhəsiz ki, Allah onların etməkdə olduqlarını çox yaxşı bilir. (Fatir/7, 8)

36,37Və Firon: “Ey Haman! Səbəblərə – göylərin səbəblərinə çatmağım üçün mənə bir qüllə düzəlt ki, Musanın ilahının nə olduğunu anlayım. Və şübhəsiz, mən onun yalançı olduğu qənaətindəyəm” – dedi. Bax budur, beləcə, Firona əməlinin pisliyi bəzəkli göstərildi və yoldan çıxarıldı. Və Firon sistemi yalnız və yalnız itkiyə/zərərə uğrayıb acı çəkmə içindədir.

İman etmiş adamın etdiyi xəbərdarlıqdan sonra ətrafındakıların bu sözlərdən təsirlənəcəyindən qorxan Firon Musanın (əs) gətirdiyi tövhidi sınayacağını və əgər doğ­ru olduğu ortaya çıxarsa, bunu ətrafındakılardan gizləməyəcəyini; əgərdoğru olmadığı ortaya çıxarsa, dinləri üzərində sabit qalmalarını təmin edəcəyimi his­s etdirmək məqsədi ilə ağlınca hücuma başlamış, vəziri Hamana: “Ey Haman! Səbəblərə; göylərin səbəblərinə çatmağım üçün mənə bir qüllə düzəlt ki, Musanın tanrısına muttali olum [Musanın tanrısının nə olduğunu anlayım]. Və şübhəsiz mən, onun yalançı olduğu naətindəyəm” – deyərək ağlasığmaz sözlər söyləmişdir.

Fironun Hamandan bu tələbi Qasas surəsində belə yer almışdı:

  • 38Firon da: “Ey öndə gedənlər! Sizin üçün məndən başqa bir tanrı bilmədim. Ey Haman, mənim üçün palçıq üzərinə dərhal atəş yandır/kərpic emal et və Musanın tanrısı haqqında məlumat əldə etməyim üçün mənə bir qüllə düzəlt. Və şübhə yox ki, onun yalançılardan biri olduğuna tam əmin olun ki, inanıram” – dedi. (Qasas/38)

Burada qısaca toxunulan hadisələr Şüəra surəsində belə anladılmışdı:

  • 23Firon: “Aləmlərin Rəbbi dediyin nədir ki?” – dedi.
  • 24Musa: “Əgər yəqin bilmiş olsanız, O, göylərin, yerin və ikisi arasında olanların Rəbbidir”.
  • 25Firon yanında olanlara: “Eşidirsinizmi?” – dedi.
  • 26Musa: “O, sizin Rəbbiniz və daha əvvəlki atalarınızın da Rəbbidir” – dedi.
  • 27Firon: “Sizə göndərilən bu elçiniz, tam yəqinliklə bilin ki, gizli güclərlə dəstək­lə­nən/dəlinin biridir” – dedi.
  • 28Musa: “Lakin ağılla hərəkət edin, O, Şərqin, Qərbin və ikisi arasında olanların Rəbbidir” – dedi.
  • 29Firon: “Məndən başqa tanrı qəbul edirsən? And olsun ki, səni zindana saldıraram” – dedi. (Şüəra/23-29)

Firon Hamana o sözləri söyləyərkən belə bir tanrının olmadığına, Musanın yalan söylədiyinə işarə etmək istəyirdi.

Fironun Hamana belə bir quruluş [rəsədxana] qurdurub-qurdurmadığı açıqlanmamışdır.

Haman ilə əlaqədar açıqlamamızı Qasas surəsinin təhlilində etdiyimizdən, incəliyin oradan oxunmasını məsləhət görürük.

38–44Yenə iman etmiş olan o adam: “Ey qövmüm! Mənə tabe olun ki, sizə ağıllı olmağın yoluna bələdçilik edim. Ey qövmüm! Bu bayağı həyat ancaq keçici bir qazancdır. Axirət isə qətiliklə durulacaq yurdun məhz özüdür. Hər kim bir pislik edərsə, ona ancaq etdiyinın bir misli ilə cəza verilir. Və kişi və ya qadın, hər kim mömin olaraq düzəltmək yönündə iş edərsə, artıq onlar orada hesabsızca ruzilən­mək üçün cənnətə girərlər”. Yenə: “Ey qövmüm! Mənə nə olur ki, siz məni atəşə dəvət edərkən, mən sizi qurtuluşa dəvət edirəm! Siz məni Allaha inanmamağa və mənim üçün haqqında heç bir bilik olmayan şeyləri Ona ortaq qoşmağa dəvət edirsiniz. Mən isə sizi, o çox güclü və çox bağışlayıcı olan Allaha dəvət edirəm. Heç inkar edilə bilinməz ki, həqiqətən sizin məni özünə dəvət etdiyiniz şey, dünya və Axirətdə özünə bir çağırış olmayan şeydir. Və şübhəsiz, dönüşümüz Allahadır. Və şübhəsiz, həddi aşanlar, cəhənnəm əhlinin məhz özləridir. Artıq siz mənim sizin üçün söylədiklərimi yaxında xatırlayacaqsınız. Və mən işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah qullarını ən yaxşı görəndir” – dedi.

Fironun yaxınlarından olub, o günə qədər imanlı olduğunu gizləmiş olan adam yenidən ortaya çıxaraq Firon və ətrafına öyüd verməyə davam etmişdir. Bu ayə qrupunda o öyüdlər nəql edilmişdir.

“Yaxında anacaqsınız!”

İnanclı adam sözlərini “Artıq siz, mənim sizin üçün söylədiklərimi yaxında anacaqsınız” deyə bitirmişdir. Bu sözlər təhdid ehtiva edən bir xüsusiyyət daşıyır. Reallaşacağı bildirilən “anma, xatırlama” hadisəsi Firon və təqibçilərinin “boğulma” vaxtı ola biləcəyi kimi, qiyamətdə insanın qiyamət dəhşətlərini bilavasitə yaşadığı an da ola bilər.

45,46Sonra Allah o mömini onların qurduqları tələlərin pisliklərindən qorudu. Fironun yaxınlarını isə, əzabın pisi – atəş əhatə etdi. Onlar həmişəlik olaraq, atəşə ərz olunurlar. Qiyamət qopacağı gün isə: “Fironun yaxınlarını əzabın ən şiddətlisinə salın!”

Bu ayələrdə, işini Allaha həvalə edən mömin adamla onun qarşısındakı Firon, Haman və Qarun kimi inancsızların aqibətləri haqqında məlumat verilir. Bu ayələrlə Allah yolunda olanların daima qurtulacaqları, qarşı çıxanların isə həlak olacaqları, dünya və axirətdə əzaba düçar olacaqları ismarıcı verilir.

Ayədəki “Allah onu [o mömini], onların qurduqları tələlərin pisliklərindən qorudu” ifadəsindən anlaşıldığına görə, Firon bu mömin adama açıq şəkildə bir pislik etməmiş, ona açıq şəkildə zərər verməyi düşünməmiş və onu hiylə ilə ortadan qaldırmağı düşünmüşdür. Buradan da bu adamın Firona çox yaxın bir nəfər olduğu anlaşılır. Allah onların bütün planlarını alt-üst etmişdir.

Bu ayələr “qəbir əzabı” inancına vasitə edilmişdir. Halbuki bu ayələr Fironun dünyada çəkdiyi kədərləri və axirətdə çəkəcəyi cəzanı nəql edir.

Qeyd:

Səhər-axşam ifadələri davamlılıqdan, daimilikdən kinayədir. Gecə-gündüz ifadələri də eynidir.

47Və onlar, atəş içində bir-birləri ilə mübahisə edərkən, zəif olanlar yekəxanalıq edənlərə:  “Şübhəsiz, bizlər sizə uyan insanlar idik. İndi siz bizdən atəşdən bir hissəni sovuşdura bilərsinizmi?” – deyərlər.

48Yekəxanalıq edənlər: “Şübhəsiz, həmişə/hamımız onun içindəyik. Şübhəsiz ki, Allah qullar arasında hökmünü vermişdir” – dedilər.

49Və atəş içindəki insanlar cəhənnəm gözətçilərinə: “Rəbbinizə yalvarın ki, bir gün də olsa, bizə verilən əzabı bir qədər zəiflətsin/azaltsın” – dedilər.

50Gözətçilər: “Sizə elçiləriniz açıq dəlilləri gətirmədilərmi?” – deyə soruşarlar. Onlar: “Bəli, gətirmişdilər” – deyərlər. Gözətçilər: “Belə isə, özünüz yalvarın” – deyərlər. Kafirlərin yalvarması, sadəcə, çaşqınlıqdır/boşa çıxmışdır.

Bu ayələrdə axirətə aid bir mübahisə səhnəsi təqdim edilir. Səhnədə Firon kimi yekəxanalıq edənlərlə İsrailoğulları kimi zəiflədilmişlər yer almışdır. Buna bənzər səhnələr daha öncə də bir çox dəfə nəql edilmişdi. Ancaq buradakı anlatma bir az daha incəliklidir.

Müstəkbirlər [təkəbbürlü zalımlar] ilə müstazaflar [əzilənlər] öz aralarında belə mübahisə edirlər:

– Şübhəsiz ki, bizlər sizə uyanlar idik. İndi siz bizdən, atəşdən bir bölməni sovuşdura bilərsinizmi?

  • Şübhəsiz ki, elə onun içindəyik. Şübhəsiz ki, Allah qullar arasında hökmünü vermişdir.”

Bu mübahisənin incəliyi Əraf surəsində verilmişdi.

  • 38Allah: “Sizdən əvvəl keçmiş tanıdığınız-tanımadığınız atəş içindəki lideri olan cəmiyyətlərin içinə girin!” – deyər. Hər cəmiyyət ora daxil olduqca qardaşını kənarlaşdırıb gözdən salar. Sonunda hamısı oraya toplandığında, sonrakılar əvvəlkilər haqqında: “Rəbbimiz! Bax budur, bunlar bizi yolumuzdan azdırdı. Onlara atəşdən qat-qat əzab ver” – deyərlər. Allah: “Hər kəsə qat-qatdır, lakin siz bilmirsiniz” – deyər.
  • 39Əvvəlkilər də sonrakılara: “Sizin bizdən bir üstünlüyünüz yoxdur. O zaman etdikləriniz ucbatından əzabı dadın” – deyərlər.
  • 40Bu ayələrimizi yalan sayanlara və onlara qarşı yekəxanalıq edən kəslərə, məhz onlara göyün qapıları açılmayacaq və dəvə/kəndir iynənin dəliyindən keçmədikcə, onlar cənnətə girməyəcəklər. Biz günahkarları bax budur, belə cəzalandırarıq. 41Onlar üçün cəhənnəmdən yataqlar, üstlərindən də örtüklər vardır. Və Biz zalımları bax budur, belə cəzalandırarıq. (Əraf/38-41)

49-cu və 50-ci ayələrdə isə başqa bir səhnə yer alır. Cəhənnəmin ortasındakı günahlılar ilə cəhənnəmin gözətçiləri arasında bu dialoq keçir:

– Rəbbinizə dua edin ki, bir gün də olsa bizdən əzabı yüngülləşdirsin.

– Sizə elçiləriniz açıq sübutları gətirmədilərmi?” deyə soruşarlar.

Onlar:

– Bəli [gətirmişdilər].

– Elə isə özünüz dua edin!

Dialoqdan anlaşıldığına görə, atəş içindəki günahlılar birbaşa Allaha yalvarmayıb, gözətçilərdən Allaha vasitəçi olmalarını istəyirlər. Bunun niyəsi, Allah yanında üzlərinin olmaması, 52-ci ayədə də görünəcəyi kimi, Uca Allahın onları lənətləmiş olmasıdır.

  • 101Artıq Sura üfləndiyi zaman, bax budur, o gün aralarında nəsil-nəsəb əlaqəsi yoxdur, kimsə kimsədən bir şey istəyə bilməz də.
  • 102Beləcə, kimlərin çəkiləri ağır gələrsə, bax budur, onlar əsl qurtuluşa çatanlardır.
  • 103Kimlərin də çəkiləri yüngül gələrsə, artıq onlar da özlərinə heyf etmişlər/cəhənnəmdə həmişəlik qalarlar.
  • 104Orada onlar dişləri ağarmış halda ikən, atəş üzlərini yalayar.
  • 105Mənim ayələrim sizə oxunmadımı? Siz də onları yalan sayırdınızmı?
  • 106,107Dedilər ki: “Rəbbimiz! Biz azğınlığımıza məğlub olduq və biz bir azğınlar qövmü Rəbbimiz! Bizi buradan çıxar. Əgər bir daha eynisini edərsək, onda, o zaman gerçəkdən biz səhv/öz zərərlərinə iş edənlərik”.
  • 108Allah dedi ki: “Yatın oraya! Mənə də heç nə deməyin. 109Şübhəsiz, mənim qul­la­rım­dan bir qrup: “Rəbbimiz! Biz iman etdik, artıq bizi bağışla, bizə mərhəmət et, Sən mər­həmətlilərin ən yaxşısısan” – deyirdilər. 110Bax budur, siz onları lağa qoy­du­nuz! So­nunda da onlar sizə mənim anılmamı, öyüdümü unutdurdu/tərk etdirdi. Və siz onlara gülürdünüz. 111Şübhəsiz ki, bu gün Mən səbr etmələrinə qarşılıq, onları mükafatlandırdım. Onlar qazanclı çıxanların məhz özləridir”. (Möminlər/101-111)

51Şübhəsiz, Biz elçilərimizə və iman edənlərə bu bəsit dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik.

52O gün şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlərə üzr istəməkləri yararlı ola bilməz. Və onlara kənarlaşdırılaraq məhrum buraxılma vardır, yurdun ən pisi də onlar üçündür.

Rəbbimiz elçilərə və inanmış adamlara dünya həyatında və şahidlərin qalxdığı gün [axirət günü] yardım edəcək, şahidlərin ayağa qalxdığı gün müşriklərin bəhanələri özlərinə heç bir fayda verməyəcəkdir. Rəbbimiz onları rəhmətindən uzaq tutub, özlərinə yurdların pisini [cəhənnəmi] verəcəkdir.

  • 21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. (Mücadilə/21)
  • 7Ey iman edənlər! Əgər siz Allaha kömək edərsinizsə, O da sizə kömək edər və ayaqlarınızı sabit tutar. (Muhəmməd/7)
  • 4O, öz imanları ilə birlikdə imanları artsın deyə, möminlərin qəlblərinə qəlbi təskin edən arxayınlıq və sakitləşmə duyğusu/əhvali-ruhiyyə endirəndir. Göylərin və yerin orduları da yalnız və yalnız Allahındır. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır. (Fəth/4)
  • 139Və ruhdan düşməyin, kədərlənməyin! Və əgər inananlarsınızsa, ən üstün olan sizsiniz. (Al-i İmran/139)
  • 171–173Və and olsun ki, göndərilən qullarımız/elçilərimiz haqqında bizim sözümüz keçmişdir: “Şübhəsiz, onlar, tam yəqinliklə bilin ki, qalib olanların məhz özüdürlər. Şübhəsiz, bizim ordularımız, tam yəqinliklə bilin ki, qalib gələnlərin məhz özüdürlər”. (Saffat/171-173)

52-ci ayədə bəhs edilən “zalımlar”, bir çox yerdə ifadə etdiyimiz kimi, müşriklərdir. “…zalımlara üzr diləmələri fayda verməz” ifadəsi, müşriklərin orada rəhmət edilməyəcəyinə, qətiyyən cəhənnəmdən çıxarılmayacağına dəlalət edir.

Lənət [La‘Net]: اللعنة [lənət], “qovmaq, uzaqlaşdırmaq, yaxşılıq və faydadan məhrum buraxmaq” mənasındakı la‘n sözündən törəmiş bir sözdür. Qədim ərəblər bu sözü “ailənin və ya sülalənin bir fərdinin kənarlaşdırılması” mənasında işlədirdilər. لعين [la‘iin] və ملعون [məl‘un] sözləri də buradan gəlmişdir. Lənət Allah tərəfindən olarsa, “dünyada yaxşılıqdan, axirətdə isə lütf və mərhəmətdən məhrum buraxmaq”; insanlar tərəfindən olarsa, “küfr, kənarlaşdırma, söymə, həqarət və qarğış” mənasında işlədilir. [10]

Rəbbimizin insanları sınaması, öyrətmək üçün deyil, dünya və axirətə şahid etmək üçündür. Kimsə özünün haqqındakı qərara etiraz edə bilməsin. Eynilə məktəblərdə müəllimlərin şagirdlərini imtahan etmə məqsədinin, şagirdlərdən öyrənmək olmayıb, imtahana girən şagirdlərin vəziyyətinin müəyyən edilməsi, şahidləndirilməsi olduğu kimi.

Qiyamət günündə insanlar üçün öz nəfsi, yaxınları, cəmiyyəti, elçilər və vəhylər şahidlik edəcəkdir.

Bu mövzuyla əlaqədar bu ayələrə də baxıla bilər.

Bəqərə/143, Həcc/78, Fəcr/21-23, Nisa/41, 159, Nəhl /84, 89, Qaf/ 21, Mömin /51, Hud/18, 19, Qasas/75, Fussilət /20-22, Nur/ 24, Ya Sin/65, Furqan/30, Maidə/116-118.

53,54Və and olsun ki, Biz təmiz ağıl sahiblərinə bir yol göstərici və bir xatırlatma olmaq üçün Musaya “yol göstərmə” verdik və İsrailoğullarına o kitabı miras buraxdıq.

55O halda səbr et. Şübhəsiz, Allahın vədi haqdır. Günahın üçün əfv edilmə istə, həmişəlik olaraq, Rəbbini öyməklə birlikdə, Onu bütün nöqsanlıqlardan münəzzəh qıl.

Bu ayə qrupunda, Musa Peyğəmbər də xatırladılaraq Peyğəmbərimiz təsəlli edilmiş və özündən vəzifəsini səbirlə davam etməsi, günahı üçün əfv edilmə istəməsi, daima Rəbbini öyərək təsbih etməsi istənmişdir.

56Şübhəsiz, özlərinə gəlmiş qəti bir dəlil olmadan, Allahın ayələri/əlamət­lə­ri/nümunələri haqqında mübahisə edənlər… Onların qəlblərində ancaq çata bilmə­yə­cəkləri bir təkəbbür vardır. Sən   dərhal Allaha sığın. Şübhəsiz ki, O, ən yaxşı eşidən və ən yaxşı görəndir.

Bu ayədə müşriklərin nə qədər yazıq olduqları anladılaraq əllərində heç bir sübutları, gücləri olmadan Allaha qarşı çıxmaları qınanır. Quru bir təkəbbür sahibidirlər və dəlilsiz hərəkət edirlər. Quranda bir əskiklik, çatışmamazlıq, əsassızlıq tapdıqları üçün deyil, təkəbbürlərinə görə, Elçini qısqandıqları üçün belə edirlər.

Bizim əsas götürdüyümüz Rəsmi Düzülüşdə bu ayənin Mədəni olduğu zikr edilir. Bəzi müfəssirlər bu ayənin Yəhudilərin yekəxanalıq edərək Peyğəmbərə Məsih Dəccalın sahibləri olduğunu, sonra onun ortaya çıxaraq, dünyaya hakim olacağını, düşmənlərini ortadan qaldıracağını, Yəhudilərin keçmiş nüfuz və krallıqlarını geri gətirəcəyini söyləmələrindən sonra endi­rildiyini rəvayət edirlər. Bunu rəvayət edən müfəssirlər söyləyirlər ki, Allah Peyğəmbərə, bu fit­nəsindən Allaha sığınmasını əmr edir. [11]

Halbuki bu ayədə verilən ismarıc yuxarıda 34-cü ayədə də verilmişdi. Ayələrdə bəhs edilən mövzu Məkkədə cərəyan edən hadisələrdir. Ona görə də bu ayənin Mədəni olması uzaq bir ehtimaldır.

57Əlbəttə, göylərin və yerin yaradılması insanların yaradılmasından daha mürəkkəbdir. Amma insanların çoxu bilmirlər.

58Və kor ilə görən eyni olmaz. İman etmiş və düzəltmək yönündə işlər etmiş olanlar və pislik edənlər də eyni deyildir. Nə qədər də az düşünürsünüz!

59Şübhəsiz, o qiyamətin qopma anı, əlbəttə ki, gələcəkdir. Buna heç şübhə yoxdur. Lakin, insanların çoxu buna inanmırlar.

Bu ayə qrupunda inkarçılara axirətin mütləq olacağı dəlillərlə isbat edilir və bu dəlilləri idrak edə bilməyənlər kor olaraq xarakterizə edilir.

  • 124–126Kim Mənim anılmağımdan/Mənim öyüdümdən uzaq durarsa, heç şübhəsiz, onun üçün çətin, sıxıcı bir dolanışıq/yaşayış vardır. Qiyamət günü də onu kor olaraq qi­yamət gününün toplantı yerinə toplayarıq. O deyər ki: “Rəbbim, mən görən biri olduğum hal­da məni niyə kor olaraq bu yerə çıxardın?” Allah deyər ki: “Bu belədir, ayə­lərimiz sənə gəldisə də, sən onları tərk etmişdin – bu gün də eyni şəkildə sən tərk edi­lir­sən/cəzalandırılırsan”. (Ta Ha/124-126)

57-ci ayədə, öldükdən sonra dirilişi inkar edənlərə qarşı gətirilən əqli bir dəlildən bəhs edilir. Sanki müşriklərə: “Göylərin və yerin yaradılması, insanların yaradılışının təkrarlanmasından daha böyükdür, çətindir və qarmaqarışıqdır. Beləliklə, göyləri və yer üzünü yarada bilən Allah insanı yenidən niyə yarada bilməsin?” – deyilir.

  • 36Yoxsa o insan özbaşına buraxılacağınımı sanır? 37O, nizamlanmış/diqqətlə ölçülüb biçilmiş spermadan bir nütfə deyildimi?
  • 38Sonra da bir embriyon idi ki, sonra onu əmələ gətirmiş, sonra da nizama salmışdır 39ki, ondan da iki həmtayı – erkək və dişini var etmişdir.
  • 40Yaxşı, bütün bunları edən, ölüləri diriltməyə gücü yetən deyilmidir? (Qiyamət/36-40)

60Və sizin Rəbbiniz: “Mənə yalvarın, dua edin ki, sizə qarşılıq verim. Şübhəsiz, Mənə qulluq etməkdən yekəxanalıq edən insanlar yaxında xor görülmüş olaraq, cəhənnəmə girəcəkdirlər” – dedi.

Rəbbimiz bu ayəsində hər hansı bir şərtə bağlamadan, qullarının özünə dua və yalvarış etmələrini istəyir; dua edənlərə qarşılıq verəcəyini, özünə ibadət və dua etməkdən yekəxanalıq edənləri isə aşağılanmış olaraq cəhənnəmə salacağını bildirir. Ayədə dolaylı olaraq verilən digər bir ismarıc isə insanların dua və ibadətlərində sadəcə Allaha yönəlməli olmalarıdır.

  • 186Və qullarım səndən Mənim haqqımda soruşduqları zaman, bilin ki, şübhəsiz, Mən çox yaxınam. Mənə yalvarınca, yalvaranın yalvarışına cavab verərəm. O halda kamala yetmələri üçün onlar da Mənə qarşılıq versinlər və Mənə inansınlar. (Bəqərə/186)
  • 77De ki: “Yalvarışlarınız/duanız olmasa, Rəbbim sizə dəyər verərmi ki, siz qətiyyən yalvarmadınız, yalan saydınız? Artıq yalvarmamaq, yalan saymaq sizin ayrılmaz hissəniz olacaqdır, özünüzü bu vəziyyətdən qurtara bilməyəcəksiniz”. (Furqan/77)

Göründüyü kimi, Rəbbimiz qullarına verəcəyi qarşılığı “Mənə dua edin ki, sizə qarşılıq verim” hökmüylə birbaşa özünə dua edilməsi, yəni özündən istənilməsi şərtinə bağlamışdır. Buradan çıxarılmalı olan nəticə, duanı ancaq Allahı haqqıyla təqdir edənlərin edə biləcəyi həqiqətidir. Çünki insan əvvəlcə necə bir tanrıya yalvaracağını bilməli, sonra da Ondan istəməlidir. Belə edilməyən dualar səhv ünvana göndərilən istəklərə bənzəyər. Həm yerinə çatmaz, həm də alan heç bir şey etməz. Allahdan başqa heç kimsə – Peyğəmbərlər, yatırlar, şeyxlər, ağabəylər, ustadlar insanın duasını eşitməz və yardımçı olmazlar.

61Allah içində dincələsiniz deyə gecəni, göz açıcı bir aydınlıq olaraq da, gündüzü sizin üçün nizamlayandır. Şübhəsiz, Allah insanlara qarşı bir ərməğan sahibidir. Lakin, insanların çoxu verilən nemətlərin qarşılığını ödəməzlər.

62Bax budur, hər şeyin yaradıcısı Rəbbiniz – Allah budur. Ondan başqa tanrı deyə bir şey yoxdur. O halda necə olur ki, döndərilirsiniz!

63Bax budur, Allahın ayələrini bilə-bilə inkar edənlər belə döndərilirlər.

64Allah sizin üçün yer üzünü bir qərargah, göyü də bir bina edən, sizə şəkil verən ki, şəkillərinizi necə də gözəl vermişdir və sizi təmiz şeylərdən ruziləndirəndir. Bax budur, O – Rəbbiniz Allahdır. Bax budur, aləmlərin Rəbbi olan Allah nə səxavətlidir!

65O, diridir. Ondan başqa tanrı deyə bir şey yoxdur. Ona görə də, dini yalnız Onun üçün münəzzəh qılaraq Ona dua edin. Bütün təriflər yalnız aləmlərin Rəbbi Allahadır, başqası öyülə bilməz.

Bu ayə qrupunda Rəbbimiz, insanlara verdiyi nemətlərdən bəzilərini sayaraq, özünü tanıdır. Bölməni bir əvvəlki ayə ilə əlaqələndirərək, bu tanıtmağın məqsədinin “Nə üçün sadəcə Allaha dua edilməlidir?” şəklindəki sözsüz bir sual ilə əlaqədar olduğunu söyləyə bilərik. Belə ki, Rəbbimiz qullarına dua etməyi əmr edincə, qullar da sanki Ondan: “İnsan dua etmədən öncə mütləq dua edəcəyi gücü tanımalıdır. Bu halda, Sənin Qadir bir Tanrı olduğuna dair dəlil nədir?” – deyə soruşmuşlar, bundan sonra Rəbbimiz də öz varlığına, qüdrətinə və təsərrüflərinə dair bir çox sübutu ortaya qoymuşdur:

* Allah içində dincələsiniz deyə, gecəni, göz oxşayan bir aydınlıq olaraq da gündüzü sizin üçün qılandır;

* Allah insanlara qarşı lütf sahibidir;

* Hər şeyin yaradıcısıdır;

* Özündən başqa tanrı deyə bir şey olmayandır;

* Allah sizin üçün yer üzünü bir qərargah, göyü də bir bina edən, sizi formaya salandır;

* Sizi təmiz şeylərdən ruziləndirəndir;

* Allah ən cömərd olandır;

* Allah diridir;

* Allah tərif sadəcə özü üçün olandır.

66De ki: “Mənə Rəbbimdən açıq-aşkar dəlillər gəldiyi zaman, şübhəsiz, mənə sizin Allahı buraxıb, o sitayiş etdiklərinizə qulluq etmək, qətiliklə, qadağan edildi və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olundu. 67O, sonra güclü qüvvətli bir çağa yetişməyiniz, sonra da ixtiyarlar olmağınız, adı qoyulmuş bir müddətə çatma­ğı­nız, həmçinin ağlınızı istifadə etməyiniz üçün sizi bir torpaqdan, sonra bir nütfədən, sonra bir embriondan əmələ gətirəndir. Sonra O, sizi zəif, balaca bir uşaq olaraq çıxarır. Sizdən kimisi daha öncə vəfat etdirilir/keçmişdə etdikləriniz və etməli olduğunuz halda etmədikləriniz bir-bir xatırladılır. 68O, yaşadır və öldürür. Artıq O, bir əmr gerçəkləşdirincə, artıq ona sadəcə ‘Ol!’ deyər və o, dərhal olur”.

Bu ayələrdə sanki belə deyilir: “Madam ki, yaradılışınızdan dirilişinizə qədər həyatınızın hər mərhələsinin nəzarəti Allahın əlindədir və bundan qurtulmağınızdan da bəhs edilə bilməz, elə isə siz də şirk qoşmadan, bu gücü, bu nüfuzu tanıyın! İstəklərinizi belə bir varlıqdan istəyin! Həmçinin həyatınızın bütün mərhələrini təhlil edərək ağlınızı işlədin!”

  • 5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsiniz, bilin ki, nə ol­du­ğu­nu­zu sizə ortaya qoymaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən – qeyri-müəyyən bir ət parçasından ya­ratmışıq. Və Biz dilədiyimizi bəlli bir müddətə qədər bətnlərdə tuturuq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla ya­naşı, kiminiz keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xa­tır­lat­dırılır/öldürülür, kiminiz öncəki biliyindən sonra heç bir şey bilməyərək, öm­rünün ən rəzil zamanına çatdırılır. Bir yer üzünü görərsən ki, sönmüşdür. Son­ra Biz onun üzərinə su endirdiyimiz zaman hərəkətə kər, qabarar və hər gözəl t­dən bitkilər bitirə (Həcc/5)
  • 12–16Və and olsun ki, Biz insanı seçilmiş bir palçıqdan əmələ gətirdik. Sonra onu çox dayanıqlı bir qərargahda bir nütfə, sonra o nütfəni bir embrion etdik. Sonra o embrionu bir ət parçasına döndərdik. Sonra o bir ət parçasını sümüklərə çevirdik. Sonunda o sümüklərə də bir ət geyindirdik. Sonra onu bir başqa yaradılışda yenidən qurduq. Bax budur, yaradanların ən gözəli olan Allah nə səxavətlidir! Sonra şübhəsiz ki, sizlər bunların ardından mütləq öləcəksəniz. Sonra şübhəsiz ki, siz Qiyamət günündə dirildiləcəksiniz. (Möminlər/12-16)

67-ci ayədəki “Sizdən kimi də daha öncə vəfat etdirilər” ifadəsi “ölüm”ü deyil, Rəbbimizin ara-sıra xəbərdarlıq üçün qullarına “xülasə, icmal nəticə” qoyulmasını ifadə edir.

“Vəfat” mövzusu daha öncə Ənam surəsinin sonunda ayrı bir başlıq altında ələ alındığından, incəliyin oradan oxunmasını məsləhət görürük.

69–76Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi/heç düşünmədinmi? Necə də döndərilirlər? Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayanlar əlbəttə, irəlidə boyun­ların­da halqalar və zəncirlər olaraq qaynar suya salınıb, sonra atəşdə yandırılarkən, biləcəklər. Sonra onlara: “Allahın yaratdıqlarından ortaq qoşduğunuz şeylər haradadır?” – deyilər. Onlar: “Bizdən yox olub, getdilər. Əslində biz, onsuz da əvvəldən heç bir şeyə yalvarmırdıq” – deyərlər. Bax budur, Allah kafirləri belə azdırır: “Bax budur, bu, yer üzündə haqsız yerə lovğalandığınıza və təkəbbürləndiyinizə görədir. Orada həmişəlik qalmaq üçün cəhənnəm qapılarına girin!” Bax budur, yekəxanalıq edənlərin dayanacağı necə də pisdir!

Bir əvvəlki bölmədə qulluq ediləcək, dua ediləcək gerçək tanrı tanıdılmışdı. Bu ayə qrupunda isə ağılsız müşriklərin yersiz cəhdləri təqdim edilir.

Bu ağılsızların axirətdə boyunlarında halqalar və zəncirlər olaraq qaynar suya sürüləcəkləri, sonra da atəşdə yandırılacaqları bildirildikdən sonra, özləriylə Rəbbimiz arasında reallaşacaq dialoq səhnələşdirilir:

– Allahın yaratdıqlarından ortaqlar qoşduğunuz şeylər haradadır?;

– Bizdən yox olub getdilər; əslində, biz onsuz da qədimdən bəri heç bir şeyə yalvarmırdıq;

– Budur bu, yer üzündə haqsız yerə korlandığınız və lovğalandığınız üçündür. Orada daima qalmaq üçün cəhənnəm qapılarına girin!”.

Bu ayələr Allahı hər yönüylə tanıdaraq verdiyi səhnələr insanın içini ürpərdir. İnkarçıların başlarına gələcəklərin bu yöntəmlə anladılması, dinləyənlərdə qorxu və peşmançılıq əmələ gətirərək, mövcud hallərından əl çəkmələrini təmin etməyə yönəlikdir. Həmçinin yalan sayanların və lovğalananların axirətdəki peşmançılıqları və rüsvaylıqları anladılaraq Peyğəmbərimiz və möminlər təsəlli edilir.

  • 29“O halda içində həmişəlik qalanlar olaraq, cəhənnəmin qapılarına girin!” – deyilər. Bax budur, yekəxanalıq edənlərin yeri nə pisdir! (Nəhl/29)
  • 15O gün, yalan sayanların vay halına! (Mürsəlat/15)
  • 43Bax budur, bu, günahkarların yalan saydığı cəhənnəmdir. 44Onlar onunla qaynar su arasında dolanıb durarlar/var-gəl edərlər.
  • 45Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız? (Rəhman/43-45)

Və Saffat/68, Vaqiə/41-44, 49-56, Duhan/43-50.

77Artıq sən səbr et! Şübhəsiz ki, Allahın vədi haqdır. Artıq onlara etdiyimiz təhdidin bir qismini sənə göstərsək də və ya səni vəfat etdirsək də/keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdırsaq da, onlar yalnız və yalnız Bizə döndəriləcəklər.

78Və and olsun ki, Biz səndən öncə necə elçilər göndərdik. Onlardan kimini sənə an­latdıq, kimini də anlatmadıq. Heç bir elçi Allahın izni/biliyi olmadan bir əlamət/nümunə gətirə bilməz. Artıq Allahın əmri gəlincə də, haqq ilə gerçəkləş­di­rilir. Batilə uyanlar, bax budur, burada itkiyə, zərərə uğrayıb acı çəkdilər.

Bu ayələrdə hadisələr necə cərəyan etsə də, peyğəmbərimizə səbirli olmaq və səbirlə vəzifəsini davam etdirmək əmr edilmişdir; Allahın vədinin haqq olduğu vurğulanıb, inkarçıların mütləq cəzalandırılacağı, bu cəzalandırmağın elçi həyatda ikən, ya da onun ölümündən sonra olacağı bildirilərək, Peyğəmbərimiz təsəlli edilir. Çünki bu ayələrin üzərindən çox keçmədən müşriklər Ərəbistan yarımadasından qovularaq o bölgədə yox olmuşdular.

  • 41Artıq əgər Biz səni alıb götürsək belə, şübhəsiz ki, Biz onları cəzalandıraraq, ədaləti təmin edərik.
  • 42Yaxud da onlara vəd etdiyimiz əzabı sənə göstərərik. Çünki Biz onların əleyhlərinə güc yetirənlərik. (Zühruf/41, 42)

78-ci ayədə keçmişdə cəmiyyətlərə bir çox elçi göndərildiyi, Allahın bu elçilərdən bəzisini bildirdiyi, bəzilərini isə bildirmədiyi açıqlanır.

Ayədən anlaşıldığına görə, göndərilən elçilərin konkret sayı ilə əlaqədar Peyğəmbərimizə bir məlumat verilməmişdir. Göndərilən elçilərin sayının yüz iyirmi dörd min, iki yüz iyirmi dörd min, yeddi min, dörd min, səkkiz min olduğunu ifadə edən nəqllər ciddiyyətdən uzaqdır.

  • 163–165Şübhəsiz ki, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. İbrahimə, İsmayıla, İshaqa, Yəquba, nəvələrinə, İsaya, Eyyuba, Yu­nusa, Haruna və Süleymana, daha öncə özlərini sənə anlatdığımız və anlatmadığımız elçilərə… Elçilərdən sonra insanların Allahın əleyhinə bir də­lil­ləri ol­masın deyə, Biz onlara müjdəçilər və xəbərdar edənlər olaraq vəhy etmişdik. Davu­da da Zə­bu­ru verdik. Və Allah, Musaya söz söylədikcə söylədi/onu yaraladıqca yaraladı, çox sıxıntı çəkdirdi. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağ­lamlaşdırandır.    (Nisa/163-165)

Ayədə keçmiş Peyğəmbərlərin xatırladılması, Peyğəmbərimizin də o elçilər kimi kədərlərə qarşı səbirli davranmasını təmin etmək üçündür.

79,80Allah onlardan bir qisminə minəsiniz deyə, sizin üçün heyvanları yaradan, nizamlayandır. Onların bir qismindən də yeyirsiniz. Və sizin üçün onlarda daha necə mənfəətlər vardır. Və Allah onların üzərində könüllərinizdəki bir arzuya çatarsınız deyə, heyvanları yaradandır, nizamlayandır. Və siz onlar üzərində və gəmilər üzərində daşınırsınız.

81Və Allah sizə əlamətlərini/nümunələrini göstərir. Yaxşı, indi Allahın əlamətləri­nin/nü­­munələrinin hansını tanınmaz hala gətirirsiniz?

Bir əvvəlki bölmədə olduğu kimi bu ayələrdə də yenə Rəbbimizin nemətləri xatırladılır. Bu nemətlərin bir qismi insanın yemək-içmək əldə edərək, bir qismi də cürbəcür şəkillərdə istifadə edib durduğu nemətdilər. İnsan davamlı iç-içə olduğu bu möcüzəvi nemətləri hər an xatırlamalıdır ki, düşünərək ağlını başına alsın. Məsələn, yer üzündə insanın xidmətində olan müxtəlif heyvanlar bu cümlədəndir. İnək, öküz, keçi, qoyun, dəvə, at və digər ev heyvanları həm təmin etdikləri qidalar, həm yük daşıma özəllikləri və həm də dərilərinin və yunlarının geyimdə istifadə olunması cəhətiylə insana ehsan edilmiş böyük nemətlərdəndir. Allah bu heyvanları insanlara asanlıqla alışa biləcək quruluşlarda yaratmışdır. Dəvələrə minilir, ətləri yeyilir, südləri sağılır, uzaq ölkələrə və bölgələrə səfərlərdə və daşınmalarda üzərlərinə yüklər yüklənir. Mal-qaraların ətləri yeyilir, südləri içilir və onlarla əkinçilik edilir. Qoyunların ətləri yeyilir, südləri içilir. Yunları qırxılaraq onlardan ev əşyaları, geyimlər hazırlanılır.

  • 142Və O, heyvanlardan yük daşıyanları, döşək edilənləri yaradandır. Allahın sizi ruziləndirdiyi şeylərdən yeyin. Şeytanın addımlarını izləməyin. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir.
  • 143Səkkiz yoldaş/tay: qoyundan iki, keçidən də iki. De ki: “Allah, iki erkəyimi haram qıldı, yoxsa iki dişinimi, ya da iki dişinin qarınlarının sarıb bürüdüyünümü/balalarınımı? Əgər doğrularsınızsa, mənə elmə əsaslanaraq, xəbər verin”. (Ənam/142-143)
  • 8Və Allah özlərinə minəsiniz, həm də zinət olsun deyə, atları, qatırları və eşşəkləri yaratdı. Bilmədiyiniz şeyləri də, O yaradır. (Nəhl/8)
  • 71Və onlar görmədilərmi ki, Biz şübhəsiz, onlar üçün qüdrətimizin meydana gətirdiklərindən bir sıra heyvanlar yaratdıq və onlar həmin heyvanlara sahib olurlar.
  • 72Və onları özləri üçün aşağı tutulan varlıqlar etdik. Buna görə minikləri onlardandır. Onlardan yeyirlər də.
  • 73Və onlarda daha bir çox mənfəətlər və içkilər də vardır. Hələ də özlərinə verilən nemətlərin qarşılığını ödəməyib, nankorluqmu edəcəklər?                (Ya Sin/ 71-73)

Nemətlərin bütün bu özünəməxsusluqları, Allahın onları müəyyən edilmiş bir plana görə yaratdığını göstərir.

Bölmənin sonundakı “Yaxşı, indi Allahın ayələrinin hansını inkar edərsiniz?” sualı, insanların təkəbbürdən və bağlılıqlardan uzaq duraraq həqiqəti görməsini təmin etməyə yönəlik bir sualdır. Çünki ağıllı insanların bütün bu ayələri görməzdən gəlməsi, inkar etməsi mümkün deyildir.

82Daha yer üzündə gəzərək, baxmaz­lar­mı ki, özlərindən öncəkilərin sonu necə olmuşdur? Onlar özlərindən həm daha çox, həm də qüvvətcə və yer üzündəki əsərlərinin sağlamlığı baxımından daha sərt idilər. Lakin o qazandıqları şeylərin onlara bir faydası olmadı.

83O zaman ki, elçiləri onlara açıq dəlillərlə gəldi, özlərində olan biliyə görə lovğalanmışdılar. Halbuki, o lağ etdikləri şey onları bürümüşdü.

84Sonra da nə zaman qəzəbimizi gördülər: “Allahın birliyinə inandıq və Ona ortaq qoşduğumuz şeyləri qəbul etmədik” – dedilər.

85Amma qəzəbimizi gördükləri zamankı imanları özlərinə yararlı olacaq deyildi. Allahın qulları haqqındakı davam edən təsəvvürü/fikri… Bax budur, kafirlər burada itirdilər, zərərə uğradılar.

Bu ayələrdə insanlıq keçmiş tarixi məlumat və sənədlərə diqqət çəkilərək xəbərdarlıq edilir. Güclü və varlı necə cəmiyyətə o varlıq və qazancları fayda verməmişdir. Özlərinə gələn elçiləri və çatdırdıqları ismarıcları ciddi qəbul etməmişdilər, öz zənnlərinə etibar edərək korlanıb durmuşdular. Belə ki, öfkə, ölüm, qiyamət qarşılarına dikildikdə üzləri səksən dərəcə dönüb Allaha inanma və şirki tərk etmə yolunu tutmuşdular. Ancaq gec olan bu inanc və yönəlmə müxtəlifliyi heç bir isə yaramamışdı. Çünki qəzəb gəldiyində mənimsənən iman zorakı bir imandır. Məcbur qalınaraq qəbul edilən iman isə faydasızdır. İman ancaq əksini edə bilməyə müqtədir olunduğu anda, hürr və iradə sahibiykən edilirsə, keçərli və səhih olur.

  • 17Allahın üzərinə aldığı tövbə, ancaq cəhalət səbəbindən pislik edənlərin, sonra da dərhal tövbə edənlərinkidir. Bax budur, bunlar Allahın tövbələrini qəbul etdikləridir. Allah ən yaxşı biləndir, ən yaxşı hökm qoyandır.
  • 18Və tövbə pislikləri edərək, onlardan birinə ölüm çatınca: “Mən, indi gerçəkdən tövbə etdim” – deyənlərin və həmçinin kafirlər olaraq ölənlərin deyildir. Bax budur, bunlar Bizim, özləri üçün acı bir əzab hazırladıqlarımızdır. (Nisa/17, 18)
  • 88Və Musa: “Rəbbimiz! Şübhəsiz ki, Sən Firona və öndə gedənlərinə adi dünya həyatında zinət və mallar verdin. Rəbbimiz! Sənin yolundan azdırsınlar deyə… Rəbbimiz! Onların mallarını sil-süpür və qəlblərinə kədər ver. Çünki onlar, o acıqlı əzabı görmədikcə, iman etməyəcəklər” – dedi.
  • 89Allah: “Hər ikinizin də duası, tam yəqinliklə bilin ki, qəbul olundu. Elə isə ikiniz doğru yolda davam edin. Və bilməyən insanların yolunu qətiyyən izləməyin!” –dedi.
  • 90–92Və İsrailoğullarını bol sudan/çaydan keçirdik. Amma Firon və əsgərləri az­ğın­lıq və düşmənliklə onları dərhal izlədi. Sonunda boğulma ona yetişincə: “Həqi­qə­tən, İsrailoğullarının inandığı Tanrıdan başqa tanrı olmadığına mən də inan­dım, mən də təslim olanlardanam” – dedi. İndimi? Halbuki, daha əvvəl üsyan etmişdin və həm də pozğunçulardan olmuşdun. Artıq Biz səndən sonra gələcəklərə ibrət olasan de­yə, bu gün səni zirehinlə/bədəninlə qurtaracağıq. Və şübhəsiz, insanlardan bir çoxu tam yəqin bilin ki, Bizim ayələrimizə/əlamətlərimizə/ nümunələrimizə qarşı laqeyddirlər, etinasızdırlar. (Yunus/88-92)

Çətinlik qarşısında iman etməyə “İman-i Yees” və “İman-i Bees” deyilir. Bu mövzu Qiyamət surəsinin təhlilində ələ alındığından, incəliyin oradan oxunmasını məsləhət görürük.

Surənin bu son ayəsi, buraya qədər işlənən mövzunun xülasəsidir. Bu xülasənin yaxşı-yaxşı anlaşıla bilməsi üçün surənin 4-5-ci və 21-ci ayələrinə bir dəfə daha göz atmaq yararlı olar.

Allah doğrusunu ən yaxşı biləndir.

[1] Süyuti; el-İtkan.

[2] Kurtubi; el Camiu li Ahkamıl Kuran.

[3] Kurtubi; el Camiu li Ahkamıl Kuran.

[4] Razi; el Mefatihu’l Gayb.

[5] Mevdudi; Tefhimü’l Kuran.

[6] Mukatil.

[7] Taberi.

[8] Zemahşeri; Keşşaf; c. 3 s. 424.

[9] Lisanü’l Arab, c. 8, s.509 “nida mad.

[10] Lisanü’l Arab; c.8, s. 91, 92.

[11] Dərveze; et-Tefsirü’l Hadis.