Adını 1-ci ayəsindəki “ط ta” və “ه ha” hərflərindən alan Ta Ha surəsinin Məkkədə enən 45-ci surə olduğu qəbul edilir. Surənin 130, 131-ci ayələrinin Mədinədə endiyinə dair nəqllər olsa da, bu ayələrin içində olduqları bölmə ilə göstərdikləri uyğunluq, nəqllərdə söylənənlərin uzaq bir ehtimal olduğunu göstərir. Ta Ha surəsinin ilk ayələri, Quranı tanıdaraq sona çatan Məryəm surəsindəki ifadələrin [...]
Məryəm surəsi, adını surədə əhvalatı anladılan “Məryəm”dən almışdır. Surə Məkkədə enən 44-cü surədir. Suyuti surənin 71-ci Ayəsinin, Mükatil isə “səcdə Ayəsi” adı verilən 85-ci Ayəsinin Mədinədə endiyini irəli sürmüşdür. İbn İshaq və İbn Hişam qaynaqlı tarixi sənədlərdə isə II Həbəşistan hicrətinə qatılanlardan Cəfər b. Əbu Talibin bu surəni Həbəşistan kralına oxuduğu qeyd edilmişdir. Bu məlumata görə, surənin[...]
Adını 1-ci Ayədəki “فاطر fatır” sözündən alan Fatir surəsi, Məkkədə enən 43-cü surədir. 29-cu və 32-ci Ayələrinin Mədinə dövründə endiyinə dair fikirlər mövcuddur. 1-ci Ayəsində keçən “الملائكة əl məlaikə” sözünə görə “Məlaikə [mələklər]” surəsi olaraq da anılır. Bəzən bütün insanlığa, bəzən də ilk müxatiblərə səslənilən surədə Qurana, Quranla elçi əlaqəsi və kafirlərin təzyiqləri barəsində söz açılır, həmçinin[...]