KƏHF SURƏSİNİN TƏBYİNİ

Kəhf surəsi Məkkədə enən 69-cu surə olub, adını 9-cu ayədəki “Kəhf [böyük mağara]” sözündən alır. 1-8, 28, 107-110-cu ayələrin Mədəni olduğuna dair nəqllərdən də bəhs edilir. [1] Surə Quranın salihatı işləyən möminlərə cənnəti müjdələmək, şirk qoşanları da xəbərdar etmək üçün endirildiyinin açıqlanmasıyla başlayır. Rəsulullahın əhval ruhiyyə verilib, təsəlli edilməsiylə davam edən surədə üç ana möcüzəvi hadisəyə toxunulur. [...]

ĞAŞİYƏ SURƏSİNİN TƏBYİNİ

“غاشية Ğaşiyə” surəsi Məkkədə enən 68-ci surədir. Adını 1-ci ayədəki “Ğaşiyə [Bürüyən]” sözündən almışdır. Bu surədə də yenə möminlərin və müşriklərin axirətdəki vəziyyətləri ələ alınmışdır. Afaqdakı [kainatdakı, xarici aləmdəki] bir çox ayəyə işarət edilərək müşriklərdən ağıllarını başlarına almaları istənmiş, Rəsulullaha isə əsl vəzifəsi xatırladılaraq, insanlara öyüd verməsi əmr edilmişdir. Mətnindən anlaşıldığına görə, surə bir dəfəyə tam halda[...]

ZƏRİYƏT SURƏSİNİN TƏBYİNİ

Zəriyət surəsinin Məkkədə enən 67-ci surə olduğu qəbul edilir. Surə adını 1-ci ayəsindəki “الذّاريات ez-Zəriyət [tozu dumana qatanlar]” sözündən almışdır. Vəd edilənlərin doğruluğu və qiyamətin qətiliklə vaqe olacağını vurğulayaraq başlayan surədə, Axirət mövzuları və Axirətə aid səhnələr; öldükdən sonra dirilmə, hesab, inkarçıların cəzalandırılması, müttəqilərin böyük nemətlərə qovuşması kimi müxtəlif mövzular ələ alınır. Həmçinin afaq və enfüsdəki möhtəşəmliklərə[...]