TƏKASÜR SURƏSİ

MƏKKƏ DÖVRÜ Nəcm: 30 1,2Çoxaltma yarışı, məzarlarınıza girənə qədər sizi əyləndirib başınızı qatdı. 3,4Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz. Yenə, qətiyyən sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz. 5,6Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əgər qəti olaraq bilsəydiniz alovlu atəşi, tam əminliklə bilin ki, görəcəksiniz. 7Bir müddət sonra, onu, adi gözlə görürmüş kimi, real olaraq mütləq görəcəksiniz. 8Sonra, [...]

KÖVSƏR SURƏSİ

MƏKKƏ DÖVRÜ Nəcm: 29 1Şübhəsiz, Biz sənə bol nemət verdik. 2Elə isə Rəbbin üçün salaat et və qarşılaşacağın çətinliklərə sinə gər! 3Şübhəsiz səni xor görən, sonsuzun, əməlləri işə yaramayanın məhz özüdür! (15/108, Kövsər/1–3)   Yüklə (PDF)

ADİYAT SURƏSİ

MƏKKƏ DÖVRÜ Nəcm: 28 1–5Nəfəs-nəfəsə qaçanlar, sonra atəş saçanlar, sonra səhər tezdən basqın edənlər, bu zaman orada tozu dumana qatanlar, sonra bir cəmiyyətin ən dəyərli qaynaqlarına, varlıqlarına qədər dalanlar sübutdur ki, 6tam əmin olun ki, insan, Rəbbinə qarşı çox nankordur, 7özü də buna, tam əmin olun ki, şahiddir. 8Şübhəsiz, o, mal sevgisinə görə də, tam əmin olun[...]